Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-328/2022 14.07.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), Rüstəmov Elmin İltizam oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X7 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İnqilab oğlunun iştirakları ilə, xx.xx.1999-cu ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı şəhəri, Ə.Hüseynov küçəsi ev 34-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi yeni yaşayış massivində yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda 1 ədəd qara rəngli polietilen torbada 171,669 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 1 ədəd sarı rəngli polietilen torbada 480,214 qram çəkidə psixotrop maddə olan metamfetamini, ümumilikdə 1715 qram çəkidə olmaqla 1 ədəd qara rəngli polietilen torbada 885 qram və 1 ədəd qara rəngli polietilen torbada 830 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib Şahid5 idarə etdiyi **-PL-*** dövlət nömrə nişanlı “Toyota Corolla” markalı avtomobilin yük yerində və salonunda saxlayaraq daşımış, Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 3 mart 2022-ci il tarixdə, saat 9 radələrində Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisində avtomobillə birlikdə saxlanılıb ünvan 1 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasının həyətinə gətirilmiş, avtomobilə baxış zamanı avtomobilin yük yerindən ümumilikdə 1715 qram olmaqla 1 ədəd qara rəngli polietilen torbada 885 qram və 1 ədəd qara rəngli polietilen torbada 830 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, avtomobilin ön sağ oturacağının altından 1 ədəd qara rəngli polietilen torbada 171,669 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd sarı rəngli polietilen torbada 480,214 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhərində avtomobil təmiri sexində mühərrik ustası işləmiş, təxminən 5 ay olar ki, psixotrop maddə olan el arasında “şüşə” adlandırılan metamfetamindən istifadə etmiş, belə ki, 2-3 gündən bir ya folqada, ya da özü düzəltdiyi “payp” adlanan qurğu ilə metamfetamini isidib tüstüsünü ağzına qəbul etməklə istifadə etmişdir. Ona metamfetamin lazım olduqda instaqram sosial şəbəkəsində Milad adlanan səhifəyə daxil olub oradan metamfetamin sifariş etmiş, həmin səhifəyə daxil olub şüşə istədiyini bildirmişdir. Həmin səhifədə o, sifariş verdikdə tanımadığı şəxs ona Leobank, Kapitalbank kartlarının üz hissəsini çəkib atmışdır. O, 5 qram metamfetamin almaq üçün həmin kartlara 100 manat pul qoymuş, bundan sonra həmin tanımadığı şəxs ona metamfetamini hara qoyduğu barədə məkan atmış, o da həmin yerə gedib oradan metamfetamini götürmüşdür. Bundan əvvəl bir neçə dəfə o, həmin Milad adlanan səhifədən metamfetamin sifariş etmiş, həmin metamfetaminləri o bir dəfə Günəşli qəsəbəsində şir heykəlindən yuxarıda olan Azpetrol adlanan yanacaq doldurma məntəqəsinin yanındakı pilləkənlərin yanından götürmüşdür. Tutulmamışdan təxmənin 4-5 gün əvvəl “wahtsapp” proqramı vasitəsilə ona salam mesajı gəldiyini görmüş, wahtsapa baxdıqda həm də zəng gəldiyini görmüşdür. O, mesaj yazaraq həmin şəxsin kim olduğunu soruşmuş, həmin şəxs ona adının İbrahim, özünün İranda yaşadığını demişdir. O, İbrahimdən nömrəsini haradan əldə etdiyini soruşduqda İbrahim ona tanışından aldığını demiş, lakin həmin tanışının adını ona deməmiş və İbrahim ona əgər şüşə yəni metamfetamin lazım olarsa göndərə biləcəyini bildirmişdir. O, bundan sonra İbrahimlə wahtsappda bir neçə gün həm səsli, həm yazılı mesajlaşmış, bir neçə dəfə isə görüntülü danışmışdır. Bir neçə gün keçdikdən sonra İbrahim ona zəng etmiş, Tovuz rayonunda ona məxsus 500 qram çəkidə metamfetamin olduğunu demiş və ondan həmin yerə gedib metamfetamini götürməyini istəmişdir. O, bir neçə dəfə İbrahimlə danışsa da yol uzaq olduğu üçün, həm də pulu olmadığı üçün getmək istəməmişdir. Lakin 2 mart 2022-ci il tarixə Tovuz rayonuna gedib İbrahimin göstərəcəyi yerdən metamfetamini götürmək qərarına gəlmişdir. Bundan sonra o, Tovuz rayonuna getmək üçün taksi sürücüsü olan qonşusu Asəfə işi ilə bağlı Tovuz rayonuna getmək istədiyini bildirmişdir. Lakin Asəfə narkotik vasitə gətirmək üçün getdiyini deməmişdir. Asəf Tovuz rayonuna gedib Bakı şəhərinə qayıtmaq üçün ondan 200 manat yol haqqı istəmiş, o isə Asəflə münasibəti olduğu üçün 100 manat yol haqqı təklif etmişdir. Əvvəllər o, bir neçə dəfə Asəfin xahişini eşitdiyi və ona lazım olduqda təmənnasız Asəfi öz avtomobili ilə apardığı üçün Asəf onunla razılaşmışdır. 2 mart 2022-ci il tarixdə axşam saat 20 radələrində onlar Asəfin avtomaşını ilə Bakı şəhərindən Tovuz rayonuna yola düşmüşlər. Onlar 3 mart 2022-ci il tarixdə saat təxminən 2 radələrində Tovuz rayon avtovağzalına çatıb dayanmışlar. Onlar avtomaşında gecələmiş, o, “wahtsapp” proqramı vasitəsilə səhər saat 8 radələrinədək İbrahimə zəng etsə də İbrahim zənginə cavab verməmişdir. Səhər saat 8 radələrində İbrahim onun wahtsapp zənginə cavab vermiş və o, İbrahimə Tovuz rayonunda olduğunu bildirmişdir. İbrahim ona wahtsappda fotoşəkil atmış, həmin şəkildə 1 ədəd Turist Petrol adlanan yanacaq doldurma məntəqəsinin və bir ədəd dirəyin şəkli olmuşdur. O şəkilə baxmış, Turist Petrolu xatırlaya bilməmiş, belə ki, o, hərbi xidmətdə Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə olmuşdur. Turist Petrolun şəklinə baxdıqdan sonra tanıya bilmədiyi üçün Tovuz rayonunda yerləşən ASAN xidmətin yanında olan dayanacaqda tanımadığı şəxsdən Turist Petrolun harada yerləşdiyini soruşmuş, həmin şəxs ona yanacaq doldurma məntəqəsinin Bakı Qazax avtomobil yolunun üzərində yol ayrıclarının kənarında olduğunu bildirmişdir. O bundan sonra həmin petrolun yanına getmiş, dirəyə yaxınlaşmış, dirəyin dibində ağ rəngli kisə olduğunu görmüşdür. Kisəni götürdükdə ağır olduğunu hiss etmiş, açmadan avtomaşına əyləşmiş və Asəfə Bakı şəhəri istiqamətində hərəkət etməsini bildirmişdir. Təxminən 150-200 metr getdikdən sonra maşını saxlatmış, kisəni açıb içərisinə baxmış və kisənin içərisində 4 ədəd bağlama olduğunu görmüşdür. O, həmin kisələri açmamışdır. Həmin bağlamalardan iki ədədini, yəni böyük bağlamaları kisədən çıxarıb avtomobilin yük yerinə qoymaq üçün avtomaşından düşmüşdür. Digər iki ədəd bağlamanı isə sağ ön oturacağın altına qoymuşdur. İki ədəd böyük bağlamanı götürüb yük yerə qoymaq istəyərkən özlərini polis əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onu və Asəfi saxlayıb avtomaşınla birlikdə Tovuz rayon polis şöbəsinə gətirmişlər. Tovuz rayon polis şöbəsində o və Asəf şübhəli şəxs qismində saxlanılmışdır. Şübhəli şəxs qismində saxlanıldıqdan sonra o, polis əməkdaşlarına avtomaşında narkotik vasitə olduğunu və həmin narkotik vasitələrin ona aid olduğunu bildirmişdir. Ona və Asəfə dövlət büdcəsi hesabına vəkil çağırılmışdır. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd payp aparatı aşkar edilmişdir. Bundan başqa üzərindən hər hansı narkotik vasitə və digər qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin Asəfin üzərindən şəxsi axtarış aparılmışdır. O, həmin şəxsi axtarışda iştirak etməmişdir. Daha sonra avtomaşına video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerindən 2 ədəd onun həmin yük yerinə qoyduğu böyük bağlama Avtomobilin salonunda ön sağ oturacağın altından iki ədəd onun özü qoyduğu bağlama aşkar edilmişdir. Həmin bağlamanın birində metamfetamin digərində isə heroin olduğunu demişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, o, İran vətəndaşı ilə həmin narkotik vasitəni Bakıya gətirməsi müqabilində ona 20 qram heroin verməsi şərti ilə razılaşmışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, halhazırda Tovuz rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi vəzifəsində xidmət edir. 3 mart 2022-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması barədə Tovuz rayon polis şöbəsinə məlumat daxil olmuşdur. Bundan sonra Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən məlumatın dəqiqləşdirilməsi Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün raportla Tovuz RPŞ-nin rəisinə məruzə etmişdir. Daha sonra onlar digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Bakı Qazax avtomobil yolunun kənarında olduğunu müəyyən etmişlər. Onlar Təqsirləndirilən şəxs və onunla birlikdə olan X5 ** PL *** dövlət nömrə nişanlı Toyota Corolla markalı avtomaşınla birlikdə saxlayıb onları Tovuz rayon Polis Şöbəsinə dəvət edib gətirmişlər. Tovuz rayon polis şöbəsində Təqsirləndirilən şəxs və Şahid5 şübhəli şəxs qismində saxlanılmışdır. Şübhəli şəxs qismində saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarına avtomaşında narkotik vasitə olduğunu və həmin narkotik vasitələrin ona aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs və Şahid5 dövlət büdcəsi hesabına vəkil çağırılmışdır. Vəkillər gəldikdən sonra Təqsirləndirilən şəxs və Şahid5 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd payp aparatı aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı narkotik vasitə və digər qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin Asəfin üzərində şəxsi axtarış aparılmış və onun üzərindən də hər hansı qanunla qadağan olunmuş narkotik vasitə və digər predmet aşkar edilməmişdir. Daha sonra avtomaşına video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerindən 2 ədəd böyük bağlama aşkar edilmişdir. Yük yerinə baxış qurtardıqdan sonra avtomobilin salonuna baxış keçirilmişdir. Salona baxış zamanı ön sağ oturacağın altından iki ədəd bağlamanı Təqsirləndirilən şəxs çıxarıb təqdim etmişdir. Həmin bağlamanın birində metamfetamin digərində isə heroin olduğunu bildirmişdir. Bundan sonra avtomaşında başqa hər hansı narkotik vasitə və qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4 оğlu və məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək, ifadələrini özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, hazırda qaynaq ustası və taksiçiliklə məşğul olub ailəsini dolandırır. X13 markalı ** PL *** dövlət nömrə nişanlı avtomaşını olmuşdur. Həmin avtomaşınla Bakı şəhərində taksi fəaliyyəti göstərmişdir. Təqsirləndirilən şəxs təxminən 1 ilə yaxındır ki, tanımışdır. Lakin 2 mart 2022-ci il tarixə günorta saatlarında Əsgər ona zəng etmiş, onu Tovuz rayonuna aparmağını istəmişdir. O da Əsgərə Tovuz rayonuna gedib gəlmək üçün 200 manat pul istəmişdir. Lakin sonra Tovuz rayonuna gedib gəlmək üçün 150 manata razılaşmışlar. 2 mart 2022-ci il tarixdə axşam saat 20 radələrində Bakı şəhərində onun avtomaşını ilə Tovuz rayonuna yola düşmüşlər. Onlar 3 mart 2022-ci il tarixdə saat təxminən 2 radələrində Tovuz rayonuna çatmışlar. Tovuz rayon avtovağzalına çatıb dayanmışlar. Bundan sonra Əsgər kiməsə zəng etmiş, zəngə cavab verilmədiyi üçün onlar səhər saat 8 radələrinədək gözləmişlər. Bundan sonra Əsgər ona avtomaşını Bakı şəhəri istiqamətində sürməyini bildirmişdir. O da avtomaşını gəldiyi istiqamətə yəni Bakı şəhəri istiqamətinə sürmüşdür. Onlar Asan xidməti keçdikdən sonra Əsgər avtomaşından düşmüş, ona atılmış şəkildə olan Turist Petrolun harada olduğunu soruşmuşdur. Əsgərə həmin yanacaq doldurma məntəqəsinin Bakı Qazax avtomobil yolunun üzərində yol ayrıclarının kənarında olduğunu bildirmişlər. Onlar bundan sonra onun avtomaşını ilə həmin istiqamətə gedib Qazax yoluna körpü istiqamətinə hərəkət etmişlər. X11 görmüşlər. Orada Əsgər avtomaşından düşüb körpünün altına yaxınlaşmışdır. Daha sonra əlində torba ilə qayıtmışdır. Avtomaşına əyləşib ona sürməyi bildirmişdir. O avtomaşını hərəkətə gətirib Bakı şəhəri istiqamətində sürmüşdür. Təxminən 200 metr getmişlər ki, Əsgər avtomaşını saxlamağını bildirmişdir. Yük yerini açıb nəsə qoymuşdur. O həmin vaxt Əsgərə yük yerini bağlamasını bildirmişdir. Əsgər ona avtomaşından düşüb yük yerini bağlamağını deyib, o, avtomaşından düşüb yük yerinə yaxınlaşmışdır. Həmin vaxt yük yerində olan ehtiyat təkərin yerdə olduğunu görmüşdür. Lakin yük yerinin döşəməsi yerində səliqəli şəkildə durmuşdur. O təkəri yerdən götürüb yük yerinə qoymuşdur. Bu vaxt özlərini polis əməkdaşları kimi təqdim etmiş, mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişdir. Onu və Əsgəri saxlamış, avtomaşınla birlikdə Tovuz rayon polis şöbəsinə gətirmişlər. Tovuz rayon polis şöbəsində o və Əsgər şübhəli şəxs qismində saxlanmışdır. Şübhəli şəxs qismində saxlanıldıqdan sonra Əsgər polis əməkdaşlarına avtomaşında narkotik vasitə olduğunu və həmin narkotik vasitələrin Əsgərə aid olduğunu bildirmişdir. Ona və Əsgərə dövlət büdcəsi hesabına vəkil çağırılmışdır. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin Əsgərin üzərində də şəxsi axtarış aparılmışdır. O, həmin şəxsi axtarışda iştirak etməmişdir. Daha sonra avtomaşına video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerindən 2 ədəd böyük bağlama aşkar edilmişdir. Əsgər həmin bağlamaları İbrahim adlı İranlının Əsgərə zəngi əsasında Tovuz rayonundan gəlib götürdüyünü, içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Yük yerinə baxış qurtardıqdan sonra avtomobilin salonuna baxış keçirilmişdir. Salona baxış zamanı ön sağ oturacağın altından iki ədəd bağlamanı Əsgər çıxarıb təqdim etmişdir. Əsgər həmin bağlamanın birində metamfetamin digərində isə heroin olduğunu bildirmişdir. Bundan sonra avtomaşında başqa hər hansı narkotik vasitə və qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 3 mart 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə saxlamaqda, satmaqda və realizə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 3 mart 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan və diskdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan Şahid5 idarə etdiyi **-PL-*** dövlət nömrə nişanlı “Toyota Corolla” markalı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomaşının yük yerindən 2 ədəd qara rəngli polietilen torbada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr, avtomaşının ön sağ oturacağının altından 1 ədəd qara rəngli polietilen torbada narkotik vasitə heroinə oxşar kütlə, 1 ədəd sarı rəngli polietilen torbada psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3 mart 2022-ci il tarixli 16/255 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Şahid5 idarə etdiyi avtomobildən aşkar edilmiş sellofana bükülmüş kütlə..” sözləri və imzalar olan kağız paketdə, üzəri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd qara rəngli polietilen torbadakı, digər şəffaf polietilen torbaya bükülmüş təmiz çəkisi 171,669 qram maddə, kustar usulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Şahid5 idarə etdiyi avtomobildən aşkar edilmiş sellofana bükülmüş kütlə..” sözləri və imzalar olan kağız paketdə, üzəri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd qara rəngli polietilen torbadakı, digər sarı rəngli polietilen torbaya bükülmüş təmiz çəkisi 480,214 qram maddə, kustar üsulla hazırlanmış prixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Şahid5 idarə etdiyi avtomobildən aşkar edilmiş sellofana bükülmüş kütlə..” sözləri və imzalar olan kağız paketdə, üzəri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd qara zəngli polietilen torbadakı, digər şəffaf polietilen torbada təmiz çəkisi 885 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Şahid5 idarə etdiyi avtomobildən aşkar edilmiş sellofana bükülmüş kütlə..” sözləri və imzalar olan kağız paketdə, üzəri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd qara zəngli polietilen torbadakı, digər şəffaf polietilen torbada təmiz çəkisi 830 qram bitki mənşəli kütlə, tərkibində narkotik vasitəqurudulmuş marixuanadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Tovuz rayon Məhkəməsinin 9 mart 2022-ci il tarixli qərarından görünür ki, Tovuz RpŞ-nin CAB-nin rəisi Şahid2 əməliyyat axtarış tədbirlərinin keçirliməsinə dair 3 mart 2022-ci il tarixli avtomobilə baxış keçirilməsinə dair hissədə qanuni hesab edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 3 iyun 2022-ci il tarixli 808 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” 3 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şahid5 idarə etdiyi **-PL-*** dövlət nömrə nişanlı “Toyota Corolla” markalı avtomaşının yük yerində və salonunda əldə edib saxladığı, təqdiqata sərf edildikdən sonra qalıq qalmış 171,669 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd sarı rəngli polietilen torbada 480,214 qram psixotrop maddə metamfetamin, narkotik vasitə olan 884,8 qram və 829 qram qurudulmuş marixuana və video görüntülərin köçürüldüyü 3 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Saatlı Rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin 18 aprel 2022-ci il tarixli PHŞ/1.1.74-2-2022-795 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Saatlı RMX PHŞ-in poliklinika şöbəsində narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 7 mart 2022-ci il tarixli qəbzdən görünür ki, **-PL-*** dövlət nömrə nişanlı “Toyota Corolla” markalı avtomaşın Şahid5 təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 15 aprel 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Saatlı rayon İcra Hakimiyyəti başçısının Novruzlu kənd İƏD üzrə nümayəndəlisinin 15 aprel 2022-ci il tarixli, 855 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası İsmayılov Afit əsgər oğlu, anası X3 və bacısı X4 ilə birlikdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində hər hansı şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 3 mart 2022-ci il tarixli protokoldan və Tovuz Rayon Məhkəməsinin 4 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 3 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 7 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. Həmin Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qram göstərilmişdir. Bundan başqa həmin Qanununun İİ siyahısında psixatrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8).; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir (1.0.11)». Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 8-ci bəndində Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmiş və məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin, psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən Təqsirləndirilən şəxs məxsus Şahid5 idarə etdiyi avtomaşınından aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin 3 müxtəlif növdə olmaqla külli miqdarda yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasına, tədqiq edilmiş cinayət işinin materiallarına müvafiq olaraq, təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddəsləri satış məqsədi ilə əldə edib daşımaqla saxlaması qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı, ifadəsinin yerində yoxlanılması zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkətinin protokollarını, maddi sübutlar tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını və səmimi etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 3 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Tovuz rayon polis şöbəsində saxlanılan təqdiqata sərf edildikdən sonra qalıq qalmış 171,669 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd sarı rəngli polietilen torbada 480,214 qram psixotrop maddə metamfetamin, narkotik vasitə olan 884,8 qram və 829 qram qurudulmuş marixuana məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli, 3 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 64,80 (altmış dörd manat səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İnqilab oğlu prosessual hərəkətlərdə 20 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçnin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, ibtidai istintaq zamanı vəkil Müdafiəçi İnqilab oğlu 17 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs həyata keçirdiyindən 102 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 3 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olaraq Tovuz rayon polis şöbəsində saxlanılan təqdiqata sərf edildikdən sonra qalıq qalmış 171,669 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd sarı rəngli polietilen torbada 480,214 qram psixotrop maddə metamfetamin, narkotik vasitə olan 884,8 qram və 829 qram qurudulmuş marixuana məhv edilsin, 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi İnqilab oğlunun vəkil işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 102 (yüz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-328/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-328/2022
14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver