Məhkəmə qərarları › İş №1(100)-34/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-34/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-34/2021 04.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X39 Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X19, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, müdafiəçilər Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1982-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 mənzil 56-da qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə və xx xxxxxx 1965-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu Avşar kəndində qeydiyyatında olan və həmin kənddə yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 0,323 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini xx xxxx 2018-ci il tarixdə saat 12 radələrində Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “Kür” adlı marketin qarşısında tanışları X4 və Şahid8 15 manat pul müqabilində satmış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxx 2018-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Niyaməddin Mustafayev həmin gün saat 14:50-də yaşadığı ünvan 2 ünvanının qarşısında saxlanılıb Qazax Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zamanı Təqsirləndirilən şəxs1 əldə edib üzərində saxlamaqla daşıdığı 0,323 qram çəkidə narkotik vasitə heroin əynindəki tünd göy rəngli şortikin arxa sağ cibindən bir ədəd gümüşü rəngli siqaret falqası bükümündə aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,510 qram narkotik vasitə tiryəki əldə edib idarə etdiyi “Audi A4” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 Qərb Bölgəsində Regional Şöbəsinin və Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının xx xxx 2019-cu il tarixdə birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 21 radələrində Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “Dədə Qorqud” parkının qarşısında saxlanılaraq idarə etdiyi “Audi A4” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı təmiz çəkisi 1,510 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək bir ədəd sellofan kəsiyi bükümündə və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi avtomobilin qoltuqaltı hissəsindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədilə güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına daxil edilən, üzərində Contramal (Tramadol hydrochloride-150mq) sözləri yazılmış altı ədəd konvalyut kəsiyində təsiredici maddəsinin miqdarı 0,9 qram olan 06 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hydrochloride həblərini, bundan başqa istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxil edilən 3,079 qram çəkidə psixotrop maddə metamfetamini, həmçinin naməlum vaxtda və şəraitdə tanışı Təqsirləndirilən şəxs2 külli miqdarda 7,515 qram çəkidə narkotik vasitə heroini təkrarən satış məqsədilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 4 ünvanında yerləşən 56 saylı mənzilə daşıyaraq həmin narkotik vasitə heroinin 3,332 qramını bölüb bir ədəd bükümə, psixotrop maddə metamfetaminin 1,357 qramını bölüb üç ədəd bükümə qablaşdırmaqla üzərində, 06 ədəd həblərdən ibarət güclü təsir edən tramadol hydrochloride dərman preparatını, narkotik vasitə heroinin qalan 4,183 qramını 1,977 qram və 2,206 qram olmaqla iki bükümə, psixotrop maddə metamfetaminin qalan 1,722 qramını bir bükümə qablaşdırıb yaşadığı evdə gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 Qərb bölgəsində regional şöbəsinin və Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə birgə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 həmin gün saat 14:20-də ünvan 4, mənzil 56-da saxlanılıb üzərinə baxış keçirilərkən təkrarən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda təmiz çəkisi 3,332 qram narkotik vasitə heroin bir ədəd mavi rəngli polietilen bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,631 qram, 0,473 qram, 0,253 qram olmaqla, ümumi təmiz çəkisi 1,357 qram psixotrop maddə metamfetamin bir ədəd gümüşü rəngli kağızın daxilində olmaqla əynindəki göy rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd açarlığın içərisindən, daha sonra özünün icazəsi və iştirakı ilə yaşadığı ünvan 4 ünvanında yerləşən 56 saylı mənzilə baxış keçirilərkən onun təkrarən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi ayrı-ayrılıqda təmiz çəkiləri 1,977 qram, 2,206 qram olmaqla, külli miqdarda ümumi təmiz çəkisi 4,183 qram narkotik vasitə heroin iki ədəd mavi rəngli polietilen kəsiyi bükümündə, təmiz çəkisi 1,722 qram olan psixotrop maddə metamfetamin bir ədəd gümüşü rəngli kağız bükümündə olmaqla həmin mənzilin yataq otağındakı dolabda olan şüşə qabın içərisində, eləcə də satış məqsədilə əldə etdiyi narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan 06 ədəd konvalyut kəsiyində olan, üzərində Contramal (tramadol hydrochloride-150 mq) sözləri yazılmış, təsiredici maddəsinin ümumi miqdarı 0,9 qram təşkil edən tramadol hydrochloride tərkibli 06 ədəd həblərdən ibarət güclü təsir edən dərman preparatı həmin dolabda olan saxsı qabın içərisində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Ağcabədi rayonu, Avşar kəndinə satış məqsədi ilə qanunsuz olaraq daşıyıb gətirdiyi külli miqdarda, yəni 42,567 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda, yəni 125,092 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki satışını həyata keçirməsi məqsədilə ona vermiş, aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 əldə etdiyi narkotik vasitə heroinin 7,515 qramını naməlum vaxtda və şəraitdə tanışı Təqsirləndirilən şəxs1 satdıqdan sonra qalan 35,052 qramını bir bükümdə və 125,092 qram narkotik vasitə tiryəki bir bükümdə qablaşdıraraq əvvəlcədən satışa hazırlayıb idarə etdiyi avtomobildə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 Qərb bölgəsində regional şöbəsinin və Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş birgə əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 həmin gün saat 14:20-də saxlanılaraq üzərinə və yaşadığı ünvan 4, mənzil 56 ünvanına keçirilən baxış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibində olan açarlığın içərisindən Təqsirləndirilən şəxs2 əldə etdiyi külli miqdarda 3,332 qram çəkidə narkotik vasitə heroin, yaşadığı mənzilin yataq otağından isə külli miqdarda 4,183 qram olmaqla ümumi təmiz çəkisi 7,515 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.Əməliyyat tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 həmin gün saat 14:20-də Goranboy-Tərtər yolunun Goranboy rayonu, Boluslu kəndi ərazisindən keçən hissəsində yolun kənarında saxlanılmış, özünün icazəsi və iştirakı ilə idarə etdiyi “VAZ-21150” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə keçirilmiş baxış zamanı onun şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirib saxladığı külli miqdarda, yəni 42,567 qram çəkidə narkotik vasitə heroinin qalan 35,052 qramı və külli miqdarda, yəni 125,092 qram çəkidə narkotik vasitə tiryək həmin avtomobilin salonunun qoltuqaltı hissəsindən bir ədəd şəffaf polietilen bükümdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri özlərinin qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 ildir ki, narkotik vasitə olan marixuana, heroin, tiryək və psixotrop maddə olan metamfetamini müxtəlif şəxslərdən əldə edib istifadə edir. Ağcabədi rayonu, Avşar kənd sakini kimi tanıdığı “Ağsaqqal” ləqəbli şəxslə tanış olmuş, onunla tanış kimi münasibət saxlayıb telefonla danışmışdır. Bundan başqa tutulmamışdan 2-3 gün əvvəl Bakı şəhərindən Gürcüstan Respublikasına gedərkən bir nəfər tanımadığı şəxsdən xatırlamadığı miqdarda narkotik vasitə heroin, bir büküm metamfetamin əldə etmiş və həmin metamfetamini də yaşadığı evə aparmışdır. Evdə heroini 3 bükümə, metamfetamini isə 4 bükümə bölmüşdür. Heroindən bir bükümü, metamfetamindən isə 3 bükümü üzərində götürmüşdür. Onları özündə olan dəmir brelokun içərisində gizlətmişdir. Qalan bükümləri isə yaşadığı evin yataq otağında olan şkafdakı şüşə qabın içərisinə qoymuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində Qazax şəhərində yerləşən “Emoşun çayxanası” adlanan yerdə olduğu vaxt bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini polis əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitələrin əldə edilməsində, həmçinin narkotik vasitələri üzərində və yaşadığı evdə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları barəsində qəbul edilmiş qərarı ona elan etmiş və üzərində, yaşadığı evdə narkotik vasitə vardırsa, könüllü olaraq təqdim etməyini təklif etmişlər. Artıq üzərində və yaşadığı mənzildə olan narkotik vasitələri gizlədə bilməyəcəyini anlayıb bu barədə polis əməkdaşlarına bildirib onları yaşadığı evə dəvət etmişdir. Polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 4, mənzil 56 ünvanına getmişlər. Evin giriş qapısının qarşısında video çəkiliş altında baxış keçirilməsi ilə əlaqədar barəsində qəbul edilmiş qərar yenə də ona elan olunmuşdur. Həmin vaxt üzərində və yaşadığı evdə narkotik vasitə heroin və “şüşə” saxladığını səmimi etiraf etmiş və həmin narkotik vasitələri təqdim etmək üçün yaşadığı evin qapısını açıb polis əməkdaşlarını içəri dəvət edərək yaşadığı evə daxil olmuşdur. İçəri daxil olarkən sol tərəfdə yerləşən yataq otağına getmiş və həmin otaqda yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazıb polis əməkdaşlarına təqdim etmişdir. Sonra videoçəkiliş altında əynindəki göy rəngli şalvarın sağ yan cibindəki, evin açarının arxasına taxdığı brelokun içərisində saxladığı iki ədəd bükümü çıxarıb otaqdakı stolun üzərinə qoymuş və həmin bükümlərin içərisində narkotik vasitə heroin və “şüşə” olduğunu bildirmişdir. Həmin bükümlərə videoçəkiliş altında baxış keçirilmişdir. Baxış zamanı bir ədəd sellofan bükümün içərisində narkotik vasitə heroin, digər bir ədəd bükümün içərisində isə üç ədəd büküm, həmin bükümlərdə isə “şüşə” adlandırılan psixotrop maddə metafetamin olduğu aşkar olunmuşdur. Həmin bükümlər onun iştirakı ilə videoçəkiliş altında bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Zərfin üzərini imzalamış və zərf polis əməkdaşları tərəfindən ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra həmin yataq otağında olan şkafdakı şüşə qabın içərisində saxladığı iki ədəd sellofan bükümü, bir ədəd gümüşü rəngli bükümü və həmin şkafdakı saxsı qabın içərisində olan altı ədəd “contramal” adlanan güclü təsir edən dərman preparatını hər birinin içərisində bir həb olmaqla tək-tək kəsilmiş hissələrini könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi iki ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə heroin, digər gümüşü rəngli bükümün içərisində isə psixotrop maddə metafetamin aşkar olunmuş, həmin bükümlər və dərman preparatının həbləri birlikdə bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzərini imzalamış və zərf polis əməkdaşları tərəfindən ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra polis əməkdaşları ilə birlikdə Gəncə şəhərində yerləşən polis şöbəsinə getmiş, orada müdafiəçinin iştirakı ilə sənədləşmə işləri aparılmışdır. Bundan başqa xx xxx 2019-cu saat 21 radələrində özünə məxsus “Audi A4” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə benzin vurmaq üçün yaşadığı binanın həyətindən çıxmışdır. Qazax şəhərində yerləşən “Dədə Qorqud” parkının qarşısında avtomobili saxladıb telefonla danışan vaxt iki nəfər şəxs ona yaxınlaşıb özlərini Azərbaycan Respublikası DİN-nin BNMİ Qərb bölgəsində Regional Şöbənin əməkdaşları kimi təqdim edərək avtomaşınında narkotik vasitə saxladığı barədə məlumat daxil olduğunu, bununla bağlı avtomobilinə baxış keçiriləcəyini deyib avtomobilində narkotik tərkibli maddə olub-olmamasını, əgər varsa təqdim etməyini bildirmişlər. İdarə etdiyi nəqliyyat vasitəsinin qoltuq altı hissəsində bir ədəd kazbekə doldurulmuş marixuana, bir büküm marixuana, bir atımlıq tiryək və arxa oturacağın üzərində 100 ədəd şəkər xəstəliyində istifadə edilməsi üçün nəzərdə tutulan şpris olduğunu bildirmişdir. Onun bu sözlərindən sonra avtomobilinə vəkilin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş və həmin baxış videolentə alınmışdır. Baxış zamanı avtomobilin qoltuqaltı hissəsindən bir ədəd kazbekə doldurulmuş marixuana, bir büküm marixuana, bir atımlıq tiryək aşkar olunaraq vəkilin və polis əməkdaşlarının iştirakı ilə qeyd olunan yerlərdən götürülüb qablaşdırılmışdır. İstintaq zamanı üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini Ağcabədi rayonu, Avşar kənd sakini kimi tanıdığı “Ağsaqqal” ləqəbli tanışından alması barədə yazılanları təsdiq etmədiyini, heroini ondan deyil, Gürcüstan Respublikasına gedərkən bir nəfər tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan başqa Şahid8 və X2 Qazax rayon sakinləri kimi tanıdığını, həmin şəxslərə narkotik vasitə satmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və onlarla heç bir münasibətinin olmamasını bildirmişdir. xx xxxx 2018-ci il tarixdə Qazax rayonu ərazisində olduğunu bildirmişdir. Bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş, ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə tiryəkdən istifadə edir. Təxminən 3 il əvvəl qaraciyərində yaranmış xəstəliklə əlaqədar müayinə və müalicə olunmaq üçün İran İslam Respublikasına getmiş, orada müalicə olunan zaman adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs ona Azərbaycan Respublikasına aparıb satışını həyata keçirmək üçün ucuz qiymətə narkotik vasitə tiryək və heroin verə biləcəyini demişdir. Cavabında həmin narkotik vasitələri sata biləcəyini, lakin onları Azərbaycan Respublikası sərhəddindən keçirə bilməyəcəyini demişdir. Həmin adını xatırlamadığı İran İslam Respublikası vətəndaşı ona narkotik vasitələri özü İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirə biləcəyini demişdir. İranlının narkotik vasitənin Azərbaycan Respublikasına keçirilməsində iştirak etməmişdir.Həmin vaxtlar maddi imkanı yaxşı olmadığı, həmçinin xəstəliyi ilə bağlı pula ehtiyacı olduğu üçün onunla razılaşmış və ünvanını, öz mobil nömrəsini ona vermişdir. Müalicəsini bitirdikdən sonra Azərbaycan Respublikasına geri qayıtmışdır. Azərbaycan Respublikasına gəldiyindən bir müddət sonra istifadəsində olan və əlaqə saxlaması üçün İran vətəndaşına verdiyi ***-***-**-** mobil nömrəsinə tanımadığı nömrədən zəng gəlmişdir. Telefonuna daxil olan zəngə cavab verəndə zəng edən şəxsin İran İslam Respublikasında müalicə olunarkən tanış olduğu iranlı olduğunu bilmişdir. Həmin iranlı ona Azərbaycana gəldiyini, hazırda onun yaşadığı Ağcabədi rayonu ərazisində olduğunu bildirib onunla görüşmək istədiyini demişdir. Həmin şəxslə bir qədər danışdıqdan sonra yaşadığı Ağcabədi rayonu Avşar kəndində yolun kənarında görüşməyi qərarlaşdırmışdır. Avşar kəndi yaxınlığında həmin iranlı ilə görüşmüşdür. Bir qədər onunla söhbət etdikdən sonra həmin şəxs satmaq üçün külli miqdarda narkotik vasitə olan heroin və tiryək gətirdiyini ona bildirmişdir. Həmin şəxs narkotik vasitələrin bir hissəsini satdığını, bir hissəsini isə yəni 200 qram heroin, 300 qram tiryəki isə ona vermək üçün saxladığını bildirmişdir. O, İranda danışdığı kimi heroinin hər qramına 16 manat cəmi 3200 manat, tiryəkin isə hər qramına 2 manat cəmi 600 manat pulun, ümumilikdə cəmi 3800 manat təşkil edən puldan iranlıya cəmi 800 manat vermiş, qalan 3000 manat pulu isə satandan sonra verəcəyinə söz vermişdir. İranlı bununla razılaşmışdır. İranlı onunla görüşdükdən bir müddət sonra pulun qalan hissəsinin verilməsi üçün bir neçə dəfə ona zəng etmişdir. Lakin, o, həmin narkotik vasitələri sata bilmədiyi üçün pulunu verə bilməmişdir. Ona görə də, iranlının telefon zənglərinə cavab verməmişdir. İranlının ona satmaq üçün verdiyi 200 qram heroinə və 300 qram tiryəkə müştəri axtarmışdır. Əslən Qazax rayonundan olan və orada yaşayan Səbuhi adlı şəxsi bir müddətdir ki, tanıyır. Səbuhi ilə söhbət edən zaman onda narkotik vasitə tiryək və heroin olmasını, istəsə ona sata biləcəyini bildirmişdir. Səbuhi qiymətləri soruşduqda o, heroinin bir qramını 23 manata, tiryəkin isə bir qramını 4 manata ona sata biləcəyini demişdir. Səbuhi bununla razılaşmış və bildirmişdir ki, pul tapıb onunla əlaqə saxlayacaq. Tutulmamışdan təxminən bir həftə əvvəl Səbuhi ona zəng vuraraq 30 qram heroin almaq istədiyini bildirmişdir. O da Səbuhi ilə razılaşmış və ona 30 qram heroin sata biləcəyini bildirmişdir. Onlar öz aralarında Goranboy rayonu Goran qəsəbəsi ərazisində görüşməyi qərarlaşdırmışlar. Sonra razılaşdıqları kimi əvvəlcə tərəzidə çəkdiyi 30 qram heroini polietilenə qablaşdıraraq özünə məxsus ** FS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə axşam tərəfi saat təxminən 17 radələrində Goranboy rayonu Boluslu kəndi ərazisinə gəlib Səbuhinin istifadə etdiyi ***-***-**-** saylı mobil telefona istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng vurub onunla görüşmüş və Səbuhi ondan qramı 23 manata olmaqla 30 qrama yaxın narkotik vasitə heroin almışdır. Bundan bir müddət sonra Səbuhi yenidən ona zəng vurub 100 qram tiryək, 70 qram heroin almaq istədiyini bildirmişdir. O, Səbuhiyə bildirmişdir ki, onun istədiyi qədər heroini yoxdur, cəmi 40 qram heroini və 130 qram tiryəki qalıb. Səbuhi onunla razılaşmış və həmin maddələri almaq istədiyini bildirmişdir. O da Səbuhi ilə razılaşmışdır. Aralarında olan razılağa əsasən o, xx xxxxxx 2019-cu il tarixdə 130 qram tiryəki və 40 qram heroini polietilen kəsiyinə bükərək hər ikisini bir polietilenə qoyub bükərək özünə məxsus olan və idarə etdiyi **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda olan saxlanc yerinə qoyub Ağcabədi rayonundan Goranboy rayonu Boluslu kəndinə gedən yolun üzü Tərtər rayonu istiqamətinə döndərib Goran- Tərtər yolunun sağ hərəkət zolağının kənarında avtomobili saxlayıb enmişdir. Sonra Səbuhiyə zəng vurmuş və yerini bildirərək onu gözlədiyini qeyd etmişdir. Onun bu zəngindən bir neçə dəqiqə sonra idarə etdiyi avtomobilinin yanında bir neçə avtomobil dayanmış və içərisindən bir neçə nəfər mülki geyimli şəxs düşərək ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini DİN-in BNMİ-nin QBRŞ-nın polis əməkdaşları kimi təqdim etmişlər. Onun külli miqdarda narkotik vasitə olan tiryək və heroin əldə edib satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirmiş və barəsində çıxarılmış əməliyyat-axtarış tədbirləri keçirilməsi qərarı ilə onu tanış etmişlər. Ona görə də avtomobilinə baxış keçirilməsinə icazə verməyini xahiş etmişlər. Artıq polis əməkdaşlarının hər şeydən məlumatlı olduğunu anlayıb etiraz etməyinin mənası olmadığını bilmişdir. O, avtomobilində olan saxlanc yerində narkotik vasitə heroin və tiryək olmasını bildirmişdir. Bundan sonra avtomobilinə baxış keçirilməsinə etirazının olmamasını bildirmiş və özüməməxsus olan **- FS-*** dövlət qeydiyyat nişanlı “VAZ21150” markalı avtomobilində saxlanc yerində polietilen kəsiklərinə bükülmüş 130 qram tiryəki və 40 qram heroini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi heroinə və tiryəkə baxış keçirildikdən sonra ağ rəngli kağız zərfə qablaşdırılmış və zərfin üzərini imzalamış, sonra həmin zərf möhürlənmişdir. Sonra polis əməkdaşları onu müvafiq sənədləşdirmə aparılması üçün Baş X7 Qərb bölgəsində regional şöbəsinə dəvət etmişlər. Ona müdafiəçi dəvət edilmiş və baş verənlər barədə protokol tərtib edilmişdir. Sonra baş verənlər barədə izahat vermişdir. Bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DİNnin Baş X7 Qərb Bölgəsində Regional Şöbəsinində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2019-cu il tarixdə Qazax şəhəri Azadlıq küçəsində yaşayan Səbuhi adlı şəxsin X14 dövriyyəsi ilə məşğul olması, belə ki, onun qanunsuz olaraq külli miqdarda narkotik vasitə satması və yaşadığı evdə saxlaması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Səbuhi adlı şəxs Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs1 əməllərinin ifşa olunması üçün təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış və şöbənin əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. Həmin qrupa ondan başqa şöbənin əməkdaşları daxil edilmişdir. Təqsirləndirilən şəxs1 Qazax şəhəri, Əliağa Şixlinski küçəsində, yolun kənarında yerləşən “Emoş”un çayxanası deyilən yerdə olduğu müəyyən olunmuşdur. Ona görə də, saat 14:10 radələrində həmin çayxanaya getmişlər. Təqsirləndirilən şəxs1 çayxanada, yolun kənarında qoyulmuş stolun arxasında oturduğunu görüb onun yanına gəlmişlər. Təqsirləndirilən şəxs1ya xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər, onun barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarla onu tanış etdikdən sonra üzərində və yaşadığı evində narkotik vasitə və ya digər qanunsuz əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 heç bir müqavimət göstərmədən üzərində və yaşadığı evində narkotik vasitə heroin və “şüşə” olduğunu səmimi olaraq etiraf etmiş və könüllü olaraq təqdim etmək istədiyini bildirmişdir. Buna görə də, onlar birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4, mənzil 56 ünvanında yerləşən yaşayış evinin qarşısına gəlmişlər. Video çəkiliş altında evin giriş qapısının qarşısında baxış keçirilməsi ilə əlaqədar barəsində qəbul edilmiş qərar yenə də Təqsirləndirilən şəxs1 elan olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərinə və yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, üzərində və yaşadığı evdə narkotik vasitə heroin və “şüşə” saxladığını yenə səmimi etiraf etmiş və həmin narkotik vasitələri könüllü olaraq təqdim etmək üçün yaşadığı evin qapısını açıb onları evə dəvət etmişdir. Onlar birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı evə daxil olmuşlar. Təqsirləndirilən şəxs1 içəri daxil olarkən sol tərəfdə yerləşən yataq otağına getmiş və həmin otaqda yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Sonra əynindəki göy rəngli şalvarın sağ yan cibindəki, evin açarının arxasına taxdığı metal qutunun, brelokun içərisində saxladığı iki ədəd bükümü çıxarıb otaqdakı stolun üzərinə qoymuş və həmin bükümlərin içərisindəkinin narkotik vasitə heroin və “şüşə” olduğunu bildirmişdir. Həmin bükümlərə video çəkiliş altında baxış keçirilmişdir. Baxış zamanı bir ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə, digər bir ədəd bükümün içərisində isə üç ədəd büküm, həmin bükümlərdə isə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metafetaminə bənzər kütlələrin olduğu aşkar olunmuşdur. Həmin bükümlər birlikdə Təqsirləndirilən şəxs1 iştirakı ilə video çəkiliş altında bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış və zərfin üzəri möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmış və tərəflərindən götürülmüşdür. Bundan sonra baxış davam etdirilərkən Təqsirləndirilən şəxs1 həmin yataq otağında olan şkafdakı şüşə qabın içərisində saxladığı iki ədəd sellofan bükümü, bir ədəd gümüşü rəngli bükümü və həmin şkafdakı saxsı qabın içərisində olan altı ədəd üzərində “contramal” sözünün hissələri olan, “contramal” adlanan güclü təsir edən dərman preparatına bənzər preparatın hər birinin içərisində bir həb olmaqla tək-tək kəsilmiş hissələrini könüllü olaraq təqdim etmişdir. Baxış zamanı iki ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlələr, digər gümüşü rəngli bükümün içərisində isə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metafetaminə bənzər kütlə aşkar olunmuş, həmin bükümlər və dərman preparatının həbləri birlikdə bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, hər iki zərfin üzəri möhürlənmiş, hər iki zərfin üzəri Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmış və tərəflərindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evindən başqa narkotik vasitə və ya qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 digər sənədlərin tərtib olunması üçün QBRŞ-yə dəvət olunmuşdur. QBRŞ-də Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1-saylı Vəkil bürosundan seçilmiş vəkillə təmin olunmuşdur. Sonra bu barədə protokol tərtib olunmuş və protokol o, həmçinin, digər tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə şöbəyə gətirilib müvafiq sənədləşmə aparılarkən üzərində və yaşadığı evdə aşkar olunmuş narkotik vasitəni Ağcabədi rayonu, Avşar kəndində yaşayan “ağsaqqal” ləqəbli şəxsdən aldığını bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, “ağsaqqal” ləqəbli şəxs Təqsirləndirilən şəxs2dur. Təqsirləndirilən şəxs1 həmin “ağsaqqal” ləqəbli şəxsin, yəni, Təqsirləndirilən şəxs2 ifşa edilməsində onlara kömək edəcəyini demiş və bu barədə ərizə də yazmışdır. Təqsirləndirilən şəxs2 əməllərini ifşa etmək üçün Səbuhi istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Kərəmin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş və aralarında olan danışıqlara əsasən Kərəm Səbuhiyə 130 qram tiryək və 40 qram heroin verəcəyini vəd etmişdir. Görüş yeri Goranboy rayonu, Boruslu kəndi müəyyən edilmişdir. Əməliyyat axtarış tədbirinin keçirilməsi üçün qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa ondan başqa şöbənin digər əməkdaşları da daxil edilmişdir. Tədbirin icrası ilə bağlı olaraq şöbənin balansında olan avtomobillər ilə Goranboy rayonu, Boruslu kəndinin ərazisindən keçən Goran-Tərtər yoluna getmişlər və yolun kənarında əməliyyat mövqeyi seçərək Təqsirləndirilən şəxs2 gözləməyə başlamışlar. xx xxxxxx 2019-cu il tarixdə saat 14:20-də Təqsirləndirilən şəxs2 “Vaz 21150” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Goranboy rayonu, Boruslu kəndinin ərazisindən keçən Goran-Tərtər yoluna gəlmiş və Tərtər rayonu istiqamətində yolun kənarında gözləməyə başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs2 yaxınlaşaraq özlərini təqdim etmiş və ondan avtomobildən yerə düşməsini və şəxsiyyətinin müəyyən edilməsi üçün sənədlərini təqdim etməsini bildirmişlər. Bundan sonra ona narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və tədbirin keçirilməsi ilə bağlı olaraq səlahiyyətli subyektin qərarı ona elan edilərək avtomobilinə baxış keçiriləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs2 avtomobilinə baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Bundan sonra ona təklif edilmişdir ki, avtomobilində narkotik vasitə, psixotrop maddə, silah və digər döyüş sursatı varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs2 könüllü olaraq bildirmişdir ki, avtomobilində 130 qram tiryək və 39 qram heroin var. Həmin narkotik vasitələri adını bilmədiyi, ***-***-**-** mobil nömrəni istifadə edən tanışına satmaq üçün gətirib. Bundan sonra Kərəm qeyd etdiyi narkotik vasitələri idarə etdiyi “Vaz 21150” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacaqlarının arasında olan saxlanc yerindən çıxararaq təqdim etmişdir. Həmin maddələrə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin maddələr ayrı-ayrılıqda polietilənə bükülmüş və sonra hər ikisi birlikdə bir polietilənə qoyulmuşdur. İki ədəd bükülüdən birinin içərisində tünd qəhvəyi rəngli, qətran şəklində olan, kəskin iyli, narkotik maddə olan tiryəkə bənzər maddə, digər bükülüdə isə toz halında, qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Kərəm həmin maddələrin narkotik vasitə olan tiryək və heroin olmasını bir daha təsdiq etmiş və demişdir ki, həmin narkotik vasitələri təxminən 2-3 il bundan qabaq Ağcabədi rayonu ərazisində bir nəfər tanımadığı İran İslam Respublikası vətəndaşından almışdır. Həmin narkotik vasitələr qablaşdırılaraq möhürlənmişdir. Baxış zamanı video çəkilişdən istifadə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 protokol və digər sənədlərin tərtib olunması üçün QBRŞ-yə dəvət olunmuşdur. Orada onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Sonra protokol tərtib olunmuş və protokol o, həmçinin, digər tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5, Şahid6, X20 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Qazax şəhəri S.Vurğun küçəsi ev 126-da yaşayır. xx xxxx 2018-ci il tarixdə saat 11 radələrində yaşadığı evdə olan zaman tanışı X6 ona zəng edərək narkotik vasitə olan heroin istədiyini, heroini almaq üçün 12 manat pulu olduğunu, onun da 3 manat pul düzəldib 15 manatlıq bir büküm heroin alaraq birlikdə qəbul etmələrini bildirmişdir. Niyaməddin ona Qazax şəhər mərkəzi bazarının qarşısına gəlməyini demişdir. Bundan sonra o, Qazax şəhər sakini, “Saboş” kimi tanıdığı Təqsirləndirilən şəxs1 zəng edib 15 manat pulu olduğunu və həmin pulla sonuncudan narkotik vasitə olan heroin almaq istədiyini bildirmişdir. “Saboş” ona Qazax şəhərində yerləşən “Kür” marketin arxa tərəfinə gəlməyini demişdir. O, da razı olduqdan sora yaşadığı evdən çıxıb bazarın qarşısına getmiş və Niyaməddinlə orada görüşüb taksiyə əyləşmişlər. Bundan sonra taksi ilə Ağstafa şəhər istiqamətində gedib “Kür” marketin qarşısına gəlmişlər. O, taksidən düşüb “Kür” marketin arxa tərəfinə getmiş, Niyaməddin isə taksidə oturub onun heroini alıb gəlməyini gözləmişdir. Saat 12 radələrində marketin arxa tərəfində “Saboş”la görüşüb ona 15 manat pul verərək qarşılığında bir büküm narkotik vasitə olan heroin almışdır. Bundan sonra taksiyə əyləşib Niyaməddingilin evinin yan tərəfində yerləşən sonuncuya məxsus avtoyuma məntəqəsinə gedərək onun içərisinə keçmiş və Niyaməddinlə birlikdə həmin narkotik vasitə olan heroini qəbul etmişlər. Yerdə qalan narkotik vasitəni daha sonra qəbul etmək üçün Niyaməddin götürmüşdür. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ünvan 4, mənzil 56-da yaşayan Təqsirləndirilən şəxs1 üzərinə və idarə etdiyi “Audi A4” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə dair qərar qəbul olunmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ünvan 4, mənzil 56-da yaşayan Təqsirləndirilən şəxs1 saxlanılarkən üstü yoxlanılması və yaşadığı evə, digər qapalı tikililələrə baxış keçirilməsinə dair qərar qəbul olunmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Goranboy rayonu Boluslu kənd ərazisində Təqsirləndirilən şəxs2 cinayət əməllərini ifşa etmək məqsədilə idarə etdiyi “VAZ-21150” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasitə olan tiryək və heroin gəzdirməsi, daşıması və saxlaması faktının ifşa edilməsi üçün baxış keçirilməsinə dair qərar qəbul olunmuşdur. Qazax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 5(023)-17/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən üstü yoxlanılması və yaşadığı evə, digər qapalı tikililələrə baxış keçirilməsi əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Azərbaycan Respublikası DİN-nin BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili, polis mayoru X21 tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni hesab edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 5(045)-34/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş X7 Qərb Bölgəsində Regional Şöbəsinin Goranboy rayonu Boluslu kənd ərazisində Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ-21150” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasitə olan tiryək və heroin gəzdirməsi, daşıması və saxlaması faktının aşkar edilməsi üçün baxış keçirilməsi haqqında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx xxxxxx 2019-cu il tarixli qərar qanuni hesab edilmişdir. “Əməliyyat axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə “ xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 X14 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həmin gün saat 21 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Qazax şəhəri ərazisində yerləşən «Dədə Qorqud» parkının qarşısında Təqsirləndirilən şəxs1 idarə etdiyi “Audi A4” markalı **-DC- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin salon hissəsində yerləşən dirsəkaltıdan bir ədəd “Kazbek” adlanan siqaret, kağıza bükülü halda olan spesifik iyli kütlələr, avtomobilin salonunun arxa hissəsində yerləşən oturacağın üzərində qoyulmuş kağız qutu aşkar edilmiş və götürülmüşdür. “Əməliyyat axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə ” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 X14 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həmin gün saat 14 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4, mənzil 56 ünvanının yataq otağında olan şkafdakı şüşə qabın içərisində saxladığı iki ədəd sellofan bükümü, bir ədəd gümüşü rəngli bükümü və həmin şkafdakı saxsı qabın içərisində olan altı ədəd üzərində “contramal” sözü yazılmış dərman preparatı, həmçinin, Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli şalvarın sağ yan cibindəki, evin açarının arxasına taxdığı metal qutunun, brelokun içərisində saxladığı iki ədəd bükülü götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş bükülülərə baxış zamanı bir ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə, digər bir ədəd bükümün içərisində isə üç ədəd büküm, həmin bükümlərdə isə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metafetaminə bənzər kütlələrin olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş bükülülərə baxış zamanı iki ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlələr, digər gümüşü rəngli bükümün içərisində isə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metafetaminə bənzər kütlə aşkar olunmuşdur. “Əməliyyat axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə “ xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 X14 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həmin gün saat 14:20-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Goranboy-Tərtər yolunun Goranboy rayonu, Boluslu kəndi ərazisindən keçən hissəsində yolun kənarında dayanmış Təqsirləndirilən şəxs2 məxsus “VAZ-21150” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı əşyaların saxlanc yerindən iki ədəd, hər biri ayrı-ayrılıqda polietilen kəsiyinə bükülərək yenidən bir yerdə polietilene bükülmüş bükülü götürülmüşdür. Baxış zamanı iki ədəd bükülüdən birinin içərisində tünd qəhvəyi rəngli, qətran şəklində olan, kəskin iyli, narkotik maddə olan tiryəkə bənzər maddə, digər bükülüdə isə toz halında, qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, onun yaşayış evinə baxış keçirilməsi ilə əlaqədar hər hansı bir etirazı olmamışdır. Üzləşdirmə haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs1 istintaqa vermiş olduğu ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir. Bu barədə protokol tərtib edilməklə iş materiallarına əlavə olunmuşdur. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Bakcell MMC-nin xx.xx.2019-cu il tarixli BKC/LGL-21839/19 saylı məktubu ilə daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışına dair SMS mətnləri aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək telefon danışıqlarının olması müəyyən edilmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2018-ci il tarixli 338 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. X3 üzərindən çıxan narkotik vasitəyə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki, bir ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,323 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Materialların məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli 291 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 avtomaşınının içərisindən aşkar olunmuş 1 ədəd marixuanaya bənzər kütlə və 1 ədəd tiryəkə bənzər kütlə və siqaretə doldurulmuş kütlə...” yazılar və imzalar olan kağız paketdəki.Bir ədəd sellofan kəsiyinə bükülmüş təmiz çəksisi – 1,510 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir.Bir ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi – 0,248 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.Bir ədəd yarı hissəsi yandırılmış siqaretin içərisində tütün hissəcikləri və təmiz çəkisi – 0,079 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 298 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 avtomobilinin bardoçokundan (saxlanc yeri) aşkar olunmuş 1 ədəd gümüşü rəngli elektron tərəzi...“sözləri yazılmış kağız paketdəki, bir ədəd, boz rəngli elektron tərəzi üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur. Materialların məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli 441 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli şalvarın yan cibindəki dəmir qutunun, “brelok”un içərisindən aşkar olunmuş....” sözləri və imzalar olan kağız paketdəki:- 1 (bir) ədəd mavi rəngli polietilən kəsiyinə bükülmüş təmiz çəkisi 3,332 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.- 1 (bir) ədəd “gümüşü” rəngli kağıza bükülmüş, digər 3 (üç) ədəd “gümüşü” rəngli kağız bükümlərinə ayrı-ayrılıqda təmiz çəkiləri 0,631 qram, 0,473 qram, 0,253 qram ümumi təmiz çəkisi 1,357 qram, olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir.Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı evin yataq otağındakı şkafın içərisində olan şüşə qabın içərisindən götürüb təqdim etdiyi....” sözləri və imzalar olan kağız paketdəki:- 2 (iki) ədəd mavi rəngli polietilən kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 1,977 qram, 2,206 qram, ümumi təmiz çəkisi 4,183 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.- 1 (bir) ədəd “gümüşü” rəngli kağıza bükülmüş təmiz çəkisi 1,722 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir.- üzərində “Contramal (Tramadol hydrochloride-150mq)” sözləri yazılmış, 6 (altı) ədəd konvalyut kəsiyində olan 6 (altı) ədəd xardal rəngli, dairəvi formalı həblər tramadol hydrochloride dərman preparatıdır. Təqdim olunmuş ümumi sayı 6 (altı) ədəd olan tramadol hydrochloride həblərinin təsir maddəsinin miqdarı 0,9 qram təşkil edir. Tramadol hydrochloride dərman preparatı Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına (əlavə1) daxildir. Materialların məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli 444 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2019-cu il tarixdə Goranboy rayonu ərazisində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik maddə tiryək və heroinə oxşar kütlələr 2 ədəd bükümlərdə...” yazıları və imzalar olan kağız paketdəki.Bir ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 125,092 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir.Bir ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş təmiz çəkisi 35,052 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 604 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 2548 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişləri yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qazax Mənzil İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 4, mənzil 56-da anası X27, qardaşları X22 və X23 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Ağcabədi rayon Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağcabədi rayon Avşar kəndində həyat yoldaşı X18, övladları X15, X16, X24, gəlini X17 və nəvəsi X10 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 oğlu barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin tövsif edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmişdir. Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, X25 barəsində olan ********* nömrəli cinayət işi üzrə axtarış elan edilmiş və həmin tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin istintaq icraatının təzələnməsi və icraata qəbul edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, X25 barəsində olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində olan Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə istintaq edilən ********* saylı cinayət işi, Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.1-ci maddələri ilə istintaq edilən ********* saylı cinayət işinə birləşdirilməsi və ********* nömrəsi ilə istintaq davam etdirilməsi barədə qərar qəbul olunmuşdur. “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Audi A4” markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 1,410 qram narkotik vasitə tiryək, 0,228 qram və 0,059 qram qurudulmuş marixuana saxlanmasından ötrü Qazax RPŞ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Maddi sübut kimi tanınma haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 3,282 qram və 4,083 qram olan narkotik vasitə heroin, 1,207 qram və 1,672 qram olan psixotrop maddə metamfetamin, altı ədəd üzərində Contramal (tramadol hydrochloride-150mq) sözləri yazılmış tramadol hydrochloride dərman preparatı, eləcə də Təqsirləndirilən şəxs2 götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 124,892 qram olan narkotik vasitə tiryək və 34,952 qram heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 avqust 2019-cu il tarixdən hesablanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03 avqust 2019-cu il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X8 arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X8 arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi materiallarından şəxsiyyəti istintaq məlum olmayan şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 42,890 qram narkotik vasitə heroinin, 128,171 qram psixotrop madddə metamfetaminin, 1,510 qram narkotik vasitə tiryəkin, 06 ədəd həblərdən ibarət güclü təsir edən tramadol hydrochloride dərman preparatının qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edilməsi, saxlanması və qanunsuz olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilməsi barədə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(023)-8/2019 saylı hökmündən görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qazax Rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, X1 aşkar edilərək götürülmüş narkotik vasitə heroin Qazax Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə məhv edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittihamlar üzrə özlərini qismən təqsirli bilərək, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini, Niyaməddin Mustafayevə narkotik vasitə satmadığını, Təqsirləndirilən şəxs2 isə narkotik vasitəni başqa ölkədən özü keçirmədiyni bildirsələr də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, ekspertiza rəylərini, özlərinin müdafəçilərinin iştirakı ilə verdikləri ibtidai istintaq zamanı ilkin ifadələrini, üzləşdirmədə dindirilmələrini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CMnin 234.1, 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.2, 234.4.3 və 240.1-ci maddələri və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiklərindən həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2011-ci il tarixli qərarının“ 9-cu bəndinin 2-ci hissəsində təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması ilə yanaşı, başqa sübutların, narkotik vasitənin miqdarının və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Təqsirkarın“ narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.Təqsirkarın“ narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.“ «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla“yuxarı “həddi 2 qram, metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla“yuxarı “həddi 2 qram,tiryək-şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla“yuxarı “həddi 50 qram, marixuana-kannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla“aşağı“həddi qurudulmuş 500 qram, nəzərdə tutulmuşdur. Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında 180-VQ saylı Azərbaycan Respublikasının xx xxxx 2016-cl il tarixli Qanununun 1 nömrəli əlavəsində- Tramadol hidroxlorid“100mq-150mq- 200mq və daha artıq. Bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. (+/-)-trans- 2-[(dimetilamin) metil]-1-(m-metoksifenil)- tsikloheksan-1-ol hidroxlorid). Külli miqdar (qramlarla) daxil olmaqla aşağı hədi 6 qram nəzərdə tutulmuşdur. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzalarını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, onlara ittiham olunduğu maddələrin sanksiyasının aşağı həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onların barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. Onlar həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onların əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 gün saxlanıldıqdan sonra xx.xx.2019-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsində saxlanılan ekspertiza tətqiqatına sərf edildikdən sonra, 72,413 qram narkotik vasitə heroinin 71.923 qram qalığı, 60.246 qram psixtrop maddə metamfetaminin 59,866 qram qalığı, 02 ədəd elektron tərəzi, 1,510 qram çəkidə narkotik vasitə tiryəkin, 1,410 qram qalığı, 0,327 qram qurudulmuş marixuananın 0,287 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X14 Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət X13 Göstərən İşçi Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də N.Mustafayevdən aşkar edilmiş 0,323 qram narkotik vasitə heroinin 0,273 qram qalığı Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə məhv edilməsi, 04 ədəd disk cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 307 (üç yüz yeddi) manat 50 (əlli qəpik) məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx xxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 oğlu yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsində saxlanılan ekspertiza tətqiqatına sərf edildikdən sonra, 72,413 qram narkotik vasitə heroinin 71.923 qram qalığı, 60.246 qram psixtrop maddə metamfetaminin 59,866 qram qalığı, 02 ədəd elektron tərəzi, 1,510 qram çəkidə narkotik vasitə tiryəkin, 1,410 qram qalığı, 0,327 qram qurudulmuş marixuananın 0,287 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X14 Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət X13 Göstərən İşçi Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də N.Mustafayevdən aşkar edilmiş 0,323 qram narkotik vasitə heroinin 0,273 qram qalığı Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə məhv edilməsi, 04 ədəd disk cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 307 (üç yüz yeddi) manat 50 (əlli qəpik) məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X39 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar