Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-334/2023 09.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu (məruzəçi hakim) və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Bərdəünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylıİstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 1080 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə şəhər, Bərdə Tərtər yolunun cənub hissəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan taxta yeşiyin içində saxlamış, 13 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Bərdə şəhəri, Bərdə Tərtər yolunun cənub hissəsində yaşadığı fərdi evin həyətində olan taxta qutunun içində olan göy rəngli polietilen torbanın içərisində və orada olan 1 (bir) ədəd 3 kq-lıq şüşə balonda ayrı-ayrılıqda təmiz çəkiləri 440 qram, 640 qram, ümumi təmiz çəkisi 1080 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə şəhəri, Bərdə-Tərtər yolunun cənub hissəsində yaşayır, evlidir, 2 azyaşlı övladı var, heç bir yerdə işləmir, təxminən 4-5 ildi narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. O, Tərtər çayı sahilində yabanı marixunanın toxumunu 2022-ci ilin mart ayında yaşadığı evin həyətyanı sahəsində heç kimin görə bilmədiyi yerdə əkmiş, 2022-ci ilin oktyabr ayında 1 ədəd həmin ağacı çıxardaraq yarpaqlarını özü istifadə etmək üçün yığaraq qurudub 3 kiloqramlıq şüşə balona yığaraq saxlamış, ayağında qırıq olduğu üçün ağrıları azaltmaq məqsədilə həmin qurudulmuş marixuanadan istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə evdə olan zaman Bərdə rayon polis şöbəsinin əməkdaşları yaşadığı evə gələrək evində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirərək evə baxış keçirdəcəklərini demişlər. O, evə baxış keçirilməsinə etiraz etmədiyini demiş, bundan sonra videokamera vasitəsilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı ona evdə narkotik vasitə varsa təqdim etməyi təklif olunmuş, yaşadığı evin həyətyanı sahəsində özünə məxsus olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra polis əməkdaşları ilə birlikdə həyətyanı sahəsinə gedərək taxta qutunun içərisində gizlətdiyi göy rəngli sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaları təqdim etmişdir. İçərisində narkotik vasitə qurudulmuş marixuanalar olan göy rəngli sellofan torbalara baxış keçirilmişdir. Sellofan torbanın içərisində qurudulmuş marixuana və içərisində qurudulmuş marixuana olan şüşə balon aşkar edilmiş, həmin narkotik vasitələr olan qurudulmuş marixuanalar tərəzidə çəkilmişdir. Ona məxsus narkotik vasitənin çəkisi az olmuşdur. Lakin naməlum şəraitdə polis əməkdaşları narkotik vasitənin üzərinə əlavə edərək çəkisini artırmışlar. O qorxusundan bu barədə heç kimə bir söz deməmişdir. Narkotik vasitələrdən istifadə etdiyini, həmin narkotik vasitəni yaşadığı evin həyətində əkərək əldə etdiyini bildirmişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bərdə RPŞ-nin NMQN-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bərdə şəhəri Bərdə-Tərtər yolunun cənub hissəsində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, 13 fevral 2023-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə saat 17 radələrində Bərdə şəhəri Bərdə-Tərtər yolunun cənub hissəsində yaşadığı evin qarşısında saxlanılaraq yaşadığı Bərdə şəhəri Bərdə-Tərtər yolunun cənub hissəsində yerləşən evinə onun iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində olan taxta yeşiyin içərisində sellofan torbada və 1 ədəd şüşə balonda narkotik vasitələr olan qurudulmuş marixuana aşkar edilmişdir. Sellofan torbada və şüşə balonda olan narkotik vastələrə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu, buna görə də narkotik vasitə saxladığını və aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı 2022-ci ilin mart ayında əkdiyini, həmin çətənə kolundan yığaraq saxlayıb istifadə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş bükülülər elektron tərəzidə çəkilərək kağız zərfdə qablaşdırılaraq baxış iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmiş, Polis şöbəsində müdafiəçi dəvət edilərək Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını evindən aşkar olunmuş narkotik vasitənin üzərinə əlavə narkotik vasitə qoyulmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzində aparıcı aqranom işləyir. 16 mart 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onu Bərdə şəhəri Bərdə-Tərtər yolunun cənub hissəsində yerləşən fərdi yaşayış evin ərazisinə keçirələcək baxışa dəvət edilmiş, bundan sonra polis əməkdaşları ilə birgə Bərdə şəhəri Bərdə-Tərtər yolunun cənub hissəsində yerləşən fərdi yaşayış evinə getmiş, həmin gün Təqsirləndirilən şəxs, müdafiəçi ilə birlikdə Bərdə şəhəri Bərdə-Tərtər yolunun cənub hissəsində yerləşən fərdi yaşayış evinin həyətində olan yarımçıq tikiliyə Təqsirləndirilən şəxs göstərdiyi yerə baxış keçirilmişdir. Tərəfindən keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs göstərdiyi yerdə yəni yarımçıq tikilinin içərisində əkilmiş 1 ədəd narkotik xassəli bitkilərə aid olan çətənə kolunun kökü aşkar edilmişdir. Tərəfindən baxış keçirilən zaman kökü torpaqda olan 1 ədəd çətənə koluna aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. xx.xx.2023-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri yaşadığı evdə, üzərində saxlaması və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2023-cü il tarixli qərardangörünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə və şəxsi axtarış keçirilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(021)-38/2023 saylı qərarından görünür ki, X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və 1 ədəd KGTEL K30 markalı mobil telefon və 204 manat pul əskinasları aşkar edilərək iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılmış, bundan əlavə narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki,Təqsirləndirilən şəxs Bərdə şəhəri, Bərdə-Tərtər yolunun cənub hissəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan taxta yeşiyin içində olan göy rəngli polietilen torbanın öz içərisində və orada olan 1 (bir) ədəd 3 kq-lıq şüşə balonda ayrı-ayrılıqda təmiz çəkiləri 440 qram, 640 qram, ümumi təmiz çəkisi 1080 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Bərdə-Tərtər yolunun cənub hissəsində yaşadığı evin həyətində yarımçıq tikilidə 1 (bir) ədəd çətənə kolu əkdiyi yeri göstərmişdir. Hadisə yerindən 1 (bir) ədəd çətənə kolunun kök hissəsi torpaqdan çıxarılaraq 1 ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Hadisə yerinə baxış zamanı zəruri sənədləşmə aparılmış və istintaq hərəkəti fotoşəkillər çəkilmişdir. “ Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 13 fevral 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu, Bərdə Tərtər yolunun cənub hissəsində yerləşən yaşadığı yaşayış evinə baxış keçirilməsi, narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunması istintaq hərəkətinin keçirilməsi zamanı çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskinə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X5 iştirakları ilə tərəfimdən baxış keçirilmiş, diskə baxış zamanı müəyyən edilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs Bərdə rayonu Bərdə Tərtər yolunun cənub hissəsində yerləşən yaşayış evinə baxış keçirilıməsi zamanı 21 dəqiqə 26 saniyə müddətində çəkiliş olmuş, çəkiliş zamanı Bərdə rayon polis şöbəsinin təhqiqatçısının, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs Bərdə rayonu Bərdə Tərtər yolunun cənub hissəsində yerləşən yaşayış evinə baxış keçirilmiş, baxış zamanı Rütəm Kərimovun fərdi yaşayış evinin həyətyanı sahəsində taxta qutunun içərisində göy rəngli sellofan torbanın içərisində və 3 kq-lıq şüşə balonda qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitələrin olduğunu, özü narkotik vasitələrdən istifadə etdiyi üçün saxladığını, həmin narkotik vasitəni bir bundan əvvəl əkdiyini və özü istifadə etdiyi üçün qurudub saxladığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitələr qablaşdırılmış və elektron tərəzidə çəkilmişdir. Həmçinin bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmiş, baxış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış və istintaq hərəkətləri çəkliş zamanı qeydə alınmışdır. “ Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 13 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Bərdə RPŞ-də şəxsi axtarış keçirilməsi istintaq hərəkərinin keçirilməsi zamanı çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskinə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X5 iştirakları tərəfimdən baxış keçirilmiş, diskə baxış zamanı müəyyən edildi ki, vətəndaş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilıməsi zamanı çəkiliş olmuş, çəkiliş zamanı Bərdə RPŞ-nin təhqiqatçısının, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmiş, şəxsi axtarış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış və istintaq hərəkəti çəkiliş zamanı qeydə alınmışdır. “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilib götülümüş 1 ədəd KGTEL K30 markalı mobil telefona baxış keçirilmiş, mobil telefona baxış keçirilən zaman içərisində müxtəlif tarixlərdə müxtəlif mobil nömrələrdən gələn zənglərin, sms-lərin və WhatsApp yazışmalarının olması görünür. Həmin zənglərə, sms-lərə və WhatsApp yazışmalarına baxan zaman iş üzrə əhəmiyyət kəsb edəcək, Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması və ya alması ilə bağlı məzmunda zənglərin, sms-lərin və WhatsApp yazışmalarının olmadığı məyyən edilmişdir. Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs, xx.xx.2023cü il tarixdə sonuncunun yaşadığı evin həyətində olan taxta qutunun içərisindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlaması və satışı ilə bağlı əməliyyat məlumatları əldə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları vardır. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həyətində əkdiyi çətənə kolundan yaxın qohumlarının xəbəri olmamış, heç kimlə cinayətkar əlbirliyə girməmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni özü istifadə etmək üçün qurudaraq saxlaması müəyyən edilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılamsı haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi Bərdə şəhəri Bərdə-Tərtər yolunun cənub hissəsində yaşadığı evin həyətyanı sahəsində əkdiyi 1 (bir) ədəd çətənə kolunun əkdiyi yeri göstərməsi təklif olunmuş, Təqsirləndirilən şəxs Bərdə şəhəri Bərdə-Tərtər yolunun cənub hissəsində yerləşən yaşayış evinin həyətində yarımçıq tikilini göstərərək 2022-ci ilin mart ayında həmin ərazidə 1 (bir) ədəd çətənə kolu əkdiyi yeri göstərmiş, dəvət edilmiş mütəxəsis-aqranom Şahid4 həmin əraziyə baxış keçirərək orada 1 ədəd narko xassəli bitkilərə aid olan çətənə kolunun kökü aşkar edilmiş, tərəfindən həyətyanı sahəyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, kökü torpaqda olan 1 ədəd çətənə koluna aqrotexniki qaydada qulluq olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 16/216 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr..” sözləri və imzalar olan göy rəngli polietilen torbanın öz içərisində və orada olan 1 (bir) ədəd 3 kq-lıq şüşə balonda ayrı-ayrılıqda təmiz çəkiləri 440 qram, 640 qram, ümumi təmiz çəkisi 1080 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd göy rəngli polietilen torbada və onun içərisindəki 3 kq-lıq şüşə balonda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısına daxildir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7/513 saylı rəyindən görünür ki,tədqiqata təqdim edilmiş bitki kökləri narkotik təbiətli çətənə (kannabis) bitkilərə aiddir. Həmin bitki köklərin tərkibində narkotik komponenetləri yoxdur. Aqronomun rəyinə əsasən onlara aqrotexniki qaydada qulluq edilmişdir. 16 mart 2023-cü il tarixli rəydən görünür ki, alim-aqronom Şahid4 tərəfindən verilmiş rəydə göstərilmişdir ki, Bərdə şəhəri, Bərdə-Tərtər yolunun cənub hissəsində yaşayan Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətdə yarımçıq tikilinin içərisində əkilmiş 1 ədəd narko xassəli bitkilərə aid olan çətənə kolunun kökləri aşkar edilmiş, tərəfindən həyətyanı sahəyə baxış keçirilən zaman müəyyən olundu ki, kökü torpaqda olan 1 ədəd çətənə koluna aqrotexniki qaydada qulluq olunmuşdur. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 477 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Bərdə Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. Bərdə Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın narkoloji kabinetində dispanser qeydiyyatında durmur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13.02. 2023-cü ildən hesablanmışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd KGTEL K30 markalı mobil telefon həyat yoldaşı Şahid5 təhvil verilmişdir. Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında həyat yoldaşı Şahid5, övladları X6 və X9 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. AZ-İ N 494566 saylı “Nikah haqqında şəhadətnamənin” surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid5 xx.xx.2009-cu il tarixdə nikah bağlamışlar. AA ******* saylı “Şəxsiyyət vəsiqəsinin” surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. AA ******* saylı “Şəxsiyyət vəsiqəsinin” surətindən görünür ki, X9 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan taxta yeşiyin içərisində aşkar edilmiş göy rəngli polietilen torbanın öz içərisində və orada olan 1 (bir) ədəd 3 kq-lıq şüşə balonda ayrı-ayrılıqda təmiz çəkiləri 440 qram, 640 qram, ümumi təmiz çəkisi 1080 qram olması, ekspertiza zamanı isə 0,1 qram istifadə edilməsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 1079,9 qram olan narkotik vasitə qurudulmuş marixuana və yaşadığı evin həyətində aşkar edilərək götürülmüş tədqiqata təqdim edilmiş bitki kökləri narkotik təbiətli çətənə (kannabis) bitkisi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılır. 1 ədəd CD disk və 2 ədəd DVD disk obyektiv olub cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindən sübut növü kimi qəbul edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitənin hamsının ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X4 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən marixuana-kannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi qurudulmuş 500 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasının aşağı hədində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı müddət daxildir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Bərdə Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan taxta yeşiyin içərisində aşkar edilmiş göy rəngli polietilen torbanın öz içərisində və orada olan 1 (bir) ədəd 3 kq-lıq şüşə balonda ayrıayrılıqda təmiz çəkiləri 440 qram, 640 qram, ümumi təmiz çəkisi 1080 qram olması, ekspertiza zamanı isə 0,1 qram istifadə edilməsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 1079,9 qram olan narkotik vasitə qurudulmuş marixuana və yaşadığı evin həyətində aşkar edilərək götürülmüş tədqiqata təqdim edilmiş bitki kökləri narkotik təbiətli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X10 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də 1 ədəd CD disk və 2 ədəd DVD diskin cinayət işinin materialların əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 102 (yüz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 13 fevral 2023-cü il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilən və Bərdə Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan taxta yeşiyin içərisində aşkar edilmiş göy rəngli polietilen torbanın öz içərisində və orada olan 1 (bir) ədəd 3 kq-lıq şüşə balonda ayrı-ayrılıqda təmiz çəkiləri 440 qram, 640 qram, ümumi təmiz çəkisi 1080 qram olması, ekspertiza zamanı isə 0,1 qram istifadə edilməsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 1079,9 qram olan narkotik vasitə qurudulmuş marixuana və yaşadığı evin həyətində aşkar edilərək götürülmüş tədqiqata təqdim edilmiş bitki kökləri narkotik təbiətli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X10 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də 1 ədəd CD disk və 2 ədəd DVD diskin cinayət işinin materialların əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 102 (yüz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-334/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-334/2023
09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver