Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-325/2022 01.07.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və X1 ibarət tərkibdə, Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tovuz rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı Gəncə Ağır Cinayətlər Məhkəməsinə aiddir. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının axırlarında istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq cəmi 1,84 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib özü ilə daşıyaraq üstündə gəzdirib saxlamış və 22 yanvar 2022-ci il tarixdə saat 17 radələrində həmin narkotik vasitədən 5 (beş) ədəd ağ salfetka kağızına bükülmüş hissəsini Tovuz rayonu Düz Qırıqlı kəndində yaşayan tanışı, narkotik vasitənin alqı-satqısında maddi marağı olmayan yetkinlik yaşına çatmamış Şahid5 50 (əlli) manata qanunsuz olaraq satmış, həmin narkotik vasitənin bir hissəsi, yəni 1,45 qram çəkidə olan hissəsi, 25 yanvar 2022-ci il tarixdə saat 17:40-da Tovuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ünvan 1 ünvanda yerləşən Tovuz RPŞ-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın arxa sol yan cibindən 1 (bir) ədəd sellofan parçasına bükülmüş bükülüdə, cəmi 1,45 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yetkinlik yaşına çatmamış Şahid5 qanunsuz satdığı, lakin sonuncu tərəfindən maddi maraq olmadan tanışı Şahid6 verilmiş 5 (beş) bükümdən 3 (üç) bükümünü sonuncu özü qəbul etmiş, qalan 2 (iki) büküm isə 27 yanvar 2022-ci il tarixdə saat 20:50-də Şahid6, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ünvan 1 ünvanda yerləşən Tovuz RPŞ-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) bükümdə, cəmi 0,39 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kimi pozuntuları müəyyən edilmişdir. Belə ki, cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb Gədəbəy rayonu Tərsyer kəndində yaşayan X5 qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olduğu üçün Tovuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun 25 yanvar 2022-ci il tarixdə saat 19:10-da Tovuz rayonu Alakol kəndində yolun kənarında saxlanılaraq Tovuz RPŞ-nə gətirilməsi və üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan hərbi üst geyimin sol iç yan cibindən sellofan torbada təmiz çəkisi 150 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana aşkar edilərək götürülməsi faktı ilə əlaqədar toplanmış material olmuşdur. İbtidai istintaq dövründə şahid qismində dindirilərkən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, “..təxminən bir ildir ki, narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə qəbul edir. Narkotik vasitə olan qurudulmuş marixuananı təxminən 3 ay bundan əvvəl tanış olduğu Gədəbəy rayonu Tərsyer kənd sakini X3 almışdır. Belə ki, üç ay bundan əvvəl Eldar Qasımovla birlikdə fəhləlik edəndə tanış olmuş, Eldar onun yanında cibindən marixuana çıxarıb siqaretə doldurub çəkmiş və ona da çəkməyi təklif etmişdir. O da Eldarla birlikdə narkotik vasitə marixuana çəkmiş, bundan sonra aralarında yaxın münasibətləri yaranmışdır. Eldar ona demişdir ki, ona nə vaxt marixuana lazım olsa təşkil edər, bir çəkimlik marixuananı 10 manata verər. Həmin vaxtdan da mütəmadi olaraq 4-5 gündən bir özünə məxsus ***-***-**-** nömrəli mobil telefonla Eldarın ***-***-**-** nömrəli mobil telefonuna zəng vurub ondan marixuana istəmiş, hər dəfə də Eldar ona bir çəkimlik marixuananı 10 manata satmışdır...” İbtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.3-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək Tovuz RPŞ-də polis əməkdaşları tərəfindən siqaret kağızına bükülmüş halda 01 büküm narkotik vasitə olan marixuananın cibinə qoyulduğunu, bundan sonra isə guya polislər tərəfindən üzərinə baxış keçirilən zaman həmin narkotikin üzərindən tapıldığını göstərmişdir. O, da şəxsi axtarış zamanı və izahat verərkən təsir altında qalaraq həmin narkotik vasitənin ona məxsus olduğunu və həmin narkotik vasitəni işlədiyi avtomobil yuma məntəqəsinin yaxınlığında yerdən tapdığını göstərmişdir. İş materiallarında olan 3 iyun 2022-ci il tarixli “ibtidai istintaqın qurtarması barədə məlumat vermə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini göstərmiş, həmin protokol təqsirləndirilən şəxs və onun müdafiəçisi R.Abdullayev tərəfindən imzalanmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş 3 iyun 2022-ci il tarixli müdafiəçi R.Abdullayev tərəfindən Tovuz rayon prokuroruna ünvanlanmış vəsatətdən görünür ki, müdafiəçi işin ümumi hallarının təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməsinə imkan verdiyini nəzərə alıb, Təqsirləndirilən şəxs əməlinin həmin maddə ilə tövsif edilməsini xahiş etmişdir. Bundan başqa iş materiallarında olan 6 iyun 2022-ci il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmadığı nəzərə çatdırılmaqla, CM-in 234.1-ci maddəsilə verilmiş vəsatətə də hüquqi qiymət verilməsi istintaq orqanından xahiş edilmişdir. Məhkəmə hazırlıq iclası zamanı da təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə özünü nə verilmiş ittihamla, nədəki CM-in 234.1-ci maddəsilə təqsirli bilmədiyini göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, o cümlədən ibtidai istintaqın tamamlanması barədə məlumat verilən vaxt özünü verilmiş ittihamla təqsirli bilmədiyini, narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu göstərməsinə baxmayaraq, müdafiəçi ibtidai istintaqın qurtarması elan edildikdən sonra vəsatətlə müraciət edərək təqsirləndirilən şəxsin əməlinin işin hallarına görə CM-in 234.1-ci maddəsinə tövsif edilməsinə imkan verdiyini əsas göstərərək onun əməlini həmin maddə ilə tövsif edilməsini xahiş etmişdir. Halbuki, verilmiş ittihama görə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman cəmi 1,45 qram çəkidə qurudulmuş marixuana aşkar edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarın yuxarı həddi 5 qramdır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tövsifedici əlamətləridir. Bundan başqa iş üzrə tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən müəyyən olunmuşdur ki, ona elan edilmiş ittihamla o, özünü təqsirli bilməmiş, Tovuz RPŞ-də polis əməkdaşları tərəfindən siqaret kağızına bükülmüş halda 01 büküm narkotik vasitə olan marixuana cibinə qoyulmuşdur. Həmin ittiham aktında qeyd edilən ifadədən sonra Təqsirləndirilən şəxs istintaq zamanı şahid qismində verdiyi ifadəsi, yəni narkotik vasitəni Gədəbəy rayonunun Tərsyer kənd sakini X3 aldığını göstərməsinə dair ifadəsi əlavə edilsə də, X5 ibtidai istintaq dövründə verdiyi ifadəsi ittiham aktına əlavə edilməmiş, həmçinin məhkəmə iclasına çağırılmalı şəxslərin siyahısına daxil edilməmişdir. Belə ki, X8 təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı yol kənarında bitmiş çətənə kollarının qurumuş yarpaqlarını yığmaqla gələcəkdə özü istifadə etmək məqsədilə əldə etdiyini göstərsə də, istintaqın gedişində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Tovuz RPŞ-nin inzibati binasında üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olmadığnı, həmin narkotik vasitənin üzərinə polis əməkdaşı tərəfindən qoyulduğunu göstərmişdir. Məhkəmə hesab edir ki, göstərilənlərə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-in 92.10.1-ci maddəsinə əsasən müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə mane olmaq müdafiəçiyə qadağan olunur. Eyni zamanda, həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Həmin məcəllənin 303.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ((CPM-nin 303.3.1-ci maddəsi) bu pozuntunun mümkün qədər aradan qaldırılması üçün) cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsas olan kobud pozuntu hesab edilir. Həmçinin iş üzrə tərtib edilmiş ittiham aktının təsviri-əsaslandırıcı hissəsində, təqsirləndirilən şəxsin ifadəsinin əks olunduğu hissədə (ittiham aktı, səh.4) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.3.1-ci maddəsilə ittiham elan edildiyi göstərilmişdir. Halbuki, ittiham aktının nəticəvi hissəsində verilmiş ittihamın təsvirində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi öz əksini tapmışdır. Bundan başqa tərtib edilmiş ittiham aktının təsviri-əsaslandırıcı hissəsində (ittiham aktı, səh.2) Təqsirləndirilən şəxs 26 yanvar 2021-ci il tarixdə şübhəli şəxs statusuna xitam verilərək azad edildiyi göstərilsə də, Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmalıdır. İş materiallarından görünür ki, 02 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 11 aprel 2022-ci il tarixli qərarla barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, 25 may 2022-ci il tarixli qərarla barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 25 iyun 2022-ci il tarixədək uzadılmış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətə uzadılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306.1-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətə uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.
Məhkəmə qərarları › İş №1(100)-325/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-325/2022
01.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver