Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-33/2021 09.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş və ya götürülməmiş, Gəncə şəhəri, R.Qasımov küçəsi, 2-ci döngə, ev 14-də qeydiyyatda olmaqla yaşmış, 02 fevral 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 08 fevral 2020-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, 02 iyun 2020-ci il tarixdə isə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına (əlavə 1) daxil olan “X2 225 mg...17.E6.20” göstəricisi olan 37 (otuz yeddi) ədəd təsir maddəsinin ümumi miqdarı 8,325 (səkkiz tam mində üç yüz iyirmi beş) qram təşkil edən zavod üsulu ilə hazırlanmış Tramadol dərman preparatlarını və Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların küllü miqdarının” siyahısına (əlavə 1) daxil olan “Paden” (Pregabalin-300 mq) göstəricisi olan 17 (on yeddi) ədəd təsir maddəsinin ümumi miqdarı 5,1 (beş tam onda bir) qram təşkil edən zavod üsulu ilə hazırlanmış Preqabalin dərman preparatlarını əldə edib daşıyaraq üzərində saxlamış, 02 fevral 2020-ci il tarixdə saat 19 radələrində ünvan 1 ünvanının bərabərliyində küçədə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxladığı “Paden” (Pregabalin-300 mq) göstəricisi olan 17 (on yeddi) ədəd təsir maddəsinin ümumi miqdarı 5,1 (beş tam onda bir) qram təşkil edən zavod üsulu ilə hazırlanmış Preqabalin dərman preparatlarının 1 ədədini 5 manata olmaqla ümumilikdə 3 ədəd təsir maddəsinin ümumi miqdarı 0,9 (sıfır tam onda doqquz) qram təşkil edən Preqabalin dərman preparatlarını 15 manat müqabilində tanışı X1, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 02 fevral 2020-ci il tarixdə saat 19:50 radələrində o, X9 ilə birlikdə Gəncə şəhəri, Atatürk prospekti 1-ci döngədə saxlanılaraq Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə gətirilmiş, həmin idarədə X4 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli jaketin sağ yan cibindən üzərində “Paden” (Pregabalin-300 mq) göstəricisi olan kəsilmiş konvalyutlarda 3 (üç) ədəd zavod üsulu ilə hazırlanmış təsir maddəsinin ümumi miqdarı 0,9 (sıfır tam onda doqquz) qram təşkil edən Preqabalin dərman preparatları, daha sonra isə onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qəhvəyi rəngli gödəkcənin sol iç cibindən üzərində “X2 225 mg...17.E6.20” göstəricisi olan 37 (otuz yeddi) ədəd təsir maddəsinin ümumi miqdarı 8,325 (səkkiz tam mində üç yüz iyirmi beş) qram təşkil edən zavod üsulu ilə hazırlanmış Tramadol dərman preparatları və üzərində “Paden” (Pregabalin-300 mq) göstəricisi olan kəsilmiş konvalyutlarda 14 (on dörd) ədəd zavod üsulu ilə hazırlanmış təsir maddəsinin ümumi miqdarı 4,2 (dörd tam onda iki) qram təşkil edən Preqabalin dərman preparatları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə olan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin noyabr ayında cəzaçəkmə yerindən azad olunduqdan sonra qaraciyərində olan xəstəliklə əlaqədar bədənindəki ağrılardan əziyyət çəkmiş, həmin ağrılarla əlaqədar bir neçə dəfə müalicə olunsa da, lakin ağrıları yenə kəsməmişdir. Cəzaçəkmə müəssisəsində olarkən tramadol və preqabalin dərman preparatlarının ağrıları kəsdiyini və Bərdə rayonu ərazisindəki apteklərdə, reseptsiz həmin dərmanlardan satıldığını öyrənmişdir. Gəncə şəhəri ərazisində bir neçə dəfə həmin dərmanlardan almaq istəsə də, həmin dərmanların aptekdə sadəcə reseptlə verildiyinə görə ala bilməmişdir. Buna görə də, təxminən 2020-ci ilin yanvar ayının sonunda dəqiq xatırlamadığı gündə axşam saat 22 radələrində Gəncə şəhər Beynəlxalq avtovağzalından markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtobusa minərək Bərdə rayonuna getmiş, lakin həmin rayona gedərkən dəqiq olaraq hansı aptekdən tramadol və preqabalin dərman preparatlarını alacağını bilməmişdir. Bərdə rayonuna çatdıqda yol üstü qarşısına bir aptek çıxmış, sürücüdən avtobusu dayandırmasını tələb edərək avtobusdan düşmüş və həmin aptekə girmişdir. Aptekdə satıcıdan “tramadol” və “preqabalin” dərmanlarını reseptsiz ala bilib-bilməyəcəyini maraqlandıqda satıcı ona həmin dərmanları reseptsiz verə biləcəyini demişdir. Həmin aptekdən 4 ədəd bütöv konvalyutlarda hər konvalyutda 10 ədəd olmaqla ümumi sayı 40 ədəd “tramadol” həblərini 10 ədədi 5 manat 50 qəpik olmaqla ümumilikdə 22 manat qarşılığında və 2 ədəd bütöv konvalyutlarda hər konvalyutda 14 ədəd olmaqla ümumi sayı 28 ədəd “preqabalin” kapsulalarını 14 ədədi 70 manat olmaqla ümumilikdə 140 manat qarşılığlında almış və həmin yerdən Gəncə şəhərinə gedən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtobusla geri qayıtdaraq öz evinə gəlmiş, bu barədə heç kəsə bir söz deməyərək həmin dərman preparatlarını “Sobranie” markalı siqaret qutusunun içərisinə qoymuşdur. Onun bədənində ağrılar çox olduğuna görə “tramadol” həblərinin 3 ədədini və “preqabalin” kapsulalarının 10 ədədini bir neçə gün içərisində udaraq istifadə etmişdir. X8 onun qonşuluğunda yaşadığından Maili çoxdan tanımışdır. Bərdə rayonundan dərman preparatlarını aldıqdan sonra Maillə söhbəti zamanı Mail ona əvvəl “lirika” kimi tanıdığı “preqabalin” dərman preparatından istifadə etdiyini və həmin dərmanın onda xoş təsir yaratdığını, lakin yenidən necə əldə edəcəyini bilmədiyini demiş, o da, cavabında Mailə öz qiymətinə bir ədəd kapsulasını 5 manata olmaqla ona preqabalin dərman preparatı təşkil edə biləcəyini demişdir. Mail ona üzərində pul olmadığını, lakin onun üçün 4 ədəd preqabalin kapsulalarını saxlamağını, pulu düzəldən kimi alacağını demiş, o da, Maillə razılaşmış və yaşadığı evdə olan qayçı ilə içərisində “preqabalin” kapsulaları olan konvalyutları kəsərək hissələrə bölmüşdür. Təxminən yanvar ayının sonunda o istifadəsində olan mobil nömrə ilə Mailin istifadəsində olan mobil nömrə ilə əlaqə saxlamış, danışıqları zamanı Mail ona 20 manat pulu düzəltdiyini və 4 ədəd “preqabalin” kapsulalarını almaq istədiyini demişdir. O da, Maillə razılaşmış və onların razılığına əsasən o həmin kapsulaları Mailin yaşadığı küçədə Mailə verməli olmuş, lakin həmin gün Mail ona mesaj yazaraq küçədə polis olduğunu, buna görə də, oraya gəlməməyini demişdir. Buna görə də, həmin gün onların alış-verişi baş tutmamışdır. Növbəti gün o Maillə yenidən görüşmək istəsə də, Mail ona işinin olduğunu bildirmiş, buna görə də, onların görüşü 02.02.2020-ci il tarixə qalmışdır. 02.02.2020-ci il tarixdə o Maillə telefon danışığı zamanı razılaşmışlar ki, evlərinin yaxınlığında yerləşən Atatürk prospekti İ döngədə görüşsünlər. Qərarlaşdırdıqları kimi o, saat 19 radələrində yaşadığı evdə içərisində 37 ədəd “tramadol” kapsulaları və 18 ədəd “preqabalin” kapsulaları olan “Sobranie” markalı siqaret qutusunu əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sol iç cibinə qoyaraq evdən çıxıb, Atatürk prospekti 1-ci döngəyə getmiş və Maillə həmin yerdə görüşmüşlər. Mail ona 1 ədəd 10 manatlıq əskinaslarda və 2 ədəd 5 manatlıq əskinaslarda olmaqla ümumilikdə 20 manat pul vermiş, o pulu götürüb əynindəki şalvarın sağ yan cibinə qoymuş və əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sol iç cibindən “Sobranie” markalı siqaret qutusunu çıxardaraq həmin qutunun içərisindən əvvəlcədən böldüyü konvalyut kəsiklərində 4 ədəd “preqabalin” kapsulalarını Mailə vermiş və siqaret qutusunun qapağını örtərək içərisində qalan 37 ədəd “tramadol” həbləri və 14 ədəd “preqabalin” kapsulaları ilə birlikdə yenidən əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sol iç cibinə qoymuşdur. O, Mailə “preqabalin” kapsulalarını verdikdən sonra Mail dərhal kapsulalardan bir ədədini udaraq istifadə etmiş, digər 3 ədədini isə əynində olan qara rəngli jaketin sağ yan cibinə qoymuşdur. Bu zaman anidən 3 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib Nizami Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşlarının onun Mailə “preqabalin” dərman preparatlarını satdığı yerdə yaxaladığına görə o qorxub dərhal hərəkət edərək qaçıb oradan uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları onun arxası ilə qaçaraq tutub saxlamış və onun qaçmasına imkan verməmişdirlər. Bundan sonra Maillə onu Nizami Rayon Polis idarəsinə gətirmişlər. İdarədə müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı ona üzərində hər hansı bir qadağan olunmuş əşya varsa könüllü olaraq təqdim etməyi təklif olunmuş, bundan sonra o əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sol iç cibindən “Sobranie” markalı siqaret qutusunu çıxardaraq içərisində olan 37 ədəd “tramadol” həblərini və 14 ədəd “preqabalin” kapsulalarını təqdim etmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, üzərindən aşkar edilmiş 37 ədəd tramadol həblərini və 14 ədəd preqabalin kapsulalarını, həmçinin Mail Məmmədovun üzərindən aşkar edilmiş 3 ədəd preqabalin kapsulalarını Bərdə rayonunda yerləşən aptekdən özü istifadə etmək məqsədilə almış, dərman vasitələrini satmaq məqsədi olmamış, Mail Məmmədova da həmin “preqabalin” kapsulalarından 4 ədədini öz qiymətinə vermiş, həmin vasitəni satmamış, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 oğlu ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin sonlarında o, qonşuluğumda yaşayan Təqsirləndirilən şəxs ilə görüşmüş, onunla qonşu kimi tanış olduqdan sonra münasibətləri isinmiş və tez-tez görüşüb söbət etmişdirlər. Coşqunla söhbəti zamanı o Coşqunun narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə məhkum olunduğunu öyrənmişdir. Təxminən 2020-ci ilin yanvar ayının sonlarında Coşqunla növbəti söhbəti zamanı o, Coşquna əvvəl lirikadan istifadə etdiyini və lirikanın ona xoş təsir etdiyini bildirmişdir. Coşqundan qonşu olduğu üçün 1-2 dəfə xahiş etmişdir ki, resepti olmadığı üçün “lirika” almaqda köməklik etsin. O, Coşqundan lirikanın qiymətini soruşduqda Coşqun ona lirika kimi tanıdığı “preqabalin” dərman preparatının bir ədəd kapsulasının qiymətinin beş manat olduğunu demişdir. O, isə cavabında Coşquna hal-hazırda üzərində pul olmadığını, ona 4 ədəd lirika kapsulası təşkil etməsini, 20 manatı düzəldən kimi xəbər edib alacağını bildirmiş, Coşqun da, onula razılaşaraq pulu düzəldən kimi pregabalin kapsulalarını ona verəcəyini demişdir. 31.01.2020-ci il tarixdə o, 20 manat düzəltdikdən sonra Coşquna zəng edib pulun hazır olduğunu bildirmiş və onlar qərarlaşdırmışlar ki, Coşqunla onun evinin yaxınlığında saat 20 radələrində görüşsünlər. Həmin gün saat 20 radələrində o, küçələrində qonşuluğunda yaşayan dostu Kamalın qardaşı Öməri görmüş, Ömərin polis əməkdaşı olduğunu bilmiş, buna görə də, dərhal Coşquna istifadəsində olan mobil nömrə ilə Coşqunun istifadəsində olan mobil nömrəyə mesaj yazaraq küçələrinə gəlməməsini bildirmiş və buna görə də, onlar görüşü təxirə salmışlar. Həmin günün səhərisi isə onun işi çıxdığına görə Coşqundan lirika kapsulalarını ala bilməmişdir. Növbəti gün yəni, 02.02.2020-ci il tarixdə günorta radələrində o, istifadəsində olan mobil nömrə ilə Coşqunun istifadəsində olan mobil nömrəyə zəng edərək danışıb razılaşmışlar ki, onların evlərinin yaxınlığında Atatürk prospekti İ döngədə axşam radələrində görüşsünlər və o, 20 manat qarşılığında Coşqundan 4 ədəd lirika kapsulası alsın. Qərarlaşdırdıqları kimi o, saat 19 radələrində Coşqunla yaşadığı evin yaxınlığında Atatürk prospekti İ döngədə görüşmüş, o Coşquna 1 ədəd 10 manatlıq və 2 ədəd 5 manatlıq əskinaslarda olmaqla ümumilikdə 20 manat pul vermiş, Coşqun isə pulu götürüb cibinə qoyduqdan sonra əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sol iç cibindən bir ədəd siqaret qutusu çıxararaq həmin qutunun içərisindən ona 4 ədəd “lirika” kimi tanıdığı “preqabalin” kapsulalarını vermişdir. O, dərhal kapsulaları götürüb bir ədədini udaraq istifadə etmiş, digər 3 ədədini isə əynində olan qara rəngli jaketin sağ yan cibinə qoymuşdur. Həmin vaxt anidən 3 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib, Nizami Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını, yerlərində qalmalarını bildirmiş, o, polis əməkdaşları ilə razılaşıb hərəkət etməsə də, Coşqun hərəkət edərək qaçıb uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları onun arxası ilə qaçaraq Coşqunu da tutub saxlayaraq qaçmasına imkan verməmişlər. Bundan sonra onların ikisini də Nizami Rayon Polis idarəsinə gətirmişlər. İdarədə üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı ona üzərində hər hansı bir qadağan olunmuş əşya varsa könüllü olaraq təqdim etməyi təklif olunmuş, o da, əynində olan qara rəngli jaketin sağ yan cibinə qoyduğu Təqsirləndirilən şəxs aldığı, kəsilmiş konvalyutlarda 3 ədəd “lirika” kapsulalarını təqdim etmişdir. Həmin kovlayuta baxış zamnı arxa hissəsində “Paden 300 preqabalin kapsulaları” yazısı olduğu müəyyən edilmişdir. Baxış zamanı o, həmin həbləri Təqsirləndirilən şəxs 1 ədədini 5 manata olmaqla ümumilikdə 20 manat qarşılığında aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Nizami RPİ-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyi vaxt 02 fevral 2020-ci il tarixdə idarəyə Gəncə şəhər sakini X4 narkotik vasitələrin qanunsuz olaraq saxlaması və istifadəsi ilə, həmçinin Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlaması və satması barədə məlumat daxil olmuşdur. Adları qeyd olunan həmin şəxslərin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsi qərara alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra idarənin kiçik inspektoru Şahid3 və idarənin polis nəfəri Şahid4 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat 19:50 radələrində Gəncə şəhəri, Atatürk prospekti 1-ci döngədə Təqsirləndirilən şəxs və X4 birlikdə olmalarını görüb onlara yaxınlaşmaq istəyərkən Təqsirləndirilən şəxs X3 pul alıb cibinə qoyduğunu və əvəzində X5 əynindəki qəhvəyi rəngli gödəkcənin sol iç cibindən nəsə çıxarıb verdiyi, X4 da, öz növbəsində onu Təqsirləndirilən şəxs götürməsini müəyyən etmiş və dərhal onlara yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin daşınmasında şübhəli olduqları üçün Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər. Bu zaman Mail Məmmədov onlarla razılaşsa da, Təqsirləndirilən şəxs qaçaraq oradan uzaqlaşmaq istəmiş, lakin onlar Təqsirləndirilən şəxs qaçmasına imkan verməyərək onların hər ikisini Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə gətirmişlər. Gəncə şəhər Nizami Rayon Polis İdarəsində əvvəlcə X5 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı təmin edilmiş, daha sonra Mail Məmmədovun üzərinə video çəkilişlə baxış keçirilmiş, Mail Məmmədova üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Mail Məmmədov əynində olan qara rəngli jaketin sağ yan cibindən kəsilmiş konvalyutlarda qırmızı və ağ rənglərdə olan 3 ədəd kapsulaları çıxardıb təqdim etmişdir. Həmin konvalyut kəsiklərinin arxa hissəsinə baxış zamanı “PADEN-300 Pregabalin Capsules” sözləri yazılması müəyyən edilmişdir. Sorğu zamanı Mail Məmmədov həmin konvalyut kəsiklərindəkinin “lirika” olduğunu, həmin gün 20 manat qarşılığında tanışı Coşqundan 4 ədədini aldığını 1 ədədini isə istifadə etdiyini bildirmişdir. Bundan sonra Mail Məmmədovun üzərində hər hansı bir qanunsuz əşya saxlayıb-saxlamamasını müəyyən etmək üçün üzərinə şəxsi axtarış keçirilmiş və onun əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 1 qutu “Keno” markalı siqaret, 1 qutu kibrit, həmin gödəkcənin sol yan cibindən isə 1 ədəd bir manatlıq və bir ədəd beş manatlıq əskinzalar çıxmışdır. Həmin siqaret və kibrit qutularının içərisinə baxış keçirilsə də, hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra Mail Məmmədovun təqdim etdiyi üzərində “PADEN-300 Pregabalin Capsules” sözləri yazılmış kəsilmiş konvalyutlarda qırmızı və ağ rənglərdə olan 3 ədəd kapsulalar müvafiq qaydada zərfdə qablaşdırılmışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə üzərinə video çəkilişlə baxış keçirilmiş, baxış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcənin sol iç cibindən 1 ədəd “Sobranie” markalı siqaret qutusunu çıxardıb içərisində “tramadol” və “lirika” olduğunu deyərək siqaret qutusunun qapağını açıb kovalyutlarda olan dərman preparatlarını təqdim etmişdir. Həmin konvalyutlara baxış zamanı müəyyən edilmişdir ki, üzərində “PADEN-300 Pregabalin Capsules” sözləri yazılmış kovlayutlarda qırmızı və ağ rəngdə olan 14 ədəd kapsulalar vardır. Bundan sonra digər kovlayutlara baxış zamanı müəyyən edilmişdir ki, üzərində “Tramadol Hidroxlorid 225 mq” sözləri qeyd edilmiş 3 ədəd tamlığı pozulmamış kovlayutlarda, 7 ədəd kəsilmiş konvalyutlarda 37 ədəd həblər vardır. Bundan sonra Təqsirləndirilən şəxs nə məqsədlə həmin dərman preparatlarını üzərində gəzdirməsi soruşulmuş, Təqsirləndirilən şəxs isə cavabında bir az özü istifadə etdiyini, həmçinin kasıbçılıq olduğunu, pul-para olmadığını, buna görə də, tanışı Mailə birini 5 manata olmaqla ümumilikdə 20 manat qarşılığında 4 ədədini satdığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya saxlayıb-saxlamamasını müəyyən etmək üçün üzərinə şəxsi axtarış keçirilmiş və onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd 10 manatlıq və 4 ədəd 5 manatlıq əskinzalarda ümumilikdə 30 manat pul çıxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “PADEN-300 Pregabalin Capsules” sözləri yazılmış kəsilmiş konvalyutlarda qırmızı və ağ rənglərdə olan 14 ədəd kapsulalar və üzərində “Tramadol Hidroxlorid 225 mq” sözləri qeyd edilmiş 3 ədəd tamlığı pozulmamış konvalyutlarda, 7 ədəd kəsilmiş konvalyutlarda 37 ədəd həblər müvafiq qaydada zərfdə qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər, Nizami RPİ-nin əməkdaşları Şahid3 və Şahid4 Şahid2 ifadəsilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsi tərəfindən təqdim edilmiş materialların məhkəmə ekspertizasına dair 03 fevral 2020-ci il tarixli 97 nömrəli rəydən görünür ki, -tədqiqata təqdim olunmuş, üzərində “02.02.2020-ci il tarixdə Vət. X4 üzərində şəxsi axtarış zamanı götürülmüş üç ədəd üzərinə “PADEN”-300 yazılmış Pregabalin tərkibli dərman həbləri” yazılar və imzalar olan kağız paketdəki, üzərində “PADEN” (Pregabalin- 300 mq) göstəricisi olan kəsilmiş konvalyutlarda 3 (üç) ədəd kapsulalar zavod üsulu ilə hazırlanmış Preqabalin dərman preparatıdır (beynəlxalq adına görə Preqabalin). Təqdim olunmuş ümumi sayı 3 ədəd Preqabalin kapsulalarının təsir maddəsinin miqdarı 0,9 qram təşkil edir. -Təqdim olunmuş üzərində “02.02.2020-ci il tarixdə Vət. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış üçün götürülmüş 37 ədəd X2 yazılmış həblər. 14 ədəd Paden 300 yazılmış pregabalin.” yazılar və imzalar olan kağız paketdəki -üzərində “X2 225 mg...17.E6.20” göstəricisi olan 3 (üç) ədəd tamlığı pozulmamış konvalyutlarda, 7 (yeddi) ədəd kəsilmiş konvalyutlarda ümumi sayı 37 (otuz yeddi) ədəd həblər zavod üsulu ilə hazırlanmış tramadol dərman preparatıdır (beynəlxalq adına görə Tramadol hidroxlorid). Təqdim olunmuş ümumi sayı 37 (otuz yeddi) ədəd olan tramadol həblərinin təsir maddəsinin miqdarı 8,325 qram təşkil edir. -üzərində “PADEN” (Pregabalin-300 mq) göstəricisi olan kəsilmiş konvalyutlarda 14 (on dörd) ədəd kapsulalar zavod üsulu ilə hazırlanmış Preqabalin dərman preparatıdır (beynəlxalq adına görə Preqabalin). Təqdim olunmuş ümumi sayı 14 (on dörd) ədəd Preqabalin kapsulalarının təsir maddəsinin miqdarı 4,2 qram təşkil edir. -Tramadol və Preqabalin Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siayhısına (əlavə 1) daxildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” Publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 78/KEŞ saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi ekspertizası zamanı aparılmış laborator və instrumental müayinələrin cavablarına əsasən, onda hal-hazırda “Xroniki virus hepatiti C; Qaraciyər sirrozu” kimi xəstəliklərinin olduğu müəyyən edildi. Qeyd olunan xəstəliklər uzun sürən xroniki gedişli xəstəliklərə aiddir və hazırki sağlamlıq durumu ilə əlaqədar onun cəzaçəkmə müəssisəsində saxlanılması mümkündür. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin Gəncə Şəhər Narkoloji Dispanserindən təqdim edilmiş ambulator məcburi narkoloji-tibbi yoxlamanın 18 mart 2020-ci il tarixli 593 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixoaktiv maddə olan tramadol və preqabalindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 02fevral 2020-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Gəncə şəhəri Nizami rayon məhkəməsinin 04fevral 2020-ci il tarixliqərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin başlanğıcı 02 fevral 2020-ci il tarixdən hesablanmışıdır. İş materiallarına əlavə edilmiş “Həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbirilə əvəz edilməsinə dair” Gəncə Apelyasiya Məhkəməsinin 08 fevral 2020-ci il tarixli, qərarından görünür ki, müdafiə tərəfinin vəsatəti təmin edilməklə Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər, Nizami rayon məhkəməsinin 04 fevral 2020-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbirilə əvəz edilmiş, “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 02 iyun 2020-ci il tarixədək müəyyən edilmiş, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 02 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsGəncə Ağır Cinayətlər Məhkəməsinin 22 may 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə təqsirli bilinərək, 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 may 2012-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə təqsirli bilinərək, 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Rayonlararası Ruhi-Əsəb Dispanseri tərəfindən verilmiş 27.02.2020-ci il tarixli 1167 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Ruhi-Əsəb Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş 26 yanvar 2021-ci il tarixli “şühəli şəxsi tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs digər iş üzrə həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhəri Nizami rayon məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, 23 may 2021-ci il tarixli qərarla isə həbs müddəti 26 avqust 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs verilmiş ittihamla özünü qismən təqsirli bilsə də ifadəsində polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilmiş 37 ədəd “tramadol” və 14 ədəd “preqabalin” kapsulalarını, həmçinin Mail Məmmədovun üzərindən aşkar edilmiş 3 ədəd preqabalin kapsulalarını Bərdə rayonunda yerləşən aptekdən özü istifadə etmək məqsədilə aldığını, dərman vasitələrini satmaq məqsədi ilə almadığını, Mail Məmmədova da həmin “preqabalin” kapsulalarından 4 ədədini öz qiymətinə verdiyini, həmin vasitəni satmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs оğlu оnа elаn edilmiş ittihаm üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, qaraciyərində olan nasazlıqla əlaqədar bədənindəki ağrılardan əziyyət çəkmiş, həmin ağrılarla əlaqədar bir neçə dəfə müalicə olunsa da, lakin ağrıları yenə də, dinməmişdir. Cəzaçəkmə müəssisəsində olarkən tramadol və preqabalin dərman preparatlarının da, ağrıları dindirdiyini və Bərdə rayonu ərazisindəki apteklərdə, reseptsiz həmin dərmanlardan satıldığını öyrənmişdir. Gəncə şəhəri ərazisində bir neçə dəfə həmin dərmanlardan almaq istəsə də, həmin dərmanların aptekdə sadəcə respetlə verildiyinə görə ala bilməmişdir. Buna görə də, təxminən 2020-ci ilin yanvar ayının sonunda dəqiq xatırlamadığı gündə axşam vaxtı təxminən saat 22 radələrində Gəncə şəhər Beynəlxalq avtovağzaldan markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtobusa minərək Bərdə rayonuna getmiş, lakin həmin rayona gedərkən dəqiq olaraq hansı aptekdən tramadol və preqabalin dərman preparatlarını alacağını bilməmişdir. O, Bərdə rayonuna çatdıqda yol üstü qarşısına bir ədəd aptek çıxmış, sürücüdən avtobusu dayandırmasını tələb edərək avtobusdan düşmüş və həmin aptekə girmişdir. Aptekdə bir nəfər təxminən 30-35 yaşlarında arıq orta boylu satıcı kişi işləmiş, o həmin satıcıdan tramadol və preqabalin dərmanlarını reseptsiz ala bilib-bilməyəcəyini maraqlandıqda satıcı ona həmin dərmanları respetsiz verə biləcəyini demişdir. O, həmin vaxtlar maddi sıxıntı çəktiyinə görə qərara gəlmişdir ki, dərmanlardan bir qədər çox alsın və istəyən olarsa ona satsın. Bu məqsədlə həmin aptekdən 4 ədəd bütöv konvalyutlarda hər konvalyutda 10 ədəd olmaqla ümumi sayı 40 ədəd tramadol həblərini 10 ədədi 5 manat 50 qəpik olmaqla ümumilikdə 22 manat qarşılığında və 2 ədəd bütöv konvalyutlarda hər konvalyutda 14 ədəd olmaqla ümumi sayı 28 ədəd preqabalin kapsulalarını 14 ədədi 70 manat olmaqla ümumilikdə 140 manat qarşılığlında almış və həmin yerdən Gəncə şəhərinə gedən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtobusla geri qayıtdaraq öz evinə gəlmiş, bu barədə heç kəsə bir söz deməyərək həmin dərman preparatlarını “Sobranie” markalı siqaret qutusunun içərisinə qoymuşdur. Onun bədənində ağrılar çox olduğuna görə tramadol həblərinin 3 ədədini və preqabalin kapsulalarının 10 ədədini bir neçə gün içərisində udaraq istifadə etmişdir. Həmçinin, X8 oun qonşuluğunda yaşayır və o, Maili çoxdandır ki, tanıyır. Bərdə rayonundan yuxarıda qeyd olunan dərman preparatlarını aldıqdan sonra Maillə söhbəti zamanı Mail ona əvvəl lirika kimi tanıdığı preqabalin dərman preparatından istifadə etdiyini və həmin dərmanın onda xoş təsir yaratdığını, lakin yenidən necə əldə edəcəyini bilmədiyini demiş, o da, cavabında Mailə bir ədəd kapsulası 5 manata olmaqla ona preqabalin dərman preparatı təşkil edə biləcəyini demişdir. Mail ona üzərində pul olmadığını, lakin onun üçün 4 ədəd preqabalin kapsulalarını saxlamağını, pulu düzəldən kimi alacağını demiş, o da, Maillə razılaşmış və yaşadığı evdə olan qayçı ilə içərisində preqabalin kapsulaları olan kovalyutları kəsərək hissələrə bölmüşdür. Təxminən yanvar ayının sonunda o istifadəsində olan ********** saylı mobil nömrə ilə Mailin istifadəsinə olan ********** saylı mobil nömrə ilə əlaqə saxlamış, danışıqları zamanı Mail ona 20 manat pulu düzəltdiyini və 4 ədəd preqabalin kapsulalarını almaq istədiyini demişdir. O da, Maillə razılaşmış və onların razılığına əsasən o həmin kapsulaları Mailin yaşadığı küçədə Mailə verməli olmuş, lakin həmin gün Mail ona mesaj yazaraq küçədə polis olduğunu, buna görə də, oraya gəlməməyini demişdir. Buna görə də, həmin gün onların alış-verişi baş tutmamışdır. Növbəti gün o Maillə yenidən görüşmək istəsə də, Mail ona işinin olduğunu bildirmiş, buna görə də, onların görüşü 02.02.2020-ci il tarixə qalmışdır. 02.02.2020-ci il tarixdə o Maillə telefon danışığı zamanı razılaşmışlar ki, evlərinin yaxınlığında yerləşən Atatürk prospekti İ döngədə görüşsünlər. Qərarlaşdırdıqları kimi o, təxminən saat 19 radələrində yaşadığı evdə içərisində 37 ədəd tramadol kapsulaları və 18 ədəd preqabalin kapsulaları olan “Sobranie” markalı siqaret qutusunu əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sol iç cibinə qoyaraq evdən çıxıb Atatürk prospekti 1-ci döngəyə getmiş və Maillə həmin yerdə görüşmüşlər. Mail ona 1 ədəd 10 manatlıq əskinzalarda və 2 ədəd 5 manatlıq əskinzalarda olmaqla ümumilikdə 20 manat pul vermiş, o pulu götürüb əynindəki şalvarın sağ yan cibinə qoymuş və əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sol iç cibindən “Sobranie” markalı siqaret qutusunu çıxardaraq həmin qutunun içərisindən əvvəlcədən böldüyüm kovlayut kəsiklərində 4 ədəd preqabalin kapsulalarını Mailə vermiş və siqaret qutusunun qapağını örtərək içərisində qalan 37 ədəd tramadol həbləri və 14 ədəd preqabalin kapsulaları ilə birlikdə yenidən əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sol iç cibinə qoymuşdur. O, Mailə preqabalin kapsulalarını verdikdən sonra Mail dərhal kapsulalardan bir ədədini udaraq istifadə etmiş, digər 3 ədədini isə əynində olan qara rəngli jaketin sağ yan cibinə qoymuşdur. Bu zaman anidən 3 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib Nizami Rayon Polis İdarəsinin əməkdaşları olduğunu, yerlərində qalmalarını bildirmişlər. Polis əməkdaşlarının onun Mailə preqabalin dərman preparatlarını satdığı yerdə yaxaladığına görə o qorxub dərhal hərəkət edərək qaçıb oradan uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları onun arxası ilə qaçaraq tutub saxlamış və onun qaçmasına imkan verməmişdirlər. Bundan sonra Maillə onu Nizami Rayon Polis idarəsinə gətirmişlər. İdarədə onun hüquq və vəzifələri izah edilmiş və müdafiəçi qismində X6 iştirakı təmin edilmiş, bundan sonra onabir daha hüquq və vəzifələrim izah edilərək üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qadağan olunmuş əşya varsa könüllü olaraq təqdim etməyi təklif olunmuş, bundan sonra o əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sol iç cibindən “Sobranie” markalı siqaret qutusunu çıxardaraq içərəsində olan 37 ədəd tramadol həblərini və 14 ədəd preqabalin kapsulalarını təqdim etmişdir. Əvvəlcə preqabalin kapsulalarının arxa hissəsinə baxış zamanı “Paden 300 preqabalin kapsulaları” yazısı olduğu müəyyən edilmişdir. Tramadol kapsulalarının arxa hissəsinə baxış zamanı isə orada “Tramadol 225 mq” yazısı olduğu müəyyən edilmişdir. Baxış zamanı o, mövcud vəziyyəti olduğu kimi deyərək həmin preqabalin kapsulalarından 4 ədədini Mailə 1 ədədi 5 manat olmaqla ümumilikdə 20 manat qarşılığında satdığını etiraf etmişdir. Bundan sonra üzərinə əlavə olaraq hər hansı bir qadağan olunmuş əşya olub-olmaması üçün baxış keçirilmiş və kənar qeyri-qanuni hər hansı bir əşya aşkar edilməmişdir. Üzərinə baxış keçirildikdən sonra təqdim etdiyi kovlayutlarda olan 37 ədəd tramadol həbləri və 14 ədəd preqabalin kapsulaları müvafiq qaydada qablaşdırılıb möhürlənərək protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişdirlər. Daha sonra ona ekspertin rəyi elan edilmiş və o öyrənmişdir ki, X4 üzərindən aşkar edilərək götürülmüş onun 20 manat qarşılığında satdığı üzərində “Paden” (pregabalin- 300mq) göstəricisi olan kəsilmiş konvalyutlarda 3 (üç) ədəd kapsulalar zavod üsulu ilə hazırlanmış Preqabalin dərman preparatıdır və həmin kapsulaların təsir maddəsinin miqdarı 0,9 qram təşkil edir, onun üzərindən aşkar edilmiş 3 ədəd tamlığı pozulmamış kovlayutlarda, 7 ədəd kəsilmiş kovlayutlarda ümumi sayı 37 ədəd həblər zavod üsulu ilə hazırlanmış tramadol dərman preparatıdır və həmin həblərin təsir maddəsinin ümumi miqdarı 8,325 qram təşkil edir. Həmçinin onun üzərindən aşkar edilmiş üzərində “Paden” (pregabalin-300mq) göstəricisi olan 14 ədəd preqabalin kapsulalar zavod üsulu ilə hazırlanmış preqabalin dərman preparatıdır, həmin kapsulaların təsir maddəsinin ümumi miqdarı 4,2 qram təşkil edir və tramadol və preqabalin güclü təsir edən maddələrin siyahısına daxildir. O, daha sonra ifadəsində göstərmişdir ki, o, üzərindən aşkar edilmiş 37 ədəd tramadol həblərini və 14 ədəd preqabalin kapsulalarını, həmçinin Mail Məmmədovun üzərindən aşkar edilmiş 3 ədəd preqabalin kapsulalarını 2020-ci ilin yanvar ayının sonlarında təxminən saat 23 radələrində Bərdə rayonunda yerləşən dəqiq ünvanını bilmədiyi aptekdən özü istifadə etmək və istəyən olarsa satmaq məqsədilə almışdır. Bərdə rayonuna qaranlıq vaxtı getdiyi üçün həmin aptekin yeri yadında qalmamış, satıcının isə adını, telefon nömrəsi və ya harada yaşamasını dəqiq bilməmişdir, təxminən 30-35 yaşlarında arıq orta boylu kişi olmuşdur. Həmin vaxt aptekdə ikisindən başqa heç kəs olmamış, o satıcını ilk dəfə orada görmüş, daha sonra onlar arasında isə onun həmin satıcı ilə hər hansı bir alış-verişi olmamışdır. Qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı preqabalin və tramadol dərman preparatlarından sadəcə 4 ədəd preqabalin kapsulalarını 20 manat qarşılığında Mailə satmış, başqa hər hansı bir şəxsə yuxarıda qeyd olunan dərman preparatlarını satmamış və hər hansı bir şəxs ona bu barədə müraciət etməmişdir. Onun güclü təsir edən maddələr tramadol və preqabalin əldə etməyindən, saxlamağından, satmağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamış, başqa hər hansı bir yerdə narkotik vasitə, psixotrop maddə və ya güclü təsir edən dərman preparatları saxlamamış və gizlətməmişdir. Tramadol və lirika kapsulalarının yerləşdiyi konvalyut kəsiklərini yaşadığı evdə qayçı ilə kəsərək bölmüş, həmin vaxt yanında heç kəs olmamışdır. İstifadəsində ********** saylı mobil nömrə vardır və o, həmin mobil nömrəni istifadə etmişdir. Barəsində əməliyyataxtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı bir qanunsuz hərəkətlərə yol verilməmiş, bununla bağlı hər hansı bir vəsatəti və ya şikayəti yoxdur. Həmçinin o, ifadəsində bildirmişdir ki, ********** saylı nömrə Mail Məmmədova məxsusdur. Əvvəlki ifadəsində qeyd etdiyi kimi, onun Maillə danışığına əsasən o, Mailə 20 manat qarşılığında 4 ədəd preqabalin kapsulalarını 31.01.2020-ci il tarixdə Mailin yaşadığı küçədə ona satmalı imiş, lakin Mail onun istifadəsində olan ********** saylı nömrəyə “bura hele gelme omer burdadi kamalin qardisi polis qoy getsin” məzmunda mesaj yazaraq gəlməməsini demiş, buna görə də, həmin gün onların alış-verişi baş tutmamışdır. O, Bərdə şəhərində təxminən saat 23 radələrində olmuş və oraya gedib gələrkən hər hansı bir telefon zəngi etməmiş, ona görə zənglərin anten dairəsində Bərdə şəhəri görünməmişdir. 04.01.2020-ci il tarixdə Bakı şəhərinə yas yerinə getmiş, daha sonra isə həmin gün geri Gəncə şəhərinə qayıtmış, qayıdarkən yol boyu telefonla danışmış və buna görə də, Bakı şəhərində, daha sonra ardıcıllıqla Kürdəmir, Ucar, Yevlax, Goranboy və Gəncə şəhərlərində olması görsənmiş, lakin mən həmin vaxt dəqiq olaraq kimlərlə danışmasını xatırlamaışdır. Mail onun tanışı olduğuna görə o, preqabalin kapsulalarını mayasına yəni 5 manata Mailə satmışdır. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı bir qanunsuz hərəkətlərə yol verilməmiş, bununla bağlı hər hansı bir vəsatəti və ya şikayəti yoxdur. Törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmiş, həmin əməldən peşmandır və özünü müdafiəsi üçün heç bir dəlil və sübutu yoxdur. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini daha inandırıcı və işin faktiki hallarına uyğun ifadə kimi qəbul edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki,onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-in 240.3.2ci maddəsilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 may 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14.11.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Göründüyü kimi 22.05.2012-ci il tarixli hökmlə Təqsirləndirilən şəxs ağır cinayətlər kateqoriyasına aid olan əmələ görə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməlini törətmişdir. Onun əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Həmçinin iş materiallarından görünür ki, 02 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhəri Nizami rayon məhkəməsinin 04 fevral 2020-ci il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş,Gəncə Apelyasiya Məhkəməsinin 08 fevral 2020-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbirilə əvəz edilmiş, “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 02 iyun 2020-ci il tarixədək müəyyən edilməklə məhkəmə iclas zalında həbsdən azad edilmişdir. 02 iyun 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət (158.2.1) və ev dustaqlığında saxlanıldığı müddət (158.2.2.) həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs 02 fevral 2020-ci il tarixdən 02 iyun 2020-ci il tarixədək “həbs” və “ev dustaqlığında” saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində digər iş üzrə həbsetmənin əvvəli 26 yanvar 2021-ci il tarixdən hesablanmaqla 28 yanvar 2021-ci il tarixdə 4 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, 23 may 2021-ci il tarixli qərarla isə həbs müddəti 26 avqust 2021-ci il tarixədək uzadılmışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində digər iş üzrə seçilmiş “həbs” qətimkan tədbiri hazırkı iş üzrə nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs və X4 üzərlərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi sayı 36 ədəd təşkil edən Tramadol həbləri və ümumi sayı 16 ədəd təşkil edən Preqabalin kapsulaları məhv edilməli, şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişlərin iki ədəd “DVD” diski, həmçinin “xxxx” MMC-dən əldə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. 02 fevral 2020-ci il tarixdən 02 iyun 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay müddət Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində digər iş üzrə 26 yanvar 2021-ci il tarixdən hesablanmaqla 28 yanvar 2021-ci il tarixdə 04 ay müddətə seçilmiş, 23 may 2021-ci il tarixli qərarla isə həbs müddəti 26 avqust 2021-ci il tarixədək uzadılmış “həbs” qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs və X4 üzərlərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi sayı 36 ədəd təşkil edən Tramadol həbləri və ümumi sayı 16 ədəd təşkil edən Preqabalin kapsulaları məhv edilsin, şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişlərin iki ədəd “DVD” diski, həmçinin “xxxx” MMC-dən əldə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı vaxtdan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-33/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-33/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver