Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-329/2021 04.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X13 və İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8, müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.2000-ci Bərdə rayonunun Mustafaağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bərdə rayonunun, Mustafaağalı kəndində qeydiyyatda olmaqla, həbs olunanadək qeyd olunan ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə gecə saat 23 radələrində, atası Şahid9 məxsus VAZ- 21060 markalı 02- BX-598 dövlət qeydiyyat nişanlı avtomobili orta dərəcədə sərxoş vəziyyətdə sürücülük hüququ olmadan idarə edərək, Bərdə rayonunun Alout - Qılınclı kənd avtomobil yolunun Bərdə rayonunun Mustafaağalı kəndi ərazisindən keçən 9-cu kilometrliyi ilə sonuncu kənd mərkəzinə doğru hərəkətdə olarkən,“Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1- ci hissəsinin 8-ci bəndinin, 50- ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini ehtiyatsızlığın cinayətkarcasına etinasızlı forması nəticəsində pozaraq, yəni nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 kilomoteridən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda, saatda 90-100 kilometr saat sürətilə hərəkət etdirərək, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilinin idarə olunmasından ayırmamalı və həmin ərəfədə yolun sağ hərəkət hissəsinin başlanğıcından yolun mərkəzinə doğru, 1 metrlik məsafə həddində dayanmış piyada 25.01.1993-cü ildə Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub həmin kənddə daimi qeydiyyatda olub yaşayan, N saylı hərbi hissədə xidmət edən çavuş X21 ilə hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı və piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli olduğu halda, hərəkətin təhlükəsizliyini təmin etməyən öz diqqətsiz idarə etmə hərəkətləri əsasında avtomobilini idarə edib diqqətsizlik və ehtiyatsızlıq etdiyindən avtomobilin qabaq sağ tərəfi ilə piyada X15 vurduğundan, sonuncu zərbənin təsirindən qalxıb avtomobilin qabaq alın şüşəsinin sağ tərəfinə dəyərək, nəticədə açıq kəlləbeyin travması, başın sol təpə-gicgah nahiyəsinin əzilmiş yarası, sol gicgah, təpə və kəllə əsası sümüklərin sınıqları, baş beyin qişalarına, yumuşaq qişa altına, baş beyin toxumasına və mədəciklərinə qansızması, sol göz ətrafı nahiyənin qançırı, sağ bud və sağ baldır sümüklərinin açıq qəlpəli şəkildə sınıqları, bədən səthinin sıyrıqları , əzilmiş yaraları ilə müşayət olunan və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığına Ağır zərər vuran həmin xəsarətlərdən - başın küt travması ilə ələqədar kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları ilə baş-beyin qişalarına, qişalar altına, baş beyin toxumasına və mədəciklərinə qansızma səbəbindən Bərdə RMX- na daxil olduğu andaca xəstəxanada ölmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X14 ölümü ilə nəticələnən həmin 11.06.2021- ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsinə qədər X5 ilə münasibətləri tam normal olmuşdur.Onunla heç bir ədavəti, düşmənçilyi və qohumluğu da yoxdur.Bu hadisə onun avtomobili sərxoş vəziyətdə olub yola lazımi qədər diqqətli olmamağı səbəbindən baş vermişdir.Onun mərhumla bir həmkəndli kimi həmişə münasibətlər yaxşı olmuşdur.Onun və atası Faxrəddinin sürücülük vəsiqələri olmasada atası Şahid9 oğlunun özünə məxsus VAZ- 21060 markalı 02 - BX- 598 dövlət qeydiyyat nişanlı avtomobili var. Onun da atası Faxrəddin İsmayılovun da sürücülük vəsiqələri olmasa da o, həmin avtomobili idarə etməyi bacardığından nə vaxt hansısa bir işi olanda istədiyi yerə həmin avtomobillə gedib gəlir. 11 iyun 2021-ci il tarixdə təxminən saat 21 radələrində o, həmkəndliləri Elgün, Rüfət, Şahid7 belə qərara gəlmişlər ki, pondemiya ilə ələqədar çoxdan yeməkxanaya getmirlər elə birlikdə onun idarə etdiyi atasına məxsus VAZ- 21060 markalı 02- BX- 598 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonunun Alpout kəndi ərazisində yol kənarında yerləşən “ Qızılbalıq “ yeməkxanasına gedib oturub çörək yesinlər. Ona görə də o, həmin avtomobili idarə etmişdir.Onlar Bərdə rayonunun Alpout kəndinin ərazisində Alpout- Qılınclı kənd avtomobil yolununu Qılınclı istiqamətinə doğru hərəkət istiqaməti əsas götürüldükdə həmin yolun 1- ci km də yerləşən “ Qızılbalıq “ yeməkxanasına getmişlər. Orada kupelərdən birində oturub çörək yeyib hardasa adama 250 qram da spirtli içki qəbul etmişlər.Təxminən saat 22-40 radələrində artıq qərara gəlmişlər ki, gecdir yeməkxanadan qalxıb evə, yəni yaşadıqları Mustafaağalı kəndinə getsinlər. Odur ki, həmin yaşadıqları kəndə getmək üçün Alpout- Qılınclı kənd avtomobil yoluna onun idarə etdiyi həmin avtomobillə çıxıb Mustafaağalı kəndinə evlərinə getmək üçün yola düşmüşlər. O, həmin vaxt orta vəziyyətdə içkili olsa da maşını idarə etmişdir. Hardasa hərəkət edib kəndlərinə çatanda hadisə yerinə 2-3 km qalarkən maşından Rüfətlə, Şahid7 düşüb evlərinə getmişlər.Ona görə onlar maşından tez düşmüşlər ki, onların Bərdə rayonunun Qılınclı kəndində yerləşən evləri kəndin girəcəyində yerləşir. Onunla Elgünün yaşadığı evləri isə hadisə baş verən yerdən sonra hardasa 1 kilometrlik məsafədə yerləşir. Ona görə də onları maşından düşürəndən sonra yollarına davam etmişlər. Həmin yolun 9- cu km nə çatma ərəfəsində o, yolun sağ hərəkət hissəsi ilə təxminənən saatda 90-100 km saat sürəti ilə hərəkət edərkən, qarşıda Qalibin mağazasının qarşısına çatma ərəfəsində yolun sağ kənarında 10 nəfərə qədər kənd uşaqlarını dayanmış olduqlarını görmüşdür. Onlardan Bayramov Qubad Şəmşir oğlu sağ hərəkət hissəsinin başlanğıcından mərkəzə doğru 1 metrlik məsafədə dayanaraq fikir vermədiyi kənd uşaqları, yəni cavanları ilə söhbət etmiş və o, dayanmış vəziyətdə olmuşdur.Həmin vaxt o, elə əvvəlcədən Qubadı yolda görərkən qarşı tərəfdən hərəkətdə olan hansı markalı avtomobil olduğunu və dövlət nömrə nişanına fikir vermədiyi nəmalüm avtomobilin işığı onun gözümə düşmüş və o, bu vəziyətdə qarşı əks zolaqdan həmin avtomobil hərəkətdə olduğundan həmin zolağa tərəf çıxa bilməmiş və elə buna görədə öz yolunda avtomobilimin qabaq sağ tərəfi ilə həmkəndlisi Qubad Bayramovu vurduğundan Qubad qalxıb sağ tərəfdən avtomobilimin alın şüşəsinə dəyib şüşəni həmin hissədən sındırmışdır. Həmin hadisə ərəfəsində o, heç bir tormoz etməmişdir. Həmin vaxt o, bir az içkili olduğundan və yola lazımi qədər diqqət etmədiyindən piyada Qubad Bayramovu maşını ilə ehtiyatsızlıq edib vurmuşdur. Buna görə özün günahkar bilir. O, bu hadisəni qəsdən etməmişdir. İstəməzdi ki, bu yol- nəqliyyat hadisəsi olsun. Ancaq yola tam diqqətli ola bilməmiş, həm də qarşıdan maşın gəlib işığı gözünə düşdüyündən elə 3-4 metr məsafə olardı ki, görmüşdür ki, Qubad Bayramova çatır və onu heç nə edə bilməyib avtomobilinin qabaq sağ tərəfi ilə vurmuşdur. O, ancaq yola diqqətsiz olduğundan yaxşı fikir vermədiyindən həmin Qubad Bayramovu avtomobili ilə qəsdən deyil elə bu səbəbdən ehtiyatsızlıq edib vurmuşdur. Hadisə zamanı avtomobili tam saz vəziyətdə olmuşdur..Hadisə baş verəndən sonra dərhal maşınını saxlamış, gəlib asfaltın sağ ehtiyat sahəsinə kənarına yıxılmış Qubad Bayramova baxmışdır.Qubad yerə uzanıqlı vəziyətdə olmuşdur. O, bərk həyəcanlandığından yerində donub qalmışdır ki, bu nə hadisədir ki, onun başıma gəlmişdir. Həmin yerdə olan onun həmkəndliləri İnqilab, Saleh, Qalib Qubada köməklik edib onu yerdən qaldırıb İnqilabın VAZ- 2106 markalı maşınına qoyub xəstəxanaya aparmışlar.O, fikirləşmişdir ki, onlar Qubadı belə tez xəstəxanaya çatdırmaqla onun həyatını xilas edəcəklər.O da onların arxasınca Qubadın vəziyyəti ilə maraqlanmaq üçün xalası oğlu Şahid6 VAZ- 2106 markalı maşını ilə xəstəxanaya gəlmişdir. Ancaq həmin vaxt ona xalası oğlu Sərvan məsləhət etmişdir ki, o, xəstəxananın həytində maşından yerə düşməsin, birdən Qubad Bayramovun yaxınları onu görüb ona qarşı əsəbi olduqlarından nə isə bir xoşagəlməz hərəkətlər edərlər.Bundan sonra o, polis şöbəsinə növbətçi hissəyə gəlib hadisə barədə bildirmişdir ki, bir hadisə törətmişdir. Elə şöbədə olarkən eşitmişdir ki, Qubad hadisə nəticəsində almış olduğu xəsarətlərdən xəstəxanada rəhmətə getmişdir. O, həmişə olduğu kimi hadisə günü də atasına məxsus avtomobilinii özü götürüb idarə edib həmin uşaqlarla “ Qızılbalıq “ yeməkxanasına getmiş və oradan qayıdarkən da içkili olduğundan hadisəni maşını bir az sürətli və bir də yola yaxşı fikir verməyib sürdüyündən etmişdir. Elədiyi bu hərəkətindən tam peşmandır. Onun peşmançılığını və gənc olmağını nəzərə almalarını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, mərhum Bayramov Qubad Şəmşir oğlu onun oğludur. Oğlu Qubad 25.01.1993-cü ildə anadan olmaqla, yol- nəqliyyat hadisəsi baş verib həlak olana qədər fiziki cəhətdən sağlam olmuşdur. Qubad Bayramov , hadisə baş verənə qədər N saylı hərbi hissədə MAX xidmət etmişdir.11 iyun 2021- ci il tarixdə təxminən gecə saat 23 radələrində oğlu X21 xidmət etdiyi hərbi hissədən evilərinə gəlmək üçün hansısa avtomobillə hərəkət edib gəlib yaşadıqları Mustafaağalı kəndində maşından düşmüşdür.Qubad kəndlərində Qalib adlı şəxsin mağazasının yaxınlığında yol kənarında dayanmış olduğu vəziyyətdə həmkəndlisi Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə və həm də sürücülük hüququ olmadan atasına məxsus idarə etdiyi VAZ- 21060 markalı 02- BX- 598 dövlət qeydiyyat nişanlı avtomobili təxminən saatda 150 km saat sürəti ilə avtomobili idarə etdiyi vəziyyətdə avtomobilinin qabaq sağ tərəfi ilə oğlu Qubad Bayramovu vurmuşdur.Nəticədə oğlu X21 yol- nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən ölmüşdür. O, sürücü Təqsirləndirilən şəxs Fəxrddin oğlundan şikayətçidir və onu bağışlamır.O, istəyir ki, Muradın cəzası nədir onu da alsın. Ona görə ki, Murad onun fiziki cəhətdən sağlam olan oğlu X15 avtomobilini ehtiyatsızlıq edib idarə edib sərxoş vəziyyətdə vurub öldürdüyündən istəyir ki, Murad cəzasını alsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub həmin kənddə də yaşayır.11.06.2021ci il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsinə qədər X5 ilə münasibətləri tam normal olmuşdur.Onunla heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur.11.06.2021- ci il tarixdə onun xalası oğlu Təqsirləndirilən şəxs idarə etdiyi VAZ- 21060 markalı 02 - BX- 598 dövlət qeydiyyat nişanlı avtomobillə təxminən saat 21 radələrində həmkəndliləri Elgün, Şahid7lə və Rüfətlə birlikdə atasına məxsus idarə etdiyi VAZ- 21060 markalı 02- BX- 598 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonunun Alpout kəndi ərazisində yol kənarında yerləşən “ Qızılbalıq “ yeməkxanasına getmişlər. Orada kupedə oturub çörək yeyib hardasa adama 250 qram spirtli içki qəbul etmişlər.Təxminən saat 22-40 radələrində onlar yeməkxanadan qalxıb evə, yəni yaşadıqları Mustafaağalı kəndinə gəlmək üçün Alpout - Qılınclı kənd avtomobil yoluna çıxıb Mustafaağalı kəndinə getmək üçün yola düşmüşlər.Hardasa hərəkət edib kəndlərinə çatanda hadisə yerinə 2-3 km qalarkən maşından Rüfət və Şahid7 düşüb evlərinə getmişlər. Ona görə də Təqsirləndirilən şəxsla Elgün yollarına davam edib getmişlər. Gecə saat 01 radələrində o eşitmişdir ki, Təqsirləndirilən şəxs kəndlərində həmin yolun 9- cu km-nə çatma ərəfəsində yolun sağ hərəkət hissəsi ilə Təqsirləndirilən şəxs həmin avtomobillə hərəkətdə olarkən qarşıda Qalibin mağazasının qarşısına çatma ərəfəsində yolun sağ tərəfində X6 hərəkət hissəsinin başlanğıcından mərkəzə doğru 1 metrlik məsafədə dayandığı vəziyətdə yola fikir vermədiyindən avtomobili ilə vurmuşdur. Həmin vaxt o, orada olmadığımdan ancaq eşitdiklərini ifadəsində göstərir. Ancaq hadisə zamanı Murad içkili vəziyətdə olmuşdur. Həmin yerdə maşınla vurulmuş Qubadı eşitdiyinə görə həmkəndlisi İnqilab, Saleh, Qalib Qubada köməklik edib onu yerdən qaldırıb İnqilabın VAZ- 2106 markalı maşınına qoyub xəstəxanaya gətirmişlər. Onun hadisə barədə bildiklərim bundan ibarətdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub həmin kənddə də yaşayır.11.06.2021ci il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsinə qədər X5 ilə münasibətləri tam normal olmuşdur.Onunla heç bir ədavəti, düşmənçilyim və qohumluğum yoxdur.11.06.2021- ci il tarixdə Təqsirləndirilən şəxs onun orta məktəb yoldaşı olduğundan bir məktəbdə təhsil aldıqlarından Təqsirləndirilən şəxs idarə etdiyi VAZ- 21060 markalı 02 - BX- 598 dövlət qeydiyyat nişanlı avtomobillə təxminən saat 21 radələrində həmkəndliləri Elgün və Rüfətlə birlikdə Bərdə rayonunun Alpout kəndi ərazisində yol kənarında yerləşən “ Qızılbalıq “ yeməkxanasına gəlmişlər. Orada kupedə oturub çörək yemişlər. Uşaqlar hardasa adama 250 qram spirtli içki qəbul etsələr də o, içməmişdir. Təxminən saat 22-40 radələrində onlar yeməkxanadan qalxıb evə, yəni yaşadıqları Mustafaağalı kəndinə getmək üçün Alpout - Qılınclı kənd avtomobil yoluna çıxıb, Mustafaağalı kəndinə getmək üçün yola düşmüşlər.Hardasa hərəkət edib kəndlərinə çatanda hadisə yerinə 2-3 km qalarkən maşından o və Rüfət düşüb evlərinə getmişlər. Ona görə ki, artıq onlar öz evlərinn yanına çatmışlar. Təqsirləndirilən şəxsla Elgün isə yolarına davam edib getmişlər. Sonradan o, eşitmişdir ki, həmin yolun 9-cu km-nə çatma ərəfəsində yolun sağ hərəkət hissəsi ilə Təqsirləndirilən şəxs həmin avtomobillə hərəkətdə olarkən qarşıda Qalibin mağazasının qarşısına çatma ərəfəsində yolun sağ tərəfində Bayramov Qubad Şəmşir oğlunu sağ hərəkət hissəsinin başlanğıcından mərkəzə doğru 1 metrlik məsafədə dayandığı vəziyətdə yola fikir vermədiyindən avtomobili ilə ehtiyatsızlıq edib vurmuşdur. Həmin vaxt o, blavasitə orada olmadığından ancaq eşitdiklərinii ifadəsində göstərmişdir.Ancaq hadisə zamanı Murad içkili vəziyətdə olmuşdur.Hadisə barədə bildikləri bundan ibarətdir. Onu da ifadəsində bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub həmin kənddə də yaşayır.11.06.2021ci il tarixdə saat 23 rabalərində baş vermiş yol- nəqliyyat hadisəsinə qədər X5 ilə münasibətləri tam normal olmuşdur.Onunla heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. Yol-nəqliyyat hadisəsi törətmiş sürücü Təqsirləndirilən şəxs da həmkəndlisidir.Muradla da da heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur.11 iyun 2021- ci il tarixdə təxminən saat 23 radələrində o və Şahid3 Bərdə rayonunun Mustafaağalı kəndində yol kənarında yerləşən İsmayıl adlı şəxsin çayxanasında oturub çay içmişlər. Elə birdən görmüşlər ki, yol ilə bir avtomobil ötüb keçmişdir.Qaranlıq olduğundan həmin avtomobilin kimin maşını olduğunu görə bilməmişlər.Ancaq həmin avtomobil onların olduğu yerdən hardasa 30 metr irəlidə hərəkətdə olarkən, kimlərinsə qışqırıq səsini eşitmişlər. Dərhal o və Namiq və orada kafedə olan İnqlab, Saleh birlikdə həmin tərəfə qaçmışlar. Elə həmin vaxt görmüşlər ki, yolun sağ ehtiyat sahəsinə maşınla vurulmuş həmkəndlisi hərbi hissədə xidmət edən X21 düşüb qalmışdır. Elə onlar Qubadın yanına çatarkən hadisə yerindən hardasa 30-40 metr irəlidən həmin hadisəni törətmiş Təqsirləndirilən şəxs Fəxxrəddin oğlunun, yəni həmkəndlisi Muradın idarə etdiyi avtomobilini arxaya döndərib X15 yanına qayıdıb gələndə o başa düşmüşdür ki, Qubadı Təqsirləndirilən şəxs idarə etdiyi atasına məxsus Vaz-21060 markalı 02- BX- 598 dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur.Onlar həmin yerə çatarkən orada başqa adamlar da omuşdur. Ancaq həyəcanlı olub elə Qubadı yerdən tez qaldırıb xəstəxanaya çatdırmağa başları qarşıdığından daha onların kimlər olmasına fikir verə bilməmişlər.Həmin vaxt Murad hadisənin təsirindən donub yerində qalmışdır.Ancaq elə onlara tez Qubadı onun maşınına qoyub xəstəxanaya çatdırmağa köməklik etmələrini demişdir. Onlar da baxıb görmüşlər ki, Muradın idarə etmiş olduğu avtomobil hadisə nəticəsində qabaq sağ tərəfdən alın şüşəsi sınmış və həm də maşının qabaq sağ tərəfi, yəni kreli təkərə yaxın olduğuna görə, İnqlab Qubadı onun maşını ilə xəstəxanaya aparmağı təklif etmişdir. Ona görə də o, Saleh, İnqlab və Namiq Qubadı yerdən qaldırıb İnqlabın VAZ- 2106 markalı 09- BK- 460 dövlət qeydiyyat nişanlı avtomobilimin arxa oturacağına qoyub tez onu Bərdə RMX-na aparmaq üçün yola düşmüşlər.Qubad Bayramovu xəstəxanaya apararkən yolda o, təcili yardım maşınına zəng vurub gəlməsini bildirmişdir. Elə Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisinə çatıb Bərdə şəhərinə xəstəxanaya gələrkən orada Bərdə rayon TT yardım maşını ilə qarşılaşdığıqlarından tez İnqlab marqat edib təcili yardım maşınını saxlatmışdır. Qubadı təcili yardım maşınına yerləşdirib o və Namiq Təcili yardım maşını ilə, İnqlab və Saleh isə İnqlabın maşını ilə xəstəxanaya gəlmişlər.Həkimlər Qubada ilkin tibbi yardım göstərsələr də Qubad xəstəxanada yol- nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Məhəmməd oğlu ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub həmin kənddə də yaşayır.11.06.2021- ci il tarixdə saat 23 rabalərində baş vermiş yol- nəqliyyat hadisəsinə qədər X5 ilə münasibətləri tam normal olmuşdur.Onunla heç bir ədavəti, düşmənçilyim və qohumluğu yoxdur. Yol- nəqliyyat hadisəsi törətmiş sürücü Təqsirləndirilən şəxs onun bibisi oğludur. Onunla da bir qohum kimi münasibəti normaldır. 11 iyun 2021ci il tarixdə təxminən saat 23 radələrində o və Ruslan Bərdə rayonunun Mustafaağalı kəndində yol kənarında yerləşən İsmayıl adlı şəxsin çayxanasında oturub çay içiərkən, elə birdən görmüşlər ki, yol ilə bir avtomobil ötüb keçmişdir. Qaranlıq olduğundan həmin avtomobilin kimin maşını olduğunu görə bilməmişlər. Ancaq həmin avtomobil onların olduqları yerdən hardasa 30 metr irəlidə hərəkətdə olarkən, kimlərinsə qışqırıb ə vurdu dediyini eşitmişlər .Dərhal o və Ruslan və orada kafedə olan İnqlab, Saleh birlikdə həmin tərəfə qaçmışlar. Elə bu vaxt görmuşlər ki, yolun sağ ehtiyat sahəsinə maşınla vurulmuş həmkəndlisi hərbi hissədə xidmət edən X21 düşüb qalmışdır. Elə onlar Qubadın yanına çatarkən hadisə yerindən hardasa 30-40 metr irəlidən həmin hadisəni törətmiş Təqsirləndirilən şəxs Fəxxrəddin oğlunun, yəni bibisi oğlunun avtomobilini arxaya döndərib X15 yanına qayıdıb gələndə o, başa düşmüşdür ki, Qubadı Təqsirləndirilən şəxs idarə etdiyi atasına məxsus Vaz- 21060 markalı 02- BX- 598 dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur.Onlar həmin yerə çatarkən orada başqa adamlar da olmuşdur. Ancaq həyəcanlı olub elə Qubadı yerdən tez qaldırıb xəstəxanaya çatdırmağa başları qarşıdığından daha onların kimlər olmasına fikir verə bilməmişlər Həmin vaxt Murad hadisənin təsirindən donub yerində qalmışdır.Ancaq onlara tez Qubadı onun maşınına qoyub xəstəxanaya çatdırmalarını demişdir. Onlar da baxıb görmüşlər ki, Muradın idarə etmiş olduğu avtomobil hadisə nəticəsində qabaq sağ tərəfdən alın şüşəsi sınmış və həm də maşının qabaq sağ tərəfi, yəni kreli təkərə yaxın olduğuna görə təkərin krelə dəyib sürtməsinə görə , İnqlab demişdir ki, Qubadı onun maşını ilə xəstəxanaya aparsınlar Ona görə də o, Saleh, İnqlab, Ruslan, Qubadı yerdən qaldırıb İnqlabın VAZ- 2106 markalı 09- BK- 460 dövlət qeydiyyat nişanlı avtomobilinin arxa oturacağına qoyub tez onu Bərdə RMX- na aparmaq üçün yola düşmüşlər Onu xəstəxanaya apararkən yolda Ruslan təcili yardım maşınına zəng vurub gəlməsini bildirmişdir.Elə Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisinə çatıb, Bərdə şəhərinə xəstəxanaya gələrkən, orada Bərdə rayon TT yardım maşını ilə qarşılaşdıqlarından tez İnqlab marqat edib təcili yardım maşınını saxlatmışdır.Qubadı təcili yardım maşınına yerləşdirib o və Ruslan Təcili yardım maşını ilə,İnqlab və Saleh isə İnqlabın maşını ilə xəstəxanaya gəlmişlər. Həkimlər Qubada ilkin tibbi yardım göstərsələr də Qubad xəstəxanada yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub həmin kənddə də yaşayır. X21 onun oğludur.Oğlu Qubad N saylı hərbi hissədə MAX- edən çavuş olmuşdur.Oğlu Qubad yolnəqliyyat hadisəsi baş verənə qədər istər hərbi hissədə və istərsədə yaşadıqları Bərdə rayonunun Mustafaağalı kəndində hamının hörmətini qazanmışdır.11 iyun 2021-ci il tarixdə yaşadığı Bərdə rayonunun Mustafaağalı kəndində oğlu Qubad Bayramovun Təqsirləndirilən şəxsun idarə etdiyi VAZ- 21060 markalı 02- BX- 598 dövlət qeydiyyat nişanlı avtomobillə vurulması və nəticədə ölməsi yol- nəqliyyat hadissi üzrə onu bildirmək istəyir ki, bu hadisəni sürücü Murad qəsdən deyil, sadəcə olraq atası Fəxrəddin Məmmədova məxsus həmin avtomobili həm sərxoş və həm də yüksək sürətlə və sürücülük vəsiqəsi olmdan idarə edərək, yola diqqətsiz olduğundan hadisə ərəfəsində yolun sağ tərəfində dayanmış oğlu Qubad Bayramovu avtomobilinin qabaq sağ tərəfi ilə möhkəm zərbə ilə vurduğundan oğlu elə hadisə yerində olmuş İnqlab adlı şəxsin VAZ- 2106 markalı avtomobili ilə Bərdə RMXna çatdırılsa da elə xəstəxanaya daxil olduğu andaca xəstəxanada ölmüşdür.Suala cavab olaraq bildirir ki. cinayət işi üzrə hüquqi varis onun həyat yoldaşı X11r.Onun hüquqi varis olmasına qarşı özünün heç bir etirazı yoxdur və istəyir ki, elə o, hüquqi varis olmaqda davam etsin.O ki, qaldı oğlunun dəfni ilə ələqədar X4 16230 manat xərc çəkməsi və onun Fəxrəddinlə gedib Bərdə Asan xidmət mərkəzində onun oğlu Təqsirləndirilən şəxs Fərman oğlundan şikayətçi olmamağı və onunla barışmağı barədə ərizəsinə, düzdür Fəxrəddin dəfnlə ələqədar deyil, ancaq oğlumun məzar daşının alınmasına və bir də mərhum oğlunun Uni-Bankda olan kredit borcunun ödənilməsinə 11 min manat ödəmişdir. Belə ki, həmin pulu bankdan onun həyat yoldaşı Bayramova Şəlalə Fərman qızı götürmüş, ancaq zamin isə mərhum oğlu X21 olmuşdur. Elə bu əsasa görə həmin pul Fəxrəddin Məmmədov tərəfindən həmin banka ödənilmişdir. O, öz adından və bilavasitə özü belə bir hərəkət etmişdir. O, ki, qaldı iş üzrə onun mərhum oğlu X14 hüquqi varisi olan onun həyat yoldaşı X11r. Həyat yoldaşı Şəlalə Bayramovanın sürücü Təqsirləndirilən şəxsla barışması və ya şikayətçi olması işinə isə o, müdaxilə etməmiş və etməyəcəkdir. Bunu həyat yoldaşı Şəlalə Bayramova özü bilər.Ona görə də bütün bunları diqqətə çatdırır Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 oğlu ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub həmin kənddə də yaşayır.Təqsirləndirilən şəxs onun oğludur.11.06.2021- ci il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsinə qədər X5 ilə münasibətləri tam normal olmuşdur.Onunla heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur.Onun özünə məxsus VAZ-21060 markalı 02 - BX- 598 dövlət qeydiyyat nişanlı avtomobili var.Həmin avtomobili idarə etmək üçün nə onun və nə də ki, oğlu Muradın sürücülük vəsiqəsi yoxdur.Bununla belə bildirir ki,11 iyun 2021-ci il tarixdə təxminən saat 21 radələrində onun oğlu həmkəndliləri Elgün, Rüfət, Şahid7lə birlikdə ona məxsus Vaz- 2106 markalı 02- BX- 598 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonunun Alpout kəndi ərazisində yol kənarında yerləşən “ Qızılbalıq “ yeməkxanasına getmişlər. Bir qayda olaraq oğlu Muradla o, həmin maşını hər hansı bir işləri olduqda idarə edirlər. Onlar gedib həmin yeməkxanada yemək yeyib və sprtli içki qəbul etmişlər. Təxminən saat 22-40 radələrində onlar yeməkxanadan qalxıb evə, yəni yaşadıqları Mustafaağalı kəndinə getmək üçün oğlunun idarə etdiyi avtomobillə Alpout - Qılınclı kənd avtomobil yoluna çıxıb, Mustafaağalı kəndinə gəlmək üçün yola düşmüşlər.Hardasa hərəkət edib kəndlərinə çatanda hadisə yerinə 2-3 km qalardı ki, maşından Rüfətlə, Şahid7 düşüb evlərinə getmişlər.Oğlu Murad isə Elgünlə yollarına davam etmişdir. Həmin yolun 9-cu km-nə çatma ərəfəsində yolun sağ hərəkət hissəsi ilə təxminənən saatda 80-90 km sürətə hərəkət edərkən qarşıda Qalibin mağazasının qarşısına çatma ərəfəsində yolun sağ kənarında 5-6 nəfərə qədər kənd uşaqlar olmuşlar. O, həmin şəxləri tanımır. Onlardan Bayramov Qubad Şəmşir oğlu sağ hərəkət hissəsinin başlanğıcından mərkəzə doğru 1 metrlik məsafədə dayanıb kənd uşaqları, yəni cavanları ilə söhbət etmişdir. Həmin vaxt oğlunun deməsinə görə Qubadı yolda görərkən qarşı tərəfdən hərəkətdə olan markası və dövlət nömrə nişanını oğlu Muradın bilmədiyi nəmalüm avtomobilin işığı Müradın gözünə düşmüşdür.Oğlu Təqsirləndirilən şəxs Qubad Bayramovu avtomobilin qabaq sağ tərəfi ilə vurduğundan Murad qalxıb sağ tərəfdən avtomobiliin alın şüşəsinə dəyib alın şüşəsinin sağ tərəfdən olaraq sındırmışdır.Həmin vaxt Murad bir az içkili olduğundan və yola lazımi qədər diqqət etmədiyindən piyada Qubad Bayramovu maşınla ehtiyatsızlıq edib vurmuşdur. Qubad İnqlabın VAZ- 2106 markalı maşını ilə xəstəxanaya gətirilmiş və xəstəxanaya çatma anında ölmüşdür. Bundan sonra o, Qubad Bayramovun dəfni ilə ələqədar 16230 manat xərc çəkmişdir.Elə buna görə də mərhum Qubad Bayramovun atası Şahid12 23.06.2021- ci il tarixdə Bərdə Asan xidmət mərkəzinə gedib onun oğlu Təqsirləndirilən şəxs şikayətçi olmaması barədə ərizə vermişdir.Həmin ərizə cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X17 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X22 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub həmin kənddə də yaşayır.11.06.2021- ci il tarixdə saat 23 rabalərində baş vermiş yol-nəqliyyat hadisəsinə qədər X5 ilə münasibətləri tam normal olmuşdur.Onunla heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. Eyni zamanda onun yol- nəqliyyat hadisəsi törətmiş sürücü Təqsirləndirilən şəxs ilə də heç bir ədavəti, düşmənçilyim və qohumluğu yoxdur.Onunla da bir həmkəndli kimi normal münasibəti var. 11 iyun 2021-ci il tarixdə təxminən gecə saat 23 radələrində o və həmkəndliləri Şahid3 Məhəmməd oğlu, Şahid4 Yunis oğlu, Ruslan Məzahir oğlu ilə birlikdə hadisə baş verən yerdən təxminən 30-40 metr aralıda Mustafaağalı kəndində yolun kənarında yerləşən onun işlətdiyi kafedə olarkən, birdən kənd mərkəzinə doğru hərəkət edən avtomobilin kimisə yolda möhkəm zərbə ilə vurma taqqıltı səsini eşitmişlər və onlar özlüyüdə demişlər ki, maşın nəyi isə vurdu. Ona görə belə demişlər ki, qaranlıq olduğundan işıq olmadığından bilavasitə nəyin vurulduğunu həmin an görməmişlər. Ancaq hamısı həmin tərəfə qaçmışlar. Elə bu vaxt görmüşlər ki, yolun sağ ehtiyat sahəsinə maşınla vurulmuş həmkəndlisi hərbi hissədə xidmət edən X21 düşüb qalmışdır. Elə onlar Qubadın yanına çatarkən hadisə yerindən hardasa 30-40 metr irəlidən həmin hadisəni törətmiş Təqsirləndirilən şəxs Fəxxrəddin oğlunun avtomobilini arxaya döndərib X15 yanına qayıdıb gələndə onlar başa düşmüşlər ki, Qubadı Təqsirləndirilən şəxs idarə etdiyi atasına məxsus Vaz- 21060 markalı 02- BX- 598 dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur.Onlar həmin yerə çatarkən orada başqa adamlar da olmuşdur. Ancaq həyəcanlı olub elə Qubadı yerdən tez qaldırıb xəstəxanaya çatdırmağa başları qarşıdığından daha onların kimlər olmasına fikir verə bilməmişdir. Həmin vaxt Murad hadisənin təsirindən donub yerində qalmışdır.Ancaq onlara demişdir ki, Qubadı tez yerdən götürüb xəstəxanaya çatdırsınlar. Ona görə də o, Saleh, Namiq, Ruslan Qubadı yerdən qaldırıb onun VAZ- 2106 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa oturacağına qoyub tez Bərdə RMX- na aparmışlar. Qubadı xəstəxanaya apararkən yolda Ruslan təcili yardım maşınına zəng vurub gəlməsini bildirmişdir.Elə Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisinə çatıb Bərdə şəhərinə xəstəxanaya gedərkən, orada Bərdə rayon TT Yardım maşını ilə qarşılaşdıqlarından tez o, maşınını saxlamışdır, Qubadı təcili yardım maşınına yerləşdirib xəstəxanaya yola salmışlar Belə ki, Ruslan və Namiq Təcili yardım maşını ilə, o və Saleh isə onun maşını ilə xəstəxanaya gəlmişlər. Həkimlər Qubada ilkin tibbi yardım göstərsələr də Qubad xəstəxanada yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən ölmşdür. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub həmin kənddə də yaşayır.11.06.2021- ci il tarixdə saat 23 rabalərində baş vermiş yol- nəqliyyat hadisəsinə qədər X5 ilə münasibətləri tam normal olmuşdur.Onunla heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. Yol- nəqliyyat hadisəsi törətmiş sürücü Təqsirləndirilən şəxs da həmkəndlisi olub onunla da heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur.11 iyun 2021ci il tarixdə təxminən saat 23 radələrində o və İnqlab Bərdə rayonunun Mustafaağalı kəndində yol kənarında yerləşən İnqlaba məxsus kafedə olarkən elə birdən görmüşlər ki, yol ilə bir avtomobil ötüb keçmişdir. Qaranlıq olduğundan həmin avtomobilin kimin maşını olduğunu görə bilməmişlər. Ancaq həmin avtomobil onların olduqları yerdən hardasa 30 metr irəlidə hərəkətdə olarkən, kimlərinsə qışqırıq səsini eşitmişlər. Dərhal o və İnqlab və orada çayxanada olan Namiq və Ruslan birlikdə həmin tərəfə qaçmışlar. Elə bu vaxt görmüşlər ki, yolun sağ ehtiyat sahəsinə maşınla vurulmuş həmkəndlisi hərbi hissədə xidmət edən X21 düşüb qalmışdır. Elə onların Qubadın yanına çatarkən hadisə yerindən hardasa 30-40 metr irəlidən həmin hadisəni törətmiş Təqsirləndirilən şəxs Fəxxrəddin oğlunun, yəni həmkəndlisi Muradın idarə etdiyi avtomobilini arxaya döndərib X15 yanına qayıdıb gələndə o, başa düşmüşdür ki, Qubadı Təqsirləndirilən şəxs idarə etdiyi atasına məxsus Vaz- 2106 markalı 02- BX- 598 dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur.Onlar həmin yerə çatarkən orada başqa adamlar da olmuşdur. Ancaq həyəcanlı olub elə Qubadı yerdən tez qaldırıb xəstəxanaya çatdırmağa başları qarşıdığından daha onların kimlər olmasına fikir verə bilməmişdir. Həmin vaxt Murad hadisənin təsirindən donub yerində qalmışdır.Ancaq onlara Qubadı onun maşınına qoyub xəstəxanaya çatdırmağı təklif etmişdir. Onlar da baxıb görmüşlər ki, Muradın idarə etmiş olduğu avtomobil hadisə nəticəsində qabaq sağ tərəfdən alın şüşəsi sınmış və həm də maşının qabaq sağ tərəfi, yəni kreli təkərə yaxın olduğuna görə, İnqlab Qubadı öz maşını ilə xəstəxanaya aparmalarını məsləhət bilmişdir. Ona görə də o, İnqlab və Namiq, Ruslan Qubadı yerdən qaldırıb İnqlabın VAZ- 2106 markalı 09- BK- 460 dövlət qeydiyyat nişanlı avtomobilimin arxa oturacağına qoyub tez onu Bərdə RMXna aparmaq üçün yola düşmüşlər. Onu xəstəxanaya apararkən yolda Ruslan təcili yardım maşınına zəng vurub gəlməsini bildirmişdir.Elə Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisinə çatıb Bərdə şəhərinə xəstəxanaya gələrkən orada Bərdə rayon TT yardım maşını ilə qarşılaşdıqlarından tez İnqlab marqat edib təcili yardım maşınını saxlatmışdır. Qubadı təcili yardım maşınına yerləşdirib o və İnqlab İnqlabın maşını ilə, Namiq və Ruslan isə Təcili yardım maşını ilə xəstəxanaya gəlmişlər.Həkimlər Qubada ilkin tibbi yardım göstərsələr də Qubad xəstəxanada yol- nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən ölmüşdür. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid8 oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid8 oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub həmin kənddə də yaşayır. Həmin kənd sakini Təqsirləndirilən şəxs bir həmkəndli kimi tanıyır. Onunla heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. X5 ilə də o, yol- nəqliyyat hadisəsi baş verib sonuncunun ölümünə qədər bir həmkəndli kimi onu da tanımış və onunla da münasibətləri normal olmuşdur. Qubad Bayramovla da heç bir qohumluq münasibəti olmamışdır. 11 iyun 2021- ci il tarixdə təxminən saat 21 radələrində o, həmkəndliləri Rüfət, Şahid7lə birlikdə Təqsirləndirilən şəxs Fəxrəddin oğlunun idarə etdiyi VAZ- 2106 markalı 02- BX- 598 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonunun Alpout kəndi ərazisində yol kənarında yerləşən “ Qızılbalıq “ yeməkxanasına gəlmişlər. Orada kupedə oturub çörək yeyib hardasa adama 250 qram spirtli içki qəbul etmişlər.Təxminən saat 22-40 radələrində onlar yeməkxanadan qalxıb evə, yəni yaşadığıqları Mustafaağalı kəndinə getmək üçün yola düşmüşlər. Həmin vaxt avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. Onlar həmin avtomobillə Alpout-Qılınclı kənd avtomobil yoluna çıxıb,Mustafaağalı kəndinə getmək üçün hərəkət etməyə başlamışlar. Hardasa hərəkət edib kəndlərinə çatanda hadisə yerinə-2-3 km qalarkən maşından Rüfətlə , Şahid7 düşüb evlərinə getmişlər.O, isə maşında qalmışdır. Murad maşını idarə etməkdə davam etdiyindən onlar yollarına davam etmişlər. Həmin yolun 9- cu kmnə çatma ərəfəsində Təqsirləndirilən şəxs avtomobili təxminən saatda 100-110 km sürətlə idarə etmişdir..Həmin vaxt Murad yola belə diqqətsiz olmuşdur ki, qabaqda dövlət nömrə nişanını bilmədiyi və sürücüsünü tanımadığı bir avtomobil hərəkət edərkən işığı Muradın gözünə düşmüş və Qalibin mağazasının qarşısına çatma ərəfəsində yolun sağ tərəfində 4-5 nəfərə qədər kənd uşaqlarını dayandıqları vəziyətdə onlardan Bayramov Qubad Şəmşir oğlu sağ hərəkət hissəsinin başlanğıcından mərkəzə doğru 1 metrlik məsafədə dayandığı vəziyətdə Təqsirləndirilən şəxs onu avtomobilinin qabaq sağ tərəfi ilə vurduğundan, Qubad qalxıb avtomobilin qabaq alın şüşəsinin sağ tərəfinə dəyib şüşəni sındıraraq yolun sağ tərəfinə düşüb qalmışdır.Həmin hadisə ərəfəsində sürücü Təqsirləndirilən şəxs heç bir tormoz etməmişdir. Həmin vaxt o, içkili olduğundan və yola lazımi qədər diqqət etmədiyindən piyada Qubad Bayramovu maşınla ehtiyatsızlıq edib vurmuşdur.Bu bir yol- nəqliyyat hadisəsidir ki, baş vermişdir. Murad istəməzdi ki, həmin hadisə baş versin, ancaq yola tam diqqətli ola bilməmiş və həm də qarşıdan maşın gəlib işığı gözünə düşüb elə bir görmüşdü ki, bir nəfəri vurdu. Hadisə baş verəndən sonra dərhal Murad bir- neçə metr maşını ilə irəli gedib saxlamış və dərhal arxaya qayıdıb yıxılmış Qubad Bayramova baxaraq həmkəndlisi Qubadı vurmuş olduğunu görmüşdür.Murad bərk həyəcanlandığıdan yerində donub qalmışdır ki, bu nə hadisədir baş vermişdir.Həmin yerdə olan onun həmkəndliləri İnqilab, Saleh, Qalib Qubada köməklik edib onu yerdən qaldırıb İnqilabın VAZ- 2106 markalı maşınına qoyub xəstəxanaya aparmışlar. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid10 Ziyad oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid10 Ziyad oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub həmin kənddə də yaşayır. Həmin kənd sakini Təqsirləndirilən şəxs bir həmkəndli kimi tanıyır. Onun1a heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. X5 ilə də o, yolnəqliyyat hadisəsi baş verib olənə qədər bir həmkəndli kimi onu tanımış və onunla da münasibətləri normal olmuşdur, heç bir qohumluğu da yoxdur.11 iyun 2021- ci il tarixdə təxminən gecə saat 23 radələrində o, həmkəndliləri Fərhad, Pərvin, bir də rəhmətlik Qubad Bərdə rayonunun Mustafaağalı kəndində yolun sağ tərəfində kənarında dayanıb söhbət etmişlər. Həmin vaxt elə bir də eşitmişdir ki, Fərhad qışqırmışdır ki, maşın onları vuacaq qaçsınlar. Həmin avtomobil hardasa saatda 90-100 km saat sürəti ilə hərəkət etmişdir. Onlarla həmin avtomobilin ara məsafəsi hardasa 15-20 metr olarkən o,,Pərvin,Fərhad qaçsalar da X21 çatdırıb qaça bilməmiş nəticədə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinin qabaq sağ tərəfi ilə Qubad Bayramovu vurduğundan Qubad qalxıb avtomobilin qabaq alın şüşəsinin sağ tərəfinə dəyib yolun sağ kənarına düşüb qalmışdır. Həmin an onlar tez özlərini Qubada yetirərkən elə bu an hardasa 25-30 metr irəli hərəkət etmiş Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21060 markalı 02- BX- 598 dövlət qeydiyyat nişanlı avtomobili ilə və avtomobilində Elgün də olmaqla qayıdıb Qubadı vurduğu yerə gəlib maşını saxlayıb maşından düşərək, nə olduğunu soruşmuşdur. Onlar da demişlər ki, Qubadı maşınınla vurmusdur. Murad sərxoş olduğundan və özünü hadisənin təsirindən itirdiyindən dayanıb qalmışdır. Həmin vaxt o, İnqlab, Fərhad, Pərvin və orada olan başqa şəxslər Qubadı İnqilabın VAZ- 2106 markalı maşınına qoyub Bərdə RMX- na aparmaq üçün yola düşmüşlər. Elə Bərdə rayonun Qaradəmirçi kəndində məktəbin yaxınlığına çatmışlar ki, bir də görmüşdür ki, qarşıdan TT- yardım maşını gəlir və həmin yerdə təcili tibbi yardım maşınını saxladıb Qubadı həmin maşına qoyub xəstəxanaya aparmışlar.Artıq elə Qubadı xəstəxanaya çatdırma anında Qubad yol- nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən ölmüşdür. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid11 Murad oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid11 Murad oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub həmin kənddə də yaşayır. Həmin kənd sakini Təqsirləndirilən şəxs bir həmkəndli kimi tanıyır. Onun1a heç bir ədavəti, düşmənçilyi və qohumluğu yoxdur. X5 ilə də o, yolnəqliyyat hadisəsi baş verib olənə qədər bir həmkəndli kimi onu tanımış və onunla da münasibətləri normal olmuş və heç bir qohumluğu da yoxdur. 11 iyun 2021- ci il tarixdə təxminən saat 23 radələrində o həmkəndliləri Şamo, Qubad, Pərvin Bərdə rayonunun Mustafaağalı kəndində yolun sağ tərəfində kənarında dayanıb söhbət etmişlər. Həmin vaxt elə bir də o, görmüşdür ki, bir Vaz 21060 markalı avtomobil hardasa saatda 90-100 km saat sürəti ilə hərəkət edir. Onlarla həmin avtomobilin ara məsafəsi hardasa 15-20 metr olarkən həmin avtomobilin düz onların üstünə gəldiyini görmüşdür.O, uşaqlara qışqırmışdır ki, qaçsınlar avtomobil onları qıracaqdır. Həmin vaxt o, Pərvin, Şamo qaçsalar da X21 nədənsə qaçmamışdır. Hadisə törətmiş Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinin qabaq sağ tərəfi ilə Qubad Bayramovu vurduğundan Qubad qalxıb avtomobilin qabaq alın şüşəsinin sağ tərəfinə dəyib yolun sağ kənarına düşüb qalmışdır. Həmin an onlar tez özlərini Qubada yetirərkən elə bu an hardasa 25-30 metr irəli hərəkət etmiş Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21060 markalı 02- BX- 598 dövlət qeydiyyat nişanlı avtomobili ilə və avtomobilində Elgün də olmaqla qayıdıb Qubadı vurduğu yerə gəlib maşını saxlayıb maşından düşərək, nə olduğunu soruşmuşdur. Onlar da demişlər ki, Qubadı maşınınla vurmusdur. Murad sərxoş olduğundan və özünü hadisənin təsirindən itirdiyindən dayanıb qalmışdır. Həmin vaxt o,İnqlab, Şamo, Pərvin və orada olan başqa şəxslər Qubadı İnqilabın VAZ- 2106 markalı maşınına qoyub, Bərdə RMX- na aparmaq üçün yola düşmüşlər.Elə Bərdə rayonun Qaradəmirçi kəndində məktəbin yaxınlığına çatmışlar ki, bir də görmüşlər ki, qarşıdan TTyardım maşını gəlir və həmin yerdə təcili tibbi yardım maşınını saxlamışdır. Qubadı həmin maşına qoyub xəstəxanaya aparmışlar.Artıq elə onu xəstəxanaya çatdırma anında Qubad yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən ölmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 iyun 2021-ci il tarixli 721 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs Faxrəddin oğlu orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 iyun 2021-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı Yol- nəqliyyat hadisəsinin Bərdə rayonunun Alpout - Qılınclı kənd avtomobil yolunun Bərdə rayonunun Mustafaağalı kəndi ərazisindən keçən 9- cu km- də baş vermiş olduğu, hadisədən əvvəl VAZ- 21060 markalı 02-BX- 698 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Faxrəddin oğlunun idarə etdiyi həmin avtomobillə Alpout kənd istiqamətindən Qılınclı kənd istiqamətinə hərəkətdə olarkən, həmin yol- nəqliyyat hadisəsinin baş vermiş olduğu, hadisə ərəfəsində sürücü Təqsirləndirilən şəxs Faxrəddin oğlunun avtomobili ilə Mustafaağalı kəndi ərazisindən keçən həmin yolun 9- cu km də yolun sağ hərəkət hissəsinin başlanğıcından yolun mərkəzinə doğru 1 metrlik məsafə həddində dayanmış piyada X15 avtomobilin sağ qabaq tərf ilə vurmuş olduğu və həmin avtomobilin sağ qabaq tərəfinin əzilmiş olduğu və avtomobilin alın şüşəsinin sağ tərəfinin sınmış olduğu, həmin hadisə baş verən yerin yaşayış məntəqəsi olub, həmin yerdə yolun hərəkət hissəsinin eninin 6 metr, sağ ehtiyat hissənin eninin 2 metr, sol ehtiyat hissənin eninin 3 metr olmuş olduğu müəyyən olunaraq, hadisə yerinin, sxemi, fotoşəkilləri və avtomobilin fotoşəklləri çəkilərək həmin sxem və fotoşəkillər də bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir.Həmin fotoşəkillər Azərbaycan Respublikası DİN-nin zərflər üçün 94 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 iyun 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə saat 20:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14.06.2021-ci il tarixli 194 nömrəli arayışıdan görünür ki, İsmayılov X18 rayonu Mustafaağalı kəndində daimi yaşayır, atası Şahid9 və anası X9 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14.06.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, İsmayılov X18 rayonu Mustafaağalı kəndində daimi yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01.07.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Faxrəddin oğlunun məhkumluğu barədə BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli 4(021)-56/2021 nömrəli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 12 iyun 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, MTE və PA birliyinin Bərdə rayonlararası zona mərkəzinin 01.07.2021- ci il tarixli 15 nömrəl rəyindən görünür ki, X2 meyitinin məhkəmə - tibbi ekspertizasına və iş haqqında verilmiş ilkin məlumatları nəzərə almaqla həlli üçün ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir; X2 meyitinin bədənində aşağıdakı xəsarətlər – açıq kəllə beyin travması, başın sol təpə-gicgah nahiyəsinin əzilmiş yarası, sol gicgah , təpə və kəllə əsası sümüklərin sınıqları, baş beyin qişalarına, yumuşaq qişa altına, baş beyin toxumasına və mədəciklərinə qansızması, sol gözətrafı nahiyənin qançırı, sağ bud və sağ baldır sümüklərinin açıq qəlpəli şəkildə sınıqları, bədən səthinin sıyrıqları, əzilmiş yaraları vardır.Həmin xəsarətlər həyatidirlər,küt əşyanın ( əşyaların) təsirindəb törənmişdir, avtomobilin qabaq sağ tərəfi ilə vurulması nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixə - yəni 11.06.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxlərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər.X2 ölümünə səbəb başın küt travması ilə ələqədar kəllə qapağı və kəllə əsası sümüklərin sınıqları ilə baş- beyin qişalarına , qişalar altına , baş beyin toxumasına və mədəciklərinə qansızma olmuşdur.X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir.X2 meyitindən götürülmüş qanda məhkəmə- kimyəvi tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qruppu) fenotiazin, pirazalon, 1, 4 benzodiaz epin törəmələri və salisilatlar aşkar edilməmişdir (01.07.2021-ci il tarixli 1749\K saylı maddi sübutların müayinəsi aktı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 07 iyul 2021-ci il tarixli 8\1396 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ- 21060 markalı 02-BX- 598 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü M. İsmayılov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “ Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km\saat sürətindən artıq, yəni 90-100 km saat sürətilə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə RPŞ-in DYPB-in İTÜBİ-u polis mayoru Şükran Cəfərovun 10.09.2021-ci il tarixli raportundan görünür ki, sorğu əsasında Bərdə RPŞ-nin DYPB-dən alınmış 10.09.2021-ci il tarixli 10781- saylı sorğuya cavab məktubunda göstərilir ki, xx.xx.2000-ci il təvəllüdlü X7 və onun atası 22.02.1964-cü il təvəllüdlü Şahid9 DİN- nin BDYPİ -nin mərkəzi informasiya sisteminə baxış zamanı yuxarda adları qeyd olunan şəxslərin adına sürücülük vəsiqəsi aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.09.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə maddi sübut olan VAZ-21060 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil Bərdə RPŞnin DYPB-nin cərimə meydançasında saxlanılır. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124- 137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən һal kimi nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı hədlərində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Eyni zamanda Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu 12.06.2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1, 56.1.2-ci maddələrinə əsasən eһtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da törətdiyi cinayət eһtiyatsızlıqdan törədilmiş cinayət olduğundan və o, 5 ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunacağından həmin cəzasını Azərbaycan Respublikası CM-nin 56.1, 56.1.2-ci maddələrinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu CM-nin müvafiq maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti yuxarı həddə təyin olunmalıdır. Belə ki, məhkəmə onun gələcəkdə bu növ cinayətləri bir daha törətməməsi üçün bu yolla islah olunacağını daha səmərəli və məqsədyönlü hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzalarını çəkməlidir, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Bərdə RPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılan VAZ-21060 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 100 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 100 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 5 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 iyun 2021-ci il tarixdən hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının icrası isə əsas cəzanın çəkilib qurtarmasından sonra başlansın. İş üzrə məhkəmə məsrəfi olan 100 manat məbləğində ekspertiza xərcinin dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub və Bərdə RPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılan VAZ-21060 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-329/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-329/2021
04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver