Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-337/2025 26.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X11 və X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X13 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, Ağdam rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69.3 və 306.1-ci maddələri ilə təqsirli bilinərək 11 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşamış və hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O, satış məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda yəni, ümümilikdə təmiz çəkisi 4,767 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumilikdə təmiz çəkisi 13 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixunanı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 17 avqust 2024-cü il tarixdə, saat 21:30 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Heydər Əliyev parkının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 22:35 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan açıq yaşıl rəngli köynəyin sol ön cibindən satış niyyətilə saxladığı 04 (dörd) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,698 qram, 1,274 qram, 1,835 qram və 0,960 qram olmaqla ümumilikdə təmiz çəkisi 4,767 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin əynində olan göy rəngi cins şalvarın sol yan cibindən 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 7,01 qram və 5,99 qram olmaqla ümumilikdə təmiz çəkisi 13 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuna aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ev ustadır. 17 avqust 2023-cü ildə tanışı ona zəng edərək Bərdədə suvaq işi olduğunu demiş, onun arxası ilə başqa biri də zəng edərək harada olduğunu soruşmuşdur. Evdə olmadığını demiş, zəng edən şəxs ona “Sarayın kruqu” adlanan əraziyə gələ bilib-bilməyəcəyini soruşmuş, O da həmin şəxsə gələ biləcəyimi demişdir. Şəxs telefonu söndürdükdən 2 dəqiqə sonra ona yenidən zəng gəlmiş, seçkilərdə iştirak edib-etməyəcəyini soruşulduqdan sonra telefonda onu ələ saldıqlarını görüb qarşı tərəfə qarşı ağır formada nalayiq ifadələr işlətmişdir. “Sarayın kruqu”na gedəndə isə onu orada saxlayıb Bərdə rayon polis şöbəsinə aparmış, adlarını sonradan bildiyi 4 nəfər polis əməkdaş ona orada nalayiq ifadələr işlətmiş, ona qarşı cinsi zorakılıq etmiş, plastik yaxud dəmir borunu onun arxa nahiyyəsini (soxmuşlar) salmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, istintaq təcridxanasına gedərkən ona qarşı polis əməkdaşlarının cinsi zorakılıq etdiklərini bildirmiş və arxa nahiyyəsindəki olan xəsarətləri göstərmişdir. Ekspertin yanına gedəndə bədənində olan yaralara baxmış, onu yoxlasa da sonuncunun nə qeyd etdiyini bilməmişdir. Rüfət adlı polis əməkdaşı ona eskpertiza rəyində heçnə çıxmadığını demişdir. Ümumiyyətlə narkotik vasitə istifadəçisi olmamışdır, saxlanıldıqdan 1 həftə sonra onu ekspertizaya aparmışlar. Bərdə rayon polis şöbəsində üzərinə baxış videoçəkilişlə aparılmış, videoçəkiliş zamanı təzyiq altında narkotik vasitəni tapdığını demişdir. Polis əməkdaşları ona sanksiya məhkəməsində inkar edəcəyini desə, ona “başqa şeylər” də edəcəklərini demiş, məcburiyyət qarşısında sanksiya məhkəməsində də eyniməzmunlu ifadə vermişdir. Saxlanıldığı gün zorakılıqdan sonra üzərinə şəxsi axtarış keçirilmiş, yaralarının sağalması üçün Bərdə RPŞ MSY-də 3 gün saxlanılmış, xx.xx.2024-cü ildə onu Gəncəyə gətirmişlər. Narkotiklə şərlənməsi telefonda polisi söyməsinə görə sonuncuların ondan intiqam almaq üçün olmuşdur. Məhkəmədən ədalətli qərar verib azad edilməsini ona qarşı edilmiş qanunsuzluğa son qoyulmasını istəyir. İbtidai istintaq zamanı verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində isə Təqsirləndirilən şəxs göstərmişdir ki, Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayır, fərdi əməklə məşğuldur. Əvvəl narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etsə də sonradan dayandırmışdır. Heçkimə narkotik vasitə təklif etməmiş və satmamışdır. xx.xx.2024-cü ildə, saat 16 radələrində yaşadığı Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində piyada gedərkən zibil qablarının yaxınlığında şəffaf rəngli sellofan torbanın içərisində 02 ədəd kibrit qutusu torbanın içində 01 ədəd başqa bir bükülü olduğunu görmüş, açıb baxanda kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana, digər bükümdə isə 04 ədəd sellofan bükümlər görmüşdür. Həmin narkotik vasitəni yaşadığı evə aparmış, lakin istifadə etməmişdir. xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində narkotik vasitələri satmaq üçün Bərdə şəhərinə gəlmiş, lakin heç kimə sata bilməmiş, şəxsi istifadəsi üçün saxlamışdır. Saat 21:30 radələrində Bərdə şəhəri H.Əliyev prospektində parkın yaxınlığında piyada olarkən tanımadığı 3 nəfər mülki şəxs ona yaxınlaşıb özünü polis əməkdaşı kimi təqdim etmiş üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib ....Bərdə RPŞ-yə aparmışlar...Şəxsi axtarışdan əvvəl vəkil seçilmiş və şəxsi axtarış zamanı o, əynində olan açıq yaşıl rəngli köynəyin sol ön cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə kütləni, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı, əynində olan göy rəngi cins şalvarın sol yan cibindən 02 ədəd kibrit qutusunu, 01 ədəd saç darağını, 01 ədəd bank kartını, 1 manatlıq pul əskinasını, 01 ədəd 20 qəpiklik pul əskinasını və 01 ədəd 10 qəpiklik pulu, 03 ədəd mobil telefonu və 01 ədəd alışqanı masanın üzərinə qoyaraq könüllü təqdim etmişdir. 02 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd sellofan bükümün içərisində isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Aşakr edilmiş kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılmış, polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən əlavə əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş 02 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri və 04 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələri satmaq məqsədi ilə üzərində gəzdirərək Bərdə şəhərinə gəlsə də burada hər hansı şəxsə satmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin əməkdaşı Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotikləri üzərində saxlayıb daşıması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuş, şəxsin tutulması ilə bağlı tədbirlər həyata keçirilmişdir. Şəxs Bərdə şəhəri H.Əliyev prospektində “9 mərtəbə” adlanan yerdə saxlanılıb Bərdə rayon polis şöbəsinə aparılmışdır. Polis şöbəsində şəxsin üzərinə baxış keçirilmiş baxış nəticəsində iki kibrit qutusunda narkotik vasitə və iki bükümdə heroin aşkar olunmuşdur. Şəxs aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə saxladığını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, şəxslə bağlı əməliyyat məlumatı ona daxil olmuş, məlumatın məzmunu narkotik vasitəni şəxsin üzərində saxlayıb daşıması olmuşdur. Şəxsin üzərinə baxış keçirilməsində özü, Şahid1 və Şahid4 iştirak etmiş, digər şəxslər olmamışdır.Təqsirləndirilən şəxs Bərdə şəhəri H.Əliyev prospekti “9 mərtəbə” adlanan yerin qarşısında saxlamış, şəxs saxlanarkən ona qarşı heç bir fiziki zorakılıq olmamış, onun içkili vəziyyətdə olması müəyyən edilməmişdir. Şəxs saxlanılan zaman videoçəkiliş keçirməklə bağlı təlimat və həmin dövrdə yerində baxış üçün şərait olmadığına görə baxış polis şöbəsində keçirilmişdir. Təqsirləndirilən şəxs Ağdam sakini olsa da Bərdə şəhərində yaşamış, üzərində aşkar olunan narkotik vasitəni satıb gəlir əldə etmək üçün saxladığını demişdir. Şəxsi saxlayarkən narkotik vasitənin satması ilə bağlı heç bir məlumatı olmamış, polis şöbəsində özü səmimi şəkildə satış məqsədi ilə saxladığını etiraf etmişdir. Saxlanıldığı yerdə şəxsin üzərində hər hansısa qanunsuz əşya çıxsa müdaxilələr olunmasın deyə, onun üzərində çəkiliş aparılması və baxış keçirtmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin əməkdaşı Şahid1 Nazim oğlu göstərmişdir ki, 17 avqust 2024-cü ildə Təqsirləndirilən şəxs narkotik vasitənin üzərində daşıması ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumat rəhbərliyə məruzə olunduqdan sonra rəhbərliyin göstərişi ilə əməliyyat-axtarış qrupu yaradılmış, axşam Təqsirləndirilən şəxs Bərdə şəhəri Heydər Əliyev prospektində saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilmiş, vəkil dəvət olunmuş və üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış nəticəsində üzərindən kibrit qutusunda marixuana və 4 büküm heroin aşkar olunmuş, şəxs özü həmin narkotik vasitələri satmaq məqsədi ilə Bərdə şəhərinə gətirdiyini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat məlumatı Şahid2 daxil olsa da əməliyyat məzmunu şəxsin narkotik vasitəni üzərində gəzdirməsi ilə bağlı olmuşdur. Əməliyyat məlumatı dövriyyə ilə bağlı olmuş, şəxsi Bərdə şəhəri H.Əliyev prospektində “9 mərtəbə” adlanan ərazidə saxlanılmışdır. Şəxsi saxlayarkən ona qarşı hər hansı psixi və fiziki zorakılıq olmamış, şəxs içkili vəziyyətdə olmamışdır. Narkotik vasitələrin çəkisi təxminən 5 qramdan çox olmuşdur. Əməliyyat məlumatı ona daxil olmamış, şəxsin salxanıldığı yerdə şərait olmadığı üçün onun üzərinə baxış keçirilməsi şöbədə həyata keçirilmişdir. Şəxsin üzərindən narkotik vasitədən əlavə 3 telefon və kart çıxmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin əməkdaşı Şahid3 göstərdi ki, şəxsin harada və necə saxlanılması ilə bağlı heç bir məlumatı yoxdur. Şəxs polis əməkdaşları tərəfindən Bərdə rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə baxış keçirilməsi prosesində iştirak etmiş, videoçəkiliş aparmışdır. Şəxsin üzərində axtarış nəticəsində spiçka karopkasında (kibrit qutusunda) marixuana və bükümlərdə heroin aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitəni haradan və necə alması ilə bağlı Təqsirləndirilən şəxs dediklərini isə tam dəqiqliyi ilə xatırlamır. Polis əməkdaşlarının təqsirləndirilən şəxsə zorakılıq göstərməsinin şahidi olmamış, ancaq baxış keçirilməsində iştirak etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, şəxsin barəsində əməliyyat məlumatının nədən ibarət olması ilə bağlı heçnə bilmir. Şəxsi digər əməkdaşlar saxlamış və polis şöbəsinə gətirmişlər. Əməliyyat məlumatının kimə daxil olması, nə ilə bağlı olmasını barədə məlumatı yoxdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs spirtli içki qoxusu gəlmişdir. Polis şöbəsində şəxsi axtarış onun iştirakı və apardığı videoçəkilişlə keçirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalması ilə bağlı heçnə bildirməmişdir. Şəxsdə çəkiliş vaxtı hər hansısa taqətsizlik halı görməmiş, şəxs özü də narahat olması, döyülməsi barədə heçnə deməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Ağdam rayon sakini Təqsirləndirilən şəxs satış məqsədilə üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Bərdə RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, (xx.xx.2024-cü il tarixli, 3-1368/1Ə417/2024 saylı əmrlər əlyazma imza ilə deyil faksimeyl istifadə edilməklə təsdiq edilmişdir və həmin pozuntular Bərdə RPŞ-də mütəmadi olaraq təkrarlanmaqla ümumiyyətlə qərar və əmrlərin rəis deyil digər şəxs tərəfindən təsdiq edilməsini (hər hansı səbəbdən yerində olmadığı) yaxud iş vaxtından sonra tərtib edilmiş sənədlərin faksimeyllə təsdiq olunduğunu göstərir) narkotik vasitələrin dövriyyəsində şübhəli olan şəxsin ifşa edilməsi üçün əməliyyat qrupunun əməliyyat qrupunun rəhbəri Bərdə RPŞ NMQ-nin əməliyyat müvəkkili polis kiçik serjantı Şahid2, üzvləri CAB-ın əməliyyat müvəkkili polis leytenantı X8, PPXB-nin polis nəfəri polis serjantı Şahid4 və KTQ-nin baş inspektoru kriminalist polis kapitanı Şahid3 müəyyən edilmiş, üzvlərə qanunvericlikdə nəzərdə tutulmuş aşkar və gizli üsullarla müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi tapşırılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə RPŞ CAB-ın kiçik əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, narkotik vasitələri saxlamasına kifayət qədər əsaslar olan Təqsirləndirilən şəxs həmin gün saat 21:30-da Bərdə şəhəri H.Əliyev prospektində (dəqiq ünvan və yer göstərilməyib) saxlanılıb Bərdə RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21:30-da H.Əliyev prospektində yerləşən H.Əliyev parkının yaxınlığında (park kifayət qədər geniş ərazini əhatə etdiyindən, saxlanma yerinin dəqiq müəyyən edilməsi üçün istiqamətləndirici obyek göstərilməli idi) saxlanaraq saat 21:38-də Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin gün ssat 21:30-da faktiki azadlığı məhdudlaşdırılmış Təqsirləndirilən şəxs saat 22:05-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş həmin gün saat 22:10-da rayon prokuroru bu barədə telefonla məlumat verilmişdir. Məhkəmədə araşdırılan “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, qərardan görünür ki, xx.xx.2024-cü ildə Bərdə şəhəri H.Əliyev parkının yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs (saxlanılma saatı yoxdur) həmin gün saat 21:38-də Bərdə RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan 17 avqust 2024-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi” haqqında protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın arxa sağ yan cibindən 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd kibrit qutusunu, 01 ədəd saç darağını, 01 ədəd bank kartını, 1 manatlıq pul əsginasını, 01 ədəd 20 qəpiklik pul əskinasını və 01 ədəd 10 qəpiklik pul əskinasını, əynində olan cins şalvarın sağ yan cibindən 03 ədəd mobil telefonu və 01 ədəd alışqanı təqdim etmiş, 02 ədəd kibrit qutusunun içərisində olan kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd sellofan bükümün içərisində olan kütlələr olan heroin olduğunu bildirmişdir. Şifahi sorğusual zamanı qeyd edilən narkotik vasitələri xx.xx.2024-cü ildə saat 16 radələrində Ağdam rayonu, Quzanlı qəsəbəsindən tapdığını və satmaq məqsədi ilə Bərdə şəhərinə gətirdiyini lakin sata bilməyib şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, həmin kütlələr ağ rəngli sellofon paketdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Kent” markalı siqaret qutusu, 01 ədəd saç darağı, 01 ədəd 1 manatlıq pul əskinası, 01 ədəd 20 qəpiklik pul əskinası və 01 ədəd 10 qəpiklik pul əskinası, 02 ədəd alışqan Təqsirləndirilən şəxs qaytarılmış, aşakr edilmiş 01 ədəd “Kapital banka” məxsus 5239-1517-0126-3827 nömrəli bank kartı, 01 ədəd üzərində markası qeyd olunmamış mobil telefon, 01 ədəd “İnoi” markalı mobil telefon və “Corn” markalı mobil telefon qablaşdırılıb götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələri üzrə məlumatlarda baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-bioloji və məhkəmə kimyəvi ekspertizasının 18 avqust 2024-cü il tarixli, 16/866 nömrəli rəyindən görünür ki, -“vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr” yazı və imzalar olan 04 ədəd şəffaf polietilen kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,698 qram, 1,274 qram, 1,835 qram, 0,960 qram ümümi təmiz çəkisi 4,767 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və tərkiblərinə görə eynidirlər. Qeyd: Heroin ümumi təmiz çəkisi- 4,767 qram, tədqiqata sərf edildi- 0,2 qram (hər birindən 0,05 qram), qalıq- 4,567 qram. -“vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər 02 ədəd kibrit qutusunda kütlələr” yazı və imzalar olan 02(iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 7,01 qram, 5,99 qram ümümi təmiz çəkisi 13 qram bitki mənşəli kütləər, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və tərkiblərinə görə eynidirlər. Qeyd: marixuananın ümumi təmiz çəkisi- 13 qram, tədqiqata sərf edildi- 0,1 qram(hər birindən 0,05 qram), qalıq- 12,9 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən MTE və PA Birliyi PHŞ-nin Bərdə rayon şöbəsindən verilmiş verilmiş, 19 avqust 2024-cü il tarixli 659 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizasının 08 oktyabr 2024-cü il tarixli 1661 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən verilən xx.xx.2024-cü il tarixli, 18-1-28/2-2182/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli. saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək ona qəti olaraq, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, tarixdə cəzadan azad edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Ağdam RİHB-nin Ağdam şəhəri İƏD üzrə nümayəndəliyindən verilmiş. 15 noyabr 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında daimi qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertizadan sonra qalıq çəkisi 4,567 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ekspertizadan sonra qalıq çəkisi 12,9 qram qalmış qurudulmuş marixuana saxlanması üçün Bərdə RPŞ-nin maddi sübutları saxlanması otağına təhvil verilmiş və şəxsi axtarış keçirilməsini əks etdirən 1 ədəd DVD disk, eləcə də telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli ********* №li əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın və heroini əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə və heroin satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və ya onun prekursorlarını satması barədə məlumat olmuş, lakin satdığı hər hansı şəxs və ya şəxslər müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 22:05-də Azərbaycan Respublikası CM-nin 234.1-ci madəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(021)-114/2024 nörməli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş və məhkəmə baxışında araşdırılmış Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-17/41/2-2632/2025 saylı məktubla əlavə edilmiş tibbi kitabçadan görünür ki, keçirilmiş tibbi baxış zamanı anal dəliyi ətrafında qızartı və qançır izi aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin xəsarəti Bərdə RPŞ-də xx.xx.2024cü ildə saxlanıldıqdan sonra aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Baş prokrurluğun Xidməti Araşdırmalar İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 2-2-110/2-094479/2025 saylı məktuba əlavə edilmiş 2056c-24 saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədən səthindəki xəsarətlərlə bağlı 2 saylı X3 rayon prokurorluğu vasitəsilə daxil olmuş məlumat üzrə aparılmış araşdırma zamanı hissəvi rədd edilməklə, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlarla bağlı əlavə araşdırma üçün material Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə iş materiallarını məhkəmə baxışında tədqiq edilən sübutları araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri sübuta yetirilmədiyindən ona ittiham olunduğu maddə üzrə bəraət verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Bərdə RPŞ NMQ-nun kiçik əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi raportda Təqsirləndirilən şəxs Bərdə şəhəri H.Əliyev prospektində saxlanılıb Bərdə RPŞ-yə gətirilməsi qeyd edilmişdir. Həmin raportda Təqsirləndirilən şəxs nə vaxt, saat neçədə və Bərdə şəhəri, H.Əliyev prospektinin hansı hissəsində (dəqiq ünvan hansısa daşınmaz obyektin yanında, yaxınlığında saxlanılması) saxlanılması qeyd edilməmişdir ki, məhkəmə tərkibindən əsaslı şübhələr yaratmışdır. Belə ki, təqsirləndirilən şəxs məhkəmə baxışında hadisə vaxtı saxlanılarkən spirtli içki təsiri altında olduğunu və onun üzərində baxışın saxlanıldığı gün deyil, növbəti gün keçirildiyini bildirmişdir. Qeyd edilməlidir ki, Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 8№li qərarına əsasən əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyataxtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Hazırkı iş üzrə də əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə müvafiq qərar olmasına və həmin qərarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olan Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı yerdə üzərinə yoxlanılması qeyd edilsə də saxlanıldığı yerdə deyil Bərdə RPŞ-də aparılıb orada naməlum müddətdə videoçəkilişlə keçirilmişdir. Məhkəmə baxışı zamanı da iş üzrə dindirilmiş şahidlər olan Bərdə RPŞ-nin əməliyyat müvəkkilləri də Təqsirləndirilən şəxs saxlanıldığı yerdə deyil Bərdə RPŞ-də baxış keçirilməsinin faktiki və hüquqi əsaslarını izah edə bilməmiş, məhkəmədə vedikləri ifadələrdə narkotik vasitələrin dövriyyəsində şübhəli olan şəxslərin saxlanıldıqları yerdə üstlərinin yoxlanılması barədə nazirlik tərəfindən müvafiq təlimatın ancaq 2025-ci ilin əvvəli daha dəqiq olaraq yanvar ayında müvafiq əmrlə verildikdən sonra tətbiq edilməyə başlandığını bildirmişlər. Bərdə RPŞ-nin əməkdaşları olan əməliyyat-axtarış müvəkkilləri qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla bərabər həmin nöqsanları qəbul etməmiş, bunu qanunvericiliyin icrası ilə bağlı daxili işlər nazirliyi rəhbərliyi tərəfindən əmr verilməməsi ilə əlaqələndirmişlər. Cinayət işi üzrə təhqiqatı aparmış Bərdə RPŞ TB-nin təhqiqatçısı polis baş leytenantı X10 tərəfindən tərəfindən tərtib edilmiş prosessual sənədlərdə isə Təqsirləndirilən şəxs nə vaxt harada saxlanılıb gətirilməsi barədə rəsmi sənədlərdə qeyd olmasa da naməlum səbəbdən məhz xx.xx.2024-cü ildə saat 21:30-da Bərdə şəhəri, Heydər Əliyev prospektində saxlanılıb saat 21:38-də Bərdə RPŞ-yə gətirilməsi qeyd edilmişdir. Bundan başqa şəxsi axtarış və götürmə keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki. şəxsi axtarış həmin gün saat 22:35-də başlanılıb 23:02-də başa çatmış, protokolun tərtibinə isə saat 23:10-da başlanaraq 23:25-də yekun vurulmuşdur. Məhkəmə qeyd edir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı işlərdə şəxsin nə vaxt, harada və hansı şəraitdə saxlanılması işin mahiyyəti və əməlin tövsifi üzrə mühüm əhəmiyyət kəsb etməklə bərabər şəxsin təqsirli olub-olmamasına dair hissədə də hüquqi əhəmiyyət daşıyır. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə Bərdə rayonu ərazisində naməlum saatda və yerdə saxlanıldıqdan sonra sənədlərə əsasən 21:30 (yaxud 21:38-də) Bərdə RPŞ-ə gətirilib prosessual şəxsə (təhqiqatçı yaxud müstəntiqə) təhvil verilmədən təxminən 60 dəqiqə müddətində (iş materiallarına əsasən), Bərdə RPŞdə hansısa xidməti otaqda, cinayət axtarış müvəkilləri və polis əməkdaşlarının “nəzarətində olması” ona qarşı iddia etdiyi qanunsuzluqların olması barədə təkzibedilməz şübhə yaradır. Yəni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövcud presedent hüququna əsasən narkotik vasitələrin dövriyyəsində şübhəli olan şəxsin saxlanılarkən saxlanılma səbəbi və hüquqlarının bildirilməməsi, aidiyyəti üzrə polis qurumuna gətirilmiş şəxsin hər bir halda 30 dəqiqədən çox saxlanılması, müdafiə hüququnun təmin edilməməsi kənar müşahidəçinin nəzərində şəxsə qarşı iddia edilən qanunsuz təsir imkanlarının mövcud olmasına əsaslı şübhələr yaradır. Baxılan cinayət işi materiallarından və tərəflərin məhkəmə baxışında verdiyi ifadələrindən eləcə də işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində olan (müəyyən edilmiş) xəsarətlər, xx.xx.2024-cü ildə O Bərdə rayonu ərazisində saxlanılıb Bərdə RPŞ-yə gətirildikdən sonra orada polis nəzarətində olduğu müddətdə “naməlum şəraitdə” yaranmışdır. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs arxa keçəcək anus dəliyində “6” rəqəminə uyğun nahiyyədə 1,2x0,3 sm ölçüdə boylama istiqamətdə kənarları nisbi samar səthi yara vardır, həmin xəsarət qançır küt əşyanın təsirindən törənmişdir, törənmə müddətini dəqiq demək mümkün deyil, lakin qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Həmin materialda olan xx.xx.2024-cü il tarixli Bırdə rayon prokurorluğuna ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs arxa keçəcək dəliyində olan xəsarəti qəbz alarkən barmağını arxa keçəcək nahiyyəsinə soxması nəticəsində qurdalayıb aldığını bildirmişdir. Lakin məhkəmə həmin ərizənin təzyiq və təsir nəticəsində Bərdə rayon prokurorluğunda polis əməkdaşlarının təsiri və təzyiqi hədə qorxusu nəticəsində Bərdə RPŞ-də almasına-verilməsinə əsaslı şübhələr olduğundan ərizəni xəsarətin şəxsin özözünə yetirməsini göstərən sübut kimi qiymətləndirmir. Çünki həm həmin ərizədən əvvəl. həm də sonra şəxs polis nəzarətində olmadığı müddətdə sərbəst iradə ifadəsi əsasında həm prokurorluğa həm də müxtəlif instansiyalara təhqiqat orqanı əməkdaşları Bərdə RPŞ-nin müxtəlif rütbəli və vəzifəli şəxsləri tərəfindən cinsi xarakterli işgəncələrə məruz qalması barədə çoxsaylı müraciətlər etmişdir ki, onun həmin müraciətlərdə və məhkəmə baxışında göstərdikləri işin hallarına uyğun və məntiqlidir. Məhkəmə qeyd edir ki, iş üzrə ibtidai istintaqı aparan müstəntiq polis baş leytenantı X12 tərəfindən Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizadan keçirildikdən sonra təqsirləndirilən şəxs qismində əlavə ifadəsi alınmış və həmin ifadədə “Siz məhkəmə tibbi ekspertizadan keçərkən Bərdə rayon polis əməkdaşları tərəfindən Sizə xəsarət yetirildiyini bildirmişiniz. Bu barədə nə deyə bilərsiniz?!” məzmunda sual qoyulmuş və suala cavab olaraq Təqsirləndirilən şəxs onda olan anal dəliyi ətrafındakı xəsarətlərin Bərdə RPŞ MSY-də olduğu müddətdə qəbzlik olduğunu və sanitar qovşaqda olarkən anus dəliyi ətrafındakı yaraları qopartması nəticəsində yarandığını demişdir. Lakin iş üzrə təyin edilib keçirilmiş xx.xx.2024-cü il tarixli nömrəli rəyinin təsviri əsaslandırıcı hissəsində məhkəmə tibb eksperti göstərmişdir ki, “Təqsirləndirilən şəxs deməsinə görə onu xx.xx.2024-cü ildə heç kim döyməmişdir. Tibb müəssisəsinə müraciət etməmişdir. Şikayəti yoxdur” nəticə hissəsində isə vət Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi” kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, eyni şəxs barəsində və eyni iş üzrə bir-biri ilə ziddiyyət təşkil edən rəyin verilməsi hər bir halda təqsirləndirilən şəxsin bədən səthində qedy edilən xəsarətin olmasını təsdiq etsə də əvvəl keçirilmiş məhkəmə tibbi ekspertiza zamanı ya ümumiyyətlə təqsirləndirilən şəxsin bütün bədən səthinin müyainədən keçirilmədiyini yaxud da hər hansı “səbəblərdən” qeyd edilmədiyini göstərir. Tibbi ekspertiza rəyində məhkəmə tibb eksperti tərəfindən polis əməkdaşları tərəfindən döyülmə barədə qeyd olmamasına baxmayaraq iş üzrə ibtidai istintaqı aparan müstəntiqin həmin məlumatı haradan və necə əldə etməsi “maraqlıdır”. Bu isə Təqsirləndirilən şəxs izahat və ifadələrinin, eləcə də məhkəmə tibbi müayinə zamanı və iş üzrə dindirilərkən ifadələrində tam qeyd edilmədiyi, yaxud iş üzrə təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olduqdan sonra bədən səthində aşkar edilmiş xəsarətlərlə bağlı təhqiqat orqanının müstəntiqinin “yaranmış xəsarətlər qabaqlayıcı tədbirlər görməsinin nəticəsi” olması qənaətini formalaşdırmışdır. Halbuki müstəntiq qeyd edilən halın (təqsirləndirilən şəxsin Bərdə RPŞ əməkdaşları əməliyyat müvəkkilləri tərəfindən işgəncəyə, qeyri-insani, amansız rəftara məruz qalması barədə prokurora müvafiq məlumat verməli, yaxud müstəqil olaraq Bərdə RPŞ MSY-də saxlanıldığı müddətdə sonuncunun bədən səthində hansı səbəbdən xəsarətin yaranıb yaranmaması araşdırılmalı, eləcə də əlaqəli şəxslərin ifadə və izahatları alınmalı idi. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-17/41/2- 2632/2025 saylı məktubla əlavə edilmiş tibbi kitabçadan görünür ki, keçirilmiş tibbi baxış zamanı anal dəliyi ətrafında qızartı və qançır izi aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin xəsarəti Bərdə RPŞ-də xx.xx.2024-cü ildə saxlanıldıqdan sonra aldığını (polis əməkdaşları tərəfindən yetirildiyini) bildirmişdir. Məhkəmə baxışında verdiyi ifadəsində anal dəliyi ətrafındakı xəsarətlər Bərdə RPŞnin əməliyyat işləri üzrə müavini Rüfət Məmmədov və Bərdə RPŞ-nin sabiq əməliyyatçısı İdris Həsənov və digər çoxsaylı polis əməkdaşlarını mobil telefondan saxlanılmamışdan qısa müddət əvvəl ona zəng edib ələ salmalarına görə sonuncuları təhqir etməsinə görə anal dəliyinə polis əməkdaşları tərəfindən plastik borunun salınması nəticəsində yarandığını bildirmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə xx.xx.2024-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokolu və əlavəsi olan DVD diski, eləcə də Təqsirləndirilən şəxs istintaq dövründə verdiyi ilkin şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrini tətbiq edilmiş fiziki zorakılıq hədə-qorxu təsiri altında törədilməsinə əsaslı şübhələr olduğu üçün məhkəmə həmin ifadələri və şəxsi axtarış protokolunu şəxsin təqsirni təsdiq edən sübut kimi qəbul etmir və sübutlar siyahısından çıxarılmasını qanunamüvafiq hesab edir. Bundan başqa qeyd edilməlidir ki, Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 8№li qərarına əsasən əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərara baxmayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olan Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı yerdə üzərinə yoxlanılması qeyd edilsə də saxlanıldığı yerdə deyil Bərdə RPŞdə aparılıb orada naməlum müddətdə videoçəkilişlə keçirilməsi də ciddi qanun pozuntusu hesab edir. Belə ki, məhkəmə baxışı zamanı da iş üzrə dindirilmiş şahidlər olan Bərdə RPŞ-nin əməliyyat müvəkkilləri də Təqsirləndirilən şəxs saxlanıldığı yerdə deyil, Bərdə RPŞ-də baxış keçirilməsinin faktiki və hüquqi əsaslarını izah edə bilməmiş, məhkəmədə vedikləri ifadələrdə narkotik vasitələrin dövriyyəsində şübhəli olan şəxslərin saxlanıldıqları yerdə üstlərinin yoxlanılması barədə təlimatın ancaq 2025-ci ilin əvvəli, yanvar ayında daxili işlər naziri tərəfindən müvafiq əmrlə verildikdən sonra tətbiq edilməyə başlandığını bildirmişlər. Bərdə RPŞ-nin əməkdaşları olan əməliyyat-axtarış müvəkkilləri qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla bərabər həmin nöqsanları qəbul etməmiş, bunu qanunvericiliuyin icrası ilə bağlı daxili işlər nazirliyinin rəhbərliyi tərəfindən əmr verilməməsi ilə əlaqələndirmişlər. Məhkəmə qeyd edir ki, saxlanıldığı ərazidə şəxsin üstünün yoxlanılmaması səbəbinə dair hər hansı ağalabatan halın olduğunu təsdiq edə bilmədikləri, eləcə də şəxsin saxlaıldığı yer barədə məntiqəuyğun əsaslandırma təqdim edə bilmədiklərindən Təqsirləndirilən şəxs iş üzrə sübut kimi təqdim edilən raportda göstərilən tarixdə və yerdə saxlanılmadığı mübahisəsizdir. Həmçinin məhkəmə hökmünün təsviri əsaslandırıcı hissəsində göstərilən şəxsin barəsində olan məhkəmə tibbi ekspertiza rəylərini və şəxsin bədən səthində olan xəsarətlərlə bağlı tibbi kitabçanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə naməlum vaxtda saat dəqiqədə Bərdə rayonu ərazisində saxlanılıb Bərdə RPŞ-yə gətirildikdən sonra almasını təsdiq edən mötəbər sübut kimi qəbul edərək şəxsin fiziki zorakılığa məruz qalması kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; sübuta yetirilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 125.1. məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 125.2. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi süutlar siyahısından çıxarılmaya əsasdır. Hazırki iş üzrə isə Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə və sonrakı dövrdə polis əməkdaşları tərəfindən saxlanılıb Bərdə RPŞ-yə gətirildikdən sonra fiziki zorakılıq işgəncəyə məruz qalmasına dair əsaslı sübutlar olduğundan məhkəmə təqsirləndirilən şəxsin ilkin izahatını şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrini sübut kimi qəbul etmir. Bununla bağlı şəxsin müraciəti və saxlanıldığı istintaq təcridxanası tərəfindən bədən səthində xəsarətlərlə bağlı verilmiş məlumat əsasında Baş Prokurorluğun Xidmət Araşdırmalar İdarəsi və Bərdə rayon prokurorluğunda aparılmış araşdırma səthi qeyri obyektiv və natamam aparıldığı, gəlinmiş nəticə işin məhkəmə baxışı zamanı müəyyən edilmiş faktiki hallarına zidd olduğunu həmin qərarları üçün preyudisial hesab etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə baxışında sübuta yetirilmədiyi üçün ona Azərbaycan Respublikası adından bəraət verilməklə o dərhal məhkəmə iclas zalından azad edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə, qanunsuz tutulduğu həbsdə saxlanıldığı müddətlə bağlı mülki iddia qaldırmaq hüquqi izah edilməlidir. İş üzrə həm ibtidai istintaqda, həm də məhkəmə baxışında dindirilmiş cinayət işi üzrə şahidlər olan Bərdə RPŞ-nin polis əməkdaşları Təqsirləndirilən şəxs kimə narkotik vasitə satması, yaxud satmaq istəməsi barədə məlumat əldə edə bilmədiklərini, bununla bağlı sübutları olmadığını göstərmişlər. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab məktubunda da Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini və marixuananı satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olması qeyd edilsə də, satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Beləliklə əməliyyat tapşırığına cavab məktubunda ziddiyyətli məlumatlar əks olunmuş, bir tərəfdən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib daşıması göstərilsə də, digər tərəfdən satdığı, yaxud satmaq istədiyi şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, narotik vasitəni hansı mənbədən əldə etməsinin müəyyən edilə bilmədiyi göstərilmişdir. Həmin əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar isə məhkəmə qaydasında yoxlanılmadığından məhkəmə həmin qeyri-müəyyən əməliyyat məlumatlarını da şəxsin təqsirli olmasında sübut kimi istifadə edilməsini qanuni və ədalətli saymır. Məhkəmə tərkibi qeyd edir ki, ibtidai araşdırma orqanının gəldiyi qənaətə əsasən aşkar edilmiş narkotik vasitə olan heroinin külli miqdar və bir neçə bükümdə olması eləcə də digər növ olan marixuana aşakr edilməsi ittiham aktında göstərilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri satış məqsədilə əldə edib saxlaması və üzərində daşımasını təsdiq edən təsdiq edən fakt kimi qəbul edilə bilməz. İstintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlaması və daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə) hallara dair sübut əldə edə, satışla bağlı hissədə onun təqsirini sübuta yetirə bilməmişdir. Təqsirləndirilən şəxs bədən səthindəki xəsarətlərlə bağlı xx.xx.2024-cü il tarixdə yazılmış ərizənin şəxsin iradə ifadəsinin əleyhinə alınması verilməsinə kifayət qədər əsaslar olduğundan və şəxsin istintaq təcridxanasına daxil olduğu tarixdən yekun məhkəmə qərarı qəbul edilənə qədər həmin xəsarətlərin polis əməkdaşları tərəfindən edilmiş işgəncə və fiziki zorakılıq nəticəsində yaranması barədə müxtəlif instansiyalara ünvanladığı müraciətlərdə (ərizə və şikayətlərdə) ətraflı məntiqi və ağlabatan dəlillərlə əsaslandırdığından və iş materiallarına əsasən həmin xəsarətlərin xx.xx.2024-cü ildə kənar şəxs(lər) tərəfindən yetirilməsinə kifayət qədər məntiqi dəlillər olduğundan məhkəmə Təqsirləndirilən şəxs bədən səthindəki xəsarətlərin törətmədiyi əməli etiraf etməsi üçün fiziki zorakılığa məruz qalması kimi qiymətləndirir. Hökmün təsvir əsaslandırcı hissəsində yuxarıda qeyd edilən təhqiqat orqanı əməkdaşları, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirtmiş prokuror və digər şəxslərin yol verdiyi kobud qanun pozunutları ilə bağlı mövqeyini isə məhkəmə, iş üzrə çıxarılacaq xüsusi qərarda göstərəcəyindən hökmdə bu barədə qeyd aparılmasını zəruri hesab etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəyə aidiyyəti və onun ittiham irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən ona təxirəsalınmadan Azərbaycan Respublikası adından bəraət verilməklə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, qanunsuz olaraq tutulması və həbs edilməsi ilə bağlı dəymiş ziyanın ödənilməsi ilə əlaqədar qanunvercilikdə nəzərdə tutulmuş mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququ ona izah edilməlidir. Məhkəmə hər bir halda dövlətin adından qərar verdiyi üçün ona qədər baş vermiş qanun pozuntularını aradan qaldırmaqla ədaləti bərqərar etməli, nəinki barəsində icraat aparılan şəxs, bütövlükdə cəmiyyət qanunun ali qüvvəyə malik olmasını, insan hüquq və azadlıqlarının dövlət tərəfindən ən ali dəyər kimi qəbul edilib qorunmasını qəbul edilən qərarda və məhkəmə baxışında hakimlərin timsalında müşahidə etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Layıcov Azərbaycana qarşı” işi üzrə qərarında göstərmişdir ki, pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, ərizəçiyə yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” iş üzrə qərarında göstərmişdir ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” və “Bıkov Rusiyaya qarşı” iş üzrə qərarlarında formalaşdırdığı presedent mövqeyə görə özünə qarşı ifadə verməmək hüququ cinayət işində ittiham tərəfinin təqsirləndirilən şəxsə qarşı öz versiyasını sübut etmək üçün “məcbur etmə” və təqsirləndirilən şəxsin iradəsi əleyhinə təzyiq üsulları ilə əldə edilmiş sübuta əl atmamasını nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə qərarında formalaşdırdığı presedent mövqeyə görə məhkəmə prosesinin şəxsin özünə qarşı ifadə verməmək hüququna xələl gətirib-gətirmədiyini araşdırarkən Avropa Məhkəməsi konkret olaraq aşağıdakı elementləri: məcburetmənin xarakterini və dərəcəsini; araşdırılan cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai marağı; həmin prosesdə müvafiq təminatların olub-olmadığını və məcburetmə yolu ilə əldə edilmiş hər hansı materialdan istifadə edilib-edilmədiyini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X7 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə qərarında məhkəmə dövlət orqanları tərəfindən vətəndaş Layıcovun işi üzrə ədalətli məhkəmə araşdırmasından bəhs edən Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarının və əsas azadlıqlarının pozuntusuna yol verildiyini göstərmişdir. Bəhs edilən Qərarın 69-cu bəndində göstərilmişdir ki, “Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi”. Avropa İnsan Hüquqları Məhkəməsi “Savalanlı və digərləri Azərbaycana qarşı” iş üzrə 15 dekabr 2022-ci il tarixli qərarında da eyni mövqedən çıxış etmişdir. Belə ki, həmin Qərarın 91-ci bəndində göstərilmişdir ki, “Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014-cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015-ci il). Məhkəmə hesab edir ki, qeyd edilən həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübuti əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq məhkəmə həmçinin hesab edir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edib bilməz (İbrahimov və Məmmədov, § 127).” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi sözügedən məsələ, yəni İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi üzrə formalaşdırdığı presedent təcrübəsində bir sıra konkret və aydın tələblər müəyyən etmişdir ki, həmin tələblərə əməl etmək Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən yalnız məhkəmələrin deyil, həm də işgəncənin (pis rəftarın) tətbiqinə dair iddiaları araşdıran prokurorluq orqanlarının, o cümlədən öz mövqeyini işgəncə (pis rəftar) barədə iddiaların araşdırılmış olması kimi dəlillə əsaslandıran dövlət ittihamçısının vəzifəsidir. Şərh olunan məsələ üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq isə “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı, “Tomasi Fransaya qarşı iş” üzrə 27 avqust 1992-ci il tarixli qərarı, “Layıcov Azərbaycana qarşı iş” üzrə 10 aprel 2014-cü il tarixli qərarı göstərmək olar. Həmin qərarlara görə Avropa Məhkəməsinin irəli sürdüyü başılıca tələb odur ki,tutulmuş şəxsdə onun polisin nəzarəti altında olduğu müddətdə yaranması ehtimal olunan xəsarətlərin müəyyən edilməsi işgəncə, pis rəftar barədə iddiaların səlahiyyətli dövlət orqanları tərəfindən araşdırılmasını labüd edir və eyni zamanda onu tələb edir ki, bu araşdırma adekvatlıq və səmərəlilik meyarlarına cavab versin. Araşdırmanın qeyd olunan meyarlara uyğun olması isə araşdırmanı aparan orqanın müstəqil olmasını və lazımi prosessual imkanlara - səmərəli araşdırma mexanizmlərinə malik olmasını ehtiva edir. Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı iş”də Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gələrkən belə nəticə üçün əsas yaradan hal kimi xüsusilə onu qeyd etmişdir ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyri-qanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa,Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, səmərəli rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istinaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə səmərəsiz olacaqdır və bəzi hallarda, Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir” “Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında da eyni mövqeyi sərgiləyən Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”) Məhkəmə həmin iş üzrə qərarında qeyd etmişdir ki, “3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur”. Eynilə, “Tomasi Fransaya qarşı iş”də Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, Dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər Dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Araşdırmanın adekvatlığı və səmərəliliyini təmin etməli olan şərtlər barədə fikirlərini isə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı iş”də belə ifadə etmişdir: “Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir” (qərarın 52-ci bəndi) Qərarın 53-cü bəndində isə Avropa Məhkəməsi qeyd etmişdir ki, “pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanması, o cümlədən, inter alia hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar”. Polis əməkdaşları tərəfindən saxlanıldığı dövrə təsadüf edən sol gözətrafı nahiyədə qançır şəklində xəsarətin olmasından, ittiham tərəfinin isə məhkəmədə (o cümlədən, Xəzər Rayon Prokurorluğunda səthi aparılmış “araşdırma” nəticəsində çıxarılmış qərarla) Məhkumin üzərində olan həmin xəsarətin polisin nəzarətində olduğu müddətdə deyil, ona qədər yetirildiyini təsdiq edən dəlillər gətirə bilməməsindən, eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin şərh olunan məsələ üzrə formalaşmış presedent təcrübəsindən çıxış edərək Məhkumin saxlanıldıqdan sonra pis rəftara məruz qalması, məhz bunun təsiri ilə məhkəməyədək icraatda avtomobildən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə ilə bağlı etirafedici izahatı, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri verməsi haqqında nəticəyə gəlib, həmin sübutları, eləcə də avtomobilə baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında protokoldakı məlumatları qəbul etməkdən imtina etmələri və cinayət işində qeyd olunan narkotik vasitənin və psixotrop maddənin Məhkumə aidiyyətini mötəbərliliklə təsdiq edən sübutlar mövcud olmadığına görə onun CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməyə imkan verir. Məhkəmə tərkibi cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud qanun pozuntularına yol verilmiş, ittiham məhkəmə istintaqında tədqiq edilmiş qeyri-mötəbər və mümkün hesab edilə bilməyən sübutlarla əsaslandırılmışdır. Qeyd olunanlara və həmçinin aşağıda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 42.1.4- cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə tərəfindən bəraət hökmü çıxarılır. Həmin məcəllənin 42.2.4-cü maddəsin əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır. Azərbaycan Respublikaı CPM-nin 58.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. CPM-nin 61.1-ci maddəsinə əsasən cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır. Azərbaycan Respublikası CPM-nin 133.2-ci maddəsinə əsasən bəraət hökmü çıxarılarkən, habelə cinayət təqibi üzrə icraata xitam verilərkən ekspertiza və ya qanuni keçirilmiş digər istintaq, yaxud prosessual hərəkətlər zamanı xarab olmuş, məhv edilmiş və ya itirilmiş əşyaların dəyəri prosessual vəziyyətindən asılı olmayaraq sahibinə və ya onun qanuni mülkiyyətçisinə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Azərbaycan Respublikası CPM-nin 350.2. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. İş üzrə maddi sübut qismində tanınaraq Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,9 qram narkotik vasitə olan qurudulmuş marixuana və qalıq çəkisi 4,567 qram narkotik vasitə olan heroin məhv edilməli, “şəxsi axtarış və götürmə” keçirilməsini əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə məsrəfi olan 64,80 (altmış dörd manat səksən qəpik) manat ekspertiza xərcini ödəməkdən azad edilməli, sonuncuya qanunsuz olaraq tutulduğu və həbsdə saxlanıldığı müddətə görə vurulmuş ziyanın ödənilməsi üçün mülki mühakimə qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Odur ki yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 344-352-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsiri sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınaraq maddi Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,9 qram narkotik vasitə olan qurudulmuş marixuana və qalıq çəkisi 4,567 qram narkotik vasitə olan heroin narkotik vasitənin əldə edilməsi ilə bağlı xüsusatlar araşdırılanadək tanınaraq Bərdə rayon Polis Şöbəsinin maddi sübutları saxlama yerində saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə məsrəfi olan 64,80 (altmış dörd manat səksən qəpik) manat ekspertiza xərcinin ödənilməsindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın mülki mühakimə icraatı qaydasında iddia qaldırmaqla ödənilməsini tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-337/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-337/2025
26.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver