Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-335/2025 28.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, kiçik ədliyyə müşaviri X8 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1981-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 3,088 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 03 may 2023-cü il tarixdə saat 16:55-də Qazax şəhəri, Əhməd Seyidov küçəsində yerləşən 208 saylı binanın yaxınlığında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A nömrəli ünvanda yerləşən Qazax Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd edilən ünvanda, həmin tarixdə saat 17:45-dən 18:50-dək olan müddət ərzində üzərinə şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins materialdan olan şalvarın sağ yan kiçik cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 3,088 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd iç-içə qoyulmuş şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,217 qram maddə təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdə saat 16:00da Qazax şəhəri Əhməd Seyidov küçəsində yerləşən “AL” adlanan marketin yaxınlığında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165 A nömrəli ünvanda yerləşən Qazax Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd edilən ünvanda 24 avqust 2023-cü il tarixdə saat 16:50-dən saatl7:35-dək olan müddət ərzində üzərinə şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli cins materialından olan şalvarın sağ yan kiçik cibindən 1 (bir) ədəd iç-içə qoyulmuş şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,217 qram təşkil edən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, 02 fevral 2024-cü il tarixdə saat 21 radələrində, tanışı X10 yaşadığı Qazax rayonu, Qarapapaq kəndində yerləşən evə gedərək həmin evə narkotik vasitə və ya psixotrop maddə qəbul etmək üçün gəlmiş digər tanışı X22 ilə görüşüb öz şəxsi istifadəsi üçün sonuncudan 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,951 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan heroini hədiyyə qismində qanunsuz olaraq əldə edib üzərində saxlamış, 02 fevral 2024-cü il tarixdən 03 fevral 2024cü il tarixə keçən gecəni Nemət Əliyev və Oruc Nəsibovla birlikdə qeyd olunan ünvanda keçirmiş və Azərbaycan Respublikası CPM-in və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq qaydada Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 fevral 2024-cü il tarixdə saat 12:28-dən 15:00-dək olan müddət ərzində Qazax rayonu, Qarapapaq kəndində yerləşən Nemət Əliyevin yaşadığı həmin evdə üzərinə baxış keçirilərkən, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən l(bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,951 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, O, narkotik istifadəçisi olduğuna görə polis əməkdaşlarının onu Qazax rayonu, 208 saylı binanın yaxınlığındakı yoldan götürüb Qazax rayon Polis Şöbəsinə apardıqlarını, üzərinə baxış keçirilərkən üstündən heç nə çıxmadığını, daha sonra polis əməkdaşlarının onun üzərinə narkotik vasitə qoyaraq yenidən videoçəkilişlə üzərinə baxış keçirildiyini demişdir. O, birinci epizodun 03 may 2023-cü ildə, ikinci epizodun isə 24 avqust 2023-cü ildə olduğunu qeyd etmişdir. Onu ikinci epizodda “Al” marketin yanından götürüb Qazax rayon Polis Şöbəsinə apardıqlarını, üzərinə baxış keçirələrkən heç nə olmadığını qeyd etmişdir. Daha sonra o, üçüncü epizodda Nemətgildə olduğunu, təxminən 3-4 gün onlarda qaldığını, həmin vaxt Oruc Rəsulovun da orada olduğunu əlavə etmişdir. O bildirmişdir ki, həmin vaxt üzərində narkotik vasitə olmuş, polis əməkdaşlarına məlumat daxil olduğu üçün gəlib Neməti tutduqlarını və onu da orada olduğuna görə onlarla birgə apardıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, narkotik vasitə Oruca məxsus olmuş, evdə heç kim olmadığı üçün o, 3-4 gün Nemətgildə qalmış, polis əməkdaşlarının ona zor tətbiq edib döydükləri üçün etiraf etmişdir. Həmçinin o, döyülməsi ilə bağlı heç yerə müraciət etmədiyini, xəsarətinin olmadığını, döyülərkən polis əməkdaşlarının üzündən başqa hər yerinə vurduqlarını, döyüldüyünü yalnız bu məhkəmədə dediyini, 3 dəfə döyüldükdən sonra üzərinə narkotik vasitə qoyulduğunu, narkotik vasitə dövriyyəsinə istəmədən vasitəçi olduğunu, narkotik vasitənin metafetamin və heroin növlərindən istifadə etdiyini, bununla bağlı xəstəxanada yatmadığını qeyd etmişdir. Həmçinin o, mebel ustası olduğunu, Bakıda türklərlə, Qazaxda isə səyyar kimi işlədiyini, günə 20 manatlıq iynə istifadə etdiyini, ancaq narkotik vasitədən son 10 ayda istifadə etmədiyini, pul olmadığı zaman isə dost, tanışdan borc alıb istifadə etdiyini, narkotik vasitəni heç kimə satmadığlnı, lakin istifadə edənlərə ağrımamaqları üçün kömək etdiyini demiş, həmçinin o, Şahid13 tanıdığını, lakin ona narkotik vasitə vermədiyini, Ramizin ona narkotik vasitə almağı və birlikdə istifadə etməyi təklif etdiyini, eləcə də əvvəllər bir neçə dəfə birlikdə narkotik vasitə istifadə etdiklərini, lakin narkotik vasitəni onun almadığını əlavə etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam, 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla isə qismən təqsirli bilərək göstərmişdir ki, 6-7 ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. 03 may 2023- cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan qabaq təxminən 2-3 gün əvvəl Ağstafa şəhərində yerləşən, ümummilli lider Heydər Əliyev adma istirahət parkında gəzən zaman təsadüfən yerdə şəffaf sellofan kəsiyinə bükülmüş vəziyyətdə olan ağ rəngli kristal formalı kütlə olduğunu görmüş və maraqlı gəldiyi üçün bükümü götürüb açmışdır. Bükümü açıb yaxın məsafədən baxdıqda içərisindəki kütlənin əvvəllər də istifadə etmiş olduğu psixotrop maddə olan “metamfetamin” olduğunu müəyyən etmişdir. O, həmin bükümdəki psixotrop maddəni götürüb şalvarının cibimə qoymuşdur ki, gələcəkdə istifadə etsin. Daha sonra o, həmin psixotrop maddəni istifadə etməmiş və cibində unutmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 16:30 radələrində çörək almaq məqsədi ilə yaşadığı evdən çıxıb piyada şəkildə yaşadığı küçədə yerləşən ərzaq mağazası istiqamətində hərəkət etməyə başlamışdır. Hərəkətdə olan zaman gözləmədiyi anda mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşıb tutub saxlamışlar, onlar özlərini təqdim edərək Qazax rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər, üzərində narkotik vasitə, psixotrop maddə saxlamaqda şübhəli olduğu üçün polis şöbəsinə aparılmalı olduğunu izah etmişlər. O, isə polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə avtomobilə minib polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə gəldikdən sonra təhqiqatçı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğunu izah edib onu qərarla tanış etmiş, ona müdafiəçi ilə təmin olunmaq hüququnun olmasını izah edib vəkillərin siyahısı təqdim etmişdir. O, siyahıdan vəkil X2 onun dövlət büdcəsinin vəsaiti hesabına ona müdafiəçi təyin edilməsini xahiş etmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra təhqiqatçı ona hüquq və vəzifələri izah etmiş, daha sonra onun üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Daha sonra polis şöbəsinin birinci mərtəbəsində yerləşən otaqlardan birində videoçəkiliş aparılaraq onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı üzərində narkotik vasitə, psixotrop maddə və digər əşyalar varsa təqdim etməyini təklif etmişdir. O, əynində olan göy rəngli cins materialından olan şalvarın sağ yan kiçik cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə olan metamfetamini çıxardıb otaqdakı masanın üzərinə qoymuşdur. Təhqiqatçı həmin bükümü açıb içərisindəki ağ rəngli kristal formalı kütlənin nə olduğunu soruşmuşdur. O, isə həmin kütlənin “metamfetamin” olduğunu, Ağstafa şəhəri ərazisində yerləşən parkda yerdən tapdığını, şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını, lakin, daha sonra cibimdə unutduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı həmin bükümü elektron tərəzidə çəkmiş, sellofan kəsiyi ilə birlikdə çəkisinin 3,27 qram olduğunu görmüşdür. Daha sonra təqdim etdiyi 1 ədəd şəffaf sellofan kəsiyində olan psixotrop maddə olduğu kimi 1 ədəd kağız zərfin içərisinə qoyulub qablaşdırılmışdır. O, da həmin zərfi imzalamışdır. Polis əməkdaşlarından biri onun üzərini yoxlasa da, üzərindən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o, protokolla tanış olub imzalamışdır. Daha sonra göstərmişdir ki, 23 avqust 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 2-3 gün əvvəl istirahət etmək məqsədilə yaşadığı Qazax rayonundan Bakı şəhərinə getmişdir. 2-3 gün müddətində Bakı şəhərində qaldıqdan sonra yenidən Qazax rayonuna qayıtmaq qərarına gəlmiş və bu məqsədlə də, 23 avqust 2023-cü il tarixdə təxminən saat 23 radələrində Bakı şəhər Mərkəzi Avtovağzalına getmişdir. Mərkəzi Avtovağzalın ərazisində piyada şəkildə hərəkətdə olan zaman təsadüfən yerdə bir ədəd siqaret qutusunun olduğunu görmüş və içərisində nə olduğunu müəyyən etmək üçün götürüb nəzər yetirmişdir. Bu vaxt siqaret qutusunun içərisində iç-içə keçirilmiş sellofan kəsiklərinin içərisində ağ rəngli, kristal formalı kütlə olduğunu görmüşdür. O, psixtrop maddə istifadəçisi olduğu üçün həmin kütlənin psixortop maddə olan metamfetamin olduğunu müəyyən etmişdir. Buna görə də, o, həmin kütləni öz şəxsi istifadəsi üçün götürüb əynimdəki tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibinə qoymuşdur. Daha sonra isə avtobus vasitəsilə Bakı şəhərindən Qazax rayonuna qayıtmışdır. 24 avqust 2023-cü il tarixdə təxminən saat 16 radələrində yaşadığı Qazax şəhəri, Əhməd Seyidov küçəsində yerləşən “Al” marketin yaxınlığında olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Qazax rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər, üzərində narkotik vasitə, psixotrop maddə saxlamaqda şübhəli olduğu üçün polis şöbəsinə aparılmalı olduğunu izah etmişlər. O, isə polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə avtomobilə minib polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə gəldikdən sonra təhqiqatçı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğunu izah edib onu qərarla tanış etmiş, ona müdafiəçi ilə təmin olunmaq hüququmun olmasını izah edib vəkillərin siyahısı təqdim etmişdir. O, siyahıdan vəkil X3 onun dövlət büdcəsinin vəsaiti hesabına ona müdafiəçi təyin edilməsini xahiş etmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra təhqiqatçı ona hüquq və vəzifələri izah etmiş, daha sonra onun üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Daha sonra polis şöbəsinin birinci mərtəbəsində yerləşən otaqlardan birində videoçəkiliş aparılaraq onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı üzərimdə narkotik vasitə, psixotrop maddə və digər əşyalar varsa təqdim etməyini təklif etmişdir. O, əynində olan tünd göy rəngli cins materialından olan şalvarın sağ yan kiçik cibindən 1 (bir) ədəd iç-içə keçirilmiş şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə olan metamfetamini çıxardıb otaqdakı stolun üzərinə qoymuşdur. Təhqiqatçı həmin bükümü açıb içərisindəki ağ rəngli kristal formalı kütlənin nə olduğunu soruşmuşdur. O, isə həmin kütlənin “metamfetamin” olduğunu, Bakı şəhəri ərazisində yerləşən avtovağzalda yerdən tapdığını, şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı həmin bükümü elektron tərəzidə çəkmiş, sellofan kəsiyi ilə birlikdə çəkisinin 1,27 qram olduğunu görmüşdür. Daha sonra həmin büküm olduğu kimi 1 ədəd kağız zərfin içərisinə qoyulub qablaşdırılmışdır. O, da həmin zərfi imzalamışdır. Polis əməkdaşlarından biri onun üzərini yoxlasa da, üzərindən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o, protokolla tanış olub imzalamışdır. Daha sonra göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən 18-19 radələrində uzun illərdir tanıdığı Qazax rayonu, Qarapapaq kənd sakini Nemətin təkbaşına yaşadığı evə getmişdir. Getməkdə məqsədi onunla oturub söhbət edərək hal-əhval tutmaq və gecəni orada qalmaq olmuşdur. Qeyd olunan ünvana çatmış və Nemətlə görüşüb içəri daxil olub söhbət etməyə başlamışlar. Təxminən 1-2 saat sonra əvvəlcədən tanıdığı Qazax rayonu, Qarapapaq kənd sakini Oruc da Nemətin evinə gəlmişdir. Nemət və Oruc da eynilə onun kimi narkotik vasitə istifadəçisidir. Oruc gəldikdən sonra üzərində narkotik vasitə olan “kakos”, yəni heroin olduğunu bildirmiş və onunla birlikdə istifadə etməyi onlara təklif etmişdir. Onlar, Orucla razılaşdıqdan sonra o, üzərindəki narkotik vasitə olan heroindən bir hissəsini ona və Nemətə vermişdir. Daha sonra onlar Orucun verdiyi narkotik vasitəni istifadə etmişlər. Onlar narkotik vasitəni istifadə etdikdən bir qədər sonra həmin kənd sakini olan Elvin də Nemətin evinə gəlmiş və özü ilə gətirdiyi spirtli içkini onlarla birlikdə içmək istədiyini demişdir., Elvin narkotik vasitə istifadəçisi deyildir. Onlar Nemətin evində yemək yeməyə və Elvinin gətirdiyi spirtli içki olan arağı içməyə başlamışlar. Arağı içdikdən sonra Elvin gedib mağazadan visqi alıb gətirmiş və onlar onu da içmişlər. Gecəni hamısı Nemətin evində qalmışlar. 03 fevral 2024-cü il tarixdə təxminən saat 12 radələrində onlar Nemətin evindəki yataq otağında oturub söhbət edən zaman qapı döyülmüşdür. Nemət ev sahibi kimi darvazanı açmağa getmiş və onlar evin içərisində onu gözləməyə başlamışlar. Qısa müddət sonra Nemət yanındakı polis əməkdaşları ilə birlikdə geriyə qayıtmışdır. Polis əməkdaşı onlardan ad və soyadlarını soruşmuşlar. Daha sonra Nemətin yaşadığı evdə narkotik vasitə saxlaması və onların da Nemətin evində narkotik vasitə istifadə etmələri barədə polis şöbəsinə əməliyyat məlumatının daxil olduğunu bildirmişlər. Bu səbəbdən də, Nemətin evinə baxış keçirilməli olduğunu izah etmişdir. Nemət baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Daha sonra Nemətdən yaşadığı evdə narkotik vasitə olub-olunmadığı soruşulmuşdur. O isə evdə narkotik vasitə olmadığını lakin, üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirərək gödəkçəsinin sağ yan cibindən şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə olan metamfetimini təqdim edərək onu Ağstafa şəhərində Qaqa adlı Bakı sakinindən 50 manata aldığını bildirmişdir. Həmin bükümdə olan kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş, sellofan kəsiyi ilə birlikdə çəkisi 1.11 qram olması müəyyən edilərək material üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüş və Qazax rayon PŞ-nin 64 saylı möhür ilə möhürlənmişdir. İştirakçılar isə zərfin üzərini imzalamışlar. Nemət həmin psixotrop maddədən bir hissəsini istifadə etdiyini bildirmişdir. Daha sonra isə polis əməkdaşı Oruca bildirmişdir ki, onun Nemət Əliyevin evində narkotik istifadə etməsi barədə əməliyyat məlumatı daxil olub və üzərində narkotik vasitə olubolmadığını soruşmuşdur. Oruc da Bakı şəhərindən öz istifadəsi üçün 10 qram narkotik vasitə heroin aldığını bildirərək üzərində olan qış gödəkçəsinin sol iç cibindən plastmas qabı çıxararaq təqdim etmişdir. Plastmas qabın içərisi açılanda ilk olaraq selofan bükümdə olan qəhvəyi rəngli kütləyə baxış keçirilmişdir. Elektron tərəzi ilə çəkilən zaman çəkisinin selofan kəsiyi ilə birlikdə 3,86 qram olması müəyyən edilmişdir. Oruc həmin narkotikin qramını 35 manata aldığını bildirmişdir. Daha sonra qabda olan 4 ədəd metadon həblərinə baxış keçirilmişdir. Həmin həblərdən üçü qəhvəyi rəngli, bir ədədi isə ağ rəngdə olmuşdur. Oruc metadon həblərini də Bakı şəhərindən aldığını bildirmişdir. Həmin narkotik vasitələr mühüm sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüş və Qazax rayon PŞnin 64 saylı möhürü ilə möhürlənmişdir. İştirakçılar və Oruc isə zərfin üzərini imzalamışdır. Daha sonra isə Orucun üzərində başqa narkotik vasitə olub-olmadığı soruşulanda o, başqa narkotik vasitə olmadığını bildirmişdir. Polis əməkdaşı bu dəfə isə Elvin Xasməmmədovdan üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdur. Elvin isə polis əməkdaşına cavabında bildirmişdir ki, onun üzərində hər hansı narkotik maddə yoxdur. Ümumiyyətlə o, narkotik vasitə istifadəçisi deyil. Bundan sonra isə polis əməkdaşı ondan özünü təqdim etməyini istəmişdir. O, özünü təqdim edəndən sonra isə üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdur. O, isə öz növbəsində əynimdəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən sellofan kəsiyi bükümündə olan narkotik vasitə olan heroini çıxardıb təqdim etmişdir. Polis əməkdaşı həmin kütləyə baxış keçirə-keçirə ondan həmin bükümü haradan əldə etdiyini soruşanda o, narkotik vasitəni Orucdan hədiyyə qismində aldığını bildirmişdir. Daha sonra həmin kütlə də elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin selofan büküm ilə birlikdə 1.06 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə də mühüm sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüş və Qazax rayon PŞ-nin 64 saylı möhür ilə möhürlənmişdir. O, və iştirakçılar zərfin üzərini imzalamışlar. Daha sonra evə baxış keçirilməyə başlanmışdır. Evə baxış zamanı karobka aşkarlanmışdır ki, həmin karobkanın içərisindən çox saylı şpirislər aşkar edilmişdir. Polis əməkdaşı həmin şpirisləri sayaraq sayının 93 olduğunu bildirmişdir. Daha sonra isə həmin şprislər polietilen torbaya yığılaraq mühüm sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüş və Qazax rayon PŞ- nin 64 saylı möhür ilə möhürlənmişdir. İştirakçılar isə üzərini imzalamışdır. Evə əməkdaşlar tərəfindən əlavə baxış keçirilsə də iş üçün digər əhəmiyyətli hər hansı predmet aşkar edilməmişdir. Çəkiliş yekunlaşdırıldıqdan sonra isə onu şöbəyə gətirmişlər və burada o, şübhəli şəxs qismində tutulmuşdur. Ona vəkillərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan X1. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə, psixotrop maddə və ya digər qanunla daşınması qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması, əgər varsa təqdim etməyi təklif edilmişdir. O, isə üzərində kənar predmet olmadığını bildirmişdir. Polis əməkdaşları üzərində axtarış keçirmişlər. Lakin, şəxsi axtarış zamanı üzərindən hər-hansı bir narkotik vasitə yaxud onun prekursorları aşkar edilməmişdir. Daha sonra istifadəsində olan ***-***-**-** saylı nömrədən Şahid12 adına olan ***- ***-**-** saylı nömrəyə 12 fevral 2023-cü il tarixdə saat 19:01:58-də “Zenğ vuracam tema ğötürmeje getdim ”, saat 19:03:57-də “Qaqan sa qulluq eljecek”, saat 19:07:37-də “Qaqa araldalam ama zenk vuracam”, saat 20:19:42-də və saat 20:19:45-də "Qaqa seni başa düşürem sende meni başa düş araldajam iri temaja ğelmisem jlgacam ”, saat 20:23:57-də “Qaqa danlşamlram ”, saat 20:27:31-də “Sa jazdlglml kimse bilmir bir sen”, 23 mart 2023cü il tarixdə saat 16:00:28-də “Гага ансах ахшам. Асых йаза билмирем везйет рисди”, 26 mart 2023-cü il tarixdə saat 05:24:27-də “Гага мене рул лазымды имкан олса ел тут олмасада сагол” məzmununda, bundan əlavə, Şahid12 adına olan 077-300-20- 31 saylı nömrədən sizin istifadənizdə olan ***-***-**-** saylı nömrəyə 10 fevral 2023-cü il tarixdə saat 19:38:30-da “Qaqa işe getmeliyem cavab ver başna dönüm burdayam”, 12 fevral 2023-cü il tarixdə saat 18:57:48-də və saat 18:57:49-da “Qaqa niye hörmetszlik edirsen men bele olmamişam sene lazimdimi birbirmize hormetsizlik elmek seherdeyem isin almirsa gelirem menim pulumu ver”, saat 19:03:28-də “Qaqa burda gozduyrem seni”, saat 19:05:41-də “Qaqa ne qeder çeker o defeki kimi olmasin”, saat 19:06:49-da və 20:08:28də “Qaqa işe gedesiyem buda o defeki kimi olmasin men odefe seni başa duşdum sende meni başa duş”, saat 20:08:31-də “Qaqa menim saat 8 kimi vaxdim var 8 kimi seni gozduyecem”, saat 20:09:06-da “Ne oldu gelimi”, saat 20:20:38-də və 20:20:39-da “Niye bele edirsen ac bir kelme de işimizi blek cavab vermemekle ne olur ki gözledirsen ne vaxd ygacaqsan de blim”, saat 20:27:34-də “Bildim ne vaxda kimi gözleyim onu de şeherdeyem”, 13 fevral 2023-cü il tarixdə saat 14:01:20-də “Niye cavab vermirsen be sen deyirdin men heckmin tayi deyilem soyus soyurdun ki yoluna qoyacam bele qoyursan yoluna telefonu ac ” mesajlar daxil olduğu müəyyən edilmişdir. Şahid qismində dindirilmiş Şahid12 ifadəsində əvvəllər sizdən dəfələrlə pul qarşılığında psixotrop maddə olan “patı”, yəni metamfetamin aldığını, həmin mesajların da sizdən psixotrop maddə alması ilə əlaqədar olduğunu bildirmişdir. Bu barədə nə deyə bilərsiniz? sualına cavab olaraq göstərmişdir ki, o, Şahid12 narkotik vasitə istifadəçisi kimi əvvəlcədən tanıyır. Mesajların yazıldığı tarixlərdən uzun müddət keçdiyinə görə Şahid12 pul qarşılığında narkotik vasitə və ya psixotrop maddə satdığını xatırlamır. Sadəcə olaraq, Şahid12 ondan bir neçə dəfə psixotrop maddə istəmiş, o, da ona pulsuz psixotrop maddə olan “patı”, yəni metamfetamin vermişdir. Bundan başqa 15 fevral 2023-cü il tarixdə saat 17:51:10-da sizin istifadənizdə olan ***-***-**-** saylı nömrədən Şahid14 adına olan ***-***-**-** saylı nömrəyə “Ajqa 15 20manatdapul var” məzmununda mesaj daxil olduğu müəyyən edilmişdir. Şahid qismində dindirilmiş Şahid14 ifadəsində narkotik vasitə aludəçisi olduğu müddətdə dəfələrlə pul qarşılığında sizdən narkotik vasitə olan heroin əldə edərək istifadə etdiyini, həmin mesajın yazıldığı 15 fevral 2023-cü il tarixdən uzun müddət keçdiyi üçün sizin həmin mesajı hansı məqsədlə ona yazdığını xatırlamadığını, lakin, həmin mesajın da narkotik vasitə ilə əlaqədar olduğunu ehtimal etdiyini bildirmişdir. Bu barədə nə deyə bilərsiniz” sualına cavab olaraq göstərmişdir ki, o, Şahid14 narkotik vasitə istifadəçisi kimi əvvəlcədən tanıyır. Mesajın yazıldığı tarixdən uzun müddət keçdiyinə görə Şahid14 pul qarşılığında narkotik vasitə və ya psixotrop maddə satdığını xatırlamır. Sadəcə olaraq, Şahid14 ondan bir neçə dəfə narkotik vasitə istəmiş, o, da Şahid14 pulsuz narkotik vasitə vermişdir. “Qazax rayon X17 bölməsində sizin təqsirləndirilməyinizə dair cinayət işi üzrə keçirilmiş istintaq hərəkəti nəticəsində əldə edilmiş telefon məlumatlarına keçirilmiş baxış zamanı 07 aprel 2023-cü il tarixdə saat 17:55:53-də Şahid13 adına olan 055- ***-**-** saylı nömrədən sizin istifadənizdə olan ***-***-**-** saylı nömrəyə “Gaga rivi nolar 10 manatım var mene komek elə ayrivi xayıs edirəm m ” məzmununda mesaj daxil olduğu müəyyən edilmişdir. Şahid13 ifadəsində narkotik vasitə aludəçisi olduğu müddətdə dəfələrlə pul qarşılığında sizdən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə edərək istifadə etdiyini, 07 aprel 2023-cü il tarixdə saat 17:55:53-də öz adına və istifadəmdə olan ***-***-**-** saylı nömrədən sizin istifadənizdə olan ***-***-**-** saylı nömrəyə “Gaga rivi nolar 10 manatım var mene komek elə ayrivi xayıs edirəm m ” mesajını özünün yazdığını, həmin mesajda sizdən 10 manat qarşılığında ona öz şəxsi istifadəsi üçün narkotik vasitə satmağınızı istədiyini və daha sonra sizin 10 manat qarşılığında ona “kakos” adlandırılan narkotik vasitə olan heroin satdığını, həmin tarixdən uzun müddət keçdiyinə görə sizdən həmin narkotik vasitəni harada və hansı şəraitdə aldığını xatırlamadığını bildirmişdir. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq göstərmişdir ki, o, Şahid13 narkotik vasitə istifadəçisi kimi əvvəlcədən tanıyır. Mesajın yazıldığı tarixdən uzun müddət keçdiyinə görə Şahid13 pul qarşılığında narkotik vasitə və ya psixotrop maddə satdığını xatırlamır. Sadəcə olaraq, Şahid13 ondan bir neçə dəfə narkotik vasitə istəmiş, o, da Şahid13 pulsuz narkotik vasitə vermişdir. “Qazax rayon X17 bölməsində sizin təqsirləndirilməyinizə dair cinayət işi üzrə keçirilmiş istintaq hərəkəti nəticəsində əldə edilmiş telefon məlumatlarına keçirilmiş baxış zamanı 04 fevral 2023-cü il tarixdə saat 16:27:26-da X5 adına olan ***-***-**-** saylı nömrədən sizin istifadənizdə olan ***-***-**-** saylı nömrəyə “Salam ay Rivi qurvan olum pencereni ver 20 manat al evde hecne yoxdu uşaqda mende dunenen aciq 20 manat al satandada qalanini verer qurvan olaram iki gundu aciq ” məzmununda mesaj daxil olduğu müəyyən edilmişdir. Şahid qismində dindirilmiş Gülnaz Hacınəbiyeva ifadəsində həmin mesajı sizə yazmaqda məqsədinin ona məxsus olan bir ədəd plastik pəncərəni sizin yaşadığınız evin yaxınlığında yerləşən plastik qapı-pəncərə sexi vasitəsilə satmaqda ona kömək etməyinizi xahiş etmək olduğunu bildirmişdirş Bu barədə nə deyə bilərsiniz” sualına cavab olaraq göstərmişdir ki, o, X7 əvvəlcədən tanıyır. Həqiqətən də, Gülnazın həmin mesajı mənə yazmaqda məqsədi maddi vəziyyəti yaxşı olmadığı üçün ona məxsus olan bir ədəd plastik pəncərəni yaşadığı evin yaxınlığında yerləşən plastik qapı-pəncərə sexində satmaqda ona kömək etməyini istəməsi olmuşdur. O, heç vaxt Gülnaz Hacınəbiyevaya narkotik vasitə və psixotrop maddə satmamışdır. O, həmçinin göstərmişdir ki, 055 *** ** ** sayh nömrə onun adma olsa da, onun istifadəsində olmamışdır. Həmin nömrəni hansısa tanışı onun adma alaraq istifadə etmişdir. Lakin həmin tarixdən uzun müddət keçdiyi üçün nömrənin kim tərəfindən istifadə edildiyini və mesajların hansı məqsədlə yazılmasını xatırlamır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X12 yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında X31 Rəsulovun üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğuna dair məlumat daxil olmuş, həmin gün saat 4 radələrində təqsirləndirilən şəxs şöbəyə gətirilmiş və üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə baxış keçirilən zaman narkotik vasitəni polis əməkdaşlarına özü təqdim etmişdir. Həmin narkotik vasitə tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. Şahid ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 3 may 2023-cü il tarixində saxlanılmış, təqsirləndirilən şəxsin üzərində çəkisi 3 qrama yaxın olan metamfetamin adlanan narkotik vasitə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olmamış, Təqsirləndirilən şəxs narkotik vasitəni üzərinə baxış keçirilən zaman təqdim etmiş və təqdim etdiyi narkotik vasitənin təqsirləndirilən şəxsin özünə aid olmuşdur. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əməliyyat məlumatı Həmid Umudova aid olmuş, əməliyyatda Şahid3, Şahid1, Şahid2 iştirak etmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı əraziyə gedib təqsirləndirilən şəxsin evdən çıxmasını gözləmiş, çıxdıqdan sonra özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğuna görə şöbəyə dəvət etmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına etiraz etməmiş, getdikdən sonra ona təqdim olunmuş vəkillər siyahısından özünə vəkil seçmişdir. Şahid ifadəsinə əlavə olaraq bildirmişdir ki, Şahid2 əməliyyat məlumatının məzmunu ilə bağlı əvvəldən məlumatı olmamış şöbəyə getdikdən sonra öyrənmişdir. Şöbəyə gedən zaman təqsirləndirilən şəxsin üzərindən salafanda narkotik vasitə aşkar olunmuş, Təqsirləndirilən şəxs qarşı heç bir təsir və təzyiq olmamışdır. Həmçinin o, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Əməliyyat müvəkkili Həmid Umudova narkotik vasitələrin üzərində saxlaması, daşınması, həmçinin psixotrop maddədən istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumata əsasən təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxsin üzərinə vəkilin iştirakı və videoşəkiliş ilə baxış keçirilən zaman üzərindən 1 büküm narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şahid ifadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə 3 may tarixində baş vermiş və əməliyyatda Həmid Umudov, Şahid2, Şahid1, Şahid3la birlikdə iştirak etmişlər. O, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin dəqiq miqdarını bilməmiş, həmçinin Təqsirləndirilən şəxs həmin gün evindən götürülmüş, dindirmə zamanı isə üzərindən aşkar edilərək götürülən narkotik vasitəni tapdığını bildirmişdir. Onun əməliyyat məlumatının məzmunu haqqında heç bir məlumatı olmamış, Təqsirləndirilən şəxs yaşadığı əraziyə göstəriş əsasında getmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilən zaman tapdığı narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmçinin o, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Qazax rayon Polis Şöbəsinə narkotik vasitələrin üzərində saxlaması, daşınması, həmçinin psixotrop maddədən istifadə etməsi ilə bağlı əməliyyat məlumat daxil olmuş, təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra ona vəkillər siyahısı təqdim olunmuş və Təqsirləndirilən şəxs özünə vəkil seçmişdir. Təqsirləndirilən şəxsin üzərinə videoçəkilişlə baxış keçirilən zaman bir büküm narkotik vasitəni polis əməkdaşlarına özü təqdim etmiş, narkotik vasitəni avtovağzal adlanan ərazidən tapdığını və özünün istifadə etdiyini bildirmişdir. Daha sonra təqsirləndirilən şəxsin üzərinə yenidən baxış keçirilmiş, lakin qeyri-adi heç bir predmet aşkar edilməmişdir. Şahid ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir təsir və təzyiq olmamış, narkotik vasitə Təqsirləndirilən şəxs özünə məxsus olmuş, narkotik vasitəni onun üzərinə polis əməkdaşları qoymamışdır. Həmçinin o, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 24 avqust 2023-cü ildə Qazax rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin qanunsuz daşınması ilə bağlı polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxsə polis şöbəsində hüquq və vəzifələri izah olunmuş, daha sonra isə dövlət hesabına vəkillə təmin olunmuşdur. Şəxsin üzərinə vəkilin iştirakı və videoçəkilişlə baxış keçirilən zaman üzərində narkotik vasitə aşkar olunmuş, həmin narkotik vasitə tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. Şahid ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxsin üzərindən aşkar edilən narkotik vasitənin dəqiq miqdarını unutmuş, lakin balaca büküm halında olduğunu qeyd etmişdir. Hadisə 2023-cü il tarixində baş vermiş, həmin zaman Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, aşkar edilmiş narkotik vasitənin Təqsirləndirilən şəxs özündə oluğunu və istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 24 avqust 2023-cü ildə Qazax rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Şahid4, Həmid Umudov, Şahid5 təqsirləndirilən şəxsin Əhməd Seyidov küçəsində “Al” marketin yaxınlığında yerləşən evinə getmiş, Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra ona üzərində narkotik vasitələrin qanunsuz daşınmasında şübhəli olduğunu demiş və təqsirləndirilən şəxsi polis şöbəsinə dəvət etmişlər. Qazax rayon Polis Şöbəsinə aparıldıqdan sonra Təqsirləndirilən şəxs növbətçi hissəyə təqdim edilmiş, daha sonra isə vəkilin iştirakı və vidoeçəkilişlə tədqiqatçı tərəfindən təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman üzərindən metamfetamin adlanan narkotik vasitə aşkar edilərək götürülmüş, həmin narkotik vasitə tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüş və möhürlənmişdir. Şahid ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, hadisə 2 il əvvəl olduğu üçün təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin dəqiq miqdarını xatırlamır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə şəffaf salofanda 1 büküm halında olmuşdur. Hadisə 24 avqust 2023-cü il tarixində baş vermiş, Təqsirləndirilən şəxs qarşı heçbir təzyiq və təsir olmamışdır. Şahid6 polis əməkdaşlarının təqsirləndirilən şəxsin üzərinə narkotik vasitə qoymasına dair verilmiş məlumatın yalan olduğunu və istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 3 fevral 2024-cü il tarixində bölmə rəisi X24 rayon sakini Əliyev Namiqin evində özü daxil 3 nəfər şəxsin narkotik vasitə qəbul etməsinə dair daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış və günorta saat 12 radələrində Əliyev Nemətin yaşadığı əraziyə gedilmişdir. Həmin vaxt evdə Əliyev Nemət, Təqsirləndirilən şəxs, XasŞahid4 və Nəsibov Oruc olmuş, bütün prosedurlar həyata keçirildikdən sonra təqsirləndirilən şəxsin evinə vəkilin iştirakı və videoçəkilişlə baxış keçirilmiş və evdən narkotik vasitə aşkar edilmişdir. Daha sonra evdə olan şəxslərin üzərinə baxış keçirilmiş və XasŞahid4 başqa evdə olan digər 3 şəxsin üzərindən narkotik vasitə aşkar edilmişdir. Şahid ifadəsinə əlavə olaraq bildirmişdir ki, Evdə ümumilikdə 4 nəfər olmuş, 1 nəfər xaric digər 3-nün üzərindən narkotik vasitə aşkar edilmişdir. Əliyev Nemətin üzərindən çəkisi 1,11 qram olan kristal maddə digər iki şəxsdən isə heroin aşkar edilərək götürülmüşdür. Hadisə 3 fevral 2024-cü il tarixində olmuş, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən heroin adlanan narkotik vasitə aşkar edilmişdir. Əməliyyatın gedişinə Əliyarov Namiq rəhbərlik etmiş, təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir olmamışdır. Daxil olan əməliyyat məlumatında narkotik vasitənin 10 qram olduğu deyilmiş, lakin daha az çıxmışdır. Təqsirləndirilən şəxsin üzərinə vəkilin iştirakı və videoçəkilişlə baxış keçirilmiş və narkotik vasitənin özünə aid olduğu müəyyən edilmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8, Şahid9, Şahid10 və Şahid11da Şahid7 ilə oxşar ifadə vermişdir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, O, təqsirləndirilən şəxsi uzun zamandır tanımış və eyni məhlədə yaşadıqlarını, o, narkorik vasitə istifadə etdiyini, Rüfətə də bu səbəbdən yazdığını demiş və ondan narkotik vasitəni tapması üçün kömək istədiyini qeyd etmişdir. Ramiz Rüfətə 10 manatı olduğunu və ona narkotik vasitə almaq üçün kömək edib etməyəcəyini soruşmuş lakin Rüfətin ona kömək etmədiyini və ondan heç nə almadığını demiş, hətta başqa şəxslərində ona kömək üçün yazdığını bildirmiş, narkotik vasitəni Təqsirləndirilən şəxs almadığını birlikdə istifadə edən zaman başqa şəxslərin aldığını demişdir. O, istintaq zamanı ondan Rüfətə yazıb yazmadığı soruşulduqda o yazdığını demişdir. Şahid13 hər zaman Təqsirləndirilən şəxs yazmadığını, bir neçə nəfərə də yazdığını demişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq ifadəsində göstərmişdir ki, təxminən 1 il bundan əvvələ qədərə o, narkotik vasitə və psixotrop maddə istifadəçisi olmuşdur. Lakin, hal-hazırda o, pis vərdişlərdən tamamilə uzaqlaşmış və nə narkotik vasitə, nə də psixotrop maddə istifadə etmir. Ona ünvanlanmış “Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən əldə edilmiş telefon məlumatlarına keçirilmiş baxış zamanı 07 aprel 2023-cü il tarixdə saat 17:55:53-də sizin adınıza olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı nömrəyə “Gaga rivi nolar 10 manatım var mene komek elə ayrivi xayıs edirəm m ” məzmununda mesaj daxil olduğu müəyyən edilmişdir. Bu barədə nə deyə bilərsiniz?'1'1 sualına cavab olaraq göstərmişdir ki, ***-***-**-** saylı nömrə ona məxsus olmuş və bir müddət əvvələ kimi həmin nömrəni istifadə etmişdir. O, Qazax şəhər sakini Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Tanımağına səbəb Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməsi olmuşdur. Belə ki, narkotik vasitə aludəçisi olduğu müddətdə dəfələrlə pul qarşılığında Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə edərək özü istifadə etmişdir. 07 aprel 2023-cü il tarixdə saat 17:55:53-də öz adıma və istifadəsində olan 055- ***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Gaga rivi nolar 10 manatım var mene komek elə ayrivi xayıs edirəmm” mesajını o yazmışdır. Həmin mesajda o, Rüfətdən 10 manat qarşılığında ona öz şəxsi istifadəsi üçün narkotik vasitə satmasını istəmiş və daha sonra Rüfət 10 manat qarşılığında ona “kakos” adlandırılan narkotik vasitə olan heroin satmışdır. Qeyd etmişdir ki, həmin tarixdən uzun müddət keçdiyinə görə o, Rüfətdən həmin narkotik vasitəni harada və hansı şəraitdə aldığını xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Şahid14 Təqsirləndirilən şəxsla eyni məhlədə yaşamış və təqsirləndirilən şəxs ona yazaraq ondan 15 manat pul istəmişdir, lakin hadisənin üzərindən 2 il keçdiyi üçün pulu nə üçün istədiyini unutmuşdur. İstintaq zamanı ona təqsirləndirilən şəxsin ondan pulu narkotik vasitə almaq üçün istədiyini deyildiyini bildirmişdir. Şahid ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, əvvəllər narkotik vasitə istifadə etmiş, həmçinin təqsirləndirilən şəxsin də narkotik vasitə istifadə etdiyini, tır şopferi olduğu üçün narkotik vasitəni getdiyi yerlərdən əldə etdiyini qeyd etmişdir. Rüfətin ona narkotiklə bağlı heç nə demədiyini, yalnız 15 manat pul istədiyini və həmin pulu Rüfətə verdiyini demiş və istintaq zamanı da ondan bu şəkildə soruşulduğunu əlavə etmişdir. Şahid14 əvvəllər narkotik vasitə istifadə etdiyini bildirmiş, lakin Təqsirləndirilən şəxs narkotik vasitə almadığını demişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid12 ifadəsində göstərmişdir ki, 2023-cü ilin əvvəllərində bir neçə ay müddətində “patı” adı ilə tanıdığı psixotrop maddə olan metamfetamin istifadəçisi olmuşdur. Lakin, daha sonra müalicə qəbul etmiş və 1 ildir ki, psixotrop maddədən tamamilə uzaqlaşmışdır. Ona ünvanlanmış “Qazax rayon X17 bölməsində Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə keçirilmiş istintaq hərəkəti nəticəsində əldə edilmiş telefon məlumatlarına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən sizin adınıza olan ***- ***-**-** saylı nömrəyə 12 fevral 2023-cü il tarixdə saat 19:01:58-də “Zenğ vuracam tema ğötürmeje getdim”, saat 19:03:57-də “Qaqan sa qulluq eljecek”, saat 19:07:37-də “Qaqa araldalam ama zenk vuracam ”, saat 20:19:42-də və saat 20:19:45-də "Qaqa seni başa düşürem sende meni başa düş araldajam iri temaja ğelmisem jlgacam”, saat 20:23:57-də “Qaqa danlşamlram”, saat 20:27:31-də “Sa jazdlglml kimse bilmir bir sen”, 23 mart 2023cü il tarixdə saat 16:00:28-də “Гага ансах ахшам. Асых йаза билмирем везйет рисди”, 26 mart 2023-cü il tarixdə saat 05:24:27-də “Гага мене рул лазымды имкан олса ел тут олмасада сагол” məzmununda, bundan əlavə, sizin adınıza olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə 10 fevral 2023-cü il tarixdə saat 19:38:30-da “Qaqa işe getmeliyem cavab ver başna dönüm burdayam ”, 12 fevral 2023-cü il tarixdə saat 18:57:48- də və saat 18:57:49-da “Qaqa niye hörmetszlik edirsen men bele olmamişam sene lazimdimi birbirmize hormetsizlik elmek seherdeyem isin almirsa gelirem menim pulumu ver”, saat 19:03:28-də “Qaqa burda gozduyrem seni”, saat 19:05:41-də “Qaqa ne qeder çeker o defeki kimi olmasin ”, saat 19:06:49-da və 20:08:28-də “Qaqa işe gedesiyem buda o defeki kimi olmasin men odefe seni başa duşdum sende meni başa duş”, saat 20:08:31-də “Qaqa menim saat 8 kimi vaxdim var 8 kimi seni gozduyecem ”, saat 20:09:06-da “Ne oldu gelimi”, saat 20:20:38-də və 20:20:39-da “Niye bele edirsen ac bir kelme de işimizi blek cavab vermemekle ne olur ki gözledirsen ne vaxdygacaqsan de blim”, saat 20:27:34-də “Bildim ne vaxda kimi gözleyim onu de şeherdeyem”, 13 fevral 2023-cü il tarixdə saat 14:01:20-də “Niye cavab vermirsen be sen deyirdin men heckmin tayi deyilem soyus soyurdun ki yoluna qoyacam bele qoyursan yoluna telefonu ac” mesajlar daxil olduğu müəyyən edilmişdir. Bu barədə nə deyə bilərsiniz ’’sualına cavab olaraq göstərmişdir ki, ***-***-**-** saylı nömrə ona məxsus olmuşdur və təxminən 1 il əvvələ qədər həmin nömrəni özü istifadə etmişdir. O, “Rivi” ləqəbi ilə tanınan Qazax şəhər sakini Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Rüfətlə onun arasında olan bütün yazışmalar Rüfətdən pul qarşılığında psixotrop maddə almağı ilə əlaqədar olmuşdur. Belə ki, o, dəfələrlə Rüfətdən pul qarşılığında psixotrop maddə olan “patı” almışdır. Lakin, həmin tarixdən uzun müddət keçdiyi üçün o, Rüfətdən hansı tarixlərdə və hansı şəraitdə psixotrop maddə aldığını xatırlamır. Ona görə də, bu barədə heçnə deyə bilmir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 04 may 2023-cü il tarixli 16/476 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,088 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 avqust 2023-cü il tarixli 16/846 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd iç-içə qoyulmuş şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,217 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 04 fevral 2024-cü il tarixli 3-16-16/2-6/771 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,951 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 21 yanvar 2024-cü il tarixli 82 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 03 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən çıxarıb təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofan bükümünün içərisində olan kütlənin “metamfetamin” olmasını və saxlanılmamışdan 2-3 gün əvvəl Ağstafa şəhərində yerləşən istirahət parkında yerdən taparaq şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşımasım etiraf etmişdir İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibindən çıxarıb təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofan bükümünün içərisində olan kütlənin “metamfetamin” olmasını və saxlanılmamışdan l(bir) gün əvvəl avtovağzalın ərazisində yerdən taparaq şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşımasını etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış və götürmə aparılması haqqında 03 fevral 2024- cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış aparılan zaman o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 (bir) ədəd bükümdün içərisində olan kütlənin narkotik vasitə heroin olmasını və həmin narkotik vasitə heroini onunla eyni ünvanda, birlikdə saxlanılan tanışı X13 hədiyyə kimi şəxsi istifadəsi üçün əldə etdiyini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 15 may 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan **********00 sayh nömrəyə daxil olan vəhəmin nömrədən göndərilən SMS-lərin siyahısının, vaxtının və məzmununun qeyd olunduğu müəyyən edilmişdir. Həmin fayla baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan **********00 saylı nömrədən **********31 sayh nömrəyə 12 fevral 2023-cü il tarixdə saat 19:01:58-də “Zenğ vuracam tema ğötürmeje getdim”, saat 19:03:57- də “Qaqan sa qulluq eljecek”, saat 19:07:37-də “Qaqa araldalam ama zenk vuracam”, saat 20:19:42-də və saat 20:19:45-də "Qaqa seni başa düşürem sende meni başa düş araldajam iri temaja ğelmisem jlgacam”. saat 20:23:57-də “Qaqa danlşamlram”, saat 20:27:31-də “Sa jazdlglml kimse bilmir bir sen”, 23 mart 2023-cü il tarixdə saat 16:00:28-də “Гага ансах ахшам. Асых йаза билмирем везйет рисди”, 26 mart 2023-cü il tarixdə saat 05:24:27-də “Гага мене рул лазымды имкан олса ел тут олмасада сагол” məzmununda, bundan əlavə, ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 070- ***-**-** saylı nömrəyə 10 fevral 2023-cü il tarixdə saat 19:38:30-da “Qaqa işe getmeliyem cavab ver başna dönüm burdayam”, 12 fevral 2023-cü il tarixdə saat 18:57:48- də və saat 18:57:49-da “Qaqa niye hörmetszlik edirsen men bele olmamişam sene lazimdimi birbirmize hormetsizlik elmek seherdeyem isin almirsa gelirem menim pulumu ver”, saat 19:03:28-də “Qaqa burda gozduyrem seni”, saat 19:05:41-də “Qaqa ne qeder çeker o defeki kimi olmasin”, saat 19:06:49-da və 20:08:28-də “Qaqa işe gedesiyem buda o defeki kimi olmasin men odefe seni başa duşdum sende meni başa duş”, saat 20:08:31-də “Qaqa menim saat 8 kimi vaxdim var 8 kimi seni gozduyecem”, saat 20:09:06-da “Ne oldu gelimi”, saat 20:20:38-də və 20:20:39da “Niye bele edirsen ac bir kelme de işimizi blek cavab vermemekle ne olur ki gözledirsen ne vaxd ygacaqsan de blim”, saat 20:27:34-də “Bildim ne vaxda kimi gözleyim onu de şeherdeyem”, 13 fevral 2023-cü il tarixdə saat 14:01:20-də “Niye cavab vermirsen be sen deyirdin men heckmin tayi deyilem soyus soyurdun ki yoluna qoyacam bele qoyursan yoluna telefonu ac”, 15 fevral 2023-cü il tarixdə saat 17:51:10-da Təqsirləndirilən şəxs istifadəsində olan **********00 saylı nömrədən **********31 saylı nömrəyə “Ajqa 15 20manatda pul var”,04 fevral 2023-cü il tarixdə saat 16:27:26-da **********67 saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********00 saylı nömrəyə “Salam av Rivi qurvan olum pencereni ver 20 manat al evde hecne yoxdu uşaqda mende dunenen aciq 20 manat al satandada qalanini verer qurvan olaram iki gundu aciq”. 07 aprel 2023-cü il tarixdə saat 17:55:53-də **********71 saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********00 saylı nömrəyə “Gaga rivi nolar 10 manatım var mene komek elə ayrivi xayıs edirəm m” məzmununda SMS-lərin göndərildiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən əldə edilmiş tələbnamə və müvafiq hökm surətindən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon məhkəməsinin 09 iyun 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, Qazax rayon məhkəməsinin 14 mart 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsili bilinərək 04 (dörd ) il azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 08 may 2018-ci il tarixli qərarı ilə cəzası 3 (üç) il 9(doqquz) aya endirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 30 iyul 2018-ci il tarixli qəran ilə 08 may 2018-ci il tarixli qərar dəyişdirilərək müəyyən edilmiş 04 (dörd) il azadlıqdan məhrum etmə cəzası 03 (üç) il 03 (üç) aya endirilmiş, 28 fevral 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, lakin, müstəqil icra olunan 3000 (üç min) manat cərimə ödənilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X4 daxil olmuş 17 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs X6 psixoloji qeydiyyatda yoxdur. Lakin 2021-ci ildən xəstəxananın narkoloji kabinetində “Narkoman” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli 12 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs cərimə cəzasından heç bir ödəniş etməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində, eləcə də istifadə və satışında təqsirli bilinmişdir. İş üzrə toplanmış sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs üzərində üç dəfə fərqli vaxtlardan narkotik vasitələr aşkarlanmışdır. 03 may 2023-cü il tarixdə saxlanılan zaman 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 3,088 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin, 24 avqust 2023-cü il tarixdə saxlanılıb zaman 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə 1,27 qram olan metafetamin, eləcə də, 03 fevral 2024-cü il tarixdə saat 12:28-dən 15:00-dək olan müddət ərzində Qazax rayonu, Qarapapaq kəndində yerləşən Nemət Əliyevin yaşadığı həmin evdə üzərinə baxış keçirilərkən, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən l(bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,951 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan heroin aşkarlanmışdır. Narkotik vasitələrin müxtəlif növlərdən olması, eləcə də sms mətnlərinə keçirilən baxış zamanı narkotik vasitələrin alqısatqısında dair müvafiq sms mətnlərinin olması, şahidlərin Təqsirləndirilən şəxs narkotik vasitələrin alması barədə verdikləri ifadələri kifayət edir. Eləcə də, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadələrindəki qismən etirafı buna əsas verir. Belə ki, o, ifadə verərkən narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız ayrı-ayrı narkotik vasitə istifadəçilərinin ona müraciət etməsini bildirmiş, özünün isə başqa şəxslərdən narkotik vasitələr alaraq ona müraciət edən şəxslərə verməsini bildirib. Lakin, bu əməli törədən zaman məqsədinin ona müraciət edən şəxslərdən mənfəət əldə etməsi ilə bağlı olmadığını, onlara sadəcə narkotik vasitə tapılmasında köməklik göstərilməsi ilə əlaqədar olmasını bildirmişdir. Dolayı yolla narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olmasını etiraf edən Təqsirləndirilən şəxs satışı həyata keçirməsini lakin burda xüsusi bir marağının olmasını qeyd edir. Məhkəmə istintaqı zamanı nəzərdən keçirilən sübutlardan görünür ki, Təqsirləndirilən şəxs həm də narkotik vasitələrin qanunsuz olaraq külli miqdarda satışı ilə məşğul olur. Eyni zamanda məhkəmə-kimyəvi Qeyd olunanları əsas götürərək məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram və ondan yuxarı, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 2 qramdır. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 04 may 2023-cü il tarixli 16/476 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,088 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 avqust 2023-cü il tarixli 16/846 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd iç-içə qoyulmuş şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,217 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 04 fevral 2024-cü il tarixli 3-16-16/2-6/771 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,951 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Bununla da məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək , ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ödənməmiş olan 3000 (üç min) manat cərimə cəzası toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə müvafiq olaraq təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası müstəqil icra edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 2 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 2 (iki) gün olmaqla ümumilikdə 6 (altı) gün müddət azadlıqdan məhrum etmə müddətindən çıxılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 440 (dörd yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 142 (yüz qırx iki) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ saxlanma anbarına saxlanca verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X23 X18 № 1 mətninə malik ştamp vurulmuş bir ədəd kağız paketdə qablaşdırılaraq Qazax RPŞ-nə qaytarılmış təmiz çəkisi 1,217 qram təşkil edən psixotrop maddə olan metamfetamin 1,167 qram çəkidə qalığı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X23 X18 № 2 mətninə malik ştamp vurulmuş bir ədəd kağız paketdə qablaşdırılaraq Qazax RPŞ-nə qaytarılmış təmiz çəkisi 3,088 qram təşkil edən psixotrop maddə olan metamfetamin 2,888 qram çəkidə qalığı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X19 № 63 mətninə malik ştamp vurulmuş bir ədəd kağız paketdə qablaşdırılaraq Qazax RPŞ-nə qaytarılmış təmiz çəkisi 0,951 qram təşkil edən narkotik vasitə heroinin 0,851 qram çəkidə qalığı məhv edilməli, şübhəli şəxsin üstünün yoxlanılmasına dair və baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 05 (bir) ədəd disk, "xxxx" MMC-dən götürülmüş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclası zalında həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan 21 yanvar 2024-cü il tarixli 82 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmamalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 2 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 2 (iki) gün olmaqla ümumilikdə 6 (altı) gün müddət azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ödənməmiş olan 3000 (üç min) manat cərimə cəzası toplanmaqla ona qəti olaraq 5 (beş) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə müvafiq olaraq təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 440 (dörd yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 142 (yüz qırx iki) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ saxlanma anbarına saxlanca verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X23 X18 № 1 mətninə malik ştamp vurulmuş bir ədəd kağız paketdə qablaşdırılaraq Qazax RPŞ-nə qaytarılmış təmiz çəkisi 1,217 qram təşkil edən psixotrop maddə olan metamfetamin 1,167 qram çəkidə qalığı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X23 X18 № 2 mətninə malik ştamp vurulmuş bir ədəd kağız paketdə qablaşdırılaraq Qazax RPŞ-nə qaytarılmış təmiz çəkisi 3,088 qram təşkil edən psixotrop maddə olan metamfetamin 2,888 qram çəkidə qalığı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X19 № 63 mətninə malik ştamp vurulmuş bir ədəd kağız paketdə qablaşdırılaraq Qazax RPŞ-nə qaytarılmış təmiz çəkisi 0,951 qram təşkil edən narkotik vasitə heroinin 0,851 qram çəkidə qalığı məhv edilsin. şübhəli şəxsin üstünün yoxlanılmasına dair və baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 05 (bir) ədəd disk, "xxxx" MMC-dən götürülmüş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-335/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-335/2025
28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver