Məhkəmə qərarları › İş №1(100)-337/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-337/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-337/2021 02.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X8 və X2 məhkəmə iclasının katibliyi, təçüməçi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Türkiyə Respublikasının Gəncə şəhərindəki baş Konsulluğu nümayəndəsi X7, müdafiəçilər- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X4, X9 Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 15.03.1970-ci il tarixdə Türkiyə Respublikasının Düzce şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, sürücü işləyən, Türkiyə Respublikası, Düzce şəhəri, Gümüşova rayonu, Elmacıq kəndi ev 256/1 ünvanda qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 9 a, mənzil 55-də qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs1, 10.03.1971-ci il tarixdə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, sürücü işləyən, Türkiyə Respublikası, Düzce şəhəri, Düzce merkez, Metektoki apartmanı, F3b, ev 3 ünvanda qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 9 a, mənzil 55-də qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 200-1.2.2 və 200-1.2.3, 206.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 2021-ci ilin iyun ayında Gürcüstanda Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti müəyyən edilməmiş digər şəxslərlə bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən, normativtexniki sənədlərin tələblərinə cavab verməyən və mənşəyi məlum olmayan külli miqdarda dərman vasitələrinin əldə edilərək tamah niyyəti və satış məqsədi ilə saxlanılması, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi və cinayətkar qrupun şəxsiyyəti müəyyən edilməmiş üzvlərinə çatdırılması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, Gürcüstanda cinayətkar qrupun şəxsiyyəti müəyyən edilməmiş üzvündən 4 ədəd karton qutuda bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən və mənşəyi məlum olmayan külli miqdarda, 56892,56 manat dəyərində ayrı-ayrılıqda hər biri 21 həbdən ibarət 1 konvalyutun qiyməti 4,35 manat olmaqla 648,15 manat dəyərində 149 konvalyut “Diane 2mg / 35mcg”, hər biri 10 həbdən ibarət 1 konvalyutun qiyməti 10 manat olmaqla 10100 manat dəyərində 1010 konvalyut “Aknetrent 20mg”, hər biri 25 həbdən ibarət 1 konvalyutun qiyməti 11 manat olmaqla 2332 manat dəyərində 212 konvalyut “İmmuran azothloprine 50mg”, hər biri 25 həbdən ibarət 1 konvalyutun qiyməti 11 manat olmaqla 5698 manat dəyərində 518 konvalyut “İmmuran azothloprine 50mg”, hər biri 7 həbdən ibarət 1 konvalyutun qiyməti 3,30 manat olmaqla 422,40 manat dəyərində 128 konvalyut “Janumet 50 / 1000mg”, hər biri 10 həbdən ibarət 1 konvalyutun qiyməti 3,20 manat olmaqla 678,40 manat dəyərində 212 konvalyut “Rytmonorm 150mg”, hər biri 28 həbdən ibarət 1 konvalyutun qiyməti 4,40 manat olmaqla 162,80 manat dəyərində 37 konvalyut “Estrofem 2mg”, 1 ədədinin qiyməti 7,75 manat olmaqla 271,25 manat dəyərində 35 ədəd şüşə flakon “İl-33 10ml”, 1 ədədinin qiyməti 4,95 manat olmaqla 49,50 manat dəyərində 10 ədəd “Tantum Verde 30 ml oral sprey”, hər biri 15 həbdən ibarət 1 konvalyutun qiyməti 16,70 manat olmaqla 50,10 manat dəyərində 3 qutu “Stofine 500mg”, hər biri 5 şamdan ibarət 1 konvalyutun qiyməti 5,80 manat olmaqla 34,80 manat dəyərində 6 konvalyut “Salofalk 500mg Supozituvar”, hər biri 10 həbdən ibarət 1 konvalyutun qiyməti 11,20 manat olmaqla 56 manat dəyərində 5 konvalyut “Jardiance 10mg”, hər biri 10 həbdən ibarət 1 konvalyutun qiyməti 11,20 manat olmaqla 1355,20 manat dəyərində 121 konvalyut “Jardiance 25mg”, 1 ədədinin qiyməti 4,46 manat olmaqla 44,60 manat dəyərində 10 ədəd şüşə flakon “Nootropil 200 mg”, hər biri 28 həbdən ibarət 1 konvalyutun qiyməti 11,92 manat olmaqla 1346,96 manat dəyərində 113 ədəd “Yazz 3mg”, 1 ədədinin qiyməti 3 manat olmaqla 84 manat dəyərində 28 ədəd şüşə flakon “Magnezi Kalsine 100g”, 1 ədədinin qiyməti 4,63 manat olmaqla 92,60 manat dəyərində 20 ədəd şüşə flakon “Üropan 5mg / 5ml” , 1 ədədinin qiyməti 12,43 manat olmaqla 248,60 manat dəyərində 20 ədəd “Acnemix %5 + %3 jel”, hər biri 10 həbdən ibarət 1 konvalyutun qiyməti 15 manat olmaqla 16170 manat dəyərində 1078 konvalyut “Femara 2.5mg”, 1 ədədinin qiyməti 10 manat olmaqla 13100 manat dəyərində 1310 ampula “Proluton Depot 500mg / 2ml”, hərəsində 5 ədəd “Menopur Menotrophin” flakonu və 5 ədəd “Sodium chloride” ampula olmaqla hər biri 10 ədəddən ibarət 1 plastik qablaşdırmanın qiyməti 33,80 manat olmaqla 2501,20 manat dəyərində 74 ədəd plastik qablaşdırma, hər biri 10 həbdən ibarət 1 konvalyutun qiyməti 0,20 manat olmaqla 114 manat dəyərində 570 ampula “Jetokain 2ml”, hər biri 10 ədəd həbdən ibarət 1 konvalyutun qiyməti 2,22 manat olmaqla 1332 manat dəyərində 600 konvalyut “Cardura 4mg” markalı dərman vasitələrini Təqsirləndirilən şəxs2la birgə əldə edib malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə idarə etdikləri “Ford Cargo” markalı, 34CET916 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerində olan “diri cücə” yüklərinin arasında gizlədərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə saxlamış, 11 iyun 2021-ci il tarixdə saat 24 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərzisində yerləşən “Qırmızı Körpü” gömrük postunda ümumilikdə 23 adda xeyli miqdarda, 56892,56 manat dəyərində dərman vasitələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında gömrük sərhədindən gömrük nəzarətindən gizli, tamah niyyəti ilə qəsdən qaçaqmalçılıq yolu ilə keçirmişdir. Təqsirləndirilən şəxs2 2021-ci ilin iyun ayında Gürcüstanda Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti müəyyən edilməmiş digər şəxslərlə bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən, normativtexniki sənədlərin tələblərinə cavab verməyən və mənşəyi məlum olmayan külli miqdarda dərman vasitələrinin əldə edilərək tamah niyyəti və satış məqsədi ilə saxlanılması, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi və cinayətkar qrupun şəxsiyyəti müəyyən edilməmiş üzvlərinə çatdırılması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, Gürcüstanda cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən 4 ədəd karton qutuda bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən və mənşəyi məlum olmayan külli miqdarda, 56892,56 manat dəyərində ayrı-ayrılıqda hər biri 21 həbdən ibarət 1 konvalyutun qiyməti 4,35 manat olmaqla 648,15 manat dəyərində 149 konvalyut “Diane 2mg / 35mcg”, hər biri 10 həbdən ibarət 1 konvalyutun qiyməti 10 manat olmaqla 10100 manat dəyərində 1010 konvalyut “Aknetrent 20mg”, hər biri 25 həbdən ibarət 1 konvalyutun qiyməti 11 manat olmaqla 2332 manat dəyərində 212 konvalyut “İmmuran azothloprine 50mg”, hər biri 25 həbdən ibarət 1 konvalyutun qiyməti 11 manat olmaqla 5698 manat dəyərində 518 konvalyut “İmmuran azothloprine 50mg”, hər biri 7 həbdən ibarət 1 konvalyutun qiyməti 3,30 manat olmaqla 422,40 manat dəyərində 128 konvalyut “Janumet 50 / 1000mg”, hər biri 10 həbdən ibarət 1 konvalyutun qiyməti 3,20 manat olmaqla 678,40 manat dəyərində 212 konvalyut “Rytmonorm 150mg”, hər biri 28 həbdən ibarət 1 konvalyutun qiyməti 4,40 manat olmaqla 162,80 manat dəyərində 37 konvalyut “Estrofem 2mg”, 1 ədədinin qiyməti 7,75 manat olmaqla 271,25 manat dəyərində 35 ədəd şüşə flakon “İl-33 10ml”, 1 ədədinin qiyməti 4,95 manat olmaqla 49,50 manat dəyərində 10 ədəd “Tantum Verde 30 ml oral sprey”, hər biri 15 həbdən ibarət 1 konvalyutun qiyməti 16,70 manat olmaqla 50,10 manat dəyərində 3 qutu “Stofine 500mg”, hər biri 5 şamdan ibarət 1 konvalyutun qiyməti 5,80 manat olmaqla 34,80 manat dəyərində 6 konvalyut “Salofalk 500mg Supozituvar”, hər biri 10 həbdən ibarət 1 konvalyutun qiyməti 11,20 manat olmaqla 56 manat dəyərində 5 konvalyut “Jardiance 10mg”, hər biri 10 həbdən ibarət 1 konvalyutun qiyməti 11,20 manat olmaqla 1355,20 manat dəyərində 121 konvalyut “Jardiance 25mg”, 1 ədədinin qiyməti 4,46 manat olmaqla 44,60 manat dəyərində 10 ədəd şüşə flakon “Nootropil 200 mg”, hər biri 28 həbdən ibarət 1 konvalyutun qiyməti 11,92 manat olmaqla 1346,96 manat dəyərində 113 ədəd “Yazz 3mg”, 1 ədədinin qiyməti 3 manat olmaqla 84 manat dəyərində 28 ədəd şüşə flakon “Magnezi Kalsine 100g”, 1 ədədinin qiyməti 4,63 manat olmaqla 92,60 manat dəyərində 20 ədəd şüşə flakon “Üropan 5mg / 5ml” , 1 ədədinin qiyməti 12,43 manat olmaqla 248,60 manat dəyərində 20 ədəd “Acnemix %5 + %3 jel”, hər biri 10 həbdən ibarət 1 konvalyutun qiyməti 15 manat olmaqla 16170 manat dəyərində 1078 konvalyut “Femara 2.5mg”, 1 ədədinin qiyməti 10 manat olmaqla 13100 manat dəyərində 1310 ampula “Proluton Depot 500mg / 2ml”, hərəsində 5 ədəd “Menopur Menotrophin” flakonu və 5 ədəd “Sodium chloride” ampula olmaqla hər biri 10 ədəddən ibarət 1 plastik qablaşdırmanın qiyməti 33,80 manat olmaqla 2501,20 manat dəyərində 74 ədəd plastik qablaşdırma, hər biri 10 həbdən ibarət 1 konvalyutun qiyməti 0,20 manat olmaqla 114 manat dəyərində 570 ampula “Jetokain 2ml”, hər biri 10 ədəd həbdən ibarət 1 konvalyutun qiyməti 2,22 manat olmaqla 1332 manat dəyərində 600 konvalyut “Cardura 4mg” markalı dərman vasitələrini Təqsirləndirilən şəxs1lə birgə əldə edib malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə idarə etdikləri “Ford Cargo” markalı, 34CET916 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerində olan “diri cücə” yüklərinin arasında gizlədərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə saxlamış, 11 iyun 2021-ci il tarixdə saat 24 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərzisində yerləşən “Qırmızı Körpü” gömrük postunda ümumilikdə 23 adda xeyli miqdarda, 56892,56 manat dəyərində dərman vasitələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında gömrük sərhədindən gömrük nəzarətindən gizli, tamah niyyəti ilə qəsdən qaçaqmalçılıq yolu ilə keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə elan edilmiş ittihamlarda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Türkiyənin Düzce şəhərində anadan olmuşdur və hazırda da Düzce şəhərində yaşayır. Evlidir, 3 uşağı var. Təxminən 20 ilə yaxın bir müddətdir ki, sürücülük fəaliyyəti ilə məşğul olur. Hal-hazırda beynəlxalq yük daşımalarla məşğul olan və Türkiyənin İstanbul şəhərində yerləşən “Orallar” firmasında işləyir. Əsasən Türkiyə Respublikasından Azərbaycan Respublikasına göndərilən cücə yüklərinin daşınmasını həyata keçirir. Bundan əvvəl dəfələrlə Azərbaycan Respublikasına yük gətirmişdir. Sonuncu dəfə gələndə 10.06.2021ci il tarixdə Bolu şəhərində yerləşən fabrikdən Azərbaycan Respublikasının Göyçay rayonuna göndəriləcək “diri cücə” yükünü idarə etdiyi “Ford Cargo” markalı, 34CET916 nömrə nişanlı nəqliyyat vasitəsilə gəlirmişdik. Daşıdığı yük canlı olduğuna görə onunla birlikdə firmanın digər sürücüsü Təqsirləndirilən şəxs2 da gəlirmişdir. Onlar nəqliyyat vasitəsini növbə ilə idarə edərək gətirmişlər. Türkiyənin “Sarp” gömrük qapısını həmin gün keçib Gürcüstana daxil olmuş, Gürcüstanda prosedur qaydalara görə əvvəlcə həkim nəzarətindən keçmək üçün gömrük postunun yaxınlığında yerləşən yerə getmişlər. Orada o və Təqsirləndirilən şəxs2 həkim nəzarətindən keçib nəqliyyat vasitəsinin yanına gəlmişlər. Bu zaman əvvəllər görmədiyi bir nəfər onlara yaxınlaşmış və hara getdiklərini xəbər almışdır. Onlar Azərbaycan Respublikasına getdiklərini bildirmişlər. Həmin şəxs onda olan 4 (dörd) ədəd karton qutuda olan dərman vasitələrini Azərbaycan Respublikasına aparmaqlarını təklif etmiş və bunun müqabilində onlara 200 (iki yüz) ABŞ dolları verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2la məsləhətləşmiş və ikisi də qərara gəlmişlər ki, həmin qutuları götürüb idarə etdikləri nəqliyyat vasitəsində aparsınlar. Həmin şəxs onların avtomobilinin nömrəsini yazıb götürmüş və razılaşmalarına görə onlar yükü Göyçaya təhvil verdikdən sonra Bakı şəhərinə getməli imişlər. Orada Lökbatanda yük maşınlarının dayandığı parka daxil olduqdan sonra, orada gəlib dərmanları təhvil götürməli imişlər. Dərmanları verən şəxs onlara öz mobil telefon nömrəsini verməmiş və onların mobil telefon nömrələrini götürməmişdir. Bundan sonra həmin şəxs onlara vəd etdiyi 200 (iki yüz) ABŞ dollarını və qutuları vermiş və oradan getmişdir. Daha sonra onlar nəqliyyat vasitəsinin yük yerində olan qutuları kənara çəkmiş və təxminən yük yerinin orta hissəsinə yaxın bir yerdə həmin qutuları qoymuşlar. Bundan sonra kənara çəkdikləri cücələr olan qutuları öz yerinə çəkmişlər və yola davam etmişdirlər. 11.06.2021-ci il tarixdə Gürcüstanın gömrük sərhədini tərk edib Azərbaycan Respublikasının sərhəd qapısına yaxınlaşmışlar. “Qırmızı Körpü” gömrük postuna daxil olub nəqliyyat vasitəsini xətdə saxlamışdır. Gömrük əməkdaşı onlara yaxınlaşaraq nəqliyyat vasitəsində olan yükləri gömrük nəzarətinə təqdim etmələrini bildirmiş, onlar gömrük əməkdaşına nəqliyyat vasitəsində diri cücə yükünün daşındığını demiş, lakin dərman vasitələri barədə məlumat verməmişlər. Bundan sonra gömrük əməkdaşı bir neçə şəxslə birlikdə yük yerinə baxış keçirmiş və orada diri cücələr olan qutuların arxasında gizlətdikləri karton qutuları görmüş, həmin qutular aşkar olunduğu yerdən çıxarılmış və baxış keçirildiyi zaman hər biri 21 həbdən ibarət 149 konvalyut “Diane 2mg / 35mcg”, hər biri 10 həbdən ibarət 1010 konvalyut “Aknetrent 20mg”, hər biri 25 həbdən ibarət 212 konvalyut “İmmuran azothloprine 50mg”, hər biri 25 həbdən ibarət 518 konvalyut “İmmuran azothloprine 50mg”, hər biri 7 həbdən ibarət 128 konvalyut “Janumet 50 / 1000mg”, hər biri 10 həbdən ibarət 212 konvalyut “Rytmonorm 150mg”, hər biri 28 həbdən ibarət 37 konvalyut “Estrofem 2mg”, 35 ədəd “İl-33 10ml”, 10 ədəd “Tantum Verde 30 ml oral sprey”, hər biri 3 konvalyutdan ibarət 3 qutu “Stofine 500mg”, hər biri 5 həbdən ibarət 6 konvalyut “Salofalk 500mg Supozituvar”, hər biri 10 həbdən ibarət 5 konvalyut “Jardiance 10mg”, hər biri 10 həbdən ibarət 121 konvalyut “Jardiance 25mg”, 10 ədəd “Nootropil 200 mg”, hər biri 28 həbdən ibarət 113 ədəd “Yazz 3mg”, 28 ədəd “Magnezi Kalsine 100g”, 20 ədəd “Üropan 5mg / 5ml” və 20 ədəd “Acnemix %5 + %3 jel”, hər biri 10 həbdən ibarət 1078 konvalyut “Femara 2.5mg”, 1310 ampula “Proluton Depot 500mg / 2ml”, hərəsində 5 ədəd “Menopur Menotrophin” flakonu və 5 ədəd “Sodium chloride” ampula olmaqla hər biri 10 ədəddən ibarət 74 ədəd plastik qablaşdırma, 570 ampula “Jetokain 2ml” və hər biri 10 həbdən ibarət 600 konvalyut “Cardura 4mg” markalı olmaqla 23 adda müxtəlif dərman vasitələri olduğu məlum olmuşdur. Daha sonra aşkar olunan dərmanlar sayılaraq götürülmüş və yekunda bu barədə protokol tərtib olunmuşdur. Bütün sənədləşmə işləri yekunlaşdıqdan sonra isə gətirdikləri “diri cücə” yüklərini aparıb təhvil vermələri üçün onları gömrükdən buraxmışlar. Onunla birgə Azərbaycan Respublikasına gələn köməkçi sürücü Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsinin yük yerində gizlədilmiş dərman vasitələrindən əvvəlcədən məlumatı olmuşdur və qutularda olan dərman preparatlarını nəqliyyat vasitəsinin yük yerinə Təqsirləndirilən şəxs2la birgə yerləşdirmişlər. Qeyd olunan dərman vasitələrini ölkə ərazisinə gətirməkdə maddi maraqları olmuşdur. Lakin, həmin dərman vasitələrinin dövlət qeydiyyatından keçmədiyindən məlumatları olmamışdır. Bu barədə onlara dərmanları təhvil verən şəxs də hər hansı məlumat verməmişdir. Əgər onlarla əlaqə yaradılmasaymış həmin dərman qutularını yolda bir zibil qutusuna atacaqmışlar. Onlar Azərbaycan tərəfdə gömrükdən miqdarı çox olduğundan dərmanları buraxmayacaqlarını düşündüklərindən, həmin dərmanları gizlətmişlər. Aşkar olunmuş deərmanların dövlət nəfinə müsadirə olunmasına etiraz etmir. Məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə elan edilmiş elan edilmiş ittihamlarda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Türkiyə Respublikası Düzce şəhərində yaşayır. Evlidir, 2 uşağı var. Təxminən 6 ilə yaxın bir müddətdir ki, sürücülük fəaliyyəti ilə məşğul olur. Hal-hazırda beynəlxalq yük daşımalarla məşğul olan və Türkiyənin İstanbul şəhərində yerləşən “Orallar” firmasında işləyir. Əsasən Türkiyə Respublikasından Azərbaycan Respublikasına göndərilən diri cücə yüklərin daşınmasını həyata keçirir. Bundan əvvəl dəfələrlə Azərbaycan Respublikasına yük gətirmişdir. Sonuncu dəfə gələndə 10.06.2021-ci il tarixdə Bolu şəhərində yerləşən fabrikdən Azərbaycan Respublikasının Göyçay rayonuna göndəriləcək “cücə” yükünü “Ford Cargo” markalı, 34CET916 nömrə nişanlı nəqliyyat vasitəsilə gəlirmişdir. Gətirdikləri yük canlı olduğuna görə firmanın digər sürücüsü Təqsirləndirilən şəxs1lə birlikdə nəqliyyat vasitəsini növbə ilə idarə edərək gətirirmişlər. Türkiyənin “Sarp” gömrük qapısını həmin gün keçib Gürcüstana daxil olmuşlar. Gürcüstanda prosedur qaydalara görə əvvəlcə həkim nəzarətindən keçmək üçün gömrük postunun yaxınlığında yerləşən yerə getmişdirlər. Orada o və Təqsirləndirilən şəxs1 həkim nəzarətindən keçib nəqliyyat vasitəsinin yanına gəlmişlər. Bu zaman əvvəllər görmədiyi bir nəfər şəxs onlara yaxınlaşmış və onlara hara getdiklərini xəbər almışdır. Onlar Azərbaycan Respublikasına getdiklərini bildirmişlər. Həmin şəxs onda olan 4 (dörd) ədəd karton qutuda olan dərman vasitələrini Azərbaycan Respublikasına aparmaqlarını təklif etmiş və bunun müqabilində onlara 200 (iki yüz) ABŞ dolları verəcəyini bildirmişdir. Cemillə məsləhətləşmiş və ikisi də qərara gəlmişlər ki, həmin qutuları götürüb idarə etdikləri nəqliyyat vasitəsində aparsınlar. Həmin şəxs onların avtomobilinin nömrəsini yazıb götürmüş və razılaşmalarına görə onlar yükü Göyçaya təhvil verdikdən sonra Bakı şəhərinə getməli imişlər. Orada Lökbatanda yük maşınlarının dayandığı parka daxil olduqdan sonra, orada gəlib dərmanları təhvil götürməli imişlər. Dərmanları verən şəxs onlara öz mobil telefon nömrəsini verməmiş və onların mobil telefon nömrələrini götürməmişdir. Bundan sonra həmin şəxs onlara vəd etdiyi 200 (iki yüz) ABŞ dollarını, qutuları vermiş və getmişdir. Onlar daha sonra nəqliyyat vasitəsinin yük yerində olan qutuları kənara çəkmiş və təxminən yük yerinin orta hissəsinə yaxın bir yerdə həmin qutuları qoymuşlar. Bundan sonra kənara çəkdikləri cücələr olan qutuları öz yerinə çəkmiş və o yola davam etmişlər. 11.06.2021-ci il tarixində Gürcüstanın gömrük sərhədini tərk edib Azərbaycan Respublikasının sərhəd qapısına yaxınlaşmışlar. “Qırmızı Körpü” gömrük postuna daxil olanda nəqliyyat vasitəsini Cəmil idarə edirmiş və nəqliyyat vasitəsini idxal xəttində saxlamışdır. Gömrük əməkdaşı onlara yaxınlaşaraq nəqliyyat vasitəsində olan yükləri gömrük nəzarətinə təqdim etməklərini bildirmişdir. Onlar da gömrük əməkdaşına nəqliyyat vasitəsində cücə yükünün daşındığını demiş, lakin dərman vasitələri barədə məlumat verməmişdilər. Bundan sonra gömrük əməkdaşı bir neçə şəxslə birlikdə yük yerinə baxış keçirmiş və orada cücələr olan qutuların arxasında gizlətdikləri karton qutuları görmüşdür. Həmin qutular aşkar olunduğu yerdən çıxarılmış və baxış keçirildiyi zaman hər biri 21 həbdən ibarət 149 konvalyut “Diane 2mg / 35mcg”, hər biri 10 həbdən ibarət 1010 konvalyut “Aknetrent 20mg”, hər biri 25 həbdən ibarət 212 konvalyut “İmmuran azothloprine 50mg”, hər biri 25 həbdən ibarət 518 konvalyut “İmmuran azothloprine 50mg”, hər biri 7 həbdən ibarət 128 konvalyut “Janumet 50 / 1000mg”, hər biri 10 həbdən ibarət 212 konvalyut “Rytmonorm 150mg”, hər biri 28 həbdən ibarət 37 konvalyut “Estrofem 2mg”, 35 ədəd “İl-33 10ml”, 10 ədəd “Tantum Verde 30 ml oral sprey”, hər biri 3 konvalyutdan ibarət 3 qutu “Stofine 500mg”, hər biri 5 həbdən ibarət 6 konvalyut “Salofalk 500mg Supozituvar”, hər biri 10 həbdən ibarət 5 konvalyut “Jardiance 10mg”, hər biri 10 həbdən ibarət 121 konvalyut “Jardiance 25mg”, 10 ədəd “Nootropil 200 mg”, hər biri 28 həbdən ibarət 113 ədəd “Yazz 3mg”, 28 ədəd “Magnezi Kalsine 100g”, 20 ədəd “Üropan 5mg / 5ml” və 20 ədəd “Acnemix %5 + %3 jel”, hər biri 10 həbdən ibarət 1078 konvalyut “Femara 2.5mg”, 1310 ampula “Proluton Depot 500mg / 2ml”, hərəsində 5 ədəd “Menopur Menotrophin” flakonu və 5 ədəd “Sodium chloride” ampula olmaqla hər biri 10 ədəddən ibarət 74 ədəd plastik qablaşdırma, 570 ampula “Jetokain 2ml” və hər biri 10 həbdən ibarət 600 konvalyut “Cardura 4mg” markalı olmaqla 23 adda müxtəlif dərman vasitələri olduğu məlum olmuşdur. Daha sonra aşkar olunan dərmanlar sayılaraq götürülmüş və yekunda bu barədə protokol tərtib olunmuşdur. Bütün sənədləşmə işləri yekunlaşdıqdan sonra isə gətirdikləri “diri cücə” yüklərini aparıb təhvil vermələri üçün onları gömrükdən buraxmışdılar. Onunla birgə Azərbaycan Respublikasına gələn köməkçi sürücü Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsinin yük yerində gizlədilmiş dərman vasitələrindən əvvəlcədən məlumatı olmuşdur və qutularda olan dərman preparatlarını nəqliyyat vasitəsinin yük yerinə Təqsirləndirilən şəxs1lə birgə yerləşdirmişdirlər. Qeyd olunan dərman vasitələrini ölkə ərazisinə gətirməkdə maddi maraqları olmuşdur. Lakin, həmin dərman vasitələrinin dövlət qeydiyyatından keçmədiyindən məlumatları olmamışdır. Bu barədə onlara dərmanları təhvil verən şəxs də hər hansı məlumat verməmişdir. Əgər onlarla əlaqə yaradılmasaymış həmin dərman qutularını yolda bir zibil qutusuna atacaqmışlar. Onlar düşünmüşdürlər ki, Azərbaycan tərəfdə gömrükdən miqdarı çox olduğundan dərmanları buraxmayacaqlar, buna görə də, həmin dərmanları gizlətmişlər. Aşkar olunmuş dermanların dövlət nəfinə müsadirə olunmasına etiraz etmir. Məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11.06.2021-ci il tarixində “Qırmızı Körpü” gömrük postunda xidmətdə olduğu zaman gecə saat 00 radələrində Gürcüstandan tranzit keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına idarə etdikləri “Ford Cargo” markalı, 34CET916 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə gələn və şəxsiyyətləri ona sonradan məlum olan Türkiyə Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və həmin nəqliyyat vasitəsində köməkçi sürücü qismində gələn Təqsirləndirilən şəxs2 gömrük postuna daxil olmuşlar. O, sənədlərlə tanış olmuş və gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparmışdır. Həmin şəxslər, mal müşayiət sənədlərinə əsasən Türkiyədən Azərbaycana diri cücə yükü gətirdiklərini bildirmişlər. Daha sonra həmin şəxslərin idarə etdikləri nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual vermiş, sonuncular da gətirdikləri “diri cücə” yükündən başqa gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmetin olmadığını bildirmişlər. Daha sonra nəqliyyat vasitəsinə ilkin olaraq fiziki baxış keçirmiş, yük yerində “diri cücə” yükündən başqa digər qutuların olduğunu müşahidə etmişdir. Bundan sonra hal şahidləri dəvət edərək nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirmişdir. Saat 00-dan sonra yəni, 12 iyun 2021-ci il tarixdə hal şahidlərinin, nəqliyyat vasitəsi sürücülərinin iştirakı ilə gömrük yoxlaması zamanı Təqsirləndirilən şəxs1 və Çiçək Turgutun idarə etdikləri “Ford Cargo” markalı, 34CET916 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerindən diri cücə yüklərinin arasından gömrük nəzarətindən gizlədilmiş 4 (dörd) ədəd karton qutuda üzərində “Diane 2mg / 35mcg” yazılmış hər birində 21 həb olan 149 konvalyut, üzərində “Femara 2.5mg” yazılmış hər birində 10 həb olan 1078 konvalyut, üzərində “Proluton Depot 500mg / 2ml” yazılmış 1310 ampula, üzərində “Aknetrent 20mg” yazılmış hər birində 10 həb olan 1010 konvalyut, üzərində qırmzı rənglə “İmmuran azothloprine 50mg” yazılmış hər birində 25 həb olan 212 konvalyut, üzərində mavi rənglə “İmmuran azothloprine 50mg” yazılmış hər birində 25 həb olan 518 konvalyut, üzərində “Janumet 50 / 1000mg” yazılmış hər birində 7 həb olan 128 konvalyut, üzərində “Rytmonorm 150mg” yazılmış hər birində 10 həb olan 212 konvalyut, üzərində “Estrofem 2mg” yazılmış hər birində 28 həb olan 37 konvalyut, üzərində “İl-33 10ml” yazılmış şüşə qablaşdırmada maye halında 35 ədəd, hər birinin içərisində 5 ədəd üzərində “Menopur Menotrophin” yazılmış flakon və 5 ədəd üzərində “Sodium chloride” yazılmış ampula olan 74 ədəd plastik qablaşdırma, üzərində “Tantum Verde 30 ml oral sprey” yazılmış maye halında plastik qablaşdırmada 10 ədəd, üzərində “Stofine 500mg” yazılmış hər birində 3 konvalyut olmaqla 3 qutu, üzərində “Salofalk 500mg Supozituvar” yazılmış hər birində 5 həb olmaqla 6 konvalyut, üzərində “Jardionce 10mg” yazılmış hər birində 10 olmaqla 5 konvalyut, üzərində “Jetokain 2ml” yazılmış 570 ampula, üzərində “Jordiance 25mg” yazılmış hər birində 10 həb olmaqla 121 konvalyut, üzərində “Cardura 4mg” yazılmış hər birində 10 həb olmaqla 600 konvalyut, üzərində “Nootropil 200 mg” şüşə qablaşdırmada 10 ədəd, hər birində 28 həb olan 113 ədəd üzərində “Yazz 3mg” yazılmış, üzərində “ Magnezi Kalsine 100g” yazısı olan 28 ədəd, üzərində “Üropan 5mg / 5ml” yazısı olan 20 ədəd şüşə qablaşdırmada və üzərində “Acnemix %5 + %3 jel” yazılmış 20 ədəd olmaqla ümumilikdə 23 adda dərmana bənzər predmetlər aşkar olunmuşdur. Daha sonra qeyd olunan predmetlər qablaşdırılaraq götürülmüşdür. Bundan sonra aşkar olunmuş faktla əlaqədar protokol tərtib olunmuş, tərcüməçi tərəfindən məzmunu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izah olunmuş və onlar və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” Gömrük Postunda idxal gömrük nəzarəti xəttində yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləmişdir. Bu məqsədlə 11.06.2021-ci il tarixində “Qırmızı Körpü” gömrük postuna getmiş, təxminən saat 00:00 radələrində gömrük postundan gömrük əməkdaşı kimi tanıdığı Zaur adlı gömrük əməkdaşı ona yaxınlaşaraq idxal xəttində yük nəqliyyat vasitəsinə gömrük baxışını keçirmək istədiyini və onun həmin baxışda hal şahidi qismində iştirak etməyinə ehtiyac olduğunu bildirmişdir. Həmin vaxt işi olmadığına göra bu təklifi qəbul etmiş və onlar “Qırmızı Körpü” gömrük postunun idxal xəttinə getmişdilər. İdxal xəttində “Ford Cargo” markalı, 34CET916 nömrə nişanlı yük nəqliyyat vasitəsini ona təqdim edərək həmin nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış malların saxlanıldığının yoxlanılması məqsədilə baxış keçirilməsinə zərurət yarandığını qeyd etmişdir. Nəqliyyat vasitəsinin yanında sonradan sürücüsü olduğunu öyrəndiyi Təqsirləndirilən şəxs1 və Çiçək Turgut adlı şəxslər və hal şahidi qismində Tapdıq adlı şəxs olmuşdur. Gömrük əməkdaşı ona digər hal şahidi qismində iştirak edən Tapdıq adlı şəxsi təqdim edərək onların hal şahidi qismində iştirak edəcəklərini izah etmiş və keçirələcək gömrük baxışında diqqətli olmağı və ehtiyac olduğu təqdirdə bu barədə izahat verəcəklərini bildirmişdir. Eyni zamanda onlara qanunvericiliyə uyğun olaraq hüquq və vəzifələri izah edilmiş və “Ford Cargo” markalı, 34CET916 nömrə nişanlı yük nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 idarə etdikləri “Ford Cargo” markalı, 34CET916 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerindən diri cücə yüklərinin arasında gizlədilmiş 4 ədəd karton qutuda müxtəlif dərmana bənzər predmetler aşkar edilmişdir. Qeyd olunan predmetlər çıxarılaraq sayılmış və üzərində “Diane 2mg / 35mcg” yazılmış hər birində 21 həb olan 149 konvalyut, üzərində “Femara 2.5mg” yazılmış hər birində 10 həb olan 1078 konvalyut, üzərində “Proluton Depot 500mg / 2ml” yazılmış 1310 ampula, üzərində “Aknetrent 20mg” yazılmış hər birində 10 həb olan 1010 konvalyut, üzərində qırmzı rənglə “İmmuran azothloprine 50mg” yazılmış hər birində 25 həb olan 212 konvalyut, üzərində mavi rənglə “İmmuran azothloprine 50mg” yazılmış hər birində 25 həb olan 518 konvalyut, üzərində “Janumet 50 / 1000mg” yazılmış hər birində 7 həb olan 128 konvalyut, üzərində “Rytmonorm 150mg” yazılmış hər birində 10 həb olan 212 konvalyut, üzərində “Estrofem 2mg” yazılmış hər birində 28 həb olan 37 konvalyut, üzərində “İl-33 10ml” yazılmış şüşə qablaşdırmada maye halında 35 ədəd, hər birinin içərisində 5 ədəd üzərində “Menopur Menotrophin” yazılmış flakon və 5 ədəd üzərində “Sodium chloride” yazılmış ampula olan 74 ədəd plastik qablaşdırma, üzərində “Tantum Verde 30 ml oral sprey” yazılmış maye halında plastik qablaşdırmada 10 ədəd, üzərində “Stofine 500mg” yazılmış hər birində 3 konvalyut olmaqla 3 qutu, üzərində “Salofalk 500mg Supozituvar” yazılmış hər birində 5 həb olmaqla 6 konvalyut, üzərində “Jardionce 10mg” yazılmış hər birində 10 olmaqla 5 konvalyut, üzərində “Jetokain 2ml” yazılmış 570 ampula, üzərində “Jordiance 25mg” yazılmış hər birində 10 həb olmaqla 121 konvalyut, üzərində “Cardura 4mg” yazılmış hər birində 10 həb olmaqla 600 konvalyut, üzərində “Nootropil 200 mg” şüşə qablaşdırmada 10 ədəd, hər birində 28 həb olan 113 ədəd üzərində “Yazz 3mg” yazılmış, üzərində “ Magnezi Kalsine 100g” yazısı olan 28 ədəd, üzərində “Üropan 5mg / 5ml” yazısı olan 20 ədəd şüşə qablaşdırmada və üzərində “Acnemix %5 + %3 jel” yazılmış 20 ədəd dərmana bənzər predmetlər olduğu müəyyən edilmişdir. Bundan sonra həmin dərmanlar gömrükçü tərəfindən qablaşdırılaraq götürülmüş, bununla bağlı protokol tərtib edilmiş, o da məzmununu oxuyaraq imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 12 iyun 2021-ci il tarixli malların yoxlanılması haqqında protokoldan görünür ki, nəqliyyat vasitəsinin yoxlanması zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 idarə etdikləri “Ford Cargo” markalı, 34CET916 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerindən CMR və invoysunda göstərilmiş diri cücə yüklərinin arasından gömrük nəzarətindən gizlədilmiş üzərində “Diane 2mg / 35mcg” yazılmış hər birində 21 həb olan 149 konvalyut, üzərində “Femara 2.5mg” yazılmış hər birində 10 həb olan 1078 konvalyut, üzərində “Proluton Depot 500mg / 2ml” yazılmış 1310 ampula, üzərində “Aknetrent 20mg” yazılmış hər birində 10 həb olan 1010 konvalyut, üzərində qırmzı rənglə “İmmuran azothloprine 50mg” yazılmış hər birində 25 həb olan 212 konvalyut, üzərində mavi rənglə “İmmuran azothloprine 50mg” yazılmış hər birində 25 həb olan 518 konvalyut, üzərində “Janumet 50 / 1000mg” yazılmış hər birində 7 həb olan 128 konvalyut, üzərində “Rytmonorm 150mg” yazılmış hər birində 10 həb olan 212 konvalyut, üzərində “Estrofem 2mg” yazılmış hər birində 28 həb olan 37 konvalyut, üzərində “İl-33 10ml” yazılmış şüşə qablaşdırmada maye halında 35 ədəd, hər birinin içərisində 5 ədəd üzərində “Menopur Menotrophin” yazılmış flakon və 5 ədəd üzərində “Sodium chloride” yazılmış ampula olan 74 ədəd plastik qablaşdırma, üzərində “Tantum Verde 30 ml oral sprey” yazılmış maye halında plastik qablaşdırmada 10 ədəd, üzərində “Stofine 500mg” yazılmış hər birində 3 konvalyut olmaqla 3 qutu, üzərində “Salofalk 500mg Supozituvar” yazılmış hər birində 5 həb olmaqla 6 konvalyut, üzərində “Jardionce 10mg” yazılmış hər birində 10 olmaqla 5 konvalyut, üzərində “Jetokain 2ml” yazılmış 570 ampula, üzərində “Jordiance 25mg” yazılmış hər birində 10 həb olmaqla 121 konvalyut, üzərində “Cardura 4mg” yazılmış hər birində 10 həb olmaqla 600 konvalyut, üzərində “Nootropil 200 mg” şüşə qablaşdırmada 10 ədəd, hər birində 28 həb olan 113 ədəd üzərində “Yazz 3mg” yazılmış, üzərində “ Magnezi Kalsine 100g” yazısı olan 28 ədəd, üzərində “Üropan 5mg / 5ml” yazısı olan 20 ədəd şüşə qablaşdırmada və üzərində “Acnemix %5 + %3 jel” yazılmış 20 ədəd dərmana bənzər predmetlər aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında 10.08.2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, Türkiyə Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəfələrlə idarə etdikləri “Ford Cargo” markalı, 34CET916 nömrə nişanlı nəqliyyat vasitəsi ilə Gürcüstandan keçməklə ölkə ərazisinə gəlmiş və geri qayıtmışdırlar. Belə ki, Təqsirləndirilən şəxs1 2021-ci ildən, Təqsirləndirilən şəxs2 isə 2019-cu ildən Azərbaycanın dövlət sərhədini keçməklə ölkə ərazisinə gəlib və geri qayıtmışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 idarə etdikləri “Ford Cargo” markalı, 34CET916 nömrə nişanlı nəqliyyat vasitəsi ilə 11.06.2021-ci il tarixdə saat 23:50-23:52-də Şıxlı istiqamətində gömrük sərhədindən keçməklə Gürcüstandan ölkə ərazisinə giriş etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 23 iyun 2021-ci il tarixli, 04/9918 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6”nin ekspert rəyindən görünür ki, təqdim olunan malların (məhsulların) hamısı dərman vasitələridirlər və dövlət qeydiyyatına alınması mütləqdir. “Acnemix %5 + %3 jel” dərman vasitəsidir, qeydiyyatı yoxdur. “ Magnezi Kalsine 100g” dərman vasitəsidir, qeydiyyatı yoxdur. “İl-33 10ml” dərman vasitəsidir, qeydiyyatı yoxdur. “Stafine 500mg” dərman vasitəsidir, qeydiyyatı yoxdur. “Aknetrent 20mg” dərman vasitəsidir, qeydiyyatı yoxdur. “Rytmonorm 150mg” dərman vasitəsidir, qeydiyyatı yoxdur. “İmmuran 50mg” dərman vasitəsidir, qeydiyyatı yoxdur. “İmmuran 50mg” dərman vasitəsidir, qeydiyyatı yoxdur. “Diane 2mg/35mcg” dərman vasitəsidir, qeydiyyatı yoxdur. “Salofalk 500mg” dərman vasitəsidir, qeydiyyatı yoxdur. “Janumet 50 / 1000mg” dərman vasitəsidir, qeydiyyatı yoxdur. “Tantum Verde 30 ml oral sprey” dərman vasitəsidir, qeydiyyatı yoxdur. “Nootropil 200 mg” dərman vasitəsidir, qeydiyyatı yoxdur. “Estrofem 2mg” dərman vasitəsidir, qeydiyyatı yoxdur. “Üropan 5mg/5ml” dərman vasitəsidir, qeydiyyatı yoxdur. “Yazz 3mg” dərman vasitəsidir, qeydiyyatı yoxdur. “Jardiance 10mg” dərman vasitəsidir, qeydiyyatı yoxdur. “Jardiance 25mg” dərman vasitəsidir, qeydiyyatı yoxdur. “Femara 2.5mg”, “Cardura 4mg” “Menopur Menotrophin+ Sodium chloride solution”, “Jetokain 2ml” və “Proluton Depot 500mg/2ml” dərman vasitələridir lakin ikincili qablaşma təqdim edilmədiyinə görə qeydiyyatda olub-olmamaları haqqında məlumat verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 28 iyul 2021-ci il tarixli, 9/4196 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 23 adda dərman preparatlarının ümumilikdə 11.06.2021-ci il tarixə orta bazar qiyməti təxminən 56892,56 manat müəyyən edilmişdir. Həmin dərman preparatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyə əlavə olunmuş cədvəldə göstərilmişdir İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 29 iyun 2021-ci il tarixli, 6/2484 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi N003818, 11000-0819/21” olan dərman preparatları üzərindəki tarix göstəricilərinə əsasən istifadəyə yararlıdırlar, onların tərkibləri rəyə əlavə olunmuş 1 №li cədvəldə göstərilmişdir. Tədqiqata təqdim edilmiş dərman preparatları 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 24 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 25 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvlərin barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış arayışdan görünür ki, Türkiyə Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmaları ilə əlaqədar məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxslərin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı vermiş oldu onların ifadələri özlərini təqsirli bilmələrinə dair ifadələri, şahidlərin ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-in 200–1.2.2, 200–1.2.3 və 206.3.2-ci maddələri ilə tövsif edilməli, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onlar tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində onlar, təqsirlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilmədiyindən, habelə CM-nin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyindən onlar, göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cəzalanmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onlar şəxsiyyətlərini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2 və 200-1.2.3-cü maddələrinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan iki müstəqil cinayəti törətməsi həmin Məcəlləsinin 17.1-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və onların ailələrini həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmjuş dərmanların dövlətə könüllü olaraq bağışlamalarını, səmimi etirafları və əməllərindən peşman olmaları, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələri həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasın onun cəzasını yüngülləşdirən halların kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəliliyini, ailə vəziyyətlərini və onların barələrində olan cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə ittiham olunduqları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkün olsa belə, onların ittiham olunduqları həmin Məcəllənin 200-1.2.2 və 200-1.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onların həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. CM-nin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, aşkar edilmiş dərmanları könüllü olaraq dövlətə bağışlamaların, səmimi etiraflərini və əməllərindən peşman olmalarını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, onların təqsirli bilindikləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələrinin həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə Cinayət Məcəlləsinin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə tərkibi məhkəmə baxışında müəyyən edilmiş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, həmçinin əməllərində cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin məqsədi və motivini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətlərin törədilməsində rolunu (sürücü olmasını), cinayətlərin törədilməsi zamanı və bundan sonra onun davranışını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər cəmiyyətdən təcrid olunmadan da islah oluna bilərlər. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Türkiyə Respublikasının vətəndaşı olduqlarından təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra o Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 52.1-1 maddəsinə əsasən məhkumluğu ödənilənədək və ya götürülənədək onların Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış dərman preparatları təqsirləndirilən şəxsin ərizəsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Odur ki, iş üzrə maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan hər biri 21 həbdən ibarət 149 konvalyut “Diane 2mg / 35mcg”, hər biri 10 həbdən ibarət 1010 konvalyut “Aknetrent 20mg”, hər biri 25 həbdən ibarət 212 konvalyut “İmmuran azothloprine 50mg”, hər biri 25 həbdən ibarət 518 konvalyut “İmmuran azothloprine 50mg”, hər biri 7 həbdən ibarət 128 konvalyut “Janumet 50 / 1000mg”, hər biri 10 həbdən ibarət 212 konvalyut “Rytmonorm 150mg”, hər biri 28 həbdən ibarət 37 konvalyut “Estrofem 2mg”, 35 ədəd “İl-33 10ml”, 10 ədəd “Tantum Verde 30 ml oral sprey”, hər biri 3 konvalyutdan ibarət 3 qutu “Stofine 500mg”, hər biri 5 həbdən ibarət 6 konvalyut “Salofalk 500mg Supozituvar”, hər biri 10 həbdən ibarət 5 konvalyut “Jardiance 10mg”, hər biri 10 həbdən ibarət 121 konvalyut “Jardiance 25mg”, 10 ədəd “Nootropil 200 mg”, hər biri 28 həbdən ibarət 113 ədəd “Yazz 3mg”, 28 ədəd “Magnezi Kalsine 100g”, 20 ədəd “Üropan 5mg / 5ml” və 20 ədəd “Acnemix %5 + %3 jel”, hər biri 10 həbdən ibarət 1078 konvalyut “Femara 2.5mg”, 1310 ampula “Proluton Depot 500mg / 2ml”, hərəsində 5 ədəd “Menopur Menotrophin” flakonu və 5 ədəd “Sodium chloride” ampula olmaqla hər biri 10 ədəddən ibarət 74 ədəd plastik qablaşdırma, 570 ampula “Jetokain 2ml” və hər biri 10 həbdən ibarət 600 konvalyut “Cardura 4mg” markalı olmaqla ümumilikdə 23 adda dərman vasitələriAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 188,70 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X4 və X9 həyata keçirmişdir. Müdafiəçilərin məhkəməyə təqdim etdiyi hesabatlardan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçilər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 40 (qırx) iş saatı həcmində hüquqi yardım göstərmişlər. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş cəmi 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçilər X4 və X9 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200–1.2.2, 200–1.2.3 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200–1.2.2, 200– 1.2.3-cü maddələri ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ona CM-in 62-ci maddəsi tətbiq edilməklə 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1500 (min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 Türkiyə Respublikasının vətəndaşı olduğundan təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-1 maddəsinə əsasən məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200–1.2.2, 200–1.2.3 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200–1.2.2, 200– 1.2.3-cü maddələri ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ona CM-in 62-ci maddəsi tətbiq edilməklə 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1500 (min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 Türkiyə Respublikasının vətəndaşı olduğundan təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra o Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-1 maddəsinə əsasən məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. İş üzrə maddi sübutlar Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan hər biri 21 həbdən ibarət 149 konvalyut “Diane 2mg / 35mcg”, hər biri 10 həbdən ibarət 1010 konvalyut “Aknetrent 20mg”, hər biri 25 həbdən ibarət 212 konvalyut “İmmuran azothloprine 50mg”, hər biri 25 həbdən ibarət 518 konvalyut “İmmuran azothloprine 50mg”, hər biri 7 həbdən ibarət 128 konvalyut “Janumet 50 / 1000mg”, hər biri 10 həbdən ibarət 212 konvalyut “Rytmonorm 150mg”, hər biri 28 həbdən ibarət 37 konvalyut “Estrofem 2mg”, 35 ədəd “İl-33 10ml”, 10 ədəd “Tantum Verde 30 ml oral sprey”, hər biri 3 konvalyutdan ibarət 3 qutu “Stofine 500mg”, hər biri 5 həbdən ibarət 6 konvalyut “Salofalk 500mg Supozituvar”, hər biri 10 həbdən ibarət 5 konvalyut “Jardiance 10mg”, hər biri 10 həbdən ibarət 121 konvalyut “Jardiance 25mg”, 10 ədəd “Nootropil 200 mg”, hər biri 28 həbdən ibarət 113 ədəd “Yazz 3mg”, 28 ədəd “Magnezi Kalsine 100g”, 20 ədəd “Üropan 5mg / 5ml” və 20 ədəd “Acnemix %5 + %3 jel”, hər biri 10 həbdən ibarət 1078 konvalyut “Femara 2.5mg”, 1310 ampula “Proluton Depot 500mg / 2ml”, hərəsində 5 ədəd “Menopur Menotrophin” flakonu və 5 ədəd “Sodium chloride” ampula olmaqla hər biri 10 ədəddən ibarət 74 ədəd plastik qablaşdırma, 570 ampula “Jetokain 2ml” və hər biri 10 həbdən ibarət 600 konvalyut “Cardura 4mg” markalı olmaqla ümumilikdə 23 adda dərman vasitələriAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 188,70 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından X4 və X5 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ayrı-ayrılıda 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar