Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-325/2024 08.01.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X1 ibarət tərkibdə, Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında hazırlıq iclasında baxaraq məhkəmə, müəyyənetdi: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə saat 17 radələrində Gəncə şəhəri, DOS-6, ev 5, mənzil 8də yaşadığı evdə olan zaman, həmin evdə yaşayan oğlu Zərərçəkmiş şəxs yüksək səslə danışaraq onun yatmasına mane olduğuna görə mübahisə etmiş, həmçinin oğlu onun ünvanına nalayiq söyüşlər söydüyü üçün yaşadığı evdən bir ədəd kustar üsulla hazırlanmış məişət təyinatlı mətbəx bıçağını götürərək oğlunun yanına qayıdaraq aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlində olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə, Zərərçəkmiş şəxs anası Səmərqənd Allahverdiyevin gözü önündə ona əzab verdiyini dərk edib müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən bir dəfə zərbə vurmaqla qisas almaq niyyəti ilə ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid qarının ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yaralanması, böyük piyliyin eventrasiyası və nazik bağırsağın yaralanması ilə müşayiət olunan kəsilmişdeşilmiş yarası xəsarəti kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə tərəfindən cinayət işinin materialları öyrənilərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsinə göstərilən kobud qanun pozuntularına yol verildiyi müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin dindirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ifadəsində “Mən otağa keçdikdə əlimdə olan bıçaqla oğlum Namiqin qarın nahiyyəsinə bir zərbə vuraraq onu qorxutmaq istədim. Bundan sonra mən etdiyim əməldən peşman olaraq arvadım Səmərqəndə oğlum Namiqi bıçaqla vurduğumu deyərək təcili yardım çağırmasını bildirdim”, sual-cavab hissəsində isə “Mən Zərərçəkmiş şəxs vuran vaxt yanımızda arvadım Şahid olmuşdur” demişdir. Həmin protokoldan görünür ki, təqsirləndirilən şəxsin ifadəsində olan ziddiyət, yəni hadisənin zərəçəkmiş şəxsin anası Şahid gözləri qarşısında baş verib-verməməsi xüsusatı araşdırılmamışdır. Bundan başqa cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində ifadə verən zaman da hadisənin zərəçəkmiş şəxsin anası Şahid gözləri qarşısında baş verib-verməməsi xüsusatı araşdırılmamışdır. Həmçinin cinayət işinin materiallarında olan “zərər çəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində “Həmin vaxt anam ona irad bildirdikdə atam anamı vurmağa başladı, mən tez anama yaxınlaşıb ona kömək etməyə başladım bundan sonra atam Zilfəli mətbəxə keçib bıçaq götürərərk mənim üstümə gəldi və qarınıma bir zərbə vurdu. Atam məni bıçaqla vurduqdan sonra eyvana çıxdı, mən xəsarətim olduğunu, yəni qarın nahiyəmdən qan gəldiyini görüb əvvəlcə DİN-nin 102 xidmətinə sonra isə təcili yardıma müraciət etdim” demişdir. Həmin prtokoldan görünür ki, hadisənin zərərçəkmiş şəxsin anasının gözləri qarşısında baş verib-verməməsi xüsusatı araşdırılmamışdır. Həmçinin cinayət işinin materiallarında olan “şahidin dindirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid təqsirləndirilən şəxsin arvadı olmasına baxmayaraq dindirilərkən ona Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsi (yaxın qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi) və Azərbaycan Respublikası CPM-nin 20-ci maddəsi (özünü və qohumlarını ifşa etməkdə sərbəstlik) izah edilməmişdir. Bundan əlavə cinayət işinin materiallarında olan “əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, protokolda “Tanınma zamanı Samsung markalı rəqəmsal şəkilçəkən qurğudan istifadə edilərək təqdim edilən əşyanın şəkli çəkilərək protokola əlavə edildi” qeyd edilsə də fotoşəkillər protokola əlavə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 241.3-cü maddəsinin tələbinə əsasən “tanınmanın aparılmasında foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir”. Təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyi ittiham aktında əks olunsa da cinayət işinin məcmusu verilmiş ittihamla üst-üstə düşmür. Eləcə də təqsirləndirilən şəxs verilmiş ittihamın mahiyyəti üzrə dindirilməmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, lakin qərar icrası üçün polis orqanına göndərilməmişdir. Eləcə də cinayət işinin istintaqı əsassız olaraq dəfələrlə dayandırılmışdır. Azərbaycan Respublikası CPM-in 169.3-cü maddəsinin tələbinə əsasən “Polisin nəzarəti altına vermə qismində qətimkan tədbirinin seçilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qərarı icra edilməsi üçün şübhəli və ya təqsirləndirilən şəxsin yaşayış yeri üzrə polis orqanına göndərilir”. Həmçinin cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materilları ilə tanış etmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işinin matreilları və maddi sübut olan 1 ədəd mayka, 1 ədəd köynək, 1 ədəd mətbəx bıçağı ilə tanış olmuşlar, lakin məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olan zaman maddi sübutların ona təqdim edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Yuxarıda qeyd edilənlərdən görünür ki, istinad edilən pozuntularla təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması Azərbaycan Respublikası CPM-in 303.3.1-ci maddəsinə, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin məcəllənin 285.1-ci maddəsinin tələblərinin pozulması CPM-in 303.3.8-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixli qərarla barəsində 1 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixli qərara həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş və həmin tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri” seçilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306.2-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin. Hakimlər:
1. (sədrlik edən) Natiq Əliyev
2. Mikayıl Məmmədzadə
3. Roman Ələkbərli