Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-331/2023 06.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və X2 ibarət tərkibdə, X12 və X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, DOS-102, ev 142, mənzil 18-də qeydiyyatda olmaqla, ünvan 3-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazılayaraq əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, 2022-ci ilin yay aylarında günü məlum olmayan vaxtlarda Samux rayonu ərazisində Gəncə-Qarayeri avtomobil yolunun sol tərəfində yerləşən torpaq sahəsində aqrotexniki qaydada qulluq edilmədən yabanı halda bitmiş çətənə (kannabis) bitkisini yığıb vahid niyyətlə hissə-hissə ünvan 1 ünvanında yerləşən keçmiş X8 istifadəyə yararsız tələbə yataqxanasının binasına gətirib orada həmin çətənə (kannabis) bitkisini qurudub kustar üsulla külli miqdarda yəni, ümumi təmiz çəkisi 36376,82 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq hazırlayıb əldə edərək onları ayrı-ayrılıqda təmiz çəkiləri 4250 qram, 2576,82 qram, 9250 qram, 5550 qram, 6650 qram, 8100 qram olan 6 ədəd sintetik kisələrə bölmüş, xx.xx.2022-ci il tarixdə 2576,82 qram çəkili sintetik kisədən 180 qramını satış məqsədilə götürərək qara rəngli polietilen paketə qoyub əynindəki gödəkcənin sağ qoltuq hissəsinə gizlədib saxlayaraq Naftalan-Səfikürd avtomobil yolunun 1-ci kilometrliyində, Naftalan şəhər ərazisində daşıyarkən Naftalan ŞPŞ-yə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 14:40 radələrində Naftalan- Səfikürd avtomobil yolunun 1-ci kilometrliyində, Naftalan şəhər ərazisində saxlanılaraq Naftalan ŞPŞ-yə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynindəki gödəkcənin sağ qoltuq hissəsindən qara rəngli polietilen paketdə təmiz çəkisi 180 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, 2022-ci ilin dekabr ayının sonlarında dəqiq məlum olmayan vaxtda 2396,82 qram çəkili sintetik kisədən 1,23 qram qramını satış məqsədilə götürüb yaşadığı ünvan 3 ünvanına daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə 2395,59 qram çəkili sintetik kisədən 45,59 qram hissəsini satış məqsədilə götürüb sellofan paketə qoyaraq yapşıqlanlı lentlə bağlayıb üzərində olan çantanın içərisində saxlamaqla daşımış, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-ına daxil olmuş məlumat əsasında həmin bölmənin, həmçinin Gəncə şəhər BPİ-nin CAİ-nın, Gəncə şəhər BPİ-nin NMB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, 02 yanvar 2023-cü il tarixdə saat 20 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Dəyirmanın dairəsi” adlanan yerin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİnin 2-ci PŞ-yə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan çantanın içərisindən 1 ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan paketdə təmiz çəkisi 45,59 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq həmin gün saat 22-23 radələrində ünvan 6 ünvanında yerləşən keçmiş X8 istifadəyə yararsız tələbə yataqxanasına baxış zamanı oradan onun satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 6 ədəd sintetik kisələrdə ayrı-ayrılıqda təmiz çəkiləri 4250 qram, 2350 qram, 9250 qram, 5550 qram, 6650 qram 8100 qram, ümimi təmiz çəkisi 36150 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 03 yanvar 2023-cü il tarixdə saat 18 radələrində isə onun ifadəsinin yerində yoxlanılması zamanı yaşadığı ünvan 14 nömrəli evdəki otaqda olan sobanın üzərindəki qazanın içərisindən isə təmiz çəkisi 1,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, gündəlik olaraq qazancını metal tullantıları yığıb sataraq əldə etmiş, təxminən 10 ildir ki, müxtəlif növ narkotik vasitələrdən istifadə etmişdir. Son vaxtlar isə güclü təsir edən narkotik vasitələrdən istifadəni dayandırmaq məqsədilə qərar vermişdir ki, üstünlüyü narkotik vasitə olan marixuanaya versin. Təxminən 2022-ci ilin yay aylarında Samux rayonu ərazisində, Qarayeri yolunun sol tərəfində gəzərkən arxın yaxınlığındakı torpaq sahəsində çoxlu sayda marixuana kollarını görmüş və həmin kolları yığıb toplamış Gəncə X7 binasının yaxınlığında sahibsiz bina ikinci mərtbəsinin qurutmuş və quruduqdan sonra kisələrə yığmışdır. Hər dəfə isə qurumuş bir miqdar götürüb ünvan 3 ünvanına aparıb orada qazana töküb üzərinə su və ağrı kəsici olan baralgin dərman preparatını atıb qaynatdıqdan sonra suyunu içmişdir. Beləliklə həmin mariuxana kolları solanadək O, onları qeyd etdiyi qaydada dərib daşıyaraq Gəncə X7 binasının yaxınlığında sahibsiz binanın ikinci mərtbəsinin baş tərəfində sağdakı otaqda 6 ədəd kisə düzəltmiş və həmin kisədən istifadə etmişdir. Sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə yenə çantasına qoyaraq piyada yaşadığı evə “Dəyirmanın dairəsi” deyilən yerin yaxınlığına çatdıqda mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Onlar xidməti vəsiqələrini göstərib Gəncə şəhər BPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə Gəncə şəhər BPİ-nin 2-ci PŞ-yə getməyi dəvət etmişlər. O da bu barədə polis onu əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları onu Gəncə şəhər 2ci PŞ-nin inzibati binasınına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlаrının müdаfiə оlunmаsı üçün müdаfiəçi X17 dəvət оlunаrаq ona təqdim еdilmiş, protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparmışar. Şəxsi axtarış zamanı üzərində olan çantanın içərisindən 1 ədəd sellofan bükümün içərisində yuxarda qeyd etdiyi şəraitdə əldə etdiyi narkotik vasitə qurudulmuş marixana aşkar edilmişdir. Sonra həmin narkotik vasitə qurudulmuş marixana büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 54,45 qram olması müəyyən edilmişdir. Bundan sonra 01 ədəd zərfin üzərlərinə müvafiq qeydlər aparılaraq iştirakçılar və onun tərəfindən imzalanmışdır. Aşkar edilmiş narkotik vasitə zərfin içərisinə qoyulduqdan sonra ağzı bağlanmış, möhürlənərək götürülmüşdür.Sorğu zamanı Gəncə X7 binasının yaxınlığında sahibsiz binanın ikinci mərtbəsində də narkotik vasitə marixuananı kisələrdə saxladığını bildirmişdir. Bundan sonra onlar ünvan 8 ünvanında yerləşən Gəncə X7 binasının yaxınlığındakı X8 tələbə yataqxanasına gedərək oraya baxış keçirmişdir. Baxış zamanı binanın ikinci mərtəbəsindən yığdığı 6 ədəd içərisində qurudulmuş marixuana olan kisələri göstərmişdir. Bundan sonra həmin kisələrin içərisinə baxış zamanı onların həqiqətən də qurudulmuş marixuana olması müəyyən edilmiş və həmin həmin kisələr ayrı-ayrılıqda çəkilmiş və onların ümumilikdə çəkisi 36,745 kiloqram olması aşkar edilmişdir. Həmin kisələrin hamısı qablaşdırılaraq götürülmüşdür. Daha sonra onun iştirakı ilə ifadəsi yerində yoxlanılmış, Samux rayonunda yerləşən Qarayeri yolunun sol tərəfində yerləşən arxın yanındakı torpaq sahəsinə gedilmiş və orada marixuana kollarını yığdığı yeri göstərmişdir. Hətta orada bir ədəd qurumuş marixuana kolu da aşkar edilmişdir. Sonra narkotik vasitələri yığdığı X8 tələbə yataqxanasını göstərmiş, oradan da yaşadığı evə, Ş.Bahəddin küçəsi, 1-ci döngə, ev 17 ünvanına getmişlər və orada yaşadığı otaqdakı sobanın üzərindəki qazanı göstərərək həmin qazanda marixuananı dəmləyib içdiyini demiş və həmin qazan içərisindəki marixuana ilə birlikdə götürülmüşdür. Bundan sonra ekspertin rəyi elan edilmiş və bilmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan paketdə təmiz çəkisi 45,59 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, ünvan 6 ünvanında yerləşən keçmiş X8 istifadəyə yararsız tələbə yataqxanası baxış zamanı oradan aşkar olunmuş 6 ədəd sintetik kisələrdə ayrı-ayrılıqda təmiz çəkiləri 4250 qram, 2350 qram, 9250 qram, 5550 qram, 6650 qram 8100 qram, ümumi təmiz çəkisi 36150 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, yaşadığı evdən götürülmüş qazandakı təmiz çəkisi 1,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmçinin bildirmişdir ki, üzərindən, yaşadığı evdən və ünvan 6 ünvanında yerləşən keçmiş X8 istifadəyə yararsız tələbə yataqxanasından aşkar edilmiş ümumi təmiz çəkisi 36196,82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı yuxarıda qeyd etdiyi kimi 2022ci ilin yay ayında Samux rayonu, Qarayeri yolunun sol tərəfində yerləşən torpaq sahəsində iki ay ərzində hissə-hissə yığıb istifadə etmək məsədilə yığıb daşıyaraq saxlamışdır. Narkoik vasitəni orada gizlin olaraq saxlamış və heç kəsin bu barədə məlumatı olmamışdır. Üzərindən aşkar edilmiş mobil telefonu və içərisindəki mobil nömrəni istifadə etməmişdir. Belə ki, həmin mobil telefonu təxminən 1 həftə əvvəl zibbiliyin yaxınlığında yerdən tapmışdır ki, özü istifadə edər, lakin istifadə etməmişdir. Özünün isə istifadəsində mobil telefon olmamışdır. İfadənin yerində yoxlanılması zamanı narkotik vasitə olan çətənə kollarını yığdığı Samux rayonunda yerləşən Qarayeri yolunun sol tərəfindəki torpaq sahəsini göstərərək həmin yerə ilkin olaraq dostları ilə getmiş və dostlarının xəbəri olmadan həmin yerə çəkilib orada marixuana kollarını gördüyünü bildirdiyi şəxslərlə təsadüfən tanış olmuş və onların dəqiq olaraq adlarını bilmir. Əldə edib üzərində saxladığı narkotik vasitə olan qurudulmuş marixuanadan heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamışdır. Həmin narkotik vasitəni özü istifadə etmək üçün saxlamışdır. Narkotik vasitə olan qurudulmuş marixuana əldə etməyindən, daşımağından, saxlamağından və istifadə etməyindən heç kəsin xəbəri olmamışdır. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Bu barədə hər hansı bir şikayəti və tələbi yoxdur. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, DOS-102, ev 142, mənzil 18-də qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə narkotik vasitə əldə edib daşıyaraq saxlaması və satması barədə məxfi mənbələrdən məlumat daxil olmuş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, “Dəyirmanın dairəsi” adlanan yerin yaxınlığında saxlanılaraq Gəncə şəhər 2-ci PŞ-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmişdir. Gəncə şəhər 2-ci PŞ-də ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək X17 onun müdafiəçisi kimi iştirakı təmin edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarışa başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunduğundan Təqsirləndirilən şəxs üzərində olan çanta ilə birlikdə masanın yanına yaxınlaşıb çantanı masanın üzərində qoyub açaraq içərisində olan bir ədəd sellofan bükülünü çıxarıb təqdim edərək həmin bükülünün narkotik vasitə marixuana olduğunu, Kür çayının yaxınlığında yığıb qurutduğunu, heç kəsə satmadığını, özü istifadə etmək üçün əldə etdiyini, Yeni Gəncə qəsəbəsi tərəfdəki X7 yaxınlığındakı binada da narkotik vasitə marixuana gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs çantasına şəxsi axtarış zamanı 1 ədəd daraq, 1 ədəd içərisində Bakcell mobil nömrə olan Nokia X1 markalı mobil telefon, açar, dezodorant, alışqan, qol saatı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı isə əynində olan şalvarın sağ yan cibindən kibrit qutusu, arxa sol cibindən 2 ədəd 20 qəpik aşkar olunmuşdur. Sorğu- sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuananın bir qismini X7 yaxınlığındakı binada saxladığını, həmin yeri göstərə biləcəyini, həmçinin yaşadığı evdə də həmin narkotik vasitədən saxladığını, onu dəmləyərək içdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan çantadan aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükülü elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisinin 54,45 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd içərisində Bakcell mobil nörmə olan Nokia X1 markalı mobil telefon müvafiq qaydada zərflərdə qablaşdırılıb götürülmüşlər. Bununla da, şəxsi axtarış və götürmə başa çatdırılmışdır. Bundan sonra X8 istifadəyə yararsız tələbə yataqxanasının binasına getmişlər. Həmin yerdə binanın önündə Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı saxladığı yeri göstərə biləcəyini bildirərək və iştirakçılarla birlikdə həmin binanın içərəsinə daxil olub ikinci mərtəbədə dəhlizin sağ tərəfində ən sağ küncdə yerləşən otağın içərisindəki kiçik ölçülü otağa gedərək oraya yığılmış 6 ədəd ağ rəngli kisələri göstərərək həmin kisələrin içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kisələri dəhlizə yığılaraq içərisinə baxış keçirilmiş və oradan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra hər bir kisə möhürlənib qablaşdırılaraq elektron tərəzidə çəkilmiş və 1-ci kisə 8205 qram, 2-ci kisə 9380 qram, 3cü kisə 5615 qram, 4-cü kisə 6760 qram, 5-ci kisə 2460 qram, 6-cı kisə isə 4325 qram olması müəyyən edilmişdir. Həmin kisələr çəkildikdən sonra baxış başa çatdırılmışdır. O, həminin bildirimişdir ki, Təqsirləndirilən şəxs ilə hər hansı bir düşmənçiliyi, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirləri keçirilməsi zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir, Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4, Şahid3 və X6 şаhid Şahid1 Qənbət oğlu ilə eyni məzmunlu ifadə vermişdirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023cü il tarixli şübhəli şəxsin tutması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə rayon məhkəməsinin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-1/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-62/2023 nömrəli hökmündan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ifadəsinin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əvvəlcə Samux rayonuna getməyi təklid etmiş. Onun istiqamətləndirməsi ilə Samux rayonunda yerləşən Qarayeri yolunun sol tərəfində yerləşən torpaq sahəsinə gedilmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs 2022-ci ilin yay ayında həmin əraziyə gələrəkən orada narkotik vasitə marixuana bitikisini gördüyünü, bundan sonra hissə-hissə orada yabanı halda bitmiş marixuana kollarını yığıb Gəncə şəhəri, X9 yaxınlığındakı sahibsiz, istifadəyə yararsız tikiliyə yığdığını bildirmişdir. Həmin əraziyə baxış zamanı oradan bir ədəd ilk baxışdan çətənə (kannabis ruderalis) bitikisinə bənzər kol aşkar edilmiş və həmin kol kökündən çıxarılaraq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kolları yığıb qurutduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Gəncə şəhəri, X9 yaxınlığındakı sahibsiz, istifadəyə yararsız tikiliyə getməyi təklif etmiş. Onun istiqamətləndirməsi ilə ünvan 6 ünvanında yerləşən X10 keçmiş tələbə yataqxanasınn binasına gedilmişdir. Təqsirləndirilən şəxs həmin tikilinin ikinci mərtəbəsinə qalxıb oradan da sağ tərəfdən başdakı otağa gedərək Samux rayonundan yığdığı narkotik vasitən marixuananı həmin yerə hissə-hissə piyada daşıyaraq gətirdiyini, həmin yerdə narkotik vasitə marixuananı qurutduğunu, qurutduqdan sonra hissə-hissə yaşadığı ünvan 3 ünvanına aparıb qazanda qaynadıb suyunu içdiyini, ağrılarını həmin formada dindirdiyini bildirərək yaşadığı ünvan 3 ünvanına getməyi təklif etmişdir. Bundan sonra həmin onun istiqamətləndirməsi ilə ünvan 3 ünvanına gedilmiş. Təqsirləndirilən şəxs həmin ünvanda yerləşən otağa daxil olub sobanın üzərindəki alüminium qazanı göstərərək həmin qazanda narkotik vasitə marixuananı su tökərək qaynatdığını, içərisinə həmçinin ağrıkəsici “baralgin” dərman preparatını qatdığını, bundan sonra onu içərək ağrısını dindirdiyini bildirmişdir. Həmin qazanın içərisinə baxış zamanı orada yaşıl rəngli, həmçinin qazanın dibində qızarıb qurumuş şəkildə bitki kütləsi aşkar edilmişdir. Həmin qazan içərisindəki kütlə ilə birlikdə iş üçün əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq götürüldü. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yenə də marixuananı yığdığı sahibsiz tikilidən bir qismini götürüb evdə qaynadıb qəbul etmək məqsədilə yaşadığı evə gələrək yolda polis əməkdaşları tərəfindən tutulduğunu, barəsində aparılan cinayət təqibi üzrə icraat zamanı hər hansı bir zorakılığa, təzyiqə məruz qalmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə İfadənin yerində yoxlanılmasında aqronom kimi mütəxəssis qismində iştirak edən ADAU-nun Bitkiçilik kafedrasının dosenti X4 mütəxəssis rəyinə əsasən 2022-ci ilin yay ayında qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis ruderalis) bitkisini dərib topladığı yer Samux rayonu ərazisində, Qarayeri yolunun sol tərəfində yerləşən sahibsiz torpaq ərazidir. Adi gözlə baxdıqda görünür ki, həmin yer arxın kənarında yerləşir, kannabis bitkisi nəmişlik sevdiyi üçün təbii şəkildə toxumların külək vasitəsi ilə gətirilməsi nəticəsində həmin yerdə aqrotexniki qulluq edilmədən yabanı halda narkotik tərkibli çətənə bitkilərinin yetişməsi üçün münbit şərait vardır. Həmin yerə baxış zamanı götürülümüş bir ədəd kol da, çətənə (kannabis ruderalis) bitkisidir, aqrotexniki qaydada qulluq edilməmişdir, yabanı halda bitmişdir. Qeyd olunan ərazidə çətənə (kannabis ruderalis) bitkisinin vegetasiya müddəti ilin aprel ayından sentyabr-oktyabr ayınadək davam edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının 03 yanvar 2023-cü il tarixli 16/2 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan paketdə təmiz çəkisi 45,59 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş hər birinin üzərində “Təqsirləndirilən şəxs saxladığı yerdən aşkar olunan ....” yazı və imzalar olan 6 (altı) ədəd sintetik kisələrdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4250 qram, 2350 qram, 9250 qram, 5550 qram, 6650 qram, 8100 qram, ümumi təmiz çəkisi 36150 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş qurudulmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının 04 yanvar 2023-cü il tarixli 16/6 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Samux Qarayeri yolunun sol kənarından torpaq sahəsindən götürülmüş 1 ədəd kol...” sözləri və imzalar olan sintetik kisədəki, sayı 1 (bir) ədəd təmiz çəkisi 125 qram bitki nümunəsi əkilib-becrilməsi qadağan olunmuş narkotik tərkibli – çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 13 ünvanında götürülmüş 1 ədəd alüinium qazan.” yazılar və imzalar olan polietilen torbaya qoyulmuş qazandakı, təmiz çəkisi 1,23 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd sintetik kisədəki çətənə (kannabis) bitkisi ilə, 1 (bir) ədəd kağız paketdə və 1 (bir) ədəd polietilen torbadakı qazanda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Aqronom (mütəxəssis) X4 mütəxəssis rəyinə əsasən təqdim edilmiş bitkiyə aqrotexniki qaydada qullluq edilməmişdir o yabanı halda bitmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 16/243 nömrəli rəyinən görünür ki, əsasən tədqiqata təqdim olunmuş üzərində “CM-nin 234-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş........” yazı və imzalar olan kağız paketdəki marixuana ilə, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə” yazı və imzalar olan kağız paketdəki marixuana tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 5/61 nömrəli rəyinə əsasən: 1.Təqdim edilmiş “Nokia X1-01” markalı “RM-713” modelli “**********98405, **********98413” imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. 2.Rəyin “tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Nokia X1” markalı “RM 713” modelli mobil telefonun yaddaşında olan məlumatlar üzrə araşdırma aparılması mümkün olmamışdır. 3.Təqdim edilmiş “Nokia X1-01” markalı “RM 713” modelli mobil telefonun “Menyu” hissəsində “Kontaktlar”, “SMS mesajlar” və “Zəng qeydləri” bölməsində məlumat müəyyən olunmuş, lakin rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndin də göstərilən səbəblərə görə həmin məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. 4.Təqdim edilmiş mobil telefonun daxilində olan “Bakcell” mobil operatoruna məxsus “********************” (İCCİD) seriya nömrəli “SİM” danışıq kartı hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Nokia X1-01” markalı “RM 713” modelli mobil telefonun daxilində olan “Bakcell” mobil operatoruna məxsus “********************” (İCCİD) seriya nömrəli daışıq kartının yaddaşından (16 ədəd SMS mesaj, 18 ədəd silinmiş SMS mesaj vvə 18 ədəd kontakt) məlumatlar müəyyən olunmuş və həmin müəyyən edilmiş məlumatlar “Ekspertiza 5-61” adlı iş çantasında bir ədəd üzərində “Verbatim” yazısı olan DVD-R tipli diskə köçürülərək ekspert rəyinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə kompüter-texniki ekspertizası əsasında “Nokia X1-01” markalı “RM 713” modelli mobil telefonun daxilində olan “Bakcell” mobil operatoruna məxsus “********************” (İCCİD) seriya nömrəli danışıq kartının yaddaşından (16 ədəd SMS mesaj, 18 ədəd silinmiş SMS mesaj vvə 18 ədəd kontakt) əldə edilmiş məlumatları özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edildi ki, DVD diskin içərisinə daxil olduqda orada 1 ədəd “UFED SİM Card SİM 2023_02_20 (001)” adlı qovluq vardır. Həmin qovluğun içərisində isə “Logical 01” və “Logical 02” adlı qovluqlar vardır. Həmin qovluqların içərisinə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22:18:51-də +**********42 saylı mobil nömrədən “sahib araq alib qaqa gel bura guya xeberin yoxuydu gel bura mene de tele niye cavab vermisen tez gel 1litrdi” məzmununda mesaj mətni göndərilmişdir. Bundan əlavə müxtəlif operatorlardan şablon qısa mesaj mətnləri göndərilmişdir. Qovluqların içərisində iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs adına olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrlə aparılan telefon danışıqları və ötürülən məlumatları özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, DVD diskən içərisinə daxil olduqda orada olan “2023_B-S yer dəyişdirmə(Hamısı - abunə ilə) _**********67”, “2023_B-S yer dəyişdirmə(Hamısı - abunə ilə) _**********76”, “2023_B-S yer dəyişdirmə(Hamısı - abunə ilə) _**********44”, “2023_B-S yer dəyişdirmə(Hamısı - abunə ilə) _**********37”, “2023_B-S yer dəyişdirmə(Hamısı - abunə ilə) _**********06”, “2023_B-S yer dəyişdirmə(Hamısı abunə ilə) _**********11” 2023_B-S yer dəyişdirmə(Hamısı - abunə ilə) _**********87”, “2023_B-S yer dəyişdirmə(Hamısı - abunə ilə) _**********54” adlı excell fayllarının içərisində heç bir məlumat yoxdur və içərisi boşdur. “2023_B-S yer dəyişdirmə(Hamısı abunə ilə) _**********47” excell faylına daxil olduqda isə orada Elnur Musayevin adına olan “+**********47” saylı mobil nömrənin GPRS və Lokasiya əməliyyatlarından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Bakı, Abşeron, Beyləqan, Biləsuvar, Cəlilabad, Xaçmaz, Fizuli İmişli, İsmayıllı, Lənkəran, Lerik, Masallı, Neftçala, Oğuz, Qəbələ, Qobustan, Quba, Qusar, Saatlı, Sabirabad, Salyan, Xocavənd, Xızı, Sumqayıt, Siyəzən, Şamaxı, Şəki ərazilərində olmuşdur. “2023_SMS məzmun (qarşı abunə ilə)_**********67”, “2023_SMS məzmun (qarşı abunə ilə)_**********76”, “2023_SMS məzmun (qarşı abunə ilə)_**********44”, “2023_SMS məzmun (qarşı abunə ilə)_**********37”, “2023_SMS məzmun (qarşı abunə ilə)_**********06”, “2023_SMS məzmun (qarşı abunə ilə)_**********11”, “2023_SMS məzmun (qarşı abunə ilə)_**********87”, “2023_SMS məzmun (qarşı abunə ilə)_**********54” adlı excell fayllarının içərisi boşdur. “2023_SMS məzmun (qarşı abunə ilə)_**********47” adlı excell faylının içərisində isə “+**********47” saylı mobil nömrənin hədəf abunəçisi Elnur Musayev olması qeyd edilmişdir. Həmin mobil nömrəyə xx.xx.2022-ci il tarixdə +**********11 saylı mobil nömrə arasında “Ləşpər... Oy... U tebya Wats apa net?... Est, no ya naverno zablokirovana y tebya)... Na wats ap napişi mne...” məzmununda, xx.xx.2022-ci il tarixdə isə +**********46 saylı mobil nömrə ilə “Pocemu ne otvecaew neujeli tak ne intiresin tibe zvonu ne berow esmski ne otvecaew skaji pojalusta zaftra stretimsa i voskolka? skaji mne wto bi ya znal...” məzmununda yazışmaların olması görünür. “2023_Zəng statistika (qarşı abunə ilə)_**********67” excell faylında müəyyən olundu ki, +**********67 saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə **********82 saylı mobil nömrə ilə danışıq həyata keçirlmiş həmin vaxt qarşı abunəçi “Samux ray. Serker kendis. Tbilisi kuchesi 1...” antenind olmuşdur. Digər excell fayllarının içərisində də əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 06 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakcell MMCyə verilmiş sorğuya cavab əsasında müəyyən edimişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefonun içərisindəki sim kart X3 adına olan ********** saylı mobil nömrədir, sonuncu əməliyyat xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş, həmin mobil nömrə iki tərəfli bağlı olmuş, xx.xx.2023-cü il tarixdə yenidən satış üçün təyin edilmiş və halhazırda “Bakcell” şəbəkəsində hər hansı abunəçinin adına aktivləşdirilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər rayonlararası Psixo-Nevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hökmlə çəkilməmiş 06 ay 02 gün cəzası 03 ay 01 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-62/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(052)-3/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək, qəti olaraq, 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlər üzrə residiv yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən hal-hazırda onun əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Beləliklə, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, 2022-ci ilin yay aylarında günü dəqiq məlum olmayan vaxtlarda Samux rayonu ərazisində Gəncə-Qarayeri avtomobil yolunun sol tərəfində yerləşən torpaq sahəsində aqrotexniki qaydada qulluq edilmədən yabanı halda bitmiş çətənə (kannabis) bitkisini yığıb vahid niyyətlə hissə-hissə ünvan 1 ünvanında yerləşən keçmiş X8 istifadəyə yararsız tələbə yataqxanasının binasına gətirib orada həmin çətənə (kannabis) bitkisini qurudub kustar üsulla külli miqdarda yəni, ümumi təmiz çəkisi 36376,82 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq hazırlayıb əldə edərək onları ayrı-ayrılıqda təmiz çəkiləri 4250 qram, 2576,82 qram, 9250 qram, 5550 qram, 6650 qram, 8100 qram olan 6 ədəd sintetik kisələrə bölmüş, xx.xx.2022-ci il tarixdə 2576,82 qram çəkili sintetik kisədən 180 qramını satış məqsədilə götürərək qara rəngli polietilen paketə qoyub əynindəki gödəkcənin sağ qoltuq hissəsinə gizlədib saxlayaraq Naftalan-Səfikürd avtomobil yolunun 1-ci kilometrliyində, Naftalan şəhər ərazisində daşıyarkən Naftalan ŞPŞ-yə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 14:40 radələrində Naftalan-Səfikürd avtomobil yolunun 1-ci kilometrliyində, Naftalan şəhər ərazisində saxlanılaraq Naftalan ŞPŞ-yə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynindəki gödəkcənin sağ qoltuq hissəsindən qara rəngli polietilen paketdə təmiz çəkisi 180 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, 2022-ci ilin dekabr ayının sonlarında günü dəqiq məlum olmayan vaxtda 2396,82 qram çəkili sintetik kisədən 1,23 qram qramını satış məqsədilə götürüb yaşadığı ünvan 3 ünvanına daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə 2395,59 qram çəkili sintetik kisədən 45,59 qram hissəsini satış məqsədilə götürüb sellofan paketə qoyaraq yapşıqlanlı lentlə bağlayıb üzərində olan çantanın içərisində saxlamaqla daşımış, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-ına daxil olmuş məlumat əsasında həmin bölmənin, həmçinin Gəncə şəhər BPİ-nin CAİ-nın, Gəncə şəhər BPİ-nin NMB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 02 yanvar 2023-cü il tarixdə saat 20 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Dəyirmanın dairəsi” adlanan yerin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci PŞ-yə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan çantanın içərisindən 1 ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan paketdə təmiz çəkisi 45,59 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq həmin gün saat 22-23 radələrində ünvan 6 ünvanında yerləşən keçmiş X8 istifadəyə yararsız tələbə yataqxanası baxış zamanı oradan onun satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 6 ədəd sintetik kisələrdə ayrı-ayrılıqda təmiz çəkiləri 4250 qram, 2350 qram, 9250 qram, 5550 qram, 6650 qram 8100 qram, ümimi təmiz çəkisi 36150 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 03 yanvar 2023-cü il tarixdə saat 18 radələrində isə onun ifadəsinin yerində yoxlanılması zamanı yaşadığı ünvan 14 nömrəli evdəki otaqda olan sobanın üzərindəki qazanın içərisindən isə təmiz çəkisi 1,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmə məhkəmə iclasında tədqiq edilmiş ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, ekspertiza rəyləri, baxış və götürmə protokolları, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdardan dəfələrlə artıq olması və eləcə də Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 36376,82 qram qurudulmuş marixuananın qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəsasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə ki, təqsirləndirilən şəxs əvvəllər də, qəsdən cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb edilmiş və hazırda barəsində teyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkir. Bu isə onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür ve cəzanın məqsədləri, cəza təyiri emənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum elmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. İş materiallarından görünür ki, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(052)-3/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3, 66.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar üzrə Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş cəza ilə hazırki iş üzrə təyin olunacaq cəza qismən toplanmaqla və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Eyni Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə həsablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsn cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbi qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 45,50 qram olan narkotik vasitə qurudulmuş marixuana, X8 istifadəyə yararsız tələbə yataqxanasının binasına baxış zamanı götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 4249,98 qram, 2349,98 qram, 9249,98 qram, 5549,98 qram, 6649,98 qram, 8099,98 qram olan narkotik vasitə qurudulmuş marixuana, ifadəsinin yerində yoxlanılması zamanı Samux rayonu ərazisində Gəncə-Qarayeri avtomobil yolunun sol tərəfində yerləşən torpaq sahəsindən götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 124,95 qram olan 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi, yaşadığı ünvan 14 ünvanından götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,21 qram olan 01 ədəd alüminium qazandakı narkotik vasitə qurudulmuş marixuana, Naftalan RPŞ-də üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 179,75 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 01 ədəd “Nokia X1-01” markalı “RM- 713” modelli mobil telefon, ********** saylı SİM danışıq kartı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 205,60 manat (iki yüz beş manat alıtımış qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(052)-3/2023 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdam məhrum etmə cəzası ilə qismən toplansın və ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdam məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsı nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 45,50 qram olan narkotik vasitə qurudulmuş marixuana, X8 istifadəyə yararsız tələbə yataqxanasının binasına baxış zamanı götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 4249,98 qram, 2349,98 qram, 9249,98 qram, 5549,98 qram, 6649,98 qram, 8099,98 qram olan narkotik vasitə qurudulmuş marixuana, ifadəsinin yerində yoxlanılması zamanı Samux rayonu ərazisində Gəncə-Qarayeri avtomobil yolunun sol tərəfində yerləşən torpaq sahəsindən götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 124,95 qram olan 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi, yaşadığı ünvan 14 ünvanından götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,21 qram olan 01 ədəd alüminium qazandakı narkotik vasitə qurudulmuş marixuana, Naftalan RPŞ-də üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 179,75 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməsi. Maddi sübut olan 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 01 ədəd “Nokia X1-01” markalı “RM- 713” modelli mobil telefon, ********** saylı SİM danışıq kartı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə 205,60 manat (iki yüz beş manat alıtımış qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxsdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-331/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-331/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver