Məhkəmə qərarları › İş №1(100)-33/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-33/2022

25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-33/2022 25.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvəllər məhkum olunmamış, Gəncə şəhəri H.Əliyev prospekti 475 ünvanda qeydiyyatda olan və ünvan 1 qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 3477.015 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib 3450 qram çəkidə hissəsini qara rəngli polietilen torbada olmaqla ünvan 2 ünvanında yerləşən akademik Z. Məmmədov adma Gəncə şəhər 3 saylı Təcili və X5 Xəstəxanasının həyətyanı sahəsində damın içərisində satış məqsədi ilə gizlədərək saxlamış, 27.015 qram çəkidə hissəsini isə şəffaf rəngli polietilen torbanın içərisində olmaqla satış məqsədi ilə üzərində saxlayaraq daşımış, Gəncə şəhər Baş Polis İdarəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15.01.2021-ci il tarixdə, saat 12:30-da qeyd edilən xəstəxananın yaxınlığında saxlanılıb ünvan 4 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda əynində olan qara rəngli qış gödəkçəsinin sol iç qoltuq cibindən 1 ədəd şəffaf rəngli polietilen torbada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq çəkidə, yəni təmiz çəkisi 27.015 qram narkotik vasitə qurudulmuş marixuana, bundan sonra Gəncə şəhər 3 saylı Təcili və X5 Xəstəxanasının həyətyanı sahəsində olan damın içərisinə baxış keçirildikdə oradan 1 ədəd qara rəngli polietilen torbada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda, yəni təmiz çəkisi 3450 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, özünü CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, o, 10 ildən artıqdır ki, “nəşə” kimi tanıdığı narkotik vasitə olan marixuanadan istifadə edir. 2020-ci ilin iyul-avqust aylarında Göygöl rayonunda “Azos” adlanan ərazidə çayda çimməyə getmiş, həmin vaxt tualet ehtiyacını ödədiyi üçün kənara çəkildikdə çayn yaxınlığında yabanı halda bitmiş narkotik vasitə olan marixuana kollarını görmüşdür. O, şəxsi istifadəsi üçün həmin marixuana bitkilərinin yarpaqlarını əli ilə yığıb yerdən tapdığı sellofan torbaya doldurmuş və torbanı özü ilə gətirib Gəncə şəhər 3 saylı xəstəxananın həyətyanı sahəsində olan uçmuş damın içərisinə qoyub orada qurutmuş, həmin yerdə də gizlətmişdir. Sonradan o, ara-sıra həmin uçmuş boş damda olan marixuanadan az-az götürüb istifadə etmişdir. 15 yanvar 2021-ci il tatrixdə, saat 12 radələrində yenə Gəncə şəhər 3 nömrəli xəstəxanadan çıxıb uzaqlaşarkən 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu Gəncə şəhər BPİ-nə aparmışlar. Polis İdarəsində ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu demişlər. Bundan sonra hüquqlarının müdafiəsi üçün onu dövlət hesabına müdafiəçi ilə təmin etmişlər. Bundan sonra onun üzərinə baxış keçirilən zamanı əynində olan qış gödəkçəsinin sol iç qoltuq cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan ağ rəngli sellofan aşkar edilərək götürülmüşdür. Polis əməkdaşı tərəfindən həmin bükülü açılmış, bükülünün içərisindən yaşıl rəngli, kəskin iyli, narkotik vasitə olan marixuana aşkar edilmişdir. Axtarış zamanı onun üzərindən aşkar edilmiş bir ədəd bükülüdə olan narkotik vasitə olan marixuana müdafiəçinin və digər iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 28 qram olması müəyyən edilmişdir. Həmin bükülü əvvəlki vəziyyətinə gətirilib qablaşdırılmış, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış, onun üzərinə baxış keçirilməsi barədə tərtib olunmuş protokolu onunla yanaşı baxış zamanı iştirak edən digər şəxslər də imzalamışlar. Bundan sonra polis əməkdaşları ona təzyiq göstərərk əlavə narkotik vasitə boynuna almasını bildirmişlər. Sonra polis əməkdaşlarının təklifi ilə razı olmuşdur. Sonra onu müdafiəçinin iştirakı ilə Gəncə şəhəri 3 nömrəli xəstəxananı həyətyanı sahəsində yerləşən uçmuş boş otağa gedib baxış keçirilmiş, baxış zamanı o, orada içərisində narkotik vasitə marixuana olan qara rəngli sellofan torba aşkar olunmuşdur. Həmin torba müdafiəçinin və digər iştirakçıların iştirakı ilə açılmış, torbanın içərisindən yaşıl rəngli, kəskin iyli, narkotik vasitə olan marixuana aşkar edilmişdir. Polis əmkdaşlarının əvvəlcədən onu təlimatlandırdıları kimi həmin torbanın içərisində olan narkotik vasitə marixuananı 2020-ci ilin iyul-avqust aylarında Göygöl rayonu, Azos adlanan yerdə olan vaxt yığaraq özü istifadə etməyi üçün həmin yerdə qurudub gizlətdiyini bildirmişdir. Ona təzyiq olması barədə müdafiəçisinə heç bimr söz deməmişdir. Bundan sonra həmin torbada olan marixuana tərəzidə çəkilmiş və çəkisi təxminən 3 kq 490 qram olmuşdur. Həmin torba əvvəlki vəziyyətinə gətirilib qablaşdırılmış, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış, həmin yerə baxış keçirilməsi barədə tərtib olunmuş protokolu onunla yanaşı baxış zamanı iştirak edən digər şəxslər də imzalamışlar. O, narkotik vasitə olan marixuana qəbul etsə də heç vaxt satışı ilə məşğul olmamışdır. Üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxlamaqda məqsədi özü istifadə etmək olmuş, o, bu barədə heç kimə bir söz deməmişdir. O, mobil telefon istifadə etməmiş, heç vaxt mobil telefonu olmamışdır. O, Gəncə şəhəri 3 nömrəli xəstəxananın həyətindəki uçmuş otaqdan başqa digər hər hansı bir yerdə narkotik vasitə saxlamamış və ya gizlətməmişdir. Üzərindən aşkar olunmuş marixuananı kimdən və haradan əldə etməsini demək isəmir.Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin X2 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. 15 yanvar 2021-ci il tarixdə Gəncə şəhəri Təbriz küçəsi dalan 5, ev 7-də yaşayan Zahir adlı şəxsin üzərində nakotik vasitələr saxlaması və 3 saylı TTY Xəstəxanasının həyətində narkotik vasitələr gizlətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra onun tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuş, onun rəhbərliyi altında əməliyyat-axtarış qrupu yaralmışdır. Əməliyyat məlumatlarına əsasən həmin şəxsin xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri H.Əliyev prospekti 475 ünvanda qeydiyyatda olmaqla hal-hazırda Təbriz küçəsi dalan 5, ev 7-də yaşayan, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs olması, onun adətən 3 saylı TTY Xəstəxanasının yaxınlığında olması müəyyən olunmuşdur. Bundan sonra həmin gün, saat 12:30 radələrində keçirtdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri X14 Xəstəxanasının yaxınlığında müəyyən edib sonuncuya yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda, 3 saylı TTY Xəstəxanasının həyətində narkotik vasitələr gizlətməkdə şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması təhqiqatçıya tapşırılmışdır.Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi Polis İdarəsinə dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşya və ya predmet varsa çıxardıb təqim etməsi təklif olunanda sonuncu əynindəki qara rəngli qış gödəkçəsinin sol iç qoltuq cibindən 1 ədəd ağ rəngli politelin sellofanda olan bükülünü çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofanın içərsindəkinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 2020-ci ilin iyul-avqust aylarında Göygöl rayonu, Azos adlanan yerdə çayda çimərkən çayın kənarından yığaraq şəxsi istifadəsi üçün Gəncə şəhəri 3 saylı TTY Xəstəxanasının həyətində olan boş damın içərsində gizlətdiyini, özü istifadə etmək məqsədilə həmin narkotik vasitənin bir hisəssini götürüb üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üstündən aşkar olunub götürülmüş həmin politelin sellofan torbanın içərisinə baxış keçirilən zamanı orada yaşıl rəngli, spesifik iyə malik qurudulmuş ot kütləsinin olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunub götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə tərəzidə çəkilmiş və 28 qram olmuş, həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, üzəri yazılmış və DİN-nin 91 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxsla yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imalamışlar, baxış keçirilən zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs Gəncə şəhəri 3 saylı TTY Xəstəxanasının həyətində narkotik vasitə gizlətdiyini, həmin yeri göstərə biləcəyini bildirdiyi üçün müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkilişdən istifadə olunmaqla təhqiqatçı ilə birlikdə Təqsirləndirilən şəxs bildirdiyi ünvana, yəni ünvan 7 sahəsində yerləşən Təqsirləndirilən şəxs göstərdiyi uçmuş boş otağa daxil olub oraya baxış keçirən zamanı Təqsirləndirilən şəxs orada gizlətdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan qara rəngli politelin torbanı onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin torbanın içərisindəkinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 2020-ci ilin iyul-avqust aylarında Göygöl rayonu, Azos adlanan yerdə çayda çimərkən çayın kənarından yığaraq şəxsi istifadəsi üçün Gəncə şəhəri 3 saylı TTY Xəstəxanasının həyətində olan həmin damın içərsində qurudub gizlətdiyini, özü istifadə etmək məqsədilə həmin narkotik vasitənin bir hisəssini götürüb üzərində gəzdirdiyini və yerdə qalan hissəsini isə həmin damın içərisində qara rəngli politelin tobanın içərisində saxladığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə tərəzidə çəkilmiş və 3 kq 490 qram olmuş, həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, üzəri yazılmış və DİN-nin 91 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxsla yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imzalamışlar. Təqsirləndirilən şəxs Gəncə şəhəri 3 saylı TTY Xəstəxanasının həyətində yerləşən damın içərisinə baxış keçirilən zamanı rəqəmsal videoaparatdan istifadə olunmuş və həmin video görüntü diskə köçürülərək materiala əlavə olunmuşdur.Təqsirləndirilən şəxs məhkəmədə ona təzyiq olunması xəstəxananın içərisindəki tikilinin içərisindən aşkar olunan narkotik vasitənin ona məxsus olmaması barədə dedikləri həqiqətə uyğun deyildir. Ona heç kim təzyiq etəmiş və narkotik vasitənin boynuna alması barədə onu heç kim təlimatlandırmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 15.01.2021-ci il tarixli qərardan görünür ki, narkotik vasitələr saxlamsı və 3 saylı TTY xəstəxanasınım həyətində narkotik vasitələr gizlətməkdə şübhəli olan Təqsirləndirilən şəxs üzərinə və 3 saylı TTY xəstəxanasınım həyətinə baxış keçirilməsi ilə bağlı bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış və götürmə haqqında» 15.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı əynindəki qara rəngli qış gödəkçəsinin sol iç qoltuq cibindən ağ rəngli politelin sellofan torbada 28 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin kütlə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, baxış keçirilən zamanı çəkilmiş fotoşəkillər protokola tərtib olunmuşdur. «Baxış keçirilməsi və götürülməsi haqqında» 15.01.2021-ci il tarixli protokoldan görünür ki, baxış keçrilən yer Gəncə şəhər 3 saylı TTY xəstəxanasının həyətyanı sahəsində yerləşən boş açıq sahədə olan damın içərisidir. Baxış zamanı damın içərsindən Təqsirləndirilən şəxs orada gizlətdiyi qara rəngli politelin sellofan torbada 3 kq 490 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin kütlə zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli 5(044)- 15/2021 saylı qərarından görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 15 yanvar 2021-ci il tarixli qərarın Təqsirləndirilən şəxs narkotik vasitıni gizlətdiyi yeri Gəncə şəhəri 3 saylı TTY Xəstəxanasının həyatyanı sahəsinə keçirilməsinə dair hissəsi qanuni hesab edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 15.01.2021-ci il tarixli 16/43 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə» sözləri yazılmış kağız paketdə, 1 (bir) ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 27,015 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.Həmçinin tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs Gəncə şəhəri 3 saylı TTY Xəstəxanasının həyətində olan damda saxladığı kütlə…..» sözləri yazılmış sintetik bazar torbasındakı, digər 1 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 3450 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.Bundan başqa tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə və bir ədəd sintetik bazar torbasında olan marixuanalar tərkiblərinə görə eynidirlər. Gəncə şəhər Baş Polis İdarəsinin 19 fevral 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əldə etmiş olduğu külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə ələ edib saxlamış, həmin narkotk vasitəni haradan əldə etməsi barədə müsbət nəticə əldə olunmamışdır. Ambulator məhkəmə-narkoloji ekspertizasının 21.02.2021-ci il tarixli 184 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. «Şübhəli şəxsin tutulması haqqında» 15.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 17.01.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 yanvar 2021-ci ildən hesablanmışdır. “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X8 20.07.2016-cı il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X3r. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Sübutların qiymətləndirilməsi haqqında» 23 fevral 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 26,965 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və Gəncə şəhəri 3 saylı TTY Xəstəxanasının həyətində yerləşən istifadəyə yararsız damdan aşkar olunub götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3449,95 qram narkotik vasitə olan qurudulmuş marixuana Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerinə təhvil verilmişdir. Eləcə də bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində 3 saylı Təcili və X5 Xəstəxanasının həyətyanı sahəsindəki istifadəyə yararsız damın içərisindən aşkar olunub götürülmüş narkotik vasitə olan marixuananın ona məxsus olmadığın, üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə saxlayıb gəzdirmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, özünü CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, o, 10 ildən artıqdır ki, “nəşə” kimi tanıdığı narkotik vasitə olan marixuanadan istifadə edir. 2020-ci ilin iyul-avqust aylarında Göygöl rayonunda “Azos” adlanan ərazidə çayda çimməyə getmiş, həmin vaxt tualet ehtiyacını ödədiyi üçün kənara çəkildikdə çayn yaxınlığında yabanı halda bitmiş narkotik vasitə olan marixuana kollarını görmüşdür. O, şəxsi istifadəsi üçün həmin marixuana bitkilərinin yarpaqlarını əli ilə yığıb yerdən tapdığı sellofan torbaya doldurmuş və torbanı özü ilə gətirib Gəncə şəhər 3 saylı xəstəxananın həyətyanı sahəsində olan uçmuş damın içərisinə qoyub orada qurutmuş, həmin yerdə də gizlətmişdir. Sonradan o, ara-sıra həmin uçmuş boş damda olan marixuanadan az-az götürüb istifadə etmişdir. 15 yanvar 2021-ci il tatrixdə, saat 12 radələrində yenə Gəncə şəhər 3 nömrəli xəstəxanaya gedib öz istifadəsi üçün həmin narkotik vasitədən götürmüş və xəstəxanadan çıxıb uzaqlaşarkən 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu Gəncə şəhər BPİ-nə aparmışlar. Polis İdarəsində ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu demişlər. Bundan sonra hüquqlarının müdafiəsi üçün onu dövlət hesabına müdafiəçi ilə təmin etmişlər, vəkil Yusif Hüseynov ona təqdim edilmişdir. Bundan sonra onun üzərinə baxış keçirilən zamanı əynində olan qış gödəkçəsinin sol iç qoltuq cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan ağ rəngli sellofan torba aşkar edilərək götürülmüşdür. Polis əməkdaşı tərəfindən həmin bükülü açılmış, bükülünün içərisindən yaşıl rəngli, kəskin iyli, narkotik vasitə olan marixuana aşkar edilmişdir. Sorğu zamanı o, həmin bükülüdə olan marixuananı 2020-ci ilin iyul-avqust aylarında Göygöl rayonu, Azos adlanan yerdə olan vaxt yığaraq özü istifadə etmək üçün 3 nömrəli xəstəxanada olan uçmuş boş otaqları olan yerdə qurudub gizlətdiyini bildirmişdir. Axtarış zamanı onun üzərindən aşkar edilmiş bir ədəd bükülüdə olan narkotik vasitə olan marixuana müdafiəçinin və digər iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 28 qram olması müəyyən edilmişdir. Həmin bükülü əvvəlki vəziyyətinə gətirilib qablaşdırılmış, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış, onun üzərinə baxış keçirilməsi barədə tərtib olunmuş protokolu onunla yanaşı baxış zamanı iştirak edən digər şəxslər də imzalamışlar. Bundan sonra müdafiəçinin və digər iştirakçıların iştirakı ilə Gəncə şəhəri 3 nömrəli xəstəxananı həyətyanı sahəsində yerləşən uçmuş boş otağa gedib baxış keçirilmiş, baxış zamanı o, orada gizlətdiyi içərisində narkotik vasitə marixuana olan qara rəngli sellofan torbanı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin torba müdafiəçinin və digər iştirakçıların iştirakı ilə açılmış, torbanın içərisindən yaşıl rəngli, kəskin iyli, narkotik vasitə olan marixuana aşkar edilmişdir. Sorğu zamanı o, həmin torbanın içərisində olan narkotik vasitə marixuananı 2020-ci ilin iyul-avqust aylarında Göygöl rayonu, Azos adlanan yerdə olan vaxt yığaraq özü istifadə etməyi üçün həmin yerdə qurudub gizlətdiyini bildirmişdir. Bundan sonra həmin torbada olan marixuana tərəzidə çəkilmiş və çəkisi 4 kq 490 qram olmuşdur. Həmin torba əvvəlki vəziyyətinə gətirilib qablaşdırılmış, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış, həmin yerə baxış keçirilməsi barədə tərtib olunmuş protokolu onunla yanaşı baxış zamanı iştirak edən digər şəxslər də imzalamışlar. O, narkotik vasitə olan marixuana qəbul etsə də heç vaxt satışı ilə məşğul olmamışdır. Xəstəxananın həyətindəki uçmuş otaqda və üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxlamaqda məqsədi özü istifadə etmək olmuş, o, bu barədə heç kimə bir söz deməmişdir. O, tez-tez xəstəxananın həyətinə getməməsi üçün xəstəxananın həyətində gizlətdiyi narkotik vasitədən 28qram götürüb özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Onun həmin narkotk vasitəni polisə təqdim etmək imkanı olsa da o, bunu etməyib həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə saxlamışdır. O, mobil telefon istifadə etməmiş, heç vaxt mobil telefonu olmayıbdır. O, istər əvəzli, istərsə də əvəzsiz qaydada heç kimə narkotik vasitə verməmişdir. O, Gəncə şəhəri 3 nömrəli xəstəxananın həyətindəki uçmuş otaqdan başqa digər hər hansı bir yerdə narkotik vasitə saxlamamış və ya gizlətməmişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X6 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, marixuanakannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi qurudulmuş 500 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 26,965 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və Gəncə şəhəri 3 saylı TTY Xəstəxanasının həyətində yerləşən istifadəyə yararsız damdan aşkar olunub götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3449,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X6 üzrə Dövlət Komissiyasının Daimi X11 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 15 yanvar 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 26,965 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və Gəncə şəhəri 3 saylı TTY Xəstəxanasının həyətində yerləşən istifadəyə yararsız damdan aşkar olunub götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3449,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X6 üzrə Dövlət Komissiyasının Daimi X11 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar