Məhkəmə qərarları › İş №1(100)-330/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-330/2025

28.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-330/2025 28.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, X6 və Kərimova Samirə Səbuhi qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X7, Zərərçəkmiş şəxs, barəsində tibbi xarakterli məcburi tədbirlər aparılan şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1984-cü ildə Salyan rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Salyan rayonu Noxudlu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: “X8, psixoloji simptomlarsız növbəti maniyə epizodu “psixi xəstəliyi nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməməklə və onu idarə edə bilməməklə anlaqsız vəziyyətdə olmuş Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə 16 mart 2024-cü il tarixdə saat 09:30 dəqiqədə ünvan 1 ünvanında yerləşən Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında əvvəllər tanıdığı Şahid1 kart hesabına yüklədiyi pul vəsaitlərinin geri qaytarılması ilə bağlı axtararkən sonuncunun anası xəstəxananın poliklinika şöbəsində təsərrüfat bacısı işləyən Zərərçəkmiş şəxs ilə qarşılaşdıqdan sonra sonuncunun ona yenə niyə gəlməsini irad bildirdikdən sonra şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı nalayiq söyüşlər söyərək zor tətbiq edəcəyi hədəsi ilə ictimai asayişin pozulmasına, xəstəxananın işçiləri və vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaradan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik norma və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında hadisə vaxtı olan şəxslərin təxminən 10 dəqiqə müddətində narahatlığına səbəb olan qəsdən qərəzli xuliqanlıq hərəkətləri edərək, qisas almaq məqsədilə məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində gəzdirdiyi tiyəsinin uzunluğu 144 mm, orta hissədən eni 24 mm, qalınlığı 1,4 mm olan kustar üsulla hazırlanmış kəsici-deşici xassəyə malik olan soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən bir neçə dəfə Zərərçəkmiş şəxs zərbələr vurmaqla sonuncunun baş alın-təpə, sol sağrı nahiyələrinin yaraları kimi dərəcələrinə görə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid 2 (iki) ədəd, qarın boşluğuna keçən, qara ciyərin yaralanması kimi dərəcələrinə görə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid 1 (bir) ədəd yara olmaqla, ümumilikdə 3 ədəd bədən xəsarəti yetirmiş, silah qismində istifadə olunan əşya-kustar üsulla hazırlanmış kəsici-deşici xassəyə malik olan soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri edərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən Ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsinə dair iş üzrə hərtərəfli, tam və obyektiv məhkəmə araşdırması aparılmış və ibtidai istintaq orqanının gəldiyi nəticə, yəni Təqsirləndirilən şəxs psixi pozuntular nəticəsində öz əməlinin faktiki xarakterini ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, yəni anlaqsız vəziyyətdə törətməsi məhkəmə baxışında tədqiq olunan mötəbər və təkzib edilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı barəsində tibbi xarakterli tədbirlər tətbiq edilməsi üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs göstərmişdir ki, 2024-cü il yanvar ayının əvvəli Şahid1 ilə mobil telefon vasitəsilə tanış olaraq münasibət qurmuş, pula ehtiyacının olduğunu bildirdikdə az-az olmaqla ümumilikdə təxminən 350 manat pulu kart hesabına göndərmişdir. 2024-cü ilin fevral ayının əvvəlləri onun mobil telefonuna tanımadığı kişi cinsli şəxs zəng etmiş, ona nalayiq ifadələr işlədərək “bir daha bu qadını narahat etməməyini, Daşkəsən rayonuna gəlsə, ona pis olacağını demişdir”. Daşkəsən rayonuna gəlib mobil telefonla İlahəyə zəng edib borca verdiyi pulu geri istəmiş, İlahə 150 manat pulu kartına göndərmiş, 200 manatı qaytarmamışdır. Tez-tez mobil telefon vasitəsi ilə İlahəni yığaraq ona olan borcunu qaytarmasını tələb etdikdə İlahə onun ünvanına nalayiq ifadələr işlətmiş, nömrəni qara siyahıya salmışdır. O, xx.xx.2024-cü ildə Bakı şəhərində spirtli içki içib həmin gün saat 23:00 radələrində Daşkəsən rayonuna getmək üçün tanımadığı avtobusla Gəncə şəhərinə oradan isə Daşkəsən şəhərinə gəlmiş, xx.xx.2024-cü il səhər saat 09:00 radələrində Daşkəsən rayon Mərkəzi Xəstəxanasına getmişdir. 09:30-da dəhlizdə İlahəni axtaranda İlahənin anası Zərərçəkmiş şəxs görmüş. Sonuncu ona rədd olub getməsini bildirmiş, O da əsəbləşib İlahənin anası Laləzərə söymüş, dediklərinə görə cəzalandırmaq üçün cibindəki bıçaqla qəsdən bir neçə dəfə Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Polis əməkdaşları onu Daşkəsən şəhəri ərazisində yaxalayıb polis şöbəsinə aparmışlar. Özünü psixi xəstə sayır, müalicəyə etiraz etmir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2024-cü il yanvar ayının əvvəli təsərrüfat bacısı işlədiyi Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında olarkən bir nəfərin qızı Şahid1 axtardığını eşitmiş, adının sonradan Natiq olduğunu bildiyi şəxs əlində ödəniş qəbzi göstərib İlahəyə 40 manat pul köçürdüyünü, İlahənin isə pulu geri qaytarmadığını demişdir. İlahə yanına gələrək bu barədə onunla söhbət etmiş, Natiq pulu götürməyib kartına atmağı demişdir. Natiqə İlahənin kart hesabının nömrəsini hardan almasını sual etdikdə Natiq cavab verməmiş, pulu Natiqə məxsus kart hesabına köçürmüşlər. xx.xx.2024-cü il tarixdə səhər işdə otaqda olarkən Natiq içəri girmiş ona “məni tanıdınmı?” sualını verəndə Natiqə “nədir? dişində şirə qalıb ki, yenidən gəlmisən?” demiş və çölə çıxmağı demişdir. Dəhlizdə tibb bacıları yanlarına gəlmişdir. Həmin vaxt Natiq ona ucadan nalayiq söyüşlər söymüş, “dediklərin evindəkilərinə aid olsun” deyəndə Natiq ona “bu sözünə görə üzünə iz salacam” deyib əlini cibinə salmış, mətbəx bıçağına bənzər bıçaq çıxarıb üzərinə gəlmiş və bıçaqla baş nahiyəsinə bir dəfə zərbə endirmişdir. Natiq bıçaqla bir neçə dəfə də onun bədənin müxtəlif tərəflərinə vurmuş, uzaqlaşsa da, təkrar yanına qayıdıb nəsə demiş və təkrar getmişdir. Xeyli qan itirdiyi üçün Təcili Tibbi yardıma tərəf getmişdir. Orada ilkin tibbi yardım göstərildikdən sonra Təcili tibbi yardım avtomobili ilə Gəncə şəhərinə aparmış 3 saylı xəstəxanada əməliyyat olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirdi ki, ilk dəfədən Natiqin normal olmadığını bilmiş, sonradan psixi xəstəliyini öyrənmişdir. Qanuni nümayəndə ona dəymiş maddi ziyanı ödəmişdir. Şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə etiraz etmir. Məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma oğludur, Bakı şəhərində kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən “Meyvəli” bazarında günəmuzd fəhləlik edərək özünü dolandırmışdır. Natiq psixi xəstəliyi ilə əlaqədar Salyan rayonu, Şorsulu kəndində yerləşən ruhi əsəb dispanserində və Bakı şəhəri, Sabunçu rayonunda yerləşən xəstəxanada xəstəliyi ilə bağlı stasionar müalicə almışdır. Natiqə psixi xəstə olduğu üçün 3-cü qrup əlildir. Natiq əvvəl evli olmuş, sonra isə boşanmış 1 (bir) azyaşlı övladı olmuşdur. 2024-cü ildə mart ayının əvvəli Natiqlə telefonla danışanda O, Daşkəsən şəhərində yaşayan qadınla tanış olduğunu, borca pul verdiyini, qadının borcunu qaytarmadığı üçün Daşkəsən şəhərinə gedib pulunu alacağını demişdir. Natiqin psixi xəstəliyi olduğu üçün nəsə hadisə olmasından qorxub Daşkəsənə getməməyi səbrli olmağını demişdir. Bir neçə gün sonra Natiq ona zəng edərək borc verdiyi qadının tanışı olan kişinin ona zəng edib söydüyünü və Daşkəsənə çağırdığını dedikdə, ora getməməyi, lazımdırsa həmin şəxsin olduğu yerə, Bakı şəhərinə gəlməsini demişdir. 16 mart 2024-cü ildə təxminən saat 10 radələrində evdə olarkən Natiq ona zəng edib Daşkəsən şəhərində xəstəxanada borc verdiyi qızın anasını bıçaqladığını demiş, Natiqə irad tutub “başın xarabdı nə üçün belə hərəkət etdin!?” demiş, qısa müddət sonra Daşkəsən rayon polis şöbəsindən ona zəng edib oğlu Natiqin Daşkəsən şəhərində xəstəxanada qadını bıçaqladığını demişlər. Məhkəmədən verilən suallara cavab olaraq göstərdi ki, oğlu Natiq uşaqlıqdan psixi xəstəlikdən əziyyət çəkmişdir. Onu dəfələrlə müalicə etdirmişlər. Qısa müddətli yaxşılaşma olsa da, hərəkət və danışığında pisləşmələr olmuşdur. Hadisə ilə bağlı zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş, sonuncuya vurulmuş maddi ziyanı və xəstəxana xərclərini tam ödəmişdir. Oğlunun müalicə edilməsi üçün məhkəmədən ədalətli qərar verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 2024-cü ilin təxminən yanvar ayının əvvəli istifadəsində olan mobil nömrəyə tanımadığı mobil nömrədən zəng gəlmiş, telefonu açdıqda zəng edən şəxs özünün ad, soyadını deyib onunla tanış olmaq istədiyini söylədikdə o, Natiqə ailəli olduğunu, mobil nömrəsini kimdən aldığını soruşmuş, bir də ona zəng etməməyi xahiş etmiş, nömrəni telefonda qara siyahıya salmışdır. Təqsirləndirilən şəxs demək olar ki, hər gün ona müxtəlif mobil nömrələrdən zəng etmiş, bütün nömrələri qara siyahıya salmışdır. xx.xx.2024-cü il tarixdə 20 manat və xx.xx.2024-cü il tarixdə 20 manat istifadə etdiyi "xxxx" ASC-yə məxsus **********788052 saylı kart hesabına köçürmüşdür. Yanvar ayının ortası anası Laləzər ona zəng edərək əlində ona pul vəsaiti köçürdüyü ödəniş qəbzləri ilə bir nəfər şəxsin “soyadını, adını” deyib onu axtardığını demiş, həmin vaxtı Daşkəsən RMX-nın 2-ci mərtəbəsindən iş yerindən anasının yanına düşmüş, Natiq əlindəki ödəniş qəbzlərini göstərərək ona olan borcunu qaytarmağı tələb etmişdir. O, Natiqə istifadəsində olan kartın nömrəsini hardan almasını soruşduqda Natiq cavab verməmiş, Natiqdən kartının şəklini ona atmağını istədikdə mobil telefonunda hesab nömrəsi göstərib 40 manat pulu hesaba köçürməyi istəmişdir. Sonra Natiq yığaraq onunla danışmağı tələb etmiş yoxsa sənin üçün yaxşı olmayacaq” demiş, həmin nömrəni qara siyahıya saldıqda Natiq başqa nömrədən onu yığaraq onun ünvanına nalayiq söyüşlər söymüşdür. O, Natiqə əsəbləşib qarşılıqlı nalayiq söyüşlər söymüşdür. Bundan sonra Təqsirləndirilən şəxs 20 və 30 manat olmaqla ümumilikdə 455 manat pul vəsaitini ona məxsus kart hesabına köçürmüş, hər dəfə ona pul köçürəndən sonra ona zəng edib onunla danışmaq istəmişdir. Təqsirləndirilən şəxslə danışmadıqda Natiq köçürdüyü pul vəsaitini geri qaytarmasını tələb etmişdir. xx.xx.2024-cü ildə Natiq Daşkəsən RMX-yə gəlib köçürdüyü pul vəsaitlərini geri tələb etmiş, o, Natiqə məxsus kart hesabına 250 manat pul köçürtmüşdür. xx.xx.2024-cü ildə Natiq ona zəng edərək ona köçürdüyü pul vəsaitlərini hamısını geri qaytarmasını tələb etmiş, həmin tarixdə 45 manat, xx.xx.2024-cü il tarixdə 120 manat pulu Təqsirləndirilən şəxs adına olan kart hesabına köçürmüşdür. Natiqə borcu qalmamış və ona məxsus mobil nömrəni yenidən qara siyahıya salmışdır. Həmin tarixdən sonra Natiqdə ona zəng gəlməmiş və ona məxsus bank kartına hər hansı vəsait köçürülməmişdir. xx.xx.2024-cü ildə səhər işdə olarkən iş yoldaşı ona zəng edərək ona qaçıb gizlənməyi demiş, həmin vaxt şöbənin şəhər telefonuna zəng gəlmiş, iş yoldaşı telefonla danışdıqdan sonra onu qucaqlayıb doğum şöbəsinə aparıb orada gözləməsini demişdir. Dəhlizin qan olduğunu görsə də iş yoldaşları onu otaqdan buraxmamış, sonradan anasının yanına aparmışlar. Anası Laləzərin bədəninin müxtəlif nahiyələrindən qan axdığını gördükdə anasının Natiq tərəfindən bıçaqlandığını bilmiş, anası tibbi yardım avtomobili ilə Gəncə şəhərinə aparılmış və əməliyyat olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Laləzər Allehverənova iş yoldaşıdır. xx.xx.2024-cü ildə səhər təxminən saat 09:25 radələrində Zərərçəkmiş şəxs oturduğu xidməti otağa dərman qəbul etməyə gəlmiş, arxası ilə otağa qara geyimli, adının sonradan Natiq olduğunu bildiyi şəxs daxil olmuş, ona baxaraq “Laləzər? məni tanıdın? diqqətlə bax!” demişdir. Laləzər Natiqə buradan çıxmağını demiş və hər ikisi otaqdan dəhlizə çıxmışlar. Onlar dəhlizə çıxdıqdan sonra ucadan mübahisə etdiklərini və Natiqin Laləzərə qarşı nalayiq söyüşlər söydüyünü eşitmişdir. Yanlarına gedib ayırmaq istəsə də, Natiq Laləzərin ünvanına nalayiq ifadələr işlətdiyi üçün geri qayıtmışdır. Ucadan qışqırıq səsləri gəlmiş, dəhlizdə olan adını xatırlamadığı şəxslər Natiqin Laləzəri bıçaqladığını eşitmişdir. O, dərhal dəhlizə çıxdıqda Natiq görməmiş, Laləzərin isə təcili tibbi yardım istiqamətinə aparıldığını və dəhlizin qan olduğunu görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Daşkəsən RMX PHŞ-nin işçiləri Şahid10 və X2 eyniməzmunlu ifadələr verərək Şahid6 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Laləzər Allehverənova iş yoldaşıdır. xx.xx.2024-cü il tarixdə səhər işdə olarkən koridordan nalayiq ifadələr eşitmiş, bundan sonra adını sonradan bildiyi qara geyimli Natiq adlı şəxs iş yoldaşı Laləzərlə ucadan danışmış və ona qarşı nalayiq söyüşlər söymüşdür. Laləzər Natiqə işlətdiyi nalayiq söyüşlərin “anasına aid olduğunu” deyəndə Natiq əlini cibinə salaraq çıxartdığı mətbəx bıçağı ilə Laləzərə başından zərbə vurmuş, qorxduğu üçün biraz kənara çəkilmiş, Natiq təkrar Laləzərə qarın hissədən bıçaqla zərbələr yetirmişdir. Natiq ucadan nalayiq söyüşlər söyüb uzaqlaşmış təkrar yaxınlaşsa da, sonradan çıxıb getmişdir. O, Natiqi təxminən 1 ay əvvəl İlahəni Daşkəsən RMX-də axtardığını xatırlayır, həmin vaxt Laləzərdən Natiqin niyə axtardığını soruşduqda Natiqin səhvən İlahənin plastik kart hesabına pul köçürdüyünə görə onu axtardığını demişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4, Şahid5 və Şahid3 eyniməzmunlu ifadələr verərək iş üzrə Şahid2 ifadəsində göstərilən xüsusatları özünə aid hissədə təsdiq edərək Natiqin ucadan səs-küy salaraq xəstəxanada normal iş fəaliyyətini pozduğunu demişlər. İş üzrə şahid qismində dindirilən Həmidov X9 RMX-də işləyir, iş otağı 3-cü mərtəbədə yerləşir. Hadisə günü xəstəxananın 1-ci mərtəbəsinin dəhlizindən ucadan qışqırıq səsləri gəlmiş, aşağı düşdükdə Laləzərin bıçaqlandığını, baş və bədəninin müxtəlif yerindən qan axdığını, ətrafda olan digər iş yoldaşlarının Laləzərin qoluna girərək onu oturmağa çalışdıqlarını görmüşdür. Bundan sonra o, çölə çıxdıqda adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs əlində bıçaqla gəzdiyini əlində qan olduğunu görmüş, Natiq əlindəki o bıçağı xətəxananın girişindən təxminən 20 metr sonra otluq sahəyə atmışdır. Dərhal “102 xidməti”nə zəng etmiş, Laləzərin bıçaqlandığı barədə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, hadisə vaxtı Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında mühafizəçi işləyir. Təxminən saat 08:55 radələrində növbəni təhvil almış, həmin gün saat 09:15-də Daşkəsən RMX-da istifadə etdiyi mobil telefonu enerji yığması üçün şəbəkəyə qoşmuşdur. Bundan sonra o, təxminən 5 dəqiqə dəhlizdə dayanmış, işə gələrkən xəstəxananın girişində saxladığı avtomobilinin qapılarını açıq vəziyyətdə avtomobili kamera qarşısında saxlamışdır. O, avtomobilin yaxınlığına gedib xəstəxananın həyətyanı sahəsinin giriş qapılarından şəxslərlə söhbət etmişdir. Avtomobili kamera qarşısında, xəstəxananın əsas girişinin qarşısında saxlamış, dəhlizdən çölə baxanda içəridə hərəkətlilik olmuş, bir nəfər şəxsin əlində bıçaq görmüşdür. O, avtomobildən düşsə də, qandan qorxduğu üçün həyəcanlanaraq xəstəxananın dəhlizinə daxil ola bilməmişdir. Həmin vaxtı bir nəfər tibb bacısının içəridən qışqıraraq ona doğru gəlmiş, avtomobilə əyləşib getməyi xahiş etmişdir. Avtomobili idarə edərək xəstəxananın girişində saxlamış, komandirini yığaraq məlumat vermişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “hadisə yerinə baxış keçirilməsi haqqında” 16 mart 2024-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yeri Daşkəsən şəhəri, Azər Abdullayev küçəsi, 1A-da yerləşən “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının inzibati binasının dəhlizidir. Hadisə yerində qanabənzər ləkələrin olması müəyyən edilmiş, pambıq tamponlar vasitəsilə 7 (yeddi) ədəd qan nümunəsi həyətdən isə tiyəsinin uzunluğu 155 mm, eni 25 mm olan bıçaq tiyə və dəstəyi götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan 17 mart 2024-cü il tarixli “götürmə aparılması haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli papaq, 01 ədəd qara rəngli kişi şalvarı, 01 ədəd qara rəngli uzunqol köynək və 01 ədəd qar rəngli gödəkçə götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan “götürmə aparılması haqqında” 18 mart 2024-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 11:12:41 saniyədə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 20 manat, xx.xx.2024-cü ildə saat 18:24:31 saniyədə Qaradağ rayonu, Meyvəli bazarı Market “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 20 manat, xx.xx.2024-cü il tarixdə saat 21:08:20 saniyədə Qaradağ rayonu, Meyvəli bazarı Market “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 20 manat, xx.xx.2024-cü il tarixdə saat 11:31:42 saniyədə Qaradağ rayonu, Meyvəli bazarı Market “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 25 manat, xx.xx.2024-cü il tarixdə saat 13:14:37 saniyədə Qaradağ rayonu, Meyvəli bazarı Market “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 10 manat pul vəsaiti iş üzrə Şahid1 məxsus plastik kart hesabına göndərilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən 17 mart 2024-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, hadisə zamanı iş üzrə Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd həkim xalatı, 01 ədəd çəhrayı rəngli mayka, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli qadın şalvarı və 01 ədəd qara rəngli qadın tumanı götürülmüşdür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “nümunələrin götürülməsi haqqında” 17 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 3.0 qram qan nümunəsi götürülmüşdür. İş materiallarında olan “götürmə aparılması haqqında” 28 mart 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 istintaqa təqdim etdiyi adına olan Kapital Bank ASC-yə məxsus plastik kartın üz görüntüsünün ksero surətini və Təqsirləndirilən şəxs adına olan plastik kart hesabına xx.xx.2024-cü il tarixdə saat 16:58 dəqiqədə 40 manat, xx.xx.2024cü il tarixdə saat 20:21 dəqiqədə 250 manat, xx.xx.2024-cü il tarixdə saat 15:55 dəqiqədə 45 manat, xx.xx.2024-cü il tarixdə saat 15:32 dəqiqədə 120 manat pul vəsaitini köçürməsini özündə əks etdirən 4 ədəd ödəniş qəbzləri götürülmüşdür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən raportdan görünür ki, Daşkəsən RMX-dəki nəzarət müşahidə kamerasından mobil telefonla çəkilmiş video görüntüsü olan 1 ədəd DVD disk xx.xx.2024-cü il tarixdə Daşkəsən rayon polis şöbəsinin KMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Tural Babayev tərəfindən təqdim edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, DVD diskdəki baxış zamanı video görüntü faylın müddəti 1 dəqiqə 22 saniyə olması, baxış zamanı Təqsirləndirilən şəxs qara baş geyimində, qara gödəkcə və tünd rəngli şalvarda, Zərərçəkmiş şəxs isə ağ həkim xalatında olmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə əl-qolla mübahisə edir, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə getdiyi üçün Zərərçəkmiş şəxs onu əli vasitəsi ilə sinəsindən geriyə itələyir. Təqsirləndirilən şəxs geriyə gedərək əlini ciblərinə salaraq çıxardığı bıçaqla Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə qarın nahiyəsindən isə dəfələrlə zərbələr yetirir. Təqsirləndirilən şəxs əlində bıçaq əl qol hərəkətləri ilə nə isə deyərək həmin yerdən uzaqlaşdıqdan sonra yenidən geri qayıdır, yenə əl-qol hərəkətləri etsə də, Zərərçəkmiş şəxs təkrar zərbələr vurmur, ətrafda olan şəxslər zərərçəkmişə kömək edərək aparır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 37 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər qarın boşluğu daxilinə keçən yara, qara ciyərin yaralanması dərəcələrinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid və başın alın-təpə, sol sağrı nahiyələrinin ayarları dərəcələrinə görə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər kəsici-deşici alətin (alətlərin) təsirindən törənmişdir və törənmə müddəti qərarda qeyd olunan tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğundurlar. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin ekspertizaya təqdim olunmuş bıçaq və ya oxşar digər kəsici-deşici alətlə yetirilməsi mümkündür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-bioloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 14 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə o(ı) alfa-betadır; • təqdim olunmuş hadisə yerindən götürülmüş 7 ədəd qana bənzər nümunələrdən ibarət tamponlar üzərində ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi o (ı) alfa-beta olduğundan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ola bilər; • təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi o (ı) alfa-beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. • təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus paltarlar (bir ədəd şalvar, bir ədəd alt tumanı, bir ədəd uzunqol kofta, bir ədəd mayka, bir ədəd həkim xalatı) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi o (ı) alfa-beta olduğundan onun özünə məxsus ola bilər. • təqdim olunmuş bir ədəd bıçaq və dəstəyi üzərində qan aşkar olunmadı. • təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd idaman papağı, bir ədəd uzunqol köynək) üzərində qan aşkar olunmadı. • İş materiallarında olan və məhkəmədə tədqiq edilən 24 aprel 2024-cü il tarixli, 16/428 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. • Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərindən Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərinə uyğun liflər yoxdur. • Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının tərkib liflərinə uyğun liflər yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə ballistik ekspertizanın 25 aprel 2024-cü il tarixli, 16/429/430 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 2 (iki) ədəd predmet kustar üsulla hazırlanmış, kəsici-deşici xassəyə malik olan təsərrüfat – məişət təyinatlı mətbəx bıçağının hissələri - tiyəsi və dəstəyidir, soyuq silah hesab edilmirlər. Tədqiqata təqdim olunan xalatın üzərində olan 03 ədəd “a”, “b” zədələri, köynəyin üzərində olan 01 ədəd zədə, mayxanın üzərində olan 01 ədəd zədə, şalvarın üzərində olan 03 ədəd “c”, “d” zədələri, tumanın üzərində olan 03 ədəd “e”, “f” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilən bıçağın tiyəsinin və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş yuxarıda qeyd olunan paltarların səthində olan zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçaq tiyəsinin təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə ambulator-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 231 nömrəli rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmçinin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırki ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gəlmək mümkün olmadığından diaqnozun və psixi-psixoloji vəziyyətinin dəqiqləşdirilməsi, qoyulmuş suallara cavab almaq məqsədi ilə Təqsirləndirilən şəxs stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İş materiallarında olan və məhkəmədə araşdırılan stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 101 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “X8, X4 Maniya Epizodu” (psixi davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F31.1) müəyyən edilir. Bunu cinayət işi materiallarındakı tibbi sənədlər, toplanmış ifadələr, anmnestik məlumatlar (Bakı şəhəri 3 saylı şəhər Klinik Xəstəxanasının psixosomatika şöbəsində 13 dekabr 2014-cü il tarixdən 21 yanvar 2015-ci il tarixədək “Monopolyar affektiv pozuntu (manikal tip)” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında 12 oktyabr 2020-ci il tarixdən 30 oktyabr 2020ci il tarixədək, 03 mart 2022-ci il tarixdən 28 aprel 2022-ci il tarixədək, 25 oktyabr 2022-ci il tarixdən 28 dekabr 2022-ci il tarixədək, 03 avqust 2023-cü il tarixdən 28 avqust 2023-cü il tarixədək “Monopolyar affektiv pozuntu, manikal tip F31.2” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında 07 noyabr 2023-cü il tarixdə “X8, psixotik simptomlarla növbəti maniya epizodu, F31.2 Monopolyar affektiv pozuntu, manikal tip” diaqnozu qoyulmaqla üçüncü dərəcəli əlillik təyin olunması) və hal-hazırdakı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinə olunduğu müddət ərzində özünü ümumən narahat aparması, şöbədaxili rejimə bir qədər çətinliklə tabe olması, təmizliyinə və xarici görkəminə az diqqət yetirməsi, ünsiyyətə meyilli olması, digər yoxlanılan şəxslərlə bir qədər əsəbi tərzdə danışması, yersiz gülməsi, ucadan danışması, əhvali-ruhiyyəsinin şəraitə uyğun olmayaraq yüksəlmiş olub qəzəbliliklə müşayiət olunması, yuxuya olan tələbatın aşağı olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahiri görünüşünə görə bir qədər səliqəsiz olması, mimikasında təşvişli, gərgin ifadə müşahidə edilməsi, ünsiyyətin məhsuldar olmaması, yüksək səslə danışması, verilən suallara cəld, bəzən mahiyyətinə uyğun olmayan şəkildə cavablandırması, təfəkkürün sürətlənmiş tempdə olması, danışarkən tez-tez əlaqəsi olmayan bir mövzudan digərinə keçməsi, mülahizə və mühakimələrində qəribəliklər müşahidə edilməsi, şəxsi fərdi keyfiyyətlərini qabarıq formada təqdim etməsi, bu zaman simasında məğrurluq ifadəsinin müşahidə edilməsi, klinik müşahidə zamanı bəzən komissiya üzvlərinin suallarına cavablandırarkən qəzəbli görkəm alması, diqqətinin tez yayınması, emosiyalarında dəyişkənlik müşahidə edilməsi, söhbət əsnasında affektiv qeyri-sabitliyin dərhal özünü büruzə verməsi, müayinə əsnasında tez-tez suallardan qıcıqlanması, əhvali-ruhiyyə fonunun yüksəlmiş olub qəzəbliliklə müşayiət olunması, bəzən yersiz zarafatlar edib gülməsi, bəzən əsəbiləşməsi, öz fikirlərini və həyəcanlarını tam açıqlamağa meyilli olması, özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi, törətmiş olduğu cinayət əməlinə və yaranmış vəziyyətdə formal tənqidi münasibət bəsləməsi və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən və hal-hazırda “X8, psixotrik simptomlarsız növbəti maniya epizodu” psixi pozuntusundan əziyyət çəkir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs “X8, psixotrik simptomlarsız növbəti maniya epizodu” müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən keçirdiyi “X8, psixotrik simptomlarsız növbəti maniya epizodu” nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda da düçar olduğu həmin psixi pozuntu nəticəsində öz hərəkətlərinin faktiki xarakteri və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Hal-hazırda özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Hal-hazırkı psixi drumuna görə stasionar müalicəyə ehtiyacı var, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Cinayət işinə əlavə edilən və məhkəmədə tədqiq edilən "xxxx" ASC-dən daxil olmuş Təqsirləndirilən şəxs adına olan 5239 1517 6508 5447 saylı ödəniş kartı üzrə xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan çıxarışdan görünür ki, Şahid1 adın olan "xxxx" ASC-yə məxsus 4169 7388 8678 8052 saylı kart hesabından Birbank mobil tətbiqi vasitəsi ilə xx.xx.20204-cü il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 45 manat, xx.xx.2024-cü il tarixdə 120 manat və xx.xx.2024-cü il tarixə 40 manat pul vəsaitləri Təqsirləndirilən şəxs məxsus 5239 1517 6508 5447 saylı ödəniş kartına köçürülmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş "xxxx" ASC-dən daxil olmuş Şahid1 adına olan 4169 7388 8678 8052 saylı ödəniş kartı üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan çıxarışdan görünür ki, Şahid1 adın olan "xxxx" ASC-yə məxsus 4169 7388 8678 8052 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 25 manat, xx.xx.2024-cü il tarixdə 10 manat pul vəsaiti terminal vasitəsi ilə köçürülmüşdür, eləcədə Şahid1 məxsus kart hesabından xx.xx.2024-cü il tarixdə “M10” tətbiqi vasitəsi ilə köçürmə edilmişdir. Şahid1 adına olan 4169 7388 8678 8052 saylı ödəniş kartına xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müxtəlif vaxt və məbləğdə terminal vasitəsi ilə köçürmələr olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Salyan rayon polis şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin tarixdə Azərbaycan Respublikası CM-nin 40.3-cü maddəsi ilə xitam edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Salyan RİHB-nin Aşağı Noxudlu İƏD üzrə nümayəndəlikdən verilmiş xx.xx.2024-cü il tarixli, 212 və 213 №li arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Aşağı Noxudlu kəndində qeydiyyatdadır və himayəsində 2018-ci il təvəllüdlü X10 var, həmin tarixli xasiyyətnamədən görünür ki, yaşayış yeri üzrə müsbət xarakterizə edilmiş və ruhi xəstədir. İş materiallarında olan və məhkəmədə araşdırılan Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X15 xx.xx.2024-cü il tarixli, xx/xx-4419 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji qeydiyyatda yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə maddi sübut olan hadisə yerindən götürülmüş üzərində qan ləkələri olan 7 ədəd pambıq tamponlar, bıçaq tiyəsi və dəstəyi, iş üzrə Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli papaq, 01 ədəd qara rəngli kişi şalvarı, 01 ədəd qara rəngli uzunqol köynək və 01 ədəd qara rəngli gödəkçə, eləcə də Zərərçəkmiş şəxs məxsus 01 ədəd həkim xalatı, 01 ədəd çəhrayı rəngli mayka, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli qadın şalvar və 01 ədəd qara rəngli qadın tuman Daşkəsən rayon polis şöbəsinin saxlanc yerində saxlanılmış, Təqsirləndirilən şəxs götürülmüş 05 ədəd qəbz, iş üzrə Şahid1 götürülmüş 04 ədəd qəbzin surəti, plastik kart hesabının kserosurəti və baş vermiş cinayət hadisəsinin nəzarət müşahidə kamerasından mobil telefon vasitəsi ilə çəkilmiş video görüntüsü olan 1 ədəd CD disk, Təqsirləndirilən şəxs götürülmüş 05 ədəd qəbz, iş üzrə Şahid1 götürülmüş 04 ədəd qəbzin surəti və plastik kart hesabının üz görüntüsünün ksero surəti cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama aparıb toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətdiyi vaxt əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Odur ki, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən və öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyi dərk etmək və onları idarə etmək iqtidarında olmadığından, bu hal ona hazırda cəza təyin edilməsini və cəzanın icrasını istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinin tələbinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. İş üzrə verilmiş və yuxarıda şərh olunan kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-ci maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinə görə isə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.2-ci maddəsinə əsasən 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsininin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97.3-cü maddəsinə əsasən Öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti nəzərə alınaraq ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməli, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməlidir. Qərar qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınmış hadisə yerindən götürülmüş Daşkəsən rayon polis şöbəsinin saxlanc yerində saxlanılmış üzərində qan ləkələri olan 7 ədəd pambıq tamponlar, bıçaq tiyəsi və dəstəyi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli papaq, 01 ədəd qara rəngli kişi şalvarı, 01 ədəd qara rəngli uzunqol köynək və 01 ədəd qar rəngli gödəkçə onun qanuni nümayəndəsinə, Zərərçəkmiş şəxs məxsus 01 ədəd həkim xalatı, 01 ədəd çəhrayı rəngli mayka, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli qadın şalvar və 01 ədəd qara rəngli qadın tumanı onun özünə qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş 05 ədəd qəbz, iş üzrə Şahid1 götürülmüş 04 ədəd qəbzin surəti, plastik kart hesabının kserosurəti və baş vermiş cinayət hadisəsinin nəzarət müşahidə kamerasından mobil telefon vasitəsi ilə çəkilmiş video görüntüsü olan 1 ədəd CD disk, Təqsirləndirilən şəxs götürülmüş 05 ədəd qəbz, iş üzrə Şahid1 götürülmüş 04 ədəd qəbzin surəti və plastik kart hesabının üz görüntüsünün ksero surəti cinayət işinin materillarına əlavə edilməsi nəzərə alınmalıdır. Cinayət əməlini analaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilməli və cinayət işi üzrə ekspertiza xərci olan 123,80 (bir yüz iyirmi üç manat, səksən qəpik) manat dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 321, 344-348, 356 və 468-477-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin. Cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs ekspertiza xərcini ödəməkdən azad edilsin və cinayət işi üzrə ekspertiza xərci olan 123,80 (bir yüz iyirmi üç manat, səksən qəpik) manat dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə Daşkəsən rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan maddi sübut – Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli papaq, 01 ədəd qara rəngli kişi şalvarı, 01 ədəd qara rəngli uzunqol köynək və 01 ədəd qar rəngli gödəkçə onun qanuni nümayəndəsinə qaytarılsın qəbul etmədikdə isə məhv edilsin. Zərərçəkmiş şəxs məxsus 01 ədəd həkim xalatı, 01 ədəd çəhrayı rəngli mayka, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli qadın şalvar və 01 ədəd qara rəngli qadın tumanı zərərçəkmiş şəxsə qaytarılsın, qəbul etmədikdə məhv edilsin. İş üzrə Təqsirləndirilən şəxs götürülmüş 05 ədəd qəbz, iş üzrə Şahid1 götürülmüş 04 ədəd qəbzin ksero surəti, plastik kart hesabının üz görüntüsünün ksero surəti və baş vermiş cinayət hadisəsinin nəzarət müşahidə kamerası ilə qeydə alınmış video görüntüsünün köçürüldüyü 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Qərardan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar