Məhkəmə qərarları › İş №1(100)-336/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-336/2024

16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-336/2024 16.09.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X4 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X16 oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X5, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1974-cü il tarixdə Qazax rayonu, Köçəsgər kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Köçəsgər kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni 1 (bir) ədəd göy rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 15,725 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, həmin siyahıların İİ-ci siyahısına əsasən külli miqdarda, yəni 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 14,613 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib əynində olan qara rəngli cins materialından olan şalvarın sağ yan cibində saxlamaqla daşımış, Qazax rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdə saat 22:30-da Qazax şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 23:30-dan 06 iyul 2023-cü il tarixdə saat 00:25-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins materialından olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd göy rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 15,725 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 14,613 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, şəxsi işləri olduğu üçün Bakı şəhərinə getmişdir. 05 iyul 2023-cü il tarixdə saat 11 radələrində bibisi qızı ona zəng edib onları Ağstafa rayonuna aparmasını xahiş etmişdir. O da bibisi qızını, sonuncunun əri və nəvəsini Bakı şəhərindən götürüb Ağstafa rayonuna yola düşmüş və həmin gün axşam təxminən saat 19-20 radələrində Ağstafa rayonuna çatmışdır. Ağstafa rayonuna çatdıqdan sonra Maksim ona zəng edib qonaqlıq, yəni yeyib-içmək olduğunu və ona türmədə nərd düzəltdirdiyini bildirib öz evinə dəvət etmişdir. O da Bakı şəhərindən gəldiyini və yorğun olduğumu bildirib sonuncu ilə səhər görüşəcəyini demişdir. Maksim isə Gəncəyə gedəcəyini, yəni hadisə olan günün səhəri evdə olmayacağını bildirmişdir. O da Maksimin dəvətinə görə sonuncunun yaşadığı evinə getmişdir. Evinə daxil olan kimi Maksim qapını arxadan bağlamışdır. Həmin vaxt evdə olan polis əməkdaşları onu saxlayaraq Qazax rayon polis şöbəsinə aparmışlar. Qazax rayon polis şöbəsində 4-5 polis əməkdaşı ona fiziki təzyiqlər göstərmiş, eləcə də aşkarlanan narkotik vasitənin özünə məxsus olmasını etiraf etmədiyi halda bacısı ilə qardaşını da şöbəyə gətirəcəkləri barədə psixoloji təzyiqlər göstərmişlər. Ona videoçəkilişdən qabaq təzyiqlər etmişlər. O, həm fiziki, həm də psixoloji təzyiqlərə dözməyib narkotik vasitənin ona məxsus olduğunu videoçəkilişdə etiraf etmişdir. Bundan sonra onu evə buraxmışlar və 20 gündən sonra yenidən polis şöbəsinə dəvət edəcəklərini bildirmişlər. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Rusiyada yaşayanda ümumiyyətlə narkotikdən istifadə etməmiş, Azərbaycana gəldikdən sonra isə 1-2 dəfə istifadə etmişdir. Onun Bakı Ağır Cinayətlər məhkəməsində olan digər işi narkotik vasitəni götürməyə cəhd olmuş, həmin iş üzrə də günahı olmamışdır. Onu Qazax şəhərinə Maksim dəvət etmiş, sonuncu ilə münasibəti olmamış, Maksim nərd vermək istədiyi üçün o, sonuncunun dəvəti ilə Qazax şəhərinə getmişdir. Narkotik vasitələri onun üzərinə polis əməkdaşları qoyub və onu ailəsi ilə hədələdikləri üçün o, narkotik vasitələrin özünə məxsus olmasını videoçəkilişdə etiraf etmişdir. Onu videoçəkilişdən iki gün sonra evə buraxmışlar. O, Rəsulzadə küçəsini tanımamış, Maksimin də evinin həmin ünvanda olmasını bilməmişdir. Onu Maksimin evində tutmuşlar. Saxlanılan zaman onun üzərində mobil telefon olmuş, hətta polis əməkdaşları onun telefonuna baxış keçirmiş, telefonun yaddaşında olan ad siyahısından bəzi nömrələrin kimə məxsus olmasını da soruşmuşlar. Maksim ona mobil nömrə ilə zəng vurmuş, o da evlərinə çatanda sonuncuya zəng edərək qapını açmasını bildirmişdir. Onu bir neçə polis əməkdaşı döymüş, lakin o, Şahid1 başqa heç birini tanımamışdır. Müvəqqəti saxlama yerinə və istintaq təcridxanasına daxil olarkən o, bədənində olan xəsarətləri deməmişdir. Ona qarşı polis şöbəsində edilmiş təzyiqə görə heç bir quruma da şikayət etməmişdir. Ona görə də onun fiziki təzyiqlərlə dair heç bir sübutu yoxdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı və həmin tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsi, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadəsi elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə göstərmişdir ki, təxminən bir ildir narkotik vasitə aludəçisi olmuşdur. O, xx.xx.2023-cü il tarixdə şəxsi işləri olduğu üçün Bakı şəhərinə getmişdir. Həmin gün Bakı şəhərində olan zaman öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddə əldə etmək qərarına gəlmişdir. O, “İnstagram” sosial şəbəkəsində “Ediq Abbasov” adı ilə qeydiyyatdan keçərək hərdən həmin sosial şəbəkədən istifadə etmişdir. Onun həmin sosial şəbəkəsində bəzi şəxslərin narkotik vasitə və psixotrop maddə satdıqları barədə məlumatı olduğu üçün həmin sosial şəbəkənin axtarış yerinə “patı”, “kola” sözləri yazıb axtarış aparan zaman hazırda adını xatırlamadığı bir səhifə tapmış və qeyd edilən səhifəyə mesaj yazıb narkotik vasitə, psixotrop maddə almaq istədiyini demişdir. Özünü “Kamil” kimi təqdim edən şəxs ona 1 qramını 22 manatdan “kokos” və “şüşə” sata biləcəyini demişdir. O isə 200 manat pulu olduğunu və hərəsindən 15 qram istədiyini demişdir. Həmin şəxs ona bank kartının nömrəsini ataraq pulu həmin karta köçürməsini demişdir. O da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən xatırlamadığı mağazadakı ödəniş terminalı vasitəsi ilə 200 manat pulu həmin hesaba köçürmüş, daha sonra qəbzin şəklini “WhatsApp” tətbiqi vasitəsi ilə həmin şəxsin mobil telefon nömrəsinə göndərmişdir. Həmin şəxs də “WhatsApp” tətbiqi vasitəsi ilə ona narkotik vasitənin və psixotrop maddənin yerinin şəklini və xəritəsini göndərmişdir. O da hazırda xatırlamadığı həmin ünvana tək gedib daşın altında olan 2 ədəd sellofan bükümdəki narkotik vasitə ilə psixotrop maddəni götürmüşdür. Bundan sonra narkotik vasitədən və psixotrop maddədən bir qədər istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhərindən Ağstafa rayonuna yola düşmüş və axşam saatlarında rayona çatmışdır. Həmin gün təxminən saat 22 radələrində şəxsi işləri ilə əlaqədar Qazax şəhərinə getmiş, narkotik vasitə və psixotrop maddə də üzərində olmuşdur. O, saat 22 radələrində Qazax şəhəri, M.Ə.Rəsulzadə küçəsində piyada şəkildə gəzən zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Qazax rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib onu üzərində narkotik vasitə, psixotrop maddə saxlamaqda şübhəli olduğu üçün polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə avtomobilə minib polis şöbəsinin inzibati binasına getmişdir. Polis şöbəsində müdafiəçi ilə təmin olunduqdan sonra şöbəsinin birinci mərtəbəsində yerləşən otaqlardan birində videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində narkotik vasitə, psixotrop maddə və digər əşyalar varsa təqdim etməsini təklif etmişdir. O da əynində olan qara rəngli cins materialından olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd göy rəngli sellofan kəsiyindəki bükümü və 1 (bir) ədəd şəffaf sellofan kəsiyindəki bükümü çıxardıb təqdim etmişdir. Təhqiqatçı ilk öncə göy rəngli sellofan kəsiyindəki bükümü götürüb açmış və içərisindəki nəm halda olan qəhvəyi rəngli kütlənin nə olduğunu soruşanda o, həmin kütlənin narkotik vasitə olan “kokos” olduğunu və Bakı şəhərində bir nəfər İran vətəndaşından öz şəxsi istifadəsi üçün 100 (bir yüz) manat qarşılığında əldə etdiyini bildirmişdir. Təhqiqatçı həmin göy rəngli bükümdəki kütləni elektron tərəzi vasitəsilə çəkmiş və çəkisinin 17,67 qram təşkil etdiyini görmüşdür. Arxasınca təqdim etdiyi 1 (bir) ədəd şəffaf sellofan kəsiyindəki büküm təhqiqatçı tərəfindən açılaraq bükümün içərisində olan ağ rəngli, kristal formalı kütlənin nə olduğu soruşulmuş, o da həmin kütlənin psixotrop maddə olan “şüşə” olduğunu və eynilə narkotik vasitə kimi Bakı şəhərində bir nəfər İran vətəndaşından öz şəxsi istifadəsi üçün 100 (bir yüz) manat qarşılığında aldığını bildirmişdir. Təhqiqatçı həmin kütləni də elektron tərəzi vasitəsilə çəkmiş və kütlənin sellofan kəsiyi ilə birlikdə çəkisinin 15,33 qram təşkil etdiyini görmüşdür. Daha sonra təhqiqatçı təqdim etmiş olduğu hər iki bükümü bir dəfə kağız zərfin içərisinə qoyub qablaşdıraraq möhürləmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri də elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, saxlanılan zaman üzərində yalnız Maksim adlı tanışından 28 manat qarşılığında aldığı bir bükümdə olan 0,5 qram çəkidə narkotik vasitə heroin olduğunu, polis şöbəsində ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verildiyi üçün ibtidai istintaqın əvvəlində etirafedici ifadələr verdiyini, üzərindən aşkar edilmiş bir büküm heroinin və bir büküm metamfetaminin ona məxsus olmadığını, həmin bükümləri onun üzərinə polis əməkdaşlarının qoyduğunu, polislərin onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağına və yüngül cəza alacağına inandırdıqları üçün sonuncularla razılaşıb üzərinə qoyulmuş bir büküm narkotik vasitənin və bir büküm psixotrop maddənin özünə məxsus olduğunu etiraf etdiyini göstərmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun ifadələrini polislər yazmış, o da qol çəkmişdir. O, Maksimdən 28 manata təqribən 0,5 qram narkotik vasitə almış, lakin həmin narkotik vasitəni götürə bilməmiş, çünki polislər həmin vaxtı onu tutmuşlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kəlbəcər RPŞ-nin İBnin müstəntiqi Şahid1 ifadəsində göstərmişdir ki, o, Qazax rayon polis şöbəsinin cinayətaxtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən zaman Ağstafa rayon sakini Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Şöbədə həmin şəxsin üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı sonuncunun üzərindən narkotik vasitə aşkar edilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Bununla bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, əməliyyat məlumatı ona məxsus olmuş, məzmunu şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində saxlamaqla daşıması barədə olmuşdur. Məlumat narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olsa da, sonradan Təqsirləndirilən şəxs narkotik vasitəni kiməsə satması müəyyən edilməmişdir. Əməliyyatda o, Hikmət Nəsibov, Kənan Qənbərov, Cabbar İmamquluyev, Adil Barıyev, Şahid2 və Şahid3 iştirak etmişlər. Aşkarlanan narkotik vasitə xatırladığı qədəri ilə iki bükümdə olmuş və hər ikisi 10 qramdan artıq olmuşdur. Saxlanılan zaman və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs hər hansı psixoloji yaxud fiziki zor tətbiq edilməmişdir. Aşkar edilmiş bükümlərdən biri narkotik vasitə olan heroin, digəri isə psixotrop maddə metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs axşam saat 23-24 radələrində M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olan vaxt saxlamışlar. Videoçəkiliş altında şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni cibindən çıxarıb özü təqdim etmişdir. Sonuncunun üzərində telefon aşkarlanmamışdır. Əvvəllər də onda Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı olmuşdur. O, Maksimi adlı şəxsi şəhər sakini kimi tanımış, lakin sonuncu ilə heç bir münasibəti olmamışdır. X20 hansısa münasibətinin olması barədə də məlumat olmamışdır. Onlar Təqsirləndirilən şəxs Maksimin evində saxlamamış, sonuncunu Rəsulzadə küçəsində saxlamışlar. O, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş, hətta şəxs saxlanılan zaman zor tətbiq olunduğunu iddia etsə də, onunla Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zaman sonuncu onun tərəfindən özünə qarşı heç bir qanunsuz hərəkətə yol verilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qazax RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyul ayının əvvəlində Qazax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış, o da həmin qrupa cəlb edilmişdir. Onlara bir nəfər şəxsin üzərində narkotik vasitə saxlamasında şübhəli olduğu deyilmişdir. Onlar Qazax şəhəri, M.Ə.Rəsulzadə küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb sonuncunu polis şöbəsinə dəvət etmişlər. Şöbədə həmin şəxsin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı iki büküm aşkar edilərək ekspertizaya təqdim edilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılmışdır. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, əməliyyat məlumatı Şahid1 məxsus olmuş, bildiyi qədəri ilə də əməliyyat məlumatı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması ilə bağlı olmuşdur. Əməliyyat qrupunda o, Şahid3 və Şahid1 olmuşlar. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlar sonuncunu axşam saat 11-12-də M.Ə.Rəsulzadə küçəsində saxlamışlar və həmin vaxtı Təqsirləndirilən şəxs tək olmuşdur. Xatırladığı qədəri ilə axşam saat 12-nin yarısı artıq şöbədə olmuşlar, Təqsirləndirilən şəxs şöbəyə gətirdikdən az bir müddət sonra da vəkil gəlmişdir. Ona görə də onlar Təqsirləndirilən şəxs evdə yox, M.Ə.Rəsulzadə küçəsində saxlamışlar. Aşkar edilmiş bükümlərdən biri narkotik vasitə olan heroin, digəri isə psixotrop maddə metamfetamin olmuşdur. Bükümlərdən birinin çəkisi xatırladığı qədəri ilə 17 qram olmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümləri Bakı şəhərində bir nəfər İran vətəndaşından aldığını demişdir. O, Maksimi şəhər sakini kimi tanımış, başqa heç bir münasibəti olmamış, Maksim də narkotik vasitə istifadə etmişdir. Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində mobil telefonun olub-olmaması ilə bağlı ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid2 həmin ifadəsində göstərmişdir ki, .......... polis şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sonuncudan hər hansı bir mobil telefon aşkar edilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, hadisənin üzərindən xeyli müddət keçdiyi üçün saxlanılan vaxt Təqsirləndirilən şəxs üzərində mobil telefon olduğunu bildirmiş, lakin ifadəsi elan olunduqdan sonra saxlanılan vaxt Təqsirləndirilən şəxs üzərində mobil telefon olmadığını xatırlamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qazax RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, X12 onun əri olmuş və sonuncu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı evində olmamış, həmin tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxs onun yaşadığı evində və ya qarşısında saxlamamış, əri Maksim Qocayev narkotik vasitələrin satışını həyata keçirməmiş, sadəcə narkotik vasitə istifadəçisi olmuş, ona görə də Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar yalan və böhtan olmuşdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/703 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr” sözləri və imzalar olan kağız paketi açdıqda içərisində 1 (bir) ədəd göy rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 15,725 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 14,613 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Qeyd: heroinin təmiz çəkisi - 15,725 qr., tədqiqata sərf edildi - 0,1 qr., qalıq - 15,625 qram. Metamfetaminin təmiz çəkisi - 14,613 qr., tədqiqata sərf edildi - 0,1 qr., qalıq - 14,513 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1760 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 23:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2023-cü il tarixdə saat 22:30-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin azad edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, dərhal saxlanıldığı Qazax RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair həmin məhkəməinin icraatına verilmiş cinayət işi üzrə məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və o, məhkəmə iclas zalında dərhal həbs edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etməklə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli cins materialından olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd yaşıl rəngli sellofan kəsiyindəki bükümü və 1 (bir) ədəd şəffaf sellofan kəsiyindəki bükümü təqdim etmişdir. 1 (bir) ədəd yaşıl rəngli sellofan kəsiyindəki büküm açıldıqda içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə çəkisinin 17,67 qram təşkil etməsi müəyyən edilmişdir. 1 (bir) ədəd şəffaf sellofan kəsiyindəki büküm açıldıqda içərisində ağ rəngli, kristal formalı psixotrop maddəyə bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə çəkisinin 15,33 qram təşkil etməsi müəyyən edilmişdir. Şifahi sorğusual zamanı Təqsirləndirilən şəxs hər iki kütləni ayrı-ayrılıqda 100 (bir yüz) manat qarşılığında Bakı şəhərində bir nəfər İran vətəndaşından aldığını və öz şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş informasiya daşıyıcı olan diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən təqdim olmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrənin antena dairəsi xx.xx.2023-cü il tarixdə saat 00:04:55-dən saat 11:35:01-dək “Binaqadi rayonu, M.A.Rasulzada gasabasinin shimal hissasi”, həmin gün saat 11:36:02-dən saat 13:11:40-dək “Baki shahari, Binagadi rayonu, Rasulzada qasabasi, Binagadi shossesi 21 E”, saat 13:11:59-da “Pirallahi, AZ1077, Azerbaijan”, saat 13:16:40-dan saat 15:46:40-dək “Baki shahari, Binaqadi rayonu, Rasulzada qasabasi, Binagadi shossesi 21 E”, saat 15:49:54-də “Pirallahi, AZ1077, Azerbaijan”, saat 15:51:40-da “Baki shahari, Binagadi rayonu, Rasulzada gasabasi, Binagadi shossesi 21 E”, saat 15:54:49-dan saat 16:25:33dək “Hacigabul rayonu, Pirsaat gasabasi”, saat 16:29:57-dan saat 16:45:45-dək “Kurdamir rayonu, Sighirli kandi”, saat 16:52:43-dan saat 16:52:44-dək “Kurdamir rayonu, Atakishili kandi”, saat 16:52:48-də "Kurdamir r. Karrar kandi”, saat 16:52:52-də “Kurdamir rayonu, Atakishili kandi”, saat 16:52:57-də “Kurdamoir shahari, H. Aliyev kuchasi, Kurdamir ATS, Kurdamir Pocht shobasi”, saat 16:53:03-dən saat 20:55:07-dək “Kurdamir rayonu, Atakishili kandi”, saat 20:55:08-dən saat 23:55:08-dək “Aghstafa rayonu, Kochasgar kandi” anten dairalerində olmusdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları, o cümlədən saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, hər hansı polis əməkdaşı tərəfindən sonuncunun üzərinə narkotik vasitə və psixotrop maddə qoyulmadığını, saxlanılan zaman da Təqsirləndirilən şəxs üzərində mobil telefon olmadığını sonuncunun üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs isə Şahid1 tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları, o cümlədən saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, hər hansı polis əməkdaşı tərəfindən sonuncunun üzərinə narkotik vasitə və psixotrop maddə qoyulmadığını, saxlanılan zaman da Təqsirləndirilən şəxs üzərində mobil telefon olmadığını sonuncunun üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs isə Şahid2 tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları, o cümlədən saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, hər hansı polis əməkdaşı tərəfindən sonuncunun üzərinə narkotik vasitə və psixotrop maddə qoyulmadığını, saxlanılan zaman da Təqsirləndirilən şəxs üzərində mobil telefon olmadığını sonuncunun üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs isə Şahid3 tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş Qazax RPŞ-nin MSY-nin “Tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyatı” kitabının müvafiq vərəqlərinin surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs həkim Qaracayeva tərəfindən tibbi müayinədən keçirilmiş, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs xəsarət aşkar edilməmiş, o, tələbinin olmadığını bildirmiş və ona praktiki sağlam diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə də Təqsirləndirilən şəxs həkim Əhmədova tərəfindən tibbi müayinədən keçirilmiş, tibbi müayinə zamanı sonuncuda xəsarət aşkar edilməmiş, o, tələbinin olmadığını bildirmiş və ona praktiki sağlam diaqnozu qoyulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, üzərində narkotik vasitə saxlamaqda şübhəli olan Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, narkotik vasitələrin əldə edilməsində, daşınmasında, saxlamasında və istehlakı ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:30-da Qazax şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq Qazax RPŞ-ya gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 15,725 qram təşkil edən külli külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 14,613 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni hansı tarixdə və mənbədən əldə etməsini müəyyən etmək, eləcə də həmin maddələri satdığı şəxs(lər) barədə hər hansı bir əməliyyat məlumatı əldə etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X1 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada psixoloji qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa RİH başçısının Köçəsgər kənd İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Abbasov X10 rayonu, Köçəsgər kəndində yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur, bacısı X6 ikinci qrup əlildir və Təqsirləndirilən şəxs himayəsindədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax rayon prokurorluğunun icraatında olmuş 93 C-23 nömrəli ilkin yoxlama materialından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmasını bildirməsi ilə bağlı daxil olmuş material əsasında rayon prokurorluğunda araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Qazax rayon prokurorunun müavini X9 qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 15,625 qram heroinin və 14,613 qram metamfetaminin maddi sübut kimi tanınaraq Qazax RPŞnin saxlanc anbarına məsul saxlanca verilməsi, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 ədəd diskin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən təqdim olunmuş 01 ədəd diskin iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Qazax RPŞ-nin MSY-nə daxil olan zaman tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Rusiya Federasiyasının Volqoqrad şəhərinin Sovetskiy rayonunun qeydiyyat şöbəsi tərəfindən verilmiş 623742 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Zeynəb Abbasova adlı qızı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-506/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs əməli təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin həmin Məcəllənin 29, 234.1-1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-1023/2024 saylı qərarına əsasən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 506/2024 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 41.3-cü maddəsinə əsasən (dövlət ittihamçısı əməlin təkrar törədilməsi ilə bağlı cinayət əməlinə münasibətdə cinayət təqibindən imtina etdiyi üçün) xitam verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində saxlanılan zaman üzərində yalnız Maksim adlı tanışından 28 manat qarşılığında aldığı bir bükümdə olan 0,5 qram çəkidə narkotik vasitə heroin olduğunu, polislərin onu Maksim adlı şəxsin evində tutduğunu, polis şöbəsində ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verildiyi, o cümlədən ailəsi ilə hədələndiyi üçün ibtidai istintaqın əvvəlində etirafedici ifadələr verdiyini, üzərindən aşkar edilmiş bir büküm heroinin və bir büküm metamfetaminin ona məxsus olmadığını, həmin bükümləri onun üzərinə polis əməkdaşlarının qoyduğunu, polislərin onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağına və yüngül cəza alacağına inandırdıqları üçün sonuncularla razılaşıb üzərinə qoyulmuş bir büküm narkotik vasitənin və bir büküm psixotrop maddənin özünə məxsus olduğunu etiraf etdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı və həmin tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsi, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi eitrafedici ifadəsi, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, həmin tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi eitrafedici ifadəsində xx.xx.2023-cü il tarixdə polis şöbəsində aparılan şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir bükümdə olan narkotik vasitə heroini və bir bükümdə olan psixotrop maddə metmafetamini xx.xx.2023-cü il tarixdə hər bir bükümü 100 manat qarşılığında, yəni cəmi 200 manata sosial şəbəkədə tanış olduğunu bir nəfər İran vətəndaşından Bakı şəhərində aldığını, həmin bükümləri şəxsi istifadəsi üçün üzərində saxladığını, polis əməkdaşlarının onu xx.xx.2023-cü il tarixdə axşam saat 23 radələrində Qazax şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxladıqlarını, saxlanılan zaman həmin bükümlərin üzərində olduğunu, şəxsi axtarış zamanı da həmin bükümləri polis əməkdaşlarına təqdim etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs sözügedən izahat və ifadələrində saxlanılan zaman və polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verildiyini, eləcə də üzərinə narkotik vasitə ilə psixotrop maddə qoyulduğunu göstərməmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış, habelə ifadələrin sonunda Təqsirləndirilən şəxs əlyazma ilə qeyd yazaraq ifadələrini oxuduğunu və doğruluğunu imzası ilə təsdiq etdiyini göstərmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs protokolla tanış olduqdan sonra əlyazma ilə qeyd yazaraq hüquq və vəzifələrinin ona izah olunduğunu, şikayət və tələbinin də olmadığını göstərmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins materialından olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd yaşıl rəngli sellofan kəsiyindəki bükümü və 1 (bir) ədəd şəffaf sellofan kəsiyindəki bükümü təqdim etmişdir. 1 (bir) ədəd yaşıl rəngli sellofan kəsiyindəki büküm açıldıqda içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə, 1 (bir) ədəd şəffaf sellofan kəsiyindəki büküm açıldıqda isə içərisində ağ rəngli, kristal formalı psixotrop maddəyə bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi sorğusual zamanı Təqsirləndirilən şəxs hər iki kütləni ayrı-ayrılıqda 100 (bir yüz) manat qarşılığında Bakı şəhərində bir nəfər İran vətəndaşından aldığını və öz şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda təhqiqatçının sualına qəti olaraq cavab verib şəxsi axtarış zamanı üzərində aşkar olunan narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimdən də şikayət və tələbinin olmadığını göstərmişdir. O cümlədən iş materiallarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən təqdim olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinin antena dairəsinə aid məlumatlara baxdıqda, həqiqətən də Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdə, eləcə də 05 iyul 2023-cü il tarixdə saat 15:51-dək Bakı şəhəri ərazisində olması, daha sonra isə Bakı şəhərindən Ağstafa şəhərinə yola düşməsi, həmin gün saat 20:55-də artıq Ağstafa rayonu, Köçəsgər kəndinin antena dairəsinə olması öz təsdiqini tapmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, həmin tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi eitrafedici ifadəsində şəxsi axtarış zamanı üzərindən akşar edilmiş narkotik vasitə olan heroinlə psixotrop maddə olan metamfetamini xx.xx.2023-cü il tarixdə Bakı şəhərində bir nəfər İran vətəndaşından aldığını göstərməsi xüsusatını onun istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən təqdim olmuş məlumatlarla qarşılıqlı müqayisə etdikdə Təqsirləndirilən şəxs ilkin ifadələrində göstərdiyi xüsusatların həqiqətə uyğun olmasını sübut edir. Habelə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə axşam saat 23 radələrində Qazax şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxladıqlarını, saxlanılan zaman sonuncunun tək olduğunu, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin sonuncunu döymədiyini, üzərinə narkotik vasitə qoymadığını, şəxsi axtarış zamanı üzərindən aşkar olunan narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu və sonuncunun həmin bükümləri Bakı şəhərində bir nəfər İran vətəndaşından aldığını etiraf etdiyini göstərmişlər. Hətta məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 ifadəsində Təqsirləndirilən şəxs yalan danışdığını, sonuncunu əvvəllər tanımadığını, xx.xx.2023-cü il tarixdə də Təqsirləndirilən şəxs onun yaşadığı evində olmadığını, həmin tarixdə polis əməkdaşlarının sonuncunu onun yaşadığı evində və ya qarşısında saxlamadıqlarını göstərmişdir. Eləcə də, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasından və Qazax RPŞ-dən daxil olmuş məktublarda da göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və bədəni üzərində xəsarət izi aşkar olunmamışdır. Həmçinin Qazax rayon prokurorluğunun icraatında olmuş 93 C-23 nömrəli ilkin yoxlama materialında olan xx.xx.2023-cü il tarixli, 393 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən də görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs bədəni üzərində xx.xx.2023-cü il tarixə uyğun xəsarətin olması müəyyən edilməmişdir. Qeyd ilən ilkin yoxlama materiallındaki Təqsirləndirilən şəxs izahatından görünür ki, sonuncu konkret olaraq ona fiziki zorakılıq göstərən polis əməkdaşlarının adlarını bilmədiyini, həmin şəxsləri tanımadığını və kimlikləri barədə bir söz deyə bilmədiyini göstərmişdir. Polis əməkdaşları Şahid1, X7, Şahid3, Şahid2 və X19 isə rayon prokurorluğuna verdikləri izahatlarında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə axşam saat 23 radələrində Qazax şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxladıqlarını, saxlanılan zaman sonuncunun tək olduğunu, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin sonuncunu döymədiyini və üzərinə narkotik vasitə qoymadığını göstərmişlər. Nəticə etibarı ilə də Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmasını bildirməsi ilə bağlı daxil olmuş material əsasında rayon prokurorluğunda araşdırma aparılaraq, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə narkotik vasitənin qoyulması, o cümlədən sonuncuya fiziki zorakılıq göstərilməsi halları öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bununla belə, ibtidai istintaq materiallarında nə Təqsirləndirilən şəxs, nə də ki müdafiəçisinin fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı müraciəti üzrə Qazax rayon prokurorluğunda bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hər hansı bir nəticəsi olmayacağını fikirləşdiyi üçün ibtidai istintaq zamanı ona göstərilmiş fiziki və psixoloji təzyiqlə bağlı heç bir quruma şikayət etmədiyini göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, həmin tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi eitrafedici ifadəsində, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, eləcə də barəsində tərtib olunmuş tibbi sənədlərdə Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs təhqiqatçının sualına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa məruz qalmadığını, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X8 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində və məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs və müdafiəçisi məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından, eləcə də fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı Qazax rayon prokurorluğunda bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, həmin tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsini, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi eitrafedici ifadəsini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş ilə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, həmin tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsi, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi eitrafedici ifadəsi ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 16-cı bəndində göstərilmişdir ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib-törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4- 1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə, siyahıların İİ-ci siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur; heroin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/703 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 15,725 qram, metamfetaminin isə 14,613 qram olmaqla ayrı-ayrılıqda hər biri külli miqdar təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X8 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1760 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxsarkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi göstərilsə də, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən iki növ, yəni narkotik vasitə olan heroinlə psixotrop maddə olan metamfetaminin aşkar edilməsi, heroinlə metamfetaminin ayrı-ayrılıqda çəkilərinin külli miqdar təşkil etməsi, yəni heroinin çəkisinin həmin növ narkotik vasitə üçün Qanunla nəzərdə tutulmuş külli miqdarının aşağı həddindən 8 dəfə, metamfetaminin çəkisinin isə külli miqdarının aşağı həddindən 7 dəfə çox olması faktı Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitə ilə psixotrop maddəni ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində İİ qrup əlil olan xx.xx.1961-ci il təvəllüdlü bacısı X2 olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-506/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 yanvar 2023-cü il tarixdən 26 yanvar 2023-cü il tarixədək və 16 iyun 2023-cü il tarixdən 18 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 04 (dörd) gün ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli “həbs” qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi gündən, yəni 12 iyul 2023-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-1023/2024 saylı qərarına əsasən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-506/2024 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırkı cinayət işi üzrə ibtidai istintaqı orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, ittiham olunduğu əməli xx.xx.2023-cü il tarixdə, yəni barəsində olan birinci iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Qərarın 17-ci bəndində göstərilmişdir ki, CM-in 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. İş materiallarından görünür ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə isə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 506/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci iş üzrə ibtidai istintaq zamanı 24 yanvar 2023-cü il tarixdən 26 yanvar 2023-cü il tarixədək və 16 iyun 2023-cü il tarixdən 18 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 04 (dörd) gün müddət, eləcə də hazırkı iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin edilmiş cəzadan çıxılmalı, onun üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və davamlı olaraq həbsə olduğuna görə cəzaçəkmə müddətinin başlanğıcı barəsində olan birinci iş üzrə “həbs” qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi gündən, yəni 12 iyul 2023-cü il tarixdən hesablanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 52-ci bəndində göstərilmişdir ki, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi yeri (həbsxana və ya müəyyən növ cəzaçəkmə müəssisəsi) yalnız qəti cəza təyin edildikdən sonra göstərilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanc anbarına məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 15,625 qram heroin və 14,513 qram metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 ədəd disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən təqdim olunmuş 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1760 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-506/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci iş üzrə ibtidai istintaq zamanı 24 yanvar 2023-cü il tarixdən 26 yanvar 2023-cü il tarixədək və 16 iyun 2023-cü il tarixdən 18 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) gün, eləcə də hazırkı iş üzrə 05 iyul 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, ümumilikdə 06 (altı) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və onun üzərində 06 (altı) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı barəsində olan birinci iş üzrə “həbs” qətimkan tədbirinin seçilməsi haqqında məhkəmə qərarının icra edildiyi gündən, yəni 12 iyul 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanc anbarına məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 15,625 qram heroin və 14,513 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 ədəd disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən təqdim olunmuş 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar