Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-322/2025 18.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə İclasının katibləri X10 və Həsənov Hüseyn Faiq oğlunun katibliyi Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1981-ci ildə Qazax rayonu, Əzizbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu ödənilmiş, işləməyən, Qazax rayonu Hüseynbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan tarix vəmənbədən əldə etdiyi, əkilib-becərilməsi qadağan olunmuş 4 (dörd) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştillərini, yaşadığı evin həyətyanı sahəsinə məxsus torpaq kütlələri ilə doldurulmuş plastmas materialdan olan dibçəklərə əkmiş, Qazax rayonu Hüseynbəyli kəndində ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində toyuq hini kimi istifadə olunan yarımtikilinin içərisində narkotik maddələr olan bitkilərin yetişdirilməsi üçün xüsusi şərait yaradıb, məhsuldarlığının artırılmasına yönələn hərəkətləri özündə ehtiva edən aqrotexniki qulluq göstərmiş, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarında, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda göstərilən 3-cü siyahıya əsasən külli miqdar hesab edilən, hündürlükləri 3 (üç) santimetrdən 24 (iyirmi dörd) santimetrədək olan 23 (iyirmi üç) ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri 0,15 qram, 0,18 qram, 0,15 qram, 0,30 qram, 0,57 qram, 0,34 qram, 0,26 qram, 0,22 qram, 0,33 qram, 0,42 qram, 0,17 qram, 0,27 qram, 0,19 qram, 0,23 qram, 0,31 qram, 0,32 qram, 0,35 qram, 0,22 qram, 0,29 qram, 0,20 qram, 0,23 qram, 0,37 qram və 0,81 qram, ümumi təmiz çəkisi 6,88 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərini və 4 (dörd) ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,21 qram, 0,12 qram, 0,03 qram və 0,15 qram, ümumi təmiz çəkisi 0,51 qram olan bitki nümunələri narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri olmaqla birlikdə ümumi təmiz çəkisi 7,39 qram, ümumi sayı isə 27 (iyirmi yeddi) ədəd olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini, plastmas materialdan hazırlanmış 24 (iyirmi dörd) ədəd dibçəyin içərisində qanunsuz olaraq əkib yetişdirməklə külli miqdarda kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı nəticəsində Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 mart 2024-cü il tarixdə saat 21:00-dan 23:00-dək olan müddətdə sonuncunun yaşadığı Qazax rayonu Hüseynbəyli kəndində yerləşən evin həyətyanı bağ sahəsinə anası X5 iştirakı ilə baxış keçirilən zaman həyətyanı sahədə yerləşən toyuq hini kimi istifadə olunan yarımtikilinin içərisində, üzəri polietilen torba ilə örtülmüş 24 (iyirmi dörd) ədəd plastmas materialdan hazırlanmış dibçəklərin içərisində qanunsuz əkilərək aqrotexniki qulluq göstərilib yetişdirilmiş, hündürlükləri 3 (üç) santimetrdən 24 (iyirmi dörd) santimetrədək olan 23 (iyirmi üç) ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri 0,15 qram, 0,18 qram, 0,15 qram, 0,30 qram, 0,57 qram, 0,34 qram, 0,26 qram, 0,22 qram, 0,33 qram, 0,42 qram, 0,17 qram, 0,27 qram, 0,19 qram, 0,23 qram, 0,31 qram, 0,32 qram, 0,35 qram, 0,22 qram, 0,29 qram, 0,20 qram, 0,23 qram, 0,37 qram və 0,81 qram, ümumi təmiz çəkisi 6,88 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri və 4 (dörd) ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,21qram, 0,12 qram, 0,03 qram və 0,15 qram, ümumi təmiz çəkisi 0,51 qram olan bitki nümunələri narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri olmaqla birlikdə ümumi təmiz çəkisi 7,39 qram, ümumi sayı isə 27 (iyirmi yeddi) ədəd olan külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış naməlum çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla yaşadığı Qazax rayonu Hüseynbəyli kəndində yerləşən, ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinə daşıyaraq sonradan istifadə etməsi üçün ayırıb 2 (iki) ədəd kibrit qutusuna yerləşdirməklə mətbəxdəki dolabda saxlamış, sonuncunun arvadı X3 26 mart 2024-cü il tarixli müraciəti əsasında Qazax Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası CPM-in tələblərinə müvafiq qaydada 26 mart 2024-cü il tarixdə saat 01:00-dan 02:25-dək olan müddət ərzində Qazax rayonu Hüseynbəyli kəndində yerləşən fərdi yaşayış evinə X3 iştirakı ilə baxış keçirilən zaman mətbəxdə olan dolabın içərisindən, üzərində “Brend Shop” yazısı həkk edilmiş bir ədəd qırmızı rəngli polietilen torbanın içərisində olmaqla bir ədəd elektron tərəzi, həmin tərəzinin üzərində təmiz çəkisi 0,20 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 2 (iki) ədəd kibrit qutusunda isə ayrıayrılıqda çəkiləri 7,50 qram və 9,20 qram olmaqla bir ədəd elektron tərəzinin üzərindəki 0,20 qram çəkidə olan kütlə ilə birlikdə təmiz çəkisi 16,90 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə eyni olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı ilkin olaraq Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmədə ifadə verməkdən imtina etmiş və işin ibtidai istintaqa qaytarılmasını xahiş etmişdir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Cinayət Məcəlləsinin 234.4.1 və 237.2.3-cü maddələri ilə özünü təqsirli bilməyərək göstərmişdir ki, Qazax rayon Hüseynbəyli kəndində yaşayır və heç bir işlə məşğul olmur. Əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etsə də, hal-hazırda heç bir narkotik vasitədən istifadə etmir. O, təxminən 2 ildən artıqdır Mingəçevir şəhər sakini olan X7 ilə qeyrirəsmi ər-arvad münasibətindədir. Əfsanəyə Qazax şəhərində kirayə ev tutub orada saxlamış, təxminən 2 il əvvəl rəsmi nikahda olan arvadı Şahid7 qızı onun Əfsanə ilə olan münasibətindən xəbər tutmuşdur. Bunda sonra arvadı Rüxsarə ilə arasında münasibət pozulmuşdur. Həmin vaxtlarda Rüxsarə ondan küsərək dayısı evinə getmiş və 4 ay orada qalmışdır. Sonra yaşadıqları evə qayıdıb gəlmiş və həmin vaxtdan indiyənə kimi bir yerdə yaşamışlar, lakin aralarında heç bir ər arvad münasibəti yoxdur. 2023-cü ilin may ayında onun Əfsanədən bir qızı dünyaya gəlmiş və həmin qızın adını da arvadı Rüxsarədən olan qızının adını qoymuşdur. Rüxsarə həmin qızının da adının Nərmin olduğunu bildikdən sonra Rüxsarə ilə aralarında olan münasibət daha da pisləşmişdir. xx.xx.2024-cü il tarixdə Qazax RİHB-nın müavini Gülaya xanım onu yanına çağırmış və ona Rüxsarənin şikayət etdiyini, şikayətində arvadına zor tətbiq etdiyini göstərdiyini bildirmişdir. O da arvadına zor tətbiq etmədiyini, yaşadığı evdən çıxaraq Əfsanə ilə kənarda yaşamağa gedəcəyini, Hüseynbəyli kəndində olan evi də Rüxsarəyə verəcəyini demişdir. Bundan sonra Gülaya ona izahat verməli olduğunu inzibati binanın birinci mərtəbəsində gözləməyi bildirmiş, birinci mərtəbədə təxminən yarım saat gözlədikdən sonra heç kim onunla maraqlanmadığı üçün çıxıb birbaşa evə gəlmiş və bu barədə anası X6 danışmış, anası da Rüxsarənin “Allah bunun başına daş salsın” demişdir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində o, avtomobili təmir etdirdiyi sexdən götürüb evə gəlmiş, evə gəldikdə qonşuluqda kirayədə yaşayan qadının anasının yanında olduğunu görmüşdür. O, evdə yemək yeməyə başlamışdır. Qadına ard-arda 5 dəfə zənglər gəlsə də, onun yanında telefonu götürməmiş, niyə telefonu götürmədiyini soruşduqda anası olduğunu bildirib küçəyə çıxmışdır. Həmin qadın küçəyə çıxdıqdan sonra yaşadığı evin həyətinə tanımadığı polis əməkdaşları girmiş, daxil olan kimi hasarın kənarında olan dibçəkləri göstərərək “bu nədi” demişlər. O da həmin içərisində narkotik tərkibli bitkilər olan dibçəkləri görən kimi şok olmuş və dibçəklərə təpik vuraraq xəbəri olmadığını demiş, sonra onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Qara adlı polis əməkdaşı onu heç bir səbəb olmadan döyə-döyə Əşrəf müəllimin otağına qaldırmış, Qara onu Əşrəf adlı polisin yanında döyəndə otaqdan çıxartmış, Əşrəf müəllim ona evinə baxış keçirməyə etirazının olmaması barədə ərizə yazdırmış, Qazax RPŞ-yə gələndə polis əməkdaşları həyətdə olan narkotik tərkibli bitkiləri özləri ilə birlikdə polis şöbəsinə gətirmişlər. Ərizə yazdıqdan sonra onu və narkotik tərkibli bitkiləri yaşadığı evə qaytarmış, evin qarşısına çatan kimi polis əməkdaşlarının onu günahsız yerə tutacaqlarını görüb avtomobildən düşüb qaçmış, bir müddət çöllük ərazilərdə, üzüm bağlarında gizlənmişdir. xx.xx.2024-cü ildə axşam saatlarında gizlənməkdən təngə gəlib yaşadığı evə gəlmiş, evə gələn zaman azyaşlı uşaqları səsləmiş, qızı Nərmin onun səsinə yanına gəlmişdir. Bu zaman polis əməkdaşları yaşadığı evə gələrək onu saxlamışlar. Saxladıqdan sonra həmin yerdə Qara adlı polis əməkdaşı, sarıyanız adını bilmədiyi bir polis əməkdaşı onu döymüşlər. Digər polis əməkdaşları da onu döymüşlər, lakin hava qaranlıq olduğu üçün onları görə bilməmişdir. Bundan sonra onu polis şöbəsinə gətirmişlər, polis şöbəsində də yenidən onu döymüşlər, əvvəlcə təpiklə arxadan vurmuşlar, bundan sonra bədəninin müxtəlif yerlərinə vurmuşlar, Qara sinəsinə siqaret basmış, ağzının içərisinə tüpürmüş və nalayiq ifadələr işlətmişdir. Daha sonra onu müvəqqəti saxlama yerinə salmışlar. Bundan başqa bildirmişdir ki, o heç bir narkotik tərkibli bitki əkməmiş, yaşadığı evdə heç bir narkotik vasitə saxlamamışdır. Arvadı Rüxsarə ounla uzun müddətdir münasibətinin pozulması, onun kənarda başqa qadınla, yəni Əfsanə ilə münasibətinin olması, həmin qadından uşağının olması və həmin uşağının da adının Nərmin qoymağı səbəbindən, polislərlə əlbir olaraq ona tələ qurmuşdur. O, narkotik tərkibli bitki əkmiş olsaydı, yaxud da narkotik vasitə saxlamış olsaydı, arvadının şikayətlər etməsi səbəbindən bitkiləri də, narkotik vasitəni də məhv edərmiş. Həmçinin arvadı özü dəfələrlə ona “səni tutduracam”, “səni dizin-dizin sürütdürəcəm”, “səni içəridə saxlatdıracam” demişdir. Evin həyətindən aşkar olunmuş narkotik tərkibli çətənə bitkilərindən və yaşadığı evdən aşkar olunmuş qurudulmuş marixuanadan heç bir xəbəri yoxdur, həmin bitkilər və narkotik vasitə arvadı tərəfindən özü, yaxud da kiminsə vasitəsi ilə qəsdən qoyulmuşdur. 12 aprel 2024-cü il tarixdə saxlanıldığı vaxt yaşadığı evdə qızı Nərmin və anası Xəzəngül olmuşdur. O, özü yıxılmamış, polis əməkdaşları ona badalaq vuraraq yıxmışlar. Bundan sonra onun başını polis əməkdaşları darvazaya vurmuş, xəsarətləri bu səbəbdən almışdır. Həmçinin göstərmişdir ki, yaşadığı evdən aşkar edilmiş həmin tərəzidən xəbəri yoxdur. Arvadı ilə aralarında olan münasibətin pozulması səbəbindən qərəzli ifadə vermiş, narkotik tərkibli bitki əkməmiş, əvvəllər arabir narkotik vasitə olan marixuanadan istifadə etmişdir. O, 099 *** ** ** saylı mobil nömrədən istifadə etmiş, başqa heç bir nömrədən istifadə etməmişdir. O, xəsarət alan zaman yanında müdafiəçi və ya müdafiə edəcək kimsə olmamış, onun bədənində olan xəsarətləri polis şöbəsində Murad, Qaran və tanımadığı digərlərini tanımamışdır. İş üzrə şahidlər dindirildikdən sonra ifadə vermək istədiyini bildirən Təqsirləndirilən şəxs göstərmişdir ki, verilmiş ittihamdakı adı çəkilən narkotik vasitələr ona məxsus deyil. Bu hadisələr keçmiş yoldaşı ilə qonşuluqda yaşayan qadının ona qurduğu oyunlardır. Dibçəkdə aşkarlanan narkotik tərkibli bitkilər də ona aid deyil. Şahidin ifadəsində bildirdiyi onun hasardan tullanıb qaçmağı da həqiqətəuyğun deyildir. Saxlanıldığı gün qonşusu Türkan anası ilə evdə əyləşərkən ona davamlı zənglər gəlmiş və Türkan bəhanə edib həyətdən çıxmış, ondan dərhal sonra polis əməkdaşları həyətə hasarın üzərindən daxil olmuş, hasarın dibində olan dibçəkləri qəbul etməyi tələb etmiş, Qazax RPŞ-yə apararaq ona qarşı fiziki zorakılıq etmişlər. Narkotik vasitəni qəbul etməsi üçün hər cür fiziki zorakılığa məruz qalmış, bu barədə prokurorluğa müraciət etsə də, heç bir nəticə olmamışdır. Qara adlı polis əməkdaşı onu həyətdə qovarkən qarşısında yıxıldığımı desə də, yalandır, aldığı xəsarətlər polis zorakılığının nəticəsində törənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 göstərdi ki, 2024-cü il aprel ayının əvvəlləri şəxsin barəsində evində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı axtarış elan edilmiş, aprel ayının ortaları əməliyyat qrupu yaradılmış, 3 nəfər Şahid5 və Şahid2 və özündən ibarət əməliyyat istintaq qrupu yaradılmış və şəxsin yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs onları görüb bağa tərəf qaçmış və qaçarkən yıxılıb müəyyən xəsarətlər almışdır. Şəxs tutularaq məcburi qaydada gətirilərkən özü-özünə xəsarətlər yetirmiş və başını darvazaya vurub özünə xəsarət yetirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, özündən başqa əməliyyat istintaq qrupunda 2 nəfər də şəxs olmuş, şəxsin evini təxmini tanımışdır. Evə baxış keçirilən zaman iştirak etməmiş, şəxsin evinə baxış təxminən mart ayında keçirilmişdir. Şəxs maşında müqavimət göstərdiyi üçün ona fiziki güc tətbiq edilmiş, şəxsin barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsinə səbəb narkotik vasitələrin dövriyyəsi ilə bağlı verilən məlumat olmuşdur. Məlumat şəxsin narkotik vasitədən istifadə etməsi ilə bağlı olmuş, saxlanılan şəxsə fiziki güc tətbiq edib qolunu tutsalar da, hər hansı xəsarət yetirməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, 2024- cü il aprel ayının ortaları daxil olmuş əməliyyat məlumatı əsasında Nicat və Hafizlə şəxsin yaşadığı ünvana getmiş, Ramiz onları görüb bağa tərəf qaçmış, onun arxası ilə bağa tərəf getmişlər. Şəxsi saxlayan zaman anası və yoldaşına nalayiq ifadələr işlətmiş və müqavimət göstərmişdir. Ona görə qolunu bükərək məcburi qaydada xidməti maşına əyləşdirmiş, şöbəyə çatdırıb istintaqa təhvil vermişlər. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat istintaq qrupu Şahid2, Şahid4 ibarət olmuş, şəxs saxlanılan zaman ailə üzvləri də evdə olmuşlar. Ailə üzvlərinə nalayiq ifadələr işlətməsinin səbəbi təqsirləndirilən şəxsin onu ifşa etmələri ilə bağlı şübhələnməsi olmuş, şəxsin nə ilə bağlı axtarılması ona məlum olmuşdur. Ramizi saxlayan zaman ona fiziki güc tətbiq etmiş, qolunu burub maşına əyləşdirmişlər. Şəxs bizi görüb qaçmış, qaçanda yıxılaraq xəsarətlər almış, şəxsin arxası ilə qaçanda özü də yıxılaraq əlindən xəsarət almışdır. Təqsirləndirilən şəxsi özü saxlamış, dedikləri həqiqətəuyğun deyil. Ramizlə ailə üzvləri arasında münaqişə olmasını bilməmiş, şəxsi saxlayanda qandaldan istifadə etməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, daxil olan əməliyyat məlumatına əsasında yaradılmış əməliyyat qrupu ilə şəxsin yaşadığı evə getmiş, evdə Ramiz olmasa da, qapını Ramizin bacısı açmış, özlərini təqdim edərək bağdan başlayaraq evdə və həyətdə baxış keçirtmişlər. Baxış keçirilən zaman 30-a yaxın dibçəkdə narkotik tərkibli bitkilər aşkar edilmişdir. Bir müddət sonra şəxsin evdə olması ilə bağlı yenidən məlumat daxil olmuş, 3 nəfərdən ibarət qrup şəklində getmişlər. Şəxs onları görüb bağa tərəf qaçmış, onu saxlayaraq xidməti maşına əyləşdirib şöbəyə gətirmişlər. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat məlumatı Arif Mustafayevə aid olmuş, hazırda həmin şəxs işdən çıxmışdır. Məlumat narkotik vasitələrin kultivasiyası ilə bağlı olmuş, şəxs saxlanılan zaman yoldaşı ilə Ramiz arasında narazılıq olduğu aşkar hiss olunmuşdur. Evdə Ramizdən başqa kişi cinsindən olan şəxsin yaşayıb-yaşamaması ilə bağlı məlumatı yoxdur. Aşkar olunan narkotik vasitələr qulluq edilmiş vəziyyətdə olmuş, baxış keçirilən zaman videoçəkiliş aparılmışdır. Müqavimət göstərdiyi üçün Ramiz saxlanılarkən ona fiziki qüvvə tətbiq edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Ramizi saxlayan zaman özü də iştirak etmiş, Qara adlı polis əməkdaşı Ramizin arxası ilə qaçanda ikisi də yerə yıxılaraq xəsarət almışlar. Bundan sonra təqsirləndirilən şəxs saxlanılıb Qazax rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmədə dindirilmiş Şahid3 da eyniməzmunlu ifadə verərək göstərdi ki, 2024-cü il mart ayında daxil olan əməliyyat məlumatı əsasında istintaq qrupu yaradılmışdır. Ramizin arvadı Rüxsarənin verdiyi məlumat əsasında evə və həyətə baxış keçirilmiş, baxış nəticəsində evin mətbəğindən kiçik balaca qırmızı torbanın içərisindən qurudulumuş narkotik tərkibli bitki marixuana aşkar edilmiş, ailə üzvləri narkotik tərkibli vasitənin Ramizə aid olduğunu demiş, həmin vaxt evdə qızı və anası olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş iş üzrə rəy vermiş mütəxəssis Şahid6 İlandiyar oğlu göstərmişdir ki, ümumiyyətlə tez-tez polis əməkdaşları tərəfindən bitkiçiliklə bağlı hər hansı məsələ olduqda dəvət edilmişdir. Hazırki iş üzrə də dəqiq xatırlamadığı tarixdə mart ayında günün ikinci yarısında polis əməkdaşları tərəfindən dəvət edilmiş, bir yerdə Hüseynbəyli kəndinə getmişlər. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı mütəxəssis kimi iştirak etmiş, qapını bir xanım açmış, ev sahibinin başqa şəxs olduğunu demişdir. Həmin vaxt plastik qablarda narkotik tərkibli bitkilər aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, qulluq edilməsinin bariz nümunəsi plastik qablarda əkilməsi olmuş, gövdə fərqi aşkar bilinməmişdir. Həmin bitkilərin kannabis bitkisi olduğunu görmüş, əvvəlcədən polis əməkdaşları tərəfindən dəvətlə bağlı məlumat verilmiş, aşkar edilən bitkilərin hündürlüyü təxminən 5-10 sm olmuşdur. Yabanı bitkilərlə qulluq edilməsi bitkilərin qozalarında görünür. Hadisə yerinə bilavasitə axtarış keçirilən gün getməklə bağlı məlumat verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 qızı göstərmişdir ki, 23 ildir ki, o 3 övladına görə Ramizlə yaşamağa məcbur olmuşdur. O və anası dəfələrlə etiraz etsə də, Ramiz onları dinləməmişdir. Qeyri-rəsmi başqa bir qadınla yaşamış, onu isə evə qoymamışdır. Polis şöbəsinə şikayət ərizəsi yazaraq Ramizin narkotik tərkibli vasitədən istifadə etdiyini, əkdiyini bildirmiş, mart ayının 25-i evə baxış keçirilən zaman isə işdə olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, evə polislərin gəldiyini qızı zəng edərək ona demiş, evdə qaynanası uşaqlarla qalmışdır. Ramizin narkotik tərkibli vasitədən istifadə etdiyini, əkdiyini ailə üzvləri də bilmişdir. İcra hakimiyyətinə çöldə qalması ilə bağlı müraciət etmiş, qaynanası Ramiz tutulana qədər onun mövqeyindən çıxış etsə də, Ramiz tutulduqdan sonra ona qarşı çıxmağa başlamışdır. Polisə məlumat verilənə qədər də əri ilə arasında münaqişələr olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 qızı göstərmişdir ki, Ramizgilin yaxınlığında kirayədə yaşamış, Ramiz tutulduqdan sonra bacıları onu yaşadığı kirayə evdən çıxarmışlar. Ramiz həbsdə olduğu müddətdə də ona zəng edərək polislərin gəlməsini onun xəbər verməsini deyib hədələmişdirlər. Polislər gələndə isə O öz evində olmuş, olanları görməmişdir. Sonradan Ramizin arvadı ona Ramizin narkotik tərkibli vasitələrdən istifadə etdiyini demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Ramizgilin evinə polis gəldiyini bilməmiş, Ramiz tutulduqdan sonra bacıları onu kirayədən çıxartmış, Ramizin tutulma səbəbi narkotikdən istifadə etməsi olmuşdur. Həqiqətən O, Ramizgildə olanda ona zəng gəlmiş, zəng edən isə anası olmuş və onu paltar sərməyə görə evə çağırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərmişdir ki, polislər gəlib atasını aparanda evdə olmuşdur. Atasını tutandan sonra başını darvazaya çırpıb aparmışlar. Evdən aşkar edilən quru narkotik vasitəni qonşusu Türkangildə görmüş, evə baxış keçirəndə isə polislər qutunun içindən narkotik vasitə aşkar edilsə də, həmin narkotik vasitəni polislər özləri ilə gətirib həyətdə çəkiliş etmişlər. Atasının evində, nənəsi ilə birlikdə yaşayır, dibçəklərdəki narkotik vasitəni evə polislər gətirmiş, dibçəklərin sayını dəqiq xatırlamır, həmin dibçəkləri Türkangildə görmüşdür. Əvvəllər həyətin hər hansı hissəsində narkotik vasitə əkilib becərildiyini görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində isə göstərmişdir ki, son dövrlər atası ilə anasının münaisbətləri pozulmuş dəfələrlə günlərlə evə gəlməmişdir. Son dəfə 2024-cü il mart ayında atası ilə anası arasında mübahisə yaranmış, atası anasını evdən qovmuşdur. Anası qohumlarıgildə özü isə nənəsi Xəzəngüllə birlikdə öz evlərində yaşamışdır. xx.xx.2024-cü ildə atası narahat halda evə gəlib nəyisə gizlətmək barədə danışmış sonra isə çıxıb getmişdir. Qısa müddət sonra evə polislər gəlmiş nənəsi ilə danışmış və bağ tərəfə hinə tərəf getmiş oradan dibçəkdə bitkiləri götürüb getmişlər. Həmin vaxt nənəsi və onun bacısı kimlərəsə zəng edib ağlamış atasının pis iş gördüyünü demişlər. Bir neçə gün sonra atası evə gələndə anası və qonşuları Rüxsarə də həyətdə olmuş, polislər gələndən sonra atası bağa tərəf qaçmış və sonra polis tərəfindən saxlanılıb aparmılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-bioloji ekspertizasının 26 mart 2024-cü il tarixli 16/383 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülərək tədqiqata təqdim edilmiş kağız paketdəki ümumi sayı 4 (dörd) ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri 0,21 qram, 0,12 qram, 0,03 qram və 0,15 qram, ümumi təmiz çəkisi 0,51 qram olan bitki nümunələri narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləridir. Ümumi sayı 23 (iyirmi üç) ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri 0,15 qram, 0,18 qram, 0,15 qram, 0,30 qram, 0,57 qram, 0,34 qram, 0,26 qram, 0,22 qram, 0,33 qram, 0,42 qram, 0,17 qram, 0,27 qram, 0,19 qram, 0,23 qram, 0,31 qram, 0,32 qram, 0,35 qram, 0,22 qram, 0,29 qram, 0,20 qram, 0,23 qram, 0,37 qram və 0,81 qram, ümumi təmiz çəkisi 6,88 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləridir. Aqronumun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kağız paketdəki 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 7,50 qram, 9,20 qram, ümumi təmiz çəkisi 16,70 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar, tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş kağız paketdəki 1 (bir) ədəd elektron tərəzinin üzərindəki, təmiz çəkisi 0,20 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə narkoloji ekspertizasının 15 may 2024-cü il tarixli 825 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan cinayət işinin istintaq materiallarına əlavə edilmiş məhkəmə bioloji ekspertizasının 28 iyun 2024-cü il tarixli 7/923 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş qəhvəyi rəngli kağız paketdə 1(bir) ədəd sarı rəngli sellofan torbadakı 3 (üç) ədəd üzərləri skoçla bağlanılmış sellofan bağlamalarda olan torpaq nümunələri (bağ sahəsindən, toyuq hininin yaxınlığından və giriş darvazasının sağ tərəfindən götürülmüş) qəhvəyi rəngli (qrup əlaməti) orta gillicəli, orta karbonatlı, orta minerallı, orta humuslu (cins əlaməti) torpaqlara aiddirlər. Tədqiqata təqdim olunmuş ağ kağız paketdə üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada içərisində torpaq kütləsi olan 21 ədəd plastik qablar və həmin qara rəngli polietilen torbanın içərisində ağ rəngli polietilen torbada torpaq kütləsi olan 6 ədəd plastik qablarda ümumi sayı 27 (iyirmi yeddi) ədəd plastik qablarda olan torpaqlar qəhvəyi rəngli (qrup əlaməti) orta gillicəli, orta karbonatlı, orta minerallı, orta humuslu (cins əlaməti) torpaqlara aiddirlər. Təqsirləndirilən şəxs həyətindən və həyətyanı bağ sahəsindən, toyuq hininin yaxınlığından və giriş darvazasının sağ tərəfindən götürülmüş torpaq nümunələri ilə, onun narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib-becərmiş olduğu, içərisində torpaq kütləsi olan 27 ədəd dibçəklərdə olan torpaq nümunələri qrup və cins əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş torpaq nümunələrində narkotik tərkibli çətənə (kannabis) bitkilərinin bitməsi mümkündür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “baxış keçirilməsi haqqında” 25 mart 2024-cü il tarixli protokol və əlavəsi olan CD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Qazax rayonu Hüseynbəyli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində baxış keçirilən zaman, həmin sahədə olan yarımtikilinin içərisində 24 (iyirmi dörd) ədəd dibçəyə əkilərək yetişdirilməklə külli miqdarda kultivasiya edilmiş, əkilib-becərilməsi qadağan olunmuş, hündürlüyü 3 (üç) santimetrdən 24 (iyirmi dörd) santimetrədək olan, 23 (iyirmi üç) ədəd, ayrıayrılıqda təmiz çəkiləri 0,15 qram, 0,18 qram, 0,15 qram, 0,30 qram, 0,57 qram, 0,34 qram, 0,26 qram, 0,22 qram, 0,33 qram, 0,42 qram, 0,17 qram, 0,27 qram, 0,19 qram, 0,23 qram, 0,31 qram, 0,32 qram, 0,35 qram, 0,22 qram, 0,29 qram, 0,20 qram, 0,23 qram, 0,37 qram və 0,81 qram, ümumi təmiz çəkisi 6,88 qram olan narkotik tərkibli çətənə bitkiləri və 4 (dörd) ədəd ayrıayrılıqda təmiz çəkiləri 0,21qram, 0,12 qram, 0,03 qram və 0,15 qram, ümumi təmiz çəkisi 0,51 qram olan bitki nümunələri narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləri olmaqla birlikdə ümumi təmiz çəkisi 7,39 qram, ümumi sayı isə 27 (iyirmi yeddi) ədəd olan külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan 26 mart 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Qazax rayonu Hüseynbəyli kəndində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı mətbəxdə olan dolabın içərisində “Brend Shop” yazısı olan bir ədəd qırmızı rəngli polietilen torbanın içərisində olmaqla bir ədəd elektron tərəzi, həmin tərəzinin üzərində təmiz çəkisi 0,20 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 2 (iki) ədəd kibrit qutusunda isə ayrı-ayrılıqda çəkiləri 7,50 qram və 9,20 qram olmaqla bir ədəd elektron tərəzinin üzərindəki 0,20 qram çəkidə olan kütlə ilə birlikdə təmiz çəkisi 16,90 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə eyni olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan tədqiqat üçün nümunələrin götürülməsi haqqında 16 aprel 2024-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Qazax rayonu Hüseynbəyli kəndində yerləşən evin həyətində yerləşən toyuq hininin yaxınlığından, giriş darvazasının sağ tərəfindən və həyətyanı bağ sahəsindən bel vasitəsilə 03 (üç) ədəd polietilen torbada torpaq nümunələri götürülərək qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon məhkəməsinin 07 oktyabr 2003-cü il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 20 faiz tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Ağstafa rayon məhkəməsinin 31 mart 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2000 (iki min) manat cərimə cəzasına məhkum edilmiş, 04 iyun 2013-cü il tarixdə Amnistiya Qərarına əsasən təyin olunmuş cərimə cəzasından azad olunmuşdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş X2 daxil olmuş 15 aprel 2024-cü il tarixli sənədlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs X4 qeydiyyatda yoxdur. Cinayət işində olan və məhkəmədə araşdırılan Qazax rayonu Canalı bələdiyyəsindən daxil olmuş 16 oktyabr 2024-cü il tarixli 74 nömrəli sənəddən görünür ki, mülkiyyət kitabında qeyd edilən 468 saylı şəhadətnaməyə əsasən Təqsirləndirilən şəxs, anası X5 və bacısı X9 birgə 0,19 ha həyətyanı torpaq sahəsi və üzərində 82 kvadrat metr fərdi yaşayış evi vardır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış xx.xx.2023-cü il tarixli «cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CM-nin 234.1 və 2372.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Qazax rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 4(023)-18/2024 saylı qərarından görünür ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan qurudulmuş marixuana əldə edib saxlamış, həmçinin o külli miqdar tərkibində narkotik maddələr olan (kannabis) bitkilərini kultivasiya edərək cinayətini törətməsi özünün ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar şahid ifadələri ekspertiza rəyləri istintaq hərəkəti protokolları və əlavələri olan videoçəkilişlərlə və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakı müəyyən edən sübut növləri kimi qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram, qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarı isə 16 ədəd göstərilmişdir. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Buna görə də, təqsirləndirilən şəxsin əməli həmin maddə ilə düzgün tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı övladının olması, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışında göstərdiyi xx.xx.2025 yaxud xx.xx.2024-cü ildə polis əməkdaşlarının yaşadığı evə gəlib özləri ilə dibçəklərdə narkotik tərkibli bitkilər gətirməsi sonuncularla Qazax RPŞ-yə aparılıb orda fiziki zorakılığa məruz qalıb döyüldükdən sonra etmədiyi əməli etiraf edib yerində çəkiliş aparılması üçün yaşadığ evə qayıtmaları, ünvana çatandan sonra maşından düşüb qaçması, sonradan da polis əməkdaşları tərəfindən həmin dibçəklərinin yaşadığı evdə it saxladığı yerdə guya özü əkmiş kimi təqdim edilməsi və saxlaıldığı gün də evə gəldikdən sonra polis tərəfindən saxlanması və aralarında ailə münaqişəsi olan arvadının və qonşusunun təhriki ilə yaşadığı evə qurudulmuş marixuana qoyulub sonradan arvadının iştirakı ilə təqdim edilməsi cinayət işi üzrə toplanmış digər sübutlarla təsdiqini tapmadığı üçün məhkəmə həmin ifadələri özünümüdafiə cəhdi kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin bildirdikləri yəni ilk dəfə polisə aparılıb sonradan geri qaytarılması real olacağı təqdirdə onun polis əməkdaşları tərəfindən nəzarətsiz saxlanılması (ən azından yanında polis əməkdaşı olmaması, deməsinə əsasən fiziki zorakılığa məruz qalan və zorla etmədiyi əməli etiraf edən faktiki şübhəli şəxs statusunda olan şəxsin sərbəst maşına tək əyləşdirilib gətirilməsi) ağlabatan və inandırcı deyil. Həmçinin həmin hal mövcud olacağı təqdirdə təqsirləndirilən şəxsin deməsinə görə xeyli sayda polis əməkdaşı olmasına baxmayaraq onun arxası ilə qaçmamaları, fiziki qüvvə və xüsusi vasitə tətbiq edilməməsi barəsində axtarış elan edilməməsi təhqiqat orqanı əməkdaşları tərəfindən ciddi qanun pozuntusu və xidməti fəaliyyətin kobud şəkildə pozulması kimi qiymətləndirilməməsi, aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı (daxili işlər nazirliyi) tərəfindən xidməti araşdırma (daxili təhqiqat) aparılmaması yaxud ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, yaxud yuxarı prokuror tərəfindən münasibət bildirilməməsi mümkün deyildi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə qismən məhkəmə baxışında isə tam olaraq iddia etdiyi polislər tərəfindən ilk dəfə xx.xx.2024-cü ildə yaşadığı evdə saxlanılıb özlərinin gətirdiyi dibçəklərlə X19 aparılması, sonradan evə qaytarıalrkən qaçmasınının həqiqətəuyğun olması qəbul edilərsə diqqətdən qaçırılmamalıdır ki, Təqsirləndirilən şəxs iddia etdiyi qanunsuzluqlarla bağlı təxminən 22 gün müddətində faktiki olaraq azadlıqda olmasına baxmayaraq nə birbaşa ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa, digər nəzarət orqanına, yaxud müxtəlif instansiyalara müraciət etməmişdir. Təqsirləndirilən şəxsin doğma övladı olan iş üzrə şahid azyaşlı qızı Şahid8 məhkəmə baxışında verdiyi ifadəsində göstərdiyi xüsusatlarla bağlı isə məhkəmə həmin ifadəni ibtidai istintaq zamanı qanuni nümayəndəsi anasının iştirakı ilə verdiyi ifadəsi ilə ziddiyyət təşkil etdiyi, atasının ifşa edilməsi ilə bağlı anasını günahkar bilməsi, təqsirləndirilən şəxsin doğma atası olması və məhkəmədə aşkar müşahidə edilən sıx valideyn-övlad bağlılığı ilə əlaqədar olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədini təmin edə bilmir. Hazırki iş üzrə aşkar edilmiş narkotik tərkibli bitkilərin sayı və aşkar edilən vaxt həmin kolların vəziyyəti ştil formasına olması əməlin ictimai təhlükəliliyini azaldan hal olmaqla Təqsirləndirilən şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasınının aşağı həddə yaxın təyin edilməsini məqsədəmüvafiq sayır. Təqsirləndirilən şəxsə verilmiş digər ittiham üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bağlı məhkəmə daha yüngül cəza növü olsa da ictimai təhlükəliliyi və şəxsiyyətini xarakterizə edən hallar nəzərə alınmaqla sanksiyada nəzərdə tutulmuş orta həddə və məhz azadlıqdan məhrumetmə cəzasını təyin edilməsini qanuni və ədalətli sayır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini və törətdiyi əməlin ictimai təhlükəliliyini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilərək islah olunmasının mümkün sayır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş, böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd cəza təyin edilməli, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, barəsində azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və O ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nın 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan 7,39 qram olan 27 (iyirmi yeddi) ədəd çətənə (kannabis) bitkisi maddi sübut kimi tanınaraq, tədqiqat keçirildikdən sonra qalıq olan 6,85 qram çəkidə 27 (iyirmi yeddi) ədəd çətənə (kannabis) bitkisi, həmçinin, 26 mart 2024-cü il tarixdə baxış aparılması zamanı Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxindən aşkar edilmiş təmiz çəkisi 16,90 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq, tədqiqat keçirildikdən sonra qalıq olan 16,78 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, 2 ədəd “DVD” disk və 1 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 132,80 (bir yüz otuz iki manat səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə isə 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 12 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və O, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Qazax RPŞ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş təmiz çəkisi 7,39 qram olan 27 (iyirmi yeddi) ədəd çətənə (kannabis) bitkisi maddi sübut kimi tanınaraq, tədqiqat keçirildikdən sonra qalıq olan 6,85 qram çəkidə 27 (iyirmi yeddi) ədəd çətənə (kannabis) bitkisi, həmçinin, 26 mart 2024-cü il tarixdə baxış aparılması zamanı Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxindən aşkar edilmiş təmiz çəkisi 16,90 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq, tədqiqat keçirildikdən sonra qalıq olan 16,78 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, 2 ədəd “DVD” disk və 1 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 132,80 (bir yüz otuz iki manat, səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-322/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-322/2025
18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver