Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-340/2021 10.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1962-ci il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 24 iyun 2021-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə, saat 22 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisindən keçən "xxxx" QSC-nin ərazisinə aid dəmir yolunun yaxınlığında yerləşən “Çəkillik” adlanan ərazidə tanışı Zərərçəkmiş şəxs ilə sonuncuya vermiş olduğu 10 manat borc pulu geri qaytarmaması barədə aralarında şəxsi münasibətlər zəminində, yəni sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən mətbəxt bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə qəsdən zərbə vurub qarının ön divarının daxilə keçən, nazik bağırsaq ilgəyini və müsariqəsini zədələyən daxili qanaxmaya səbəb bir ədəd deşilmiş-kəsilmiş yara ilə nəticələnən həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirərək qəsdən sağlamlığına ağır zərər yetirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır, əvvəllər aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 23 iyun 2021-ci il tarixdə, saat 06-dan saat 12-yə qədər həmkəndlisi Elşənin bağında işlədikdən sonra sonuncu ona 10 manat pul vermişdir. O, mağazaya gedib bir ədəd 250 qramlıq araq alıb öz ayaşadığı evə getmiş, həmin arağı təkbaşına içmişdir. Bundan sonra o, Əzizin çayxanasına gedib çay içmişdir. Həmin zaman orada Əzizin oğlu İsmayıl və Bəhi olmuşdur. Belə ki o, saat 21:30 radələrində öz yaşadığı evə gedərkən qardaşı arvadı Gülər onu yolda görüb Şahmarın sərxoş olduğu üçün yaşadığı evin yaxınlığında onun ünvanına ucadan nalayiq ifadələr işlətdiyini demişdir. Gülər ona bu sözləri dedikdən sonra o, Şahmarı görüb nəyə görə qardaşı arvadını təhqiq etdiyini aydınlaşdırmaq istəmişdir. O, evdən çıxıb Şahmarı tapmaq üçün Əzizin çayxanasına getsə də Şahmarı tapa bilməyib öz yaşadığı evə qayıtmaq qərarına gəlmişdir. O, evə qayıdarkən təxminən saat 22 radələrində Şahmar Əzizgilin evinin yanında onu görüb səsləmiş, o, Şahmara tərəf getmiş və sonuncunun sərxoş vəziyyətdə olduğunu görmüşdür. O, Şahmara nə səbəbə onların evinin yanında nalayiq ifadələr işlətdiyini və qardaşı arvadını təhqir etməsini soruşanda Şahmar səbəbsiz yerə başı ilə onun burnundan vurmuşdur. Həmin vaxt o, üsdündə olan bıçağı çıxardaraq Şahmarın qarın nahiyəsinə bir dəfə bıçaqla zərbə vurmuşdur. O, Şahmarı vurduqdan sonra Şahmar geri çəkilərək yerdən daş götürüb onu vurmaq istəyəndə o, oradan çıxıb getmişdir. O, Şahmarı vurduqdan sonra öz yaşadığı evə getmiş, bıçağı evdə stolun üstünə qoymuşdur. Bir qədər evdə gözlədikdən sonra təxminən saat 23 radələrində yenidən Əzizin çayxanasına getmişdir. Həmin zaman çayxanada Elxan və yanında tanımadığı bir nəfər şəxs olmuşdur. O, Elxanla çayxanada oturan zaman sonuncunun yanında olan şəxs Şahmarın bıçaq götürüb gələcəyini və onu vuracağını demişdir. Bundan sonra onlar çayxanada olan zaman Şahmar oraya gəlmiş, Şahmar ona çayxanadan çıxmağını və söhbət etməli olduğu demiş, lakin o, yenidən aralarında mübahisə yaranacağını düşündüyü üçün çayxananın digər tərəfi ilə çıxıb öz yaşadığı evə getmişdir. O, öz yaşadığı evə gedib su içib yenidən evdən çıxmışdır. O, Zəyəm qəsəbəsi “Stansiya” adlanan ərazidə olarkən polis əməkdaşları ona yaxınlaşaraq onu Polis Şöbəsinə aparmışlar. Hadisədən sonra Şahmarla barışdığını, onun sağalması üçün tibbi xərcləri ödəmiş və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, sonuncunu uşaqlıqdan tanıyır, əvvəllər aralarında narazılıq və ya düşmənçilik olmamışdır. O və Arzuman Şəmkir şəhəri ərazisində fəhləliklə məşğul olurlar. 22 iyun 2021-ci il tarixdə Arzumanla birlikdə Şəmkir şəhəri ərazisində olarkən gün ərzində o, Arzumana 15 manat məbləğində pul xərcləmiş və Arzuman işləyib qaytaracağını ona demişdir. Arzuman sonradan 5 manat pulunu geri qaytarmış və ona 10 manat borcu qalmışdır. 23 iyun 2021-ci il tarixdə, saat 21 radələrində o, Arzumandan pulunu almaq üçün sonuncunun yaşadığı evə getmiş, həmin vaxt Arzuman evdə olmamış, qonşuluqda yaşayan Arzumanın qardaşı arvadı Gülər nə səbəbə Arzumanı axtardığını soruşub onu təhqir etmişdir. O, da əsəbləşib nəlayiq ifadələr işlətmişdir. 23 iyun 2021-ci il tarixdə, saat 22 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisindən keçən dəmir yolunun yaxınlığında olarkən Arzumanın oradan keçdiyini görüb sonuncunu səsləyərək yanına çağırmışdır. O, Arzumana pulunu niyə qaytarmadığını deyəndə Arzumanı ona uca səslə nə olduğunu demişdir. O, Arzumana nə səbəbə qışqırdığını deyəndə Arzumanla aralarında mübahisə yaranmış dalaşarkən yumruqla onun sifətinə vurmuş, bu zaman o cibindən çıxartdığı bıçaqla onun sağ qarın boşluğuna bir dəfə zərbə vurmuşdur. Arzuman onu vurduqdan sonra o, cəld yerdən daş götürüb sonuncunu vurmaq istəyəndə Arzuman dərhal qaçaraq oradan uzaqlaşdığı üçün o, sonuncunu tuta bilməmişdir. Bundan sonra yaxınlıqdakı çayxanada olan şəxlər də oraya toplaşmışlar. O, Arzumanın onu vurduğunu ətrafdakı şəxslərə demişdir. O, oradan uzaqlaşaraq öz yaşadığı evə getmişdir. Həmin vaxt qardaşı oğlu Sənan evdə olmuş və o, sonuncuya Arzumanın onu vurduğunu demişdir. Sonra qardaşı Bayram evə gəlmiş, onun bıçaqla vurulduğunu görüb 102 xidmətinə və X9 zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. O, Arzumanın yaşadığı evə getdiyi və sonuncudan borcunu istədiyi üçün onların arasında mübahisə yaranmış, bu səbəbdən Arzuman onu bıçaqla vurmuşdur. Arzuman onu vuran zaman ətrafda heç kəs olmamışdır. Sonradan Təqsirləndirilən şəxs ilə barışmış, onun sağalması üçün maddi yardım göstərmiş hazırda ondan şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisində özünə məxsus çayxananı işlədir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs 5-6 il olar ki tanıyır, hər ikisi ilə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 23 iyun 2021-ci il tarixdə, saat 19 radələrində özünə məxsus çayxanada olarkən Arzuman oraya gəlib stolların birində tək oturub çay içmişdir. Həmin vaxt Şahmar sərxoş vəziyyətdə çayxananın qabağına gəlmişdir. Arzuman Şahmarın sərxoş vəziyyətdə çayxanaya gəlməsini görüb sonuncunun söz atacağını fikirləşərək çayxananı tərk edib getmişdir. Belə ki Şahmar son zamanlar mütəmadi olaraq içki qəbul etdiyi üçün bir neçə şəxslə arasında mübahisə yaranmışdı. Arzuman getdikdən sonra Şahmar da çayxananı tərk edərək oradan uzaqlaşmışdır. Həmin gün axşam saat 22 radələrində yaşadığım məhlənin arxa tərəfində olarkən Arzuman və Şahmarın mübahisə etdiyini görmüşdür. Bu zaman Şahmar əli ələ Arzumanı vurmuş, o həmin vaxt təxminən 20 metr məsafə aralıda olduğu üçün hadisəni dəqiq görə bilməmiş, Arzumanın da bir dəfə Şahmarı vurduğunu görsə də Arzumanın Şahmarı nə ilə vurduğunu dəqiq görə bilməmişdir. Arzuman, Şahmarı vurduqdan sonra dərhal oradan uzaqlaşıb getmiş, Şahmar da bir qədər orada qaldıqdan sonra hadisə yerini tərk etmişdir. Hadisənin hansı səbəbdən baş verdiyini o, bilməmişdir. Arzuman və Şahmar mübahisə edən zaman ətrafda heç kəs olmamış, həmin şəxslərin mübahisə etdiklərini görən vaxt onun yanında heç kəs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əmisidir, onunla qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs da tanıyır, Arzuman da onunla eyni qəsəbədə yaşayır. Qəsəbədə hamı Arzuman Elmar kimi tanıyırlar. Onun həmin şəxslərlə münasibəti həmişə yaxşı olub, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 24 iyun 2021-ci il tarixdə, saat 02 radələrində yaşadığı evdən küçəyə çıxan vaxt əmisi Şahmarın qarın nahiyəsindən bıçaq xəsarəti aldığını görmüşdür. O, nə baş verdiyini Şahmardan soruşanda sonuncu 23 iyun 2021-ci il tarixdə, saat 23 radələrində həmkəndlisi Arzumanla aralarında yaranmış mübahisə zamanı Arzuman tərəfindən bıçaqlandığını bildirmişdir. Bundan sonra atası Bayram bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat verdiyi üçün həmin yerə polis əməkdaşları və təcili yardım avtomobili gəlmiş, həkimlər Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Arzumanla Şahmar arasında baş vermiş dava-dalaşın səbəbi barədə onun məlumatı olmamış, hadisənin baş verməsini görməmişdir. Arzumanın nə səbəbə Şahmarı bıçaqla vurub xəsarət yetirdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 23 iyun 2021-ci il tarixdə, təxminən saat 22 radələrində Şahmar qaynı Arzumanın evinin qapısını döyərək sonuncunu çağırmış, o, Arzumanla bir həyətdə yaşadığı üçün küçəyə çıxanda oturmaq üçün nəzərdə tutulan stolun üstünə çıxaraq hasarın üstündən Şahmarın həyətə baxdığını görmüşdür. O, iradını Şahmara bildirəndə sonuncu onu nalayiq sözlərlə təhqir etmiş, Arzumannın 10 manat pul borcu olduğunu bildirmişdir. O, əsəbiləşib yerdən götürdüyü daş parçası ilə Şahmarın arxasınca düşəndə sonuncu oradan qaçıb getmişdir. Sonradan həmin gecə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları Arzumanın yaşadığı evə gələndə ona məlum olmuşdur ki, qaynı Arzuman bıçaqla Şahmarı vurub xəsarət yetiribdir. Qəsəbə sakinləri Şahmarın əlindən təngə gəlib, sonuncu araq içən kimi Arzumanın evinin yaxınlığına gəlib səs-küy salmağa başlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 24 iyun 2021-ci il tarixdə, saat 00:48 radələrində DİN-in 102 xidmətinə zəng edib qonşusu, kənd arasında Elmar kimi tanıdığı, ancaq əsl adı X3 qardaşı Şahmarı bıçaqla vurduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları və təcili yardım avtomobili qardaşı Şahmarın yaşadığı evə gəlmişlər, həkimlər qadaşını xəstəxanaya aparmışlar. Arzumanla Şahmar arasında baş vermiş dava-dalaşın səbəbi barədə onun məlumatı olmamış, Arzumanın nə səbəbə Şahmarı bıçaqla vurub xəsarət yetirdiyini bilməmişdir. Arzumanla Şahmar arasında düşmənçilik və ya ədavət olmamış, həmin şəxslər həmişə bir yerdə yeyib-içiblər, br yerdə oturub-durublar. “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 24.06.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq protokol tərtib edilərək götürülmüşdür. “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 24.06.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəmkir Rayon Mərkəzi X2 tibb bacısı X4 təqdim etdiyi hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq protokol tərtib edilərək götürülmüşdür. Məhkəmə-tibbi ekspertizasının 25.06.2021-ci il tarixli 760 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət burun sıyrığı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 23.06.2021-ci il tarixə uyğun gəkir.Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağıırlıq dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 10.07.2021-ci il tarixli 847 saylı rəyindən görünür ki,Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər – qarının ön divarının daxilə keçən, nazik bağırsaq ilgəyini və müsariqəsini zədələyən daxili qanaxmaya səbəb bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmiş, yetirilmə müddəti 23.06.2021-ci il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Məhkəmə balistik ekspertizasının 18.08.2021-ci il tarixli 16/755/756 saylı rəyindən görünür ki,tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəxt bıçağıdır və soyuq silah hesab edilmir. Həmçinin ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunan qısaqol köynəyin üzərində olan 01 ədəd "a” zədəsi bır tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Təqdim olunan qısaqol köynəyin üzərində olan 01 ədəd "b" zədəsi fiziki qüvvənin təsirindən yaranmaga xarakterik dartılıb – cırılma zədəsidir.Bundan başqa ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi Ekspertiza və Patololi Anatomiya ETT Birliyinin 10.07.2021-ci il tarixli, 847 saylı ekspert rəyındə göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyin səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən "qarının ön divarının daxnə keçən, nazık bağırsaq ilgəyini və müsaqirəsini zədələyən daxili qanaxmaya səbəb olmuş, bir ədəd deşilmiş — kəsilmiş yarası” xəsarəti ilə köynəyin səthində olan 01 ədəd “a” zədəsi yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 09.08.2021-cu il tarixli 444 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs düşdüyü vəziyyətə tənqidi münasibət bəsləyir, cinayət əməli törətdiyini və bu əmələ görə cəza almaq ehtimalını başa düşür, törətdiyi əməldən peşman olduğunu söyləyir, intellekti xronoloji yaşına və keçirdiyi həyat tərzinə uyğundur. O, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 25.06.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi yeri, sonuncuya bıçaq xəsarəti yetirdiyi yeri göstərmişdir. Bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 24.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 25.06.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 iyun 2021-ci il tarixdən hesablanmışdır. Şəmkir rayon Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04.08.2021-ci il arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Zəyəm qəsəbəsində qeydiyyatdadır və qəsəbədə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Gəncə şəhər Psixonevroloji Dispanserinin 22.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Gəncə şəhər Narkoloji Dispanserinin 12.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” 28.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi bir ədəd bıçaq və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Gəncə stansiyasında XPŞ-nin maddi sübutlar saxlanılan anbarına təhvil verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərəçəkmiş şəxslə barışmasını, zərərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayəti zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.8 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin içtimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Həmin maddənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərəçəkmiş şəxslə barışmasını, zərərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayəti zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini, şəxsiyyətini, ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına, törətdiyi cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilsə də, cəzanı yüngülləşdirən halların məcmusu müstəsna hal kimi qiymətləndirilməli və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində də az azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, ədalətli və əsaslı hesab etməklə, cəzanın məqsədinə və cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan və Gəncə stansiyasında XPŞ-nin maddi sübutlar saxlanılan anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs oğluna məxsus bir ədəd qısaqol köynək zərərçəkmiş şəxsə qaytarılmalı, imtina edildikdə isə məhv edilməli,eləcə də bir ədəd bıçaq isə dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 iyun 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və və Gəncə stansiyasında XPŞ-nin maddi sübutlar saxlanılan anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs oğluna məxsus bir ədəd qısaqol köynək zərərçəkmiş şəxsə qaytarılsın, imtina edildikdə isə məhv edilsin,eləcə də bir ədəd bıçaq isə dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-340/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-340/2021
10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver