Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-329/2025 17.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X2 və Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1983-cü il tarixdə Şəmkir şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, 9 May küçəsi, ev 47-də qeydiyyatda olmaqla, Şəmkir şəhəri, Qara Qarayev küçəsi, ev 46-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən külli miqdarda, yəni 13,630 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir şəhəri ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 04 mart 2024-cü il tarixdə saat 06:15-də Şəmkir şəhəri, Qara Qarayev küçəsi, ev 46 ünvanının yaxınlığında saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş, orada həmin gün saat 07:30-dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 13,630 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin mart ayının 3-dən 4-ə keçən gecə, hava tam işıqlaşmamış, səhər saat 05-06 radələrində yatdığı vaxt evin sirkələndiyini hiss edib yatağından durmuşdur. Bu zaman evdə 3-4 nəfər maskalı və əli silahlı şəxsin olduğunu görmüşdür. Həmin şəxslər ona “tez ol paltarını geyin, polis bölməsinə gedirik” demişlər. O, yuxulu olduğu üçün paltarlarını evinə daxil olan şəxslər geyindirmiş, geyindirərkən də ciblərini yoxlamışlar. Onun üzərində qanunsuz heç nə olmamışdır. Sonra polis əməkdaşlarının avtomobili ilə Şəmkir rayonu, Morul qəsəbəsində olan tanımadığı bir evə getmişlər. O avtomobildən düşməmiş, polis əməkdaşları orada saxladıqları başqa bir şəxslə bağlı çəkiliş aparmışlar. Çəkiliş bitdikdən sonra onu Şəmkir RPŞ-yə aparıb sürüyəsürüyə 2 ya da 3-cü mərtəbədə olan bir otağa qaldırmışlar. Orada bəzi sənədlər hazırlamışlar. Həmin vaxt polis əməkdaşları tərəfindən döyülən başqa şəxslərin qışqırıq səsləri gəlmişdir. Polis əməkdaşları telefonda şəkillər göstərib onu da həmin şəkillərdəki kimi edəcəklərini deyərək hədə-qorxu gəlmiş, narkotikin və silahın harada olduğunu soruşmuşlar. O da narkotik vasitə və silahının olmadığını demişdir. Sonra ona qarşı zorakılıq edəcəkləri ilə hədələmişlər, o da qorxub razılaşmışdır. Cibinə 20 manat pul və açar qoymuşlar. Çəkiliş vaxtı üzərinə qoyduqları narkotik vasitəni tanımadığı vətəndaşdan şəxsi istifadəsi üçün aldığını, heç kimə satmadığını deməyini istəmişlər və onu Kürdəmir rayonunda buraxacaqlarını demişlər. O da razılaşıb qol çəkmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun narkotik vasitələrlə heç bir əlaqəsi olmamış, istifadəçisi deyil, polis əməkdaşları ilə heç vaxt ədavəti olmamış və saxlanılma səbəbini bilməmişdir. Polislərin ona qarşı etdikləri qanunsuz hərəkətlər barədə heç bir dövlət orqanına şikayət etməmiş, bu barədə sonradan ailə üzvləri şikayət etmişlər. Sanksiya zamanı hakimə hər şeyi olduğu kimi demişdir. Üzərinə şəxsi axtarış keçirilməsində müdafiəçi iştirak etmiş, sonuncuya polislər tərəfindən ona qarşı olunan qanunsuzlar barədə demişdir. Polis əməkdaşları onu müvəqqəti qaldığı, qayınatasına məxsus evdən aparmışlar. Polis əməkdaşları evə daxil olandan sonra ilkin olaraq qayınatası və qayınanasının yatdıqları otağa daxil olub onun harada olduğunu soruşmuş, sonra onun yatdığı otağa daxil olmuşlar. Otağa daxil olan kimi üzündə maska olan şəxslər silahlarını ona tərəf tuşlamışlar. Polis əməkdaşları evə daxil olanda qapını döyməmiş, həmin vaxt həm həyətin, həm də evin qapısı bağlı olmuşdur. Polis əməkdaşları evin qapısını sındırmışlar, lakin həyətin qapısından necə daxil olduqlarını dəqiq bilməmişdir. Evə daxil olarkən evin pəncərəsini də sındırmışlar. Şəmkir RPŞ-də olan zaman Nəcəf adlı polis əməkdaşı əynində olan şalvarın cibinə narkotik vasitə, Rəşad adlı polis əməkdaşı isə cibinə 20 manat pul qoymuşdur. Narkotik vasitəni üzərinə Şəmkir RPŞdə olanda qoymuşlar. Sənədləri hazırlayandan sonra polis əməkdaşı Nəcəf “başladıq” deyərək əlinə əlcək geyinmiş və üzərinə nə qoyduğunu, çəkiliş vaxtı nə deməli olduğunu demişdir. Bundan sonra 1-2 dəfə çəkiliş olmuş, Nəcəf həmin videolara baxıb bəzi düzəlişlər etmiş, dediyi bəzi sözləri deməməyini istəmiş, sonra yenidən çəkiliş etmişlər. Polis əməkdaşları onu həm evdə, həm də polis şöbəsində döymüşlər. Saxlanılan zaman evdə onu vuran polislərin adlarını bilməmiş, lakin üzdən tanımışdır. Polislər biədəb şəkil göstərib onu da həmin şəkildəki vəziyyətə salacaqlarını, zorlayacaqlarını dedikləri üçün cibinə qoyduqları narkotik vasitənin özünə məxsus olmasını deməyə razı olmuşdur. O, heç bir qanunsuz hərəkətə yol verməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, o, hərdənbir narkotik vasitə olan heroindən çəkmək yolu ilə istifadə etmişdir. O, tutulmamışdan bir gün öncə Şəmkir rayonunda üzdən tanıdığı adını bilmədiyi şəxsdən şəxsi istifadə məqsədi ilə bir bükümdə narkotik vasitə olan heroin alıb həmin maddəni üzərində gəzdirmişdir. 04 mart 2024-cü il tarixdə saat 06:15-də Şəmkir rayonu, Qara Qarayev küçəsində yaşadığı ünvanın yaxınlığında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. O da özünü təqdim etmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Şəmkir rayon polis şöbəsinə dəvət etmişlər. O da heç bir etiraz etməyək polis şöbəsinə getmişdir. Şöbədə müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 bükümdə, qəhvəyi rəngli narkotik vasitə heroini təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən “Samsung” və “Kgtel” markalı mobil telefonlar, 1 ədəd şəxsiyyət vəsiqəsi, 20 AZN pul və 2 ədəd açar aşkar olunmuşdur. Aşkar edilmiş heroin elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 16,63 qram təşkil etməsi müəyyən olunmuşdur. Qeyd edilən kütlə, mobil telefonlar və şəxsiyyət vəsiqəsi müvafiq qaydada qablaşdırılıb götürülmüş, pul və açar özünə qaytarılmışdır. Şifahi sorğu-sual zamanı o, üzərindən aşkar olunmuş narkotik maddəni bir gün əvvəl Şəmkir rayonunda tanımadığı şəxsdən özü istifadə etmək məqsədi ilə əldə etdiyini, verilən suallara doğru və səmimi cavablar verdiyini, polislər tərəfindən ona qarşı zor tətbiq edilmədiyini, əməlindən peşman olduğunu, özünü təqsirli bildiyini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, ona qarşı fiziki və ya psixi zorakılığa yol verilmədiyini göstərmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunan məzmunda ifadələri polislər tərəfindən hədələnərək təzyiq göstərildiyi üçün vermiş, polislər ona fiziki təzyiq göstərmiş, lakin bədənində xəsarət olmamış, onu döyən polis əməkdaşlarının adlarını bilməmiş, evdən çıxarandan sonra polislər onu başına-başına vurmaqla döymüşlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və onlar Şəmkir rayonuna yollanmışlar. Şəmkir şəhəri, Qara Qarayev küçəsində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək sonuncunu polis şöbəsinə gətirmişlər. Şöbədə tədqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və bu zaman sonuncunun üzərindən bir büküm narkotik vasitə, mobil telefon, açar və pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni Şəmkir rayonu ərazisindən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilmiş, lakin qanunla qadağa olunmuş hər hansı əşya və predment aşkar edilməmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 bükümdə, 10 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilmiş, saxlanılarkən və polis şöbəsində olarkən təqsirləndirilən şəxsə qarşı heç bir psixoloji yaxud fiziki təsir-təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saat 06:15-də saxlamışlar. Əməliyyat məlumatını kimin verdiyi məxfi olduğundan deyə bilməmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuş, lakin sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı konkret sübutları olmamışdır. Şəxsin üzərinə şəxsi axtarış keçirilməsində sona kimi iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə olan heroin olduğu ekspert rəyindən sonra müəyyən edilmişdir. Şəxsi axtarışdan sonra Təqsirləndirilən şəxs özünün razılığı ilə yaşadığı evinə baxış keçirilmişdir. Həmin ev birmərtəbəli olmuş və baxış keçirməyə gedəndə qapını Təqsirləndirilən şəxs üzərindəki açarla açıb evə daxil olmuşlar. Sonuncunun yaşadığı evdə axtarış aparılmamış, sadəcə otaqlara baxış keçirilmişdir. Evə baxış keçirilməsində mülkiyyətçilərdən heç biri iştirak etməmiş, sadəcə polis əməkdaşları olmuşdur. Çünki Təqsirləndirilən şəxs yazılı ərizə verərək evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Əməliyyat məlumatı ona məxsus olmuş və əməliyyat qrupuna özü rəhbərlik etmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı evə daxil olaraq yatdığı yerdə saxlamamışılar, Şəmkir rayonu, Qara Qarayev küçəsində yaşadığı evin qarşısında saxlamışlar. Sonuncunun yaşadığı evin qapısını sındıraraq da evə daxil olmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili Qənbərov X7 Rəşad Sabir oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, səhər saat 6 radələrində yatdıqları vaxt qəfildən güclü səslə evin qapısını qırmışlar. 8-9 nəfər əli silahlı, üzü maskalı şəxs içəri daxil olmuşdur. Həmin vaxt o, bərk qorxmuşdur. İçərinin işığını yandıran zaman silahı qızının başına tuşlamışlar. İçəri daxil olan şəxslərdən 3-4 nəfərin əlində iri ölçülü silah olmuşdur. Bundan sonra yoldaşı Əzizin paltarlarını geyindirib aparmışlar. Ona isə səs-küy salmamağını, axtarış apardıqlarını demişlər. Əzizin paltarını geyindirən zaman ciblərinin hamısını yoxlamışlar, sadəcə təzyiq xəstəliyi üçün olan həblər tapmışlar. Bundan əlavə polis əməkdaşları evdən biri ona, digəri isə ərinə məxsus olan iki mobil telefonu, həmçinin Əzizin şəxsiyyət vəsiqəsini götürmüşlər. İfadəsinin davamı olaraq Günay Hüseynova bildirmişdir ki, Əzizi evdən aparanadək üzərini tamamilə yoxlamışlar, lakin təzyiq xəstəliyi ilə bağlı 2 ədəd həbdən başqa heç nə aşkar etməmişlər. Polis əməkdaşlar səhər saat 9-da yenidən çəkiliş etmək üçün evə qayıtmışlar, həmin vaxt Əzizin üz nahiyəsi qıpqırmızı olmuşdur. Polis əməkdaşları Əzizlə bağlı araşdırma aparıldığını bildirmiş, lakin nə üçün saxlanıldığını deməmişlər. Əri Əziz saxlanıldıqdan sonra qorxduğu üçün bu barədə heç bir quruma şikayət etməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8, X9 və X1 Günay Rövşən qızı ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-6/1300 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 13,630 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi - 13,630 qram, tədqiqata sərf edildi - 0,05 qr., qalıq - 13,580 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsin ambulator məcburinarkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 1484 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub, lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2024-cü il tarixli, 950/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan “Amfetamin” aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2024-cü il tarixli, 144/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 07:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 06:15-dən azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 mart 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində ilk görünüşdən narkotik vasitə heroinə bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 16,63 qram təşkil etməsi müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərək sonuncunun üzərindən 01 ədəd “Samsung” və 01 ədəd “Kgtel” markalı mobil telefonlar, 01 ədəd şəxsiyyət vəsiqəsi, 20 manat pul və 02 ədəd açar aşkar edilmişdir. Şifahi sorğu-sual zaman Təqsirləndirilən şəxs 2-3 aydır narkotik vasitə istifadə etdiyini, üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə heroin olduğunu, həmin kütlənin özünə məxsus olduğunu, bir gün əvvəl Şəmkir rayonunda tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə əldə etdiyini, heç kimə satmadığını, hədiyyə və pay vermədiyini, başqa yerdə narkotik vasitə saxlamadığını, polis əməkdaşları tərəfindən ona heç bir fiziki, yaxud psixoloji təzyiq-təsir göstərilmədiyini, üzərinə narkotik vasitə qoyulmadığını bildirmişdir. 20 manat nağd pul və 02 ədəd açar Təqsirləndirilən şəxs qaytarılsa da, 01 ədəd şəffaf rəngli sellofan büküm, 01 ədəd “Samsung” və 01 ədəd “Kgtel” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, yaşadığı Şəmkir şəhəri, Qara Qarayev küçəsi, ev 46-ya polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, Qara Qarayev küçəsi, ev 46 ünvanına baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı əşya aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdən görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş diksə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***- **-** və +99***-***-**-** mobil nömrələrinə aid məlumatlarda narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” və 01 ədəd “Kgtel” markalı mobil telefonlara baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 saxlanılarkən və polis şöbəsinə gətirilərkən təqsirləndirilən şəxsə qarşı fiziki və psixi zorakılığa yol verilmədiyini, sonuncunun yaşadığı evin qapısının sındıraraq evə daxil olmadığını, onu evində deyil, yaşadığı ünvanın yaxınlığında saxladıqlarını, həmçinin ifadəsində göstərdiyi digər xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs isə Şahid1 tərəfindən ona qarşı fiziki zorakılığa yol verilmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 saxlanılarkən və polis şöbəsinə gətirilərkən təqsirləndirilən şəxsə qarşı fiziki və psixi zorakılığa yol verilmədiyini, sonuncunun yaşadığı evin qapısının sındıraraq evə daxil olmadığını, onu evində deyil, yaşadığı ünvanın yaxınlığında saxladıqlarını, həmçinin ifadəsində göstərdiyi digər xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs isə Şahid2 tərəfindən ona qarşı fiziki zorakılığa yol verilmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən, həmçinin fotoşəkillərdən görünür ki, xx.xx.2024-cü il tarixli “istintaq hərəkətlərinin aparılmasının həvalə edilməsi haqqında” qərarın icrası ilə bağlı Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, Qara Qarayev küçəsi, ev 46 ünvanına sonuncunun arvadı X3 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahəyə daxil olmaq üçün dəmir darvaza və taxta materialdan olan ayrıca giriş qapısının olması müəyyən edilmiş, həmçinin taxta materialdan olan qapıda hər hansı müdaxilə izinin olması aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edərək Şəmkir rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid1 qəbul etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək Şəmkir rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək Şəmkir rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 06:15-də yaşadığı Şəmkir şəhəri, Qara Qarayev küçəsi, ev 46 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Şəmkir RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BNMİ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, onun narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,580 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınmış və saxlanılması üçün DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublika Narkoloji Mərkəzi” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru X6 tərəfindən 1192-C-24 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2024-cü il tarixdə qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs DİN-in BNMİ-nin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə müraciəti əsasında xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq cinayət hadisəsi olmadığından xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RİH başçısının Şəmkir şəhər İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 1985-ci il təvəllüdlü arvadı - X5, 2007-ci il təvəllüdlü övladı - X11 və 2010-cu il təvəllüdlü digər övladı – X12 ilə birlikdə ünvan 4 ünvanda qeydiyyatda olmasına baxmayaraq, ünvan 5şamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BMCMİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin MSY-nə qəbul edilərkən bədəni üzərində xəsarətlərin olmadığını bildirmiş və xarici müayinə zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində maskalı və silahlı polis əməkdaşlarının yaşadığı evinə basqın edərək onu orada tutduqlarını, basqın zamanı evin qapısını və pəncərəsini sındırdıqlarını, paltarlarının polis əməkdaşları tərəfindən geyindirildiyini, bu müddət ərzində ciblərinin yoxlanılmasına baxmayaraq, üzərindən qanunla qadağan edilmiş hər hansı bir vasitənin aşkar edilmədiyini, həm evin içərisində, həm də polis şöbəsində döyüldüyünü, saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, narkotik vasitə ilə heç bir əlaqəsinin olmadığını, narkotik vasitəni onun üzərinə polis əməkdaşlarının qoyduqlarını, ona qarşı edilmiş fiziki və psixi zorakılıq nəticəsində məcbur olaraq üzərinə qoyulmuş narkotik vasitəni videoçəkiliş zamanı özünə məxsus olmasını etiraf etdiyini və ibtidai istintaq zamanı etirafedici ifadələr verdiyini göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs qayınatası X8, qayınanası X9, arvadı X5 və qonşusu X10 ifadələrində 7-8 nəfər polis əməkdaşlarının Təqsirləndirilən şəxs məhz yaşadığı evdə tutduqlarını, saxlanılan zaman sonuncunun üzərində narkotik vasitə olmadığını və polislər tərəfindən ona qarşı zorakılığa yol verildiyini göstərmişlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs, şahidlər X8, X9, X5 və X10 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadəsi, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportda, eləcə də digər ilkin sənədlərdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək Şəmkir rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün yaşadığı Şəmkir şəhəri, Qara Qarayev küçəsi, ev 46-nın yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilməsi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələrində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş bir bükümdə olan narkotik vasitə heroinin özünə məxsus olduğunu, həmin bükümü bir gün əvvəl Şəmkir rayonunda tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə əldə etdiyini, heç kimə satmadığını, hədiyyə və pay kimi vermədiyini, başqa yerdə narkotik vasitə saxlamadığını, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılığa yol verilmədiyini, üzərinə də heç kimin narkotik vasitə qoymadığını göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış və ifadələrin sonunda Təqsirləndirilən şəxs əlyazma ilə qeyd yazaraq ifadələrini oxuduğunu, əlavəsinin olmadığını və imzası ilə təsdiq etdiyini göstərmişdir. Sözügedən izahat və ifadələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onun üzərinə narkotik vasitə qoyulmasını, eləcə də ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsini göstərməmiş, əksinə müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq saxlanılarkən və polis şöbəsində olarkən polislər tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Həmçinin xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində ilk görünüşdən narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi sorğusual zaman Təqsirləndirilən şəxs 2-3 aydır narkotik vasitə istifadə etdiyini, üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə heroin olduğunu, həmin kütlənin özünə məxsus olduğunu, bir gün əvvəl Şəmkir rayonunda tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə əldə etdiyini, heç kimə satmadığını, hədiyyə və pay vermədiyini, başqa yerdə narkotik vasitə saxlamadığını, polis əməkdaşları tərəfindən ona heç bir fiziki, yaxud psixoloji təzyiq-təsir göstərilmədiyini, üzərinə narkotik vasitə qoyulmadığını bildirmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda həm təhqiqatçının, həm də müdafiəçisinin sualına qəti olaraq cavab verib ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, üzərindən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə olan heroinin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün aldığını göstərmişdir. O cümlədən Təqsirləndirilən şəxs, eyni zamanda müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş sonuncunun yaxın qohumları və qonşusu məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs səhər saatlarında polis əməkdaşları tərəfindən yaşadığı evinə basqın edilərək saxlanıldığını iddia etsələr də, videoçəkiliş zamanı təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin əvvəlində Təqsirləndirilən şəxs Şəmkir şəhəri, Qara Qarayev küçəsi, ev 46 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanıldığının bildirilməsinə baxmayaraq, o, bununla bağlı protokola hər hansı yazılı, yaxud şifahi formada etiraz və ya qeyd daxil etməmişdir. Habelə xx.xx.2024-cü il tarixli “evə baxış keçirilməsi və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, Qara Qarayev küçəsi, ev 46-ya baxış zamanı sonuncu evə baxış keçirilməsinə, istintaq hərəkəti iştirakçılarına və ümumi olaraq istintaq hərəkətinin aparılması qaydasına hər hansı etirazının olmadığını göstərmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısının, yaxud pəncərələrinin sınması, yerdə şüşə qırıqlarının olması nə vizual olaraq müşahidə edilir, nə də ki Təqsirləndirilən şəxs özü bu barədə bir söz deyir. Halbuki Təqsirləndirilən şəxs, qayınatası Rövşən Nağıyev, qayınanası Elnaz Nağıyeva və arvadı Günay Hüseynova ifadələrində polislərin yatdıqları zaman evə basqın etdiklərini və fərdi yaşayış evinin Təqsirləndirilən şəxs qaldığı hissəsinin qapısının sındırıldığını göstərmişlər. Hətta əlavə şahid qismində dindirilmiş Günay Hüseynova saxlanıldığı gün evə baxış keçirilməsi üçün gətirilən zaman əri Təqsirləndirilən şəxs üz nahiyəsinin qızardığını göstərsə də, lakin “evə baxış keçirilməsi və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən Təqsirləndirilən şəxs nəinki üz nahiyəsində, bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması öz təsdiqini tapmamışdır. Eləcə də xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, Qara Qarayev küçəsi, ev 46-ya arvadı Günay Hüseynovanın iştirakı ilə baxış keçirilən zaman sonuncu əvvəlcə fərdi yaşayış evinin atası və anası yaşadığı hissəsini təqdim edir, lakin həmin otağın qapısının polis əməkdaşları tərəfindən sındırılması barədə heç nə demir. Halbuki iş üzrə əlavə şahid qismində dindirilmiş Rövşən Nağıyev ifadəsində polis əməkdaşları tərəfindən onun yatdığı otağın da qapısının sındırıldığını göstərmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında yaşadığı evin yaxınlığında saxlanıldığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən sonuncuya qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin Təqsirləndirilən şəxs döymədiyini, üzərinə narkotik vasitə qoymadığını, şəxsi axtarış zamanı üzərindən aşkar olunan bir bükümdə narkotik vasitə heroinin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etdiyini göstərmişlər. Bununla yanaşı, məhkəmə-tibbi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətin olması öz təsdiqini tapmamışdır. Həmin rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, müayinə zaman Təqsirləndirilən şəxs məhkəmə-tibb eksperti tərəfindən verilmiş suallara cavab olaraq saxlanılan zaman xəsarət almadığını bildirmişdir. Halbuki məhkəmə istintaqı zamanı o, polislər tərəfindən döyüldüyünü göstərmişdir. Döyülmə xüsusatı ilə bağlı məhkəmə tərkibi həmçinin qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçisinin eyni ilə məhkəmə istintaqında olduğu kimi Müdafiəçi olmasına baxmayaraq, məhkəmə-tibbi ekspertizasının rəyi ilə tanış olarkən nə Təqsirləndirilən şəxs, nə də ki müqavilə əsasında müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin fiziki zorakılığa məruz qalmasını və döyülməsini protokola qeyd kimi daxil etməmişlər, əksinə məhkəmə-tibbi ekspertizasının rəyinə etirazlarının olmadığını bildirmişlər. Həmçinin həm DİN-nin BMCMİ-dən, həm də 2 saylı istintaq təcridxanasından daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. O cümlədən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslə ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı o, üzərinə narkotik vasitə qoyan polis əməkdaşının təkidlə Şahid1 olmasını qeyd etsə də, məhkəmə iclasında ifadə verərkən üzərinə narkotik vasitə qoyan əməkdaşın Nəcəf, 20 manat pul qoyan şəxsin isə Şahid1 olmasını göstərmişdir. Başqa sözlə bu fakt, yəni ziddiyyətli ifadə verməsi özlüyündə təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitənin özünə məxsus olmaması, polis əməkdaşı tərəfindən üzərinə qoyulması, həmçinin fiziki və psixoloji təzyiqə məruz qalması ilə bağlı göstərdiyi xüsusatların onun məsuliyyətdən yayınmağa çalışması məqsədi güddüyünə dəlalət edir. Bundan başqa, Təqsirləndirilən şəxs DİN-in BNMİ-nin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq cinayət hadisəsi olmadığından xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə baxmayaraq, həmin qərardan Təqsirləndirilən şəxsla müqavilə əsasında müdafiəçisinin nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri də öz təsdiqini tapmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, həmçinin xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, o cümlədən şəxsi axtarış və götürmə, habelə yaşadığı evinə baxış keçirilməsi istintaq hərəkətlərinə dair videoçəkilişlərdə, eyni zamanda barəsində tərtib olunmuş tibbi sənədlərdə və həbs qətimkan tədbirlərinin seçilməsinə dair məhkəmə qərarında Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs təhqiqatçının və müdafiəçisinin suallarına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa məruz qalmadığını, narkotik vasitənin də özünə məxsus olduğunu göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müqavilə əsasında müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində, o cümlədən məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan nə təqsirləndirilən şəxsin, nə də ki müqavilə əsasında müdafiəçisinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müqavilə əsasında müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, X8 qayınatası, X9 qayınanası və X5 arvadı, yəni yaxın qohumları, X10 isə qonşusu olduğu üçün həmin şəxslərin məhkəmə, həmçinin ibtidai istintaqı zamanı verdiyi ifadələri qeyri-səmimidir, həqiqəti əks etdirmir və təqsirləndirilən şəxsin lehinə olmaqla işin faktiki hallarına uyğun gəlmir. Çünki qeyd edilən şəxslərin ifadələrində göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı hər hansı mötəbər sübutla təsdiq olunmamışdır. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş, sonuncunun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda onun narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, iş materiallarında olan xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1lə Şahid2 ifadələrində şəxsi axtarış zamanı üzərindən aşkar olunan bir bükümdə narkotik vasitə olan heroinin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu, həmin vasitəni bir gün əvvəl Şəmkir rayonunda tanımadığı şəxsdən əldə etdiyini və öz şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etdiyini, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmasına baxmayaraq, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı konkret sübutların əldə olunmadığını göstərmişlər. O cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, eləcə də şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə 2-3 aydır narkotik vasitə istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitə heroin olduğunu, həmin kütlənin özünə məxsus olduğunu, bir gün əvvəl Şəmkir rayonunda tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə əldə etdiyini, heç kimə satmadığını, hədiyyə və pay vermədiyini, başqa yerdə narkotik vasitə saxlamadığını, polislər tərəfindən üzərinə narkotik vasitə qoyulmadığını göstərmişdir. Habelə Təqsirləndirilən şəxs yaşadığı evinə, eləcə də şəxsi axtarış zamanı ondan götürülmüş 01 ədəd “Samsung” və 01 ədəd “Kgtel” markalı mobil telefonlara, eyni zamanda istifadəsində olmuş +99***-***-**-** və +99450493-49-99 mobil nömrələrə dair mobil operatoru tərəfindən təqdim edilmiş məlumatlara baxış zamanı narkotik vasitələrin və ya psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı qanunsuz predmet və ya əşya aşkar olunmamışdır. Hətta Təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitələrlə heç bir əlaqəsi olmadığını göstərsə də, məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən onda opioidlərdən istifadə etmə hallarının olması, həmçinin sonuncudan götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan “Amfetamin” aşkar edilməsi Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatı təkzib edir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Əzir Hüseynova qarşı irəli sürülmüş ittihamda onun narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, işin faktiki halları, əsasən də elə ibtidai istintaq orqanının istinad etdiyi əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunaraq, onun narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaq orqanı xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi çəkisinin külli miqdar təşkil etməsini, yəni xeyli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddindən dəfələrlə artıq olmasını əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda olması onun satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, heroini hazırlanması üçün avadanlığı əldə etməsinə, onun külli miqdarında narkotik vasitə olan heroini məhz sifariş əsasında əldə etməsinə, çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı təsdiqləyən hər hansı bir mötəbər sübut mövcud olmadığı halda, istintaq orqanı törədilən əməlin hüquqi tövsifinə dair qənaətini yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı ilə əsaslandırmağa çalışmışdır. Halbuki cinayət işinin materiallarında olan sübutlar əsasında Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin istifadəçisi olduğunu güman etmək olsa da, onun heroini satış məqsədilə, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiqləyən yetərli sübutları aşkar etmək olmur. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham irəli sürsə də, Ali Məhkəməsinin Plenumunun həmin Qərarında formalaşmış hüquqi mövqeyə uyğun olaraq onun əldə etdiyi narkotik vasitəni satmaq niyyətində olmasını narkotik vasitənin miqdarı ilə yanaşı digər hər hansı bir mötəbər sübutla təsdiq edə bilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan narkotik vasitənin külli miqdarda olması ilə yanaşı satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatını da əsas götürmüşdür. Buna baxmayaraq, cinayət işinin materiallarında satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Həmçinin cinayət işinin materiallarından satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Çünki istintaq orqanı bir tərəfdən təqsirləndirilən şəxsə satış məqsədi ilə bağlı ittiham irəli sürsə də, digər tərəfdən əməliyyat tapşırığına verilmiş cavab məktubunda verilmiş ittihamla tamamilə ziddiyyətli məlumatlar əks olunaraq, təqsirləndirilən narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Məhkəmə tərkibi hesab edir ki, sadəcə söz yığınından ibarət olan satışla əlaqədar əməliyyat məlumatına əsaslanıb Təqsirləndirilən şəxs narkotik vasitənin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət-prosessual qanunvericiliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyil, həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi hər bir fərdi halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə müqayisəli şəkildə qiymətləndirilməlidir ona görə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Beləliklə, aparılmış istintaq nəticəsində narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, yalnız təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinin külli miqdar təşkil etməsi əsas götürülərək Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin prinsiplərinə zidd olardı. Bununla da, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşıması tam olaraq sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan heroinin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 2 qramdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi təmiz çəkisi 13,630 qram olmaqla külli miqdar təşkil edir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 04 mart 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikasının DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,580 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, yaşadığı evinə baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 1484 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 04 mart 2024-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,580 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, yaşadığı evinə baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-329/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-329/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver