Məhkəmə qərarları › İş №1(100)-334/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-334/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-334/2025 15.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4, zərər çəkmiş şəxs və eyni zamanda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2, müdafiəçi – Gəncə Regional Vəkil Bürosunun vəkili X2 və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağstafa rayonu, Qırılı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədi ilə 14 avqust 2024-cü il tarixdə saat 04 radələrində sərxoş vəziyyətdə yaşadığı Ağstafa rayonu, Qırılı kəndində yerləşən evinin qarşısında dayanan zaman onun evinin qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs2 evindən çıxıb getdiyini gördükdən sonra sonuncunun on dörd yaşına çatmayan, xx.xx.2013-cü il təvəllüdlü qızı X4 evdə tək qaldığını bilib Nihal Akgüllə seksual xarakterli hərəkətlər etmək qərarına gələrək yaşadığı evə qayıdıb, həmin gün saat 04 radələrində Nihal Akgülün yaşadığı evlə öz yaşadığı evin arasında olan divara söykənikli vəziyyətdə qoyulmuş taxtanın üzərinə çıxaraq hasarın üzərindən sonuncunun yaşadığı evin həyətinə tullanıb həyətdən yaşayış evinə pilləkənlə qalxdıqdan sonra sol tərəfdə Nihal Akgülün yatdığı yataq otağına daxil olub, otağın yanılı vəziyyətdə olan işığını söndürərək cinsi ehtirasını təmin etmək məqsədi ilə yatılı vəziyyətdə olan Nihal Akgülün yatdığı çarpayıda sonuncunun yanına uzanmış, Nihal Akgülün ilkin olaraq sol qaş nahiyyəsindən bir dəfə öpdükdən sonra, sonuncu oyanıb ondan qorxduğu üçün çarpayının aşağı hissəsinə keçib oturararaq ağlamağa başlamış, bundan sonra o, fiziki cəhətdən ona müqavimət göstərmək imkanına malik olmamaqla köməksiz vəziyyətdə olan, çarpayıda oturmuş Nihal Akgülün əli ilə ona mane olmağa çalışmasına baxmayaraq sonuncunun iradəsinə zidd olaraq zor tətbiq etməklə sağ əli ilə onun ayaqlarına, dizlərinə, budlarına, budlarının iç hissələrinə toxunaraq sığallamış və sıxmış, daha sonra sağ əli ilə Nihal Akgülün sağ əl biləyindən tutub sıxaraq özünə tərəf çəkib çarpayıda yanına gətirərək onun dodağından, üzündən, alnından, boğazından öpməyə başlamış, sağ əlini Nihal Akgülün əynində olan çəhrayı rəngli alt paltarının üst hissəsindən içəri salaraq cinsiyyət orqanını sığallamağa və sıxmağa başlamış, Nihal Akgül onu özündən itələyərək uzaqlaşdırıb qışqıracağını və qonşuları yuxudan oyadacağını dedikdən sonra o, su içmək istədiyini bildirmiş, Nihal Akgül suyun həyətdə olduğunu yalandan ona dedikdən sonra o, otaqdan çıxaraq evin həyətinə düşmüş, Nihal Akgül onun gedib-getməməsinə baxmaq üçün yataq otağından çölə çıxaraq ona getməsini, getməyəcəyi halda qışqıraraq qonşuları köməyə çağıracağını bildirdikdən sonra Nihal Akgüldən onu evin bağından ötürməsini xahiş edərək, Nihal Akgüllə birlikdə evin bağ sahəsinə gedib orada sol əli ilə Nihal Akgülün belindən tutaraq özünə tərəf çəkib yenə də sonuncunun dodağından, üzündən və boğazından öpməyə başlamış, sağ əlini Nihal Akgülün əynində olan sarı rəngli qısaqol köynəyinin altından salıb döşlərini, qarnını və arxa tərəfdən budlarının yuxarı hissəsini sıxmış, sonuncu onu özündən kənara itələməyə çalışaraq ağlaya-ağlaya uca səslə getməsini tələb etdikdən sonra oradan çıxıb gedərək Nihal Akgülə sağ budun iç səthində, sol döşün üst səthində qançırlar, sağ bilək nahiyyəsində və sol kürək nahiyyəsində sıyrıqlarla müşaiyət edilən və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə on dörd yaşına çatmayan zərər çəkmiş şəxs X1 vəziyyətindən istifadə etməklə iradəsinə zidd olaraq zor tətbiq edib seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamla özünü təqsirli bilməmiş və CM-in 157.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamla isə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 avqust 2024-cü il tarixdə səhər saatlarında spirtli içkinin təsiri altında olmuş, öz evinə getmək istəyən zaman sərxoş vəziyyətdə olduğundan qonşusu Zərərçəkmiş şəxs2 evinə daxil olmuşdur. Kəmalənin evinə daxil olmaqda hər hansı pis bir niyyəti olmamış, pilləkənlə yuxarı qalxdıqda sol tərəfdə yerləşən otağın ikitaylı qapısının sağ tərəfindəki dəstəyini otağın içərisinə doğru itələyib otağa daxil olmuş, həmin vaxtı otaqda çarpayıda yatılı vəziyyətdə bir nəfər görmüş, Nihalın yatdığı otağın həmin otaq olduğunu bilməmiş, daha sonra Nihal birdən-birə “ay mama” deyərək qışqırmışdır. O, həmin vaxt Nihala sərxoş olduğunu, öz evinə getmək əvəzinə səhvən onların evinə daxil olduğunu bildirmişdir. Bundan sonra Nihala su içmək istədiyini bildirmiş, Nihal ona suyun aşağıda həyətdə olduğunu demişdir. Daha sonra su içmək istəməmiş, Nihalla sağollaşıb çəpərin üstündən atlayıb evlərinə getmişdir. Daha sonra təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Nihalın evdə tək olduğunu bilməmiş, lakin otağa daxil olarkən Nihalın orda olduğunu görmüşdür. Nihala qarşı heç bir təzyiq göstərməmiş, Nihalı görən zaman ona qorxmamasını və səhvən evlərinə daxil olduğunu bildirmişdir. Nihalın bədəninə və cinsiyyət orqanına toxunmamışdır. Zərərçəkmiş şəxs2 onu şərləyir, Nihala qarşı hər hansı seksual hərəkəti olmamışdır. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2 iştirakları ilə, zərərçəkmiş şəxs qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs2 ilə birlikdə Ağstafa rayonunun, Qırılı kəndində yaşayırlar. X19 Türkiyə Respublikası vətəndaşı olmaqla, 2020-ci il tarixdə rəhmətə getmiş, qardaşı isə hərbi xidmətdə olmuşdur. Həmin vaxtdan sonra anası ilə birlikdə evlərində tək yaşayırlar. Anası Zərərçəkmiş şəxs2 onların dolanışıqlarını təmin etmək üçün hər gün səhər saat 03:00-04:00 radələrində Ağstafa rayonunun “Ceyrançöl” adlanan ərazisinə işləməyə gedirmiş. Hadisə baş verən gün anası ilə birlikdə yatmışlar, anası səhər radələrində oyanıb işə getmişdir. O, saat 04:00 radələrində anidən oyanmış və otağın qaranlıq olduğunu görüb anasının işə getdiyini ehtimal etmişdir. Daha sonra sağ tərəf böyrünün üstə yatan zaman çiyninin üzərində nəsə ağırlıq hiss etmiş və dərhal gözlərini açmışdır. O, gözlərini açan zaman otağın işığının sönülü olduğunu, yəni qaranlıq olduğunu görmüşdür. Çarpayıda isə üzü ona tərəfə, lakin sifəti yorğanla örtülü olan kiminsə olduğunu görmüşdür. Həmin vaxt ona elə gəlmişdir ki, yanında yatan anasıdır, anası işə getməyib və ona görə də otağın işığı sönülüdür. Lakin həmin şəxsin bədən quruluşunun anasının bədən quruluşuna oxşar olmadığını, yəni anasının bədən quruluşundan daha kobud olduğunu hiss etmişdir. Bundan sonra o, həmin şəxsə “ay mama” deyə müraciət etmiş, lakin həmin şəxs kişi səsi ilə “haa” deyə ona cavab vermişdir. O, həmin şəxsin anası olmadığını və kişi səsi ilə ona cavab verdiyini görüb qorxudan qışqıraraq, çarpayının ayaq tərəfinə getmiş və dizlərini qucaqlayaraq oturub ağlamağa başlamışdır. Həmin şəxs isə çarpayıdan durub işığı yandırmış və ona “niyə qorxursan?, mənəm dana Mosan əmindir” demişdir. İşıq yanandan sonra o, həmin şəxsin hasar qonşuları olan Təqsirləndirilən şəxs olduğunu görmüşdür. O, Vüsaldan səhər saatlarında onların evlərinə hansı səbəbdən gəldiyini soruşduqda, Vüsal ona spirtli içki qəbul etdiyini, onun təsirindən evini səhv saldığını və buna görə də onların evinə gəldiyini bildirmişdir. Vüsal otağın işığını yandırdıqdan sonra yenidən çarpayıya qayıtmış və sol əlini başının altına dayaq kimi qoyub sol tərəfi üstə uzanaraq onunla söhbət etməyə başlamışdır. Həmin vaxt o, Vüsalın nəfəsinin qoxusundan spirtli içki gəldiyini hiss etmişdir. O, Vüsala anasının darvazalarını bağladığını, öz evi ilə onların evini necə səhv saldığını? soruşmuşdur. Vüsal da ona “maman işə gedəndə evinizin daravazasını açıq qoyub, mən də ona görə evi səhv salıb sizin evə girmişəm” deyə cavab vermişdir. O, Vüsala anasının işə gedəndə daravazanı çöldən bağladığını, açarı həyətə atdığını, evlərinin qapısı açıqdırsa deməli anasının evdə olduğunu bildirmişdir. Vüsal isə ona anasının evdə olmadığını və evdən çıxıb işə gedən zaman anasını gördüyünü demişdir. O, Təqsirləndirilən şəxs yuxusunun gəldiyini, yatmaq istədiyini bildirərək, ondan getməsini istəmişdir. Vüsal ona arvadının onu tərk etdiyini, evdə tək darıxdığını, biraz onunla söhbət etmək istədiyini bildirmiş və onunla söhbət edə-edə əli ilə onun ayaqlarını, dizlərini və budlarını sığallayaraq sıxmağa başlamışdır. O isə, əlləri ilə Vüsalın əlini itələyirmiş ki, ona toxunmasın. Vüsal isə “az qorxma, mənəm Mosan əmin, məndənmi utanersan?” deyə bildirmişdir. Həmin vaxt Vüsal əli ilə onun qolundan tutub dartaraq özünə çəkmiş və onun üzündən, alnından, dodağından və boğazından öpməyə başlamışdır. O, əlləri ilə Vüsalın sinəsindən itələyərək onu birtəhər özündən uzaqlaşdırmış, Vüsala möhkəm qışqıracağını və qonşuları evlərinə tökəcəyini demişdir. Bundan sonra Vüsal ona su içmək istədiyini demiş, o isə Vüsalın çıxıb getməsi və onun yanına qayıtmaması üçün Vüsala yalan danışaraq, suyun aşağıda həyətdə olduğunu demişdir. Bundan sonra Vüsal çarpayıdan durub çölə su içməyə getmişdir. O, Vüsalın qayıtmadığını görüb, cəld hərəkət edərək, çarpayıdan durub şalvarını geyinmişdir. Otağın qapısından çölə çıxan kimi Vüsalın evə qalxan pilləkənin qarşısında durub ona baxdığını görmüşdür. Vüsal onu görən kimi, ondan niyə otaqdan çıxdığını soruşmuş, O isə, Vüsala cavab verməmiş və həmin vaxt evin həyətində daravazanın açarını görmüşdür. Bundan sonra o, açarı yerdən götürüb Vüsala “bəs deyirdin qapı açıqdır, qapı bağlıdı axı?” deyə ondan soruşmuşdur. Vüsal isə ona qapını özünün bağladığını bildirmişdir. Danışa-danışa Vüsalın ayaqyalın olduğunu, ayağında corab olmadığını görmüşdür. O, açarla darvazanın qapısını açıb Vüsaldan evlərindən getməsini tələb etmiş, Vüsal darvazadan çıxmaq istəmədiyini, darvazadan çıxsa qonşuların onu görəcəyini, ona görə də evin bağ sahəsindən öz bağlarına keçmək istədiyini və onu həmin yerədək ötürməyini isdəmişdir. Həmin vaxt Vüsal ona “ay Nihal, sən artıq böyümüsən, mənimdə arvadım yoxdu tək qalmışam, səni gözləmək lazımdı” demişdir. O, Vüsalın dediyini başa düşməyib “yəni gözdəmək lazımdı nə deməkdir?” deyə ondan soruşmuşdur. Həmin vaxt Vüsal onu özünə doğru çəkmiş, dodaqlarından, üzündən, boğazından öpməyə, əlini onu paltarından içəri salaraq bədənini sıxmağa başlamışdır. O, Vüsalı özündən aralamağa çalışmış və ağlayaağlaya yüksək səs tonu ilə Vüsaldan çıxıb getməsini tələb etmişdir. Vüsal yenə də ona “az niyə ağlıyırsan, nədən utanırsan?, mənəm dana Mosan əmin” deyə cavab vermişdir. O isə Vüsala onu öpməsini istəmədiyini, yenə də ondan çıxıb getməsini tələb edərək, getməyəcəyi halda möhkəm qışqırıb qonşuları çağıracağını demişdir. Vüsal ona “birdən mənim sənin yanına gəlməyim barədə mamana deyərsən, maman sənin başını kəsər, məni də türməyə saldırar” deyə bildirmiş və o da ilk öncə Vüsalın dediyinə inanmamışdır. Vüsal hasardan keçən zaman o, evə daxil olub özünə məxsus mobil telefonla anasının istifadəsində olan mobil telefona zəng edib, hadisə barəsində məlumat vermək istəmişdir. Anası işə getdiyi zaman, olduğu avtomobildə çox adam olduğundan onun sözlərini eşitməmiş və o, məcbur ona baş vermiş hadisəni təkrar-təkrar deməyə başlamışdır. Vüsal onun anasına zəng etdiyini eşidərək, barının üstünə çıxıb qışqıraraq “az mamana demə, sənin başını kəsərəm” deyə bildirmiş, o isə Vüsalı aldadaraq anasına heç bir məlumat vermədiyini bildirmişdir. Elə həmin vaxt evlərinin darvazası döyülmüşdür. Darvazalarının döyülməsini Vüsal da eşitmişdir. O, darvazanı döyən şəxsin kim olduğunu soruşmuş, “mənəm ay Nihal Şamama xalandı” deyə cavab gəlmişdir. O, Şamamanın səsini tanımış və ona görə də qapını açmaq üçün daravazaya doğru getmişdir. Onun daravazaya doğru getdiyini görən Vüsal barının üstündən öz məhləsinə düşüb qaçmışdır. O, darvazanı açmış və Şamama onu evlərinə aparmış, su vermiş, daha sonra anası və Ağstafa RPŞ-nin əməkdaşları gəlmişdir. Əlavə olaraq zərərçəkmiş şəxs X15 verilən suallara cavab olaraq göstərmişdir ki, Vüsal onu arxadan qucaqlamışdır. Vüsal onun ilk öncə ayaqlarına, ayaqlarının iç hissələrinə əli ilə toxunmuş, bağa çıxan zaman isə sinəsinə toxunmuşdur. Onun üzündən, alnından və boğazından öpmüşdür. Vüsal onun cinsiyyət orqanına toxunmuş və onun cinsiyyət orqanını sığallamışdır. Vüsal getmək üçün onunla birlikdə həyətə çıxan zaman onun sinəsinə, ayaqlarına və bud hissələrinə toxunmuşdur. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün səhər saatlarında işə getmək üçün evdən çıxmış və evin darvazasını da çöldən açarla bağladıqdan sonra açarı darvazanın üstündən həyətə atmışdır. Evdən çıxan zaman hasar qonşusu olan, “Mosan” kimi tanınan Təqsirləndirilən şəxs öz yaşadığı evin daravazasının qarşısında tək dayanıb siqaret çəkdiyini görmüş, Vüsalın yanından keçən zaman Vüsal onunla salamlaşmışdır. O, “Qazel” markalı avtomobilə minib “Ceyrançöl” istiqamətinə işləməyə getmişdir. Təxminən 15 dəqiqə sonra Nihalın onun mobil telefonuna zəng etdiyini görüb bir qədər həyəcan keçirtmiş, telefona cavab verib Nihala nə yaxşı zəng etdiyini, nə baş verdiyini soruşmuş, həmin vaxt «Qazel» markalı avtomobildə olduğuna görə Nihalın səsini yaxşı eşidə bilməmiş, çətinliklə də olsa, Nihalın onun yatdığı çarpayıda bir kişi yatdığını dediyini eşitmiş, o isə Nihala yuxu gördüyünü bildirsə də, Nihal ona “ay mama Mosan evimizə giribdir” deyə bildirmiş, Vüsalı evdən çıxarkən gördüyü üçün özünü itirib qışqırmışdır. O, qonşuları Şamamaya zəng edib ona, təcili şəkildə Nihalın yanına getməyini demiş, özü də geri qayıtmışdır. Onunla birlikdə işləməyə gedən şəxslərdə polis əməkdaşlarına məlumat vermişdir. Geri qayıdan zaman qızının yaxşı olduğundan əmin olduqdan sonra Vüsalın evinin qarşısına gəlmiş və qapısının bağlı olduğunu görmüşdür. Əlavə olaraq Zərərçəkmiş şəxs2 verilən suallara cavab olaraq göstərmişdir ki, Nihaldan baş verən hadisə barədə soruşmuş, Nihal ona bildirmişdir ki, anidən yuxudan oyanan zaman yanında ağırlıq hiss etdiyini, sinəsində əl hiss etdiyini, həmin şəxsin üzünü bağladığını, daha sonra işığı yandıran zaman “Mosan” adı ilə tanıdıqları Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Vüsal otağın işığını yandırdıqdan sonra zorla Nihalı özünə çəkmiş, bu zaman Nihal alt paltarında olmuş, Nihal Təqsirləndirilən şəxs təkidlə çıxıb getməsini bildirsə də, Vüsal getməyərək arvadından ayrıldığını, onu gözləməyin mümkün olduğunu bildirmiş, Nihal isə Vüsalın dediklərini başa düşməmişdir. Daha sonra Vüsal əli ilə Nihalın bədəninə, ayaqlarına, ayaqlarının iç hissələrinə toxunmuş, onu öpmüş və əlini onun alt paltarının içərisinə salaraq, cinsiyyət orqanına toxunaraq qorxmamasını bildirmişdir. Bundan başqa Vüsal ona da, bir neçə dəfə fəhlə işlədiyini, tək qadın olduğunu, ona günlük qazanacağı puldan daha çox pul verəcəyini bildirərək, onunla münasibəti olmasını təklif etsə də, o sərt şəkildə Vüsalın cavabını vermişdir. Nihal həmin vaxt qışqırmaq istəsə də, Vüsal ona imkan verməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş, Şahid ifadəsində göstərmişdir ki, səhər saatlarında evində yatan zaman istifadəsində olan mobil telefonuna zəng gəlmiş, zəngin səsinə oyanıb telefonunu götürmüş və ona zəng edən şəxsin qonşusu Kəmalə olduğunu bilmişdir. O, telefona cavab vermiş və Kəmalə ona qışqıra-qışqıra “ay Şamama tez, Nihalın yanına get” demişdir. O, evdən çıxaraq Kəmalənin evinə getmiş, daravazanın bağlı olduğunu görüb döyərək, Nihalı çağırmağa başlamışdır. Nihal qorxulu vəziyyətdə gəlib darvazanı açmış və o, əvvəl bir dəfə də Nihalın yuxu görüb qorxduğu üçün getdiyindən, nə baş verdiyini bilməmişdir. O, Nihalın qorxudan bədəninin əsdiyini görüb ona su vermiş və sonra öz evlərinə aparmışdır. Daha sonra Şahid verilən suallara cavab olaraq göstərmişdir ki, Nihal qorxub əsdiyi üçün ona hadisə haqqında heç bir məlumat verməmiş, lakin Kəmalə gəlib Nihalı götürdükdən sonra səs-küy yaranmış və orada olan şəxslərdən Vüsalın üzünü bağlayaraq Kəmalənin evinə girib Nihalı qorxutduğunu bilmişdir. Yazı yaza bilmədiyi üçün İbtidai istintaq zamanı şifahi ifadə vermiş və müstəntiq də dediklərini qeyd etmişdir. Kəmalə ilə birlikdə işlədiyi üçün sözügedən hadisədən xeyli müddət əvvəl, onlar işə gedən zaman Nihal Kəmaləyə zəng edib ağlayaraq, yuxu gördüyünü bildirmiş və Kəmalə də qayıdaraq onu sakitləşdirmişdir. Şahid ibtidai istintaq orqanına verdiyi ifadəsi ilə, məhkəmə baxışı iclasında verdiyi ifadəsi arasında ziddiyətlər olduğundan cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Ağstafa rayonunun Qırılı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Evdar qadındır. Onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2, onun qızı X8, o cümlədən digər qonşusu Təqsirləndirilən şəxs yaxşı tanıyır, onların hamısı ilə münasibəti yaxşıdır, əvvəllər heç biri ilə düşməçiliyi və ya ədavəti olmamışdır. Baş verən hadisə ilə bağlı bidirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 04 radələrində o, evində yatan zaman istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng gəlmişdir. O, zəngin səsinə oyanıb telefonunu götürmüş və ekranına baxan zaman görmüşdür ki, ona zəng edən qonşusu Kəmalədir. O, Telefona cavab vermiş və Kəmalə ona ağlaya-ağlaya “ay Şamama tez bizə get, Nihalın yanına qaç” demiş və sonra isə telefon əlaqəsi kəsilmişdir. Belə olan halda o, yerindən durub tez evdən çıxaraq Kəmalənin evinə getmişdir. O, Kəmalənin evinin darvazasının bağlı olduğunu görüb darvazanı döyərək Nihalı çağırmağa başlamışdır. Nihal gəlib darvazanı açmış və o, Nihaldan nə baş verdiyini, anası Kəmalənin ona zəng etdiyini demişdir. Nihal ona demişdir ki, o, anası ilə birlikdə yatdığı otaqda yatan zaman anası işə getmiş və qonşusu Vüsal onun yatdığı otağa gəlmişdir. O, görmüşdür ki, nihal qorxudan əsir və ona cavab verə bilmir. Ona görə də, Nihala su vermiş və sonra öz evlərinə aparmışdır. Onların evində Nihal ona demişdir ki, Vüsal onun yatdığı otağa girib və onun iradəsinə zidd olaraq onun bədəninin müxtəlif yerlərinə toxunaraq onu öpməyə başlamışdır. Sonra isə onu aşağı sahəyə aparmış, onun iradəsinə zidd olaraq öpüb qucaqlamışdır. Nihal isə qışqırıb ağlamağa başlayan zaman Vüsal çıxıb getmişdir. Elə həmin vaxt Nihalın anası Kəmalə onların evinə gəlmiş və Nihal anasına baş verən hadisəni danışmışdır. Bundan sonra Kəmalə qışqırtı-bağırtı salaraq 102 xidmətinə zəng edib hadisə barəsində məlumat vermiş və Nihalla birlikdə evlərinə getmişlər. Bir neçə dəqiqədən sonra Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları Kəmalənin evinə gələrək sənədləşmə aparmağa başlamışlar. Bundan əlavə o, Zərərçəkmiş şəxs2 evinə gələn zaman və sonra onun evinin həyətində Təqsirləndirilən şəxs görmədiyini, Vüsal X5rşı sonuncunun iradəsinə zidd olaraq seksual xarakterli hərəkətlər etdiyini bildirərək Təqsirləndirilən şəxs qanun qarşısında cavab verməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 avqust 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 4(015)-28/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə, yəni 14 dekabr 2024-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 15 avqust 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 avqust 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisənin baş verdiyi yer, Ağstafa rayonu, Qırılı kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evidir. Baxış zamanı hadisənin baş verdiyi gün, yəni 14 avqust 2024cü il tarixdə X4 əynində olmuş, bir ədəd çəhrayı rəngli uşaq alt paltarı (tursik), bir ədəd sarı rəngli qolu gödək köynək, bir ədəd kənarlarında üç ədəd yanbayan ağ rəngli sızıqları olan qara rəngli idman şalvarı, o cümlədən hadisənin baş verdiyi yataq otağındakı çarpayıdan bir ədəd üzərində böyük qırmızı gülləri və qəhvəyi rəngli yarpaqları olan döşəküstü mələfə, iki ədəd açıq yasəmın rəngli balınc üzlüyü, bir ədəd bir tərəfi sarı, digər tərəfi isə qəhvəyi rəngli olan adiyal, qeyd edilən çapayının üzərindən bir ədəd göy rəngli plastmas materialdan hazırlanmış alışqan və Nihal Akgülün yaşadığı evlə Vüsal Abasovun yaşadığı evlərın arasında olan divarın üst hissəsindən bir cüt rezin materialdan hazırlanmış ağ rəngli tərliklər götürülmüş, baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertzasının xx.xx.2024-cü il tarixli, 315 saylı rəyindən görünür ki, X4 bədənində müəyyən edilmiş xəsarətlər – Sağ budun iç səthində, sol döşün üst səthində qançırlar, sağ bilək nahiyyəsində və sol kürək nahiyyəsində sıyrıqlar küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əllə yetirilmə nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X4 qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır. Belə ki, hal-hazırda qızdır. X4 arxa keçəcək dəliyi nahiyyəsində onunla qeyri təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər (cırılma, çat, qançır və.s) aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 avqust 2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerindən götürülmüş plastmas materialdan hazırlanmış göy rəngli alışqana və bir cüt ağ rənli rezin materialdan hazırlanmış tərliklərə baxış keçirilmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə yerindən, yəni X6 yadığı çarpayının üzərindən götrülmüş göy rəngli alışqan və onların evlərinin arasında olan divarın üst hissəsindən götürülmüş bir cüt tərlik ona məxsusdur. xx.xx.2024-cü il tarixdə öz yaşadığı ev tərəfdən barının üstünə çıxan zaman həmin tərlikləri ayağından çıxardaraq divarın üstünə qoyub Nihal Akgülün yaşadığı evin həyətinə düşmüş, Nihal Akgülün yatdığı çarpayıya uzanan zaman isə həmin göy rəngli alışqan onun əynində olan qara rəngli idman şalvarının sol yan cibindən çarpayının üstünə düşmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 avqust 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərəçəkmiş şəxs X16 ilə Təqsirləndirilən şəxs üzləşmədə dindirilmiş və üzləşmə zamanı Nihal Akgül ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs barəsində olan məhkəmə-tibbi ekspertzasının xx.xx.2024-cü il tarixli, 325 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində cinsi əlaqədə olmağa maneçilik törədən heç bir əlamətlər müşahidə olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikaı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/1046 nömrəli rəyindən görünür ki, - X9 məxsus 01 ədəd köynəyin üzərindən tapılmış göy rəngli kimyəvi hamar poliester liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus köynəyin tərkib liflərinə uyğun gəlirlər. - X9 məxsus köynəyin üzərində Təqsirləndirilən şəxs məxsus şalvarın tərkib liflərindən yoxdur. - X9 məxsus şalvarın üzərində Təqsirləndirilən şəxs məxsus köynəyin tərkib liflərindən yoxdur. - X9 məxsus alt geyiminin üzərində Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. - X9 məxsus şalvarın üzərindən tapılmış qara rəngli kimyəvi matirə olunmuş poliester liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus şalvarın tərkib liflərinə uyğun gəlirlər. - 01 ədəd ədiyal üzərindən tapılmış qara rəngli kimyəvi materə olunmuş poliester liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus şalvarın tərkib liflərinə uyğun gəlirlər. - 01 ədəd ədiyal üərindən tapılmış göy rəngli kimyəvi hamar poliester liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus köynəyin tərkib liflərinə uyğun gəlirlər. - 01 ədəd mələfə üzərindən tapılmış qara rəngli kimyəvi matirə olunmuş poliester liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus şalvarın tərkib liflərinə uyğun gəlirlər. - 01 ədəd mələfə üzərində Təqsirləndirilən şəxs məxsus köynəyin tərkib liflərindən yoxdur. - 02 ədəd balınc üzlüyünün üzərində Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. - Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış qara rəngli kimyəvi matirə olunmuş poliester liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus şalvarın tərkib liflərinə uyğun gəlirlər. - Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış göy rəngli kimyəvi hamar poliester liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus köynəyin tərkib liflərinə uyğun gəlirlər. - 01 ədəd ədiyal üzərindən tapılmış qara rəngli kimyəvi hamar poliester liflər cinsi əlamətlərinə görə X9 məxus şalvarın tərkib liflərinə uyğun gəlirlər. - 01 ədəd ədiyal üzərindən tapılmış açıq qəhvəyi rəngli kimyəvi poliuretan liflər cinsi əlamətlərinə görə X10 məxsus köynəyin tərkib əlamətlərinə uyğun gəlirlər. - 01 ədəd mələfə üzərindən tapılmış qara rəngli kimyəvi hamar poliester lifər cinsi əlamətlərinə görə X9 məxsus şalvarın tərkib liflərinə uyğun gəlirlər. - 01 ədəd mələfə üzərindən tapılmış açıq qəhvəyi rəngli kimyəvi poliuretan liflər cinsi əlamətlərinə görə X9 məxsus köynəyin tərkib liflərinə uyğun gəlirlər. - 01 mələfə üzərindən tapılmış çəhrayı rəngli kimyəvi hamar poliester liflər cinsi əlamətlərinə görə X9 məxsus alt geyimin tərkib liflərinə uyğun gəlirlər. - 02 ədəd balınc üzərində X9 məxus şalvarın tərkib liflərindən yoxdur. - 02 ədəd balınc üzərindən tapılmış açıq qəhvəyi rəngli kimyəvi poliuretan liflər cinsi əlamətlərinə görə X9 məxus köynəyin tərkib liflərinə uyğun gəlirlər. - 01 ədəd ədiyal üzərində X9 məxsus alt geyimi tərkib liflərindən yoxdur - 02 ədəd balınc üzərində X9 məxsus alt geyimi tərkib liflərindən yoxdur - X9 məxsus şalvarın üzərindən tapılmış açıq qəhvəyi rəngli kimyəvi poliuretan liflər cinsi əlamətlərinə görə X9 məxus köynəyin tərkib liflərinə uyğun gəlirlər. - X9 məxsus köynəyin üzərindən tapılmış qara rəngli kimyəvi hamar poliester liflər cinsi əlamətlərinə görə X9 məxsus şalvarın tərkib liflərinə uyğun gəlirlər. - X9 məxsus şalvarın üzərindən tapılmış çəhrayı rəngli kimyəvi hamar poliester liflər cinsi əlamətlərinə görə X9 məxus alt geyimin tərkib liflərinə uyğun gəlirlər. - X9 məxsus alt geyimin üzərindən tapılmış qara rəngli kimyəvi hamar poliester liflər cinsi əlamətlərinə görə X9 məxsus şalvarın tərkib liflərinə uyğun gəlirlər. - X14 məxsus alt geyimin üzərində X9 məxus köynəyin tərkib liflərindən yoxdur. - X9 məxus köynəyin üzərində X11 məxus alt geyimin tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs barəsində olan məhkəmə-psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 817 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən əməli törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs psixi inkişafında gerilik əlamətləri müşahidə edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntudan əziyyət çəkmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X15 barəsində olan məhkəmə-psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 873 saylı rəyindən görünür ki, X15 cinayət əməli törədilən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. X15 ona qarşı törədilən əməl zamanı həmin əməlin mənasını və mahiyyətini dərk edə bilmişdir. X15 görmüş olduğu hadisələr barədə düzgün ifadə vermək qabiliyyətindədir. X4 psixi inkişafında gerilik əlamətləri müşahidə edilmir. Hazırkı mərhələdə X12 hər hansı cinayət işi şamil edilmədiyindən onun cinayət əməli törədiən zaman və hal-hazırda anlaqlı olub-olmaması barədə suala cavab vermək mümkün deyildir. X4 hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. X15 anlaqlığı istisna etməyən psixi pozuntudan əziyyət çəkmir. X4 Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşübdüşməməsi barədə suala hazırkı mərhələdə X12 hər hansı cinayət işi şamil edilmədiyindən cavab vermək mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, verilmiş əməliyyat tapşırığına 30 avqust 2024-cü il tarixli, №163-1926/24 cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 04 radələrində qonşusu Zərərçəkmiş şəxs2 evinin həyətinə evləri arasında olan barının üstündən atlayaraq sonuncunun xx.xx.2013-cü təvəllüdlü qızı Nihal Akgülün yatdığı otağa daxil olub sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Ağstafa rayon Mərkəzi Xəstəxanası” X17 sorğu əsasında alınmış xx.xx.2024-cü il tarixli, 18-1-24/2-682/2024 saylı cavab məktubundan görünür ki, Abbasov X7 RMX PHŞ Poliklinika şöbəsinin psixoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa RİHB-nın Qırılı kəndi İƏD üzrə nümayəndəliyindən alınmış xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyatnamədən görünür ki, Abbasov X7 rayonu Qırılı Kəndində qeydiyyatdadır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 noyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə öz хüsusiyyətinə, əlаmətlərinə görə cinаyət təqibi üzrə əhəmiyyət kəsb еdən hаllаrın müəyyən еdilməsinə kömək еtdiyindən Ağstafa Rayon Prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan hadisə yerindən götülmüş bir ədəd çəhrayı rəngli uşaq alt paltarı (tursik), bir ədəd sarı rəngli qolu gödək köynək, bir ədəd kənarlarında üç ədəd yanbayan ağ rəngli sızıqları olan qara rəngli idman şalvarı, o cümlədən hadisənin baş verdiyi yataq otağındakı çarpayıdan bir ədəd üzərində böyük qırmızı gülləri və qəhvəyi rəngli yarpaqları olan döşəküstü mələfə, iki ədəd açıq yasəmən rəngli balınc üzlüyü, bir ədəd bir tərəfi sarı, digər tərəfi isə qəhvəyi rəngli olan adiyal, qeyd edilən çapayının üzərindən bir ədəd göy rəngli plastmas materialdan hazırlanmış alışqan və Nihal Akgülün yaşadığı evlə Vüsal Abasovun yaşadığı evlərın arasında olan divarın üst hissəsindən bir cüt rezin materialdan hazırlanmış ağ rəngli tərliklər, o cümlədən hadisənin baş verdiyi gün Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli qolugödək köynək və bir ədəd qərar rəngli idman şalvarı iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 noyabr 2024-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 150.3.3 və 157.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxs və eyni zamanda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2 15 may 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsində müəyyən edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, CM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində zərərçəkmiş şəxs Nihal Akgülə qarşı seksual xarakterli hərəkətlər etmədiyini, sərxoş olduğu üçün öz evinə getmək istəyən zaman evini səhv salaraq, qonşusu Zərərçəkmiş şəxs2 evinə daxil olduğunu, daxil olarkən Nihalın evdə tək olduğunu bilmədiyini və Nihala qarşı hər hansı zor tətbiq etmədiyini bildirməsinə dair göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs göstərdiyi sözügedən xüsusatlar iş üzrə toplanmış çoxsaylı danılmaz sübutlarla (zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, sənədlər və maddi sübutlar) tam təkzib edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən hallara tənqidi yanaşaraq, həmin ifadələrin məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir və vurğulayır ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən xüsusatlar ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Bundan başqa, Məhkəmə Şahid məhkəməyə verdiyi ifadəsində Nihalın ona Təqsirləndirilən şəxs Nihala qarşı seksual xarakterli hərəkətlər etməsi ilə bağlı heç bir məlumat vermədiyini, hadisə yerinə gələn şəxslərdən isə Təqsirləndirilən şəxs sadəcə üzünü bağlayaraq Nihalı qorxutduğunu eşitməsi ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar iş üzrə toplanmış çoxsaylı danılmaz sübutlarla, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, sənədlər, maddi sübutlar, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Odur ki, məhkəmə onun ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsinin işin faktiki hallarına uyğunluğu baxımından əsas götürülməsinin vacibliyini vurğulayır. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları eyni zamanda zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, sənədlər, maddi sübutlar, digər sübutlar və işin faktiki hallarını qarşlıqlı təhlil edərək, Şahid məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsinin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə-tibbi ekspertzasının xx.xx.2024-cü il tarixli, 315 saylı rəyindən görünür ki, X4 bədənində müəyyən edilmiş xəsarətlər – Sağ budun iç səthində, sol döşün üst səthində qançırlar, sağ bilək nahiyyəsində və sol kürək nahiyyəsində sıyrıqlar küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əllə yetirilmə nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X4 qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır. Belə ki, hal-hazırda qızdır. X4 arxa keçəcək dəliyi nahiyyəsində onunla qeyri təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər (cırılma, çat, qançır və.s) aşkar olunmadı. Bundan başqa, 16 avqust 2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerindən götürülmüş plastmas materialdan hazırlanmış göy rəngli alışqana və bir cüt ağ rənli rezin materialdan hazırlanmış tərliklərə baxış keçirilmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə yerindən, yəni X6 yadığı çarpayının üzərindən götrülmüş göy rəngli alışqan və onların evlərinin arasında olan divarın üst hissəsindən götürülmüş bir cüt tərlik ona məxsusdur. xx.xx.2024-cü il tarixdə öz yaşadığı ev tərəfdən barının üstünə çıxan zaman həmin tərlikləri ayağından çıxardaraq divarın üstünə qoyub Nihal Akgülün yaşadığı evin həyətinə düşmüş, Nihal Akgülün yatdığı çarpayıya uzanan zaman isə həmin göy rəngli alışqan onun əynində olan qara rəngli idman şalvarının sol yan cibindən çarpayının üstünə düşmüşdür. Bundan başqa, verilmiş əməliyyat tapşırığına 30 avqust 2024-cü il tarixli, №163- 1926/24 cavab məktubundan görünür ki, keçirilmiş əməliyya-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 04 radələrində qonşusu Zərərçəkmiş şəxs2 evinin həyətinə evləri arasında olan barının üstündən atlayaraq sonuncunun xx.xx.2013-cü təvəllüdlü qızı Nihal Akgülün yatdığı otağa daxil olub sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi müəyyən edilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 150.3.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxs və eyni zamanda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2 15 may 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində bu Məcəllənin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Eyni zamanda Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 avqust 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 4(015)-28/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə, yəni 14 dekabr 2024-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin 15 avqust 2024-cü il tarixdən hesablanmışdır. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, eləcə də hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət də ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübutlar – Ağstafa Rayon Prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan hadisə yerindən götülmüş bir ədəd çəhrayı rəngli uşaq alt paltarı (tursik), bir ədəd sarı rəngli qolu gödək köynək, bir ədəd kənarlarında üç ədəd yanbayan ağ rəngli sızıqları olan qara rəngli idman şalvarı, o cümlədən hadisənin baş verdiyi yataq otağındakı çarpayıdan bir ədəd üzərində böyük qırmızı gülləri və qəhvəyi rəngli yarpaqları olan döşəküstü mələfə, iki ədəd açıq yasəmən rəngli balınc üzlüyü, bir ədəd bir tərəfi sarı, digər tərəfi isə qəhvəyi rəngli olan adiyal, qeyd edilən çapayının üzərindən bir ədəd göy rəngli plastmas materialdan hazırlanmış alışqan və Nihal Akgülün yaşadığı evlə Vüsal Abasovun yaşadığı evlərın arasında olan divarın üst hissəsindən bir cüt rezin materialdan hazırlanmış ağ rəngli tərliklər, o cümlədən hadisənin baş verdiyi gün Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli qolugödək köynək və bir ədəd qərar rəngli idman şalvarı qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv olunmamlıdır. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün on bir manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 23 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə Regional vəkil bürosunun hesabına 253 (iki yüz əlli üç) manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəls ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 14 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlar – Ağstafa Rayon Prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan hadisə yerindən götülmüş bir ədəd çəhrayı rəngli uşaq alt paltarı (tursik), bir ədəd sarı rəngli qolu gödək köynək, bir ədəd kənarlarında üç ədəd yanbayan ağ rəngli sızıqları olan qara rəngli idman şalvarı, o cümlədən hadisənin baş verdiyi yataq otağındakı çarpayıdan bir ədəd üzərində böyük qırmızı gülləri və qəhvəyi rəngli yarpaqları olan döşəküstü mələfə, iki ədəd açıq yasəmən rəngli balınc üzlüyü, bir ədəd bir tərəfi sarı, digər tərəfi isə qəhvəyi rəngli olan adiyal, qeyd edilən çapayının üzərindən bir ədəd göy rəngli plastmas materialdan hazırlanmış alışqan və Nihal Akgülün yaşadığı evlə Vüsal Abasovun yaşadığı evlərın arasında olan divarın üst hissəsindən bir cüt rezin materialdan hazırlanmış ağ rəngli tərliklər, o cümlədən hadisənin baş verdiyi gün Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli qolugödək köynək və bir ədəd qərar rəngli idman şalvarı qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 23 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə Regional vəkil bürosununhesabına 253 (iki yüz əlli üç) manat məbləğində pul köçürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat 80 (səksən) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyiandan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar