Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-33/2025 16.01.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və X1 ibarət tərkibdə, X3 məhəkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2004-cü ildə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 149.3.3 və 150.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən on dörd yaşına çatmamış Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı zor tətbiq edib qeyri- təbii yolla cinsi əlaqədə olub seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, həmçinin qəsdən on dörd yaşına çatmamış Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı zor tətbiq edib onunla təbii yolla cinsi əlaqədə olub onu zorlamış və öldürməklə hədələmişdır. Belə ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində öz cinsi tələbatını və ehtirasını təmin etmək məqsədi ilə Samux rayonu, Qarayeri qəsəbəsində tanışı Şahid5 həqiqi hərbi xidmətə getməyinə görə sonuncunun evinin həyətində təşkil edilmiş « əsgər qonaqlığı» məclisində iştirak edərkən həmin evin həyətində oynayan, on dörd yaşına çatmayan, xx xxx 2016-cı il təvəllüdlü Zərərçəkmiş şəxs görüb yaş və intellektual inkişafına görə onunla edilən hərəkətlərin xarakteri və mənasını tam dərk etmək qabiliyyətinə, intellektual inkişafından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmadığını müşahidə etdikdən sonra, on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub seksual xarakterli digər zorakılıq hərəkətləri etmək və onu zorlamaq qərarına gəlmiş, bu cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə ona «gəl gedək səninlə kurtkamı evdən götürək gələk » deyib Zərərçəkmiş şəxs aldadaraq onun əlindən tutub apararkən onun əlindən çıxmaq istəyən Zərərçəkmiş şəxs zor tətbiq edib əlini buraxmayaraq, sonuncunu Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində yerləşən kənd arasında « kanalın üstü » adlanan yerə aparıb orada onun əynində olan üst və alt paltarlarını çıxarıb yerə sərdikdən sonra Zərərçəkmiş şəxs üzü üstə yerə uzandırıb öz əynində olan şalvarını və alt paltarını bir qədər aşağı salaraq özü də üzü üstə Zərərçəkmiş şəxs arxadan üzərinə uzanıb əlləri və bədəni ilə onu saxlayıb ona sağ almacıq nahiyyəsində 2x1.5 sm. ölcüdə qeyri-müəyyən formalı, döş qəfəsinin ön səthində orta körpücük xətti üzrə İİİ-Uİ qabırğalar səviyyəsində 3x0.2 sm. ölçüdə, sol bazu nahiyyəsinin yuxarı 1/3 hissəsinin ön səthində 1.5x0.2 sm. ölçüdə düz xətt formalı, ətraf dəri səviyyəsindən aşağıda yerləşmiş qırmızımtıl rəngli incə qartmaqla örtülü sıyrıqlar, sol baldır nahiyyəsinin ön səthinin orta 1/3 hissəsində 1.5x1.0 sm. ölçüdə göyümtülqırmızımtıl rəngli qeyri-müəyyən formalı qançırlarla müşayiət olunan sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə ona zor tətbiq edib altından çıxmağa imkan verməyərək onun müqavimətini sındırıb köməksiz vəziyyətindən istifadə etməklə öz gərginləşmiş cinsiyyət üzvünü Zərərçəkmiş şəxs anus dəliyinə yeridib anal dəliyin kənarında saat əqrəbinin hərəkət istiqamətinə uyğun “6” rəqəmi səviyyəsində 1 sm uzunluqda, qırmızımtıl rəngli, düz xətt formalı, boylama yerləşmiş, kənarları nahamar, qanayan yaradan (cırılmış) ibarət sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub öz cinsi ehtirasını təmin edib Zərərçəkmiş şəxs on dörd yaşına çatmayan şəxs olduğunu bilib ona zor tətbiq edərək müqavimətini sındırıb, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib qəsdən Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olub ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri törətmiş, həmin vaxt ağrılar hiss edən Zərərçəkmiş şəxs ağlayarkən Təqsirləndirilən şəxs səsi çıxmasın deyə yenidən ona zor tətbiq edib əli ilə onun ağız nahiyəsindən tutaraq onu arxası üstə çöndərmiş və gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna yeridərək sonuncuya xarici cinsiyyət üzvünün böyük dodaqlarının arxa bitişməsi nahiyyəsində 01 sm uzunluqda, kənarları nahamar, qanayan cırılmadan ibarət sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə onunla qızlıq pərdəsi pozulmadan təbii yolla cinsi əlaqədə olub öz cinsi ehtirasını təmin edib Zərərçəkmiş şəxs on dörd yaşına çatmayan şəxs olduğunu bilib ona zor tətbiq edərək müqavimətini sındırıb zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib qəsdən Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olaraq onu zorlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində yerləşən kənd arasında « kanalın üstü » adlanan yerdə on dörd yaşına çatmamış Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı zor tətbiq edib qeyri-təbii yolla cinsi əlaqədə olub seksual xarakterli digər zorakılıq hərəkətləri etdikdən,həmçinin onun köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı zor tətbiq edib təbii yolla cinsi əlaqədə olub onu zorladıqdan sonra 10 oktyabr 2022-ci il tarixdə, saat təqribən 20.15 radələrində Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində « kanalın üstü » adlanan yerdə Zərərçəkmiş şəxs ilə birlikdə kanalın yanı ilə, yaşayış evləri istiqamətində gələrkən Zərərçəkmiş şəxs qarşı törətdiyi cinayətlərin üstünün açılmaması və ifşa olunmaması məqsədilə onu kanalla axan suyun yaxınlığına gətirib ona qarşı etdiyi əməllər barədə ata və anasına deyəcəyi tədqirdə onu suya atacağında israrlı olduğunu bildirib, onu qorxudaraq hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla qəsdən Zərərçəkmiş şəxs öldürməklə hədələmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının 134, 149.3.3 və 150.3.3-cü maddələri ilə elan olunan ittihamlarla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisəni özü törətmədiyindən bu işdə özünü təqsirli bilmir. Hadisə günü əsgər qonağlığında iştirak etmiş və qonaqlıqdan çıxaraq Fəxrəddin adlı şəxslə birlikdə şəhərə getmişlər. Şəhərdən geri qayıtdıqdan sonra Tapdıq adlı şəxs ona yaxınlaşmış və ondan bir siqaret almışdır. Daha sonra o, idman zalına getmiş və orada Rauf adlı şəxslə görüşmüşdür. İdman zalından çıxdıqdan sonra «Oba» marketdən siqaret almış və «Oba» marketin yan küçəsində siqaret çəkmişdir. «Oba» marketin yan küçəsində olarkən onu Ruslan adlı şəxs tutaraq Şahid2 yanına gətirmişdir. Daha sonra Şahid12 adlı polis əməkdaşı gəlmişdir. O, polis əməkdaşı Şahid12 tərəfindən təhqir olunaraq, döyülmüş daha sonra isə polis şöbəsinə aparılmışdır. O, polis şöbəsində müstəntiq tərəfindən təzyiqlərə məruz qalmış və müstəntiqin istədiyi kimi ifadə verməyə məcbur olunmuşdur. Məhkəmədə Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü babasıgildə olmuş, ağlayarkən qardaşı onu görmüş və ağlamaq səbəbini soruşmuş o da anasının sokunu əlindən aldığını demişdir. Daha sonra Əhməd onu çağırmış və Əhməddən çağırma səbəbini soruşmuş, Əhməddə ona “gödəkcəmi bir nəfər sizin evin qabağına aparıb «Sizin eviniz haradadır ?” demişdir. O, Əhmədə evlərinin kanal tərəfə gedən yolda olduğunu demiş, Əhməd isə onu qabaq tərəfə aparmışdır. Orda onun əynində olan üst və alt paltarlarını çıxarıb yerə sərdikdən sonra onu üzü üstə yerə uzandırıb öz əynində olan şalvarını və alt paltarını bir qədər aşağı salaraq özü də üzü üstə onun üzərinə uzanıb əlləri və bədəni ilə onu saxlayıb onun arxasına və qabağına bərk bir şey soxmuşdur. Ağrıdığından o, ağlanmışdır. Əhməd ona əgər hadisə ilə bağlı atasına anasına nəsə deyərsə onu kanala atacağını demiş, o isə qorxmuşdur. O, babası gildə olarkən Əhməd onu küçəyə açılan qapıdan aparmışdır. Əhmədlə özü birlikdə kanala qədər getmişdir. Məhkəmədə dindirilmiş şahid Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, qonağlığda olarkən başı qonaqlara qarışmış və anası gələrək ona Ayanı görmədiyini, harda olduğunu soruşmuşdur. O,Ayanın yaxınlarda oynayacağını düşünmüş və bir qədər sonra anası yenidən gəlmiş və Ayanın ortalıqda olmadığını demişdir. Daha sonra camaatla birlikdə market və kanal yolu istiqamətində uşağı axtarmışlar.Həmin vaxt bir nəfər kanaldan su gəldiyini ona demiş və o da Ayanın kanala düşmüş ola biləcəyini fikirləşərək qorxmuşdur. O geri qayıdanda Ayan ağlaya ağlaya qaçaraq onun yanına gəlmiş və bir nəfər əminin onu kanala apardığını demişdir. Daha sonra o, Ayanı evə aparmış, divana otuzduranda Ayanın ayağının qanlı olduğunu və üst geyiminin tərs vəziyyətdə geyinilmiş olduğunu görmüşdür. O, Ayandan üstünün niyə belə olduğunu soruşmuş, Ayan bir əminin ona bunu elədiyini demişdir. O, Ayanı qucağına götürərək əminin onu hara apardığını soruçmuş və birlikdə kanal yolu ilə getmişlər. O, Ayanla və camaatla birlikdə kanal yolu ilə gedərkən Əhməd Tapdıq adlı şəxslə kanalın yanında duraraq siqaret çəkirmişdir.Əhməd gələn camaatı gördükdən sonra siqareti ataraq qaçmışdır. O. hava qaranlıq olduğundan Tapdıqdan qaçan şəxsin kim olduğunu soruşmuş, Tapdıq isə Şəmilin oğlu Mıştığ olduğunu demişdir. Daha sonradan Əhmədə Mıştığ dediklərini öyrənmişdir. Ona uşaqlar Əhmədi «OBA» marketin kondisonerinin dibində gizlənərkən tapdıqlarını demişlər. Əhməd tapıldıqdan sonra mən deyldim deyə and içmişdir. Polisdə olarkən Ayanla Əhmədin ilkin üzləşdirilməsi zamanı Ayan Əhmədin ona bunları etdiyini demiş, Əhməd isə etiraf etmişdir. Məhkəmədə dindirilmiş Şahid2 oğlu ifadəsində göstərmişdir ki, o, qonaqlıq zamanı gələn qonaqları qarşılamış və onlara qulluq etmişdir. Qonaqlıqda yoldaşı gəlmiş və uşağın ortalıqda olmadığını demişdir. O, isə Ayanın yaxınlıqlarda oynadığını güman etmiş, yoldaşına qonaqlıqda barmağının kəsildiyini və barmağındakı yara ilə məşğul olduğunu demişdir. O, Ayanın itdiyini bildikdən sonra kənd camaatı ilə birlikdə Ayanı axtarmağa başlamış, axtardıqları zaman Ayan ağlaya-ağlaya qaçaraq anasının yanına gəlmişdir. Yoldaşı ona Ayanı kiminsə kanalın üstünə apardığını demişdir. Anası Ayana onu kimin apardığını sual vermiş, Ayan isə bir əminin onu apardığını, onunla birlikdə gedərsə kastyumunun cibindəki pul ilə ona sorma alacağını demişdir. Təqsirləndirilən şəxs Tapdıq adlı şəxsdən siqaret almış, Elnarə qışqırdıqdan sonra təqsirləndirilən şəxs siqareti alaraq oradan qaçmışdır. Daha sonra qardaşı, təqsirləndirilən şəxsi axtarmış və tapıb gətirmişdir. O, təqsirləndirilən şəxsə küçələrində qapısının ağzında uşağı hara apardığını sual vermiş, təqsirləndirilən şəxs isə uşağı özünün aparmadığını demişdir. O, polis əməkdaşı Şahid12 zəng edərək çağırmış Şahid12 isə 5 dəqiqəyə orada olacağını bildirmişdir. O, Şahid12 gəldikdən sonra təqsirləndirilən şəxsi, Zaurla birlikdə, öz şəxsi avtomobili ilə apararaq Samux Rayon Polis Şöbəsinə təhvil vermişlər. Onun yoldaşı qışqırdıqdan sonra təqsirləndirilən şəxs onun yanı tərəfdən qaçmış, qardaşı təqsirləndirilən şəxsin arxasınca getmiş və tuta bilməmişdir. Təqsirləndirilən şəxs qaçdıqdan sonra çayçının yan hissəsindən hərlənərək küçənin başından qaçmış və orada kameraya düşmüşdür. O deyirki, təqsirləndirilən şəxs ordan qaçdıqdan sonra idman zalına getmiş, qardaşı isə onu «Oba» marketin yanından tutub gətirmişdir. Ayanın kanal tərəfdən gəldiyini bildirmişdir. O, Ayan ağlaya-ağlaya gəldikdən sonra onu gördüklərini demişdir. Tapdıq onlara təqsirləndirilən şəxsin də kanal yolu tərəfdən gəldiyini və ondan siqaret istədiyini demişdir. Elnarə qışqıran vaxta təqsirləndirilən şəxs siqareti ataraq oradan qaçmışdır. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü 10-u oktyabrda əsgər qonaqlığında qonşular hamısı yığımışlar. Qonaqlıq başladıqdan bir xeyli sonra Ayanın olmadığını bilmişlər. Ayanın anası, babası, nənəsi küçəyə çıxıb Ayanı axtarmış və bir müddətdən sonra tapmışlar. Ayan kanalın üstündən alatoranlıq vaxtı özü təkbaşına gəlmişdir. Anası Ayandan harada olduğunu soruşmuş, Ayan isə bir əminin onu apardığını, gödəkcəsinin evlərinin yanına düşdüyünü və ona saqqız alcağını demişdir. Anası Ayandan tanımadığı adamla niyə getdiyini soruşmuş, Ayan isə ona maqazadan nə istiyərsə alacağını demişdir. Ayan təqsirləndirilən şəxslə birlikdə gedərkən təqsirləndirilən şəxs Ayanı öz küçələri tərəfdən aparmamış, kanaldan aşağı tərəfdən aparmışdır. Ayan qışqırmaq istəyərkən təqsirləndirilən şəxs onun ağzından tutmuş və qışqırarsa onu boğacağını demişdir. Ayan ona Əhmədin onu apardığını, paltarını soyundurduğunu və nə qədər yalvardısa da ona qulağ asmadığını, ağzı-üstə onu kolluğa yıxdığını və arxadan ağacla nəsə elədiyini demişdir. O, uşağın alt geyimində iki yerdən qan ləkəsi olduğunu görmüşdür. Məhkəmədə dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, marketdən gələrkən Əhməd ondan siqaret istəmiş və o da Əhmədə siqaret vermişdir. Daha sonra o evə getmiş, Əhməd isə digər küçəyə keçmişdir. Hadisədən nömbəti gün məlumatı olmuşdur. Ayan anası ilə birlikdə gələrkən onları görmüşdür. O, qapının ağzında siqaret çəkərkən Qanuni nümayəndə ondan bu uşağı burada görüb görmədiyini soruşmuşdur. O, həmin günü Qanuni nümayəndə Əhmədlə qarşılaşdığını və Əhmədə siqaret verdikdən sonra Əhmədin getdiyini demişdir. O, Əhmədlə görüşəndə Əhmədin tənginəfəs olduğunu görmüşdür. O, Əhməddən haradan gəldiyini soruşmuş, Əhməd isə ondan bir siqaret istəmiş , evə getdiyini və tələsdiyini demişdir. Əhmədlə birlikdə gəldikdən sonra yolları ayrılmış və hərəsi öz yolu ilə getmişdir. Əhməd ona dalaşdığı üçün tənginəfəs olduğunu demişdir. Elnarə ondan yanındakının kim olduğunu soruşmuş, o da yanındakının Əhməd olduğunu Elnarəyə demişdir. Daha sonra o yoldaşı ağrıdığı üçün evə getmişdir. O da Əhmədi axtarmağa camaatla birlikdə getmiş və Əhmədi «OBA» marketin yanında kondisonerə söykənərək siqaret çəkərkən tapmışlar. Hadisə günü Əhmədin əynində turuncu rəngdə gödəkçə olmuşdur. Məhkəmədə dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Tapdıqdan siqaret alıb qaçdıqdan sonra Əhmədi özlərinin tutub gətirmişlər. Həmin vaxt onunla birlikdə hal hazırda müddətli həqiqi hərbi xidmətdə olan Fərman və Fəxrəddin adlı iki şəxs də olmuşdur. Axşam saat 7-8 iradələrində uşaq itkin düşmüşdür. Əhməd Tapdıq adlı şəxsdən siqaret alaraq qaçmışdır. Qaçdıqdan sonra maqazanın yanından tutub gətirmişlər. O, Əhmədin «Oba» marketin yanındakı küçədən gəldiyini görmüş və tutaraq gətirmişlər. Ayan ilk dəfə qorxmuş sonra isə ona bunu edənin Əhməd olduğunu demişdir. Məhkəmədə dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə günü qaynının oğlunun əsgər qonaqlığından evə qayıdarkən Zərərçəkmiş şəxsı ünivermaq adlanan ərazidə görmüşdür. O, qonaqlıqda Ayanı Əhmədlə bir yerdə tualetin yanında söhbət edəndə görmüşdür. Daha sonra o evə getmiş və belə bir hadisənin baş verdiyini bilmişdir. Əhmədi əvvəllər tanımamışdır.O, Əhmədi Zərərçəkmiş şəxsla söhbət edərkən görmüş və sifəti yadında qalmışdır. Təqsirləndirilən şəxsin hadisə günü geyindiyi gödəkcə sarıkök rəngində olmuşdur. Məhkəmədə dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin atası Camalla birlikdə işləmişdir. O, Camalın oğlunun əsgər qonaqlığına getmişdir. Qonaqlıqda köməklik etmişdir. Qonaqlıqdan gəldikdən sonra Əhməd adlı şəxsin təcavüz etdiyi söz-söhbəti eşitmişdir. O, uşağı axtarmamışdır. Məhkəmədə dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, hadisə ilə bağlı heç bir şey bilməmişdir. O, mağaza işlətmiş və təqsirləndirilən şəxsi həmkəndli kimi tanımışdır.Təqsirləndirilən şəxs onun işlətdiyi mağazaya gəlməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, hadisə ilə bağlı hes nə görməmiş, təqsirləndirilən şəxsin yanına gəlmiş ,həmin vaxt müstəntiqin onu çağıraraq ondan ifadə alacağını bildirmişdir. O, hər gün işdən gəldikdən sonra idman etmiş və idman etdiyi vaxtda təqsirləndirilən şəxs də gəlib zalda onunla görüşmüşdür. Həmin gün təqsirləndirilən şəxs təxminən saat 8-9 da zala gələrək uşaqlara salam vermiş və çıxıb getmişdir. O, idman zalında məşqçi kimi fəaliyyət göstərmişdir. O, təqsirləndirilən şəxsi yaxından görməmişdir. Təqsirləndirilən şəxs qapıdan salam verərək çıxıb getmişdir. O, hər gün zala getmiş, təqsirləndirilən şəxs isə hər gün zala gəlməmiş, amma həmin gün gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, onun bu işlə bağlı polis şöbəsinə gedənə kimi məlumatı olmamışdır. Polis şöbəsində onun da bu işlə əlaqəsi olduğu deyilmiş, ancağ o, bu işlə bağlı heç bir əlaqəsinin olmadığını demişdir. Bir gün polis şöbəsində qalmış və ertəsi gün valideynləri tərəfindən polis şöbəsindən götürülmüş və müddətli həqiqi hərbi xidmətə getmişdir. Hərbi xidmətdə olarkən prokurorluq tərəfindən onun izahatı alınmış və hərbi xidməti başa vurduqdan sonra məhkəmədə iştirak edəcəyi deyilmişdir. Polis şöbəsində ona Əhmədin 6 yaşlı uşağa elədikləri deyilmişdir. O, polis şöbəsində heçnə bilməmişdir. O, hadisə günü qonaqlıqda olmuşdur. Həmin gün Əhmədlə birlikdə şəhərə getmiş daha sonra Əhmədi görməmişdir. Qonaqlıqdan təqribən 7 də çıxmış və az miqdarda spirtli içki qəbul etmişdir. Onun hadisə günü əynində boz şalvar və qara vadalaska tipli köynək olmuşdur. O, Əhmədlə bir sinifdə oxumuşdur. Əhmədlə yaxın münasibğəti olmamış, aralarında salam-sağol olmuşdur. Onun valideynləri Əhməd nadinc uşağ olduğu üçün onunla münasibət qurmağına icazə verməmişlər. Gəncədən təxminən 9-10 arası qayıtmışlar. Gəncədən qayıtdıqdan sonra o öz evlərinə getmişdir. O, təqsirləndirilən şəxslə birlikdə getməmiş, o, 2023-cü il aprel ayının 7-sində müddətli həqiqi hərbi xidmətə getmiş, hadisədən sonra müddətli həqiqi hərbi xidmətə gedəcəyi vaxta qədər kənddə olmuşdur. 2024-cü il oktyabr ayının 7-sində müddətli həqiqi hərbi xidməti bitirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o təkbaşına əsgər qonaqlığına getmişdir. Qonaqlıqdan tez çıxmış və onlar 3 nəfər o, Fəxrəddin və İsa birlikdə şəhərə getmişlər. Hadisə ilə bağlı şəhərdən evə gəldiyi günün sabahı məlumatı olmuşdur. Hadisə ilə bağlı yeyib-içdikləri günün sabahsı Əhmədin azyaşlı uşağa təcavüz etdiyni eşitmişdir. Qonaqlıq olan gün evdə olmuş və Yaşar onu çağırdıqdan sonra qonaqlığa getmişdir. O, Fəxrəddinin üst geyimini xatırlamır, Fəxrəddinin işlətdiyi telefon nömərsini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, İşlə bağlı tarixi dəqiq xatırlamadığını hadisə günü ərazidə xidmətdə olmuşdur.Hadisə günü Şahid2 ona zəng etmiş və qardaşının əsgər qonağlığı olduğunu demiş və yanına çağırmışdır. O hadisə yerinə getdikdə təqsirləndirilən şəxs Bəhruzun maşınında olmuş, Bəhruz isə başına gələnləri qlzına təcavüz oldunduğunu ona danışmışdır. O, təqsirləndirilən şəxsə yaxınlaşmış və təqsirləndirilən şəxs heç bir şey etmədiyini demişdir. Daha sonra onlar birlikdə polis şöbəsinə getmişlər.Polis şöbəsinə Ayan və Elnarə də gəlmişlər, rəsmi qaydada ərizələrini yazmışlar. Ayan polis bölməsində ona təcavüz edən şəxsin əlamətlərini demiş, həmin əlamətlər isə təqsirləndirilən şəxsə uyğun əlamətlər olmuşdur. Bəhruz onu çağırdıqdan sonra Əhmədlə birlikdə polis şöbəsinə yaxınlaşmışlar və aidiyyatı üzrə şikayət ərizəsi yazdıqdan sonra digər polis əməkdaşları bu işlə məşğul olmuşlar. O, təqsirləndirilən şəxsi şöbəyə gətirəndə saat təqribən 8-10 radələri olmuşdur.O,təqsirləndirilən şəxsi təhqir etməmiş, heç bir fiziki-psixoloji təsir göstərməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 11 oktyabr 2022-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Samux Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 11 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş «şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında» 12 oktyabr 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Şahid5 yaşadığı evi göstərərək xx.xx.2022-ci ildə «əsgər qonaqlığı » məclisinin bu evdə keçirilməsini, xx.xx.2022-ci ildə saat 20 radələrində məclisdə olmasını, Zərərçəkmiş şəxs qəsəbədə yerləşən kənd arasında “Kanalın üstü” adlanan yerə apararaq həmin yerdə Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olub seksual xarakterli zorakılıq hərəkətləri törətdiyi həmin yeri və həmin yerdən Zərərçəkmiş şəxs yola saldığı yeri göstərmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 370 saylı “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şübhəli şəxs kimi dindirilmiş Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilən zaman Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək onu ifşa etmiş, Təqsirləndirilən şəxs isə törətmiş olduğu cinayəti etiraf etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 28 aprel 2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilən zaman Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 11 oktyabr 2022-ci il tarixli, 1858 nömrəli rəyi ilə müəyyən edilmişdir ki: Azyaşlı Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, lakin xarici cinsiyyət üzvünün böyük dodaqlarının arxa bitişməsi nahiyəsində aşkar edilən bir ədəd cırılma cinsi əlaqəyə cəhd zamanı gərginləşmiş kişi cinsiyyət üzvünün təsirindən əmələ gələ bilər və əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022- ci il tarixə uyğun gəlir.Azyaşlı Zərərçəkmiş şəxs anus dəliyi nahiyyəsində müəyyən edilmiş anal dəlik sfiktorunun boşalması, anal dəlik nahiyəsində cırılmanın aşkar edilməsi anal dəlik vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlərdir və müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir.Azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində anus dəliyi və xarici cinsiyyət üzvləri nahiyələrində olan xəsarətlərdən başqa, sağ almacıq, sol bazu nahiyələrində və döş qəfəsinin ön səthində sıyrıqlar, sol baldır nahiyəsində isə qançır kimi xəsarətlər də müəyyən edilmişdir. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir. Əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər fiziki zor tətbiq etməklə cinsi əlaqə zamanı əmələ gələ bilər.Azyaşlı Zərərçəkmiş şəxs anus dəliyi nahiyəsindən götürülmüş tamponlarda məhkəmə tibbi bioloji tədqiqat zamanı spermatozoidlər (kişi cinsiyyət hüceyrələri) aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının 15 oktyabr 2022-ci il tarixli 31 nömrəli rəyindən görünür ki,Vət. Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi B(İİİ) alfadır.Təqdim olunmuş anus dəliyi nahiyəsindən götürülmüş tamponlarda aşkar olunmuş spermatozoidlərin qrup göstəricisi B(İİİ) alfa olduğundan Təqsirləndirilən şəxs məxsus ola bilər.Təqdim olunmuş xarici cinsiyyət üzvü ətrafından götürülmüş tamponda spermatozoidlər aşkar olunmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 12 oktyabr 2022-ci il tarixli 1865 nömrəli rəyindən görünür ki,Vət. Təqsirləndirilən şəxs cinsiyyət üzvündə cinsi əlaqəyə mane ola bilən hər hansı bir səbəb ( patologiya, deformasiya, çapıq toxuması) aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-genetik ekspertizasının 27 oktyabr 2022-ci il tarixli 22\671 R nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş - 01 (bir) ədəd ağ rəngli tumanın arxa hissəsində iç səthində, 01 (bir) ədəd ağ rəngli kalqotkanın arxa hissəsində iç səthində, 01 (bir) ədəd ağ rəngli boyun hissəsində “Baykar” qeydləri olan maykanın arxa hissəsində iç səthində, 01 (bir) ədəd ağ rəngli “Roni kids” ticarət markalı boğazlı köynəyin (vodolazka) arxa hissəsində iç səthində və Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 (bir) ədəd qara rəngli tumanın ön hissəsində iç səthində sperma nümunəsi mövcuddur və həmin sperma nümunələri Təqsirləndirilən şəxs məxsusdur.Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd ağ rəngli tumanın aralıq nahiyyəsində qan nümunəsi mövcuddur və həmin qan nümunəsi Zərərçəkmiş şəxs məxsusdur.Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd ağ rəngli boyun hissəsində “Baykar” qeydləri maykanın arxa tərəfdə sağ qolaltı hissəsində həm qan nümunəsi və həm də sperma nümunəsi mövcuddur. Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd ağ rəngli boyun hissəsində “Baykar” qeydləri olan maykanın arxa tərəfdə sağ qolaltı hissəsində olan qan nümunəsi Zərərçəkmiş şəxs, sperma nümunəsi isə Təqsirləndirilən şəxs məxsusdur. Zərərçəkmiş şəxs uşaqlıq yolundan və anal dəliyindən göturülmüş yaxma nümunələri üzərində olan bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs məxsusdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 25 oktyabr 2022-ci il tarixli 655/231 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur.Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir-Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma.Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir.Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlərdən əvvəl baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi emosional halda olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 27 oktyabr 2022-ci il tarixli 664/234 rəyindən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı törədilmiş qanunazidd əməllərdən əvvəl və həmin əməllər törədilərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir.O,halhazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Zərərçəkmiş şəxs ona qarşı törədilən qanunazidd əməlin faktiki xarakterini tam düzgün dərk etməmiş, bununla yanaşı həmin əməlin “pis iş” olduğunu başa düşdüyündən baş vermiş hadisə barədə anasına məlumat vermişdir. Zərərçəkmiş şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs onunla baş vermiş qanunazidd əməllərin mahiyyətini və həmin əməlin nəticələrini tam anlamasa da həmin hadisə barəsində düzgün ifadə verə bilər. Zərərçəkmiş şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: - Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olur. Zərərçəkmiş şəxs emisional halından asılı olaraq o, ona qarşı edilən hərəkətlərin mahiyyətini qismən dərk etsə də onunla edilmiş hərəkəti “pis iş” kimi xarakterizə edir.Zərərçəkmiş şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir.Zərərçəkmiş şəxs hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və həyəcanlı psixi emosional halda olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 28 yanvar 2023-cü il tarixli 123 nömrəli rəyindən görünür ki - Zərərçəkmiş şəxs QİÇS və zöhrəvi xəstəlik aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməlifli (materialların məhkəmə ekspertizası «lifli materialların tədqiqi») ekspertizasının 15.02. 2023-cü il tarixli, 16/147 nömrəli rəyindən görünür ki, -Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir.Zərərçəkmiş şəxs məxsus 01 ədəd mavi rəngli donun üzərindən tapılmış qəhvəyi rəngli poliester liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd qəhvəyi rəngli puloverin tərkib liflərinə uyğun gəlirlər.Zərərçəkmiş şəxs məxsus digər geyim əşyalarının üzərində Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus 01 ədəd qəhvəyi rəngli puloverin üzərindən tapılmış mavi rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd mavi rəngli donun tərkib liflərinə uyğun gəlirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri Samux rayonu, Qarayeri qəsəbəsində, kənd arasında “Kanalın üstü” adlanan yerdir. Hadisə yerinə baxış zamanı anası Qanuni nümayəndə ilə birlikdə iştirak edən Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2022-ci ildə kəndçisi Təqsirləndirilən şəxs onu “Kanalın üstü” adlanan yerə gətirib ot bağlamalarının yanında onun əynində olan paltarlarını çıxarıb, ona qarşı zor tətbiq edərək onunla cinsi əlaqədə olmuşdur. Baxış zamanı fotoşəkillər çəkilmiş, iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya, predmet aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş «Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında» 12 oktyabr 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, tanınmalı olan şəxs Təqsirləndirilən şəxs fotoşəkli tanınmada istifadə edilən oxşar 3 şəxsin fotoşəkilləri arasında 2-ci yerə qoyulmuş, tanıyan şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə onu qəsəbədə yerləşən kənd arasında “Kanalın üstü” adlanan yerə aparan şəxsin fotoşəklini təqdim olunan şəxslərin fotoşəkli arasında tanımış və əli ilə 2 nömrə ilə işarələnmiş fotoşəkli, yəni Təqsirləndirilən şəxs fotoşəklini əyani olaraq əli göstərmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə xx.xx.2022-ci il tarixli, 2068/2022 protokoldan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Cinayət işinin mateiallarına əlavə edilmiş «Əsgər qonaqlığı»na aid videogörüntülərə və Samux rayon Qarayeri qəsəbəsində yerləşən «Bahar market» və «Oba market» adlanan mağazalardan götürülmüş video görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs «Oba market» adlanan mağazanın qarşısından 20:35/10-cu saniyədə piyada üzü Gəncə şəhəri istiqamətində hərəkət etmiş, həmçinin «Bahar market» adlanan mağazadan piyada yeyin-yeyin keçərək məclis olan küçəyə iki dəfə baxıb getmişdir. Bundan başqa «Əsgər qonaqlığı»na aid videogörüntülərin 40:52 dəqiqəsində məclisdə iştirak etdiyi, 45:27 dəqiqəsində isə məclisdə digər şəxslərlə birlikdə oynadığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 fevral 2023-cü il tarixli cinayət işinin başlanılması rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Samux RPŞ-də Turan adlı və digər polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılmış Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişlir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Samux RPŞnin UQSİQ-nin «məlumat portalı» üzrə operatoru polis baş serjantı Samir Müslümovun 06 noyabr 2022-ci il tarixli Samux RPŞ-nin rəisinin ünvanına yazdığı raportdan və raporta əlavə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Samux rayon İH Başçısının Qarayeri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1077 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə barəsində nümayəndəliyə hər hansı şikayət daxil olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının 134, 149.3.3 və 150.3.3-cü maddələri ilə elan olunan ittihamlarla özünü təqsirli bilməyərək hadisəni özünün törətməməsi, polis şöbəsində müstəntiq və digər polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması və müstəntiqin istədiyi kimi ifadə verməyə onun məcbur edilməsi barədə ifadəsi iş üzrə zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin ifadələri, şahid ifadələri, üzləşdirmə istintqa hərəkəti protokolları, ifadənin yerində yoxlanması, «şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında» protokollarla,ekspertiza rəyləri, maddi sübutlar,(həmçinin cinayət işinin materiallarına əlavə olunmuş 02 fevral 2023-cü il tarixli cinayət işinin başlanılması rədd edilməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs Samux RPŞ-də Turan adlı və digər polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması baqədə məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılmış Təqsirləndirilən şəxs göstərdikləri xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. ) işdə olan olan digər sənədlər, eləcə də işin fakttiki halları ilə tam təkzib edildiyindən, həmin ifadəyə təqnqidi yanaşaraq, ağır məsuliyyətdən yaxa qurtarmaq üçün uydurulmuş ifadə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 134, 149.3.3 və 150.3.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, qeyd olunan sübutların məcmusu və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-137-1ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 149.3.3 və 150.3.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, qeyd olunan cinayət əməlləri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.3.3 və 134, 150.3.3-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə verilmiş ittihama gəlincə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 15.2-ci maddəsinə əsasən CM-nin 134-cü maddəsi ilə törədilən cinayətlər böyük içtimai təhlükə törətməyən cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 75.1.1-cü maddəsinə əsasən bu kateqoriyalardan olan cinayətlər üçün nəzərdə tutulmuş 2 illik müddət keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə verilmiş ittihamdan görünür ki, təqsirləndirilən şəxs həmin cinayəti 10 oktyabr 2022-ci il tarixdə törətmiş, 10 oktyabr 2024-ci il tarixdə təqsirləndirilən şəxsin həmin maddə ilə 2 illik cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və həmin ittiham üzrə təqsirləndirlən şəxs özünü təqsirli bilmədiyindən, məhəkəmə hesab edir ki, təqsirləndirlən şəxs həmin maddə ilə təqsirli bilinməli, müddət keçdiyindən ona cəza təyin olunmamalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 84-cü maddəsi 14 yaşından 18 yaşadək olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə onların əməlinin tövsifində, məsuliyyətin həllində və cəza təyinində yetkinlik yaşına çatmayan şəxslərin əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikasının CM-nin 59.1.2-ci maddəsinə əsasən, yaşayış yerindən müsbət xarakterizə olunmasını isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinə əsasən on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsinə əsasən on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hadisə 2022-ci il oktyabr ayında törədildiyindən və hazırda qanunvericilikdə 149.3.3 və 153.3.3-cü maddələrinin sanksiyaları (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksinyasında on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə-on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə,Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsinin sanksinyasında on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulduğundan) artırıldığındaqn məhəkəmə hesab edir ki,CM-nin 10-cu maddəsnin tələbinə əsasən təqsirləndirilən şəxsin vəziyyəti pisləşdiyindən təqçsirləndirilən şəxsə cəza təyin olunması zamanı yeni qanunvericiliyin müddəaları şamil olunmamalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara azadlıqdan məhrum etmə cəzası 10 (on) ildən artıq olmayan müddətə təyin edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən“Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli Qərarının izahının da nəzərə alır. Həmin Qərarın izahına görə yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-nin 63,66 və 67-ci maddələrinin müddəalarına uyğun olaraq cəza təyin edilərkən nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və miqdarı CM-nin 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Bu baxımdan yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən qəti cəza 10 il müddətinə azadlıqdan məhrumetmədən çox olmamalıdır. Yetkinlik yaşına çatmayanların təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddi 10 ildən yuxarı olduqda və belə hallarda 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən CM-nin 62-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Cinayət Məcəlləsinin 55 və 85-ci maddələrinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən, hökm çıxarılanadək 18 yaşı tamam olmayan şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər. Bu zaman yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli , əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar isə cəzalarını möhkəm rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. Məhkəmə həmçinin bu menada Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli 2 nömrəli Qərarının izahının da nəzərə alır. Həmin Qərarın 12-ci bəndində görə hökm çıxarılanadək 18 yaşı tamam olmamış şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə (CM-nin 55.1-ci maddəsi), məhkəmə CM-nin 85.5-ci maddəsinə müvafiq olaraq onlara ümumi və ya möhkəm rejimli tərbiyə müəssisəsi təyin edir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan qızlar, habelə yetkinlik yaşına çatmayan oğlanlar cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməliəri müəyyən olunduğundan, Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli 2 nömrəli Qərarına əsasən təqsirləndirlən şəxslər onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmədir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu 11 oktyabr 2022-ci il tarixdən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. İş üzrə maddi sübutlar Samux Rayon Prokrorluğunda saxlanılan zərər çəkmiş Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi və hadisə vaxtı əynində olmuş -1(bir) ədəd ağ rəngli, boyun hissəsində “BAYKAR” yazılı, üzərində ləkələri olan maykanın, 1(bir) ədəd ağ rəngli, sağ aşağı tərəf ətəyində etiketində “RONi kids”, etiketin arxa hissəsində isə “104\110 5 years Made in Turkey” yazısı olan uzunqollu, boğazlı köynəyin(vadalaskanın), 1(bir) ədəd ağ rəngli, kvadrat formalı, üzərində müxtəlif şəkillər olan, ləkəli uşaq alt tumanı, 1(bir) ədəd ağ rəngli kalqotka və 1(bir) ədəd göy rəngli aşırmalı, qabaq tərəfində iki ədəd ayı başının şəkli olan, iki cibli cins don, Təqsirləndirilən şəxs Şmil oğlunun istintaqa təqdim etdiyi və hadisə vaxtı əynində olmuş -1(bir) ədəd qəhvəyi rəngli, iç tərəf boyun nahiyəsində “R.Ş.A m” yazısı olan, ətək və qolların uc hissələri qara rəngli rezin olan köynək, 1(bir) ədəd tünd göy rəngli, arxa sağ tərəf cibin üst tərəfində “AG” yazılı, bel arxa hissəsində “ANGELO CALASSO” yazısı olan şalvar və 1(bir) ədəd qara rəngli, kvadrat formalı, bel hisəsində bir cüt ağ rəngli zolağı olan və üzərində ağ rəngli maye izləri olan alt tumanı onlara qaytarılmalı, imtina etdikdə məhv edilməldir. İş üzrə məhkəmə-tibbi ekpertiza zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs götürülmüş tampon yaxmalar məhv edilməli, 02 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmadırlar. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 60.80 (altmış manat səksən qəpik) manat pul Təqsirləndirilən şəxs müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 149.3.3 və 150.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 134-cü maddəsi ilə CM-nin 75.1 və 75.1.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməsin, CM-nin 149.3.3-cu maddəsi ilə 10 (on) il müddətə, CM-nin 150.3.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3 və 85.5-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar Samux Rayon Prokrorluğunda saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş -1(bir) ədəd ağ rəngli, boyun hissəsində “BAYKAR” yazılı, üzərində ləkələri olan mayka, 1(bir) ədəd ağ rəngli, sağ aşağı tərəf ətəyində etiketində “RONi kids”, etiketin arxa hissəsində isə “104\110 5 years Made in Turkey” yazısı olan uzunqollu, boğazlı köynəy(vadalaskanın), 1(bir) ədəd ağ rəngli, kvadrat formalı, üzərində müxtəlif şəkillər olan, ləkəli uşaq alt tumanı, 1(bir) ədəd ağ rəngli kalqotka və 1(bir) ədəd göy rəngli aşırmalı, qabaq tərəfində iki ədəd ayı başının şəkli olan, iki cibli cins don ona və yaxın qohumlarına qaytarılsın, imtina etdikdə məhv edilsin. Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş -1(bir) ədəd qəhvəyi rəngli, iç tərəf boyun nahiyəsində “R.Ş.A m” yazısı olan, ətək və qolların uc hissələri qara rəngli rezin olan köynək, 1(bir) ədəd tünd göy rəngli, arxa sağ tərəf cibin üst tərəfində “AG” yazılı, bel arxa hissəsində “ANGELO CALASSO” yazısı olan şalvar və 1(bir) ədəd qara rəngli, kvadrat formalı, bel hisəsində bir cüt ağ rəngli zolağı olan və üzərində ağ rəngli maye izləri olan alt tumanı ona və yaxın qohumlarına qaytarılsın, imtina etdikdə məhv edilsin. İş üzrə məhkəmə-tibbi ekpertiza zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs götürülmüş tampon yaxmalar məhv edilsin. 02 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 60.80 (altmış manat səksən qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-33/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-33/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver