Məhkəmə qərarları › İş №1(100)-323/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-323/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-323/2022 29.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və X5 ibarət tərkibdə, Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisləri X7 və X9, zərərçəkmiş şəxsin hüquqi varislərinin nümayəndəsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.8 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aşkar surətdə 1,3-1,5 aylıq hamilə vəziyyətində olan arvadı X15 ona və ailə üzvlərinə qarşı saymamazlıq etməsi və laqeyd davranması bəhanəsi ilə bağlı qəsdən öldürmək niyyətilə 12 fevral 2022-ci il tarixdə, saat 21 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən birgə yaşadıqları fərdi yaşayış evinin mətbəxindən götürdüyü mətbəx bıçağını yatdığı otaqda çarpayının altında gizlətmiş, 13 fevral 2022-ci il tarixdə, saat 07:30 radələrində yuxudan oyanaraq yataq otağında çarpayıda uzanmış halda olan və aşkar surətdə hamilə vəziyyətdə olmasını bildiyi arvadı X15 öldürmək məqsədilə mətbəx bıçağı ilə sonuncunun döş qəfəsinin ön səthinə sol parasternal xətt üzrə İİ-İİİ qabırğa arası sahədən və sol orta körpücük xətti üzrə İV qabırğa səviyyəsindən döş boşluğuna keçən, sol ağ ciyəri, ürək kisəsini və ürəyi zədələyən, 2,5 x 0,5 sm ölçülərdə, cəmi 2 (iki) ədəd kəskin qanitirməyə və sonuncunun ölümünə səbəb olmuş həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran deşilmiş-kəsilmiş yara xəsarətləri, alın nahiyəsinin sağ yarısının tüksüz hissəsinə 2 x 0,2 sm ölçüdə, 1 (bir) ədəd kəsilmiş yarası, sol gicgah nahiyəsində tüklü-tüksüz hissə sərhədinə 1,6 x 0,2 sm ölçüdə, 1 (bir) ədəd kəsilmiş yarası, sol yanağın orta üçdə birinə 0,8 x 0,2 sm ölçüdə, aşağı üçdə birinə isə 2,2 x 0,3 sm ölçüdə, cəmi 2 (iki) ədəd kəsilmiş yaraları, boynunun yuxarı üçdə birinin ön səthinə 0,5 x 0,1 sm ölçüdə, 1 (bir) ədəd kəsilmiş yarası, döş qəfəsinin ön səthinə döş sümüyünün cismi proyeksiyasına döş boşluğuna keçməyən 0,8 x 0,3 sm ölçüdə, 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinə döş sümüyü proyeksiyasında iri nöqtəvari ölçüdə 8 (səkkiz) ədəd səthi-deşilmiş yaraları, sol çiyin üstü nahiyəyə 1 x 0,3 sm, l,7 x 0,5 sm və 2 x 0,5 sm ölçülərdə döş boşluğuna keçməyən, 3 (üç) ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun yuxarı üçdə birinin bayır səthinə 2,5 x 0,7 sm və 2,4 x 0,5 sm ölçüdə, sol bazunun yuxarı üçdə birinin ön səthinə 2 x 0,7 sm ölçüdə, sol bazunun yuxarı üçdə birinin iç səthinə 0,7 x 0,5 sm ölçüdə, sol bazunun orta üçdə birinin ön bayır səthinə 4,5 x 1,5 sm ölçüdə, sol bazunun aşağı üçdə birinin arxa səthinə 2 x 1 sm və 1,5 x 0,7 sm ölçüdə olmaqla, 7 (yeddi) ədəd sağlamlığa yüngül zərər vuran sağlamlığın qısa müddətə pozulmasına səbəb olan deşilmiş kəsilmiş yara xəsarətləri, sol əlin arxa səthində İİ daraq sümüyü proyeksiyasına 1,5 x 0,5sm ölçüdə, sol əlin İİİ-İV barmaqarası nahiyəsinə 1,5 x 0,5 sm ölçüdə, sol əlin İV barmağının arxa səthinə 2,5 x 0,3 sm və 1,7 x 0,2 sm ölçülərdə, olmaqla, 4 (dörd) ədəd kəsilmiş yaraları, sağ əlin İ barmağının iç səthinə 1,2 x 0,3 sm ölçüdə, 1 (bir) ədəd kəsilmiş yarası, sağ dirsək oynağının arxa səthində 1 x 0,3 sm və 0,8 x 0,3 sm ölçülərdə, 2 (iki) ədəd sıyrıq xəsarətləri ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və ağırlıq dərəcəsi təyin edilməyən ümumilikdə, 33 (otuz üç) ədəd bədən xəsarətləri yetirmiş, həmin vaxt X27 ilə eyni çarpayının mərkəzi hissəsində yatan və aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlı qızı xx.xx.2014-cü il təvəllüdlü Şahid7 Elməddin qızının qəflətən yuxudan oyanmasından və sağ əli ilə ona mane olmasından hiddətlənərək öldürmək məqsədilə bıçaqla onun döş qəfəsinin sol yarısının ön səthindən və döş qəfəsinin sağ yarısının ön səthindən döş boşluğuna keçən, ürək kisəsini, ürəyi və hər 2 (iki) ağ ciyəri zədələyən cəmi 12 (on iki) ədəd kəskin qanitirməyə və sonuncunun ölümünə səbəb olmuş sağlamlığa ağır zərər vuran deşilmiş-kəsilmiş yaraları, sol qoltuqaltı nahiyəyə 2 (iki) ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun yuxarı üçdə birinin ön səthində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol saidin aşağı üçdə birinin arxa səthinə 1 (bir) ədəd kəsilmiş yarası, sol bilək oynağının arxa səthinə 1 (bir) ədəd kəsilmiş yarası, sol əlin İV-V barmaqarası nahiyəsinə 1(bir) ədəd kəsilmiş yarası, sol əlin İİİ barmağının əsas falanqasının arxa səthinə 1 (bir) ədəd kəsilmiş yarası, sağ saidin aşağı üçdə birinin ön səthinə 1(bir) ədəd və sağ əlin İİİ barmağının orta falanqasının iç səthinə 1(bir) ədəd həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığa yüngül zərər vuran sağlamlığın qısa müddətə pozulmasına səbəb olan kəsilmiş yara xəsarətləri, ümumilikdə, 21 (iyirmi bir) ədəd bədən xəsarətləri, həmçinin, hər iki əlin ovuc səthinə, hər iki diz oynağının iç səthinə və sağ baldırın yuxarı üçdə birinin ön səthinə qançır xəsarətləri ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və ağırlıq dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirib ana və azyaşlı övladını bir-birilərinin gözləri qarşısında onlara xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq xüsusi amansızlıqla qəsdən iki şəxsi öldürmüş, yəni aşkar surətdə hamilə vəziyyətdə olan qadını və köməksiz vəziyyətdə olan azyaşlı uşağı, iki şəxsi qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etmə cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.8 və 120.2.9-cu maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2013-cü ilin mart ayında Çinarlı qəsəbə sakini X19 ilə ailə həyatı qurmuş, bu evlilikdən 07 may 2014-cü il tarixdə qızı Şahid7 Elməddin qızı dünyaya gəlmişdir. Evləndikdən sonra ailəsilə münasibətləri normal olmuşdur. Təxminən 2016-cı ildə Rusiya Federasiyasının Moskva şəhərinə biznes fəaliyyəti ilə məşğul olmaq üçün getmiş, 3 ay qaldıqdan sonra evinə qayıtmışdır. Bundan sonra da X27 və qızı Şahid7 ilə münasibətləri yaxşı olmuşdur. X27 ilə arasında heç bir mübahisə və narazılıq olmamışdır. Nevroloji problemləriylə əlaqədar başında ağrılar olduğundan 2008-ci ildən hadisə olanadək intensiv olaraq həkim müşahidəsində olmuş və müalicələr almışdır. Həkimlər nevroloji problemləriylə əlaqədar müalicəni ömrünün sonunadək alacağını bildirmişdilər. X21 və qızı Şahid7 necə öldürdüyünü, onlara necə xəsarət yetirdiyini, hadisənin necə baş verdiyini ümumiyyətlə xatırlamamış və hadisə baş verən zaman özündə olmamışdır. İfadəsinə əlavə olaraq hadisənin necə baş verdiyini xatırlamadığını, arvadı və qızını öldürmədiyini, onları “şeytanın”, “qara qüvvələrin” öldürdüyünü, insanın öz hamilə həyat yoldaşını və balaca qızını necə öldürə biləcəyini anlamadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Lalə Həsənova böyük qızı olmuşdur. Lalə xaraktercə sakit və tərbiyəli, həm ailəsində, həm də ər evində hörmət qazanmış bir insan olmuşdur. Mərhum qızı 2013-cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbə sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Təqsirləndirilən şəxsla uzaq qohumluq münasibətləri olmuşdur. Bu evlilikdən 2014-cü il tarixdə azyaşlı nəvəsi Şahid7 dünyaya gəlmişdir. Aralarında heç bir zaman söz-söhbət olmamışdır. Elməddin ailəsinə daim diqqət və qayğı göstərmişdir. Ailə qurduqdan sonra Elməddinin başında ağrılar olduğunu bilmiş, lakin Elməddinin heç bir ruhi-əsəb xəstəliyi və ya ruhi-əsəb pozğunluğu olmamış, heç bir xəstəxanada ruhi-əsəb xəstəliyi ilə bağlı qeydiyyatda olmamışdır. Elməddini çox vaxt özü xəstəxanaya aparıbgətirmişdir. Elməddini Gəncə şəhərində yerləşən “X37”nə aparmış, orada əsəb xəstəliyi ilə bağlı müalicə almışdır. 13 fevral 2022-ci il tarixdə səhər saatlarında fərdi yaşayış evində yatdığı vaxt qəflətən Elməddinin əmisi Tofiq saat 07:59 radələrində ona zəng edərək “Elməddin qızın Lalə ilə nəvən Qumrunu bıçaqla vuraraq öldürmüşdür. Özünü təcili çatdır” demişdir. O, şəxsi avtomobili ilə dərhal hadisə yerinə getmişdir. Avtomobildə qızı Jalə, oğlu Vüsal və arvadı Nailə əyləşmişdilər. O, hadisə yerinə getməzdən əvvəl qonşuluqda yaşayan qardaşı Şahid8la qardaşının arvadı Şahid9 avtomobilə əyləşdirmiş və yola düşmüşdülər. Təxminən 10-12 dəqiqə sonra hadisə yerinə çatmışlar. Hadisə yerinə çatan zaman Elməddinin atası Elmidarın küçənin aşağı tərəfindən evlərinə tərəf piyada hərəkət etdiyini görmüşdür. Evin giriş darvazası açıq vəziyyətdə olmuşdur. O və onunla birlikdə hadisə yerinə gələn qohumları evin 2-ci mərtəbəsinə-cinayət hadisəsi baş verən otağa qalxmışlar. Elməddinin nənəsi Qumrunun otağının giriş qapısı açıq vəziyyətdə olmuşdur. X25pının qarşısında qana bulaşmış vəziyyətdə yerə uzadılmışdı. Qızının sol qol nahiyəsi qana bulaşmış və kəsiklər müşahidə edilmişdi. Nəvəsi Qumru isə Elməddinin nənəsi Qumrunun yatdığı çarpayıya uzadılmış vəziyyətdə olmuşdu. Nəvəsi Qumrunun paltarı dəyişdirilmişdi. Qızı Lalə ilə nəvəsi Qumrunun nəfəs almadığını, onların artıq öldüklərini görmüşdür. Ətrafda Nərminəni, qonşuları Svetlananı, Çingizin arvadı Aytəkini görmüşdür. Elməddinin nənəsi Qumrunun otağında damcı-damcı qan ləkələri olmuşdur. O, Elməddinin otağına daxil olmadan təcili surətdə qızı Laləni qucağına alaraq 1-ci mərtəbəyə X34 avtomobilinə əyləşdirmişdir. X34 avtomobili hadisə yerinə onunla eyni vaxtda gəlmişdir. Nəvəsi Qumrunu isə qızı Jalə qucağına alaraq 1-ci mərtəbəyə endirmişdir. X28 X34 avtomobilində yola salmışdır. X34 avtomobilində həkim-briqada heyətinin yanında arvadı Nailə də əyləşmiş və xəstəxanaya yola düşmüşlər. O, isə şəxsi avtomobilində nəvəsi Şahid7 xəstəxanaya aparmışdır. Onun avtomobilində nəvəsi Şahid7 ilə birlikdə Elmidarın arvadı Nərminə, qardaşı arvadı Gülxanım və oğlu Vüsal da əyləşmişdilər. Təxminən 15 dəqiqə sonra xəstəxanaya çatmışlar. Qızı ilə nəvəsi artıq vəfat etmişdi. Mərhumların meyitləri oradan morqa aparılmışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Elməddinin Lalə ilə münaqişəli olması barədə eşitməmiş, Elməddin mərhum qızını və nəvəsini çox istəmişdir. Mərhum X36 hadisə vaxtı təxminən 1 ay 15 günlük hamilə olmuşdur. Qızının hamiləliyi barədə Təqsirləndirilən şəxs və digər ailə üzvləri məlumatlı olmuşlar. Təqsirləndirilən şəxs nə üçün hamilə vəziyyətdə olan X21 və azyaşlı qızı Şahid7 qətlə yetirməsi barədə o və ailə üzvləri məlumatlı olmamışlar. Həmçinin ifadəsində Təqsirləndirilən şəxs şikayətçi olduğunu, heç bir səbəb olmadan qızını və nəvəsini öldürdüyü üçün onun ömürlük azadlıqdan məhrum edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17, Şahid8 Hüseynqulu oğlu və Şahid9 X6 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, böyük bacısı Lalə 2013-cü ildə Şəmkir rayonu, Çinarlı qəsəbə sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 2014-cü il tarixdə Şahid7 dünyaya gəlmişdir. Bacısının evində söz-söhbət olmasına, mübahisəyə və ya digər davadalaşa şahidlik etməmiş və bu barədə eşitməmişdir. Bacısı Lalə hər zaman onların evinə gəlmişdir. Lalə heç bir zaman ailə üzvləri barəsində narazılığını bildirməmişdir. Əksinə, daim mehriban olduqlarını demişdir. Elməddin ailəsinə diqqət və qayğı göstərmişdir. Həmçinin, Elməddinin başında ağrılar olsa da, Elməddinin heç bir ruhi-əsəb xəstəliyi və ya ruhi-əsəb pozğunluğu olmamışdır. Elməddin baş ağrıları ilə bağlı müalicə alsa da, nə vaxt və harada müalicə almasını bilməmişdir. 13 fevral 2022-ci il tarixdə səhər saat 08 radələrində qəflətən atasına zəng gəlmiş, atası mobil telefonu götürmüş və telefonda olan şəxs Elməddinin bacısı Laləni və bacısı qızı Qumrunu bıçaqla vuraraq öldürdüyünü demişdir. Atası “VAZ-2106” markalı avtomobilini işə salmış və dərhal hadisə yerinə getmişlər. Avtomobildə onunla birlikdə qardaşı Vüsal və anası Nailə də əyləşmişlər. Atası avtomobillə hadisə yerinə getməzdən əvvəl qonşuluqda yaşayan əmisi Şahid8la arvadı Şahid9 götürmüş və yola düşmüşlər. Təxminən 10 dəqiqə sonra hadisə yerinə çatmışlar. Hadisə yerinə çatan zaman Elməddinin atası Elmidarın küçənin aşağı tərəfindən evlərinə tərəf piyada hərəkət etdiyini görmüşdür. Evin giriş darvazası açıq vəziyyətdə olmuşdur. Onlar birlikdə evin 2-ci mərtəbəsinə qalxmışlar. Cinayət hadisəsi Elməddinin otağında baş versə də, bacısı Lalə ilə bacısı qızı Qumru Elməddinin nənəsi Qumrunun otağında olmuşlar. Elməddinin nənəsi Qumrunun otağının giriş qapısı açıq vəziyyətdə olmuşdur. Bacısı Lalə qapının qarşısında qana bulaşmış halda yerə uzadılmışdılar. O, bacısını qucaqlayaraq ağlamağa başlamışdır. Bacısı Lalənin sinə nahiyəsində və sol gicgah nahiyəsində kəsintilər müşahidə edilmişdir. Qardaşı Vüsal bacısı Laləni, o, isə bacısı qızı Qumrunu qucağına almış və 1-ci mərtəbəyə düşmüşlər. Bacısı qızını onların avtomobilinə əyləşdirmişlər. X34 avtomobili bacısı Lalə Həsənovanı xəstəxanaya aparmışdır. O da X34 avtomobilinə əyləşmişdir. Avtomobildə o, anası Nailə və mərhum bacısı Lalə olmuşdur. Bacısı qızı Şahid7 isə onların avtomobilində xəstəxanaya aparmışlar. Təxminən 15 dəqiqə sonra xəstəxanaya çatmışlar. Bacısı ilə bacısı qızı artıq vəfat etmişlər. Mərhumların meyiti oradan morqa aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 1988-ci il təvəllüdlü Şəmkir rayonu, Çinarlı qəsəbə sakini Təqsirləndirilən şəxs onun doğma nəvəsidir. Elməddin oğlu Elmidarın oğludur. Elməddin xaraktercə sakit, mədəni və heç kəslə mübahisə etməyən bir insan olmuşdur. Elməddin uzun müddət Gəncə şəhərində adını bilmədiyi xəstəxanada nevroloji xəstəlikdən müalicə almışdır. Cinayət hadisəsi 13 fevral 2022-ci il tarixdə saat 07:30-da baş vermişdir. O, nəvəsi Elməddin, oğlu Elmidar, nəticəsi Qumru və gəlini Lalə oğlu Elmidara məxsus Şəmkir rayonu, Çinarlı qəsəbəsindəki evdə birlikdə yaşamışlar. O, hadisə baş verən saatda qəflətən ağlamaq səsləri eşitmişdir. O, qonşu otaqda tək yatmışdır. Elməddin arvadı Lalə və nəticəsi Qumru ilə birlikdə yatmışdır. O, ağlamaq səslərindən qorxmuş və ayılaraq yerindən qalxmağa çalışmışdır. Həmin vaxt gəlini Lalə Həsənova qana bulanmış vəziyyətdə onun otağına daxil olmuşdur. O, özünü itirmiş və yaşlı olduğu üçün yerə yıxılmışdır. Gəlini Lalənin əynində olan paltarın ön tərəfi qana bulanmış halda olmuşdur. Onun qulaqları zəif eşitdiyi üçün ətrafda baş verənləri tam eşidə bilməmişdir. O, huşunu itirərək yerə yıxıldığı üçün Laləyə sual verə bilməmişdir. Ayılan zaman nəticəsi Qumrunun otağına uzadılmış vəziyyətdə olduğunu görmüşdür. Qumrunun üstü qana bulanmış halda olmuşdur və bu zaman onu otaqdan çıxartmışlar, əl-üzünə su vurmuşlar. Yaşlı olduğu üçün onu sonradan otağa buraxmamışlar. Onların evi ətrafında xeyli sayda qonşular, oğlu və digər insanlar olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kiçik oğludur. Elməddin xaraktercə sakit, heç kəslə problemi olmayan və tərbiyəli bir oğlan olmuşdur. Şahid1 uzaq qohumu X19 ilə ailə həyatı qurmuşdur. Elməddinlə Lalə arasında dava-dalaş olmasını görməmişdir. Elməddinlə Lalə arasında mübahisə hər ailədə olan məsələlərlə əlaqədar olmuşdur. Elməddin çox qısqanc olmuşdur və arvadı Laləyə heç bir yerə getməyə icazə verməmişdir. Lalə mobil telefon işlətməmişdir. Oğlu Elməddinin 2014-cü il tarixdə Qumru adlı qız övladı dünyaya gəlmişdir. Elməddin, gəlini Lalə, o, arvadı Nərminə, anasə Qumru və nəvəsi Qumru ilə bir evdə yaşamışlar. O, övladı Elməddini, gəlini Laləni və nəvəsi Qumrunu çox istəmiş və ailə üzvləri arasında daim mehriban münasibət olmasına çalışmışdır. 13 fevral 2022-ci il tarixdə saat 07:30 radələrində o, evin 1-ci mərtəbəsində yerləşən yardımçı tikilidə olan otaqda yatmışdır. Hadisə olan otaqla onun otağı arasında təxminən 20 metr məsafə olmuşdur. Qapı qəflətən açılmış və anası Qumru içəri daxil olmuşdur. Anası ağlaya-ağlaya “ay bala evimiz yıxıldı, Elməddin vurdu” demişdir. Bu zaman o, arvadı Nərminə Həsənova ilə eyni otaqda ayrı-ayrı çarpayılarda yatmışdı. O, qəflətən oyanmış və 2-ci mərtəbəyə, hadisə baş verən evə qalxmışdır. Otağa daxil olarkən, Lalə qana bulanmış vəziyyətdə anası Qumrunun yatdığı otağın giriş hissəsində yerə yıxılmışdır. Lalənin bədən səthi qana bulanmış vəziyyətdə olmuşdu. Nəvəsi Şahid7 isə yataq otağında çarpayıya uzanmış halda olmuşdur. Nəvəsinin nəfəsi və hənirtisi olmamış və bədəninin ön tərəfi qana bulanmış vəziyyətdə olmuşdur. O, evdən çıxmış və oğlu Təqsirləndirilən şəxs pilləkənin baş hissəsində görmüşdür. Elməddinin əlində bıçaq olmuş və əli qanlı vəziyyətdə olmuşdur. O, Elməddinə tərəf “sən neylədin” deyərək Elməddinə tərəf hərəkət etmişdir ki, oğluna mane olsun. Elməddin evin məhlə tərəfinə doğru qaçmışdır. O, qışqıraraq özünü çölə atmışdır. Tez bir şəkildə qardaşı Tofiqi səsləmişdir. Qardaşı Tofiq hadisə yerinə gəlmiş və Elməddinin dayısı Çingizin arvadı Aytəkinə zəng edərək hadisə baş verdiyini və X29 zəng etməsini demişdir. Həmin ərəfədə Elməddin özü də dayısına zəng edərək cinayət hadisəsi törətdiyini, hamilə vəziyyətdə olan arvadı ilə qızı Qumrunu bıçaqla öldürdüyünü demişdir. O, bu barədə sonradan eşitmişdir. Daha sonra o, evin çöl tərəfində qışqıraraq qonşu və qohumları səsləmişdir. Həmin vaxt polis və prokurorluq əməkdaşları hadisə yerinə gəlmişlər. O, Lalənin valideynlərinə məlumat vermiş, Lalənin valideynləri hadisə yerinə gəlmişlər. Həmin ərəfədə X34 Stansiyasının əməkdaşları hadisə yerinə gəlmişlər. Mərhum gəlini Lalə Həsənova və nəvəsi Şahid7 müayinə olunmaq üçün morqa aparılmışdır. Bundan sonra o, hadisə barədə hüquq mühafizə orqanının əməkdaşlarına məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 Elmidar Paşa oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qaynı oğludur. Elməddinlə arvadı Lalə arasında ciddi dava-dalaş olmasını görməmişdir. 13 fevral 2022-ci il tarixdə səhər saatlarında evinin mətbəxində çay hazırladığı vaxt qəflətən Elmidarın qışqırıq səslərini eşitmişdir. Elmidar uca səslə “gəlin bura, hərə bir tərəfə yıxılıbdır, kömək edin, kömək edin” deyə qışqırmışdır. Onların yaşadığı evlə qaynının evi arasında məsafə təxminən 5 metr təşkil etmişdir. Bu vaxt Elmidar özü onların evinə gəlmişdir. Setkanın qarşısında Elməddin arvadı Lalə ilə qızı Qumrunu vurduğunu deyərək, «Gəlin kömək edin, onlar qanlar içində yatırlar” deyə onlara məlumat vermişdir. Əri və o, tez bir şəkildə hazırlaşmış və hadisə yerinə, qaynının evinə getmişlər. Əri Tofiq özünü narahat hiss etdiyi üçün evin həyətində dayanmışdır. O, evin 2ci mərtəbəsinə qalxmışdır. Evin 2-ci mərtəbəsində qayınanası Qumru və eltisi Nərminə ağlaşmışlar. O, qayınanası Qumrunun yatdığı otağın qapısı açıq olduğu üçün ora daxil olmuşdur. Həmin otaqda Elməddinin arvadı Lalə qana bulanmış vəziyyətdə arxası üstdə yerə yıxılmışdır. Lalənin əynində gecə paltarı olmuşdur. Lalənin sinə nahiyəsi, sol və sağ qol nahiyəsi qana bulanmış vəziyyətdə olmuşdur. 2014-cü il təvəllüdlü Qumrunun ayaqları tərpənmişdir. Qumrunun bədəni isti olmuşdur. Azyaşlı Qumru əynində olan paltarların qana bulanmış vəziyyətdə olmasından qorxmuşdur. Bu səbəbdən ağlamağa başlamışdır. O və eltisi Nərminə Qumru qorxmasın deyə üzərində olan qanlı paltarları çıxartmışlar. Nərminə Qumrunun yataq otağından qəhvəyi rəngli, uzunqol, papaqlı uşaq sviteri, açıq çəhrayı rəngli uşaq şalvarı və çəhrayı rəngli qısaqol uşaq maykası gətirmişdir. Onlar həmin paltarları Qumrunun əyninə geyindirmişlər. Əri Tofiq həmin vaxt Lalənin atası Elmana telefon zəngi edərək baş verənlər barəsində məlumat vermişdir. Elməddinin əmisi arvadı X30 Yardım Stansiyasına zəng edərək baş verənlər barəsində məlumat vermişdir. Təxminən 15 dəqiqə sonra Lalənin atası Elman və X34 Stansiyasının həkim briqada heyəti hadisə yerinə gəlmişlər.X34 Stansiyasının həkim briqada heyəti hamilə vəziyyətdə olan Lalə Həsənovanın artıq vəfat etdiyini bildirmişdir. Azyaşlı Qumru isə can vermişdir. Qumru babası Elmanın avtomobilində Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Elmanın avtomobilində Elman özü və Qumrunun nənəsi Nərminə xanım xəstəxanaya getmişlər. X34 Stansiyasının həkim briqada heyəti X23 rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O, hadisə yerində qalmışdır. Bu vaxt polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 13 fevral 2022-ci il tarixdə səhər o, fərdi yaşayış evində yatdığı vaxt saat 07:50 radələrində Elməddin istifadəsində olan “***-***-**-**” mobil telefona zəng edərək “dayı evdəsənmi, Qumru ilə Laləni vurmuşam, sizin evə gəlirəm” demişdir. O, Elməddindən Laləni necə və nə ilə vurması barədə soruşmuşdur. Elməddin telefonda ona “Qumru ilə Laləni bıçaqlamışam” demişdir. O, inanmamış və tez Elmidara zəng etmişdir. Səs-küy, ağlaşma səsi eşitdiyi üçün hadisənin baş verdiyini anlamışdır. O, əli əsə-əsə telefonu arvadı Aytəkinə vermiş və X29 zəng etməsini tapşırmışdır. 5 beş dəqiqə sonra Elməddin evə daxil olmuşdur. Əli qana bulanmış vəziyyətdə olmuşdur. Elməddinin əlləri əsirmiş və göz bəbəkləri sanki yerindən çıxacaq vəziyyətdə olmuşdur. Gözləri bərəlmiş halda olan Elməddinə “nə üçün hamilə vəziyyətdə olan arvadı Laləni vurdun?” deyə soruşmuşdur. Elməddin ona cavabında “mən etmədim, şeytan elədi” deyə cavab vermişdir. O, həmçinin Elməddindən nə üçün qızı Qumrunu vurduğunu soruşmuşdur. Elməddin ona cavabında “mən etmədim, şeytan elədi” demişdir. O, Aytəkini Elmidarın evinə göndərmişdir. Özü Elməddinin yanında qalmışdır. Elməddin su içərək evin daxilində otumuşdur. O, Elməddinə etdiyi əməlin cinayət olduğunu demiş və polislərin onu aparacağını bildirmişdir. Elməddin cavabında “onsuz bilirəm ki, mən cinayət əməli törətmişəm, bilirəm ki, polislər məni aparacaqlar” demişdir. Təxminən 15 dəqiqə sonra polis əməkdaşları gəlmiş və ondan Elməddinin yerini soruşmuşlar. O, Elməddini polis əməkdaşlarına təhvil vermişdir. Elməddinin üzərində olan əşya və ləvazimatlar, o cümlədən mobil telefon ona təqdim edilmiş və o, həmin əşya və ləvazimatları, o cümlədən mobil telefonu həmin gün axşam Elmidara təhvil vermişdir. Bundan sonra o, hadisə yerinə getmişdir. Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerində olmuşlar. Mərhum Lalə ilə Qumrunu xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 Şahid10 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş “hadisə yerinə baxış keçirilməsi barədə” 13 fevral 2022-ci il tarixli protokolla müəyyən edilmişdir ki, hadisə yeri Şəmkir rayon mərkəzindən cənub-şərq istiqmətdə 12 kilometrlik məsafədə yerləşən Şəmkir rayonu, Çinarlı qəsəbə sakini Şahid1 məxsus fərdi yaşayış evinin yataq otağıdır. Hadisə yerinə baxış zamanı X3 və mərhum Şahid7 Elməddin qızının meyitləri daxili və xarici müayinə olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X24 şəxsinin Şəmkir rayon şöbəsinin meyitxanasına aparılmışdır. Hadisə yerinə baxış zamanı aşkar olunan qanabənzər şübhəli ləklərin və qan gölməçəsinin işıqlanma qurğusu ilə təchiz olunmuş “Nikon” markalı rəqəmsal fotoaparatla fotoşəkilləri çəkilmiş, həmin qanabənzər ləkələrdən 11 (on bir) ədəd yuxarıda adları qeyd edilmiş otaqlardan və evin həyət hissəsindən pambıq çöplə nümunələr götürülərək zərfə qoyulub qablaşdırılmaqla möhürlənmişdir. Hadisə yerinə baxış zamanı aşkar edilmiş Təqsirləndirilən şəxs hadisəni törətdiyi zaman istifadə etmiş olduğu, dəstəyi ağ, mavi və qırmızı rəngli, ümumi uzunluğu 21 sm təşkil edən məişət təyinatlı mətbəx bıçağı götürülərək zərfə qoyulmaqla qablaşdırılıb möhürlənmişdir. Həmçinin, hadisə yerinə baxış keçirilən zaman mərhum Şahid7 cinayət hadisəsi törədilən zaman əynində olmuş paltarlar, yəni açıq çəhrayı rəngli, uzunqol kofta, ağ rəngli mayka, bundan əlavə, hadisə yerinə baxış keçirilən zaman üzərində qanabənzər şübhəli ləkələr olan ağ rəngli, üzərində naxış və bəzəkləri olan yorğan üzü, ağ rəngli, uc hissələrində naxış və bəzəkləri olan mələfə, ağ rəngli, üzərində bəzəkləri olan balınc üzü, mavi rəngli, kiçik ölçülü dəsmal, mavi rəngli, üzərində naxış və bəzəkləri olan mələfə, mavi rəngli, üzərində naxış və bəzəkləri olan yorğan üzü, ağ rəngli, üzərində naxış və bəzəkləri olan yorğan üzü, qırmızımtıl ağımtıl rəngli, üzərində naxışları və bəzəkləri olan balınc üzü törədilmiş cinayət hadisəsinin izlərini özündə əks etdiriyi üçün götürülərək qablaşdırılmaqla möhürlənmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X14 " X31 13 fevral 2022-ci il tarixli, 05 nömrəli meyitin ekspertizasına dair rəyindən görünür ki, Şahid7 Elməddin qızının meyitinin bədənində müxtəlif xarakterli xəsarətlər aşkar edilmişdir, o cümlədən 1.1. Döş qəfəsinin ön səthində cəmi 12 ədəd deşilmiş-kəsilmiş yara; bu yaralardan 2-si döş qəfəsinin sol yarısının ön səthindən, 3-ü isə döş qəfəsinin sağ yarısının ön səthindən döş boşluğuna keçir, ürək kisəsini, ürəyi və hər iki ağ ciyəri zədələyir. Yara kanalının istiqaməti öndən arxaya doğrudur. Döş qəfəsinin ön səthindəki qalan 7 ədəd yara döş boşluğuna keçmir. 1.2. Sol qoltuqaltı nahiyədə 2 ədəd deşilmiş-kəsilmiş yara; 1.3. Sol bazunun yuxarı üçdə birinin ön səthində 1 ədəd deşilmiş-kəsilmiş yara; 1.4. Sol saidin aşağı üçdə birinin arxa səthində 1 ədəd kəsilmiş yara; 1.4. Sol bilək oynağının arxa səthində 1 ədəd kəsilmiş yara; 1.5. Sol əlin İV-V barmaqarası nahiyəsində 1 ədəd kəsilmiş yara; 1.6. Sol əlin İİİ barmağının əsas falanqasımn arxa səthində 1 ədəd kəsilmiş yara; 1.7. Sağ saidin aşağı üçdə birinin ön səthində 1 ədəd; 1.8. Sağ əlin İİİ barmağının orta falanqasının iç səthində 1 ədəd kəsilmiş yara; 1.9. Hər iki əlin ovuc səthində, hər iki diz oynağının iç səthində və sağ baldırın yuxarı üçdə birinin ön səthində qançırlar aşkar edilmişdir. Yuxarıda qeyd olunan 1.1-1.8-ci bəndlərdə göstərilən xəsarətlər deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla, hər iki əlin ovuc səthinin, hər iki diz oynağının iç səthinin və sağ baldırın yuxarı üçdə birinin ön səthinin qançırları isə küt əşyalarla ölümündən az əvvəl yetirilmişdir, həyatidirlar. Mərhum Şahid7 Elməddin qızının bədən səthində aşkar edilmiş xəsarətlər deşilmişkəsilmiş və kəsilmiş yaralar ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də, eyni konstruktiv xüsusiyyətə malik olan digər deşici-kəsici alətlə yetirilə bilərdi. Şahid7 Elməddin qızının bədən səthində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən, həmin xəsarətlərin yetirilmə ardıcıllığını təyin etmək mümkün olmadı. Mərhum Şahid7 Elməddin qızının meyitinin bədənində aşkar edilmiş xəsarətlərin lokalizasiyasına və sayına əsasən onu demək olur ki, həmin xəsarətlər müxtəlif duruşda xəsarət yetirilə bilərdilər, bununla belə, xəsarət yetirən şəxsin zərər çəkən şəxslə qarşı-qarşıya durmaqla zərər çəkmişin arxası üstə duruş vəziyyətində olması daha çox ehtimal olunur. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin ön səthinin döş boşluğuna keçən, hər iki ağ ciyəri, ürək kisəsini və ürəyi zədələyən deşilmiş-kəsilmiş yaraları (cəmi 5 ədəd) həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər, döş qəfəsinin ön səthinin daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları, sol qoltuqaltı nahiyəsinin, sol bazunun yuxarı üçdə birinin ön səthinin, sol saidin aşağı üçdə birinin arxa səthinin, sol bilək oynağının arxa səthinin, sol əlin İV-V barmaqlarının barmaqarası nahiyəsinin, sol əlin İİİ barmağının əsas falanqasının arxa səthinin, sağ saidin aşağı üçdə birinin ön səthinin, sağ əlin İİİ barmağının orta falanqasının iç səthinin kəsilmiş yaraları həm ayrı-ayrılıqda, həm də, birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, hər iki əlin ovuc səthinin, hər iki diz oynağının iç səthinin və sağ baldırın yuxarı üçdə birinin ön səthinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcəsi təyin edilməyən bədən xəsarətləri əlamətlərinə malikdirlər. Mərhum Şahid7 Elməddin qızının ölümünə səbəb döş qəfəsinin döş boşluğuna keçən, hər iki ağ ciyəri, ürək kisəsini və ürəyi zədələyən deşilmiş-kəsilmiş yaraların törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, Şahid7 Elməddin qızının ölümü meyitin müayinəyə başlamasından 3-5 saat əvvəl baş vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X14 " X31 13 fevral 2022-ci il tarixli, 04 nömrəli meyitin ekspertizasına dair rəyindən görünür ki, X11 meyitinin bədənində müxtəlif xarakterli xəsarətlər aşkar edilmişdir, bunlardan; 1.1. Alın nahiyəsinin sağ yarısının tüksüz hissəsində 2x0,2 sm ölçüdə, 1 ədəd kəsilmiş yara; 1.2. Sol gicgah nahiyəsində tüklü-tüksüz hissə sərhəddində 1,6 x 0,2 sm ölçüdə, 1 ədəd kəsilmiş yara; 1.3. Sol yanağın orta üçdə birində 0,8x0,2 sm ölçüdə, aşağı üçdə birində isə 2,2x0,3 sm ölçüdə, cəmi 2 ədəd kəsilmiş yara; 1.4. Boyunun yuxarı üçdə birinin ön səthində 0,5x0,1 sm ölçüdə, 1 ədəd kəsilmiş yara; 1.5. Döş qəfəsinin ön səthində sol parasternal xətt üzrə İİ-İİİ qabırğaarası sahədən və sol orta körpücük xətti üzrə İV qabırğa səviyyəsindən döş boşluğuna keçən, sol ağ ciyəri, ürək kisəsini və ürəyi zədələyən, 2,5x0,5sm ölçülərdə, cəmi 2 ədəd deşilmişkəsilmiş yara; sol parasternal xətt üzrə İİ-İİİ qabırğaarası sahədən döş boşluğuna keçən yara kanallarının istiqaməti öndən arxaya, yuxarıdan aşağıya doğru, sol orta körpücük xətti üzrə İV qabırğa səviyyəsindən döş boşluğuna keçən yara kanalının istiqaməti isə öndən arxaya, yuxarıdan aşağıya və soldan sağa doğru olmuşdur. 1.6. Döş qəfəsinin ön səthində döş sümüyünün cismi proyeksiyasıda döş boşluğuna keçməyən 0,8x0,3sm ölçüdə, 1 ədəd deşilmiş -kəsilmiş yara; 1.7. Döş qəfəsinin ön səthində döş sümüyü proyeksiyasında iri nöqtəvari ölçüdə, cəmi 8 ədəd səthi deşilmiş yara; 1.8. Sol çiyinüstü nahiyədə 1x0,3 sm, l,7x0,5sm və 2x0,5 sm ölçülərdə, döş boşluğuna keçməyən, 3 ədəd deşilmiş-kəsilmiş yara; 1.9. Sol bazunun yuxarı üçdə birinin bayır səthində 2,5 x 0,7 sm və 2,4 x 0,5 sm ölçüdə, sol bazunun yuxarı üçdə birinin ön səthində 2 x 0,7 sm ölçüdə, sol bazunun yuxarı üçə birinin iç səthində 0,7 x 0,5 sm ölçüdə, sol bazunun orta üçdə birinin ön-bayır səthində 4,5 x 1,5 sm ölçüdə, sol bazunun aşağı üçdə birinin arxa səthində isə 2 x 1 sm və 1,5 x 0,7 sm ölçüdə, olmaqla, cəmi 7 ədəd deşilmiş-kəsilmiş yara; 1.10. Sol əlin arxa səthində İİ daraq sümüyü proyeksiyasında 1,5x0,5sm ölçüdə, sol əlin İİİ-İV barmaqarası nahiyəsində l,5x0,5sm ölçüdə, sol əlin İV barmağının arxa səthində 2,5x0,3sm və l,7x0,2sm ölçülərdə olmaqla, cəmi 4 ədəd kəsilmiş yara; 1.11.Sağ əlin İ barmağının iç səthində 1,2x0,3 sm ölçüdə, 1 ədəd kəsilmiş yara; 1.12. Sağ dirsək oynağının arxa səthində 1x0,3sm və 0,8x0,3 sm ölçülərdə, cəmi 2 ədəd sıyrıq. Yuxarıda qeyd olunan 1.1-1.11 -ci bəndlərdə göstərilən xəsarətlər deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla, sağ dirsək oynağının arxa səthinin sıyrıqları isə küt əşyalarla ölümündən az əvvəl yetirilmişdir, həyatıdırlar. X3 bədən səthində aşkar edilmiş xəsarətlər deşilmiş-kəsilmiş, kəsilmiş və deşilmiş yaralar ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də, eyni konstruktiv xüsusiyyətə malik olan digər deşici-kəsici alətlə yetirilə bilərdi. X11 bədən səthində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən, həmin xəsarətlərin yetirilmə ardıcıllığını təyin etmək mümkün olmamışdır. X3 meyitinin bədənində aşkar edilmiş xəsarətlərin lokalizasiyasına və sayına əsasən onu demək olur ki, həmin xəsarətlər müxtəlif duruşda xəsarət yetirilə bilərdilər, bununla belə, xəsarət yetirən şəxsin zərər çəkən şəxslə qarşı-qarşıya durmaqla zərər çəkmişin arxası üstə duruş vəziyyətində olması daha çox ehtimal olunur. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin ön səthində sol parasternal xətt üzrə İİ-İİİ qabırğaarası sahədən və sol orta körpücük xətti üzrə İV qabırğa səviyyəsindən döş boşluğuna keçən, sol ağ ciyəri, ürək kisəsini və ürəyi zədələyən deşilmiş-kəsilmiş yaraları (cəmi 2 ədəd) həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər, alın nahiyəsinin sağ yarısının, sol gicgah nahiyəsinin, sol yanağın kəsilmiş, sol və sağ əlin kəsilmiş yaraları, sol çiyinüstü nahiyənin və döş qəfəsinin ön səthinin daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları, sol bazu nahiyəsinin deşilmiş-kəsilmiş yaraları həm ayrı-ayrılıqda, həm də, birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, boyunun ön səthinin kəsilmiş və döş qəfəsinin ön səthinin deşilmiş səthi yaraları, sağ dirsək oynağının arxa səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcəsi təyin edilməyən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X3 ölümünə səbəb döş qəfəsinin ön səthində sol parasternal xətt üzrə İİ-İİİ qabırğaarası sahədən və sol orta körpücük xətti üzrə İV qabırğa səviyyəsindən döş boşluğuna keçən, sol ağ ciyəri, ürək kisəsini və ürəyi zədələyən deşilmiş-kəsilmiş yaraların törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X11 ölümü meyitin müayinəyə başlanmasından 2-4 saat əvvəl baş vermişdir. X4 1,3-1,5 aylıq hamiləlik aşkar edildi. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X14 " X31 17 mart 2022-ci il tarixli, 89/2022-MTKŞ nömrəli maddi sübutların ekspertizasına dair rəyindən görünür ki,ekspertizaya təqdim edilmiş və mərhum X16 məxsus köynəyin ön səthinin yuxarı hissəsində, ortada 04 (dörd) ədəd, ön səthinin sol yarısının yuxarı hissəsində 02 (iki) ədəd və maykanın ön səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş- kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ucu, kafi itilikli ülgücü və özünü zəif büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və mərhum X16 məxsus köynəyin ön səthinin yuxarı hissəsində, ortada 01 (bir) ədəd və maykanın ön səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş zədə vardır. Bu zədə iti ucu olan hər hansı bir əşyanın (alətin) uc hissəsinin təsirindən törənə bilərdi. Ekspertizaya təqdim edilmiş və mərhum X16 məxsus köynəyin sağ qolunun arxa səthinin yuxarı hissəsində 01 (bir) ədəd kənari kəsilmiş zədə vardır. Bu zədə iti kənarı olan hər hansı bir iti alətin (predmetin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və mərhum X16 məxsus köynəyin və maykanın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş, deşilmiş və kənari kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətlərə malik bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsinin mümkünlüyü inkar olunmur. Ekspertizaya təqdim edilmiş və mərhum X16 məxsus şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və hadisə zamanı mərhum (azyaşlı) Şahid7 Elməddin qızının əynində olmuş sviterin ön səthinin sağ yarısının yuxarı hissəsində (04) ədəd, ön səthinin orta hissəsində 01 (bir) ədəd, ön səthinin yuxarı hissəsində, ortada 02 (iki) ədəd və ön səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd, maykanın isə, ön səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ucu, kafi itilikli ülgücü və özünü zəif büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və hadisə zamanı mərhum (azyaşlı) Şahid7 Elməddin qızının əynində olmuş maykanın ön səthinin yuxarı hissəsinin sol və sağ yarısında iti kənarı olan hər hansı bir iti alətin (alətlərin /predmetin, predmetlərin/) təsirindən əmələ gəlmiş 02 (iki) ədəd kənari kəsilmiş zədələr vardır. Ekspertizaya təqdim olunmuş və hadisə zamanı mərhum (azyaşlı) Şahid7 Elməddin qızının əynində olmuş sviter və maykanın üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş və kənari kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətlərə malik bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsinin mümkünlüyü inkar olunmur. Ekspertizaya təqdim olunmuş və hadisədən sonra mərhum (azyaşlı) Şahid7 Elməddin qızının əyninə geyindirilmiş köynək, pulover və şalvarın üzərində heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus şalvarın ön səthinə tikilmiş düymənin öz yerində olmaması aşkar olundu. Bu qopmuş düymənin öz yerində olmaması şalvara küt qüvvə tətbiq etməklə (kəskin dartılmaqla) qopub düşməsi ilə izah oluna bilər. Həmin zədənin müxtəlif şəraitlərdə, o cümlədən qərarda göstərilən şəraitdə əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus bir ədəd mayka, iki ədəd köynək, bir ədəd sviter, bir ədəd pulover və bir ədəd gödəkçə üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X14 " X31 17 mart 2022-ci il tarixli, 106/2022-MTBŞ nömrəli maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, X11 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu-B/İİİ/. Şahid7 Elməddin qızının təqdim olunan portalından çıxarılışın kserosurətinə əsasən onun qan qrupu-B/İİİ/. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu-B/İİİ/. Ekspertizaya təqdim olunan 01 ədəd mətbəx bıçağı, 11 ədəd çubuqlu pambıq tampon, 02 ədəd mələfə, 02 ədəd yorğan üzü, 03 ədəd yastıq üzü, 01 ədəd parça kəsiyi, L.Həsənovaya məxsus şalvar, alt mayka, kofta, Şahid7 məxsus 02 ədəd kofta, alt mayka, şalvar, Təqsirləndirilən şəxs məxsus alt mayka, kofta, qısaqol mayka və vodolazka üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «B» və «H» antigenləri, əksər ləkələrdə həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən X16 və ya Şahid7 Elməddin qızına məxsus ola bilər, əgər onların qanında müşayiətçi «H» antigeni varsa. Hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda və onun qanında müşayiətçi «H» antigeni varsa ləkələrdə onun da qanının olması inkar olunmur. Təqdim olunan Şahid7 məxsus qollu xovlu kofta, Təqsirləndirilən şəxs məxsus göy rəngli sviter və dutıy tipli jilet üzərində qana şübhəli ləkələr, Təqsirləndirilən şəxs məxsus şalvar üzərindəki ləkələrdə isə qan aşkar olunmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X31 xx.xx.2022-ci il tarixli, 35 saylı stasionar məhkəmə psixiatrik ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkdiyindən cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı üzvi mənşəli şəxsiyyət pozuntusuna xas əlamətlər aşkar olunur. Buna baxmayaraq Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, onda aşkarlanan üzvi mənşəli şəxsiyyət pozuntusunun dərinləşməməsi, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi həmin şəxsin daim nəzarət altnda saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatnn müşahidəsi altına verilməsi tövsiyə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X31 xx.xx.2022-ci il tarixli, 65 saylı təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkdiyindən cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı üzvi mənşəli şəxsiyyət pozuntusuna xas əlamətlər aşkar olunur. Buna baxmayaraq Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, onda aşkarlanan üzvi mənşəli şəxsiyyət pozuntusunun dərinləşməməsi, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi həmin şəxsin daim nəzarət altnda saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X31 xx.xx.2022-ci il tarixli, 104 saylı təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Həmçinin Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkdiyi üçün o, cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. İş materiallarına əlavə edilmiş 13 fevral 2022-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7, 120.2.8 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına ələvə edilmiş Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 4(076)-25/2022 saylı “həbs qətimkan tədbiri seçilməsinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 fevral 2022-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Şəmkir rayonu icra hakimiyyəti başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 173 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı X19 və qızı xx.xx.2014-cü il təvəllüdlü Şahid7 Elməddin qızı ilə birlikdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşamış və yaşadığı müddətdə onun haqqında şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş “X37” tərəfindən təqdim edilmiş məktubdan görünür ki, son 01 (bir) il ərzində Təqsirləndirilən şəxs 24 fevral 2021-ci il tarixində "xxxx" Tibb Mərkəzi MMC-də nevropatoloqun qəbulunda olmuş və ona “Əsnə nevralgiyası. Astenonevrotik vəziyyət” diaqnozu təyin edilmişdir. 01 (bir) aylıq ambulator müalicə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin " Məhkəmə-Tibbi Ekspertiza və X14 " X31 14 fevral 2022-ci il tarixli, 136 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Gəncə şəhər Psixonevroloji Dispanseri” tərəfindən təqdim edilmiş 15 fevral 2022-ci il tarixli, 92/28 nömrəli ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırki psixiatrik-psixoloji vəziyyətini, ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik-psixoloji ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Gəncə şəhəri Narkoloji Dispanseri” tərəfindən təqdim edilmiş 09 mart 2022-ci il tarixli, 288 nömrəli ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası " X35 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 1463 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 595 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası " haqqında Əsasnamənin 46cı maddəsinin “b” bəndinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarla özünü təqsirli bilməyərək ifadəsində hadisənin necə baş verdiyini xatırlamadığını, arvadı və qızını öldürmədiyini, onları “şeytanın”, “qara qüvvələrin” öldürdüyünü, insanın öz hamilə həyat yoldaşını və balaca qızını necə öldürə biləcəyini anlamadığını göstərmişdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxs tərəfindən verilmiş qeyd edilən məzmunlu ifadəyə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə onun tərəfindən verilmiş məsuliyyətini yüngülləşdirməyə xidmət edən, işin faktiki hallarına uyğun olmayan ifadədir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünü verilmiş ittihamlarla tam тəqsirli bilərək göstərmişdir ki, “ xx.xx.1988-ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş və аilə üzvləri ilə birlikdə həmin qəsəbədə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. 2013-cü il mart ayında Çinarlı qəsəbə sakini X19 ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 07 may 2014-cü il tarixdə qızı Şahid7 Elməddin qızı dünyaya gəlmişdir. Evləndikdən sonra münasibətləri normal olmuşdur. O, təxminən 2016-cı il tarixdə Rusiya Federasiyasının Moska şəhərinə biznes fəaliyyəti ilə məşğul olmaq üçün getmiş, 3(ay) qaldıqdan sonra евиня qayıtmışdır. Bundan sonra arvadı ilə münasibəti pisləşməyə başlamışdır. Elə hiss etmişdir ki, arvadı ona xəyanət edir. Arvadının onun anası və digər ailə üzvləri ilə münasibəti dəyişəməyə başlamışdır. Arvadı valideynlərinə qarşı hörmətsizlik edərək valideynlərinin sözünə qulaq asmamışdır. Həmçinin, arvadı qızı Qumrunu da özü kimi tərbiyə etmişdir. Bu isə onu narahat etməyə başlamışdır. Belə ki, arvadı o, evdə olan zaman anasının sözünə qulaq asmış, o, evdə olmayan vaxt isə anasının sözünə qulaq asmayaraq saymamazlıq etmişdir. O, bununla bağlı arvadını dəfələrlə tənbeh etsə də, arvadı onun sözünə qulaq asmamış və üstəlik, arvadı və ailə üzvləri onu dəli hesab etmişlər. Bu, artıq onu təngə gətirmişdir. Həmçinin, onun başında ağrılar olmuş və yuxu rejimi pozulmuşdur. Lakin arvadı onun səhhətinin belə olmasını nəzərə almayaraq nevroloji vəziyyəti ilə bağlı qayğı göstərmək yerinə onu daha da özündən çıxarmışdır. Bundan əlavə, arvadı qızına tərbiyə verən zaman onu normal insan kimi təqdim etməmiş və nəticədə, qızı ona “sən mənim atam deyilsən” demişdir. Bütün bunlardan başqa, o, arvadının xəyanət etməsindən şübhələnmişdir. Bununla bağlı sübutu olmasa da, arvadı axşamlar onu tez bir şəkildə yatızdırmağa çalışmışdır. Arvadı, həmçinin, hərəkətləri ilə onu şübhələndirmişdir. Yəni, arvadı, əvvəllər, sakit və sözündən çıxmayan bir insan olsa da, uşağı məktəbə apardıqdan sonra dəyişməyə başlamışdır. Gecələr evdə yaxın münasibətdən uzaqlaşmağa çalışmışdır. Bütün bunların nəticəsində, o, özündən çıxaraq arvadını öldürməyi qərarlaşdırmışdır. 12 fevral 2022-ci il tarixdə saat 21 radələrində tutacağı qırmızımtıl, göyümtül və ağ rəngli mətbəx bıçağını yatdığı çarpayının alt tərəfinə qoymuşdur. Məqsədi arvadını öldürmək olmuşdur. 13 fevral 2022-ci il tarixdə saat təxminən 07:30-da yuxudan oyanmışdır. Arvadının ona qarşı etdikləri, saymazlıq hərəkətləri və s. gözünün önünə gəlmişdir. Bu, onu daha da özündən çıxartmışdır. Bu vaxt qızı Qumru arvadı ilə yatdığı çarpayıda onlarla birgə yatmışdır. O, yuxudan oyanaraq dərhal çarpayının altında olan bıçağı götürərək yatmış vəziyyətdə olan arvadının döş qəfəsi nahiyəsinə çoxsaylı bıçaq zərbələri vurmuşdur. 1-ci bıçaq zərbəsindən sonra arvadı yuxudan oyanaraq ona müqavimət göstərməyə, əli ilə ona mane olmağa çalışsa da, buna nail ola bilməmişdir. Təxminən 2-ci bıçaq zərbəsindən sonra qızı Qumru yuxudan oyanmış və araya girən zaman o, qızına da çoxsaylı bıçaq zərbələri vurmuşdur. Qızının döş qəfəsi nahiyəsində çoxsaylı bıçaq zərbələri yetirməyi arvadını bıçaqla vuran zaman qızı Qumrunun bu hala mane olmaq istəyi ilə əlaqədar olmuşdur. Qızı qəflətən oyanaraq arvadını öldürməyinə mane olmaq istədiyinə görə o, özündən çıxaraq qızına çoxsaylı bıçaq zərbələri xəsarətlərini yetirmişdir. Arvadı ilə qızını bıçaqladıqdan sonra o, qızını çarpayıda arxası üstdə uzanıqlı və qana bulaşmış vəziyyətdə görmüşdür. Qızı ölüm ayağında can vermişdir. Arvadı Lalə isə bədən səthi tam şəkildə qana bulaşmış vəziyyətdə otaqdan çıxaraq sağ tərəfdə yerləşən nənəsi Qumrunun otağına tərəf getmişdir. O da onun arxasınca nənəsinin otağına tərəf hərəkət etmişdir. Nənəsinin otağına gedən zaman Laləni qana bulaşmış vəziyyətdə görmüşdür. Nənəsi özü də orada olmuşdur. Nənəsi Laləni qucaqlamış və o, otaqdan çıxaraq evin həyətinə getmişdir. Pilləkənlərdən düşən zaman atası Elmidar ona tərəf əsəbiləşərək “neynədin sən?” demişdir. Bıçağı evin həyətində olan məhləyə ataraq oradan uzaqlaşmışdır. Hadisə yerindən uzaqlaşaraq qonşuluqda yəni, 200 metrlik məsafədə yerləşən dayısı Şahid10 evinə getmişdir. Orada dayısı Çingiz, arvadı Aytəkin və oğlu Müşfiq olmuşlar. Həmin qohumlarına arvadını və qızını bıçaqladığını bildirmişdir. Dayısı atasına zəng edərək baş verənlər barəsində öyrənmişdir. Bundan sonra polis əməkdaşları gələrək onu Şəmkir rayon polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs ifadəsində daha sonra onu da göstərmişdir ki, o, qızını və arvadını sağ əlində tutduğu mətbəx bıçağı ilə qətlə yetirmişdir. Qızı Şahid7 qətlə yetirdiyi üçün peşman olmuşdur. O, X21 bıçaqla qətlə yetirən zaman arvadının təxminən 2(iki) aylıq hamilə olduğunu bilmişdir. O, X27ya və qızı Şahid7naya çoxsaylı bıçaq xəsarətləri yetirsə də, həmin xəsarətlərin sayını xatırlamamışdır.” Həmçinin iş materiallarında olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan da müəyyən olunmuşdur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək ifadə verdiyi hadisə ilə bağlı hadisənin baş verdiyi yeri və şəraiti göstərmişdir. Bundan başqa həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxt anlaqlı vəziyyətdə olubolmamasının müəyyən olunması üçün məhkəmə psixiatrik ekspertizaları keçirilmiş, ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur və törətdiyi cinayət əməli barəsində anlaqlı hesab edilməklə onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.7, 120.2.8 və 120.2.9-cu maddələri ilə tövsif olunmalıdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Həmçinin həmin qərarın 11-ci bəndində göstərilmişdir ki, iki və ya daha çox qəsdən adam öldürmə vahid qəsdlə əhatə olunmadıqda ayrı-ayrı vaxtlarda törədildikdə təqsirkarın əməli təkrar adam öldürmə kimi CM-nin 120.2.10-cu maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini təşkil edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarının 21ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Həmin Qərarın 18-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətində CM-nin 120.2-ci maddəsinin bir neçə tövsifedici əlamətləri olduqda, əməl bu əlamətlərin hamısı ilə tövsif edilməlidir. Cəza isə hər bir tövsifedici əlaməti nəzərdə tutan maddələrlə ayrı-ayrılıqda bir neçə dəfə deyil, əlamətlərin hamısı sadalanmaqla bir dəfə təyin edilməlidir. Cəza təyin edilərkən bu hallar əməlin xarakterini və ictimai-təhlükəlilik dərəcəsinin yüksək olmasını əks etdirən hallar kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs ittiham verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.8 və 120.2.9-cu maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Məhkəmə cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə qeyd edilən konkret halda Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli hesab etməyərək, cəza təyin edərkən zərərçəkmiş şəxslər Lalə Həsənovanın onun arvadı, Şahid7 isə onun qızı olmaqla yaxın qohumluq münasibətlərində olmasını, üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkdiyi üçün cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmadığından anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Həmçinin həmin Məcəllənin 56.2-ci maddəsində göstərilmişdir ki, xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın ilk 5 (beş) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli olduğunu hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan zərərçəkmiş şəxs Şahid7 cinayət hadisəsi törədilən zaman əynində olmuş paltarlar, yəni açıq çəhrayı rəngli, uzunqol kofta, ağ rəngli mayka, xx.xx.2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokolla götürülmüş zərərçəkmiş şəxs X11 hadisə vaxtı əynində olmuş paltarlar, yəni sarı rəngli, qolsuz kofta, krem rəngli, qolsuz mayka və ağ rəngli, üzərində qara zolaqları olan şalvar, xx.xx.2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokolla götürülmüş zərərçəkmiş Şahid7 Elməddin qızının hadisədən sonra əyninə geyindirilmiş paltarlar, yəni qəhvəyi rəngli, uzunqol, papaqlı uşaq sviteri, açıq çəhrayı rəngli uşaq şalvar, çəhrayı rəngli qısaqol uşaq maykası zərərçəkmiş şəxslərin hüquqi varislərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar, yəni qara rəngli qolsuz gödəkçə, uzun qol, qalın, üzərində ağ, qəhvəyi və qırmızı zolaqları olan, boğazlı solğun yaşıl rəngli sviter, ön hissəsində düzbucaq şəkilli bəzəkləri və sol döş nahiyəsində “Billionaire” emblemi olan uzunqol mavi rəngli köynək, üzərində bəzəkləri olan göy rəngli uzunqol köynək, üzərində gəmi sükanı şəkli olan ağ qısaqol köynək, boz rəngli qısaqol mayka, arxa sağ nahiyəsində tünd göy rəngli “XİMİNANZHUANG” yazılı emblemi olan tünd göy rəngli cins şalvar yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs hadisəni törətdiyi zaman istifadə etmiş olduğu və dəstəyi ağ, mavi və qırmızı rəngli, ümumi uzunluğu 21 sm təşkil edən məişət təyinatlı mətbəx bıçağı, 11 (on bir) ədəd hər iki tərəfi qanabənzər şübhəli ləkələrə batırılmış pambıq çöp məhv edilməli, hadisə yerinə baxış keçirilən zaman üzərində qanabənzər şübhəli ləkələr olan ağ rəngli, üzərində naxış və bəzəkləri olan yorğan üzü, ağ rəngli, uc hissələrində naxış və bəzəkləri olan mələfə, ağ rəngli, üzərində bəzəkləri olan balınc üzü, mavi rəngli, kiçik ölçülü dəsmal, mavi rəngli, üzərində naxış və bəzəkləri olan mələfə, mavi rəngli, üzərində naxış və bəzəkləri olan yorğan üzü, ağ rəngli, üzərində naxış və bəzəkləri olan yorğan üzü, qırmızımtıl ağımtıl rəngli, üzərində naxışları və bəzəkləri olan balınc üzü sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.8 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 20 (iyirmi) il müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın ilk 5 (beş) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı iş üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 13 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan zərərçəkmiş şəxs Şahid7 cinayət hadisəsi törədilən zaman əynində olmuş paltarlar, yəni açıq çəhrayı rəngli, uzunqol kofta, ağ rəngli mayka, xx.xx.2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokolla götürülmüş zərərçəkmiş şəxs X11 hadisə vaxtı əynində olmuş paltarlar, yəni sarı rəngli, qolsuz kofta, krem rəngli, qolsuz mayka və ağ rəngli, üzərində qara zolaqları olan şalvar, xx.xx.2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokolla götürülmüş zərərçəkmiş Şahid7 Elməddin qızının hadisədən sonra əyninə geyindirilmiş paltarlar, yəni qəhvəyi rəngli, uzunqol, papaqlı uşaq sviteri, açıq çəhrayı rəngli uşaq şalvar, çəhrayı rəngli qısaqol uşaq maykası zərərçəkmiş şəxslərin hüquqi varislərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar, yəni qara rəngli qolsuz gödəkçə, uzun qol, qalın, üzərində ağ, qəhvəyi və qırmızı zolaqları olan, boğazlı solğun yaşıl rəngli sviter, ön hissəsində düzbucaq şəkilli bəzəkləri və sol döş nahiyəsində “Billionaire” emblemi olan uzunqol mavi rəngli köynək, üzərində bəzəkləri olan göy rəngli uzunqol köynək, üzərində gəmi sükanı şəkli olan ağ qısaqol köynək, boz rəngli qısaqol mayka, arxa sağ nahiyəsində tünd göy rəngli “XİMİNANZHUANG” yazılı emblemi olan tünd göy rəngli cins şalvar yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs hadisəni törətdiyi zaman istifadə etmiş olduğu və dəstəyi ağ, mavi və qırmızı rəngli, ümumi uzunluğu 21 sm təşkil edən məişət təyinatlı mətbəx bıçağı, 11 (on bir) ədəd hər iki tərəfi qanabənzər şübhəli ləkələrə batırılmış pambıq çöp məhv edilsin, hadisə yerinə baxış keçirilən zaman üzərində qanabənzər şübhəli ləkələr olan ağ rəngli, üzərində naxış və bəzəkləri olan yorğan üzü, ağ rəngli, uc hissələrində naxış və bəzəkləri olan mələfə, ağ rəngli, üzərində bəzəkləri olan balınc üzü, mavi rəngli, kiçik ölçülü dəsmal, mavi rəngli, üzərində naxış və bəzəkləri olan mələfə, mavi rəngli, üzərində naxış və bəzəkləri olan yorğan üzü, ağ rəngli, üzərində naxış və bəzəkləri olan yorğan üzü, qırmızımtıl ağımtıl rəngli, üzərində naxışları və bəzəkləri olan balınc üzü sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar