Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-335/2021 29.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, X6 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs oğlu, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 və Təqsirləndirilən şəxs iştirakları ilə, – xx xxxxxxxx 1992-ci ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Samux rayon Hacıalılı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs o, soyuq silah hesab edilməyən ümumi təyinatlı turist bıçağı ilə Zərərçəkmiş şəxs oğlunun qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 27 iyun 2021-ci il tarixdə saat 23:30 radələrində Samux rayonu Hacıalılı kəndi ərazisində yerləşən “İstisu” adlanan subartezian quyusunun yaxınlığında Zərərçəkmiş şəxs oğlu ilə aralarında yaranmış qərəzli şəxsi münasibətlər zəminində mübahisə edib dalaşmış və dalaşma prosesində özündə olmuş soyuq silah hesab edilməyən ümumi təyinatlı turist bıçağının kəsici-deşici hissəsi ilə sonuncunun qarın nahiyəsinə qəsdən vuraraq ona qarın nahiyəsinin sağ yan tərəfində 1,5x0,3 sm ölçüdə çəhrayımtıl rəngli, yumşaq konsistensiyalı çapıq toxumadan, qarın nahiyəsinin ön səthində 15,3x1,5 sm ölçüdə ağ xətt üzrə çəhrayımtıl rəngli çapıq toxumadan ibarət qarnın daxilə keçən kəsilmiş-deşilmiş yarası, nazik bağırsağın və müsaqirəsinin yaralanması, daxili qanaxma, hemorrogik şok, sağ əlin arxa səthində 3,0x0,2 sm ölçüdə anoloji xarakterli çapıq toxumadan ibarət sağ əlin arxa nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan, ümumilikdə yetirildiyi anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarət yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.l-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 onun yeznəsidir, Şahid1 Samux rayon Lək kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs oğlunu isə üzdən tanıyır, münasibəti yoxdur. 27 iyun 2021-ci il tarixdə onun bacısıoğlu azyşalı Xaliqin ad günü olduğundan o, atasıyla birlikdə saat 17-18 radələrində bacısıgilə getmişdir. Yeznəsi Yasin yaşadığı evin həyətində stol açmışdır. Onlar, yəni atası, yeznəsi Yasin, Yasinin atası Xaliqlə evin həyətində oturub yeyib içmişdirlər. Həmin vaxt təkcə o, araq içməmişdir. Axşam saat 22-23 radələri olarmış ki, Yasingilə kəndçiləri Etibar, Elçin və Habil gəlmişdirlər. Habil Yasinin əmisidir. Onlar gələn zaman o, bir qədər kənara çəkilib siqaret çəkirmiş. Onların gəlməyini o, görmüş, ancaq onlar onu görməmişdirlər. Təxminən 5-10 dəqiqə keçmişdir ki, evin həyətində mübahisə səslərini eşitmiş, belə ki, görmüşdür ki, stol başında kimsə söyüşlə danışır. Həmin vaxt bacısı və Yasinin anası Sevda evin həyətində stoldan bir qədər aralıda oturmuşdurlar. O, söyüş söyüldüyü üçün onların oturduğu stola yaxınlaşmış və onlara demişdir ki, “bura mənim həm də bacımın evidir, burda söyüşnən danışmayın.” Bu zaman Elçin Yasinə qayıdıb demişdir ki, “bu kimdir ki, bizə bu sözü deyir”. Yasin də ona demişdir ki, “bunlar mənim qonağımdır, işin olmasın.” O da Elçinə demişdir ki, “qonaq gəlibsən, oturub çörək yeyirsən, indi keflisən, ayılanda sənə başa salaram”. Bundan sonra o, atasıyla Yasingildən çıxıb evə getmişdir. Evdə bir qədər olduqdan sonra qərara gəlmişdir ki, Samux rayon Hacallı kəndində yerləşən “İstisu” adlanan yerə gedib çimsin. Onun özünə məxsus metallik rəngli, dəmirdən olan, qatlanan, təxminən tiyəsi 10 sm olan bıçağı vardır. Həmin bıçağı o, həmin vaxt üstündə götürmüşdür. Artıq saat 23:30 radələri olarmış. Piyada olaraq “İstisu” adlanan yerə çatan zaman görmüşdür ki, Yasin və Etibar suda çimirmiş, Elçin isə tanımadığı şəxslərlə onlardan təxminən 4-5 metr məsafədə söhbət edirmiş. Onun həmin vaxt Elçinə bıçaqla xəsarət yetirmək fikrim olmamış, o, fikirləşmişdir ki, sabah ayıq başla onunla söhbət edər. Ancaq Elçini orada təsadüfən görüb onu yanına çağırmış. Elçin də həmin şəxslərdən bir qədər aralanıb onun yanına gəlmişdir. Elçinin əynində ancaq alt paltarı olmuşdur. O, Elçinə yenə stol başında onun nə üçün söyüş söydüyünü, həmçinin onun ona bu barədə deyən zaman Elçinin onun üstünə bozardığını demiş, Elçin də yenə onunla kobud danışmağa başlayaraq onun həmin vaxt düz hərəkət etdiyini və onun ona irad tutmağını özünə sığışdırmadığını demişdir. O, yenə Elçinə demişdir ki, “ora mənim bacımın evidir, sən qonaq gəlibsən, görüsən ki, hər tərəf bağlı bir yerdir, ancaq sən onu bilə-bilə söyüş söyürsən, mən sənə eləcə demək istəyirəm ki, sən orada səhv edib söyüşlə danışıbsan.” Elçin də bu zaman onun üzərinə gəlməyə başlamış, onlar üzbəüz dayanan zaman Elçin ona əl-qol atmağa başlayaraq ona söyüş söymüş, sonra isə o, onun köynəyindən hər iki əli ilə yapışmış, o da onun heç bir yerindən tuta bilməmiş, çünki onun əynində paltarı yox imiş. Birinci olaraq onun Elçini bıçaqla xəsarət yetirmək fikri olmamışdır. Sonra o, Elçinin onu vuracağından ehtiyat edib, həm də özünün səhvini başa düşməyib, yenə ona söyüş söydüyü üçün o, şalvarının sağ tərəf kəmərinə qoyduğu bıçağı götürərək əliylə onu cəld açıb bir dəfə Elçinin qarın nahiyəsinə qəsdən vurmuş ki, ondan aralaşsın. O, Elçini bir dəfə qəsdən bıçaqla vuran zaman Elçin arxaya doğru gedib aşağı çöməlmişdir. O da elə bilmişdir ki, o, onun ona bıçaqla vurduğunu bilib aşağı çöməlib, ancaq Elçin yerdən daş götürərək ona tərəf atmış, Elçinin atdığı daş ona dəyməmişdir. Bundan sonra Elçin ayağa qalxaraq Yasingilin yanına getmiş, Etibar da Elçinin yaralı olduğunu görüb özünə məxsus qara rəngli “Hundai” markalı avtomobilə qoyaraq çıxıb getmişdir. O da Yasinin yanına getmiş, Yasin həmin vaxt çox kefli imiş, o, Yasinlə birlikdə avtomobil yoluna çıxmış və tanımadığı bir avtomobilə oturub Yasini evlərinə aparmış və daha sonra isə yaşadığı evə getmişdir. O, Zərərçəkmiş şəxs oğlu ilə 27.06.2021-ci il tarixdə axşam saat 23:30 radələrində Samux rayon Hacallı kəndində “İstisu” adlanan yerdə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə edib dalaşmış və dava zamanı özündə olmuş bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə qəsdən zərbə vuraraq ona bıçaq xəsarəti yetirmişdir. Onun Zərərçəkmiş şəxs bıçaq xəsarəti yetirməkdə məqsədi dava zamanı onun ondan əl çəkməsi, həmçinin ona söyüş söyməsi olmuş, onun onu öldürmək fikri olmamış, dava zamanı o, ona bir neçə dəfə bıçaq xəsarəti yetirmək imkanı olmuş, ancaq o, bunu etməmişdir. O göstərmişdir ki, hadisənin baş verməsinə səbəb 27.06.2021-ci il tarixdə axşam saat 23:30 radələrində Zərərçəkmiş şəxs oğlunun ona söyüş söyməsi olmuş, onun ona bıçaqla xəsarət yetirmək fikri əvvəldən olmamış, o, elə bilmişdir ki, söhbət edib yoluna qoyarmış, ancaq Elçin yenə etdiyi hərəkəti başa düşməyərək yenə ona söyüş söymüşdür. O, Elçinlə həmin günün sabahısı söhbət edəcəkmiş. Təsadüfi olaraq o, onunla çimərlikdə rastlaşmışdır. Hadisə bir anın içərisində olmuş, o, Elçini yenidən vurmaq imkanına malik imiş, ancaq onu vurmamışdır. Sadəcə olaraq Elçin bacısının yaşadığı evin həyətində söhbət edərkən söyüş söymüşdür. Elçini bıçaqla vurmağında məqsəd onu etdiyi söyüşə görə cəzalandırmaq imiş, onun onu öldürmək ya da başqa bir niyyəti olmamışdır. O, Zərərçəkmiş şəxs yalnız bir dəfə bıçaq zərbəsi vurmuşdur. Hadisə baş verən zaman o və Elçin olmuş, o, Elçini bıçaqla vuranda heç kim görməmişdir. Mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Onlardan aralıda Yasin və Etibar imiş, o, Elçini yanına çağıran zaman Elçinin yanında başqa iki nəfər tanımadığı şəxs də olmuşdur. Elçin onlardan təxminən 5-10 metr aralanaraq onun yanına gəlmişdir. Həmin şəxslərin Elçini onun bıçaqla vurduğunu görüb-gərmədiyini bilməmişdir. Hadisədən sonra heç kim gəlməmişdir. Zərərçəkmiş şəxsla aralarında baş vermiş davadalaş zamanı heç bir xəsarət almamışdır. Əməlidən peşmadır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərmişdir ki, Şahid1 onun kəndçisidir. Şahid2 onun dayısıoğludur. Şahid6 Qənbər oğlu onun kəndçisidir. Təqsirləndirilən şəxs isə əvvəllər tanımırmış, ümumiyyətlə o, onu görməmişdir. Onun adları göstərdiyi şəxslərlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Allahverdinin sonradan kəndçisi Yasinin qaynı olduğunu bilmişdir. 27 iyun 2021-ci il tarixdə günorta saatlarında o, daysıoğlu Etibarla birlikdə çayxanada olan zaman Yasin onların yanına gəlmiş və onlarla salamlaşdıqdan sonra demişdir ki, oğlunun bü gün, yəni 27.06.2021-ci il tarixdə ad günüdür və onları ad gününə dəvət etmişdir. O da Etibarla ona gələcəklərini demişdir. Bundan sonra Yasin çaıxıb getmişdir. Onun dayısıoğlu Etibar gələcəkdə Yasinin oğlunun kirvəsi olacaqmış. O, çayxanada olan zaman Habillə aralarında taxıl biçimi üstündə narazılıqları olmuşdur. O, Habillə bu barədə söhbət edib söhbəti yoluna qoymuşdur. Axşam saat 23 radələrində o, Etibarla kənddə görüşüb Yasingilə qonaq getmişdir. Onların arxasınca isə Yasinin əmisi Habil də gəlmişdir. Yasin evin həyətində stol açmışdır. O, içəri daxil olan zaman orada Yasini, onun atası Xaliqi, arvadı Sevdanı, gəlinlərini və Allahverdinin atası Altayı görmüşdür. Altayı o, əvvəllər Samux rayon Hacallı kənd sakini kimi tanıyırmış. Onun oğlu Allahverdini o, birinci içəri daxil olan zaman onu görməmişdir. Onlar stola əyləşmiş, o, Yasin və Habillə üzbəüz oturmuşdur. Söhbət əsnasında Habil yenə onunla günorta söhbətini stol başında açmış, o da Habilə demişdir ki, əgər kim haqsızdırsa Allah onun cəzasını versin və arxasınca isə ünvansız söyüş işlətmişdir. Onun söyüş işlətdiyini kənardan eşidən Allahverdi onların stoluna yaxınlaşaraq ona demişdir ki, “burada söyüş söymə, arvad-uşaq var”. O da demişdir ki, Xaliqdən və Yasindən üzr istəyir. Yasin və Xaliq də onun üzrhaqlığımı qəbul etmişdirlər. Ancaq Allahverdi ona demişdir ki, “sənlə sabah səhər 8-də gələcəm söhbət eliyərik”. O da Allahverdiyə demişdir ki, “heç nə gələrsən, sənlə söhbət edərik”. X3 üzərinə bozardığını görüb Allahverdiyə demişdir ki, “durun hamınız çıxın gedin, bunlar mənim qonaqlarımdır”. Bu səbəblə Yasin Allahverdini və onun atasını evdən qovalamışdır. Onlar da təxminən 5 dəqiqə sonra Yasingildə oturduqdan sonra qərara gəlmişdirlər ki, Lək kəndində yerləşən “İstisu” adlanan yerdə çimsinlər. Buunla hamı razılaşmış, ancaq Habil onlarla getməmişdir. O, Yasin və Etibarla Etibara məxsus avtomobillə çimməyə getmişdirlər. Onlar ora gedən zaman Samux rayon Çobanabdallı kəndindən Şaban kimi tanıdığı şəxs də orada imiş. Onlar, yəni o, Yasin və Etibarla çimməyə girmişdirlər. Sonra orada Yasinlə Şabanın arasında söz mübahisəsi olmuş, o da bunu görüb onları sakitləşdirmişdir. Həmin vaxt artıq saat 23:30 radələri olarmış. Bir qədər keçmiş o, Şabanla söhbət edən zaman oraya Allahverdi gəlmiş, onun haradan və nə ilə gəldiyini o görməmişdir. X9 nə üçün mübahisə etdiyini deyib Şabanla mübahisə etmiş, mübahisə zamanı Allahverdi Şabana demişdir ki, “mən sizdən ötrü bura gəlməmişəm, mən Elçinlə bağlı gəlmişəm.” Bundan sonra Şaban onu çağıraraq demişdir ki, “ay dayı bu səndən ötrü bura gəlib, sənlə söhbəti var”. O da Şabana demişdir ki, “buradayam, gəlsin”. Həmin vaxt onun Şabanla arasında təxminən 5 metr məsafə olarmış. Yasinlə Etibar isə suda çimirlərmiş. Həmin vaxt Yasin çox içmişdir, ayaqüstə zorla dururmuş. O, sudan təxminən 5-6 metr aralı dayanmışdır ki, Allahverdi yavaş yerişlə onun üzərinə gəlmiş, Allahverdi ona təxminən 1 metr qalmış əli ilə onun qarın tərəfinə uzatmış, birinci olaraq o, elə bilmişdir ki, Allahverdi onu yumruqla vurmuş, bunun ardınca Allahverdi ikinci dəfə onu vuran zaman o, hiss etmişdir ki, Allahverdi onu birincidən bıçaqla vurmuşdur. Allahverdi onu yenə vuran zaman o, sağ əlini qabağa vermiş, Allahverdinin əlində olan bıçaq isə onun əlinin ovuc hissəsini kəsmişdir. O da Allahverdinin sağ əli ilə bıçaq olan əlini tutub sol əli ilə ona doğru atmış, bu zaman zərbənin təsirindən Allahverdi yerə yıxılmış və sonra Allahverdi dərhal duraraq qaçmışdır. O da aşağı çöməlib yerdən daş götürərək əlində saxlayıb Allahverdinin arxasınca asfalta qədər qaçmış, ancaq onu tuta bilməmişdir. Əlində olan daşı da yerə atmışdır. Bundan sonra o, qarın nahiyəsində ağrılar hiss etdiyi üçün və ona yardım edilməsi üçün o, Etibargilin yanına getmiş və demişdir ki, Allahverdi onu bıçaqla vurmuşdur. Etibar da onu avtomobilinə qoyub xəstəxanaya gətirmişdir. Onunla bərabər Şaban da avtomobilə minmişdir. Hadisə 27.06.2021-ci il tarixdə axşam saat 23:30 radələrində Samux rayon Lək kəndində “İstisu” adlanan yerdə baş vermişdir. Hadisə olan vaxt o, Allahverdi ilə mabahisə edib dalaşan zaman Allahverdi ona birinci olaraq qarın nahiyəsinə zərbə endirmiş, sonra isə bir dəfə də vuran zaman o, əli ilə Allahverdinin əlində olan bıçağı saxlamışdır. O göstərmişdir ki, onun Yasingildə evlərinin həyətində yeyib-içən zaman onun Habillə mübahisə edən zaman bilmədən ünvansız söyüş söyməyi olmuş, bunun səbəbi olaraq Allahverdinin onunla mübahisə etməyi olmuş, hadisə olan zaman ondan aralıda Şaban və başqa bir şəxs də olmuş, ancaq Allahverdinin onu vuran zaman onların görüb-görmədiyini bilmir. Yasin və Etibar isə onlardan aralıda imiş, suda çimirlərmiş. Yasin həmin vaxt ümumiyyətlə özündə deyilmiş. Təqsirləndirilən şəxs mübahisə zamanı onu öldürə bilərmiş, əlavə bir neçə bıçaq zərbəsi endirmək imkanı olmuş, ancaq o, bunu etməmişdir, belə ki, Təqsirləndirilən şəxs onu bıçaqla vurandan sonra qaçmışdır. Hazırda təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyan ödənilmiş, Təqsirləndirilən şəxsya qarşı şikayəti, tələbi və iddiası yoxdur və məhkmədən ıəqsirləndirlən şəxsə həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təmir-tikinti işi ilə məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs oğlu kəndçisidir, həm də dostudur. Təqsirləndirilən şəxs qaynıdır, o, Samux rayon Hacallı kəndində valideynləri ilə birlikdə yaşayır, subaydır. 27.06.2021-ci il tarixdə azyaşlı övladı Xaliqin doğum günü imiş, o da planlaşdırmışdır ki, yüngül də olsa oğlunun doğum gününü qeyd etsin. Həmin günü, yəni 18-19 radələrində qaynı Allahverdi atası Altayla birlikdə onlara qonaq gəlmişdirlər. Onlar evin həyətində oturub yeyib-içmişlər. Təxminən 1-2 saat oturmuşlar. O, Altayla spirtli içki qəbul etmiş, ancaq Allahverdi içməmişdir. Sonra o, pivə almaq üçün mağazaya getmiş, mağazanın yaxınlığında yerləşən kafenin həyətində Etibarı, əmisi Habili və Elçini görmüşdür. O da hal-əhval tutmaq üçün onların yanına getmiş, 5 dəqiqə onların stolunda oturduqdan sonra çıxıb getmiş, gedən zaman onlara demişdir ki, bu gün, yəni 27.06.2021-ci il tarixdə azyaşlı oğlu Xaliqin ad günüdür, qonaqları gələcəkmiş, istəsələr onlara da gələr. Bundan sonra yaşadığı evə getmişdir. Etibar onun oğlunun kirvəsi olacaqmış, aralarında razılaşma da olmuşdur. Axşam saat 22-23 radələri olarmış ki, əmisi Habil, Etibar və onun bibisoğlu Elçin onlara gəlmişdir. Onlar yenidən yeyib-içmişdirlər. Onlar gələn zaman Allahverdi və atası hələ onlarda imiş, getməmişdirlər, ancaq Allahverdi evin həyətinə keçmişdir, Elçingil gələn zaman o, stolda yox imiş. Onlar yeyib-içən zaman söhbət əsnasında Elçinlə Habil söz mübahisəsi etməyə başlamışdırlar. Onların arasında əvvəldən narazılıq olmuşdur, stol başında isə bu söhbət yenə açılmışdır. Elçin Habillə mübahisə edən zaman söyüşlə danışmağa başlamışdır. Elçin söyüş söyən zaman Allahverdi Elçinin söyüş söydüyünü eşitmiş, həmin vaxt arvadı və anası da evin həyətində imişlər. Allahverdi onların stoluna yaxınlaşıb ümumi olaraq demişdir ki, “evdə qadınlar var” və xahiş etmişdir ki, aralarında nə mübahisəsi varsa çıxıb çöldə söhbət etsinlər. Bunun sözü Elçinə xoş gəlməmiş və ona qayıdıb demişdir ki, “bu kimdir ki, gəlib bizə bu sözü deyir, burda üzr istəniləsi adam varsa o da Yasin, bir də Xaliqdir”. O da Allahverdiyə demişdir ki, “bunlar mənim qonağımdır, işin olmasın”. Bu söhbətdən sonra Allahverdi atası Altayla evlərinə çıxıb getmişdir. Onlar da bir qədər oturub söhbət etmişlər və qərarlaşdırmışlar ki, kənddə “İstisu” adlanan yerə gedib sərinləmək üçün çimsinlər. Bundan sonra o, Elçin və Etibar Etibara məxsus “hundai” markalı avtomobillə çimməyə getmişdirlər. Artıq saat 23:30 radələri olarmış. Onlar ora gedən zaman orada tanımadığı şəxslər də olmuşdur. Buna görə də bir qədər gözləmişlər. Onlar çıxdıqdan sonra onlar əynini soyunub suya girmişlər. Onlar üçü də alt paltarda imişlər. Bir qədər keçmiş Samux rayon Çobanabdallı kəndində sonradan adını Şaban kimi bildiyi şəxs başqa bir yanında adamla çimməyə gəlmişdir. Şabanla onlar arasında təxminən 40-50 metr məsafə var imiş. Elçin Şabanın gəldiyini və onlar bir-birini tanıdığı üçün Elçin Şabanın yanına söhbət etməyə getmiş, həmin vaxt hava qaranlıq imiş, onlar artıq çimib qurtarmışdırlar. Etibar əynini geyinirmiş, o da sudan çıxmağa hazırlaşırmış, o, həmin gün çox keflənmişdir. O, içkili olduğu üçün Etibar ona yaxınlaşıb qolundan tutub kənara gətirmiş ki, birdən yıxılıb eləyər. Sonra Etibar onun yanından aralaşmış və onun avtomobilinə minib getdiyini görmüşdür. Etibar gedəndən sonra Allahverdi onun yanına gəlmiş, o, çox kefli olduğu üçün Allahverdidən onun necə onun yanında olduğunu soruşa da bilməmişdir. Allahverdi onu yaşadığı evə aparıb qoyandan sonra çıxıb getmişdir. Həmin günün səhəri onu anası yuxudan oyatmışdır ki, polislər gəlib onu soruşurlarmış. O da nə olduğunu soruşan zaman anası ona demişdir ki, dünən gecə Allahverdi Elçinlə dalaşıb, dalaşan zaman Allahverdi Elçini bıçaqla vurmuşdur. Həmin sözlərdən sonra o, elə bil ki, yuxudan ayılmış və onlara gələn polis əməkdaşları ilə Samux rayon Polis şöbəsinə getmişdir. Allahverdinin Elçinlə su başında necə bir-biriləri ilə görüşmələri, onların bir-biri ilə dalaşmaqlarını görməmiş, həmin günü o qədər içmişdir ki, heç nə xatırlamırmış. O göstərmişdir ki, hadisənin baş verməsinə səbəb onun oğlunun ad günündə stol başında Elçinlə Habilin əvvəldən aralarında olmuş mübahisənin yenidən açılması, mübahisə əsnasında Elçinin söyüş söyməsi, buna görə də qaynı Allahverdinin ona söyüş söyməməsini deməsi olmuşdur. Hadisənin şahidi olmamış, belə ki, 27 iyun 2021-ci il tarixdə axşam saat 23 radələrində yaşadığı Samux rayon Lək kəndində “İstisu” adlanan yerdə Allahverdi özündə olmuş bıçaqla Elçinə xəsarət yetirən zaman görməmiş, həmin günü çox keçfli olmuş, həmin günün səhəri anası onu yuxudan ayıldıb deyən zaman bilmişdir ki, Allahverdi Elçini bıçaqla vurmuşdur. Hadisə yerində olsa da orada nələrin baş verdiyini görməmişdir. Hadisə baş verən zaman o, Elçin və Etibar olmuş, Şaban adlı şəxsin isə sonradan gəldiyini və onun hadisəni görüb-görmədiyini bilmir. Hadisənin birbaşa şahidi olmamış, onu çimərlikdən Allahverdi gətirmişdir, Etibarın həmin vaxtı öz avtomobili ilə çıxıb getdiyini görmüş, ancaq nə üçün getdiyini həmin vaxt bilməmiş, sonradan ona məlum olmuşdur ki, Etibar Elçini xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğlu onun bibisioğludur. Şahid1 onun kəndçisidir. Yusibov X5 qaynıdır, o, Samux rayon Hacallı kəndində yaşayır, o, onu Yasininin vasitsəi ilə tanımışdır. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, Yasinlə gələcəkdə kirvə olmağı planlaşdırmışdır, belə ki, onun azyaşlı oğlu Xaliqin kirvəsi o, olmalı imiş. 27 iyun 2021-ci il tarixdə Yasinin azyaşlı övladı Xaliqin doğum günü imiş, buna görə də Yasin ona zəng edərək bibisioğlu Elçinlə onu oğlunun ad gününə dəvət etmişdir. Planlaşdırmışlar ki, axşam saat təxminən 23 radələrində Yasingilə qonaq gedərlərmiş. Axşam saat 23 radaləri olarmış ki, o, Elçinlə birlikdə kənddə imiş. Bir qədər keçmiş o, Elçinlə birlikdə Yasingilə getmişdir. Onlar Yasingilin evinə daxil olan zaman görmüşdür ki, evin həyətində stol açılmış, Yasin atası Xaliq və əmisi Habillə birlikdə oturub yeyib-içirlərmiş. O, Elçinlə ora gələn zaman onlar artıq sərxoş imiş. O, Elçinlə 5-10 dəqiqə olarmış ki, oturmuşdurlar ki, bibisioğlu Elçin söhbət əsnasında heç kimə ünvanlı olmayan “girdirmə” kəlməsini işlətmiş, bu zaman da Yasinin qaynı Allahverdi bunu hardansa eşitmiş və evin həyətinə daxil olaraq Elçinə nə üçün onun bacısının evində bu cür kəlmə işlətdiyini demiş, Elçin də heç nə deməmiş, Yasin isə qaynı Allahverdiyə demişdir ki, “bunlar mənim qonağımdır, işin olmasın”. Allahverdi də heç nə demədən küçəyə çıxmışdır. Allahverdinin necə gəldiyini onlar görməmişdirlər. Onlar gələn zaman Allahverdi orada yox imiş, həm də bibisioğlu Elçin Allahverdini tanımırmış, əvvəllər görməmişdir. Allahverdi küçəyə çıxdıqdan sonra Elçin Yasindən və onun atası Xaliqdən işlətdiyi sözə görə üzrxahlıq etmişdir. Bundan təxminən 5 dəqiqə sonra onlar, yəni Elçin, Yasin və o, stoldan durmuşlar ki, Samux rayon Lək kəndində “İstisu” adlanan yerə gedib çimsinlər. Onların əvvəldən belə bir planları olmuşdur ki, axşam “İstisu” adlanan yerdə çimsinlər. Adətən havalar isti keçdiyi üçün kənd camaatı ora gedib çimirmiş. Onlar həmin çimərliyə ona məxsus “Hundai sonata” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişdirlər. Onlar ora gedən zaman orada tanımadığı şəxslər də olmuşdur. Buna görə də bir qədər gözləmişlər. Onlar çıxdıqdan sonra hamısı əyinlərini soyunub suya girmişdirlər. Onlar üçü də alt paltarda imiş. Bir qədər keçmiş Samux rayon Çobanabdallı kəndində Şaban kimi tanıdığı şəxs başqa bir yanında adamla çimməyə gəlmişdir. Şaban çimərliyə “Vaz 2106” markalı avtomobillə gəlmişdir. Onlar arasında təxminən 150 metr məsafə var imiş. X11 gəldiyini və onlar bir-birini tanıdığı üçün Elçin Şabanın yanına getmişdir. Həmin vaxt hava qaranlıq imiş, onlar artıq çimib qurtarmışdırlar. O, əynini geyinirmiş. Yasin də suyun altında hələ çimirmiş. Yasin içkili olduğu üçün o, ona yaxınlaşıb qolundan tutub kənara gətirmişdir ki, yıxılıb eləməsin. Bu anda da Elçin yavaş-yavaş onların yanına gəlib onlara demişdir ki, “məni vurdular”. Birinci olaraq bunun zarafat olduğunu bilmiş, buna görə də o, Elçinə demişdir ki, “səni kim vurdu”, Elçin də ona demişdir ki, “Allahverdi bilmirəm nəyləsə mənim qarnımdan vurdu”. O da Elçindən haradan vurduğunu deyən zaman Elçin ona demişdir ki, “qarnımdan vurdu”. Həmin vaxt Elçinin əl barmaqlarının uc hissələri qan imiş. O da cəld Elçini öz avtomobilinə mindirib Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmışdır. Şaban da öz qohumunu yola salıb ona kömək etmək üçün yanına gəlmiş və onunla birlikdə xəstəxanaya getmişdir. O göstərmişdir ki, hadisənin baş verməsinə səbəb Yasinin oğlu Xaliqin ad gününü qeyd etmək üçün o, bibisioğlu Elçinlə Yasingilə qonaq gələn zaman stol başında Elçinin “girdirmə” kəlməsini işlətməsi və bu zaman Yasinin qaynı Allahverdinin bunu eşitməsi olmuş, belə ki, Allahverdi bibisioğlu Elçinə onun bacısıgildə nə üçün bu cür kəlmə işlətməyini soruşması olmuşdur. 27 iyun 2021-ci il tarixdə axşam saat 23 radələrində yaşadığı Samux rayon Lək kəndində “İstisu” adlanan yerdə Yasinin qaynı Allahverdi özündə olmuş bıçaqla Elçinə xəsarət yetirmişdir. Allahverdinin Elçinə bıçaqla xəsarət yetirdiyini görməsə də Yasingildə onlar arasında mübahisənin olduğunu, “İstisu” adlanan yerdə bibisioğlu Elçin bıçaqlanan zaman ondan onu kimin bıçaqladığını soruşan zaman Elçin ona demişdir ki, ona xəsarəti Allahverdi yetirmişdir. Hadisə bir anın içərisində olmuş, hadisə baş verən zaman Elçin və Allahverdi olmuş, Şabanın isə hadisəni görübgörmədiyini bilmir, Elçin onların yanından təxminən 10-15 dəqiqə aralaşmışdır. Qayıdan zaman isə bıçaq xəsarəti artıq almışdır. Hadisənin birbaşa şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, arvadı Sevda 2011-ci il tarixdən Samux rayon Lək kəndində yerləşən 500 Kv-lıq Samux yarımstansiyasında xadiməçi işləyir. Yaşadığı evdə arvadı Sevda, oğlu Yasin və onun ailəsi ilə birlikdə qalır. Oğlu Yasin heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs gəlinləri Ağcanın qardaşıdır, o, Samux rayon Hacallı kəndində atası ilə birlikdə yaşayır. Şahid6 Qənbər oğlu onun qardaşıdır, o, onunla eyni kənddə yaşayır. Şahid2 da onun kəndçsidir, o, gələcəkdə onun nəvəsi Xaliqin kirvəsi olacaqmış. 27 iyun 2021-ci il tarixdə azyaşlı nəvəsi Xaliqin ad günü imiş. Fikirləşmişlər ki, nəvəsinə yüngülvari də olsa ad günü keçirtsinlər. Axşam saat 18-19 radələrində Allahverdi onlara qonaq gəlmişdir. O, oğlu Yasin və Allahverdi ilə evin həyətində oturub yeyib içmişlər. Allahverdi içməmişdir. Təxminən 2 saat sonra onlara Yasinin əvvəlcədən dəvəti ilə Etibar və onun bibisioğlu Elçin onlara qonaq gəlmişdirlər. Onların hamısı yenə stol başına yığışmışlar. Sevda da gəliniylə evin həyətində qıraq bir yerdə durmuşdur. Söhbət əsnasında Elçinlə Habil əvvəldən aralarında olan narazılığa görə bir-biri ilə söz mübahisəsi etməyə başlamışdırlar. Elçin söyüşlə danışmağa başlayan zaman Allahverdi Elçinə demişdir ki, onun bacısı evindədir və o, söyüşlə danışmasın. Elçin də Yasinin üzünə bozararaq Allahverdinin kim olduğunu və ona nə üçün irad tutduğunu demiş, sonra isə ondan və Yasindən söyüş söydüyü yalnız onlardan üzr istəyə biləcəyini demişdir. Allahverdi də demişdir ki, “üzr istəmək lazımdırsa, qadın xeylaqlarından üzr istəmək lazımdır, əgər davanız varsa gedin çöldə həll edin”. Bir qədər keçmiş Allahverdini evlərinə yola salmışlar və o, çıxıb getmişdir. Artıq saat 23 radələri imiş, gec imiş, Etibar Elçinlə çıxıb gedən zaman oğlu Yasin də onlarla birlikdə getmişdir. O, elə fikirləşmişdir ki, Yasin onları yola salıb qayıdacaqmış. Lakin oğlu Yasin qayıtmamışdır. Gecə oğlu gəlmədiyi üçün onlar hamısı yatmışdır. Səhər saat 05 radələri olarmış ki, polis əməkdaşları onların qapısına gəlmişdirlər və onları yuxudan oyatmışdırlar. Onlar da yuxudan durub evin həyətinə çıxan zaman görmüşlər ki, Yasin evin pilləkənində yatırmış. Onlar Yasini yuxudan oyadıb ona deyən zaman ki, Allahverdi Elçini bıçaqla vurub Yasin həmin dəqiqə elə bil ayılmış və ona demişdir ki, “sən nə deyirsən, elə bir şey ola bilməz”. O da Yasinə demişdir ki, polislər qapıdadır, onu soruşurlarmış. Sonra Yasin əynini geyinib polislərlə bərabər Samux rayon Polis şöbəsinə getmişdir. Polislər onlarda olan zaman Allahverdi gəlininin mobil telefonuna zəng etmiş, telefonla Sevda danışmış və ona Elçini kim vurduğunu soruşan zaman Allahverdi ona demişdir ki, Elçini gecə o, vurub və onlardan xahiş etmişdir ki, telefonu orada olan polislərin birinə versin. Sevda da telefonu polisə vermiş, onların bir-biri ilə nə danışdığını isə onlar bilməmişdir. Habil onlara gəlməmişdən əvvəl kənddə Elçinlə mübahisəsi düşmüşdür, ancaq sonradan onlar barışmışdırlar. Bunu o, onlar bir-biri ilə onların evin həyətində mübahisə edən zaman bilmişdir. O göstərmişdir ki, hadisənin baş verməsinə səbəb 27.06.2021-ci il tarixdə onun yaşadığı Samux rayon Lək kəndində yerləşən evində azyaşlı nəvəsinə ad günü keçirdən zaman Habillə Elçinin bir-biri ilə mübahisə etməsi, mübahisə zamanı Elçinin söyüş söyməsi olmuş, bunu görən Allahverdinin isə ona irad tutması, bu zaman Elçinin Allahverdiyə fikir verməməsi olmuşdur. Hadisənin necə baş verdiyini görməmişdir. 27 iyun 2021-ci il tarixdə axşam saat 23 radələrində yaşadığı Samux rayon Lək kəndində “İstisu” adlanan yerdə oğlu Yasinin qaynı Allahverdi özündə olmuş bıçaqla Elçinə xəsarət yetirmişdir. Bunu Allahverdi özü telefonda onlara demişdir. Allahverdinin Elçinə bıçaqla xəsarət yetirdiyini görməsə də onun evində onlar arasında mübahisənin olduğunu, davamı isə kənddə “İstisu” adlanan yerdə davanın davam etməsi olmuşdur. Hadisə də məhz həmin yerdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək əri Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğlunu tanıyır, o, Samux rayon Lək kəndində yaşayır. Təqsirləndirilən şəxs isə tanımır, əvvəllər də görməmişdir. Onun onlarla aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. 27 iyun 2021-ci il tarixdə axşam saat təxminən 23 radələrində o, özünə məxsus “Vaz 2106” markalı avtomobillə Samux rayon Lək kəndində yerləşən “İstisu” adlanan yerə çimməyə getmişdir. O, çimib qurtarandan sonra Şahid2 da Elçin və Yasinlə birlikdə özünə məxsus avtomobillə çimməyə gəlmişdirlər. Onlar gələn zaman o, artıq əynini geyinmişdir və avtomobilinə oturub getmək istəyirmiş. O, Elçingili görüb onlarla ayaqüsü bir neçə dəqiqə söhbət etmişdir. Onlar onunla söhbət etdikdən sonra çimməyə getmişdirlər. Təxminən 5-10 dəqiqə keçmişdir ki, o, avtomobilə minib təxminən 15-20 metr getmişdir ki, arxa tərəfdən səs-küy gəldiyini eşitmişdir. Məsələnin nə olduğunu bilmək üçün o, avtomobili saxlamış və Etibargilin yanına getmiş və gedən zaman görmüşdür ki, Elçin hər iki əli ilə qarnını tutub. O da Elçindən nə olduğunu soruşan zaman Elçin ona demişdir ki, “Allahverdi məni bıçaqla vurdu”. Bundan sonra o, Elçinə demişdir ki, “gəl otur maşına balnisəyə gedəh”. Yasin isə hələ çimirmiş, həmin vaxt Yasin çox kefli imiş, özündə deyilmiş. Onlar da Yasini orada qoyub Etibarla birlikdə Elçinə köməklik edərək onu Eitbarın “Hundai sonata” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə mindirmiş və onlar birlikdə Gəncə şəhər 3 nömrəli xəstəxanaya getmişdirlər. Təqsirləndirilən şəxs onların yanına necə gəldiyini görməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuran zaman o görməmişdir. O, Zərərçəkmiş şəxs sadəcə olaraq yaralı olduğunu görmüş və onu da Etibarın avtomobilinə qoyub xəstəxanaya gətirmiş. Sonradan o bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla həmin günü günorta saatlarında öz aralarında mübahisə olmuş, mübahisənin davamı olaraq Samux rayon Lək kəndində “İstisu” adlanan yerdə mübahisə etmişlər və mübahisə zamanı Təqsirləndirilən şəxs özündə olan bıçaqla Elçini vurmuşdur. O göstərmişdir ki, hadisənin baş verməsinə səbəb Elçinin Yasingilə qonaq gələn zaman stol başında Elçinin söyüş söyməsi olmuş, belə ki, Allahverdi Elçinə onun bacısıgildə nə üçün söyüş söyməyi olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən zaman görməmiş, ancaq səs-küyə gedən zaman artıq Elçi Qənbərovun bıçaq xəsarəti aldığını görmüşdür. Elçinin özü ona demişdir ki, ona xəsarəti Allahverdi yetirmişdir. Hadisə bir anın içərisində olmuş, hadisə baş verən zaman Elçin, Allahverdi, Yasin Etibar və o olmuş, ancaq hadisənin birbaşa şahidi olmamışdır. O, Yasinlə mübahisə etməmiş, belə ki, Yasin həm özündə deyilmiş, çox içmişdir, həm də o, nə üçün hansı səbəbə Yasinlə mübahisə etməliymiş. Allahverdinin də ora necə gəldiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şahid3 onun qardaşıdır, Şahid1 onun oğludur, Təqsirləndirilən şəxs isə qardaşının kürəkənidir, o, Samux rayon Hacallı kəndində atası ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs oğlu isə onun kəndçisidir, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 27 iyun 2021-ci il tarixdə saat 22 radələrində qardaşı Xaliqin nəvəsinin ad günü imiş, Yasin onu ad günə dəvət etmişdir. O da tək olaraq Xaliqgilə getmişdir. Bir qədər keçmiş Elçin Etibarla birlikdə Xaliqgilə gəlmişdirlər. O, onlarla bir stolda oturub yeyib içmişdir. Söhbət əsnasında Elçin ona demişdir ki, onun qardaşıoğlu Taleh onun kənddə olan yerini niyə biçməmiş, o da Elçinə demişdir ki, o, onun qardaşıyla danışmır deyə bəlkə də o, buna görə onun yerini biçməmişdir. Bunun üstündə aralarında narazılıq yaranmış və Elçin ünvansız qardaşıgildə söyüş söymüş. Bu zaman Allahverdi Elçinin söyüş söydüyünü eşidib onların stoluna yaxınlaşaraq Elçinə demişdir ki, “sən niyə mənim bacım evində söyüş söyürsən”. Elçin də Allahverdiyə demişdir ki, “mən Xaliqin evində söyüş söymüşəm, Xaliqdən də, Yasində üzr istəyə bilərəm”. Bunun üstündə Allahverdi ilə Elçin arasında söz mübahisəsi yaranmış və Yasin görmüş ki, mübahisə böyüyəcək deyə Allahverdini küçəyə çıxardaraq onu evinə yola salmışdır. O da ad günündə bu cür söhbətlərin olduğunu görüb qardaşıgildən çıxıb evinə getmişdir. Həmin günün sabahısı, yəni 28.06.2021-ci il tarixdə Yasinin anası Sevda ona demişdir ki, dünən axşam Elçinlə Allahverdi kənddə yerləşən “İstisu” adlanan yerdə mübahisə edib dalaşmışdırlar və mübahisə zamanı Allahverdi Elçini bıçaqla vurmuşdur. O, həmin vaxt orada olmamış, Xaliqgildə ad günündə iştirak etdikdən sonra yaşadığı evə getmişdir. O göstərmişdir ki, hadisənin baş verməsinə səbəb 27.06.2021-ci il tarixdə qardaşı nəvəsinə ad günü keçirdən zaman onunla Elçin arasında mübahisə olmuş, mübahisə zamanı Elçin söyüş söymüş, bunu görən Allahverdi isə ona irad tutmuş, bundan sonra yaşadığı kənddə yerləşən “İstisu” adlanan yerdə aralarında mübahisə edib dalaşmışlar və mübahisə zamanı Allahverdi Elçini bıçaqla vurmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 29 iyun 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Samux rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 4(058)-15/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 iyun 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 15 avqust 2021-ci il tarixli 59 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs oğlunun bədəni üzərində aşkar olunmuş xəsarətlər – qarnın daxilə keçən kəsilmiş-deşilmiş yarası, nazik bağırsağın və müsaqirəsinin yaralanması, daxili qanaxma, hemorrogik şok, sağ əlin arxa nahiyəsinin kəsilmiş-deşilmiş yarası İTİ uclu əşyanın təsirindən qərarda göstərilən və onun müalicə üçün Gəncə şəhər TTYX-na müraciət etdiyi 28.06.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vuran xəsarətlərə aid edilir. Vət.Q.E.Sədmalı oğlunun bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 06 iyul 2021-ci il tarixli 46 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarət – sol kürək nahiyəsinin sıyrıqları – bərk KÜT əyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 27.06.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vuran xəsarətə aid olunmadığından dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş amblator məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasının 08 iyul 2021-ci il tarixli 366\123 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: - Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. - Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. - Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. - Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlərdən əvvəl baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi emosional halda olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməballistik ekspertizasının 29 iyul 2021-ci il tarixli 16\639 nömrəli rəyindən görünür ki, - Tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş hadisə zamanı istifadə edilən və iş üzrə Təqsirləndirilən şəxs götürülmüş hadisənin predmeti olan 1(bir) ədəd turist bıçağı iş üçün əhəmiyyətli olduğu üçün maddi sübut hesab edilmiş və saxlanılması üçün Samux RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AR DİN-nin BƏSİİ-dən daxil olmuş 05.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux rayon Məhkəməsinin 24.12.2014-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1, 186.2.2 və 66.3-cü maddələri ilə təqsirli bilinib 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24.01.2019-cu il tarixdə cəzanın sonu ilə azad olunmuş və hal-hazırda məhkumluq ödənilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 27 iyun 2021-ci il tarixdə saat 23:30 radələrində Samux rayonu Hacıalılı kəndi ərazisində yerləşən “İstisu” adlanan subartezian quyusunun yaxınlığında Zərərçəkmiş şəxs oğlu ilə aralarında yaranmış qərəzli şəxsi münasibətlər zəminində mübahisə edib dalaşmış və dalaşma prosesində özündə olmuş soyuq silah hesab edilməyən ümumi təyinatlı turist bıçağının kəsici-deşici hissəsi ilə sonuncunun qarın nahiyəsinə qəsdən vuraraq ona qarın nahiyəsinin sağ yan tərəfində 1,5x0,3 sm ölçüdə çəhrayımtıl rəngli, yumşaq konsistensiyalı çapıq toxumadan, qarın nahiyəsinin ön səthində 15,3x1,5 sm ölçüdə ağ xətt üzrə çəhrayımtıl rəngli çapıq toxumadan ibarət qarnın daxilə keçən kəsilmiş-deşilmiş yarası, nazik bağırsağın və müsaqirəsinin yaralanması, daxili qanaxma, hemorrogik şok, sağ əlin arxa səthində 3,0x0,2 sm ölçüdə anoloji xarakterli çapıq toxumadan ibarət sağ əlin arxa nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan, ümumilikdə yetirildiyi anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarət yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Yuxarıda qeyd olunan hüquqi əsaslarə görə məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cinayət cəzası daşımaldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1–ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3–cü maddəsinə müvafıq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, səmimi etirafı, əməlindən peşman olması, isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Lakin məhkəmə təqsirləndirlən şəxsin əvəllər məhkum olunmasına baxmayaraq, islah yoluna qədəm qoymamasını qeyd edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Samux rayon Məhkəməsinin 24.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1, 186.2.2 və 66.3-cü maddələri ilə təqsirli bilinib 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24.01.2019-cu il tarixdə cəzanın sonu ilə azad olunmuş və halhazırda məhkumluq ödənilmişdir. Məhkəməhesabedirki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün müddət keçdiyindən, onun əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10, 59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə çatmağı mükün sayır Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 29 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Samux RPŞ-nə saxlanılan maddi sübutlar- 1(bir) ədəd bıçaq məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 53 (əlli üç) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsini Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 11 (onbir) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 11 (on bir) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 66 (almış altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 29 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınıb Samux rayon PŞ-də saxlanılan 1(bir) ədəd bıçaq məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 53 manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X7 həyata keçirdiyindən 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-335/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-335/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver