Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-332/2022 22.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, X5 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə, vaxtda və mənbədən qəsdən satış məqsədi ilə 1 (bir) ədəd şəffaf sellofan torbada polietilen kəsiyi bükümündə təmiz çəkisi 28,529 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək, satış məqsədi ilə üzərində saxlamaqla daşımış, 18 fevral 2022-ci il tarixdə saat 16 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət-axtarış şöbəsinin və Narkotiklərlə mübarizə qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayonu, Sərkar kəndi, kənd arasında “Qalibin maqazini” adlanan mağazanın yaxınlığında saxlanılaraq, Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sol cibindən qəsdən satış məqsədilə qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxladığı 1(bir) ədəd şəffaf sellofan torbadakı polietilen kəsiyi bükümündə 28,529 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən, yəni CM-in 234.1-ci maddəsilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3-4 ildir ki, narkotik vasitə istifadə edir. Tutulmamışdan təxminən 2-3 gün əvvəl Gəncə şəhəri Sevinc qəsəbəsində xatırlamadığı bir zibilxananın yanından keçərkən sellofan büküm görmüş, həmin bükümdə narkotik vasitə olduğundan şübhələnmiş, buna görə də həmin sellofan bükümü götürüb içinə baxan zaman narkotik vasitə olan heroin olduğunu görmüşdür. Həmin narkotik vasitə olan heroini o, əynində olan qara rəngli cins şalvarın cibinə qoymuşdur ki, istifadə etsin. Bundan sonra o, yaşadığı evə getmiş, həmin narkotik vasitə olan heroini isə cibində saxlamışdır. 18 fevral 2022-ci il tarixdə saat 16 radələrində o, yol maşını ilə Gəncə şəhəri “Paçtavoy” adlanan ərazi ilə Samux rayon Sərkar kəndinə gəlmişdir ki, kafelərin birində oturub balıq yesin. Samux rayon Sərkar kəndində kənd arasında “Qalibin maqazini” adlanan mağazanın yaxınlığında piyada gedən zaman 2 nəfər tanımadığı mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirib, onun barəsində narkotik vasitələri üzərində gəzdirməsi barədə əməliyyat məlumatı olduğunu bildirmişlər. Bundan sonra onlar ona birlikdə Samux Rayon Polis Şöbəsinə getməyi təkilf etdiklərindən o etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Samux Rayon Polis Şöbəsinə getmişdir. RPŞ-nin xidməti otaqlarının birində üzərinə baxış keçirilib, üzərində olan təxminən 1,8-2 qram narkotik vasitəni aşkar etmişlər. Bundan sonra isə həmin narkotik vasitənin çəkisi polis əməkdaşları tərəfindən artırılmış, həmin narkotik vasitənin ona məxsus olduğunu bildirməsi üçün polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmışdır. Məcbur olub çəkiliş vaxtı üzərinə qoyulmuş ittihamda göstərilmiş həcmdə narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra narkotik vasitə olan heroin elekton tərəzidə çəkilmiş, kağız zərfə qablaşdırılmışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, polis şöbəsində göstərilmiş təzyiqlər nəticəsində heç bir xəsarət almamış, taparaq üzərində saxladığı təxminən 1,8-2 qram narkotik vasitə olan heroini şəxsi istifadə məqsədilə üzərində saxlamış, ona verilmiş ittihamda göstərilən həcmdə, yəni 28,529 qram narkotik vasitə olan heroin onun üzərindən aşkar edilməmiş, üzərinə baxış zamanı təxminən 1,8-2 qrama yaxın narkotik vasitə onun üzərində olmuş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Samux Rayon Polis X1 qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmətdə olduğu vaxt 18 fevral 2022-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 18 fevral 2022-ci il tarixdə günorta saat 16 radələrində Samux Rayon Polis Şöbəsinin CAB-nın əməliyyatçısı, polis baş leytenantı Şahid2 ilə birlikdə Samux rayon Sərkar kəndinə getmişlər. Samux Rayon Sərkar kəndində kənd arasında “Qalibin maqazini” adlanan mağazanın yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilmiş, ona yaxınlaşaraq xidməti vəsiqələri göstərərək özlərini təqdim edib onlarla getməyi təklif etmişdirlər, Təqsirləndirilən şəxs də heç bir etiraz etməyərək Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis kapitanı Murad Balakişiyev tərəfindən xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, protokolla tanış edilərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli cins şalvarının sol cibindən bir ədəd bükülünü çıxarıb təqdim etmiş, təqdim etdiyi bükülü barədə soruşulan zaman içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi təxminən 30 qram olmuş, sonra bükülü ağ kağız zərfə qablaşdırılmış, möhürlənərək, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar kütlənin heroin olduğunu, bir neçə gün əvvəl Gəncə şəhəri ərazisində tapdığını və arabir istifadə etdiyini bildirmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, həmin vaxt əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə olsa da, Mahir narkotik vasitələrin satışı ilə məşğul olmuş, bu barədə dəfələrlə əməliyyat məlumatları daxil olmuş, Gəncə şəhərində yaşasa da Samux rayonuna gedib-gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsilə oxşar məzmunlu ifadə vermiş, əlavə olaraq isə göstərmişdir ki, saxladıqları vaxt əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə olsa da, Mahir narkotik vasitələrin satışı ilə məşğul olmuş, bu barədə dəfələrlə əməliyyat məlumatları daxil olmuş, Gəncə şəhərində yaşasa da Samux rayonuna gedib-gəlmişdir. İş materiallarına əlavə edilmiş 18 fevral 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış zamanı paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qadağan edilmiş maddənin, əşyanın yaxud predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli cins şalvarının sol cibindən bir ədəd bükülünü çıxarıb təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü barədə soruşulan zaman içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqdim etdiyi bükülü açılan zaman spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən olunmuş, həmin kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 30.47 qram olmaqla ağ kağız zərfə qablaşdırılmış və kağız zərf AR DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar kütlənin heroin olduğunu, bir neçə gün əvvəl Gəncə şəhəri ərazisində tapdığını və ara-bir istifadə etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən təqdim edilmiş 19 fevral 2022-ci il tarixli, 16/197 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri və imzalar olan kağız paketdə, 1 (bir) ədəd şəffaf sellofan torbacıqdakı polietilen kəsiyi bükümündə təmiz çəkisi 28,529 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. İş materiallarına əlavə edilmiş 18 fevral 2022-ci il tarixli “şübhəli şəxsi tutma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(058)-03/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, DOS-84, ev 1, mənzil 38 ünvanında qeydiyyatdadır və ailə üzvü anası 1958-ci il təvəllüdlü X3 ibarətdir. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri Narkoloji Dispanserinin 04 may 2022-ci il tarixli, 586 nömrəli ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi mülicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən təqdim edilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasına dair 24 may 2022-ci il tarixli 324/112 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə əsəbi psixi emosional halda olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs ona verilmiş ittihamda göstərilən həcmdə, yəni 28,529 qram narkotik vasitə olan heroinin onun üzərindən aşkar edilmədiyini, üzərinə baxış zamanı təxminən 1,8-2 qrama yaxın narkotik vasitənin onun üzərində olduğunu, qalan narkotik vasitənin isə polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, üzərindən aşkar edilmiş narkotik vasitəni isə şəxsi istifadəsi məqsədilə saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadəni işin faktiki halları ilə uyğun olmayan, uydurma, məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadə kimi qəbul edərək hesab edir ki, onun təqsiri məhkəməyədək icraat zamanı özünü qismən təqsirli bilməklə verdiyi ifadəsi, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolla, həmin protokollara əlavə edilmiş videoçəkilişlə, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünü verilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “... rəsmi olaraq heç bir yerdə işləmirmiş. İstifadəsində ***-***-**-** mobil nömrəsi vardır. Təxminən 3-4 ildir ki, narkotik vasitələrin aludəçisi olmuşdur. Mütəmadi olaraq narkotik vasitələr qəbul edirmiş. Təxminən 2-3 gün əvvəl Gəncə şəhəri Sevinc qəsəbəsində olarkən xatırlamadığı bir zibilxananın yanından keçərkən sellofan torba görmüş, şübhələnmişdir ki, narkotik vasitədir, buna görə də həmin sellofan torbanı götürüb içinə baxan zaman görmüşdür ki, narkotik vasitə olan heroindir. Həmin narkotik vasitə olan heroini o, əynində olan qara rəngli cins şalvarın cibinə qoymuşdur ki, istifadə edərmiş. Bundan sonra o, yaşadığı evə getmiş, həmin narkotik vasitə olan heroini isə cibində saxlamışdır. 18 fevral 2022-ci il tarixdə saat 16 radələrində o, yol maşını ilə Gəncə şəhəri “Paçtavoy” adlanan ərazi ilə Samux rayon Sərkar kəndinə gəlmişdir ki, kafelərin birində oturub balıq yesin. Samux rayon Sərkar kəndində kənd arasında “Qalibin maqazini” adlanan mağazanın yaxınlığında piyada gedən zaman 2 nəfər tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirib ona demişdirlər ki, onlarda onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə əməliyyat məlumatı vardır. Bundan sonra onlar ona təklif etmişdirlər ki, onlarla birlikdə Samux Rayon Polis Şöbəsinə getsin. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Samux Rayon Polis Şöbəsinə getmişdir. RPŞ-nin xidməti otaqlarının birində polis əməkdaşı olan təhqiqatçı tərəfindən dövlət hesabına dəvət edilmiş vəkil X4 və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, həmin vaxt ona üzərində qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitə olubolmamasını, əgər varsa təqdim edilməsini təklif etmişdirlər. O da həmin vaxt əynində olan qara rəngli cins şalvarının sol cibindən bir ədəd bükülünü çıxardıb polis əməkdaşlarına təqdim edib demişdir ki, üzərində olan narkotik vasitə heroindir. Bundan sonra narkotik vasitə olan heroin elekton tərəzidə çəkilmiş və bükümün çəkisi 30.47 qram olması müəyyən edilmişdir. Həmin büküm ağ kağız zərfə qablaşdırılmış və kağız zərf AZ.Respublikası DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. O göstərmişdir ki, təxminən 2-3 gün əvvəl Gəncə şəhəri Sevinc qəsəbəsində olarkən xatırlamadığı bir zibilxananın yanından keçərkən sellofan torba görmüş, şübhələnmişdir ki, narkotik vasitədir, buna görə də həmin sellofan torbanı götürüb içinə baxan zaman görmüşdür ki, narkotik vasitə olan heroindir. Həmin narkotik vasitə olan heroini əynidə olan qara rəngli cins şalvarın cibinə qoymuş ki, istifadə edərmiş. Bundan sonra yaşadığı evə getmiş, həmin narkotik vasitə olan heroini isə cibində saxlamış, narkotik vasitə olan heroini təsadüfən tapmışdır. Həmin narkotik vasitə olan 28,529 qram heroini yalnız istifadə edəcəkmiş, başqa heç kimə vermək fikri olmamış, satmamış, satmaq məqsədi də olmamış, onda narkotik vasitə yoxdur. Aşkar edilib götürülmüş narkotik vasitə olan 28,529 qram heroini tapmağını heç kəs bilmirmiş, daha heç kəsin də bundan xəbəri olmamışdır. Əvvəllər heç kəsdən narkotik vasitə almamış, heç kimə də narkotik vasitə və ya psixotrop maddə satmamış, verməmişdir.” Bundan başqa məhkəmə istintaqı zamanı tədqiq edilmiş “şəxsi axtarış aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən də Təqsirləndirilən şəxs üzərində olmuş torbanı təqdim etdiyi, torbadakı kütlənin narkotik vasitə heroin olduğunu bildirdiyi, torbaya baxış zamanı narkotik vasitəyə bənzər kütlənin aşkar edilməsi müəyyən olunmuş, nə tərtib edilmiş protokolda, nədəki videoçəliş zamanı həmin torbanın ona məxsus olmamasını, üzərindən aşkar edilmiş kütlənin həmin çəkidə olmadığını bildirməmişdir. Həmçinin iş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs müayinə zamanı istintaq zamanı verdiyi ifadəni təkrar edir, aşkar edilmiş narkotik vasitəni özünün istifadəsi üçün saxladığını bildirmişdir. Bundan başqa iş materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı 5-6 il olar ki, narkotik vasitə olan heroini çəkmə yolu ilə qəbul etdiyini, aşkar edilmiş narkotik vasitəni tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, həmçinin məhkəmə istintaqı zamanı ona verilmiş CM-in 234.4.3-cü maddəsilə olan ittiham üzrə ifadələrində özünü qismən, yəni CM-in 234.1-ci maddəsilə təqsirli bilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ümumilikdə çəkisinin 28,529 qram olmaqla, şəxsi istehlak miqdarından dəfələrlə çox olması onun tərəfindən həmin narkotik vasitənin şəxsi istifadə məqsədilə əldə etməsini inandırıcı hesab etmədiyindən onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ Siyahısında heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməklə, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. İş üzrə maddi sübut kimi tanınaraq Samux RPŞ-nin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 28,429 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı video görüntülərin qeydə alındığı 1(bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 18 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Samux RPŞ-nin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 28,429 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı video görüntülərin qeydə alındığı 1(bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvə+yə minir.
Məhkəmə qərarları › İş №1(100)-332/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-332/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver