Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-326/2022 17.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), Səmədov Xəqani Hacı oğlu və X5 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X28 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi (atası) X6, Təqsirləndirilən şəxs və müdafiəçisi Ağstafa rayonunda fərdi fəaliyyət göstərən vəkil X13 iştirakları ilə, 29 avqust 1985-ci ildə Qazax rayonu, Dağkəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Dağkəsəmən kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə axşam saatlarından başlayaraq yaşadıqları evdə sərxoş vəziyyətdə münaqişə yaradan əri X7 xx.xx.2022-ci il tarixə keçən gecə, saat 5 radələrinədək sakitləşməyərək yataq otağında döşəməyə sərilmiş döşəyin üzərindən duraraq sözlə onu və ailə üzvlərini öldürməklə hədələməsindən sonra aralarında uzun müddət davam edən münaqişədən bezərək qisas almaq məqsədi ilə sonuncunu öldürmək qərarına gəlib Şahid8 sərxoş vəziyyətdə ayağa qalxmaq istəyərkən müvazinətini itirib yıxıldığından sonuncunun müqavimət göstərmək imkanında olmamasına tam əmin olub digər otaqda olan məişət təyinatlı soyuq silah hesab edilməyən baltanı götürüb yataq otağına qayıtmış, həmin vaxt əlini yerə dirəyib qalxmağa çalışsa da sərxoş olduğundan müvazinətini saxlaya bilməyib sağ yanı üstə döşəyin üzərinə yıxılan Şahid8 boyun və baş nahiyyələrinə balta ilə ardıcıl olaraq 3 dəfə vuraraq sonuncuya sol təpə- gicgah və ənsə nahiyyəsinin 2 ədəd çapılmış yarası, beyinin əzilmiş dağılmış yarası ilə nəticələnən, beyin maddəsinin zədələnməsi nəticəsində baş verən mərkəzi tipli ağciyər ürək çatışmazlığından ölümünə səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya və sol boyun nahiyyəsinin 1 ədəd çapılmış yarası ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya səbəb olan bədən xəsarətləri yetirərək onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Şahid8 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Ağstafa rayonu Dağkəsəmən kəndində atası Şahid2 məxsus fərdi yaşayış evində yaşamışdır. 2006-cı ildə Qazax şəhər sakini X11 ilə rəsmi qaydada ailə qurandan sonra əvvəlcə 1 il Qazax şəhərində qaynatasıgillə, hazırda qeydiyyatda olduğu ünvanda yaşamışlar. Sonradan əri onunla dalaşdığı üçün ərinin atasıgil ərini evdən qovanda əri onu da özü ilə birlikdə ərinin nənəsigilin evinə aparmışdır. Orada da il yarım yaşamışlar. 2011-ci ildə böyük qızı Aysu Abullazadə doğulandan sonra hazırda yaşadıqları Ağstafa rayonu Dağkəsəmən kəndinə atasıgilin yaşadığı evə gəlmişlər. Həmin vaxtdan da atasına məxsus evdə yaşamışlar. 2015-ci ildə Elvinlə nikahdan digər övladı Abdullazadə Günay doğulmuşdur. Əvvəllər də daimi içki içsə də Elvinlə münasibətləri içki içməsi və onu yersiz qısqanmalarına görə son 3 ildə daha da pisləşmişdir. Elvin son dövrlər spirtli içkilərə həddən artıq aludə olmasına görə evdə tez tez qanqaraçılıq, yersiz münaqişələr yaratmışdır. Həmin münaqişələr vaxtı da onun ünvanına nalayiq ifadələr işlətmiş, onu əlləri ilə vurmuşdur. Elvin Qazax yanğından mühafizə hissəsində dispetçer vəzifəsində, kiçik çavuş rütbəsində işləmişdir. 1 gün işdə, 2 gün isə evdə olmuşdur. İşə gedəndə adətən içki içməsə də qalan vaxtlarda demək olar ki, ayıq vaxtı olmamışdır. Yersiz qısqanclıqlar etmiş, mobil telefondan istifadə etməyinə icazə verməmişdir. O, söz söhbət olmasın deyə mobil telefondan istifadə etməmişdir. Atasıgildə yaşadığı üçün qızları ilə valideynlərinin himayəsində olmuşdur. Uşaqların və özlərinin qidalarını, geyimlərini valideynləri almışdır. O, bir neçə dəfə rəsmi qaydada ayrılmaq istəsə də Elvin icazə verməmiş, özbaşına yaşaya bilməyəcəyini demiş, onu öldürməklə hədələmişdir. xx.xx.2021-ci ildə Elvin son dəfə işə getmiş, həmin gündən məzuniyyətə çıxmışdır. 2021-ci il dekabr ayında evdə olduğu müddətdə demək olar ki, Elvin hər gün içkili olmuş, münaqişə yaratmışdır. Ailə üzvləri və qonşuları tez-tez onun səs-küyünü eşitmişlər. Onun atasıyla anası Elvinə səs-küy salmaması ilə bağlı irad bildirmişlər. Elvinin atasına dəfələrlə oğlunun hərəkətləri, onu incitməsi barədə demişdir. 2022-ci ili yeni ili evdə qanqaraçılıqla keçirmişdir. Qızları atalarının xasiyyəti, içki içməsinə görə atalarından uzaq durmağa çalışmışlar. xx.xx.2022-ci ildə Elvin yenə içkili vəziyyətdə axşam saat 19:30 radələrində evə gəlmişdir. Elvinin əlində 2 lirtlik çaxır olmuşdur. Ağızını açıb içəndə həyətdən bağa keçən hissədə ilişib yerə yıxılmışdır. Çaxırın yarısı yerə töküldüyü üçün aşağıda olan yardımçı tikilidə yenə onu, anasını, uşaqlarını söymüşdür. Atası Bəziryan yanvar ayın 1-i Sumqayıt şəhərində yaşayan bacısıgilə getdiyi üçün evdə o azyaşlı qızları və anası olmuşdur. Elvin araq istədiyini demişdir. Anasının yanında Elvin bıçağı əlinə götürüb onunla birlikdə araq almağa getməsini demişdir. Çöldə dayanmış maşınına doğru getmişdir. O, getmək istəməsə də bağıraraq onu gəlib maşının ön sərnişin yerinə mindirmişdir. Arxa küçə ilə gedərkən maşının ön sağ tərəfi qonşulardan birinin hasarına dəymişdir. Bundan sonra maşından düşüb söyərək ona sürücü yerinə oturmağa məcbur etmişdir. Maşını işə salıb sürətlər qutusunun dəstəyini dəyişib ona ayağını pedallara basmağı demiş, beləliklə o, əriylə biryerdə ərinin göstərişlər ilə maşını sürüb Qazax şəhərində yerləşən “Məkan” adlı kafenin yaxınlığına getmişdir. Elvin maşından düşüb həmin kafeyə getmişdir. Təxminən 50 dəqiqə orada maşında gözləmişdir. Kafenin yaxınlığında olan anasının əmisi oğlu X14 onu maşında tək oturan görüb, niyə tək oturduğunu soruşmuşdur. O, Elvinin içkili halda kafedə olduğunu demişdir. Mustafa içəri girib təxminən 15 dəqiqə sonra Elvinlə geri qayıtmışdır. Elvin içkili olduğu üçün Mustafa tanışı ilə onu və Elvini qapıya qədər gətirmiş, onlar düşüb evə girmişlər. Təxminən yarım saat sonra əmisi Etibar gəlib uşaqların maşını səhvən onların qapısına qoyduğunu demişdir. Tanımadığı şəxslər maşını gətirib qapının ağzında saxlayıb getmişlər. Həmin şəxslər gedəndən sonra təxminən saat 11 radələrində Elvin yenə içkili halda yardımçı tikilidə olan əşyaları dağıtmış, stolu qaldırıb üstündəki əşyaları yerə atmışdır. Qab-qacağı qırmışdır. Böyük qızı evdə yatmışdır. Balaca da atasının hərəkətini görüb bacısının yanına evə qalxmışdır. Elvin onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, qışqıra qışqıra dəmir həyət darvazasının yanına çıxıb əmisigilə tərəf qışqırıb “Etibar gəl bunların əskikliyinə, şərəfsizliyinə, hərəkətlərinə bax” demişdir. Həmin vaxt anasına gedib Etibar əmisini çağırmasını, Elvinin sakitləşmədiyini demişdir. Anası qaçıb Etibarı çağırmışdır. Təxminən 15-20 dəqiqə sonra əmisi gəlmişdir. Təxminən 1 saata yaxın Elvinlə yardımçı tikilidə anasının yanında Elvinə sakitləşməyini, söyməməyini demişdir. Amma Elvin yenə də onun və anasının ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Əmisi sözlərinin heç bir xeyri olmadığını gördüyü üçün əvvəlcə o, sonra da anası ərinin atası Mübarizə zəng etmişdir. Mübarizə tez gəlməsini, oğlunun qırıb-batırdığını demişdir. Mübariz ona aid olmadığını, Elvini oğul kimi sildiyini, polisə müraciət etməyini demişdir. İkinci dəfə anası təkrar Mübarizə zəng edib, gəlib oğlunu sakitləşdirməyini demişdir. Mübariz təxminən yarım saat sonra qaynı Elçinlə gəlmişdir. Mübariz Elvinə niyə onlari incitdiyini, istəmirsə boşanmağını demişdir. X39 “Mən arvadımı azadlığa buraxası” deyiləm. Sən istəyirsənsə öz arvadını boşa” demişdir. Elvinin anası uşaq vaxtı vəfat etdiyi üçün atası ikinci dəfə ailə qurmuşdur. Mübariz Elvinin belə danışdığını görüb şəkər xəstəsi olduğu üçün əsəbiləşmişdir. Mübariz digər oğlu Elçinin təkidi ilə gəldikdən təxminən yarım saat sonra çıxıb getmişdir. Etibar Elvinə evə gedib yatıb, sakitləşməsini bildirmişdir. Amma Elvin evin giriş pilləkənində oturub siqaret çəkmiş, yenə də təxminən yarım saat anasını və onu söyməyə başlamışdır. Etibarın yanında “bu gecə yatmaq yoxdur. Nə qədər oturacam siz də mənimlə oturacaqsız” demiş, üzünü ona tutub “get baltanı gətir, sizin hamınızı doğrayacam, belə həyatda yaşamaqdansa gedib türmədə yaşayaram” demişdir. O, Elvinin bu sözlərindən qorxduğu üçün hələ axşam təzə gəldiyi vaxtdan həmin sözü dediyi üçün gizlincə həyətdə olan əl damındakı baltanı götürüb anasına otağına Elvinin girmədiyini bildiyi üçün yataq otağıyla üzbəüz olan anasının iş otağına aparıb şkafın böyrünə qoyub gizlətmişdir. Etibar gedəndə təxminən saat 03:40 radələri olmuşdur. O, Elvin sərxoş vəziyyətdə olduğu üçün o, Elvinin qoluna girib evdəki pilləkəndən qalxanda sol tərəfdəki yataq otağına aparmışdır. Təxminən 3 il ərzində balaca qızı onunla bir yerdə yatdığı üçün Elvin iri çəkili olduğu, gecələr içkili halda tez-tez o tərəf, bu tərəfə çevrildiyi üçün uşağı əzməməyinə görə yerdə yatacağını demişdir. O vaxtdan da Elvin yerdə, o, çarpayıda tək yatmışdır. Elvin şalvarını soyunub yerinə girmişdir. O, da yandakı çarpayıya uzanmışdır. Otaqda siqaret çəkməyə başlamışdır. Elvin ona aşağıda olacaqda yarımçıq arağı olduğunu, gedib arağı gətirməsini demişdir. Əvvəl gətirmək istəməsə də, onu əli ilə möhkəm sillə ilə 1 dəfə sağ üz nahiyyəsindən vurmuşdur. Həmin zərbədən o, yerə yıxılmışdır. Təkrar qışqırdığı üçün anası və uşaqların duracağından qorxub gedib arağı gətirmişdir. Şüşəni başına çəkib 250 qram içmiş, şüşə tam boşalmışdır. Araq butulkasını yerə qoymuş, o götürüb şkafın üstünə qoymuşdur. Təxminən 1 saat sonra Elvin ayağa durub “sizə demişdim ki, bu evdən bu gecə heç kimə çıxmayacaq” demiş, ayağa qalxıb şalvarını istəmişdir. Həyətdən evə düşən işıqda şalvarı əyninə geyinərkən səndələyib böyrü üstə yatağa yıxılmışdır. O, Elvin yıxılandan sonra Elvinin onları öldürmək istədiyinə görə anasının iş otağına gedib şkafın böyrünə qoyduğu baltanı götürüb qaçaraq otağa qayıtmışdır. O gələndə Elvin sağ dirsəyini yerə qoyub qalxmağa çalışmış, amma sərxoş olduğundan müvazinətini saxlaya bilməyib sağ böyrü üstə yastığa yıxılmışdır. Elvinin yıxıldığını görüb baltanı hər iki əliylə tutub Elvinin boynunun sol arxa hissəsindən var qüvvəsiylə ilk zərbəni vurmuşdur. Zərbədən sonra Elvin xırıldamağa başlamışdır. Daha sonra iki dəfə başının sol hissəsindən yenə də həmin balta ilə vurmuşdur. Zərbələrdən sonra Elvin hərəkətsiz qalmış, xırıldamağa davam etmişdir. O, baltanı ayaq tərəfdəki divara söykəmişdir. Yorğanı Elvinin üstünə çəkib özü də hadisənin həyəcanı ilə otaqdakı ventilyatorun yanında yerə çöküb dayanmışdır. Təxminən 20 dəqiqə orada yerə çökmüş vəziyyətdə qalmışdır. Etdiyi əməldən peşmançılıq çəkməyə başlamışdır. Otaqdan çıxıb qapını örtmüş, aşağıdakı yardımçı tikiliyə getmişdir. Orada qaz peçini yandırıb qaranlıqda oturub gözləməyə başlamışdır. Təxminən 07:30 radələrində anası yuxudan ayılıb yardımçı tikiliyə gəlmişdir. Nə tez durduğunu soruşanda, başı ağrıdığını dərman içməyə gəldiyini demişdir. Anası Elvini soruşanda, otaqda yatdığını demişdir. Bundan sonra qızları da səhər saat 10-a işləmiş durub yanına gəlmişlər. Atalarını soruşanda içkili olduğunu, yatdığını demişlər. Gün ərzində bir neçə dəfə qapını açıb tərpəniş olub-omamasına baxmışdır. Evdəkiləri şübhələndirməmək üçün bir neçə dəfə əlində çay və şirniyyat otağa girib çıxıb geri qayıtmışdır. Gün ərzində anasıgil bir neçə dəfə Elvini soruşsular da durub təkrar yatdığını bildirmişdir. Adətən Elvin içkili olandan sonra yuxu dərmanı içib yatmışdır. Qızlar və anası da gecə səs küy saldığı, onları qorxutduğu üçün yavaşca otağın ağzından çıxıb evə girib çıxırmışlar. 3 yanvar 2022-ci ildə axşamüstü atası Şahid2 Sumqayıtdan evə qayıtmışdır. Atası Bəziryan vəziyyətinin necə olduğunu, Elvinin onlarla dalaşıb-dalaşmadığını soruşmuşdur. Elvinin sırağagün aləmi bir-birinə qatdığını, gecə də onları yatmağa qoymadığını, içəridə sərxoş vəziyyətdə yatdığını demişdır. 3 yanvar 2022-ci il tarixdə gecə qızlarıyla bir yerdə yatmışdır. Atası Bəziryan aşağıda, anası isə yanlarında yatmışdır. 4 yanvar 2022-ci ildə səhər saat 10-a işləmiş yuxudan durub qapını yoxlamış pis qoxu gəldiyini hiss eləmiş, artıq gizlətməyin mənası olmadığını başa düşmüşdür. Atası çölə getmiş, aşağıda anasını görüb balta ilə Elvini sırağagün gecədən vurub öldürdüyünü, otaqda olduğunu bildirdiyini demişdir. Anası əvvəlcə inanmamış, otağa gedib baxmaq istəyəndə o qoymamışdır. Qızlarını çağırıb bəhanə ilə əmisi Etibargilə aparmağı demişdir. Çöldə olanda anasına yavaş səslə polis şöbəsinə təslim olmağa getdiyini demişdir. Anası uşaqları əmisigilə aparanda əmisigildən zəng edib atasına evə gəlməyi demişdir. Atası gələndən sonra olanları atasına da danışmışdır. Anasının həmişə evdə olan telefonu ilə *0066” taksi şirkətinə zəng edib taksi sifariş etmişdir. Atasıyla birlikdə taksiyə minib Ağstafa rayon polis şöbəsinə gəlmişdir. Atası çöldə gözləmiş, o isə növbətçi hissəyə gedib ərini balta ilə vurub öldürdüyünü, meyitinin evdə olmasını, könüllü təslim olmağa gəldiyini bildirmişdir. Törətdiyi əməldən çox peşmandır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq Elvin Abdullayevin onu dəfələrlə döydüyünü, onu və valideynlərini təhqir etdiyini, hadisə günü Elvinin müxtəlif içkiləri qatdığını, Elvinin ona “baltanı gətir sizin hamınızı öldürəcəm, burdan sağ çıxan olmayacaq” deyə bildirdiyini, Elvinin bu sözlərindən möhkəm qoxduğunu, odur ki, Elvini balta ilə vurduğunu bildirmişdir. Əlavə olaraq o, baltanı gətirənə kimi Elvinin içkinin təsirindən sərxoş olduğu üçün dirsəklənə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 təqsirləndirilən şəxsin ifadəsinə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etdi. Həmçinin məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq göstərdi ki, Aynurla Elvin arasında onların yataq otağında baş vermiş mübahisəni o görməmiş, Aynur danışdıqdan sonra bu barədə məlumatı olmuşdur. Aynur ona Elvinin axşam durub gəlib onu, Aynuru və uşaqları öldürmək istədiyini demişdir. Buna görə də ayağa qalxıb şalvarını geyinmək istəyəndə yıxılmışdır. Bundan sonra Aynur ona balta ilə Elvini sırağagün gecədən vurub öldürdüyünü, otaqda olduğunu bildirmişdir. O əvvəlcə inanmamış, otağa gedib baxmaq istəmiş, lakin Aynur otağa girməyinə icazə verməmişdir. O qapını aralayanda sadəcə yorğan görmüşdür. Mübarizə zəng eləyib tez gəlməsini demişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Elvin Abdullayev doğma oğlu olmuşdur. O, ailə üzvləri ilə birlikdə Qazax şəhərində yaşamışdır. Mərhum oğlu Elvin Abdullayev ilə münasibəti yaxşı olmuşdur. 4 yanvar səhər saat 11 radələrində oğlu Elvin Abdullayevin öldürüldüyünü sonuncunun yaşadığı evə getdikdə bilmişdir. Təqsirləndirilən şəxs gəlini, yəni Elvinin arvadı olmuşdur. 4 yanvar 2022-ci il tarixdə səhər saat 10:30 radələrində qudası, yəni Aynurun anası Şahid1 istifadəsində olan nömrəsindən arvadı Rənanın istifadəsində olan telefon nömrəsinə zəng edərək onun və arvadı Rənanın Ağstafa rayonu Dağkəsəmən kəndində onların yaşadığı evə gəlməyini istəmişdir. Həmçinin, heç kimə bildirməməyini demişlər. Nə baş verdiyini öyrənmək üçün dərhal ev telefonundan Almazgilin ev telefonuna zəng edərək nə baş verdiyini soruşmuş, Almaz ona telefonda bircə “Tez gəlin. Çox səs-küy salmadan hələki tez gəlin” demişdir. O, həmin vaxt Almaza “Elvin ölübmü?” sualını vermiş, Almaz da Elvinin ölməsi ilə bağlı sualına təsdiq cavabı vermişdir. Bundan sonra arvadı Rəna Abdullayeva və oğlu Şahid8 ilə birlikdə Ağstafa rayonu Dağkəsəmən kəndində Almazgilin yaşadığı evə getmişlər. Almazgilin yaşadığı evə çatanda orada Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 olmuşdur. O, əvvəlcə elə bilmişdir ki, Elvin axşamüstü içkinin təsirindən ölmüşdür. Buna görə də Elvinin meyitinin hansı otaqda olmasını, harada olmasını soruşmuşdur. Arvadı Rəna qışqıraraq “Hansı otaqdadır?” demiş və qabağa otaqlara tərəf getmək istəmiş, Təqsirləndirilən şəxs isə əlini qaldıraraq “Heç yerə getmək lazım deyil. Mən onu balta ilə öldürmüşəm.” demişdir. O yenə də gedib meyitə baxmaq istəyəndə Aynur ona və arvadına “Mən onun başını ayırmışam.” demişdir. Buna görə də o, xəstə olduğuna, meyitə baxmağa ürəyi dözməyəcəyinə görə meyitə baxa bilməmiş, Aynurdan həmin hadisənin necə baş verməsini soruşmuş, Aynur isə Elvinin onu bıçaqla vurmaq istədiyini, buna görə də Elvini balta ilə vurduğunu bildirmişdir. O Aynurdan Elvinin onu vurmaq istədiyi bıçağı ona göstərməsini tələb etmiş, Aynur bıçağı təqdim edə bilməmiş və Elvin yatdığı yerdə ona balta ilə zərbələr endirdiyini bildirmişdir. Elvinin öldüyünü dəqiqləşdirdikdən sonra başqa münaqişə baş verməsin deyə Aynurun gedib polisə könüllü təslim olmasını bildirmişdir. Bundan sonra Aynur polisə təslim olmağa getmiş. O Aynurun atasıgilin yaşadığı evin telefonundan DİN-in “102” xidmətinə hadisə barəsində məlumat vermişdir. Hadisədən iki gün qabaq, yəni 2 yanvar 2022-ci il tarixdə gecə saat 23:30 radələrində Almaz və Aynur onlara zəng edərək yaşadıqları evə gəlməsini bildirdiklərindən oğlu Elçinlə bərabər saat 23:45 radələrində Ağstafa rayonu Dağkəsəmən kəndinə Aynurgilin yaşadığı evə getmiş, içəri daxil olanda ətrafa nəzər yetirmişdir. X35 evdə nə varsa hər şeyi qırıb dağıtdığını demiş, o evə nəzər yetirdikdə hər hansı bir dağıntı və ya zərər olmadığını görmüşdür. Almazla Aynura “Bəs deyirsiz Elvin hər yeri qırıb dağıdıb. Haranı dağıdıb?” sualını vermişdir. Həmin vaxt yerdə ancaq siqaret kötükləri olmuş, o ora gedəndə Elvin yardımçı tikilidə kresloda əyləşmişdir. Almaz və Aynur ayaq üstə olmuş, Aynurun əmisi Etibar isə sağ tərəfdə sakitcə əyləşmişdir. Etibar bu məsələlərin heç birinə müdaxilə etmədən sakit bir qıraqda oturmuşdur. Elvin isə sərxoş vəziyyətdə olmuş və ucadan danışmışdır. Almaza və Aynura nalayiq ifadələr işlətmişdir. Bütün danışıqlarında və nalayiq ifadələrində bacanağı Kərimin adını hallandırmışdır. O nə baş verdiyini, Kərimlə Aynur arasında nə olduğunu tam dəqiq anlaya bilməmiş, Elvin isə ona “Sən bunları tanımırsan. Bunların hamısı artistdir.” demişdir. O, ilk baxışdan Elvinin anlaqsız vəziyyətdə olduğundan bu cür nalayiq ifadələr işlətdiyini bilmiş, Elvindən onunla birlikdə gəlməyini xahiş və tələb etmiş, Elvin isə ona “Mənim arvadım və uşaqlarım harada, mən də orada. Onlar da mənimlə birlikdə getməlidir.” demişdir. Almaz uşaqların yuxarı otaqda yatdığını bildirmişdir. Belə olan halda Elvinin onunla birlikdə getməsini demişdir. Hər kəsin yanında onların hər biri ilə xüsusilə Elvinlə tərbiyəvi söhbətlər aparmış, sonra getmək istədiyini, Elvinə yenə də onunla birlikdə gəlməsini demiş, Elvin isə israrla gəlməyəcəyini, orada yəni Aynurgilin evində qalacağını bildirmişdir. O orada olanların hər birinə Elvinin içkili vəziyyətdə olarkən necə olduğunu az-çox bildiyi üçün Elvinin bir az danışıb-danışıb yorulub yatacağını demişdir. Həmçinin Aynur, Almaz və Etibara sabah yəni 3 yanvar 2022-ci il tarixdə səhər saat 10-11 arası ailə üzvləri ilə onların yaşadığı evə yenə gələcəyini, Elvinlə Aynur arasında olan münaqişənin Aynurun və onların ailə üzvlərinin hər birinin iştirakı ilə gəlib araşdıracağını demişdir. Müəyyən şübhələr yarandığında Elvinin qanını analiz elətdirəcəyini bildirmişdir. Elvinin özü ilə bağlı onda şübhələr yarandığından belə demişdir. Eyni zamanda Almazgilin yaşadığı evdən çıxdıqda bir daha onlara Elvinə danışdıqda cavab verməmələrini, Elvinin də onların cavab qaytarmadığını görüb sakitləşəcəyini bildirmişdir. Həmçinin Şahid1 Elvinin hərəkətlərində aqressivlik müşahidə olunarsa DİN-in “102” xidmətinə məlumat vermələrini demişdir. Təxminən gecə saat 00 radələrində o, və oğlu Elçin Almazgilin yaşadığı evi tərk edib Qazaxa yəni onların yaşadığı evə qayıtmışlar. Həmin gecə təxminən gecə saat 02:30-dək Aynurla telefon vasitəsi ilə əlaqə saxlayaraq Elvinin sakitləşibsakitləşməməsini soruşmuş, Aynurla danışarkən artıq Elvinin səs tonunun aşağı düşdüyünü eşitmişdir. 3 yanvar 2022-ci il tarixdə səhər saat 11:30 radələrində o, Aynura zəng edərək Elvinin vəziyyəti ilə, ayılıb-ayılmaması ilə maraqlandıqda Aynur ona Elvin bir az olar aşağı düşdüyünü, bir siqaret çəkdiyini, bir stəkan çay içdiyini, başı ağrıdığından yuxarı qalxıb yatmağa getdiyini demişdir. O, Aynura “Bəs qızım, mən Sizin aranızda olan söz söhbətə son qoymaq üçün Sizə gələsi idim.” dedikdə Aynur bir daha, “Əmi, qoy Elvin ayılsın Sizə zəng edərəm gələrsiniz” demişdir. Həmin gün Aynur ona zəng etməmişdir. O, Aynurun belə bir hadisə törədə biləcəyini düşünə bilməmiş, sonradan Aynurun ona yalan danışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 X6 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özünə adi hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 11 ilə yaxın müddətdir ki, bacısı Təqsirləndirilən şəxs, bacısının əri Elvin Abdullayev və onların iki qızı Aysu və Günay atası və anasıyla birlikdə Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən atasına məxsus evdə yaşamışlar. 2006-cı ildə bacısı Təqsirləndirilən şəxs ilə əri Elvin Abdullayev ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra 1 il onlar Elvinin atasıgildə yaşamış, daha sonra bir il isə Qazax şəhərində Çinar dibi deyilən yerdə Elvin və Aynur birlikdə kirayədə yaşamışdır. Həmin vaxtlarda da Elvin Aynuru döymüş, təhqir etmişdir. Buna görə də anası Almaz Aynura gəlib onlarla birlikdə atasına məxsus yaşamasını demişdir. Əvvəllər də daimi içki içsə də Elvinlə bacısı Aynurun münasibəti onun içki içməsi və Aynuru yersiz qısqanmalarına görə son 3 ildə daha da pisləşmişdir. Elvin son dövrlər spirtli içkilərə həddən artıq aludə olmasına görə evdə tez tez qanqaraçılıq, yersiz münaqişlər yaratmışdır. Həmin münaqişələr vaxtı da həm bacısı Aynurun, həm də anasıgilin ünvanlarına nalayiq məzmunlu ifadələr işlətmiş, bacısı və uşaqlarını əlləri ilə vurmuşdur. Bütün bu məlumatları anasıgildən və Aynurun özü ilə danışanda bilmişdir. Hətta bir-iki il bundan əvvəl onun anasıyla atasının üzərinə Elvin balta ilə hücum etmişdir. Buna görə anasıgil “102” xidmətinə müraciət etmişdir. Bundan sonra Elvin işini itirmək istəmədiyini ona görə şikayətçi olmamalarını dedikdən sonra anasıgil gedib şikayətini geri götürmüşdür. Elvin Qazax yanğından mühafizə hissəsində dispetçer vəzifəsində, kiçik çavuş rütbəsində işləmişdir. İşə gedəndə adətən içki içməsə də qalan vaxtlarda demək olar ki, ayıq vaxtı olmamışdır. Elvin Aynurun mobil telefondan istifadə etməyinə icazə verməmişdir. Aynur da söz söhbət olmasın deyə mobil telefondan istifadə etməmişdir. Bacısı Aynur bir neçə dəfə Elvinin xarakter, xasiyyətinə onu incitməsinə görə sonuncudan rəsmi qaydada ayrılmaq istəsə də Elvin icazə verməmişdir. Atası Bəziryan yanvar ayın 1-i Sumqayıtda onlarda olduğu üçün atasıgilə məxsus evdə anası, bacısı Aynur və bacısının qızları Aysu və Günay olmuşdur. 3 yanvar 2022ci il tarixdə atasını yola saldıqdan sonra saat 10 radələrində o, “Whatsapp” sosial şəbəkəsi vasitəsilə anası Almazın istifadəsində olan nömrəsi ilə Aynurla danışmışdır. Aynurun əri ona telefon işlətməyə icazə vermədiyi üçün həmişə anasının istifadəsində olan nömrə ilə Aynurla əlaqə saxlamışdır. Aynur onunla danışanda atasının Sumqayıtdan çıxıb-çıxmadığını soruşmuşdur. Bundan sonra Aynur anası Almazın qolunun sındığını, buna görə də heyvanlara yem verməyə getdiyini və sonra danışacağını demişdir. Almaz 18 dekabr 2021-ci il tarixdə həyətdə damın qabağında yıxıldığı üçün qolu sınmışdır. Bundan sonra saat 15 radələrində yenidən Aynura zəng etmişdir. Aynur onunla az danışmış və bu gün onunla danışa bilməyəcəyini çünki Elvinin evdə olduğunu, sabah yəni 4 yanvar 2022-ci il tarixdə onunla danışacağını demişdir. 3 yanvar 2022-ci il tarixdə Aynurla iki dəfə danışmış olsa da, Aynur ona hadisə haqqında həmin vaxt heç nə deməmişdir. 4 yanvar 2022-ci il tarixdə saat 11 radələrində əri Kərim istifadəsində olan nömrəsindən onun istifadəsində olan nömrəyə zəng etmiş və təcili hazırlaşmağını, rayona gedəcəyini bildirmişdir. O elə bilmişdir ki,atasına nəsə olmuşdur . Kərimdən nə baş verdiyini soruşmuşdur. Kərim isə ona atasına deyil, kürəkəni yəni Elvinin ölməsini demişdir. Bundan sonra anası Almaz ağlayaraq ona zəng etmişdir. Almaz ona tez özünü rayona çatdırmasını demişdir. O, əvvəlcə inanmamışdır. Həmin vaxt Aynur da anasının yanında olmuşdur. Hələ gedib təslim olmamışdır. Aynur ona “Elvini öldürmüşəm, gəl uşaqlara yiyə çıx” demişdir. Bunu deyən kimi Aynur telefonu adboy eləmişdir. Daha sonra Aynurun balta ilə Elvini öldürdüyü ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid2 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadələr verərək, onun ifadəsində göstərdiyi həmin xüsusatları özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirdi ki, mərhum Elvin Abdullayev atasıdır. Təqsirləndirilən şəxs isə anasıdır. Atasıyla anası arasında əvvəllər də mübahisələr olmuşdur. Belə ki, atası Elvin Abdullayev mütəmadi olaraq spirtli içki qəbul etmiş, içki içdikdən sonra tez-tez anasıyla aralarında mübahisə olmuşdur. Mübahisənin baş verməsi demək olar ki, həmişə atası Elvin Abdullayevin anası Təqsirləndirilən şəxs yersiz qısqanmalarına, atasının içki içməsi, içki içdikdən sonra həm onun, həm anasının eləcə də nənəsi Almazın və babası Bəziryanın ünvanına nalayiq ifadələr və söyüşlər işlətmişdir. Onlar atasının hərəkətlərinə fikir verməməyə çalışmış, atası Elvin Abdullayev anasını dəfələrlə döymüşdür. Hətta atası dəfələrlə gözünün qabağında anasının boğazına bıçaq dirəyərək onu ölümlə hədələmişdir. O, atasının anasına nəsə edəcəyindən qorxduğu üçün həmin vaxt yanına getmiş və eləməməsini demişdir. Lakin atası onu itələmiş və qarışmamağını demişdir. 2 yanvar 2021-ci il tarixdə atası yenə də çıxıb içməyə getmişdir. xx.xx.2022-ci ildə atası yenə içkili vəziyyətdə axşam evə gəlmişdir. Əlində 2 lirtlik çaxır olmuşdur. Ağızını açıb içəndə həyətdə bağa keçən hissədə ilişib yerə yıxılmışdır. Çaxırın yarısı yerə töküldüyü üçün aşağıda olan yardımçı tikilidə yenə anasını, nənəsini və onları söymüşdür. Atası araq istədiyini demişdir. Bundan sonra evdə qapını sındırmışdır. O buna görə qorxmuş və yuxarı otağına qaçmışdır. Bir müddət sonra həyətdən maşın səsi gəldiyini eşitmişdir. O aşağı nənəsi Almazın yanına getmişdir. O nənəsindən anasıyla atasının hara getdiyini soruşmuşdur. Nənəsi ona atasının içki istədiyini, buna görə də anasıyla birlikdə araq almağa getdiyini bildirmişdir. Bundan bir-iki saat sonra anasıyla atası qayıdıb gəlmişdir. Atası əlində içki və kababla gəlib oturmuşdur. Bundan sonra yeməyə başlamışdır. Yenə içki içə-içə onun, nənəsinin və anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Bir az sonra atası yenə hay-küy salmağa başlamışdır. O, təxminən saat 23 radələrində yatmağa getmişdir. Hadisə baş verən günü onun bu barədə məlumatı olmamışdır. O sonradan anası Təqsirləndirilən şəxs balta ilə atası Elvin Abdullayevi vuraraq öldüməsini bilmişdir. Bu barədə ona nənəsi Şahid1 məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qocayev Etibar Eyvaz oğlu ifadəsində bildirdi ki, Ağstafa rayonu Dağkəsəmən kəndində yaşamışdır. Qonşuluqda qardaşı Bəziryan Bəziryanın arvadı Almaz, qızı Aynur, sonuncunun əri Elvin və azyaşlı qız uşaqları ilə birlikdə yaşamışlar. Elvin içki içərək evdə səs-küy salmış, arvadını qardaşıgili söymüşdür. Elvinin anası vəfat etdiyi üçün atası Mübarizə eləcə də digər qohumlarına Elvinin hərəkətlərinin onları incitməsi barədə desə də hər hansı təsiri olmamışdır. Elvin yenə də tez tez spirtli içki içərək ailəsinin ünvanına təhqiramiz ifadələr işlətmişdir. O, özü şəxsən neçə dəfə Elvinin qışqır bağırına gedib sakitləşdirməyə çalışmış, qardaşıgillə, Elvinin öz arvadı Aynurla dava etməsinin qarşısını almışdır. Son dəfə də xx.xx.2022-ci il təxmin axşam 22:30 radələrində qardaşı arvadı Almaz onlara gəlib onlara getməyini, əri Bəziryanın evdə olmadığını, Elvinin yenə səs-küy salaraq qabqacağı qırdığını, onu və qızı Aynuru söydüyünü bildirmişdir. O, Almazla biryerdə Almazgilə getmişdir. O, gedəndə aşağıdakı yardımçı tikilidə Elvin kresloda uzanmış görmüşdür. Onu görəndə Elvin reaksiya verməmişdir. Elvinə “bala neçə dəfədir səs-küy salırsan qohum qonşu eşidir. Niyə özünü, ailəni biabır edirsən? Qız uşaqların var, niyə hamı desin ki, ataları içki aludəçisidir?!” demişdir. Elvin qayıdıb ona, “sənin qardaşın peysərdir, arvadının sözünə baxır, məni də öz gününə salmaq istəyir. Amma mən o deyəni edən deyiləm. Mən özümü kiməsə əymərəm. Başqalarını mən döyürəm” demişdir. Elvinin içkili olması, ağzına gələni dediyinə görə fikir verməyib, sakitləşdirməyə çalışmışdır. Amma xeyri olmamışdır. “Atasını çağırın bu nədir, qabağına gələni söyür” demişdir. Əvvəlcə Aynur qaynatası Mübarizə zəng edib buraları dağıtdığını gəlməsini demişdir. Bundan sonra Elvin çölə çıxıb siqaret çəkməyə başlamışdır. Təxminən bir saat sonra Elvinin atası Mübariz Elvinin qardaşı Elçinlə gəlmişdir. Onlar gələndə Elvin içəridə olmuşdur. Kresloda oturmuşdur. Yarım litlrik araq butulkası stolun üstündə olmuş, içində az miqdarda araq olmuşdur. Yerdə isə dağınıq halda siqaret və kibrit dənələri olmuşdur. Atası Mübariz də oğlu Elvini danlayıb, arvad-uşağ incitməməsini, niyə xəcalət çəkmədiyini, utanmadığını, xoşu gəlmirsə Aynuru boşayıb, çıxıb getməsini demiş, həmin vaxt Elvin arvad uşağını kürdbacanağına buraxası olmadığını bildirmişdir. Elvin öz atasına “istəyirsənsə get öz arvadını boşa, mən bunları öldürməmiş gedən deyiləm” demişdir. Atası Elvinin bu sözlərindən əsəbiləşmiş, oğluna yaxınlaşıb vurmaq istəmişdir. Qardaşı Elçin də Elvinə “axı sən and içmişdin ki, daha içməyəcəksən bu nə haldır? Niyə atamızı, şəkər adamı əsəbiləşdirirsən?” demiş, Mübariz əsəbiləşdiyi üçün çıxıb getmişlər. Aynur həmin vaxt arxa hissələrində dayanmışdır. Atasıgilin getdiyini görüb Aynurun üstünə cummuş, Aynur çölə çıxmışdır. Atasıgil çölə çıxanda çöldəki əl-üz yuyanın yanında olan bıçağı götürüb cibinə qoymuş, o Elvini qucaqlayıb, arxa cibindən bıçağı götürmüş, Almaza yaxud Aynura verib əldə ayaqda bıçaq saxlamamalarını demişdir. Elvin bağa ayaqyolu tərəfə gedə-gedə baltanın harada olduğunu, onsuz da hamısını axşam öldürəcəyini demişdir. O, gedib qolundan tutub həyətə gətirmiş, sakitləşməsini demişdir. Aynur həmin vaxt “102”-yə zəng etmək istəmişdir. Aynura “qızım gecə vaxtıdır. qoy sakitləşsin. Elvin də dedi ki, “mənə kim neyləyəcək, onsuz da gedib qayıdıb gələcəm” demişdir. Atasıgil çıxıb gedəndən sonra həyətdə Elvinlə xeyli söhbət edib onu dilə tutmağa çalışmışdır. Elvin evin giriş hissəsində pilləkəndə oturub siqaret çəkməyə başlamışdır. Təxminən yarım saat sonra açdığını, yemək vermələrini demişdir. Yardımçı tikilidə oturub yenə araq içməyə başlamışdır. Yemək yeməmiş, yenə çölə çıxmış, zirzəmi tərəfə getməyə başlamışdır. O Aynura “ Aynur baltanız hardadırsa gizlət, durar axşam vaxtı Sizə nəsə edər” demişdir. Həmin müddətdə bir neçə dəfə Elvinin analığı Rəna ev telefonlarına zəng edib Elvinin sakitləşib-sakitləşmədiyini, yatıbyatmadığını soruşmuşdur. Təxminən gecə 3 radələrində Aynur gəlib ona yatmağını, yorğun olduğunu heyvan otarmaqdan gəldiyini demişdir. Aynur həmin vaxt Elvinin qoluna girib yuxarı evə çıxartmışdır. O, aşağıdakı evdə Almaz ilə oturmuşdur. Biraz söhbət etmiş, Almaz arabir çölə çıxıb gəlmiş, Elvinin hələ yatmadığını demişdir. Sonra bir dəfə də Aynur gəlib siqaret və kibrit aparmışdır. Almazgil ona qalmağı təklif etsələr də evə getdiyini, öz həyətində yardımçı tikilidə olacağını, Elvin yenə durub səs-küy salarsa onu çağırmalarını demişdir. Çıxıb evlərinə gəlmişdir. Səhəri gün tezdən heyvan otarmağa getmiş, axşam hava qaralandan sonra evə qayıtmışdır. xx.xx.2022-ci ildə səhər təxminən saat 10 radələrində Almaz nəvələri ilə onların evinə gəlmişdir. Həmin vaxt qardaşı Bəziryan səhər heyvanları otarmağa getmişdir. Almaz nəvələri ilə birlikdə gəlmiş və ona gedib Bəziryana evə gəlməsini bildirməsini demişdir. Mübarizə dediklərini, onun da gəldiyini bildirmişdir. Almazdan nə baş verdiyini soruşsa da Almaz ona başqa nəsə deməmiş, sadecə qardaşı Bəziryanı yanına göndərməsini demişdir. Qardaşı Bəziryan telefon istifadə etmədiyinə görə o, örüş sahəsinə gedib qardaşı Bəziryanı evə göndərmişdir. Özü isə heyvanların yanında qalmışdır. Qardaşı Bəziryan gedəndən yarım saat sonra o, arvadı Fatma ilə əlaqə saxlayıb nə olmasını soruşanda Fatma ona məlumatı olmadığını demişdir. Təxminən 15-20 dəqiqə sonra arvadı Fatma zəng edib Elvinin ölməsi barədə məlumat vermiş və ona təcili evə gəlməyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, Şahid1 doğma əmisi qızıdır, Təqsirləndirilən şəxs isə Şahid1 qızıdır. Elvin ilə Aynurun münasibətlərinin yaxşı olmadığını, Elvinin içki içdiyini, içki içdikdən sonra Aynuru döyməsini və söyməsini eşitmişdir. Lakin onun yanında belə bir hal baş verməmişdir. 2 yanvar 2022-ci il tarixdə axşam saat 22 radələrində Qazax şəhəri Məkan adlı kafenin yaxınlığından keçərkən Aynurun əri Elvinə məxsus yaşıl rəngli Vaz 2106 markalı avtomobili görmüşdür. Bu zaman həmin avtomobilə yaxınlaşmışdır. Avtomobilə yaxınlaşdıqda Aynurun maşının içərisində sürücü yerində oturduğunu görmüşdür. Aynurdan orada nə etdiyini, Elvinin harada olduğunu soruşmuşdur. Aynur ona Elvinin Məkan adlı kafeyə gəlib onunla birlikdə araq alması üçün Aynuru məcbur etdiyini bildirmişdir. Buna görə də Aynur Elvinlə birlikdə Məkan adlı kafeyə gəlmişdir. Elvin içkili olduğu üçün Aynuru avtomobili idarə etməyə məcbur etmişdir. Aynur da Elvinlə birlikdə avtomobili idarə edib Məkan adlı kafeyə gəlmişdir. Elvin Aynura çöldə gözləməsini dediyi üçün Aynur çöldə maşının içərisində gözləmişdir. Aynurun gecə vaxtı maşında tək oturduğunu görüb Elvinə qəzəblənmişdir. Aynura gedib içəri Elvini gətirəcəyini demişdir. Həm də Aynur maşını yolun ortasında saxladığı üçün o, Aynura digər oturacağa keçməsini demişdir. Bundan sonra maşının sürücü oturacağına özü əyləşmişdir. Maşını 3-4 metr irəliyə sürüb yolun ortasından çıxartmış və kənarda saxlamışdır. Bundan sonra o, Qazax şəhərində yerləşən “Məkan” adlı kafeyə daxil olmuşdur. Orada kabinetlərdən birindən Elvinin səsinin gəldiyini eşidib həmin kabinetə tərəf getmişdir. Qapını açanda Elvinin içəridə oturduğunu, qarşısında araq və pivə içdiyini görmüşdür. Bundan sonra o da həmin kabinetə daxil olmuş, Elvinin əlindən qalan arağını almış və Elvini danlamışdır. Elvinə “Utanmırsan? Sən burada oturub içirsən, arvadın isə tək gecə vaxtı çöldə maşında oturub” demişdir. Bundan sonra Elvin ona restorandan kabab sifariş verdiyini, kabab hazır olduqdan sonra götürüb Aynurla birlikdə evə qayıdacağını demişdir. Bundan bir neçə dəqiqə sonra Elvinə yanında sifarişinin hazır olduğunu demişlər. O, sifarişi götürmüşdür. Bundan sonra Elvinə durmağını və getməyini demişdir. Elvin o belə dedikdən sonra heç nə demədən durmuş və Elvinin avtomobilinin olduğu yerə Aynurun yanına getmişlər. Aynurla Elvin arasında həmin vaxt mübahisə olduğunu görmüşdür. Lakin bir-birlərinə nə dediklərini tam olaraq eşitməmişdir. Elvin özünə məxsus Vaz2106 markalı avtomobili özü idarə edəcəyini bildirmişdir. O isə Elvinə içkili vəziyyətdə olduğunu, buna görə də avtomobili onun idarə etməyini, onları evə onun aparmağını demişdir. Elvin bununla razılaşmamışdır. Elvin maşının mühərrikini işə salmaq istədikdə mühərrik işə düşməmişdir. Bundan sonra orada yaxınlıqda olan taksilərdən birinə onları Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən Aynurgilə məxsus yaşayış evinə aparmasını demişdir. Bundan sonra Elvin içkili vəziyyətdə olduğu üçün Elvin yıxılmasın deyə o, Elvinin qoluna girmiş və Aynurla birlikdə taksiyə tərəf getmişlər. Taksi ilə razılaşdıqdan sonra o, Elvin və Aynur birlikdə taksi ilə Aynurgilin yaşadığı evə getmişlər. Elvinin maşını isə Qazax şəhərində Məkan adlı kafenin yanında qalmışdır. Onlar taksi ilə Aynurgilin yaşadığı evə çatdıqda çöldəki darvaza açıq vəziyyətdə olmuşdur. Onlar darvazaya tərəf getdikdə Almaz qapıya tərəf gəlmişdir. Bu zaman Aynurla Elvin onunla sağollaşıb içəri keçmişlər. Almaz onu içəri dəvət etmiş və çay içib sonra getməyini demişdir. Lakin o, işi olduğunu, başqa vaxt gələcəyini deyib içəri keçməmiş və çıxıb yaşadığı məhləyə gəlmişdir. Bundan iki gün sonra yəni 4 yanvar 2022-ci il tarixdə günorta 13 radələrində o, məhlədə olan vaxt camaat danışarkən Ağstafa rayonu Dağkəsəmən kəndində balta ilə adam öldürüldüyünü bilmişdir. Bundan sonra Elvinin balta ilə Aynur tərəfindən öldürüldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirdi ki, Aynurgilin yaşadığı evlə onların evin arasında 10-15 metr məsafə olmuşdur. Aynurla Elvinin arasında davadalaş tez-tez olmuşdur. Aynurun əri mərhum Elvin Abdullayev spirtli içki qəbul etməyə meyilli olmuşdur. Belə ki o, tez-tez Elvinin qışqırıq səslərini eşitmişdir. O Elvinin səs-küyünü eşidib bir neçə dəfə Almazdan və Almazın əri Bəziryandan soruşmuşdur. Almaz və Bəziryan ona Elvinin içki içdiyini, evdə dava saldığını və buna görə qışqırdığını demişdir. Aynuru görəndə qollarında yumruq izləri və s olmuşdur. Aynurdan soruşanda deməyə çəkinmişdir, Almazdan soruşanda ona Elvinin Aynuru döyməsini demişdir. Elvinin Aynuru vurmasını və ya döyməsini bilavasitə özü görməmişdir. Əvvəllər də daimi içki içsə də Elvinlə Aynurun münasibəti sonuncunun içki içməsi və Aynuru yersiz qısqanmalarına görə son 3 ildə daha da pisləşmişdir. Elvin son dövrlər spirtli içkilərə həddən artıq aludə olmasına görə evdə tez tez qanqaraçılıq, yersiz münaqişlər yaratmışdır. Həmin münaqişələr vaxtı da həm Aynurun, həm də ailə üzvlərinin ünvanına nalayiq məzmunlu ifadələr işlətmişdir. Elvin Aynura mobil telefondan istifadə etməyinə, heç həyətə çıxmağa da icazə verməmişdir. O ,Aynuru həyətdə demək olar ki, çox az-az təsadüfi hallarda görmüşdür . Məhkəmə iclasında şahid qismində dindirilmiş X22, Şahid11, X24 Şahid9 ifadəsinə oxşar məzmunlu ifadələr verərək, onun ifadələrində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etdilər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 4 yanvar 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən fərdi yaşayış evidir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekpertiza və X9 4 yanvar 2022-ci il tarixli 1 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekpertiza və X9 4 yanvar 2022-ci il tarixli 2 №-li rəyindən görünür ki, Şahid8 meyiti üzərində sol təpə gicgah və ənsə nahiyəsinin 2 ədəd çapılmış yarası, beynin əzilmiş-dağılmış yarası, sol boyun nahiyyəsinin 1 ədəd çapılmış yaraları çapıcı alətin, ekspertizaya təqdim edilmiş baltanın təsirindən törənmişdir və sol təpə gicgah ənsə nahiyyəsinin çapılmış yaraları dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol boyun nahiyəsinin çapılmış yarası isə yüngül dərəcəli bədən zədələrinə aiddirlər. X7 ölümü beyin maddəsinin zədələnməsi nəticəsində baş verən mərkəzi tipli ağciyər ürək çatışmazlığı olmuşdur. Birliyin kimyəvi şöbəsinin vermiş olduğu 59/K saylı aktdan görünür ki, X1 yüngül dərəcəli sərxoş olmuş, lakin narkotik vasitə qəbul etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2022-ci il tarixli 3/119; 3/139; 3/140 №-li ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd baltanın üzərində aşkar edilmiş papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdim edilmiş baltanın səthindəki papilyar naxış izləri müqayisəli tədqiqat üçün yararsız olduğundan Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərinin tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş 1 ədəd balta kustar üsulla hazırlanmış, bir tərəfi kəsici çapıcı digər tərəfi əzici xassəyə malik olan məişət təsərrüfat təyinatlı baltadır, soyuq silah hesab edilmir, üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş Şahid8a və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində hər hansı bir zədə aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekpertiza və X21 Publik Hüquqi şəxsin 9 aprel 2022-ci il tarixli 154/2022-MTBŞ №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-O/İ/, X7 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu –A/İİ/, ekspertizaya təqdim olunmuş 1 ədəd balta, Təqsirləndirilən şəxs məxsus şalvar, Şahid8 məxsus alt mayka, qısaqol mayka, sağ və sol əl barmaq dırnaq kəsikləri üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “A” və “H” antigenləri, bəzi ləkələrdə həmçinin “beta” aqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən X8 məxsus ola bilər./əgər onun qanında müşayiətçi H antigeni varsa/. Hadisə zamanıp Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda ləkələrdə onun da qarışmış qanının olması inkar olunmur. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus jilet, sağ və sol əl barmaq dırnaq kəsikləri üzərində qan, vodolazkası, Şahid8 məxsus gödəkçə, şalvar, sviter, papaq və trusik üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 12 mart 2022-ci il tarixli 651 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri müşahidə olunmur. Ünsiyyətçillik, emosionallıq, həssaslıq, çılğınlıq kimi xaraketrik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional vəziyyətində gərginlik, hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 20 may 2022-ci il tarixli 1297 saylı əlavə ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda müalicə aldığı xəstəxanada özünə yetirmiş olduğu xəsarətin mahiyyətini tam olaraq dərk edir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyatda olduğu şöbənin sanitar qovşağında sol qolunun said nahiyyəsini bir dəfəlik üz qırxanın kəsici hissəsi ilə özünə xəsarət yetirməsi Təqsirləndirilən şəxs psixi sferasında həmin dövrdə meydana gəlmiş situasiya ilə əlaqədar qısamüddətli affektiv reaksiya kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs psixi sferasında psixi pozuntu əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs göstərilən əməli törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu keçirməsi müəyyən edilmir. Buna görə də Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qızının məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 24 may 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, cinayətin aləti olan 1 ədəd qulp hissəsi izolentlə bağlanmış balta, zərərçəkmiş X8 məxsus tünd göy rəngli tursik, qara rəngli qısaqol köynək, boz rəngli mayka, mərhumun əl dırnaq kəsintiləri, Təqsirləndirilən şəxs məxsus qısaqol zəncirbəndli boz rəngli qırmızı xətləri olan gödəkçə,uzunqol tünd qırmızı boğazlı kofta, qara rəngli parça şalvar, əl dırnaq kəsintiləri və əl barmaq izləri olan daktilokarta cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün rayon prokurorluğuna verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikasının Ağstafa rayonu İcra Hakimiyyəti Başçısının Dağ Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 may 2022-ci il tarixili 630/g, 631/g saylı arayışlarından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası Şahid2, anası Şahid1, bacısı Şahid3, qızları X19 (xx.xx.2011) və X15 (xx.xx.2015) ilə birlikdə Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yaşamış və yaşayış yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 26 aprel 2022-ci il tarixli 17/341311 nömrəli Tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs klinik, laborator, rentgenoloji müayinələrdən keçirilmiş və onda son klinik diaqnoz “Hər iki ağciyərlərin infiltrativ vərəmi, dağılma mərhələsində, VM (+) pozitiv” təsdiqlənmiş, xəstə 20 yanvar 2022-ci il tarixdə yeni xəstəlik halı kimi 1-ci sıra vərəməleyhi dərmanlarla müalicəyə cəlb edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax Rayon Psixiatriya Xəstəxanasının 2 fevral 2022-ci il tarixli 206 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Psixiatriya Xəstəxanasında psixoloji qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X33 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Ağstafa rayon X10 Hüquqi şəxsin 4 fevral 2022-ci il tarixli 84 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağstafa RMX PHŞ-in konsultativ poliklinika şöbəsinin narkoloji, ruhi-əsəb, dəri-zöhrəvi, vərəm kabinetlərində son beş ildə müraciəti olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 4 fevral 2022-ci il tarixli aktdan, notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X22, X20, Şahid9, X14 və X3 Elvin Mübariz oğlunun mütəmadi olaraq Təqsirləndirilən şəxs döydüyünü, söydüyünü, təhqir etdiyini, hətda bir neçə dəfə Elvinin içkili vəziyyətdə əlində bıçaqla Aynurun arxasınca qaçdığının şahidi olduqlarını bildirmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş 22 fevral 2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 4 yanvar 2022-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Ağstafa rayon Məhkəməsinin 5 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 4 yanvar 2022-ci il tarixdə tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Ağstafa RPŞ-dan daxil olmuş 4 yanvar 2022-ci il tarixli, protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:48 radələrində Təqsirləndirilən şəxs Ağstafa Rayon Polis Şöbəsinin növbətçi hissəsinə gələrək xx.xx.2022-ci il tarixdə saat 6 radələrində atasının yaşadığı Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən evində Elvin Abdullayevi balta ilə vurub öldürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Elvin Abdullayevi yaşadığı evin yataq otağında sərxoş vəziyyətdə olarkən aralarında olan uzun müddət davam edən münaqişədən bezərək qisas almaq məqsədi ilə sonuncunu öldürmək qərarına gəlib Elvin Abdullayevin sərxoş vəziyyətdə ayağa qalxmaq istəyərkən müvazinətini itirib yıxıldığından, digər otaqdan baltanı götürüb yataq otağına qayıtmış, həmin vaxt əlini yerə dirəyib qalxmağa çalışsa da sərxoş olduğu üçün müvazinətini saxlaya bilməyib döşəyin üstünə yıxılan Elvin Abdullayevin boyun və baş nahiyyələrinə balta ilə ardıcıl olaraq 3 dəfə vurmuşdur. Odur ki, Təqsirləndirilən şəxs əməli aşkar surətdə köməksiz vəziyyətdə olan Elvin Abdullayevi qəsdən həyatdan məhrum etmə kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi zamanı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 13-cü bəndinin izahını nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının Qərarının 13-cü bəndinin izahından görünür ki, CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəiyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülür. Həmin Plenum qərarında qeyd edilən hüquqi mövqeyə əsasən köməksiz vəziyyətdə olmaya səbəb olan hallar obyektiv və subyektiv hallara bölünür. Subyektiv hallara görə köməksiz vəziyyətdə olan şəxslərə, fiziki və psixi qüsurları olan, ümumiyyətlə baş verən hadisələrin mahiyyətini dərk edə bilməyən, bu səbəbdəndə özlərini müdafiə etmək imkanına malik olmayan və ya qoca, xəstə, azyaşlı uşaqları və sair... şəxsləri aid etmək olar. Obyektiv hallara görə köməksiz vəziyyətdə olan şəxslərə isə kənar qüvvələrin və ya amillərin nəticəsində yenə də özlərini onlara edilmiş qəsdlərdən müdafiə etmək və ya müqavimət göstərmək imkanından məhrum olmuş şəxslər ( huşsuz, yatmış, alkoqol və ya narkotik sərxoşluğu və ya hərəkətləri başqa cür məhdudlaşdırılmış şəxslər) aiddirlər. Hazırki cinayət işinin həm ibtidai istintaqı zamanı, həm də məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallarından göründüyü kimi zərərçəkmiş şəxsin alkoqol sərxoşluğu nəticəsində özünü təqsirləndirilən şəxsin qəsdindən müdafiə imkanından məhrum olması onun obyektiv hallara görə aşkar surətdə köməksiz vəziyyətdə olmasına dəlalət edir. Belə ki, məhkəmə istintaqı zamanı cinayət işi üzrə həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin hüquqi varisinin, həm şahidlərin ifadələrindən göründüyü kimi zərərçəkmiş şəxs Elvin Abdullayev xx.xx.2022-ci il tarixdə evə gələrkən sərxoş vəziyyətdə olmuş, həmin vaxtdan hadisə baş verən müddətədək olan zaman kəsiyində bir neçə dəfə yenidən spirtli içki qəbul etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanmış suala cavab olaraq Elvin Abdullayevin əlini yerə dirəyib qalxmağa çalışsa da sərxoş olduğundan müvazinətini saxlaya bilməyib sağ yanı üstə döşəyin üzərinə yıxılmasını, bunda sonra onun boyun və baş nahiyyələrinə balta ilə ardıcıl olaraq 3 dəfə vurmasını göstərmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 120.2.9-cu maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işinin materillarında olan könüllü təslim olma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq polis şöbəsinə gəlmiş və törətdiyi cinayəti etiraf etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, CM-nin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boyununa almasını, CM-in 59.2-ci maddəsinə əsasən qadın olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Konstitsuya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi, həmçinin hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsi bu cəza növü təyin edildiyi gündən müddətsiz olduğundan və bununla da cəza müddətinin dörddə üçünün hesablanmasının imkansız olması səbəbindən mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 57.2-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə təyin edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.2-ci maddəsinin tələbinə əsasən yəni bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda bu məcəllənin 60.1-ci maddə müəyyən edilmiş qayda tədbiq edilmir. Məhkəmə qanunun yuxarıda qeyd edilən hüquqi mövqeyindən çıxış edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sansksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulmasına baxmayaraq həmin cəzanın qadınlara tətbiq edilməsini qanunun qadağan etməsi və Təqsirləndirilən şəxs münasibətdə təqsirli bilindiyi maddənin sansksiyasında 14 ildən 20 ilədək dəqiq cəza müddətinin nəzərdə tutulması onun könüllü olaraq polis şöbəsinə gəlməsi və törətdiyi cinayəti etiraf etməsinin məhkəmə tərəfindən “könüllü gəlib təqsirini boynuna alma” kimi qəbul edilməsinə əsas verir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsinin sanksiyanın yuxarı həddi 20 ildir Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə görə ona bu maddə ilə 20 ilin dörddə üç hissəsindən artıq azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 120.2.9-cu maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayət hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 4 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. İş üzrə Ağstafa rayon prokurorluğunda saxlanılan maddi sübutlar –1 ədəd qulp hissəsi izolentlə bağlanmış balta, zərərçəkmiş X8 məxsus tünd göy rəngli tursik, qara rəngli qısaqol köynək, boz rəngli mayka, mərhumun əl dırnaq kəsintiləri, Təqsirləndirilən şəxs məxsus qısaqol zəncirbəndli boz rəngli qırmızı xətləri olan gödəkçə,uzunqol tünd qırmızı boğazlı kofta, qara rəngli parça şalvar, əl dırnaq kəsintiləri və əl barmaq izləri olan daktilokarta məhv edilməlidir. İş üzrə məhkəmə məsrəflərinə aid olan 200 (iki yüz) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.9-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 4 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutlar - Ağstafa rayon prokurorluğunda saxlanılan 1 ədəd qulp hissəsi izolentlə bağlanmış balta, zərərçəkmiş X8 məxsus tünd göy rəngli tursik, qara rəngli qısaqol köynək, boz rəngli mayka, mərhumun əl dırnaq kəsintiləri, Təqsirləndirilən şəxs məxsus qısaqol zəncirbəndli boz rəngli qırmızı xətləri olan gödəkçə, uzunqol tünd qırmızı boğazlı kofta, qara rəngli parça şalvar, əl dırnaq kəsintiləri və əl barmaq izləri olan daktilokarta məhv edilsin. İş üzrə məhkəmə məsrəflərinə aid olan 200 (iki yüz) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-326/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-326/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver