Məhkəmə qərarları › İş №1(100)-327/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-327/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-327/2022 21.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1978-ci ildə Tovuz rayonu, Abulbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum edilmiş, Tovuz rayonu, Hunanlar (keçmiş Girzan) kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3, 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayında istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı Hunanlar (Girzan) kəndində kəndarası yoldan tapdığı çətənə bitkisinin toxumunu yaşadığı Tovuz rayonu, Hunanlar kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı toraq sahəsinə əkmiş, həmin toxumdan bitmiş 41 (qırx bir) ədəd çətənə-kannabis bitkisinin kollarını suvarıb dibinin otunu təmizləməklə qulluq (kultivasiya) edərək yetişdirmiş, 22 may 2021-ci il tarixdə saat 17 radələrində Tovuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı Tovuz rayonu, Hunanlar kəndində yerləşən evinin həyətyanı torpaq sahəsində əkib becərdiyi müxtəlif ölçülərdə 38 ədəd, dibçəklərdə isə 3 ədəd qanunla qadağan olunmuş yaş halda, təmiz çəkisi 1000 qram olan əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə-kannabis bitkiləri, həmçinin həmin tədbirin davamı olaraq, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədilə əldə edib həmin yaşayış evinin damında saxladığı 155 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 17 sentyabr 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən təkrarən satış məqsədilə külli miqdarda əldə etdiyi çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuananı əldə edib, avtomobilində daşımış, 17 sentyabr 2021-ci il tarixdə saat 14 rədələrində Tovuz RPŞ-si PPXB-nin tağım komandiri polis leytenantı Şahid6, həmin bölüyün manqa komandiri polis baş serjantı Şahid8 və polis serjantı Şahid7 ilə birlikdə Tovuz rayonunun Hunanlar kəndində xidmətdə olarkən həmin kənddə Kür çayının körpüsünün yanında “VAZ-2108” markalı, **-DV-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs saxla işarəsi vermiş, lakin sürücü avtomobili saxlamayaraq öz hərəkətinə davam edərək, idarə etdiyi avtomobili Kür çayının körpüsünün giriş hissəsində qoyulmuş dəmir butkaya, yəni maneəyə vurmuş, onun özündən asılı olmayan səbəbdən avtomobil dayandığı üçün sürücü Təqsirləndirilən şəxs avtomobildən düşüb qaçmış, polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə keçirilmiş baxış zamanı oradan 2 ədəd polietilen torbaya yığılmış 19100 qram çəkidə bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3, 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin həmin maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Tovuz rayonu, Hunanlar kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada əməklə məşğul olur. Hərdən Kür çayında balıq tutub ayrı-ayrı şəxslərə satıb çörək pulu qazanır. O, narkotik vasitələrdən asılılıqdan əziyyət çəkdiyindən narkotik vasitə olan marixuanadan mütəmadi olaraq istifadə edir. 2021-ci ilin təxminən fevral ayında kəndlərində kəndarası yolda küçədə kibrit qutusu tapmışdır. O, həmin qutunun içərisinə baxdıqda qutunun içərisində 17 ədəd çətənə bitkisinin toxumlarının olduğunu görmüşdür. O, həmin toxumlardan 2 ədədini həmin ilin mart ayında günü konkret yadında olmayan vaxtda yaşadığı evin həyətyanı sahəsində torpağa əkmiş və suvarmağa başlamışdır. Həmin toxumdan iki ədəd çətənə bitkisi əmələ gəlmiş, həmin bitkini suvarmaqla və dibinin otunu təmizləməklə becərməyə başlamışdır. Həmin ilin aprel ayında dəqiq xatırlamadığı gündə həmin tapdığı çətənə bitkisinin toxumlarından 12 ədədini evində olan həyətyanı sahəyə əkmişdir. Həmin toxumlardan 3 ədədini isə dibçəklərə əkərək sahəyə qoymuş və əkdiyi həmin toxumları suvarmağa başlamışdır. Həmin 3 ədəd dibçəkdəki toxumdan 3 ədəd çətənə bitkisi, 12 ədəd toxumdan isə 7 ədəd çətənə bitkisi əmələ gəlmişdir. O, həmin bitkiləri suvarmaqla və dibində olan alaqları təmizləməklə becərməyə başlamışdır. 2021-ci ilin mart ayında yaşadığı evin həyətyanı sahəsində əkdiyi iki ədəd çətənə toxumundan əmələ gələn çətənə bitkisi yetişdiyi üçün həmin ilin aprel ayının axırları həmin iki ədəd bitkini kökündən çıxarıb həmin bitkinin yarpaqlarını yolub quruması üçün evinin damının üstünə sərmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində yaşadığı evdə olan zaman təxminən 8 nəfərdən ibarət polis əməkdaşları onun evinə gəlmişlər və evində narkotik vasitə olan marixuana saxladığı, həyətyanı sahəsində isə çətənə kolları əkməyi barədə onlarda məlumat olduğunu, evinə və həyətyanı sahəsinə baxmaq istəmələrini demişlər. O, ərizə verərək onlara evinə və həyətyanı sahəsinə baxış keçirməyə icazə vermişdir. Polis əməkdaşları oraya dəvət olunmuş aqronom mütəxəssisin, kənd icra nümayəndəsinin müavini və kənd bələdiyyəsinin sədrinin iştirakı ilə həyətyanı sahəyə və evinə baxış keçirməyə başlamışlar. Baxış zamanı evinin damında saxladığı narkotik vasitə olan qurudulmuş marixuana, iki ədəd elektron tərəzi, dibçəyə əkib həyətyanı sahədə saxladığı və qulluq etdiyi 3 ədəd çətənə kolları, həyətyanı sahədə əkdiyi və qulluq etdiyi 7 ədəd çətənə kolları aşkar olunaraq götürülmüşdür. Bundan başqa, polis əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən 31 ədəd çətənə kolları aşkar olunsa da, həmin 31 ədəd çətənə kolları yabanı halda bitmiş və onun tərəfindən əkilməmiş, qulluq edilməmişdir. Polis əməkdaşlarının onun həyətyanı sahəsində olan bağından yığdıqları onun əkdiyi 10 ədəd, əkmədiyi yabanı halda bitmiş 31 ədəd çətənə bitkisi kolları ağ rəngli kağız torbalara qablaşdırılmış, bundan başqa evinin damından aşkar olunan qurudulmuş marixuana kağız torbaya yığılmış və çəkilmiş, çəkisi 160 qram olmuşdur. Daha sonra protokol tərtib olunaraq, bütün iştirakçılar və onun tərəfindən həmin protokol imzalanmışdır. Onun yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərindən yalnız 10 ədədini özü əkib-becərmiş, qulluq etmişdir. Qalanları isə yabanı halda çıxmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında həmçinin göstərmişdir ki,16 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində əmisi oğlu Şahid1 zəng edərək, onlara gəlməyini xahiş etmişdir. Seymura demişdir ki, sabah onların evində suvaq ustası işləyəcək, həmin ustaya kömək etmək lazımdır. Əmisi oğlu Seymur 16 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində özünə məxsus “Vaz 2106” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobillə onlara gəlmişdir. Həmin gecəni Seymur onlarda qalmış, səhəri günü, yəni 17 sentyabr 2021-ci il tarixdə saat 08 radələrində Şahid1 yuxudan oyadaraq xahiş etmişdir ki, onunla birlikdə Kür çayının digər hissəsinə getsinlər. Seymur ondan nə məqsədlə getdiklərini soruşduqda o da Seymura demişdir ki, Kür çayından balıq tutmaq istəyir. Bundan sonra Şahid1 və o, sonuncunun idarə etdiyi qara rəngli “VAZ-2108” markalı, **-DV-*** dövlət nömrə nişanlı avtomobillə Kür çayının digər hissəsinə keçmişlər. O, görmüşdür ki, Şahid1 yuxuludur, ona görə də Seymura təklif etmişdir ki, maşında qalsın, özü isə gedib bir azdan geri qayıdacaq. O, Kür çayını keçəndən sonra avtomobilini kənarda saxlayıb çay aşağı rezin qayığını saxladığı yerə getmiş, Şahid1 isə avtomobildə qalmışdır. Düşərkən o, özü ilə iki ədəd polietilen kisələri də götürmüşdür ki, bəlkə qurduğu tora balıq düşüb, götürər. O, rezin qayığını bağladığı yerə çatanda görmüşdür ki, qayığı orada yoxdur, su axıdıb aparmış, tora isə balıq düşməmiş, boşdur. O, qayığını axtarmaq məqsədilə 1-2 kilometr məsafəni Kür çayının axarı ilə piyada getmiş, lakin qayığını tapa bilməmişdir. O, geri avtomobilə tərəf qayıdanda çayın kənarından iki ədəd torbada narkotik vasitə olan qurudulmamış marixuana tapmışdır. Gələcəkdə qəbul etmək üçün həmin narkotik vasitələri özü ilə gətirmişdir. Daha sonra avtomobili saxladığı yerə qayıdıb taqdığı iki ədəd torbada narkotik vasitə olan marixuananı avtomobilin yük yerinə qoymuşdur. O, avtomobilə minəndə görmüşdür ki, əmisi oğlu Şahid1 hələ də yatır. Onlar həmin ərazini tərk edib Tovuz rayonu, Hunanlar kəndinə gəlmişlər. Təxminən saat 14 radələrində Tovuz rayonu, Hunanlar kəndi ərazisində olan zaman polis avtomobilində polis əməkdaşları onları görüb, avtomobili saxlamağını tələb etmişlər. Lakin o, avtomobili saxlamamışdır. Çünki avtomobildə narkotik vasitə olmuşdur. Bunu Şahid1 bilmədiyi üçün Seymur demişdir ki, “saxla görək polislər nə istəyirlər”. Lakin o, avtomobili saxlamamış və polislərdən qaçmaq istəyərkən avtomobilini Kür çayının üzərindəki körpünün kənarında olan vaqonun kənarına vurmuşdur. Bunun nəticəsində avtomobilinin qabaq hissəsi əzilmiş və avtomobilin mühərriki sönmüşdür. O, görmüşdür ki, avtomobili işə düşməyəcək və polislər onu tutacaqlar. Ona görə də avtomobildən düşüb qaçmış, əmisi oğlu Şahid1 isə orada qalmış və onun qaçıb-qaçmamasından xəbəri olmamışdır. Sonradan ona məlum olmuşdur ki, əmisi oğlu Şahid1 da qaçmaq istəyəndə polis əməkdaşları onu tutmuşlar. Həmçinin onun iki ədəd polietilen torbada tapdığı narkotik vasitəni də avtomobildən götürüb sənədləşdirmişlər. Həmin vaxtdan bəri Ceyrançöl qışlaq sahəsində sahibsiz olan fermalarda qalmışdır. Sonradan başa düşmüşdür ki, gec-tez polis əməkdaşları onu tutacaqlar, ona görə də özü könüllü olaraq istintaqa gəlmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda göstərmişdir ki, 41 ədəd çətənə kolundan cəmi 10 ədədi onun tərəfindən əkilib-becərilməklə qulluq olunmuş, 31 ədədi isə yabanı halda bitmiş və həmin 31 ədəd çətənə kolu onun tərəfindən qulluq olunmamışdır. Onun yaşadığı evdən aşkar olunaraq götürülmüş 155 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana ona məxsusdur və özü qəbul etmək üçün saxlamışdır, həmin narkotik vasitədən heç kimə satmamışdır. Evindən aşkar edilmş iki ədəd elektron tərəzini isə özü həmin narkotik vasitədən istifadə edərkən özünə narkotik vasitədən lazım olan miqdarı müəyyən etmək üçün istifadə etmişdir. Onun yaşadığı evin həyətyanı sahəsində əkdiyi çətənə kollarından, həmçinin evinin damında narkotik vasitə olan qurudulmuş marixuananı saxlamağından nə ailə üzvlərinin, nə də digər hər hansı bir şəxsin xəbəri olmamışdır. Onun narkotik vasitəni satmaq məqsədi olmamışdır. O, yaşadığı evin həyətyanı sahəsindəki çətənə kollarını özü istifadə etmək üçün əkmiş, həmçinin evinin damından aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı istifadə etmək üçün saxlamış, tapdığı qurudulmamış marixuananı da istifadə etmək üçün daşımışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs zəng edərək onların evinə gəlməyini xahiş etmiş və ona demişdir ki, sabah onların evində suvaq ustası işləyəcək, həmin ustaya kömək etmək lazımdır. O da həmin gün, yəni xx.xx.2021-ci il tarixdə saat 22 radələrində öz “Vaz 2106” markalı, **-BD- *** dövlət nömrə nişanlı avtomobili ilə Tovuz rayonu, Hunanlar kəndində əmisi oğlu Təqsirləndirilən şəxs evinə getmişdir. Həmin gecəni Tovuz rayonu, Hunanlar kəndində əmisi oğlu Ceyhunun evində qalmışdır. Sabahı gün saat 08 radələrində Ceyhun onu oyadaraq xahiş etmişdir ki, onunla birlikdə Ceyrançölünə getsin. O, Ceyhundan Ceyrançölə nə üçün getdiyini soruşduqda Ceyhun da demişdir ki, Kür çayından balıq tutmaq istəyir. Ceyhun ilə birlikdə Ceyhunun “Vaz 2108” markalı, **-DV-*** dövlət nömrə nişanlı avtomobili ilə Ceyrançöl ərazisinə getmişlər. Onlar avtomobil ilə təxminən bir saatdan çox yol getmişlər və tanımadığı yerdə dayanmışlar. Sonra Ceyhun avtomobildən düşmüş və ona demişdir ki, onu avtomobildə gözləsin. O, avtomobildə oturmuşdur. Ceyhun piyada hara isə getmiş, o da avtomobilin içində Ceyhun gələnə qədər yatmışdır. Təxminən iki saatdan sonra Ceyhun əlində iki ədəd dolu kisə geri qayıtmışdır. Ceyhun iki ədəd kisəni “VAZ 2108” markalı, **-DV-*** dövlət nömrə nişanlı avtomobilin yük yerinə qoymuş, sonra oradan çıxıb Tovuz rayonu Hunanlar kəndinə tərəf gəlməyə başlamışlar. Təxminən saat 14 radələrində Tovuz rayonu, Hunanlar kəndinə çatan zaman polis avtomobilində olan polis əməkdaşları onları görüb saxla işarəsi vermişlər. Həmin vaxt Ceyhun avtomobili saxlamayıb hərəkətə davam etmişdir. Hunanlar kəndində Kür çayının körpüsündə polis avtomobili onları ötüb körpünün çıxışında avtomobili saxlayıb onları sıxışdırmışlar. Ceyhun avtomobili saxlamayıb polis avtomobilinin arxa buferini vurub avtomobili sürüb qaçmaq istəmiş, bu zaman avtomobil yol kənarında olan vaqona dəyib dayanmışdır. Onlar ikisi də avtomobildən düşüb qaçmışlar ki, polis onları tuta bilməsin. O, dərəyə düşüb qaçmağa başlamış, dərədə qaçan zaman kola ilişərək yıxılmış və sifətindən xəsarət almışdır. Həmin vaxt polis əməkdaşlarından biri ona çatıb onu tutmuşdur. Ceyhun isə qaçıb getmişdir. Polis əməkdaşları “Vaz 2108” markalı, **-DV-*** dövlət nömrə nişanlı avtomobilin yük yerinə baxan zaman orada iki kisə yaş çətənə olduğunu aşkar etmişlər. Bir qədər sonra oraya başqa polis əməkdaşları da gəlmişlər. Polis əməkdaşları onu nə üçün saxladıqlarını və hüquqlarını izah etmişlər. Sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkillərin siyahısı təqdim edilmiş və müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçinin, aqronomun və bir neçə polis əməkdaşının iştirakı ilə əmisi oğlu Təqsirləndirilən şəxs “Vaz 2108” markalı, **-DV-*** dövlət nömrə nişanlı avtomobilinə videogörüntü ilə baxış keçirilmişdir. Baxış zamanı “Vaz 2108” markalı, **-DV-*** dövlət nömrə nişanlı avtomobilin yük yerindən iki kisə yaşıl rəngli, kəskin iyli, yaş halda olan çətənə bitkisi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Avtomobilin yük yerindən aşkar olunaraq götürülmüş iki ədəd kisədə olan ilk baxışdan yaş çətənə bitkisinə bənzəyən marixuanadan onun xəbəri olmamış, həmin maddələri əmisi oğlu Təqsirləndirilən şəxs maşının yük yerinə qoymuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Tovuz Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz rayonu, Hunanlar kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsində narkotik tərkibli çətənə kolları əkib-becərməsi, evində isə narkotik vasitə olan marixuana saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat şöbə rəisinə məruzə olunaraq əməliyyat tədbirinin keçirilməsinə icazə alındıqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Tovuz Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkli Şahid3, PPXB-in polis nəfəri, polis serjantı Şahid5 Kazım oğlu da əməliyyat qrupuna daxil edilmişdir. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs evinə getmişlər və Təqsirləndirilən şəxs evində narkotik vasitə saxlamasında, bağ sahəsində isə narkotik tərkibli çətənə kolları əkib-becərməkdə şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs də bağ sahəsində narkotik tərkibli çətənə kollarının olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinə və bağ sahəsinə baxış keçirməkləri üçün təhqiqatçı və mütəxəssis dəvət etmişlər. O və əməliyyat qrupunun digər üzvləri, həmçinin Tovuz Rayon Polis Şöbəsinin TB-in təhqiqatçısı X5, Tovuz rayon Aqro-kimya laboratoriyasının direktoru, aqronom-mütəxəssis Şahid11, Tovuz rayon Hunanlar Bələdiyyəsinin sədri Şahid9 və Tovuz Rayon İcra Hakimiyyəti başçısının Hunanlar inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Şahid10 ilə birlikdə Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsindən 41 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin kolları aşkar olunmuşdur. Aqronom mütəxəssis həmin çətənə kollarına aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Həmin çətənə kolları sayıldıqdan sonra bir ədəd torbaya yığılmış, üzəri möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evində baxış keçirilmiş və evin zirzəmisindən 1 ədəd gümüşü rəngli qazanın içərisindən kəskin iyili, quru vəziyyətdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Həmin kütlə tərəzidə çəkildikdə ümumi çəkəsi 160 qram olmuşdur. Bundan başqa zirzəmidən bir ədəd 16 mm, 10857-60 nömrəli qoşa lüləli ov tüfəngi, ov tüfənginə aid üç ədəd güllə və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsindən aşkar olunmuş çətənə kollarının onun tərəfindən əkilib-becərildiyini, zirzəmidən aşkar olunmuş kütlənin narkotik vasitə olan marixuana olduğunu, onun tərəfindən bağ sahəsində əkilib-becərildiyi narkotik tərkibli çətənə kollarının yarpaqlı budaqlarından yığaraq qurudulmaqla saxlanıldığını bildirmişdir. Baxış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Baxış keçirildikdən sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş və həmin protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ifadəsinin sonunda göstərmişdir ki, Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə baxış keçirdikləri zaman orada aqronom mütəxəssis iştirak etmiş və həmin aqronom mütəxəssis də təsdiq etmişdir ki, Ceyhunun həyətyanı sahəsindən aşkar olunmuş 41 ədəd çətənə kolları əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə kollarıdır, əkilməklə aqrotexniki qaydada qulluq olunmuşdur. Baxış zamanı Ceyhun həmin çətənə kollarının 10 ədədinin onun tərəfindən əkildiyini, 31 ədədinin isə yabanı halda bitdiyi barədə hər hansı bir söz deməmişdir. Səmimi etiraf edərək həyətyanı sahəsindən aşkar olunan çətənə kollarının onun tərəfindən əkildiyini, evinin zirzəmisindən aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuananın isə onun tərəfindən həyətyanı sahəsində əkdiyi çətənə kollarından yığılaraq saxladığını bildirmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid5 Kazım oğlu məhkəmədə şahid kimi dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Tovuz Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə Tovuz Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 icraatına Tovuz rayonu, Hunanlar kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsində narkotik tərkibli çətənə kolları əkib-becərməsi, evində isə narkotik vasitə olan marixuana saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat Elvin tərəfindən şöbə rəisinə məruzə olunaraq əməliyyat tədbirinin keçirilməsinə icazə alındıqdan sonra Elvin tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Elvinin rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. O, Tovuz Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3, PPXB-in polis nəfəri, polis serjantı Şahid5 Kazım oğlu da əməliyyat qrupuna daxil edilmişdir. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs evinə getmişlər və Təqsirləndirilən şəxs evində narkotik vasitə saxlamasında, bağ sahəsində isə narkotik tərkibli çətənə kolları əkib-becərməkdə şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs də bağ sahəsində narkotik tərkibli çətənə kollarının olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinə və bağ sahəsinə baxış keçirməkləri üçün təhqiqatçı və mütəxəssis dəvət etmişlər. O və əməliyyat qrupunun digər üzvləri, həmçinin Tovuz Rayon Polis Şöbəsinin TB-in təhqiqatçısı X5, Tovuz rayon Aqrokimya laboratoriyasının direktoru, aqronom-mütəxəssis Şahid11, Tovuz rayon Hunanlar Bələdiyyəsinin sədri Şahid9 və Tovuz Rayon İcra Hakimiyyəti başçısının Hunanlar inzibati ərazi dairəsi üzrə nümayndəsinin müavini Şahid10 ilə birlikdə Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsindən 41 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin kolları aşkar olunmuşdur. Aqronom mütəxəssis həmin çətənə kollarına aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Həmin çətənə kolları sayıldıqdan sonra bir ədəd torbaya yığılmış və üzəri möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evində baxış keçirilmiş və evin zirzəmisindən 1 ədəd gümüşü rəngli qazanın içərisindən kəskin iyili, quru vəziyyətdə narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Həmin kütlə tərəzidə çəkildikdə ümumi çəkəsi 160 qram olmuşdur. Bundan başqa zirzəmidən bir ədəd 16 mm, 10857-60 nömrəli qoşa lüləli ov tüfəngi, ov tüfənginə aid üç ədəd güllə və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsindən aşkar olunmuş çətənə kollarının onun tərəfindən əkilib-becərildiyini, zirzəmidən aşkar olunmuş kütlənin narkotik vasitə olan marixuana olduğunu, onun tərəfindən bağ sahəsində əkib becərdiyi narkotik tərkibli çətənə kollarının yarpaqlı budaqlarından yığılaraq qurudulmaqla saxlandığını bildirmişdir. Baxış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Baxış keçirildikdən sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş və həmin protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid4 ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə baxış keçirilən zaman orada aqronom mütəxəssis iştirak etmişdir. Həmin aqronom mütəxəssis də təsdiq etmişdir ki, Ceyhunun həyətyanı sahəsindən aşkar olunmuş 41 ədəd çətənə kolları əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə kollarıdır, əkilməklə aqrotexniki qaydada qulluq olunmuşdur. Baxış zamanı Ceyhun həmin çətənə kollarının 10 ədədinin onun tərəfindən əkildiyini, 31 ədədinin isə yabanı halda bitdiyi barədə hər hansı bir söz deməmişdir. Səmimi etiraf edərək həyətyanı sahəsindən aşkar olunan çətənə kollarının onun tərəfindən əkildiyini, evinin zirzəmisindən aşkar olunan narkotik vasitə olan marixuananın isə onun tərəfindən həyətyanı sahədə əkdiyi çətənə kollarından yığılaraq saxladığını bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Tovuz Rayon Polis Şöbəsinin PPXB-nin tağım komandiri vəzifəsində işləyir. 17 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində o, ekipaj üzvləri, PPXB-nin polis nəfərləri, polis baş serjantı Şahid8 və Şahid7 ilə birlikdə xidmətdə olan zaman “Vaz-2108” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü özünü şübhəli apardığı üçün ona saxla işarəsi vermişlər, lakin sürücü avtomobili saxlamayaraq hərəkətini davam etmişdir. Ona görə də xidməti avtomobilləri ilə həmin avtomobili təqib etmişlər və Kür çayının körpüsündə önə keçərək həmin avtomobili sıxmışlar. Bu zaman həmin avtomobilin qabaq sağ tərəfi onlar olan xidməti avtomobilin arxa sol tərəfinə, daha sonra isə körpünün sol tərəfində olan dəmir vaqona dəyərək dayanmışdır. Bu zaman avtomobildən iki nəfər tanımadıqları şəxs düşüb qaçmağa başlamışlar. Ona görə də xidməti avtomobillərindən düşüb həmin şəxslərin saxlanması üçün arxaları ilə qaçmışlar, lakin həmin şəxslərdən birini, adı sonradan ona məlum olan Şahid1 qaçarkən ayağı ilişib yerə yıxıldığı üçün saxlaya bilmişlər. Sonra həmin Seymur adlı şəxsi qaçdıqları avtomobilin yanına gətirmişlər. Daha sonra isə dəvət edilmiş aqronomun, dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakları ilə həmin şəxslərin qoyub qaçdıqları “Vaz-2108” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə videogörüntü vasitəsi ilə baxış keçirilmiş və baxış zamanı avtomobilin arxa saxlanc yerindən 02 ədəd polietilen torbada kəskin iyli, yaş halda, yaşıl rəngli, ilkin baxışdan narkotik tərkibli çətənə bitkisinə oxşar kütlə aşkar olunmuşdur. Baxışda iştirak edən aqronom Şahid12 bitkilərin ilkin baxışdan narkotik tərkibli çətənə kollarına oxşadığını, lakin kəsik-kəsik olduğu üçün ilkin baxışdan rəy verməyin mümkün olmadığını, ona görə də ekspertizaya göndərilməsini daha məqsədə uyğun hesab etdiyini bildirmişdir. Sorğu zamanı Şahid1 “Vaz-2108” markalı, **- DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin əmisi oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu, avtomobildən aşkar edilmiş kütlələrin də narkotik tərkibli çətənə bitkiləri olduğunu, əmisi oğlu Ceyhunun xahişi ilə onlara gəldiyini, həmin gün səhər saatlarında da Ceyrançölə gedib əmisi oğlunun deməsinə görə özü tərəfindən əkilmiş narkotik tərkibli çətənə bitkilərini yığmağa getdiyi üçün onun xahişi ilə birlikdə gəlməsini, həmin yerdə özünün avtomobildə qaldığını, əmisi oğlu Ceyhunun isə iki ədəd polietilen torba və bir ədəd bağ qayçısı götürüb bir qədər aralı getdiyini, bir müddət sonra avtomobilə qayıdıb 02 ədəd polietilen torbada narkotik tərkibli çətənə kollarını avtomobilə qoyduğunu, sonra isə avtomobili idarə edib Hunanlar kəndi istiqamətində gəldiyini, yolda onları görən polis avtomobilinin onları təqib etdiyi üçün əmisi oğlunun avtomobili saxlamayaraq sürdüyünü, lakin polislərin avtomobillə onları təqib edib avtomobillərinin qabağına keçdiyi üçün Ceyhunun maşının qabaq sağ tərəfini polislərin avtomobilinin arxa sol tərəfinə vurduğunu, bu zaman onlar olan avtomobilin yolun sol tərəfində olan dəmir vaqona dəydiyi üçün avtomobilin hərəkət etmədiyini görüb avtomobildən düşərək qaçdıqlarını, lakin yolda ayağı ilişib yıxıldığı üçün polislər tərəfindən tutulduğunu bildirmişdir. Bundan sonra avtomobildən aşkar edilmiş kütlə ayrı-ayrılıqda tərəzidə çəkilmiş, polietilen kisənin biri 9.9 kiloqram, digəri isə 10.3 kiloqram olduğu müəyyən edilmişdir. Sonra həmin kütlələrin tərkibini və çəkisini dəqiq müəyyən etmək üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq möhürlənib götürülmüş və bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid13, Şahid7 və Şahid8 məhkəmədə şahid kimi dindirilmiş Şahid6 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu, Hunanlar kəndində yaşayır və Tovuz rayonu Hunanlar kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə Tovuz rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən ona müraciət olunaraq Tovuz rayonu, Hunanlar kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsində narkotik tərkibli çətənə kolları əkib becərməsi, evində isə narkotik vasitə olan marixuana saxlaması barədə alınmış əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və evinə baxış keçirmək istədiklərini, onun da kənd bələdiyyəsinin sədri olaraq həmin baxışda iştirak etməyini xahiş etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə baxışda iştirak etmişdir. Baxışdan əvvəl polis əməkdaşları Təqsirləndirilən şəxs evində narkotik vasitə saxlamasında, bağ sahəsində isə narkotik tərkibli çətənə kolları əkib-becərməkdə şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs bağ sahəsində narkotik tərkibli çətənə kollarının olduğunu demiş, bundan sonra aqronom mütəxəssis kimi Tovuz rayon Aqro-Kimya laboratoriyasının direktoru Şahid11, onun, Hununlar kənd icra nümaynədəsinin müavini Şahid10, Tovuz rayon polis şöbəsinin TB-in təhqiqatçısı X3, CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid4, Şahid3, PPXB-in polis nəfəri Şahid5 Kazım oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsindən 41 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin kolları aşkar olunmuşdur. Aqronom mütəxəssis olaraq Şahid11 həmin çətənə kollarına baxdıqda dibinin yumşadılmasını və suvarılmasını görmüş, həmin çətənə kollarının əkilib-becərilməklə aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Həmin çətənə kolları polis əməkdaşları tərəfindən sayıldıqdan sonra 41 ədəd olduğu müəyyən edilərək bir ədəd torbaya yığılmış, möhürlənərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evində baxış keçirilmiş və evin zirzəmisindən 1 ədəd gümüşü rəngli qazanın içərisindən kəskin iyili, quru vəziyyətdə maddə aşkar olunmuşdur və həmin kütlə ağ rəngli zərfdə qablaşdırılaraq üzəri möhürlənmişdir. Həmin kütlə tərəzidə çəkildikdə ümumi çəkəsi 160 qram olmuşdur. Bundan başqa zirzəmidən bir ədəd 16 mm, 10857-60 nömrəli qoşa lüləli ov tüfəngi və ov tüfənginə aid üç ədəd güllə və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsindən aşkar olunmuş çətənə kollarının onun tərəfindən əkilib-becərildiyini, zirzəmidən aşkar olunmuş kütlənin narkotik vasitə olan marixuana olduğunu, onun tərəfindən bağ sahəsində əkilib- becərilmiş narkotik tərkibli çətənə kollarının yarpaqlı budaqlarından yığaraq qurudulmaqla saxladığını bildirmişdir. Baxış zamanı videoçəkilişdən istifadə olunmuş, baxış keçirildikdən sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş və həmin protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Şahid9 ifadəsinin sonunda göstərmişdir ki, Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə baxış keçirilən zaman orada aqronom mütəxəssis olaraq Şahid11 iştirak etmiş və bildirmişdir ki, Ceyhunun həyətyanı sahəsindən aşkar olunmuş 41 ədəd çətənə kollarının hamısı əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə kollarıdır. Onlar da görmüşlər ki, həmin kolların dibləri suvarılmış və yumşaldılmışdır. Baxış zamanı Ceyhun həmin çətənə kollarının 10 ədədinin onun tərəfindən əkildiyini, 31 ədədinin isə yabanı halda bitdiyi barədə hər hansı bir söz deməmişdir. Səmimi etiraf edərək həyətyanı sahəsindən aşkar olunan çətənə kollarının onun tərəfindən əkildiyini, evinin zirzəmisindən aşkar olunan narkotik vasitə olan marixuananın isə onun həyətyanı sahəsində əkdiyi çətənə kollarından yığıb qurutduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid10 məhkəmədə şahid kimi dindirilmiş Şahid9 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu Aqro-kimya laboratoriyasının direktoru vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən ona müraciət olunaraq Tovuz rayonu, Hunanlar kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsində narkotik tərkibli çətənə kolları əkibbecərməsi, evində isə narkotik vasitə olan marixuana saxlaması barədə alınmış əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və evinə baxış keçirmək istədiklərini, onun da aqronom-mütəxəssis kimi həmin baxışda iştirak etməyini xahiş etmişlər. O, aqronom-mütəxəssis olaraq Təqsirləndirilən şəxs evinə və həyatyanı sahəsinə baxışda iştirak etmişdir. Baxışdan əvvəl polis əməkdaşları Təqsirləndirilən şəxs evində narkotik vasitə saxlamasında, bağ sahəsində isə narkotik tərkibli çətənə kolları əkibbecərməkdə şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs də bağ sahəsində narkotik tərkibli çətənə kollarının olduğunu demişdir. Bundan sonra aqronom mütəxəssis kimi onun, Hununlar kənd icra nümaynədəsinin müavini Şahid10, Hunanlar kənd bələdiyyəsinin sədri Şahid9, Tovuz rayon polis şöbəsinin TB-in təhqiqatçısı X3, CAB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid4, Şahid3, PPXB-in polis nəfəri Şahid5 Kazım oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsindən 41 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin kolları aşkar olunmuşdur. Aqronom mütəxəssis olaraq həmin çətənə kollarına baxdıqda dibinin yumşadılmasını və suvarılmasını görüb, həmin çətənə kollarının əkilib-becərilməklə aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Həmin çətənə kolları polis əməkdaşları tərəfindən sayıldıqdan sonra 41 ədəd olduğu müəyyən edilərək bir ədəd torbaya yığılmış və üzəri möhürlənərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evində baxış keçirilmiş və evin zirzəmisindən 1 ədəd gümüşü rəngli qazanın içərisindən kəskin iyili, quru vəziyyətdə narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar olunmuş və həmin kütlə ağ rəngli zərfdə qablaşdırılaraq üzəri möhürlənmişdir. Həmin kütlə tərəzidə çəkildikdə ümumi çəkəsi 160 qram olmuşdur. Bundan başqa zirzəmidən bir ədəd 16 mm, 10857-60 nömrəli qoşa lüləli ov tüfəngi, ov tüfənginə aid üç ədəd güllə və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsindən aşkar olunmuş çətənə kollarının onun tərəfindən əkilib-becərildiyini, zirzəmidən aşkar olunmuş kütlənin narkotik vasitə olan marixuana olduğunu, onun bağ sahəsində əkib-becərdiyi narkotik tərkibli çətənə kollarının yarpaqlı budaqlarından yığıb qurudaraq saxladığını bildirmişdir. Baxış zamanı videoçəkilişdən istifadə olunmuş, baxış keçirildikdən sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş və həmin protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Şahid11 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə baxış keçirilən zaman orada aqronom mütəxəssis olaraq iştirak etmiş və Ceyhunun həyətyanı sahəsindən aşkar olunmuş 41 ədəd çətənə kollarının hamısı əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə kolları idi, dibləri suvarılmaqla və yumşaldılmaqla aqrotexniki qaydada qulluq olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin çətənə kollarının 10 ədədinin onun tərəfindən əkildiyi, 31 ədədinin isə yabanı halda bitdiyi barədə hər hansı bir söz deməmişdir. Səmimi etiraf edərək həyətyanı sahəsindən aşkar olunan çətənə kollarının onun tərəfindən əkildiyini, evinin zirzəmisindən aşkar olunan narkotik vasitə olan marixuananı isə o, həyətyanı sahəsində əkdiyi çətənə kollarından yığaraq saxladığını demişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, X10 X2 sektorunda aqronom vəzifəsində işləyir. 17 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində Tovuz rayon polis şöbəsinin əməkdaşları onu Kür çayının Tovuz rayonu, Hunanlar kəndi ərazisindən keçən hissəsində olan körpünün üzərinə dəvət etmişlər ki, avtomobildə tərkibində narkotik olan çətənə kollarının olmasından şübhələnirlər. O da polis əməkdaşları ilə birlikdə həmin əraziyə gəlmiş və körpünün sol tərəfində dayanmış, sağ qabaq tərəfi əzilmiş “Vaz-2108” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə videogörüntü vasitəsi ilə baxış keçirilmiş və baxış zamanı avtomobilin arxa saxlanc yerindən 02 ədəd polietilen torbada kəskin iyli, yaş halda, yaşıl rəngli, ilkin baxışdan narkotik tərkibli çətənə bitkisinə oxşar kütlə aşkar olunmuşdur. Baxışda o, aqronom kimi iştirak edərək həmin bitkilərə baxmış və bitkilərin ilkin baxışdan narkotik tərkibli çətənə kollarına oxşadığını, lakin kəsik-kəsik olduğu üçün ilkin baxışdan rəy verməyin mümkün olmadığını, ona görə də ekspertizaya göndərilməsinin daha məqsədə uyğun hesab edildiyini polis əməkdaşlarına bildirmişdir. Həmin vaxtı orada olan, adı sonradan ona məlum olan Şahid1 polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, “Vaz-2108” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil əmisi oğlu Təqsirləndirilən şəxs məxsusdur. Avtomobildən aşkar edilmiş kütlələrin də narkotik tərkibli çətənə bitkiləri olduğunu, əmisi oğlu Ceyhunun xahişi ilə onlara gəldiyini, həmin gün səhər saatlarında da Ceyrançölə gedib əmisi oğlunun deməsinə görə özü tərəfindən əkilmiş narkotik tərkibli çətənə bitkilərini yığmağa getdiyi üçün onun xahişi ilə birlikdə gəlməsini, həmin yerdə özünün avtomobildə qaldığını, əmisi oğlu Ceyhunun isə iki ədəd polietilen torba və bir ədəd bağ qayçısı götürüb bir qədər aralı getdiyini, bir müddət sonra avtomobilə qayıdıb 02 ədəd polietilen torbada narkotik tərkibli çətənə kollarını avtomobilə qoyduğunu, sonra isə avtomobili idarə edib Hunanlar kəndi istiqamətində gəldiyini, yolda onları görən polis avtomobilinin onları təqib etdiyi üçün əmisi oğlunun avtomobili saxlamayaraq sürdüyünü, lakin polislərin avtomobillə onları təqib edib avtomobillərinin qabağına keçdiyi üçün Ceyhunun maşının qabaq sağ tərəfini polislərin avtomobilinin arxa sol tərəfinə vurduğunu, bu zaman onlar olan avtomobilin yolun sol tərəfində olan dəmir vaqona dəydiyi üçün avtomobilin hərəkət etmədiyini görüb avtomobildən düşərək qaçdıqlarını, lakin yolda ayağı ilişib yıxıldığı üçün polislər tərəfindən tutulduğunu bildirmişdir. Bundan sonra avtomobildən aşkar edilmiş kütlə ayrı-ayrılıqda tərəzidə çəkilmiş, polietilen kisənin birinin 9.9 kiloqram, digərinin isə 10.3 kiloqram olduğu müəyyən edilmişdir. Sonra həmin kütlələrin tərkibini və çəkisini dəqiq müəyyən etmək üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq möhürlənib götürülmüş və bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Tovuz Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 17 sentyabr 2021-ci il tarixdə saat 13:30 radələrində Tovuz rayon polis şöbəsində gündəlik xidmətində olan zaman Tovuz RPŞ-nin məsul növbətçisi tərəfindən məlumat verilmişdir ki, Kür çayının Tovuz rayonu, Hunanlar kəndi ərazisində keçən hissəsində yerləşən körpüdə PPXT-nin əməkdaşları bir avtomobil saxlamışlar və həmin avtomobildə narkotik tərkibli çətənə bitkilərinin olması şübhəsi vardır. Ona görə də dərhal həmin yerə getmiş və həmin yerə çatanda görmüşdür ki, orada PPXTnin əməkdaşları, aqronom və müdafiəçi, bir də əvvəllər tanımadığı, adı sonradan ona məlum olan Şahid1 da vardır. Həmin vaxt təhqiqatçı tərəfindən “Vaz-2108” markalı, **-DV- *** dövlət qeydiyyat nişanlı avtomobilə videogörüntü vasitəsi ilə baxış keçirilmiş və baxış zamanı avtomobilin arxa saxlanc yerindən 02 ədəd polietilen torbada kəskin iyli, yaş halda, yaşıl rəngli, ilkin baxışdan narkotik tərkibli çətənə bitkisinə oxşar kütlə aşkar olunmuşdur. Baxışda iştirak edən aqronom Şahid12 bitkilərin ilkin baxışdan narkotik tərkibli çətənə kollarına oxşadığını, lakin kəsik-kəsik olduğu üçün ilkin baxışdan rəy verməyin mümkün olmadığını, ona görə də ekspertizaya göndərilməsini daha məqsədə uyğun hesab etdiyini bildirmişdir. Sorğu zamanı Şahid1 “Vaz-2108” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin əmisi oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu, avtomobildən aşkar edilmiş kütlələrin də narkotik tərkibli çətənə bitkiləri olduğunu, əmisi oğlu Ceyhunun xahişi ilə onlara gəldiyini, həmin gün səhər saatlarında da Ceyrançölə gedib əmisi oğlunun deməsinə görə özü tərəfindən əkilmiş narkotik tərkibli çətənə bitkilərini yığmağa getdiyi üçün onun xahişi ilə birlikdə gəlməsini, həmin yerdə özünün avtomobildə qaldığını, əmisi oğlu Ceyhunun isə iki ədəd polietilen torba və bir ədəd bağ qayçısı götürüb bir qədər aralı getdiyini, bir müddət sonra avtomobilə qayıdıb 02 ədəd polietilen torbada narkotik tərkibli çətənə kollarını avtomobilə qoyduğunu, sonra isə avtomobili idarə edib Hunanlar kəndi istiqamətində gəldiyini, yolda onları görən polis avtomobilinin onları təqib etdiyi üçün əmisi oğlunun avtomobili saxlamayaraq sürdüyünü, lakin polislər avtomobillə onları təqib edib avtomobillərinin qabağına keçdiyi üçün Ceyhunun maşınının qabaq sağ tərəfini polislərin avtomobilinin arxa sol tərəfinə vurduğunu, bu zaman onlar olan avtomobilin yolun sol tərəfində olan dəmir vaqona dəydiyi üçün avtomobilin hərəkət etmədiyini görüb avtomobildən düşərək qaçdıqlarını, lakin yolda ayağı ilişib yıxıldığı üçün polislər tərəfindən tutulduğunu bildirmişdir. Bundan sonra avtomobildən aşkar edilmiş kütlə ayrı-ayrılıqda tərəzidə çəkilmiş, polietilen kisənin birinin 9.9 kiloqram, digərinin isə 10.3 kiloqram olduğu müəyyən edilmişdir. Sonra həmin kütlələrin tərkibini və çəkisini dəqiq müəyyən etmək üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq möhürlənib götürülmüş və bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. Həmçinin onu da bildirir ki, Təqsirləndirilən şəxs Tovuz rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə onda çoxsaylı əməliyyat məlumatları vardır. Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan baxış və götürmə aparılması barədə 22 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonu, Hunanlar kəndində yerləşən fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı bağ sahəsindən 41 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin kolları aşkar olunur. Baxışda iştirak edən aqronom mütəxəssis Şahid11 həmin çətənə kollarına baxdıqda dibinin yumşadılmasını və suvarılmasını görərək, həmin çətənə kollarının əkilib-becərilməklə aqrotexniki qaydada qulluq olunduğunu bildirir. Təqsirləndirilən şəxs fərdi yaşayış evində baxış keçirilərkən isə evin zirzəmisindən 1 ədəd gümüşü rəngli qazanın içərisindən kəskin iyili, quru vəziyyətdə narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar olunur, həmin kütlə tərəzidə çəkildikdə ümumi çəkisi 160 qram olur. Bundan başqa zirzəmidən bir ədəd 16 mm, 10857-60 nömrəli qoşa lüləli ov tüfəngi, ov tüfənginə aid üç ədəd güllə və iki ədəd elektron tərəzi aşkar edilərək götürülür. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsindən aşkar olunmuş çətənə kollarının onun tərəfindən əkilib-becərildiyini, zirzəmidən aşkar olunmuş kütlənin narkotik vasitə olan marixuana olduğunu, onun tərəfindən bağ sahəsində əkilibbecərilmiş narkotik tərkibli çətənə kollarının yarpaqlı budaqlarından yığılaraq qurudulmaqla saxladığını bildirir. Baxış zamanı videoçəkilişdən istifadə olunur, baxış keçirildikdən sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunur və həmin protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanır (iş vərəqə: cild İ, səh. 102-105). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan baxış və götürmə aparılması barədə 17 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-2108” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin arxa saxlanc yerindən 02 ədəd polietilen torbada kəskin iyli, yaş halda, yaşıl rəngli, ilkin baxışdan narkotik tərkibli çətənə bitkisinə oxşar kütlə aşkar olunur. Baxışda iştirak edən aqronom Şahid12 bitkilərin ilkin baxışdan narkotik tərkibli çətənə kollarına oxşadığını, lakin kəsik-kəsik olduğu üçün ilkin baxışdan rəy verməyin mümkün olmadığını, ona görə də ekspertizaya göndərilməsini daha məqsədə uyğun hesab etdiyini bildirir. Sonra həmin kütlələrin tərkibini və çəkisini dəqiq müəyyən etmək üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq möhürlənib götürülür və bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilir. Tərtib edilmiş protokol oxunduqdan sonra imzalarla təsdiq edilir (iş vərəqə: cild İ, səh. 22-25). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 23 may 2021-ci il tarixli aqronom-mütəxəssis Şahid11 Şamil oğlu tərəfindən verilmiş rəydən görünür ki, Tovuz rayonu, Hunanlar kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən onun iştirakı ilə aşkar edilərək götürülmüş 41 (qırx bir) ədəd bitki nümunələri aqrotexniki qaydada qulluq edilmiş, tərkibində narkotik maddələr olan çətənə-kannabis bitkiləridir (iş vərəqə: cild İ, səh.106). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 23 may 2021-ci il tarixli, 16/488 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs Tovuz rayonu Hunanlar kəndində yerləşən fərdi yaşayış evinin zirzəmisindən aşkar olunaraq....” yazı və imzalar olan bir ədəd kağız paketdəki 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 155 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs Tovuz rayonu Hunanlar kəndində yerləşən həyətyanı torpaq sahəsindən aşkar olunmuş...” yazı və imzalar olan 1 (bir) ədəd kazğız paketdə ümumi sayı 41 (qırx bir) ədəd, ümumi çəkisi 1000 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir (iş vərəqə: cild İ, səh. 115-118). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-biloloji ekspertizasının 18 sentyabr 2021-ci il tarixli, 16/975 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “VAZ 2108 markalı, **-DV-*** nömrəli avtomobilin yük yerindən aşkar olunmuş iki ədəd kisənin içərisində yaşıl rəngli...” yazılar və imzalar olan böyük həcmli kağız paketdəki, 2 (iki) ədəd baş-başa keçirilmiş sintetik kisədə təmiz çəkisi 19100 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tədqiqata təqdim edilmiş bağ qayçısının üzərində marixuananın qalıqları aşkar edilmədi (iş vərəqə: cild İ, səh. 53-56). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 02 iyun 2022-ci il tarixli, 772 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstələyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild 2, səh.69). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 27 may 2021-ci il tarixli, 275 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmiş, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır (iş vərəqə: cild İ, səh. 154-155). Cinayət işinin materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 154,8 qram narkotik vasitə qurudulmuş marixuana, 41 ədəd 991,8 qram çəkidə narkotik tərkibli çətənə kolları, eləcə də 19099,8 qram çəkidə qurudulmamış marixuana, iki ədəd elektron tərəzi və 01 ədəd bağ qayçısı maddi sübut kimi tanınmış və saxlanılması üçün Tovuz Rayon Polis Şöbəsində saxlanca verilmiş, bundan başqa xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Tovuz rayonu, Hunanlar kəndində yerləşən fərdi yaşayış evinə və həyatyanı sahəsinə baxış keçirilən zaman, eyni zamanda 17 sentyabr 2021-ci il tarixdə idarə etdiyi “Vaz-2108” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir, həmin qərardan həmçinin görünür ki, Şahid1 qeyd olunan cinayət hadisəsində təqsirli olması sübuta yetirilmədiyi üçün barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən rədd edilmiş, bundan başqa Şahid1 əməlinə hüquqi qiymət verilməsi, əməlində Cinayət Məcəlləsinin 307-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək üçün cinayət işindən material ayrılaraq Tovuz Rayon Prokurorluğuna göndərilmiş, həmçinin Təqsirləndirilən şəxs barəsində onun yaşadığı evdə qanunsuz olaraq ov tüfəngi saxladığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati tədbirlər görülməsi üçün qərarın surəti Tovuz Rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir (iş vərəqə: cild 2, səh. 71-89). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən, həmçinin iş materiallarına əlavə edilmiş hökmlər və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1 və 234.4.2-ci maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs həmin qərara əsasən Cinayət Məcəlləsinin 237.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonra isə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən 01 il 02 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, o, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinib 11 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonra isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 1 il 10 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuşdur (iş vərəqə: cild İ, səh. 164-165, 208-215, 219-220, 224-225, 234-236, 250). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.89). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan 24 may 2021ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Tovuz Rayon Polis X4 Yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.140-142). Cinayət işinin materiallarına əlavə edilmiş Tovuz rayonu Hunanlar kənd inzibati ərazi dairəsi nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (iş vərəqə: cild 2, səh. 41) Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Tovuz Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan və tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Tovuz Rayon Polis X4 Yerinə təhvil verilmişdir (cinayət işinin materialları). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən (İ siyahı) «qurudulmuş marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmiş, həmçinin «qurudulmayan marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 25 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2500 qram müəyyən edilmişdir, həmin Qanunla təsdiq edilmiş qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərlə bağlı İİİ siyahıya əsasən çətənə növlü bitkilər 16 ədəddən (aşağı həddi daxil olmaqla) yuxarı olduqda külli miqdar hesab edilir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində kultivasiya etdiyi çətənə növlü bitkilərin sayı külli miqdar həddindən bir neçə dəfə artıq olmuş, onun yaşayış evinin damından aşkar edilib götürülmüş qurudulmuş marixuana narkotik vasitənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş «qurudulmuş marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından bir neçə dəfə artıq olmuş, həmçinin onun avtomobilindən aşkar edilmiş qurudulmamış marixuana narkotik vasitənin çəkisi külli miqdar həddindən yeddi dəfə artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarının 19-cu bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 237-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə, qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də, bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 6 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Qanunsuz olaraq xeyli və ya külli miqdarda əkilmiş, yetişdirilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir. Toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir.” Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməklə və qanunsuz olaraq təkrarən satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla və daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3, 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3, 237.2.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş 41 ədəd çətənə kolundan yalnız 10 ədədinin onun tərəfindən əkilib-becərilməklə qulluq olunmasını, 31 ədədinin isə yabanı halda bitməsini və həmin 31 ədəd çətənə koluna onun tərəfindən qulluq olunmamasını bildirməsini, həmçinin həmin çətənə kollarından başqa onun evinin damından aşkar edilmiş qurudulmuş marixuananı və avtomobilindən aşkar edilmiş 19 kiloqram 100 qram qurudulmamış marixuananı satmaq məqsədi olmadan istifadə etmək məqsədilə saxlamasını bildirməsini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş 41 ədəd çətənə kolundan yalnız 10 ədədinin onun tərəfindən əkilib-becərilməklə qulluq olunmasını, 31 ədədinin isə yabanı halda bitməsini və həmin 31 ədəd çətənə koluna onun tərəfindən qulluq olunmamasını bildirsə də, onun ifadəsində göstərdikləri həyətyanı sahəsinə baxış keçirilərkən iştirak etmiş aqronomun (mütəxəssisin) həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı həmin 41 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edildiyini təsdiq etməsinə dair ifadəsi və cinayət işinin materiallarında olan rəyi ilə təkzib edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs evindən və avtomobilindən aşkar edilmiş narkotik vasitələri yalnız istifadə etmək üçün saxlayıb daşıması inandırıcı olmadığı kimi, cinayət işinin faktiki hallarına da uyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən narkotik vasitə olan marixuanadan mütəmadi olaraq istifadə edir, ona görə də evinin həyətində çətənə bitkiləri əkmiş, evində qurudulmuş marixuana saxlamış, həmçinin avtomobilində qurudulmamış marixuananı aparmışdır. Lakin cinayət işinin materiallarında Təqsirləndirilən şəxs barəsində olan məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, həmçinin həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik hallarda istifadə etmişdir. Narkomaniya xəstəliyindən heç bir asılılığı olmayan, yalnız epizodik hallarda narkotik vasitədən istifadə edən şəxsin yaşadığı evin həyətində külli miqdarda narkotik tərkibli bitkiləri əkməsi, evində narkotik vasitələri saxlaması, avtomobilində külli miqdarda narkotik vasitələri daşıması- həmin maddələri istifadə məqsədilə saxlamasına, daşımasına dair ifadəsinin inandırıcı olmadığını bir daha təsdiq etdiyindən və onun inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən sübutları ilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin inkaredici ifadələrini sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi inkaredici hallar onun özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, maddi sübutlar, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən həmin hissədə sübut növü kimi qəbul edilmir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3, 237.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1 və 234.4.2-ci maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs həmin qərara əsasən Cinayət Məcəlləsinin 237.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, sonra isə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən 01 il 02 ay 16 gün vaxtından əvvəl şərti azad olunması, bundan başqa Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinib 11 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, sonra isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 1 il 10 ay 19 gün vaxtından əvvəl şərti azad olunması ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən ona qəti olaraq təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə bağlı məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7-ci maddələri ilə 11 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə bağlı olan məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə 11 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7-ci maddələri Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə müvafiq olaraq cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər hesab olunduğundan və onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 1 il 10 ay 19 gün vaxtından əvvəl şərti azad olunduğu vaxtdan səkkiz il keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətlərin xüsusilə təhlükəli residivi sayılır. Odur ki, Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə müvafiq olaraq əvvəllər xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə müvafiq olaraq yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivi mövcuddur. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayətlər törətməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3, 237.2.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə və residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 22 may 2021-ci il tarixdən 24 may 2021-ci il tarixədək, yəni 3 (üç) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 30 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 02 iyun 2022-ci il tarixli, 772 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Tovuz Rayon Polis Şöbəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 154,8 qram narkotik vasitə qurudulmuş marixuana, 41 ədəd 991,8 qram çəkidə narkotik tərkibli çətənə kolları, eləcə də 19099,8 qram çəkidə qurudulmamış marixuana, iki ədəd elektron tərəzi və 01 ədəd bağ qayçısı məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 178,80 (yüz yetmiş səkkiz manat səksən qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3, 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə 09 (doqquz) il 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 may 2021-ci il tarixdən 24 may 2021-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 10 (on) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 30 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 154,8 qram narkotik vasitə qurudulmuş marixuana, 41 ədəd 991,8 qram çəkidə narkotik tərkibli çətənə kolları, eləcə də 19099,8 qram çəkidə qurudulmamış marixuana, iki ədəd elektron tərəzi və 01 ədəd bağ qayçısı məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 178,80 (yüz yetmiş səkkiz manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Xəqani Səmədov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar