Məhkəmə qərarları › İş №1(100)-326/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-326/2025

18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-326/2025 18.09.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri X5 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Fərhad oğlunun və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 2006-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, Bərdə şəhəri, Ş.Mürvət küçəsi, ev 35-də qeydiyyatda olmaqla, Bərdə rayonu, Cəyirli kəndində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25 iyul 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı Bərdə rayonu, Cəyirli kəndində qonşusu Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə gəlib Zərərçəkmiş şəxs onunla əvvəllər aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisəyə görə onun atası Şahid3 ilə mübahisə etməsini görüb, Zərərçəkmiş şəxs iradını bildirən zaman sonuncunun onun ünvanına nalayiq ifadə işlətməsindən əsəbiləşərək özü ilə gətirdiyi istintaqla müəyyən edilməsi mümkün olmayan kəsici-deşici xassəyə malik bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinin sol hissəsinə qəsdən bir zərbə endirərək Zərərçəkmiş şəxs sağlamlığına, qarının ön divarının qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası, nazik bağırsağın və müsariqəsinin, enən çənbər bağırsağın müsariqəsinin və peritonun kəsilmiş-deşilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə törənmə anında insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Cəyirli kəndində yaşayır. Zərərçəkmiş şəxs Rəfail oğlunu həmkəndli kimi tanıyır və Zaurla aralarında əvvəllər heç bir düşmənçilik və ədavət olmamışdır. 25 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxslə aralarında mübahisə yaranmış və mübahisə zamanı Zərərçəkmiş şəxs atası Şahid1 həyətdən çıxaraq onunla mübahisə etməyə başlamışdır. Daha sonra o, evə getmiş və evdə atası Şahid3 aralarında yaşanan mübahisəni bildikdən sonra Zaurun yaşadığı evə üzrxahlıq etməyə gedən zaman, Zaur və onun qardaşı Şahid2 Rəfail oğlu atasının üzərinə gələrək mübahisə etməyə başlamışlar. Onların evləri ilə Zaurun yaşadığı evin arasında təxminən 200 metr məsafə olmuşdur. O, Zərərçəkmiş şəxs və onun qardaşının atası ilə mübahisə etdiklərini gördükdən sonra evdən üzərində götürdüyü bıçaqla Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. Təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, onun əslən Tərtər rayonundan olan Elsevər adlı dostu onlara qonaq gəlmiş və Elsevər ilə piyada evə tərəf gedərkən, qarşıda dayanan Zaur və onun əslən Gəncə şəhərindən olan iki nəfər dostu təhqiredici ifadə işlətmişlər. O, Zərərçəkmiş şəxs kimi təhqir etdiklərini soruşduqda, onlar sakitcə dayanmış və bundan sonra Zaur ilə aralarında soyuq münasibət yaranmışdır. Həmin hadisədən təxminən 20 gün sonra dalaşmışlar və hadisə baş verən gün aralarında yaranan mübahisəni bitirsələr də, atası üzrxahlıq etmək üçün Zaurun yaşadığı evə getdiyi vaxt atası ilə mübahisə etmişlər. Zaur və qardaşının atasına zərbə endirdiklərini görüb, həmin yerə yaxınlaşmış, onlar onun üzərimə gəlmişlər və o da Zauru bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs bir dəfə qarın nahiyyəsindən bıçaqla vurmuşdur. Zauru bıçaqla vurduqdan sonra onlar öz evlərinə getmiş, o isə atası ilə birlikdə öz evlərinə qayıtmışdır. Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra qan gəldiyini görməmiş və hadisədən sonra polis əməkdaşları da gəlmişlər. Hadisədən sonra əlindən bıçağı götürdüklərinə görə, sonradan bıçağı tapa bilməmişlər. Həmçinin hava qaranlıq olduğu üçün bıçağı onun əlindən kimin aldığımı görməmişdir. Onun bıçaqla kimisə vurmaq fikri olmamış, sadəcə mübahisə etdikləri şəxslərin çox olduqlarını və onlara fiziki gücünün çatmayacağını gördükdən sonra bıçağı çıxartmışdır. Zauru bıçaqla vurduqdan sonra bıçaqdan yenidən istifadə etmək niyyəti olmamış və hadisədən təxminən 20 dəqiqə sonra polislər gəlib onu evdən götürmüşlər. Polis əməkdaşlarının Zərərçəkmiş şəxs xəstəxanaya apardıqdan sonra məlumatı olmuşdur. Zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişlər Məhkəmə iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Cəyirli kəndində ailəsi ilə birlikdə yaşayır. O, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. Rüfətlə arasında heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Təxminən 1 ay bundan əvvəl Gəncə şəhərindən olan tanışları Fuad və Ayxan onlara qonaq gəlmişdir. O, dəqiq tarixini bilmədiyi vaxtda axşam saatlarında dostları ilə birlikdə evə gedərkən Rüfət və adının sonradan Elsevər olduğunu öyrəndiyi şəxs yanlarından keçmişdir. Bu zaman Ayxan telefonda kiməsə zarafatla söydü. Bu zaman Rüfət Ayxandan ona söyüb-söymədiyini soruşmuşdur. O isə Rüfətə Ayxanın telefonla danışdığını söyləmişdir. Sonra isə yolunda davam etmişdir. Həmin gün gecə Rüfət onlara gəlmişdir. xx.xx.2024-cü il tarixində saat 19 radələrində həyətin qarşısında dayanarkən Rüfətin atası Eldar yanına gəlmişdir. Eldar ondan Rüfət ilə arasında nə problem olduğunu soruşmuşdur. O isə heç bir problem olmadığını söyləmişdir. Daha sonra isə Eldar çıxıb getmişdir. Təxminən 1 saat sonra Rüfət onlara gəlmişdir. Rüfət ondan atası Eldara nə dediyini soruşmuşdur. O isə heç bir pis söz demədiyini bildirmişdir. Bu zaman Rüfət onu qəfildən itələmişdir. Bundan sonra əlbayaxa olmuşdur. Kim olduğunu xatırlamadığı şəxslər onları həyətdən içəri salmışdır. Bu zaman səs-küyə atası Rafail və qardaşı Firuz gəlmişdir. Firuz onu oradan uzaqlaşdırmışdır. Təxminən 1 saat sonra saat 21 radələrində onlar evə qayıtdıqda Eldar və yoldaşı Aynurənin atası Rafail ilə mübahisə etdiyini görmüşdür. Bu zaman Rüfət evləri tərəfindən qaçaraq üzərinə gəlmişdir. O, Rüfətlə birlikdə həyətə girmişdir. Onlar həyətdə əlbəyaxa olmuşdurlar. Bu zaman Rüfətin onu bıçaqla vurduğunu hiss etmişdir. Rüfət onu bıçaqla vurduqdan sonra aralıq sakitləşmişdir. Qardaşı Firuz onu avtomobilə qoyaraq Bərdə RMXna aparmışdır. Orada ona ilkin tibbi yardım göstərilmişdir. O, mübahisə zamanı Rüfətin əlində bıçaq və ya hər hansı kəsici-deşici alət görməmişdir. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə axşam saat 9-10 radələrində Bərdə rayonu, Cəyirli kəndində yaşadıqları evin qarşısında baş verib. Təqsirləndirilən şəxs atası ilə onun arasında mübahisə başlayıb və mübahisə əsnasında qardaşı Zərərçəkmiş şəxs qışqıraraq Təqsirləndirilən şəxs bıçaqla ona zərbə endirdiyini bildirmişdir. Bundan sonra qardaşını xəstəxanaya aparmış və xəstəxanada qardaşı əməliyyat olunmuşdur. Əlavə olaraq Şahid2 verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxsla qardaşının arasında əvvəllər səbəbini bilmədiyi mübahisələr olmuş, hətta Təqsirləndirilən şəxs bir neçə dəfə onlar evdə olmayan vaxt qardaşı Zauru axtarmış və ona “nəyə görə gəlmişdin bizim qapıya, niyə gec gəlmisən” bu kimi ifadələr işlətmişdir. Onlar mübahisə edən vaxt Zərərçəkmiş şəxs, həmçinin səs-küy olduğu üçün başqa şəxslərdə olmuşdur. Təqsirləndirilən şəxs görməmiş və mübahisə olan vaxtı nalayiq ifadələr işlədilməmişdir. Həmin hadisədən əvvəl Rüfətlə qardaşı Zaurun mübahisələri düşmüş və mübahisə nəticəsində onlar dava etmişlər. Qardaşı Zərərçəkmiş şəxs bıçaqla vurulduğu üçün onu avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Onlar barışmışlar və heç bir şikayət və tələbləri yoxdur. Eyni zamanda ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt ilk öncə Zərərçəkmiş şəxs atası, daha sonra Zaur və qardaşı Rüfəti döymüşlər. Onun baş verən hadisələrdən məlumatı olmamış, arvadı ona zəng etdikdən sonra Rüfətlə Zərərçəkmiş şəxs aralarında mübahisə olmasından xəbəri olmuşdur. O, Rüfətlə Zaurun dalaşdığını öyrəndikdən sonra üzrxahlıq etmək üçün onların evlərinə getdikdə, Zaurun atası evdə olmuş və oğlanları oğlu Rüfəti döyməyə başlamışlar. Hadisənin necə olduğunu və Rüfətin Zauru bıçaqla necə vurduğu barədə məlumatı olmamışdır. Daha sonra Rüfətdən soruşan vaxt Rüfət, Zərərçəkmiş şəxs bıçaqla vurduğunu demişdir. Baş vermiş hadisədən sonra polislər gəlmiş və Rüfətlə yanaşı polis əməkdaşları onu da bir gün müddətində şöbədə saxlamışlar. Əlavə olaraq Şahid3 verilən suallara cavab olaraq göstərmişdir ki, Rüfət Zərərçəkmiş şəxs bıçaqla vurduğunu bildirmiş və onu Bərdə RPŞ-də saxlamışlar. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs tanıyır. Rüfət onun həmkəndlisidir. Rüfətlə arasında əvvəllər heç bir düşmənçilik və ədavət olmamışdır. Təxminən 1 ay bundan əvvəl Rüfət ilə onun kiçik övladı Zərərçəkmiş şəxs ilə sözlü mübahisələri olmuşdur. Həmin söhbət sülhlə yoluna qoyulmuşdur. 25 iyul 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı evdə olarkən evin yaxınlığında, yol tərəfədən səs-küy eşitmişdir. Həyətdən çölə çıxdıqda Rüfət ilə Zaurun əlbəyaxa olduqlarını görmüşdür. Dərhal onlara tərəf qaçmışdır. Zauru qolundan tutub özünə tərəf çəkmişdir. Hər ikisinə ərkyana iki şillə vurmuşdur. Zauru içəri keçirmişdir. Rüfət isə həyətin qarşısında qaz turbasının üzərində oturmuşdur. Rüfətə yaxınlaşıb onlardan nə istədiyini soruşmuşdur. Rüfət isə gözləmədiyi anda onu yumruqla sifət nahiyəsindən vurmuş və oradan cəld qaçıb getmişdir. Sonra o, evə gəlmişdir. Zaur onun üzünün qanlı olduğunu görmüşdür. Rüfətdən heyf alacağını demişdir. Bu zaman böyük oğlu Feruz gəlmişdir. O, Feruzdan Zauru kənddən uzaqlaşdırmasını istəmişdir. Feruz Zauru özünə məxsus “Vaz 21011” markalı avtomobilə qoyub oradan uzaqlaşdırmışdır. Həmin gün saat 21 radələrində o, Feruza zəng edib aranın sakitləşdirdiyini deyərək onları evə çağırmışdır. Bir neçə dəqiqə sonra həyətin darvazası döyülmüşdür. O, qapıya çıxmışdır. Həyətdən çöldə Rüfətin atası Eldarın və anası Aynurənin dayandığını görmüşdür. Aynurə ondan üzrxahlıq etmişdir. Eldar isə onunla sözlü mübahisə etməyə başlamışdır. Bu anda onun övladları, yəni Feruz və Zaur darvazanın qarşısına çatmışdırlar. Uşaqlar avtomobildən düşdükdə Rüfət qaçaraq Zaurun üstünə gəlmişdir. Onlar əlbəyaxa olmuşdurlar. Həyətin darvasından içəri keçmişdirlər. O da onları aralaşdırmaq üçün içəri keçdikdə Zaur qışqırmışdır. Zaur Rüfətin onu vurduğunu bildirmişdir. Bundan sonra Rüfət qaçıb getmişdir. O, Zauru işığa tərəf gətirmişdir, Zaura işıqda baxdıqda qarın nahiyəsindən qan axdığını görmüşdür. Feruzdan Zauru cəld həkimə aparmasını istəmişdir. Özünün halı üstündə olmadığı üçün onlarla gedə bilməmişdir. Feruz Zauru öz avtomobilinə qoyub Bərdə şəhərinə aparmışdır. Feruzala mobil telefonda danışmışdır. Feruz ona qardaşına əvvəlcə Bərdə RMX-da, daha sonra isə Bərdə rayon Müalicə və Diaqnostika Mərkəzində ilkin tibbi yardım göstərildiyini demişdir. Həmçinin Şahid1 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Rüfət ilə onun arasında olan hadisə 25 iyul 2024-cü il tarixdə saaat 19 radələrində evinin həyətinin qarşısında baş vermişdir. O, əvvəlcə Rüfət və Zaura ərkyana iki şillə vurmuşdur. Rüfət isə bundan bir neçə dəqiqə sonra onu yumruqla sifət nahiyəsindən vurmuşdur. Həmin vaxt orada başqa heç kim olmamışdır. Həmin hadisə 5-10 dəqiqə davam etmişdir. İkinci hadisə isə həmin gün sat 21 radələrində həyətində baş vermişdir. Rüfət Zauru bıçaqla vuraraq xəsarət yetirmişdir. O, əvvəlcə Rüfətin konkret olaraq əlində bıçaq olduğunu görməmişdir. Çünki ora qaranlıq olmuşdur. Lakin sonradan bunu öyrənmişdir. Həmin vaxt orada adlarını çəkdiyi şəxslər və qonşulardan səsə gələn şəxslər olsa da, onların kim olduqlarını bilməmişdir. Həmin hadisə 5-10 dəqiqə davam etmişdir. Rüfət bəzi şeyləri yalan danışmışdır. Nə o, nə də onun övladları Zaur və Feruz Rüfətin atası Eldarı döyməmişdir. Eldar ilə ancaq sözlü mübahisə etmişdir. O, Rüfətin əlindən kimin bıçaq aldığını görməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 iyul 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 iyul 2024-cü il tarixli, 4(021)-100/2024 saylı Bərdə Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 iyul 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 avqust 2024-cü il tarixli, 4(021)-115/2024 saylı Bərdə Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 iyul 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış Bərdə rayonu, Cəyirli kəndində, açıq havada, təbii işıqlandırma şəraitində Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, vətəndaş Şahid1, hal şahidləri-X4 və X3 iştirakları ilə kəndin mərkəzində Şahid1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində keçirilmişdir. Həyətyanı sahədə mişardaşı ilə hörülmüş hasar və yaşıl rəngli darvaza mövcuddur. Həyətə daxil olduqda birmərtəbəli yaşayış evi görünür. Evin həyətyanı sahəsində isə müxtəlif ağaclar və yaşıllıqlar mövcuddur. Baxış zamanı Şahid1, övladı Zərərçəkmiş şəxs ilə qonşusu Təqsirləndirilən şəxs arasında mübahisə yaranan yeri göstərmişdir. Şahid1 münaqişənin ilkin olaraq darvazanın qarşısında başladığını, daha sonra isə həyətdə davam etdiyini bildirmiş, hadisə yerində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs başqa Şahid2 və Şahid3 da olduğunu qeyd etmişdir. Hadisə sutkanın qaranlq vaxtı baş verdiyindən Şahid1 Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu görməmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə müstəntiq Kamran Vəliyev tərəfindən protokol tərtib olunmuş, hadisə yerinin fotoşəkili çəkilmiş, fotoşəkillər həmin protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 iyul 2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa əvvəl verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra onunla birlikdə Bərdə rayonu, Cəyirli kəndinə gedilmişdir. Orada o, tanışı Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi yeri, hadisəni törətdiyi yeri və hadisənin baş vermə mexanizmi ifadəsinə uyğun formada olmuşdur. İstintaq zamanı verdiyi ifadəsi ilə heç bir ziddiyyət aşkar edilməmişdir. O, ifadəsi yerində yoxlanılarkən istintaqa verdiyi ifadəsini bir daha hadisə yerində göstərməklə təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, MTE və PA Birliyi PHŞ-nin Bərdə rayon şöbəsindən alınmış 27 iyul 2024-cü il tarixli, 582 nömrəli rəydən görünür ki, Şahid3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-alın, burun nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, MTE və PA Birliyi PHŞ-nin Bərdə rayon şöbəsindən alınmış 30 iyul 2024-cü il tarixli, 584 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, MTE və PA Birliyi PHŞ-nin Bərdə rayon şöbəsindən alınmış 06 sentyabr 2024-cü il tarixli, 608 saylı nömrəli rəy və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlərqarının ön divarının qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası, nazik bağırsağın və müsariqəsinin, enən çənbər bağırsağın müsariqəsinin və peritonun kəsilmiş-deşilmiş yarası, deşici-kəsici alət, ola bilsin bıçaq təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümümilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, MTE və PA Birliyinin 28 oktyabr 2024-cü il tarixli, 510-MTKŞ/2024 nömrəli rəydən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədə küpü kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (ola bilsin bıçağın) təsirindən törənmişdir. Aşkar edilmiş zədədnin xətti ölçüsünə görə demək olar ki, iz törədən alətin eni daxil olma səviyyəsində 2,0 sm-ə yaxındır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əməliyyat tapşırığına cavab məktubundan görünür ki, hadisə Təqsirləndirilən şəxs aralarında yaranan mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi nəticəsində baş vermişdir. Həmin bıçağın yerini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə RİHB-nin Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Cəyirli kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 08 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Bərdə Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 02 fevral 2024-cü il tarixli 18-1-28/2-1512/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX” PHŞ-nin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 avqust 2024-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş və notoriat qaydasında təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanı tamamilə ödənmiş və o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 oktyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Bərdə rayon Polis Şöbəsinə məsul saxlanca verilmiş hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olan 01 (bir) ədəd qara rəngli qolu qısa kişi köynəyi maddi sübut əhəmiyyəti daşıdığından cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması, haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən, onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 591.12-ci maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində bu Məcəllənin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə çəzasının yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olmasını, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların toplusunu, törətdiyi əməlin ictimai təhlükəliliyini və xarakterini, eləcə də onun törətdiyi ictimai təhlükəli əməli yetkinlik yaşına çatdıqdan az bir müddət sonra törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı qarşılamasını və münasibətlərinin normallaşmasını, onun daha artıq müddətə azadlıqdan məhrum edilməsinin onun sonrakı həyatına mənfi təsiri olacağını, özünün də törətdiyi əməldən dərin peşmançılıq hissi keçirməsini, şəxsiyyətini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını müstəsna hal kimi qiymətləndirərək vurğulayır ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə, həmin Məcəllənin 62ci maddəsini tətbiq etməklə Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Bundan əlavə, Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasları zamanı özünü davranışları, səmimi peşmançılığını nümayiş etdirən hərəkətləri, intizamlılığı ilə törətdiyi cinayət əməlindən hazırkı dövrə qədər olan müddət ərzində islah olunmaq üçün can atmasına məhkəmə kollegiyasında inam yaranmış və buna görə də qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinə, CM-in 62-ci maddəsini tətbiq etmək ədalət və hümaniz prinsiplərinin tələbləri baxımından da məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. CM-nin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qətimkan tədbiri qaydasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı və xx.xx.2024-cü il tarixdən hazırki hökmün çıxarıldığı tarixədək ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, Bərdə rayon Polis Şöbəsinə məsul saxlanca verilmiş hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olan 01(bir) ədəd qara rəngli qolu qısa kişi köynəyi cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Bərdə rayon Polis Şöbəsinə məsul saxlanca verilmiş hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olan 01 (bir) ədəd qara rəngli qolu qısa kişi köynəyi qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə Regional Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 35 (otuz beş) iş saatı (22 iş saatı xx.xx.2025-ci il tarixədək, 13 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına müdafiəçi üçün 275 (iki yüz yetmiş beş) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs qətimkan tədbiri qaydasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı və xx.xx.2024-cü il tarixdən hazırki hökmün çıxarıldığı tarixədək ev dustaqlığında olduğu müddət, təyin edilmiş cəzanı tam əhatə etdiyinə görə, ona təyin edilmiş cəza çəkilmiş hesab olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş Zərərçəkmiş şəxs Rəfail oğluna məxsus bir ədəd qara rəngli qolu qısa kişi köynəyi sahibinə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 35 (otuz beş) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional vəkil Bürosunun hesabına 275 (iki yüz yetmiş beş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar