Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-334/2022 06.07.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1978-ci ildə tarixdə Bərdə şəhərində anadan оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bərdə şəhəri, B.Hacıyev küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 30 yanvar 2022-ci il tarixdə saat 12:00 radələrində Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində yerləşən kirayədə yaşadığı nömrəsiz evdə orta dərəcəli sərxoşluq vəziyyətində qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Zərərçəkmiş şəxs ilə ailə-məişət zəminində aralarında yaranmış sözlü mübahisə zamanı sonuncunu cəzalandırmaq məqsədilə mətbəxdə olan soyuq silah hesab edilməyən, ümumi uzunluğu 194 mm, qatlanmayan tipli, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs kürək nahiyəsinə iki dəfə qəsdən vuraraq sonuncuya soltərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol arxa divarından 1 ədəd daxilə keçən və 1 ədəd daxilə keçməyən deşilmiş-kəsilmiş yaralardan ibarət xəsarətlər yetirməklə dərəcəsinə görə ümumilikdə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, arvadı Zərərçəkmiş şəxs və azyaşlı uşaqları ilə birlikdə Bərdə şəhəri, B.Hacıyev küçəsində yerləşən evdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İlk dəfə 2005-ci ildə ailə qurmuş, ancaq həmin nikahdan uşağı olmadığına görə arvadından ayrılmışdır. 2008-ci ildə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhərində yerləşən X5 Xidmətində işləyən zaman iş yoldaşının baldızı Zülfiyyə ilə tanış olmuş və elə həmin il ailə qurmuşlar. Lakin Zülfiyyə ilə arasında rəsmi şəkildə nikah bağlanmamışdır. Zülfiyyə ilə evliliyindən 2011-ci ildə Amin, 2016-cı ildə isə Telman adlı uşaqları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra bir müddət Sumqayıt şəhərində yaşasalar da, sonradan Bərdə şəhərinə gəlib burada yaşamağa başlamışlar. Ancaq təxminən 3 il əvvəl yenidən Sumqayıt şəhərinə qayıtmış və nəhayət, 2021-ci ilin oktyabr ayında Bərdə şəhərinə gəlib B.Hacıyev küçəsində tikilmiş evdə yaşamışlar. Həmin vaxtdan atası Şahid1 da arabir gəlib onlarla birlikdə qalır. O, arabir spirtli içki qəbul etmiş, sərxoş vəziyyətdə olduğu vaxtlarda tez-tez Zülfiyyə ilə aralarında mübahisə yaranmışdır. Ancaq hadisədən əvvəlki son 1 həftə ərzində müntəzəm şəkildə spirtli içki içmişdir. 29 yanvar 2022-ci il tarixdə səhər saatlarında atası Telman aylıq krediti ödəməsi üçün 60 manat pul versə də, kreditin pulunu təxminən 3-4 gün əvvəl ödədiyi üçün atasının verdiyi pulu spirtli içki almağa xərcləmişdir. Belə ki, 30 yanvar 2022-ci il tarixdə saat 08:00 radələrində Bərdə şəhərində yerləşən kafelərdən birinə gedib xaş sifariş vermiş və aldığı 0,7 litr həcmində butulkadakı spirtli içki olan arağın hamısını içmişdir. Həmin gün saat 12:00 radələrində “Təzə bazar” deyilən yerə gedib düyü və oğlu üçün ingilis dili kitabı, həmçinin “Fanta” butulkasında nar turşusu və 3 kiloqram həcmindəki şüşə bankada gavalı mürəbbəsi alıb yaşadığı evə getmişdir. Evin mətbəxinə keçib aldıqlarını yerbəyer edən zaman Zülfiyyə onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Zülfiyyə sərxoş vəziyyətdə olduğunu hiss edib nə üçün spirtli içki içdiyini soruşmuş, ondan hansı səbəbə krediti ödəmədiyini öyrənmək istəmiş, bir daha spirtli içki içməyəcəyinə söz verdiyini və alıb gətirdiklərini yeməyəcəyini söyləmişdir. Həmin vaxt əsəbiləşərək mətbəxdə masanın üzərindən götürdüyü bıçaqla mətbəxdən çıxmağa hazırlaşan Zülfiyyənin kürək nahiyəsinə qəsdən 2 dəfə zərbə endirmişdir. Bundan sonra hadisəni törətdiyi bıçağı götürərək evdən çıxmışdır. Zülfiyyəyə xəsarət yetirən zaman azyaşlı uşaqları evin həyətində oynayırdılar. Zülfiyyəyə xəsarət yetirməsinin səbəbi onun sərxoş vəziyyətdə olması ilə bağlı arvadı ilə aralarında baş vermiş mübahisə zamanı əsəbiləşməsi olmuş, Zülfiyyəyə bıçaqla xəsarət yetirməkdə niyyətinin yalnız arvadını cəzalandırmaq olmuş, yəni onun arvadını öldürmək məqsədi olmamışdır. Hadisə təxminən 2-3 dəqiqə davam etmiş, hadisəni törədərkən mətbəxdə özündən və Zülfiyyədən başqa heç kim olmamışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmişə səhhəti ilə əlaqədar dəymiş zərəri ödəmiş, zərərçəkmiş şəxs olan arvadının ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd etdiklərini və törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2008-ci ildə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuşlar, onlar nikahlarını rəsmiləşdirməmişlər. Faiq ilə evliliyindən 2011-ci ildə Amin, 2016-cı ildə isə Telman adlı uşaqları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra bir müddət Sumqayıt şəhərində yaşasalar da, sonradan Bərdə şəhərinə gəlib burada yaşamağa başlamışlar. Ancaq təxminən 3 il əvvəl yenidən Sumqayıt şəhərinə qayıtmış və nəhayət, 2021-ci ilin oktyabr ayında Bərdə şəhərinə gəlib B.Hacıyev küçəsində tikilmiş evdə yaşamışlar. Həmin tarixdən qayınatası Telman da əksər vaxt gəlib onlarla birlikdə qalmışdır. Faiq arabir spirtli içki qəbul etmiş, sərxoş vəziyyətdə olduğu vaxtlarda tez-tez aralarında mübahisə yaranmışdır. Ancaq hadisədən əvvəlki son 1 həftə ərzində Faiq spirtli içki içməyi vərdişə çevirmişdir. 29 yanvar 2022-ci il tarixdə səhər saatlarında qayınatası Telman aylıq krediti ödəməsi üçün 60 manat pul versə də, Faiq krediti ödəməyərək həmin pulla yeyib-içmişdir. 30 yanvar 2022-ci il tarixdə saat 12:00 radələrində Faiq əlində “Fanta” butulkasında nar turşusu və 3 kiloqram həcmindəki şüşə bankada gavalı mürəbbəsi ilə evə gəlmişdir. Faiqin sərxoş vəziyyətdə olduğunu hiss edib nə üçün spirtli içki içdiyini soruşmuşdur. Bu zaman Faiq evin mətbəxində onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Faiqə nə üçün krediti ödəmədiyini, ona bir daha spirtli içki içməyəcəyinə söz verdiyini bildirmiş və əlavə olaraq alıb gətirdiklərini yeməyəcəyini söyləmişdir. Onlar mübahisə edərkən o, mətbəxdən çıxmağa hazırlaşdığı vaxt qəflətən kürək nahiyəsindən 2 dəfə güclü ağrı hiss etmişdir. Bu zaman Faiqin mətbəxdə stolun üzərindən götürdüyü bıçaqla ona xəsarət yetirdiyini başa düşmüşdür. Bundan sonra Faiq hadisəni törətdiyi bıçağı götürərək evdən çıxmışdır. Həmin vaxt həyətdə oynayan uşaqlarını səsləyərək qayınatası Telmanı çağırmalarını istəmiş, təxminən 1-2 dəqiqə sonra qayınatası, bir qədər sonra isə qaynı Şaiq və qayınanası Nərminə yaşadığı evə gələrək onu Bərdə şəhər Müalicə və Diaqnostika Mərkəzinə aparmışlar. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, bu hadisə Faiqin içkili olmasına görə aralarında yaranmış mübahisə zəminində baş vermişdir. Hadisə zamanı mətbəxdə özündən və Faiqdən başqa heç kim olmamışdır. Hadisə təxminən 2-3 dəqiqə davam etmiş, Faiqin bıçaq zərbələrini davam etdirmək imkanı olsa da, bunu etməyərək çıxıb getmişdir. Hadisədən sonra o, xəstəxanada şüşə bankanın sınması nəticəsində xəsarət aldığını bildirməsinin səbəbi əri Faiqin həbs edilməsini istəmədiyi olmuşdur, əslində isə Faiqin ona bıçaqla kürək nahiyəsindən vurması nəticəsində xəsarət almışdır. Hal-hazırda o, təqsirləndirilən şəxs olan əri Təqsirləndirilən şəxsla barışmış, əri Təqsirləndirilən şəxs səhhəti ilə əlaqədar dəymiş zərəri tam şəkildə ödəmiş, onlar ər-arvad kimi birlikdə yaşayırlar, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs onun ailəsinin yeganə qazanc gətirənidir, həmçinin onların iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və ərinin ondan üzür istəyərək əməlindən səmimi peşmanlığını nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, arvadı Nərminə, kiçik oğlu Şaiq və oğlunun ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Təqsirləndirilən şəxs böyük oğlu, Zərərçəkmiş şəxs isə gəlinidir. Faiq və Zülfiyyə 2008-ci ildə ailə qursalar da, nikahlarını rəsmiləşdirməmişlər. Həmin evlilikdən Amin və Telman adlı 2 nəvəsi dünyaya gəlmişdir. Faiq ailəsi ilə birlikdə əvvəllər Sumqayıt şəhərində yaşamış, 2021-ci ilin oktyabr ayında isə Bərdə şəhəri, B.Hacıyev küçəsində yerləşən evə köçüb burada yaşamağa başlamışlar. O, nəvələrini görmək üçün arabir gedib Faiqin ailəsi ilə qalır. Faiq arabir spirtli içki qəbul etmiş, sərxoş vəziyyətdə olduğu vaxtlarda tez-tez arvadı ilə aralarında mübahisə yaranmışdır. 30 yanvar 2022-ci il tarixdə saat 12:00 radələrində Faiqgilin evinin darvazası yaxınlığında yerləşən çörək köşkünün qarşısında dayanan zaman nəvələri Amin və Telman onun yanına gələrək gəlini Zülfiyyənin onu çağırdığını bildirmişlər. O, evə gedən zaman Zülfiyyənin mətbəxdə sobanın qırağına düşüb qaldığını görmüşdür. Zülfiyyədən nə baş verdiyini soruşduqda, Zülfiyyə ona heç nə deməmişdir. O, yerdə banka qırıqlarının olduğunu gördüyü üçün Zülfiyyənin şüşə qırıqları batması səbəbindən xəsarət aldığını düşünmüşdür. Bir qədər sonra arvadı Nərminə və kiçik oğlu Şaiq içəri daxil olmuşlar. Bundan sonra onlar Zülfiyyənin kürək nahiyəsində xəsarətlər olduğunu görmüşlər. Buna görə də Şaiq və Nərminə köməkləşib Zülfiyyəni Bərdə şəhər Müalicə və Diaqnostika Mərkəzinə aparmışlar. Sonradan Faiqin sərxoş vəziyyətdə evə gəlib Zülfiyyə ilə mübahisə etdiyini və həmin mübahisə zəminində Zülfiyyənin kürək nahiyəsinə bıçaqla xəsarətlər yetirdiyini öyrənmişdir. O, Faiqin Zülfiyyəyə bıçaqla xəsarət yetirdiyini görməmiş, sonradan hadisənin Faiqin içkili olmasına görə Zülfiyyə ilə aralarında yaranmış mübahisə zəminində baş verdiyini bilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, kiçik oğlu Şaiq və oğlunun ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Təqsirləndirilən şəxs böyük oğlu, Zərərçəkmiş şəxs isə gəlinidir. Faiq və Zülfiyyə 2008ci ildə ailə qurmuşlar, lakin nikahlarını rəsmiləşdirməmişlər və həmin evlilikdən Amin və Telman adlı 2 nəvəsi dünyaya gəlmişdir. Faiq ailəsi ilə birlikdə əvvəllər Sumqayıt şəhərində yaşamış, 2021-ci ilin oktyabr ayında isə Bərdə şəhəri, B.Hacıyev küçəsində yerləşən evə köçüb orada yaşamağa başlamışlar. Əri Telman nəvələrini görmək üçün arabir gedib Faiqin ailəsi ilə qalmışdır. Faiq arabir spirtli içki qəbul etmiş, sərxoş vəziyyətdə olduğu vaxtlarda arvadı ilə ailə-məişət zəminində, əsasən maddi problemlər ucbatından aralarında mübahisə yaranmışdır. 30 yanvar 2022-ci il tarixdə saat 12:00 radələrində evdə olan zaman Faiq mobil telefon vasitəsilə ona zəng edib yaşadıqları evə gəlməsini bildirmiş, ancaq nə üçün gəlməli olması barədə heç nə deməmişdir. Buna görə də o, oğlu Şaiqin “VAZ-2107” markalı avtomobili ilə Faiqgilin yaşadığı evə getmişdir. Evə daxil olan zaman Zülfiyyənin mətbəxdə masa arxasında oturduğunu görmüş, bədən nahiyəsindən hər hansı qan axmasının, gözlə görünən xəsarətinin olmasının şahidi olmamışdır. Gördüyü mənzərə qarşısında belə qərara gəlmişdir ki, Zülfiyyənin qadın xəstəliyi vardır. Buna görə də Şaiqin avtomobili ilə Zülfiyyəni Bərdə şəhər Müalicə və Diaqnostika Mərkəzinə aparmışlar. Xəstəxanada olan zaman Zülfiyyənin sol tərəfindən bıçaq xəsarətləri aldığını öyrənmişdir. Sonradan onlara məlum olmuşdur ki, Faiq həmin gün sərxoş vəziyyətdə evə gəlmiş və Zülfiyyə ilə aralarında yaranmış mübahisə zamanı gəlininə bıçaqla xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan hadisə yerinə baxış keçirilməsi haqqında 30 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirdiyi hadisə yeri Bərdə şəhəri, B.Hacıyev küçəsində yerləşən nömrəsiz evin mətbəxidir (iş vərəqə: cild İ, səh. 6-12). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan götürmə aparılması və götürülmüş əşyaya baxış keçirilməsi haqqında 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxindən götürərək arvadı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd bıçağı təqdim etmiş və həmin bıçaq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Baxış zamanı bıçağın gümüşü rəngli, qatlanmayan tipli, 194 mm uzunluqlu, tiyə və dəstəkdən ibarət olduğu, dəstəyinin qara rəngli plastik materialdan hazırlandığı müəyyən olunmuşdur (iş vərəqə: cild İ, səh. 53- 56). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan götürmə aparılması və götürülmüş əşyaya baxış keçirilməsi haqqında 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan 01 ədəd tünd göy rəngli uzunqol xalatı və 01 ədəd tünd göy rəngli uzunqol köynəyi təqdim etmiş və həmin geyim əşyaları müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Baxış zamanı xalatın arxa səthinin sol yuxarı hissəsində iki ədəd dəlib-keçən zədə aşkar edilmiş, zədə nahiyəsi qəhvəyimtil rəngli, hopmuş qanabənzər maddə ilə bulaşmışdır. Həmçinin köynəyin arxa səthinin sol yarısında iki ədəd dəlib-keçən zədə aşkar edilmiş, zədə nahiyəsi qəhvəyimtil rəngli, hopmuş, qanabənzər maddə ilə bulaşmışdır (iş vərəqə: cild İ, səh. 29-34). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan əşyanın tanınmaya təqdim edilməsi haqqında 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş hadisənin törədilməsində istifadə edilmiş bıçağı xarici görünüşündən, məişətdə istifadə etdiyindən tanıdığını bildirmiş və təqdim edilmiş bıçaqların içərisindən tanıyaraq əli ilə əyani surətdə göstərmişdir (iş vərəqə: cild İ, səh. 125-127). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 may 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi yeri, şəraiti və ifadəsində göstərdiyi digər halları əyani şəkildə yerində göstərmişdir (iş vərəqə: cild İ, səh. 140-143). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Bərdə rayon ekspertiza şöbəsinin 06 may 2022-ci il tarixli, 275 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – soltərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol arxa divarından 1 ədəd daxilə keçən və 1 ədəd daxilə keçməyən kəsilmiş-deşilmiş yaralar deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, müddəti 30 yanvar 2022-ci il tarixə uyğun gəlir və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər (iş vərəqə: cild İ, səh. 131-134). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks məhkəmə-tibbikriminalistik, məhkəmə-trasoloji və soyuq silah ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 19 may 2022-ci il tarixli, 244/MTKŞ-2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus xalatın arxa səthinin sol yarısında üç ədəd, köynəyin arxa səthinin sol yarısında iki ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan iki ədəd deşilmişkəsilmiş zədə ilə onun bədən səthində olan xəsarətlər yerləşməsinə və xarakterinə görə üst-üstə düşürlər. Zərərçəkmiş şəxs məxsus xalatın arxa səthinin sol yarısının yuxarı hissəsində olan bir zədəyə uyğun, köynəyin üzərində və onun bədən səthində xəsarət aşkar edilməmiş, bu da xalatın üzərində olan həmin bir ədəd zədənin yetirilmə mexanizmi, ölçüsü və yalnız xalatı zədələməsi ilə izah oluna bilər. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (iş vərəqə: cild İ, səh. 148-152). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs barəsində təyin еdilmiş məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 06 may 2022-ci il tarixli, 280 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır (iş vərəqə: cild İ, səh. 128-129). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 30 yanvar 2022-ci il tarixli, 139 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 16:55-də müayinədən keçirilərkən orta dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olmuşdur (iş vərəqə: cild İ, səh. 13). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 10 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisənin törədilməsində istifadə etdiyi 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd tünd göy rəngli uzunqol xalat və 01 ədəd tünd göy rəngli uzunqol köynək maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmişdir (iş vərəqə: cild İ, səh. 154-162). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh. 46-47). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs X4 azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.66-67). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 10 may 2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 136-137). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 10 may 2022-ci il tarixli, 2748 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, B.Hacıyev küçəsində yaşayır, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı var və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh. 138-139). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmış və onların iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasının nəzərə alınmasını xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə edilməsini, bundan başqa təqsirləndirilən şəxsin himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, həmçinin təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlığını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini (əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını), zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, təqsirləndirilən şəxsin himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, əməlindən səmimi peşmanlığını, zərər çəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, eyni zamanda zərər çəkmiş şəxsin məhkəmədə təqsirləndirilən şəxslə barışaraq, onların hazırda da ər-arvad kimi birlikdə yaşamaqla təqsirləndirilən şəxsin onun ailəsinin yeganə qazanc gətirəni olduğundan azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini bildirməsini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, qeyd edilməlidir ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 03 (üç) gün müddətində tutulmuşdur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının 2 və 2.21-ci bəndlərində göstərilmişdir ki:
2. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin.....: 2.21. Qərarın 25-ci bəndinin birinci abzasında “bir və ya bir neçə növ” sözləri çıxarılsın və aşağıdakı məzmunda 5-ci abzas əlavə edilsin: “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Bundan başqa, məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş 01 ədəd bıçaq məhv edilməli, həmçinin Zərərçəkmiş şəxs məxsus 01 ədəd tünd göy rəngli uzunqol xalat və 01 ədəd tünd göy rəngli uzunqol köynək sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərci müəyyən edilməmiş, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş 01 ədəd bıçaq məhv edilsin, həmçinin Zərərçəkmiş şəxs məxsus 01 ədəd tünd göy rəngli uzunqol xalat və 01 ədəd tünd göy rəngli uzunqol köynək sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Xəqani Səmədov Nural Əliyev