Məhkəmə qərarları › İş №1(100)-324/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-324/2025

18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-324/2025 18.03.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Müslümov Bəhruz Firizman oğlu və X3 ibarət tərkibdə, X2 məhkəmə iclasının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 182.2.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə baxış iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 182.2.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılması hakim İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Müslümov Bəhruz Firizman oğlu və X3 ibarət məhkəmə tərkibinə həvalə edilmişdir. Məhkəmə iclasında məhkəmənin tərkibinə daxil olan hakimlər İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən), Müslümov Bəhruz Firizman oğlu və X4 Təqsirləndirilən şəxs və onun Müdafiəçi2 etiraz etmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 109.3.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü özünə və ya ona edilmiş etiraz apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Odur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq qeyd edilən cinayət işi üzrə təqsirəndirlən şəxs və onun müdafəçisi məhkəmə tərkibinə etiraz verdiyindən, həmin etiraza baxılması üçün cinayət işinin materialları Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.3.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəmə tərkibinə verilmiş etiraz baxılması üçün cinayət işinin materialları Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar