Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-322/2022 04.07.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), Səmədov Xəqani Hacı oğlu və X4 ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X9, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Xanlar (indiki Göygöl) rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göygöl rayonu, Balçılı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 3 mart 2022-ci il tarixdə saat 16:45 radələrində Göygöl rayonu Balçılı kəndinin inzibati ərazisində yerləşən 1 saylı Tam orta məktəbin qarşısından keçən avtomobil yolunda idarə etdiyi «BD 122814» nömrəli qeydiyyat şəhadətnaməsi ilə X12 mülkiyyətində, etibarnamə əsasında Şahid2 istifadəsində olan «VAZ 21074 minik» markalı ** EE *** qeydiyyat nömrə nişanlı avtomobillə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yəni sürücülük hüququ olmadan, yaşayış məntəqəsinə aid olan yol sahəsində 103 km/saat surətdən artıq surətlə hərəkətdə olub yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda göstərilən qaydalara riayət etməyərək idarə etdiyi avtomobilin hərəkət hissəsində dayanıqlı hərəkətini təmin etməyib avtomobil üzərində idarəetməni itirərək yolun sağ kənarında dayanıqlı vəziyyətdə olan X13 məxsus “Opel Astra” markalı ** DM *** dövlət nömrə nişanlı avtomobili və yolun sağ kənarı ilə eyni istiqamətdə hərəkətdə olan piyadalar Zərərçəkmiş şəxs və X8 vurmuş, nəticədə piyada X2 tərəfli qapalı hemotoraks, divararalığının, kiçik çanağın yumşaq toxumalarının cırılmış yaraları, dalağın qapısının, böyrəkətrafı və peritonarxası sahələrin geniş sahəli hematomaları ilə müşayiət olunan döş qəfəsinin, qarın boşluğunun qapalı küt travması yetirilən anda həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnən ağır, döş sümüyün cisminin sol İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ,Vİİİ, sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların, sol sirkə kasasının, qasıq sümüyünün qapalı, sol baldır sümüklərinin açıq, yerini dəyişən sınıqları canlı şəxslərdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan az ağır, sol ağrı nahiyyəsinin, sol baldırın yuxarı 1/3-nin ön-iç səthinin əzilmiş-cırılmış yaraları, sol bud-çanaq oynağının, qasıq nahiyyəsini tam əhatə edən, sol diz oynağının arxa səthinin geniş sahəli dərialtı hematomaları və sol diz oynağının ön səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər nəticəsində X6 həmin gün saat 23:35-də xəstəxanada ölməsinə, digər piyada Zərərçəkmiş şəxs İİİ oma fəqərə cisminin, sol qasıq sümüyünün yerini dəyişməyən qapalı sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan az ağır, təpə və sol qaş nahiyyələrinin əzilmiş yaraları qismində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında özünü təqsirli bilməsinə baxmayaraq, ifadə verməkdən imtina etdiyi üçün məhkəmə ibtidai istintaq zamanı vermiş olduğu iclasında ifadəsi elan olunaraq araşdırılmış Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, “rəsmi olaraq heç bir yerdə işləmirəm, fərdi əməklə məşğul olur. Onun ümumiyyətlə sürücülük vəsiqəsi olmamış, lakin sərbəst avtomobil idarə edə bilir. “VAZ 21074 minik” markalı ** EE *** dövlət nömrə nişanlı avtomobil dayısı Şahid2 məxsusdur, bəzi vaxtlarda o da həmin avtomobili idarə edir. 3 mart 2022-ci il tarixdə saat təxminən 16 radələrində yaşadığı evin yaxınlığında yerləşən dayısı Rabilin işlədiyi mebel sexinə getmiş, həmin vaxt sexdə heç kim olmadığını, dayısı Rabilə məxsus “VAZ 21074 minik” markalı ** EE *** dövlət nömrə nişanlı avtomobilin sexin qarşısında dayanmasını, avtomobilin içərisinə baxdıqda avtomobilin açarının üzərində olmasını görmüş, Gəncə şəhərində işi olduğu üçün həmin avtomobili idarə edib sexin yanından çıxmışdır. O “VAZ 21074 minik” markalı ** EE *** dövlət nömrə nişanlı avtomobil ilə Göygöl rayonu, Balçılı kəndi ilə yuxarı Qırıxlı kəndi istiqamətdə hərəkət etməyə başlamış, hərəkət surəti 80 km/saat olmuşdur. Saat 16:45 radələrində Göygöl rayon Balçılı kənd 1 saylı Tam orta məktəbin yanına çatdıqda bir baş it yolun solunda olan küçədən qaçaraq qarşısına çıxmış, o iti vurmamaq üçün avtomobilin əyləcini sıxaraq avtomobili sola çəkmiş, lakin həmin vaxt it yolun ortasında dayanmış və idarə etdiyi avtomobillə iti vurmuş, həmçinin idarə etdiyi avtomobili sola çəkərək tormoz verdiyi üçün idarə etdiyi avtomobil sürüşməyə başlamış və təxminən 30- 35 metr irəli sürüşmüş və idarə etdiyi avtomobil nisbətən sağa tərəf dönüb avtomobilin qabaq tərəfi ilə yolun sağ kənarında dayanmış vəziyyətdə olan Opel markalı avtomobilin qabaq sağ qanadını, öz idarə etdiyi avtomobilin qabaq sol qanadı ilə isə yolun kənarı ilə piyada gedən iki nəfər qadını vurmuşdur. Zərbə nəticəsində həmin piyadalar yerə yıxılmış, o avtomobildən düşmüş və ətrafa kənar şəxslər toplaşmışdır. Bir qədər sonra hadisə yerinə çağrılmış təcili tibbi yardımla piyadları xəstəxanaya göndərmiş, o isə hadisə yerində gözləmiş, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, protokol tərtib edilmiş o da baxışda iştirak edib protokolu imzalamışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş verməsinə səbəb idarə etdiyi “VAZ 21074 minik” markalı ** EE *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman sol tərəf küçədən itin qarşına çıxması və həmin iti vurmamaq üçün tormoz verib avtomobili sola çəkməsi nəticəsində avtomobilin sürüşməsi və idaretməni itirməsi olduğunu, hadisə zamanı idarə etdiyi avtomobili 80 km/saat surəti ilə idarə etdiyini, avtomobildə sərnişin və yük olmadığını, hadisədən əvvəl heç bir spirtli içki qəbul etmədiyini, itin qarşısına çıxmasını təxminən 10 metr məsafədən gördüyünü, həmin vaxt piyadalar xeyli aralıda olduğu üçün piyadaları görmədiyini, hadisə zamanı heç bir xəsarət almadığını, idarə etdiyi avtomobillə Gəncə şəhərinə getmək istədiyini, dayısının işlədiyi sexə gəldikdə sexdə heç kim olmadığını bu səbəbdən heç kimə demədən avtomobili götürüb getdiyini, əvvəllər də bir neçə dəfə həmin avtomobili götürüb idarə etdiyini və dayısının etiraz etmədiyini, həmin vaxt da işlərini görüb avtomobili qaytarmaq niyyətində olduğunu bildirmişdir”. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq zərərçəkmiş şəxsləri təxminən 10 metr məsafədən gördüyünü, avtomobilin dayısına məxsus olduğunu, o dayısının icazəsi olmadan avtomobili götürdüyünü, avtomobili təxminən 80- 90 km/saat surətlə idarə etdiyini bildirdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X16 ifadəsində bildirdi ki, mərhum X14 arvadıdır. X26 Göygöl rayon Balçılı kənd 1 saylı Tam orta məktəbində müllimə işləmiş, 3 mart 2022-ci il tarixdə saat təxminən 17 radələrində Gəncə şəhərində olan vaxt oğlu Şahid1 zəng edib Göygöl rayon 1 saylı Balçılı kənd Tam orta məktəbinin yaxınlığında həyat yoldaşı Təranə Nəbiyevanı avtomobil vurduğunu və birlikdə xəstəxanaya getdiklərini bildirmiş, o dərhal Gəncə şəhər Mərkəzi Diaqnostika xəstəxanasına gəlmiş, xəstəxanaya gəldikdən sonra ona məlum olmuşdur ki, həmin gün Göygöl rayonu, Balçılı kəndində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Göygöl rayonu, Balçılı kənd 1 saylı orta məktəbin yaxınlığında dərsdən çıxıb birlikdə piyada evə gələn həyat yoldaşı X8 və qonşusu Zərərçəkmiş şəxs vurmuş, həkimlər ilkin tibbi yardım göstərsələr də həmin gün arvadı Təranə Nəbiyeva aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Əlavə olaraq hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onun ağır cəza ilə cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 3 mart 2022ci il tarixdə saat təxminən 16:45 radələrində müəllimə işlədiyi Göygöl rayonu, Balçılı kənd 1 saylı Tam orta məktəbdən çıxıb yolun kənarı ilə iş yoldaşı X14 ilə birlikdə piyada yaşadığı evə tərəf getmiş, avtomobil yolu tərəfdə o, onun sağ tərəfində isə Təranə Nəbiyeva getmiş, orta məktəbdən təxminən 50-60 metr uzaqlaşdıqdan sonra ani bir anda arxa tərəfi ilə hərəkətdə olan avtomobil onu və yanında olan piyada X8 vurmuş, avtmobilin zərbəsi nəticəsində yerə yıxılmış və huşunu itirmiş, daha sonra nə olmasını xatırlamamış, özünə gəldikdə artıq xəstəxanada olduğunu bilmişdir. O, hazırda təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, mərhum X14 anasıdır. 3 mart 2022-ci il tarixdə saat təxminən 16 radələrində yaşadığı evdə olan vaxt bir nəfər şəxs yaşadığı evə zəng edərək Göygöl rayon 1 saylı Balçılı kənd Tam orta məktəbin yaxınlığında anası Təranə Nəbiyevanı avtomobilin vurması və xəsarət almasını bildirmiş, o dərhal yaşadığı evdən çıxaraq idarə etdiyi avtomobillə evlərindən təxminən 1 kilometr aralıda baş vermiş hadisə yerinə gəlmiş, hadisə yerinə çatdıqda anası Təranə Nəbiyevanın hadisə yerində yerdə oturmuş vəziyyətdə huşunun özündə olmasını görmüş, o, anasına yaxınlaşdıqda Təranə Nəbiyeva iş yoldaşı Zərərçəkmiş şəxs ilə məktəbdən çıxıb piyada evə gələn vaxt avtomobilin onu və Zərərçəkmiş şəxs vurduğu bildirmiş, o, hadisə yerinə çatdıqda artıq Zərərçəkmiş şəxs xəstəxanaya aparıldığını görmüş, o da anası Təranəni ətrafa toplaşmış şəxslərin köməkliyi ilə Gəncə şəhər Mərkəzi Diaqnostika xəstəxanasına gətirmiş, həkimlər ilkin tibbi yardım göstərsələr də həmin gün saat 23 radələrində anası Təranə Nəbiyeva aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs bacısı oğludur. VAZ 21074-minik markalı ** EE *** dövlət nömrə nişanlı avtomobili X10 aralarında olan şifahi razılıq əsasında keditlə almış, Tural Hacıyev isə ona avtomobili idarə etmək üçün etibarnamə vermiş, əvvəllər bacısı oğlu bir neçə dəfə “VAZ 21074 minik” markalı ** EE *** dövlət nömrə nişanlı avtomobili onun öz razılığı əsasında idarə etmişdir. 3 mart 2022-ci il tarixdə VAZ 21074-minik markalı ** EE *** dövlət nömrə nişanlı avtomobili Göygöl rayonu, Balçılı kəndində işlədiyi mebel sexinin qarşısında saxlayıb başqa yük avtomobili ilə Göygöl rayonu, Zurnabad kəndinə mebel düzəltməyə getmiş, həmin avtomobilin açarını da fikrindən çıxardıb avomobilin üzərində qoymuş, həmin gün saat təxminən 17 radələrində qardaşı Tural Abbasov zəng edərək bacısı oğlu Təqsirləndirilən şəxs avtomobili sexin qarşısından heç kimə demədən götürüb idarə etdiyini və Göygöl rayonu, Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi törədərək iki nəfər piyadanı vurduğunu bildirmiş, bundan sonra o, Eşqinin avtomobili xəbərsiz götürməsi və yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumatı olmuşdur. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “3 mart 2022-ci il tarixdə saat təxminən 16:45 radələrində Göygöl rayon 1 saylı Balçılı kənd Tam orta məktəbinin yaxınlığında yerləşən kompyuter oyun salonunda oturmuş, həmin vaxt yoldan avtomobilin tormoz səsi gəlmiş və avtomobilin harasa dəyməsi səsini eşitmiş, oyun salonundan küçəyə çıxdıqda əvvəllər tanıdığı X6 və Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olduqlarını, Təranə Nəbiyevanın huşunun özündə olmasını, Zərərçəkmiş şəxs isə özündə olmadığını, VAZ 21074 minik markalı ** EE *** dövlət nömrə nişanlı avtomobilin isə yolun kənarında fırlanmış vəziyyətdə olduğunu, Opel markalı avtomobilin qabaq sağ qanadının əzildiyini görmüş, bir neçə dəqiqə ərzində hadisə yerinə başqa kənar şəxslər də toplaşmış, tanımadığı kimsə piyadaları ayrı-ayrı avtomobillərlə xəstəxanaya aparmış, daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, o isə çıxıb yaşadığı evə getmişdir”. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 3 mart 2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, sxemdən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Göygöl rayonu, Balçılı kəndində Balçılı kənd 1 saylı Tam orta məktəbin yaxınlığında avtomobil yolunda baş vermişdir. Hadisə baş vermiş avtomobil yolu asfaltbeton olmaqla düz, quru vəziyyətdədir, 2 hərəkət istiqaməti və 2 hərəkət zolağı vardır. Yolun hərəkət hissəsinin ümumi eni 7 metr olmaqla yolun hərəkət hissəsində heç bir nişanlanma xəttləri yoxdur. Hadisə baş verən hərəkət hissəsində üzü Qırıxlı kəndi istiqamətdə sağ tərəfindən torpaq örtüklü 5 metr ehtiyyat hissə, ondan sonra isə tikililər, sol tərəfdə isə 6 metr enlikdə torpaq örtüklü ehtiyyat hissəsi və tikili vardır. Hadisə yerinin yaxınlığında orta məktəb yerləşir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, “VAZ 21074 minik” markalı ** EE *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobillə orta məktəbin qarşısında qarşısına çıxan iti vurduqdan sonra idarəetməni itirmiş və yolun sağ kənarı ilə düzünə Qırıxlı kəndi istiqamətdə adi yerişlə hərəkətdə olan piyadaları və yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Opel Astra minik” markalı ** DM *** dövlət nömrə nişanlı avtomobili vurmuşdur. İtin vurulma yerindən piyadaların vurulma yerinədək “VAZ 21074 minik” markalı ** EE *** dövlət nömrə nişanlı avtomobilə məxsus 55 metr uzunluqda tormoz və şin izləri vardır Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 3 mart 2022-ci il tarixli 436/2022 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs ayıq olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 28 aprel 2022-ci il tarixli, 8/925 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ 21074 markalı, ** EE *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X22-Təcrübi və X29 Hüquqi şəxsin 4 aprel 2022-ci il tarixli 5 №-li rəyindən görünür ki, X6 meyitinin məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər – travmatikkemorragik şokla nəticələnmiş döş qəfəsinin, qarın boşluğunun qapalı küt travması, sol tərəfli qapalı hemotoraks, divararalığının, kiçik çanağın yumşaq toxumalarının cırılmış yaraları, dalağın qapısının, böyrəkətrafı və peritonarxası sahələrin geniş sahəli hematomaları, döş sümüyün cisminin sol İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ,Vİİİ, sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların, sol sirkə kasasının, qasıq sümüyünün qapalı, sol baldır sümüklərinin açıq, yerini dəyişən sınıqları sol ağrı nahiyyəsinin, sol baldırın yuxarı 1/3-nin ön-iç səthinin əzilmiş-cırılmış yaraları, sol bud-çanaq oynağının, qasıq nahiyyəsini tam əhatə edən, sol diz oynağının arxa səthinin geniş sahəli dərialtı hematomaları və sol diz oynağının ön səthinin sıyrığı küt mexanizmidən, bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 03 mart 2022-ci il tarixdə hərəkətdə olan avtomobilin vurması nəticəsində əmələ gəlməyə uyğundurlar, sol tərəfli qapalı hemotoraks, divararalığının, kiçik çanağın yumşaq toxumalarının cırılmış yaraları, dalağın qapısının, böyrəkətrafı və peritonarxası sahələrin geniş sahəli hematomaları ilə müşayət olunan döş qəfəsinin, qarın boşluğunun qapalı küt travması yetirilən anda həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnən Ağır, döş sümüyün cisminin sol İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ,Vİİİ, sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların, sol sirkə kasasının, qasıq sümüyünün qapalı, sol baldır sümüklərinin açıq, yerini dəyişən sınıqları canlı şəxslərdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan Az Ağır, digər xəsarətlər isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb almış olduğu xəsarətlərlə əlaqədar travmatik-hemorragik şok olmuşdur, adına tərtib edilmiş ölüm epikrizində qeyd olunanlara əsasən mərhumun ölümü xx.xx.2022-ci il tarixdə saat 23:35-dəqiqədə baş vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X22-Təcrübi və X29 Hüquqi şəxsin 20 aprel 2022-ci il tarixli 146 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - İİİ oma fəqərə cisminin, sol qasıq sümüyünün yerini dəyişməyən qapalı sınıqları, təpə və sol qaş nahiyyələrinin əzilmiş yaraları küt mexanizmidən bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə əmələ gəlməyə uyğundur, İİİ oma fəqərə cisminin, sol qasıq sümüyünün yerini dəyişməyən qapalı sınıqları sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan Az Ağır, digər xəsarətlər isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan Yüngül zərər vurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X22-Təcrübi və X29 Hüquqi şəxsin 17 mart 2022-ci il tarixli 877/K №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 28 mart 2022-ci il tarixli 1368 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin 28 mart 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl rayon polis şöbəsinin 17 mart 2022-ci il tarixli 163-24046-1122 məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına X5 sürücülük vəsiqəsi qeydiyyata alınmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Balçılı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli, N-292 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası X17, anası X18, qardaşı X19, bacıları X15 və X11 ilə birlikdə Göygöl rayonu, Balçılı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış zərərçəkmiş şəxsin hüquqi varisi X9 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona ən ağır cəza verilməsini xahiş edir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 1 iyun 2022-ci il tarixli “şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X7 qəsdən vurub sağlamlığına yüngül zərər vurması və Şahid2 istifadəsində olan “VAZ 21074 minik” markalı ** EE *** dövlət nömrə nişanlı avtomobili qanunsuz ələ keçirməsi xüsusatları ilə bağlı barəsində olan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinin və cinayət qanununun müddəalarının qüvvəsinə görə xitam verilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş 04 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 4 mart 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Göygöl rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 4 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan dayısı Şahid2 məxsus «VAZ 21074 minik » markalı ** EE *** qeydiyyat nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq zərərçəkmiş şəxs X8 və Zərərçəkmiş şəxs vurmuş, nəticədə X14 aldığı xəsarətlərdən ölmüş, Zərərçəkmiş şəxs isə az ağır xəsarətlər almışdır. Başqa sözlə, baş vermiş yol-nəqliyyat hadisəsi ehtiyatsızlıqdan bir zərərəçəkmiş şəxsin ölümünə, digər zərərçəkmiş şəxsin xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edərək yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətdiyinə görə onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs X20 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.12-ci maddəsində (zərərçəkmiş şəxslə razılıq əldə edərək barışma) göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi qeyrimümkündür. Belə ki, Təqsirləndirilən şəxs verilən ittihamın əsasını X6 ölümü təşkil etdiyindən, zərərçəkmiş şəxsin hüquqi varisi X9 təqsirləndirilən şəxslə barışmadığından və ona ağır cəza verilməsini tələb etdiyindən Təqsirləndirilən şəxs sadəcə olaraq Zərərçəkmiş şəxs ilə razılıq əldə etməsi və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi cinayət işi üzrə digər zərərçəkmiş şəxsin hüquqi varisinin hüquqlarının pozulması ilə nəticələnəcək. Ona görə də, Təqsirləndirilən şəxs təyin ediləcək cəza ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin müddəasının tətbiq edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 22-ci bəndinin 2-ci abzasında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın da təyin olunmasını və bu cəzanın icrasının əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmamasını, şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı tutulduğu gündən, yəni 4 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 23 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 138 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 4 mart 2022-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 138 (yüz otuz səkkiz) manat məbləğində pul köçürülsün Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-322/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-322/2022
04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver