Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-330/2022 16.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi,dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1998-ci il tarixdə Şəmkir rayonu, İrmaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəmkir rayonu, İrmaşlı kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 145.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə, saat 17 radələrində Şəmkir rayonu, İrmaşlı kəndində onunla qonşuluqda yaşayan əmisi qızı, xx.xx.1998-ci il təvəllüdlü X11 2017-ci ilin istintaqa dəqiq məlum olmayan tarixindən X9 ilə qeyri-rəsmi nigah münasibətində evli olmasına baxmayaraq, 2022-ci ilin fevral ayının əvvələrində «Tik-Tok» sosial şəbəkəsində tanış olduğu Şahid5 ilə birlikdə çəkdirdiyi fotoşəklini özünün istifadəsində olan «Azercell» mobil operatoruna məxsus (051) ***-**-** №li mobil telefonun «Vatsap» sosial şəbəkəsinin «status» hissəsində paylaşmasını görüb Aytac Piriyevanın yaşadığı evə gələrək həmin şəxsin kimliyi və hansı səbəbdən həmin şəxslə fotoşəkil çəkdirib paylaşmasını soruşduqda aralarında yaranmış mübahisə zamanı Aytac Piriyevanın həmin şəxsin kurs yoldaşı olması və onun şəxsi həyatına müdaxilə etməyə ixtiyarı olmamasını bildirməsindən sonra o, Aytac Nuriyevanı qısqanclıq niyyətilə qəsdən öldürmək qərarına gələrək, onu idarə etdiyi “VAZ- 2107” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə insanların olmadığı əraziyə aparmağı və onun avtomobildən düşərək getməsinə mane olmaq məqsədilə qabaqcadan avtomobilin qabaq sağ qapısının salonun içərisindən açılmaması üçün qapı dəstəyini və şüşə qaldıranı sındıraraq onun öz arzusuna zidd olaraq sərbəst hərəkət etməsinin qarşısını alıb azadlığından qanunsuz olaraq məhrumetməyi, eləcə də onu köməksiz vəziyyətə gətirmək üçün əllərini bağlamaqdan ötrü pres kəndiri və bıçaq götürməyi planlışdırmış, bu məqsədlə 27 fevral 2022-ci il tarixdə, saat 10.30 radələrində pres kəndiri və məişətdə istifadə etmək məqsədilə Zəyəm qəsəbə bazarından hadisədən təxminən 10 gün əvvəl istintaqa məlum olmayan tarixdə və mənbədən qəsdən qanunsuz olaraq əldə edib gəzdirdiyi bir tərəfi kəsici, ucu batıcı xassəyə malik ov silahı tipində kustar üsulla hazırlanmış və soyuq silah hesab edilən bıçağı özü ilə götürərək idarə etdiyi “VAZ- 2107” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sandıqçasında gizlətməklə Aytac Piriyevanın yaşadığı evə gələrək ona avtomobilə oturmağı təklif etmiş və bundan sonra onu idarə etdiyi avtomobillə Şəmkir rayonu, İrmaşlı kəndi ərazisində yerləşən “Sulu Dərə” adlandırılan meşəlik sahəyə gətirərək saat 11 radələrində avtomobili həmin ərazidə saxlayıb yenidən fotoşəkil çəkdirdiyi şəxsin kimliyini soruşmuş və Aytac Piriyevanın bu məsələnin ona heç bir aidiyyəti olmamasını deməsindən sonra o, qabaqcadan avtomobilin qabaq sağ qapısının salonun içərisindən açılmaması üçün qapı dəstəyini sındıraraq Aytac Piriyevanın öz arzusuna zidd olaraq sərbəst hərəkət etməsinin qarşısını alıb azadlığından qanunsuz olaraq məhrum etməsindən istifadə edərək qəsdən öldürmək məqsədilə avtomobilin salonunda Aytac Piriyevanın öz iradəsinə zidd olaraq və öz iradəsi əleyhinə düşdüyü vəziyyətdə müqavimət göstərmək imkanını tamamilə itirərək aşkar surətdə köməksiz vəziyyətə salmaqla əvvəlcə əllərini qabaq tərəfdən pres kəndiri ilə bağlayıb sağ saidin aşağı üçdə birində və hər iki mil-bilək oynağı nahiyəsində stranqulyasiya şırımları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, bundan sonra isə onu avtomobildən düşürərək əlləri ilə Aytac Piriyevanın boğaz nahiyəsindən tutub sıxmaqla boğaraq üzüstə yerə yıxıb ona boyunun ön və sağ yan səthində arasıkəsilən-fasiləli qançırlarla müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, daha sonra o, öz qəsdini başa çatdırmaq üçün xüsusi əzab verdiyini dərk edərək müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib, xüsusi amansızlıqla əlindəki bıçaqla Aytac Piriyevanın boğaz nahiyəsini kəsməklə boyunun yuxarı üçdə birinin ön səthində 24x2sm ölçüdə, onurğa sütununa qədər davam edən yara kanalı boyunca dəri, dərialtı yumşaq toxumalar, boyun əzələləri, boyun sinir, arteriya və vena damarlarını, nəfəs borusu-traxeya, qida borusunun tam kəsilmiş yarası ilə müşayiət olunan, kəskin qanitirməyə və sonuncunun ölümünə səbəb olmuş insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarəti yetirib aşkar surətdə köməksiz vəziyyətdə olan Aytac Piriyevanı qisqanclıq niyyətilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona Аzərbаycаn Rеspublikаsı CM-nin 120.2.4, 120.2.9, 145.1 və 228.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonu, İrmaşlı kəndində ailə üzvləri ilə birlikdə yaşamışdır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. O, 2018-ci il tarixdən mütəmadi olaraq işləmək üçün Ukrayna Respublikasının Odessa şəhərinə gedib-gəlmiş, orada kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olmuşdur. 20 dekabr 2021-ci il tarixdə Ukrayna Respublikasının Odessa şəhərindən qayıtmış və bir daha geri qayıtmamışdır. X7 onun doğma əmisi Famil Piriyevin böyük övladıdır. Aytac təxminən Niyaməddin adlı şəxslə ailə həyatı qurmuş və bu evlilikdən Fazil adlı oğlu dünyaya gəlmişdir. Əmisi, yəni Aytacın X45 2021-ci il tarixdə İrmaşlı kəndində xərçəng xəstəliyindən vəfat etmişdir. Aytac ailə həyatı qurduqdan sonra Niyaməddin ilə mehriban münasibətdə olsalar da, təxminən 02 il olar ki, onların münasibəti pozulmuşdur. Belə ki, Niyaməddin tez-tez işləmək üçün Ukrayna Respublikasının Odessa şəhərinə getmiş, əri Odessa şəhərinə gedərkən Aytaca mobil telefon işlətməyi qadağan etmişdir. Çünki Aytac sosial şəbəkələrdən çox geniş istifadə etmişdir. Bu isə Niyaməddinin xoşuna gəlməmişdir. Bununla əlaqədar Aytac bir neçə dəfə əri Niyaməddindən küsərək oğlu Fazili götürüb ata evinə qayıtmışdır. Hətta bir dəfə o, Aytacı bu fikrindən daşındıraraq övladı Fazillə birlikdə əri evinə geri qaytarmışdır. Lakin, təxminən 2020-ci ildə Aytac sonuncu dəfə övladı Fazillə birlikdə ata evinə geri qayıdan zaman o, bu məsələyə qarışmamışdır. Bütün bunların nəticəsində Aytac səhv yolda olmuş, ərinin və nəslində olan kişilərin şərəf və ləyaqətini düşünmədən rəsmi qaydada boşanmadan adını bilmədiyi şəxs(lər)lə münasibət yaratmışdır. Belə ki, Aytac istifadəsində olan “Samsung” markalı telefonun “Vatsap” mobil tətbiqetməsi vasitəsilə gecə saat 03-04 radələrində naməlum şəxs(lər)lə yazışaraq ailələrinin şərəf və ləyaqətini alçaldacaq hərəkətlərə yol vermişdir. 24 fevral 2022-ci il tarixdə, saat 17 radələrində evdə qardaşı Rövşənin arvadı Elgül Piriyevanın telefonu ilə “Vatsap” mobil tətbiqetməsinin “status” bölməsinə baxarkən Aytacın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə məxsus “Vatsap” sosial mobil tətbiqetməsinin status bölməsində onun adını bilmədiyi cavan oğlanla qucaqlaşmış şəkildə fotolarını görmüş və bu onu özündən çıxarmışdır. O, təmkinli bir şəkildə Aytacın yaşadığı əmisi evinə gedərək sonuncudan bu şəkillərin kimə məxsus olduğunu soruşmuşdur. Aytac ona həmin şəkillərdəki oğlanın sinif yoldaşı olduğunu və Türkiyəyə gedəcəyi üçün onunla səmimi şəkil çəkdirdiyini demişdir. O, buna əsəbiləşib Aytacın üzünə şillə vurmuş və onlar mübahisə etmişlər. Daha sonra o, siqaret çəkmək üçün həyətə çıxmışdır. O, həyətdə siqaret çəkərkən Aytacın evdə əmisi arvadı Mahal və anası Məleykə ilə söhbət etdiyini, söhbət əsnasında bu şəkildə yaşamaqdan bezdiyini və əri Niyaməddinlə evliliyini davam etdirmək istəmədiyini eşitmişdir. Belə olan halda o, yenə içəri girib mübahisə etmişdir. Daha sonra o, Şəmkir şəhərinə gedərək həmin fotodakı oğlanı axtarmağa başlasa da, həmin oğlanı tapa bilməmişdir. O, bütün bunlardan sonra Aytacın hərəkətlərinə son qoymaq məqsədilə onu öldürmək qərarına gəlmişdir. Bu məqsədlə 27 fevral 2022-ci il tarixdə, saat 09 radələrində təxminən 10 gün əvvəl Zəyəm bazarından satın aldığı kustar üsulla hazırlanmış bıçağı, evdə olan digər məişət təyinatlı bıçağı və press kəndirini idarə etdiyi zoğalı-qırmızı rəngli “VAZ- 2107” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoymuşdur. Məqsədi Aytacın əl-qolunu bağlayaraq bıçaqla öldürmək olmuşdur. Bundan başqa o, Aytacın avtomobildən düşüb qaçmasının qarşısını almaq üçün avtomobilin qabaq sağ qapısının cəftəsini və şüşə qaldıranını sındırmışdır. Saat 10 radələrində o, Aytacın yaşadığı evə getmişdir. O, evə qayıdıb qardaşı Rövşənin arvadı Elgülə Aytacla söhbət etmək istədiyini və Aytacı çölə çağırmasını demişdir. Elgül Aytacın yaşadığı evə getmiş və onu çölə çağırmışdır. Aytac oğlu Fazil ilə birlikdə gəlmişdir. O, Aytaca söhbət etmək istədiyini və sakit bir yerə getmək üçün avtomobilə əyləşməsini demişdir. Aytac oğlu Fazilə evə qayıtmasını deyib avtomobilin sağ qabaq hissəsində əyləşmişdir. O, Aytacla etdiyi hərəkətlərə son qoyması məqsədilə söhbətlər aparmağa başlamışdır. O, Aytacın avtomobildən düşməsinin qarşısını almaq üçün avtomobilin qabaq sağ qapısının cəftəsini və şüşə qaldıranı əvvəlcədən sındırmışdır. Daha sonra o, avtomobili işə salmış və əvvəlcədən planlaşdırdığı kimi Aytacı öldürmək məqsədilə İrmaşlı kəndində yerləşən “Sulu dərə” adlanan əraziyə tərəf hərəkət etmişdir. Aytac avtomobilin ön oturacağında əyləşmiş, avtomobildə özü və Aytacdan başqa heç kim olmamışdır. O, bıçaqları avtomobilin sandıqçasına qoymuşdur. Press kəndir isə sağ arxa ayaqaltının üzərində olmuşdur. Aytac nə bıçaqları, nə də press kəndiri yol boyunca görməmişdir. Onlar təxminən 15 dəqiqə yol getdikdən sonra o, avtomobili “Sulu dərə” deyilən ərazidə, torpaq yolun qurtaracaq hissəsində saxlamışdır. Yol boyunca o, dəfələrlə Aytacdan hər şeyin düzünü, digər şəxslərlə yaxın münasibətinin olmasını etiraf etməsini tələb etsə də, Aytac, onun əksinə gedərək, – “Mənim işlərimə qarışma, fotodakı oğlan mənim sinif yoldaşım idi”, – məzmunlu yalanlar danışmışdır. Bu onda Aytacı öldürmək fikrini daha da qətiləşdirmişdir. Avtomobili saxladıqdan sonra sağ arxa ayaqaltının üzərindən 02 ədəd press kəndiri götürərək avtomobilin ön oturacaq qapısını açmış və Aytacdan son dəfə fotodakı oğlanın kim olduğunu soruşmuş, du zaman press kəndirini arxasında gizlətmişdir. Həmin əsnada Aytac ona daha sərt cavab verərək, – “Sən kimsən ki, mənim işimə qarışırsan, anam da, qardaşım da, sən də mənim şəxsi işlərimə qarışmayın”, – deyərək onu son həddə çatdırmışdır. O, arxasında gizlətdiyi press kəndirini Aytaca tərəf uzadaraq onun əllərini bağlamaq istəmişdir. Aytacdan əllərini qabağa uzatmasını tələb etmişdir. Aytac onun sözünü ciddiyə almayaraq və bu sözlərinin onu qorxutmaq məqsədi daşıdığını hesab edərək heç bir etiraz etmədən hər iki əlini qabağa uzatmışdır. O, Aytacın əllərini bağlamış və avtomobildən düşürmüşdür. Bu zaman heç bir müqavimət hərəkətləri ilə qarşılaşmamışdır, çünki Aytac hələ də onu sadəcə qorxudacağını və öldürməyəcəyini hesab etmişdir. O, Aytacın əllərini bağladıqdan sonra avtomobillə 2 metrlik məsafədə qabağa gətirmiş və həmin əsnada sol əlilə avtomobilin sandıqçasına qoyduğu kustar üsulla hazırlanmış bıçağı götürərək 02 metrlik məsafədə qabağa atmışdır. Daha sonra sol əli ilə var gücülə Aytacın boğaz nahiyəsindən onu boğmağa başlamışdır. Aytac, heç bir ciddi müqavimət göstərməyərək, – “Məni burax”, – deyə qışqırmağa başlamışdır. Bu vaxt Aytacın müqavimətini qıraraq onu yerə yıxmışdır. Aytac üzüstə yerə yıxılmışdır. O, hər iki dizini Aytacın kürək nahiyəsinə qoyaraq Aytacın hərəkət etməsinə mane olmuş və Aytacla təxminən eyni məsafədə olan bıçağı sağ əlilə götürərək sol əlilə Aytacın çənə nahiyəsindən yapışmışdır. Sağ əlində olan bıçaqla Aytacın boğaz nahiyəsini hissəvi kəsməyə başlamışdır. Aytacın bədən nahiyəsi titrəməyə və boğaz nahiyəsindən güclü qan axmağa başlamışdır. Aytac can verməyə başlayan zaman ölməsinə əmin olmaq üçün ikinci dəfə boğaz nahiyəsinə-qığırdaq sümüyü istiqamətində bıçağı sürtməyə başlamışdır. Aytacın son xırıltı səslərini eşitmiş və onu öldürdüyünə tam əmin olduqdan sonra cinayəti törətdiyi bıçağı Aytacın meyitinin sol tərəfinə atmışdır. Son dəfə üzüstə yıxılmış Aytaca və bıçağa baxdıqdan sonra əlinin qanını ota silib avtomobilə əyləşərək üzü İrmaşlı kənd istiqamətində hərəkət etməyə başlamışdır. O, hadisə yerindən təxminən 1 kilometr uzaqlaşdıqdan sonra avtomobilini saxlamış və avtomobilin sandıqca hissəsində olan və istifadə etmədiyi digər mətbəx bıçağını yolun kənarına atmışdır. Təxminən 40-60 km/saat sürətlə hərəkət edərək 10 dəqiqə sonra “Şəmilin mağazası” adlanan mağazanın qarşısına çatmışdır. Orada olan tanışlardan siqaret aldıqdan sonra həmkəndlisi Elsevər Hidayət oğlunu görmüş, onun mavi rəngli “VAZ-2107” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilinə əyləşmişdir. Avtomobilini isə “Şəmilin mağazası” adlı mağazanın qarşısında saxlamışdır. O, avtomobilə əyləşməzdən əvvəl Elsevərlə söhbət edərək baş verənlər barəsində, yəni əmisi qızı Aytacı namussuz hərəkətlərinə görə bıçaqla öldürdüyünü bildirmiş və Elsevərdən onu Zəyəm polis bölməsinə aparmasını, ancaq bölməyə getməzdən əvvəl kəndin mərkəzində avtomobilini saxlamasını da xahiş etmişdir. Elsevər, onun xahişini nəzərə alaraq kəndin mərkəzində avtomobilini saxlamışdır. Orada o, avtomobildən düşüb üzünü çayxanada olan kişilərə tutaraq, – “Mən öz pozğunumu təmizlədim, siz də gedin öz pozğununuzu təmizləyin, Aytacın meyitini kənddə basdırmağa qoymayın, əgər basdırsanız, yas verməyin”, – məzmunlu sözlər demişdir. Daha sonra Elsevər avtomobildən düşərək onu avtomobilə əyləşdirib Zəyəm polis bölməsinə aparmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Aytac Piriyeva onun böyük qızıdır. Aytac xaraktercə sakit, mərifətli, həm onların ailəsində, həm də ər evində hörmət qazanmış bir insan olmuşdur. Aytac Piriyeva 2017-ci il tarixdə X10 ilə ailə həyatı qurmuşdur. Aytacın bu evlilikdən Fazil adlı oğlu dünyaya gəlmişdir. Aytac Niyaməddin ilə ailə həyatı qurmaq üçün qoşulub qaçmışdır. Onların toyu olsa da, aralarında rəsmi nikah olmamışdır. Niyaməddin tez-tez işləmək üçün Ukrayna Respublikasının Odessa şəhərinə gedib-gəlmişdir. Niyaməddin orada xırda bizneslə məşğul olmuşdur. Aytac yeni ailə həyatı qurduğu vaxtlar Niyaməddinlə münasibəti yaxşı olmuşdur. Lakin bir müddət keçdikdən sonra onların münasibətləri pisləşməyə başlamışdır. Belə ki, Niyaməddin Aytaca telefon işlətməyə icazə verməmişdir. 2020-ci ilin yanvar ayında Aytac övladı Fazil ilə birlikdə onların yaşadıqları evə gəlmişdir. O, Aytacdan niyə gəldiyini soruşduqda, Aytac Niyaməddinin artıq onu istəmədiyini və ona görə də orada yaşaya bilmədiyini demişdir. Aytac təxminən 03 (üç) gün onların evində qalmışdır. Daha sonra o, qızının ailəsinin dağılmaması üçün Aytacı və oğlu Fazili əri Niyaməddinin evinə geri qaytarmışdır. Ancaq bir neçə gün sonra Aytac yenə ona zəng edərək orada yaşaya bilmədiyini, burada qalacağı halda dözə bilməyib özünü öldürəcəyini demişdir. Belə olan halda o, Təqsirləndirilən şəxs anası Şahid1 ilə birlikdə Aytacı onların evinə gətirmişlər. Həmin vaxtdan etibarən Aytac oğlu Fazil ilə onlarla birlikdə yaşamağa başlamışdır. Həmin müddət ərzində də qızı Aytacın əri Niyaməddin və ailəsi ilə əlaqəsi kəsilmişdir. Təqsirləndirilən şəxs onun qaynı Əli Piriyevin ən kiçik övladıdır. Əli Piriyev xx.xx.2020-ci il tarixdə xərçəng xəstəliyindən vəfat etmişdir. Onların yaşadıqları ev ilə Əli Piriyevin yaşadığı ev yanbayan yerləşir. X42 ailəsi ilə çox mehriban olmaqla bir ailə kimidirlər. Piri ilə Aytac da bir-birilərini qardaş-bacı kimi çox istəməklə, münasibətləri çox yaxşı olmuşdur. Aytac oğlu Fazil ilə onlarla yaşamağa başladıqdan sonra o, Aytacın iş tapa bilməsi üçün kompüter kursuna yazdırmışdır. Aytac 03 (üç) ay həmin kursa getmişdir. 24 fevral 2022-ci il tarixdə Aytac 03 (üç) aylıq kursu bitmişdir. Saat 16 radələrində Təqsirləndirilən şəxs əsəbi şəkildə onların yaşadıqları evə gələrək telefonunda olan Aytacın tanımadıqları oğlanla olan şəklini Aytaca göstərərək həmin oğlanın kim olduğunu soruşmuşdur. Aytac həmin oğlanın kurs yoldaşı olduğunu, aralarında heç bir şəxsi münasibət olmadığını və həmin şəkili də dost olaraq çəkdirdiklərini bildirmişdir. Piri Aytaca hələ atasının, yəni onun əri Familin yeni öldüyünü, ona görə də Aytacın bu hərəkətinin düzgün olmadığını demişdir. O da Pirini dəstəkləmiş, Piriyə çıxıb getməsini və Aytaca baş qoşmamasını demişdir. Piri də çıxıb getmişdir. Bu söhbətdən sonra Piri onların yaşadıqları evə gedib-gəlsə də, bir daha Aytacla həmin məsələ ilə bağlı söhbət və ya mübahisə etməmişdir. Hadisə olan günü, yəni 27 fevral 2022-ci il tarixdə o, oğlu Rəşad Piriyev ilə həyətyanı sahədə işləmişlər. Aytac isə evdə yatmışdır. Saat 10 radələrində Aytac yuxudan oyanmışdır. Bu zaman Pirinin qardaşı arvadı Elgül Piriyeva onların evinə gələrək Aytaca Pirinin onu çağırdığını söyləmişdir. O, Aytacla Pirinin yenə dalaşmaması üçün Aytaca getməməsini demişdir. Lakin Aytac Pirinin nə üçün çağırdığını bilmək və Piri ilə söhbət etmək üçün getmək istədiyini bildirərək getmişdir. Aytacın oğlu Fazil də Aytacla birlikdə getmişdir. Təxminən 05 (beş) dəqiqə sonra Fazil ağlayaraq geri qayıtmış və Pirinin idarə etdiyi avtomobil ilə Aytacı apardığını demişdir. O, dərhal təlaşlı şəkildə yola çıxaraq dağa tərəf getmiş, lakin Piri ilə Aytacı görə bilməmişdir. Bu zaman oğlu Rəşad onun evə qayıtmağını istəmiş və özünün Piri ilə Aytacı axtaracağını demişdir. O isə evə qayıtmışdır. Təxminən yarım saat sonra qardaşı Şahid8 təlaşlı şəkildə onların evinə gələrək Aytacın harada olduğunu soruşmuşdur. O isə Pirinin Aytacı apardığını demişdir. Bu zaman Mahmud ağlayaraq Pirinin Aytacı öldürdüyünü söyləmişdir. Daha sonra bütün kənd camaatı onların evinə axışmışdır. X12 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mərhum qızı Aytac Piriyevanı tanımadıqları oğlanla şəkil çəkdirməsindən qısqanaraq Aytacın ailələrinin adına ləkə yaxmasından şübhələnərək qəsdən öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, əri Əli Piriyev xx.xx.2021-ci il tarixdə xərçəng xəstəliyindən vəfat etmişdir. Təqsirləndirilən şəxs onun ən kiçik övladıdır. Aytac Piriyeva qaynı Famil Piriyevin qızdır. Aytac xaraktercə sakit, mərifətli, həm ailələrində, həm də ər evində hörmət qazanmış bir insan olmuşdur. Aytac X1 ilə ailə həyatı qurmuşdur. Aytacın bu evlilikdən Fazil adlı oğlu dünyaya gəlmişdir. Aytac Niyaməddinlə ailə həyatı qurmaq üçün qaçmışdır. Onların toyu olsa da, aralarında rəsmi nikah olmamışdır. Niyaməddin Odessa şəhərində xırda bizneslə məşğul olmuşdur. Aytac yeni ailə həyatı qurduğu vaxtlar Niyaməddinlə münasibəti yaxşı olmuşdur. Lakin bir müddət keçdikdən sonra onların münasibətləri pisləşməyə başlamışdır. Belə ki, Niyaməddin Aytaca telefon işlətməyə icazə verməmişdir. 2020-ci ilin yanvar ayında Aytac övladı Fazillə birlikdə atası evinə gəlmişdir. Onlar Aytacdan niyə gəldiyini soruşduqda o, Niyaməddinin artıq onu istəmədiyini və ona görə də orada yaşaya bilmədiyini demişdir. Aytac təxminən 03 gün atasının evində qalmışdır. Daha sonra anası Maral Piriyeva ailəsinin dağılmaması üçün Aytacı və oğlu Fazili əri Niyaməddinin evinə geri qaytarmışdır. Ancaq bir neçə gün sonra Aytac yenə anasına zəng edərək orada yaşaya bilmədiyini, burada qalacağı halda dözə bilməyib özünü öldürəcəyini demişdir. Belə olan halda o, Maral Piriyeva ilə birlikdə Aytacı geri gətirmişlər. Həmin vaxtdan etibarən Aytac oğlu Fazillə birlikdə atası evində yaşamağa başlamışdır. Həmin müddət ərzində də Aytacın əri Niyaməddin və onun ailəsi ilə əlaqəsi kəsilmişdir. Yaşadıqları evlə Famil Piriyevin evi yanbayan yerləşir. X36 ailəsi ilə çox mehriban, hətta bir ailə kimi olmuşdur. Piri ilə Aytac da bir-birilərini qardaş-bacı kimi çox istəmiş, münasibətləri çox yaxşı olmuşlar. 24 fevral 2022ci il tarixdə Piri əsəbi şəkildə evdən çıxmışdır. O da dərhal Pirinin arxasınca getmişdir. Piri Aytacın yaşadığı evə gedərək telefonunda olan Aytacın tanımadıqları oğlanla olan şəklini Aytaca göstərərək həmin oğlanın kim olduğunu soruşmuşdur. Aytac həmin oğlanın kurs yoldaşı olduğunu, aralarında heç bir şəxsi münasibət olmadığını və həmin şəkili də dost olaraq çəkdirdiklərini bildirmişdir. Piri Aytaca hələ atası Familin yeni öldüyünü, ona görə də onun bu hərəkətinin düzgün olmadığını bildirmişdir. Aytacın anası Maral da Pirini dəstəkləmiş və Piriyə çıxıb getməsini və Aytaca baş qoşmamasını söyləmişdir. O, Piri ilə evə qayıtmışdır. Bu söhbətdən sonra Piri Aytacın yaşadığı evə gedib-gəlsə də, bir daha Aytacla həmin məsələ ilə bağlı söhbət və ya mübahisə etməmişdir. Hadisə olan günü, yəni 27 fevral 2022-ci il tarixdə o, həyətyanı sahədə işləmişdir. Maral da oğlu Rəşadla öz sahələrində işləmişdir. X15 ağlayaraq Pirinin idarə etdiyi avtomobillə Aytacı apardığını deməsini eşitmişdir. O, dərhal yola çıxmış, lakin onları görə bilməmişdir. Daha sonra o, evə qayıtmışdır. Aytacın qardaşı Rəşad isə onları axtarmağa getmişdir. Təxminən yarım saat sonra Aytacın anası Maral ağlayaraq onların yaşadığı evə gəlmiş və Pirinin Aytacı öldürdüyünü demişdir. Təqsirləndirilən şəxs mərhum Aytac Piriyevanı tanımadıqları oğlanla şəkil çəkdirməsindən qısqanaraq ailələrinin adına ləkə yaxmasından şübhələnərək qəsdən öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X26 ifadəsində göstərmişdir ki, mərhum Aytac Piriyeva onun bacısıdır. Onlar ailədə 03 uşaq olmuşlar. Aytac evin ən böyük övladı, o isə evin balaca övladı olmuşdur. Aytac xaraktercə sakit, mərifətli, həm ailələrində, həm də ər evində hörmət qazanmış bir insan olmuşdur. Aytac Piriyeva 2017-ci il tarixdə X10 ilə ailə həyatı qurmuşdur. Aytacın bu evlilikdən Fazil adlı oğlu dünyaya gəlmişdir. Aytac Niyaməddinlə ailə həyatı qurmaq üçün qaçmış, onların toyu olsa da, aralarında rəsmi nikah olmamışdır. Niyaməddin tez-tez işləmək üçün Ukrayna Respublikasının Odessa şəhərinə gedib-gəlmişdir. Niyaməddin, Odessa şəhərində xırda bizneslə məşğul olmuşdur. Aytac yeni ailə həyatı qurduğu vaxtlar onunla Niyaməddinin münasibəti yaxşı olmuşdur. Lakin bir müddət keçdikdən sonra onların münasibətləri pisləşməyə doğru getmişdir. Belə ki, Niyaməddin Aytaca telefon işlətməyə icazə verməmişdir. 2020-ci ilin yanvar ayında Aytac azyaşlı övladı Fazillə birlikdə ata evinə gəlmişdir. Onlar Aytacdan niyə gəldiyini soruşduqda Aytac, Niyaməddinin artıq onu istəmədiyini və ona görə də orada yaşaya bilmədiyini demişdir. Aytac təxminən 03 gün ata evində qalmışdır. Daha sonra anası Maral Piriyeva ailəsinin dağılmaması üçün Aytacı və oğlu Fazili əri Niyaməddinin evinə geri qaytarmışdır. Ancaq bir neçə gün sonra Aytac yenə anasına zəng edərək orada yaşaya bilmədiyini, burada qalacağı halda dözə bilməyib özünü öldürəcəyini demişdir. Belə olan halda anası X44 Piriyevin anası Şahid1 ilə birlikdə Aytacı ata evinə gətirmişlər. Həmin vaxtdan etibarən Aytac və oğlu Fazil onlarla birlikdə yaşamışdır. Bu müddət ərzində bacısı Aytacın əri Niyaməddin və onun ailəsi ilə əlaqəsi kəsilmişdirdi. Təqsirləndirilən şəxs onun əmisi oğludur. X52 xx.xx.2020-ci il tarixdə xərçəng xəstəliyindən ölmüşdür. Yaşadığı evlə X52in yaşadığı ev yanbayan yerləşir. X42 ailəsi ilə çox mehriban, hətta bir ailə kimi olmuşlar. Piri ilə Aytac da bir-birilərini qardaş-bacı kimi çox istəmiş, münasibətləri çox yaxşı olmuşdur. Digər bacısı Şahid3 17 noyabr 2018-ci ildə ailə həyatı quraraq ayrı yaşayır. X45 xx.xx.2021-ci il tarixdə xərçəng xəstəliyindən vəfat etmişdir. Aytac və oğlu Fazil onlarla birlikdə yaşamağa başladıqdan sonra anası Aytacın iş tapa bilməsi üçün onu kompüter kursuna yazdırmışdır. Aytac 03 ay ərzində həmin kursa getmiş, 24 fevral 2022-ci il tarixdə Aytacın 03 aylıq kursu bitmişdir. Saat 16 radələrində Təqsirləndirilən şəxs əsəbi şəkildə yaşadığı evə gələrək telefonunda olan Aytacın tanımadığı oğlanla olan şəklini Aytaca göstərərək həmin oğlanın kim olduğunu soruşmuşdur. Aytac həmin oğlanın kurs yoldaşı olduğunu, aralarında heç bir şəxsi münasibət olmadığını və həmin şəkili də dost olaraq çəkdirdiklərini bildirmişdir. Piri Aytaca X45in yeni öldüyünü, ona görə də onun bu hərəkətinin düzgün olmadığını demişdir. Anası Maral da Pirini dəstəkləmiş və Piriyə çıxıb getməsini, Aytaca baş qoşmamasını söyləmişdir. O Piriyə bu məsələni çox da böyütməməsini və lazım gələrsə oğlanı tapıb onunla söhbət edəcəklərini söylədikdə, Piri də onunla razılaşmış və ona xəbər edəcəyini deyib çıxıb getmişdir. Bu söhbətdən sonra Piri yaşadığı evə gəlib-getsə də, bir daha Aytacla həmin məsələ ilə bağlı söhbət və ya mübahisə etməmişdir. Hadisə olan günü, yəni 27 fevral 2022-ci il tarixdə o, anası Maral Piriyevlə həyətyanı sahədə işləmişlər. Aytac isə evdə yatmışdır. Saat 10 radələrində Aytac yuxudan oyanmışdır. Bu zaman Pirinin qardaşı arvadı Elgül Piriyeva evə gələrək Aytaca Pirinin onu çağırdığını söyləmişdir. Anası Maral onların yenə dalaşmaması üçün Aytaca getməməsini söyləsə də, Aytac Pirinin onu nə üçün çağırdığını bilmək və söhbət etmək üçün getmək istədiyini bildirərək oğlu Fazillə getmişdir. Təxminən 5-6 dəqiqə sonra Fazil ağlayaraq geri qayıtmış və Pirinin idarə etdiyi avtomobillə anası Aytacı apardığını demişdir. Onlar dərhal təlaşlı şəkildə yola çıxaraq Aytac və Pirini axtarmış, lakin görə bilməmişlər. O, anasını evə göndərmiş və özü isə dağa tərəf gedərək Aytac və Pirini axtarmağa başlamışdır. Bu zaman o, Tural Əhmədov və Elşən Aslanovla qarşılaşmışdır. Tural Əhmədov və Elşən Aslanov ondan hara getməyini soruşmuşular. O isə bu barədə danışmaq istəmədiyi üçün onlara heç nə deməmişdir. Elşən ona evə qayıtmsını və onların da gələcəyini demişdir. O razılaşıb evə qayıtmışdır. Təxminən 20 dəqiqə sonra dayısı Şahid8 təlaşlı şəkildə yaşadığı evə gələrək Aytacın harada olduğunu soruşmuşdur. Anası isə Pirinin Aytacı apardığını demişdir. Bu zaman dayısı Mahmud ağlayaraq Pirinin Aytacı öldürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs mərhum bacısı X33 adlı oğlanla şəkil çəkdirməsindən qısqanaraq ailələrinin adına ləkə yaxmasından şübhələnərək qəsdən öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində göstərmişdir ki, mərhum Aytac Piriyeva onun ərinin əmisi qızıdır. Aytac və Pirinin münasibətləri çox yaxşı olmuşdur. 19 fevral 2022-ci il tarixdə qayınatası, yəni Pirinin atası Əli Piriyevin ölümünün il dönümü mərasimi olmuşdur. Aytac da orada olmuşdur. Aytac ona yaxınlaşaraq Rəşad adında oğlanla bir-birilərini sevdiklərini demişdir. O, Aytacın oğlanla harada tanış olduğunu soruşduqda, o, Rəşadla “Tik-Tok” sosial şəbəkəsində tanış olduğunu bildirmişdir. O, Aytaca evli olduğunu, hətta övladının da olduğunu deyərək onun bu hərəkətinin düzgün olmadığını bildirmişdir. X46 bir-birilərini sevdiklərini deyərək onunla razılaşmamışdır. 24 fevral 2022-ci il tarixdə Aytacın istifadəsində olan “Vatsap” sosial şəbəkəsinin statusunda tanımadığı oğlanla şəklini paylaşdığını görmüşdür. O, Aytacdan bu oğlanın kim olduğunu soruşduqda, Aytac, oğlanın Rəşad olduğunu və həmin gün onunla görüşdüyünü demişdir. Həmin vaxt Piri də evdə olmuşdur. Bir az keçdikdən sonra Piri əsəbi şəkildə evdən çıxmış, 5-10 dəqiqə sonra o da Aytacın yaşadığı evə getmişdir. O, evə çatanda Pirinin Aytacla həmin şəkilə görə mübahisə etdiyini öyrənmişdir. Lakin Piri evdə olmamışdır. Bundan sonra Piri ilə Aytac arasında bu barədə heç bir söhbət və ya mübahisə olmamışdır. Hadisə günü, yəni 27 fevral 2022-ci il tarixdə o, evdə omuş, saat 10 radələrində o, övladlarına yemək hazırlayarkən Piri ondan Aytacı çağırmasını istəmişdir. O, Piridən Aytacı nə üçün çağırtdırdığını soruşduqda, Piri Aytacla işinin olduğunu söyləmişdir. O, Aytacın yaşadığı evə getmiş və Pirinin onu çağırdığını bildirmişdir. Bu zaman evdə Maral Piriyeva və Rəşad Piriyev olmuşlar. Aytacın anası Maral onların yenə dalaşmaması üçün Aytaca getməməsini demişdir. X47 nə üçün çağırdığını bilmək və söhbət etmək üçün getmək istədiyini bildirərək getmişdir. Aytacın oğlu Fazil də onunla birlikdə getmişdir. O da övladı ağladığı üçün öz evinə qayıtmışdır. O, Pirinin Aytacla qapının yanında söhbət edəcəklərini düşünmüşdür. O, Pirinin Aytacı aparacağından məlumatı və xəbəri olmamışdır. Təxminən yarım saat sonra Aytacın anası Maral ağlayaraq yaşadığı evə gəlmiş və Pirinin Aytacı öldürdüyünü demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 ifadəsində göstərmişdir ki, mərhum Aytac Piriyeva onun tanışı olmuşdur. O, Aytac Piriyeva ilə təxminən 2022-ci ilin fevral ayının əvvəllərində “Tik-Tok” sosial şəbəkəsində tanış olmuşdur. O, həmin sosial şəbəkə vasitəsilə Aytac Piriyevanın telefon nömrəsini almış və onlar “Vatsap” sosial şəbəkəsində danışmağa başlamışlar. O, Aytacla bir müddət danışdıqdan sonra bu barədə əmisi oğlu Şahid6 demiş və Aytacın rəfiqəsi Ayselin Eşqinlə münasibətini təşkil etmişdir. Daha sonra onlar qızlarla Şəmkir rayonunda görüş təyin etmişlər. O, Eşqinlə birlikdə 24 fevral 2022-ci il tarixdə, saat 11 radələrində Eşqinin qardaşına məxsus “Mercedes” markalı avtomobillə Şəmkir rayonu ərazisində yerləşən “Romantik” restoranına getmişlər. Onlar həmin restoranın yerləşdiyi küçəyə çatmış və Aytacla Aysel onların avtomobilinə əyləşmişlər və onlar həmin restorana getmişlər. Onlar restoranda ayrı-ayrı kabinetlərdə əyləşmişlər. O, Aytacla, Eşqin isə Aysellə birlikdə əyləşmişdir. Onlar kabinetdə olarkən sadəcə söhbət etmiş və yemək yemişdir. Daha sonra Eşqinlə Aysel onların əyləşdiyi kabinetə gələrək xatirə üçün kollektiv şəkil çəkdirmişlər. Onlar təxminən 40-50 dəqiqə oturduqdan sonra Samux rayonuna qayıtmışlar. Aytacla Aysel isə evə gedəcəklərini deyərək oradan uzaqlaşmışlar. Onlar restorandan çıxarkən Aytac ona evli olduğunu və himayəsində azyaşlı övladının olduğunu demişdir. Bunu biləndən sonra o, Aytacla münasibətini kəsmək qərarına gəlmişdir. Həmin günü saat 17 radələrində Aytac ona mesaj yazaraq əmisi oğlu Təqsirləndirilən şəxs Aytacın “Vatsap” sosial şəbəkəsinin statusunda onunla olan şəkillərini gördüyünü və buna görə də ailəsində problem yarandığını demişdir. Biraz keçdikdən sonra Aytac yenə ona mesaj yazaraq problemin həll olunduğunu demişdir. Lakin o, Aytaca daha münasibəti kəsməli olduqlarını və evli olduğu üçün münasibət saxlamalarının düzgün olmadığını demişdir. Aytac əvvəl buna etiraz etsə də, onunla razılaşmışdır. Bundan sonra Aytacla aralarında heç bir danışıq olmamışdır. O, Aytacın öldüyü xəbərini 28 fevral 2022-ci il tarixdə xəbərlər proqramından öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid6 ifadəsində Şahid5 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində şahid X26 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, mərhum Aytac Piriyeva onun həmkəndlisi olmaqla yanaşı, həm də uzaq qohumudur. Hadisə günü, yəni 27 fevral 2022-ci il tarixdə o, İrmaşlı kəndində usta olaraq tikintidə işləmişdir. Saat 12 radələrində “Eliş” ləqəbi ilə tanıdığı həmkəndlisi ona zəng edərək həyəcanlı şəkildə onu işlətdiyi marketin qarşısına çağırmışdır. O, dərhal kənddə “Şəmilin mağazası” kimi tanınan marketin qarşısına getmişdir. O, ora çatanda Elişin Təqsirləndirilən şəxs ilə marketin qarşısında dayandıqlarını və Pirinin əlinin qana bulaşdığını görmüşdür. Pirinin idarə etdiyi zolağı qırmızı rəngli “VAZ- 2107” markalı avtomobil də orada dayanmışdır. O, nə baş verdiyini soruşduqda, Eliş Pirinin əmisi qızı Aytacın başını kəsərək öldürdüyünü demişdir. Belə olan halda o, Pirini idarə etdiyi “VAZ 2107” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirib Zəyəm polis bölməsinə doğru yola düşmüşdür. Onlar İrmaşlı kəndinin mərkəzinə çatdıqda Piri ürəyinin sıxıldığını demiş və avtomobili saxlamağını istəmişdir. O, avtomobili saxlamış və Piri avtomobildən düşərək “hər kəsin nəslində bir dənə pozğun var, mən öz pozğunumu öldürdüm, siz də gedin öldürün”-deyə əsəbi şəkildə qışqıraraq danışmağa başlamışdır. O, avtomobildən düşərək Pirini zorla avtomobilə əyləşdirmiş və avtomobili sürüb Zəyəm polis bölməsinə doğru getmişdir. Onlar Zəyəm polis bölməsinin qarşısına çatmış və o, Piriyə gedib təslim olmağını demişdir. Piri avtomobildən düşmüş və polis bölməsinin inzibati binasına daxil olmuşdur. O da Aytacın yaşadığı evə getmişdir. O, ora çatanda evdə xeyli insan toplaşdığını görmüşdür. O, orada olan insanlardan hadisənin necə baş verdiyini soruşduqda, Pirinin Aytacı tanımadığı oğlanla şəkil çəkdirməsindən qısqanaraq ailəsinin adına ləkə yaxmasından şübhələnərək qəsdən öldürdüyünü öyrənmişdir. Təqsirləndirilən şəxs Aytac Piriyevanı öldürməzdən əvvəl bu barədə heç vaxt danışmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, mərhum Aytac Piriyeva bacısı qızıdır. Hadisənin baş verdiyi gün, yəni 27 fevral 2022-ci il tarixdə o, Şəmkir rayonu, İrmaşlı kəndinin mərkəzində yerləşən çayxanada olmuşdur. Saat 12 radələrində həmkəndlisi Elsevər adlı şəxsin idarə etdiyi etdiyi “VAZ 2107” markalı avtomobilin yüksək sürətlə gəldiyini və qəfil tormoz verib dayandığını görmüşdür. Avtomobil dayanmış və Piri avtomobildən düşərək, – “Hər kəsin nəslində bir dənə pozğun var, mən öz pozğunumu öldürdüm, siz də gedin öldürün”, – deyə əsəbi şəkildə qışqıraraq danışmağa başlamışdır. Elsevər də avtomobildən düşərək Pirini avtomobilə əyləşdirmiş və avtomobili sürüb getmişdir. O, ilk öncə heç nə başa düşməmişdir. Daha sonra o, bacısı Marala zəng etmiş, telefona zəng çatmamışdır. Belə olan halda bacısı oğlu Rəşad Piriyevə zəng etmişdir. Lakin Rəşad da zənginə cavab verməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evlə bacısı Maralın yaşadığı ev yanbayan yerləşdiyindən və Maral Pirinin ailəsi ilə çox yaxın olduğundan o, Pirinin kiminləsə dalaşdığını düşünüb xəbər almaq üçün bacısı Marala və onun oğlu Rəşada zəng etmişdir. Onlar etdiyi zənglərə cavab vermədiyi üçün o, narahat olmuş və bacısı Maralın evinə getmişdir. O, evə çatanda bacısı Maralın oğlu Rəşad və nəvəsi Fazil ilə birlikdə Pirinin yaşadığı evdən çıxdıqlarını görmüşdür. Bacısı Maral onun nə səbəbə gəldiyimi soruşmuşdur. O, Pirinin kiminlə dalaşdığını soruşduqda, Maral həyəcanlı şəkildə Aytacı idarə etdiyi avtomobillə harasa apardığını demişdir. Belə olan halda onlar Pirinin Aytacı öldürdüyünü başa düşmüşlər. Biraz keçdikdən sonra bacısı Maralın evinə Şəmkir rayon polis şöbəsinin əməkdaşları gəlmiş və onlar da Pirinin Aytacı öldürdüyünü təsdiq etmişlər. Təqsirləndirilən şəxs ilə Aytac Piriyeva arasında münasibətlər çox yaxşı olmuşdur. Onlar bir-birilərini qardaş-bacı kimi çox istəmişlər. Təqsirləndirilən şəxs Aytac Piriyevanı öldürməzdən əvvəl onu öldürəcəyi barədə heç vaxt danışmamışdır. Təqsirləndirilən şəxs bacısı qızı Aytac Piriyevanı tanımadığı oğlanla şəkil çəkdirməsindən qısqanaraq ailəsinin adına ləkə yaxmasından şübhələnərək öldürmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işi başlanması haqqında” qərardan görünür ki, həmin cinayət işi Şəmkir rayon prokuroru, baş ədliyyə müşaviri Azər Hətəmov tərəfindən 27 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas 27 fevral 2022-ci il tarixdə saat təxminən 10:30-da Şəmkir rayonu, İrmaşlı kənd sakini Təqsirləndirilən şəxs Şəmkir rayonunun İrmaşlı kəndində “Sulu Dərə” adlandırılan ərazidə qısqanclıq niyyətilə kustar üsulla hazırlanmış mətbəx bıçağı ilə əmisi qızı Şəmkir rayonu, İrmaşlı kənd sakini, xx.xx.1998-ci il təvəllüdlü X11 boğaz nahiyəsini kəsərək qəsdən öldürməsi faktına görə Şəmkir rayon prokurorluğunda toplanmış ilkin yoxlama materialı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, hadisə yerinə və avtomobilə baxış keçirilməsi barədə 27 fevral 2022-ci il tarixli protokolldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Şəmkir şəhər mərkəzindən qərb istiqamətdə 17 km məsafədə yerləşən rayonun İrmaşlı kəndindəki “Sulu Dərə” adlanan meşəlik ərazidir. Həmin əraziyə rayonun Şiştəpə və İrmaşlı kəndindən keçən avtomobil yolu və həmin yoldan meşəlik əraziyə ayrılan torpaq örtüklü yolla gedilir. Hadisə yerinə gedən torpaq örtüklü yolun hər iki tərəfində müxtəlif hündürlükdə olan ağac və kol bitkiləri mövcuddur. Hadisə yeri dağlıq-təpəlik-meşəlik yerlərdən ibarətdir. Hadisə yerinə gedən avtomobil yolu torpaq örtüklü olub çınqıl daşla qarışıqdır. “Sulu Dərə” adlanan ərazi istiqamətində gedən yolun əks tərəfi, yəni İrmaşlı kəndi istiqamətində olan yol yoxuş istiqamətlidir. Torpaq yolun qurtaracağındakı kiçik sahəli talaya tərəf baxdıqda mərkəzi hissədə, yəni torpaq yolun qurtaracağından 8,2 metr məsafədə üzü üstə qadın meyiti vardır. Meyitin olduğu yerin arxa tərəfi qayalıq sahə ilə əhatə olunmuşdur. Talanın mərkəzinə tərəf gəldikdə hadisəni törətdikdən sonra könüllü surətdə özünü Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə təqdim edərək törətdiyi cinayət əməlini etiraf etmiş Təqsirləndirilən şəxs hadisə yerini göstərərək meyitin əmisi qızı X16 məxsus olduğunu və bu gün, yəni 27 fevral 2022-ci il tarixdə, saat 11 radələrində mərhum Aytac Piriyevanı idarə etdiyi “VAZ 2107” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sözügedən əraziyə gətirərək bıçaqla xəsarət yetirib qəsdən öldürməsini bildirmişdir. Aytac Piriyevanın meyitinin yerləşdiyi istiqamətdə baş nahiyəsindən 1 (bir) metr məsafədə dəstəyi gümüşü rəngli və tiyəsinin üzərində qanabənzər şübhəli ləkələr olan bıçaq vardır. Təqsirləndirilən şəxs əli ilə meyiti və bıçağı göstərərək idarə etdiyi avtomobildə müxtəlif ölçülü 2 (iki) ədəd bıçağın olduğunu, lakin cinayəti məhz həmin bıçaqla törətdiyini, digər bıçağı isə istifadə etməyib, hadisəni törətdikdən sonra İrmaşlı kəndinə qayıdan zaman onu yol kənarı əraziyə atdığını bildirdi. Hadisə yerində aşkar edilmiş bıçaq şərti olaraq 1 (bir) nömrə ilə, gölməçə şəkilli qanabənzər şübhəli ləkələrlə örtülü olan torpaq örtüyü şərti olaraq 2 (iki), meyit yerləşdiyi sahə isə şərti olaraq 3 (üç) nömrəsi ilə işarələndi. Şərti olaraq 2 (iki) nömrəsi ilə nömrələnmiş gölməçə şəkilli qanabənzər şübhəli ləkələrdən 05 (beş) ədəd pambıq çöplə nümunə götürüldü. X25 meyitini arxası üstə çevirdikdə üz və boğaz nahiyəsində qanabənzər şübhəli ləkələr olduğu, boğaz nahiyəsinin isə böyük ölçülüdə kəsildiyi və Aytac Piriyevanın hər iki əlinin pres kəndirlə bağlanması müşahidə edilir. X25 meyitinin yerləşdiyi yerin ətrafında gölməçə şəkilli qanabənzər şübhəli ləkələr vardır. Aytac Piriyevanın meyiti olduğu istiqamətin yuxarısında yerləşən, şərti olaraq 4 (dörd) nömrəsi ilə işarələnmiş daş kəsəyindən 2,8 metr, həmin istiqamətdə yerləşən, şərti olaraq 5 (beş) nömrəsi ilə işarələnmiş çoxillik kol bitkisinin mərkəzindən 3,2 metr və şərti olaraq 6 (altı) nömrəsi ilə işarələnmiş daş kəsəyindən 3,7 metr məsafədə və şərti olaraq 7 (yeddi) nömrəsi ilə işarələnmiş qayalıq sahənin qurtaracağından 6,4 metr məsafədə yerləşir. İş üçün əhəmiyyət kəsb edə biləcəyindən hadisə yerindən aşkar edilmiş, dəstəyi gümüşü rəngli və tiyəsinin üzərində qanabənzər şübhəli ləkələr olan bıçaq və qanabənzər ləkələrdən 05 (beş) ədəd pambıq çöplə nümunələr tərəfimdən götürülərək müvafiq qaydada qablaşdırıldı və möhürləndi. X2 meyiti xarici baxış keçirilməsi və məhkəmə-tibbi ekspertizası təyin edilməsindən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Pataloji anatomiya X37 Şəxsinin Şəmkir rayon şöbəsinə göndərildi. Daha sonra isə Təqsirləndirilən şəxs tərəfindən digər bıçağın atıldığı yerə gedildi. Hadisə baş verən yerdən 1,1 kilometr məsafədə, torpaq yolun kənarında Təqsirləndirilən şəxs avtomobilin saxlanılmasını xahiş etdi və poıis əməkdaşlarının müşayiəti ilə cinayəti törədib geri qayıdarkən digər bıçağı atdığı yeri və dəstəyi şəffaf rəngli olan bıçağı göstərdi. İş üçün əhəmiyyət kəsb edə biləcəyindən dəstəyi şəffaf rəngli olan bıçaq götürülərək müvafiq qaydada qablaşdırıldı və möhürləndi. Daha sonra Şəmkir rayonu, İrmaşlı kəndindəki torpaq yolun kənarında Təqsirləndirilən şəxs “VAZ 2107” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili göstərərək hadisə yerinə həmin avtomobillə getdiyini, cinayəti törətdikdən sonra isə sözügedən avtomobillə İrmaşlı kəndinə qayıdaraq onu yol kənarında saxladığını bildirdi. Avtomobilin saxlanıldığı yerə, “Şəmilin mağazası” adlandırılan marketin qarşısına gedilərək tərəfimizdən avtomobilə baxış keçirildi. Avtomobilə baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı 4 (dörd) yerlik minik avtomobili zoğalı rəngli, 4 (dörd) qapılıdır (iki qapı avtomobilin ön sağ və sol, iki qapı arxa sağ və sol tərəfində). Təqsirləndirilən şəxs əli ilə avtomobili göstərərək hadisə zamanı “VAZ-2107” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini, X25 avtomobildən düşüb qaçmasının qarşısını almaq üçün avtomobilin qabaq sağ qapısının cəftəsini və şüşə qaldıranını sındırdığını, hadisə zamanı avtomobilə heç bir zədə yetirilmədiyini bildirdi. Həmin qapının içəri tərəfdən açılıb-bağlanmasını yoxladıqda, qapının içəridən açılıb-bağlanmasının mümkün olmadığı müəyyən edildi. Avtomobilə baxış keçirilən zaman avtomobilin sol arxa işığının qırıq vəziyyətdə olduğu aşkar edildi. Həmçinin avtomobilin sol arxa künc hissəsi əzilmiş və nisbətən təmir edilmiş vəziyyətdədir. Avtomobilə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir əşya, predmet aşkar edilməmiş və götürülməmişdir. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən “VAZ-2107” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilərək cinayət işinə əlavə edilsin və Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin avtomobil duracağında saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 fevral 2022-ci il tarixli meyitə baxış keçirilməsi barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, meyit qadın cinsli, Şəmkir rayonu, İrmaşlı kənd sakini, xx.xx.1998-ci il təvəllüdlü X23 olmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X37 şəxsinin Şəmkir rayon şöbəsinin meyitxanasında təşrih masası üzərinə uzadılmışdır. Meyitin əynində qırmızı rəngli, önü zəncirbəndli, qolsuz gödəkcə, zoğalı rəngli hündür yaxalıqlı kofta, qara rəngli qadın büsqalteri, qara rəngli cins şalvar vardır. Meyitin boyu 157 santimetrdir. Meyitin hər iki əli bilək nahiyədən ağ rəngli pres kəndirlə bağlanmışdır. Pres kəndirin düyünü əllə açılaraq götürüldü. Başında saçları qara-qonur rəngdə olub, 30-35 sm uzunluqdadır. Gödəkcə və koftanın yaxalıq və ön səthi qanla bulaşmışdır. Meyitin üzünün sol yarısı, boynu və döş qəfəsinin ön səthi qana bulaşmış vəziyyətdədir. Meyit qacıması müşahidə olunan əzələ qruplarında kafi dərəcədə inkişaf etmişdir. Meyit ləkələri adacıq şəklində olmaqla zəif inkişaf etmişdir. Gözləri qapalıdır, burun dəliklərində qurumuş qan izləri vardır. Ağzı yarımaçıqdır və ağız boşluğunda qan izləri vardır. Boynun ön səthində sol qulaq seyvanının sırğalıq nahiyəsindən 3 sm aşağıdan başlayaraq boynun sağ yan səthində qulaqarxası nahiyədə tüklü-tüksüz hissə sərhəddinədək davam edən 24 x 2 sm ölçüdə onurğa sütununadək davam edən kəsilmiş yara vardır. Yara mənfəzində qırtlağın yuxarı kənar səviyyəsindən kəsilməsi, qida borusunun, boyun arteriya və venalarının kəsilməsi görünür. Yara kənarında əlavə 02 (iki) ədəd səthi kəsiklər vardır. Boyunun ön səthində və sağ yan səthində 15 x 4 sm ölçüdə arası kəsilən qırmızımtıl-bənövşəyi rəngdə qançır vardır. Hər iki əl pəncəsi qana bulaşmış vəziyyətdədir. Sağ əlin bilək nahiyəsində və sağ saidin aşağı 1/3-də 0,5 sm enində, eləcə də sol bilək nahiyəsində 0,4 sm enində qapanan stranqulyasiya şırımı vardır. Meyitin dişləri təbii və zədəsizdir. Boynu gövdəyə uyğun inkişaf etmişdir. Döş qəfəsi yastılaşmış silindrik formadadır. Qarnı qabırğa qövsləri səviyyəsindədir və köpməmişdir. Xarici cinsiyyət üzvləri qadın cinslidir, düzgün inkişaf etmişdir. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisi təmiz və zədəsizdir. Yuxarı və aşağı ətraflar düzgün inkişaf etmişdir, əllədikdə sümükləri tamdır. X2 meyitinin xarici müayinəsi zamanı yuxarıda qeyd edilən xəsarətlərdən başqa hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmadı. Meyitin müayinəsi zamanı meyitin əynində olan qırmızı rəngli, önü zəncirbəndli, qolsuz gödəkcə, zoğalı rəngli hündür yaxalıqlı kofta, qara rəngli qadın büsqalteri, qara rəngli cins şalvar və ağ rəngli pres kəndir cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən götürülərək müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 fevral 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, paltarlara baxış keçirilməsi və götürülməsi barədə 27 fevral 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, gödəkcə – qara rəngli dəri gödəkcənin ümumi uzunluğu 75 sm, eni 145 sm təşkil edir. Kurtkanın önü zəncirbəndli olub, yan hissədə cibliklər vardır. Hər iki ciblik zəncirbəndlə açılıb-bağlanır. Kurtkanın boyun və iç nahiyəsi xəz dəri ilə örtülmüşdür. Kurtkanın sol iç hissəsində cib vardır. Cibin altında “HestovrviiO collection” yazısı olan emblemi vardır. Kurtkanın hər iki qol və bel nahiyəsi manjetlidir. Kurtkanın üzərində gözlə görünə bilən zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Köynək- qara rəngli uzunqol köynəyin uzunluğu 62 sm, eni isə 144 sm təşkil edir. Köynəyin üzərində böyük hərflərlə düzbucaqlı lövhələrin içərisində “BLACK” və “WHİTE” yazıları, həmçinin hər iki düzbucaqlı lövhənin arasında kiçik hərflərlə “WHİTE AND BLACK WİLL CHANGE FUTURE AWESOME ENJOY EVERY MOMENT” yazıları vardır. Köynəyin iç boyun nahiyəsində üzərində “BİHOR M” yazısı olan emblem vardır. Köynək çirklidir və üzərində gözlə görünə bilən zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Şalvar- boz rəngli cins şalvarın ümumi uzunluğu 101 sm, eni 45 sm təşkil edir. Şalvarın önü zəncirbəndli olub, ön və arxa hissədə cibliklər vardır. Şalvar önündə zəncirbəndin yuxarı hissəsində qara rəngli metal düymə vardır. Şalvarın sağ araxa bel nahiyəsinə tikişlə bərkidilmiş dəri lövhənin üzərində “X30 Wear Jeans JEANS İNTELLİGENCE DİRECTİVE” yazıları və üzərində “DİRECTİVE” yazısı olan metal emblem vardır. Şalvarın arxa bel nahiyəsinin iç tərəfində üzərində “AUTHENTİC PREMİUM DENİM DİRECTİVE JEANS” yazısı və “DİRECTİVE JEANS 1985” emblemi olan qırmızı rəngli etiket vardır. Şalvarın üzərində gözlə görünə bilən digər zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkcə, qara rəngli uzunqol köynək və boz rəngli cins şalvariş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, paltarlara baxış keçirilməsi barədə 27 fevral 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, gödəkcə – qırmızı rəngli, qolsuz gödəkcənin ümumi uzunluğu 64 sm, eni 47 sm təşkil edir. Gödəkcənin içəri arxa boyun nahiyəsində “KAİZHİXİNU original collection” yazısı olan emblem vardır. Bundan başqa gödəkcənin hər iki aşağı yan tərəfində üzərində “GUAN HUA” yazısı olan ağ-qara rəngli emblemi mövcuddur. Gödəkcənin önü zəncirbəndli olub, hər iki yan hissəsində cibliklər vardır. Hər iki ciblik də zəncirbəndlə açılıb-bağlanır.Gödəkcənin üzərində qana bənzər şübhəli ləkələr vardır. Gödəkcənin sol iç nahiyəsində 11 sm uzunluğunda sökülmə vardır. Gödəkcənin üzərində gözlə görünə bilən digər zədə və sökülmə izi aşkar edilməmişdir. Kofta- zoğalı rəngli uzunqol koftanın ümumi uzunluğu 56 sm, eni 119 sm təşkil edir. Koftanın hər iki çiyin nahiyəsində yarıq vardır. Kofta boğazlı olmaqla, üzəri kvadrat şəkilli naxışlıdır, boğaz və sinə nahiyəsi xətvari və romb şəkilli qaş-muncuqlarla bəzədilmişdir. Koftanın boğaz, sinə və qol nahiyələrində qana bənzər şübhəli ləkələr vardır. Koftanın üzərində gözlə görünə bilən zədə və sökülmə izi aşkar edilməmişdir. Şalvar- qara rəngli cins şalvarın ümumi uzunluğu 87 sm, eni 38 sm təşkil edir. Şalvarın önü zəncirbəndli olub, ön və arxa hissədə cibliklər vardır. Şalvar önündə zəncirbəndin yuxarı hissəsində qara rəngli metal düymə vardır. Şalvarın sol iç bel nahiyəsində üzərində “ SATEEN W: 42” yazısı və digər rəqəm və hərflər olan etiket vardır. Şalvarın sağ diz nahiyəsində 2 sm ölçüdə və sağ arxa yuxarı nahiyəsində isə 2,1 sm ölçüdə sökülmə izi vardır. Şalvar çirklidir və üzərində qanabənzər şübhəli ləkələr vardır. Şalvarın üzərində gözlə görünə bilən digər zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Busqalter- qara rəngli busqalterin ümumi uzunluğu 68 sm, eni isə 13 sm təşkil edir. Busqalterin ön mərkəz hissəsində parlaqlığı seçilən dairəvi qaş vardır. Busqalterin metal arxa keçəcəkləri yerindədir. Hər iki birləşdirici hissəsində heç bir süzülmə yoxdur. Busqalterin üzərində gözlə görünə bilən zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əşyaya baxış keçirilməsi barədə 27 fevral 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, dəstəyi gümüşü rəngli, ümumi uzunluğu 29 sm təşkil edən bıçaq bozumtul-gümüşü rəngli metal materialdan hazırlanmış bıçaq tərəfimizdən aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bıçağın tiyəsinin aşağı kənarı itilənmiş vəziyyətdədir. Yuxarı kənarı isə itilənməmiş vəziyyətdədir. Tiyənin yuxarı hissəsində mişar şəkilli dişlər vardır. Tiyənin üzərində işlənmə izləri və tünd qonur-qəhvəyi rəngli qana bənzər ləkələr müşahidə olunur. Bıçağın tutacaq hissəsində mərkəzə yaxın məsafədə qana bənzər şübhəli ləkə vardır. Bıçağın dəstəyi gümüşü rəngli olmaqla, aluminium materialdan hazırlanmışdır. Dəstəyin alt hissəsində əl barmaqlarının yerləşməsi üçün 04 (dörd) ədəd oval vardır. Dəstəyin üzərində “PUMA” yazısı vardır. Dəstəyin üzərində işlənmə izləri və qonur-qəhvəyi rəngdə ləkələr müşahidə olunur. Bıçağın üzərində olan millər vintlərlə bərkidilmişdir. Cinayət işi üzrə maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş bıçaq müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, bu barədə müvafiq protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əşyaya baxış keçirilməsi barədə 27 fevral 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, içərisi gül naxışlarla bəzədilmiş şəffaf rəngli dəstəyi olan, ümumi uzunluğu 28 sm təşkil edən bıçaq bozumtul-gümüşü rəngli metal materialdan hazırlanmış bıçaq tərəfimizdən aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bıçağın tiyəsinin aşağı kənarı itilənmiş vəziyyətdədir. Yuxarı kənarı isə itilənməmiş vəziyyətdədir. Bıçağın dəstəyi şəffaf rəngli olmaqla, plasmass materialdan hazırlanmışdır. Dəstəyin yuxarı və aşağı kənarı nisbi dalğavari, maili formadadır. Bıçağın üzərində olan millər vintlərlə bərkidilmişdir. Cinayət işi üzrə maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş bıçaq müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, bu barədə müvafiq protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əşyaya baxış keçirilməsi barədə 27 fevral 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ağ rəngli pres kəndirin uzunluğu 115 sm təşkil edir. Kəndir dairəvi formada olub, üzərində qana bənzər şübhəli ləkələr vardır. Cinayət işi üzrə maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən meyitə baxış zamanı aşkar edilərək götürülmüş pres kəndir müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, bu barədə müvafiq protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, 28 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 fevral 2022-ci il tarixli 4(076)-32/2022 saylı “Həbs qətimkan tədbiri seçilməsinə dair” Şəmkir rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 27 fevral 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 28 fevral 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs əli ilə hadisə yerinə idarə etdiyi “VAZ 2107” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəldiyi istiqaməti, “Sulu dərə” deyilən ərazidə, torpaq yolun qurtaracaq hissəsində avtomobili saxladığı yeri, avtomobildən düşüb avtomobilin sağ arxa ayaqaltının üzərindən 02 (iki) ədəd pres kəndiri götürərək avtomobilin ön oturacaq qapısını açdığı, arxasında gizlətdiyi pres kəndirini Aytaca tərəf uzadaraq onun əllərini qabağa uzatdığı vəziyyəti, Aytacın əllərini bağlayıb və avtomobildən düşürdüyü yeri əyani göstərərək, bundan sonra avtomobili ilə 02 metrlik məsafədə qabağa gətirdiyini, həmin əsnada sol əlilə avtomobilin sandıqcasında olan kustar üsulla hazırlanmış bıçağı götürərək 02 metrlik məsafədə qabağa atdığını, daha sonra sol əlilə Aytacın boğaz nahiyəsindən onu boğmağa başladığını, Aytacın heç bir ciddi müqavimət göstərməyərək, – “Məni burax”, – deyə qışqırmağa başladığını, mərhumun müqavimətini qıraraq üzüstə yerə yıxdığını, hər iki dizini Aytacın kürək nahiyəsinə qoyaraq onun hərəkət etməsinə mane olduğunu, Aytacla təxminən eyni məsafədə olan bıçağı sağ əlilə götürərək sol əlilə Aytacın çənə nahiyəsindən yapışdığını, sağ əlində olan bıçaqla boğaz nahiyəsini hissəvi kəsməyə başladığını, Aytacın bədən nahiyəsi titrəməyə və boğaz nahiyəsindən güclü qan axdığını, Aytacın ölməsinə tam əmin olmaq üçün özünü toplayıb ikinci dəfə Aytacın boğaz nahiyəsinə-qığırdaq sümüyü istiqamətində bıçağı möhkəm şəkildə sürtməyə başladığını, Aytacın son xırıltı səslərini eşitdikdən, eləcə də onun öldüyünə tam əmin olduqdan sonra cinayəti törətdiyi bıçağı Aytacın meyitinin sol tərəfinə atdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əmisi qızı Aytac Piriyevanı öldürən zaman etdiyi hərəkətləri könüllü olaraq ifadəsində qeyd etdiyi ardıcıllıqla icra etdi və avtomobilə əyləşib üzü İrmaşlı kəndi tərəf getdiyi istiqaməti göstərmişdir. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs həmin hadisənin törədilməsində başqa hər hansı şəxsin iştirak edib-etmədiyi barədə suallar verilmiş, sonuncu hadisəni tək törətdiyini, başqa şəxsin hadisənin törədilməsində iştirak etmədiyini bildirmiş, Təqsirləndirilən şəxs cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 28 fevral 2022-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin 28 fevral 2022-ci il tarixli, 191-1029- 1222 nömrəli məktubundan görünür ki, 27 fevral 2022-ci il tarixdə saat 12:00 radələrində Şəmkir rayonu, İrmaşlı kənd sakini Təqsirləndirilən şəxs növbətçi hissəyə yaxınlaşıb həmin gün saat 10:30 radələrində Şəmkir rayonu, İrmaşlı kəndi ərazisində yerləşən “Sulu dərə” adlanan yerdə qısqanclıq niyyətilə qisas alıb qəsdən əmisi qızı X11 boyun nahiyəsini kəsib öldürməsi barədə məlumat verərək könüllü təslim olmuşdur. Təqsirləndirilən şəxs həmin saat 12:30 radələrində Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “könüllü gəlib təqsirini boynuna alma barədə” protokoldan görünür ki, 27 fevral 2022-ci il tarixdə saat 12:00 radələrində Şəmkir rayonu, İrmaşlı kənd sakini Təqsirləndirilən şəxs növbətçi hissəyə yaxınlaşıb həmin gün saat 10:30 radələrində Şəmkir rayonu, İrmaşlı kəndi ərazisində yerləşən “Sulu dərə” adlanan yerdə qısqanclıq niyyətilə qisas alıb qəsdən əmisi qızı X11 boyun nahiyəsini kəsib öldürməsi barədə məlumat verərək könüllü təslim olmuşdur. Təqsirləndirilən şəxs həmin saat 12:30 radələrində Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir Mərkəzi Rayon Xəstəxanasının “X48”nin X5 11 mart 2022-ci il tarixli, 72 nömrəli arayışından görünür ki, xx.xx.1998 -ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Şəmkir rayon Konsultativ Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon icra hakimiyyəti başçısının İrmaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 14 mart 2022-ci il tarixli, 84 və 85 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1998-ci ildə Şəmkir rayonu, İrmaşlı kəndində anadan olmuş, Şəmkir rayonu, İrmaşlı kənd inzibati ərazi dairəsində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır. Təqsirləndirilən şəxs ailə üzvləri anası – 1959-cu il təvəllüdlü X17, qardaşı – 1988-ci il təvəllüdlü X31, qardaşı – 1990-cı il təvəllüdlü X39, bacısı – 1988-ci il təvəllüdlü X13 ibarətdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon icra hakimiyyəti başçısının İrmaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 14 mart 2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əşyaya baxış keçirilməsi və götürülməsi barədə 14 mart 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, X16 məxsus qızılı rəngli Samsung Galaxy J7” markalı mobil telefonun “GALERY” hissəsinin “İNSTAGRAM” bölməsinə daxil olduqda X22 Rəşad Mehman oğlu, Şahid6 və X20 ilə birlikdə və “QİSAYOLLAR” bölməsinə daxil olduqda isə X22 Rəşad Mehman oğlu ilə birlikdə foto şəkilinin olduğu müəyyən edilir. X16 məxsus qızılı rəngli “Samsung Galaxy J7” markalı mobil telefon iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 mart 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin xx.xx.2022-ci il tarixli, 191-1441- 1222 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonu, İrmaşlı kənd sakini, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qısqanclıq niyyətilə Şəmkir rayonu, İrmaşlı kəndində “Sulu Dərə” adlandırılan ərazidə əmisi qızı X4 üsulla hazırlanmış mətbəx bıçağı ilə qəsdən öldürən zaman ətrafda heç kəs olmamışdır. Təqsirləndirilən şəxs X27 ilə kiminsə amansız rəftar etməsi, ləyaqətinin mütamadi alçaltması onu təhqir etməsi və ona hədə-qorxu gəlməsi hallarının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs spirtli içkilərə və narkotik maddələr qarşı alüdəçiliyi, eləcə də əmisi qızı X21 qəsdən öldürməzdən əvvəl yaxın qohumları və digər şəxslərlə qarşılıqlı münasibəti və ailə daxili hər hansı bir probleminin olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayəti törətməyə sövq edən, təhrik edən və yaxud cinayətin törədilməsində hər hansı bir şəxs və ya şəxslərin olması müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin xx.xx.2022-ci il tarixli, 191-1440- 1222 nömrəli məktubundan görünür ki, Şəmkir rayonu, İrmaşlı kənd sakini, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və Şəmkir rayonu, İrmaşlı kənd sakini, xx.xx.1998-ci il təvəllüdlü X23 tərəfindən və ya onların barəsində Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə hər hansı bir müraciət daxil olmamış, eləcə də barəsində təqsirləndirici material araşdırılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 28 fevral 2022-ci il tarixli, 182 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət – sağ əlin İ-İİ barmaqlararası nahiyənin sıyrığı KÜT əşyanın təsirindən törənmiş, törənmə müddəti 27 fevral 2022-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 27 fevral 2022-ci il tarixli 09 nömrəli rəyindən görünür ki, 1. X11 meyitinin bədən səthində müxtəlif xarakterli xəsarətlər aşkar edilmişdir. 1.1. Boyunun yuxarı 1/3-nin ön səthində 24x2sm ölçüdə, onurğa sütununa qədər davam edən kəsilmiş yara; Yara kanalı boyunca dəri, dərialtı yumşaq toxumalar, boyun əzələləri, boyun sinir, arteriya və venaları, nəfəs borusu-traxeya, qida borusu tam kəsilmişdir. 1.2. Boyuunun ön və sağ yan səthində arasıkəsilən-fasiləli qançırlar; 1.3. Sağ saidin aşağı 1/3-də və hər iki mil-bilək oynağı nahiyəsində stranqulyasiya şırımları. 2. X11 bədənində aşkar edilmiş, yuxarıda 1.1-ci bənddə göstərilən xəsarət – boyunun yuxarı 1/3-nin kəsilmiş yarası kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, 1.2-ci bənddə göstərilən xəsarət – boyunun ön və sağ yan səthinin arasıkəsilən-fasiləli qançırları KÜT əşya(lar)ın təsirindən törənmişdir, sağ saidin aşağı 1/3-nin və hər iki mil-bilək oynağı nahiyəsinin stranqulyasiya şırımları isə kəndirlə-ilgəklə sıxılması (bağlanması) nəticəsində törənmişdir, həyatidir. 3. X11 boyun nahiyəsindəki kəsilmiş yaranın ölçüsünə və dərinliyinə əsasən onu demək olur ki, həmin xəsarət ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də, eyni konstruktiv xüsusiyyətə malik digər bıçaqla yetirilə bilərdi. X11 bədən səthində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən həmin xəsarətlərin konkret yetirilmə ardıcıllığını təyin etmək mümkün olmadı. Bununla belə, X11 bədən səthində aşkar edilmiş xəsarətlərin lokalizasiyasına, xarakterinə və hər iki əlin ovuc səthində, barmaqlarında kəsilmiş yaraların olmamasına əsasən ehtimal olunur ki, əvvəlcə, hər iki əlləri mil-bilək oynağı səviyyəsində bağlanması nəticəsində stranqulyqsiya şırımları, boyun nahiyəsinin sıxılması nəticəsində qançırlar, boyun nahiyəsinin bıçaqla kəsilməsi nəticəsində kəsilmiş yara əmələ gəlmişdir. 4. Ağırlıq dərəcəsinə görə dərinin, dərialtı yumşaq toxumaların, boyun əzələlərinin, boyun sinir, arteriya və venalarının, traxeya və qida borusunun tam kəsilməsi ilə müşayət olunan, kəskin qanitirməyə səbəb olmuş, boyunun yuxarı 1/3-nin ön səthinin kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdir, boyunun yuxarı 1/3-nin ön və sağ yan səthinin qançırları, sağ saidin aşağı 1/3-nin və hər iki mil-bilək oynağı nahiyəsinin stranqulyasiya şırımları isə sağalmalığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən bədən xəsarətləri əlamətlərinə malikdir. 5. X2 boyun nahiyəsindəki kəsilmiş yaranın lokalizasiyasını, ölçüsünü və dərinliyini, eləcə də, üzün sol yarısının, boyunun və döş qəfəsinin ön səthinin qana bulaşmağını nəzərə alıb, demək olur ki, xəsarət yetirilərkən Aytac Piriyevanın üzüstə uzadılmış vəziyyətdə, xəsarət yetirənin isə onun baş tərəfində olmaqla qarşılıqlı duruş vəziyyətində olması daha çox ehtimal olunur. 6. X2 ölümünə səbəb boyunun ön səthinin boyun arteriya və venalarını zədələyən kəsilmiş yaranın törətdiyi kəskin qanitirmə olmuşdur, ilkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X11 ölümü meyitin müayinəyə başlanmasından 3-5 saat əvvəl baş vermişdir. 7. X3 hamiləlik aşkar edilməmişdir. 8. X11 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatının nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 570/22 nömrəli məktubundan görünür ki, xx.xx.1998-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs və xx.xx.1998-ci ildə anadan olmuş X11 barələrində Şəmkir rayon məhkəməsinə hər hansı müraciət daxil olmamış, həmçinin barələrində təqsirləndirici materiala baxılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks-məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 14 aprel 2022-ci il tarixli, 218/72 nömrəli rəyindən görünür ki, İ. 1. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. İ. 2. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, hadisəni faktiki düzgün qavramış və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk və idarə etmək, baş verən hadisələri düzgün qavramaq iqtidarındadır. İİ. 1. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdipsixoloji xüsusiyyətlərinə malikdir. İİ. 2. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi emosional vəziyyətdə olmuşdur və bunun yaranması səbəblərindən biri qohumu olan zərərçəkmişin “pozğun həyat tərzi keçirməsi” düşüncəsi ola bilər. İİ. 3. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). İİ. 4. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə tibbi-bioloji ekspertizasının 11 aprel 2022-ci il tarixli, 153-MTBŞ/2022 nömrəli rəyindən görünür ki, 1. X11 ABO sistemi üzrə qrup göstəricisi: AB(İV) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. 2. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) /axtarış vərəqəsinin kserosurətinə əsasən/. 3. Ekspertizaya təqdim edilmiş Aytac Piriyevaya məxsus büstqalter, uzunqol kofta, şalvar və qolsuz gödəkcə, metal dəstəkli bıçaq, şəffaf dəstəkli bıçağın tiyəsi, hadisə yerində 05 ədəd gigiyenik çubuqlu pambıq tampona hopdurulmuş nümunə və bir ədəd ip üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “B” antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri AB(İV) qruplu bir şəxsə, o cümlədən X16 məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin Balfa(İİİ) qruplu Təqsirləndirilən şəxs da qarışmış qanı olması mümkündür. 4. Təqdim olunmuş Təqsirləndirilən şəxs uzunqol qoftası, şəffav dəstəkli bıçağın dəstəyi üzərində qan, Təqsirləndirilən şəxs məxsus şalvar və uzunqol gödəkçə üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə tibbi-kriminalistik ekspertizasının 12 aprel 2022-ci il tarixli, 123-MTKŞ/2022 nömrəli rəyindən görünür ki, İ. 1. Ekspertizaya təqdim X16 məxsus gödəkcənin iç səthində solda, astarın sol yan tikişində aşağıda məhdud sökülmə zədəsi aşkar olundu. Bu sökülmə küt qüvvə təsiri ilə gödəkçənin müvafiq nahiyəsinin gərilib-darıtlması nəticəsində əmələ gələ bilərdi. 2. Ekspertizaya təqdim edilmiş X16 məxsus büstqalter, şalvar və koftanın üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 3. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkcə, şalvar və köynəyin üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. İİ. 1. Təqdim olunmuş 1 nömrə ilə işarələnmiş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı mətbəx bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. 2. Təqdim olunmuş 2 nömrə ilə işarələnmiş bıçaq bir tərəfi kəsici ucu batıcı xassəyə malik ov bıçağı tipində kustar üsulu ilə hazırlanmış bıçaqdır və soyuq silah hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 may 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolla götürülmüş dəstəyi gümüşü rəngli, ümumi uzunluğu 29 sm təşkil edən və tiyəsinin üzərində qanabənzər şübhəli ləkələr olan bıçağın, içərisi gül naxışlarla bəzədilmiş şəffaf rəngli dəstəyi olan, ümumi uzunluğu 28 sm təşkil edən bıçağın və hər iki tərəfi qanabənzər ləkələrə batırılmış 05 (beş) ədəd pambıq çöpünün, xx.xx.2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokolla götürülmüş X7na məxsus paltarlar-hadisə vaxtı əynində olan qırmızı rəngli, qolsuz gödəkcənin, zoğalı rəngli uzunqol koftanın, qara rəngli cins şalvarın, qara rəngli busqalterin və ağ rəngli pres kəndirin, xx.xx.2022-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar- qara rəngli, uzunqol gödəkcənin, açıq boz rəngli cins şalvarın və qara rəngli, uzunqol köynəyin, xx.xx.2022-ci il tarixli əşyaya baxış keçirilməsi və götürülməsi barədə protokolla götürülmüş X16 məxsus qızılı rəngli “Samsung Galaxy J7” markalı mobil telefonun öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərlərində hadisənin izlərinin saxlandığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi və Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılması, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən “VAZ-2107” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi və Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin avtomobil duracağında saxlanılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 may 2022-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, 25 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 145.1 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 145.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması və könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar hesab edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmaması isə nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd əməllərlə (hərəkətlərlə) Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki müstəqil cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsussilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 145.1 və 228.4-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, cinayət məcəlləsinin ədalət prinsipinin həyata keçməsinə, cəzanın məqsədlərinə və Təqsirləndirilən şəxs islah olunmasına nail olmaq olar. Eləcə də, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 fevral 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 fevral 2022-ci il tarixli 4(076)-32/2022 saylı “Həbs qətimkan tədbiri seçilməsinə dair” Şəmkir rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 27 fevral 2022-ci il tarixdən hesablanmışdır. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 27 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cidd rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübutlar – Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan dəstəyi gümüşü rəngli, ümumi uzunluğu 29 sm təşkil edən və tiyəsinin üzərində qanabənzər şübhəli ləkələr olan bıçaq, içərisi gül naxışlarla bəzədilmiş şəffaf rəngli dəstəyi olan, ümumi uzunluğu 28 sm təşkil edən bıçaq, hər iki tərəfi qanabənzər ləkələrə batırılmış 05 (beş) ədəd pambıq çöpü məhv edilməli, X7na məxsus paltarlar-hadisə vaxtı əynində olan qırmızı rəngli, qolsuz gödəkcə, zoğalı rəngli uzunqol kofta, qara rəngli cins şalvar, qara rəngli busqalter, ağ rəngli pres kəndir, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar- qara rəngli, uzunqol gödəkcə, açıq boz rəngli cins şalvar və qara rəngli, uzunqol köynək, X16 məxsus qızılı rəngli “Samsung Galaxy J7” markalı mobil telefon, eləcə də Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin avtomobil duracağında saxlanılan “VAZ-2107” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahiblərinə qaytarılmalıdır. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 33 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 198 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 145.1 və 228.4-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddəsi ilə 17 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1-ci maddəsi ilə 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 18 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəli 27 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübutlar – Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan dəstəyi gümüşü rəngli, ümumi uzunluğu 29 sm təşkil edən və tiyəsinin üzərində qanabənzər şübhəli ləkələr olan bıçaq, içərisi gül naxışlarla bəzədilmiş şəffaf rəngli dəstəyi olan, ümumi uzunluğu 28 sm təşkil edən bıçaq, hər iki tərəfi qanabənzər ləkələrə batırılmış 05 (beş) ədəd pambıq çöpü məhv edilsin, X7na məxsus paltarlar-hadisə vaxtı əynində olan qırmızı rəngli, qolsuz gödəkcə, zoğalı rəngli uzunqol kofta, qara rəngli cins şalvar, qara rəngli busqalter, ağ rəngli pres kəndir, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar- qara rəngli, uzunqol gödəkcə, açıq boz rəngli cins şalvar və qara rəngli, uzunqol köynək, X16 məxsus qızılı rəngli “Samsung Galaxy J7” markalı mobil telefon, eləcə də Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin avtomobil duracağında saxlanılan “VAZ-2107” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahiblərinə qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş 33 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 198 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-330/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-330/2022
16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver