Məhkəmə qərarları › İş №1(100)-331/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-331/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-331/2025 28.01.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X18 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi - X10 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1995-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Kələntərli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 05 avqust 2024-cü il tarixdə saat 07:30 radələrində yaşadığı Bərdə rayonu, Kələntərli kəndində olan fərdi yaşayış evində olarkən 2013-cü ildən etibarən həmin fərdi yaşayış evində yaşayan qardaşı Şahid6 arvadı X6 evin mətbəx otağında yemək hazırladığını görüb heç bir əsaslı səbəb olmadan sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, öz cinayətkar niyyətini həyata keçirmək üçün fərdi yaşayış evinin həyətyanı sahəsində olan yardımçı tikiliyə gedərək orada saxlanılan kəsici-çapıcı və vurucu-dağıdıcı xassəyə malik, soyuq silah hesab edilməyən məişət-təsərrüfat təyinatlı baltanı götürərək evin mətbəx otağına qayıtmış və həmin balta ilə xüsusi əzab verdiyini dərk edərək müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə Səadət İbrahimovanın bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr yetirməyə başlamış, həmin vaxt X6 azyaşlı övladı xx.xx.2014-cü il təvəllüdlü Şahid1 yaranmış səs-küyə otağa daxil olmasına məhəl qoymayaraq, sonuncunun gözləri qarşısında, ona xüsusi əzab verdiyini dərk edərək və bunu arzulayaraq müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək çoxsaylı zərbələr yetirməyə davam edib Səadət İbrahimovaya birlikdə və ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid alın nahiyəsinin qançırı ilə çapılmış yarası 1 (bir) ədəd, başın sol gicgah-təpə nahiyəsinin 1 (bir) ədəd, sol gicgah nahiyəsinin 4 (dörd) ədəd, sol gicgah-ənsə nahiyəsinin 2 (iki) ədəd çapılmış yaralanmaları ilə əlaqədar kəllə sümüklərinin sınıqları ilə baş beyin toxumasına, mədəciklərinə və qişalarına qansızma ilə müşayiət olunan ölümünə səbəb olmuş çapılmış yaraları, habelə sol bud sümüyünün sınıqları ilə sol bud nahiyəsinin 2 (iki) ədəd çapılmış yaraları xəsarətləri, birlikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid üz nahiyəsinin qançırı ilə kəsilmiş yarası 1 (bir) ədəd, sol bazu oynağı nahiyəsi ilə sol bazu nahiyəsinin yuxarı 1/3nin ön-bayır səthini əhatə edən sahənin qançırı ilə kəsilmiş yarası 1 (bir) ədəd, sol said nahiyəsinin dilimşəkilli 1 (bir) ədəd kəsilmiş yarası, sol bel nahiyəsinin 1 (bir) ədəd kəsilmiş yaraları ilə müşayiət edilən xəsarətləri və dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən sağ gözyuvasıaltı-almacıq nahiyəsinin 1 (bir) ədəd, sol gözyuvasıaltı nahiyəsinin 1 (ədəd) qançırları, sol bazu nahiyəsinin 1 (bir) ədəd, sol dirsək nahiyəsinin 1 (bir) ədəd, döş qəfəsi nahiyəsinin 2 (iki) ədəd, sağ dirsək nahiyəsinin 1 (bir) ədəd, sol kürək nahiyəsinin 4 (dörd) ədəd sıyrıqları ilə müşayiət edilən bədən xəsarətlərini, yəni ümumilikdə 25 (iyirmi beş) ədəd xəsarət yetirərək X7 xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 120.2.2 və 120.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, epilepsiya xəstəliyindən əziyyət çəkmiş, əvvəllər epileptik tutmaları arabir olmuş, lakin son vaxtlar tutmaları tez-tez baş vermiş və yuxuları pozulmuşdur. Onun bir həftə yatmadığı vaxtları da olmuşdur. Həyətə çıxıb Allaha onu nə üçün bu xəstəliyə düçar etdiyini deyib dua edən zaman öldürdüyü şəxs Səadət İbrahimova eyvana çıxmışdır. Bu zaman içində xəstəliyi ilə bağlı çəkdiyi bütün bu zülmlərin səbəbkarının Səadət olması barədə bir hiss yaranmışdır. Bundan sonra o, özündə olmamış, polis şöbəsində özünə gələndə isə Səadəti öldürdüyünü bilmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Səadət İbrahimovanı necə öldürdüyünü xatırlamamış, sözləri düz gəlmədiyi və Səadət hörmətsizlik etdiyi üçün sonuncu ilə uzun müddətdir küsülü olmuşdur. O, subay olmuş, yaşadığı evdə yeməyi Səadət bişirmişdir. Səadətdən çay və yemək istədikdə sonuncu əsəbi formada gətirib stolun üzərinə qoymuş, bəzi vaxtlarda hətta çay və yemək dağılmışdır. Səadətdən nə üçün belə etdiyini soruşduqda “mən beləyəm, bəyənmirsənsə götürmə” deyə cavab vermişdir. Səadət bu formada hörmətsizlik etmişdir. Onun fikrincə Səadət ailəsi ilə birlikdə ayrı evə köçmək istədiyi üçün hörmətsiz hərəkətlər etmişdir. O, valideynləri ilə birlikdə qardaşı Anarın ailəsi ilə yaşamışdır. Onun Səadətlə başqa hər hansı ciddi bir davası və ya mübahisəsi olmamışdır. O, doğulandan epilepsiya xəstəliyindən əziyyət çəkmiş, xəstəliyi ilə bağlı bəzi vaxtlar aqressiv olmuş, əvvəllər də heç kimi vurmamışdır. Xəstəliyi ilə bağlı bir neçə dəfə stasionar qaydada müalicədə olmuşdur. O, hadisənin baş vermə şəraitini xatırlamamış, polis şöbəsində özünə gələndə Səadəti öldürdüyünü demişlər. Əvvəllər hörmətsizlik etməsinə görə Səadətlə davaları olmuş, hörmətsizlik dedikdə Səadətdən çay istədikdə sonuncu cavabında “bezmişəm, bu qədər çay içmək olar” kimi ifadələr işlədib çayı əsəbi şəkildə stola qoymuşdur. Belə etmək olmaz dedikdə isə Səadət “mən beləyəm, istəyirsən iç, istəmirsən içmə” demişdir. Sonuncu bu formada hörmətsizliyi onun atasına qarşı da etmiş, lakin atası Səadətə heç nə deməmiş, o, Səadətin atasına qarşı olan hərəkətlərini kənardan görüb qəbul edə bilməmişdir. Bir evdə qalmaqlarına baxmayaraq Səadətlə 5-6 il küsülü qalmışlar. Səadətin hörmətsizliyi barədə qardaşı Anara demiş, sonuncu Səadətlə danışdığını və arvadının bir daha belə hərəkətlər etməyəcəyini bildirmişdir. O, hadisə vaxtı özündə olmadığı üçün Səadəti nə ilə öldürdüyünü xatırlamamış, lakin deyilənə görə balta ilə vurmuşdur. Onun Səadəti öldürmək məqsədi olmamış, ağrıları ilə bağlı həyətə düşəndə Səadət də eyvana çıxmış, sanki həmin vaxt kimsə ona ağrılarının səbəbinin Səadət olduğunu demişdir. İbtidai istintaq zamanı da müstəntiqə hadisə vaxtı özündə olmadığını və Səadəti necə öldürdüyünü xatırlamadığını demişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin ifadəsi elan edilməklə və həmin ifadəsinə dair videoçəkiliş nümayiş etdirilməklə, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş, Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, o, şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu, Kələntərli kəndində valideynləri və qardaşının ailəsi ilə eyni evdə yaşamış, epilepsiya xəstəliyindən əziyyət çəkdiyi üçün həqiqi hərbi xidmətdə olmamış, hərbi xidmətə yararsız olmuşdur. O, təxminən 7-8 il bundan əvvələ kimi epilepsiya xəstəliyinə görə ikinci qrup əlillik üzrə pensiya almış, sonradan pensiyası dayandırılmış, o isə pensiya üçün yenidən heç bir yerə müraciət etməmişdir. Bu günə kimi rəsmi olaraq heç bir yerdə işləməmiş, sadəcə kənddə fəhləlik edib pul qazanmışdır. Ailədə atası Şahid5, anası Növrəsdə İbrahimova, qardaşı Şahid6, bacıları Günay və Səbinə olmaqla altı nəfər olmuşlar, onun anasını kənddə Məlahət adı ilə tanımışlar. X14 rayonunda, Səbinə isə Oğuz rayonunda ailəsi ilə birlikdə yaşamışlar, qardaşı Şahid6 təxminən 12 il əvvəl Goranboy rayon sakini, anasının xalası nəvəsi X11 ilə evlənmişdir. Anarın 2014-cü il təvəllüdlü Mədinə adlı və 2024-cü il təvəllüdlü hazırda adını xatırlamadığı iki övladı vardır. O, kənddə valideynləri və qardaşının ailəsi ilə birlikdə yaşamışdır. Yaşadıqları ev bir mətbəx və iki yataq otağından ibarət olmuşdur. Yataq otağının birində qardaşı Anar və həyat yoldaşı Səadət, digərində isə qardaşı qızı Mədinə, o, atası və anası qalmışlar. Onun atası asmabronxid xəstəsi olmuş, anası və qardaşı arvadı Səadət evdar qadın, qardaşı Anar isə Ağdam rayonunda fəhlə işləmişdir. Səadət onların evinə gəlin gəldikdən 4-5 il sonra onun valideynlərinə, ona qarşı tam başqa cür davranmağa başlamış, ona və onun valideynlərinə hörmətsizlik etmiş, gəlin kimi onun atasına, anasına yaxşı, ürəklə qulluq etməmiş, atası çay istədikdə Səadət fincanı elə formada gətirib masanın üstünə qoymuş ki az qala çay atasının üzərinə tökülsün. O da Səadətin bu hərəkətlərini həmişə kənardan diqqətlə izləmiş, qardaşının ailəsi dağılmaması üçün valideynləri də narazılıqlarını bildirməmişlər. Səadətin belə davranışlarına görə o, təxminən 4-5 il sonuncu ilə danışmamış, küsülü qalmışlar. Amma buna baxmayaraq sanki ona acıq vermək üçün Səadət onun valideynlərinə qarşı kobud davranışlarını davam etdirmişdir. Qardaşı Şahid6 iş üçün səhər tezdən evdən çıxıb axşamlar qayıtdığına görə arvadı Səadətin etdiklərini görməmiş, Anar evə gələndə Səadət özünü yaxşı aparmağa başlamışdır. Bu cür hərəkətlərinə görə o, uzun müddət əvvəl Səadəti öldürmək fikrini beyninə yerləşdirmiş, sonuncu özü də bilmiş ki, o nə vaxtsa Səadəti öldürəcək. xx.xx.2024-cü il tarixdə gün ərzində Səadət həmişəki kimi evdə valideynlərinə hörmətsizlik etmiş, o yenə də əsəbiləşmiş, həmin gecəni yata bilməmişdir. O, həmin gündən əvvəlki iki gecəni də yata bilməmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 06-07 radələrində qardaşı Anar işə getmiş, anası durub qoyunları evin həyətindəki örüş yerinə aparmış, atası çölə çıxmaq istəmiş, amma hələ çıxmamışdır. Saat 07:30 radələrində o, öz yatdığı otaqda olmuş, Mədinə də onun yanında olmuşdur. O, otaqdan çıxaraq qərara almış ki Səadəti öldürsün. Həmin vaxt Səadət mətbəxdə iş görürmüşdür. Sonuncunu öldürmək məqsədilə evin həyətinə çöl qapıdan daxil olduqda üzü ev istiqamətində sağ tərəfdə yaşadıqları evdən təxminən 10-15 metr aralıda adətən təsərrüfat alətlərini saxladıqları daxal adlandırdıqları yardımçı tikilidən odun baltasını götürmüş, baltanı sağ əlinə alıb Səadəti öldürmək məqsədi ilə sonuncunun olduğu yerə, yəni mətbəxə daxil olmaq üçün evə tərəf qayıdanda həmin vaxt qardaşı qızı Mədinə də evin pilləkənindən aşağı düşmüşdür. Mədinə onun əlindəki baltanı görüb ondan hara getdiyini soruşmuş, o da “sənlik deyil, get nənənin yanına” demişdir. O, Mədinənin qolundan tutub bir qədər anasının olduğu tərəfə aparıb qolundan buraxaraq “yeri get” demişdir. Bundan sonra o, əlində balta yenidən evə tərəf getmiş, pilləkənləri qalxaraq mətbəxə daxil olmuş, həmin vaxt Səadət xəmir yoğurmaq istəmiş, onu görən kimi ayağa qalxmış, o, əsəbi şəkildə Səadətə “az erməni balası, ma niyə bu hərəkətləri elədin, niyə ailədə söz-söhbət yaradırsan, camaatı biri-birinə vurursan” sözləri demiş və sağ əlində tutduğu odun baltasının küt tərəfi ilə Səadətin əvvəlcə başından bir dəfə zərbə vurmuşdur. Başına baltanın küt tərəfi ilə vurduğu birinci zərbədən Səadət yerə yıxılmış və başını qaldırmaq istədikdə o, bir neçə dəfə də balta ilə sonuncunun başına və bədəninə zərbələr vurmuşdur. O, Səadətin öldüyünə əmin olduqdan sonra dayanmış, əlindəki balta ilə mətbəxdən çölə çıxanda pilləkəndə qardaşı qızı Mədinəni görmüş, Mədinə qışqırıb ağlamış, səsə anası və atası gəlmiş, mətbəxə girib Səadətin meyitini görmüşlər və anası qışqırmağa başlamışdır. Sonra o, baltanı məhlədə harasa qoymuş, ancaq baltanı qoyduğu yeri dəqiq xatırlamamışdır. Bundan sonra o, evin sağ tərəfindəki örüş sahəsi ilə irəliləmiş, kənddə Ramin adlı şəxsin işlətdiyi mağazaya getmiş, mağazadan siqaret alıb çəkmiş, orada da ondan paltarının nə üçün qana bulaşdığını soruşduqlarında qardaşı arvadı Səadəti öldürdüyünü bildirmişdir. Bir qədər sonra ona polis əməkdaşları yaxınlaşmış və onu Bərdə rayon polis şöbəsinə aparmışlar. xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində yaşadığı evin mətbəxində əlindəki odun baltası ilə birinci zərbəni Səadətin başından vuran kimi sonuncu yerə yıxılmış, yıxılandan sonra o, Səadətə ayağa durmağa imkan verməmiş və zərbələri davam etdirmişdir. O, Səadəti öldürərkən sonuncu ona yalvarmamış, çünki o, Səadətə heç ağzını açmağa da imkan verməmişdir. O, mətbəxdə odun baltası ilə mərhum Səadət İbrahimovaya zərbələr endirərkən evdə onun atası, anası, qardaşı qızları Mədinə və adını hazırda xatırlaya bilmədiyi körpə uşaq olmuşdur. Onun anası heyvanların yanında, atası mətbəxə qonşu olan yataq otağında, körpə isə öz otağında olmuşdur. Səadəti balta ilə vurarkən sonuncunun çığırtısına Mədinə gələrək qapını aralayıb içəri girmək istədikdə Mədinə anasını və onu görüb ağlamış, o da Mədinəni itələyib çölə çıxartmış və öldüyünə əmin olana kimi balta ilə Səadəti vurmuşdur. Sonuncunun yeməyinə dərman qatıb onu əsəbiləşdirməyə çalışması barədə ifadəsində göstərdiyi xüsusatları təsdiq edəcək heç bir sübutu, şahidi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, xəstəliyi ilə bağlı yaddaşı pozulmuş, ola bilsin ki hadisə elan edilmiş ifadəsində olan kimi baş vermiş, lakin indi hadisənin necə baş verdiyini xatırlamır. Ancaq özündə olduğu vaxt yanında uşaq olmadığını, Səadətlə tək olduğunu xatırlamışdır. Səadəti vuran zaman özündə olmamışdır. O, Səadəti vurub mətbəxdən çıxdıqdan sonra Mədinə gəlmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, mərhum qızı Səadət İbrahimova ilə kürəkəni Şahid6 2013-cü ildə evlənmişlər. Evli olduqları müddətə Səadətlə Anar arasında hər hansı ciddi bir narazılıq olmasını bilməmiş, sadəcə bir dəfə qızı ərinin evindən küsülü gəlib və bir-iki gün qaldıqdan sonra yenidən evinə qayıtmışdır. Qızı daima qayınanası və qayınatasının qulluğunda olmuş, Anarın atası Rəşid xəstə olmuş, qızı da sonuncunun üzünü qırxmış, hətta yuyundurmuşdur. İfadəsinin davamı olaraq Rauf Abbaszadə bildirmişdir ki, qızının sadəcə bir dəfə əri Anar ilə kiçik mübahisəsi olmuş, bununla bağlı qızı onlara gəlmiş, lakin 1-2 gün sonra yenidən evinə qayıtmış, həmin vaxt Səadət qaynı Azər barəsində heç bir şikayət etməmişdir. O, Təqsirləndirilən şəxs tanımış və bildiyi qədəri ilə sonuncunun sadə qıcolmalardan başqa heç bir xəstəliyi olmamış, Təqsirləndirilən şəxs həmişə özünü normal qaydada aparmışdır. Səadətgilə tez-tez getməyinə baxmayaraq, Təqsirləndirilən şəxs heç vaxt ona qızının hər hansı xoşagəlməz hərəkəti barədə tədbir görməyini deməmişdir. O, Təqsirləndirilən şəxs nə üçün Səadəti öldürdüyünü bilməmişdir. Təqsirləndirilən şəxs yalan danışmış, ona heç kim qızının hər hansı xoşagəlməz hərəkəti barədə heç nə deməmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncuya ən ağır cəza verilməsini tələb edir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onunla əmisi Təqsirləndirilən şəxs münasibəti yaxşı olmuşdur. Səhər radələrində anası Səadətin qışqırığını eşitmişdir. Anasının səsinə tərəf getdikdə Azərin mətbəxdə anasını balta ilə ayağından və başından vurduğunu görmüşdür. O, qorxduğu üçün Azərə mane ola bilməmiş sadəcə qışqıraraq ona etməməsini, vurmamasını demişdir. Ancaq əmisi Azər onu dinləməmiş və anasını vurmağa davam etmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, o, Azərin baltanı haradan götürməsini görməmiş, mətbəxin qapılarından biri açıq olmuş və o, mətbəxə girmədən əmisi Azərin anasını balta ilə vurmağını görmüşdür. Çünki qapılardan biri açıq olanda mətbəxin içərisi tam görünmüşdür. Anasını vuran zaman əmisi ayaq üstə olmuş, sonuncu Səadəti vuran zaman ilk əvvəl onu görməmiş, o, həmin vaxt qışqırmış, Azər isə heç bir reaksiya verməyərək vurmağa davam etmişdir. O, Azəri görəndə sonuncunun arxası ona tərəf olmuşdur. O, əmisi Azər anasını vuranda axıra qədər dayanıb baxmamış, qışqırıb nənəsini çağırmışdır. Nənəsi gələnə kimi əmisi anasını balta ilə vurmuşdur. Nənəsi Azəri əli ilə itələmiş, daha sonra isə ağacla vuraraq çölə çıxarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hadisə günü, yəni xx.xx.2024-cü il tarixdə səhər evdə hər kəs oyaq olmuşdur. Oğlu Anarın avtomobili qapıda olduğundan sonuncunun işə getmədiyini düşünmüş və mərhum gəlini Səadətdən oğlunun harada olmasını soruşmuşdur. Həmin vaxtı Səadət xəmir hazırlamaq üçün su gətirmiş və ona Anarın sahəyə yoncaya baxmağa getdiyini demişdir. Azər isə alma ağacının altında oturmuşdur. O, Azərə heyvanları örüşə apardığını, qayıtdıqdan sonra onu həkimə aparacağını demiş, lakin Azər ona heç nə deməmişdir. Anar sahədən gəlmiş və avtomobilini işə salıb işləmək üçün Ağdama getmişdir. Bundan sonra isə o, heyvanları evin yanındakı örüş sahəsinə aparmışdır. Bir qədər sonra nəvəsi Mədinə qışqıraraq yanına gəlmişdir. O, Mədinədən nə baş verdiyini soruşduqda sonuncu “Azər anamı öldürdü” demişdir. O, tez evə getmişdir. Həmin vaxt Azərin mətbəx qapısından çöldə dayandığını, Səadətin isə mətbəxdə yerə yıxıldığını görmüşdür. O, ağacla Azəri vurmuş və oğlu evdən çıxıb getmişdir. O, Səadətin öldüyünü görüb qışqırmağa başlamış və səsinə qonşular gəlmişdir. İfadəsinin davamı olaraq Növrəsdə İbrahimova bildirmişdir ki, o, evə gələn zaman Azər mətbəx qapısının çölündə dayanmışdı, həmin vaxt sonuncunun əlində heç nə yox idi, Səadət isə yerdə uzanıqlı vəziyyətdə idi. X20 vurduğunu və nəticədə sonuncunun özündən gedib yerə yıxıldığını düşünmüşdür. O, ağacla Azəri vurduqda sonuncu çıxıb getmişdir. Ardınca mətbəxə keçəndə Səadətin öldüyünü görmüşdür. O, Mədinədən Azərin anasını nə ilə vurduğunu soruşduqda nəvəsi əmisinin balta ilə vurduğunu demiş, ancaq o, Azərin əlində balta görməmişdir. Bəzən Anar və Səadətin Azərlə mübahisələri olmuş, Azərin epileptik tutmaları olduğu üçün oğlunu həkimə aparacağını demişdir. Səadət ona və ərinə qarşı heç bir hörmətsizlik etməmişdir. Mədinə ona su içmək üçün mətbəxə gedən zaman Azərin anasını balta ilə vurub çıxdığını gördüyünü demişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 X4 ilə oxşar məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs yaxın qohumu, yəni qardaşı olduğu üçün ona qarşı ifadə verməkdən imtina etdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1 və 327.1-ci maddələrinin tələbinə əsasən məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2010-cü ildə Goranboy rayon Xanqərvənd kənd sakini Səadət ilə evlənmiş və evlilikdən Mədinə, Özləm adlında iki qız övladı dünyaya gəlmişdir. O, yaşadığı kənddə həm təsərrüfatla məşğul olmuş, həm də Ağdam rayonunda tikinti şirkətində fəhləlik etmişdir. Demək olar hər gün səhər saat 07 radələrində Ağdama getmək üçün evdən çıxmış və saat 18 radələrində evə qayıtmışdır. O, evləndikdən sonra da valideynləri ilə birlikdə yaşamağa davam etmişdir. Evdə atası, anası və öz ailəsi olmaqla qardaşı Təqsirləndirilən şəxs da onlarla yaşamışdır. Azər epilepsiya xəstəliyindən əziyyət çəkmişdir. Maddi imkanları aşağı olduğu üçün 2 otaq və 1 mətbəxdən ibarət fərdi yaşayış evinin bir otağında o, Səadət və yeni doğulmuş qızı Özləm, digər otaqda onun valideynləri, qızı Mədinə və qardaşı Azər yatmışdır. Evi dolandıran isə o olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 06 radələrində o, yuxudan oyanaraq işə getməyə hazırlaşmışdır. Həyat yoldaşı Səadət də həmişəki kimi onu işə yola salmaq üçün qalxmışdır. Yay olduğu üçün onların evində demək olar hər kəs səhər tezdən oyanırmış, ancaq Azər çox vaxt günortaya kimi yatsa da həmin gün tezdən oyanmışdır. O, yeməyini yemiş, hazırlaşıb təxminən saat 8-ə 3-5 dəqiqə işləmiş evdən çıxmışdır. O, Ağdamın dörd yoluna çatanda təxminən saat 07:30 radələrində qızı Mədinə ona zəng edib “Azər balta ilə anamı vurdu” demiş, o təcili öz maşını ilə evə qayıtmış, evə gələndə anasını, atasını, qızı Mədinəni ağlayan görmüş, Səadətin cansız bədəni mətbəxdə yerdə olmuş, Azər isə evdə olmamışdır. Mədinə ona anasını Azərin öldürdüyünü bildirmiş, ondan təxminən 5 dəqiqə sonra isə polis əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxs onun həyat yoldaşı Səadət İbrahimovanın guya onun valideynlərinə yaxşı qulluq göstərmədiyini, çay süzərkən isti çayı ayaqlarına qəsdən tökdüyünü, ailədə narazılıq yaratdığını, qardaşı ilə arasını vurduğunu, ailədə söz-söhbətə və küskünlüyə səbəb olduğunu göstərməsi yalan olmuşdur. Səadət ona, eləcə də onun valideynlərinə qarşı yaxşı və mehriban olmuş, Azər daima onların xoş günlərinin paxıllığını çəkmişdir. Azər həmişə atasına və anasına qarşı kobud, laqeyd olmuşdur. O, Azərdən şikayətçidir, qardaşına ömürlük cəza təyin olunmasını istəyir, sonuncu onu iki yetimlə tək qoymuş, heç bir səbəb olmadan Səadəti öldürmüşdür. Azər cinayət hadisəsini törədərkən istifadə etdiyi balta onlara aid olmaqla onların istifadəsində olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid6 bildirmişdir ki, Azər sadəcə epilepsiya xəstəliyindən əziyyət çəkmiş və sonuncunun başqa heç bir xəstəliyi olmamışdır. Azər ona və mərhum yoldaşı Səadətə qarşı aqressiv olmuş, başqaları ilə münasibəti isə normal olmuşdur. O və yoldaşı Səadət Azərə nə isə dedikdə sonuncu pis qəbul etmişdir. Azər hətta dəfələrlə onu bıçaqlamaq istəmişdir. O, qardaşının ona və arvadına qarşı aqressiv olmasının səbəbini bilməmişdir. Azərin törətdiyi hadisə barədə xx.xx.2024-cü il tarixdə səhər saat 07:30 radələrində yolda olarkən məlumat almışdır. Qızı Mədinənin deməsinə görə Azər əlində balta ilə Səadətin olduğu otağa keçmiş, bir qədər sonra isə Mədinə səsküyə otağa daxil olduqda Azərin anası Səadəti vurduğunu görmüşdür. Qardaşı Azər yalan demiş, mərhum Səadət ona və valideynlərinə qarşı heç vaxt hörmətsizlik etməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Kələntərli kəndində ərzaq mağazası işlətmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 8 radələrində mağazanı açmışdır. Həmin vaxt həmkəndlisi Şahid3 mağazanın qarşısında işə getməmişdən qabaq uşağına bez və siqaret almaq üçün onu gözləmişdir. Onlar mağazaya girdikdən sonra Azər həyəcanlı şəkildə Kələntərli kənd İƏD üzrə nümayəndəliyi tərəfdən mağazaya girmişdir. Azərin həyəcanlı olduğunu görüb nə baş verdiyini soruşduqda sonuncu “ailə problemidir, bu dəfə mən getdim” demişdir. Bundan sonra Azər ona siqaret verməyini, pulunu isə sonra verəcəyini demişdir. Bu zaman Rahib Azərə öz siqaretindən vermişdir. Azər çevrildikdə o, sonuncunun ayağında qan olduğunu görüb yenidən nə baş verdiyini soruşmuşdur. Azər isə “ailə problemidir, qardaşımın yoldaşını vurmuşam, Allah eləsin ölsün, peşman deyiləm” demişdir. Bundan sonra Azərdən buraya nə üçün gəldiyini soruşduqda sonuncu təslim olmaq üçün nümayəndəliyə gəldiyini, lakin oranın bağlı olduğunu və təslim olmaq üçün polisləri gözlədiyini demişdir. Azər təxminən 10 dəqiqə qapının qarşısında gözlədikdən sonra oraya gələn polis avtomobilinə minərək getmişdir. O, Azərdən qardaşının yoldaşını nə üçün vurduğunu soruşmamış, mağazaya gələn zaman da Azərin əlində heç nə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, DOST iş mərkəzində fəhlə kimi işləmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 8 radələrində işə getməmişdən qabaq siqaret və uşağına bez almaq üçün Bərdə rayonu, Kələntərli kəndində Şahid2 işlətdiyi ərzaq dükanına girmişdir. Bu zaman Azər də həyəcanlı şəkildə içəriyə girmişdir. O, Azərdən nə baş verdiyini soruşanda sonuncu ürəyi partdadığını və bir siqaret verməyini demişdir. O də Azərə siqaret vermişdir. Azərin paltarı palçıq olduğundan yıxıldığını düşünmüş və kömək lazım olub-olmadığını soruşmuşdur. Bu zaman Azər evdə dalaşdığını və vurduğunu demiş, həmçinin “Allah eləsin ölsün” deyə əlavə etmişdir. Azər həmin vaxt ona kimi vurduğunu deməmişdir. Bundan sonra Firəddin ona nə lazım olduğunu və işinə getməyini demiş, o da işə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 7-8 radələrində DİN-in 102 xidmətindən Bərdə RPŞ-yə daxil olmuş məlumat əsasında Bərdə rayonu, Kələntərli kəndində hadisə yerinə getmişdir. Hadisə baş verən evdə onu Təqsirləndirilən şəxs anası və mərhumun azyaşlı qızı qarşılamışdır. Azyaşlı uşaq əli ilə örüş sahəsini göstərərək əmisi, yəni Təqsirləndirilən şəxs həmin istiqamətdə getdiyi demişdir. Hadisə yerinə digər polis əməkdaşları gəldikdən sonra onlar Təqsirləndirilən şəxs arxası ilə getmişlər. Yolda heyvan otaran bir şəxsi görmüşlər və sonuncudan Azərin əlində balta ilə həmin şəxsin yanına gəldiyini və həmin şəxsin də Azərə icra nümayəndəliyinə getmək lazım olduğunu izah etdiyini öyrənmişlər. Bundan sonra icra nümayəndəliyi istiqamətində getmişlər və kəndin mərkəzində Azərin yerə çökmüş vəziyyətdə dayandığını görmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncu ayağa qalxaraq onlara tərəf gəlmişdir. Azərin üzərində qan ləkələri olmuşdur. Onlar avtomobilə əyləşməsini təklif etdikdə Azər heç bir etiraz etmədən əyləşmiş və yolboyu hadisəni törətməsini etiraf etmişdir. Hadisə yerinə gəldikdə azyaşlı uşaq ağlayaraq onlara “əmim vurdu, anamı əmim vurdu” demişdir. Onlar polis avtomobili ilə hərəkətdə olarkən Təqsirləndirilən şəxs özü onlara yaxınlaşaraq qardaşı arvadını öldürdüyünü demişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin Bərdə rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 610 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin Bərdə rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 41 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki: 1) X1 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər – başın alın, hər iki gicgah, təpə, ənsə sümüklərinin sınıqları, beyin qişalarına, beyin toxumasına və mədəciklərinə qansızma ilə alın nahiyəsinin qançırı ilə çapılmış yarası 01 (bir) ədəd, başın sol gicgah-təpə nahiyəsinin 01 (bir) ədəd, sol gicgah nahiyəsinin 04 (dörd) ədəd, sol gicgah-ənsə nahiyəsinin 02 (iki) ədəd, sol bud sümüyünün sınıqları ilə sol bud nahiyəsinin 02 (iki) ədəd çapılmış yaraları, üz nahiyəsinin qançırı ilə kəsilmiş yarası 01 (bir) ədəd, sol bazu oynağı nahiyəsi ilə sol bazu nahiyəsinin yuxarı 1/3-nin ön-bayır səthini əhatə edən sahənin qançırı ilə kəsilmiş yarası 01 (bir) ədəd, sol said nahiyəsinin dilimşəkilli 01 (bir) ədəd kəsilmiş yarası, sol bel nahiyəsinin 01 (bir) ədəd kəsilmiş yarası, sağ gözyuvasıaltı-almacıq nahiyəsinin 01 (bir) ədəd, sol gözyuvasıaltı nahiyəsinin 01 (bir) ədəd qançırları, sol bazu nahiyəsinin 01 (bir) ədəd, sol dirsək nahiyəsinin 01 (bir) ədəd, döş qəfəsi nahiyəsinin 02 (iki) ədəd, sağ dirsək nahiyəsinin 01 (bir) ədəd, sol kürək nahiyəsinin 04 (dörd) ədəd sıyrıqları, sol sağrı nahiyəsinin 05 (beş) ədəd, sağ sağrı nahiyəsinin 06 (altı) ədəd qançırları; 2) Həmin xəsarətlər həyatidirlər, törənmə müddətlərinə görə: a) sol və sağ sağrı nahiyələrindəki qançırların törənmə müddəti müayinədən 5-6 gün əvvələ uyğun gəlir; b) qalan digər xəsarətlər qərarda göstərilən tarixə xx.xx.2024-cü il tarixə uyğun olub ölümdən az vaxt əvvəl törənmişlər; a) başın alın, hər iki gicgah, təpə, ənsə sümüklərinin sınıqları, beyin toxumasına və mədəciklərinə qansızma ilə sol bud sümüyünün sınıqları, beyin qişalarına, başın alın, sol-gicgah-təpə, sol gicgah, sol-gicgah-ənsə, sol bud nahiyələrinin çapılmış yaraları, sol bazu oynağı nahiyəsi ilə sol bazu nahiyəsinin, sol said nahiyəsinin dilimşəkilli, sol bel nahiyəsinin kəsilmiş yaraları çapıcı-kəsici xassəyə malik olan alət (alətlər) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən alətlə törənə bilərlər; b) alın, sol bazu nahiyəsinin yuxarı 1/3-nin ön-bayır səthini əhatə edən sahənin, sağ gözyuvasıaltıalmacıq, sol gözyuvasıaltı, sol və sağ sağrı nahiyələrinin qançırları, sol bazu, sol dirsək, döş qəfəsi, sağ dirsək, sol kürək, döş qəfəsi nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər; dərəcələrinə görə - a) başın alın, hər iki gicgah, təpə, ənsə, sol bud sümüklərinin sınıqları, beyin qişalarına, beyin toxumasına və mədəciklərinə qansızma ilə alın nahiyəsinin qançırı ilə çapılmış yarası 01 (bir) ədəd, başın sol gicgah-təpə nahiyəsinin 01 (bir) ədəd, sol gicgah nahiyəsinin 04 (dörd) ədəd, sol gicgah-ənsə nahiyəsinin 02 (iki) ədəd, sol bud sümüyünün sınıqları ilə sol bud nahiyəsinin 02 (iki) ədəd çapılmış yaraları birlikdə və ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir; b) üz nahiyəsinin qançırı ilə kəsilmiş yarası 01 (bir) ədəd, sol bazu oynağı nahiyəsi ilə sol bazu nahiyəsinin yuxarı 1/3-nin ön-bayır səthini əhatə edən sahənin qançırı ilə kəsilmiş yarası 01 (bir) ədəd, sol said nahiyəsinin dilimşəkilli 01 (bir) ədəd kəsilmiş yarası, sol bel nahiyəsinin 01 (bir) ədəd kəsilmiş yarası birlikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; c) bədən səthindəki qalan digər xəsarətlər - sağ gözyuvasıaltıalmacıq nahiyəsinin 01 (bir) ədəd, sol gözyuvasıaltı nahiyəsinin 01 (bir) ədəd qançırları, sol bazu nahiyəsinin 01 (bir) ədəd, sol dirsək nahiyəsinin 01 (bir) ədəd, döş qəfəsi nahiyəsinin 02 (iki) ədəd, sağ dirsək nahiyəsinin 01 (bir) ədəd, sol kürək nahiyəsinin 04 (dörd) ədəd sıyrıqları, sol sağrı nahiyəsinin 05 (beş) ədəd və sağ sağrı nahiyəsinin 06 (altı) ədəd qançırları canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir; 3) X1 ölümünə səbəb başın çapılmış yaralanmaları ilə əlaqədar kəllə sümüklərinin sınıqları ilə baş beyin toxumasına, mədəciklərinə və qişalarına qansızma olmuşdur; 4) X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir; 5) X3 hamilə deyildir; 6) X1 uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatları olan tamponlarda məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı (məhkəmə-bioloji şöbəsindən verilmiş tampon və yaxmaların tədqiqinə dair xx.xx.2024-cü il tarixli 9/116 №-li rəy); 7) X1 meyitindən götürülmüş qanda məhkəmə kimyəvi təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (xx.xx.2024-cü il tarixli 2675/k №-li məhkəməkimyəvi tədqiqat aktı). İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin xx.xx.2024-cü il tarixli, 542/2024- MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) X6 qan qrupu şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə A(İİ)-dir; 2) Təqsirləndirilən şəxs qan qrupu şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə 0(İ)-dir; 3) Ekspertizaya təqdim olunmuş balta, 06 ədəd tənzif parçasından tampon, S.Şahid5ya məxsus şalvar, köynək, trusik, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə A(İİ) qruplu bir şəxsə, o cümlədən də X8 məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin xx.xx.2024-cü il tarixli, 403- 2024/MTKŞ nömrəli məhkəmə-kriminalistik ekspertizasının rəyindən görünür ki: 1) Ekspertizaya təqdim olunmuş X2 məxsus şalvarın sol ayaqlığının arxa səthinin orta hissəsində 03 (üç) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər; 2) Ekspertizaya təqdim olunmuş X2 məxsus köynəyin və tumanın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı; 3) Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin və şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı; 4) Ekspertizaya təqdim olunmuş baltanın işçi metallik hissəsi zavod üsulu ilə, dəstəyi kustar üsulla hazırlanmış, kəsici-çapıcı, vurucu-dağıdıcı xassəyə malik məişət-təsərrüfat təyinatlı baltadır və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 xx.xx.2024cü il tarixli, 557 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gəlmək mümkün olmadığından diaqnozun və psixi-psixoloji vəziyyətin dəqiqləşdirilməsi, qoyulmuş suallara cavab almaq məqsədi ilə Təqsirləndirilən şəxs Stasionar Məhkəmə Psixiatrik Ekspertiza Şöbəsinə göndərilməsi zəruridir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 xx.xx.2024cü il tarixli, 167 nömrəli kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki: 1) Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkir. Həmin psixi pozuntunun gedişində hal-hazırda natamam kompensasiya vəziyyəti olduğu müəyyən edilir. Bu səbəbdən Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında deyildir; 2) Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətməmişdən əvvəl, cinayət əməlini törədən zaman və ondan sonrakı dövrdə, həmçinin hal-hazırda epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkdiyi qənaətinə gəlinir. Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu kliniki gedişinə görə xroniki psixi patologiyadır və gedişində kompensasiya (yaxşılaşma) və dekompensasiya (kəskinləşmə) mərhələləri bir-birini əvəzləyir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdiyi dövrdə və hal-hazırda həmin psixi pozuntunun gedişində natamam kompensasiya vəziyyəti olduğu müəyyən edilir; 3) Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür; 4) Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyəti olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi ona ittiham olunan əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür; 5) Təqsirləndirilən şəxs düçar olduğu epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyəti hazırda da davam edir və onun gələcəkdə daha da dərinləşə biləcəyi istisna olunmur. Bu səbəbdən Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında deyildir. Buna görə də Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma anlaqlılığı istisna etməyən psixi pozuntuya görə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Həmçinin Təqsirləndirilən şəxs epilepsiya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınaraq onun daim nevropatoloqun nəzarəti altında olması tövsiyə edilir; 6) Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı simulyativ və dissimulyativ davranış aşkar edilməmişdir; Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyllilik, konfliktə və mübahisəyə meyllilik, inadkarlıq, hövsələsizlik, kinlilik, tez özündən çıxmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı psixiemosional halında hirslilik, qəzəb yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən psixi pozuntu ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik aşkar edilmir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik aşkar edilmir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1383 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhə şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00-da Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 avqust 2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Bərdə rayonu, Kələntərli kəndində həmin kənd sakini Şahid5 məxsus fərdi yaşayış evinin həyəti və mətbəxidir. Baxış zamanı mətbəxdə üzərində çoxsaylı xəsarət izləri olan zərərçəkmiş şəxs X6 meyiti aşkar olunmuşdur. Həyətdəki yardımçı tikilinin çardağından aşkar edilmiş cinayətin predmeti olan odun baltası, həmçinin həmin baltanın üzərindən qanabənzər ləkələrdən tampon vasitəsi ilə götürülmüş 03 (üç) ədəd və meyitin olduğu yerdəki qanabənzər ləkələrdən tampon vasitəsi ilə götürülmüş 03 (üç) ədəd nümunə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, X6 meyitinin bədəni üzərində müxtəlif ölçüdə və sayda xəsarətlər aşkar edilmişdir. Baxış zamanı Səadət İbrahimovanın meyitinin əynində olmuş tünd yaşıl rəngli qısaqol köynək, üzərində sarı, qara və tünd qırmızı zolaqlar olan (hərbi geyim formasına bənzəyən) şalvar və açıq bənövşəyi rəngli trusik müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi hadisə vaxtı əynində olan açıq solmuş yaşıl rəngli qısaqol köynək və tünd göy rəngli cins şalvar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, xx.xx.2024-cü il tarixdə X8 balta ilə xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli təqririndən görünür ki, həmin tarixdə saat 08:02-də Bərdə RPŞ-nin Növbətçi hissəsindən Bərdə rayonu, Kələntərli kənd sakini 1991-ci il təvəllüdlü X6 öldürülməsi barədə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 07:47-də Azərbaycan Respublikası DİN-nin “102” Xidmətindən daxil olmuş məlumatda özünü Bərdə rayonu, Kələntərli kənd sakini kimi təqdim edən Şahid1 +99***-***-**-** mobil nömrəsindən zəng edərək Azər adlı şəxsin anası Səadəti balta ilə öldürməsi barədə məlumat verməsi göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni bilavasitə görən şəxslərin dairəsini və Təqsirləndirilən şəxs kömək edən şəxslərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, zərərçəkmiş şəxslə barışdığından Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində RPŞ-də ərizə, şikayət, cinayət xarakterli material, yaxud cinayət işi, əməliyyat xarakterli hər hansı məlumat yoxdur və münaqişəli ailə kimi qeydiyyatda deyillər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin nevroloji kabinetində “Generalizə olunmuş ideopatik epilepsiya və epileptik sindrom qıcolma tutmaları ilə” diaqnozu ilə dispanser qeydiyyatındadır. Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Epileptik psixoz üzvi şəxsiyyət və davranış pozuntusu ilə ağıl zəifliyi” diaqnozu ilə Gəncə şəhər psixiatriya xəstəxanasında stasionar müalicədə olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X26 Dispanserinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə müşahidədə deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İİİ 402022 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı, 11653289 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Şahid1 anası X16, atası isə Şahid6dur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RİH başçısının Kələntərli kənd İƏDÜN-nin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə atası - 1957-ci il təvəllüdlü Şahid5, anası - 1963-cü il təvəllüdlü X4, qardaşı – 1988-ci il təvəllüdlü Şahid6, qardaşı qızı – 2014-cü il təvəllüdlü Şahid1, qardaşı qızı – 2024-cü il təvəllüdlü X13 ilə birlikdə Bərdə rayonu, Kələntərli kəndində yaşamış və yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 01 ədəd odun baltası, həmin baltanın tiyə və tutacaq hissələrindən tampon vasitəsilə götürülmüş 03 (üç) ədəd qanabənzər nümunələr, meyitin aşkar edildiyi mətbəxin ortasındakı gölməçə və nöqtələr formasındakı qanabənzər nümunələrdən tampon vasitəsilə götürülmüş 03 (üç) ədəd qanabənzər nümunələr, X2 məxsus tünd yaşıl rəngli 01 (bir) ədəd qısaqol köynək, açıq bənövşəyi rəngli 01 (bir) ədəd trusik və üzərində sarı, qara və tünd qırmızı zolaqlar olan (hərbi geyim formasına bənzəyən) 01 (bir) ədəd şalvar, Təqsirləndirilən şəxs məxsus açıqsolmuş yaşıl rəngli sol sinə hissəsində tünd yaşıl rəngli qartal şəkli təsvir edilmiş 01 (bir) ədəd qısaqol köynək və tünd göy rəngli 01 (bir) ədəd cins şalvar maddi sübut kimi tanınmış və Bərdə rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş, şübhəli şəxsin dindirilməsi, şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması və şahidin dindirilməsi istintaq hərəkətlərinə dair 03 (üç) ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq zərərçəkmiş şəxs X10 məhkəmə baxışı zamanı təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir, sonuncuya ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində yaşadığı evdə çay və yemək istədikdə Səadət İbrahimovanın əsəbi formada gətirib stolun üzərinə qoyduğunu, bəzi vaxtlarda hətta çay və yeməyin dağıldığını, Səadət İbrahimovanın onun atasına və anasına qarşı tez-tez hörmətsizlik etdiyini, buna artıq dözə bilmədiyini, bu barədə qardaşı Şahid6 dediyini, Səadət İbrahimovanı öldürmək məqsədinin olmadığını, hadisə günü ağrıları ilə bağlı həyətə düşəndə sonuncunun da eyvana çıxdığını və həmin vaxt sanki kiminsə ona ağrılarının səbəbinin Səadət İbrahimova olduğunu dediyini, buna görə də sonuncunu öldürdüyünü, həmin vaxtı özündə olmadığını, qardaşı qızı Şahid1 da hadisəni görmədiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsriləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdikləri ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində valideynlərinə, eləcə də ona qarşı hörmətsizlik etdiyinə görə Səadət İbrahimovanı uzun müddət əvvəl öldürmək fikrini beyninə yerləşdirdiyini, sonuncunun özünün də onun tərəfindən öldürüləcəyini bildiyini, hadisə günü də Səadət İbrahimovanın ona qarşı hörmətsizlik etdiyini və aralarında sözlü mübahisənin yarandığını, sonuncunu öldürmək üçün yaşadığı evin həyətindəki yarım tikilidən baltanı götürərək mətbəxə girdiyini, həmin vaxtı Səadət İbrahimovanın xəmir yoğurduğunu, sonuncu ilə bir daha mübahisə edərək əlində tutduğu odun baltasının küt tərəfi ilə Səadət İbrahimovanın əvvəlcə başından bir dəfə zərbə vurduğunu, birinci zərbədən sonuncunun yerə yıxıldığını, başını qaldırmaq istədikdə bir neçə dəfə balta ilə Səadət İbrahimovanın başına və bədəninə zərbələr vurduğunu, sonuncuya ağaya durmağa imkan vermədiyini və zərbələrini davam etdirdiyini, balta ilə vurarkən çığırtısına qardaşı qızı Şahid1 gələrək qapını aralayıb içəri girmək istədiyini, lakin özünün buna imkan vermədiyini, Şahid1 anasını və onu görüb ağladığını, qardaşı qızını itələyib mətbəxdən çölə çıxartdığını və Səadət İbrahimovanın ölməsinə əmin olana qədər sonuncuya balta ilə zərbə vurmağa davam etdiyini göstərmişdir. Qeyd edilən ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış və ifadələrin sonunda Təqsirləndirilən şəxs əlyazma ilə qeyd yazaraq ifadələrini oxuduğunu, onun sözləri ilə doğru yazıldığını, hər hansı şikayət və tələbinin də olmadığını göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən ifadələri imzaları ilə təsdiq etmişlər. Həmçinin xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində dindirilmə istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs istintaq hərəkətinin 17-ci dəqiqəsində müdafiəçisinin sualına cavab olaraq Səadət İbrahimovanı valideynlərinə hörmətsizlik etdiyi üçün qabaqcadan öldürmək qərarına gəldiyini və xx.xx.2024-cü il tarixdə bu cinayətkar niyyətini həyata keçirdiyini göstərmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə keçirilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs müstəntiqin sualına cavab olaraq birinci səfər səs-küyə gəldikdən sonra qardaşı qızı Şahid1 mətbəxdən çölə çıxartdığını, bir qədər sonra sonuncunun yenindən səs-küyə görə mətbəxə daxil olaraq anasını yerdə uzanıqlı vəziyyətdə gördüyünü, Şahid1 ikinci səfər otaqdan çıxardıqdan sonra sonuncunun anası Səadət İbrahimovaya balta ilə zərbə vurmağa davam etdiyini, sonuncunun ölməsinə əmin olduqdan sonra mətbəxdən çölə çıxdığını, həmin vaxtı birinci anasını gördüyünü, sonuncunun nəvəsi Şahid1 səsinə görə gəldiyini, Şahid1 da həmin vaxtı ağlayaraq onun anası Səadət İbrahimovanı öldürdüyünü dediyini, sonuncunu öldürdükdən sonra ailəsinin adının ucaldığını göstərmişdir. O cümlədən həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 İbrahimova ifadələrində anasının səsinə tərəf getdikdə əmisi Təqsirləndirilən şəxs mətbəxdə anasını balta ilə ayağından və başından vurduğunu gördüyünü, hadisə baş verən mətbəxin qapılarından birinin açıq olduğunu və özünün mətbəxə girmədən əmisi Təqsirləndirilən şəxs anasını balta ilə vurmağını gördüyünü, qapılardan biri açıq olanda mətbəxin içərisinin tam göründüyünü, qorxduğu üçün əmisinə mane ola bilmədiyini, sadəcə qışqıraraq sonuncuya etməməsini və vurmamasını dediyini, lakin Təqsirləndirilən şəxs onu dinləmədiyini və anasını vurmağa davam etdiyini, anasını vuran zaman da əmisinin ayaq üstə olduğunu, sonuncunun Səadət İbrahimovanı vuran zaman ilk əvvəl onu görmədiyini, həmin vaxtı özünün qışqırdığını, Təqsirləndirilən şəxs isə heç bir reaksiya verməyərək vurmağa davam etdiyini göstərmişdir. Habelə şahidin dindirilməsi istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, ibtidai istintaq zamanı qanuni nümayəndəsinin və mütəxəssisin iştirakı ilə şahid qismində dindirilərkən Şahid1 əmisi Təqsirləndirilən şəxs anası Səadət İbrahimovaya balta ilə zərbələr vurduğunu gördüyünü bir daha təsdiq etmişdir. Eləcə də nənəsi X4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində səs-küyə gəldikdən sonra Şahid1 nə baş verdiyi soruşduqda sonuncunun “Azər anamı öldürdü” dediyini göstərmidir. Hətta məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid7 da ifadəsində hadisə yerinə gəldikdə azyaşlı uşağın ağlayaraq onlara “əmim vurdu, anamı əmim vurdu” dediyini göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qardaşı qızı Şahid1 məlum baş vermiş hadisəni görmədiyini göstərsə də, elə onun özünün ibtidai istintaq zamanı verdiyi ifadələri, şübhəli şəxs qismində ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı verdiyi ifadəsi, həmçinin Şahid1, Növrəsdə İbrahimovanın, Şahid7 və digərlərinin ifadələri ilə Təqsirləndirilən şəxs zərərçəkmiş Səadət İbrahimovanı yaşadığı evin mətbəx otağında balta ilə zərbə vurarkən sonuncunun qızı Şahid1 orada olması və hadisənin onun gözü qarşısında baş verməsi tam olaraq öz təsdiqini tapmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, o cümlədən istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Bundan başqa, məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən xüsusi amansızlıqla qəsdən digər şəxsi həyatdan məhrum etmə ilə bağlı Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürərək onun zərərçəkmiş şəxsi təkcə yaxın adamlarının gözü qarşısında öldürməsinə görə deyil, həm də onun zərərçəkmiş şəxsə əzab və xüsusi ağrılar verməsinə, yəni zərərçəkmiş şəxsə müxtəlif ağırlıq dərəcəsində ümumilikdə 25 (iyirmi beş) ədəd xəsarət yetirməsinə görə də vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum Səadət İbrahimovanın meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlərdən 10 (on) ədədi canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, 04 (dörd) ədədi canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, qalan xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərə aiddir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 3-cü bəndində göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Hazırkı işin faktiki hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hərəkətlərində xüsusi amansızlıq həm adam öldürmənin üsulunda, həm cinayət törədərkən nümayiş etdirdiyi hərəkətlərdə, həm də Səadət İbrahimovaya yetirdiyi xəsarətlərin sayında və lokalizasiyasında özünü göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıq göstərərək Səadət İbrahimovaya birinci zərbəni balta ilə vurduqdan sonra sonuncu yerə yıxılmış, daha sonra Təqsirləndirilən şəxs Səadət İbrahimovanın başına və bədəninə balta ilə zərbə vurmağa davam edərək çoxsaylı bədən xəsarətləri yetirib zərərçəkmiş şəxsə əzab və xüsusi ağırlar vermiş, ardınca isə qəddarlıq nümayiş etdirərək zərərçəkmiş şəxsə zərbələr vurub sonuncuya ayağa durmağa imkan verməyərək, eləcə də əzab və işgəncə verdiyini dərk etməklə ölməsinə əmin olanadək Səadət İbrahimovaya balta ilə zərbə vurmağa davam edərək ona ümumilikdə 25 (iyirmi beş) ədəd müxtəlif ağırlıq dərəcəsində bədən xəsarətləri yetirmişdir. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində zərərçəkmiş Səadət İbrahimovanı məhz sonuncunun onun valideynlərinə və ona qarşı hörmətsizlik etməsinə görə, yəni ona və valideynlərinə çay gətirərkən kobud rəftar etməsinə görə öldürdüyünü göstərsə də, həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs qardaşı Şahid6, anası Növrəsdə İbrahimovanın və atası Şahid5 ifadələri ilə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar tam olaraq təkzib olunmuş və mərhum Səadət İbrahimovanın onun valideynlərinə qarşı hörmətsizlik etməsi öz təsdiqini tapmamış, əksinə Səadət İbrahimovanın onun valideynlərinə qarşı normal rəftar etməsi və sonuncularla yaxşı münasibətdə olması öz təsdiqini tapmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü bir-üzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Hazırkı işin faktiki hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan mərhum Səadət İbrahimovanın ona və valideynlərinə qarşı hörmətsizlik etməsini (ona və valideynlərinə çay gətirərkən kobud rəftar etməsini) bəhanə edərək sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 167 nömrəli kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyi ilə cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əziyyət çəkdiyi epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyəti olması səbəbindən onun, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olunması, buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi ona ittiham olunan əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşməsi öz təsdiqini tapmışdır. Bununla belə həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, psixi statusunun müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs verilən sualların mahiyyətinə uyğun, lakin bir qədər yubanaraq və əsasən dolğun cavablandırır, nitqi aydın və bir qədər ləng tempdədir. Öz şəxsiyyətinə, zamana və məkana görə bələdliyinin qənaətbəxş səviyyədə saxlanıldığı müəyyən edilir. Müayinə zamanı qavrama yanlışlığı (illüziya), aldatmaları (hallüsinasiya) və sayıqlama fikirləri (ideyaları) müəyyən edilmir. Özü üçün aktual olan mövzuları təkrarlayaraq detallarına varır, xırdaçılıq edir. Yaddaşında kobud pozuntu aşkar edilmir. Diqqətinin əsasən özü üçün maraqlı olan mövzular üzərində cəmlənməsi qeyd olunur. Anamnestik məlumatları ümumən düzgün çatdırır. Keçirilən ekspertizanın məqsədini düzgün başa düşür. Törətdiyi əməlin qanunazidd olmasını başa düşür. Təqsirləndirildiyi cinayət əməlinə və yaranmış vəziyyətinə formal tənqidi münasibət bəsləyir. Psixoloji müayinə zamanı isə Təqsirləndirilən şəxs verilən sualları konkret cavablandırır, cavabları sualın mahiyyəti üzrə olur, özü üçün əhəmiyyətli hesab olunan mövzular barəsində daha çox və ətraflı danışır. Özü barəsində olan məlumatları düzgün çatdıra bilir. Qeyd edilən rəyin nəticə hissəsindən həmçinin görünür ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur və onda gerilik əlamətləri aşkar edilmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə tərkibi xuliqanlıq niyyətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarında verilmiş təfsirlərdən çıxış edərək onu xüsusilə vurğulayır ki, “xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Bu isə şəxsin əqli, psixiki cəhətdən həmin dəyərləri dərk etmək qabiliyyətində olmasını, onun əqli inkişafının, psixi vəziyyətinin buna imkan verməsini tələb edir”. Baxılan işdə isə Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntunun olmasına baxmayaraq, əqli və psixi cəhətdən həmin dəyərləri dərk etmək qabiliyyətində olmamasını, eləcə də əqli inkişafının və psixi vəziyyətinin buna imkan verməməsi öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, psixi vəziyyətinə görə öz hərəkətlərinin ictimai-təhlükəli xarakterini faktiki olaraq dərk edən Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman nümayiş etdirdiyi hərəkətləri şəxsi münasibətlər (ona qarşı edilən “haqsız” hərəkətlərə adekvat reaksiya) kimi qiymətləndirilə bilməz. Bununla da yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla X7 qəsdən öldürməsi, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 60.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu üçün onun barəsində Cinayət Məcəlləsinin 60.1ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 05 avqust 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təyinat əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon prokurorluğunun maddi sübut otağına saxlanca verilmiş 01 ədəd odun baltası, həmin baltanın tiyə və tutacaq hissələrindən tampon vasitəsilə götürülmüş 03 (üç) ədəd qanabənzər nümunələr, meyitin aşkar edildiyi mətbəxin ortasındakı gölməçə və nöqtələr formasındakı qanabənzər nümunələrdən tampon vasitəsilə götürülmüş 03 (üç) ədəd nümunələr məhv edilməli, X2 məxsus tünd yaşıl rəngli 01 (bir) ədəd qısaqol köynək, açıq bənövşəyi rəngli 01 (bir) ədəd trusik və üzərində sarı, qara və tünd qırmızı zolaqlar olan (hərbi geyim formasına bənzəyən) 01 (bir) ədəd şalvar zərərçəkmiş şəxsin hüquqi varisi X12 qaytarılmalı, götürülmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus açıq-solmuş yaşıl rəngli sol sinə hissəsində tünd yaşıl rəngli qartal şəkli təsvir edilmiş 01 (bir) ədəd qısaqol köynək və tünd göy rəngli 01 (bir) ədəd cins şalvar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, götürülmədikdə məhv edilməli, şübhəli şəxsin dindirilməsi, şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması və şahidin dindirilməsi istintaq hərəkətlərinə dair 03 (üç) ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 05 avqust 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon prokurorluğunun maddi sübut otağına saxlanca verilmiş 01 ədəd odun baltası, həmin baltanın tiyə və tutacaq hissələrindən tampon vasitəsilə götürülmüş 03 (üç) ədəd qanabənzər nümunələr, meyitin aşkar edildiyi mətbəxin ortasındakı gölməçə və nöqtələr formasındakı qanabənzər nümunələrdən tampon vasitəsilə götürülmüş 03 (üç) ədəd nümunələr məhv edilsin. X2 məxsus tünd yaşıl rəngli 01 (bir) ədəd qısaqol köynək, açıq bənövşəyi rəngli 01 (bir) ədəd trusik və üzərində sarı, qara və tünd qırmızı zolaqlar olan (hərbi geyim formasına bənzəyən) 01 (bir) ədəd şalvar zərərçəkmiş şəxsin hüquqi varisi X12 qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs məxsus açıq-solmuş yaşıl rəngli sol sinə hissəsində tünd yaşıl rəngli qartal şəkli təsvir edilmiş 01 (bir) ədəd qısaqol köynək və tünd göy rəngli 01 (bir) ədəd cins şalvar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, götürülmədikdə məhv edilsin. Şübhəli şəxsin dindirilməsi, şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması və şahidin dindirilməsi istintaq hərəkətlərinə dair 03 (üç) ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar