Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-34/2024 22.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X6 üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X7, müdafiəçilər- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsill, evli, məhkum olunmamış, Gəncə şəhəri, Yeni Gəncə massivi, 2-ci mikrorayon, ev 3, mənzil 51-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 2-ci küçədə fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Abdulla Sur küçəsi, ev 58-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, 9-cu küçədə nömrəsiz fərdi yaşayış evində yaşamış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetaminin qanunsuz satışı ilə bağlı tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq birgə qazanc əldə etmək barədə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşıdığı kustar üsulla hazırlanmış, külli miqdarda, yəni ümumi təmiz çəkisi 5.852 qram təşkil edən psixotrop maddə olan metamfetaminin 0.309 qram çəkidə olan hissəsini xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə Z.Hacıyev küçəsinin kəsişməsindəki “Sovxoz Nizami dairəsi” adlanan yerdə tanışı Şahid1 25 manat pul müqabilində qanunsuz olaraq satmış, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin tarixdə, saat 20 radələrində qeyd edilən yerdə Şahid1 ilə birlikdə saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərlərində şəxsi axtarış aparıldıqda əynində olan şalvarının ön sağ cibindən qeyd edilən psixotrop maddənin satışı müqabilində Şahid1 əldə etdiyi həmin 25 manat pul, Şahid1 əynində olan şalvarının ön sağ cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə olmaqla kustar üsulla hazırlanmış 0.309 qram təmiz çəkidə psixotrop maddə olan həmin metamfetamin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetaminin qanunsuz satışı ilə bağlı onunla və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi kustar üsulla hazırlanmış, külli miqdarda, yəni ümumi təmiz çəkisi 5.852 qram təşkil edən psixotrop maddə olan metamfetaminin onun vasitəsi ilə Şahid1 25 manat pul müqabilində 0.309 qram çəkidə olan hissəsini satdırdıqdan sonra qalan 5.543 qram təmiz çəkidə olan hissəsini eyni məqsəd ilə üzərində saxlayaraq daşıyarkən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2022-ci il tarixdə, saat 20:40 dəqiqədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, 9-cu küçədə yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikasının DİN-in BNMİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan şalvarının ön sağ cibindən polietilen kəsiyi bükümündə olmaqla Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxsdən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi kustar üsulla hazırlanmış 5.852 qram təmiz çəkidə psixotrop maddə olan metamfetaminin 5.543 qram təmiz çəkidə olan həmin hissəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetaminin qanunsuz satışı ilə bağlı şəxsiyyəti istintaqa məlum olmayan şəxslə və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq birgə qazanc əldə etmək barədə razılaşdıqdan sonra istintaqa məlum olmayan tarixdə şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxsdən kustar üsulla hazırlanmış, külli miqdarda, yəni ümumi təmiz çəkisi 5.852 qram təşkil edən psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 0.309 qram çəkidə olan hissəsini Təqsirləndirilən şəxs1 vasitəsi ilə xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə Z.Hacıyev küçəsinin kəsişməsindəki “Sovxoz Nizami dairəsi” adlanan yerdə tanışı Şahid1 25 manat pul müqabilində qanunsuz olaraq satdırmış, Gəncə şəhər Baş Polis İdarəsinin 2ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri ilə həmin tarixdə, saat 20 radələrində qeyd edilən yerdə Təqsirləndirilən şəxs1 və Şahid1 birlikdə saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərlərində şəxsi axtarış aparıldıqda Təqsirləndirilən şəxs1 əynində olan şalvarının ön sağ cibindən qeyd edilən psixotrop maddənin satışı müqabilində Şahid1 əldə etdiyi həmin 25 manat pul, Şahid1 əynində olan şalvarının ön sağ cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə olmaqla kustar üsulla hazırlanmış 0.309 qram təmiz çəkidə psixotrop maddə olan həmin metamfetamin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetaminin qanunsuz satışı ilə bağlı şəxsiyyəti istintaqa məlum olmayan şəxslə və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq birgə qazanc əldə etmək barədə razılaşdıqdan sonra istintaqa məlum olmayan tarixdə şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxsdən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi kustar üsulla hazırlanmış, külli miqdarda, yəni ümumi təmiz çəkisi 5.852 qram təşkil edən psixotrop maddə olan metamfetaminin Təqsirləndirilən şəxs1 vasitəsi ilə Şahid1 25 manat pul müqabilində 0.309 qram çəkidə olan hissəsini satdırdıqdan sonra qalan 5.543 qram təmiz çəkidə olan hissəsini eyni məqsəd ilə üzərində saxlayaraq daşıyarkən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2022-ci il tarixdə, saat 20:40 dəqiqədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, 9-cu küçədə yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikasının DİN-in BNMİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan şalvarının ön sağ cibindən polietilen kəsiyi bükümündə olmaqla Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxsdən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi kustar üsulla hazırlanmış 5.852 qram təmiz çəkidə psixotrop maddə olan metamfetaminin 5.543 qram təmiz çəkidə olan həmin hissəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla deyil, Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 2-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamış, həbs edilənədək heç bir yerdə işləməmişdir. Məhsəti qəsəbəsində yaşayan Vüqar adlı şəxsdən tutulmamışdan təxminən 15 gün əvvəl psixotrop maddə olan metamfetamin almış, həmin psixotrop maddəni əldə edib Vüqarın xatırlamadığı kart hesabına 60 manat pul göndərmişdir. Bu, təxminən 2022-ci ilin may ayının ortalarına təsadüf etmişdir. Vüqardan 60 manat pul müqabilində aldığı psixotrop maddədən yaşadığı evdə bir qədər qalmış, təxminən 2022-ci ilin may ayının ortalarına tanışı Samiq ona zəng edərək "patı", yəni psixotrop maddə olan metamfetamin istədiyini bildirmişdir. O da Vüqardan aldığı metamfetamindən artıq qaldığı üçün fikirləşmişdir ki, artıq qalan metamfetamini Samiqlə birlikdə istifadə etsin. Samiqin ona əvvəldən 50 manat pul borcu olmuş, sonuncu ona “malın” əvəzində borcunun 20 manatını verəcəyinə dair söz vermişdir. O isə cavabında Samiqə 5 manat da yolpulu kimi verməli olduğunu, ümumilikdə 25 manat pul alacağını bildirmişdir. Samiq onun bu təklifi ilə razılaşmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində “Sovxoz Nizami dairəsi” adlanan yerdə polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən döyülmüş, polis əməkdaşları fiziki zorakılıq altında onu məcbur etmişlər ki, Şahid1 üzərindən aşkarlanan psixotrop maddənin onun tərəfindən satıldığını boynuna götürsün. O da fiziki zorakılığa dözməyib, narkotik vasitəni Samiqə satdığını etiraf etmişdir. Samiqin ona verdiyi 25 manat pul isə qardaşı Sadiqin qazdan istifadəyə görə ona olan borcu olmuşdur. Onun əvvəllər Vüqarla təxmini 1-2 dəfə psixotrop maddə olan metamfetamin alış-verişi olmuş, lakin hazırda olan iş Samiqə verilən psixotrop maddə ilə bağlı Təqsirləndirilən şəxs2la əlaqəsi olmamışdır. O, Vüqardan yalnız psixotrop maddə olan metamfetamin almışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, O Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 2ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayıra və heç bir yerdə işləmir. Yaşadığı Məhsəti qəsəbəsində yaşayan ***-***-**-** saylı mobil nömrə istifadəçisi Vüqar adlı şəxsdən təxminən 15 gün əvvəl psixotrop maddə olan metamfetamin almışdır. Belə ki, Vüqar ona Bakı şəhərindən bağlı qutuda sərnişindaşıma avtobusu ilə psixotrop maddə göndərmiş, mən də öz istifadəm üçün həmin maddəni əldə edib Vüqarın xatırlamadığım kart hesabına milli ödəmə terminalından 60 manat göndərmişdir. Bu, təxminən 2022-ci ilin may ayının ortalarına təsadüf edir. Mən Vüqarı təxminən 5 ildir ki, tanıyır. Vüqar onunla eyni qəsəbədə yaşayır və Vüqarı həmin qəsəbədən tanıyır. Vüqarın təxminən 30 yaşı olar. Vüqar orta boylu, yumrusifət şəxsdir. Vüqar əvvəllər də belə işlərlə məşğul olurmuş. Lakin, təxminən 2022-ci ilin yanvar-fevral aylarında eşidim ki, Vüqar "patı" satır. Təxminən 2022-ci ilin may ayının ortalarında Vüqar mənə zəng edərək Bakı şəhərindən Gəncə şəhərinə "patı" göndərdiyini bildirdi və o avtobusun qarşısına çıxıb həmin maddəni götürməyini, pulunu da göndərməsini tapşırdı. Belə ki, Vüqar bunun müqabilində ondan 100 manat istəmiş, o isə Vüqara 60 manat göndərmişdir. Əvvəllər, yəni təxminən 4 il əvvəldən "kakos" kimi tanınan narkotik vasitə heroindən istifadə etməyə başlamış, son zamanlar isə "patı" kimi tanınan psixotrop maddədən istifadə edir. Belə ki, “patı”nı siqaretin "folqa" kağızında qızdırıb tüstüsünü iyləməklə istifadə edir. "Kakos" kimi tanınan heroini isə şpristə doldurub damarına vurmaqla istifadə edir. Vüqardan 60 manat pul müqabilində aldığı psixotrop maddədən yaşadığı evdə bir qədər qalmış, təxminən 2022-ci ilin may ayının ortalarına tanışı Samiqin istifadəsində olan qara rəngli "Samsung A 13" markalı mobil telefonda işlətdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək "patı", yəni psixotrop maddə metamfetamin istədiyini bildirmiş və ondan xahiş etmişdir ki, əgər varıdırsa 20 manantlıq "patı", yəni metamfetamin versin. O da yaşadığı evdə qeyd edilən maddə oldğunu, həmçinin Samiqi tanıdığına görə razılaşmış və 20 manat "patı"ya görə, 5 manat da yolpulu kimi ona ümumilikdə 25 manat verəcəyini bildirmiş, Samiq də razılaşmışdır. Beləliklə, o Samiqin işlədiyi Gəncə şəhər "Sovxoz Nizami dairəsi" adlanan yerə gedib Samiqlə görüşüb və Samiqə 25 manat pul qarşılığında bir büküm psixotrop maddə olan metamfetamin vermişdir. Bundan bir həftə sonra da Samiqə eyni qaydada bir büküm psixotrop maddə olan metamfetamini 25 manat pul qarşılığında Samiqin işlədiyi yerin yaxınlığında satmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində Samiq onun istifadəsində olan qeyd edilən mobil nömrəyə zəng edərək ondan pul qarşılığında öz istifadəsi üçün yenə "patı", yəni psixotrop maddə olan metamfetamin istəmiş, o da danışıb razılaşdıqdan sonra yenə Samiqin işlədiyi yerə getmişdir. Orada Samiqlə görüşüb və "patı"nı sağ əlinin içərisində saxlayıb həmin əli ilə Samiqə salam verib həmin maddəni Samiqə ötürmüş, Samiq də həmin maddəni götürüb şalvarının ön sağ cibinə qoyaraq cibindən 20-lik və 5-lik əskinazlardan ibarət 25 manat pul çıxarıb həmin pulu ona eyni qaydada, yəni salamlaşma şəklində vermişdir. O pulu Samiqdən götürüb üzünü çevirərək uzaqlaşmaq istədikdə mülki geyimli polis əməkdaşları onu və Samiqi saxlamışlar. Həmin vaxt polis əməkdaşları özlərini Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, saxlamaqda, daşımaqda, həmçinin satmaqda şübhəli olmalarını bildirərək əllərində olan mobil telefonları götürdülər və onları "kəpəz polisi" kimi tanınan Gəncə şəhər 2-ci Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində onları otaqların birinə keçirdərək və hüquqlarını izah etmişlər. Həmin vaxt onların əllərin havaya qaldırmaqlarını tələb etdikləri üçün əlləri yuxarıda olmuşdur. Bundan sonra ona dövlət hesabına müdafiəçi təyin edilmiş, müdafiəçi gəldikdən sonra ona üzərində axtarış aparacaqlarını bildirmişdir. Beləliklə, videoçəkilişlə axtarış başladı. Axtarışda o və müdafiəçidən başqa, Samiq, Samiqin müdafiəçisi, eləcə də polis əməkdaşları iştirak etmişdir. Axtarış başlamazdan əvvəl Samiqə üzərində qanunla qadağan edilmiş hər hansı əşya, o cümlədən narkotik vasitə və psixotrop maddə varsa təqdim etməsi təklif edildi, Samiq də şalvarının ön sağ cibindən ondan aldığı gümüşü rəngli kağız bükümdə olan həmin maddəni, yəni "patı" kimi tanınan psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etdi. Həmin vaxt təhqiqatçı gümüşü rəngli kağız bükümü açdıqda içərisindəki maddənin ağ rəngli, kristal şəkildə olan "şüşə" və "patı" adları ilə tanınan psixotrop maddə metamfetamin olması axtarış iştirakçılarına məlum oldu. Bundan sonra həmin kütlə kağız bükümlə birlikdə elektron tərəziyə qoyulub çəkildi və çəkisi 0.50 qram təşkil etdi. Samiqdən həmin maddəni nə vaxt, haradan, nə müqabilində və hansı məqsədlə əldə etməsi soruşulduqda Samiq onu elə həmin gün məndən öz istifadəsi üçün 25 manat pul müqabilində aldığını bildirdi. Bundan sonra mən də edilən təklifdən sonra cibində olan 25 manatı, hansı ki, psixotrop maddəyə görə bir qədər əvvəl Samiqin ona vermiş olduğu pulu çıxarıb polis əməkdaşlarına təqdim edərək Samiqə "patı", yəni psixotrop maddə olan metamfetamin satdığını, əvəzində Samiqdən 25 manataldığını etiraf etdi. Daha sonra Samiqin və onun üzərində axtarış aparılsa da başqa hər hansı qanunsuz əşya, o cümlədən narkotik vasit, psixotrop maddə aşkar olunmadı. Samiqin təqdim etdiyi psixotrop maddə isə zərfin içərisinə qoyulmuş, zərfin üzəri möhürlənmiş, üzərində qeydlər aparılmış və orada olan şəxslər, o cümlədən onun tərəfindən imzalandı. Bundan başqa, onun təqdim etdiyi 25 manat da zərfin içərisinə qoyulub qablaşdırılmış və götürülmüşdür. Bundan sonra onun izahatı alınmış, eləcə də o və Samiqi Gəncə şəhər Baş Polis İdarəsinin MSY-yə təhvil verilmişdir. O, verilən suallara cavab olaraq ifadəsində həmçinin bildirmişdir ki, Samiqə ümumiyyətlə üç dəfə, hər dəfəsində 25 manat pul müqabilində psixotrop maddə olan metamfetamin satmışdır, Samiqdən başqa heç kimə psixotrop maddə və ya narkotik vasitə satmayıb, Samiqə psixotrop maddə satdığı tarixlər dəqiq yadında deyil, lakin tutulduğu gündən əvvəlki 15 günün içərisində olmuşdur. O, Samiqi qardaşı Sadiqə görə tanımış, həmçinin, X27 qəsəbəsində bir binada qonşu olmuşdur. O, Samiqə psixotrop maddə apararkən xatırlamadığı şəxslərin taksi avtomobili ilə getmişdir. Vüqardan aldığı psixotrop maddə sellofan bükümdə olsa da, sonradan özü həmin maddənin gümüşü rəngli kağıza qoyub Samiqə satmışdır .Samiqə satdığı büküm “çet” adlanır və 20 manata bir dəfə istifadə üçündür. Vüqar Gəncə şəhərində Məhsəti qəsəbəsində yaşayır, lakin dəqiq ünvanını bilmir. Təxminən 30 yaşları olar. Rafət adlı şəxsi tanımır, əslində həmin maddəni Vüqardan almış, lakin Vüqarın adını çəkmək istəməmişdir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən olduğu yerdə tanımadığıinsanlar olmuş, lakin Samiqdən başqa yanında tanıdığı heç kim olmamışdır. xx.xx.2022-ci il tarixdə Gəncə şəhər 2-ci Polis Şöbəsində videoçəkilişlə və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzəri yoxlanılmış və polis əmkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həbs edilənədək Bakı şəhəri, 28 May qəsəbəsi, 9-cu küçə, nömrəsiz fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs1 Gəncədə yaşadığı vaxtdan tanıyır. Təqsirləndirilən şəxs1la birlikdə narkotik vasitə istifadə etmişlər. Tutulmamışdan əvvəl son 6 ay ərzində Bakı şəhərinə köçmüş və qeyd etdiyi ünvanda kirayədə qalmışdır. O, Təqsirləndirilən şəxs1la birlikdə narkotik vasitə istifadə etsə də, Raziyə narkotik vasitə satmamış, sadəcə Təqsirləndirilən şəxs1 aldadaraq ona avtobus vasitəsi ilə narkotik vasitə göndərdiyini və sözügedən narkotik vasitələri də paltarların arasında gizlətdiyini bildirmiş və bunun əvəzində özünə məxsus olan kart hesabına pul göndərməsini bildirmişdir. Razi isə 1 dəfə onun kart hesabına pul göndərmiş, lakin o Razini aldatmış, Təqsirləndirilən şəxs1 heç bir narkotik vasitə göndərməmişdir. Təqsirləndirilən şəxs1 aldığı pulu isə son vaxtlar mobil telefonunda olan “kazino” adlı oyun platformasında oyun oynamış və pulları da uduzmuşdur. O, narkotik vasitə aludəçisi olmuş, sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən Əli adlı şəxslə tanış olmuşdur. "Whatsapp" ani mesajlaşma proqramı vasitəsi ilə Əli ilə danışmağa başladıqdan sonra sonuncu onun "whatsapp" ani mesajlaşma proqramına göndərdiyi "xxxx" ASC-yə məxsus, hal-hazırda əzbərdən bilmədiyi, mobil telefonunun "whatsapp" ani mesajlaşma proqramında qalan bank kartının hesabına müəyyən məbləğlərdə pul göndərmiş, Əli də istifadə etmək üçün ona ayrı-ayrı məkanlara qoyulma yolu ilə narkotik vasitə vermişdir. xx.xx.2022-ci il tarixdə, Bakı şəhərində yaşadığı evin yaxınlığında olarkən mülki geyimdə olan bir neçə polis əməkdaşı onu saxlayaraq evinə baxış keçirlməli olduğunu bildirmiş, o polis əməkdaşları ilə razılaşdıqdan sonra yaşadığı evə baxış keçirilmişdir. Daha sonra onu Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinə aparmışlar. Ona fiziki təzyiqlər göstərərək onun üzərinə narkotik vasitə qoyub, həmin narkotik vasitənin onun olduğunu etiraf etməsini tələb etmişlər.Bundan sonra o 6 qram psixotrop maddə metamfetamini polislərə təqdim edib özünün olduğunu bildirmiş, ona göstərilən təzyiqlər nəticəsində sözügedən narkotik vasitənin onun olduğunu etiraf etmişdir. Verilən suallara cavab olaraq bildirir ki, onun üzərində narkotik vasitə olmamış, üzərindən aşkar olunan narkotik vasitə polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, mən Bakı şəhəri, 28 May qəsəbəsi, 9-cu küçə, nömrəsiz fərdi yaşayış evində ailə üzvlərim ilə birlikdə yaşayıram, evliyəm, bir azyaşlı oğlan övladım var, Bakı şəhərində tikintilərdə fəhləlik edirəm, rəsmi iş yerim isə yoxdur. Əvvəllər Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olmuşam. "Kola" və "kakos" kimi tanınan narkotik vasitə olan heroindən, "şüşə" və "patı" kimi tanınan psixotrop maddə metamfetamindən, eləcə də "nəşə" kimi tanınan marixuanadan təxminən bir ildir ki, istifadə edirəm. Belə ki, psixotrop maddə metamfetamin ilə narkotik vasitə heroini bir-birinə qatıb bişirir, sonra şpristə doldurub damarıma vururam, marixuananı isə siqaret kağızında yandırıb çəkmək yolu ilə istifadə edirəm. Bir müddət əvvəl ailə vəziyyətim ilə əlaqədar maddi vəziyyətim zəif olduğuna görə əlavə gəlir mənbəyi axtardım. Təxminən 2022-ci ilin fevral ayında "odnaklassnik" sosial şəbəkəsində gəzişərkən narkotik vasitələrin təbliği ilə bağlı xatırlamadığı bir səhifədən İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən Əli adlı şəxslə tanış oldum və "whatsapp" ani mesajlaşma proqramı vasitəsi ilə danışmağa başladm. Əli adlı həmin şəxslə söhbət zamanı mənə məlum oldu ki, Əli, İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə keçirir. Bakı şəhəri ərazisində halhazırda gənclərin bir qisminin narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyimə görə narkotik vasitə və psixotrop maddə satıb pul əldə etməyi, ailəmin maddi vəziyyətini yaxşılaşdırmağı düşünərək həmin vaxt Əliyə təklif etdim ki, pul müqabilində mən narkotik vasitə və psixotrop maddə göndərsin. Təxminən 2022-ci ilin fevral ayından etibarən Əli adı ilə özünü təqdim edən İran İslam Respublikasının vətəndaşı mənim "whatsapp" ani mesajlaşma proqramına göndərdiyi "xxxx" ASC-yə məxsus, hal-hazırda əzbərdən bilmədiyi, mobil telefonunun "whatsapp" ani mesajlaşma proqramında qalan bank hesabına 100 manat, bəzən 110 manat, bəzən də 105 manat pul göndərib qarşılığında Bakı şəhərinin X10 yaxınlığında müxtəlif yerlərə qoyulmuş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə edərək onun Bakı şəhəri ərazisində tanımadığı müxtəlif şəxslərə pul müqabilində satırdım. Belə ki, Əli adlı şəxsin 100 manat pul müqabilində mənə göndərdiyi 3 qram psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroin olmuşdu. Həmin maddələrin fotoşəkilləri mənə göndərilərək yerlərinə kim gizlətdiyini bildirirdi. Beləcə, bu qayda ilə Əli adlı şəxslə təxminən üç ay çalışdım və mən Əlidən qeyd etdiyim məbləğlərdə və miqdarlarda təxminən 10 dəfə narkotik və psixotrop maddələr əldə edib Bakı şəhərində müxtəlif şəxslərə satmışam. Həmin şəxslərdən biri də Gəncə şəhəri, Məhsəti qəsəbəsindən uzun müddətdir ki, tanıdığım Təqsirləndirilən şəxs1dur. Belə ki, Təqsirləndirilən şəxs1la aramızda heç bir ədavət və düşmənçilikləri olmyıb, belə düşünürəm ki, hazırda da yoxdur. Baxmayaraq ki, Razi mənim adımı istintaqda çəkib, lakin mən yenə də Raziyə qarşı kin-küdurət güdmürəm.Razi ilə bir neçə il Məhsəti qəsəbəsində qonşu kimi yaşamışıq. Razi, təxminən üç ildir ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi ərazisində güclü təsiredici maddə olan lirika həbləri, "kakos" və "kola" adları ilə tanınan narkotik vasitə heroin, eləcə də "patı" və "şüşə" adları ilə tanınan psixotrop maddə olan metamfetamin satışı ilə məşğul olur. Hətta özüm neçə dəfə Razinin əlində olan "malları" yəni həmin maddələri alıb məhv etmişəm. Bir sözlə, Razi xalq arasında deyilən kimi "könhə patrişkadır". Razi mənə İran vətəndaşından ucuz qiymətə narkotik vasitə və psixotrop maddə əldə etdiyini bildirdi. Mənə görə Razi, təxminən 2022-ci ilin may ayının əvvəllərində mən zəng edib satıb qazanc götürmək üçün məndən narkotik vasitə və psixotrop maddə istəd Belə ki, Razi, avtomobilinin nasaz olduğunun, pulunun olmadığını, avtomobilini təmir etdirmək üçün pula ehtiyacının olduğunu bildirdi, mən isə Razini tanıdığım üçün buna etiraz etmədim və Raziyə Bakı şəhərindən "patı" kimi tanınan psixotrop maddə metamfetamin və "kakos" kimi tanınan narkotik vasitə heroin göndərməyə başladım. Belə ki, mən həmin maddələri paltarların içərisinə qoyub bağlı və gizli şəkildə Bakı şəhərindən Gəncə şəhərinə gələn tanımadığım taksi avtomobillərinə verdim, Razi də Gəncədə götürdü. Bunun müqabilində Razi mənim hal-hazırda əzbərdən tam bilmədiyim, son səkkiz rəqəmi 62373356 olan "Leobank"a məxsus bank kartına 100 manat, bəzi hallarda 80 manat göndərirdi. Bu qayda ilə Raziyə 2022-ci ilin may ayı ərzində üç dəfə "patı" və "kakos" göndərmişəm. Mən Raziyə təxminən 1 qram və ya 1 qram yarım həcmdə "patı" və "kakos" göndərmişə. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Təqsirləndirilən şəxs1 tanımadığı şəxsin avtomobili ilə ayaqqabı qutusunun içərisində ümumilikdə beş bükümdə həm narkotik vasitə olan heroin, həm də psixotrop maddə metamfetamin göndərmişəm, həmin qutuda Raziyə həmçinin özünün xahişi ilə narkotik vasitəni çəkmək üçün elektron tərəzi də göndərmişəm, bunun üçün isə Razi mənə 100 manat göndərməli idi. Lakin, narkotik vasitə və psixotrop maddələri göndərdiyim tanımadığım taksi sürücüsünün mobil nömrəsinə sonradan zəng çatmadı və mən həmin şəxslə əlaqə yarada bilmədim, bununla yanaşı, həmin gün axşam saatlarında Razinin də mobil nömrəsinə zəng çatmadı Mən sonunucu dəfə Raziyə göndərdiyim narkotik vasitələrin və psixotrop maddələrin haraya getdiyini, həmin şəxsin onları necə etdiyini bilmirdim. Düşünürəm ki, yəgin həmin şəxs sonradan qutunu açıb içərisindəkini müəyyən edərək mənimsəmişdir. xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Bakı şəhərində yaşadığım evin yaxınlığında olarkən mülki geyimdə olan bir neçə şəxs mənə yaxınlaşıb məni saxladı və özlərinin polis əməkdaşları kimi təqdim edərək mənə narkotik vasitə satmağıma görə saxladıxlarını bildirdi, həmçinin mən özləri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin binasına apardılar. Həmin vaxt üzərimdə təxminən iki gün əvvəl İran İslam Respublikasının vətəndaşı Əli kimi tanıdığım şəxsdən satmaq üçün 110 manat müqabilində aldığım sellofan bükümdə təxminən altı qramdan bir qədər artıq "patı", yəni psixotrop maddə metamfetamin də əynimdə olan şalvarın ön sağ cibində idi. Baş Narkotiklərlə Mübarizə İdarəsinin binasında otaqların birində mənim hüquq və vəzifələrim izah edildi, həmçinin mənə dövlət hesabına vəkil dəvət olundu, bundan sonra üzərimdə axtarış aparılacağı bildirdilər vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş altına üzərində axtarış aparıldı. Axtarışdan əvvəl mənə təklif edilmişdir ki, üzərimdə narkotik vasitə, psixotrop maddə, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa təqdim edim. Mən də əynimdə olan şalvarın ön sağ cibindəki həmin maddəni, yəni "patı" kimi tanınan psixotrop maddən metamfetamini çıxarıb təqdim etdim. Bundan sonra üzərimdə axtarış aparıldı, lakin qanunsuz başqa bir əşya aşkar edilmədi. Telefonum və şəxsiyyət vəsiqəm isə məndən götürüldü. Təqdim etdiyim psixotrop maddə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildi və çəkisi 6 qramdan bir qədər çox gəldi. Bundan sonra həmin maddə zərfin içərisinə qoyuldu, zərfin ağzı bağlandı, üzəri möhürləndi və üzərində qeydlər aparıldı. Sonda özüm və orada olan şəxslər həmin zərfin üzərində imza etdilər. O, verilən suallara cavab olaraq ifadəsində həmçinin bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının DİN-in BNMİ-nin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra İdarədə üzərimdə axtarış keçirilərkən təqdim etdiyim psixotrop maddə metamfetamini tutulmazdan təxminən iki gün əvvəl Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar ərazisində Əli kimi tanıdığım İran İslam Respublikasının vətəndaşından satmaq üçün 110 manata almışam, yəni Əli həmin maddəni kiminsə vasitəsi ilə mənə göndərmişdi. Mən Raziyə yalnız 2022-ci ilin may ayı ərzində təxminən 3 dəfə Bakı şəhərindən sərnişindaşıma avtobusu, eləcə də taksi şoferləri vasitəsi ilə 60, 80 və 100 manatlıq həcmdə, yəni üç-beş büküm narkotik vasitə və psixotrop maddə göndərmişəm. Göndərdiyim şəxslərin görməməsi üçün paltarların arasında, ayaqqabı qutusunun içərisində gizlədmişəm. Sonuncu dəfə göndərdiyim "mal", yəni beş büküm "patı” və "kakos" isə Raziyə çatmamışdır. Bundan başqa, mən Raziyə göndərdiyim "mal"ların şəkillərini də çəkib göndərmişəm. Həmçinin "mal"ın qramını tərəzi ilə çəkmişdim ki, haqqhesabı düzgün olsun. Özümün istifadəmdə olan mobil nömrələr ***-***-**-** və ***-***-**-**dur. Birinci qeyd etdiyim mobil nömrəni Razinin tutulduğunu eşidəndən sonra qırıb atdım. Razinin mobil nömrəsi isə ***-***-**-**-dur. xx.xx.2022-ci il tarixdə üzərində şəxsi axtarış keçirilərkən Əli adlı şəxsin mənə göndərdiyi sonuncu partiya narkotik və psixotrop maddələrin yerini polis əməkdaşlarına deyə biləcəyimi bildirsəm də həmin gün Əli göndərəcəyi “mal”ın dəqiq yerinin fotoşəklini göndərmədiyinə görə götürə bilmədim. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən mən hər hansı zorakılıq olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının DİN-in BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat vəzifəsində çalışan Şahid2 ifadəsində göstərmişdir ki, daxili işlər orqanlarında 1989-cu ildən, tutduğu vəzifədə isə 2016-ci ildən xidmət edir, polis polkovnik-leytenantı rütbəsindədir. Gəncə şəhəri, Abdulla Sur küçəsi, ev 58-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, 9-cu küçədə nömrəsiz fərdi yaşayış evimdə yaşayır, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddlər əldə etməsi və Binəqədi rayonu ərazisində satması barədə Azərbaycan Respublikasının DİN-in BNMİ-yə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X3 və BNMİ əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ilə birgə Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, 9-cu küçədə yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında tərəflərindən saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarının ön sağ yan cibindən bir ədəd şəffaf sellofan büküm çıxarıb təqdim edərək həmin bükümün içərisindəki kütlənin “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu bildirdi. Bundan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm təhqiqatçı tərəfindən açıldı və içərisindəki kütlənin şəffaf rəngli, kristal halında kütlə olması məlum olundu. Həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisi təxmini 6-7 qram təşkil etdi. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən psixotrop maddə metamfetamini təxminən 2 gün əvvəl Bakı şəhərində Nizami metrostansiyasının yaxınlığında əvvəllər sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran vətəndaşı Əli adlı şəxsdən həm öz istifadəsi, həm də satmaq məqsədi ilə 110 manat pul qarşılılığında əldə etdiyini, eləcə də Gəncə şəhərində yaşayan qonşusu Razi adlı şəxsə də satış niyyəti ilə göndərdiyini bildirdi. Təqsirləndirilən şəxs2 həmçinin saxlanılarkən polis əməkdaşları tərəfindən ona heç bir zorakılıq olunmadığını bildirib, bundan sonra şəxsi axtarış qurtarmışdır. O, ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq psixotrop maddələrin satış məqsədi ilə əldə edib yaşadığı inzibati rayonun ərazisində satışını həyata keçirməsi barədə kifayət qədər mötəbər mənbələrdən əməliyyat-məlumatları DİN-in BNMİ-yə daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili X3 eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı Şahid2 göstərdyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı Şahid2 göstərdyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 2013-cü ildən dio-da, tutduğu vəzifədə isə 2022-ci ildən xidmət edir, polis baş leytenantı xüsusi rütbəsini daşıyır. xx.xx.2022-ci il tarixdə qərəzsiz və mötəbər mənbədən Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Şahid1 qanunsuz olaraq psixotrop maddə metamfetamin əldə edib saxlaması, daşıması, istifadə etməsi, Təqsirləndirilən şəxs1 həmçinin psixotrop maddənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı alıb bu barədə raportla şöbənin rəisinə məruzə etmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında həmin gün tərəfindən qərar qəbul edildikdən sonra onun rəhbərliyim altında şöbənin əməliyyat müvəkkili Şahid6 və kiçik əməliyyat müvəkkili Şahid7 ibarət əməliyyat qrupu yaradılmaqla tərəflərindən müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Belə ki, Şahid1 və Təqsirləndirilən şəxs1 həmin gün saat 20 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Sovxoz Nizami dairəsi” adlanan dairənin yaxınlığında müəyyən edilərək saxlanılmışdır. Daha sonra Şahid1 və Təqsirləndirilən şəxs1 üzərlərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Şahid1 əynində olan cins şalvarın ön sağ yan cibindən 1 ədəd siqaretin folqa kağızınında bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində şəffaf rəngli, kristal halında kütlə aşkar olunmuşdur. Bundan sonra Şahid1 üzərində şəxsi axtarış aparılmış, lakin əhəmiyyət kəsb edən başqa predmet aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Şahid1 həmin kütlənin “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, elə həmin gün “Sovxoz Nizami dairəsi” adlanan yerdə Təqsirləndirilən şəxs1 25 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin kütlə siqaretin folqa kağızı ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi təxmini 0.50 qram təşkil etmişdir. Bundan sonra həmin vaxt orada olan Təqsirləndirilən şəxs1 da faktı təsdiq edərək əynində olan idman şalvarının ön sağ cibindən bir ədəd 20-lik, bir ədəd 5-lik əskinazlardan ibarət olan 25 manat pulu çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin pulu Şahid1 satdığı psixotrop maddə metamfetaminin qarşılığında Samiqdən əldə edib. Həmin vaxt Şahid1 də bildirmişdir ki, təqdim edilən pul həqiqətən onun psixotrop maddə alarkən bunun müqabilində Raziyə verdiyi pul olub, həmçinin bundan başqa, bir neçə dəfə də Təqsirləndirilən şəxs1 qeyd edilən maddədən pul müqabilində əldə edib. O, ifadəsində həmçinin bildirmişdir ki, daxil olan əməliyyat məzmunu Şahid1 psixotrop maddə istifadəçisi olması, Təqsirləndirilən şəxs1 isə onların satışı ilə məşğul olması ilə bağlı olmuş və onlar saxlanılan zaman Şahid1 və Təqsirləndirilən şəxs1 qarşı heç bir fiziki və psixi təzyiq olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid6 və kiçik əməliyyat müvəkkili Şahid7 da ifadələrində Şahid5 ilə eyni məzmunlu ifadələr verərək işin halları ilə bağlı Şahid5 göstərdyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisi deyil və narkotik vasitə istifadə etmir. O, spirtli içki olan araq aludəçisidir. Dost-tanışları ona məsləhət görmüşlər ki, psixotrop tərkibli tibbi dərmanlardan istifadə etsə, spirtli içki olan arağa olan asıllıqdan qurtula bilər. Ona görə də təxminən 2021-ci ilin noyabr ayından psixotrop tərkibli tibbi dərman həblərindən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 təxminən bir neçə il əvvəldən tanıyır. Belə ki, Şəmkir şosessində mebel sexində usta işləyərkən Təqsirləndirilən şəxs1 da orada mebel taxtalarını yonmaqla məşğul olurmuşdur. Razi ilə tanışlığı belə yaranmışdır. Sonradan Razi və özü həmin mebel sexində işdən ayrıldığına görə bir müddət görüşməmişlər. Daha sonra adını dəqiq xatırlamadığı tanışı Təqsirləndirilən şəxs1 dərman firmasında işlədiyini, psixotrop tərkibli dərmanları Razidən tapa biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayaraq sözügedən psixotrop tərkibli dərman həbini istəmiş, Razi də təşkil edəcəyini bildirmiş, Razidən iki dəfə pul verib psixotrop dərman həbləri almışdır. Belə ki, o həmin həblərin bir kanvalyutu üçün Raziyə 18 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 aldığı dərman həblərinin adını xatırlamır. O, Təqsirləndirilən şəxs1 dərman həbi istəyəndə Razi ona özü də başqa şəxsdən alıb ona verəcəyini bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 4-cü küçədə ailə üzvləri ilə birlikdə yaşayır və fərdi əmək kimi fəhləlik edir. “Patı” kimi tanınan psixotrop maddədən və güclü təsiredici maddə olan tramadol həblərindən bir neçə vaxtdır ki, istifadə edir.Təqsirləndirilən şəxs1 təxminən 2 ildir ki,yaşadığı qəsəbədən tanıyır, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs1 yaşadığı qəsəbədə “patı” kimi tanınan psixotrop maddə, eləcə də güclü təsiredici maddə olan tramadol həblərini pul müqabilində satır. O bunu qəsəbədə bir neçə şəxsdən eşitmiş və özü də həmin maddənin istifadəçisi olduğundan bir neçə dəfə Razidən pul müqabilində, yəni bir ədədi üçün 2-3 manat pul ödəməklə tramadol həblərini alırmış. O tramadol həblərini Razidən onun yaşadığı evin qarşısında, o cümlədən qəsəbədə müxtəlif yerlərdə alırmış. Lakin, tarixləri dəqiq yadında deyil. Razi 2022-ci ilin may ayının sonlarında həbs olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 da yaşadığı qəsəbədən tanıyır. Vüqar “patı” kimi tanınan psixotrop maddələrdən, eləcə də “kakos” kimi tanınan narkotik vasitə olan heroindən pul müqabilində satmaqla məşğul olur. Vüqarla aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Vüqar bir neçə vaxtdır ki, Bakı şəhərində yaşayır. Vüqar Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşadığı müddətdə o, Vüqardan bir neçə dəfə “patı” kimi tanınan psixotrop maddə metamfetaminin bir “çet”i üçün 30 manat pul ödəməklə əldə etmişdir.Belə ki, Vüqar həmin maddəni qəsəbədə müxtəlif yerlərə qoydurur, ona yerini bildirir, o da həmin maddəni götürdüyü yerə pulunu qoymaqla alır və özü istifadə edirmiş.Sonradan Vüqarın Bakı şəhərində polis tərəfindən saxlanıldığını öyrənmişdir. Bundan başqa, o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Razi və Vüqarla telefon əlaqəsi saxlayır, mesajlaşırmış. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 14-cü küçədə ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Ara-sıra güclü təsiredici maddə olan tramadol həblərindən istifadə edir. Belə ki, həmin həblərdən təxminən iki ildir istifadə edir. Təqsirləndirilən şəxs1 yaşadığı qəsəbədən tanıyır. Bildiyinə görə Razi “kakos” və “patı” adları ilə tanınan narkotik vasitələrdən, həm də tramadol həblərini satır. O bunu bir neçə şəxsdən eşitmişdir.Razini təxminən 3-4 ildir ki, tanıyır, aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur. Təqsirləndirilən şəxs1 bir neçə dəfə pul müqabilində Razinin evinin qarşısında öz istifadəsi üçün tramadol həbləri almışdır. Belə ki, Razidən 1 ədəd tramadol həbini 2.5 manata alırmış. Razinin mobil nömrəsinin sonu 16-69 olduğunu xatırlayır. O, istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsi ilə Razi ilə əlaqə yaradırmış. Hətta Raziyə sms də göndərib tramadol həbləri istəyirmiş. Razidən bir neçə dəfə tramadol həbləri almış, lakin tarixləri dəqiq yadında deyil. O, Razidən aldığı tramadol həblərini öz istifadəçi üçün əldə edir, özü istifadə edirmiş. Təqsirləndirilən şəxs2 tanısa da, onunla heç bir əlaqəsi olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 10-cu küçədə ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Ara-sıra güclü təsiredici maddə olan tramadol həblərindən istifadə edir. Belə ki, həmin həblərdən təxminən iki ildir ki, istifadə edir. Təqsirləndirilən şəxs1 yaşadığı qəsəbədən tanıyır. Bildiyinə görə Razi “kakos” və “patı” adları ilə tanınan maddələrdən, həmçinin tramadol həblərindən satır. Bunu bir neçə şəxsdən eşitmiş, həmçinin Təqsirləndirilən şəxs1 pul müqabilində bir neçə dəfə özü də Razinin evinin qarşısında öz istifadəsi üçün tramadol həbləri almışdır.Belə ki, o, Razidən 1 ədəd tramadol həbini 3 manata alırmış. Razinin mobil nömrəsinin sonu 16-69 olmasını xatırlayır. O, əvvəllər istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə Razi ilə əlaqə yaradırmış. Hətta Raziyə sms də göndərib tramadol həbləri istəyirmiş. Razidən bir neçə dəfə tramadol həbləri almış, lakin tarixləri dəqiq yadında deyil. O, Razidən aldığı tramadol həblərini öz istifadəsi üçün əldə edir və özü istifadə edirmiş. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 may 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 28 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 may 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 31 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 30 may 2022-ci il tarixli, 4(043)-123/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 4(044)-95/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 4(125)-45/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 02 (iki) ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 4(125)-102/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 29 gün müddətinə, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 4(125)-136/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 02 (iki) ay müddətinə, yəni xx.xx.2022ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 4(125)-140/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 02 (iki) ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasında şəxsi axtarış zamanı Şahid1 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə ilə bağlı keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/622 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid1 üzərindən aşkar olunmuş maddi sübut” yazıları və imzalar olan kağız paketdəki 1 ( bir ) ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0.309 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının DİN-in BNMİ-nin inzibati binasında şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə ilə bağlı keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3050 nömrəli rəyinə görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkidə 5.543 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/638 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid1 üzərindən aşkar olunmuş maddi sübut.” yazıları və imzalar olan kağız paketdəki metamfetamin ilə üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 bükümdə metamfetaminə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 may 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs1 arasında videoçəkilişdən istifadə etməklə üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı hər iki şübhəli şəxs ifadələrində göstərdikləri xüsusatları, yəni Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Şahid1 25 manat pul müqabilində qanunsuz olaraq psixotrop maddə metamfetamin satmasını, sonuncunun da 25 manatı verib Təqsirləndirilən şəxs1 qeyd edilən maddəni əldə etməsini bir-birilərinin üzünə qarşı deyərək ifadələrini təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 sentyabr 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid11 və təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid11 ifadəsində göstərdiyi xüsusatları, yəni Təqsirləndirilən şəxs1 18 manat pul müqabilində bir neçə dəfə öz istifadəsi üçün tramadol həbləri aldığını, həmçinin Razinin ona psixotrop maddə metamfetamin də satmağa razılıq verdiyini, lakin özü həmin maddədən almadığını Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 may 2022-ci il tarixli “axtarış aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı evdə də narkotik vasitə və psixotrop maddə ola bilməsinə dair şübhələr yarandığından özünün dəvəti (icazəsi) ilə yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 2-ci küçədə yerləşən fərdi yaşayış evində və evinə həyətyanı sahəsində olan avtomobildə videoçəkilişdən istifadə etməklə axtarış istintaq hərəkəti keçirilmiş, lakin axtarış zamanı qeyd olunan evdən və avtomobildən narkotik vasitə, psixotrop və güclü təsiredici maddə, o cümlədən dövriyyəsi qanunla qadağan olunmuş digər predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 may 2022-ci il tarixli “əşyaya baxış keçirilməsi haqqında” prtokoldan görünür ki, Şahid1 məxsus “Samsung Galaxy A03”markalı mobil telefona baxış keçirilərkən müəyyən olmuşdur ki, mobil telefon smartfon tipli, qara rəngli, “Samsung Galaxy A03” markalıdır. Mobil telefon işlək vəziyyətdə olmaqla içərisində ***-***-**-** saylı mobil nömrə var. Mobil telefonun zənglər, qalereya bölmələrinə baxış zamanı məlum olmuşdur ki, Şahid1 mebel sexində işləyir və Təqsirləndirilən şəxs1la mütəmadi olaraq zəng əlaqəsi yaratmışdır. Belə ki, telefonun mobil nömrələr və şəxslər bölməsində Təqsirləndirilən şəxs1 məxsus ***-***- **-** saylı mobil nömrə “Mewedi” adı il qeydə alınmışdır. Telefonun zənglər bölməsindən məlum olur ki, qeyd edilən mobil nömrə ilə Şahid1 məxsus mobil ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xüsusilə xx.xx.2022-ci il tarixdə çoxsaylı qarşılıqlı zənglər və telefon danışıqları olmuşdur. Mobil telefonun whatsapp bölməsinə baxış zamanı orada Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında yazışma və hər hansı məlumat mübadiləsi aşkar edilməmişdir. Baxış zamanı Şahid1 həmin mobil telefonun onun özünə aid olduğunu, telefonda olan məlumatların reallığı əks etdirdiyini, Təqsirləndirilən şəxs1la telefon danışıqları apardığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 may 2022-ci il tarixli “əşyaya baxış keçirilməsi haqqında” prtokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A13”markalı mobil telefona baxış keçirilərkən müəyyən olmuşdur ki,mobil telefon smartfon tipli, qara rəngli, “Samsung Galaxy A13” markalıdır, işlək vəziyyətdədir və içərisində ***-***-**-** saylı mobil nömrə var.Mobil telefonun mesajlar bölməsinə baxış zamanı orada ***-***-**-** saylı mobil nömrədən göndərilmiş “yuz vur ha karta birdən az vurarsan yuz vur bew deneni götürüm qoyum qraga səhər göndərim. paltarlarin hamisini göndər o mawinnan səhər. Bew deneni gondərməyə hewneyim yoxdu oları mutleq göndər catdimi?. 20 deq gencede olacaq aye hardasan cvb verde zibiline. Ac sozumu deyim səf gondermiwem qram yarım agarti gondermiwem. Ay razi qram yarim nə qeder eliyir onun pulunu bide 20aznliq kola gondermiwem bide borcunu atarsan opwu 100 m. 5 azn mənim sene borcum qalir brat 5deneni göndərəndə rawotdawariq okk. Sənə bewdene gonderejem balamin cani sənin (qarşısındakına təhqiramiz ifadə) mawini duzeltdirmede onna sonra sənə (təhqiramiz ifadə) gonderejem noldu pulu vur tez. məzmunlarında sms-lərin olması məlum olur. Telefonun qalereya bölməsinə baxış zamanı orada elektron tərəzinin üzərində 03 ədəd sellofan bükümdə, içərisində ilk baxışdan kristal halda, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlələrin, həmçinin bir ədəd sellofan bükümdə qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu, elektron tərəzinin göstəricisində isə 7.8 yazıldığı fotoşəkil, həmçinin elektron tərəzinin üzərində 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünün olduğu və elektron tərəzinin göstəricisində 5.20 yazıldığı fotoşəkil olması müəyyən edilir. Telefonun zənglər bölməsinə baxış zamanı orada “Samiq” adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil nömrə ilə, həmçinin ***-***-**-** saylı mobil nömrə ilə çoxsaylı danışıqların aparıldığı müəyyən olmuşdur. Mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs1 qeyd edilən mesajları Vüqar adlı şəxsin ona yazmasına baxmayaraq, onun həmin mesajların məzmunundan, Vüqarın həmin mesajlarda ona nə demək istəməsindən xəbərinin olmadığını, Vüqarın göndərdiyi fotoşəkillərdə olan narkotik vasitənin və psixotrop maddənin ona aidiyyətinin olmadığını, lakin təxminən 15 gün əvvəl Vüqarın Bakı şəhərindən sərnişindaşıma avtobusu ilə ona bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin göndərdiyini, bunun müqabilində Vüqar adlı şəxsin ona göndərmiş olduğu kart hesabına Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsindəki ödəmə terminalı vasitəsi ilə təxminən 60 manat pul köçürdüyünü bildirmişdir. Bundan başqa, mobil telefonun whatsapp mobil tədbiqində Təqsirləndirilən şəxs1 narkotik vasitə satışı ilə əlaqədar ***-***-**-** saylı mobil nömrədən yazılmış “Razi, patının yarımı neçəyədir? Danış indi, pul var yəni, bugün də olmasa sabaha, 4-5 kaset də o birisindən götürəcəm” məzmunda, eləcə də Təqsirləndirilən şəxs1 tərəfindən yazılmış “danışaram, yaxşı. Gedirəm götürməyə. Bax ha, əlimdə qalmasın sonra. Buranı sil, o biri nömrə ilə yazacam” məzmunda mesajlar olması müəyyən edilmişdir. Bundan başqa, mobil telefonun whatsapp mobil tədbiqində Təqsirləndirilən şəxs1 ilə ***-***-**-** saylı mobil nömrə istifadəçisi arasında narkotik vasitə satışı ilə əlaqədar, yəni Bakı şəhərindən Gəncə şəhərinə - Təqsirləndirilən şəxs1 paltarların arasında narkotik vasitə, o cğmlədən ‘M40” adı ilə tanınan narkotik vasitə metadon göndərilməsi, Təqsirləndirilən şəxs1 metadonun müştərisi az olduğuna görə narazılıq bildirməsi, sata bilmədiyini qeyd etməsi, Razinin Bakıdan göndərilən narkotik vasitələri qəbul etməsi, əvəzində ondan 100 manat pul istənilməsi, Razinin isə 80 manat göndərməsi barədə mesajlaşmalar olması məlum olur. Bundan başqa, mobil telefonun qalereya bölməsində xx.xx.2022-ci il tarixdə X8 məxsus leobank kartına Gəncə şəhəri, Sevinc qəsəbəsindən Milli Ödəmə Terminalı vasitəsi ilə 85 manat pul göndərilməsi barədə qəbz şəkli olması aşkar edilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs1, İlqar adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil nömrə istifadəçisini tanımadığını, ***-***-**-** saylı mobil nömrə istifadəçisinin isə Təqsirləndirilən şəxs2 olmasını, Ulduz Cəfərovanın isə onun arvadı olduğunu bildirmiş və başqa bir söz demək istəmədiyini qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 iyun 2022-ci il tarixli “əşyaya baxış keçirilməsi haqqında” prtokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının DİN-in BNMİ-nin inzibati binasında Təqsirləndirilən şəxs2 üzərində axtarış keçirilərkən maddi sübut qismində götürülmüş “Samsung Galaxy M21”markalı mobil telefona baxış keçirilərkən müəyyən olmuşdur ki, mobil telefon smartfon tipli, firuzəyi rəngli, “Samsung Galaxy M21”markalıdır. Mobil telefon işlək vəziyyətdə olmaqla içərisində ***-***-**-** saylı mobil nömrə var. Mobil telefonun qalereya bölmələrinə baxış zamanı məlum olur ki, orada şəxsi həyatı əks etdirən fotoşəkillərlə bərabər yaşayış binasının dəhlizinin girişində sağ tərəfdə dəmir qutunun içərinin məqsədli şəkildə qırmızı oxla işarələndiyi fotoşəkil mövcuddur. Bundan başqa, qalereya bölməsində iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar olunmamışdır. Mobil telefonun sms-lər, zənglər, şəxslər və whatsapp bölmələrində də iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır. Görünür ki, əhəmiyyət kəsb edən məlumatlar məqsədli şəkildə silinmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs2 mobil telefonunda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı məlumat saxlamadığını, məqsədli şəkildə mütəmadi sildiyini bildirmişdir. Bununla yanaşı, o, mobil telefonunda olan binanın dəhlizinin girişində işarələnmiş yerlə bağlı fotoşəkillə əlaqədar bildirmişdir ki, həmin fotoşəkildə işarələnən yerə psixotrop maddə metamfetamin qoydurmuş və narkokuryer onun yerini işarələyib ona göndərmiş, o da xatırlamadığı müştəriyə həmin fotoşəkli göndərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şahid1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində keçirilmiş məhkəmətibbi ekspertizalarının müvafiq olaraq xx.xx.2022-ci il tarixli, 832 nömrəli, xx.xx.2022-ci il tarixli, 833 nömrəli və xx.xx.2022-ci il tarixli, 866 nömrəli rəylərindən görünür ki, onların heç birinin bədəni üzərində xəsarət müəyyən edilməmiş, həmçinin özləri də məhkəmə-tibb ekspertinə xəsarətlə bağlı heç bir şikayət bildirməmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 981 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 982 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş məhkəmə-psixatrik ekspertizasının xx.xx.2022ci il tarixli, 449 nömrəli rəyindən görünür ki, o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respubikasının CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonra fiziki zorakılığa məruz qaldığını, Şahid1 psixotrop maddə satmadığını, Təqsirləndirilən şəxs2 ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı bağlılığının olmadığını bildirmiş, həmin xüsusatların araşdırılması və polis əməkdaşlarının əməllərinə hüquqi qiymət verilməsi ilə ağlı ifadəsinin kserosurəti aidiyyəti üzrə Gəncə şəhər prokurorluğuna göndərilmiş və müvafiq araşdırma aparıldıqdan sonra Gəncə şəhər prokurorunun sabiq köməkçisi, İİ dərəcəli hüquqşünas X15 tərəfindən qeyd edilən faktla bağlı 08.07.222-ci il tarixdə Azərbaycan Respublikasının CPM-in 39.1.1ci maddəsinə əsasən, cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 iyul 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saxlanıldığı anadək istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrəsi ilə mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin, həmin zənglərin nömrələrinin sahiblərinin adlarının, soyadlarının və ünvanlarının, nömrələrin anten dairələrinin, həmin nömrələrdən göndərilən və daxil olan SMS-lərin mətnlərinin olduğu Azercell MMC-dən təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilmişdir. Məlum olmuşdur ki, diskin içərisində zənglərin tarixi, mobil nömrələr, zənglərin müddəti barədə, mobil nömrələrin sahibləri barədə, göndərilən və daxil olan sms mətnləri barədə, eləcə də antenn dairələri barədə məlumatları ehtiva edən ümumilikdə 4 ədəd fayl var. SMS mətnlərini ehtiva edən birinci fayl “X23” proqramı ilə açıldıqda içərisində xx.xx.2022ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə göndərilmiş “ayqa basa sal dobru”; “burdayam”; “burdayam brt” məzmunlarında, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “qaqa qırmızı 3-4 dənə alınarmı” məzmunda, xx.xx.2022ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “sənnən kim soruwsaki vuqar sənə nəsə gonderifdi aliw veriwin varmı denen yoxdu qabaxlar bir iki defe olub ta yoxdu siyavuwun tema getirdiyini hec kimə demə haa siyavuw bilsə (təhqiramiz ifadə) bizi senol” məzmunda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “qaqa ma 3 dene ayir saxla 1 sata gelem” məzmunda, xx.xx.2022-ci il tarixdə yenə həmin nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Razi 10nux ayir dana sabah işdiyim” məzmunda, xx.xx.2022ci il tarixdə yenə həmin nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Gellem” məzmunda, xx.xx.2022-ci il tarixdə, saat 08:30-da yenə həmin nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Ayqa ara kucedeyem vizif at” məzmunda, xx.xx.2022-ci il tarixdə, saat 08:32-də yenə həmin nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “dunenki yere atdim” məzmunda, xx.xx.2022-ci il tarixdə, saat 09:45-də yenə həmin nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “ayqa axsam pul verejem ma hem 2 hemde gorusub isim var ciddi” məzmunda, xx.xx.2022-ci il tarixdə, saat 19:53-də yenə həmin nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “qaqa pul mendedi bagli olsun” məzmunda, xx.xx.2022-ci il tarixdə, saat 1955-də yenə həmin nömrədən ***-***-**- ** saylı mobil nömrəyə göndərilmiş “3 dene de tr (tramadol) qadan alaram gor vapcatda dediyimi de alinsa bomba olar belke nagdi verdim 10 manati” məzmunda, xx.xx.2022-ci il tarixdə, saat 20:03-də yenə həmin nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “qaqa yasa gellem 2 dene ma da gotur sabah işe lazimdi” məzmunda, xx.xx.2022-ci il tarixdə, saat 20:33-də yenə həmin nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “qaqa 4 ele gellem Ehliman gile” məzmunda, xx.xx.2022-ci il tarixdə, saat 20:35-də ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə cavab olaraq göndərilmiş “yaxşı” məzmunda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “X20 2 X29” məzmunda, xx.xx.2022-ci il tarixdə yenə həmin nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Ayqa ma 4 dene de gotur xeber ele gelim” məzmunda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə göndərilmiş “Ay qaqa sa qurbanolum uwaqlardan 2 dene aldim qadanalim gelim 1ce dene ver dana nolar ölürem lomkadan hemde getmeliyem deye sen canin ac zengi” məzmunda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “aqa 1 saat eleme gor tez emele gelirmi. evdede qonaq var. gelim tez qayidim. 20 deq zng edirem” məzmunda, xx.xx.2022ci il tarixdə yenə həmin nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “aqa nagarsan. dunenki az idi. dedin olmasa xbr edersen vererem. ma zng ele kon yoxdu gorwek gotrum” məzmunda, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Kamran yeke oğlansan də pisdik eləmıdim axı. 8 mata görə 50 dəfə zəng vurum sənə? Elə eləki həmişə olsun də” məzmunda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Qaqa nolar ölürem agridan qapinizdayam cixdana cole” məzmunda, həmin tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən cavab olaraq ***-***-**-** saylı mobil nömrəyə “Kamil ger evinizə orda durma. Telfonunu açsın götürüb gələjəm” məzmunda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Tez ol 20 deyqya cixmaliyam pasdavoyda demir satiram” məzmunda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “oğlumun cani (ümumi təhqiramiz ifadə) elə eləməki sənə birdə hewne gondermiyim incitme məni tema goturejem pulu vur karta yarım saata kimi. Onun ustune deyenin qeyretini (ünvanlı təhqiramiz ifadə) duzgun cekib atmiyanin kiwiliyini (ünvanlı təhqiramiz ifadə). Get cek pulu tez vur (qarşısındakına yönəlmiş təhqiramiz ifadə) nervimnen ureyimin agrisi tutdu. (Ünvansız təhqiramiz ifadə) sənnən gelen xeyiri ma lazimiydi e (ümumi təhqiramiz ifadə). Elə belə elemeyine gore yeni gencedeki sənə hewne vermir niyə onnan almirsanki mənə gondertdirirsen men (özünə qarşı təhrqiramiz ifadə) niyə gonderirem” məzmunlarında, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “yuzu vur karta qaralti indi göndərim uc dene” məzmunda, xx.xx.2022-ci il tarixdə, saat 18:47-dəqiqədən başlayaraq ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “yuz vur ha karta birdən az vurarsan yuz vur bew deneni götürüm qoyum qraga səhər göndərim. paltarlarin hamisini göndər o mawinnan səhər. Bew deneni gondərməyə hewneyim yoxdu oları mutleq göndər catdimi?. Cvb verdana ay qaqa 20 deq gencede olacaq aye hardasan cvb verde zibiline. Ay (qarşısındakın təhqiramiz ifadə) ac sozumu deyim səf gondermiwem qram yarım agarti gondermiwem. (qarşısındakına təhqiramiz ifadə) ay razi qram yarim nə qeder eliyir onun pulunu bide 20aznliq kola gondermiwem bide borcunu atarsan opwu 100 m. 5 azn mənim sene borcum qalir brat 5deneni göndərəndə rawotdawariq okk. Paltarlari aparisanmi birdən paltarlari gondermersenha senol (qarşısındakına təhqiramiz ifadə). Sənə bewdene gonderejem balamin cani sənin (qarşısındakına təhqiramiz ifadə) mawini duzeltdirmede onna sonra sənə (təhqiramiz ifadə) gonderejem noldu pulu vur tez. Ayə (qarşısındakına təhqiramiz ifadə) səni gozdemiremmi e. Gece saat 2demi götürüm ay razi qadanalim bawina donum incitme məni” məzmunlarında sms-lərin olması məlum olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 iyul 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Şahid1 polis əməkdaşları tərəfindən saxlanıldığı anadək istifadələrində olmuş müvafiq olaraq ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrə ilə mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin, həmin zənglərin nömrələrinin sahiblərinin adlarının, soyadlarının və ünvanlarının, nömrələrin anten dairələrinin, həmin nömrələrdən göndərilən və daxil olan SMS-lərin mətnlərinin olduğu Bakcell MMC-dən təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilmişdir. Məlum olmuşdur ki, diskin içərisində zənglərin tarixi, mobil nömrələr, zənglərin müddəti, mobil nömrələrin sahibləri barədə, göndərilən və daxil olan sms mətnləri barədə, eləcə də antenn dairələri barədə məlumatları ehtiva edən ümumilikdə 8 ədəd fayl var. SMS mətnlərini ehtiva edən üçüncü fayl “X23” proqramı ilə açıldıqda içərisində xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “ Qaqa qoymusam darvaza terefdequmda ustunede bilinsin deye das qoymusam” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə göndərilmiş “ölürem qaqa cox pisem” məzmununda sms-lərin olması məlum olur. Həmin faylda olan digər sms mətnləri iş üçün əhəmiyyət kəsb etmədiyindən ayrı-ayrılıqda protokolda qeyd olunmamışdır. SMS mətnlərini ehtiva edən dördüncü fayl da “X23” proqramı ilə açıldıqda içərisində xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Qaqa bu (təhqiramiz ifadə) zəng catmir gejeden beri vew dala qayidir” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “ Bu (Təhqiramiz ifadə) mənim bawima oyun awdi sən bakiya niyə gelmirsenki qaqa pul duzelt gel de sənə də tema duzeldim” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Nagarsan urek mənəm vuqar sən səhər tezdən kavrovuya gedib elmeddində krosnu aparati var bide paltar onu goture bilersense yaxwi olacaq” məzmununda, yenə həmin tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “ağın bidene salafani senindi icinnen sec yaxwisini gotur bu gun səhər gunortaya oları eritsek qaqa səhər axwama heresinnen 10 qram gon...” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Qaqa vezyet cox pisdi agrdan olurem balanin cani oları göndər sora iwe” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Maho tema gece goturejem geceye kimi dura bilmərəm göndər qaraltilari” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Mahal kartima 30 manat qoyarsan tema goturejem pulum catmır o qeder ziyana saldin məni eybi yoxdu ama cox pul qoyki yenə gonderim” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə göndərilmiş “Sən raziye ikidene yari veribsen mənə 30 manat pul gonderdi o nə qeder yaridiki niyə yarilarin ustunnen (götürübsən mənasında təhqiramiz ifadə) adam kiwi olare. Kiwiliyin qeyretin olsun seni adam bildim göndərdim tema adam nətər deyiwere temaya gore cox oglanin gercey uzunu uze cixartdim senol. Duzemeli pul gonderki cox goturum daw öznə kola goturejem dawi gonderejem kolani bawqa adama gonderejem bu dəfədə ziyan vursan mənə sənnən elaqeni kesejem sənə bidefede wans verirem mahal axirinci defe” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Mahala denən mən də artix vururam sən də vur, tema goturmeye pulu çatmır vuqarin, ele denen qlixla, gorey nə qoparda bilirsen” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “qaqa sənin (təhqiramiz ifadə) pulu vur karta agridan olurem borcunu ver bu gün seni axtarmiwam zabratda...” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Yüzü vur karta qaralti indi göndərim ucdene” məzmununda, xx.xx.2022-ci il tarixdə, saat 18:47-dəqiqədən başlayaraq ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “yüz vur ha karta birdən az vurarsan yüz vur bew deneni götürüm qoyum qraga səhər göndərim. paltarlarin hamisini göndər o mawinnan səhər. Bew deneni gondərməyə hewneyim yoxdu oları mutleq göndər catdimi?. Cvb verdana ay qaqa 20 deq gencede olacaq aye hardasan cvb verde zibiline. Ay (qarşısındakın təhqiramiz ifadə) ac sozumu deyim səf gondermiwem qram yarım agarti gondermiwem. (qarşısındakına təhqiramiz ifadə) ay razi qram yarim nə qeder eliyir onun pulunu bide 20 aznliq kola gondermiwem bide borcunu atarsan opwu 100 m. 5 azn mənim sene borcum qalir brat 5 deneni göndərəndə rawotdawariq okk. Paltarlari aparisanmi birdən paltarlari gondermersenha senol (qarşısındakına təhqiramiz ifadə). Sənə bewdene gonderejem balamin cani sənin (qarşısındakına təhqiramiz ifadə) mawini duzeltdirmede onna sonra sənə (təhqiramiz ifadə) gonderejem noldu pulu vur tez. Ayə (qarşısındakına təhqiramiz ifadə) səni gozdemiremmi e. Gece saat 2demi götürüm ay razi qadanalim bawina donum incitme məni nolarki baglatmiwam hazirdi camahat pul gozduyur axi nagaraq atda” məzmununda sms mətnlərinin olması məlum olur. Diskin içərisindəki digər fayllarda olan məlumatlar, o cümlədən Şahid1 məxsus mobil nömrə ilə bağlı iş üçün əhəmiyyət kəsb etmədiyindən və ya az əhəmiyyətli olduğundan ayrı-ayrılıqda protokolda qeyd olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 iyul 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanıldığı anadək istifadələrində olmuş ***-***-**-** saylı mobil nömrə ilə mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin, həmin zənglərin nömrələrinin sahiblərinin adlarının, soyadlarının və ünvanlarının, nömrələrin anten dairələrinin, həmin nömrələrdən göndərilən və daxil olan SMS-lərin mətnlərinin olduğu Azərfon MMC-dən təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilmişdir. Məlum olmuşdur ki, diskin içərisində zənglərin tarixi, mobil nömrələr, zənglərin müddəti, mobil nömrələrin sahibləri barədə, göndərilən və daxil olan sms mətnləri barədə, eləcə də antenn dairələri barədə məlumatları ehtiva edən ümumilikdə 4 ədəd fayl var. SMS mətnlərini ehtiva edən ikinci fayl “X23” proqramı ilə açıldıqda içərisində xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Qaqa nağara bildin dediyim yere qoydunmu? Heresini ayrı qoy ikisini bir yere qoyma qaqa birini torpagin altda birini de ceferin evinin wocikinin altda. Hara qoysan denen. Cox gec cixma da post patrol zad qesebede herlener ustunde tutallar sencanin qoy, ondan sonar ne iw gorursen gor. Yazanda etraflı yaz kı bawa tuwum de qaqa neyin icindedi ne siqaretinin?. Qaqa sen ustunde nece dene goturubsen?” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Belke gedib mahalin ozunnen el be el goturesen nətər istiyirsən?” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Elmeddin goturdu brat, salamatciliqdi opurem cox sagol sən mən bir də elmeddin ucumuz bir yerdə olsaq cox yaxwi olacaq tutuzduracagiq” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “20 manat borcun var patini gör kim istiyirse verersen pulu karta vurarsan sonra yenə nəsə lazım olsa deyərsən mənə ramine de denen quwqara” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “noldu qaqa bəs sən dedin ağı eridejem hanı sənnən səs sorax yoxdu” məzmunda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “ Qaqa bəhruz gelir qesebede qalan onu ora bir yere saklatka elə gəlsin gotursun. Ozun iki ucdene daw götür qalanini qoy getsin cixibsan evdən” məzmununda, yenə həmin tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Deyir tapa bilmirem sən cox uzaqlawibsan ordan?” məzmununda və “ tapdi qaqa salamatciliqdi” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Sən qaqana bidene yaxwılıq ele də o paltarlari krosnunun blokunu bir de ucdene qaraltini səhər gonder bakiya gelsin məndə qurtarib qaralti” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “temalari niyə bu gune qoyubsan hamisi 0.35 di. Agarti duzdu 0.5 deyildi, ama qaralti 0.5 den coxuydu. Niyə dəyibsən ki hamisina ? Birine dəyərdin. O uc deneni ver raziye. Mahal elə eliyeceksenki sənə hewnə gondermiyecem sen öl. Yekə oglansan kesdiyimiz coreye sada hormet qoy daMənə komeklik etmekden ziyana saldın indi menim ziyanimi kim oduyecek?” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “aye bilmirsen ki mahalda var ? Tyomnu mahali yigib deyerdin de. Gorursen çimirem, yigibsan elece.” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Salam nagarsan qaqa mənəm vuqar. Behruz bilirdi tema kimdədi. Sənə niyə demədi ki? Mən yatmiwam, iki gundu yatmirdim, tema mahaldaydi da, kuryer. Yuxu nətər tutubsa senol bir az olar qalxmiwam. Beyax mahalda tema qutardi, o biri kuryerimde var gozle onu yıgım görüm. Ne qederlik deyim” və “Səhərə pul atarsan kartima göndərərəm. Behruz goturer verer sənə istəsən sən götür fərqi yoxdu. 70 vura bilsen 2 qram gondererem” məzmunlarında, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə göndərilmiş “Namiq, Əlidən (iranlını nəzərdə tutur) soruşdum, deyir nizamidəki adamı tutulub, yalandanca gəldim o qədər yolu, axşama görüşərik bir az işim var.” məzmununda, xx.xx.2022-ci il tarixdə 70-990-04-10 saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə göndərilmiş “Pulu tez vur karta, satib qutaraxaq onnan sonra pati evezine (cinsi orqanın pozğun formada ifadə olunan adı) soracaqsan” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “oğlumun cani (ümumi təhqiramiz ifadə) elə eləməki sənə birdə hewne gondermiyim incitme məni tema goturejem pulu vur karta yarım saata kimi. Onun ustune deyenin qeyretini (ünvanlı təhqiramiz ifadə) duzgun cekib atmiyanin kiwiliyini (ünvanlı təhqiramiz ifadə). Get cek pulu tez vur (qarşısındakına yönəlmiş təhqiramiz ifadə) nervimnen ureyimin agrisi tutdu. (Ünvansız təhqiramiz ifadə) sənnən gelen xeyiri ma lazimiydi e (ümumi təhqiramiz ifadə). Elə belə elemeyine gore yeni gencedeki sənə hewne vermir niyə onnan almirsanki mənə gondertdirirsen men (özünə qarşı təhrqiramiz ifadə) niyə gonderirem” məzmunlarında sms-lərin olması məlum olur. Həmin faylda olan digər sms mətnləri, eləcə də diskin içərisindəki digər fayllarda olan məlumatlar iş üçün əhəmiyyət kəsb etmədiyindən ayrıayrılıqda protokolda qeyd edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 avqust 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" ASC-yə məxsus və Təqsirləndirilən şəxs2 adına açılmış 409858******3356nömrəli “leokart” plastik kartına xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində mədaxil və məxaric əməliyyatları barədə məlumatların olduğu "xxxx" ASC-dən təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin kart vasitəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çoxsaylı bank əməliyyatları edilmişdir. Qeyd edilən məlumatlar içərisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əldə edilən qazancla bağlı olanları ayırd etmək mümkün olmadığından protokolda ayrı-ayrılıqda qeyd olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 avqust 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasında Şahid1 və Təqsirləndirilən şəxs1 üzərlərində şəxsi axtarış aparılmasını əks etdirən 1 ədəd DVD diskdəki müvafiq videogörüntüyə baxış keçirilmişdir. Məlum olmuşdur ki, diskin içərisində 21 dəqiqə 01 saniyəlik videogörüntü var. Görüntüdə çıxış edən şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X17, görüntüdə olan digər şəxslər isə həmin şöbənin baş əməliyyat müvəkkilli, polis baş leytenantı Şahid5, həmin şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6, həmin şöbənin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid7, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri: X13 və X4, eləcə də şübhəli şəxs qismində tutulmuş Şahid1 və Təqsirləndirilən şəxs1dur. Şübhəli şəxs qismində tutulmuş Şahid1 və Təqsirləndirilən şəxs1 üzərlərində şəxsi axtarış keçirilməzdən əvvəl baş təhqiqatçı Əli Əlizadə tərəfindən onlara Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah edilməsi və bu barədə ona yazılı bildiriş təqdim edildiyi səsləndirilir. Bundan sonra şübhəli şəxslərin üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Şahid1 üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilir və müsbət halda təqdim etməsi təklif olunur. Həmin vaxt Şahid1 əynində olan cins şalvarın ön sağ yan cibindən 1 ədəd siqaretin folqa kağızınında bükülü çıxarıb təqdim edir. Həmin bükülü açıldıqda içərisində şəffaf rəngli, kristal halında kütlə aşkar olunur. Bundan sonra Şahid1 üzərində şəxsi axtarış aparılır, lakin əhəmiyyət kəsb edən başqa predmet aşkar edilmir. Verilən suallara cavab olaraq Şahid1 həmin kütlənin “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, elə həmin gün “Sovxoz Nizami dairəsi” adlanan yerdə Təqsirləndirilən şəxs1 25 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra həmin kütlə siqaretin folqa kağızı ilə birlikdə elektron tərəzidə çəkilir və çəkisi 0.50 qram təşkil edir. Sonra həmin kütlə siqaretin folqa kağızı ilə birlikdə boş zərfin içərisinə qoyulur, zərfin üzəri möhürlənir və üzərində qeydlər aparıldıqdan sonra orada olan şəxslər tərəfindən imzalanaraq təsdiq edilir. Bundan sonra həmin vaxt orada olan Təqsirləndirilən şəxs1 da faktı təsdiq edərək əynində olan idman şalvarının ön sağ cibindən bir ədəd 20-lik, bir ədəd 5-lik əskinazlardan ibarət olan 25 manat pulu çıxarıb təqdim edir və bildirir ki, həmin pulu Şahid1 satdığı psixotrop maddə metamfetaminin qarşılığında Samiqdən əldə edib. Həmin vaxt Şahid1 bildirir ki, təqdim edilən pul həqiqətən onun psixotrop maddə alarkən bunun müqabilində Raziyə verdiyi pul olub, həmçinin bundan başqa, bir neçə dəfə də Təqsirləndirilən şəxs1 qeyd edilən maddədən pul müqabilində əldə edib. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılır, lakin əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilmir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 25 manat pul boş zərfin içərisinə qoyulur, zərfin üzəri möhürlənir və üzərində qeydlər aparıldıqdan sonra orada olan şəxslər tərəfindən imzalanaraq təsdiq edilir. Sonda müdafiəçilər tərəfindən verilən suallara cavab olaraq Şahid1 və Təqsirləndirilən şəxs1 onlara hər hansı kənar təsir olmadığını, axtarış zamanı bildirdiklərinin həqiqətləri əks etdirdiyini bildirirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 avqust 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra Azərbaycan Respublikasının DİN-in BNMİ-nin inzibati binasında Təqsirləndirilən şəxs2 üzərlərində şəxsi axtarış aparılmasını əks etdirən 1 ədəd DVD diskdəki müvafiq videogörüntüyə baxış keçirilmişdir. Məlum olmuşdur ki, diskin içərisində 9 dəqiqə 54 saniyəlik videogörüntü var. Görüntüdə çıxış edən şəxs Azərbaycan Respublikasının DİN-in BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X11, görüntüdə olan digər şəxslər isə DİN-in BNMİnin xüsusilə mühim işlər üzrə baş əməliyyat müvəkkilli, polis polkovnik- leytenantı Şahid2, BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4, videooperator qismində BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X3, Bakı şəhər 24 saylı Vəkil Bürosunun vəkili X14 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2dur. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Yelmar Vahabov tərəfindən ona Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah edilməsi və bu barədə ona yazılı bildiriş təqdim edildiyi səsləndirilir.Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilir, müsbət halda təqdim etməsi təklif olunur. Vüqar isə “var” deyərək təsdiq edir. Ona görə təhqiqatçı, Təqsirləndirilən şəxs2 təklif edir ki, üzərində narkotik vasitə və psixotrop maddə varsa çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan şalvarının ön sağ yan cibindən bir ədəd şəffaf sellofan büküm çıxarıb təqdim edərək həmin bükümün içərisindəki kütlənin “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərində şəxsi axtarış keçirilir, lakin başqa narkotik vasitə və ya psixotrop maddəyə bənzər kütlə aşkar olunmur. Axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan şəxsiyyət vəsiqəsi və mobil telefonu təhqiqatçı tərəfindən götürülür. Bundan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm təhqiqatçı tərəfindən açıldı və içərisindəki kütlənin şəffaf rəngli, kristal halında kütlə olması məlum olur. Həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisi 6.16 qram təşkil edir. Bundan sonra az əvvəl aşkar edilmiş psixotrop maddəyə bənzər həmin kütlə boş olan kağız zərfin içərisinə qoyulur, zərfin üzəri möhürlənir və qeydlər aparılır. Bundan sonra axtarışda iştirak edən şəxslər həmin zərfin üzərindəki qeydlərin doğruluğu imzalarla təsdiq edilir. Sonda təhqiqatçı tərəfindən ilkin sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən psixotrop maddə metamfetamini təxminən 2 gün əvvəl Bakı şəhərində Nizami metrostansiyasının yaxınlığında əvvəllər sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran vətəndaşı Əli adlı şəxsdən həm öz istifadəsi, həm də satmaq məqsədi ilə 110 manat pul qarşılılığında əldə etdiyini, eləcə də Gəncə şəhərində yaşayan qonşusu Razi adlı şəxsə də satış niyyəti ilə göndərdiyini bildirir. Təqsirləndirilən şəxs2 həmçinin bildirir ki, saxlanılarkən polis əməkdaşları tərəfindən ona heç bir zorakılıq olmamışdır. Bundan sonra şəxsi axtarış qurtarır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 sentyabr və 14 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikasının DİN-in BƏSİİ-dən alınmış müvafiq tələbnamələrdən görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs1 məhkumluqları olmamış, Təqsirləndirilən şəxs2 isə Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il şərti sınaq müddəti ilə 02 il 11 ay 03 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixo-Nevroloji dispanserindən alınmış 08 sentyabr 2022-ci il tarixli, 4595 saylı. arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 sentyabr 2022-ci il tarixli, 4264 saylı Gəncə şəhər rayonlararası Narkoloji dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 sentyabr 2022-ci il tarixli, 4417 saylı Gəncə şəhər Narkoloji dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 10 iyun 2021-ci il tarixdən “opioidlərdən”asılılıq diaqnozu ilə həmin dispanserdə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli, 575489 saylı “Doğum haqqında Şəhadətnamənin” kserosurətindən görünür ki, Ömər Cəfərov 12 mart 2021-ci il tarixdə anadan olmuş və Təqsirləndirilən şəxs2 oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Şəxsiyyət vəsiqəsinin” kserosurətindən görünür ki, Sərdar Alışov 29 dekabr 2013-cü il tarixdə anadan olmuş və Təqsirləndirilən şəxs1 oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli tədqiqatından qalıq qalmış müvafiq olaraq 0.239 qram və 5.443 qram təmiz çəkilərdə psixotrop maddə metamfetaminlər, Şahid1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus mobil telefonlar, o cümlədən 25 manat pul əskinazları hazırkı cinayət işi üzrə maddi sübut, eləcə də cinayət işinin istintaq materiallarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirliliyini təsdiq edən məhkəmə-kimyəvi, əlavə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji, məhkəmə-tibbi, məhkəmə-psixatrik ekspertizalarının rəyləri, istintaq hərəkətləri protokolları, içərilərində Şahid1 və Təqsirləndirilən şəxs1 üzərlərində şəxsi axtarış keçirilməsinin videogörüntüsü olan 01 ədəd DVD disk, içərisində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasının videogörüntüsü olan 01 ədəd DVD disk, yaşayış yerində axtarış aparılmasının videogörüntüsü olan 1 ədəd DVD disk, üzləşdirmə istintaq hərəkətinin videogörüntüsü olan 1 ədəd DVD disk, Şahid1 dindirilməsini əks etdirən 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 dindirilməsini əks etdirən 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs2 dindirilməsini əks etdirən 1 ədəd DVD disk, telefon danışıqları və sms mətnləri barədə Azərcell, Bakcell və Azərfon MMC-dən təqdim edilmiş 03 ədəd CD disk, bank məlumatları barədə Unibank ASC-dən təqdim edilmiş 01 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında vermiş olduğu ifadədə Şahid1 narkotik vasitə satmadığını, aşkar olunan psixotrop maddə olan metamfetamini birlikdə istifafədə edəcəklərini və Samiq Ağyevin ona borcu olduğu üçün həmin pulun bir hissəsindən çıxacağını, Təqsirləndirilən şəxs2 ondan aşkar olunan psixotrop maddənin ona məxsus olmadığını, polis əməkdaşları tərindən üzərinə qoyulduğunu, Təqsirləndirilən şəxs1la narkotik vasitələrin, psixotrop maddələrin ticarəti ilə əlaqədar əlbir olmadığını qeyd etsə də, Təqsirləndirilən şəxs1 və Şahid1 arasında videoçəkiliş vasitəsi ilə keçirilmiş üzləşdirmə zamanı hər iki şübhəli şəxs Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Şahid1 25 manat pul müqabilində qanunsuz olaraq psixotrop maddə metamfetamin satmasını, sonuncunun da 25 manatı verib Təqsirləndirilən şəxs1 qeyd edilən maddəni əldə etməsini bir-birilərinin üzünə qarşı deyərək, göstərilən xüsusatları bir daha təsdiq etmişlər. Bundan başqa xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs2 üzərində videoçəkiliş vasitəsi ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən psixotrop maddə olan metamfetamini təxminən 2 gün əvvəl Bakı şəhərində Nizami metrostansiyasının yaxınlığında əvvəllər sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran vətəndaşı Əli adlı şəxsdən həm öz istifadəsi, həm də satmaq məqsədi ilə 110 manat pul qarşılılığında əldə etdiyini, eləcə də Gəncə şəhərində yaşayan qonşusu Razi adlı şəxsə də satış niyyəti ilə göndərdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olduğunu və ondan bir neçə dəfə narkotik vasitə aldığını, sözügedən narkotik vasitədən Samiqə də satdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları ona təzyiq etdiyi üçün ibtidai istintaqda ittihamın məzmununa uyğun ifadə verməsinə dair, həmçinin Təqsirləndirilən şəxs1 narkotik vasitə satmamasına dair isə məhkəmə istinatqında vermiş olduğu ifadəsində göstərdiyi xüsusatlar həqiqətə uyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs1 həm məhkəmə istintaqın həm də ibtidai istintaq zamanı verdiyi ifadəsində bir neçə dəfə Təqsirləndirilən şəxs2 narkotik vasitə aldığını, həmçinin Təqsirləndirilən şəxs2 özü ibtidai istintaq zamanı verdiyi ifadədə sosial şəbəkə vasitəsi ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən Əli adlı şəxslə tanış olduğunu və Əli adlı şəxslə danışaraq ondan dəfələrlə narkotik vasitələr və psixotrop maddələr alaraq onun satışını təşkil etdiyini, həmin narkotik vasitələrdən bir neçə dəfə Təqsirləndirilən şəxs1 da verərək satışını həyata keçirdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 üzərinə videoçəkiliş vasitəsi ilə keçirilmiş şəxsi axtarış zamanı ondan aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs1 satış məqsədi ilə göndərdiyini də etiraf etmişdir. Həmçinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/638 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid1 üzərindən aşkar olunmuş maddi sübut.” yazıları və imzalar olan kağız paketdəki metamfetamin ilə üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 bükümdə metamfetaminə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Yuxarıda göstərilən xüsusatlarla yanaşı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri narkotik vasitələri birlikdə satmaq məqsədlərinin olmamasına dair göstərdikləri xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla (şahidlərin ifadələri, təqsirləndirilən şəxslərin özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələr, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və s.) tam təkzib edilmişdir. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdikləri həmin xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən qeyd olunan hissədə həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində onlar təqsirlidirlər və onlar həmin maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidirlər, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərində Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 2 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən metamfetamin, psixotrop maddə hesab olunur və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0.15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, onlara yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onların barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətmiş olduqları cinayələrin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onların törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələrin sanksiyaslında 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən hesab edir ki, onlara yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş “həbs” qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Odur ki, Təqsirləndirilən şəxs1 tutulduğu, həbsdə saxlanıldığı müddət, yəni xx.xx.2022-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs2 tutulduğu, həbsdə saxlanıldığı müddət, yəni xx.xx.2022-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 981 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 982 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli tədqiqatından qalıq qalmış müvafiq olaraq 0.239 qram və 5.443 qram təmiz çəkilərdə psixotrop maddə metamfetaminlər, Şahid1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus mobil telefonlar, o cümlədən 25 manat pul əskinazları Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirliliyini təsdiq edən məhkəmə-kimyəvi, əlavə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji, məhkəmə-tibbi, məhkəmə-psixatrik ekspertizalarının rəyləri, istintaq hərəkətləri protokolları, içərilərində Şahid1 və Təqsirləndirilən şəxs1 üzərlərində şəxsi axtarış keçirilməsinin videogörüntüsü olan 01 ədəd DVD disk, içərisində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasının videogörüntüsü olan 01 ədəd DVD disk, yaşayış yerində axtarış aparılmasının videogörüntüsü olan 1 ədəd DVD disk, üzləşdirmə istintaq hərəkətinin videogörüntüsü olan 1 ədəd DVD disk, Şahid1 dindirilməsini əks etdirən 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 dindirilməsini əks etdirən 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs2 dindirilməsini əks etdirən 1 ədəd DVD disk, telefon danışıqları və sms mətnləri barədə Azərcell, Bakcell və Azərfon MMC-dən təqdim edilmiş 03 ədəd CD disk, bank məlumatları barədə Unibank ASC-dən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli tədqiqatından qalıq qalmış müvafiq olaraq 0.239 qram və 5.443 qram təmiz çəkilərdə psixotrop maddə olan metamfetaminlər məhv edilməli, Şahid1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus mobil telefonlar qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, 25 manat pul əskinazları dövlət nəfinə əvəzsiz olaraq xüsusi müsadirə olunmalı və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirliliyini təsdiq edən məhkəmə-kimyəvi, əlavə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji, məhkəmətibbi, məhkəmə-psixatrik ekspertizalarının rəyləri, istintaq hərəkətləri protokolları, içərilərində Şahid1 və Təqsirləndirilən şəxs1 üzərlərində şəxsi axtarış keçirilməsinin videogörüntüsü olan 01 ədəd DVD diskin, içərisində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasının videogörüntüsü olan 01 ədəd DVD diskin, yaşayış yerində axtarış aparılmasının videogörüntüsü olan 1 ədəd DVD diskin, üzləşdirmə istintaq hərəkətinin videogörüntüsü olan 1 ədəd DVD diskin, Şahid1 dindirilməsini əks etdirən 1 ədəd DVD diskin, Təqsirləndirilən şəxs1 dindirilməsini əks etdirən 1 ədəd DVD diskin, Təqsirləndirilən şəxs2 dindirilməsini əks etdirən 1 ədəd DVD diskin, telefon danışıqları və sms mətnləri barədə “Azərcell”, “Bakcell” və "xxxx" MMC-dən təqdim edilmiş 03 ədəd CD diskin və bank məlumatları barədə "xxxx" ASC-dən təqdim edilmiş 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 156.80 (yüz əlli altı manat səksən qəpik) məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxlərin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxslərin üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs1 göstərilmiş 96 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 576 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 31 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 28 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli tədqiqatından qalıq qalmış müvafiq olaraq 0.239 qram və 5.443 qram təmiz çəkilərdə psixotrop maddə olan metamfetaminlər məhv edilsin, Şahid1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus mobil telefonlar qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, 25 manat pul əskinazları dövlət nəfinə əvəzsiz olaraq xüsusi müsadirə olunsun və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirliliyini təsdiq edən məhkəməkimyəvi, əlavə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji, məhkəmə-tibbi, məhkəmə-psixatrik ekspertizalarının rəyləri, istintaq hərəkətləri protokolları, içərilərində Şahid1 və Təqsirləndirilən şəxs1 üzərlərində şəxsi axtarış keçirilməsinin videogörüntüsü olan 01 ədəd DVD diskin, içərisində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasının videogörüntüsü olan 01 ədəd DVD diskin, yaşayış yerində axtarış aparılmasının videogörüntüsü olan 1 ədəd DVD diskin, üzləşdirmə istintaq hərəkətinin videogörüntüsü olan 1 ədəd DVD diskin, Şahid1 dindirilməsini əks etdirən 1 ədəd DVD diskin, Təqsirləndirilən şəxs1 dindirilməsini əks etdirən 1 ədəd DVD diskin, Təqsirləndirilən şəxs2 dindirilməsini əks etdirən 1 ədəd DVD diskin, telefon danışıqları və sms mətnləri barədə “Azərcell”, “Bakcell” və "xxxx" MMC-dən təqdim edilmiş 03 ədəd CD diskin və bank məlumatları barədə "xxxx" ASC-dən təqdim edilmiş 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 156.80 (yüz əlli altı manat səksən qəpik) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş 96 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 576 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-34/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-34/2024
22.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver