Məhkəmə qərarları › İş №1(100)-323/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-323/2025

20.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-323/2025 20.02.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, Talışova Şahnaz Nazir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxs və qanuni nümayəndə Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs X6 və zərərçəkmiş şəxsin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə Rayon Vəkil Bürosunun vəkili Qanuni nümayəndə iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.2005-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Məlikli kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Qazıqurdalı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.2, 177.2.4, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə, tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmək məqsədilə 2023cü ilin aprel ayının ortalarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, bibisi oğlu xx.xx.2009-cu il təvəllüdlü Şahid1 vasitəsilə tanıdığı sonuncunun sinif yoldaşı, Bərdə rayonu, Qarabağ qəsəbəsində yaşayan xx.xx.2010-cu il təvəllüdlü X11 ilə Bərdə rayonu, Qarabağ qəsəbəsində danışıb Rauf Məmmədliyə “PUBG” mobil oyununda “UC” adlı oyun pulunu və oyun hesabını almasını bildirib mövcudluğu olmayan həmin hesabın alınmasına görə xeyli miqdar hesab edilən 22000 (iyirmi iki min) manat məbləğində pul verməsini tələb edərək həmin pulu vermədiyi təqdirdə Rauf Məmmədlinin və onun yaxın qohumlarının həqiqətdə mövcud olmayan oyun hesablarının sahibləri tərəfindən öldürüləcəkləri və oğurlanacaqları kimi təhdidlər edib zor göstərməklə, habelə Rauf Məmmədlinin öz evindən oğurluq etməsi barədə yaxınlarına və digər şəxslərə rüsvayedici məlumatlar yayacağı barədə təhdidlər edib psixi təsir göstərərək azyaşlı X7 mənəvi zərər vurmaqla hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Bundan başqa o, yetkinlik yaşına çatmadığı dövrdə təkrar tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, bibisi oğlu xx.xx.2009-cu il təvəllüdlü Şahid1 vasitəsilə tanıdığı sonuncunun sinif yoldaşı, Bərdə rayonu, Qarabağ qəsəbəsində yaşayan xx.xx.2010-cu il təvəllüdlü X11 ilə Bərdə rayonu, Qarabağ qəsəbəsində danışıb Rauf Məmmədliyə “PUBG” mobil oyununda “UC” adlı oyun pulunu və oyun hesabını alacağını yalandan vəd verib Rauf Məmmədlini atası Zərərçəkmiş şəxs1 evində saxladığı 22000 (iyirmi iki min) manat məbləğində xeyli miqdarda pulunu gizli yolla talamasına təhrik etdikdən sonra 2023-cü ilin aprel ayının ortalarından başlayaraq həmin ilin iyul ayının sonlarınadək olan dövr ərzində, dəqiq tarixləri və vaxtları istintaqa məlum olmayan tarixlərdə və vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə cinayət məsuliyyətinə imkan verən yaş həddinə çatmayan azyaşlı Rauf Məmmədlinin vasitəsilə Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdar hesab edilən 22000 (iyirmi iki min) manat məbləğində pulu sonuncuya məxsus Bərdə rayonu, Qarabağ qəsəbəsində yerləşən fərdi yaşayış evindən gizli yolla talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdar hesab edilən 22000 (iyirmi iki min) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, yetkinlik yaşına çatdığı dövrdə təkrar tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmək məqsədilə 2023cü ilin avqust ayının əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamaqla yetkinlik yaşına çatmayan bibisi oğlu xx.xx.2009-cu il təvəllüdlü Şahid1 ağır cinayət törətməyə cəlb edib sonuncunun sinif yoldaşı, Bərdə rayonu, Qarabağ qəsəbəsində yaşayan xx.xx.2010cu il təvəllüdlü X11 ilə Bərdə rayonu, Qarabağ qəsəbəsində danışıb Rauf Məmmədliyə “PUBG” mobil oyununda silinmiş oyun hesabını bərpa etdirəcəyini və oyun hesabına oyun pulunun vurulmasını yalandan bildirib mövcudluğu olmayan həmin xidmətlərə görə xeyli miqdar hesab edilən 18000 (on səkkiz min) manat məbləğində pul verməsini tələb edərək həmin pulu vermədiyi təqdirdə Rauf Məmmədlinin və onun yaxın qohumlarının həqiqətdə mövcud olmayan oyun hesablarının sahibləri tərəfindən öldürüləcəkləri və oğurlanacaqları kimi təhdidlər edib zor göstərməklə, habelə Rauf Məmmədlinin öz evindən oğurluq etməsi barədə yaxınlarına və digər şəxslərə rüsvayedici məlumatlar yayacağı barədə təhdidlər edib psixi təsir göstərərək azyaşlı X7 mənəvi zərər vurmaqla hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Bundan başqa o, yetkinlik yaşına çatdığı dövrdə təkrar tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamaqla yetkinlik yaşına çatmayan bibisi oğlu xx.xx.2009-cu il təvəllüdlü Şahid1 vədlər verib cinayətkar fəaliyyətə cəlb edərək sonuncunun sinif yoldaşı, Bərdə rayonu, Qarabağ qəsəbəsində yaşayan cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamaqla yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X11 ilə Bərdə rayonu, Qarabağ qəsəbəsində danışıb Rauf Məmmədliyə “PUBG” mobil oyununda silinmiş oyun hesabını bərpa etdirəcəyini və oyun hesabına oyun pulunun vurulmasını yalandan vəd verib aldatmaqla, habelə Rauf Məmmədlinin özünü və yaxın qohumlarını öldürəcəkləri və oğurlayacaqları barədə təhdidlər edib zor tətbiq etmə hədəsi ilə Rauf Məmmədlini cinayətkar fəaliyyətə cəlb edib atası Zərərçəkmiş şəxs1 evində saxladığı 18000 (on səkkiz min) manat məbləğində xeyli miqdarda pulunu gizli yolla talamasına təhrik etdikdən sonra 2023-cü ilin avqust ayının əvvəlindən sentyabr ayının 5dək olan dövr ərzində dəqiq tarixləri və vaxtları istintaqa məlum olmayan tarixlərdə və vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan azyaşlı Rauf Məmmədlinin vasitəsilə Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdar hesab edilən 18000 (on səkkiz min) manat məbləğində pulu sonuncuya məxsus Bərdə rayonu, Qarabağ qəsəbəsində yerləşən fərdi yaşayış evindən gizli yolla talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdar hesab edilən 18000 (on səkkiz min) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 170.3, 177.2.2, 177.2.4, 182.2.2 və 182.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X8 bibisi oğlu Yusifin sinif yoldaşı kimi tanımışdır. Onlar “PUBG” oyunu oynamışlar. O, Rauf Məmmədliyə oyun hesabı satmış və ayrı-ayrı vaxtlarda hesab adı ilə sonuncudan aldığı məbləğləri özünə götürmüşdür. O, Rauf Məmmədlidən ayrı-ayrı tarixlərdə ümumilikdə 40000 manat məbləğində pul almışdır. Həmin məbləği isə həm şəxsi ehtiyacları, həm də “PUBG” oyunu üçün xərcləmişdir. Raufdan oyun hesabı adı ilə məbləğləri tələb edən zaman sonuncunun bibisi oğlu Yusiflə həmyaşıd olduğunu, yəni yeddinci sinifdə oxuduğunu bilmişdir. Ona görə də verilmiş ittihamların mahiyyəti ona tam aydın olmuş və o, həmin ittihamlar üzrə özünü tam təqsirli bilmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, iş materiallarında olan diskdəki səsyazıda olan səs ona məxsus olmuşdur. Törətdiyi əməllərdən peşman olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, sahibkarlıq fəaliyyət ilə məşğul olmuşdur. Evində olan pul da işi ilə bağlı olmuşdur. 2023-cü ilin may ayının əvvəlindən artıq evə qoyduğu pulun əskik olduğunu görmüşdür. Bundan sonra həmin tarixdən başlayaraq evə qoyduğu pulun üzərindən yenə götürülüb-götürülməməsini izləməyə və pul əskik olduğu tarixləri məbləğlərlə birlikdə qeyd etməyə başlamışdır. Həmin vaxt onlarla qalan oğlundan yaşca böyük qardaşı oğlu Elvindən şübhələnmişdir. Dolayı yolla da olsa Elvinə evdən pul itdiyini demişdir. Elvin bunu etmədiyini və zarafatla özünə bir ip alacağını, şər atıldığı üçün özünü asacağını demişdir. Onun 18 yaşına çatmamış bir qohumu özünü asıb öldürdüyü üçün bundan sonra həmin məsələ ilə bağlı Elvinin üzərinə getməmişdir. O, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə pul köçürən zaman bankda pulundan 2000 manat əskik olduğunu görmüşdür. X24 Meydanova sonuncu dəfə 2000 manatı verdikdən sonra qalan 4000 manatı vermək üçün artıq evdə pul olmamışdır. Çünki sonradan bildiyinə görə həmin vaxt Təqsirləndirilən şəxs oğlundan 6000 manat tələb etmişdir. Həmin dövrdə oğlu stressli olmuş, yemək yeməmiş, səhhəti və təhsilində geriləmələr olmuşdur. Hətta qohumları Raufu həkimə aparmağı məsləhət görmüşlər. 2023-cü ilin sentyabr ayının 5-i yaxud 9-da ona evdən indiyədək itən pulu Raufun götürdüyünü demişlər. Bundan sonra o, Raufa səsucaldana qoyub Fərruxa zəng etməsini demişdir. Danışıq zamanı Fərrux Raufa “vapşe qaqa atanın nömrəsini ver” və s. bu kimi ifadələr işlətmişdir. Bu vaxt o, telefonu götürüb Raufun atası olduğunu demiş və Fərruxdan harada olmasını soruşmuşdur. Sonuncu özünü itirmiş və Bakı şəhərində olduğunu, sonra isə Suqovuşanda olduğunu demişdir. Məsələ məlum olduqdan sonra o, böyük qardaşı, bacısı və bacısı uşaqlarına evə gəlmələrini demişdir. O, Raufdan telefonda danışdığı şəxsin kim olmasını soruşduqda oğlu sinif yoldaşı Yusifin dayısı oğlu olduğunu demişdir. Bundan sonra onlar birlikdə Yusifgilin evinə gedib qapını döymüşlər. Yusifin məsələni başa düşməməsi və bu barədə Fərruxa məlumat verməməsi üçün tanıdığı, lakin adını sonradan bildiyi Əhliqarı söhbət etmək üçün avtomobilə dəvət edərək oradan bir qədər aralanmışlar. X17 əlaqə yaratmasında əsas şəxs Yusif olmuşdur. Sonradan bildiyinə görə Rauf telefonu söndürən kimi Yusif Raufun yanına gəlib telefonu açmasını, Fərruxun onu axtarmasını, açmadığı halda oraya gələcəyini demişdir. Hətta bir dəfə Rauf pulu evin yaxınlığındakı gül qabının altına qoyub video çəkmiş və Fərruxa pulu oradan götürməsini demişdir. Söhbət zamanı Əhliqara barəsində şikayət etmək istəmədiyini, uşaqların səhvi olduğunu demişdir. Əhliqar isə onunla evə gedib söhbət etməyi demişdir. Əhliqargilin evində olarkən onlar Yusifi çağırmışlar və sonuncunun telefonuna baxdıqda Raufda olmayan səsyazıların olmasını görmüşlər. Çünki Yusif və Fərrux Raufa hədə-qorxu gəlib danışıqları belə sildirmişlər. Yusifdən xx.xx.2023-cü il tarixdə Raufdan aldığı 2000 manatı nə etdiyini soruşduqda sonuncu həmin məbləği Fərruxa göndərdiyini demişdir. Əhliqar sabah Fərruxun gəlməsindən sonra söhbətə davam etməyi demiş, o da razılaşmışdır. Fərrux gəldikdən sonra Əhliqar onları evinə dəvət etmişdir. Söhbət zamanı Əhliqar sadəcə öz oğluna cavabdeh olduğunu demişdir. Bir qədər sonra evdə olanlar ona polisə müraciət etməyini demişlər, o da etiraz etməmiş və polisə müraciət etmişdir. Ümumilikdə müəyyənləşdirdiyi qədəri ilə onun evindən 40000 manat pul oğurlanmışdır. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Bənövşə xanım Təqsirləndirilən şəxs etdiklərini bağışlamaları üçün üzrxahlıq məqsədilə onlara gəlmiş və danışıq zamanı məbləğin 40000 manatdan aşağı salınmasını xahiş etmiş, o, isə sonuncu ilə razılaşmamışdır. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər ona tamamilə ödənilmişdir. O, Təqsirləndirilən şəxsla barışmış, sonuncudan heç bir şikayət və tələbim yoxdur, mülki iddiadan da imtina etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, sinif yoldaşı Şahid1 onun “PUBG” oyunu oynadığını bilmişdir. Bu səbəblə Yusif ondan oyun hesabı olduğunu və həmin hesabı almaq istəyib-istəmədiyini soruşmuş, o da almaq istəmədiyini demişdir. Bu zaman Yusif ona zəng gəldiyini deyib zəngi sonlandırmışdır. Təxminən bir saat sonra Təqsirləndirilən şəxs ona yazmışdır. Həmin vaxtadək o, Fərruxu tanımamışdır. O, sonuncudan kim olduğunu soruşduqda Fərrux Yusifin qohumu olduğunu bildirib ona hesab istədiyini demişdir. O isə Fərruxa heç kimdən hesab istəmədiyini demişdir. Bu zaman Fərrux oyun hesabının hərbi xidmətə gedən qohumundan aldığını, hesabın pulunu verdiyini və pulun ona çatmalı olduğunu, əks halda birbaşa atasının yanına gələcəyini bildirmişdir. Fərrux əvvəlcə ona atasının yanına gəlib evdən pul oğurladığını sonuncuya deməməklə, sonralar isə elə-belə adam olmadıqlarını, onun yerini tapdıracaqlarını və öldürdəcəklərini deməklə hədələmişdir. Pulu verəndə Fərruxgil haradan tapdığını soruşmuşlar, o isə evində olan paçka-paçka pulların üzərindən götürdüyü demişdir. Bundan sonra onlar evində pul olduğunu bilib ondan daha çox pul tələb etmişlər. Onlar 300, 600 manat və s. məbləğlərdə pul istəmiş və verməyəcəyi təqdirdə atasının yanına gəlib etdiklərini deməklə hədələmişlər. O, Yusifə oyun hesabı barədə ona heç nə yazmamalarını demiş və bu barədə olan mesajların şəkili mobil telefonunda qalmışdır. Yusif onun dediklərini Fərruxa demiş, sonuncu da onu pis söyüşlər təhqir edib hədələmişdir. O da məcbur olub həmin vaxt evdə olan 6100 ABŞ dollarını götürmüş və evlərinin yaxınlığındakı quyuya qoymuşdur. Həmin pulu Fərrux gəlib oradan götürmüşdür. O, Fərruxgilə sonra da ona oyun hesabı verməmələrini və ondan əl çəkmələrini demişdir. Bundan sonra Fərrux oyun hesabının oğurlandığını və 6000 manat pul verməli olduğunu demişlər. Yusif ona 2000 manat verməyini, qalan məbləği isə danışıqla həll edəcəyini bildirmişdir. O, həmin 2000 manatı vermiş, bunu təsdiq edən “1000 manatı məndə qalır, 1000 manatı isə Fərruxa verdim” məzmununda mesaj da olmuşdur. Bundan sonra Fərrux ona qalan 4000 manatı da göndərməyini, əks halda atasının yanına gələcəyini dediyi səsyazısı göndərmiş və həmin səsyazı hələ də qalmaqdadır. O, Fərruxgilin ondan əl çəkməyəcəklərini görüb baş verənlərin hamısını evdəkilərə danışmışdır. Bundan sonra atası bibisi uşaqları ilə birlikdə Yusifin evinə getmişlər. Yusif həmin vaxt 2000 manat aldığını və həmin məbləği Fərruxa göndərdiyini etiraf etmişdir. İfadəsinin davamı olaraq Rauf Məmmədli bildirmişdir ki, o, Təqsirləndirilən şəxs verdiyi pulları atası Zərərçəkmiş şəxs1 xəbəri olmadan evdən oğurlamışdır. Təqsirləndirilən şəxs “biz elə-belə adamlar deyilik, səni də, atanı da öldürdərik” deməklə, yaxud baş verənlər barədə atasına deyəcəyini bildirməklə hədə-qorxu gəlmişdir. O, ümumilikdə evlərindən 40000 manatdan çox oğurlayıb Fərruxgilə vermişdir. Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş zərər tamamilə ödənilmişdir. O, Təqsirləndirilən şəxsla barışmış, sonuncudan heç bir şikayət və tələbim yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, əmisi Zərərçəkmiş şəxs1 yaşadığı evə tez-tez gedib-gəlmişdir. Bir gün atası ona əmisigilin evindən pul oğurlandığını və sonuncuların da ondan şübhələndiyini demişdirdi. Lakin bir müddət sonra Rauf anasına evdən oğurlanan pulların özü tərəfindən götürüldüyünü demişdir. Rauf həmin pulları Təqsirləndirilən şəxs və Şahid1 verdiyini bildirmişdir. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, Raufun deməsinə əsasən sonuncu evdən ümumilikdə 40000 manat məbləğində pul götürüb Fərrux və Yusifə vermişdir. Fərrux və Yusif Raufdan tələb etdikləri pulu verməyəcəyi təqdirdə bu barədə atasına deməklə hədələmişlər. Yusif Raufun sinif yoldaşı, Fərrux isə Yusifin dayısı oğlu olmuşdur. O, “PUBG” oyunu oynamamış, lakin bildiyi qədəri ilə Rauf həmin oyunu oynamışdır. Rauf ona 120 manata oyun hesabı alması barədə heç nə deməmişdir. O, Rauf, Sadiq, Rəşad və Kəmalə ilə birlikdə Yusifin evinə ikinci dəfə getmişdir. Orada Rauf evdən pul götürməsi barədə danışmışdır. Raufun 22000 manat məbləğində oyun hesabı alması ona telefon yazışmalarından məlum olmuşdur. Əvvəlcə əmisigildən fərqli vaxtlarda olmaqla 7800 dollar, bundan sonra 10000 manat, daha sonra 1200, ardınca isə 1400 manat məbləğində vəsait itdiyini eşitmişdir. O, həmin vaxt onlarda qalmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumuş və həmin ifadəsi onun sözləri ilə düzgün yazılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qardaşı oğlu olmuşdur. Bir gün qardaşı Zərərçəkmiş şəxs1 evlərindən dəfələrlə pul oğurlandığını demişdir. Oğlu Şahid4 məktəbə getdiyinə görə tez-tez qardaşıgilə getmişdir. Buna görə də qardaşı onun oğlu Elvindən şübhələndiyini demişdir. O, hadisə barədə oğluna danışmış və Rəşadgilin evindən pul oğurlanması barədə məlumatı olub-olmadığını soruşmuşdur. Oğlu Elvin həmin pulları oğurlamadığını və bu barədə heç nə bilmədiyini demişdir. Bir müddət sonra qardaşı Rəşad axşam radələrində ona zəng edərək evlərinə çağırmışdır. Həmin günün səhəri qardaşı Raufun anasına danışdığı hadisəni ona da danışmışdır. Bundan sonra Rauf onların yanında mobil telefon vasitəsilə Fərruxa zəng etmişdir. Danışıq zamanı Fərrux Raufdan 6000 manat məbləğində pul tələb etmişdir. Rauf Fərruxun sinif yoldaşı Yusifin dayısı oğlu olduğunu demişdir. Onlar da Yusifin yaşadığı ünvanı öyrənərək sonuncunun evinə getmişlər. Yusifin atası Əhliqarın təklifi əsasında onların evinə daxil olmuşlar. Evdə bir qədər Yusiflə söhbət etdikdə sonuncu Raufdan pul alaraq Fərruxa verdiyini demişdir. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, axırıncı danışıqda Fərrux Raufdan 6000 manat vəsait tələb etmişdir. X16 zəngli danışanda o da orada olmuşdur. Həmin vaxtı orada digər qohumları da olmuşdur. Fərrux atasını öldürməklə hədələdiyi üçün Raufu qorxub və tələb etdiyi pulları evdən oğurlayaraq Fərruxa göndərmişdir. Rauf bu hadisəyə görə psixoloji problemləri yarandığından kəndə onlarla qalmağa evə gəlmişdir. Qardaşı Rəşadın evindən 4-5 dəfə pul əskik olmuşdur. O, qardaşı və bacısı uşaqları ilə birlikdə Yusifgilə gedərkən həmin vaxt Fərrux Bakı şəhərində olmuşdur. Qardaşı Rəşadın ümumilikdə 40000 manat məbləğində pulu oğurlanmışdır. Əhliqargildə olarkən Yusif Raufdan aldığı pulu Fərruxa verdiyini demişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5, Şahid8, Şahid7, Şahid6 və məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Məmmədova X4 Elşad Kərim oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X11 onun sinif yoldaşı olmuşdur. O, əvvəllər “PUBG” oyunu oynamışdır. Rauf Məmmədli də ona həmin oyunu oynamaq istədiyini və bu məqsədlə oyun hesabı almaq istədiyini demişdir. Onlar isə Raufdan evdəkilərin hesab almaq istədiyindən xəbərləri olub-olmadığını soruşduqda sonuncu evdəkilərin bildiklərini demişdir. Onlar Raufun dediklərinə inanmadığı üçün sonuncuya həmin vaxt oyun hesabı almamışlar. Bir dəfə o, Rauf Məmmədliyə zəng etdikdə əmisi oğlu telefonu açmış və Raufa cavabdeh olduğunu, evdəkilərin xəbərləri olduğunu demişdir. Bundan sonra onlar arxayın olmuşlar. Həmin vaxt Rauf onun dayısıoğlu Təqsirləndirilən şəxs hərbi xidmətə gedəcək dostundan 120 manata oyun hesabı alıb işlətməyə başlamışdır. Bir müddət keçdikdən sonra Rauf oyun hesabına “UC” adlandırılan oyun pulu yükləmək istədiyini demişdir. O da birlikdə Raufun oyun hesabına ayrı-ayrı vaxtlarda “MilliÖn” vasitəsilə 10, 20 və 30 manat məbləğində “UC” yükləmişdir. Bir müddət sonra isə Rauf artıq həmin oyun hesabını əmisi oğluna verəcəyini və özü üçün daha yaxşı oyun hesabı istədiyini demişdir. Onlar Raufdan yenə bu barədə evdəkilərin xəbərləri olub-olmadığını soruşduqda Rauf xəbərləri olduğunu, hətta oyun hesabı tapdığını, lakin yaşının az olması səbəbindən həmin hesabı ona satmadıqlarını demişdir. Həmin vaxt bu barədə dayısıoğlu Fərruxa dedikdə, sonuncu Raufun həmin hesabı almaq istəməsi barədə ailə üzvlərinin xəbərlərinin olub-olmadığını soruşmuşdur. O, Fərruxa Raufun əmisi oğlu ilə danışdığını, əmisi oğlunun əmisi də daxil olmaqla evdəkilərin Raufun oyun hesabı almaq istədiyini bildiklərini demişdir. Onlar Raufun əmisi oğlunun dediklərinə arxeyin olduqdan sonra Fərrux həmin hesabın alınmasına köməklik etmək üçün hesabın sahibi ilə danışmışdır. Fərruxun həmin vaxt hesab alınmasına yaşı çatmamışdır. Fərrux hesab sahibi ilə danışmış və Rauf Məmmədli həmin oyun hesabını almışdır. Bundan sonra Rauf və o, “MilliÖn” aparatına getmişlər və Rauf onun yanında hesab sahibinə 2000 manat məbləğində pul göndərmişdir. Ardınca ödəniş barədə qəbzi dayısıoğlu Fərruxa, sonuncu da hesab sahibinə göndərmişdir. Bundan sonra Rauf həmin oyun hesabını istifadə etməyə başlamışdır. Ancaq Rauf həmin hesabın pulunu tam ödəməmiş, 4000 manatını qalmışdır. Bir müddət sonra hesab sahibi dayısıoğlu Fərruxu narahat edərək qalan məbləğin də ödənilməsini tələb etməyə başlamışdır. Bunun üçün Fərrux da Raufa yazaraq hesab sahibinin qalan pulunun ödənilməli olduğunu demişdir. Həmin vaxt Rauf Məmmədli dayısı oğlu Fərruxa pulu evdən oğurladığını demişdir. Fərrux Raufdan indiyədək verdiyi pulların hamısını evdən oğurladığını soruşduqda sonuncu evdən oğurladığını demiş, bundan sonra Fərrux Raufa atasının mobil nömrəsini verməsini və bu barədə atasına deyəcəyini bildirmişdir. Bu söhbətdən 1-2 saat keçdikdən sonra Zərərçəkmiş şəxs1 və digərləri onların evinə gəlmiş və atası Əhliqarı evdən aparmışlar. Bu vaxt saat 1 radələri olmuş və təxminən 2 saat sonra atası Rəşadgillə evə qayıtmışdır. Həmin vaxt anası və nənəsi yuxa bişirmişlər. Rəşadgil evlərinə gəldikdən sonra onu yanlarına çağırmışlar. Onların yanına gedəndə yüksək səslə qışqıraraq bütün pulları aldığını etiraf etməyini istəmişlər. O, epilepsiya xəstəliyindən əziyyət çəkdiyi üçün həmin vaxt gözü qaralmışdır. Buna görə otaqdan çölə çıxarkən Zərərçəkmiş şəxs1 qardaşı çiynindən tutaraq ağzına telefon yaxınlaşdırmışdır. Həmin vaxt telefonun qarşı tərəfindən dayısı oğlu Fərrux olmuşdur. Rəşadın qardaşı digər telefonla onların səsini yazmış və ondan 80000 manatı alıb Fərruxa verdiyini deməyini tələb etmişdir. Həmin vaxt o, çox qorxmuşdur. Dayısı oğlu “nə üçün uşağı sıxırsınız” demişdir. Həmin vaxt anası yanlarına gəlmiş və Rəşadın qardaşına imkan verməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 pilləkəndən düşərkən evindən 80000 manat pulunun itdiyini, həmin pulun üzərinə 80000 manat da qoyub dayısıoğlu ilə onu həbs etdirəcəyini demişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Raufun “Telegram” sosial şəbəkəsində tapıb aldığı ikinci hesabın qiyməti 6000 manat olmuşdur. Rauf həmin hesab sahibinin mobil nömrəsini tapıb Fərruxa göndərmiş, Fərrux da hesab sahibi ilə danışmışdır. Hesab sahibi ilə 6000 manatdan ilkin olaraq 2000 manat verilməsi, qalan 4000 manatı isə sonra verilməsi barədə razılaşılmışdır. Rauf əvvəlcə 2000 manatı versə də, qalan 4000 manatı verməmişdir. Buna görə hesab sahibi Fərruxa yazaraq qalan pulun verilməsini tələb etmiş, Fərrux da buna görə qalan pulu ödəməsini barədə Raufa səs göndərmişdir. Rauf isə bu zaman pulu evdən oğurlayıb verdiyini demişdir. Rauf Məmmədlinin onun vasitəsi ilə dayısı oğlu Fərruxla əlaqəsi yaranmışdır. İkinci hesabı alarkən Rauf Məmmədli dayısı oğlu Fərruxla əlaqə saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 evindən götürülmüş pulla bağlı sonuncunun evində baş tutmuş danışıqlarda iştirak etmişdir. Rəşadgil əvvəlcə evdən 80000 manat pul və 3000 manat dəyərində qızılın itdiyini desələr də, sonradan pulun 40000 manatı və 3000 manat dəyərində qızılın tapıldığı, sadəcə 40000 manat pulun itdiyi demişlər. O, həmin vaxt Zərərçəkmiş şəxs1 bacısı ilə bu barədə xeyli söhbət etmişdir. O, məsələnin dəqiqliklə nə olduğunu bilməmiş, sadəcə aydınlaşdırmaq məqsədilə Zərərçəkmiş şəxs1 evinə getmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 evindən itmiş pulla bağlı məsələni aydınlaşdırmaq məqsədilə üç dəfə sonuncunun evində olmuşdur. Pulun itməsi məsələsini eşitdikdən sonra aydınlaşdırmaq üçün axşam radələrində Zərərçəkmiş şəxs1 evinə getmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs1 evdən 80000 manat pul və 3000 manat dəyərində qızılın itdiyini demişdir. O, məbləğin bu qədər çox olmağına təəccüblənmişdir. Bundan təxminən 3 gün sonra qayınatası və mərhum arvadı ilə yenidən Zərərçəkmiş şəxs1 evinə getmişdir. Bu dəfə Rəşad 40000 manat nağd pulun və 3000 manat dəyərində qızılın tapıldığı, sadəcə 40000 manat pulun itdiyi demişdir. Rəşad həmin məbləğin oğlu Raufun az-az məbləğlərdə Təqsirləndirilən şəxs və Şahid1 “PUBG” oyununda istifadə etmək üçün verdiklərini demişdir. O, bu barədə Fərruxdan soruşduqda sonuncu Raufun onlara oyun üçün pul verdiyini, lakin məbləğin ən çox 1000-1500 olduğunu demişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 5/1457 nömrəli məhkəmə kompüter-texniki ekspertizasının rəyindən görünür ki: 1) Tədqiq olunan “İphone 13 mini” markalı “A2628” modelli mobil cihaza tətbiq edilmiş “Şifrə” ilə mühafizə olunan ekran kilidinə ekspert tərəfindən şərti (təsadüfi) şifrələr daxil edilərək ekran kilidinin keçilməsinə cəhd olunmuş və bu zaman bir neçə rəqəm kombinasiyası sınandıqdan sonra mobil smartfonun ekran kilidinin “000000” şifrələrdən ibarət olması müəyyən edilmişdir. Təqdim edilmiş “Samsung Galaxy A53 5G” markalı “SM- A536E/DS” modelli mobil smartfonda aşkar olunmuş ekran kilidinin “SİM” kart üzərində qoyulması səbəbindən “SİM” danışıq kartı telefonun daxilindən çıxarıldıqdan sonra (daha sonra “SİM” danışıq kartı mobil cihaz daxilinə əlavə edilmişdir) əsas menyusuna sərbəst giriş edilməsi mümkün olmuşdur. Təqdim edilmiş bir ədəd sensor ekran və “İOS 16.6” əməliyyat sistemi ilə təchiz olunmuş “iphone 13 mini” markalı “A2628” modelli “**********33683, **********39688” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A53 5G” markalı “SM-A536E/DS” modelli “**********09709, **********09708” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung” markalı mavi rəngli mobil smartfon hal-hazırda işlək vəziyyətdədir; 2) Təqdim edilmiş “Samsung” markalı mavi rəngli mobil smartfon istifadəçi tərəfindən “PİN” tipli ekran kilidi ilə mühafizə olunduğu üçün onun “Menyu” hissəsinə daxil olmaq mümkün olmadığından, arxa tərəfindəki məlumat lövhəsində və “SİM” danışıq kartının yerləşdiyi yuvada “İMEİ” kodunun və modelinin göstərilməməsi səbəbindən həmin mobil smartfonun “İMEİ” kodunu müəyyən etmək mümkün olmamışdır; 3) Təqdim edilmiş “Samsung” markalı mavi rəngli mobil smartfonda aşkar olunmuş ekran kilidinin keçilməsi üçün mobil cihazların kriminalistik tədqiqatında istifadə edilən “7.65.0.247 versiyalı UFED 4PC” adlı proqram təminatında tədqiq olunan mobil smartfon üçün yaddaşında olan məlumatları silmədən ekran kilidinin sıfırlanmasına dair texniki imkanın olmaması müəyyən edilmişdir; 4) Təqdim edilmiş “Samsung” markalı mavi rəngli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “PİN” tipli ekran kilidi ilə mühafizə olunan ekran kilidinin naməlum olması və rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə mobil smartfonun yaddaşında hər hansı bir məlumatın olub-olmamasının müəyyən edilməsi üzrə tədqiqatın aparılması mümkün olmamışdır; 5) Təqdim edilmiş “İphone 13 mini” markalı “A2628” modelli və “Samsung Galaxy A53 5G” markalı “SM-A536E/DS” modelli mobil smartfonların yaddaşlarından “7.65.0.247 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsilə toplanmış məlumatlar (kontaktlar, zəng qeydləri, foto, video, audio fayllar, və s.) müəyyən olunmuş, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilen (Report-Hesabat) hesabat “Ekspertiza 5-1457” adlı qovluqda xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olunmuşdur; 6) Rəyin “Tədqiqi hissəsi”nin 6-cı bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A53 5G” markalı “SM-A536E/DS” modelli mobil smartfonun tam yaddaşının bütün sahələri üzrə hər hansı bir (telefon kitabçası, SMS mesajlar, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar, “Whatsapp”, “Whatsapp Business” proqram təminatlarında aparılmış məlumat mübadiləsi və s.) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat aparılması mümkün olmamışdır; 7) Təqdim edilmiş “Samsung Galaxy A53 5G” markalı “SM-A536E/DS” modelli mobil smartfonun yaddaşında “+994 50 477 00 30” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” proqram təminatında 22 (iyirmi iki) ədəd kontaktla aparılmış məlumat mübadiləsi “Bluetooth” texnologiyası vasitəsilə “Ekspertiza 5- 1457” adlı qovluğa köçürülərək ekspert rəyinə əlavə olunmuşdur; 8) Təqdim edilmiş “Samsung Galaxy A53 5G” markalı “SM-A536E/DS” modelli mobil smartfonun yaddaşında “Facebook” sosial şəbəkəsinə aid aktiv istifadəçi profili müəyyən edilsə də rəyin “Tədqiqi hissəsi”nin 6-ci bəndində göstərilən səbəblərə görə həmin məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır; 9) Tədqiq olunan "İphone 13 mini” markalı “A2628” modelli və “Samsung Galaxy A53 5G” markalı “SM-A536E/DS” modelli mobil smartfonların yaddaşlarından əldə edilmiş foto və video faylların hansı məzmunlu olması və həmin məlumatlara dair rəqəmsal izlər “7.65.0.247 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsilə tərtib edilmiş “Hesabat”da öz əksini tapmışdır (bax rəyə əlavə olunmuş xarici yaddaş qurğusuna); 10) Tədqiq olunan mobil smartfonlar internet qlobal kompüter şəbəkəsinə daxil olmaq üçün texniki imkana malikdirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 X10 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 322 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əvvəllər hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmişdir. Onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 X10 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 17 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, X6 fərdi-psixi xüsusiyyətləri: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olmadır. Rauf Məmmədlinin yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya və dərk edə bilmişdir. Rauf Məmmədli ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və həyəcanlı emosional halda olmuşdur. Rauf Məmmədli özünün psixi yaş və fərdi-psixi xüsusiyyətləridən, intellektual inkişafı və emosional halından asılı olaraq, müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Rauf Məmmədlidə özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 X10 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 324 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Şahid1 fərdi-psixi xüsusiyyətləri: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olmadır. Şahid1 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, etmiş olduğu hərəkətlərin xarakter və mənasını anlaya və dərk edə bilmişdir. Şahid1 ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi emosional halda olmuşdur. Şahid1 özünün psixi yaş və fərdi-psixi xüsusiyyətləridən, intellektual inkişafı və emosional halından asılı olaraq, müqavimət göstərmək və hadisə barədə ətraflı məlumat vermək qabiliyyətinə malik olmuşdur. Şahid1 özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:10-da Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti bitdiyi üçün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Ağir Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan dəyişdirilmiş və o, məhkəmə iclası zalında həbs edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş müşahidə kamerasının çəkilişindən görünür ki, hadisə yeri - Bərdə rayonu, Qarabağ qəsəbəsində Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evidir. Baxış zamanı X11 yaşadığı evdən oğurladığı pulların yerini göstərərək, Təqsirləndirilən şəxsla Şahid1 adlı şəxslərin onu evdən oğurluq etməyə məcbur etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, X1 olaraq təqdim etdiyi istifadəsində olan bir ədəd “Samsung Galaxy A53” markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi istifadəsində olan bir ədəd “Samsung A72” markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxs X11 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı X20 Meydanovun ona hədə-qorxu gəldiyini, ondan pul tələb etdiyini, ailəsi ilə hədələdiyini və ifadəsində göstərdiyi digər xüsusatları sonuncunun üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxs X11 ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı X20 Meydanovun ona hədə-qorxu gəldiyini, ondan pul tələb etdiyini, ailəsi ilə hədələdiyini və ifadəsində göstərdiyi digər xüsusatları Şahid1 üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqdim edilən diskə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş zərərçəkmiş şəxsin təqdim etdiyi informasiya daşıyıcısı olan diskdən görünür ki, diskin içərisində 2 ədəd fayl vardır. Birinci fayl, yəni “Danışıq” adlı faylın içərisinə daxil olan zaman səs yazısının 01 dəqiqə 26 saniyə müddətində olması müəyyən edilir. Zərərçəkmiş şəxs1 həmin səs yazısındakı səsin Təqsirləndirilən şəxs adlı şəxsə məxsus olduğunu və Təqsirləndirilən şəxs həmin səs yazısında oğlu Rauf Məmmədlini hədələyərək pul istədiyini göstərmişdir. Həmin səs yazısında bir nəfər şəxsin “Rauf salam, nətərsən sabaha kimi 1000-1500 manat hazırla, götürüb camaata verim, danışdıqlarımızı Yusifə demə, Yusifə desən dədənin yanına gələcəm, 2000 manatı vermisən, 4000 manatı qalıbdı, sənə cəmi 2-3 gün vaxt verirəm, verə bilirsənsə yarı-yarı ver; elə-eləmə gəlim dədənlə oturub bir stəkan çay içim, çay içsəm yaxşı olmayacaq; Yusifə heç nə demə, əlinə nə keçsə, sabah denən 2000 manatım var, qoy ora uşaq göndərim gəlib götürsün; 4000 manatdı, 2000 manatını sabah versən, 2000 manatınıda o birisi gün verərəsən yəqin ki; buna da qulaq asıb məni tez-tez yığma, başımı xarab etmə, fsyo” dediyi müəyyən edilmişdir. İkinci fayl, yəni “Video” adlı faylın içərisinə daxil olan zaman həmin video görüntünün 26 saniyə müddətində olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 həmin videonu oğlu Rauf Məmmədlinin çəkdiyini və həmin videoda oğlunun pulu qoyduğu yeri göstərdiyini bildirmişdir. Həmin video görüntüdə bir nəfərin əlində telefonla qaçdığı və yerdə olan bir ədəd plastik qabı işarət etdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, 5/1457 nömrəli ekspert rəyinə əlavə edilmiş xarici yaddaş qurğusuna baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 1 ədəd xarici yaddaş qurğusunun içərisində “Ekspertiza 5-1457” adlı fayl vardır. Həmin faylın içərisinə daxil olduqda “Report” adlı fayl açıldı və həmin fayla daxil olduqda 3 ədəd fayl aşkar olundu. Birinci fayl yəni «2023-11- 13.15-38-42» adlı faylın içərisinə daxil olan zaman “Apple_A2481 iPhone 13 mini” adlı fayl aşkar edildi. Həmin faylın içərisinə baxan zaman müəyyən edilmişdir ki, müxtəlif adda fayllar var. Həmin faylların içərisində müxtəlif audio, video yazıları və fotoşəkillər olduğu müəyyən edildi. Həmin faylların içərisində sübut əhəmiyyəti kəsb edən məlumatlar olmamışdır. İkinci fayl yəni «2023-11-13.16-21-36» adlı faylın içərisinə daxil olan zaman “Samsung GSM_SM-A536E Galaxy A53 5G” adlı fayl aşkar edildi. Həmin faylın içərisinə baxan zaman müəyyən edilmişdir ki, müxtəlif adda fayllar var. Həmin fayllardan 2-ci sırada olan “files” adlı faylın içərisinə daxil olunduqdada müxtəlif adlı fayılların olduğu müəyyən edildi. Həmin fayıllardanda 3-üncüsü olan “audio” adlı faylın içərisinə daxil olduqda çoxlu sayda mp3 formatında səs yazılarının olduğu müəyyən edildi. Həmin səs yazılarından “PTT-20230909-WA0042.opus-Convarted” adlı audio yazı 10 saniyə müddətinə davam edir və bir nəfər şəxsin Rauf Məmmədliyə “atanın nömrəsini ver, mən gəlib onunla danışacam” dediyi müəyyən edildi. Həmin səs yazılarından “PTT-20230909- WA0043.opus-Convarted” adlı audio yazı 15 saniyə müddətinə davam edir, Rauf Məmmədliyə məxsus səs yazısıdır və yazıda Rauf Məmmədlinin “hə qaqa, mən indiyə qədər sənə nə qədər pul vermişəm, onu da hesabla, sənə nə qədər pul verim, məndən əl çəkəsən, atama demə də, mən atamdan qorxuram, sənə yalvarıram ki, atama demə” dediyi müəyyən edildi. Həmin səs yazılarından “PTT-20230909-WA0044.opus-Convarted” adlı audio yazı 07 saniyə müddətinə davam edir, Rauf Məmmədliyə məxsus səs yazısıdır və yazıda Rauf Məmmədlinin “qaqa sənin incidənin nömrəsini ver mənə danışım görüm nə istəyir, məndən pul istəyir o” dediyi müəyyən edildi. Həmin səs yazılarından “PTT- 20230909-WA0045.opus-Convarted” adlı audio yazı 12 saniyə müddətinə davam edir, Rauf Məmmədliyə məxsus səs yazısıdır və yazıda Rauf Məmmədlinin “ay qaqa mənidə başa düş də, mənim 6000 manatım yoxdur, mənim o qədər pulum var?, oğurlayıb sənə verəcəm, amma məndən əl çək” dediyi müəyyən edildi. Həmin səs yazılarından “PTT- 20230909-WA0048.opus-Convarted” adlı audio yazı 08 saniyə müddətinə davam edir, Rauf Məmmədliyə məxsus səs yazısıdır və yazıda Rauf Məmmədlinin “qaqa indi sabah verəcəm, görüm nətər oğurluyuram, sən mənə vaxt de, pulu sabah nətər verim” dediyi müəyyən edildi. Həmin səs yazılarından “PTT-20230909-WA0050.opus-Convarted” adlı audio yazı 08 saniyə müddətinə davam edir, Rauf Məmmədliyə məxsus səs yazısıdır və yazıda Rauf Məmmədlinin “qaqa sabah sənə nə qədər oğurlayıb verim, saat 10 da hazırlığım var, nətər edək, özün gələsən, uşaq gətirəsən” dediyi müəyyən edildi. Bundan başqa, “files” adlı faylın içərisində olan “image” adlı faylın içərisinə daxil olduqda çoxlu sayda şəkillərin olduğu müəyyən edilmiişdir. Həmin şəkillərdən “**********.jpg”, “**********.jpg”, “**********.jpg”, “**********.jpg” və “**********.jpg” adlı şəkillərdə “F” yazılan kontaktla olan yazışmalar var və həmin şəkillər çıxardılaraq protokola əlavə olunmuşdur. Üçüncü fayl yəni «Samsung A53 5G Whatsapp» adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, müxtəlif nömrələrlə “WhatsApp” yazışmalar vadır. Həmin yazışmalardan “F” adlı kontaktla aparılan yazışmada “09.09.23 21:33 - F: Məb sənnən heçne isdemirem qaqa; 09.09.23 21:33 - F: Hesabını götür; 09.09.23 21:33 - F: Mənidə incidirlər; 09.09.23 21:33 - F: Hesabşn pulu 6 min; 09.09.23 21:34 - O: 6 min duzeldemirem; 09.09.23 21:34 - F: 6 min verəcəksən hesabını verəcəm sənnən nömrənidə siləcəm; 09.09.23 21:34 - O: Evlecede vermişəm; 09.09.23 21:34 - O: Sənə; 09.09.23 21:34 - F: Mənə verməmsiəne qaqa; 09.09.23 21:34 - F: Hesabı qaytarana vermisən; 09.09.23 21:35 - F: Bu qədər vaxt gözdüyüb səni; 09.09.23 21:35 - O: Yusive vermişəm də; 09.09.23 21:35 - F: Yusif de göndəribdə; 09.09.23 21:35 - F: Uzatmağın yeri yoxdur; 09.09.23 21:35 - F: Nə qədər vaxta versən?; 09.09.23 21:36 - O: <Media buraxıldı>; 09.09.23 21:37 - F: Məni incidilər e qaqa; 09.09.23 21:37 - F: Mən durub sənən niyə pul isdiyim; 09.09.23 21:37 - O: <Media buraxıldı>; 09.09.23 21:37 - F: Əgər isdəmirsənsə sənnən mən pul isduyim; 09.09.23 21:37 - F: Nömrəni verim olara; 09.09.23 21:37 - F: Ama bilirsənki sənən yox dədənən danışacaqlar; 09.09.23 21:37 - O: <Media buraxıldı>; 09.09.23 21:37 - F: Mən səni isdiyib deyə özem danışıramki; 09.09.23 21:37 - F: Vaşın bəlaya girməsjn; 09.09.23 21:37 - F: Özünü mənim yerimə qoy gör; 09.09.23 21:38 - F: Yusifnen sen başıma oyun açmısan; 09.09.23 21:38 - O: <Media buraxıldı>; 09.09.23 21:38 - F: Sənöl sənən danışmayacaq; 09.09.23 21:38 - F: Hə heç ne; 09.09.23 21:38 - F: Nə qədər vaxta verəssən olara bir söz deyim; 09.09.23 21:39 - O: <Media buraxıldı>; 09.09.23 21:40 - F: 6min ver hesabı qaytarmağa görə; 09.09.23 21:40 - O: <Media buraxıldı>; 09.09.23 21:40 - F: Nömrəni atacam bloka fso; 09.09.23 21:40 - F: Nə sən yaz nədə mən; 09.09.23 21:40 - F: Yusifin dosdusan deye şey elemirem; 09.09.23 21:40 - F: Yoxsa çoxdan dədən bilirdi; 09.09.23 21:40 - F: Sabah saat 10da ver; 09.09.23 21:41 - O: <Media buraxıldı>; 09.09.23 21:41 - O: <Media buraxıldı>; 09.09.23 21:41 - O: <Media buraxıldı>; 09.09.23 21:42 - F: Oğurlamağ nədi qaqa; 09.09.23 21:42 - F: Pul oğurluyub verirdin sən uceye hesaba ?; 09.09.23 21:44 - O: <Media buraxıldı>; 09.09.23 21:44 - F: Nece yeni oğurluyub verrem?; 09.09.23 21:44 -O: <Media buraxıldı>; 09.09.23 21:45 - O: Adam geldi; 09.09.23 21:45 - O: Yazıram; 09.09.23 21:45 - O: Men sene bu qeder pul vermisem hardan alıf vermisem evden oguruyuram daaaaa; 09.09.23 21:45 - O: Qaqa; 09.09.23 21:45 - O: Saa qurban olaram atama deme; 09.09.23 21:46 - O: Adam geldi; 09.09.23 21:46 - O: Yazacam; 09.09.23 21:48 - F: Qaqa niyr dememisen bes oğurluyursan hər dəfə mən təkrarlayanda deyirdin hamı bilir; 09.09.23 21:48 - F: Deyirdim; 09.09.23 21:48 - F: Atanın nömrəsini ver mən danışım atanan; 09.09.23 21:48 - F: Deyirdim yoxsa yox?; 09.09.23 21:48 - F: Bir kəlmə; 09.09.23 21:49 - F: Hə yox?; 09.09.23 21:49 - O: <Media buraxıldı>” kimi mesajların olduğu müəyyən edildi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Bərdə PRŞ-yə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs onun azyaşlı oğlu X7 hədə-qorxu gəlib hissə-hissə oğlunun vasitəsi ilə yaşadığı evindən 40000 manat məbləğində vəsaiti oğurlayaraq ələ keçirdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel-sentyabr ayı ərzində X7 hədə-qorxu gələrək onun atası Zərərçəkmiş şəxs1 məxsus 40000 manata yaxın pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs “PUBG” adlı mobil oyunda “UC” adlı oyun pulunu aldığı şəxslərin kim olması keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RİH başçısının Qaradəmirçi kənd İƏDÜN-nin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Qazıqurdalı kəndində yaşamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə rayon prokurorluğunun icraatında olmuş 150 C-23 nömrəli ilkin yoxlama materialından görünür ki, xx.xx.2023-cü il tarixdə Elşad, Rəşad, Cəfər və sonuncunun qardaşı olmaqla dörd nəfərin onu zorla avtomobilə mindirib başqa yerə aparmaları, daha sonra isə evinə basqın etmələri barədə Şahid9 ərizəsi əsasında rayon prokurorluğunda araşdırma aparılaraq cinayət hadisəsi olmadığından rayon prokurorluğunun böyük müstəntiqi X3 qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarla Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, “Samsung Galaxy A53” markalı mobil telefonun sahibi X7, digər “Samsung A72” markalı mobil telefonun isə Təqsirləndirilən şəxs qaytarılması qərara alınmışdır. Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi ziyana görə 40000 (qırx min) manat və dövlət rüsumu kimi ödənilmiş 210 (iki yüz on) manat olmaqla, ümumilikdə 40210 (qırx min iki yüz on) manat məbləğində vəsaitin tutularaq öz xeyrinə ödənilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs və qanuni nümayəndə Zərərçəkmiş şəxs1 təqdim etdiyi xx.xx.2026-cı il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən, həmçinin məhkəməyə təqdim etdiyi xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu tərəfindən onlara dəymiş maddi ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxsləri aldatma, vədlər vermə, zor tətbiq etmək hədəsi ilə və ağır cinayətin törədilməsi ilə nəticələnən cinayətkar fəaliyyətə cəlb etməklə təkrarən özgənin xeyli miqdarda əmlakını gizli yolla talayaraq oğurluq və təkrarən zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmə cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli Qərarının 14-cü bəndində göstərilmişdir ki, CM-in 32.2-ci maddəsinə müvafiq olaraq, cinayəti təşkil etmiş və ya aşkar surətdə cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsləri oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə təhrik etmiş şəxs, cinayətin icraçısı kimi cinayət məsuliyyəti daşıyır. Qanunda nəzərdə tutulan əsaslar olduqda, həmin şəxsin əməli, əlavə olaraq CM-nin 170-ci maddəsi ilə də tövsif edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İV və Vİ hissələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2, 84.1 və 170-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2024-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Cinayət Məcəlləsinin 170-ci maddəsində təsbit edilmiş əməl hər bir halda onu törədən şəxsin fiziki və ya psixoloji təsir ilə müşayiət olunan aktiv hərəkətləri nəticəsində və təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayana qarşı törədilir. Yetkinlik yaşına çatan şəxsin yetkinlik yaşına çatmayanla birlikdə cinayət əməlinin törədilməsində iştirak etməsi faktı isə özü-özlüyündə həmin Məcəllənin 170-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratmır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 6 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmamış şəxsləri cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etməyə görə yalnız yetkinlik yaşına çatmış və cinayəti qəsdən törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Yetkinlik yaşına çatmış şəxs cinayətin törədilməsinə cəlb etdiyi şəxsin yetkinlik yaşına çatmamasını bilmədiyi halda, o, CM-in 170 və ya 171-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirkarın cinayətin törədilməsinə və ya CM-in 171-ci maddəsində nəzərdə tutulmuş əxlaqsız əməllərə cəlb etdiyi şəxsin yetkinlik yaşına çatmamasından məlumatlı olması sonuncunun zahiri əlamətləri, onların arasında qohumluq, tanışlıq münasibətlərinin olması, əməlin, onun elementlərinin törədildiyi yerin orta məktəb və yaxud əsasən yeniyetmələrin getməyə üstünlük verdikləri digər yer olması və s. bu kimi obyektiv hallara görə də müəyyən edilə bilər. Hazırkı işin faktiki hallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Rauf Məmmədlinin onun bibisi oğlu Şahid1lə həmyaşıd olması, yəni sonuncuların yeddinci sinifdə oxuması məlum olduğu üçün o, Rauf Məmmədlinin yetkinlik yaşına çatmamasını aşkar surətdə bilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 oktyabr 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Həmçinin həmin Qərarda göstərilmişdir ki, hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 dekabr 1998-ci il tarixli 2 nömrəli Qərarının 1-2-ci bəndində göstərilmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədə-qorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, Cinayət Məcəlləsinin 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləciyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olub-olmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İV və Vİ hissələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2, 84.1 və 170-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkar fəaliyyətə cəlb etmənin üsulu kimi aldatma yetkinlik yaşına çatmayan üçün əhəmiyyət kəsb edən hallar haqqında yalan məlumatların verilməsi, təhrik edilən əməlin cinayət olmaması barədə yanlış təsəvvürün yaradılması və bu kimi digər hərəkətləri ehtiva edir. Vəd vermə - yetkinlik yaşına çatmayanı sövq edildiyi əməli törədəcəyi təqdirdə onun mənafeyinə uyğun şəkildə davranılacağına inandırmaqdır. Hədə qorxu əksinə yetkinlik yaşına çatmayanı onun mənafeyinə zidd davranışın həyata keçiriləcəyinə inandırmaqda ifadə olunur. Yuxarıda göstərilənlərə uyğun olaraq hazırkı işin faktiki hallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs psixoloji təsiri ilə müşayiət olunan aktiv hərəkətləri nəticəsində, yəni zərərçəkən Rauf Məmmədliyə, sonuncunun özünü və yaxın qohumlarını öldürəcəkləri və oğurlayacaqları barədə, eləcə də atası Zərərçəkmiş şəxs1 zəng edib onun hərəkətləri barədə məlumat verəcəyi ilə təhdidlər edib hədə-qorxu gələrək psixikasına təsir etməsi sayəsində Rauf Məmmədli təqsirləndirilənin qeyd edilən hərəkətlərini real hədə kimi qəbul etmiş, yəni hədənin tətbiq ediləciyindən ehtiyatlanaraq təqsirləndirilənin istəyinə uyğun yaşadığı evdən 40000 manat məbləğində vəsaiti ayrı-ayı vaxtlarda oğurlayıb Təqsirləndirilən şəxs vermişdir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.2, 177.2.4, 182.2.2 və 182.2.4-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi birinci və ikinci epizodlar üzrə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərkibi Cinayət Məcəlləsinin 170.3-cü maddəsinə münasibətdə cinayətlərin təkrar törədilməsini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə, Cinayət Məcəlləsinin 177 və 182-ci maddələrinə münasibətdə cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlıya qarşı törədilməsini Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələrini, ekspert rəyləri, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.2, 177.2.4, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.2, 177.2.4, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 6 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, cinayət qanununun eyni maddəsi ilə tövsif olunan cinayətlərdən bir qismi yetkinlik yaşına çatanadək, digər qismi isə yetkinlik yaşına çatdıqdan sonra törədildikdə həmin maddə ilə cəza ümumi əsaslarla, yəni xüsusi normalara istinad edilmədən təyin olunmalıdır. Hazırkı iş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, cinayət qanununun eyni maddəsi ilə, yəni Cinayət Məcəlləsinin 177 və 182-ci maddələri ilə tövsif olunan ittiham olunduğu birinci və ikinci epizodlar üzrə cinayət əməllərini yetkinlik yaşına çatanadək, üçüncü və dördüncü epizodlar üzrə cinayət əməllərini isə yetkinlik yaşına çatdıqdan sonra törətmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cəza ümumi əsaslarla, yəni xüsusi normalara istinad edilmədən təyin olunmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunun mənasına görə müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növü də təyin edə bilər. Məhkəmə tərkibi cinayətin məqsədini və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, ittiham olunduğu cinayət əməllərindən bir qismini yetkinlik yaşına çatanadək törətməsini və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqla həmin halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək, eləcə də gənc olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə, o cümlədən özünün həyat və tərbiyə şəraitinə təsir edə biləcəyini, eyni zamanda məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməyəcəyini nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs ayrı-ayrılıqda ittiham olunduğu Cinayət Məcəlləsinin 170.3, 177.2 və 182.2-ci maddələrinə münasibətdə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.2, 177.2.4, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 170.3, 177.2 və 182.2-ci maddələri üzrə ayrı-ayrılıqda Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddən də aşağı həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Hazırkı işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:10-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Gəncə Ağir Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə də barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan dəyişdirilmiş və o, məhkəmə iclası zalında həbs edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 357.0.5-ci maddəsinə əsasən qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etməklə barəsində ittiham hökmü çıxarıldıqda şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 11 sentyabr 2023-cü il tarixdən 11 dekabr 2023-cü il tarixədək, yəni 03 (üç) ay həbsdə saxlanılması müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla Təqsirləndirilən şəxs təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı, onun üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, həmçinin qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi üçün barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə istintaqının əvvəlində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi ziyana görə 40000 (qırx min) manat və dövlət rüsumu kimi ödənilmiş 210 (iki yüz on) manat olmaqla, ümumilikdə 40210 (qırx min iki yüz on) manat məbləğində vəsaitin tutularaq öz xeyrinə ödənilməsini xahiş etsə də, məhkəmə istintaqının sonrakı mərhələsində notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini göstərmiş və iddia ərizəsindən imtina etdiyini bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda məhkəmə tərkini hesab edir ki, mülki iddia vermiş Zərərçəkmiş şəxs1 mülki iddiadan imtina etdiyi üçün cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməli və onun tərəfindən ödənilmiş 210 (iki yüz on) manat dövlət rüsümü dövlət büdcəsindən özünə qaytarılmalıdır. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 90 (doxsan) iş saatı (30 iş saat xx.xx.2025-ci il tarixədək, 60 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 840 (səkkiz yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-187, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.2, 177.2.4, 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdən 11 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi üçün barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Mülki iddia vermiş Zərərçəkmiş şəxs1 mülki iddiadan imtina etdiyi üçün cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilsin və onun tərəfindən ödənilmiş 210 (iki yüz on) manat dövlət rüsümü dövlət büdcəsindən özünə qaytarılsın. Dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 840 (səkkiz yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar