Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-330/2023 16.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu (məruzəçi hakim) və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1995-ci ildə Şəmkir rayonu, Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olan və həmin ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylıİ stintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə 2022-ci ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində Kür çayının yaxınlığında boş ərazidə yabanı halda bitmiş çətənə kollarını toplayaraq orada qurutmaqla qanunsuz olaraq əldə etdiyi 2185,5 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı üzərində daşımaqla yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən evin yataq otağında paltar dolabının yanında saxlamış, 05 yanvar 2023-cü il tarixdə saxladığı narkotik vasitə olan qurudulmuş marixuandan bir hissəsini bir ədəd sellofan paketdə qablaşdırıb üzərində daşıyaraq saxlamış, Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Şəmkir rayonu, Mahmudlu kəndində polis əməkdaşları tərəfindən saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynindəki palıdı rəngli gödəkçənin sol hissəsinin iç cibindən bir ədəd sellofan paketdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən şəxsi istehlak miqdarından artıq, 60 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də həmin tarixdə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən yaşadığı evə baxış keçirilərkən oradan yataq otağındakı paltar dolabının qarşısında olan paltarların içərisindən satış məqsədilə saxladığı bir ədəd sellofan paketin içərisində və həmin sellofan paketdə olan ağ rəngli digər sellofan paketin içərisində 16 ədəd bükümlərdə şəxsi axtarış zamanı üzərində aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana ilə eyni tərkibli və xassəli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, bir ədəd sellofan paketin içərisində təmiz çəkisi 2110 qram və həmin sellofan paketdə olan ağ rəngli digər sellofan paketin içərisində ayrı-ayrılıqda 16 ədəd bükümdə bir ədəd kibrit qutusu kəsiyində 1,48 qram, 15 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda 0,81 qram, 0,55 qram, 0,35 qram, 0,72 qram, 0,59 qram, 0,82 qram, 0,48 qram, 1,36 qram, 1,121 qram, 1,15 qram, 0,39 qram, 1,09 qram, 1,48 qram, 1,58 qram və 0,99 qram ümumilikdə 15,5 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2-3 ildir ki narkotik vasitə qəbul edir və narkotik vasitə istifadəçisidir. O, adətən narkotik vasitə marixuana istifadə edir. O, əvvəllər narkotik vasitələr əkib becərmək və onun satışı ilə məşğul olmamışdır. O, narkotik vasitə istifadəçisi olduğu üçün 2022-ci ilin yay aylarında Şəmkir rayonu, Kür çayının sahilində fəhlə kimi işləyən zaman işlədiyi ərazidə yabanı halda bitmiş çətənə kolları görmüş, narkotik vasitə olan marixuana istifadə etdiyi üçün həmin kollardan yığmaq qərarına gəlmişdir. O, yabanı halda bitmiş həmin kollardan bir qədər toplayıb həmin ərazidə qurutmuş, o, ilkin olaraq həmin vaxt marixuananı toplayan zaman məqsədi onu istifadə etmək olmuşdur. O, həmin marixuananı qurutduqdan sonra ağ sellofan paketə yığıb yaşadığı evə gətirib paltar dolabının yanında gizlətmişdir. O, bəzi vaxtlarda həmin marixuanadan müxtəlif miqdarlarda istifadə etmişdir. Həmin narkotikin bir qismini istifadə etmək məqsədi ilə xırda bükümlər halında kağız paketlərə, sellofan paketlərə, konfet paketlərinə yığıb sellofan paketin içərisinə qoyaraq digər marixuana olan sellofan paketin içərisinə qoyub yaşadığı evdə paltar dolabının yaxınlığında olan paltarların içərisində saxlamışdır. 05 yanvar 2023-cü il tarixdə yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində olan zaman Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək özünü şübhəli apardığını, narkotik vasitə gəzdirməkdə şübhəli olduğumu bildirib onu Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə dəvət etmişlər. Onda narkotik vasitə olduğunu deyərək təqdim etməsini bildirmişlər. O da evində narkotik vasitə olduğunu və təqdim edəcəyini bildirmişdir. Sonra yaşadıqları evə gəlmişlər, Evdən özünə məxsus narkotik vasitə olan marixuanadan bir az götürüb polis şöbəsinə qayıtmışlar. Sonra hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulacağı ona elan edilmişdir. Sonra ona dövlət hesabına müdafiəçi təyin edildikdən sonra onun qanunsuz olaraq narkotik vasitələrin saxlanılması, alqı-satqısı ilə məşğul olmaqda şübhəli olduğu izah edilmiş, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində saxladığı hər hansı qanunsuz əşya və predmet, narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya varsa təqdim etməyi təklif edilmişdir. Şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol iç cibində içərisində narkotik vasitə marixuana olan sellofan paketi çıxarıb təqdim etmiş və stolun üzərinə qoymuşdur. Təqdim etdiyi narkotik vasitə elektron tərəzi ilə çəkilmiş və çəkisi sellafon paketlə birlikdə 69 qram olmuşdur. Həmin narkotik vasitə qablaşdırılıb möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı ondan başqa yerdə saxladığı narkotik vasitə olub-olmadığı soruşulduqda yaşadığı evdə saxladığı marixuana olduğunu bildirmişdir. Bundan sonra isə ona yaşadığı evə baxış keçirilməsi zərurəti olduğu izah edilmişdir. O, yaşadığı evə baxış keçirilməsinə narazılığı olmadığını bildirmişdir. Onlar polis əməkdaşları ilə birlikdə yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən fərdi yaşayış evinə getmişlər. Həmin vaxt ona məxsus fərdi yaşayış evinə baxış keçirilməsi ilə etirazı olmadığını bildirmişdir. Evdə olarkən polis əməkdaşları onun və müdafiəçinin iştirakı ilə yaşadığı fərdi yaşayış evinə baxış keçirərkən yataq otağında olan paltar dolabın qarşısında olan paltarların içərisindən sellofan paketdə olan marixuananı çıxarıb təqdim etmişdir. Sellofan paketin içərisində isə bir ədəd ayrı sellofan paketin içərisində 16 ədəd bükümdə olan marixuananı təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitələr hər biri ayrıayrılıqda elektron tərəzi ilə çəkilmişdir. Bir ədəd ağ rəngli sellofan paketin içərisindəki 16 ədəd bükümlə birlikdə elektron tərəzi ilə çəkilən zaman çəkisinin 35 qram olduğu müəyyən edilmişdir. Bir ədəd digər sellofan paketdə olan marixuana elektron tərəzi vasitəsilə çəkilən zaman 2 kiloqram 133 qram marixuana olduğu müəyyən edilmişdir. Ona görə həmin narkotikin çəkisi az olmalı idi.Lakin bilmədiyi səbəbə görə narkotik vasitənin çəkisi çox olmuşdur. O, şəxsi axtarış zamanı üzərindən və yaşadığı evə baxış zamanı yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan marixuananı 2022-ci il tarixdə Şəmkir rayonu, Kür çayının sahilindən yabanı halda bitmiş çətənə bitkilərindən toplayaraq qurudub əldə etmişdir. O, narkotik vasitəni şəxsi istifadə məqsədilə saxlamışdır. Şəxsi axtarış zamanı üzərindən və yaşadığı evə baxış zamanı evdən aşkar olunan narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir. Onun istifadəsində ***-***-**-** saylı telefon nömrəsi onun istifadəsində, ***-***-**-** saylı mobil nömrə isə anası Bənövşə Əliyevanın istifadəsində olmuşdur. Aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuananı satmaq fikri olmadığını, həmçinin yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisi ilə razılaşmadığını, çəkinin artırıldığını, ona məxsus yaşayış evində ümumilikdə 500-600 qram marixuana olduğunu bildirmişdir. Saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilməmişdir. Ona evində olan narkotik vasitədən bir az götürüb üzərinə qoyması sonra güya birinci dəfə saxlanılarkən üzərindən narkotik vasitə aşkar olunması bardə polis əməkdaşlarının təklifi ilə könüllü razı olmuşdur. İbtidai istintaq zamanı ilkin ifadəsini oxumadığı ucün ifadəsində narkotik vasitəni satmaq məqsədi ilə saxlaması barədə yazılanları bilməmişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Şəmkir rayon polis şöbəsinin Kriminalistik Tədqiqatlar qrupunun baş inspektoru vəzifəsində xidmət edir. 05 yanvar 2023-cü il tarixdə xidmətdə olmuş, 05 yanvar 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsininə Şəmkir rayonu, Mahmudlu kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq təxirəsalmaz əməliyyat-axtarış tədbirləri keçirilərək 05 yanvar 2023-cü il tarixdə saat 20:10 radələrində Təqsirləndirilən şəxs Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə gətirilmişdir. Xidməti vəzifəsinin icrası ilə əlaqədar olaraq ona Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılacağı bildirilərək istintaq hərəkətinin aparılmasında iştirak edərək çəkiliş aparmağı tapşırılmışdır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmaq zərurəti olduğu elan edilmişdir. Təqsirləndirilən şəxs müdafiə hüquqları izah edilmiş, dövlət hesabına müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ona üzərində şəxsi axtarış aparılması elan edilmiş, həmin şəxsə hüquq və vəzifələri izah edilərək ondan hər hansı etiraz və ya vəsatəti olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını hüquq və vəzifələrinə dair yazılı bildirişi aldığını, hüquq və vəzifələrinin ona aydın olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkətinin videoçəkiliş vasitəsilə aparılacağı elan edilərək hər hansı etirazı olub-olmadığı soruşulmuşdur. O, şəxsi axtarış istintaq hərəkətinin videoçəkiliş vasitəsilə aparılmasına heç bir etirazının olmadığını bildirmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman ondan üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyərək əynindəki palıdı rəngli gödəkçənin sol cibindən sellafon bükümü çıxararaq masanın üzərinə qoymuş, həmin ağ rəngli sellofan büküm açıldıqda içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğu soruşulduqda “nəşə” olduğunu bildirmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan marixuanaya bənzər kütləni haradan əldə etdiyi soruşulduqda Kür çayının yaxınlığından topladığını, iki-üç il olarki narkotik vasitə istifadə etdiyi bildirmişdir. Təqsirləndirilən şəxs üzərində başqa narkotik vasitə olub-olmadığı soruşulduqda başqa narkotik vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan marixuana elektron tərəzi vasitəsilə çəkilən zaman 69 qram olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs başqa yerdə saxladığı narkotik vasitə, psixotrop maddə və ya digər hər hansı qanunsuz əşya olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs yaşadığı evdə də şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı digər qanunsuz əşya və predmet aşkar edilməmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs narkotik vasitəni hansı müddətdi istifadə etdiyini soruşduqda Təqsirləndirilən şəxs tək yaşadığı üçün 2-3 il olar ki narkotik istifadə etdiyini bildirmiş, Xalidə İsayeva ondan ona qarşı polis əməkdaşları tərəfindən hər hansı zor tətbiq edilib edilmədiyini soruşduqda Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən hər hansı zor tətbiq edilmədiyini, təziq göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilən zaman onun üzərində hər hansı başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış istintaq hərəkəti həyata keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı ona məxsus narkotik vasitə olan marixuana olduğunu bildirdiyindən istintaq hərəkətləri davam etdirilərək Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən onun yaşadığı evə baxış keçirilməsi üçün onun yaşadığı evə gedilmiş, Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evə baxış keçirilməsinə başlanmış, Təqsirləndirilən şəxs onun yaşadığı evə videoçəkiliş vasitəsilə baxış keçirilməsi elan edilmiş, Təqsirləndirilən şəxs etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən yaşayış evinə baxış keçirilməsinə başlanmış, baxış zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı bildirdiyi yaşadığı evdə saxladığı ona məxsus olan narkotik vasitə olan marixuananı təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmuş, həmin evin giriş qapısından daxil olduqda qonaq otağı, həmin otaqdan digər otağa keçdikdə isə yataq otağı olmuş, Təqsirləndirilən şəxs yataq otağına daxil olaraq həmin otaqda girişdən sağda yerləşən paltar dolabının yanına gedərək həmin dolabın qarşısında olan paltarların içərisindən bir ədəd sellofan paket götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan torbanın içərisində bir ədəd ağ rəngli sellofan paket aşkar edilmişdir. Ağ rəngli sellofan paketin içərisinə baxış keçirilən zaman ayrı-ayrılıqda 16 ədəd kağız və konfet kağızı bükümlərində narkotik vasitə olan marixuanaya bənzər kütlələr aşkar edilmiş, həmin ağ rəngli sellofan paket və içərisində olan 16 ədəd büküm elektron tərəzi vasitəsilə çəkilən zaman 35 qram çəkisi olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin nə üçün olduğunu soruşduqda özü çəkmək üçün qablaşdırdığı narkotik vasitə olduğunu demişdir. Təqsirləndirilən şəxs son zamanlar maddi çətinlikləri olduğunu, həmin bükümləri satmaq üçün hazırladığını lakin heç bir şəxsə satmadığını bildirmişdir. Bundan sonra isə digər şəffaf sellofan paketdə olan narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilən zaman 2 kiloqram 133 qram olduğu müəyyən edilmişdir. Bundan sonra hər iki sellofan paketdəki narkotik vasitə olan marixuanaya bənzər kütlələr xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa evin digər hissələrinə baxış zamanı hər hansı qanunsuz əşya və predmet müəyyən edilməmiş, baxış keçirilməsi haqqında müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsində olan zaman ona qarşı hər hansı şəxs tərəfindən hər hansı zor tətbiq edilməmişdir. Məhkəm istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri, yəni saxlanılarkən onun üzərində narkotik vasitə olmaması, evinə gedərək evdən götürdüyü narkotik vasitəni üzərinə qoyub sonradan polisə gələrək üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar oluması və evindən aşkar olunmuş narkotik vasitənin çəkisinin artırılması bardə dediklərinin həqiqətə uyğun olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin Cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan xx xxxxxxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması haqqında ona əməliyyat məlumatı daxil olmuşdur. O, təxirəsalmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi barədə rəhbərliyə raportla müraciət etmiş, Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan Təqsirləndirilən şəxs cinayət törədərkən, yaxud törətdikdən dərhal sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülməsi əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bununla əlaqədar olaraq 05 yanvar 2023-cü il tarixdə saat 20:10 radələrində onlar tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şəmkir rayonu, Mahmudlu kənd sakini Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində saxlanılaraq polis şöbəsinə dəvət edilmişdir. Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiə hüquqları izah edilmiş, Təqsirləndirilən şəxs müdafiəçi tutmaq üçün maddi imkanı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ona üzərində şəxsi axtarış aparılması elan edilmiş, həmin şəxsə hüquq və vəzifələri izah edilərək ondan hər hansı etiraz və ya vəsatəti olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını hüquq və vəzifələrinə dair yazılı bildirişi aldığını, hüquq və vəzifələrinin ona aydın olduğunu bildirmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkətinin videoçəkiliş vasitəsilə aparılacağı elan edilərək hər hansı etirazı olub-olmadığı soruşulmuşdur. O, şəxsi axtarış istintaq hərəkətinin videoçəkiliş vasitəsilə aparılmasına heç bir etirazının olmadığını bildirmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qanunsuz olaraq gəzdirdiyi 69 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış istintaq hərəkəti həyata keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı ona məxsus olan narkotik vasitə olan marixuana olduğunu bildirmiş, bundan sonra istintaq hərəkətləri davam etdirilərək Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən onun yaşadığı evə baxış keçirilməsi üçün onun yaşadığı evə gedilmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evə baxış keçirilməsinə başlanmış, Təqsirləndirilən şəxs onun yaşadığı evə videoçəkiliş vasitəsilə baxış keçirilməsi elan edilmişdir. Təqsirləndirilən şəxs etirazı olmadığını bildirmiş, Təqsirləndirilən şəxs və müdafiəçisi Xalidə İsayevanın iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən yaşayış evinə baxış keçirilməsinə başlanmış, baxış zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı bildirdiyi yaşadığı evdə saxladığı ona məxsus olan narkotik vasitə olan marixuananı təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmuş, həmin evin giriş qapısından daxil olduqda qonaq otağı, həmin otaqdan digər otağa keçdikdə isə yataq otağı olmuş, Təqsirləndirilən şəxs yataq otağına daxil olaraq həmin otaqda girişdən sağda yerləşən paltar dolabının yanına gedərək həmin dolabın qarşısında olan paltarların içərisindən bir ədəd sellofan paket götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan torbanın içərisində bir ədəd ağ rəngli sellofan paket aşkar edilmiş, ağ rəngli sellofan paketin içərisinə baxış keçirilən zaman ayrı-ayrılıqda 16 ədəd kağız və konfet kağızı bükümlərində narkotik vasitə olan marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin ağ rəngli sellofan paket və içərisində olan 16 ədəd büküm elektron tərəzi vasitəsilə çəkilən zaman 35 qram çəkisi olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin bükümlərin nə üçün olduğunu soruşduqda özü çəkmək üçün qablaşdırdığı narkotik vasitə olduğunu demişdir. Təqsirləndirilən şəxs son zamanlar maddi çətinlikləri olduğunu, həmin bükümləri satmaq üçün hazırladığını lakin heç bir şəxsə satmadığını bildirmişdir. Bundan sonra isə digər şəffaf sellofan paketdə olan narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilən zaman 2 kiloqram 133 qram olduğu müəyyən edilmişdir. Bundan sonra hər iki sellofan paketdəki narkotik vasitə marixuanaya bənzər kütlələr xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsi haqqında əməliyyat məlumatları daxil olmuş, lakin onun narkotik vasitəni konkret olaraq kimə satdığını müəyyən etmək mümkün olmamışdır. Məhkəm istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri, yəni saxlanılarkən onun üzərində narkotik vasitə olmaması, evinə gedərək evdən götürdüyü narkotik vasitəni üzərinə qoyub sonradan polisə gələrək üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar oluması və evindən aşkar olunmuş narkotik vasitənin çəkisinin artırılması bardə dediklərinin həqiqətə uyğun olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. xx.xx.2023-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və X3 dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı Şəmkir rayonu Mahmudlu kəndində yerləşən fərdi yaşayış evində narkotik vasitələrin olması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2023-cü il tarixli qərardangörünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və X3 dövriyyəsi ilə məşğul olması məqsədilə onun yaşadığı Şəmkir rayonu Mahmudlu kəndində yerləşən fərdi yaşayış evinə əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(076)-2/2023 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qəbul edilmiş xx.xx.2023cü il tarixli qərar qanuni hesab edilmişdir. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan palıdı rəngli gödəkçənin sol iç cibindən sellofan bükümdə 69 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman oradan bir ədəd sellofan torbanın içərisində bir ədəd ağ rəngli sellofan paketin içərisində 16 ədəd kağız və konfet kağızı bükümlərində 35 ümumi çəkisi 35 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və bir ədəd şəffaf sellofan paketdə 2133 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin Gəncə Regional bölməsinin 06 yanvar 2023-cü il tarixli 16/26 nömrəli rəyinə əsasən polietilen torbadakı, 1 (bir) ədəd ortadan yarı bölünmüş kibrit qutusunda və 15 (on beş) ədəd kağız bükümlərdə olan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 14,73 qram və bir ədəd polietilen torbadakı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 2109,98 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir RPŞ-yə məsul saxlanca verilmişdir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edəcək yazışmalar müəyyən edilməmişdir. Şəmkir Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonu, Mahmudlu kənd sakini Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərində aşkar edilərək götürülmüş və yaşadığı Şəmkir rayonu Mahmudlu kəndində yerləşən yaşadığı evə baxış zamanı aşkar edilərək götürülmüş marixuananı hər hansı şəxsdən satın alması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər ayrı-ayrı şəxslərə narkotik vasitə qurudulmuş marixuana satması haqqında əməliyyat məlumatları əldə edilmişdir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmadığından dindirilməsi üçün istintaqa təqdim edilməsi mümkün olmamışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılamsı haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədilə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılan zaman üzərində aşkar edilərək götürülmüş və yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən evində baxış zamanı evdə aşkar edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində Kür çayına gedən yolun kənarında yabanı halda bitmiş çətənə kollarından toplayaraq əldə etdiyini bildirərək istintaq hərəkətinin iştirakçılarına həmin yeri göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha hadisə yerində təsdiq etmişdir. Bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 16/26 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər narkotik kütlə” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen torbada təmiz çəkisi 60 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş marixuanaya bənzər kütlə” sözləri və imzalar olan polietilen torbadakı təmiz çəkisi 2110 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş marixuanaya bənzər kütlə” sözləri və imzalar olan polietilen torbadakı, 1 (bir) ədəd ortadan yarı bölünmüş kibrit qutusunda və 15 (on beş) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,48 qram, 0,81 qram, 0,55 qram, 0,35 qram, 0,72 qram, 0,59 qram, 0,82 qram, 0,48 qram, 1,36 qram, 1,21 qram, 1,15 qram, 0,39 qram, 1,09 qram, 1,48 qram, 1,58 qram, 0,99 qram, ümumi təmiz çəkisi 15,05 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd kağız paketdə və 2 (iki) ədəd polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 615 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05.01. 2023-cü ildən hesablanmışdır. Şəmkir rayon Konsultativ Poliklinikasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik və narkoloji kabinetlərində qeydiyyata dayanmır. Şəmkir rayonu, Mahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Əliyev X5 rayonu, Mahmudlu kəndində anası X4 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. № 1-19373 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. № 1-8062 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində “Suqovuşanın azad olunması” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmlərin surətindən görünür ki,Əliyev X5 Rayon Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmiş, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən yaşayış evinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin Gəncə Regional bölməsinin 06 yanvar 2023-cü il tarixli 16/26 nömrəli rəyinə əsasən polietilen torbadakı, 1 (bir) ədəd ortadan yarı bölünmüş kibrit qutusunda və 15 (on beş) ədəd kağız bükümlərdə olan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 14,73 qram və bir ədəd polietilen torbadakı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 2109,98 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir RPŞ-yə məsul saxlanca verilmişdir.şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk, fərdi yaşayış evinə baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk və Təqsirləndirilən şəxs qismində videoçəkiliş vasitəsilə dindirilməsi zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərində və yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuananı satmaq fikri olmadığını, həmçinin yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisi ilə razılaşmadığını, çəkinin artırıldığını, bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəm islasında tədqiq olunan Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ilkin ifadəsində göstərmişdir ki, təxminən 2-3 ildir ki narkotik vasitə qəbul edir və narkotik vasitə istifadəçisidir. O, adətən narkotik vasitə marixuana istifadə edir. O, əvvəllər narkotik vasitələr əkib becərmək və onun satışı ilə məşğul olmamışdır. O, narkotik vasitə istifadəçisi olduğu üçün 2022-ci ilin yay aylarında Şəmkir rayonu, Kür çayının sahilində fəhlə kimi işləyən zaman işlədiyi ərazidə yabanı halda bitmiş çətənə kolları görmüş, narkotik vasitə olan marixuana istifadə etdiyi üçün həmin kollardan yığmaq qərarına gəlmişdir. O, yabanı halda bitmiş həmin kollardan bir qədər toplayıb həmin ərazidə qurutmuş, o, ilkin olaraq həmin vaxt marixuananı toplayan zaman məqsədi onu istifadə etmək olmuşdur. O, həmin marixuananı qurutduqdan sonra ağ sellofan paketə yığıb yaşadığı evə gətirib paltar dolabının yanında gizlətmişdir. O, bəzi vaxtlarda həmin marixuanadan müxtəlif miqdarlarda istifadə etmişdir. O, son zamanlarda isə maddi imkanı yaxşı olmadığı üçün həmin marixuananın bir qismini satmaq qərarına gəlmiş, həmin narkotikin bir qismini xırda bükümlər halında kağız paketlərə, sellofan paketlərə, konfet paketlərinə yığıb sellofan paketin içərisinə qoyaraq digər marixuana olan sellofan paketin içərisinə qoyub yaşadığı evdə paltar dolabının yaxınlığında olan paltarların içərisində saxlamışdır. O, son zamanlar maddi imkanı yaxşı olmadığı üçün həmin marixuananın bir qismini satmaq istəmiş, 05 yanvar 2023-cü il tarixdə yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində olan zaman Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək özünü şübhəli apardığını, narkotik vasitə gəzdirməkdə şübhəli olduğumu bildirib onu Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə dəvət etmişlər. Şəmkir rayon polis şöbəsinə gətirildikdən sonra hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulacağı ona elan edilmişdir. Ona öz hesabına müdafiəçi tutmaq, həmçinin dövlət hesabına müdafiəçinin köməyindən istifadə etmək hüququnun olması izah edilmişdir. O, ona dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmiş, ona dövlət hesabına müdafiəçi təyin edildikdən sonra müdafiəçi X7 iştirakı ilə ona təkrarən hüquq və vəzifələri izah edilmişdir. Ona onun qanunsuz olaraq narkotik vasitələrin saxlanılması, alqı-satqısı ilə məşğul olmaqda şübhəli olduğu izah edilmiş, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində saxladığı hər hansı qanunsuz əşya və predmet, narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya varsa təqdim etməyi təklif edilmişdir. Şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol iç cibində içərisində narkotik vasitə marixuana olan sellofan paketi çıxarıb təqdim etmiş və stolun üzərinə qoymuşdur. Təqdim etdiyi narkotik vasitə elektron tərəzi ilə çəkilmiş və çəkisi sellafon paketlə birlikdə 69 qram olmuşdur. Həmin narkotik vasitə qablaşdırılıb möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı ondan başqa yerdə saxladığı narkotik vasitə olub-olmadığı soruşulduqda yaşadığı evdə saxladığı marixuana olduğunu bildirmişdir. Bundan sonra isə ona yaşadığı evə baxış keçirilməsi zərurəti olduğu izah edilmişdir. O, yaşadığı evə baxış keçirilməsinə narazılığı olmadığını bildirmişdir. Onlar polis əməkdaşları ilə birlikdə yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən fərdi yaşayış evinə getmişlər. Həmin vaxt ona məxsus fərdi yaşayış evinə baxış keçirilməsi ilə etirazı olmadığını bildirmişdir. Evdə olarkən polis əməkdaşları onun və müdafiəçisi X7 iştirakı ilə yaşadığı fərdi yaşayış evinə baxış keçirərkən yataq otağında olan paltar dolabın qarşısında olan paltarların içərisindən sellofan paketdə olan marixuananı çıxarıb təqdim etmişdir. Sellofan paketin içərisində isə bir ədəd ayrı sellofan paketin içərisində 16 ədəd bükümdə olan marixuananı təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitələr hər biri ayrı-ayrılıqda elektron tərəzi ilə çəkilmişdir. Bir ədəd ağ rəngli sellofan paketin içərisindəki 16 ədəd bükümlə birlikdə elektron tərəzi ilə çəkilən zaman çəkisinin 35 qram olduğu müəyyən edilmişdir. Bir ədəd digər sellofan paketdə olan marixuana elektron tərəzi vasitəsilə çəkilən zaman 2 kiloqram 133 qram marixuana olduğu müəyyən edilmişdir. Həmin narkotik vasitələr qablaşdırılıb möhürlənərək götürülmüşdür. O, həmin protokolları imzası ilə imzalayaraq təsdiq etmişdir. Vəkili Xalidə İsayeva da imzası ilə həmin protokolları təsdiq etmişdir. Baxış zamanı yaşadığı evdə başqa hər hansı narkotik vasitə, psixotrop maddə və onun prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. O, şəxsi axtarış zamanı üzərindən və yaşadığı evə baxış zamanı yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan marixuananı 2022-ci il tarixdə Şəmkir rayonu, Kür çayının sahilindən yabanı halda bitmiş çətənə bitkilərindən toplayaraq qurudub əldə etmişdir. Daha sonra isə həmin marixuananı yaşadığı evə gətirmişdir. O, narkotik vasitəni şəxsi istifadə məqsədilə üzərində gəzdirmiş və saxlamışdır. Şəxsi axtarış zamanı üzərindən və yaşadığı evə baxış zamanı evdən aşkar olunan narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir. Lakin son zamanlar maddi imkanı yaxşı olmadığı üçün həmin marixuanadan satmaq istəmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X6 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən marixuana-kannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi qurudulmuş 500 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs özünün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək medallarla təltif olunmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasının aşağı hədində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı müddət daxildir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Şəmkir Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən yaşayış evinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin Gəncə Regional bölməsinin 06 yanvar 2023-cü il tarixli 16/26 nömrəli rəyinə əsasən polietilen torbadakı, 1 (bir) ədəd ortadan yarı bölünmüş kibrit qutusunda və 15 (on beş) ədəd kağız bükümlərdə olan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 14,73 qram və bir ədəd polietilen torbadakı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 2109,98 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X6 üzrə Dövlət Komissiyasının Daimi X9 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də 3 ədəd DVD diskin cinayət işinin materialların əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 05 yanvar 2023-cü il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilən və Şəmkir Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən yaşayış evinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin Gəncə Regional bölməsinin 06 yanvar 2023-cü il tarixli 16/26 nömrəli rəyinə əsasən polietilen torbadakı, 1 (bir) ədəd ortadan yarı bölünmüş kibrit qutusunda və 15 (on beş) ədəd kağız bükümlərdə olan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 14,73 qram və bir ədəd polietilen torbadakı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 2109,98 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X6 üzrə Dövlət Komissiyasının Daimi X9 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də 3 ədəd DVD diskin cinayət işinin materialların əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-330/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-330/2023
16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver