Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-329/2022 30.08.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, X1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olan, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bərdə rayonu, Qaradağlı kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 8,399 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bərdə şəhəri Babək küçəsi 41 ünvanının qarşısına daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 mart 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:20-də Bərdə şəhəri Babək küçəsi 41 ünvanının qarşısında saxlanılmaqla Bərdə Rayon Polis Şöbəsinə gətirilmiş və orada saat 18:37-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli şalvarın sol yan cibindən üç ədəd sellofan bükümdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda 3,342 qram, 2,686 qram və 2,371 qram olmaqla ümumilikdə 8,399 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd olunan hüquqazidd hərəkətlərə yol verməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyrək göstərmişdir ki, həbs edilənədək ailə üzvləri ilə birlikdə Bərdə rayonunun, Qaradağlı kəndində yaşamışdır. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmir. Həbs edilənədək Bərdə şəhəri ərazisində yerləşən ərzaq mağazasında satıcı işləmişdir. 03 mart 2022-ci il tarixdə tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və onu tutub Bərdə Rayon Polis Şöbəsinə aparmışlar. Bərdə rayon Polis Şöbəsində onun qarşısına narkotik vasitə qoyub bildirmişər ki, “ya sən tək gedəcəksən həbsə, ya da qohumların, qardaşın, ailə və uşaqların polis şöbəsinə gələcəklər, sənin əvəzinə həbsə qardaşın gedəcək”. O, da ailəsinə zərər gəlməsin deyə razılaşmış və hansı sənədə lazımdırsa imza edəyəcəyini bildirmişdir. Onun heç bir narkotik vasitədən xəbəri olmamış, o, heç vaxt narkotik vasitə satmamış, sözügedən ittiham ona qarşı səbəbsiz yerə elan edilmişdir. Bunlar hamısı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Bərdə rayon Polis Şöbəsinin qurduğu oyunlardır. Qeyd olunanların nəzərə alınıb məhkəmə tərəfindən ona bəraət verilməsini israrla hakim heyyətindən xahiş edir. Məhkəmə baxışı iclasında təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Təqsirləndirilən şəxs sözügedən ifadədə göstərmişdir ki, tutulmamışdan əvvəl heç yerdə işləməmişdir. Hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir və heç bir əsəb ruhi dispanserdə qeydiyyatda deyil. 2011-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə 01 il azadlıqdan məhrumetmə, 2018-ci ildə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234-cü maddələri 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişəm. 2020-ci ilin aprel ayında cəzanın sonu ilə azad edilmişdir. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmir. Lakin məhkumluq həyatı yaşadığından narkotik vasitələri və psixotrop maddələri tanıyır. Hazırda Bərdə şəhəri ərazisində yerləşən ərzaq mağazasında satıcı işləyir. 02 mart 2022ci il tarixdə yaşadığı Bərdə rayonu, Qaradağlı kəndindəki evindən çıxıb piyada hərəkət edən zaman məişət tullatıntılarının atıldığı yerdə üç ədəd sellofan büküm olduğunu görmüş, nəzərini cəlb etdiyindən həmin bükümün içərisində nə olduğunu bilmək üçün onu yerdən götürmüş, bükümün içərisinə baxdıqda içərisindəki maddələrin psixotrop maddə metamfetamin olduğunu bilib cibinə qoymuş, belə ki, həmin bükümləri özündə saxlamaqda məqsədi nə vaxtsa onlardan cüzi də olsa istifadə etmək olmuşdur. 03 mart 2022-ci il tarixdə saat 17 radələrində şəxsi işləri ilə əlaqədar olaraq Bərdə şəhəri, Babək küçəsi 41 ünvanının yaxınlığında olan zaman əvvəllər tanımadığı mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, ondan özünü təqdim etməyini və anket məlumatı barədə məlumat verməyini tələb etdikdə, öz anket məlumatlarını demişdir. Bundan sonra polis əməkdaşları ona külli miqdarda narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Bərdə Rayon Polis Şöbəsinə dəvət etmiş, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə getmiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman bir gün əvvəl tapdığı psixotrop maddə metamfetamini cibində saxlamış, polis şöbəsinə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuş, vəkillə söhbət edib ona etirazı olmadığını dedikdən sonra barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmiş, etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmış, təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa təqdim etsin. İlk öncə üzərində “şüşə” adı ilə tanıdığı maddə olduğunu bildirib, əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefonu və 03 ədəd sellofan bükümü, əynində olan tünd göy rəngli gödəkçənin ön sol cibindən 600 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi sellofan bükümlərin içində “şüşə” adı ilə tanıdığı maddə olduğunu bildirmiş, təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində ağ rəngli, kristal formalı psixotrop maddə metamfetamin olması müşahidə edilmiş, şifahi sorğu zamanı üzərindən aşkar olunan 03 ədəd bükümü tutulan gündən bir gün əvvəl, yaşadığı Bərdə şəhəri, Qaradağlı kəndi ərazisində məişət tullantılarının atıldığı yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunan 600 manat pulun özünə məxsus olduğunu, 01 ədəd “Nokia” markalı mobil telefonun isə özümə məxsus olmaqla istifadəsində olduğunu bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmış, pul vəsaiti isə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, üzərindən aşkar edilmiş maddələr ekspertiza tədqiqatına təqdim olunması üçün onun iştirakı ilə kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişlər. Ardınca videoçəkiliş dayandırılmış və bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra iştirakçılarla birlikdə protokola imza etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnik-leytenantı xüsusi rütbəsini daşıyır. xx.xx.1978-ci ildə ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Bərdə rayonunun Qaradağlı kəndində faktiki yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. həmin qərarın icrası ilə bağlı olaraq 03 mart 2022-ci il tarixdə saat 17 radələrində işlədiyi idarənin baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid2, əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və təhqiqatçı polis baş leytenantı X3 ilə birlikdə Bərdə rayonu ərazisinə getmiş və saat 17:20-də Bərdə şəhəri, Babək küçəsi 41 ünvanının yaxınlığında onu saxlamışlar. Özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən etmiş, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlanmasında şübhəli olduğu bildirilmiş və “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qəbul edilmiş qərarla tanış edilmiş, bundan sonra onu Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla polis şöbəsinə gəlmiş, polis şöbəsinin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən də, istifadə edilmiş, şəxsi axtarış zamanı əvvəlcə ona təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “şüşə” adı ilə tanıdığı maddə olduğunu bildirib, əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefonu və 03 ədəd sellofan bükümü, əynində olan tünd göy rəngli gödəkçəsinin ön sol cibindən 600 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmiş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddələr təhiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Nokia” markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülmüş, aşkar edilmiş 600 manat pul əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmış, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini 1 gün əvvəl yaşadığı Bərdə rayonu, Qaradağlı kəndində tullantılar üçün nəzərdə tutulmuş ərazidə yerdən tapdığını şəxsi istifadə etməsi məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, şəxsi axtarış və götürmənin, keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokola imza etmişlər. Eyni zamanda məhkəmənin qiqqətinə çtdırır ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədsilə saxlaması və ya kiməsə satmasına dair məlumat əldə edilsə də, bu xüsusat sonradan öz təsdini tapmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 mart 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2022-ci il tarixdə saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 mart 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, BMCMİnin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 mart 2022-ci il tarixdə saat 17:20-də Bərdə şəhəri, Babək küçəsi 41 ünvanının yaxınlığında saxlanılmaqla Bərdə rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən, ondan 03 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Qeyd edilən baxış zamanı videoçəkilişdən istifadə edilmiş və 01 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1318 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..” və s. yazısı imzaları olan kağız paketdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,342 qram, 2,686 qram, 2,371 qram ümumi təmiz çəkiləri 8,399 qram ağ rəngli kristalşəkilli kütlələr maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 03 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli 4(005)-302/2022 nömrəli həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddəti 04 (dörd) ay həddində müəyyən edilmişdir. Həbsetmənin əvvəli 03 mart 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ambulator məcburi narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1118 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MET(+), AMP(+) aşkar olundu. Öz narkoloji anamnezi haqqında tam məlumat vermir. Narkotik vasitələrdən istifadə etməsini gizlətməyə çalışır. Narkotik vasitələrə, psixotrop maddələrə qarşı abstinensiya əlamətləri, patoloji meyl formalaşıb. Narkotik vasitələrin və psixotrop maddələrin qəbulundan psixi və fiziki asılılıq vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “maddi sübut hesab etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 8,399 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq - 8,279 qram psixotrop maddə metamfetamin DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi barədə 05 mart 2022-ci il tarixli qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 233-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan əlavə Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CMin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon MTİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 203 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 7 ünvanda qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07 mart 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 03 mart 2022-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 871/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli, 007-18426-1222 nömrəli istintaq tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini kimdən, necə və hansı şəraitdə əldə etməsini, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslərlə əlaqəsini müəyyən etmək məqsədi ilə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, qeyd olunanlarla bağlı müsbət nəticə əldə olunmamışdır. Verilən tapşırıqla bağlı hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi təsirlərə məruz qalması barədə göstərdiyi xüsusatlar üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində məhkəməyədək icraat zamanı ona Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməkdaşların Bərdə rayon Polis Şöbəsində təzyiq göstərməsi, ondan aşkar olunan psixotrop maddə hesab edilən metamfetaminin polislər tərəfindən onun üzərinə qoyulması, ailə üzvlərinin həbs edilməsi və polis şöbəsinə gətirilməsi ilə təhdid edilməsinə dair qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, iş materilallarında olan 06 iyun 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsinə” dair qərardan görünür ki, sözügedən xüsusatlar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış müvafiq araşdırma ilə tamamilə təkzib edilmiş və Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa nə təqsirləndirilən şəxs, nə də ki, onun müdafiəçisi həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verməmişdir. Odur ki, məhkəmə vurğulayır ki, təqsirləndirilən şəxsə cinayət işinin ibtidai istintaqı zamanı hər hansı fiziki və ya psixi təsir göstərilməsi müəyyən edilmir. Bununla belə məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, üstündə qanunsuz saxlamaqla daşıdığı üç ədəd sellofan bükümdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda 3,342 qram, 2,686 qram və 2,371 qram olmaqla ümumilikdə 8,399 qram təmiz çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də məhkəməyə bununla bağlı sübut təqdim edilməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan psixotrop maddəni satış məqsədilə əldə etməsini, saxlamasını, daşımasını, təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Belə olduğu təqdirdə istintaq orqanının tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 03 ədəd bükümü tutulan gündən bir gün əvvəl, yaşadığı Bərdə şəhəri, Qaradağlı kəndi ərazisində məişət tullantılarının atıldığı yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmiş, lakin məhkəmədə ifadə verərkən “heç bir cinayət törətmədiyini, polis əməkdaşları tərəfindən ona təzyiqlər olduğu üçün cinayət törətdiyini qəbul etmək məcburiyyətində qaldığını” qeyd etmiş, bu mövqedən çıxış edərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ümumiyyətlə heç bir cinayət törətməməsi ilə bağlı dedikləri iş üzrə kifayət qədər toplanmış biri digərini tamamlayan sübutlarla (özünün ibtidai araşdırma dövründə verdiyi qismən etiraf edici ifadələrli, şahidlərin ifadələri, ekspert rəyləri və s.) tam təkzib edildiyindən, müdafiə xarakterli, cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilən ifadələr kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə polis əməkdaşlarının təsiri nəticəsində etiraf edici ifadələr verməsi ilə bağlı söylədiklərinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, o, belə bir təsir göstərildiyi halda ibtidai araşdırma dövründə tam deyil, qismən etiraf edici ifadələr verməsini, yəni narkotik vasitəni satış məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadə verməsinin, səbəbini izah edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi qismən etiraf edici ifadələri, iş üzrə toplanmış yuxarıda qeyd edilən digər sübutlarla üst-üstə düşdüyündən və məntiqi baxımdan həmin sübutları tamamladığından daha mötəbər hesab edilməli və məhz həmin ifadələr əsas götürülməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən yalnış olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edildiyindən, törədilən cinayət əməlinə düzgün hüquqi qiymət verilməklə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, cinayət işinin materiallarından da göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş, ona həmin maddə ilə ittiham elan olunmaqla ittiham aktı tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin cinayət işinin materiallardan görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 02 mart 2022-ci il tarixdə yaşadığı Bərdə rayonunun Qaradağlı kəndindəki evindən çıxıb piyada hərəkət edən zaman məişət tullatıntılarının atıldığı yerdə üç ədəd sellofan büküm olduğunu görmüş, nəzərini cəlb etdiyindən həmin bükümün içərisində nə olduğunu bilmək üçün onu yerdən götürmüş, bükümün içərisinə baxdıqda içərisindəki maddələrin psixotrop maddə metamfetamin olduğunu bilib cibinə qoymuş, belə ki, həmin bükümləri özündə saxlamaqda məqsədi nə vaxtsa onlardan cüzi də olsa istifadə etmək olmuşdur. Üzərindən aşkar olunan 03 ədəd bükümü tutulan gündən bir gün əvvəl, yaşadığı Bərdə şəhəri, Qaradağlı kəndi ərazisində məişət tullantılarının atıldığı yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə qeyd edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və üzərində daşıması barədə ifadə verməmişdir. Həmçinin, cinayət işi üzrə dindirilən şahidlər Şahid1, Şahid2 və Şahid3 da şahid qismində ifadə verərkən Təqsirləndirilən şəxs ilkin sorğu zamanı və digər istintaq hərəkətləri aparılan zaman sonuncunun üzərindən aşkar edilmiş 03 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini 1 gün əvvəl yaşadığı Bərdə rayonunun Qaradağlı kəndində tullantılar üçün nəzərdə tutulmuş ərazidə yerdən tapdığını şəxsi istifadə etməsi məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişlər. Qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki bu qəbildən olan işlərə baxılarkən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən çıxan narkotik vasitənin miqdarının həmin narkotik vasitə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması əməli kimi, yəni Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Göründüyü kimi, iş üzrə mövcud olan heç bir sübut növü Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni satış məqsədilə əldə etdiyini, saxladığını və üzərində daşıdığını təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında öz əksini tapan sübutlarla Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni satış məqsədi olmadan əldə etdiyi və daşıdığı sübut olunur və cinayət işində mövcud olan heç bir sübut bu halı təkzib etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.4.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifəsini yerinə yetirməlidirlər. Cinayət prosessual qanunvericiliyin bu tələblərinə riayət edilib-edilməməsi məsələsi ilə bağlı qeyd olunmalıdır ki, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşınmasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında həmin nəticəsini əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – ümumilikdə 8,399 qram təmiz çəkidə psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşıması özünün ibtidai araşdırma zamanı verdiyi etiraf edici ifadələrlə yanaşı, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Odur ki, məhkəmə kollegiyası yuxarıda sadalananları hazırki iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai araşdırma orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə bir daha qeyd edir ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11- ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs psixotrop maddəni satış məqdəsi ilə qanunsuz olaraq əldə edib saxlaması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi və üzərində daşıyaraq saxladığı psixotrop maddəni satmağa yönəldiyi sübuta yetirilməli, psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Cinayət işi üzrə araşdırılan sübutlardan göründüyü kimi, şəxsin psixotrop maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf psixotrop maddənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmələrin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha burğulayır ki, təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamasının birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CMdə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlğın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən isə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 233-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan əlavə Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, həmin şəxslərin cəzasını – ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ambulator məcburi narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1118 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MET(+), AMP(+)aşkar olundu. Öz narkoloji anamnezi haqqında tam məlumat vermir. Narkotik vasitələrdən istifadə etməsini gizlətməyə çalışır. Narkotik vasitələrə, psixotrop maddələrə qarşı abstinensiya əlamətləri, patoloji meyl formalaşıb. Narkotik vasitələrin və psixotrop maddələrin qəbulundan psixi və fiziki asılılıq vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 mart 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2022-ci il tarixdə saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli 4(005)-302/2022 nömrəli həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddəti 04 (dörd) ay həddində müəyyən edilmişdir. Həbsetmənin əvvəli 03 mart 2022-ci il tarixdən hesablanmışdır. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 8,399 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq, tədqiqatdan sonrakı qalıq çəkisi 8,279 qram psixotrop maddə metamfetamin DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan bir ədəd “DVD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonrakı qalıq çəkisi 8,279 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan bir ədəd “DVD” diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 110 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 03 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonrakı qalıq çəkisi 8,279 qram psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan bir ədəd “DVD” diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 110 manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-329/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-329/2022
30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver