Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-331/2022 16.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1971-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Muzdurlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və qanunsuz olaraq odlu silahı əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan tarixdə, vaxtda və mənbədən 3640 qram külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib, qara rəngli, üzərində “T90 və SPORT” yazısı olan idman çantasında daşıyaraq saxlamış və 27 fevral 2022-ci il tarixdə saat 11 radələrində Samux rayon Nəbiağalı-Çobanabdallı kənd avtomobil yolunun Çobanabdallı kəndi istiqamətində, yolun sağ tərəfində yerləşən “Qoşa Çinar” adlı yeməkxananın yaxınlığında Samux RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılıb RPŞ-nin inzibati binasına gətirilərək əlində daşıdığı qara rəngli, üzərində “T90 və SPORT” yazısı olan idman çantasına baxış keçirilən zaman həmin çantada qəsdən satış məqsədilə əldə edib daşıyaraq saxlamış olduğu 3640 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, qanunsuz olaraq istintaqa dəqiq məlum olmayan tarixdə, vaxtda və mənbədən 01 ədəd keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli, ZK modelli, çaxmaqlı, 11014-M №li, hamar tək lüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilərək öz təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, ov tüfəngi olan yivsiz odlu silahı qəsdən əldə edib qara rəngli, üzərində “T90 və SPORT” yazısı olan idman çantasında daşıyaraq saxlamış və 27 fevral 2022-ci il tarixdə saat 11 radələrində Samux rayon Nəbiağalı-Çobanabdallı kənd avtomobil yolunun Çobanabdallı kəndi istiqamətində, yolun sağ tərəfində yerləşən “Qoşa Çinar” adlı yeməkxananın yaxınlığında Samux RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılıb RPŞ-nin inzibati binasına gətirilərək əlində daşıdığı qara rəngli, üzərində “T90 və SPORT” yazısı olan idman çantasına baxış keçirilən zaman həmin çantada qəsdən əldə edib daşıyaraq saxlamış olduğu 01 ədəd keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli, ZK modelli, çaxmaqlı, 11014-M №li, hamar tək lüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilərək öz təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı, ov tüfəngi olan yivsiz odlu silahı ondan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 228.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun Goranboy rayonu, Muzdurlar kəndində özünün yaşadığı fərdi yaşayış evi vardır və həmin evdə o, tək yaşayır. Onun yetkinlik yaşına çatmış bir qız övladı var. O, uzun illərdir ki, ailəsindən ayrı yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Narkotik vasitə olan marixuananı iki ildir ki, çəkmə yolu ilə istifadə edirmiş. O, fəhləliklə məşğul olurmuş. Gəncə şəhərində fəhlə bazarına çıxırmış, işi olduğu halda Goranboy rayonuna gedirmiş, işi olmayan zaman Gəncə şəhərində Dəmiryol vağzalında müvəqqəti gecələyirmiş. 26 fevral 2022-ci il tarixdə səhər saatlarında fəhlə bazarına gedərkən Gəncə çayının ətrafından keçdikdə təbii ehtiyaclarını ödəmək üçün çayın üzərindən keçən körpünün altına düşmüşdür. O, həm də fikirləşmişdir ki, dəmir olsa yığıb metal kimi satar. O, çay kənarını axtara-axtara gəzməyə başlamışdır. Bu zaman körpünün daş beton dirəyinin yanında qara rəngli idman çantası görmüşdür. O, çantaya yaxınlaşıb götürmüşdür. Oradan bir qədər aralaşdıqdan sonra çantanın içərisinə baxmışdır. Bu zaman ona narkotik vasitə olan marixuananın iyisi gəlmiş və o, bilmişdir ki, çantanın içərisində marixuana var. O, həmin selloffan torbanı bir qədər cırmış və görmüşdür ki, həqiqətən də sellofan torbanın içərisində marixuanaya oxşar nəsə var və həmin kütlə quru halında idi. Daha sonra o, çantanı axtaran zaman bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi də görmüşdür. Özü narkotik vasitə olan marixuana istifadəçisi olduğundan çantanı özü ilə götürmüşdür. Həmin tüfəng də sellofan torbaya bükülü çantanın içərisində narkotik vasitənin altında idi. O, çantanı götürdükdən sonra Gəncə şəhəri Dəmiryol vağzalı ətrafına gəlmiş və axşama kimi oralarda olmuşdur. Qərara gəlmişdir ki, axşamı həmin yerdə gecələsin. O, həmin narkotik vasitə olan marixuananın, həmçinin lüləsi və qundağı kəsilmiş ov tüfənginin olduğu sellofan torbanı bir gün üzərində saxladıqdan sonra düşünmüşdür ki, Samux rayonuna gedib tüfəngi Kür çayına atsın, narkotik vasitə olan marixuananı isə oralarda gizlədib istifadə etsin. Buna görə də həmin günün sabahısı, yəni 27 fevral 2022-ci il tarixdə səhər saat 10 radələrində Gəncə şəhərində “Sovxoz Nizami” deyilən yerdən yol maşınına minmiş və Samux rayonu Çobanabdallı kəndində işıqforda düşdükdən sonra Samux rayonu Nəbiağalı qəsəbəsinə gedən yolda balıq verilən yeməkxanaya tərəf piyada getmişdir. Artıq saat səhər 11 radələri idi. O, yeməkxanaya çatmağına təxminən 150-200 metr qalmış ona polis avtomobili yaxınlaşmış və avtomobildən polis əməkdaşları düşüb özlərini təqdim etdikdən sonra onun şəxsiyyətini təsdiq edən sənədini soruşmuşlar. Onun üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün şəxsiyyətini müəyyən etmək məqsədilə onu Samux RPŞ-nə dəvət etmişlər. O, Samux RPŞ-nə gəlmiş və həmin vaxt idman çantasını da özü ilə gətirmişdir. Polis şöbəsində onun üzərinə baxış keçirmişlər və baxış zamanı ona məxsus olan idman çantasında narkotik bitki olan marixuana və bir ədəd lüləsi və qundağı kəsilmiş “TOZ-16” markalı ov tüfəngi aşkarlanmışdır. O, bildirmişdir ki, həmin narkotik vasitə olan qurudulmuş marixuananın və bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfənginin olduğu sellofan torbanı tapmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, on ilə yaxındır ki, mobil telefondan istifadə etmir. Əvvəllər xatırladığı qədəri ilə iki ədəd sim nömrədən istifadə etmişdir, ancaq hal-hazırda həmin nömrələr işlək deyil. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərmişdir ki, o, narkotik vasitə olan marixuananı, həmçinin lüləsi və qundağı kəsilmiş ov tüfəngini tapdıqdan sonra onları üzərində saxlayıb daşımağın cinayət məsuliyyəti yaratdığını bilsə də, onları tapdıqdan sonra bir gün müddətində üzərində saxlamışdır. Onun narkotik vasitəni kiməsə satmaq fikri və niyyəti olmamışdır. Üzərindən aşkar edilmiş 3640 qram narkotik vasitə olan qurudulmuş marixuananı özü istifadə etmək məqsədilə üzərində daşısa da, lüləsi və qundağı kəsilmiş ov tüfəngini üzərində saxlayıb daşımağının məqsədini bilmir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Samux Rayon Polis Şöbəsinin PPXB-nin komandiri vəzifəsində işləyir. 27 fevral 2022-ci il tarixdə saat 11 radələrində xidməti avtomobillə sürücü polis nəfəri, polis baş serjantı Şahid2 ilə xidməti ərazidə polis naryadlarını yoxlamağa çıxmışlar. Yoxlamağa gedən zaman Samux şəhəri istiqamətindən üzü Samux rayonu Çobanabdallı kəndi istiqamətində xidməti avtomobildə hərəkətdə olarkən həmin yolun sağ tərəfində yerləşən kənd arasında “Qoşa Çinar” adlı yeməkxananın yaxınlığında yolun sol tərəf kənarında sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin Samux şəhəri istiqamətində piyada gəldiyini və əlində idman çantası olduğunu görmüşdür. Bu zaman sürücü Şahid2 həmin şəxsin yanında idarə etdiyi avtomobili saxlamasını xahiş etmişdir. Avtomobil dayandıqdan sonra o, avtomobildən yerə düşərək Təqsirləndirilən şəxs özünü təqdim etmiş və ondan hara getmək lazım olduğunu, hər hansı bir köməyə ehtiyacının olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs isə heç nəyə ehtiyacının olmadığını deyib, aralaşmaq istəmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən hər hansı bir sənədinin üzərində olub-olmadığını soruşan zaman, həmin şəxs üzərində heç bir sənədinin olmadığını bildirmiş və özünü Goranboy rayon Muzdurlar kənd sakini Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin vaxt onun üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədi yox idi. Bu zaman o, Təqsirləndirilən şəxs Samux rayonuna nə üçün gəldiyini soruşan zaman, Təqsirləndirilən şəxs ona demişdir ki, tək olaraq balıq yemək üçün yeməkxanaya gəldiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs danışdıran zaman o, özünü şübhəli aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs əlində saxladığı idman çantasını çalışdığı qədər ondan gizlətmək istəyirmiş, o da bunu onda hiss etmiş və idman çantasında nə olduğunu soruşan zaman Təqsirləndirilən şəxs ona cavab verməkdə tərəddüd edərək heç nə deməmişdir. O da Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən etmək üçün onu Samux RPŞ-nə dəvət etmişdir. Təqsirləndirilən şəxs da həmin vaxt heç bir etiraz etməyərək onlarla getməyə razılıq vermişdir. Təqsirləndirilən şəxs Samux RPŞnə gətirildikdən sonra o, onun əlindəki idman çantasında nə olduğunu yenidən şifahi soruşan zaman Təqsirləndirilən şəxs heç bir çıxış yolu olmadığından və onlar Təqsirləndirilən şəxs əlində olan çantasına qanunla nəzərdə tutulmuş qaydada baxış keçirmək səlahiyyətlərinin olduğunu deyən zaman Təqsirləndirilən şəxs əvvəl bildirmək istəməsə də sonra çantanın içərisində narkotik vasitə olan marixuananın və bir ədəd də ov tüfəngi olduğunu bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərinə və əlində olan idman çantasına baxış keçirmək üçün Samux RPŞ-nin rəisinə raportla məruzə etmiş və onun iştirakı ilə Samux RPŞ-nin təhqiqatçısı, polis mayoru Ehtiram Qafarov tərəfindən Təqsirləndirilən şəxs üzərinə və əlində olan çantaya baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əlindəki qara rəngli idman çantasına baxış keçirilən zaman idman çantasından sellofana bükülmüş təxminən 3-4 kiloqram olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar ot kütləsi və 1 (bir) ədəd “TOZ” markalı, 16 çaplı, tək lüləli, lüləsi və qundağı kəsilmiş halda ov tüfəngi aşkar edilmişdir. Sorğu zamanı özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs həmin narkotik vasitəyə oxşar qurudulmuş ot kütləsi və çantadan çıxan 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngini bir gün əvvəl, yəni 26 fevral 2022-ci il tarixdə Gəncə şəhəri ərazisindən keçən çayın üzərində quraşdırılmış körpünün altından tapdığını bildirmiş və Samux rayonuna gələrək balıq yedikdən sonra narkotik vasitəni Samux rayonu ərazisində meşə zonasında özü istifadə etmək məqsədilə gizlətmək istədiyini bildirmişdir. Bundan sonra həmin aşkar edilmiş qurudulmuş ot kütləsi və 1 (bir) ədəd “TOZ” markalı, 16 çaplı, tək lüləli, lüləsi və qundağı kəsilmiş ov tüfəngi vəkil və onların iştirakı ilə sənədləşdirilərək sintetik kisəyə qoyulub qablaşdırılmış və bütün iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Sonra zərf möhürlənmiş və bu barədə prorokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Samux RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və əl çantasına baxış keçirilmiş, onun əlində daşıdığı qara rəngli, üzərində “T90 və SPORT” yazısı olan idman çantasına baxış keçirilən zaman həmin çantada 2 ədəd ayrı-ayrı sellofanda bükülü aşkar edilmiş, Təqsirləndirilən şəxs bükülünün bir ədədinin içində olan ot kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, ikinci sellofanda olan bükülüdə isə 01 ədəd tək lüləli, lüləsi və qundağı kəsilmiş ov tüfənginin olmasını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş idman çantasında sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki və bir ədəd tək lüləli, lüləsi və qundağı kəsilmiş halda ov tüfənginin olması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh.22- 23). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə bioloji ekspertizasının 28 fevral 2022-ci il tarixli, 16/232 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözlər və imzalar olan sintetik kisədə, 1(bir) ədəd idman çantasındakı polietilen torbada təmiz çəkisi 3640 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (iş vərəqə: cild İ, səh.35-37). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə narkoloji ekspertizasının 04 may 2022-ci il tarixli, 585 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi mülicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.129). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22\192R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 11014-M №li silah, keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmişdir, hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır (iş vərəqə: cild İ, səh.131-135). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan amublator məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasının 19 may 2022-ci il tarixli, 313\107 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: - Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. - Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. - Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. - Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə əsəbi psixi emosional halda olmuşdur (iş vərəqə: cild İ, səh.150-152). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan 3640 qram qurudulmuş marixuananın tədqiqatdan sonra qalıq qalmış 3639,8 qramı, həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, 11014-M №li, hamar tək lüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş ov tüfəngi olan yivsiz odlu silah cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək saxlanılması üçün Samux RPŞ-nin saxlanc yerinə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı video görüntülərin qeydə alınmış olduğu 1 (bir) ədəd “CD” disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.154-161). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs adına olan mobil nömrələrin müəyyən edilməsi üçün Samux RPŞ-nin UQSİQ-nin “Məlumat Portalı”na sorğu verilmiş, sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına 050 658 73 02, 050 658 73 23 saylı mobil nömrələr var, hal-hazırda həmin nömrələrin istifadə olunmadığı və həmin nömrələrin mövcud olmadığı müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh.110). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.106-107). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.14). Cinayət işinin materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.81). Cinayət işinin materiallarına əlavə edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Muzdurlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Bədəlov X2 rayonu, Muzdurlar kəndində qeydiyyatdadır və onun ailə tərkibi həyat yoldaşından və qızından ibarətdir (iş vərəqə: cild İ, səh.111). Cinayət işinin materiallarına əlavə edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Muzdurlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 1989-cu ildə hərbi xidmətə çağırılsa da, 1990-cı il tarixdə hərbi xidmətini yarımçıq başa vurduqdan sonra Muzdurlar kəndinə qayıtmışdır, kənd ərazisində rəngsaz kimi fəaliyyət göstərmişdir, son illər içkiyə qurşanmışdır. İçkiyə meyilli olduğu üçün onun haqqında kənd sakinləri tərəfindən Muzdurlar kənd icra nümayəndəliyinə bir neçə şikayət daxil olmuşdur, ailəlidir, bir qız övladı var və ailəsindən ayrı yaşayır (iş vərəqə: cild İ, səh.112). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “qurudulmuş marixuana” narkotik vasitəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş “qurudulmuş marixuana” narkotik vasitəsinin külli miqdar həddindən yeddi dəfə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, “CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. ...Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. ...Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ondan aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı və odlu silahı Gəncə çayının ətrafından keçdikdə körpünün yanında tapması və aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, istifadə etmək üçün üzərində saxlamasına dair vermiş olduğu ifadəsində göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində ondan aşkar edilmiş 03 kiloqram 640 qram qurudulmuş marixuananı və 16 kalibrli, ZK modelli, çaxmaqlı, 11014-M №li, hamar tək lüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, texniki cəhətdən saz və atəş üçün yararlı ov tüfəngi olan yivsiz odlu silahı tapdığını göstərsə də, həmin narkotik vasitəni və odlu silahı daşıyıb saxladığını, yəni Gəncə şəhəri Dəmiryol vağzalı ətrafına gələrək həmin əşyaları üzərində saxladığını, daha sonra həmin günün sabahı, yəni 27 fevral 2022-ci il tarixdə Gəncə şəhərində “Sovxoz Nizami” deyilən yerə gələrək yol maşınına minib, Samux rayonu Nəbiağalı qəsəbəsinə gələrək həmin 03 kiloqram 640 qram qurudulmuş marixuananı və odlu silahı üzərində daşıyaraq saxladığını etiraf etmişdir. Bundan başqa, tərsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi olmadan üzərində daşıdığını bildirsə də, 03 kiloqram 640 qram çəkidə qurudulmuş marixuananı yalnız istifadə etmək üçün saxlayıb daşıması inandırıcı olmadığı kimi, cinayət işinin faktiki hallarına da uyğun deyil. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayonu, Muzdurlar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Lakin təqsirləndirilən şəxs ifadəsində göstərir ki, o, daşıdığı narkotik vasitələrlə birlikdə əvvəlcə Gəncə şəhəri Dəmiryol vağzalına gəlmiş, sonradan isə Samux rayonu Çobanabdallı kəndində düşdükdən sonra Samux rayonu Nəbiağalı qəsəbəsinə gəlmişdir. Onun Goranboy rayonu, Muzdurlar kəndində yaşaması və daşıdığı külli miqdarda narkotik vasitə ilə Samux rayonu Nəbiağalı qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılması təqsirləndirilən şəxsin ifadəsi və cinayət işinin bütün materialları ilə təsdiq olunur. Eyni zamanda cinayət işinin materiallarından və təqsirləndirilən şəxsin ifadəsindən də görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayonu, Muzdurlar kəndində özünün yaşadığı fərdi yaşayış evi vardır və həmin evdə o, tək yaşayır. Həmçinin cinayət işinin materiallarından və təqsirləndirilən şəxsin ifadəsindən eyni zamanda görünür ki, Təqsirləndirilən şəxs çantasında olan bitkinin narkotik vasitə olduğunu bildiyi halda, əgər o, həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə üzərində saxlayırdısa, həmin 03 kiloqram 640 qram qurudulmuş marixuananı Goranboy rayonu, Muzdurlar kəndində özünün yaşadığı fərdi yaşayış evində saxlaması imkanı olduğu halda, külli miqdarda həmin narkotik vasitəni üzərində saxlayıb daşıması, həmin miqdarda narkotik vasitəni istifadə məqsədilə saxlayıb daşımasına dair ifadəsinin inandırıcı olmadığını bir daha təsdiq etməklə və onun inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən sübutları ilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin inkaredici ifadələrini sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi inkaredici hallar onun özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından və heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən həmin hissədə sübut növü kimi qəbul edilmir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşıyıb saxlaması qənaətinə gələrkən cinayət işinin yuxarıda qeyd edilən faktiki halları ilə yanaşı, təqsirləndirilən şəxsdən aşkar edilmiş “qurudulmuş marixuana” narkotik vasitəsinin miqdarının külli miqdar həddindən yeddi dəfə artıq miqdarda olmasını və cinayət işinin Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən yuxarıda göstərilmiş tədqiq edilən bütün digər hallarını da nəzərə alır. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və qanunsuz olaraq odlu silahı əldə edib daşıyaraq saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 228.1, 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1, 234.4.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 27 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 27 fevral 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 04 may 2022-ci il tarixli, 585 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Samux Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış qalıq çəkisi 3639,8 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, hökm qanuni qüvvəyə mindikdən sonra Samux Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış 01 ədəd keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, 11014-M №li, hamar tək lüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş ov tüfəngi olan yivsiz odlu silah Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 27 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Samux Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış qalıq çəkisi 3639,8 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bundan başqa, hökm qanuni qüvvəyə mindikdən sonra Samux Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış 01 ədəd keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, 11014-M №li, hamar tək lüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş ov tüfəngi olan yivsiz odlu silah məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Xəqani Səmədov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-331/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-331/2022
16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver