Məhkəmə qərarları › İş №1(100)-327/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-327/2021

10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-327/2021 10.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zabil oğlu və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1956-ci ildə Şəmkir rayonu Dəllər Cəyir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, təqaüdçü, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Bayramlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin may ayında yaşadığı Şəmkir rayonu Bayramlı kəndindəki evinin həyətyanı sahəsində istintaqa məlum olmayan mənbədən əldə etmiş olduğu narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumunu qanunsuz olaraq əkib onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş və daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 26 iyul 2021-ci il tarixdə saat 12:30-da Şəmkir rayon polis X13 bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyatyanı sahədən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı”ilə müəyyən edilmiş 60 (altmış) ədəd, külli miqdarda əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şəmkir rayonu Bayramlı kəndində özümə məxsus evdə tək yaşayır. 2021-ci ilin yazında həyətində cətənə bitkilərinin yabanı halda bitdiyini görmüş, lakin ona toxunmamışdır. Həyəti sulayanda həmin cətənə bitkiləri də sulanmışdır. 26 iyul 2021-ci il tarixdə, saat 12:30 radələrində Şəmkir rayonu Bayramlı kəndində yaşadığı evdə olan zaman polis əməkdaşlarının gəlməsini görmüşdür. Polis əməkdaşları ona narkotiklə əlaqədar yaşadığı evə baxış keçirəcəyini bildirmişlər və ondan evinin həyətinə baxış keçirilməsinə razı olub-olmadığımı soruşmuşlar. O, da polis əməkdaşları ilə razılaşmış və bu barədə ərizə verdikdən sonra videoçəkilişlə evinin həyətinə baxış keçirilməyə başlamışlar. Polis əməkdaşları ondan həyətində narkotik vasitə əkib-əkmədiyini soruşduqda o, həyətində cətənə kollarının bitdiyni bildirmiş və və həmin kolları təqdim etmişdir. Bundan sonra çətənə kollarına alim aqronomun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı çətənə kolları torpaqdan çıxarılıb sayılmış və boyları ölçülmüşdür, sayının isə 60 ədəd olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş çətənə kolları torbaya qoyularaq qablaşdırılmış və o, da qabşlaşdırmaya imza çəkmişdir. Bundan sonra polis əməkdaşları ondan yaşadığı evdə narkotik vasitə, psixotrop maddə, onların prekursorlarının, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığını soruşmuşlar. O, da yaşadığı evdə narkotik vasitə, psixotrop maddə, onların prekursorlarının, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilmiş, lakin yaşadığı evdən narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokola imza etmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmiş və orada onu Azərbaycan Respublikası CMnin 237.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutmuşlar və üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və o da digər iştirakçılarla birlikdə imzalamışdır. İstintaq zamanı polis əməkdaşlarından qorxduğu üçün cətənə kollarının özü əkdiyini bildirmişdir. Çətənə kollarını çıxarıb atmadığını və həyətlə bərabər onlarıda suladığına görə səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 26 iyul 2021-ci il tarixdə Şəmkir rayonu Bayramlı kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarını əkib-becərməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və daxil olmuş məlumatın yoxlanılması məqsədilə həmin tarixdə raportla rəisə məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin qərarın icrası ilə əlaqədar polis əməkdaşlarının iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar əməliyyat qrupunun üzvləri, mütəxəssis qismində dəvət olunmuş aqronom-alimlə birlikdə xidməti avtomaşınla Şəmkir rayonu, Bayramlı kəndinə, yəni Təqsirləndirilən şəxs yaşadığı evə yaxınlaşıb evin qapısını döymüşlər və bir nəfər qadın xeylağı qapını açmış, sonuncuya polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirmişlər. Həmin şəxs Şəmkir rayonu Bayramlı kəndində yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar da Təqsirləndirilən şəxsnın yaşadığı evə və həyətyanı sahəyə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq videoçəkilişlə baxış keçirəcəklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etmədən razılıq vermiş və bu barədə ərizə ilə Şəmkir rayon polis şöbəsinə müraciət etmişdir. Bundan sonra baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evində və evin həyətyanı sahəsində, yadımçı tikililərdə və yaşadığı evdə narkotik vasitənin, onun prosekurlarının və ya çətənə kollarının olub-olmamasını, əgər varsa həmin narkotik vasitəni və çətənə kollarını könüllü surətdə təqdim etməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkilişlə baxış keçirilməsinə razılıq vermiş və həyətyanı sahəsində çətənə kolları əkməyini demiş və bundan sonra onun evinin arxa tərəfində olan əkin sahəsinə baxış keçirilmişdir. Baxış zamanı əkin sahəsinin ərazisində müxtəlif yerlərdə narkotik tərkibli çətənə kollarının əkildiyi müəyyən edilmişdir. Bundan sonra çətənə kollarına alim aqronomun iştirakı ilə baxış keçirilmişdir. Aqranom bildirmişdi ki, həmin kolların naroktik tərkibili bitkilər olduğunu və onların diblərinə su verilməklə, dibləri yumşaldılmaqla, peyin verilməklə və ətrafları təmizlənməklə aqrotexniki qulluq olunduğunu, bu barədə rəyini təqdim edəcəyini bildirmişdir. Bundan sonra həmin kolların və həmin kollar basdırıldığı yerdən çıxarılmış və boyları ölçülmüşdür. Çətənə kolları ölçülən zaman boyları ölcülmüş və sayı 60 ədəd təşkil etdiyi müəyyən edilmişdir. Aşkar edilmiş çətənə kolları torbaya qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin qablaşdırmanı imza etmişlə, təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə, psixotrop maddə, onların prekursorlarının, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığını soruşulmuş, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə, psixotrop maddə, onların prekursorlarının, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmiş, bundan sonra yaşadığı evə baxış keçirilmiş, lakin yaşadığı evdən narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılara oxunub imzalanmışdır. Çəkilmiş videoçəkiliş baxış protokoluna əlavə olunmuşdur. Bundan başqa bildirmiş ki, Təqsirləndirilən şəxs hər hansı şəxs və ya şəxslərə narkotik vasitə satması faktları barədə ona məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid5 şahid X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 26.07.2021-ci il tarixli qərardan görünür ki, Şəmkir rayonu Bayramlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkib becərməsinin müəyyən edilməsi məqsədi ilə yaşadığı evə, həyatyanı torpaq sahəsinə baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. 26.07.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı Şəmkir rayonu Bayramlı kəndində yerləşən evinə və həyatyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəmkir Rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli 5(076)-106/2021 saylı qərarından görünür ki, Şəmkir rayonu Bayramlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə və həyatyanı torpaq sahəsinə baxış keçirilməsi barədə Şəmkir Rayon Polis X13 Bölməsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 tərəfindən qəbul edilmiş 26 iyul 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Şəmkir Rayon Polis X16 Bölməsinin 12.09.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həyatyanı sahəsində və eləcə də evində əkdiyi çətənə bitkilərinin yarpaqlarından toplayaraq qanunsuz olaraq saxlaması, eləcə də əvvələr qanunsuz olaraq narkotik vasitə satmaqla məşğul olması və həmin narkotik tərkibli çətənə bitkilərini əkməkdə ona köməklik edən şəxslərin olması müəyyən edilməmişdir. “Baxış keçirilməsi haqqında” 26.07.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Bayramlı kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsinə videoçəklişlə baxış keçirilmişdir. Baxış zamanı 60 (altmış) ədəd çətənə (kannabis) bitkisi maddi sübut kimi götürülmüşdür. 26.07.2021-ci il tarixli rəydən görünür ki, Şəmkir rayonu Bayramlı kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı torpaq sahəsindən aşkar edilmiş 60 ədəd ədəd müxtəlif ölçülərdə olan bitkilər aqrotexniki qaydada qulluq (kultivasiya) edilmiş narkotik tərkibli çətənə kanabis bitkiləridir. “Şəxsi axtarış aparılması haqqında” 26.07.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən narkotok vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcə də dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya aşkar edilmədi. Məhkəmə-bioloji ekspertizasının 26.07.2021-ci il tarixli 16/752 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ev sahibi Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə kolları” sözləri və imzalar olan kağız paketdəki, ümumi sayı 60 (altmış) ədəd, ümumi təmiz çəkisi 38.300 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 08.09.2021-ci il tarixli 1055 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxsmnın narkotik vasitələrdən istifadə etmir. Narkomanlıq xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” 26.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və müvvəqəti saxlama yerindən azad olunması barədə 28.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Şəmkir rayon X9 Saxlama Yerindən azad olunmuşdur. Şəmkir rayonu Bayramlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19.08.2021-ciil tarixli 306 saylı arayış və xaisyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Bayramlı kəndində yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İİ № 068622 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Yusif Fəzayıl oğlu 01.05.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi barədə” 14.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs evinin həyətindən aşkar olunaraq götürülmüş 60 (altmış) ədəd çətənə (kannabis) bitkisi iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməklə saxlanılması üçün Şəmkir rayon polis şöbəsinə məsul saxlanca verilmiş, cinayət işi üzrə baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkib becərmədiyini, həmin bitkilərin yabanı halda bitməsini bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, əri Yusif Həsənov xəstə olarkən müalicəsinə görə borcu yaranmış, əri rəhmətə getmiş, onun müalicəsinə görə yaranmış borcunu bağlamaq üçün 31 mart 2021-ci il tarixdə “Azərbaycan Beynalxalq Bank”-ının Şəmkir rayon filialından 3600 manat kredit götürmüşdür. O, da həmin krediti ödəməkdə çətinlik çəkmiş, əvvəllər narkotik vasitə qəbul etməmiş, nə də ki, əkməmişdir. Təxminən 2021-ci ilin may ayında sahədə olan zaman su kanalının kənarında çətənə bitkiləri aşkar etmiş və həmin çətənə bitkilərinin dəqiq sayını bilmədiyi miqdarda toxumlarını gələcəkdə əkib, sonra da satıb pul əldə edib borcunu bağlamaq üçün yaşadığı evə gətirmişdir. Bundan sonra, yəni 2021-ci ilin may ayında dəqiq tarixi bilmədiyi tarixdə həmin toxumları yaşadığı evin həyətində əkmiş və tərəvəz məhsullarına qulluq edən zaman onlara da xüsusi qulluq edib su vermiş ki, gələcəkdə yetişsin və satıb pul əldə etsin. Lakin o, əvvəllər heç vaxt narkotik tərkibli bitkiləri əkmədiyimdən yetişdirməli olduğu narkotik vasitələri kimə və necə satmağı bilməmişdir, polis əməkdaşlarına həyətyanı sahəsində çətənə kolları əkməsini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində əkdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X5 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İİİ siyahısnda Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin adı və miqdarı göstərilmişdir. Həmin qanunan əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər-çətənə növlü bitkilər- küllü miqdar 16 ədəd nəzərdə tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində əkdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin sayı küllü miqdar kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşını və təqaüdçü olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs yaşını və təqaüdçü olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını nəzə alaraq ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi və onu cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilməklə həmin cəzanın şərti tətbiq edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi ailəsinin ciddi məhrumiyyətlərə düçar edə bilər, bu əmələ görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ədalətli hesab edilə bilməz və məhkumun islah və yenidən tərbiyə olunmasına isə xidmət edə bilməz. Ona təyin edilən cəza yalnız şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsində göstərilmişdir ki, “... müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-nin 70.5-ci maddəsinə əsasən isə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs 26.07.2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.Şəmkir rayon X11 Bölməsinin 28.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs 26.07.2021-ci il tarixdən 28.07.2021-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nn 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı müddət daxildir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Şəmkir Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs evinin həyətindən aşkar olunaraq götürülmüş 60 (altmış) ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X5 üzrə Dövlət Komissiyasının Daimi X12 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də cinayət işi üzrə baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü bir ədəd DVD disk cinayət işinin istintaq materillarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26 iyul 2021-ci il tarixdən 28 iyul 2021-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut hesab olunan və Şəmkir Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs evinin həyətindən aşkar olunaraq götürülmüş 60 (altmış) ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X5 üzrə Dövlət Komissiyasının Daimi X12 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də cinayət işi üzrə baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü bir ədəd DVD disk cinayət işinin istintaq materillarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar