Məhkəmə qərarları › İş №1(100)-332/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-332/2025

25.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-332/2025 25.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Qasımov Zaur Zabil oğlunun, təqsirləndirilən şəxs Mahmudov Vaqif Rza oğlunun və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir Vəkil Bürosunun vəkili Abışov Adil Məcid oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 04.03.1982-ci il tarixdə Ağdam rayonu, Güllücə kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Güllücə kəndində qeydiyyatda olmaqla, tutulanadək Ağdam rayonu, Dördyol-1 qəsəbəsi, ev 1218-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda PX-in Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan – Mahmudov Vaqif Rza oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Mahmudov Vaqif Rza oğlu qanunsuz olaraq döyüş sursatını əldə etmə, saxlama və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, istintaqla müəyyən edilə bilməyən tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik «AK», «AKM», «AKMS» modelli avtomatik tüfənglərdə, RPK əl pulemyotlarında, SKS karabinlərdə və s. istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə (atəşə) yararlı 01 (bir) ədəd patronu və 9x18 mm kalibrli olmaqla, «Макаров» («ПМ»), «PA-63», «P 64», «RK 59», «CESKA ZBROCOVKA» konstruksiyalı tapançalarda, «Стечкин» konstruksiyalı avtomatik tapançalarda («АПС») və s. silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə (atəşə) yararlı 02 (iki) ədəd patronu qanunsuz əldə edib yaşadığı Ağdam rayon Dördyol-1 qəsəbəsində yerləşən 1218 nömrəli fərdi yaşayış evinin yataq otağında paltarasılanda olan özünə məxsus qış gödəkçəsinin sağ yan cibində 07 avqust 2024-cü il saat 10:47-dək, yəni Ağdam rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Ağdam rayon Dördyol-1 qəsəbəsində yerləşən 1218 nömrəli fərdi yaşayış evinin yataq otağında paltarasılanda olan özünə məxsus qış gödəkçəsinin sağ yan cibindən 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik «AK», «AKM», «AKMS» modelli avtomatik tüfənglərdə, RPK əl pulemyotlarında, SKS karabinlərdə və s. istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə (atəşə) yararlı 01 (bir) ədəd patron və 9x18 mm kalibrli olmaqla, «Макаров» («ПМ»), «PA-63», «P 64», «RK 59», «CESKA ZBROCOVKA» konstruksiyalı tapançalarda, «Стечкин» konstruksiyalı avtomatik tapançalarda («АПС») və s. silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə (atəşə) yararlı 02 (iki) ədəd patron aşkar olunub götürülənədək qanunsuz olaraq əldə edərək saxlamışdır. Bundan başqa o, 03.08.2024-cü il tarixdə istintaqla müəyyən edilə bilinməyən vaxt və mənbədən satış məqsədi ilə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyrli, külli və xüsusi ilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunda göstərilən külli miqdar olub ayrı-ayrılıqda təmiz çəkiləri 0,24 qram, 0,28 qram, 0,27 qram, 0,26 qram, 0,27 qram, 0,24 qram, 0,23 qram, 0,25 qram, 0,24 qram, 0,26 qram, 0,26 qram, 0,25 qram, 0,27 qram, 0,27 qram, 0,26 qram, 0,27 qram, 0,28 qram, 0,21 qram, 0,31 qram, 0,28 qram, 0,25 qram, 0,20 qram, 0,27 qram, 0,24 qram, 0,26 qram, yəni 25 (iyirmi beş) ədəd ağ kağız bükümlərdə, təmiz çəkisi 3,32 qram olan 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkiləri 250 qram və 250 qram olan 01 (bir) ədəd iç-içə olan şəffaf sellofan paketdə və 01 (bir) ədəd qara rəngli sellofan paketdəki ümumi təmiz çəkisi 509,74 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Ağdam rayonu Dördyol-1 qəsəbəsində yerləşən 1218 nömrəli evinə daşımaqla həmin çəkidə olan narkotik vasitədən 9,74 qramını, yəni 25 (iyirmi beş) ədəd ağ kağız bükümdə və 01 (bir) ədəd kibrit qutusunda olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı yataq otağındakı çarpayının üzərində olan döşəyin altında, həmçinin həmin çəkidə olan narkotik vasitədən 01 (bir) ədəd iç-içə şəffaf sellofan və 01 (bir) ədəd qara rəngli sellofan paketlərdəki ümumi təmiz çəkisi 500 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı isə yataq otağında üst-üstə yığılmış paltarların arasında 07 avqust 2024-cü il saat 10:47-dək, yəni Ağdam rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı aşkar olunub götürülənədək qəsdən satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşımaqla saxlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Mahmudov Vaqif Rza oğlu ona Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 07 avqust 2024-cü il tarixdə səhər saatlarında evin qapısının səsinə yuxudan oyannmış və həyətə çıxdıqda qapını qırdıqlarını görmüşdür. Həmin vaxt təxminən 15-20 nəfər polis əməkdaşı onun evinə gəldiyini görmüş və daha sonra həmin şəxslər onun əlini qolunu bağlayıb fiziki təzyiqlər göstərməyə başlamışlar və sözügedən təzyiqlərdən ayaq nahiyəsində xəsarətlər də olmuşdur. Ona təzyiqlər göstərərkən anası qışqıraraq, “ürəyi xəstədir, vurmayın onu” deyə bildirmişdir. Olar isə məhəl qoymaraq, əl-qolu bağlı vəziyyətdə ona əzab verib başına silah doğrultmuşlar. O zənn etmişdir ki, onun evinə gələn şəxslər soyğunçuluq etmək üçün gəlmişlər. Onun evindən pul və qızıl oğurlamışlar. Baş vermiş hadisəni qonşuları da görmüş və şahidləri də var. Polis əməkdaşları gəldikləri avtomobillərdə narkotik vasitə gətirib onun evinə döşəyin altına qoymuşlar. Həmçinin tərəzi və bükümlərin hamısını polis əməkdaşları gətirmişdir. O, 5 il müddətdir ki, ürək xəstəsidir və ürəyində stent var. Ağdam RPŞ-nin rəis müavini onun yoldaşına silah doğruldaraq, “yoldaşına denən boynuna alsın” deyə bildirmiş, ona isə “boynuna almasan, avtomobilinin şüşəsini sındırıb gətirəcəyik şöbəyə və 10 kq narkotik vasitə yerləşdirəcəyik” deyə bildirmişdir. Onu ailəsi və övladları ilə hədələmişlər. O da olunan təzyiqlər qarşısında məcbur qalaraq sözügedən narkotik vasitələrin onun olduğunu etiraf etmişdir. Ona 4 ay ərzində müstəntiq vəkil tutmağa icazə verməmişdir. Ona təzyiqlər göstərmişlər və huşunu itirdikdə polis əməkdaşları onun evinə narkotik vasitələr yerləşdirmişlər. Onun üçün həkim çağırmamışlar, həmçinin ekspertiziya da aparmamışlar. Evinə baxış keçirilən zaman vəkil olmadan axtarış etmişlər. Onu Ağdam RPŞ-yə apardıqda, ona yenidən təzyiqlər göstərərək, “boynuna almasan ailəni də, uşağınıda aparacağıq” bildirkdə, o da qorxduğu üçün etiraf etmişdir. Təqsirləndirilən şəxs Mahmudov Vaqif Rza oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik istifadə etmir və onun üzərində təxminən 30 qram narkotik vasitə olmuşdur. Narkotik vasitəni isə avtomobildə saxlamışdır. Polis əməkdaşları onun evinə gələn zaman öz yataq otağında olmuşdur. O döyüş bölgəsində yaşadığı üçün patronu uşaqların əlindən almışdır. Patrondan təsbeh düzəltmək istəmiş, lakin sonra xəstələnib xəstəxanaya çatdırıldığı üçün yadından çıxıb paltarının cibində qalmışdır. Onun polis əməkdaşları ilə ədavəti olmuş və hadisədən təxminən 15-20 gün əvvəl narkotik vasitədən istifadə edən zaman polis əməkdaşları onu tutub, şöbəyə apararaq 1500 manat pulunuu almışlar. Ona təzyiqlər göstərmişlər, qulaq, çiyin və ayaq nahiyələrindən xəsarətlər almışdır. Onu Təcridxanaya gətirən zaman orada bədən səthində olan xəsarətləri qeydiyyata almamışlar. Müstəntiq ona şikayət etməyə icazə verməmiş və ona “şikayət etsən, oğlunu da həbsə göndərəcəyik” deyə bildirmişdir. Onu hədələdikləri üçün barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı Ağdam Rayon Məhkəməsinə çıxan zaman şikayət etməmişdir. “ saylı İstintaq Təcridxanasında olan zaman Gəncə Apellasiya Məhkəməsinə şikayət etmiş, lakin müstəntiq onun narkoman olduğunu, evsiz olduğunu və övladının olmadığını bildirmişdir. Evdə video çəkiliş zamanı orada olmuş, lakin həmin vaxt huşu özündə olmamışdır. Baxış zamanı ona nə demişlərsə, onu da söyləmişdir. Narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını bildirmişdir. Onun təqsirləndirilməsi ilə bağlı cinayət işində 18-20 şahid olmuş, işlə tanış olanda şahidlərin ifadəsini görmüş, lakin hamısının yalan olduğunu söyləmişdir. Qeyd olunan 18 nəfər şahiddən 6 nəfərinin ifadəsi yazılmış, onunla bağlı ifadə verənləri isə ayrı-ayrılıqda narkotik vasitə istifadəçiləri kimi şöbəyə apararaq, hamısından 4000-5000 manat pul almışlar. Eyni zamand, həmin şəxslər “yazın ki, narkotiki Vaqifdən almışıq, sizi buraxacayıq”. Müstəntiq şikayət etməyə və ya vəkil tutmağa icazə verməmiş, o isə məhkəmədə vəkil tutmalı olduğunu başa düşmüşdür. O, yuxudan ayılanda polis əməkdaşları icazəsiz darvazanı qırıb içəri girmişlər və həmin vaxt qaynı, qonşuları və anası da orada olmuşdur. Onun başına silah doğruldan şəxs, Ağdam RPŞ-nin rəis müavini, Rizvan olmuş və onu döyən Cahangir adlı polis əməkaşı olmuşdur. Ona təzyiq göstərən digər polis əməkdaşlarının isə adlarını bilməmişdir. Evdə yastığının altında aşkarlanan narkotikin çəkisi təxmini 20-30 qram olmuş, videoçəkiliş zamanı ona vəkil təqdim edilməmiş və ekspertizanın təyin olunmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əlizadə Orxan Fikrət oğlu ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən Mahmudov Vaqif Rza oğlunun yaşadığı ünvana yollanmışlar. Bundan sonra Vaqif Mahmudovun evinə baxış zamanı, yataq otağında döşəyin altından, 25 ədəd kağız bükümdə, 1 ədəd kibrit qutusunda və 1 ədəd elektron tərəzi aşkarlanmışdır. Bükümdə və kibrit qutusundan aşkar olunan narkotik vasitə marixuanaya bənzər kütlələr olmuşdur. Əlavə baxış zamanı paltarların arasından 2 ədəd torba aşkar olunmuş və həmin torbaların biri şəffaf rəngdə, digəri isə qara rəngdə olmuşdur. Həmin torbaların içərisində marixuanaya bənzər yaşıl kütlələr olmuşdur. Həmçinin evə baxış zamanı 3 ədəd patron da aşkar olunmuşdur. Hamısı qablaşdırılmış və tədqiqatçı tərəfindən götürülmüşdür. Əlavə olaraq, şahid Əlizadə Orxan Fikrət oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş və məlumatın məzmunu Vaqif Mahmudovun narkotik vasitə saxlaması, satması, evində odlu silah və onun hissələrininin saxlanması ilə bağlı olmuşdur. Əməliyyat tədbirində Cahangir Əmirov, İlkin Səfərov, tədqiqatçı, kriminalist iştirak etmiş və əlavə olaraq təhlükəsizliyin təmin edilməsi üçün həyətdə digər şəxslər də olmuşdur. Vaqif Mahmudovun evində aparılan baxışı video kamera vasitəsi ilə həyata keçirmişlər və videoçəkiliş isə Şahruz Şahmarzadə tərəfindən həyata keçirilmişdi və baxış zamanı Vaqifin heç bir etirazı olmamışdır. Onlar narkotik vasitələri aşkar etmişlər və Vaqif Mahmudova qarşı heç bir təzyiq olmamışdır. Həmçinin şəxsi axtarış zamanı Vaqifin üzərindən hər hansı qanunsuz əşya və yaxud predmet aşkar olunmamışdır. Vaqifin ondan aşkar olunan narkotik vasitənin çəkisinin az olması ilə bağlı dedikləri özünümüdafiə üçün gətirdiyi dəlillərdir. Evə baxış keçirilən zaman Vaqifin ailə üzvləri də evdə olmuş və etiraz etməmişlər. Həmçinin istintaq zamanı bir neçə nəfər narkotik vasitəni Vaqifdən aldıqlarını etiraf etmişlər. Onlar evə baxış keçirilməsi üçün onun evinə getdikdə evin qapısı açıq olmuş və Vaqif də həyətdə olmuşdur. Onlar Vaqifi çağırıb ona gəlməs səbəblərini izah edib, qərarlarını göstərərək, baxış keçirəcəklərini söyləmişlər. Vaqif də etiraz etməmişdir. Onlar evə daxil olarkən Vaqif Mahmudovdan ərizə alıb-almadıqlarını xatırlamamışdır. Baxış zamanı Vaqifin evindən 25 ədəd kağız bükümündə narkotik vasitə, həmçinin əlavə olaraq 2 torba da olmuş, lakin aşkar olunan narkotik vasitənin çəksini xatırlamamışdır. Aşkar olunmuş narkotik vasitənin çəkisi təxminən 500 qram olmuşdur. Əməliyyat tədbiri zamanı Ağdam RPŞ-nin rəis müavini Rizvan evə daxil olmamış, həyətdə gözləmişdir. Vaqif Mahmudova silah doğruldulmamış və ona qarşı heç bir təzyiq göstərilməmişdir. Evə baxış zamanı aparılan videoçəkiliş “Panasonic” markalı video kamera vasitəsi ilə olmuşdur. Onlar evə baxış zamanı müdafiəçi dəvət etməmişlər. Sənədləşməni o deyil, təhqiqatçı aparmışdır. Vaqifi polis şöbəsinə gətirən polis əməkdaşının kimliyini xatırlamamış və həmçinin Vaqif Mahmudovun narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda məlumat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əmirov Cahangir Musa oğlu ifadəsində göstərmişdir ki, Vaqif Mahmudovun yaşadığı mənzildə keçirilən əməliyyat tədbirində iştirak etmişdir. Vaqif Mahmudovun yaşadığı evə baxış keçirilmiş və baxış zamanı yataq otağında döşəyin altından 25 bükümdə və kibrit qutusunda marixuana aşkar olunmuşdur. Həmin yataq otağında paltarların arasından iki ədəd torbada da marixuana aşkar olunmuşdur. Daha sonra baxış zamanı həmçinin gödəkçənin cibindən 3 ədəd patron da aşkar olunmuşdur. Əlavə olaraq, şahid Əmirov Cahangir Musa oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatının məzmunu Vaqif Mahmudovun qanunsuz olaraq narkotik vasitə və silah sursat saxlaması barədə olmuşdur. Vaqif Mahmudovun evinə baxışda 4-5 nəfər polis əməkdaşı iştirak etmişlər və narkotik vasitəni onlar aşkar etmişdir. Vaqif Mahmudovun evə baxış keçirilməsi zamanı heç bir etirazı olmamışvə eyni zamanda, ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. Həmçinin Vaqif Mahmudovun üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən qanunsuz əşya və yaxud predmet aşkar olunmamışdır. Vaqif Mahmudovun barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə də əməliyyat işi olmuş və satışla bağlı faktı müstəntiq müəyyən etmişdir. Onlar Vaqif Mahmudovun evinə baxış keçirilməsi üçün gedən vaxt evin qapısını döydükdən sonra evə daxil olmuşlar və həmin vaxt. Vaqif özü qapının qarşısında olmuş və içəri girməklərinə icazə vermişdir. Onlar evə daxil olarkən həmin anları videoçəkiliş vasitəsilə lentə almışlar və evə daxil olmaqla bağlı təhqiqatçı Vaqif Mahmudovdan yazılı ərizə də almışdır. Həmin vaxt müdəfiəçinin dəvət edilib-edilməməsi barədə məlumatı olmamış, eyni zamanda zaman orada hal şahidi də olmamışdır. Vaqif Mahmudovun evindən 3 ədəd patron aşkar olunmuşdur. Ağdam RPŞ-nin rəis müavini baxış zamanı kənarda olmuş, baxış keçirilən zaman iştirak etməmiş və onun həyətdə olub-olmadığını görməmişdir. Vaqif Mahmudovun evindən aşkar olunmuş narkotik vasitənin çəkisini xatırlamamış, sadəcə 25 büküm və 2 torba olduğunu bilmişdir. Təxminən narkotik vasitənin çəkisi 500 qram olmuşdur. Vaqif Mahmudovun başına silah doğruldulması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hüseynov Qabil Rabil oğlu ifadəsində göstərmişdir ki, müharibə zamanı döyüşdə olduğu üçün səhhəti ilə bağlı problemləri olmuşdur. O, bərbər işləmiş 2-3 dəfə marixuanadan istifadə etmişdir. Mahmudov Vaqif yanına gəlmiş və onlar marixuanadan istifadə etmişlər. Vaqif ona pulla bağlı hər hansısa təklif etməmişdir. Son dəfə ağrıyanda Vaqifdən marixuana istəmiş, o da gətirmişdir. Vaqif pul götürmək istəməsə də, Vaqifə məcbur 10 manat vermişdir. Əlavə olaraq, şahid Hüseynov Qabil Rabil oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, bu vəziyyət 2 ya 3 dəfə olmuşdur. Vaqifin narkotik vasitə istifadəçisi olduğunu bilirmiş və ondan başqa kiməsə narkotik verdiyini görməmişdir. Bir qəsəbədə yaşamışlar və Vaqiflə qonşu olmuşlar. O özü narkotik vasitəs istəmiş, Vaqifin kiməsə narkotik satdığını görməmişdir. Vaqifə 10 manatı pulu da məcbur vermişdir. Onun özündə narkotik olmamış, tutulmamışdan 1-2 ay qabaq Vaqifdən narkotik vasitə almışdır. Hansı ay aldığını xatırlamamışdır. Həmçinin müstəntiq onu həbs etməmiş və ondan pul almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyev Rəşad Füzuli oğlu ifadəsində göstərmişdir ki, baş verənləri Vaqif tutulduqdan sonra eşitmişdir. Müstəntiq ona zəng edib, onun telefon nömrəsinin Vaqifin telefonunda çıxdığını söyləyib, “xahiş edirəm gəl polis bölməsinə” deyə bildirmişdir. O da yaxınlaşmış və müstəntiq ondan Vaqiflə olan əlaqəsini soruşduqda, “biz bir yerdə bir kənddə, bir küçədə yaşayırıq, onun işi olan zaman ailəsini həkimə aparıram, taksi sürücüsü kimi əlaqəmiz var”. Vaqiflə bu narkotik vasitə ilə bağlı əlaqələri olmamışdır. Əlavə olaraq, şahid Əliyev Rəşad Füzuli oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, son müddətlər Vaqif Mahmudovun narkotik vasitə istifadə etdiyini bilməmiş, cavan vaxtlarında Vaqif Mahmudovla birlikdə bir dəfə narkotik vasitədən istifadə etmişlər İstintaq zamanı ifadə vermiş, lakin ifadəni oxuyub-oxumadığını xatırlamamışdır. Ona qarşı istintaq zamanı hər hansı hörmətsizlik olmamış və Vaqif Mahmudovdan narkotik vasitə almamışdır. Birlikdə narkotik vasitədən istifadə etməmişlər. İstintaq zamanı ona hər hansı təzyiq olunmamış, sadəcə ifadəsini oxumadan imzalamışdır. Məhkəmədə dedikləri doğrudur. Məhkəmə iclasında şahid Əliyev Rəşad Füzuli oğlunun ibtidai istintaq orqanına verdiyi ilkin ifadəsi ilə məhkəmə baxışı iclasında verdiyi ifadəsi arasında ziddiyətlər olduğundan cinayət prosesi tərəflərinin iştirakı ilə şahid Əliyev Rəşad Füzuli oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Əliyev Rəşad Füzuli oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Mahmudov Vaqif Rza oğlu tanıyır. Belə ki, Vaqif onun qonşusudur. Vaqiflə aralarında heç bir düşmənçilik və ya ədavət yoxdur. O, təxminən 7-8 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. təxminən 1 il bundan əvvəl qəsəbə ərazisində olarkən söhbət əsnasında Vaqif ona narkotik vasitələr olduğunu, lazım olduqda ondan istəməsini bildirmişdir. Bundan başqa o, qəsəbə sakinlərindən Mahmudov Vaqif Rza oğlunun narkotik vasitələrin satışı ilə məşğul olduğunu eşitmişdir. Həmin gündən bir neçə gün sonra o Vaqifi qəsəbə ərazisində görüb yaxınlaşmış və Vaqifdən ona narkotik vasitə verməsini xahiş etmişdir. Vaqif də yaşadığı Ağdam rayon Dördyol-1 qəsəbəsində küçələrində ona bir ədəd kağız bükümdə narkotik vasitə marixuana vermişdir. Lakin Vaqif heç vaxt ondan narkotik qarşılığında pul almamışdır. Buna səbəb onların qonşu olması, həmçinin Vaqifin maşını olmayan vaxtlar Vaqifi həkimə onun öz maşını ilə aparması olmuşdur Bundan sonrada dəfələrlə xatırlamadığı vaxtlarda Vaqif ona narkotik vasitə vermişdir. O, həmin narkotik vasitələri həmin gün istifadə etmişdir. Rəşad Əliyev daha sonra ifadəsində göstərmişdir ki, Vaqif Mahmudovun yaşadığı evin yataq otağında 25 ədəd kağız bükümdə, 01 ədəd kibrit qutusunda, 02 ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər kütlələr, 03 ədəd patron və 01 ədəd elektron tərəzi saxlamasından məlumatı olmamışdır. O, heç kimə narkotik vasitə satmamışdır. Vaqif narkotik vasitələrin satışı ilə məşğul olsada heç vaxt ondan pul almamışdır. Vaqif ona təxminən 5-6 dəfə narkotik vasitə vermişdir. O, Vaqiflə adətən istifadəsində olan 051-512- 03-02 saylı mobil nömrə vasitəsilə Vaqifin istifadəsində 050-384-91-78 mobil nömrə vasitəsilə əlaqə saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səfərov İlkin Famil oğlu ifadəsində göstərmişdir ki, onlar daxil olmuş əməliyyat məlumatına əsasən Vaqif Mahmudovun yaşadığı ünvana yollanmışlar. Daxil olmuş əməliyyat məlumatının məzmunu Vaqif Mahmudovun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə olmuşdur. Daha sonra Vaqif Mahmudovun evinə gedib, videoçəkiliş etmişlər və videoçəkilişi isə Şahruz Şahmarzadə həyata keçirmişdir. Onlar Vaqif Mahmudovun yaşadığı evə yaxınlaşıb, Vaqifdən evə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşduqda, Vaqif etirazı olmadığını bildirmiş. Onlar da Vaqif Mahmudovun evinə və üzərinə baxış keçirmişlər və baxış zamanı yataq otağında solda gödəkçə olmuş, onun sol cibindən 2-3 ədəd güllə aşkar olunmuşdur. Sonra yataqda elektron tərəzi və içərisində narkotik vasitə olan bükümlər aşkar olunmuşdur. Həmin otağın sol tərəf istiqamətində beşik kimi yeri qaldırdıqda, sellofanda narkotik vasitəyə bənzər kütlələr aşkar olunmuş və daha sonra hər biri sənədləşdirilərək götürülmüşdür. Əlavə olaraq, şahid Səfərov İlkin Famil oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Vaqif Mahmudov özü narkotik vasitənin ona məxsus olduğunu dedi və ona qarşı heç bir təzyiq olmamışdır. Təxminən 5 il müddətdir ki, Ağdam RPŞ-də işləyir və əvvəllər Vaqifin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumatı olmamışdır. Vaqif etirazı olmadığını bildirdikdən sonra çəkilişə başlamışlar və orada polis əməkdaşlarından başqa keç kəs olmamışdır. Həmin vaxt orada Orxan Əlizadə, Cahangir Əmirov və videoçəkilişi həyata keçirən Şahruz Şahmarzadə olmuşdur. Rizvan adlı polis əməkdaşı orada olmamışdır. Aşkar etdikləri narkotik vasitələr ilkin baxışda eyni növlü narkotik vasitəyə bənzəmişlər. Beşikdə tapılan sellofan formasında, yataqda tapılan isə büküm formasında olmuşdur. Aşkar olunmuş narkotik vasitə Vaqifin evindən çıxmış və onlar evə daxil olarkən icazə almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hüseynov Lətif Musa oğlu ifadəsində göstərmişdir ki, Vaqif Mahmudovdan 1-2 dəfə narkotik vasitə almışdır. Əlavə olaraq, şahid Hüseynov Lətif Musa oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitəni istifadə etmək üçün 10 manat pul müqabilində almışdır. Qeyd olunan hal 1-2 dəfə baş vermişdir. Vaqiflə eyni ərazidə yaşadıqları üçün narkotik vasitə satması barədə məlumatı olmuş, başqa kiminsə Vaqifdən narkotik vasitə alması haqqında məlumatı olmamışdır. Vaqif maşını ilə gəlmiş və narkotik vasitəni yaşadıqları ərazidə, qəsəbədə almışdır. O, əvvəllər narkotik vasitə istifadəçisi olmuş və narkotik vasitəni Vaqifin həbs olunduğu ərəfə almış, lakin tarixini dəqiq xatırlamamışdır. Vaqifdən narkotik vasitə alan zaman narkotik alan zaman axşam saatları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yusifov Yusif Yaqub oğlu ifadəsində göstərmişdir ki, onun Vaqiflə narkotik vasitə ilə bağlı alış-verişi olmamış, lakin 1-2 dəfə birlikdə narkotik vasitə istifadə etmişlər. Əlavə olaraq, şahid Yusifov Yusif Yaqub oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Vaqifi qəsəbə sakini kimi tanıyır və çadırda olan zaman da bilrikdə olmuşlar. Narkotik vasitələrdən istifadə etmiş və narkotik vasitəni də Vaqif tapmışdır. O Vaqifi çağırmış və narkotik vasitədən istifadə etmişlər. Narkotik vasitənin müqabilində Vaqifə pul vermək istəmiş, lakin Vaqif pulu götürməmişdir. Vaqif Mahmudova narkotik vasitənin qarşılığını hansı formada verdiyini xatırlamamış və sözügedən hal 1-2 dəfə baş vermişdir. Onun Vaqifin narkotiki vasitəni haradan tapması barədə məlumatı olmamış, sadəcə olara Vaqifə zəng edib narkotik vasitədən onada verməsini demişdir. Vaqifin narkotik vasitə istifadəçisi olduğunu bilmiş və Vaqif bir müddət ona narkotik vasitə verməmişdir, bir müddət sonra görüşüb birlikdə istifadə etmişlər. İstintaq zamanı ona hər hansı təzyiq olunmamış və verdiyi ifadə doğrudur. Həmçinin Vaqifin qohumları da ona təzyiq göstrməmişdir. Latın qrafikalı əlifbanı oxumağı bilmir və ifadə verən zaman o söyləmiş müstəntiq isə yazmışdır. O, pul verib Vaqifdən narkotik vasitə almamışdır. Vaqif həbs olunmamışdan əvvəl körpünün altında görüşmüşlər və həmin vaxtadək Vaqif telefon zənglərini açmamışdır. Körpünün altında da birlikdə narkotik vasitədən istifadə etmişlər. Əvvəllər narkotik vasitədən istifadə etməmişdir. Aldığı narkotik vasitənin müqbilində iki dəfə 10 manat vermiş, lakin Vaqif götürməmişdir. Bundan sonra Vaqif özü narkotik vasitəyə pul xərclədiyi üçün həmin narkotik vasitənin müqbilində Vaqifə pul vermişdir. Məhkəmə iclasında şahid Yusifov Yusif Yaqub oğlunun ibtidai istintaq orqanına verdiyi ilkin ifadəsi ilə məhkəmə baxışı iclasında verdiyi ifadəsi arasında ziddiyətlər olduğundan cinayət prosesi tərəflərinin iştirakı ilə şahid Yusifov Yusif Yaqub oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Yusifov Yusif Yaqub oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Mahmudov Vaqif Rza oğlunu təxminən 28- 30 ildir tanıyır. Belə ki, sonuncu onunla eyni qəsəbədə yaşayır. Vaqiflə aralarında heç bir düşmənçilik və ya ədavət yoxdur. O, təxminən 5 ildir qurudulmuş marixuanadan istifadə edir. Ailəsi qəsəbə ərazisində yaşasada o, iş üçün Bakı şəhərində yaşayır. Təxminən 10 gün əvvəl o, Bakı şəhərindən Dördyol-1 qəsəbəsinə gəlmiş və həmin vaxt qəsəbə sakinlərindən Vaqifin narkotik vasitələrin satışı ilə məşğul olduğunu eşitmişdir. Həmin gün o, Vaqifə zəng edərək “əlin çatırsa mənə 10 manatlıq narkotik tap ver” demişdir. Vaqifdə olacağı təqdirdə verəcəyini bildirmişdir. Həmin gün axşam saatlarında qəsəbə ərazisində Vaqiflə görüşmüş və Vaqif cibindən 01 bükümdə narkotiki çıxarıb ona vermişdir. Bunun qarşılığında o, Vaqifə 10 manat pul vermişdir. Həmin narkotik vasitəni həmin gün özü istifadə etmişdir. Həmin gündən 2-3 gün keçdikdən sonra o, Vaqifə zəng edərək yenidən narkotik vasitə istəmişdir. Vaqif həmin gün axşam saatlarında öz avtomobili ilə onun yanına gəlmiş və 01 büküm narkotiki ona vermişdir. Bunun qarşılığında o, yenədə Vaqifə 10 manat pul vermişdir. Həmin narkotik vasitəni də həmin gün özü istifadə etmişdir. Yusif Yusifov daha sonra ifadəsində göstərmişdir ki, Vaqif Mahmudovun yaşadığınız evin yataq otağında 25 ədəd kağız bükümdə, 01 ədəd kibrit qutusunda, 02 ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər kütlələr, 03 ədəd patron və 01 ədəd elektron tərəzi saxlamasından məlumatı olmamışdır. O, heç kimə narkotik vasitə satmamışdır. O, həmin pulları Vaqifə nağd formada vermişdir. Vaqif ona təxminən 2 dəfə narkotik vasitə satmışdır. O, Vaqifdən həmişə bir bükümdə narkotik vasitə almışdır. O, Vaqiflə adətən istifadəsində olan 050-352-09-83 saylı mobil nömrə vasitəsilə Vaqifin istifadəsində 050- 384-91-78 mobil nömrə vasitəsilə əlaqə saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qurbanov Tərlan Tahir oğlu ifadəsində göstərmişdir ki, Vaqifi qəsəbəli kimi tanıyır və Vaqifdən 1-2 dəfə narkotik vasitə almış, lakin nə vaxt aldığını xatırlamamışdır. Əlavə olaraq, şahid Qurbanov Tərlan Tahir oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Vaqif həbs olunmamışdan 1-2 ay əvvəl ondan narkotik 3-4 dəfə vasitəsi almış və Vaqifə 1-2 dəfə 10 manat pul vermişdir. O, əvvəllər narkotik vasitəsinə görə həbs olunmamışdır. Vaqifin narkotik satdığını bilmiş və son dəfə nə vaxt Vaqifdən narkotik vasitə aldığını xatırlamamışdır. Vaqifin evindən narkotik aşkar olunduğunu Vaqif həbs olunduqdan sonra öyrənmişdir. O ifadəsində Vaqifin evindən 25 büküm narkotik aşkar olunduğunu bildirməmişdir. O, Vaqifdən 1 gün sonra həbs olunmuş və Vaqifi şöbədə olan zaman görmüşdür. Ağdam RPŞ-də 1 gecə saxlanmış və ifadəsini alıb buraxmışlar. Müstəntiq ona heç bir təzyiqi olmamış və onunla yanaşı 14 nəfər saxlanılmış, lakin digər saxlanılan şəxslərin əksəriyyətini tanımamışdır. Saxlanılan şəxslər fərqli səbəblərdən saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahmarzadə Şahruz Bəylər oğlu ifadəsində göstərmişdir ki, Vaqif Mahmudovun evinə baxış keçirilməsi zamanı videoçəkilişi həyata keçirmişdir. Vaqif Mahmudov narkotik vasitə saxlamaqla şübhəli olmuş və 07 avqust 2024-cü il tarixdə Ağdam rayonunun Dördyol qəsəbəsinə yollanmışlar. Vaqif Mahmudovun evinə baxış keçirən zaman oradan narkotik vasitə və 3 ədəd patron aşkar olunmuşdur. Əlavə olaraq, şahid Şahmarzadə Şahruz Bəylər oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar olunmuş narkotik vasitə marixuana olmuş və narkotik vasitə 20-25 bükümdə, kibrit qutusunda və sellofanda olmuşdur. O Ağdam RPŞ-də kriminalist vəzifəsində işləyir və evə baxış zamanı 1 dəfə çəkiliş olmuşdur. Vaqif Mahmudovun evinə baxış zamanı heç kəs ona təzyiq göstərməmişdir. O, evə baxış üçün yollanan zaman qapının qarşısında tədqiqatçı ilə cinayət axtarış bölməsinin əməkdaşları gözləmişlər. Vaqif Mahmudova məxsus evin qapısı bağlı olmuş və əməkdaşlar da evin qarşısında olmuşlar. Həmin vaxt tədbirdə iştirak edən polis əməkdaşlarının sayını xatırlamamış, aşkar olunan vasitələri isə təhqiqatçı sənədləşdirmişdir. Narkotik vasitəsi evin yataq otağından aşkar olunmuşdur. Orada kibrit qutusu və 20-25 ədəd büküm olmuş, patron isə paltarların cibindən aşkar olunmuşdur. O, Vaqifin evinə çatan zaman istintaq hərəkatı başlamış və videoçəkiliş ilə mənzilə daxil olmuşlar. Çəkiliş aparan zaman tədqiqatçı və əməliyyatçı olmuş, lakin 17 nəfər olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mehdiyev Eldar Rəşid oğlu ifadəsində göstərmişdir ki, Vaqif Mahmudovdan 1 dəfə narkotik vasitə almış və özü istifadə etmişdir. Narkotik vasitə aldığı tarixi xatırlamamış və aldığı narkotik vasitənin növü isə marixuana olmuşdur. Əlavə olaraq, şahid Mehdiyev Eldar Rəşid oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, 1-2 dəfə narkotik vasitədən istifadə etmişdir. Vaqiflə qonşu olmuşlar, həmçinin onunla yoldaşlıqları olmuş və buna görə də ondan narkotik vasitə istəmişdir. Bu hal bir dəfə baş vermiş və aldığı narkotik vasitənin müqbilində isə pul ödəməmişdir. İstintaq zamanı ona hər hansı təzyiq olmamış, ifadəsini oxumuş və düz yazıldığını söyləmişdir. Vaqifin evinə baxış keçirilməsi ilə bağlı heç nə eşitməmişdir. Ehtimal edir ki, pul ödəməyi yadından çıxıb, müstəntiq ona təzyiq göstərməmişdir. Onu hədələyən olmamışdır və istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid Mehdiyev Eldar Rəşid oğlunun ibtidai istintaq orqanına verdiyi ilkin ifadəsi ilə məhkəmə baxışı iclasında verdiyi ifadəsi arasında ziddiyətlər olduğundan cinayət prosesi tərəflərinin iştirakı ilə şahid Mehdiyev Eldar Rəşid oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Mehdiyev Eldar Rəşid oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Mahmudov Vaqif Rza oğlunu təxminən 2 ildir tanıyır. Belə ki, sonuncu onunla eyni qəsəbədə yaşayır. Vaqiflə aralarında heç bir düşmənçilik və ya ədavət yoxdur. O, təxminən 4-5 aydır qurudulmuş marixuanadan istifadə edir. O, təxminən 4-5 ay bundan əvvəl qəsəbə sakinlərindən Vaqifin narkotik vasitələrin satışı ilə məşğul olduğunu eşitmişdir. Təxminən 3 ay bundan əvvəl Vaqiflə eyni toyda olan zaman o, Vaqifdən narkotik vasitə istəmişdir. Vaqifdə ona 1 büküm narkotiki 10 manata satdığını bildirmişdir. Həmin vaxt Vaqif cibindən 1 büküm narkotik vasitə çıxarıb ona vermişdir. Bunun qarşılığında o, Vaqifə 10 manat pul vermişdir. Həmin narkotik vasitəni həmin gün özü istifadə etmişdir. Həmin vaxtdan bir müddət keçdikdən sonra o, Vaqiflə qəsəbə ərazisində görüşən zaman Vaqifən 10 manat bir büküm narkotik almışdır. Beləcə təxminən 7-8 dəfə o, Vaqifdən narkotik vasitə qurudulmuş marixuana almış və hər dəfə alanda bunun müqabilində Vaqifə 10 manat pul vermişdir. Həmin narkotik vasitəni də həmin gün özü istifadə etmişdir. Eldar Mehdiyev daha sonra ifadəsində göstərmişdir ki, Vaqif Mahmudovun yaşadığınız evin yataq otağında 25 ədəd kağız bükümdə, 01 ədəd kibrit qutusunda, 02 ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər kütlələr, 03 ədəd patron və 01 ədəd elektron tərəzi saxlamasından məlumatı olmamışdır. O, heç kimə narkotik vasitə satmamışdır. O, həmin pulları Vaqifə nağd formada vermişdir. Vaqif ona təxminən 7-8 dəfə narkotik vasitə satmışdır. O, Vaqifdən həmişə bir bükümdə narkotik vasitə almışdır. O, Vaqiflə adətən istifadəsində olan 050-726-37-33 saylı mobil nömrə vasitəsilə Vaqifin istifadəsində 050-384-91-78 mobil nömrə vasitəsilə əlaqə saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quliyev Pənah Musa oğlu ifadəsində göstərmişdir ki, Vaqif həbs olunan zaman dindirilmiş, Vaqifdən nəsə almağı barəsində istintaq zamanı soruşduqda, Vaqifdən narkotik vasitə almadığını, lakin Vaqiflə birlikdə narkotik vasitə istifadə etmişlər. Vaqifin narkotik vasitə istifadə etdiyini birlikdə toyda olan zaman bilmiş və buna görə də Vaqifdən narkotik vasitə istəmişdir. Əlavə olaraq, şahid Quliyev Pənah Musa oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Vaqiflə bir kənddə yaşamışlar. O, 2 il narkotik istifadə etmiş, lakin Vaqifdən narkotik vasitəni pulla almamışdır. Vaqifə pul verməsə də, 10 manat pul vermişdir ki, özünə narkotik vasitə götürəndə ona da götürsün. Həmin pul vəsaitini bir dəfə nağd şəkildə vermiş, növbəti dəfə isə kartına göndərmişdir. Vaqifin narkotik vasitəni haradan aldığını bilməmiş, birlikdə toyda olan vaxt bir avtomobildə qayıdarkən Vaqifin narkotik vasitə istifadə etdiyini görmüşdür. Vaqifin onun yanında narkotik vasitədən istifadə etməsi 4-5 dəfə baş vermişdir. İstintaq zamanı müstəntiq ona heç bir təzyiq göstərməmiş, ifadəsini özü imzalamışdır. Eyni zamnda, istintaq zamanı verdiyi ifadəsini xatırlamamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq olmamış və istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 avqust 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Mahmudov Vaqif Rza oğlu 07 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 4(013)-21/2024 saylı qərarından görünür ki, Mahmudov Vaqif Rza oğlunun barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən, yəni 07 avqust 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.08.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Mahmudov Vaqif Rza oğlunun yaşadığı Ağdam rayon Dördyol-1 qəsəbəsində yerləşən 1218 nömrəli evə baxış keçirilmiş, baxış zamanı evin yataq otağından ayrı-ayrılıqda təmiz çəkiləri 0,24 qram, 0,28 qram, 0,27 qram, 0,26 qram, 0,27 qram, 0,24 qram, 0,23 qram, 0,25 qram, 0,24 qram, 0,26 qram, 0,26 qram, 0,25 qram, 0,27 qram, 0,27 qram, 0,26 qram, 0,27 qram, 0,28 qram, 0,21 qram, 0,31 qram, 0,28 qram, 0,25 qram, 0,20 qram, 0,27 qram, 0,24 qram, 0,26 qram, yəni 25 (iyirmi beş) ədəd ağ kağız bükümlərdə, təmiz çəkisi 3,32 qram olan 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkiləri 250 qram və 250 qram olan 01 (bir) ədəd iç-içə olan şəffaf sellofan paketdə və 01 (bir) ədəd qara rəngli sellofan paketdəki ümumi təmiz çəkisi 509,74 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, 02 ədəd 9x18 mm kalibrli patron və 01 ədəd 7,62x39 mm kalibrli patron polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 02 ədəd “DVD” diskə köçürülüb maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizanın 8 avqust 2024-cü il tarixli, 16/843 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Mahmudov Vaqif Rza oğlunun yaşadığı evdən aşkar edilmiş narkotik maddəyə bənzər 235 kq-lıq büküm” yazı və imzalar olan içiçə olan şəffaf sellofan paketdəki təmiz çəkisi 250 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Mahmudov Vaqif Rza oğlunun yaşadığı evdən aşkar edilmiş narkotik maddəyə bənzər 0,250 kq-lıq büküm” yazı və imzalar olan qara rəngli sellofan paketdəki təmiz çəkisi 250 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində imzlaar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 3,32 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Mahmudov Vaqif Rza oğlunun yaşadığı evdən aşkar edilmiş narkotik maddəyə bənzər 25 ədəd büküm” yazı və imzalar olan kağız paketdəki 25 (iyirmi beş) ədəd ağ kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,24 qram, 0,28 qram, 0,27 qram, 0,26 qram, 0,27 qram, 0,24 qram, 0,23 qram, 0,25 qram, 0,24 qram, 0,26 qram, 0,26 qram, 0,25 qram, 0,27 qram, 0,27 qram, 0,26 qram, 0,27 qram, 0,28 qram, 0,21 qram, 0,31 qram, 0,28 qram, 0,25 qram, 0,20 qram, 0,27 qram, 0,24 qram, 0,26 qram, ümumi təmiz çəkisi 6,42 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “Mahmudov Vaqif Rza oğlunun yaşadığı evdən aşkar edilmiş 01 ədəd elektron tərəzi” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd elektron tərəzinin üzərində narkotik vasitə və psixotrop maddə qalıqları yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 19.10.2024-cü il tarixli, 1729 nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs Mahmudov Vaqif Rza oğlunda narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzəb çəkir. Narkomaniya xəstəliyindən məcbur müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-psixiatrik ekspertizasının 08.2024-cü il tarixli, 611 nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs Mahmudov Vaqif Rza oğlu hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLI olmuşdur. Mahmudov Vaqif Rza oğlunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə ballistik ekspertizasının 06 sentyabr 2024-cü il tarixli, 16/889 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 02 (iki) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, «Макаров» («ПМ»), «PA-63», «P 64», «RK 59», «CESKA ZBROCOVKA» konstruksiyalı tapançalarda, «Стечкин» konstruksiyalı avtomatik tapançalarda («АПС») və s. silahlarda istifadə edilən 9x18 mm kalibrli patronlardır, döyüş sursatlarıdır və təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş bir ədəd predmet 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik «AK», «AKM», «AKMS» modelli avtomatik tüfənglərdə, RPK əl pulemyotlarında, SKS karabinlərdə və s. istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patrondur döyüş sursatı hesab edilir və təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayon İcra Hakimiyyəti başçısının Dördyol-1 qəsəbə inzibati ərzi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli 5-31-41/3-2-941/2024 nömrəli arayışdan görünür ki, Mahmudov Vaqif Rza oğlu ailəsi ilə birlikdə Ağdam rayon Dördyol-1 qəsəbəsində yaşayır. Xasiyyətnamədən görünür ki, Mahmudov Vaqif Rza oğlu yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin 17.08.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Mahmudov Vaqif Rza oğlu 26.07.2004-cü il tarixdə Qazax rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 29,318.2-ci maddəsi ilə təqsirli bilinərək 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə şəhər Nizami rayon məhkəməsinin 09.11.2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 76.3.1-ci maddəsinə əsasən 3 ay 28 gün vaxtından əvvəl şərti azad olunub. Məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş Mahmudov Vaqif Rza oğlunun barəsində olan “Tibbi Kitabça”nın kserosurətindən görünür ki, Mahmudov Vaqif Rza oğlu Təcridxanaya daxil olan zaman bədən səthində hər hansı xəsarət izləri müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.11.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Mahmudov Vaqif Rza oğlunun yaşadığı evdən aşkar edilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 0,24 qram, 0,28 qram, 0,27 qram, 0,26 qram, 0,27 qram, 0,24 qram, 0,23 qram, 0,25 qram, 0,24 qram, 0,26 qram, 0,26 qram, 0,25 qram, 0,27 qram, 0,27 qram, 0,26 qram, 0,27 qram, 0,28 qram, 0,21 qram, 0,31 qram, 0,28 qram, 0,25 qram, 0,20 qram, 0,27 qram, 0,24 qram, 0,26 qram, yəni 25 (iyirmi beş) ədəd ağ kağız bükümlərdə, təmiz çəkisi 3,32 qram olan 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkiləri 250 qram və 250 qram olan 01 (bir) ədəd iç-içə olan şəffaf sellofan paketdə və 01 (bir) ədəd qara rəngli sellofan paketdəki ümumi təmiz çəkisi 509,74 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, 02 ədəd 9x18 mm kalibrli patron və 01 ədəd 7,62x39 mm kalibrli patron maddi sübut kimi tanınmış və Ağdam rayon PŞ-nin maddi sübutların saxlanılma otağında saxlanca verilmiş və Vaqif Mahmudovun evinə baxış zamanı istifadə edilmiş video çəkilişin iki ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə təqsirləndirilən Mahmudov Vaqif Rza oğlunun məhkəmə baxışı iclasında ona elan olunmuş ittihamda qeyd olunan narkotik vasitələrin ona məxus olmamasına, polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiqlərə məruz qalmasına, aşkar olunan narkotik vasitələrin polis əməkdaşlarının özü tərəfindən onun üzərinə qoyulmasına və həmçinin evindən aşkar olunan patronların onun olmadığını bildirməsinə dair xüsusatlara tənqidi yanaşır, sözügeden xüsusatlar məhkəmə istintaqı zamanı danılmaz sübutlarla ( təqsirləndirilən şəxsin özünün ilkin etirafedici ifadəsi, tutulma və şəxsi axtarış, baxış, götürmə istintaq hərəkətlərində iştirak etmiş polis əməkdaşlarının və iş üzrə digər şahidlərin ifadələri və digər istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, əməliyyataxtarış subyektinin məlumatları və.s) tam təkzib edilmişdir. Eyni zamanda məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində Vaqif Mahmudovun məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, əməliyyat tədbiri zamanı evinə baxış keçirilərkən Vaqif Mahmudova qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını bildirmişlər. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokurorluğunun 17 aprel 2025-ci il tarixli, 2-2-110/3-038375/2025 saylı məktubundan görünür ki, təqsirləndirilən şəxs Vaqif Mahmudovun Ağdam RPŞ-nin əməkdaşları tərəfindən döymə, işgəncə fiziki zor və sair təzyiqlərə məruz qalmasını, eləcə də aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını etiraf etməyə məcbur edildiyini bildirməsi barədə Ağdam rayon Prokurorluğu vasitəsilə Baş Prokurorluğa daxil olmuş məhkəmənin məlumatı əsasında Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma ilə Ağdam RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri təsdiq olunmadığından 18.03.2025-ci il tarixdə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanılmasının rədd olunmasına dair qərar qəbul olunmuş və bu barədə hüquqları izah olunmaqla V.Mahmudova müvafiq məlumat verilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 19.10.2024-cü il tarixli, 1729 nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs Mahmudov Vaqif Rza oğlunda narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzəb çəkir. Narkomaniya xəstəliyindən məcbur müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş Mahmudov Vaqif Rza oğlunun barəsində olan “Tibbi Kitabça”nın kserosurətindən görünür ki, Mahmudov Vaqif Rza oğlu Təcridxanaya daxil olan zaman bədən səthində hər hansı xəsarət izləri müəyyən olunmamışdır. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Mahmudov Vaqif Rza oğlunun məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsinin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən şəxs Mahmudov Vaqif Rza oğlunun əməlində cinayət tərkibi vardır. Mahmudov Vaqif Rza oğlunun əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Mahmudov Vaqif Rza oğlu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o, həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Mahmudov Vaqif Rza oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd olunan maddi norma ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin külli miqdarda əldə edilməsi və ya saxlanılmasını, hazırlanılmasını, istehsal edilməsini, emal edilməsini, daşınmasını, göndərilməsini, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmanı özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu ««Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 №-li qərarında həmçinin göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Əliyev Sənan Oqtay oğlunun əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa təqsirləndirilən şəxs Mahmudov Vaqif Rza oğlunun cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən marixuana narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Mahmudov Vaqif Rza oğlunun törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Mahmudov Vaqif Rza oğluna törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Mahmudov Vaqif Rza oğlunun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs Mahmudov Vaqif Rza oğlunun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Məhkəmə tərkibi hesab edir ki, Mahmudov Vaqif Rza oğlunun müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Mahmudov Vaqif Rza oğlunun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən Mahmudov Vaqif Rza oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Mahmudov Vaqif Rza qızına təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, Mahmudov Vaqif Rza oğlu törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.1-ci maddələrində nəzərdə tutulmuş iki fərqli cinayət əməli törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda Mahmudov Vaqif Rza oğlunun törətdiyi cinayət əməllərində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 19.10.2024-cü il tarixli, 1729 nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs Mahmudov Vaqif Rza oğlunda narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzəb çəkir. Narkomaniya xəstəliyindən məcbur müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 avqust 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Mahmudov Vaqif Rza oğlu 07 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 4(013)-21/2024 saylı qərarından görünür ki, Mahmudov Vaqif Rza oğlunun barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən, yəni 07 avqust 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 07.05.2024-cü il tarixli 4(125)-133/2024 saylı qərarından görünür ki, Qarayev Fərman Fərrux oğlunun həbsdə saxlanılması müddəti 03 (üç) ay müddətinə, yəni 09 may 2024-cü il tarixdən 09 avqust 2024-cü il tarixədək uzadılmışdır. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Mahmudov Vaqif Rza oğlunun həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu 09.08.2024-cü il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməli və həbsetmənin əvvəli 09.08.2024-cü il tarixdən hesablanmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, Mahmudov Vaqif Rza oğlunun yaşadığı evdən aşkar edilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 0,24 qram, 0,28 qram, 0,27 qram, 0,26 qram, 0,27 qram, 0,24 qram, 0,23 qram, 0,25 qram, 0,24 qram, 0,26 qram, 0,26 qram, 0,25 qram, 0,27 qram, 0,27 qram, 0,26 qram, 0,27 qram, 0,28 qram, 0,21 qram, 0,31 qram, 0,28 qram, 0,25 qram, 0,20 qram, 0,27 qram, 0,24 qram, 0,26 qram, yəni 25 (iyirmi beş) ədəd ağ kağız bükümlərdə, təmiz çəkisi 3,32 qram olan 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkiləri 250 qram və 250 qram olan 01 (bir) ədəd iç-içə olan şəffaf sellofan paketdə və 01 (bir) ədəd qara rəngli sellofan paketdəki ümumi təmiz çəkisi 509,74 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, 02 ədəd 9x18 mm kalibrli patron və 01 ədəd 7,62x39 mm kalibrli patron maddi sübut kimi tanınmış və Ağdam rayon PŞ-nin maddi sübutların saxlanılma otağında saxlanca verilmiş və Vaqif Mahmudovun evinə baxış zamanı istifadə edilmiş video çəkilişin iki ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən iş üzrə maddi sübut kimi tanınmış və Ağdam rayon PŞ-nin maddi sübutların saxlanılma otağında saxlanca verilmiş Mahmudov Vaqif Rza oğlunun yaşadığı evdən aşkar edilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 0,24 qram, 0,28 qram, 0,27 qram, 0,26 qram, 0,27 qram, 0,24 qram, 0,23 qram, 0,25 qram, 0,24 qram, 0,26 qram, 0,26 qram, 0,25 qram, 0,27 qram, 0,27 qram, 0,26 qram, 0,27 qram, 0,28 qram, 0,21 qram, 0,31 qram, 0,28 qram, 0,25 qram, 0,20 qram, 0,27 qram, 0,24 qram, 0,26 qram, yəni 25 (iyirmi beş) ədəd ağ kağız bükümlərdə, təmiz çəkisi 3,32 qram olan 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkiləri 250 qram və 250 qram olan 01 (bir) ədəd iç-içə olan şəffaf sellofan paketdə və 01 (bir) ədəd qara rəngli sellofan paketdəki ümumi təmiz çəkisi 509,74 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilməli, 02 ədəd 9x18 mm kalibrli patron xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilməli və 01 ədəd 7,62x39 mm kalibrli patron və Vaqif Mahmudovun evinə baxış zamanı istifadə edilmiş video çəkilişin iki ədəd “DVD” diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 92 manat 30 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Əliyev Sənan Oqtay oğlunun maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Mahmudov Vaqif Rza oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.1-ci maddəsi ilə isə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Mahmudov Vaqif Rza oğlu oğluna qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində saxlanıldığı 09 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut – Ağdam rayon PŞ-nin maddi sübutların saxlanılma otağında saxlanca verilmiş Mahmudov Vaqif Rza oğlunun yaşadığı evdən aşkar edilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 0,24 qram, 0,28 qram, 0,27 qram, 0,26 qram, 0,27 qram, 0,24 qram, 0,23 qram, 0,25 qram, 0,24 qram, 0,26 qram, 0,26 qram, 0,25 qram, 0,27 qram, 0,27 qram, 0,26 qram, 0,27 qram, 0,28 qram, 0,21 qram, 0,31 qram, 0,28 qram, 0,25 qram, 0,20 qram, 0,27 qram, 0,24 qram, 0,26 qram, yəni 25 (iyirmi beş) ədəd ağ kağız bükümlərdə, təmiz çəkisi 3,32 qram olan 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkiləri 250 qram və 250 qram olan 01 (bir) ədəd iç-içə olan şəffaf sellofan paketdə və 01 (bir) ədəd qara rəngli sellofan paketdəki ümumi təmiz çəkisi 509,74 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilsin, 02 ədəd 9x18 mm kalibrli patron xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilsin və 01 ədəd 7,62x39 mm kalibrli patron və Vaqif Mahmudovun evinə baxış zamanı istifadə edilmiş video çəkilişin iki ədəd “DVD” diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Mahmudov Vaqif Rza oğlu narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfləri 92 manat 30 qəpik məbləğində ekspertiza xərci Mahmudov Vaqif Rza oğlundan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar