Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-33/2023 22.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili X5, Təqsirləndirilən şəxs4 və müdafiəçisi Bakı şəhəri “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1965-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olmaqla yaşa, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, ƏN PX 2 saylı istintaq təcrdxanasına saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 237.2.1, 237.2.3-ci maddələri ilə, xx.xx.1981-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində barəsində “həbs” qətimkan tədbiri seçilmiş, ƏN PX 2 saylı istintaq təcrdxanasına saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 237.2.1, 237.2.3-ci maddələri ilə, xx.xx.1984-cü ildə Şəmkir rayonu, Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Qapanlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə ƏN PX 2 saylı istintaq təcrdxanasına saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 237.2.1, 237.2.3-ci maddələri ilə, xx.xx.1988-ci il ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, ƏN PX 2 saylı istintaq təcrdxanasına saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 237.2.1, 237.2.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını əkib yetişdirərək onları toplamaq barədə razılaşıb 2021-ci ilin mart ayının sonlarında Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs4 istifadəsində olan bağ sahəsində narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını saxsı dibçəklərdə qanunsuz olaraq əkdindən sonra onları Təqsirləndirilən şəxs3 torpaq sahəsinin yaxınlığındakı sahibsiz sahəyə köçürməklə onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmişyetişdirib kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar Şəmkir rayon polis şöbəsi Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şəmkir rayonu, Qapanlı kəndinin ərazisində yerləşən Təqsirləndirilən şəxs3 istifadəsində olan torpaq sahəsinin yaxınlığındakı kolluqlarla və su arxı ilə hatə olunmuş həmin torpaq sahəsindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin» İİİ siyahısı ilə müəyyən edilmiş 345 (üç yüz qırx beş) ədəd narkotik tərkibli çətənə (kannabis) kolları və 1 ədəd taxta yeşiyin içərisində torpağa basdırılmış 15 (on beş) ədəd narkotik tərkibli çətənə şitilləri olmaqla ümumilikdə 360 (üç yüz altmış) ədəd, yəni “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” İ siyahısı ilə müəyyən edilmiş 121.800,91 qram çəkidə külli miqdarda narkotik vasitə olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Elnurla 2017-ci ildə Qəbələ rayonunda tanış olmuş, Şahmarı da Elnur vasitəsilə ona avtomobil satan vaxt tanımışdır. elnur Şahmarla birlikdə balıq tutub satdıqlarını demiş, 2021-ci ilin mart ayında Şəmkir rayonunda kirayə yaşadığı evdə qalan zaman Şahmar əmisi oğlu Xəyalla tanış etmişdir, 2021-ci ilin mart ayının sonu Bakı şəhərinə getmiş, bir həftə Bakı şəhərində qaldıqdan sonra Elnura zəng edib Qəbələ rayonunda bazarda balıq olmadığını deyib, birlikdə balıq satmağı təklif etmiş, Elnurla razılaşıb Şəmkir rayonuna, kirayə qaldığı evə getmiş, ancaq Elnurun qayığı nasaz, eləcə də may ayında balıq tutmaq qadağan olduğu üçün balıq işi alınmamışdır. Bundan sonra Şahmar və Xəyalla danışıb, Şahmarın bağında bağban, Xəyalın yatağında qarovulçu olmaq üçün razılaşmışdır. Xəyalın yatağı ilə Şahmarın bağı bir-birinə yaxın yerləşmişdr. Elnurla birlikdə marixuana çəkən zaman şəxsi sitifadələri üçün marixuana əkmək qərarına gəlmiş, paltarlarını gətirmək üçün Bakı şəhərinə getmişdir. İki-üç gün toxumu haradan tapmaq barədə fikirləşdikdəkdən sonra özündə olan 7 (yeddi) ədəd toxumu aparmaq, Elnurla kirayə qaldığı evə gedib çəkdikləri marixuananın içərisindən toxumları seçmək qərarına gəlmiş. 2021-ci ilin aprel ayının sonu Şəmkir rayonuna gedib, Elnurla çəkdikləri marixuananın içərisindən toxumları seçmişdir. Sonra Xəyalın yatağına getmiş, təxminən bir həftə sonra Elnurla Şahmar da oraya gəlmişlər. Həmin vaxt Elnura gətirdiyi toxumları göstərmiş, Elnur isə ona “ağsaqqal gəl gedək sənə bağı göstərim, gör hara qulluq edəcəksən” demiş, Elnurla birlikdə Şahmarın bağına getmişlər. Elnur orada olan boş qabları göstərib toxumları əvvəlcə onlara əkməyi demiş, toxumları həmin qablara əkmiş, 2021-ci ilin may ayının 20-dək qulluq etdikdən sonra şitilləri əraziyə köçürmək qərarına gəlmişlər. Elnurla birlikdə şitilləri əkmək üçün yer axtardıqda Xəyalın istifadəsində olan torpaq sahəsinin aşağısında olan çökək əraziyə əkmək qərarına gəlmişlər. Ərazidəki kol-kosu Elnurla birgə təmizləyib, çətənə şitilləri əkmək üçün quyular qazıb yer hazırlamışlar. Yeri hazırladıqdan sonra şitilləri gətirib oraya əkmiş, vedrə ilə su daşıyaraq şitilləri sulamışlar. İki-üç gündən bir Elnurla gedib həmin şitilləri suvarıb, dibini boşaldıb alaq etmişlər. 10 iyul 2021-ci ildə Şəmkir rayonu, Qapanlı kəndi ərazisində polis əməkdaşları onu saxlayıb qanunsuz olaraq narkotik vasitə əkibbecərməkdə şübhəli olduğunu deyib polis şöbəsinə çağırmış, üstünə baxış keçirmişlər. Sorğu-sual zamanı Şəmkir rayonu, Qapanlı kəndində narkotik tərkibli bitki olan marixuana əkdiyini etiraf etmiş və polisə həmin yeri göstərmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 göstərdi ki, Elnurla marixuana əkmək barədə söhbət edəndə Xəyalla Şahmarın yanlarında olsa da onların söhbətini eşidib-eşitmədiklərini bilməmiş, toxumları və ştilləri Elnurla biryerdə əkib, qulluq etmiş, Xəyalın əvvəl xəbəri olmasa da çətənə toxumları əkiləndən sonra bilmiş, marixuana əkilmiş yerə Xəyal ona yemək, siqaret gətirəndə gəlmiş, Xəyal və Şahmarın onların həmin yerə marixuana toxumları əkmələrindən məlumatı olmuşdur. Ümumilikdə 196 (bir yüz doxan altı) ağac olmuşdur. 120-dən çoxu balaca olmuş, qalan hissəsini isə polis əməkdaşları özləri gətirib qoymuşlar. Şəmkir rayonuna Elnurun yanına getdiyi vaxtdan Xəyalla marixuana çəkməsə də Şahmarla bir neçə dəfə marixuana çəkmiş, Elnurla isə daimi olaraq biryerdə marixuana istifadə etmişlər. Xəyalla Şahmar marixuana toxumları əkdiklərini biləndə narazılıq etmiş, ştillər üçün yer hazırlayanda Xəyalla Şahmar yanlarında olmamış, toxumları əvvəlcə kiçik qablarda əkmiş, şitil olandan sonra torpağa köçürmüşlər. Toxumları ilk əvvəl Şahmarın bağında kiçik plastik qablara əkmiş, sonradan Şahmar narazılıq etdiyi üçün oradan götürmüş və Xəyalın istifadəsində olan torpaq sahəsinin yaxınlığındakı yerə köçürmüşlər. Şahmar və Xəyalla münasibətləri yaxşı olduğu üçün Elnurla marixuana əkmələri barədə polisə məlumat vermədiklərini ehtimal edir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərdi ki, 2021-ci il mart ayında Rizvanla telefonla danışan zaman maddi imkanının olmadığını deyib birlikdə balıq tutmağı təklif etmiş, lakin qayıq nasaz və may ayında balıq tutmaq qadağan olduğundan balıq tutub sata bilməmişlər. Bundan sonra Rizvan Şahmarın bağında bağban, eyni zamanda Xəyalın yatağında qarovul kimi qalıb işləmişdir. Şahmar, Elnur, Rizvanla birlikdə kirayə götürülmüş evdə yeyib içəndən sonra birlikdə marixuana çəkmiş və öz istifadələri üçün marixuana əkmək qərarına gəlmişlər. Rizvanla narkotika əkmək barədə danışıb razılığa gəlsələr də Xəyalla Şahmarın bunu eşidib eşitmədiklərini dəqiq bilmir. Rizvan Bakıya gedəndə oradan özü ilə 7 ədəd toxum gətirmiş, həm də əvvəllər çəkdikləri marixuananın toxumlarını suya qoymağı demişdir. Sonra həmin toxumları kiçik qablarda əkib Şahmarın bağında saxlamışlar. Ümumilikdə 200-dən artıq toxum əkilsə də 196 şitil yetişmiş, onun 120-si kiçik, 76-i isə böyük şitillər olmuşdur. Şahmar həmin qabları görəndə narazılıq etmiş, buna görə də Rizvanla həmin şitilləri torpağa əkmək qərarına gəlmişlər. Şitillər 3-4 yeşikdə olmuş, çıxanları Xəyalın torpaq sahəsinin aşağısında olan dərədə əkmiş, qalanını da ağacın altına qoyub saxlayaraq çıxdıqca əkmişlər. Rizvanla birlikdə Xəyalın torpaq sahəsinin aşağısında olan çökək ərazini 2-3 gün içində otlardan təmizləyib, əkmək üçün uyğun vəziyyətə gətirib şitilləri oraya əkmişlər. Şitillərin orada əkilməsindən Xəyalın məlumatı olmuş, Xəyal və Şahmar həmin yerdə bir dəfə Rizvana yemək gətirəndə olmuşlar. Sonrakı günlərdə Rizvanla birlikdə həmin şitillərə su, gübrə verib qulluq etmişlər Şahmar bağında əkilmiş şitilləri bağında görün narazılıq edəndən sonra onları arpa sahəsinin aşağısına kpçürüb orada saxlayıb əkmişlər. Xəyal da çətənə şitillərini ilk dəfə arpa sahəsində, sonradan isə Rizvana yemək gətirəndə görmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 göstərdi ki, şitilləri əkməkdə məqsədləri satmaq deyil, öz çəkmələri üçün istifadə etmək olmuşdur. Günə 1 qutu istifadə etdiyi üçün çox əkmiş, toxumları əvvəlcə kiçik qablarda əkib Şahmarın bağında saxlamış, Şahmar görüb narazılıq etdiyi üçün ştilləri arpa sahəsinə aparmışlar. Şitillər əkiləndən sonra Şahmar qulluq edilməsində iştirak etməmişdir. Polis bölməsində ona qarşı zorakılıq edilmiş, həmin vaxt 2 qabırğası çatlasa da onun üçün həkim çağırılmamış, Penitensiar Xidmətin İstintaq Təcridxanasına daxil olanda həkim onun xəsarətlərinə baxsa da həkimə döyülməsini deməmişdir. Polisdə olanda ayağının altına vurduqları üçün ayağı şişsə də təcridxanaya daxil olanda ayağındakı xəsarətləri deməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 237.2.1, 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü ancaq Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Elnur əmisioğlu, Rizvan isə onun tanışı olmuşdur. Rizvanla Elnurla birlikdə balıqçılıqla məşğul olmuş, Elnurun Şəmkir rayonunda kirayə qaldığı evdə yeyib içmişlər. 2021-ci ilin mart ayının əvvəli hamısı birlikdə iki-üç gün ardıcıl kirayə tutulmuş evdə yeyib içmişlər. Rizvan bir müddət qaldıqdan sonra çıxıb getmiş, 2021-ci ilin mart ayında Rizvan bir dəfə də gəlmiş, Elnurla təxminən bir neçə gün həmin yerdə qaldıqdan sonra çıxıb getmişdir. 26 mart 2021-ci ildə Rizvan təkrar Şəmkir rayonuna gəlmiş, ilk əvvəl Elnurla birlikdə balıq işi ilə məşğul olmağa gəlsə də sonra onların işi alınmamışdır. Rizvan maddi imkanın olmadığını, iş lazım olduğunu demiş, buna görə də Rizvanın Şahmarın bağında bağban onun yatağında isə qarovul kimi qalmasına razılaşmışlar. Rizvan Bakı şəhərinə gedib paltarlarını yığıb yenidən gəlmiş bağban və qorovul kimi işləməyə başlamışdır. Özü gün Rizvana yemək aparmış, bir gün arpa sahəsini suvarmağa gedəndə marixuana şitillərini görüb Şahmarı çağırmışdır. Şahmar da Elnuru ora çağırmış, Elnur Rizvanla birlikdə marixuana əkdiklərini demişdir. Narazılıq etdikdən sonra o ştilləri da oradan çıxarıb aparacağına söz vermişdir. Rizvanla Elnuru marixuana toxumları əkəndə görmüş, 1 aya yaxın bağında qaldıqdan sonra həmin şitillər torpağa əkilmiş, həmin yer ərazisinin yaxınlığı olmuş yol isə sahənin içindən keçmişdir Polis şöbəsində onu döymüşlər, bədənlərində xəsarətlər olsa da qeydə almamışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 237.2.1, 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü ancaq Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Elnuru 10 ildən çoxdur ki, tanıyır. Əvvəllər balıqçılıqda məşğul olmuşlar. Rizvanı Elnurun vasitəsilə tanımış, 2021-ci ilin mart ayında birlikdə balıq tutmaq üçün Şəmkir rayonuna gəldikdə tanımışdır. Həmin vaxt Elnurun qayığı nasaz olduğundan və həmin aylarda balıq tutmaq qadağan olduğundan balıqçılıq işi alınmamış, Rizvana iş lazım olduğundan danışıb Xəylın yatağında qarovul, özünün bağında bağban kimi işləməsinə razılaşmışlar. Bundan sonra tarixi xatırlamadığı vaxtda bağa gedəndə orada olan vaqonun ətrafında kiçik qabların içində şitillər olduğunu görüb Elnurdan nə olduğunu soruşmuşdur, çünki əvvəllər Elnurun marixuna əkmək fikrində olduğunu bilmişdir. Elnur da ona Rizvanla birlikdə dibçəklərə marixuana əkdiklərini demişdir. Narazılığını bildirib onları bağdan götürmələrini istəmiş, sonradan isə onların həmin marixuana şitilləri Xəyalın torpaq sahəsinin aşağısındakı çökəkliyə əkdiyini öyrənmişdir. Məhkəməyə əlyazma formasında təqdim etdiyi yazılı ifadəsində göstərmişdir ki, Elnur Rizvanın kirayə qaldığı evdə mütəmadi yeyib-içmək məclisləri təşkil etmiş, həmin məclislərin birində marixuana istifadə edən zaman Elnur ona məxsus bağda marixuana əkməyi demiş, o isə buna qəti etiraz etmişdir. Bir müddət sonra Elnur ona zəng edib torf alıb gətirməyi deyəndə nəyə lazım olduğunu soruşmuş,balıq işi olmadığını, bağda lobya əkmək istədiyini bildirmişdir. Torfu alıb verdikdən təxminən 2 həftə sonra bağa getdikdə üzəri sellofanla örtülü axta yeşiklər, içərisindəki kiçik plastik qablarda şitillər olduğunu görmüşdür. Lobyaya oxşamadığı üçün Elnura zəng edib maraqlananda çətənə şitilləri olduğunu demiş, ona əsəbiləşib ştilləri aparmasını demişdir. Növbəti gün bağa getdikdə şitillər orada olmamışdır. Bir müddət sonra Xəyalla Rizvana su siqaret alıb aparanda fermada Elnurun maşının dayandığını görmüşlər. Elnura zəng edib harada olması ilə maraqlananda dərədə olduğunu demiş, istiqaməti və yeri soruşub orda nə etməsi ilə maraqlanmışdır. Sonuncu da ona “gəl, görərsən nə iş görürəm” demişdir. Xəyalla həmin yerə getdikdə Rizvanın da orada olduğunu və torpaq sahəsini düzəltdiklərini, yanlarında çətənə şitilləri olduğunu görmüşdür. Elnura “yenə də bu fikrindən əl çəkmirsən!?” deyə irad bildirmiş, Elnur isə cavabında “bura ki, sənin yerin deyil, niyə narahat olursan?” demişdir. Bir müddət sonra yenidən Xəyalın xahişi ilə Rizvana siqaret alıb aparanda Rizvan fermada olmamış, harada olması ilə maraqlananda yenə də dərədə olduğunu demiş, bu dəfə isə artıq şitillər əkilmiş vəziyyətdə olmuşdur. Rizvanla Elnur isə həmin vaxt kolları sulayırmışlar. Onlara zarafatla “ kollar yetişdikdən sonra, mənə də 3-5 kol verərsiz” demiş və bundan sonra daha oraya getməmişdir. Narkotik vasitələrin əkilməsindən məlumatlı olduğu və bu barədə məlumat vermədiyi üçün özünü CM-nin 307-ci maddəsi ilə təqsirli bilir, əməlinin həmin maddəyə tövsif edilməsini xahiş edir. Təqsirləndirilən şəxs4 məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərdi ki, birlikdə yeyib içəndə Elnurla Rizvan marixuana əkmək barədə danışmış, həmin vaxt özü buna razılığını bildirməmişdir. Xəyal onu çağırıb narazılıqlarına baxmayaraq Elnurla Rizvanın marixuana əkdiklərini demiş, şitillər əvvəlcə kiçik qabların içində ona məxsus bağda olmuş, Elnurla Rizvanın orada marixuana əkdiklərini görmüşdür. Elnur əvvəlki danışıqlarında ona birlikdə çətənə əkməyi təklif etməmiş, sadəcə elə fikirləri olduğunu demişdir. Bu barədə danışıqdan təxminən 20 gün sonra bağda plastik qablarda əkilmiş şitilləri görmüşdür. Xəyal Elnuru ona görə tanıdığına görə Şəmkir rayonunda kirayə qaldıqları evi Rizvangilə tapmış, həmin evdə Rizvan gəldikdən sonra bir neçə yeyib içib birlikdə marixuana istifadə etmişlər. Elnurla Rizavnın narkotika əkməsi barədə Xəyal ona məlumat vermiş, amma neçə ağac əkdiləri barədə məlumatı olmamışdır. Aparılmış istintaq zamanı polis şöbəsində onu döyməmişlər və hər hansı zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, Şəmkir RPŞ-nin Kür PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 iyul 2021-ci il tarixdə Şəmkir rayonu, Qapanlı kənd sakini Təqsirləndirilən şəxs3 əmisi oğlu Şəmkir rayon sakini Təqsirləndirilən şəxs4 Rafayıl oğlu, Qəbələ rayon sakini Təqsirləndirilən şəxs1 və Tovuz rayon sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs3 məxsus bağ sahəsi və həmin bağ sahəsinə yaxın ərazidə tərkibində narkotik maddələr olan çətənə kolları əkməsi barədə əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar əməliyyat axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş, Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid4, Kür polis bölməsinin sahə rəisi Şahid5, Kür polis bölməsinin polis nəfərləri Şahid6, Şahid7 Rafayıl oğlu və Şahid8 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 10 iyul 2021-ci il tarixdə çay qırağı kolluq ərazidə tərkibində narkotik maddə olan çətənə kollarının əkilib becərilməsində şübhəli olduğu üçün Qəbələ rayon sakini Təqsirləndirilən şəxs1 saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə gətirilmiş, müdafiəçi dəvət edildikdən sonra üzərində axtarış keçirilmiş, hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib becərməkdə şübhəli olduğu bildirilərək ondan hər hansı yerdə narkotik tərkibli bitkilər əkibəkmədiyi soruşulmuş, Təqsirləndirilən şəxs1 Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yanında işlədiyi Xəyal adlı şəxsə məxsus fermanın torpaq sahəsində Xəyal, Elnur və Şahmar adlı şəxslərlə birgə narkotik tərkibli bitkilər əkib-becərdiyini bildirmişdir. Rizvan Elnurun tanışı olduğunu Şahmar və Xəyalı isə onun vasitəsilə tanıdığını bildirmişdiri. Ondan bitkiləri necə əkdikləri, hansı qaydada qulluq etdikləri soruşulduqda Təqsirləndirilən şəxs1 10-15 gündən bir gedib suvardıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin ərazini göstərməsi təklif edildikdə göstərə biləcəyini demiş Təqsirləndirilən şəxs3 məxsus olduğunu bildirdiyi torpaq sahəsinə gedilmiş, həmin sahənin yaxınlığında əkilmiş bitkilərə aqronomun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 Tovuz rayon sakini Elnur, Şəmkir rayon sakinləri Xəyal və Şahmar adlı şəxslərlə birlikdə çətənə kollarını ərazinin kolluq və ağaclıq olan hissəsində dərəyə doğru keçdikdə olan hissəsini göstərərək çətənə kollarını əkdikləri yerlərdən birinin həmin ərazidə digərinin isə həmin yerdən təxminən 70-80 metr aralıda olan digər ərazidə olduğunu demişdir. Təqsirləndirilən şəxs1 ilk olaraq göstərdiyi çətənə kolları əkdiklərini bildirdiyi yerə baxış keçirilmiş. Həmin yer ağaclıq hissədə olmaqla ərazidə çoxlu sayda çətənə bitkilərinə oxşar kollar olmuşdur.Aqronom həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və həmin bitkilərə xüsusi qaydada qulluq edildiyini şifahi olaraq bildirmişdir. Rizvan həmin bitkiləri əkdikləri ərazinin ətrafındakı kolluqları göstərərək ərazinin əvvəlcə kolluq olduğunu, onların həmin ərazini təmizləyib çətənə kollarını əkdiklərini, bitkiləri isə suvararaq onlara qulluq etdiklərini demişdir. Su kanalının yaxınlığında yeşikdə əkilmiş çətənə bitkisinə oxşar bitki ştilləri də aşkar edilmişdir. Su kanalının digər tərəfində baxış keçirilərkən aşkar edilmiş çətənə bitkilərini də Təqsirləndirilən şəxs1 digər kollarla eyni vaxtda 2021-ci ilin may ayında əkdiklərini bildirmişdir. Bitkilərin hamısı dibindən çıxarılaraq götürülmüş, Təqsirləndirilən şəxs1 narkotik bitkilər əkdiyini bildirdiyi yerə gedilərək oraya da baxış keçirilmiş çətənə kollarına bənzər bitkilərin əkildiyi ərazidə bel, əlcək və digər əşyalar olmuşdur. Həmçinin həmin ərazidə xırda plastik qablar və dibçəklər də aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin qabların içərisində Şahmar, Xəyal, Elnur və onun çətənə ştillərini əkib becərdiklərini və əraziyə gətirdiklərini demişdir. Həmin bitkilər kökündən çıxarılaraq digər bitkilərin yığıldığı yerə birlikdə sayılmaq üçün aparıldı. Həmin bitkilər sayıldıqda ümumilikdə 345 ədəd narkotik tərkibli çətənə kolları və 15 ədəd çətənə şitilləri olduğu müəyyən edilmiş xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra əməliyyat axtarış və istintaq tədbirləri davam etdirilərək Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 уə Təqsirləndirilən şəxs4 da şəxsiyyəti müəyyən edilərək Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə gətirilmiş, həmin şəxslərin hər birinin üzərində şəxsi axtarış keçirilmiş, hər hansı qannunsuz əşya və predmət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şifahi sorğu-sual zamanı törətmiş olduqları cinayət əməllərini etiraf edərək 10 iyul 2021-ci il tarixdə baxış keçirilərək götürülmüş narkotik tərkibli çətənə kollarını birlikdə əkib qulluq etdiklərini bildirmişlər. Aparılmış əməliyyat axtarış və ilkin təhqiat zamanı onlara qarşı hansısa zorakılıq, fiziki və psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş və əvvəlki məhkəmə iclaslarında verdikləri ifadələri tədqiq edilmiş Şəmkir RPŞ-nin polis əməkdaşları Şahid3, Şahid6 və Şahid7 Rəfayel oğlu, Şahid8 Təqsirləndirilən şəxs1lə, Şahid9, X1 Bayramovla eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid11 göstərmişdir ki, Şəmkir rayon sakinləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 təxminən 10-15 il olar ki tanıyır. X7 onun qardaşıdır, çox vaxt Rusiya Federasiyasında olur. X19 məxsus Şəmkir rayonu, Qapanlı kəndində yerləşən bir otaqlı yaşayış evi var. 2021-ci ilin mart ayında Xəyal Elnurla həmin evdə başqa rayondan gələn balıqçıların qalacağını deyərək ona məxsus evi kirayə götürmək haqqında razılaşmış, bunun qarşılığında Elnura balıq verəcəyini demişdir. Təxminən bir-iki ay Şəmkir rayonu, Qapanlı kəndində yerləşən qardaşına məxsus olan evdə Xəyal və onun balıqçı kimi tanıtdığı şəxslər qalmışdır. Xəyalgil kirayə pulunu və kirayənin qarşılığında razılaşdıqları balığı vermədiyi üçün qardaşı onların evi tərk etmələrini tələb etmiş, Xəyal evi qardaşı Elnura geri qaytarmışdır. Elnurun həmin şəxslərin törətdiyi cinayət əməllərindən məlumatı olmamış, Xəyal kəmkəndlisi olduğu üçün qardaşı onunla şifahi razılaşıb evini kirayə vermişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid10 ifadəsində göstərmişdir ki, O, fərdi əməklə çobanlıqla məşğuldur. Təqsirləndirilən şəxs2 onun qardaşı Mustafanın dostudur. Elnurla onun ailəsi arasında uzaq qohumluq əlaqələri də var. Elnur 2021-ci ilin mart ayında ona zəng edərək Xəyala işçi lazım olduğunu demişdir. Elnur ondan işləmək istəyib-istəmədiyini soruşmuş, ayda 150 manat əmək haqqı veriləcəyini demişdir. Yerin kimin olduğunu soruşduqda Elman müəllimin oğlu Xəyalın torpağı olduğunu, Xəyalın da onun dostu olduğunu demişdir. O, Elnurla razılaşıb işləyəcəyini demiş, 05 mart 2021-ci ildə onunla əlaqə saxlayıb Tovuz şəhərindən onu götürüb Şəmkir rayonu, Qapanlı kəndinə aparmış, Xəyalın fermasına gəldikdən sonra söhbət edən zaman Xəyal ona heyvanlarını otarmağa görə ayda 150 manat verəcəyini, qalacaq yer və gündəlik yeməklə təmin edəcəyini hər ay bir baş qoyun da verəcəyini demiş buna görə Xəyalla razılaşmışdır. O vaxtdan fermada qalıb Xəyalın heyvanlarını otarmağa başlamışdır. Rizvanla Xəyalın fermasına gələndən sonra, Şahmarla isə Xəyalın əmisi oğlu olduğu üçün tez-tez Xəyalın fermaya gəldiyi üçün təxminən 2021-ci ilin mart ayında tanış olmuşdur. Fermada olan zaman Elnur bir neçə dəfə oraya gəlmişdir. Bir dəfə Elnurun telefonla danışdığını, kiməsə “hardasan, gəlirsənmi? bağ var ona baxmaq lazımdır.” dediyini eşitmişdir. O, Elnurdan danışdığı adamın kim olduğunu soruşduqda Rizvan olduğunu demişdir. 29 mart 2021-ci il tarixdə Rizvan, Şahmar, Elnur və Xəyal birlikdə fermaya gəlmişlər. Fermada qaldığı otağın yanında dibçəkləri görmüş, sonradan həmin dibçəkləri Elnur, Rizvan və Şahmarın birlikdə bağın aşağı hissəsinə apardıqlarına şahid olmuşdur. Daha sonra isə bağın aşağı hissəsində sellofandan hazırlanmış parnik olduğunu görmüşdür. Ərazidə heyvan otarıb günorta heyvanları geri fermaya qaytaranda, Elnur ondan fermanın ayaq hissəsində nəsə görüb-görmədiyini soruşmuş, o da hansısa bitkilər əkildiyini demiş, soruşduqda ona keşniş olduğunu heyvanları otaran zaman həmin keşnişləri heyvanların yeməyinə imkan verməməsini Elnur ona tapşırmışdır. Birlikdə oturub yeyib-içmişlər. Xəyal onu yanına yeyib-içməyə dəvət etmiş, lakin Elnur narazılıq edərək ona oturmağa icazə verməmiş, araq içəndə özünü pis hiss etdiyini demişdir. O, fermada qaldığı otağa getmiş, təxminən 10-15 dəqiqə sonra Şahmar onu çağırıb yemək vermiş, həmin vaxt onların danışdıqlarını, ancaq yanında söhbət etmək istəmədiklərini başa düşmüşdür. O, yemək yedikdən sonra Xəyal ona “heyvanları apar otarmağa” demiş, heyvanları çıxaran zaman damın içərisinə girib söhbətlərinə qulaq asmağa çalışmış, onalrın nəyisə əkmək üçün yer axtardıqları barədə danışdıqlarını eşitmişdir. Xəyal onun torpağının ayaq hissəsində yer olduğunu həmin yerdə əkmələrini demiş, Elnur isə “həmin yerə su gedəcəkmi?” deyə soruşduqda Xəyal ora arx çəkəcəyini demişdir. Rizvan “onda bu gün gedib əkək” demiş, Elnur isə ona “ştilləri aparan zaman görən olub, sabah əkərik” demişdir. Onlara yaxınlaşan zaman Şahmar onu görüb əlini dişləyərək onlara işarə vermiş, söhbəti dəyişmişlər. Xəyal da söhbəti dəyişərək bağı sulamaq lazım olduğunu demişdir. Həmin günün səhərisi Şahmar, Elnur, Rizvan və Xəyal birlikdə özləri ilə dəhrə və bel götürüb birlikdə bağın ayaq hissəsinə getmişlər. Elnur, Şahmar, Xəyal və Rizvan birlikdə ardıcıl dörd gün, hər gün eyni vaxtda təxminən 14-15 radələrində bağın ayaq hissəsinə gedib iki-üç saat sonra geri qayıtmışlar. Onlar dörd gün işlədikdən sonra Elnur Tovuz rayonuna getmiş, təxminən iki-üç ay ərzində Rizvan hər gün həmin əraziyə gedib, əkdikləri bitkilərə qulluq etmiş, iki-üç ay ərzində isə Elnur, Şahmar, Xəyal və Rizvan təxminən 10-15 gündən bir üç dəfə həmin əraziyə getmişlər. Adətən günün ən isti vaxtları saat 14-15 radələrində həmin əraziyə gedib əkdiklərini suvarmağa çalışmış, xurma bağına su açıb suyu isə arxla bağın ayaq hissəsinə aparmışlar. O, bu səbəbdən onların həmin ərazidə əkdikləri keşnişi suvardıqlarını düşünmüş, Elnur, Şahmar, Xəyal və Rizvanın həmin ərazidə narkotik əkdiklərini polislər onları tutduqdan sonra bilmişdir. O, heç vaxt tərkibində narkotik maddələr olan çətənə kolları görmədiyi üçün tanımamış, ərazidə əkdikləri bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu bilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 16 iyul 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokol və protokola əlavə edilmiş DVD diskdən görünür ki, 10 iyul 2021-ci il tarixdə Şəmkir rayonu, Qapanlı kəndində yerləşən Təqsirləndirilən şəxs3 istifadəsində olan torpaq sahəsinin yaxınlığında Təqsirləndirilən şəxs1 göstərdiyi tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkdikləri torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı həmin torpaq sahəsindən ümumi sayı 360 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Baxış keçirilərkən bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Baxış keçirilərkən çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə aşkar edilib götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “sübutların qiymətləndirilməsi qərarı”ndan görünür ki, 10 iyul 2021-ci il tarixdə Şəmkir rayonu, Qapanlı kəndində yerləşən Təqsirləndirilən şəxs3 istifadəsində olan torpaq sahəsinə bitişik sahədə aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 121731 qram çəkisi olan 345 ədəd çətənə bitkisi, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,61 qram çəkisi olan 15 ədəd çətənə şitili, hadisə yerinə baxış zamanı götürülmüş 04 ədəd qəhvəyi rəngli plastik materialdan gül dibçəkləri, 29 ədəd plastik materialdan olan stəkanlar, 01 ədəd taxta materialdan yeşik, 01 ədəd bel, 01 cüt inşaat əlcəkləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut hesab edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 07 oktyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-**, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-**, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri arasında 01 yanvar 2021-ci il tarixdən 10 iyul 2021-ci il tarixədək müxtəlif müddətlərdə daimi olaraq danışıqlar aparılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-**, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-**, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** və ***-***-**-**, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri ilə 01 yanvar 2021-ci il tarixdən 10 iyul 2021-ci il tarixədək müxtəlif müddətlərdə dami olaraq danışıqlar olmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-**, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-**, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** və ***-***-**-**, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələr telefon danışığı zamanı eyni və müxtəlif ünvanlarda olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 28 sentyabr 2021-ci il tarixli əməliyyat tapşırığına cavabdan müəyyən edilmişdir ki, 09 iyul 2021-ci il tarixdə baxış zamanı aşkar edilərək götürülmüş tərkibində narkotik maddələr olan çətənə bitkilərin əkilib-becərilməsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə başqa hər hansı şəxs iştirak etməmişdir. Onların başqa yerdə tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkibbecərmələri, narkotik vasitələr və onların prekursorlarını saxlamaları müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X16 Bölməsinin 10 iyul 2021-ci il tarixli , 16/675 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “....şübhəli şəxs Təqsirləndirilən şəxs1 tərəfindən digər şəxslərlə birlikdə əkilmiş....” sözləri və imzalar olan, digərlərinin üzərində dairəvi möhür əksi olan, ümumi sayı 11 (on bir) ədəd olan kisə bağlamadakı ümumi sayı 345 (üç yüz qırx beş) ədəd, ümumi təmiz çəkisi - 121800 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində dairəvi möhür əksi olan kağız paketdəki ümumi sayı 15 (on beş) ümumi təmiz çəkisi 0,914 qram olan bitki şitilləri narkotik təbiətli çətənə bitkisinin şitilləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmədə elan edilmiş və araşdırılmış “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən onun istifadəsində olan tərkibində narkotik maddələr olan 360 (üç yüz altmış) ədəd çətənə kolları əkdikləri torpaq sahəsini, çətənə kollarını əkmək üçün təmizlədikləri və çətənə kollarını əkdikləri yerləri göstərmiş, həmin hissədə olan su kanalını göstərərək suyu kanaldan daşıyaraq kolları suvardıqlarını bildirmiş, yerdəki çuxurları çətənə kollarını əkmək üçün cinayətin digər iştirakçıları ilə birlikdə qazdıqlarını bildirmiş, həmin kollara hansı qayada qulluq etdiklərini göstərmişdir. Məhkəmədə elan edilmiş və araşdırılmış “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən tərkibində narkotik maddələr olan 360 ədəd çətənə kollarını əkdikləri torpaq sahəsini, çətənə kollarını əkmək üçün təmizlədikləri və çətənə kollarını əkdikləri yerləri göstərmiş, həmin hissədə olan su kanalını göstərərək suyu kanaldan daşıyaraq kolları suvardıqlarını bildirmiş, yerdəki çuxurları çətənə kollarını əkmək üçün cinayətin digər iştirakçıları ilə birlikdə qazdıqlarını bildirmiş, həmin kollara hansı qayada qulluq etdiklərini göstərmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “Şəmkir rayon Mərkəzi Xəstəxanası” X24 daxil olmuş xx.xx.2021-ci il tarixli, 891 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs4 və Həsənov X9 poliklinikanın psixatrik və narkoloji kabinetində qeydiyyatda dayanmır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “Şəmkir rayon Mərkəzi Xəstəxanası” X27 daxil olmuş xx.xx.2021-ci il tarixli, 771 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 X10 və Təqsirləndirilən şəxs1 həkim narkoloq və həkim psixiatrın qeydiyyatında dayanmır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “Qəbələ rayon Mərkəzi Xəstəxanası” X27 daxil olmuş xx.xx.2021-ci il tarixli, 771 3/840 nömrəli məktubdan görünür ki, Abdullayev X6 şöbəsinin narkoloji və psixatrik kabinetində qeydiyyatda deyil. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “Tovuz rayon Mərkəzi Xəstəxanası” X24 daxil olmuş xx.xx.2021-ci il tarixli, 1812 nömrəli məktub və xx.xx.2021-ci il tarixli, 306 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2009-cu ildən vərəm şöbəsində ağ ciyərlərin ocaqlı vərəmli bərkimə mərhələsi diaqnozu ilə, buynuz qişanın çapığı fəsadlı katarakta, tor qişanın qopması xarici çəpgözlük xəstəsidir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Tovuz rayon İcra hakimiyyəti Başçısının Tovuz şəhəri üzrə İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 barədə heç bir şikayət və ərizə daxil olmamışdır, himayəsində 2005ci il təvəllüdlü Əhməd Hümmətov və Müseyib Hümmətov adlı övladları var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Şəmkir rayon İcra hakimiyyəti Başçısının Qapanlı Kənd İƏD üzrə nümayəndələyindən verilmiş tarixli xx.xx.2021-ci il tarixli xasiyyətnamə və 512 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 barədə heç bir şikayət şikayət və ərizə daxil olmamışdır, himayəsində 2008-ci il təvəllüdlü Həsən Həsənov və 2009-cu il təvəllüdlü Leyla Həsənova adlı övladları var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Şəmkir rayon İcra hakimiyyəti Başçısının Qapanlı Kənd İƏD üzrə nümayəndələyindən verilmiş tarixli xx.xx.2021-ci il tarixli xasiyyətnamə və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs4 barədə heç bir şikayət və ərizə daxil olmamışdır, himayəsində 2008-ci il təvəllüdlü əkizlər Ruslanə və Rəqsanə Hüseynova, 2012-ci il təvəllüdlü Rəfael Hüseynli adlı övladları var. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X17 və Təqsirləndirilən şəxs4 həmin tarixlərdə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayon Məhkəməsinin 12 iyul 2021ci il tarixli, 4(076)-88/2021 nömrəli qərarından görünür ki, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X17 barəsində əvvəli 10 iyul 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 4(076)-89/2021 nömrəli qərarından görünür ki, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs4 barəsində əvvəli 10 iyul 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 4(076)-86/2021 nömrəli qərarından görünür ki, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 10 iyul 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şəmkir rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 4(076)-87/2021 nömrəli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1, 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində əvvəli 10 iyul 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X17 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 22 mart 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1210 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan kannobionidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əziyyət çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Narkotik kabinetdə profilaktiki qeydiyyatda alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1212 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 narkotik vasitə olan kannobionidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əziyyət çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyatda alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1211 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobionidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3280 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobionidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. İİİ dərəcəli əlil olması ilə əlaqədar ona məcburi müalicə tətbiq edilməsi mümkün deyil. Ərazi narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 Rafayıl oğluna qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə CPM-nin 39.1.2-ci maddəsi və 43.1.1-ci maddələrinə əsasən hissəvi xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Hazırki cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilən cinayət işinin obyektiv hallarına, həmçinin təqsirləndirilən şəxslərin həm işin ibtidai istintaqı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə, istintaq hərərkəti protokollarına və əlavələri olan videoçəkilişlər olan disklərə məhkəmə baxışında tədqiq edilmiş digər tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdar hesab edilən çətənə (kannabis) bitkilərini əkərək onlara aqrotexniki qaydada qulluq edib yetişdirmişlər. Azərbaycan Respublikası Cinayət Məcəllənin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdar kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət əməli sayılır. Məhkəmə qanunun yuxarıda qeyd edilən normalarına və cinayət işinin materiallarına əsasən hesab edir ki, təqsirləndirilən şəxslərin hazırki iş üzrə əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3-cü maddələrinə tövsif edilməklə həmin maddələrlə təqsirli bilinməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİİ siyahısında Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarı 16 ədəd göstərilmişdir. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində qeyd edilən narkotik tərkibli bitkilərin əkilib yetişdirilməsinə aidiyyətlərinin olmadığını, özlərini ancaq CM-nin 307.1-ci maddəsi, yəni cinayət barədə xəbər verilməməsi ilə təqsirli bildiklərini və həmin maddə ilə məsuliyyət daşıdıqlarını göstərmişlər. Təqsirləndirilən şəxsinlərin məhkəmə baxışında göstərdiyi həmin xüsusatlar öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığından məhkəmə kollegiyası həmin halə təqsirlədirilən şəxsin daha ağır cinayət məsuliyyəti və ciddi cəzadan yayınmaq cəhdləri kimi qiymətləndirilmiş və özünümüdafiə xarakterli daşıdığından və işin faktiki halları ilə təkzib edilidyindən həqiqətə uyğun olmayan ifadə kimi həmin hissədə sübut kimi qəbul etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 ibtidai istintaq dövründə verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək 12 iyul 2021-ci il tarixli ifadəsində göstərmişdir ki, ..... Elnurla birlikdə Rizvanı Elnurun kirayə qaldığı evə aparmış, Rizvanı Xəyalla tanış etmişlər. X28 tanış etdikdən sonra birlikdə həmin evdə yeyib içmişlər. Onlar yeyib içdikdən sonra həmin evdə birlikdə marixuana çəkmişlər.......Rizvan bir neçə gün qaldıqdan sonra Bakı şəhərinə getmiş, Rizvan getdikdən sonra Elnura və Xəyalla birlikdə yeyib içən zaman narkotik əkib becərmək haqqında razılaşmışlar..... 2021-ci ilin mart ayının sonlarında evdə olan zaman çətənə toxumlarını bitməsi üçün suya ıslanmağa qoymuşlar. Elnurla yeyib içən zaman Elnur və Xəyalla çətənə toxumlarını hara əkmək haqqında danışmışlar, onlar onun bağına əkmək barədə dedikdə onlara buna razı olmadığını demiş, ailəsində başqa kişi olmadığını, tutulsa ailəsinə heç kimin baxmayacağını demişdir. Həmin vaxt Elnur əgər tutulsa hər şeyi öz boynuna götürəcəyini demiş, yenə də onun torpağında narkotik əkilməsinə razılıq verməmişdir. Xəyal da onun torpağında əkməyə razılıq verməmiş, sabahsı gün Rizvan Bakı şəhərinə getmiş, Rizvan getdikdən sonra Xəyal və Elnur onunla bir neçə dəfə əlaqə saxlayıb telefonla danışmışlar. Elnur Rizvanın toxum gətirəcəyini, həmçinin onlarla birlikdə narkotik əkəcəyini demiş, onunla razılaşmışdır. Onların əkdikləri narkotikə qulluq etməyə daimi adam lazım olmuş, Rizvan Elnura yeddi ədəd yaxşı toxumu olduğunu demiş, Rizvan Bakı şəhərinə getməzdən əvvəl Elnur artıq onda olan toxumlardan əkməyə başlamış, Elnur toxumları əkməzdən əvvəl Xəyalla birlikdə çətənə əkmək üçün münbit torpaq gətirmişlər. Elnurla Xəyal birlikdə həmin torpaqdan ələyib torpaq ayırdıqdan sonra həmin torpaqda çətənə toxumlarını Elnur əkmiş, Elnur istədikcə Xəyal toxum əkmək üçün balaca qablar alıb gətirmiş, qabların sayı təxminən 400-500 ədəd olmuşdur. Qablara əkilmiş toxumlar cücərdikcə onları onun bağında olan vaqonun yaxınlığında sellofandan hazırladıqları istixananın altına yığmışdır. Elnur təxminən dörd yeşik şitil yığmış, lakin orada olan şitillərin dəqiq sayını bilməmiş, vaqonun içərisində olan cücərmiş toxumlar da olmuşdur. Elnurun cücərmək üçün qoyduğu toxumlar da olmuş Elnur toxumları və şitilləri Xəyalın alıb gətirdiyi qabların içərisində əkmişdir.....Rizvan şitillərə baxmış, Elnur Rizvana öz gətirdiyi toxumları da həmin yerə əkməsini demiş, Rizvana sellofanın altında vaqonda olan şitilləri göstərmiş, Elnur Rizvana gedəcəyini üçdörd gün orada olmayacağını, Rizvana şitilləri sulamaq, qulluq etməyin bundan sonra onluq olduğunu demişdir. Elnur həmçinin avtomobilindən bir qədər də toxum gətirib Rizvana verib lazım olsa onları da əkməsini demişdir. Bir müddət keçdikdən sonra Xəyalla əlaqə saxlayıb onları başqa yerə aparmaq lazım olduğunu demiş, Xəyal və Rizvan şitilləri daşıyıb aparıb sahədə arpalıqda gizlətmişlər. Onlar bir müddət həmin yerdə şitillərə qulluq etmişlər. Rizvan ona zəng edərək narazılıq edib onu gətirdiklərini, lakin kömək etmədiklərini şitillərin yanıb getdiyini demişdir. O, Xəyala da bu barədə demiş, ondan gəlib kömək etmələrini istəmiş, həmin günün sabahısı Elnurla danışmış, Elnura kömək edib yer hazırlamaq lazım olduğunu demişdir. O, Elnura Rizvanın şitillərin quruduğunu, yerinin yaxşı olmadığını dediyini, Rizvanın narazılıq etdiyini demişdir. Elnurdan gəlib yer hazırlayıb əkməyə kömək etməyini istəmiş, Elnur gələcəyini demiş, Elnur sabahısı gün fermaya gəlmiş, Elnur fermaya gəldikdən sonra sabahısı gün Elnur, Xəyal və Rizvanla birlikdə özləri ilə iki ədəd dəhrə, iki ədəd bel, bir ədəd yaba və bir ədəd balta götürüb yer hazırlamaq üçün getmişlər. Onlar əvvəlcədən arpalığın yaxınlığında əkmək üçün yer tapmışlar. Xəyal ilkin olaraq gözətçilik etmiş, Daha sonra isə onlara yer hazırlamaqda kömək etmiş, həmin yerə getdikdən sonra birlikdə əvvəlcə bir yeri dəhrə ilə kolu təmizləyib, yava ilə kolunu təmizləyib torpağını hazırlamışlar. Daha sonra isə həmin yerin 50 metr yaxınlığında olan digər bir yeri eyni qaydada təmizləyib hazır etmişlər. Onlar həmin yerləri hazırladıqdan sonra həmin yerdə özlərinin ilə gətirdikləri sayını dəqiq xatırlamadığı çətənə şitillərini əkmişlər. Onlar həmin şitilləri əkdikdən sonra Xəyal aşağı hissədən su vermiş, Elnur bitkilərin dibini düzəldib basdırmışdır. Rizvanla su daşıyıb onları suvarmışlar.... Təqsirləndirilən şəxs3 da ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsində göstərmişdir ki, təxminən dörd-beş ay olar ki, narkotik vasitə olan marixuana istifadə edir... Kirayə tutulmuş həmin evdə qaldığı müddətdə Şahmar və Elnurla birlikdə Rizvan adlı şəxs həmin evə gəlmiş, iki-üç gün orada yeyib içmişlər. Rizvanın hansı iş üçün gəldiyini bilməmiş, Rizvan bir müddət qaldıqdan sonra çıxıb getmişdir. Elnur bir neçə gün orada qaldıqdan sonra çıxıb getmişdir. 26 mart 2021-ci ildə Rizvan təkrar Şəmkir rayonuna gəlmiş, həmin vaxt Rizvan onlarla qalan zaman ilk əvvəl onun Elnurla birlikdə balıq işi ilə məşğul olmağa gəldiyini öyrənmişdir. Bir iki gün hamısı birlikdə yeyib içmiş, marixuanadan çəkmişlər. Şahmar və Elnurla narkotik əkib becərmək haqqında danışmış, söhbət etməyə başlamışlar. Elnur həmin vaxta qədər çətənə toxumlarını cücərməsi üçün suya qoyub bir neçə dənəsini şitil kimi əkmişdir. Onlar nəşəni hara və necə əkmək haqqında danışsa da razılaşa bilməmişlər. Şahmar onun bağına əkilməsini istəməmiş, özü də qorxduğu üçün onun ərazisinə də əkilməsini istəməmişdir. Yeyib içdikdən sonra Elnurgil çəkmək üçün narkotik hazırlamış, Elnur marixuananın içərisindən toxumlarını seçmiş, toxuma baxdıqca “nə ıstağa qoyulası toxumdu” deyəndə Rizvan özündə yeddi dənə yaxşı toxum olduğunu demişdir. Elnur ona Bakıya gedəndə toxumları gətirməsini demiş, Şahmar, Elnur və Rizvanla birlikdə narkotik əkib becərmək haqqında razılaşmışlar...Rizvan kirayə tutduqları evə gəldiyi günün sabahısı onun gətirdiyi toxumlara baxan zaman kağızlara bükülmüş toxumları ona göstərmişdir. O, həmin vaxt ona ümumilikdə 107 ədəd bir növ, 7 ədəd isə başqa növ çətənə toxumu olduğunu demiş, özü toxumları saymamışdır. Rizvan həmin günü toxumları ıstağa qoymuşdur. Rizvana deyəsən əkin apararkən qonşunun gördüyünü demiş, buna görə narazılıq edib əkini ləğv etmək istəmişdir. Bütün əşyaları götürüb onun fermasına getmiş, Rizvanla birlikdə şitilləri daşıyıb Şahmarın bağına aparıb qoymuş, daimi olaraq orada şitillərə qulluq etmişlər. Rizvan şitilləri özünə məxsus toxumlarla bərpa etmiş, təxminən bir həftə keçdikdən sonra Elnurla Şahmar gəlmiş, Elnurla Şahmar gəldikdən sonra onun fermasında birlikdə oturub yeyib içmişlər. Təxminən bir ay ərzində Elnur, Rizvan və Şahmarla birlikdə şitillərə qulluq etmişlər... Məhkəmə baxışı zamanı digər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 yanında Elnurla narkotika əkmək barədə danışıb razılaşdıqlarını etiraf etmiş, ibtidai araşdırmanın ilkin dövrü, təhqiqat mərhələsində digər təqsirləndirilən şəxslərlə birlikdə əkdikləri və qulluq etdikləri narkotik tərkibli çətənə kollarının olduğu yeri göstərmiş, kollara biryerdə qulluq etdiklərini və suvardıqlarını göstərmişdir. Bundan başqa ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid10 Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 narkotik tərkibli bitkilərin əkilməsi və qulluq edilməsində iştirak etdiyini, həmin bitkilərin otardığı heyvan tərəfindən yeyilməsinin qarşısının alınmasını ona möhkəmə şəkildə tapşırdıqlarını, guya keşniş bitkisi üçün azot gübrəsi alındığını dediklərini, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 digər təqsirləndirilən şəxslərlə birlikdə təsərrüfat alətləri ilə ardıcıl olaraq bir neçə gün adətən günün isti çölə çıxmaqçətin olan saatlarda hansısa əraziyə gedib, 4-5 saat sonra yorğun halda geri qayıtdıqlarını gördüyünü bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin işin ibtidai istintaqı zamanı verdikləri ilkin ifadələri əsas götürülməklə, sonrakı dövr və məhkəmə baxışında göstərdikləri narkotik vasitələrin əkilməsinə aidiyyətlərinin olmaması, qulluq göstərilməsində iştirak etmədiklərini bildirmələrini özünümüdafiə xarakteri daşıdığından həmin hissədə sübut kimi qəbul etmir. Bundan başqa məhkəmə baxışında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmkir rayonu Qapanlı kəndi ərazisində Təqsirləndirilən şəxs3 məxsus torpaq sahəsnin yaxınlığındakı kolluq və arx olan sahədə aşkar edilmiş narkotik tərkibli çətənə kolların sayının iş üzrə sənədlərdə düzgün qeyd edilmədiyi, əslində 197 ədəd olsa da cinayət işi üzrə tərtib edilmiş prosessual sənədlərdə və ekspertiza rəyində çətənə bitkilərinin sayının 350-dən çox göstərilməsi, kolların polis əməkdaşları tərəfindən digər böyük kollarla əvəz edilməsi barədə verdikləri ifadələrinə məhkəmə kollegiyası tənqidi yanaşaraq qeyd edir ki, tədqiq edilmiş “baxış keçirilməsi barədə” protokola əlavə edilmiş DVD-R diskdəkii videoçəkilişə baxış zamanı çətənə kollarının qeyd edilən sayda olması, bir-birinə yaxın ərazidə kompakt şəklində əkilməsi, hündürlüklərinin 10 sm-dən 2 metrə qədər və daha çox olması müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri həmin hissədə həqiqətəuyğun olmadığından sübut kimi qəbul etmir. Bundan başqa məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilkin istintaq dövründə polis əməkdaşları tərəfinən fiziki zorakılığa qalmalarını bildirsələr də bununla bağlı Şəmkir rayon prokurorluğuna verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrindəki cinayət işinin istintaqı dövründə polislər tərəfindən fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğuna müraciətləri olmamış və araşdırma aprılmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 əməllərində cinayət tərkibi vardır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 münasibətdə hər birinin himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 münasibətdə isə cinayət əməllərini səmimi etiraf edərək əməllərindən peşman olmalarını CM-nin 59.2-ci maddəsinə əsasən onlara münasibətdə cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 əməllərində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.3.-cü maddələrinin sanksiyasında qabaqcadan əlbir olan bir qrup şəxs maddələrinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş....ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bütün təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, qeyd edilən cinayət əməlinin ağır cinayət kateqoriyasına aid edilməsi, hüquqmühafizə orqanları tərəfindən aşkar edilərək dövriyyədən çıxarılmış çətənə tərkibli kollarından hazırlana biləcək narkotik vaitələrin miqdarını nəzərə alınaraq məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini və həmin cəzanın çəkilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların iki ilə yaxın müddətdə cəmiyyətdən təcrid olunaraq törətdikləri əməldən peşmançılıq çəkmələrini, ailə vəziyyətlərini, himayələrində azyaşlı övladlarının olmasını, təyin ediləcək cəzanın müddətinin onların ailə vəziyyətinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında törətdikləri cinayətdə iştiraklarının faktiki xarakteri və dərəcəsi, cinayətin törədilməsindəki rolları nəzərə alınmaqla və yuxarıda göstərilən cəzalarını yüngülləşdirən digər hallar nəzərə alınmaqla cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların törədilmiş cinayət əməllərində iştirakının faktiki xarakterini və dərəcəsini (narkotik tərkibli çətənə bitkilərin əkilməsi təklifinin onlardan gəlməsi, çətənə tərkibli bitkilərin toxumlarını təmin etmələrini, toxumların əkin üçün qabaqcadan hazırlanması, ştillərin əraziyə köçürülməsi və onlara qulluq göstərilməsində xüsusilə fəal iştirak etmə) nəzərə alınmaqla cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir ki, bu da işin məhkəmə baxışı zamanı müəyyən edilmiş faktiki halları və qanunvericiliyin ədalət prinsipinə uyğundur. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxslər barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməli, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülmılidirlər. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-də saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 121731 qram çəkisi olan 345 ədəd çətənə bitkisi, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,61 qram çəkisi olan 15 ədəd çətənə şitili, hadisə yerinə baxış zamanı götürülmüş 04 ədəd qəhvəyi rəngli plastik materialdan gül dibçəkləri, 29 ədəd plastik materialdan olan stəkanlar, 01 ədəd taxta materialdan yeşik, 01 ədəd bel, 01 cüt inşaat əlcəklər məhv edilməli, təqsirləndirilən şəxslərin üzərində baxış keçirilməsi və ifadələrinin yerində yoxlanılması zamanı qeydə alınmış videogörüntülərin olduğunu 8 ədəd DVD disklər və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 2 ədəd CD disk cinayət işi materiallarına əlavə edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 30,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, təqsrləndirilən şəxslər Təqsirləndirilən şəxs1 hüquqlarını Müdafiəçi4, Təqsirləndirilən şəxs2 hüquqlarını Müdafiəçi2, Təqsirləndirilən şəxs3 hüquqlarını Müdafiəçi3 dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkilləri hər biri 75 (yetmiş beş) saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinsin, ona 4(dörd) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Çəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinsin, ona 4(dörd) il 6 altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Çəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinsin, ona 4(dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Çəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, və 237.2.3-cü maddələri ilə təqsirli bilinsin, ona 4(dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Çəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-də saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 121731 qram çəkisi olan 345 ədəd çətənə bitkisi, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,61 qram çəkisi olan 15 ədəd çətənə şitili, hadisə yerinə baxış zamanı götürülmüş 04 ədəd qəhvəyi rəngli plastik materialdan olan gül dibçəkləri, 29 ədəd plastik materialdan olan stəkanlar, 01 ədəd taxta materialdan yeşik, 01 ədəd bel, 01 cüt inşaat əlcəkləri məhv edilsin, təqsirləndirilən şəxslərin üzərində baxış keçirilməsi və ifadələrinin yerində yoxlanılması zamanı qeydə alınmış videogörüntülərin olduğunu 8 ədəd DVD-R disklərin və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 2 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxslərin müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi3 və Müdafiəçi2 həyata keçirdiyindən, ümumilikdə 1350 (min üz yüz əlli) manat pul dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-33/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-33/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver