Məhkəmə qərarları › İş №1(100)-338/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-338/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-338/2025 05.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə Regional Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, evli, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, Samux rayonu Qovlarsarı kənində qeydiyyatda olmaqla, tutulanadək ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən, külli miqdarda, yəni təmiz çəkisi 9,02 qram, 3700 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,338 qram, 0,694 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 13 yanvar 2024-cü il tarixdə, saat 23:00-da Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib Gəncə şəhəri H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində saxlanılaraq, Gəncə şəhər H.Əliyev 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əyində olan kül rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd Winston markalı siqaret qutusunda təmiz çəkisi 9,02 olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana yaşadığı ünvan 4 ünvanına baxış keçirilərəkən sintetik kisədəki təmiz çəkisi 3700 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,338 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 02 (iki) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,349 qram və 0,345 qram, ümumi təmiz çəkisi 0,694 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “Gülər market” adlanan yerin arxa hissəsində yerləşən binada kirayədə qalır. Hadisə baş verən gün evinin qapısı döyülmüş və qapını açan zaman 5-6 nəfər polis əməkdaşı yaşadığı evə daxil olaraq, ona “tərpənmə” demişlər. Polis əməkdaşları onun evini axtarmışlar və evindən heç bir narkotik vasitə aşkar olunmamış, lakin üzərindən metamfetamin aşkar olunmuşdur. Daha sonra onu Gəncə şəhər 1-ci polis şöbəsinə aparmışlar və orada ona fiziki təzyiq göstərdikdən sonra gecə saat 04:00-04:30 radələrində onu təkrar yaşadığı evə gətirmişlər. Polis əməkdaşları onun yaşadığı evə torbada narkotik vasitə yerləşdirmişlər və narkotik vasitənin çəkisi 3.700 qram olmuşdur. Əlavə olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, əvvəllər psixotrop maddə metamfetamin istifadə etmiş və onun CMin 234.1-ci maddəsilə məhkumluğu da olmuşdur. Polis əməkdaşları onu saxlayan zaman üzərində 0,5 qram metamfetamin olmuşdur. Polis əməkdaşları ilk dəfə onun kirayə yaşadığı evə gələn zaman evə baxış keçirsələr də, evdən heç bir narkotik vasitə aşkar olunmamış, lakin onu polis şöbəsinə aparıb təkrar yaşadığı evə gətirdikdə isə yaşadığı evdən torbada olan narkotik vasitə aşkar etmişlər. Videoçəkiliş zamanı ona narkotik vasitənin evin hansı hissəsində olduğunu soruşsalar da, o polis əməkdaşlarına narkotik vasitəni özlərinin qoyduqlarını və narkotik vasitənin yerini bilmədiyini bildirmişdir. Evinə baxış keçirən zaman yanında müdafiəçi olmuş, lakin müdafiəçiyə heç bir məlumat verməmişdir. Onun polislə hər hansı ədavəti olmamış, lakin polis əməkdaşları ona fiziki təzyiq göstərərək, dişini sındırmışlar və bununla bağlı prokurorluq orqanında gələrək, ondan izahat almışlar. Evin qapısı döyülən zaman Səbinə adlı qadın ev təmizliyi üçün gəlmiş və evdə Lamiyyə adlı qadında olmuşdur. Səbinə evi təmizləyib yekunlaşdırmış və Lamiyə taksi sifariş vermişdir. Evin qapısı döyülən zaman, qapının taksi şirkətinin sürücüsü tərəfindən döyüldüyünü zənn etmişdir. Evin qapısını açdıqda polis əməkdaşları evə daxil olmuş və onu şöbəyə aparmışlar. Lamiyə adlı qadını isə şöbəyə sonradan gətirmişlər, lakin sonradan Lamiyənin pulunu alaraq onu buraxmışlar. Onun narkotik vasitələrin onun olduğunu etiraf etməsinə səbəb, fiziki və psixoloji təzyiqlərə məruz qalması olmuşdur. Onu saxlayan şəxslərdə Devran adlı polis əməkdaşını tanımışdır. Eyni zamanda onu saxlamağa 4-5 ədəd avtomobil ilə gəlmişdirlər. Lamiyə və Səbinənin isə narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmamışdır. Onu prokurorluq orqanının əməkdaşları dindirimişlər, lakin araşdırmanın nəticəsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən xeyli müddət keçdiyi üçün tam xatırlamır. Təqsirləndirilən şəxs gecə saatlarında saxlamışlar və saxlayan zaman üzərindən narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Əlavə olaraq, Şahid1 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş və məzmunu Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri saxlaması ilə bağlı olmuşdur. Əməliyyat məlumatının məzmunu satışla bağlı olmamışdır. Əməliyyat tədbirində onunla yanaşı Şahid2 də iştirak etmişdir. Təqsirləndirilən şəxsi “Gülər market” adlanan yerin yaxınlığında saxlamışlar. Saxlayan zaman təqsirləndirilən şəxs tək olmuşdur. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan marixuana aşkar olunmuş və sözügedən narkotik vasitənin çəkisi təxminən 1-2 kq olmuşdur. Təqsirləndirilən şəxsdən aşkar olunan narkotik vasitənin torbadan və yaxud evdən aşkar olunduğunu xatırlamamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu, istifadə etmək üçün üzərində saxladığını və satış məqsədinin olmadığını bildirmişdir. Lamiyənin aparılması barədə məlumatı olmamış, Lamiyənin anasını tanımır və onunla hər hansı əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxsin üzərinə şöbədə baxış zamanı onun üzərindən narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxsi evdən polis şöbəsinə aparmışlar.Təqsirləndirilən şəxsi evin içərisində saxladıqlarını xatırlamamışdır. Təqsirləndirilən şəxsi saxlayıb üzərinə baxış keçirmişlər, üzərindən narkotik vasitə aşkar olunmamış və daha sonra evinə baxış zamanı evindən narkotik vasitə aşkar olunmuşdur. Əməliyyat tədbirinə “Toyoto Prius” markalı avtomobillə getmişlər. Həmin vaxt CAB-ın rəisi Dövran Abuzərli olmuş, lakin o əməliyyat tədbirində iştirak etməmişdir. Həmin vaxt onun istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs saxlayan zaman evdə ondan başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxsin olduğu evə bir dəfə baxış keçirilmiş və baxış zamanı evindən narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxsi evdə olan zaman saxlamışlar. İfadəsində olan ziddiyətlər, hadisənin üzərindən xeyli müddət keçməsi ilə əlaqədardır. Hazırda verdiyi ifadəsini deyil, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq orqanına verdiyi ilkin ifadəsi ilə məhkəmə baxışı iclasında verdiyi ifadəsi arasında ziddiyətlər olduğundan cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı bir münasibəti olmamışdır.14 yanvar 2024-cü il tarixdə xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Samux rayonu, Qovlarsarı kəndində qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində daşıması saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə o raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra bölmənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirtmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 yanvar 2024-cü il tarixdə, saat 23:00 dəqiqədə Təqsirləndirilən şəxs Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsinin yaxınlığında müəyyən edib həmin yerə getmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş, barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinə dair qərarla tanış etmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nə aparmışdırlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Nofəl Mustafayevi dəvət etmiş Təqsirləndirilən şəxs təqdim etmiş və Elmir, təqdim olunmuş Əfqan adlı müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan kül rəngli cins şalvarın sağ cibindən bir ədəd Winston markalı siqaret qutusunu təqdim etmiş və özünün “nəyşə” kimi adlandırdığı marixuana olduğunu və həmin kütləni 2 ay əvvəl Samux rayonunda kür çayının sahilindən tapdığını bildirmişdir. Həmin siqaret qutusuna baxış keçirilən zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd siqaret qutusu elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 15 qram olduğu müəyyən edilmişdir. Həmin siqaret qutusu içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 110 saylı" möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalanır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan olan kül rəngli cins şalvarın sağ cibinin üst hissəsində olan kiçik cibindən 1 ədəd ağ rəngli sellofan bükümü təqdim edəeək həmin bükümün içərisində “patı” kimi adlandırdığı psixotrop maddə olan metamfetamin olduğunu və 2 ay bundan əvvəl tapdığını, həmin kütlədən az miqdarda istifadə etdiyini və üzərində gəzdirdiyini bildirir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin sol yan cibindən isə aşağı hissəsində deşik olan kiçik şüşə kolbanı çıxarıb təqdim edir və patı kimi adlandırdığı kütləni həmin şüşə qab vasitəsi ilə çəkdiyini bildirdi. Bundan sonra şübhəli Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümün içərisinə baxış keçirilir və baxış zamanı içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,38 qram olduğu müəyyən edilmişdir. Həmin sellofan büküm və şüşə kolba içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 110 saylı" möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır Bundan sonra iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanın baxış keçirilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs kirayədə yaşadığı mənzilin qapısını üzərində gəzdirdiyi açarla açıb evə daxil olaraq girişdən sol hissədə olan otaqda yerləşən çarpayının sol hissəsində olan ağ rəngli şkafı açaraq ağ rəngli torbanı təqdim etmiş və özünün "nəyşə" kimi adlandırdığı marxiuana olduğunu və həmin kütləni 2 ay əvvəl Samux rayonunda kür çayının sahilindən tapdığını bildirmişdir. Həmin ağ rəngli torbaya baxış keçirən zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, xüsusi spesifik qoxuya malik, bitki şəkilli, tün yaşıl rəngdə kütlə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi torbanın içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkdikdə ümumi çəkisinin 3 kiloqram 755 qram (üç kiloqram yeddi yüz əlli beş qram) olduğu müəyyən edilmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X4 tərəfindən aşkar olunduğu torbada qablaşdırılmış üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 110 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin otaqda girişdən sol hissədə olan və üzərində bir hissəsinə televizor qoyulmuş və üzərində çox saylı müxtəlif əşyalar olan ağ rəngli şkafın siyirməsini açaraq siyirmədə olan 2 ədəd ağ rəngli sellofan bükümünü çıxarıb təqdim edərək həmin bükümün içərisində "patı" kimi adlandırdığı psixotrop maddə metamfetamin olduğunu, bu bükümləri 2 ay bundan əvvəl tapdığını, həmin kütlədən az miqdarda istifadə etdiyini və üzərində gəzdirdiyini bildirmiş, həmin siyirmədə iki ədəd kütlənin aşakr ediliyi yerdə kütlələrlə birlikdə qoyul 1 ədəd elektron tərəzi və aşağı hissəsində deşik olan kiçik şüşə kolbanın da olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd ağ rəngli sellofanın içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd sellofan büküm elektron tərəzidə çəkdikdə bükümlərdən birisinin çəkisi 0,41 (sıfır tam yüzdə qırx bir) qram, digər bükümün isə çəkisi 0.39 (sıfır tam yüzdə otuz dokquz) qram, yəni hər iki bükümün ümumilikdə çəkisi 0,80 (sıfır tam yüzdə səksən) qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş psixatrop maddəyə bənzər 2 ədəd kütlə olan büküm, 1 ədəd elektron tərəzi və 1 ədəd şüşə kolba cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X4 tərəfindən 3 saylı kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 110 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirlədirilən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatları var, Təqsirləndirilən şəxs halhazırda narkotik vasitə satdığı şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onlara Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi ilə bağlı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs saxlayaraq polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuş və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə gedərək, videoçəkilişdən istifadə edilməklə evinə baxış keçirilmiş və baxış zamanı evdən ağ torbada narkotik vasitə, həmçinin tərəzi aşkar olunmuşdur. Əlavə olaraq, Şahid2 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi H.Əliyev prospektində, “Dəyirmanın dairəsi” adlanan yerin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs evindən aşkar olunan narkotik vasitə ağ torbada olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ev “Gülər market” adlanan yerin arxa hissəsində yerləşən binanın 1-ci mərtəbəsində yerləşir. Onlar evə gedən zaman evdə heç kim olmamış və evin qapısını Təqsirləndirilən şəxs açmışdır. Eyni zamanda evin açarı qapının üzərində olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdən təxminən 2-3 kq marixuana və tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni “Kürün qırağı” adlanan yerin yaxınlığından tapdığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsi saxlayan zaman şəxsin yanında hər hansı qadın olmamışdır. Onlar əməliyyat tədbirinə “Toyoto Prius” markalı avtomobillə getmişlər və həmin tədbir zamanı “Chevrolet Cruze” markalı avtomobil olmamışdır. Təqsirləndirilən şəxs barəsində olan əməliyyat məlumatının məzmunu onun narkotik vasitələrdən istifadə etməsi ilə bağlı olmuşdur. Qapını kimin açmasını və açarın harada olmasını xatırlamamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(125)-16/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu 13 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 fevral 2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X4, Gəncə şəhər Baş Polis İdarəsinin 1-cü PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, həmin bölmənin əməliyyat müvəkkili Şahid2 və müdafiəçi X2 iştirakı ilə şübhəli şəxs X3 üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan kül rəngli cins şalvarın sağ cibindən bir ədəd Winston markalı siqaret qutusunu təqdim edir və özünün “nəyşə” kimi adlandırdığı marixuana olduğunu və həmin kütləni 2 ay əvvəl Samux rayonunda kür çayının sahilindən tapdığını bildirir. Həmin siqaret qutusuna baxış keçirilən zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd siqaret qutusuelektron tərəzidə çəkilir və ümumi çəkisinin 15 qram olduğu müəyyən edilir. Həmin siqaret qutusu içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 110 saylı" möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalanır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan olan kül rəngli cins şalvarın sağ cibinin üst hissəsində olan kiçik cibindən 1 ədəd ağ rəngli sellofan bükümü təqdim edəeək həmin bükümün içərisində “patı” kimi adlandırdığı psixotrop maddə olan metamfetamin olduğunu və 2 ay bundan əvvəl tapdığını, həmin kütlədən az miqdarda istifadə etdiyini və üzərində gəzdirdiyini bildirir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin sol yan cibindən isə aşağı hissəsində deşik olan kiçik şüşə kolbanı çıxarıb təqdim edir və patı kimi adlandırdığı kütləni həmin şüşə qab vasitəsi ilə çəkdiyini bildirdi. Bundan sonra şübhəli Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümün içərisinə baxış keçirilir və baxış zamanı içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan büküm elektron tərəzidə çəkilir və ümumi çəkisinin 0,38 qram olduğu müəyyən edilir. Həmin sellofan büküm və şüşə kolba içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 110 saylı" möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 fevral 2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X4, Gəncə şəhər Baş Polis İdarəsinin 1-cü PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, həmin bölmənin əməliyyat müvəkkili Şahid2 və müdafiəçi X2 iştirakı ilə şübhəli şəxs X3 yaşadığı ünvan 5 ünvanına baxış keçirilir və evə baxış axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs kirayədə yaşadığı mənzilin qapısını üzərində gəzdirdiyi açarla açıb evə daxil olaraq girişdən sol hissədə olan otaqda yerləşən çarpayının sol hissəsində olan ağ rəngli şkafı açaraq ağ rəngli torbanı təqdim etdi və özünün "nəyşə" kimi adlandırdığı marxiuana olduğunu və həmin kütləni 2 ay əvvəl Samux rayonunda kür çayının sahilindən tapdığını bildirdi. Həmin ağ rəngli torbaya baxış keçirən zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, xüsusi spesifik qoxuya malik, bitki şəkilli, tün yaşıl rəngdə kütlə olması aşkar olundu. Təqsirləndirilən şəxs təqdim etdiyi torbanın içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkdikdə ümumi çəkisinin 3 kiloqram 755 qram (üç kiloqram yeddi yüz əlli beş qram) olduğu müəyyən edildi. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X4 tərəfindən aşkar olunduğu torbada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 110 saylı möhürü ilə möhürlənərək götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs həmin otaqda girişdən sol hissədə olan və üzərində bir hissəsinə televizor qoyulmuş və üzərində çox saylı müxtəlif əşyalar olan ağ rəngli şkafın siyirməsini açaraq siyirmədə olan 2 ədəd ağ rəngli sellofan bükümünü çıxarıb təqdim edərək həmin bükümün içərisində "patı" kimi adlandırdığı psixotrop maddə metamfetamin olduğunu, bu bükümləri 2 ay bundan əvvəl tapdığını, həmin kütlədən az miqdarda istifadə etdiyini və üzərində gəzdirdiyini bildirdi, həmin siyirmədə iki ədəd kütlənin aşakr ediliyi yerdə kütlələrlə birlikdə qoyul 1 ədəd elektron tərəzi və aşağı hissəsində deşik olan kiçik şüşə kolbanın da olması aşkar olundu. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd ağ rəngli sellofanın içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddənin olması aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd sellofan büküm elektron tərəzidə çəkdikdə bükümlərdən birisinin çəkisi 0,41 (sıfır tam yüzdə qırx bir) qram, digər bükümün isə çəkisi 0.39 (sıfır tam yüzdə otuz dokquz) qram, yəni hər iki bükümün ümumilikdə çəkisi 0,80 (sıfır tam yüzdə səksən) qram olduğu müəyyən edildi. Aşkar olunmuş psixatrop maddəyə bənzər 2 ədəd kütlə olan büküm, 1 ədəd elektron tərəzi və 1 ədəd şüşə kolba cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X4 tərəfindən 3 saylı kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 110 saylı möhürü ilə möhürlənərək götürüldü. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixdə Bakcell MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatda olan “+99***-***-**-**” və “+99***-***-**-**” saylı mobil nömrələrə daxil olan və gedən sms mətnlərinin məzmununda cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə müxtəlif nömrələrdən zənglər daxil olmuş eləcədə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən müxtəlif nömrələrə zənglər edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 14 yanvar 2024-cü il tarixli 16/70 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində "Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində qurudulmuş marixuanaya bənzər kütlə 15 qram çəkidə" yazı və imzalar olan kağız paketdəki 1(bir)ədəd Winston markalı siqaret qutusunda təmiz çəkisi 9,02qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (1№-li ob) Tədqiqata təqdim olunmuş üzərində "Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlə 3,755qram çəkidə” yazı və imzalar olan sintetik kisədəki təmiz çəkisi 3700qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (2№-li ob) Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. (1-2№-li ob) Tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs Üzərindən aşkar olunmuş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə 1 ədəd büküm 0,38qram çəkidə" yazı və imzalar olan kağız paketdəki 1(bir)ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,338 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.(3№-li ob) Həmin kağız paketdəki 1(bir)ədəd şüşə qurğunun içərisində psixotrop maddə olan metamfetamin izləri aşkar olundu. Metamfetamin iz şəklində olduğundan quru maddəsinin təmiz çəkisini müəyyən etmək mümkün deyil. (4№-li ob) Tədqiqata təqdim olunmuş üzərində "Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 1 ədəd elektron tərəzi, 1 ədəd şüşəvə 2 büküm psixotrop maddəyə metamfetaminə bənzər kütlə 0,80 çəkidə" yazı və imzalar olan kağız paketdəki 2(iki)ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,349 qram, 0,345 qram, ümumi təmiz çəkisi 0,694 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindirlər. (5,6№-li ob) Həmin kağız paketdəki 1(bir)ədəd şüşə qurğunun içərisində psixotrop maddə olan metamfetamin izləri aşkar olundu. Metamfetamin iz şəklində olduğundan quru maddəsinin təmiz çəkisini müəyyən etmək mümkün deyil. (7№-li ob) Həmin kağız paketdəki 1(bir)ədəd elektron tərəzinin üzərində narkotik vasitə və psixotrop maddə izləri aşkar olunmadı. (8№-li ob) Tədqiqata təqdim olunmuş metamfetaminlər kimyəvi tərkiblərinə görə eynidirlər. (3,5,6№-li ob) Qeyd: Marixuananın ümumi təmiz çəkisi – 3709,02 qram, tədqiqata sərf edildi – 0,4 qr, (hər birindən 0.2qr) qalıq – 3708,62 qramdır. Metamfetamin ümumi təmiz çəkisi – 1,032 qram tədqiqata sərf edildi- 0,15 qr(hər birindən 0.05 qr) qalıq 0,882 qr. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 16 sentyabr 2024-cü il tarixli 1556 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Nakomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olsada psixotrop maddəni satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbəni, psixotrop maddəni başqa yerdə gizlədib-gizlətməməsini, psixotrop maddədən əldə etməsində ona köməklik edən şəxsin olub olmamasını və rayon ərazisində baş vermiş cinayətlər iştirak edib etməməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən və Gəncə şəhər Narkoloji Dispanserdən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin hökmü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 A.M.E cəzası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. AR-nın CM-nin 18.1-ci maddəsində göstərilirki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs sonucu dəfə xx.xx.2023-cü il tarixdə AR-nın CM-nin 234.1-ci maddəsi ilə təqsili bilinərək məhkum olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azadlıqdan məhrum etmə cəzasından azad olunmuşdur. AR-nın CM-nin 83.3.4-cü maddəsində göstərilir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını çəkib qurtardıqdaları gündən 02 il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Belə olan halda Təqsirləndirilən şəxs barəsində təyin edilmiş təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan 02 il keçmədiyi üçün, onun əməli cinayətlərin residivi kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar İdarəsinin prokuroru, ədliyyə müşaviri X1 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara, işgəncə və ya fiziki zor tətbiqinə məruz qalması, üzərinə narkotik vasitə qoyulması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və buna görədə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər BPİ-nin MSY-dən daxil olmuş, Təqsirləndirilən şəxs məxsus tibbi kitabçanın kserosurətindən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində müvəqqəti saxlama yerinə qəbul olunmuş, ilkin tibbi müayinədən keçirilmiş və bədən səthi üzərində xəsarət izləri aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 oktyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-nin maddi sübutların saxlanma kamerasında məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 8,82 qram, 3.699,8 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,288 qram, 0,299 qram, 0,295 qram psixotrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk, "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd “CD” disk və 01 (bir) ədəd elektron tərəzi cinayət işinin materiallarına əlavə edilərək, maddi sübut kimi tanınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs, məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən fiziki-psixi təzyiqlərə məruz qalması, ondan aşkar olunan narkotik vasitə polis əməkdaşları tərəfindən onun yaşadığı evə qoyulması ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi ilkin izahatı, üzərinə keçirilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Odur ki, məhkəmə onun ibtidai istintaq zamanı vermiş olduğu ilkin izahatının işin faktiki hallarına uyğunluğu baxımından əsas götürülməsinin vacibliyini vurğulayır. Həmçinin təqsirləndirilən şəxsin müdafiəçisinin istintaq zamanı dindirilmiş Lamiyə Əliyevanın yenidən dindirilməsi ilə bağlı vəsatəti məhkəmə tərəfindən təmin edilsə də, təqsirləndirilən şəxs sözügedən şəxsin dindirilməsindən imtina etmiş və müdafiəçinin göstərdiyi xüsusatları mübahisələndirməmişdir. İstintaq orqanı tərəfindən Lamiyə Əliyeva dindirilmiş və sözügedən xüsusat araşdırılmışdır. Eyni zamanda məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, əməliyyat tədbiri zamanı saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını bildirmişlər. Bundan başqa, Gəncə şəhər BPİ-nin MSY-dən daxil olmuş, Təqsirləndirilən şəxs məxsus tibbi kitabçanın kserosurətindən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində müvəqqəti saxlama yerinə qəbul olunmuş, ilkin tibbi müayinədən keçirilmiş və bədən səthi üzərində xəsarət izləri aşkar edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar İdarəsinin prokuroru, ədliyyə müşaviri X1 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara, işgəncə və ya fiziki zor tətbiqinə məruz qalması, üzərinə narkotik vasitə qoyulması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və buna görədə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 16 sentyabr 2024-cü il tarixli 1556 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Nakomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ilkin izahatının işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədəmüvafiq hesab edir. Bununla belə məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, saxladığı ekspertiza tədqiqatına sərf edildikdən sonra ümümi təmiz çəkisi 8,82 qram, 3.699,8 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,288 qram, 0,299 qram, 0,295 qram psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də, məhkəməyə satış məqsədinin nədə ifadə edilməsinə dair sübut təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan marixuananı satış məqsədilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşının ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və ya satış məqsədilə saxlaması barədə heç bir məlumatın əldə edilmədiyini bildirmişdir. Eyni zamanda verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olsada psixotrop maddəni satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbəni, psixotrop maddəni başqa yerdə gizlədibgizlətməməsini, psixotrop maddədən əldə etməsində ona köməklik edən şəxsin olub olmamasını və rayon ərazisində baş vermiş cinayətlər iştirak edib etməməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə Bakcell MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatda olan “+99***-***-**-**” və “+99***-***-**-**” saylı mobil nömrələrə daxil olan və gedən sms mətnlərinin məzmununda cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə müxtəlif nömrələrdən zənglər daxil olmuş eləcədə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən müxtəlif nömrələrə zənglər edilmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin evinə baxış zamanı, kirayə yaşadığı evdən tərəzi aşkar olunsa da, ibtidai istintaq orqanı tərəfindən sözügedən tərəzinin hansı məqsədlə, yəni narkotik vasitələrin satışı və ya şəxsi istifadə niyyəti ilə əldə edilməsi müəyyən olunmamış, həmçinin istintaq orqanı tərəfindən şəxsə satışla bağlı ittiham elan olunarkən, tərəzinin aşkar olunması faktı satış məqsədini təsdiq edən sübut kimi qiymətləndirilməmişdir. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut mövcud deyildir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenum qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda təkcə narkotik vasitənin və ya psixotrop maddənin çəkisinin külli miqdarda olmasını ehtimal edib, narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş narkotik vasitə olan marixuanın külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitə marixuananı məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmənin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha vurğulayır ki, təqsirləndirilən şəxs Dadaş Şirinov külli miqdarda psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs sözügedən narkotik vasitə olan marixuananı və psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan səxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ilkin izahatı ilə yanaşı, üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 və 2 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən marixuana narkotik vasitə hesab olunur, həmçinin həmin qanuna əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 50 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram və ondan yuxarı, 2 saylı Siyahısına əsasən isə metamfetamin psixotrop maddə hesab olunur, həmçinin həmin qanuna əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarıhesab olunur. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı hal hesab edir. Belə ki, Samux Rayon Məhkəməsinin 27 fevral 2023-ci il tarixli, 1(058)-24/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona qəti olaraq 07 (yeddi) ay müdddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin hökmü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 A.M.E cəzası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. AR-nın CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs sonucu dəfə xx.xx.2023-cü il tarixdə AR-nın CM-nin 234.1-ci maddəsi ilə təqsili bilinərək məhkum olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azadlıqdan məhrum etmə cəzasından azad olunmuşdur. AR-nın CM-nin 83.3.4-cü maddəsində göstərilir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını çəkib qurtardıqdaları gündən 02 il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Belə olan halda Təqsirləndirilən şəxs barəsində təyin edilmiş təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan 02 il keçmədiyi üçün, onun əməli cinayətlərin residivi kimi qiymətləndirilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan Məhkəmə hökmü ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsinə baxmayaraq, məhkumluğu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilməmiş və ya götürülməmiş, yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; məhkumluqları ödənilmiş hesab olunur. Buna görə də Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsinin tələbinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs şəxsiyyətini, törətmiş olduqları cinayələrin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onların törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(125)-16/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu 13 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, maddi sübut olan və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra 8,82 qram, 3.699,8 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,288 qram, 0,299 qram, 0,295 qram psixotrop maddə olan metamfetamin Gəncə şəhər BPİ-nin maddi sübutların saxlanma kamerasında məsul saxlanca verilmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk, "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd “CD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin maddi sübutların saxlanma kamerasında məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra 8,82 qram, 3.699,8 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,288 qram, 0,299 qram, 0,295 qram psixotrop maddə olan metamfetamin məhv edilməli və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk, "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd “CD” disk isə cinayət işinin materiallarına əlavə edilməsi isə nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 16 sentyabr 2024-cü il tarixli 1556 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Nakomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün on bir manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 165 (yüz altmış beş) manat məbləğində pul köçürülməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 13 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra 8,82 qram, 3.699,8 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,288 qram, 0,299 qram, 0,295 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk, "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd “CD” diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 15 (on beş) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional vəkil Bürosunun hesabına 165 (yüz altmış beş) manat məbləğində pul köçürülsün. İş üzrə məhkəmə məsrəfləri – 60.80 (altmış) manat (səksən) qəpik manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar