Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-339/2021 30.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X19 və X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X4, X7, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1988-ci ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxx 1990-cı ildə Füzuli rayonu Qarqabazar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü, məhkum olunmamış, Füzuli rayonu Qarqabazar kəndində qeydiyyatda olmaqla hazırda Beyləqan rayonu Mil qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 206.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 xeyli miqdarda qızıl-zinət əşyalarının Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilib Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirilməsini təşkil etmək barədə 2021-ci ilin may ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməmiş vaxtda xalası oğlu Təqsirləndirilən şəxs2, habelə İran İslam Respublikasında və Türkiyə Respublikasında yaşayan, şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, göstərişi əsasında cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 tərəfindən Türkiyə Respublikasının Tuzla şəhərində 4 bağlamada, 23460 manat dəyərində “1 ədəd sarı rəngli metaldan, üzərində böyük ölçülü, damla formalı, sarı rəngli və ağ şəffaf qaşlar olan 18K(kolyedə 4 ədəd qaş yeri boşdur), 167,03 qram 750 əyarlı qızıldan hazırlanmış, sarı rəngli qaşı qiymətsiz, ağ şəffaf rəngli qaşları 91- 0,120 karat, 249-0,063 karat, 207-0,025 karat, 4/3 intervalındakı brilyant olmaqla kolye və bilərzik dəsti, 10061 manat dəyərində “1 ədəd sarı rəngli metaldan, üzərində böyük ölçülü, damla formalı, sarı rəngli və ağ şəffaf qaşlar olan, 74,15 qram 750 əyarlı qızıldan hazırlanmış, sarı rəngli qaşı qiymətsiz, ağ şəffaf rəngli qaşları 34-0,125 karat, 143-0,050 karat, 76-0,013 karat, 4/3 intervalındakı brilyant olmaqla sırğa cütü-kulon-üzük dəsti, 23938 manat dəyərində “1 ədəd sarı rəngli metaldan, üzərində böyük ölçülü, paxlava formalı, sarı rəngli və ağ şəffaf qaşlar olan, 215,53 qram 750 əyarlı qızıldan hazırlanmış, sarı rəngli qaşı qiymətsiz, ağ şəffaf qaşları 25-0,126 karat, 136-0,079 karat, 179-0,045 karat, 27-0,004 karat, 4/3 intervalındakı brilyant olmaqla kolye-bilərzik-üzük dəsti, 14500 manat dəyərində “1 ədəd sarı rəngli metaldan, üzərində böyük ölçülü, düzbucaqlı formalı, sarı rəngli və ağ şəffaf qaşlar olan 18K ( üzərində 3 ədəd qaş yeri boşdur), 114,61 qram 750 əyarlı qızıldan hazırlanmış, sarı rəngli qaşı qiymətsiz, ağ şəffaf qaşları 22-0,190 karat, 96-0,082 karat, 69-0,015 karat, 3/3 intervalındakı brilyant olmaqla bilərzik-sırğa cütü-üzükkulon dəsti, 11113 manat dəyərində “1 ədəd sarı rəngli metaldan, üzərində böyük ölçülü, sarı rəngli və ağ şəffaf qaşlar olan 18K ( sırğa tayında 1 ədəd qaş yeri boşdur), 57,17 qram 750 əyarlı qızıldan hazırlanmış, sarı rəngli qaşı qiymətsiz, ağ şəffaf qaşları 16-0,128 karat, 58-0,098 karat, 48-0,060 karat, 80-0,022 karat, 72-0,009 karat 4/3 intervalındakı brilyant olmaqla sırğa cütü-üzük-kulon dəsti, 10525 manat dəyərində “1 ədəd sarı rəngli metaldan, üzərində böyük ölçülü, göy rəngli və ağ şəffaf qaşlar olan 18K, 96,30 qram 750 əyarlı qızıldan hazırlanmış, göy rəngli qaşı karunt qaşlar qrupuna aid, ağ şəffaf qaşları isə 90-0,021 karat, 492-0,013 karat, 264-0,004 karat, 3/3 intervalındakı brilyant olmaqla kolyebilərzik-sırğa cütü-üzük-yaxa sancağı dəsti, 3410 manat dəyərində “1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan, 27,10 qram 750 əyarlı qızıldan hazırlanmış, qaşları 4-0,204 karat, 28-0,076 karat 3/3 intervalındakı brilyant olmaqla sırğa cütü-üzükkulon dəsti, 1920 manat dəyərində “1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd böyük ölçülü, qırmızı rəngli və ağ şəffaf qaşlar olan, 19,48 qram 750 əyarlı qızıldan hazırlanmış, qırmızı rəngli qaşı karunt qaşlar qrupuna aid, ağ şəffaf qaşları isə 6-0,098 karat, 24-0,034 karat, 181-0,006 karat, 4/3 intervalındakı brilyant olmaqla yaxa sancağı, 4250 manat dəyərində “1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd böyük ölçülü, yaşıl rəngli və ağ şəffaf qaşlar olan, 29,53 qram 750 əyarlı qızıldan hazırlanmış, yaşıl rəngli qaşı qiymətsiz, ağ şəffaf qaşları isə 10-0,171 karat, 18-0,082 karat, 32-0,038 karat, 52-0,011 karat, 104- 0,003 karat 4/3 intervalındakı brilyant olmaqla yaxa sancağı və 4010 manat dəyərində “1 ədəd sarı rəngli metaldan, üzərində böyük ölçülü, damla formalı, sarı rəngli və ağ şəffaf qaşlar olan 18K (1 ədəd qaş yeri boşdur), 30,33 qram 750 əyarlı qızıldan hazırlanmış, sarı rəngli qaşı qiymətsiz, ağ şəffaf qaşları isə 4-0,192 karat, 9-0,113 karat, 20-0,073 karat, 7- 0,035 karat, 161-0,003 karat 4/3 intervalındakı brilyant olmaqla yaxa sancağından ibarət, ümumilikdə 107187 manat dəyərində xeyli miqdarda qızıl-zinət əşyalarının tamah niyyəti ilə cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən təhvil alınmasını təşkil etmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirilərək ona çatdırılması üçün Təqsirləndirilən şəxs2 özünə məxsus çantada yerləşdirib idarə etdiyi “X37 Yük” markalı **- BY-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin salonunda saxlanılmasına, ümumilikdə xeyli miqdarda, 107187 manat dəyərindəki həmin qızıl-zinət əşyalarının Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşınmasına və Təqsirləndirilən şəxs2 tərəfindən 21 may 2021-ci il tarixdə saat 4 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən əvvəlcədən gömrük orqanına kağız üzərində və ya elektron formada yazılı, həmçinin şifahi bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş və həmin gün “Qırmızı körpü” gömrük postunda keçirilmiş gömrük yoxlaması nəticəsində qeyd olunan qızıl-zinət əşyaları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 xeyli miqdarda qızıl-zinət əşyalarının Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilib Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirilməsini təşkil etmək barədə 2021-ci ilin may ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməmiş vaxtda xalası oğlu Təqsirləndirilən şəxs1 və sonuncunun vasitəsilə İran İslam Respublikasında və Türkiyə Respublikasında yaşayan, şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Təqsirləndirilən şəxs1 göstərişi əsasında Türkiyə Respublikasının Tuzla şəhərində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən 4 bağlamada, 23460 manat dəyərində “1 ədəd sarı sarı rəngli metaldan, üzərində böyük ölçülü, damla formalı, sarı rəngli və ağ şəffaf qaşlar olan 18K(kolyedə 4 ədəd qaş yeri boşdur), 167,03 qram 750 əyarlı qızıldan hazırlanmış, sarı rəngli qaşı qiymətsiz, ağ şəffaf rəngli qaşları 91-0,120 karat, 249-0,063 karat, 207-0,025 karat, 4/3 intervalındakı brilyant olmaqla kolye və bilərzik dəsti, 10061 manat dəyərində “1 ədəd sarı rəngli metaldan, üzərində böyük ölçülü, damla formalı, sarı rəngli və ağ şəffaf qaşlar olan, 74,15 qram 750 əyarlı qızıldan hazırlanmış, sarı rəngli qaşı qiymətsiz, ağ şəffaf rəngli qaşları 34-0,125 karat, 143-0,050 karat, 76-0,013 karat, 4/3 intervalındakı brilyant olmaqla sırğa cütü-kulon-üzük dəsti, 23938 manat dəyərində “1 ədəd sarı rəngli metaldan, üzərində böyük ölçülü, paxlava formalı, sarı rəngli və ağ şəffaf qaşlar olan, 215,53 qram 750 əyarlı qızıldan hazırlanmış, sarı rəngli qaşı qiymətsiz, ağ şəffaf qaşları 25-0,126 karat, 136-0,079 karat, 179-0,045 karat, 27-0,004 karat, 4/3 intervalındakı brilyant olmaqla kolye-bilərzik-üzük dəsti, 14500 manat dəyərində “1 ədəd sarı rəngli metaldan, üzərində böyük ölçülü, düzbucaqlı formalı, sarı rəngli və ağ şəffaf qaşlar olan 18K ( üzərində 3 ədəd qaş yeri boşdur), 114,61 qram 750 əyarlı qızıldan hazırlanmış, sarı rəngli qaşı qiymətsiz, ağ şəffaf qaşları 22-0,190 karat, 96-0,082 karat, 69-0,015 karat, 3/3 intervalındakı brilyant olmaqla bilərzik-sırğa cütü-üzük-kulon dəsti, 11113 manat dəyərində “1 ədəd sarı rəngli metaldan, üzərində böyük ölçülü, sarı rəngli və ağ şəffaf qaşlar olan 18K ( sırğa tayında 1 ədəd qaş yeri boşdur), 57,17 qram 750 əyarlı qızıldan hazırlanmış, sarı rəngli qaşı qiymətsiz, ağ şəffaf qaşları 16-0,128 karat, 58-0,098 karat, 48-0,060 karat, 80-0,022 karat, 72-0,009 karat 4/3 intervalındakı brilyant olmaqla sırğa cütü-üzük-kulon dəsti, 10525 manat dəyərində “1 ədəd sarı rəngli metaldan, üzərində böyük ölçülü, göy rəngli və ağ şəffaf qaşlar olan 18K, 96,30 qram 750 əyarlı qızıldan hazırlanmış, göy rəngli qaşı karunt qaşlar qrupuna aid, ağ şəffaf qaşları isə 90- 0,021 karat, 492-0,013 karat, 264-0,004 karat, 3/3 intervalındakı brilyant olmaqla kolyebilərzik-sırğa cütü-üzük-yaxa sancağı dəsti, 3410 manat dəyərində “1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan, 27,10 qram 750 əyarlı qızıldan hazırlanmış, qaşları 4-0,204 karat, 28-0,076 karat 3/3 intervalındakı brilyant olmaqla sırğa cütü-üzükkulon dəsti, 1920 manat dəyərində “1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd böyük ölçülü, qırmızı rəngli və ağ şəffaf qaşlar olan, 19,48 qram 750 əyarlı qızıldan hazırlanmış, qırmızı rəngli qaşı karunt qaşlar qrupuna aid, ağ şəffaf qaşları isə 6-0,098 karat, 24-0,034 karat, 181-0,006 karat, 4/3 intervalındakı brilyant olmaqla yaxa sancağı, 4250 manat dəyərində “1 ədəd sarı rəngli metaldan, üzərində 1 ədəd böyük ölçülü, yaşıl rəngli və ağ şəffaf qaşlar olan, 29,53 qram 750 əyarlı qızıldan hazırlanmış, yaşıl rəngli qaşı qiymətsiz, ağ şəffaf qaşları isə 10-0,171 karat, 18-0,082 karat, 32-0,038 karat, 52-0,011 karat, 104- 0,003 karat 4/3 intervalındakı brilyant olmaqla yaxa sancağı və 4010 manat dəyərində “1 ədəd sarı rəngli metaldan, üzərində böyük ölçülü, damla formalı, sarı rəngli və ağ şəffaf qaşlar olan 18K (1 ədəd qaş yeri boşdur), 30,33 qram 750 əyarlı qızıldan hazırlanmış, sarı rəngli qaşı qiymətsiz, ağ şəffaf qaşları isə 4-0,192 karat, 9-0,113 karat, 20-0,073 karat, 7- 0,035 karat, 161-0,003 karat 4/3 intervalındakı brilyant olmaqla yaxa sancağından ibarət, ümumilikdə xeyli miqdarda, 107187 manat dəyərində qızıl-zinət əşyalarını tamah niyyəti ilə təhvil almış, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirib cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 çatdırılması üçün özünə məxsus çantada yerləşdirib idarə etdiyi “X37 Yük” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin salonunda saxlamış, ümumilikdə xeyli miqdarda, 107187 manat dəyərindəki həmin qızıl-zinət əşyalarını 21 may 2021-ci il tarixdə saat 4 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən əvvəlcədən gömrük orqanına kağız üzərində və ya elektron formada yazılı, həmçinin şifahi bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün “Qırmızı körpü” gömrük postunda keçirilmiş gömrük yoxlaması nəticəsində qeyd olunan qızıl-zinət əşyaları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2013-cü ildən etibarən İran İslam Respublikasında təhsil almağıyla əlaqədar olaraq mütəmadi olaraq oraya gedib gəlir. Evlidir, 2 azyaşlı övladı var. Təxminən 6-7 ildir ki, İranın Qum şəhərində yaşayan Əhmədli adlı şəxsə ticarət etməsi üçün borc pul vermiş, bu günə qədər həmin borc pul təxminən 50000-60000 manat məbləğində olmuşdur. Həmin şəxsdən borcunu geri ala bilməmiş, sonuncu dəfə Əhmədli borcunun əvəzində 55000-60000 dəyərində olan qızıl-zinət əşyaları verə biləcəyini demişdir. Onunla razılaşmış, Əhmədli “qızıllar Türkiyədə İstanbul şəhərindədir, tanış adam tap, onları gətirib Azərbaycanda sənə versin”demişdir. 2021-ci ilin may ayının əvvəllərində beynəlxalq yük daşınmaları ilə məşğul olduğunu bildiyi üçün istifadə etdiyi +**********19 nömrəsi ilə vatsap proqramı vasitəsilə xalası oğlu olan Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəsi ilə əlaqə saxlayıb əvvəlcə Rusiyada noutbuku olduğunu deyib onu gətizdirə bilib-bilməyəcəyini soruşmuşdur. Mirqalib həmin vaxt Rusiyada deyil, Türkiyədə olduğunu, noutbuku gətirməsi üçün də tanışı olmadığını demişdir. Daha sonra Mirqalibə Türkiyədən göndəriləsi qızılları gətirməyi təklif etmiş, o da razılaşmışdır. Mirqalibə qızılları Azərbaycana gətirib çatdırması müqabilində məbləğini deməsə də pul hörməti edəcəyini demiş, təxminın 1000 manat verməyi nəzərində tutmuşdur. Bundan sonra Mirqalib olduğu yerin koordinatlarını göndərmiş, həmin koordinatları Əhmədliyə, Əhmədli də həmin koordinatları qızılı Mirqalibə çatdıracaq şəxsə göndərmişdir. Daha sonra Mirqalib əlaqə saxlayıb qızılları qəbul etdiyini xəbər vermişdir. 21.05.2021-ci il tarixdə səhər saatlarında Mirqalib əlaqə saxlayıb qızılların gömrük postunda aşkar edib götürüldüyünü demişdir. İşin axırının necə olacağını gözləmiş, daha sonra da 10 iyul 2021-ci il tarixdə bu məsələni aydınlaşdırmaq üçün İrandan Azərbaycana gəlmişdir. Qabaqcadan xalası oğlu Qaliblə qızıl-zinət əşyalarını qanunsuz yolla, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə göstəriş verməmiş, yalnız bir qohum kimi və Mirqalib beynəlxalq yükdaşıması ilə məşğul olduğundan, həmçinin özü qızılların arxası ilə gedə bilmədiyindən ondan bu barədə xahiş etmişdir. Malların gömrük sərhədindən keçirilməsi barədə məlumatlı olmadığı üçün bu işi Mirqalibə həvalə etmişdir. Əməlindən peşmandır, məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Füzuli rayonu Qarqabazar kəndində qeydiyatda olsa da 2001-ci ildən etibarən ailəsiylə birlikdə Beyləqan rayonu Mil qəsəbəsində yaşayır, evlidir, 2 azyaşlı oğlu var. Uzun müddətdir ki, müxtəlif şəxslərə məxsus yük nəqliyyat vasitələrində sürücü kimi işləyir. 2021-ci ilin may ayının əvvəlində X29 adlı tanışı zəng vurub Türkiyə Respublikası vətəndaşı Bilgin Murata məxsus “X37 yük" markalı, 90BY652/99ZF652 nömrə nişanlı yük nəqliyyat vasitəsində olan yükü Türkiyəyə aparmağı təklif etmiş, Bakı şəhərində Əli ilə görüşmüş, Əli həmin maşını əvvəllər özü idarə etsədə işi olduğundan hazırda həmin yükü Türkiyəyə apara bilmədyini demişdir. Əli avtomobilin sahibi olan Muratın nömrəsini verib həmin şəxslə görüşüb daşınma haqqını almasını bildirmişdir. 07.05.2021-ci il tarixində qeyd olunan nəqliyyat vasitəsi ilə Qaradağ rayonu Ələt limanında götürdüyü “plastik istehsalında nəzərdə tutulmuş xammal" yükünü Türkiyə Respublikasına İstanbul şəhərinə aparmaq üçün yola çıxdmış, razılaşmaya əsasən Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisində yol kənarında Bilgin Muratla görüşmüşdür. Murat daşınma müqabilində 400 ABŞ dolları və hər gün üçün də yol xərci kimi 10 ABŞ dolları verəcəyini demiş, onunla razılaşmışdır. Muratdan pulu və etibarnaməni götürüb yola düşmüşdür. 11.05.2021-ci il tarixdə səhər saatlarında İstanbul şəhərində yükü idxal edən firmanın anbarına boşaltmış, daha sonra Azərbaycan Respublikasına boş qayıtmamaq üçün İstanbul şəhərində gözləmiş, 4-5 gün sonra “WhatsApp” proqram təminatı vasitəsi ilə Azərbaycana aparmaq üçün kimyəvi təmizlik vasitələri yükü olduğu bildirilmiş, həmin yükü daşımaq üçün avtomobil sahibi Bilgin Muratdan icazə aldıqdan sonra yükü götürmək üçün İstanbul şəhərindən təxminən 50 kilometir aralıda olan Tuzla şəhərinə getmişdir. Həmin ərəfədə xalası oğlu olan Təqsirləndirilən şəxs1 vatsap proqramı vasitəsilə əlaqə saxlayıb Rusiyada olan noutbuku gətirmək lazım olduğunu demiş, ona Rusiyada deyil Türkiyədə olduğunu və Rusiyada da elə bir tanışı olmadığını bildirmişdir. Az sonra Emin təkrar əlaqə saxlayıb Türkiyədə olan xeyli miqdarda, 1 kq yaxın qızılı gətirmək lazım olduğunu demiş, əvvəlcə Eminə etiraz edib hətta bir blok siqareti belə gömrük sərhədindən bəyan etmədən keçirməyə icazə verilmədiyi halda xeyli miqdarda qızıl zinət əşyalarını necə keçirə biləcəyini soruşaraq tutulmaqdan qorxduğunu demişdir. Emin isə guya yüksək mövqelərdə tanış adamları olmasını, əgər tutulsa ona heç bir zərər dəymədən xilas edə biləcəyini deyib arxayın salmışdır. Emin qızılı gətirib Bakıda təhvil vermək müqabilində pul verəcəyini desə də, məbləği bildirməmişdir. Bundan sonra razılaşmış, Eminin göstərişi əsasında olduğu yerin koordinatlarını vatsap proqramında ona göndərmişdir. Təxminən 1-2 saat sonra tanımadığı bir türk kişi yaxınlaşıb Emin tərəfindın göndərildiyini, qızılları gətirdiyi deyərək 4 bağlamada qızıl-zinət əşyalarını vermişdir. Həmin bağlamaları qəbul edib avtomobilin salonunda olan çantasına qoymuşdur. 18.05.2021-ci il tarixində Tuzla şəhərində yerləşən zavoddan yükü idarə etdiyi nəqliyyat vasitəsinə yüklədikdən sonra Azərbaycan Rrespublikasına gəlmək üçün yola çıxmışdır. 21.05.2021-ci il tarixində Azərbaycan Respublikasının gömrük sərhədinə çatmış və “Qırmızı Körpü" gömrük postundan ölkə ərazisinə daxil olmuşdur. Nəqliyyat vasitəsində olan yükün sənədlərini gömrük əməkdaşına təqdim etmiş, gömrük əməkdaşları üzərində və yük maşınında gömrük orqanına mütləq bəyan edilməli olan hər hansı əşyaların olub-olmamasını soruşmuş, onlara çantasında 4 bağlamada qızıl-zinət əşyalarının olmasını deməmişdir. Bundan sonra gömrük əməkdaşı 2 nəfər şəxs də dəvət edib nəqliyyat vasitəsinə baxış keçirmiş, baxış zamanı idarə etdiyi “X37 yük" markalı, 90BY652/99ZF652 nömrə nişanlı yük nəqliyyat vasitəsinin salonunda olan əl çantasının içərisindəki qızılları aşkar etmişdir. Aşkar edilmiş qızıllar əl çantasından çıxarılaraq sayılmış, üzəri şəffaf lentlə sarınmış 4 müxtəlif ölçülü bağlamaların içərisindən üzəri şəffaf və müxtəlif rəngli daşlarla bəzədilmiş dəqiq sayları və çəkiləri yadında qalmayan qızıl-zinət əşyaları olması və ümumilikdə çəkisinin isə 830 qram olduğu müəyyən edilərək götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib edilmiş, tanış olub imzalamışdır. İfadə verməyə gəlməzdən təxminən 5-6 gün qabaq Eminlə Bakı şəhərində 20 Yanvar metro stansiyasının yaxınlığında görüşmüş, Eminin yanında tanımadığı 2 nəfər cavan oğlan da olmuşdur. Həmin şəxslər Eminin adını çəkməməyi, belə olan halda onu bu işdən daha asan qurtaracaqaqlarını demişlər. Həmin şəxslər lazım gəlsə vəkil tutacaqlarını da deyib, hətta vəkilin haqqının yarısını ödəmək imkanının olubolmadığını soruşmuşlar. Vəkilə ödəməyə pulum olmadığını, istintaq və məhkəmədə yalan danışa bilməyəcəyini, qızıl alqı-satqısı ilə məşğul olmaması səbəbindən heç kəsin 1 kiloqrama yaxın qızıl-zinət əşyası ala biləcəyinə inanmayacağını demişdir. Emin “əgər müstəntiq səni çağırsa onun yanına getmə” deyib tapşırmış, ancaq istintaqın çağırışına getməli olduğunu bildiyindən gedib həqiqi ifadə vermişdir. Əməlindən peşmandır, məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, 2014-cü ildən etibarən İran islam Respublikasının Qum şəhərində təhsil alır, Təqsirləndirilən şəxs1 da orada tanımışdır. 2021-ci ilin may ayının təxminən sonlarında İranda olduqları zaman Emin bir nəfərə verdiyi borc pulu ala bilmədiyini, həmin şəxsin Türkiyədə olan qızıllarını gətizdirib borcunun əvəzinə götürməsini təklif etdiyini demişdir. Emin də sürücü işləyən xalası oğlu Mirqaliblə danışıb qızılları Türkiyədən gətizdirmək istədikdə Azərbaycan gömrüyündə qızıllar tutulmuşdur. Emin bu məsələ ilə əlaqədar olaraq Azərbaycana gedəcəyini bildirmişdir. Özü də 01.07.2021-ci il tarixdə ailə üzvləriylə birgə dərslər başa çatdığı üçün Bakıya gəlmiş, təxminən 2 həftə sonra Emin də İrandan gəlmişdir. Dəqiq yadında qalmayan tarixdə Emin zəng vurub görüşməyi təklif etmiş, həmin vaxt dostu Nurəddinlə birlikdə olduğundan və Nurəddinin avtomobili olduğu üçün ondan birlikdə 20 Yanvar metrostansiyasının yanına getməyi xahiş etmişdir. Həmin gün çayxanada Eminlə görüşmüş, Eminin yanında həmin vaxt görüb tanıdığı Mirqalib adlı xalası oğlu da olmuşdur. Söhbət əsnasında Eminə əgər məsələnin qanuni yolla həlli üçün vəkilə ehtiyac olarsa tanıdığı vəkillə onları əlaqələndirə biləcəyini deyib Elvin adlı vəkilin nömrəsini də onlara vermişdir. Bundan başqa aralarında hər hansı danışıq olmamış, çıxıb getmişlər. Görüş zamanı yanlarında dostu Nurəddin olmuş, Nurəddin ümumiyyətlə söhbətə qarışmayaraq Mirqalibə bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində göstərdi ki, 2007-ci ildən etibarən Bilgin Muratı tanıyır, ailəvi dostluq münasibətləri var. Beyləqan rayon sakini Təqsirləndirilən şəxs2 isə 4-5 ildir ki, sürücü kimi tanıyır. Xeyli müddət Murata məxsus olan “X37 yük" markalı, 90BY652/99ZF652 nömrə nişanlı yük nəqliyyat vasitəsini idarə edərək yük daşınmalarını həyata keçirmişdir. 2021-ci ilin may ayının əvvəlində Tükiyəyə yük aparılmalı olsa da işi olduğu üçün tanışı Mirqalibə zəng vurub yükü aparmasını xahiş etmiş, o da razılaşmışdır. Ələt limanından malı yüklədib Mirqaliblə görüşmüş, lazımi sənədləri və Muratın əlaqə nömrəsini verib Muratla görüşüb yol haqqını almasını demişdir. Mirqalib də maşını götürüb getmiş və həmin gün də Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisində Bilgin Muratla görüşərək ondan yol pulu və etibarnaməni götürüb getmişdir. 21.05.2021-ci il tarixində Murat zəng vurub Mirqalibin qayıdanda Qırmızı körpü gömrük postunda maşında qızıl gətirdiyi üçün saxlanıldığını demişdir. Bu məsələni aydınlaşdırmaq üçün gömrük postuna gedib Mirqaliblə görüşmüş və nə baş verdiyini soruşmuşdur. Əvvəlcə Mirqalib guya Türkiyədə tanımadığı adamın ona qızılları verib Bakı şəhərinə aparmasını istəməsini demişdir. Bundan sorna Tovuz gömrük idarəsinə getmişlər. Orada Mirqalib izahat yazmışdır. Təxminən 2-3 gün sonra Muratla birlikdə məsələni aydınlaşdırmaq üçün Beyləqan rayonuna Mirqalibin evinə getmişdir. Orada söhbət əsnasında Mirqalibin Türkiyədə qızılları İranda oxuyan xalası oğlu Eminin sifariş və təşkilatçılığı əsasında pul almaq qarşılığında götürüb gətirdiyi məlum olmuşdur. Bundan sonra Mirqaliblə əlaqəsi olmamışdır. Daha sonra isə 2021-ci ilin iyul ayında Murat şəxsi işləri ilə bağlı Türkiyəyə getmiş, nə vaxt qayıdacağını da bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” Gömrük Postunda idxal gömrük nəzarəti xəttində yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. Bu məqsədlə 21.05.2021-ci il tarixində “Qırmızı Körpü” gömrük postuna getmiş, təxminən saat 4-5 radələrində gömrük postundan tanıdığı Ceyhun adlı gömrük əməkdaşı yaxınlaşaraq idxal xəttində yük nəqliyyat vasitəsinə gömrük baxışını keçirmək istədiyini və həmin baxışda hal şahidi qismində iştirak etməyinə ehtiyac olduğunu bildirmişdir. Həmin vaxt işi olmadığını nəzərə alıb təkliflə razılaşaraq birgə “Qırmızı Körpü” gömrük postunun idxal xəttinə getmişdir. İdxal xəttində “Mercedes Benz” markalı, 90BY652\99ZF652 nömrə nişanlı yük nəqliyyat vasitəsini təqdim edərək həmin nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış malların saxlanıldığının yoxlanılması məqsədilə baxış keçirilməsinə zərurət yarandığını qeyd etmişdir. Nəqliyyat vasitəsinin yanında sonradan sürücüsü olduğunu öyrəndiyi Təqsirləndirilən şəxs2 adlı şəxs və hal şahidi qismində Mahmud adlı şəxs olmuşdur. Gömrük əməkdaşı ona və digər hal şahidi qismində iştirak edən Mahmud adlı şəxsi təqdim edərək hal şahidi qismində iştirak edəcəklərini izah etmiş və keçirələcək gömrük baxışında diqqətli olmağı və ehtiyac olduğu təqdirdə bu barədə izahat verəcəklərini də bildirmişdir. Eyni zamanda qanunvericiliyə uyğun olaraq hüquq və vəzifələrini izah edərək nəqliyyat vasitəsinə baxış keçirməyə başlamışdır. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda sürücü oturacağının yanında olan qara rəngli əl çantasının içərisində üzəri şəffaf lentlə sarınmış 4 ədəd müxtəlif ölçülü bağlamaların içərisindən hazırda dəqiq sayları yadında qalmayan qızıl-zinət əşyaları aşkar edilmişdir. Şifahi sorğu sual zamanı sürücü həmin qzılların ona Türkiyədə verildiyini, Bakıya apardığını demiş, amma qızılların kim tərəfindən verildiyini və kimin qəbul edəcəyini bildirməmişdir. Aşkar edilən əşyalar qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib edilmiş, tanış olub imzalamışlar. Daha sonra isə baxışda iştirak etməyi ilə əlaqədar təhqiqat orqanında izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2019cu ilin avqust ayından X15 fəaliyyətə başlamış, həmin vaxtdan DGK-nin QƏBGİ-nin “Qırmızı Körpü” gömrük postunun baş müfəttişi vəzifəsinə təyin olunmuşdur. Xidməti vəzifəsi ölkə ərazisinə gələn nəqliyyat vasitələrinin gömrük yoxlamasını həyata keçirməkdir. 21.05.2021-ci il tarixində “Qırmızı Körpü” gömrük postunda xidmətdə olduğu zaman Türkiyə Cumhuriyyətindən Azərbaycan Respublikasına idarə etdiyi “Mercedes Benz” markalı, 90BY652\99ZF652 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparmışdır. Sürücünü nəqliyyat vasitəsində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olubolmaması barədə sual verilmiş, o isə öz növbəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmet olmadığını bildirmişdir. Daha sonra 2 nəfər hal şahidi dəvət edərək nəqliyyat vasitəsinə onların iştirakı ilə gömrük baxışı həyata keçirmiş, baxış zamanı nəqliyyat vasitəsinin salonunda sürücü oturacağının yanında olan qara rəngli əl çantasının içərisindən üzəri şəffaf lentlə sarınmış 4 ədəd müxtəlif ölçülü bağlamalardan üzəri şəffaf və müxtəlif rəngli daşlarla bəzədilmiş qızıl ziynət əşyalarına bənzər əşyalar aşkar edilmiş, hər biri ayrılıqda çəkilmişdir. Şifahi sorğu sual zamanı sürücü həmin qızılların Türkiyədə Bakıya aparılması üçün verildiyini bildirmiş, amma qızılları kimin verməsi və kimin qəbul edəcəyi barədə bir söz deməmişdir. Aşkar edilən əşyalar qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib etmiş, iştirakçılar da tanış olub imzalamışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda tərtib edilmiş 21 may 2021-ci il tarixli “Gömrük yoxlaması haqqında” protokoldan görünür ki, “Mercedes Benz” markalı, 90BY652\99ZF652 nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda sürücü oturacağının yanında olan qara rəngli əl çantasının içərisində gömrük orqanından gizlədilmiş üzəri şəffaf lentlə sarınmış 4(dörd) ədəd müxtəlif ölçülü bağlamaların içərisindən üzəri şəffaf və müxtəlif rəngli daşlarla bəzədilmiş qızıl ziynət əşyalarına bənzər 1ədəd çəkisi 109.4 qram olan “Boyunbağı” , 1ədəd çəkisi 109 qram olan “Boyunbağı” , 1ədəd çəkisi 29.4 qram olan “Boyunbağı”, 1ədəd çəkisi 82 qram olan “Qolbağı”, 1ədəd çəkisi 23.2 qram olan “Qolbağı”, 1ədəd çəkisi 55.9 qram olan “Qolbağı”, 1ədəd çəkisi 58.1 qram olan “Qolbağı”, 1ədəd çəkisi 12 qram olan “Üzük”, 1ədəd çəkisi 17.6 qram olan “Üzük”, 1ədəd çəkisi 10.1 qram olan “Üzük”, 1ədəd çəkisi 8.1 qram olan “Üzük”, 1ədəd çəkisi 12.4 qram olan “Üzük”, 1ədəd çəkisi 23.6 qram olan “Üzük”, 1ədəd çəkisi 14.3 qram olan “Klon”, 1ədəd çəkisi 14.2 qram olan “Klon”, 1ədəd çəkisi 18.2 qram olan “Klon”, 1ədəd çəkisi 5.7 qram olan “Klon”, 1 cüt (2ədəd) çəkisi 20 qram olan “Sırğa”, 1 cüt (2ədəd) çəkisi 30.6 qram olan “Sırğa”, 1 cüt (2ədəd) çəkisi 32.5 qram olan “Sırğa”, 1 cüt (2ədəd) çəkisi 38.2 qram olan “Sırğa”, 1 cüt (2ədəd) çəkisi 13.4 qram olan “Sırğa”, 1ədəd çəkisi 19.3 qram olan “Broş”, 1ədəd çəkisi 30.3 qram olan “Broş”, 1ədəd çəkisi 29.6 qram olan “Broş” və 1ədəd çəkisi 12.9 qram olan “Broş” aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2021-ci il tarixli, 6/2071 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş məmulatların metalı 750 əyarlı qızıla uyğundur, ümumi çəkisi 831,23 qramdır. Məmulatlar üzrəində olan qaşlar brilyantdır. Ayrı-ayrılıqda göstəricilər Cədvəl 1-də göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9 iyul 2021-ci il tarixli, 9/3438 nömrəli ekspert rəyində göstərilmişdir ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş qızıl məmulatların 21.05.2021-ci il tarixə orta bazar qiymətləri təxminən 107187 manat müəyyən edilir. Həmin məmulatların ayrı-ayrılıqda adları, kütləsi və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında tərtib edilmiş 22 iyul 2021-ci il tarixli protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 2019-cu ildən etibarən müxtəlif vaxtlarda Rusiya Federasiyası və Gürcüstan istiqamətində gedibgəlmiş, 08.05.2021-ci il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə “X37 Yük” markalı **-BY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Gürcüstana getmiş, 21.05.2021-ci il tarixdə saat 04:22-də isə “Qırmızı körpü” gömrük postundan keçməklə “X37 Yük” markalı **-BY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Azərbayan Respublikasına gəlmiş, həmin vaxt nəqliyyat vasitəsinin salonunda olan əl çantasının içərisində qızıl-zinət əşyaları aşkar edilərək götürülmüş, Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində mövcud olan məlumatlar “Hp LaserJet pro M102a” markalı printerdən istifadə edilməklə çap olunaraq 15 vərəqdə protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında tərtib edilmiş 26 iyul 2021-ci il tarixli protokolla müəyyən edilmişdir ki, o, xx.xx.1988-ci ildə ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla 2012-ci ildən etibarən müxtəlif vaxtlarda İran İslam Respublikasına gedib-gəlmiş, sonuncu dəfə 23.12.2019-cu il tarixdə İran İslam Respublikasına getmiş və 10.07.2021-ci il tarixdə Astara gömrük postundan keçməklə Azərbayan Respublikasına gəlmiş, Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində mövcud olan məlumatlar “Hp LaserJet pro M102a” markalı printerdən istifadə edilməklə çap olunaraq 3 vərəqdə protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 23 iyul 2021-ci il tarixli protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi “Samsung Galaxy A21s” markalı mobil telefonun üzərində Azercell mobil operatoruna məxsus ***-***-**-** mobil nömrə vardır. Telefonun “Whatsapp Messenger” mesajlaşma proqramına baxış keçirildikdə müxtəlif nömrələrlə yazışmalardan iş üçün əhəmiyyət kəsb edən +**********19 nömrəsi ilə edilən yazışmadır. Təqsirləndirilən şəxs2 +**********19 nömrəsini xalası oğlu Təqsirləndirilən şəxs1 istifadə etdiyini demişdir. Təqsirləndirilən şəxs1 15.07.2021-ci il tarixdə “Qaqa nömrəni at” yazmış, 22.07.2021-ci il tarixdə Eminə 4 saniyəlik səsli mesaj göndərib “Qaqa, nətirəsən, nə var nə yox, vaxtın olanda məni yığarsan” demiş, Təqsirləndirilən şəxs1 “Əleykum salam internet zəifdi bir şey olsa özləri əlaqə saxlayacaq” yazmış, Eminə 17 saniyəlik səs göndərib “Müstəntiq sabah məni Bakıya çağırıb, dedim sən də mənimlə gedərdin görərdik nə deyirlər, tezdən saat 6-da gələcəm” demiş, Təqsirləndirilən şəxs1 “Qaqa mən nəyə gedim. Mənlik nə varki özləri həll etməlidi. Özünə deyim qardaşın. Axşam xəbər verəcək” yazmış, Eminə 24 saniyəli səsli mesaj göndərib “Məndə saat 6-da çıxacam gedim görüm nə deyirlər, dedi şəxsiyyət vəsiqəni də götür gəl, gedim görüm nə olacaq, prosta dedim söhbətə sən də qulaq asardın” demiş, Təqsirləndirilən şəxs1 “O maşın şoferinə zəng elə səni axtarır” yazmış, Təqsirləndirilən şəxs1 23.07.2021-ci il tarixdə “Onlarnan görüşərsən aparacaqlar vəkilin yanına bəlkə heç özün getmədin vəkil getdi getmə müstəntiqin yanına hələ” yazmış, Eminə 15 saniyəlik səsli mesaj göndərib “Qaqa sabahin xeyir nətərsən, uşaq axşam telefonu atıb uçuş rejiminə, qalmışam rayonda indi çıxıram” demiş, Təqsirləndirilən şəxs1 “Saat 5-də vəkilnən görüşə aparacaqlar, ondan qabaq heç kimlə görüşmə Müstəntiqin də yanına getmə” yazmışdır. Mobil telefonun zənglər bölməsinə baxış keçirdikdə ***-***-**-** nömrəsindən 15-16 iyul 2021-ci il tarixlərində bir neçə dəfə zənglər edilib danışılması məlum olmuşdur. Təqsirləndirilən şəxs2 ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 zəng edib əlaqə saxladığını bildirmiş, mobil telefonun digər bölmələrinə baxış keçirdikdə iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamış, iş üçün əhəmiyyət kəsb edən məlumatlar 2 vərəqdə çap edilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş 09.08.2021-ci il tarixli, 25/25/040920 nömrəli raportdan görünür ki, qızıl-zinət əşyalarının ümumilikdə gömrük ödənişləri 14133.40 manat təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş mülki iddiadan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi dövlətə vurulmuş 14133.40 manat məbləğində maddi ziyanın mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 sentyabr 2021-ci il, 16 sentyabr 2021-ci il, 20 sentyabr 2021-ci il tarixli qərarlardan görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi mülki iddiaçı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mülki cavabdeh qismində tanınmışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli 4(004)-431/2021-ci il saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Beyləqan rayon İHB-nin Beyləqan şəhər İƏD üzrə nümayəndəliyinin 10.08.2021-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi atası 1961-ci il təvəllüdlü X9, anası 1966-cı il təvəllüdlü X6, arvadı 1992-ci il təvəllüdlü X10, qızı 2016-cı il təvəllüdlü X14, qızı 2020-ci il təvəllüdlü X2 ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İİİ 768957 və AZ-İV 204127 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X14 25.05.2016-cı il tarixdə, X11 03.06.2020-ci il tarixdə doğulmuşlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 13.08.2021ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında“ qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Beyləqan rayon İHB-nin Mil qəsəbə İƏD üzrə nümayəndəliyinin 03.08.2021-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi atası 28.12.1964-cü il təvəllüdlü X31, anası 16.11.1963-cü il təvəllüdlü X22, arvadı 04.08.1989-cu il təvəllüdlü X16, oğlu 14.10.2011-ci il təvəllüdlü X17, oğlu 20.06.2014-cü il təvəllüdlü X5 ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZE 11450534 nömrəli və AZE 11450537 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X17 14.10.2011-ci il, X18 20.06.2014-cü il tarixdə doğulmuşdur. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxslərin etiraedici ifadələrini, iş üzrə dindirilmiş şahid ifadələrini, ekspertiza rəyləri, əməliyyat orqanından daxil olmuş materialları, maddi sübutları, və digər əşya və sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, onların əməllərinə düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onlar tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqəsədmüvafiqdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf edib peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf edib peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respubliksının CM-nin 70.1-ci maddəsinə əsasən “müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Azərbaycan Respubliksının CM-nin 70.3-cü maddəsinə əsaəsən isə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respubliksının CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrini qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərini, habelə onların himayəsində azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, cinayəti səmimi etiraf edib peşman olmalarını, hadisədən əvvəlki və sonrakı davranışlarını nəzərə alaraq onları cəmiyyətdən təcrid etmədən (cəza çəkmədən) islah olunmalarının mümkünlüyü qənaətinə gəlir, barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi təqsirləndirilən şəxslərin özlərini, onların ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər, onların islah və yenidən tərbiyə olunmaları məqsədinə xidmət edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmaqla, barələrində sınaq müddəti müəyyən edilməlidir. Həmçinin sınaq müddəti ərzində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət, onların daimi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, sınaq müddəti ərzində davranışına nəzarət edən orqana məlumat vermədən, daimi yaşayış yerini dəyişməmək, öz davranışları ilə islah olunduqlarını sübut etmək onlara bir vəzifə olaraq tapşırılmalıdır. İş materiallarından olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay 13 gün müddətinə “həbs“ qətimkan tədbiri seçilmişdir və hal-hazırda da həbsdədir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, haqqında “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirimədən saxlanılmalıdır. İş materiallarından görünür ki, 13.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1- 99-1.1.4.-cü maddələrinə əsasən məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olunmaqla) məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlaklar hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olunmaqla) cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya ona müvafiq hissəsi və terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrumların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X13 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İsmayılov Rusiyaya qarşı işində qeyd etmişdir ki, hazırkı işdə sözügedən “əmlak” məhkəmə qərarı ilə ərizəçidən müsadirə olunan ABŞ dollarının məbləği olub. Müsadirə qərarının ərizəçinin mülkiyyətində maneəsiz istifadə hüququna müdaxilə etdiyini və buna görə 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqini tərəflər mübahisləndirmirlər. Tədbirin Konvensiyanın bu müddəasının birinci və ikinci bəndi ilə əhatə olunub-olunmamasının müəyyən edilməsi qalır. (bax, 29-cu bənd) Məhkəmə həmin yanaşmanı təkrar edir ki, müsadirə tədbiri mülkiyyətdən məhrum etməyə toxunsa belə, 1 saylı Protokolun 1-ci maddəsinin ikinci bəndinin mənasında mülkiyyətdən istifadəyə nəzarəti təşkil edir. Müvafiq olaraq, məhkəmə hesab edir ki, eyni yanaşmaya hazırkı işdə riayət edilməlidir. (bax, İsmayılov Rusiyaya qarşı, 30-cu bənd) Bundan başqa, məhkəmə cinayət yolu ilə əldə olunmuş əmlaka müsadirənin şamil edildiyi, qanunsuz əldə olunması güman olunduğu və ya qanunsuz fəaliyyətdə istifadəsi nəzərdə tutulan işlərdən fərqləndirir. (bax, İsmayılov Rusiyaya qarşı, 36-cı bənd) Buna görə də faktiki olaraq iş üzrə maddi sübutların müsadirə olunması təqsirləndirilən şəxslərin mülkiyyətinə müdaxilə ilə nəticələnəcəkdir ki, bu da məhkum üçün “həddən artıq yük” olmaqla əməlinə qeyri-mütənasibdir. Yuxarıda qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 831,23 qram qızıl-zinət əşyaları müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra qanuni sahiblərinə qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 200 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə istintaqı zamanı dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X20 və X12 prosessual hərəkətlərdə 60 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X7 və X4 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər birinə 360 manat məbləğində pul köçürülməlidir. Həmçinin cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi mülki iddia qaldıraraq dövlətə vurulmuş 14133.40 manat məbləğində maddi ziyanın mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 14133.40 manat məbləğində maddi ziyanın mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə ödənilməsinə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tədbiq edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş 5 (beş) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 haqqında “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirimədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına gəlmək barədə vəzifələr qoyulsun. Davranış üzərində nəzarət Beyləqan rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 206.3.2-ci maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tədbiq edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanılsın. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilsin, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına gəlmək barədə vəzifələr qoyulsun. Davranış üzərində nəzarət Beyləqan rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 831,23 qram qızıl-zinət əşyaları müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra qanunui sahiblərinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından X12 və X7 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ayrı-ayrılıda 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Mülki iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlətə vurulmuş 14133.40 manat məbləğində maddi ziyanın mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə ödənilməsi tələbinə dair mülki iddiası təmin edilsin. Mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 14133.40 (bir yüz qırx bir min otuz üç manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-339/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-339/2021
30.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver