Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-334/2021 24.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkuluğu olmayan, Gəncə şəhəri, Nizami rayonu, Yeni ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 06 iyun 2021-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 41 saylı binanın bərabərliyində yerləşən Həmidə Məmmədquluzadə küçəsinin sağ tərəf yol kənarında tanışı Zərərçəkmiş şəxs ilə sonuncuya vermiş olduğu 600 manat borc pulu qaytarmamasının səbəbini soruşmaq məqsədilə yanına çağıran zaman aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs onu yumruqla alt dodağına və ənsə nahiyəsinə vurub yerə yıxaraq onun sağlamlığına sağ əl, sağ diz oynağı nahiyəsinin sıyrıqları, alt dodağının selikli qişasının qançırı, ənsə nahiyəsinin səthi yarası qismində sağlamlığına zərər vurmayan xəsarət yetirməsindən əsəbiləşib özü ilə gətirdiyi üzərində olan zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən ümumi təyinatlı turist bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısına qəsdən bir zərbə endirərək sonuncunun sağlamlığına, döş qəfəsinin sol tərəfinin daxilə keçən bir ədəd kəsilmiş-deşilmiş yarası, ağciyərin yaralanması, hemopnevmotoraks xəsarətləri ilə nəticələnmiş insan həyatı üçün təhlükəli olan qəsdən AĞİR zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirdi ki, ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. O, Gəncə şəhəri, «Xəmsə» ticarət mərkəzində satıcı işləyir. Gəncə şəhər sakini Zərərçəkmiş şəxs, uşaqlıq dövründən tanıyır, Rəşad qonşu binada yaşayır, Rəşadla yoldaşlıq münasibətləri vardır. Rəşadla əvvəllər bir-birinə borc pul verib almışlar. Təxminən hadisədən 2-3 ay əvvəl Rəşad ondan 600 manat borc pul istəmiş, o da Rəşadın xahişini yerə salmayıb 600 manat borc pul vermiş, Rəşad pulu tez bir müddətdə qaytaracağını söz vermişdir. Lakin elə Rəşaddan xəbər çıxmamış, o da Rəşadın pulu nə vaxt qaytaracağını gözləmişdir. 06 iyun 2021-ci il tarixdə saat 23 radələrində evdə çörək olmadığı üçün o, özlərinə məxsus olan VAZ-21150 minik markalı avtomobilini idarə edib mağazaya getmiş, binanın qarşısından çıxanda Rəşadla Kamilin binanın yan tərəfində yolda durduğunu görmüş, o, Rəşadla, Kamilin yanında saxlamış, salamlaşmış, Rəşada avtomobilə əyləşməsini, sözü olduğunu demiş, həmin vaxt Rəşad və Kamil hər ikisi sərxoş olmuş, Rəşad ona acıqlanmış, ona nalayiq söyüş söymüş, ona “sən kimsən məni çağırırsan” demiş, onun da məqsədi Rəşada verdiyi 600 manat borc pul barədə soruşmaq olmuşdur. Buna görə Rəşadla arasında mübahisə yaranmış, Rəşad avtomobilin qapınısı açıb onun yaxasından tutmuş, onu sürüyüb avtomobildən yerə salmış, bu zaman əlbəyaxa olmuşlar. Rəşad yumruqla onun sifət nahiyəsinə, dodağına və gözünün üstünə bir neçə zərbə vurmuş, o, zərbə nəticəsində yerə yıxılmış, o, ayağa qalxdıqda Kamil onun qarşısına keçmiş, dalaşmamalarını demişdir. O, Rəşadın onu vurmasından və ona söyməsindən əsəbiləşərək şalvarının arxa tərəfinə kəmərinə keçirdiyi cib bıçağını çıxarıb Rəşadın kürək nahiyəsindən bir zərbə vurmuş, Rəşad yerə yıxılmış, o, daha Rəşadı vurmamış, özü də oradan qaçıb getmiş, onun avtomobili hadisə yerində qalmışdır. Daha sonra o, atası ilə görüşmüş və polisə gəlmiş, hadisə nəticəsində istifadə etdiyi bıçağı da polisə təqdim etmişdir. O, həmçinin ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti və tələbi yoxdur və onlar barışmışlar, törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs uşaqlıq dövründən tanıyır və münasibətləri normal olmuşdur. 06 iyun 2021-ci il tarixdə axşam saatlarında tanışı Kamil onlara gəlmiş, o, Kamillə evdə oturub yemək yemiş, iki nəfərə bir şüşə, yəni 0.5 litr araq içmişlər, sonra o, Kamili evlərinə yola salmaq üçün saat 23 radələrində yaşadığı evdən çölə çıxmış, Kamillə bərabər küçə ilə gedərkən Rauf avtomobillə gəlib onların yanında dayanmış və onları avtomobilə oturmağa çağırmışdır. Lakin Raufun onu o cür çağırması onun xoşuna gəlməmiş, bu səbəbdən Raufla aralarında mübahisə yaranmışdır. Raufla mübahisə edib dalaşan zaman Rauf ona bir bıçaq zərbəsi vurmuş və onu bıçaqla vurandan sonra qaçıb getmişdir. Kamil dava-dalaşa qarışmamış, onları sakitləşdirmişdir. Bundan sonra Kamil onu yol maşını ilə Gəncə şəhəri X10 xəstəxanasına gətirmişdir. O, ifadəsinə əlavə olaraq göstərdi ki, Raufdan aldığı 600 manat borc pulu hadisədən təxminən bir həftə əvvəl Raufun atası Musa kişiyə vermiş, Rauf yanında olmamışdır. Sonra ona Musa kişi bunu Raufa demədiyini demişdir. Rauf ondan o pulu tanışı Kamilin yanında istəyəndə onun Raufa acığı tutmuş, bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Həmin ərəfədə o, bir az spirtli içki qəbul etdiyindən Raufun onu avtomobilə o cür əyləşməsi üçün çağırmağı pis təsir etmiş, yaxasından tutub kənara çəkmiş, bir-iki yumruq vurmuş, daha sonra Rauf onu bıçaqla vurmuşdur. O, Raufun onu bıçaqla uvrmasını görməmiş, ani bir vəziyyətdə ona bir zərbə vurub qaçmışdır. Hadisədən sonra Raufun atası Musa kişi ailəsi ilə onun yanına gəlmiş, onun müalicə köməklik göstərmiş, ona dəymiş ziyanı tamamilə ödəmiş, üzrxahlıq etmişlər. Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, özü 2-ci qrup Qarabağ əlilidir. Təqsirləndirilən şəxs onun böyük övladıdır və Rauf onlarla birlikdə yaşayır. O, Zərərçəkmiş şəxs qonşu kimi uzun müddətdir tanıyır. Münasibətləri yaxşı olmuş, aralarında narazılıqları, ədavətləri olmamışdır. Rəşadın Raufla münasibətləri normal olmuşdur. 06 iyun 2021-ci il tarixdə, saat 23 radələrində evdə çörək olmadığı üçün oğlu Rauf evdən ona məxsus VAZ-21150 minik markalı, ** CV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili götürüb çörək almaq üçün evdən çıxmış, bir neçə saat keçməsinə baxmayaraq Rauf gəlib çıxmamış, o da yəqin ki, çayçıya getdiyini düşünmüş və yatmışdır. Bundan sonra gecə saatlarında polislər onların qapılarına gəlmiş, ona Raufun bıçaqla Rəşadı vurmasını demişlər. 07 iyun 2021-ci il tarixdə o, Raufla mütəmadi əlaqə saxlamış, telefonu açılanda ondan nə baş verməsini soruşmuş, Rauf da indi gəldiyini bildirmiş və bir neçə saatdan sonra Rauf onun yanına gəlmişdir. O, gedib avtomobili yolun kənarından götürüb evə gətirmiş, Rauf özü polisə təslim olması üçün Gəncə şəhər Baş Polis İdarəsinə gələrək özünü istintaqa könüllü təqdim etmişdir. O, Raufdan nə baş verməsini soruşarkən Rauf ona o, çörək almağa gedəndə qonşuları Rəşadı yolda gördüyünü, bir neçə ay bundan əvvəl Rəşada verdiyi 600 manat borcunu istəyərkən aralarında narazılıq yarandığını, Rəşadın da həmin vaxt sərxoş olduğu üçün Raufa söyüb yumruqla Raufu döydüyünü demişdir. Rauf da bundan əsəbləşərək Rəşada bir bıçaq zərbəsi vurub qaçıb getmişdir. Həmin vaxt Raufun dodağında və sifətində də xəsarətləri olmuş, ona göstərib həmin xəsarətləri Rəşadın ona yetirdiyini, bundan əsəbiləşib Rəşadı vurduğunu demişdir. O da Raufa iradını bildirmiş, Rəşadın həmin pulu bir neçə gün əvvəl verdiyini, lakin onun yadından çıxıb ona demədiyini bildirmişdir. O, Rəşadın yanına xəstəxanaya getmiş, valideyn kimi üzrxahlıq etmiş, Rəşadın müalicəsinə köməklik etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışlar. X4 arasında heç bir mübahisələri və dava-dalaşları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, münasibətləri normal olmuş və bir-birilərinə gediş–gəlişləri olmuşdur. O, Təqsirləndirilən şəxs Rəşadın vasitəsilə tanımış, Raufla da münasibətləri normal olmuşdur. 06 iyun 2021-ci il tarixdə o, Rəşadgilə getmiş, axşam saatlarında Rəşadgildə oturub yemək yemiş, Rəşadla ikisinə 0,5 litr araq içmişlər. Həmin gün saat 23 radələrində Rəşad onu evlərinə yola salmaq üçün çölə çıxmış, onlar küçə ilə gələndə Rəşadın yanında Raufun avtomobillə dayanmasını görmüş, həmin vaxt onun telefonuna zəng gəldiyi üçün telefonla kənara çəkilib danışmış, ilkin olaraq Raufla Rəşadın bir-birilərinə nə deməsinə eşitməmiş, sonradan Rəşadla Raufun dalaşdığını, Rəşadın Raufa bir-iki yumruq vurduğunu görmüş, o, araya durub Rəşadgili sakitləşdirəndə Raufun qaçıb getdiyini görmüşdür. Rəşad ona Raufun onu bıçaqla vurmasını demiş, amma o, Raufun Rəşadı bıçaqla vurmasını görməmiş, hadisə ani bir vəziyyətdə olmuşdur. O, Rəşada kömək edib Rəşadı tanımadığı və nömrə nişanını bilmədiyi yol maşını ilə Gəncə şəhəri X10 xəstəxanasına gətirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 07 iyun 2021-ci il tarixli “şəxsin könüllü olaraq gəlib özünü istintaqa təqdim etməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2021-ci il tarixdə saat 20:50 radələrində özü könüllü olaraq Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə gələrək 06.06.2021-ci il tarixdə saat 23 radələrində tanışı Zərərçəkmiş şəxs bıçaqla zərər vurmasını bildirib özünü könüllü olaraq istintaqa təqdim etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və X5-Təcrübi və Tədris birliyi Publik hüquqi şəxsin 10 iyun 2021-ci il tarixli, 888 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində olan – sağ əl, sağ diz oynağı nahiyəsinin sıyrıqları, alt dodağının selikli qişasının qançırı, ənsə nahiyəsinin səthi yarası xəsarətləri küt əşyanın təsirindən törənmişdir, əmələ gəlmə müddəti 06.06.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyəndir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və X5-Təcrübi və Tədris birliyi Publik hüquqi şəxsin 23 iyul 2021-ci il tarixli, 27 nömrəli rəyindən görünür ki, VətşZərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) beta-dır. Təqdim olunmuş bir ədəd mayka, bir ədəd kofta üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan Zərərçəkmiş şəxs Qaçaqy oğluna məxsus ola bilər. Təqdim olunmuş bir ədəd bıçaq üzərində qan aşkar olunmadı. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və X5-Təcrübi və Tədris birliyi Publik hüquqi şəxsin 17 avqust 2021-ci il tarixli, 1144 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- döş qəfəsinin sol tərəfinin daxilə keçən bir ədəd kəsilmiş-deşilmiş yarası, ağciyərin yaralanması, hemopnevmotoraks-deşici-kəsici alətin(alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gələ müddətləri qərarın təsviri hissəsində gös5tərilən tarixə, yəni 07.06.2021-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 20 sentyabr 2021-ci il tarixli, 16/939/940 nömrəli rəyindən görünür ki, təqdimata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunan köynəyin üzərində olan “a” zədəsi və maykanın üzərində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilməkəsilmə zədəsidir. Lakin təqdim edilmiş paltarın üzərindəki zədədə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıcağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilən köynəyin üzərində olan “b” zədəsi fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb-cırılma zədəsidir.Təqdiqata təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekespertiza və Potoloji Anotomiya ETT Birliyinin 17.07.2021-ci il tarixli 1444 saylı ekspert rəyində göstərilmiş, bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş paltarların səthində olan zədələr müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş paltarın səthində olan zədələr müqayisi edildi və müəyyən oldu ki, bədəndə yerləşən “döş qəfəsinin sol tərəfinin daxilə keçən bir ədəd kəsilmiş-deşilmiş yarası, ağciyərin yaralanması, hemopnevmataraks“ xəsarəti ilə köynəyin üzərində olan ”a” zədəsi və maykanın üzərində olan zədə yerləşmə sahəsinə və sayılan görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 04 sentyabr 2021-ci il tarixli 4775 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin 22 sentyabr 2021-ci il tarixli 4169 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 23 sentyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhəri X10 xəstəxanasındam götürülmüş 02 ədəd Zərərçəkmiş şəxs məxsus olan geyim əşyaları və hadisə yerindən götürülmüş bir ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Gəncə şəhər BPİ-nin Təchizat qrupuna təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 16 iyul 2021-ci il tarixli 2615 nömrəli arayışından və 2614 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası Şahid1, anası X2, qardaşları X3 və X7 ilə birlikdə ünvan 3 ünvanında qeydiyyatdadır və yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs notariat qaydad təsdiq olunmuş 10 noyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, onunla barışmış və ona dəymiş ziyan tam şəkildə ödənmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 07 iyun 2021-ci il tarixli “Şübhəli şəxsi tutma” protokoldan və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 24.09.2021-ci il tarixli tələbnamədən, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 20 oktyabr 2014-cü il tarixli hökmünün surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin 24 fevral 2015-ci il tarixli 309/14 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olkmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər, cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Onun yuxarıda qeyd edilən məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutu, təqsirləndirilən şəxsin etirafedic ifadələri, zərərçəkmiş şə şahidin ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilmişdir. odur ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boyununa almasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsi, CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin atasının Azərbaycan Respublikasının müdafiəsi zamanı İ Qarabağ müharibəsinin iştirakçısı olmaqla İİ qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.10, 59.1.12 və 59.1.13cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin zərərçəkmiş şəxsin onun ünvanına nalayiq ifadələr işlətməsi və onu vurması nəticəsində törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, könüllü təslim olmasını, atasının İ Qarabağ müharibəsinin iştirakçısı olmaqla İİ qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq, qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 07 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübutlar – cinayətin predmeti olmaqla Gəncə şəhər BPİ-nin saxlanılan 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 2 ədəd geyim paltarları məhv edilməlidir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 25 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CMnin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 07 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – cinayətin predmeti olmaqla cinayətin predmeti olmaqla Gəncə şəhər BPİ-nin saxlanılan 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 2 ədəd geyim paltarları məhv edilsin. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 63 (altmış üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-334/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-334/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver