Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-337/2022 08.07.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar İxtisaslaşmış Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 1490 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 17 fevral 2022-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən “N.Nərimanov” parkının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan boz rəngli çantanın içərisindən 1 ədəd göy rəngli sellofon torbada təmiz çəkisi 1490 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1 ədəd P- 72979 nömrəli, keçmiş SSRİ dövlətində, zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş,16 kalibrli İJ-K modelli, çaxmaqlı, hamar lüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyi olan, texniki cəhətdən saz və atəşə yararlı yivsiz odlu ov silahını əldə edib daşıyaraq üzərində gəzdirərək saxlamış, Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 17 fevral 2022-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən “N.Nərimanov” parkının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, N.Nərimanov propekti 179 ünvanında yerləşən Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan boz rəngli çantanın içərisindən 1 ədəd P-72979 nömrəli, keçmiş SSRİ dövlətində, zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş,16 kalibrli İJ-K modelli, çaxmaqlı, hamar lüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, öz təyinatını itirmiş, 16 kalibrli ov tüfənginin kəsiyi olan, texniki cəhətdən saz və atəşə yararlı yivsiz odlu ov silahı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3 və 228.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 fevral 2022-ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən Nərimanov parkında oturan vaxt bir nəfər ona yaxınlaşaraq onunla söhbət edib tanış olduqdan sonra əlindəki çantanı ona verib özü gələnə kimi saxlamasını xahiş etmiş, o da həmin çantanı oturduğu yerdə yanına, yerə qoymuşdur. Çantanı ona verən şəxs onun yanından uzaqlaşan kimi polislər onu saxlayaraq polis bölməsinə dəvət etmişlər. Bundan başqa o, ifadəsində narkotik vasitələrdən və odlu silahdan istifadə etmədiyini, həmin çantanın içərisində nə olduğunu bilmədiyini, ibtidai istintaq zamanı polislərin ona diktə etdiyi kimi ifadə verdiyini, ona heç bir təsir, təzyiq olunmadığını və müdafiəçinin iştirakı ilə ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 17 fevral 2022-ci il tarixdə saat 23 radələrində Gəncə şəhərində çayın içərisində metal tullantıları axtaran zaman orada boz rəngli idman çantası tapmış, çantanı götürüb oradan uzaqlaşmışdır. Sonra yaxınlıqda olan binaların arasına keçib ətrafda heçkimin görməməsindən əmin olduqdan sonra çantanın içərisinə baxmış, həmin vaxt çantanın içərisindən 1 ədəd göy rəngli sellofonda narkotik vasitə olan marixuana və 1 ədəd lüləsi və tutacağı kəsilmiş silah görmüşdür. Narkotik vasitə aludəçisi olduğu üçün həmin narkotik vasitə marixuanadan istifadə etmək üçün, silahı isə suvenir kimi özündə saxlamaqdan ötrü həmin çantanın ağzını bağlayaraq piyada Gəncə şəhəri N.Nərimanov parkına getmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar habelə sair iş materialları ilə aşağıda şərh olunan sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəpəz RPB-nin CAÜ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlaması, istifadəsi və qanunsuz olaraq odlu silahı əldə etməklə üzərində gəzdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirləri keçirilməsinə dair qərar qəbul edildikdən sonra əməliyyat qrupu yaradılmış və Kəpəz RPB-nin CAÜ - əməliyyat müvəkkili Şahid1la birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirərək həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən N.Nərimanov parkının yaxınlığında saxlayaraq Gəncə şəhər BPİ-nin Kəpəz RPByə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və digər iştirakçıların iştirakı ilə, video çəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi boz rəngli idman çantasının içərisindən 1 ədəd lüləsi və tutacağı kəsilmiş odlu silah və içərisində narkotik vasitə marixuana olan 1 ədəd göy rəngli sellofon torba aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkilmiş, təxminən 1.5 kq olduğu müəyyən olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin çantanı bir neçə saat əvvəl Gəncə şəhərində çayın qırağından tapdığını, narkotik vasitəni istifadə etmək üçün saxladığını, silahın da özünə lazım olduğunu demişdir. Bundan başqa o ifadəsində ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs heç bir təsir, təzyiq göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəpəz RPB-nin CAÜ-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilən 18 fevral 2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi və götürülmə haqqında” və 11 mart 2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs sağ çiynində saxladığı, boz rəngli, üzərində “Adidas” sözləri yazılmış idman çantasının içərisindən göy rəngli sellofana bükülmüş bir ədəd büküm və bir ədəd dəstəyi ilə birlikdə uznunluğu təxminən 30 sm, tutacağı taxtadan, lüləsi metaldan, lüləsinin alt hissəsi isə taxta ilə örtülmüş, üzərində heç bir rekvizit və seriya nömrəsi olmayan, lüləsi kəsilmiş 16 kalibirli silah aşkar olunmuş, aşkar olunmuş bir ədəd göy rəngli sellofana bükülmüş bükümə baxış zamanı içərisində tünd yaşıl rəngli, kəskin iyə malik, ilk baxışdan narkotik vasitə marixunaya bənzər kütlə aşkar edilmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1.565 kq olmuşdur. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2022-ci il tarixli, 16/193 nömrəli rəyindən görünür ki, üzərində “ Vətəndaş Təqsirləndirilən şəxs götürülmüş bir ədəd maddi sübut ” sözlər və imzalar olan polietilen torbadakı, 1(bir) ədəd polietilen torbada təmiz çəkisi 1490 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmədə tədqiq edilən Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022ci il tarixli 22/160 R nömrəli rəyindən və rəyə əlavə edilmiş foto şəkillərdən görünür ki, tədiqata təqdim olunmuş 01 ədəd P-72979 №-li silah, keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İJ-K modelli, çaxmağlı, hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir. DİNin, KTİ-nin “güllə-giliz” kartotekasında yalnız “yivli” odlu silahlardan atılmış güllə və gilizlərin qeydiyyatı aparıldığından, qərarda göstərilən “Təqdim edilmiş silahdan hər hansı bir cinayətdə istifadə edilmişdirmi?” sualına cavab vermək mümkün olmamışdır. Məhkəmədə tədqiq edilən 17 fevral 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etməkdə, saxlamaqda, üzərində gəzdirməkdə və satışında, eyni zamanda odlu silahı əldə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan həmin tarixdə Gəncə şəhəri H.Nərimanov prospektində, N.Nərimanov parkının yaxınlığında saxlanılaraq Gəncə şəhər Kəpəz RPB-yə aparılmışdır. Məhkəmədə tədqiq edilən Kəpəz rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 122-9152-1122 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuananı hansı mənbədən və nə vaxt əldə etməsi və narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd 16 kalibirli İJ-K modelli ov tüfəngini qanunsuz yolla əldə etmiş, lakin həmin odlu silahı kimdən və nə vaxt əldə etməsi, əldə etməsində ona kömək edən şəxsin olub-olmaması və əldə etdiyi odlu silahdan hər hansı bir cinayəin əlati kimi istifadə olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə tədqiq edilən 18 fevral 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Kəpəz rayon Məhkəməsinin 19 fevral 2022-ci il tarixli, 4(043)-37/2022 saylı qərarı ilə barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Gəncə şəhər Nizami rayon Məhkəməsinin 01 oktyabr 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsili bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə cəzadan azad edilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanserinin 19 fevral 2022-ci il tarixli, 273 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir və narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı var. Nakoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Psixonevroloji Dispanserinin 15 mart 2022ci il tarixli, 1176 nömrəli və Gəncə şəhər Narkoloji Dispanserinin 28 mart 2022-ci il tarixli, 1358 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən 10 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 1489,8 qram olan qurudulmuş marixuana, 1 ədəd P-72979 nömrəli,16 kalibrli İJ-K modelli, ov tüfənginin kəsiyi cinayət işi üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, içərisində narkotik vasitə marixuana və 16 kalibrli ov tüfənginin kəsiyi olan çantanın ona aid olmadığını, narkotik vasitələrdən və silahdan istifadə etmədiyini, ibtidai istintaq zamanı polislərin diktə etdiyi kimi ifadə verdiyini bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadəni onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Eləcə də, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri və məhkəmə istintaqı zamanı nümayiş olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin köçürüldüyü DVD diskdəki görüntülərlə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindən, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələrindən və nümayiş olunmuş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş çantanı Gəncə şəhərində çayın içərisindən tapdığını, narkotik vasitəni istifadə etmək üçün saxladığını, 16 kalibrli ov tüfənginin kəsiyini isə suvenir kimi bəyənib saxladığını bildirmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5, 1.0.8, 1.0.9, 1.0.10, 1.0.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması һaqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün һərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən aslı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, onun qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında tədqiq olunmuş mötəbər sübutların obyektiv cəmi ilə təsdiq olunur. O, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıdığına, saxladığına və qanunsuz olaraq odlu silah əldə edib daşıyaraq üzərində gəzdirərək saxladığına görə görə onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 228.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2014-cü tarixli hökmü ilə Аzərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi təqsirli bilinərək 3000(üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi sayılır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının CM-in 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materillarından görünür ki, Təqsirləndirilən şəxs Məhkəmədə tədqiq edilən 18 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 19 fevral 2022-ci il tarixli, 4(043)-37/2022 saylı qərarı ilə barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablanmışdır. Ona görə də, Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı 18 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 1489,8 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd P-72979 nömrəli,16 kalibrli İJ-K modelli, ov tüfəngi xüsusi müsadirə edilərək Azərbaycan Resublikası Daxili İşlər Nazirliyinin silah sürsat anbarına təhvil verilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Həmin müdafiəni Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəsini isə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərin təqdim etdikləri hesabatlardan görünür ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 10 (on) iş saatı həcmində, ibtidai istintaq zamanı vəkil Nadim Heydərov 16 (on altı) saat 30 (otuz) dəqiqə həcmində hüquqi yardım göstərmişlər. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımllara bağlı dövlət büdcəsindən vəkillər Müdafiəçi və Nadim Heydərovun işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 60 (altmış) manat məbləğində, Nadim Heydərov üçün 99 (doxsan doqquz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay, CM-nin 228.1-ci maddəsi 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi nakroloji dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 1489,8 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd P-72979 nömrəli,16 kalibrli İJ-K modelli, ov tüfəngi xüsusi müsadirə edilərək Azərbaycan Resublikası Daxili İşlər Nazirliyinin silah sürsat anbarına təhvil verilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi və Nadim Heydərovun işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 60 (altmış) manat məbləğində, Nadim Heydərov üçün 99 manat məbləğində pul köçürülsün. Ekspertiza tədqiqatları zamanı sərf edilmiş 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-337/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-337/2022
08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver