Məhkəmə qərarları › İş №1(100)-34/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-34/2025

07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-34/2025 07.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən) Məmmədzadə Mikayıl Maarif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibləri X17, X7, X4 və X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri X13 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürsonun vəkili Müdafiəçi2 iştirakı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1993-cü il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olmuş, Bərdə rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1, 256.3-cü maddələri ilə təqsirli bilinib 03 il 07 ay 25 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 02 il müddətə sınaq müddəti ilə şərti hesab edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bərdə şəhər stadionun həyətində məskunlaşmış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövsiyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 3,766 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə qanunsuz olaraq əldə edərək üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Bakı küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zamanı əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə, təmiz çəkisi 3,766 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, hazırki iş üzrə tutulması polis əməkdaşlarının onunla olan qərəzi ilə bağlıdır. Belə ki, Bərdə RPŞ-nin əməliyyatçısı olan Bəhruzun Əyricə kəndində yerləşən fermasında 2 gün işləyərək dam örtüyü vurmuş, həmin işi görərkən Bəhruz onun narkotik vasitə istifadə etdiyini görüb ona özünə məxsus kokos (heroini) satmağı təklif etmişdir. Narkotik vasitə istifadə etsə də, Bəhruzun təklifi ilə razılaşmamış, Bəhruzun təzyiqlərinə dözə bilməyib Göygöl rayonuna qaçıb getmişdir. Bir neçə ay sonra Böyükkişi adlı tanışı ona guya iş olduğunu deyib Bərdəyə çağırmışdır. Saxlanıldığı gün də Böyükkişi onu zəng edib evdən küçəyə çağırmış, onun idarə etdiyi maşına Bəhruz və İdris adlı əməliyyatçılar onu basıb Bərdə polis şöbəsinə gətirmişlər. Şahid adlı rəis müavinin otağında əvvəlcə qabağına PK (pulemyot) qoyub götürməyi demiş, razı olmadıqda isə qara paketin içərisində nəşə (marixuana) qoymuşlar. “ALLAH haqqı məndə belə şey olmayıb!” deyib etiraz edəndən sonra onu otaqda saat yarım döymüş, şalvarını çıxarıb elektroşok vermişlər. Döyüləndən sonra qarşısına 5 qram kokos (heroin) qoyub götürməyi demiş, edilmiş işgəncələrə dözməyib məcburiyyət qarşısında polis əməkdaşları ilə razılaşmış, videoçəkilişdə narkotik vasitəni guya tapdığını demişdir. İstintaq dövründə müstəntiqə bu barədə şifahi məlumat versə də, polis əməkdaşlarının onunla prinsipə düşdüyünü demişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, onu polis şöbəsində döyən İdris və Bəhruz adlı polis əməkdaşları olmuşdur. Əvvəllər Bəhruza məxsus fermada çoban işləmiş, onunla münasibətləri olmuşdur. İstintaq dövründə də sənədlərə əvvəlcə imza etməmiş, sonradan X36 Postunu keçəndən sonra konvoy maşınını saxlatdırıb ona sənədləri imzalatmışlar. Bədən səthində xəsarətləri olmuş və istintaq təcridxanasına girəndə həkim yoxlanışından keçərkən xəsarətləri tutulandan sonra polis əməkdaşlarının yetirdiyini bildirmişdir. Bərdə Prokurorluğuna şikayət etsə də, oradan gəlib onunla maraqlanan olmamışdır. Məhkəmədən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 1 ilə yaxındır narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitələrdən istifadə edən zaman heç kimə satmamış və verməmişdir. xx.xx.2023-cü ildə saat 17 radələrində Bərdə şəhəri Bakı küçəsində piyada hərəkətdə olarkən ona yaxınlaşan və özünü polis əməkdaşı kimi təqdim edən şəxslər onu Bərdə RPŞ-nin inzibati binasına getməyi təklif etmiş, onlarla razılaşıb şöbəyə gəlmişdir. Orada şübhəli kimi tutulmuş, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə üzərində saxladığı qadağan olunmuş əşya varsa verməsi təklif edildikdə əynində olan göy rəngli şalvarın sol yan cibindən şəffaf sellofan bükülü narkotik vasitə olan “kokosu” heroini təqdim etmiş, eyni zamanda bir ədəd “Samsung” markalı mobil telefonu da polislərə vermişdir. Təqdim etdiyi kütlə çəkilib qablaşdırılmış, özü və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin narkotik vasitə özünə məxsusdur. Narkotik vasitəni Bərdə rayonu “Çinar” restoranının yanından kanalın üstündən tapmışdır. Suallara cavab olaraq göstərmişdir ki. polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq olmamış, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 oğlu göstərmişdir ki, Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 mart 2023-cü ildə Bərdə şəhər stadionun həyətində yaşayan Vüsal Əhmədovun qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid3, Şahid2lə birlikdə əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə saat 17 radələrində Bərdə şəhəri Bakı küçəsində saxlanılaraq Polis şöbəsinə gətirilmiş, hüquq vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən əynindəki şalvarın cibindən bir ədəd bükümdə kokos kimi təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edib Bərdə rayonu Çinar restoranın yaxınlığından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Bakı küçəsində saxlanılmış, məlumat narkotik vasitələrin istifadəsi və saxlanılması ilə bağlı olmuşdur. Vüsal şöbəyə məxsus xidməti avtomobillə polis şöbəsinə gətirilmiş, təqsirləndirilən şəxsə qarşı hansısa zorakılıq olmamışdır. Vüsalın əməliyyat müvəkkili işləyən Bəhruzla hansısa münasibətləri olması, Bəhruzun ferması olmasından məlumatsızdır, təqsirləndirilən şəxsin göstərdiyi Böyükkişi adlı şəxsi isə tanımır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da Şahid1la eyniməzmunlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Bərdə şəhəri Bakı küçəsində saxlamış, şöbədə keçirilmiş şəxsi axtarış zamanı üzərindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Vüsal şifahi sorğu-sual zamanı həmin maddəni küçədən tapdığını bildirmiş və şəxsi istifadəsi üçün saxladığını demişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Bərdə RPŞ CAB-ın əməliyyat müvəkkili X9 göstərmişdir ki, təqsirləndirilən şəxsin göstərdikləri əsassızdır. Onunla hansısa münasibəti olmamışdır, Əyricə kəndində ferması yoxdur. Vüsalı rayon sakini - narkotik vasitə istifadəçisi kimi tanımış və təqsirləndirilən şəxs əvvəllər onun əməliyyat nəzarətində olmuşdur. Vüsalın göstərdiyi narkotik vasitə satdırması barədə göstərdikləri isə qərəzlidir. Vüsal hazırki iş üzrə digər əməliyyat müvəkkilləri tərəfindən saxlanılmışdır. Onun saxlanılmasında ümumiyyətlə iştirak etməmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə əməliyyat müvəkkili olduğundan Vüsalın onu tanımasını istisna etmir, lakin onunla heç bir münasibəti və tanışlığı olmamışdır. Vüsalın göstərdiyi guya özü və İdris adlı polis əməkdaşı tərəfindən zorakılığa məruz qalıb döyülməsi, ona işgəncə verilməsi ilə bağlı göstərdikləri əsassızdır, belə hal olsa idi Vüsal onu aparılmış videoçəkilişdə bildirərdi. Təqsirləndirilən şəxsin bədən səthində olan xəsarətləri harada və hansı şəraitdə yaranmasını bilmir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Bərdə RPŞ X3 baş əməliyyat müvəkkili X18 göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Onunla heç bir münasibəti yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə bağlı əməliyyat məlumatı ona daxil olmamış, bununla bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində iştirak etməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, özü və Bəhruz Zeynalov tərəfindən təqsirləndirilən şəxsə hansısa təsir və təzyiq olmamış, digər polis əməkdaşları və kənar şəxslərin də ona qarşı zorakılıq edilməsini görməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli raport və qərardan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Ağdam rayonu, Ə.Əliyev küçəsi 37/15-də qeydiyyatda olmaqla, Bərdə şəhər stadionun həyətyanı sahəsində Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində külli-miqdarda narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs saat 17 radələrində Bərdə şəhəri, Bakı küçəsində saxlanaraq polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 17:25-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırlmış xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və əlavəsi olan DVD diskdən görünür ki, videçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynindəki mavi rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan kəsiyi bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmiş, şifahi sorğu sual zamanı “Çinar” restoranı yaxınlığından kanalın üstündən yerdən tapdığını bildirmişdir. Həmin videogörüntüyə baxış zamanı Vüsal Əhmədovun əli üzərində şişkinlik olması aşkar müşahidə edilmişdir. İşin məhkəmə baxışı zamanı verilmiş məlumat əsasında Bərdə rayon prokurorluğunda aparılmış 133c-23№li materialdan görünür ki, 2 saylı istintaq Təcridxanasından Bərdə rayon Prokurorluğuna verilmiş həbs edilmiş şəxs Təqsirləndirilən şəxs bədən səthində sağ kürəyində qançır, sağ dizi və sağ əlinin ikinci barmağında qərtmək bağlamış yaralar aşkar edilməsi faktı ilə bağlı aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Bərdə RPŞ əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə müraciətində göstərdiyi xüsusatlar təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin 16/346 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut....” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,766 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X26 Şəxsin ambulator məcburinarkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 873 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Bərdə rayon məhkəməsinin 4(021)-61/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 5 (021)-75/2023saylı qərarından görünür ki, Bərdə RPŞ NMQ-nin əməliyyat müvəkkili Şahid1 oğlu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı götürülmüş “Samsung” markalı mobil telefonuna keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefon atası X14 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarına dair CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə aparılmış danışıq və sms mətnlərdə iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş əməliyyat tapşırığına cavab olaraq Bərdə RPŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli, 16102023 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini hər hansı şəxsdən əldə etməsi və əvvəllər qanunsuz olaraq başqa şəxslərə narkotik vasitə və psxiotrop maddə satması müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiştələbnamədən və Bərdə rayon Məhkəməsinin 1(021)-139/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə 3 (üç) il, Azərbaycan Respublikası CM-in 256.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətində dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsi ilə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il müddətində dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla 3 il 7 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli, 485/09 saylı məktubdan görünür ki, Bərdə rayon Məhkəməsinin 1(021)-139/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün icrası barədə göstəriş xx.xx.2021-ci il tarixdə Bərdə rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, xx.xx.2023-cü ildə cəza müddətinin sonu ilə əlaqədar şərti məhkum edilmiş şəxslərin qeydiyyat kitabından çıxarılmışdır. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən AA3356202, AZE 11092922, AZE 11092934 saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Məryəm Məmmədli, xx.xx.2015-ci il təvəllüdlü Murad Məmmədli və xx.xx.2020-ci il təvəllüdlü Əhməd Məmmədli adlı 3 azyaşlı övladı var. Məhkəməyə təqdim edilmiş və iclasda tədqiq edilmiş Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, təqsirləndirilən şəxsin qohumu olan X10 1993-cü il fevral ayında Kəlbəcər rayonu, Qozlu körpü ərazisində hərbi əməliyyatlar nəticəsində ölməsi faktı müəyyən edilmiş, məhkəməyə təqdim edilmiş və tədqiq edilmiş Kəlbəcər Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş, AZ № 089986 xx.xx.2003-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan məhkəmədə tədqiq edilmiş “X16 gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan görünür ki, xx.xx.2023-cü ildə saat 17:10-da Bərdə RPŞ-yə yaşadığı Bərdə şəhər stadionun yaxınlığından saxlanılıb gətirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “MSY-yə gətirilmiş şəxsinləri tibbi müayinə keçirilmə və tibbi yardım göstərilməsi haqqında” kitabdan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 22:05-də MSY-yə daxil olmuş saat 22:50-də tibbi müayinədən keçirilmiş və bədən səthində xəsarəti olmadığını qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və Bərdə RPŞ MSYnin rəisi və əməkdaşları tərəfindən tərtib edilmiş aktda da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tutulmuş və MSY-yə gətirilən Təqsirləndirilən şəxs üzərində qadağan edilmiş əşya və xəsarət aşkar edilməmiş, onun xəsarət alması ilə bağlı hər hansı prosessual hərəkət həyata keçirilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkumun adına 2 saylı istintaq təcridxanasında açılmış tibbi tibbi kitabçanın surətindən görünür ki, təcridxanaya daxil olarkən Təqsirləndirilən şəxs bədən səthi üzərində sağ dizdə 2 ədəd qərtmək bağlamış yara, sağ kürəkdə göyərmiş yara, sağ əlin İİ barmağında 1 ədəd qərtmək bağlanmış yara aşkar edilmiş, təqsirləndirilən şəxs deməsinə görə həmin xəsarətləri xx.xx.2023-cü il tarixdə tutulan zaman aldığını bildirmişdir. İş materiallarında olan Bərdə RPŞ MSY-də saxlanılan şəxslərin qeydiyyatı kitabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09:50-də 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan 2 saylı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında Bərdə rayon prokurorluğunda aparılmış araşdırma zamanı təqdim edilmiş 133c- 23 saylı material və xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən bədən səthi üzərində aşkar edilmiş xəsarətlərlə bağlı aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması təsdiqini tapmadığından cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilmişdir. Məhkəmə baxışında təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1400№li rəyindən görünür ki, təqdim edilmiş Ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanasında tərtib edilmiş 1666/2023/490№li məhkumun tibbi kitabçasına əsasən təcridxanaya daxil olarkən Təqsirləndirilən şəxs sağ diz və sağ əl nahiyələrində sıyrıqlar sağ kürək nahiyəsində göyərmiş yara müəyyən edlmişdir. Bu xəsarətlər sağ diz, sağ əl nahiyələrində sıyrıqlar, sağ kürək nahiyəsində göyərmiş yara müəyyən edilmişdir. Bu xəsarətlər - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlərin morfoloji əlamətləri tibbi sənəddə qeyd edilmədiyindən həmin xəsarətlərin əmələ gəlmə müddətlərini müəyyən etmək mümkün deyil. Məhkəmə baxışında təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2025ci il tarixli T133/2025 saylı rəyindən görünür ki, təqdim edilmiş Ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanasında tərtib edilmiş 1666/2023/490№li məhkumun tibbi kartasında Təqsirləndirilən şəxs sağ diz və sağ əl nahiyələrində sıyrıqlar, sağ kürək nahiyəsində qançır izləri göyərmiş yara aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla müxtəlif şəraitlərdə yarana bilərdilər, xəsarətlər tibbi kitabçada tam təsvir edilmədiyindən (xarakterləri ölçüləri forması rəngi) onların yaranma müddəti və şəraiti haqqında dəqiq fikir söyləmək mümkün deyildir, istər birlikdə, istərsə də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Hər bir xəsarətin yaranması üçün fiziki təsir mütləqdir. Həmin xəsarətlər bədənin əlçatan nahiyələri olduğundan istər zərərçəkmişin özü, istərsə də kənar şəxs tərəfindən yetirilə bilərdi. Xəsarətlər tibbi kartada tam təsvir edilmədiyindən onların eyni və ya müxtəlif vaxtda yetirilməsi haqqında dəqiq fikir söyləmək mümkün olmadı. Yara üzərində qərtmək yaranması üçün onun yerləşdiyi nahiyədən asılı olaraq 24-48 saat vaxt tələb olunur. Təqsirləndirilən şəxs bilək nahiyəsində müşahidə edilən şişkinlik qandal təsirindən sıxılma zamanı yarana bilərdi, sıxılmanın dərəcəsindən asılı olaraq qalma müddəti müxtəlif ola bilər və sonrakı etapda qançıra çevrilməsi mümkündür. Vətəndaş Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi kitabçada göstərilən xəsarətlərin xarakteri onların istər küt əşya ilə vurma, istərsə də küt əşyaya dəyməsi zamanı yaramasını inkar etmir. Həmin xəsarətlərin bədənin öz ağırlığının tətbiq edilməsi nəticəsində sıxılması və qollarının bilək nahiyəsindən asılması zamanı yarana bilməsi mümkün deyildir. Belə ki, bu halda xəsarətlər oval və ya dairəvi formada olmaqla biləkləri qapamalı idi. Məhkəmədə əlavə şahid qismində dindirilmiş 2 saylı İstintaq Təcridxanasının həkimi X19 göstərdi ki, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının 27-i günü İstintaq təcridxanasına qəbul edilmişdir. Təqsirləndirilən şəxsə ilkin tibbi baxış zamanı sağ dizdə iki ədəd qərtmək bağlamış yara, sağ kürəkdə geniş sahəli göyərmiş yara, sağ əlinin ikinci barmağında qərtmək bağlamış yara aşkar edilmiş, deməsinə görə mart ayının 23 günü tutularkən aldığını bildirmiş, müayinə zamanı gördüklərini ilkin tibbi baxış zamanı qeyd etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, ilkin tibbi baxışa əsasən təcridxanaya daxil olan dustaqların vərəm xəstəliyi olanlar ciddi şəkildə yoxlanılır. Daxil olan dustaqların hər birinin bədən səthi kimliyindən asılı olmayaraq yoxlanılır. Təcridxanaya daxil olan dustaqlara ilkin tibbi baxış keçirilərkən onların adına kitabça açılıb müayinənin nəticələri həmin kitabçada qeyd edilir. Həbs edilmiş şəxslər müayinə edərkən onların üzərindəki paltarları çıxarılır, bəzən dustaqlar üzərlərindəki paltarları çıxarmağa etiraz etsələr də, o mütləq şəkildə bədən səthi bütövlükdə müayinə edilir. Təqsirləndirilən şəxs da üzərində tibbi baxış keçirən zaman sağ dizdə iki ədəd qərtmək bağlamış yara, sağ kürəkdə genişsahəli göyərmiş yara, sağ əlinin ikinci barmağında qərtmək bağlamış yara aşkar edilmişdir. Şəxsin tibbi müayinəsi zamanı qolunda biləyində olan əzik xəsarəti aşkar edilməmişdir. Şəxs tutulduqdan 4-5 gün sonra təcridxanaya gətirildiyi üçün tutulduğu vaxtdan təcridxanaya gətirildiyi müddətə qədər qolunda olan şişlərin çəkildiyinə görə tibbi baxışda aşkar edilməməsi mümkündür. Sağ əlin ikinci barmağında olan qərtmək bağlamış yaranı qeyd etmiş, dustaq təcridxanaya daxil olunan zaman əlindəki şişkinliyi görmüş, əksər dustaqların biləyində olan izlərin çoxu demək olar ki, biləklərinə bağlanan dəmir halqanın nəticəsində baş verdiyini güman etmiş, sağ əlinin ikinci barmağını falanqa olaraq qeyd etmişdir. Qərtmək açıq yaralar olanda yaranır. Tibbi baxış zamanı dustağın sağ əlinin ikinci barmağında kiçik qərtmək aşkar olunmuş və o, həmin kiçik qərtməyi qeyd etmişdir. Açıq yara təxminən 3-4 günə qərtmək bağlayır, yarada olan qərtməyin saxlanma müddəti isə müalicədən asılıdır. Xəsarət alınan gündən təxmini 24 saat ərzində bədəndə göyərmələr baş verir, adətən göyərməyin tez və gec bilinməsi orqanizmdən asılı olaraq dəyişir. Həbs edilmiş şəxslər daxil olduğu gündən ilk 24 saat müddətində mütləq onlara tibbi baxış keçirilməlidir. Müayinə zamanı da şəxsdə xəsarətlər olmuş, özü də həmin xəsarətləri saxlanılan vaxt aldığını bildirmişdir. Orada kimin xəsarət yetirməsini qeyd etməmiş, aşkar edilmiş xəsartləri yazıb əməliyyat bölməsinə bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş MTE PA ETTB-nin Gəncə Şöbəsinin rəisi X11 göstərmişdir ki, təcridxanada yazılan müayinə aktında şəxsin bədən səthində olan xəsarətlər-göyərtilər olması qeyd edilmişdir. Mexanizm məsələsini bilmək üçün qərtmək bağlamış yaranın dəri səviyyəsindən nə qədər hündürlükdə olması, qopmağı, yeni və ya köhnə qərtmək olması və rəngi müəyyən olunmalıdır. Təcridxanada həkimlər dustaqlara tibbi baxış keçirərkən xəsarətləri tam qeyd etmirlər. Açıq yara təxminən 1 gün sonra qərtmək bağlamağa və sağalmağa başlayır. Açıq yara nəticəsində yaranan qərtmək dəri səviyyəsindən aşağıda yaranır. Sonra isə dəri səthi ilə bərabərləşir, sağalanda isə dəri səthindən yuxarı qalxır. Şikinlik xəsarət hesab edilmir. Şişkinlik xəstəlikdən də yarana bilər.Şişkinlik zamanı yumşaq toxumalar əzilir və onun nəticəsində qançır əmələ gəlir. Qançır olmadan şişkinlik yaranmır. Təqsirləndirilən şəxs əlindəki şişkinliyə təmas etmədən heç bir diaqnoz deyə bilmədiyi üçün bu barədə fikir bildirə bilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, istintaq zamanı əleyhinə ifadə vermiş şahidlərə, habelə məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şəxslərəbilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun öz müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: hazırkı iş üzrə tutulması polis əməkdaşlarının onunla olan qərəzi ilə bağlıdır, saxlanılarkən üzərində heç bir narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitə heroin polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiq, təhdidlər və pis rəftar edildiyi üçün həmin maddənin özünə məxsus olmasını etiraf etmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan ilkin izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiqlər, təhdidlər edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının fiziki təzyiqinə məruz qaldığını, təzyiqin isə Şahid adlı rəis müavinin otağında boynuna götürməsi üçün əvvəlcə qabağına PK (pulemyot), razı olmadıqda isə qara paketin içərisində nəşə (marixuana) qoyulmasından, sonra şalvarının çıxarılmaqla elektroşok verilməsi və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə, bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət təqibi aparılmış, müvafiq olaraq 05 avqust 2023-cü il tarixli qərarla (cild İ, i.v 197- 201) cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti təqsirləndirilən şəxsə göndərilsə də, nə sonuncu, nə də ki, onun müdafiəçisi tərəfindən sözügedən qərar mübahisələndirilməmişdir. Azərbaycan Respublikası CPM-in 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. X27 Məhkəməsi «X2rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs tutulduqdan sonra fiziki, psixoloji təzyiqə və təhdidlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan izahat və ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş təqsirləndirilən şəxsin izahat və ifadələrini CPM-in 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirmişlər, eyni zamanda, təqsirləndirilən şəxs də üzərinə şəxsi axtarış keçirilərkən təhqiqatçı tərəfindən verilmiş suala cavab olaraq, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi təsirlərin edilmədiyini öz səsli nitqində bildirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki, psixoloji təzyiqlərə və təhdidlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində bildirdiyi yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən onun özünün müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 47-49) və xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v 57-59) qismində verdiyi ifadələri, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatı (cild İ – i.v. 66-69), şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, eləcə də Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı hadisə barədə söylədiyi səsli nitqi (o, ittihamda göstərilən xüsusatları, üzərindən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu və onu Bərdə rayonu “Çinar” restoranının yanından kanalın üstündən tapdığını bildirmiş) ilə tam təkzib olunur. Belə ki, həmin ifadələrdə və istintaq hərəkətində təqsirləndirlən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olmasını səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ilkin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən fərqli ifadə verməsini hər hansı bir mötəbər dəlillə əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədəuyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Məhkəmə xüsusilə qeyd edir ki, əvvəla, Təqsirləndirilən şəxs saxlanıldığı vaxtdan, ibtidai istintaqın sonunadək əməlini səmimi etiraf etmiş, özünü müdafiə üçün heç bir dəlil gətirməmişdir. İbtidai istintaq orqanının CM-in 234.1-1-ci maddəsilə verdiyi ittihamdan da görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı narkotik vasitənin ona məxsus olmaqla istifadəçisi olduğunu bildirdiyi üçün əməli qeyd edilən maddə ilə tövsif edilib, əks halda əməlin tövsifində fərqlilik yarana bilərdi. Bu hal şəxsin ibtidai istintaq zamanı səmimi etirafını bir daha təsdiq edir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs dəfələrlə ona qarşı təzyiqin olub-olmaması soruşulsa da(həm şəxsi axtarış zamanı videoçəkilişdə, həm də yuxarıda qeyd edilən etirafedici ifadələrdə), sonuncu belə bir halın olmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində saxlanıldığı vaxt və tarixin fərqli olmaqla qanunsuz saxlanması, bədənində aşkar edilmiş xəsarətlərin məhz etirafedici ifadə verməsi üçün fiziki təzyiqlər nəticəsində alması barədə ifadəsi ən əvvəl saxlanma ilə bağlı müvafiq raport və protokolla, həmçinin şahid ifadələri ilə təkzib edilir. Fiziki təzyiqlə bağlı isə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi mexanizm ekspert rəyi ilə, həmçinin şahid ifadələri ilə birmənalı təkzib edilir. Məhkəmə bütün sübutları bir-biri ilə müqayisə edib qiymətləndirərək o qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qolları qandalla bağlı halda asılmaqla işgəncəyə məruz qalması xəsarətin lokalizasiyası və formasına görə mümkünsüzdür. Həmçinin təqsirləndirilən şəxsin barmağında qərtmək bağlamış yaranın olması-hər hansı yaranın olması, şəxsi axtarış istintaq hərəkətinin protokoluna əlavə edilmiş videoçəkilişdə görünmür, halbuki şəxsin qollarında şişkinlik olması məhz məhkəmə istintaqı zamanı həmin görüntü ilə müəyyən olunmuşdu. Dizdə qərtmək bağlamış yara və kürək nahiyəsində göyərmiş yara eyni zamanda mövcud ola bilməzdi. Ona görə ki, yaranın qərtmək bağlaması 48 saatdan sonrakı- sağalmağa doğru olan müddəti ehtiva edərkən, göyərmiş yara xəsarətin daha çox ilkin vaxtlarının əlamətidir. Qeyd edilən xəsarətlərin heç biri təqsirləndirilən şəxsin dəlil kimi gətirdiyi fiziki zorakılıq yetirmə mexanizmi ilə uyğun gəlmir. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş bütün şahid ifadələri və ekspertiza rəyləri, həmçinin işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birə-bir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu və onu Bərdə rayonu “Çinar” restoranının yanından kanalın üstündən tapdığını bildirmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitə heroini (təmiz çəkisi 3,766 qram olan) əldə etməsini, saxlamasını və üzərində gəzdirməsini, həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-in 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 23 mart 2023-cü il tarixli şəxsi axtarış və götürməyə dair protokol, həmçinin bu protokolun tərkib hissəsi olan videogörüntülər və maddi sübut, şahid ifadələri və ekspert rəyləri CPM-in 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, 24 mart 2023-cü il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafiəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar vəkil X12 Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və götürməyə dair 23 mart 2023cü il tarixli protokoldan və ona əlavə edilmiş video-görüntüdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən külli miqdarda yəni 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə, təmiz çəkisi 3,766 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin video-görüntüdə, Təqsirləndirilən şəxs üzərində hər hansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən video-görüntüdə ona qarşı hər hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməlivə bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-in 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona elektroşok və ya sair üsullarla işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı həyata keçirilmiş, şəxsi axtarışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Cinayət törədilərkən qüvvədə olmuş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edənnarkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİ Siyahısına əsasən dərman preparatı kimi beynəlxalq adı «Heroin» olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun: 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən, əməlində cinayətlərin residivinin olması (sadə) cəzasını ağırlaşdıran haldır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hazırki əməli xx.xx.2023-cü il tarixdə, yəni Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunan 03 il 07 ay 25 gün müddətə azadlıqdan məhrumetmə cəzasının ilə şərti hesab edilməsi ilə bağlı müəyyən edilmiş sınaq müddəti (2 il) ərzində törətdiyindən şərti məhkum etmə ləğv edilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 iyun 2002-ci il tarixli 2 nömrəli qərarının 15-ci bəndində məhkəmələrə izah edilmişdir ki, azadlıqdan məhrum etməyə şərti məhrum etmə zamanı cəzaçəkmə müəssisəsinin növü təyin edilmir. Şərti məhkum edilmiş şəxs sınaq müddəti ərzində yeni cinayət (qəsdən və ya ehtiyatsızlıqdan) törədərsə, məhkəmə CM-nin 71.4, 71.5-ci maddələrinə əsasən şərti məhkum etmənin ləğv edilməsi məsələsini həll edərkən, CM-nin 15-ci maddəsində təsbit edilmiş cinayətin təsnifatını nəzərə almaqla, cəzaçəkmə müəssisəsinin növünü CM-nin 56-cı maddəsinin müəyyən etdiyi qaydalara uyğun olaraq təyin edir. Bu zaman şərti məhkum etmə xüsusilə ağır cinayətə görə tətbiq edilmişdirsə, yaxud yenidən törədilmiş cinayət xüsusilə ağır cinayətlər sırasına aiddirsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Əgər törədilmiş cinayətlərdən heç biri xüsusilə ağır cinayt hesab edilmirsə, məhkuma ümumi rejimli cəzaçəkmə müəssisəsi təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 23 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Bərdə Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,666 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməlidir. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 il 07 ay 25 gün müddətə azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsi ilə bağlı müəyyən edilmiş sınaq müddəti ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 03 il 07 ay 25 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına əlavə cəza tamamilə, əsas cəza isə qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 23 mart 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,666 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci - 32 (otuz iki) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar