Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-325/2025 07.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları, kiçik ədliyyə müşaviri X11 və ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1991-ci il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işsiz, tutulanadək Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddəsi ilə, xx.xx.1981-ci il tarixdə Goranboy rayonu, Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirmək məqsədilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, sonuncunun istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin may ayının ortalarında, istintaqa dəqiq məlum olmayan gündə Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsində külli miqdar təşkil edən, cəmi 47 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız stəkanlarda qanunsuz olaraq əkib, 10 gün ərzində aqrotexniki qaydada qulluq göstərərək yetişdirmişlər. 2024-cü ilin may ayının sonlarında həmin çətənə bitkilərini daha da böyüdüb narkotik maddə əldə etmək məqsədilə Təqsirləndirilən şəxs2 bu bitkilərdən 5 ədədini içərisində əkildikləri stəkanlardan çıxarıb özünün yaşadığı evin həyətində torpağa əkmiş, bundan bir neçə gün sonra isə Təqsirləndirilən şəxs1 həmin bitkilərdən 17 ədədini Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndinin ərazisində, həmin kəndin bələdiyyəsinə məxsus olan boş örüş sahəsində özü tək, 3-4 gün sonra isə 21 ədədini Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncuya məxsus evin həyətyanı sahəsində torpağa qanunsuz olaraq əkib, aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmişlər. Naftalan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 iyul 2024-cü il tarixdə, saat 10:53 dəqiqədə Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində Təqsirləndirilən şəxs2 məxsus fərdi yaşayış evinin həyətinə baxış keçirilərkən təmiz çəkisi 300 qram olan 5 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, habelə əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 17:59 dəqiqədə, Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndinin ərazisində bələdiyyəyə məxsus örüş yerinə baxış keçirilərkən təmiz çəkisi 235 qram, külli miqdarda, yəni 16 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, daha sonra, yəni 19 iyul 2024-cü il tarixdə saat 15:00 dəqiqədə Təqsirləndirilən şəxs2 məxsus Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən evin həyətyanı sahəsində ümumi təmiz çəkisi 205 qram, külli miqdarda, yəni 21 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikasının CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, törətdiyi əmələ görə peşmandır və istəməzmiş ki, sözügedən hadisə baş versin. Əlavə olaraq Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2lə qonşu olmuşlar və onlarda olarkən dibçəkdə olan çətənə bitkilərindən 17 ədədini götürmüş, həmin çətənə bitkilərindən isə 1 ədədi qurumuşdur. Hazırki ittiham üzrə aşkar olunmuş çətənə bitkilərindən 16 ədədi onun olmuş, digərləri isə Təqsirləndirilən şəxs2 məxsus olmuşdur. Əkilib-becərilən çətənə bitkilərinin toxumları Təqsirləndirilən şəxs2 olmuşdur. Özü narkotik vasitə istifadəçisi olmuş, aşkar olunan çətənə bitkilərini Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndinin ərazisində, bələdiyyəyə məxsus örüş yerinə əkdiyi üçün, heyvanların yeyəcəyini ehtimal edib cəmi 16 ədəd əkmişdir. Təqsirləndirilən şəxs2 əkdiyi çətənə bitkilərinin sayını xatırlamamış və həmin çətənə bitkilərini keçinin yeməsi barədə məlumatı olmuşdur. Çətənə bitkilərini örüş yerində əkmiş və hər dəfə sulayaraq qulluq etmişdir. Sözügedən çətənə bitkilərinin hündürlüyü təxminən 10-20 sm olmuşdur. Təqsirləndirilən şəxs2 evində əkilən çətənə bitkiləri ona məxsus olmamış, həmin çətənə bitkilərindən 16 ədədi onun olmuşdur. Həmin narkotik tərkibli çətənə bitkilərini şəxsi istifadəsi üçün əkmişdir. İbtidai istinaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, lakin düzəliş edərək aşkar olunan çətənə bitkilərinin cəmi 16 ədədinin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, heç bir psixi və sair ağır xəstəlik keçirməmiş, rəsmi olaraq heç bir yerdə işləmir, istifadəsində olan “Vaz 21011” markalı, **- BG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə səyyar qəssablıqla məşğul olur, başqa qazanc mənbəyi yoxdur. Narkotik vasitələrdən mütəmadi olaraq istifadə etmir, Təqsirləndirilən şəxs2 tanıyır, onunla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs2lə yaşadığı Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kəndində həm qonşu olmuş, həm də münasibəti yaxşı olmuşdur. Qonşu olduqlarından hərdən Təqsirləndirilən şəxs2 evinə gedib söhbət etmişdir. Təxminən 2 ay bundan əvvəl Təqsirləndirilən şəxs2lə “nəşə” haqqında söhbət edərkən, sonuncu ona evdə “nəşə” toxumunun olduğunu, çəkə biləcəklərini, həmin çətənə bitkisinin toxumlarını “44 günlük Vətən müharibəsi”ndə evində qalan tanımadığı hərbi qulluqçuların birindən saxlamaq üçün aldığını, sonradan həmin hərbi qulluqçunun onlara gəlməməsini, ona görə də çətənə toxumunun hal-hazırda Natiqdə qalmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs2 həmin çətənə toxumlarını əkməyi təklif etmişdir. Səhəri gün o, bir neçə paket bir dəfəlik istifadə üçün nəzərdə tutulan kağız stəkanlar və toxumların yaxşı yetişməsi üçün bir ədəd plastik qabda qara torpaq götürərək, Təqsirləndirilən şəxs2 yaşadığı evə getmiş, orada Təqsirləndirilən şəxs2lə birlikdə sonuncuda olan çətənə bitkisinin toxumlarını birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız stəkanların içərisinə doldurmuş, əkilən zaman toxumların yetişməsi üçün təxminən 10 gün müddətinə Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsində saxlamış, həmin müddətdə bir dəfə onları suvarmış, 10 gündən sonra həmin bitkilər yetişərək, əksəriyyətinin uzunluğu təxminən 3-4 santimetr, bəziləri isə çox uzanaraq, əyilmişdir. Daha sonra 2024-cü ilin may ayının sonunda axşam vaxtı istifadəsində olan “Vaz 21011” markalı, **-BG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Təqsirləndirilən şəxs2 yaşadığı evə gələrək, həmin bitkilərdən sayını bilmədiyi qədərini kağız stəkanlarla birlikdə maşına qoyub aparmış, həmin vaxt Təqsirləndirilən şəxs2 onlardan 5 ədədini götürüb, yaşadığı evin həyətyanı sahəsində olan meyvə ağacının altında səliqəli şəkildə 3 ədədini bir xətt üzrə, 2 ədədini isə həmin yerə yaxın əraziyə əkmiş, bundan başqa təxminən 25 ədədi birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız stəkanlarda əkilmiş vəziyyətdə qalmış, o isə sayını bilmədiyi qədər götürmüş olduğu kağız stəkanlarda yetişmiş narkotik tərkibli çətənə bitkilərini istifadəsində olan nəqliyyat vasitəsi ilə əvvəl yaşadığı evə apararaq, heç kim görməsin deyə həyətindəki “qarğı damı adlandırdığı yerdə saxlamış, bir neçə gün sonra isə həmin bitkiləri oradan götürüb Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu bələdiyyəsinə məxsus örüş sahəsinə aparıb orada çalalar qazaraq, çətənə bitkilərini kağız stəkanlardan çıxarıb həmin çalalarda əkmişdir. O, ümumilikdə Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu bələdiyyəsinə məxsus örüş sahəsində qazdığı çalaya 17 ədəd narkotik tərkibli çətənə bitkisini əkmiş, həmçinin idarə etdiyi avtomobilinin yük yerində gətirdiyi su ilə çətənə bitkilərinin dibinə su tökmüşdür. O, çətənə bitkilərinin yaxşı yetişməsi üçün yaşadığı evin həyətində saxladığı toyuqların peyinini suya qarışdırıb bitkilərin dibinə tökmüş, 3-4 gündən bir örüş sahəsinə gedib çətənə bitkilərini gübrəyə qarışdırılmış su ilə suvarmışdır. Örüş sahəsində əkmiş olduğu 17 ədəd narkotik tərkibli çətənə bitkisindən 1 ədədi quruduğu üçün 16 ədəd çətənə bitkisi yetişmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 ona yaşadığı evin həyətyanı sahəsində birdəfəlik kağız stəkanlarda əkili vəziyyətdə qalan çətənə bitkilərinin uzanaraq yararsız hala düşdüyünü bildirmiş, hər ikisinin razılığı ilə Təqsirləndirilən şəxs2 həyətyanı sahəsində əncir ağacının altında həmin çətənə bitkilərini əkmək qərarına gəlmişlər. Kağız stəkanlarda əkilmiş və cücərmiş çətənə bitkilərinin sayının 25 ədəd olmasına baxmayaraq, üzərindən bir neçə gün keçdiyi üçün Təqsirləndirilən şəxs2 həyətində olan toyuqlar həmin bitkilərin bir neçəsini dağıtdığı üçün ümumi sayı 21 ədəd qalmışdır. Ona görə də 21 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız stəkanlarda əkilmiş və cücərmiş olan çətənə bitkilərini Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun yaşadığı evin həyətyanı sahəsində olan əncir ağacının altında səliqəli şəkildə əkmiş, əkdikdən sonra yetişməsi üçün bitkilərin dibini yumşaldıb, alaq otlarından təmizləyərək su tökmüş, mütəmadi olaraq Təqsirləndirilən şəxs2lə birlikdə həmin çətənə bitkilərini suvarıb aqrotexniki qaydada qulluq etmişdir. O, səyyar qəssablıqla məşğul olduğu üçün aradabir kənd ərazisində ola bilməmiş, həmin vaxtlarda Təqsirləndirilən şəxs2 bitkilərə su verməsini tapşırmışdır. Təqsirləndirilən şəxs2 həyətyanı sahəsində özünün əkdiyi 5 ədəd çətənə bitkisinə heç vaxt qulluq etməmiş, həmin bitkilərə Təqsirləndirilən şəxs2 özünün qulluq edəcəyini bildirmişdir. 17 iyul 2024-cü il tarixdə saat 22:50 dəqiqədə Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu bələdiyyəsinə məxsus örüş sahəsinə gedən torpaq yolla hərəkətdə olarkən bir neçə mülki geyimli şəxslər ona anidən yaxınlaşaraq, özlərinin Naftalan şəhər polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində və narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli olmasını bildirib, üzərində şəxsi axtarış keçirilməsi üçün Naftalan şəhər polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Naftalan şəhər polis şöbəsinə getmiş, həmin gün polis şöbəsində üzərində şəxsi axtarış aparılması məqsədilə şübhəli şəxs qismində tutulmuş, üzərindən aşkar olunmuş ***-***-**-** saylı mobil nömrə olan bir ədəd “Samsung A04” markalı mobil telefonu masanın üzərinə qoymuş, mobil telefonun iş üçün hər hansı bir əhəmiyyət kəsb edilə biləcəyi ona bildirilərək zərfdə qablaşdırılaraq möhürlənmiş, sonradan həmin zərfin üzərini imzaları ilə təsdiq etmişdir. Şəxsi axtarış zamanı o, Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu bələdiyyəsinə məxsus örüş sahəsində narkotik tərkibli çətənə bitkiləri əkməsini, həmin əraziyə polis əməkdaşları ilə birlikdə baxış keçirməyə etirazının olmamasını bildirmiş, 18 iyul 2024-cü il tarixdə, saat 17:59 dəqiqədə onun, hüquqlarını müdafiə edən vəkil Ədalət Verdiyevin, Naftalan şəhər polis şöbəsinin əməkdaşlarının, iş üzrə mütəxəssis olan aqranom Şahid3 iştirakı ilə bitkiləri əkdiyi yerə baxış keçirilmiş, baxış zamanı həmin ərazidə çalalar qazaraq əkmiş olduğu və aqrotexniki qaydada qulluq etdiyi 16 ədəd çətənə bitkisini təqdim etmişdir. Baxış zamanı təqdim etdiyi bitkiləri şəxsi istifadəsi üçün təxminən 2 ay bundan əvvəl əkməsini, bu müddət ərzində 4 gündən bir bitkiləri suvarmaq və kök tərəfində olan torpağı yumşaltmaqla becərməsini, satış məqsədinin olmadığını, çətənə bitkilərinin toxumlarını həmkəndlisi Təqsirləndirilən şəxs2 aldığını, sonradan həmin çətənə bitkilərinə baxış zamanı aqranom Şahid3 çətənə bitkilərinin mütəmadi olaraq suvarılıb, həmçinin qulluq edilməsini bildirmişdir. Çətənə bitkilərinin uzunluqları ölçülən zaman, 0,90; 0,82; 0,66; 0,64; 0,57; 0,54; 0,51; 0,50; 0,44; 0,42; 0,40; 0,39; 0,37; 0,34; 0,29; 0,24 metr olması müəyyən edilmiş, çətənə bitkiləri onun iştirakı ilə dərilərək, uzunluqları ölçülmüş, 1 ədəd plastik kisənin içərisinə qoyulmaqla qablaşdırılmış, daha sonra ekspertiza tədqiqatına verilməsi üçün bağlama 148 nömrəli möhürlə möhürləndikdən sonra bağlamanın üzərini imzaları ilə təsdiq etmiş, tərkibinin müəyyən olunması məqsədilə, elektron tərəzidə çəkilmiş, çəkilərkən 1 ədəd bağlamada olan 16 ədəd çətənə bitkisinin bağlama ilə birlikdə çəkisinin 0.400 kiloqram olması, həmin bitkilərin ekspertiza tədqiqatından sonra, ümumi təmiz çəkisi 235 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi olması müəyyən edilmişdir. Bundan sonra 19 iyul 2024-cü il tarixdə saat 15 radələrində onun və hüquqlarını müdafiə edən vəkil X2, həmçinin Təqsirləndirilən şəxs2 və sonuncunun hüquqlarını müdafiə edən vəkil X3, Naftalan şəhər polis şöbəsinin əməkdaşları Şahid6, Şahid4, Şahid5, Şahid8, aqronom-mütəxəssis Şahid3 və Naftalan şəhər İcra Hakimiyyəti Başçısının, Qaşaltı Qaraqoyunlu kənd icra nümayəndəsi Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs2 yaşadığı Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış başlamazdan əvvəl şübhənin əsası və səbəbləri, o cümlədən mahiyyəti elan edilmiş, istintaq hərəkətinin videoçəkiliş ilə aparılması barədə iştirakçılara xəbərdarlıq edilmiş, sonradan Təqsirləndirilən şəxs2lə ona həyətdə narkotik tərkibli çətənə bitkilərinin olub-olmaması, olduğu təqdirdə harada olması barədə suallar verilmiş, hər ikisi həyətin baş tərəfində əncir ağacının altında narkotik tərkibli çətənə bitkilərinin olmasını bildirərək, əlləri ilə istiqamətini göstərmiş, bundan sonra onların iştirakı ilə əncir ağacının altında əkmiş olduqları narkotik tərkibli çətənə bitkilərinə baxış keçirilərək, orada iştirak edən mütəxəssis-aqronom Şahid3 həmin bitkilərin çətənə bitkisinə bənzəməsini, diblərinin yumşaldılaraq suvarılmasını və aqro-texniki qulluq göstərilməsini bildirmiş, onların iştirakı ilə çətənə bitkiləri orada olan bel vasitəsi ilə torpaqdan çıxarılaraq, sintetik kisələrin üzərində səliqəli şəkildə düzülmüş, həmin bitkilərin uzunluqları ölçülən zaman ayrıayrılıqda 0,64; 0,62 0,77; 0,88; 0,83; 0,79; 0,71; 0,98; 0,90; 0,75; 0,31; 0,26; 0,17; 0,22; 0,34; 0,39; 0,17; 0,31; 0,24; 0,41; 0,27 metr olmaları, çəkisinin 0,460 kiloqram olması, sonradan 20 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən evin həyətində olan əncir ağacının altına Təqsirləndirilən şəxs2 ilə əkmiş olduğu bitkilərin ümumi sayının 21 ədəd, ümumi təmiz çəkisinin isə 205 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri olması ona elan edilmiş, həmçinin Təqsirləndirilən şəxs2 2024-cü ilin may ayının sonlarında onunla birlikdə onun yaşadığı evin həyətində bir dəfəlik kağız stəkanlara əkərək becərdiyi, daha sonra Təqsirləndirilən şəxs2 öz həyətyanı sahəsinə əkmiş olduğu və sonradan özünün qulluq etdiyi narkotik tərkibli çətənə bitkilərinin sayının 5 ədəd olması və təmiz çəkisinin 300 qram olması məhkəmə-bioloji ekspertizanın 18 iyul 2024-cü il tarixli, 790 nömrəli rəyi ilə tanış olan zaman öyrənmişdir. 18 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən evinin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş 5 ədəd narkotik tərkibli çətənə bitkisindən, 18 iyul 2024-cü il tarixdə Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu bələdiyyəsinə məxsus örüş sahəsindən aşkar olunaraq götürülmüş 16 ədəd narkotik tərkibli çətənə bitkisindən və 19 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən evin həyətyanı sahəsinin digər hissəsindən aşkar olunaraq götürülmüş 21 ədəd narkotik tərkibli çətənə bitkisindən heç kimə verməmiş, satmamış, həmin bitkiləri əkməkdə məqsədi şəxsi istifadəsi üçün olmuş, həmin narkotik tərkibli çətənə bitkilərini Təqsirləndirilən şəxs2lə birlikdə öz şəxsi istifadələri üçün əkmiş, bu barədə ancaq Təqsirləndirilən şəxs2 məlumatı olmuş, başqa heç kimin məlumatı olmamış, Naftalan şəhər polis şöbəsinə dəvət olunarkən və polis şöbəsinin inzibati binasında kimsə tərəfindən psixi və ya fiziki məcburiyyətə məruz qalmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikasının CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yaşayır. Təqsirləndirilən şəxs1 ilə qonşu olmuşlar. Təqsirləndirilən şəxs1 onlara gəlmiş və söhbət əsnasında, o Hikmətə onda narkotik tərkibli çətənə bitkisinin toxumu olduğunu, həmin toxumun ona evində yaşamış hərbi qulluqçulardan qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ilə danışıb sözügedən çətənə bitkisini əkmək qərarına gəlmişlər. O, əvvəldən 5 ədəd çətənə bitkisini əkmiş, daha sonra Təqsirləndirilən şəxs1la birlikdə stəkanlarda əkdikləri çətənə bitkilərinin 17 ədədini birlikdə ondan götürüb əkmiş, digər hissəsini isə apara bilməmiş və evdə qalmışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, 2020-2021-ci il ərzində narkotik vasitələrdən istifadə etmişdir. Daha sonra istifadə etmək üçün 5 ədəd çətənə bitkisini özü tək əkmiş, digər çətənə bitkilərinin əkilməsini isə Təqsirləndirilən şəxs1 ona təklif etmişdir. Ümumilikdə 47 ədən çətənə bitkisi olmuş, onun müəyyən hissəsini həyətində olan toyuqlar yararsız hala salmış, yaşadığı evin həyətində əkdikləri çətənə bitkisi cəmi 21 ədəd olmuşdur. Həyətində əkdikləri 21 ədəd çətənə bitkisini əvvəlcə Təqsirləndirilən şəxs1la birlikdə stəkanlarda becərmişlər, daha sonra isə həmin bitkilər böyüdüyünə görə birlikdə onun yaşadığı evin həyətində olan torpağa əkmişlər. Təqsirləndirilən şəxs1 17 ədəd çətənə bitkisini aparmış, onun həyətində qalan 21 ədəd çətənə bitkisini apara bilməmişdir. Polis əməkdaşları onun evindən 5 ədəd çətənə bitkisini aşkar edən zaman, həyətində əlavə olaraq, 21 ədəd çətənə bitkisinin olduğunu da bildirmişdir. Onlar çətənə bitkilərinə qulluq üçün sadəcə olaraq su vermişlər. Onun həyətində olan əncir ağacının altında 21 ədəd çətənə bitkisi olmuş, digərləri isə Təqsirləndirilən şəxs1 aid “qarğı damı”nın yaxınlığında olmuşdur. Aşkar olunan çətənə bitkilərindən 5 ədədi ona məxsus olmuş, digərlərini isə Təqsirləndirilən şəxs1la birlikdə əkmişlər və Hikmətə məxsus olmuşdur. Əkdikləri çətənə bitkilərini istifadə etmək məqsədilə əkmişlər. Təqsirləndirilən şəxs1 stəkanlarda olan 21 ədəd çətənə bitkisini aparmasını bildirsə də, aparmamış və daha sonra aparmadığı üçün birlikdə sözügedən çətənə bitkilərini onun həyətində əkmişlər. Ona ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən hər hansı təzyiq olmamışdır. Təqsirləndirilən şəxs1 onu da həmin örüş sahəsinə baxmaq üçün aparmasını demişdir. Təqsirləndirilən şəxs1 örüş sahəsində əkdiyi çətənə bitkilərinə qulluq etməsi barədə məlumatı olmuşdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 237.2.1 və 237.2.3cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edir, başqa qazanc mənbəyi yoxdur. Təqsirləndirilən şəxs1 tanıyır, onunla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. 2020-ci ilin 44 günlük “Vətən müharibəsi” zamanı həyat yoldaşını və övladlarını müharibə zamanı xəsarət almamaları və qorxduqları üçün Bakı şəhərinə göndərmiş, həmin vaxt ev boş olduğundan müharibə zamanı vuruşan hərbi qulluqçuları evinə dəvət edərək onlara qulluq etmiş, hərbçilərin yeməklərini bişirib, onlara çay vermiş, hərbi qulluqçular axşamlar onun evində yatmışdır. Həmin hərbi qulluqçulardan hal-hazırda xatırlamadığı bir neçə nəfəri narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, onlardan biri isə qurudulmuş marixuananın toxumlarını yığmış, hal-hazırda dəqiq bilmədiyi vaxtda şəxsiyyətini xatırlamadığı hərbi qulluqçu evdən gedən zaman həmin qurudulmuş marixuanadan əldə etdiyi çətənə bitkisinin toxumlarını ona verərək saxlamasını, evinə gəldiyi təqdirdə ona verməyini xahiş etmiş, o, həmin hərbi qulluqçu ilə razılaşmış və həmin toxumları yaşadığı evdə saxlamışdır. O, həyətyanı sahəsində pomidor, bibər və s. kimi bitkilər əkibbecərdiyindən həmin bitkilərin toxumlarını əvvəl birdəfəlik kağız stəkanlara, sonra isə yetişdiyi təqdirdə həyətə əkir. Təqsirləndirilən şəxs1 ilə Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində qonşuluqda yaşadığı və münasibətləri yaxşı olduğu üçün arada bir yaşadığı evin həyətinə gələrək, müxtəlif mövzularda söhbətlər etmiş, hal-hazırda xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs1la söhbət edən zaman “nəşə”dən danışmışlar. O, Hikmətə hərbi qulluqçunun ona “nəşə”nin toxumlarını verdiyini bildirmiş, söhbətin yekunu olaraq həmin toxumları əkmək qərarına gəlmişlər. Səhəri gün Təqsirləndirilən şəxs1 əlində bir neçə paket birdəfəlik istifadə üçün nəzərdə tutulan kağız stəkanlarla və bir ədəd plastik qabda qara rəngli torpaq onun evinə gətirmiş, o, Təqsirləndirilən şəxs1la birlikdə narkotik tərkibli çətənə bitkilərinin toxumlarını həmin bir dəfəlik istifadə üçün nəzərdə tutulan stəkanlara əkmiş, həmin toxumların yetişməsi üçün suvarmış, 10 gün müddətində Təqsirləndirilən şəxs1 təxminən 2-3 gündən bir onun yaşadığı evin həyətyanı sahəsinə gələrək bitkilərə qulluq etmiş, 10 gündən sonra həmin bitkilər yetişərək, əksəriyyətinin uzunluğu təxminən 3-4 santimetr, bəziləri isə çox uzanaraq əyilmiş, may ayının sonunda axşam vaxtı Təqsirləndirilən şəxs1 istifadəsində olan “Vaz 21011” markalı, **-BG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə onun yaşadığı evə gələrək, həmin bitkilərdən sayını bilmədiyi qədərini əkildiyi birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız stəkanlarla birlikdə götürüb maşına yükləmiş, onlardan 3 ədədini bir xətt üzrə yaşadığı evin həyətyanı sahəsində olan meyvə ağacının altına, 2 ədədini isə həmin yerə yaxın əraziyə əkmiş, həmin çətənə bitkilərini mütəmadi olaraq suvarmağa başlamış, Təqsirləndirilən şəxs1 həmin narkotik tərkibli çətənə bitkilərini yaşadığı evə apararaq, evlərində heç kim bilməsin deyə qarğılıq deyilən yerdə saxlamış, onun yaşadığı evin həyətyanı sahəsində 25 ədəd narkotik tərkibli çətənə bitkiləri birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız stəkanlarda qalaraq yetişdiyi üçün uzanaraq əyilməyə başlamış, həmçinin həyətdə olan toyuqlar da həmin bitkilərdən bir neçəsini dağıdaraq məhv etmiş, təxminən bir həftə sonra Təqsirləndirilən şəxs1 həyətində qalan çətənə bitkilərini nə edək sualını verdikdə, sonuncu ona həmin narkotik tərkibli çətənə bitkilərini həyətində olan əncir ağacının altında, heç kimin görməyəcəyi şəkildə əkməyi təklif etmiş, o, Hikmətlə razılaşmış, ona görə də 2024-cü ilin iyun ayının dəqiq bilmədiyi günündə axşam vaxtı Təqsirləndirilən şəxs1lə birlikdə həyətində saxladığı 21 ədəd birdəfəlik istifadə üçün nəzərdə tutulan kağız stəkanlarda əkdikləri narkotik tərkibli çətənə bitkilərini yaşadığı Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən evinin həyətyanı sahəsində əncir ağacının altında səliqəli şəkildə əkmiş, əkən zaman həmin narkotik tərkibli çətənə bitkilərinin dibinə su tökmüş, Təqsirləndirilən şəxs1 mütəmadi olaraq onun evinə gələrək, əncir ağacının altında əkmiş olduqlarə narkotik tərkibli çətənə bitkilərini suvarmış, ümumi olaraq əkildiyi gündən başqa Təqsirləndirilən şəxs1lə əncir ağacının altına əkmiş olduqları narkotik tərkibli çətənə bitkilərini cəmi 2 dəfə suvarmış, Təqsirləndirilən şəxs1 səyyar formada qəssablıqla məşğul olduğu üçün işi çox olan zaman həmin bitkiləri ona suvarmağı tapşırmış, özü isə şəxsi istifadəsi üçün əkmiş olduğu 5 ədəd narkotik tərkibli çətənə bitkisinə qulluq edərək, dibinə su tökmüş, həmçinin dibində olan torpağı yumşaltmış, 18 iyul 2024-cü il tarixdə saat 02:50 dəqiqədə Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində əsas asfalt yolun kənarında piyada hərəkətdə olduğu vaxt mülki geyimdə olan Naftalan şəhər polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsində və narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli olduğunu ona bildirmiş və onu üzərində şəxsi axtarış keçirilməsi üçün Naftalan şəhər polis şöbəsinə dəvət etdikləri üçün etiraz etməyib polis əməkdaşları ilə birlikdə şəhər polis şöbəsinə gəlmiş, həmin gün Naftalan şəhər polis şöbəsində üzərində şəxsi axtarış aparılması məqsədilə şübhəli şəxs qismində tutulduqdan sonra öz şəxsi vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi tutmaq hüquqları ona izah olunmuş, lakin o, maddi vəziyyəti ilə əlaqədar müdafiəçi tuta bilmədiyini, ona görə də dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmağını bildirdikdən sonra ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan hüquqlarının vəkil X14 tərəfindən müdafiə edilməsini bildirmiş, o, öz seçdiyi müdafiəçi ilə təmin olunduqdan sonra həmin gün Naftalan şəhər polis şöbəsində müdafiəçisinin iştirakı ilə video və foto çəkiliş vasitəsi ilə hüquq və vəzifələri ona izah edilmiş, ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu izah edilmiş, bundan sonra üzərində olan əşyaları masanın üzərinə qoymasını ona təklif etdikləri üçün əynində olan qısaqol köynəyin sol döş cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan bir ədəd “Redmi” markalı mobil telefonu masanın üzərinə qoymuş, mobil telefon iş üçün hər hansı bir əhəmiyyət kəsb edilə biləcəyi ona bildirilərək, bir ədəd zərfdə qablaşdırılaraq, Naftalan ŞPŞ-nin 148 nömrəli möhürü ilə möhürlənmiş, sonradan həmin zərfin üzərini imzaları ilə təsdiq etmiş, həmçinin şəxsi axtarış zamanı Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkməsini, həmin əraziyə polis əməkdaşları ilə yaxınlaşaraq baxış keçirə biləcəyini və etirazı olmamasını bildirmiş, 18 iyul 2024-cü il tarixdə saat 10:53 dəqiqədə onun, iş üzrə hüquqlarını müdafiə edən vəkil İlqar Həsənovun, Naftalan şəhər polis şöbəsinin əməkdaşlarının, iş üzrə mütəxəssis olan aqranom Şahid3 iştirakı ilə bitkiləri əkdiyi yer olan Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, həmin ərazidə uzunluqları 1,18; 0,78; 0,66; 0,66; 0,59 metr olan 5 ədəd çətənə bitkisini təqdim etmiş, aşkar edilmiş bitkiləri şəxsi istifadəsi üçün təxminən 2 ay bundan əvvəl əkdiyini, bu müddət ərzində 4 gündən bir bitkiləri suvarmaq və kök tərəfində olan torpağı yumşaltmaqla becərdiyini, satış məqsədinin olmadığını bildirmiş, sonradan həmin çətənə bitkilərinə baxış zamanı aqranom Şahid3 çətənə bitkiləri mütəmadi olaraq suvarılıb, həmçinin qulluq edilməsini bildirmiş, çətənə bitkiləri onun iştirakı ilə dərilərək, uzunluqları ölçülmüş, 1 ədəd plastik kisənin içərisinə qoyulmaqla qablaşdırılmış, daha sonra ekspertiza tədqiqatına verilməsi üçün bağlama 148 nömrəli möhürlə möhürləndikdən sonra bağlamanın üzərini imzaları ilə təsdiq etmiş, tərkibinin müəyyən olunması məqsədi ilə, onun və müdafiəçisinin iştirakı ilə elektron tərəzidə çəkilmiş, çəkilərkən 1 ədəd bağlamada olan çətənə bitkisinin bağlama ilə birlikdə çəkisinin 0.605 kiloqram olması müəyyən edilmiş, ekspertiza tədqiqatından sonra 18 iyul 2024-cü il tarixdə ekspert rəyi ilə tanış olarkən ona 2 ay bundan əvvəl Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində şəxsi istifadəsi üçün əkdiyi və 18 iyul 2024-cü il tarixdə həmin əraziyə baxış zamanı aşkar edilərək 1 ədəd sintetik kisədə qablaşdırılmış ümumi sayı 5 ədəd, ümumi təmiz çəkisi 300 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri olması məlum olmuş, bundan sonra 19 iyul 2024-cü il tarixdə saat 15 radələrində onun və hüquqlarını müdafiə edən vəkil X3, Təqsirləndirilən şəxs1 və onun hüquqlarını müdafiə edən vəkil X2, Naftalan şəhər polis şöbəsinin əməkdaşları olan Şahid6, Şahid4, Şahid5, Şahid8 aqronom mütəxəssis Şahid3 və Naftalan şəhər İcra Hakimiyyəti Başçısının Qaşaltı Qaraqoyunlu kənd icra nümayəndəsi Şahid1 iştirakı ilə yaşadığı Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış başlamazdan əvvəl şübhənin əsas və səbəbləri, o cümlədən mahiyyəti elan edilmiş, istintaq hərəkətinin videoçəkiliş ilə aparılması barədə xəbərdarlıq edilmiş, sonradan Təqsirləndirilən şəxs1 ilə ona həyətdə narkotik tərkibli çətənə bitkilərinin olub-olmaması, olduğu təqdirdə harada olması barədə suallar verildikdə, hər ikisi həyətin baş tərəfində əncir ağacının altında narkotik tərkibli çətənə bitkilərinin olmasını bildirərək, əllləri ilə istiqamətini göstərmiş, bundan sonra onların iştirakı ilə əncir ağacının altında əkmiş olduqları narkotik tərkibli çətənə bitkilərinə baxış keçirilərək, orada iştirak edən mütəxəssis aqronom Şahid3 həmin bitkilərin çətənə bitkisinə bənzəməsini, diblərinin yumşaldılaraq, suvarılması və aqro-texniki qulluq göstərilməsini bildirilmiş, onların iştirakı ilə çətənə bitkiləri orada olan bel vasitəsi ilə torpaqdan çıxarılaraq, sintetik kisələrin üzərində səliqəli şəkildə düzülmüş, həmin bitkilərin uzunluqları ölçülən zaman ayrı-ayrılıqda 0,64; 0,62 0,77; 0,88; 0,83; 0,79; 0,71; 0,98; 0,90; 0,75; 0,31; 0,26; 0,17; 0,22; 0,34; 0,39; 0,17; 0,31; 0,24; 0,41; 0,27 metr olmaları müəyyən edilmiş, həmin bitkilər bir ədəd plastik kisəyə qoyularaq, Naftalan ŞPŞ-nin 148 nömrəli möhürü ilə möhürlənmiş və çəkisinin 0,460 kiloqram olması müəyyən edilmiş, sonradan 20 iyul 2024-cü il tarixdə yaşadığı Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən evin həyətində olan əncir ağacının altına Təqsirləndirilən şəxs1 ilə əkmiş olduğu bitkilərin ümumi sayının 21 ədəd, ümumi təmiz çəkisinin isə 205 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri olması ona elan edilmiş, həmçinin Təqsirləndirilən şəxs1 2024-cü ilin may ayının sonlarında onunla birlikdə yaşadığı evin həyətində bir dəfəlik kağız stəkanlara əkərək becərdikləri, daha sonra Təqsirləndirilən şəxs1 öz nəqliyyat vasitəsinə yükləyərək, bilmədiyi yerə aparıb əkdiyi narkotik tərkibli çətənə bitkilərini Təqsirləndirilən şəxs1 Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu bələdiyyəsinə məxsus örüş sahəsində çalalarda əkməsi, o cümlədən sayının 16 ədəd olması və təmiz çəkisinin 235 qram olması məhkəmə-bioloji ekspertizanın 18 iyul 2024-cü il tarixli, 792 nömrəli rəyi ilə tanış olan zaman öyrənmişdir. 18 iyul 2024-cü il tarixdə yaşadığı Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən evinin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş 5 ədəd narkotik tərkibli çətənə bitkisindən, 18 iyul 2024-cü il tarixdə Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kənd bələdiyyəsinə məxsus örüş sahəsindən aşkar olunaraq götürülmüş 16 ədəd narkotik tərkibli çətənə bitkisindən və 19 iyul 2024-cü il tarixdə yaşadığı Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən evin həyətyanı sahəsinin digər hissəsindən aşkar olunaraq götürülmüş 21 ədəd narkotik tərkibli çətənə bitkisindən heç kimə verməmiş, satmamış, həmin bitkiləri əkməkdə məqsədi şəxsi istifadəsi üçün olmuş, 18 iyul 2024-cü il tarixdə yaşadığı Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən evinin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş 5 ədəd narkotik tərkibli çətənə bitkisini öz istifadəsi üçün əkmiş, 19 iyul 2024-cü il tarixdə yaşadığı Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən evin həyətyanı sahəsinin digər hissəsindən aşkar olunaraq götürülmüş 21 ədəd narkotik tərkibli çətənə bitkilərini isə Təqsirləndirilən şəxs1 ilə əkməsinə, bir neçə dəfə sulamasına, qulluq etməsinə baxmayaraq, həmin bitkilər onun olmamış, həmin 21 ədəd çətənə bitkisi Təqsirləndirilən şəxs1 məxsus olmuş, həmçinin 18 iyul 2024-cü il tarixdə Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kənd bələdiyyəsinə məxsus örüş sahəsindən aşkar olunaraq götürülmüş 16 ədəd narkotik tərkibli çətənə bitkisinin olmasından xəbəri olmasına, o cümlədən ilkin olaraq yaşadığı evin həyətində Təqsirləndirilən şəxs1la birlikdə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız stəkanlarda əkməsinə, qulluq etməsinə baxmayaraq, aşkar olunan zaman harada və necə qulluq edilməsindən, əkilməsindən hər hansı bir məlumatı olmamış, Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən özünə məxsus evin həyətyani sahəsində əkmiş olduğu və sonradan qulluq etdiyi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərdən həmkəndlisi Təqsirləndirilən şəxs1 məlumatı olmuş, Təqsirləndirilən şəxs1 başqa heç kimin məlumatı olmamış, Naftalan polis şöbəsinə dəvət olunarkən və polis şöbəsinin inzibati binasında kimsə tərəfindən psixi və ya fiziki məcburiyyətə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kəndində yaşayır. 2003-cü ildən etibarən, Nafatalan şəhər, Qaşaltı Qaraqoyunlu kənd İƏD üzrə icra nümayəndəsi vəzifəsində işləyir. Halhazırda da fəaliyyətini davam etdirir. Təqsirləndirilən şəxslərlə hər hansı qohumluğu və ya düşmənçiliyi olmamışdır. 19 iyul 2024-cü il tarixdə Naftalan RPŞ-nin, CAB-ın rəisi Yunis Quluyev ona zəng edərək harda olduğunu soruşmuş, O isə evdə olduğunu bildirmişdir. Yunis Quluyev ona Təqsirləndirilən şəxs2 evinə baxış keçirilməli olduğunu və ona birlikdə getməli olduqlarını demişdir. O, Qaşaltı Qaraqoyunlu kəndinin şosse yolunda Yunis Quluyevlə görüşərək, əməliyyatçılarla birlikdə Təqsirləndirilən şəxs2 evinə getmişlər. Evə baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 çətənə bitkilərinin əkilibbecərilməsi ilə məşğul olduqlarını bilmişlər. Təqsirləndirilən şəxslər çətənə kollarını təqdim etmişlər və eyni zamanda həyətdə də çətənə bitkisinin əkildiyini göstərmişlər. Həmin göstərilən əraziyə baxış keçirilən zaman çətənə bitkilərinin əkilib-becərildiyi müəyyən olundu və eyni zamanda təqsirləndirilən şəxslər də sözügedən çətənə bitkilərini əkdiklərini etiraf etmişlər. Daha sonra çətənə kolları polis əməkdaşları tərəfindən torbalara yığılmış və çətənə kollarının ən kiçiyi 17 sm, ən böyüyü isə 98 sm olmuşdur. Sözügedən çətənə kolları torbalara yığılıb möhürlənərək, protokollaşdırılımış və baxış zamanı iştirak edən şəxlərin imzaları ilə təsdiq edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Əlavə olaraq Şahid1 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, evə baxış zamanı evdən 21 ədəd çətənə bitkisi aşkarlanmış, həmçinin baxış zamanı təqsirləndirilən şəxslər də polis əməkdaşlarının yanında olmaqla çətənə bitkilərini əkdiklərini bildirmişlər. Evə baxış videoçəkilişdən istifadə olunmaqla həyata keçirilmiş və təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və ya psixi təzyiq olunmamışdır. Baxış keçirilən torpaq sahəsi Təqsirləndirilən şəxs2 atasına məxsus olmuş, lakin Təqsirləndirilən şəxs2 orada yaşamışdır. Bələdiyyənin mülkiyyətində olan sahibsiz torpaq sahəsində də çətənə kolları aşkarlanmış, lakin sözügedən çətənə kolları 18 iyul 2024-cü il tarixdə aşkarlandığı üçün həmin vaxt o, iştirak etməmiş, aşkar olunan çətənə kollarına baxış keçirilməsində onun müavini iştirak etmişdir. O, 19 iyul 2024-cü il tarixdə keçirilən baxış zamanı iştirak etmişdir. Həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan ŞPŞ-nin Kiber Cinayətkarlığa qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkli, Şahid7 ifadəsində göstərmişdir ki, 17 iyul 2024-cü il tarixdə, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilən zaman, həmin gün ekspert kriminalist olmadığı üçün sözügedən şəxslərin üzərinə şəxsi axtarış keçirilməsinin videoçəkilişini həyata keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə və yaxud ona bənzər hər hansısa bir kütlə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı müdafiəçilərin iştirakları ilə təqsirləndirilən şəxslərdən hər hansısa yerdə narkotik vasitə saxlamaları ilə bağlı soruşulduqda, təqsirləndirilən şəxslər çətənə bitkisi əkibbecərdiklərini bildirmişlər. Əlavə olaraq Şahid7 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxslər Naftalan ŞPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı, Rüfət Məmmədovun otağında ayrı-ayrılıqda dindirilmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan ŞPŞ-nin kriminalistik təhqiqatlar qrupunun baş inspektor-kriminalisti, Şahid8 Afik oğlu ifadəsində göstərmişdir ki, 18 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 həyətyanı sahəsinə baxış keçirilən zaman, prosessual hərəkətin videoçəkilişini həyata keçirmişdir. Baxış zamanı 5 ədəd çətənə kolu aşkar olunmuş, sözügedən çətənə kollarının 3 ədədi bir xətt üzrə, 2 ədədi isə meyvə ağaclarının altında əkilmişdir. Eyni zamanda müdafiəçinin, aqronomun və polis əməkdaşlarının iştirakları ilə bələdiyyənin mülkiyyətində olan sahibsiz torpaq sahəsində də Təqsirləndirilən şəxs1 məxsus 16 ədəd çətənə kolları aşkarlanmış və baxış zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 həyətində də birlikdə çətənə bitkisi əkdiklərini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 həyətində 21 ədəd olmaqla, ümumilikdə 42 ədəd çətənə kolu aşkarlanmışdır. Əlavə olaraq Şahid8 Afik oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxslər aşkar olunan çətənə kollarını özlərinin əkdiklərini, onlara məxsus olduğunu və istifadə etmək məqsədilə əkdiklərini bildirmişlər. Təqsirləndirilən şəxs2 evindən və həyətindən ümumilikdə 26 ədəd çətənə kolu aşkarlanmışdır. Çətənə bitkiləri sıra ilə əkilmiş və sözügedən çətənə bitkilərinə qulluq olunduğu görünmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdən daxili işlər orqanlarında, 2023-cü ildən isə Naftalan şəhər polis şöbəsinin CAB-ın rəisi vəzifəsində işləyir, polis mayoru xüsusi rütbəsindədir. 17 iyul 2024cü il tarixdə Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kənd sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaları barədə Naftalan ŞPŞ-nin cinayət-axtarış bölməsinin sabiq əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 əməliyyat məlumatı daxil olmuş, Şahid5 həmin əməliyyat məlumatının yoxlanılması və müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün raportla Naftalan ŞPŞ-nin rəisinə müraciət etmiş, bundan sonra keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 17 iyul 2024-cü il tarixdə saat 22:00 radələrində Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu bələdiyyəsinə məxsus örüş sahəsinə gedən torpaq yolda saxlanılaraq, müvafiq istintaq hərəkətinin keçirilməsi üçün Naftalan ŞPŞ-yə gətirilmişdir. Naftalan ŞPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis leytenantı Rüfət Məmmədov tərəfindən Naftalan şəhər polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 üzərində heç bir narkotik vasitənin olmadığını, lakin Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu bələdiyyəsinə məxsus olan ərazidə tərkibində narkotik maddə olan çətənə kolları əkdiyini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs1 Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu bələdiyyəsinə məxsus torpaq sahəsində iki ədəd çətənə kolu əkdiyini bildirmişdir. Həmin günü Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kənd sakini Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə Naftalan ŞPŞ-yə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatına əsasən Naftalan ŞPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid4 rəhbərliyi ilə Təqsirləndirilən şəxs2 18 iyul 2024-cü il tarixdə saat 02:00 radələrində Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndi ərazisində Naftalan-Tapqaraqoyunlu avtomobil yolunun kənarında saxlanılaraq, müvafiq istintaq hərəkətinin keçirilməsi üçün Naftalan ŞPŞ-yə gətirilmişdir. Naftalan ŞPŞ-də Təqsirləndirilən şəxs2 üzərinə baxış zamanı, heç bir qanunsuz əşya və yaxud predmet aşkar olunmamış, lakin Təqsirləndirilən şəxs2 yaşadığı Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən evinin həyətində tərkibində narkotik maddə olan çətənə kolları əkdiyini bildirmişdir. 18 iyul 2024-cü il tarixdə əməliyyat qrupunun üzvləri, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, həmçinin mütəxəssis-aqranomun iştirakları ilə Təqsirləndirilən şəxs2 yaşadığı Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən yaşadığı evin həyətyani sahəsinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsində 5 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmiş və aşkar edilmiş çətənə bitkiləri qanunamüvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Eyni zamanda həmin gün saat 15:00 radələrində Naftalan şəhəri Qaşaltı Qaraqoyunlu bələdiyyəsinə məxsus olan örüş sahəsindən 16 ədəd çətənə bitkisi aşkar olunaraq, qanunamüvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra 19 iyul 2024-cü il tarixdə təkrar Təqsirləndirilən şəxs2 yaşadığı Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 həyətyanı sahəsindən 21 ədəd narkotik tərkibli olan çətənə bitkisi aşkar olunmuş və qanunamüvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Əlavə olaraq Şahid6 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 sözügedən çətənə bitkilərini birlikdə əkdiklərini bildirmişdir. Aşkar olunmuş çətənə bitkilərinə baxış zamanı sözügedən vasitələrə aqortexniki qaydada qulluq olunduğu görünmüş, dibləri boşaldılmış və sulanmışdır. Baxış zamanı polis əməkdaşlarından əlavə olaraq, Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kənd icra nümayəndəsi və onun müavini, bələdiyyənin üzvü, mütəxəssis-aqranom Şahid3 və onun müdafiəçisi iştirak etmişdir.İbtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki RPŞ-nin İB-in müstəntiqi Şahid5 və Naftalan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 eyni məzmunlu ifadələr verərək işin halları ilə bağlı Şahid6 göstərdyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kəndinin icra nümayəndəsinin müavini vəzifəsində işləyir. 18 iyul 2024-cü il tarixdə Naftalan şəhər polis şöbəsinin təhqiqatçısı Rüfət Məmmədovun dəvəti ilə Təqsirləndirilən şəxs2 yaşadığı Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən evinin həyətyani sahəsinə baxışda iştirak etmişdir. Həyətyanı sahəyə baxış keçirilməsində Təqsirləndirilən şəxs2, Naftalan ŞPŞ-nin əməkdaşları və mütəxəssis-aqranom Şahid3 iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsində bir xətt üzrə əkilmiş 3 ədəd və həyətdə olan müxtəlif növ meyvə ağaclarının dibində əkilmiş 2 ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin bitkilərin çətənə bitkisi olduğunu, yetişdirilməsi üçün qulluq etdiyini, özünün istifadəsi üçün əkdiyini, satmaq niyyətinin olmadığını bildirmişdir. Bundan sonra aşkar edilmiş 5 ədəd çətənə bitkisi Naftalan ŞPŞ-nin əməkdaşları tərəfindən polietilen torbalara yığılaraq qablaşdırılmışdır. Aşkar olunmuş çətənə bitkisinin birinin uzunluğu 1,10 və digər çətənə bitkilərinin hündürlüyü isə 1 metrdən az olmuşdur. Əlavə olaraq Şahid2 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, baxış keçirilən torpaq sahəsi Təqsirləndirilən şəxs2 atasına məxsus olmuş, lakin Təqsirləndirilən şəxs2 yaşamışdır. Təqsirləndirilən şəxs2 həyətində olan çətənə bitkilərindən başqa digər ağaclar da olmuşdur. Aşkar olunmuş çətənə bitkilərinə baxış zamanı aqrotexniki qaydada qulluq olunduğu görünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Naftalan şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyinin aqranomu vəzifəsində işləyir. Naftalan şəhər polis şöbəsi əməkdaşlarının dəvəti ilə Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yaşayan Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətinə baxış keçirilən zaman, evin həyətində iki yerdə olan çətənə bitkiləri aşkar olunmuş və sözügedən çətənə bitkilərinin dibləri boşaldılmış, su verilmiş və aqrotexniki qaydada qulluq olunmuşdur. Bundan sonra növbəti gün Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu bələdiyyəsinə məxsus olan örüş sahəsindən aşkar olunmuş çətənə bitkilərinə baxış keçirilmiş və baxış zamanı həmin çətənə bitkilərinin də diblərinin boşaldıldığı, su verildiyi və aqrotexniki qaydada qulluq olunduğu görünmüşdür. Əlavə olaraq Şahid3 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, aşkar olunmuş çətənə bitkilərinin dibləri boşaldılmış, dairəvi qazılmış və aqrotexniki qaydada qulluq olunmuşdur. Sözügedən bitkilərin ölçüləri müxtəlif hündürlükdə olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 iyul 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 17 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 iyul 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 18 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Naftalan Şəhər Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 4(052)-7/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və ev dustaqlığı qətimkan tədbirinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Naftalan Şəhər Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 4(052)-8/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X10 Bölməsinin 18 iyul 2024-cü il tarixli, 16/790 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs2 yaşadığı fərdi yaşayış evinin həyətindən aşkar edilmiş 5 ədəd narkotik tərkibli bitki..” adlar və imzalar olan sintetik kisədəki, 5 (beş) ədəd ümumi təmiz çəkisi 300 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş nartkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid3 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X10 Bölməsinin 18 iyul 2024-cü il tarixli, 16/792 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs1 əkib-becərdiyi qeyd etdiyi Naftalan şəhər Qaşaltı bələdiyyəsinə məxsus ulğunluq ərazidən aşkar edilmiş 16 ədəd narkotik maddə tərkibli kol..” adlar və imzalar olan sintetik kisədəki, 16 (on altı) ədəd ümumi təmiz çəkisi 235 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş nartkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid3 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X10 Bölməsinin 19 iyul 2024-cü il tarixli, 16/795 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində, “Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən Təqsirləndirilən şəxs2 həyətyanı sahəsindən götürülmüş....” adlar və imzalar olan sintetik kisədəki, 21 (iyirmi bir) ədəd ümumi təmiz çəkisi 205 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş nartkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid3 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən tərtib edilmiş 19 oktyabr 2024-cü il tarixli 1710 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 – narkotik vasitələrdən istifadə edir. Narkotik vasiə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən tərtib edilmiş 19 oktyabr 2024-cü il tarixli 1711 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 – narkotik vasitələrdən istifadə edir. Narkotik vasiə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Naftalan şəhər KTİB-in aqranomu işləyən Şahid3 tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, 18 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 bilavasitə göstərdiyi aşkar olunan 5 ədəd çətənə bitkisinin olduğu torpaq sahəsi əvvəlcədən təmizlənib şumlanmış, davamlı suvarılma aparılmaqla aqrotexniki qulluq edilmişdir. Həmin bitkilərin həmin ərazidə yabanı halda bitməsi istisna edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Naftalan şəhər, KTİB-in aqranomu işləyən Şahid3 tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, 18 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 bilavasitə göstərdiyi aşkar olunan 16 ədəd çətənə bitkisinin olduğu torpaq sahəsi əvvəlcədən təmizlənib şumlanmış, davamlı suvarılma aparılmaqla aqrotexniki qulluq edilmişdir. Həmin bitkilərin həmin ərazidə yabanı halda bitməsi istisna edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Naftalan şəhər KTİB-in aqranomu işləyən Şahid3 tərəfindən tərtib edilmiş mütəxəssis rəyində göstərilir ki, 19 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bilavasitə göstərdiyi aşkar olunan 21 ədəd çətənə bitkisinin olduğu torpaq sahəsi əvvəlcədən təmizlənib şumlanmış, davamlı suvarılma aparılmaqla aqrotexniki qulluq edilmişdir. Həmin bitkilərin həmin ərazidə yabanı halda bitməsi istisna edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, verilmiş əməliyyat tapşırığına Naftalan ŞPŞ-nin 30 iyul 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin aludəçisidir. 18 iyul 2024-cü il tarixdə və 19 iyul 2024-cü il tarixdə aşkar edilmiş 42 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərindən heç kimə satmaları müəyyən olunmamış, həmin çətənə bitkilərinin toxumunun əldə olunma mənbəyi müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış 09 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Naftalan şəhər polis şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə aparılan cinayət təqibinə 17 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Naftalan şəhər İcra Hakimiyyətinin başçısının Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 avqust 2024-cü il tarixli 153 nömrəli arayışından görünür ki, Qocayev X5 şəhər Qaşaltı Qaraqoyunlu kəndində qediyyatdadır və yaşayır, yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və ailə tərkibi aşağıdakı kimidir: Həyat yoldaşı – X12 Qızı – xx.xx.2010-cu il təvəllüdlü X7; Oğlu - xx.xx.2003-cü il təvəllüdlü X13; Oğlu – xx.xx.2014-cü il təvəllüdlüX15; Oğlu – xx.xx.2024-cü il təvəllüdlüX17. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış 09 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 15 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Naftalan şəhər İcra Hakimiyyətinin başçısının Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 avqust 2024-cü il tarixli 155 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Məmişov X6 şəhər, Qaşaltı Qaraqoyunlu kəndində qediyyatdadır və yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və ailə tərkibi aşağıdakı kimidir: Həyat yoldaşı – xx.xx.1994-cü il təvəllüdlü X8; Qızı – xx.xx.2016-cı il təvəllüdlü X4; Oğlu – xx.xx.2017-ci il təvəllüdlü X16; Qızı – xx.xx.2021-ci il təvəllüdlü X9. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(100)-171/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Naftalan ŞPŞ-də saxlanca verilmiş iş üzrə maddi sübut 5 (beş) ədəd, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 299,9 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş nartkotik tərkibli çətənə (kannabis) bitkiləri, 16 (on altı) ədəd, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 234,68 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 21 (iyirmi bir) ədəd, ekspertiza tədqiqatına sərf edildikdən sonra isə ümumi təmiz çəkisi 204,58 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında vermiş olduğu ifadədə onun evindən aşkar olunan 5 ədəd narkotik tərkibli olan çətənə bitkilərinin ona məxsus olduğunu, digər çətənə bitkilərinin isə Təqsirləndirilən şəxs1 məxsus olduğunu bildirməsinə dair xüsusatlar həqiqətə uyğun deyil. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla (şahidlərin ifadələri, təqsirləndirilən şəxslərin özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələr, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və s.) tam təkzib edilmişdir. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi həmin xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən qeyd olunan hissədə həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində onlar təqsirlidirlər və onlar həmin maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidirlər, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 3 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 3 saylı Siyahısına əsasən çətənə növlü bitkilər, tərkibində narkotik maddələr olan bitkilər hesab olunur və çətənə növlü bitkilərin şəxsi istehlak miqdarından artıq miqdarı 3-15 ədəd (6-30 hissə) və ondan yuxarı, külli miqdarı isə 16-800 ədəd (31-1550 hissə) qram hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, onlara yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətmiş olduqları cinayələrin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onların törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan ilə əvəz edilməli və “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 5 (beş) azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən hesab edir ki, onlara yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(100)-171/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəza təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsi tətbiq edilməklə cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş 05 il azadlıqdan məhrum etmə cəzası, hazırkı iş üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, birinci iş üzrə tutulması ilə əlaqədar həbsdə saxlandığı 04 (ay) müddət Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməli və cəzaçəkmənin əvvəli hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 17 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda 18 iyul 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 18 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Naftalan Şəhər Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 4(052)-7/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və ev dustaqlığı qətimkan tədbirinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs2 tutulduğu, həbsdə saxlanıldığı və “ev dustaqlığında” olduğu müddət, həmçinin hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə, Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən tərtib edilmiş 19 oktyabr 2024-cü il tarixli 1710 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 – narkotik vasitələrdən istifadə edir. Narkotik vasiə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Həmçinin, Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən tərtib edilmiş 19 oktyabr 2024-cü il tarixli 1711 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 – narkotik vasitələrdən istifadə edir. Narkotik vasiə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən Naftalan ŞPŞ-də saxlanca verilmiş 05 (beş) ədəd, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 299,9 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş nartkotik tərkibli çətənə (kannabis) bitkiləri, 16 (on altı) ədəd, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 234,68 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş nartkotik tərkibli çətənə (kannabis) bitkiləri, 21 (iyirmi bir) ədəd, ekspertiza tədqiqatına sərf edildikdən sonra isə ümumi təmiz çəkisi 204,58 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Naftalan ŞPŞ-də saxlanca verilmiş 05 (beş) ədəd, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 299,9 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş nartkotik tərkibli çətənə (kannabis) bitkiləri, 16 (on altı) ədəd, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 234,68 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş nartkotik tərkibli çətənə (kannabis) bitkiləri, 21 (iyirmi bir) ədəd, ekspertiza tədqiqatına sərf edildikdən sonra isə ümumi təmiz çəkisi 204,58 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş nartkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 97,20 (doxsan yeddi manat iyirmi qəpik) məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxlərin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxslərin üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 həyata keçirmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərin məhkəməyə təqdim etdikləri hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində Təqsirləndirilən şəxs1 vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 isə vəkil Müdafiəçi1 30 (otuz) iş saatı həcmində hüquqi yardım göstərmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 30 (otuz) iş saatı (19 iş saatı xx.xx.2025-ci il tarixədək, 11 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi2 və Müdafiəçi1 işlədikləri Gəncə Regional Vəkil Bürosunun hesabına hər bir müdafiəçi üçün ayrı-ayrılıqda 235 (iki yüz otuz beş) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələrlə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(100)- 171/2025 saylı hökmü ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırki hökmlə ona təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən əvvəlki hökm üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 06 (altı) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 əvvəlki hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələrlə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi2 və Müdafiəçi1 işlədikləri Gəncə Regional Vəkil Bürosunun hesabına hər bir müdafiəçi üçün ayrı-ayrılıqda 235 (iki yüz otuz beş) manat məbləğində pul köçürülsün. İş üzrə məhkəmə məsrəfləri – 97,20 (doxsan yeddi manat iyirmi qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslərə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.