Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-326/2024 18.04.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi: X5 və X7, Dövlət ittihamçısıları: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8 və Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci ildə Qazax rayonu Kirovkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, evli, Ağstafa rayonu Həsənsu kəndində qeydiyyatda olmaqla, ünvan 1-da yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilməklə, ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 5 ədəd kağız bükümlərində ayrı-ayrılıqda hər birinin çəkisi 0,384, 0,322, 0,541, 0,223 və 0,603 qram, ümumi təmiz çəkisi 2,073 qram olan narkotik vasitə olan heroin əldə edərək qanunsuz olaraq üstündə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 10:40-da Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsində piyada hərəkətdə olan vaxt saxlanılaraq Ağstafa rayon polis şöbəsinə gətirilmiş, 5 bükümdə olmaqla 2,073 qram çəkidə narkotik vasitə olan heroin Ağstafa rayon polis şöbəsinin inzibati binasında həmin gün saat 11:53-dən 12:18-dək müddətdə keçirilən şəxsi axtarış zamanı əynində olan köynəyin sol sinə cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ailəsi ilə birlikdə Ağstafa rayonu Həsənsu kəndində qeydiyyatda olsa da ünvan 1 ünvanında yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləməsə də mollalıq edib yas mərasimlərini gedir və ailəsini oradan əldə etdiyi gəlirlə dolandırır. Bir gün əvvəl Araz adlı polis əməkdaşı ona zəng edərək yaslarının olduğunu bildirmiş və aralarında yasla bağlı söhbət olmuş, onu çağıracağını demiş, lakin sonradan ondan bir xəbər çıxamamışdır. 13 sentyabr 2023-cü il təxminən saat 10 radələrində yaşadığı evdən çıxıb yas mərasiminə gedərkən Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə yol kənarında yanında saxlayan avtomobildən mülki geyimli şəxlsərə çıxıb ona özlərini polis əməkdaşı kimi təqdim etmiş və polis şöbəsinə getməli olduqlarını demişlər. Maşını Azad adlı polis əməkdaşı idarə etmiş o isə arxa sərnişin yerində ortada sağ və solunda polis əməkdaşları əyləşmişlər. Araz adlı polis də yanındakı polis əməkdaşlarından biri olmuş yolda gedərkən əlini onun şalvarının yan cibinə salmışdır. Buna etiraz etdikdə Araz əlləri ilə onun başından tutub aşağı əymiş, həmin vaxt və şəkər xəstəliyi ilə əlaqədar halı pisləşmişdir. Polis şöbəsinə gətirildikdən sonra isə onu təhqiqat bölməsində olan otaqda 1 neçə saat əlləri qandallı saxlamış sonradan isə spirtli içkilərdən daimi sui istifadə edən və vəkil adına ləkə olan Mehdi adlı şəxsin iştirakı ilə üzərində axtarış aparmışlar. Əynindəki köynəyin cibində olan siqret qutusundan nisbətən iri büküm içində bir neçə ədəd xırda bükülülər aşkar edilmiş və həmin bükümlərin nə olamsını bilməmiş bunu aparılan video çəkiliş zamanı da bildirmişdir. Həmin bükümləri qablaşdırıb götürmüş və ondan izahat almışlar. İzahatında da bükümlərin ona məxsus olmadığını bildirmiş etiraz əlaməti olaraq təhqqiqatda olan heç bir sənədə imza etməmişdir. Sonrakı müddətdə isə onu istintaq şöbəsində Kazım adlı polis əməkdaşı dindirmiş, ona sənədlərə imza etməyi, əks təqdirdə isə ailəsinin yanından həmin bükümlərin çıxması ilə hədələmişdir. Ona qarşı edilmiş qanunsuzluqlar barədə heç bir orqana müraciət etməsə də aşkar edilmiş narkotik vasitələrə aidiyyəti yoxdur, bəraət verilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Ağstafa RPŞ-də narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs rayon ərazisində mollalıq edən şəxs kimi tanımış onunla arasında ədavət yaxud düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və daşıması barədə ona xx.xx.2023-cü ildə səhər saatlarında əməliyyat məlumatı daxil olmuş , dərhal bu barədə şöbə rəsinə məlumat vermiş, sonuncunun göstərişi ilə CAB-ın rəisi olmuş Şahid1 X15nin rəisi olan Şahid2la M.Ə.Rəsulzadə küçəsinə gedib Təqsirləndirilən şəxs saxlayıb polis şöbəsinə gətirmişlər. Ona qarşı hansısa fiziki və psixi zorakılıq qeyri etik davranış, hədə qorxu gəlmə halı olmamışdır. Keçirilmiş şəxsi axtarış zamanı cibindən içisində narkotik vasitə heroin olan bükümlər aşkar edilib götürülmüşdür. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, əməliyyat məlumatının daxil olması ilə keçirilmiş tədbir arasında qısa müddət olduğundan əməliyyat-qeydiyyat işi açılmamış, şöbə rəhbərliyinin şifahi göstərişi ilə digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs saxlayıb polis şöbəsinə gətirildikən sonra təhvil verib bu barədə raport yazmışdır. Təqsirləndirilən şəxs kimlərə narkotik vasitə satması yaxud satmaq istəməsi ilə müəyyən edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, hadisə baş verən dövrdə Ağstafa RPŞ-də CAB-ın rəisi vəzfəsində işləmiş sonradan isə xidmət yeri Samur RPŞ-yə dəyişdirilmiş və təxris olmuşdur. Təqsirləndirilən şəxs hadisəyə qədər Ağstafa şəhər sakini və molla kimi tanımış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü ildə Ağstyafa RPŞ-də xidmətdə olan vaxt narkomaniaya qarı mübarizə qrupunun rəhbəri olan X17 Namazovun üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat şöbə rəhbərliyinə məruzə olunandan sonra onun əməlinin ifşa olunaraq cinayət başında maddi sübutla birlikdə saxlanılması üçün özü, X15nin rəisi, polis mayoru Şahid2 ilə birlikdə Raqif Namzovun olduğu bildirən M.Ə.Rəsulzadə küçəsinə getmişlər. Ona polis əməkdaşları olduğunu bildirib polis şöbəsinə getməli olduqlarını demiş, Təqsirləndirilən şəxs da etiraz etmədən gəldikləri xidməti avtomobilə minib onlarla birlikdə Ağstafa RPŞ-yə gəlmişdir. Polis şöbəsində təhqiqatçıya təhvil veridlikdən sonra vəkil çağırılmış və keçirilmiş şəxsi axtarışda iştirak etmişlər. Keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki köynəyin döş cibindən siqaret kağızına bükülü narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüş, elektron tərəzidə çəkilmiş, möhürlənib imzalanmışdır. Məhkəməd verilmiş suallara cavab olaraq göstərdi ki, xx.xx.2023-cü ildə videoçəkilişlə şəxsi axtarış zamanı Raqif üzərinə narkotik vasitənin guya özü tərəfindən maşında şöbəyə gətirilərkən üzərinə qoyulduğunu bildirmiş, bununla bağlı aralarında istintaq zamanı üzləşdirmə də keçirilmişdir. Aralarında hər hansı ədavət olmasa da Raqifin bu məzmunda ifadə verməsini onun saxlanılmasında iştirak etməsi, gətirilərkən yanında əyləşməsi və polisə gətirilməsində onun əlinin olduğunu güman etdiyi üçün əvəz çıxmaq məqsədi daşıdığını ehtimal edir. Raqif Namzovun narkotk vasitə satdığı şəxslər isə istintaq müddətində aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da Şahid1la eyni məzmunlu ifadə verərək göstərdi ki, əməliyyat məlumatı Şahid4 məxsus olmuş, o əməliyyat tədbirində sadəcə iştirak etmiş və avtonəqliyyat vasitəsini idarə etmişdir. Onun xidməti ərazisi X2 şəhər sakinləri və Ağstafa rayonun digər inzibati ərazi vahidlərində yaşayan şəxslər barəsində olan əməliyyat tədbirlərində ancaq polis şöbə rəhbərliyinin göstərişi və təlimatı əsasında iştirak edir. Təqsirləndirilən şəxs qarşı saxlanılarkən yolda və polis şöbəsində olduğu müddətdə hansısa zorakılıq qeyri-etik davranış göstərilməmiş, keçirilmiş şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Video çəkiliş zamanı narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu iddia etdiyi üçün sonradan onunla Təqsirləndirilən şəxs arasında da üzləşdirmə keçirilmiş o da həmin halın olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə qoyulmasını isə cəzadan azad olmaq üçün söylədiyini ehtimal edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Ağstafa RPŞ-də ekspert kriminalist vəzifəsində işləyir, işi baş vermiş cinayət hadisələri zamanı izlərin aşkar edilib götürülməsi, istintaq hərərkətlərini video və fotoçəkilişin aparılması və şöbə rəhbərliyinin göstərişi ilə digər işlərin görülməsidir. xx.xx.2023-cü ildə gündəlik xidməti fəaliyyətdə olarkən ona bir nəfər şəxsin narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün Ağstafa polis şöbəsinin gətirildiyi və videoçəkilişlə üzərinə baxış keçiriləcəyi bildirilmiş, xidməti istifadəsində olan videokamrea ilə təhqiqatçı tərəfindən aparılmış istintaq hərərkətini qeydə almışdır. Aprılmış videoçəkiliş dayanadırılmamış, fasilə verilməmiş ardıcıl şəkildə bütün baş verən hadisələri qeydə almış və təhqiqatçıya təqdim etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Ağstafa RPŞ NMQ-nun baş əməliyyat müvəkkili Şahid4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Ağstafa rayonu, Həsənsu kəndində qeydiyyatda olmaqla, ağstafa şəhəri, MşƏşRəsuzladə küçəsi ev 92, mənzil 6-da kirayədə yaşayan X10 qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamqda şübhəli olduğu üçün həmin gün saat 10:40-da Ağstafa şəhəri, M.Ə.Rəsuzladə küçəsində saxlanılaraq 10:45-də Ağstafa RPŞyə gətirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokol, həmin tarixli tərtib edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanlı əynində olan köynəyin sol sinə cibində bir ədəd sellofan büklü içərsindən 5 ədəd qızılı rəngli siqaret kağızına bükülü formada içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzə ketlələr götürülüb qablaşdırılmış, şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin bükülülərin ona məxsu olmadığını, üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmiş, buna görə tərtib edilmiş səndlərə imza etməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli 16/912 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs..” yazılar və imzalar olan kağız paketdəki 5 (beş) ədəd qızılı rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,384 qram, 0,322 qram, 0,541 qram, 0,223 qram və 0,603 qram, ümumi təmiz çəkisi 2,073 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 09 dekabr 2023-cü il tarixli 2032 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Nakomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. İş materiallarda olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli 173-4176/2023 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəsi satış məqsədi ilə əldə etdiyi müəyyən edilsə də onun narkotik vasitəni haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “informasiya daşıyıcısı olan diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, mobil operator tərəfindən təqdim edilmiş CD diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Ağstafa RİHB-nin Həsənsu Kənd inzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü i tarixli arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı Aidə Məhərrəmova, azyaşlı övladları Zeynəb Namazlı, Zəhra Namazlı, anası X6 və qardaşı və qardaşı ailəsi ilə birlikdə həmin kənddə qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Ağstafa RİH Mənzil Kommunal Təsərrüfat Bilriyi tərərfindən verilmiş, xx.xx.2023-cü il tarixli, 541 saylı arayışdan görünür ki, qonşuların tərtib etdiyi akta əsasən X3 şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 92 mənzil 6-da yaşamışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN Tibbi Sosial Ekspert Komissyası tərəfindən veilmiş elektron arayışdan görünür ki, təqsirləndirilən şəxsin anası onunla birlikdə yaşayan xx.xx.1950-ci il təvəllüdlü X6 İ dərəcəli kənar şəxlərin köməyinə ehtiyacı olan müddətsiz əlil-sağlamıq imkanları məhdud olan şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 1,823 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınaraq Ağstafa RPŞ anbarına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdar narkotik vasitənin mənbəyi ilə bağlı 23025064№li cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 11:20-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış, təqsirləndirilən şəxsin qismində cəlb etmə haqqında və Ağstafa rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(123)- 41/2023 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CM-nin 234.4.3-c maddəsi ilə ittiham elan edilmiş, barəsində məhkəmənin həmin tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Şahid1la və xx.xx.2023-cü il tarixli Şahid2la Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı polis əməkdaşları narkotik vasitənin heroinin təqsirləndirilən şəxsin üzərindən aşkar edildiyini, narkotik vasitənin onun üzərinə qoyulması ilə bağlı göstərdiklərinin həqiqətə uyğun olmadığını göstərmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayəthüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törədilmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş materiallarında olan Ağstafa RPŞ NMQ-nun baş əməliyyat müvəkkili Əli Məsmovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotk vasitə əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olması göstərilmişdir. İş üzrə həm ibtidai istintaq həm də məhkəmə baxışında dindirilmiş cinayət işi üzrə şahid olan Ağstafa RPŞ-nin polis əməkdaşları da Təqsirləndirilən şəxs kimə narkotik vasitə satması yaxud satamq istəməsi barədə məlumat əldə edə bilmədiklərini, həmin halları təsdiq edəcək sübutlar olmadığını göstərmişlər. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab məktubunda da Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olması qeyd edilsə də, satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Beləliklə əməliyyat tapşırığına cavab məktubunda ziddiyyətli məlumatlar əks olunmuş, bir tərəfdən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib daşıması göstərilsə də, digər tərəfdən satdığı yaxud satmaq istədiyi şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, narotik vasitəni hansı mənbədən əldə etməsinin müəyyən edilə bilmədiyi göstərilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, ibtidai araşdırma orqanının araşdırma zamanı gəldiyi qənaətə əsasən aşkar edilmiş narkotik vasitə olan heroinin külli miqdarda( küllimiqdar hesab edilən çəki ekspert rəyinə əsasən cüzi miqdar keçmişdir!!!) və bir neçə bükümdə olması ( hər bükümün çəkisi 1 yaxud 2 dəfəlik istifadə miqdarında olmuşdur) ittiham aktında göstərilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini satış məqsədi ilə əldə edib saxlaması və üzərində daşımasını təsdiq edən təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlaması və daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə) hallara dair sübut əldə edə bilməmiş, satışla bağlı hissədə onun təqsirini sübuta yetirə bilməmişdir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, aşakr edilən bükümlərin ümumi bir büküm yəni sellofan büküm içərisində olmasına isitintaq orqanı ümumiyyətlə diqqət yetirməmişdir ki, bu da təqsirləndirilən şəxsin həmin narkotik vasitəni saxlanılmamışdan əvvəl kimdənsə həmin şəkildə əldə etməsini inkar etmir və yaranan bütün şübhələr cinayət prosessual qanunvericiliyin tələbinə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Qeyd edilənlər Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini şəxsi istehlak məqsədilə qanunsuz əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edən hallardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübut və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması və hər hansı digər hallarla təsdiq olunmayan şəxs barəsində olan əməliyyat məlumatını əsas götürülmüşdür. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyildir və ümumiyyətlə əməliyyat məlumatının daxil olması barədə iş materiallarında ayrıca raport mövcud deyildir və bununla bağlı məhkəmə yekunda qanunn tələblərinə riayət edilməsi ilə bağlı həm təhqiqat orqanı - Ağstafa RPŞ rəhbərliyi, həm də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağstafa rayon prokuroruna məlumat veriləcəyini nəzərə alır. İş üzrə dindirilmiş şahidlər olan polis əməkdaşları əvvəllər də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə bağlı əməliyyat məlumatı olmasını göstərsələr də məhkəmə baxışı zamanı müəyyən edlmişdir ki, bununla bağlı Ağstafa RPŞ-də heç bir əməliyyat qeydiyyat işi açılmamışdır. İş üzrə dindirilmiş Şahid4 da əməliyyat məlumatı daxil olduqdan dərhal sonra Ağstafa RPŞ polis şöbəsi rəhbərliyinin göstərişi əsasında Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirildiyini bildirmişdir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işi materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə halda yalnız cinayət işinə əlavə edilən məktub və raportlara istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Beləliklə istintaq nəticəsində narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroininin çəkisinin şəxsi istehlak miqdarından artıq və bir neçə bükümdə olması əsas götürülərək Təqsirləndirilən şəxs satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini və təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.... - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan heroinin qanunsuz olması yuxarıda göstərilən sübutlarla yanaşı, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saxlanılıb polis şöbəsinə gətirilərkən yolda üzərinə polis əməkdaşları tərəfindən qanunsuz olaraq heroin qoyulmasına münasibətdə qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığı və cinayət işinin məhkəmə baxışı zamanı toplanılmış digər sübutlarla təsdiq edilmədiyindən həmin hissədə Təqsirləndirilən şəxs ifadəsini sübut növü kimi qəbul etmir, təqsirləndirilən şəxsin cinayət məsuliyyəti və cəzadan yayınmaq cəhdi kimi qiymətləndirir və özünümüdafiə xarakteri daşıdığı, işin faktiki halları ilə təkzib edildiyi həqiqətə uyğun olmayan ifadə kimi həmin hissədə sübut kimi qəbul etmir. Belə ki, iş materiallarına əlavə edilmiş videoçəkilişdən görünür ki, xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı xəsarət, yaxud xəsarət izi, qeyri-adi psixoemosional halda olmasını təsdiq edən hər hansı hal mövcud deyildir. Qanunvericinin verdiyi hüquqi imkandan istifadə edərək aşkar edilmiş heroinin ona məxsus olmadığını bildirmişdir ki, bununla da bağlı həm videoçəkiliş həm də verdiyi izahatda eləcə də şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdə həmin hallar qeyd etdiyi kimi təhqqiqatçı və müstəntiq tərəfindən qeydə alınmışdır. Təqsirləndirilən şəxs öz təqsirziliyinə sübut olaraq ilkin tərtib edilmiş sənədlərə imza etmədiyini, sonradan müstəntiq tərəfindən psixoloji təzyiq edilərək ailəsinin yanından həmin narkotik vasitənin çıxacağını bildirdiyinə görə sənədlərə imza etməsinə münasibətdə isə məhkəmə nəzərə çatdırır ki, imza etməmək (eləcə də ifadə verməmək, suallara cavab verməmək) təqsirləndirilən şəxsin cinayət prosessual qanunvericiliyə əsasən hüquqlarından biridir və bu həm onun tərtib edilmiş sənədlərin məzmunu (qeydlərin verilməsi, istintaq hərərkətindəki qərar və hərəkətlərin tam qeyd edilməsi özünün yaxud digər iştirakçıların verdiyi izahatlar), həm də digər hallarla (elan edilmiş təqsirləndirildiyi maddə ilə (tövsiflə) razı olmaması), həm də hazırki iş üzrə iddia etdiyi ibtidai araşdırma aparan şəxslərin( polis əməkdaşlarının) hərəkət və davranışları (qanunsuz ilə bağlı olan bilər. Tərtib edilmiş sənədlərdə imtina etməsi barədə qeyd aparılsa da bunun səbəbi bildirilmədiyindən, həmçinin Təqsirləndirilən şəxs yaxud ailə üzvləri bu barədə ibtidai istintaq dövründə Ağstafa RPŞ MSY, yaxud İstintaq Təcridxanasında saxlanılarkən hər hansı səlahiyyətli orqana müraciət etmədiyindən onun tərtib edilmiş prosessual sənədlərə imza etməkdən imtina etməsinin səbəbləri barədə qəti qərara gəlmək mümkün deyil və hazırki iş üzrə onun elan edilmiş ittihamla razı olmaması mülahizəsi daha ağlabatan və inandırıcıdır. Lakin məhkəmə qeyd edir ki, hazırki iş üzrə şəxsin təqsirliliyi ilə bağlı məsələyə təsir etməsə də şübhəli (təqsirləndirilən şəxsin) prosessual sənədlər imza etməkdən imtian etməsi barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməsi və sonuncunun ona göndərilmiş qərara əsasən öz təşəbbüsü ilə imtinanın səbəblərini araşdırması qanunverciliyə əsasən həmin prosessual şəxslərin borcudur və həmin halları təsdiq edən sənədlər iş materiallarına əlavə edilmədiyindən bu yekunda nəzərə alınacaqdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs dəqiq məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdar narkotik vasitə olan heroin əldə edərək qanunsuz olaraq üstündə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 10:40-da Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsində piyada hərəkətdə olan vaxt saxlanılaraq Ağstafa rayon polis şöbəsinə gətirilmiş, Ağstafa rayon polis şöbəsinin inzibati binasında həmin gün saat 11:53-dən 12:18-dək üzərinə keçirilmiş şəxsi axtarış zamanı 1 ədəd şəffaf sellofan büküm içərisində olan 5 ədəd kağız bükümə ayrı-ayrılıqda çəkiləri 0,384, 0,322, 0,541, 0,223 və 0,603 qram olmaqla, ümumi təmiz çəkisi 2,073 qram olan narkotik vasitə olan heroin əynində olan köynəyin sol sinə cibindən aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və onun əməllərində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olması, özünün şəkər xəstəliyindən əziyyət çəkməsi və himayəsində İ qrup sağlamlıq imkanları məhdud kənar şəxslərin köməyinə ehtiyacı olan anasının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri....şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə.... saxlama.... daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə tərkbi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı, əməlin xarakteri və ictimai təhlükəliliyi, təqsirləndirilən şəxsin özünün şəxsiyyəti və ailə vəziyyəti ona maddənin sanksiyasında nəzərədə tutulmuş ən aşağı hədd cəza təyinini mümkün edən hallardır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsini sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə və şəxsin həmin cəzanı real olaraq çəkməklə islah olunacağı qənaətinə gəlmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi, hazırki məhkəmə baxışı zamanı davaranışı nəzərə alınamqla ona təyin edilmiş cəzanın qanunvericilikdə müəyyən edilmiş müddəti çəkildikdən sonra şərti olaraq cəzadan azad edilməsini, həmçinin barəsində amnistiya tətbiq edilməsi və əfv edilməsini istisna etmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. İş üzrə maddi sübut olan və Ağstafa RPŞ-də saxlanılan 1,823 qram narkotik vasitə olan heroin məhv edilməli, şəxsi axtarış istintaq hərəkətin qeydə alındığı 1 ədəd DVD disk və teelfon məlumatlarının olduğu 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 30,40 (otuz manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin, cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq Ağstafa rayon polis şöbəsində saxlanılan 1,823 qram narkotik vasitə olan heroin məhv edilsin, şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğunu 1 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatların olduğu 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-326/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-326/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver