Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-340/2024 07.08.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə, İclas katibləri: X3 və X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri X10 və Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1998-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Gədəbəy şəhəri X7 qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx xxxxxx 1998-ci il təvəllüdlü olmaqla aralarında yaş fərqi iki ildən çox olan on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan, yetkinlik yaşa çatmadığı zahiri görünüş və qohum olmalarına görə özünə aşkar surətdə məlum olan, doğum tarixi dəqiq məlum olmasa da məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 531 saylı rəyinə əsasən 14-15 yaşa uyğun gələn doğma bacısı qızı Zərərçəkmiş şəxs2 ilə 2022-ci ilin sonlarından aralarında yaranmış sevgi münasibətlərindən istifadə edərək 2023-cü ilin yanvar ayının dəqiq məlum olmayan günündə Abşeron rayonu, Xırdalan şəhərində Köhnə Xırdalan adlanan ərazidə yerləşən, zərərçəkmiş şəxsin anası ilə kirayədə yaşadığı nömrəsiz evdə cinsi ehtirasını təmin etmək üçün Zərərçəkmiş şəxs2 özünün razılığı əsasında gərginləşmiş vəziyyətdə olan cinsi orqanının onun cinsiyyət orqanına daxil etməklə təbii yolla, təkrarən 2023-cü ilin iyun ayının əvvəlləri dəqiq məlum olmayan gündə Gədəbəy rayonu, X7 yerləşən özünün də yaşadığı anasına məxsus evdə öz cinsi ehtirasını təmin etmək üçün Zərərçəkmiş şəxs2 özünün razılığı əsasında gərginləşmiş vəziyyətdə olan cinsi orqanının onun cinsiyyət orqanına daxil etməklə təbii yolla, bir neçə gün sonra təkrarən, 2023-cü ilin iyun ayının ortaları dəqiq məlum olmayan gündə isə Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən qardaşına məxsus fərdi yaşayış evinin yaxınlığındakı küçədə ətrafı hasarla əhatələnmiş boş ərazidə evdə öz cinsi ehtirasını təmin etmək üçün Zərərçəkmiş şəxs2 özünün razılığı əsasında gərginləşmiş vəziyyətdə olan cinsi orqanının onun cinsiyyət orqanına daxil etməklə, eləcə də gəginləşmiş vəziyyətdə olan cinsi orqanını arxa keçəcəyinə daxil etməklə Zərərçəkmiş şəxs2 arxa keçəcəyi büzən əzələdə (sfinktorda) cüzi boşalma ilə müşayiət olunan xəsarətlər yetirməklə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə təkrar cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-nin 152.4.1-ci maddəsi ilə qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 bacısı Şahid1 qızıdır. Əsma anası ilə birgə Abşeron rayonu, Xırdalan şəhərində müxtəlif yerlərdə kirayədə yaşamışdır. Maya ilə anası Elmiranın münasibəti olmamış, Elmira Maya və Əsmanı evdən qovmuş, bu səbəbdən Maya qızı ilə birgə Abşeron rayonuna getmişdir. O, Bakıda olduğu müddətdə Maya və Əsma ilə tez-tez görüşmüş, bəzən də onların yanında qalmışdır. Əsma ilə cəmi üç dəfə təbii və qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. İlk dəfə 2023-cü ilin yanvar ayında dəqiq tarixini xatırlamadığı gün anası Elmira ilə aralarında narazılıq olduğu üçün Maya və Əsmanın yaşadığı evə getmiş, bir neçə gün Mayanın kirayə yaşadığı evdə onlarla birlikdə qalmışdır. Maya bazarda işlədiyi üçün Əsma əksər vaxt evdə tək olmuşdur. Bir dəfə Əsma ilə söhbət edərkən Əsmaya sevdiyini özünə demiş, Əsma da ondan xoşu gəldiyini etiraf etmişdir. Əsmaya cinsi əlaqədə olmaq istədiyini deyəndə Əsma razılaşmışdır. Evdə çarpayının üzərində Əsma ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Mayanın qeyri rəsmi yaşadığı Elşad adlı şəxs onların münasibətdə olduğunu başa düşüb evdən qovmuş və O, Gədəbəy rayonuna qayıtmışdır. Bundan sonra 2023-cü ilin iyun ayının əvvəlində Əsma ona zəng edib anası Maya ilə dalaşdıqlarını, Gədəbəyə onun yanına gəlmək istədiyini demiş, həmin gün Əsma taksi ilə Şəmkirə gəlmiş, “dörd yol” adlanan yerdə Əsmanı qarşılayıb, taksi ilə Gədəbəy rayonu X7 yerləşən yaşadığı evə getmiş, lakin anası Elmira Əsmanı qəbul etmədiyi üçün qonşuluqda olan qardaşı Turalın evinə aparmış və orada qalmışlar. Növbəti gün anası Elmira yumşalıb Əsmanı evə qəbul etmiş, 2-3 gün Əsma ilə birlikdə yaşadığı evdə qalmışlar. Həmin günlərdən birində anası və bacısı evdə olmadığı vaxtda Əsmaya cinsi əlaqədə olmağı təklif etmiş, Əsma da onunla razılaşmış, evindəki yataq otağında Əsma ilə əvvəlcə təbii sonra isə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Bir neçə gün sonra qardaşı Akif ona zəng edib, iş olduğunu bildirib Şəmkir rayonuna çağırmış, Əsma onun anasının yanında qalmayacağını və onunla birlikdə gedəcəyini demişdir. Bu səbəbdən Əsmanı özü ilə birgə Şəmkir rayonu Dəllər qəsəbəsinə qardaşı Akifin evinə aparmışdır. Akifin evinə getdikdən təxminən 2-3 gün sonra Əsma ilə birgə dondurma almaq üçün mağazaya gedərkən Əsmaya cinsi əlaqədə olmağı təklif etmiş, Əsma da razılaşmışdır. Şəmkir rayon Dəllər qəsəbəsində ətrafı hasarlı boş əraziyə getmiş, ağacın altında Əsma ilə təbii yolla cinsi əlaqədə olmuşlar. Bundan sonra mağazadan dondurma alıb qardaşı Akifin evinə qayıtmış, bir neçə gün sonra yas mərasimində iştirak edən Akifin qonşusu Sevil adlı qadın Əsma ilə əlaqəsini bilib polisə məlumat vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, Əsma ilə könüllü olaraq cinsi əlaqədə olmuş, ona heç bir zor tətbiq etməmiş, Əsma özü cinsi əlaqədə olmaq istəmişdir. Əsmanın yaşının az olduğunu bilsə də dəqiq yaşını bilməmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhərində anası təxminən 3-4 il əvvəl nənəsi ilə birlikdə Tovuz rayonu ərazisində Ceyrançöl adlanan ərazidə olarkən Rəşad adlı şəxslə cinsi əlaqədə olmuş, həmin vaxt cinsiyyət orqanından qan gəlmiş, Rəşad onun qızlıq bəkarətini pozmuşdur. Rəşadla könüllü cinsi əlaqədə olmuş, Rəşad ona qarşı heç bir zorakılıq etməmişdir. Həmin vaxt xalası Şahid6 onları gördüyü üçün Rəşad qaçmış, bir neçə gün sonra anası Maya gəlib onu Xırdalan şəhərinə yaşadığı evə aparmışdır. 2022-ci ilin dekabr ayının sonunda dayısı Hüseynov X5 şəhərində yaşadığı evə gəlmiş, yeni ili birlikdə keçirtmiş, dayısı Təqsirləndirilən şəxsla aralarında sevgi münasibətləri yaranmışdır. 2023-cü ilin yanvar ayının əvvəli dəqiq tarixini xatırlamadığı gün Xırdalan şəhərində yaşadığı evdə cinsi əlaqədə olmuşdur. Özü könüllü olaraq Əli ilə cinsi əlaqədə olmuşdur. Əli ilə cinsi əlaqədə olan zaman anasının qeyri-rəsmi yaşadığı Elşad adlı şəxs gəlib onları görmüş, hər ikisini evdən qovmuşdur. 2023-cü ilin iyun ayının əvvəlində yaşadıqları evdə anası Maya ilə dalaşdığı üçün evdən qaçıb Gədəbəyə Elmiranın yanına getmək üçün Şəmkir rayonunda olan dayısı Təqsirləndirilən şəxs onu qarşılamasını demiş və gəldiyi maşına yol pulu verib, sonra onu taksi ilə Gədəbəy rayonuna nənəsi Elmiranın evinə aparmışdır. Elmira onları evinə qəbul etmədiyi üçün Gədəbəydə digər dayısı Turala məxsus evdə Əli ilə qalmış, səhəri gün Elmira onları qəbul etmiş və təxminən bir həftə Elmiranın evində qalmışdır. Həmin müddətdə bir dəfə dayısı Təqsirləndirilən şəxs ilə nənəsigilin evində 1 dəfə də təbii yolla cinsi əlaqədə olmuşlar. Əli evə sərxoş halda gəldiyi üçün Elmira münaqişə yaradıb əsəbləşmiş Şəmkir rayonuna dayısı Şahid3 evinə getmişdir. Təxminən bir həftə Akifin evində qalmış, Akif dayısının evinin yaxınlığında boş sahədə hasarın arxasında Təqsirləndirilən şəxsla təbii yolla cinsi əlaqədə olmuş, bunu heçkim görməmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxsla könüllü olaraq cinsi əlaqədə olmuşdur, hazırda da ondan heç bir şikayət və tələbi yoxdur, ona cəza verilməməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Rusiya Federasiyasında doğulmuş, sonradan valideynləri ilə Gədəbəy rayonuna gəlmişdir. Azərbaycan Respublikasında heç bir yerdə qeydiyyata düşməmiş, şəxsiyyət vəsiqəsi almamışdır. 9-cu sinifə qədər Gədəbəy şəhər 2 saylı təhsil almış, Gədəbəy rayon sakini Vüsal adlı şəxslə evlənib 3 ay evli olduqdan sonra ayrılmış, təxminən 2-3 ay sonra Sumqayıt şəhər sakini Amid Cəfərov adlı şəxslə evlənmiş, dəqiq xatırlamadığı tarixdə Əsma adlı qızını Xırdalan şəhərində kirayədə yaşadığı evdə doğmuş, şəxsiyyət vəsiqəsi olmadığı üçün xəstəxanaya getməmişdir. 2014-cü ildə Amid avtoqəza nəticəsində ölmüş və Əsmanı tək böyütmüşdür. 2021-ci ilin payız aylarında Əsmanı Gədəbəy rayonuna gətirib anası Elmiranın yanında qoyub Bakıya qayıtmış, 2-3 gün sonra anası Elmira zəng edib Əsmanı özü ilə birlikdə Tovuz rayonu Ceyrançöl qışlağına apardığını demişdir. Təxminən 1 ay sonra Ceyrançölə gedib Əsmanı Bakı şəhərinə aparmış, təxminən 3 ay sonra bacısı Şahid6 yaşadığı evə gəlmiş və qızı Əsmanın Rəşad adlı şəxslə cinsi əlaqədə olduğunu demişdir. Əsma da Zərqələmin sözlərini təsdiq edərək Rəşad adlı şəxslə cinsi əlaqədə olduğunu demişdir. O, bu barədə DİN-in 102 xidmətinə şikayət etmiş, onu Abşeron rayon polis idarəsinə çağırıb izahatını almış, Əsmanı həkimə aparıb müayinə etmişlər. Araşdırma aparan polis Əsmanın qızlıq pərdəsinin pozulmadığını demişdir. Qardaşı Əli onlara gəldikdən sonra bir dəfə özü işdə olarkən Əsmanın onu evdə qoyub qapını bağlayaraq harasa getdiyini, kişilərə meyl etdiyini demişdir. Əsma ilə söhbət edib azyaşlı olduğunu, evlənmək vaxtı olmadığını desə də Əsma evlənmək istəmədiyini, həyatını yaşamaq istədiyini demişdir. Əsma 2023-cü ilin iyun ayında evdən qaçmış, 3-4 gün Əsmanı axtarmış, sonra isə qardaşı Əli telefonla zəng edib Əsmanın Şəmkirdə olduğunu ona demişdir. 2-3 gün sonra Şəmkir polis şöbəsindən bir nəfər ona zəng edib “gəl qızın Əsmanı apar” demişdir. Şəmkirə gəlib polis şöbəsindən qızı götürüb Bakıya aparmışdır. Bakı şəhərinə qayıtdıqdan sonra qardaşı Akif zəng edib qonşularının Əsma ilə Əlinin cinsi əlaqədə olduğunu ona bildirmişdir. Qızı Əsmadan bu barədə soruşan zaman Əlini sevdiyini və evlənmək istədiyini demişdir. O, zəng edib qardaşı Əli ilə danışanda Əli də Əsmanı sevdiyini və ailə qurmaq istədiyini bildirmiş, Əliyə anası Elmira ilə danışmasını, razı olarsa onlara toy etməyi təklif etmiş, sonra isə Əli ona anasının Əsma ilə evlənməsinə razı olmadığını və işi ayıb bildiyini demişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq, Şahid1 Təqsirləndirilən şəxs şikayətçi olmadığını, ona cəza verilməməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Şəmkir rayon Dəllər qəsəbəsində ailə ilə birgə yaşayır. Əsma və Əli ailə üzvləri ilə ədavəti və düşmənçiliyi, olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Şəmkir şəhəri, Dəllər qəsəbəsində qonşusu Şahid3 qayınanasının yas mərasimində iştirak etmiş, məclisdə iş görərkən, yemək ehsan bişirərkən həyət qapısının arxasında Əli ilə Əsmanın qucaqlaşdığını, Əlinin Əsmaya əl atdığını, görmüş Ceyrandan bu barədə soruşduqda deyə bilməyəcəyini, ərindən çəkindiyini demiş, Ceyrana belə bir şeyin qəbul edilməz olduğunu deyib yas yerindən çıxıb tanımadığı şəxsə məxsus taksi ilə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Şahid4 ilə birlikdə evinə getmişdir. Yolda Əliyə “utanmırsan belə bir biabırçılıq etmisən?!” deyərək irad tutmuş polisə məlumat verəcəyini demiş, avtomobildən düşdükdən sonra evində olan şəxslər də məsələni bilib narazılıq etmiş, söhbət əsnasında özü Təqsirləndirilən şəxs azyaşlı qızla cinsi əlaqədə olduğu üçün əsəbiləşib əli ilə sifət nahiyəsindən vurmuş, “102” zəng xidməti zəng edib, hadisə barədə məlumat vermişdir. Onun zəngindən sonra polis əməkdaşları gələrək onu və Əligili polis şöbəsinə aparıb izahatını almış, sonradan həqiqətən Əli ilə Əsma arasında cinsi münasibət olmasını öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Dəllər qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs qaynı, Zərərçəkmiş şəxs2 isə baldızı Şahid1 qızıdır. 2023-cü ilin iyun ayının əvvəli əri Akif qardaşı Əlini biryerdə fəhləliyə getmək üçün rayona çağırmış, həmin günlərdə Əsma da anasının yanından qaçıb, Gədəbəy rayonuna gəlmiş, Əli gələrkən Əsmanı da özü ilə gətirmiş, bir neçə gün evdə qalmışlar. 17 iyun 2023-cü ildə mərhum anasının il mərasimində Əli və Əsma da iştirak etmişlər. Yas mərasimində Sevil ona Əli ilə Əsmanın arasında münasibət olmasını, Əsmanın Əli ilə səmimiyyətini görüb onlardan şübhələndiyini demiş, polis şöbəsinə məlumat verəcəyini bildirmişdir. Sevil, Akif, Əli və Əsma yas yerindən çıxıb evə getmişlər. Onlar evə çatdıqdan sonra isə Sevil “102”-xidmətinə zəng edib xəbər vermiş, polis əməkdaşları gəlib Əli və Əsmanı polis şöbəsinə aparmışlar. Əli ilə Əsmanın münasibətlərini, Əlinin Əsma ilə cinsi əlaqədə olmasını isə polisdə araşdırma aparıldıqdan sonra bilmiş, hadisədən sonra Əlini evə buraxmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da arvadı Şahid4 ilə eyniməzmunlu ifadə verərək göstərmişdir ki, 13 iyun 2023-cü il tarixdə Şəmkir rayonu, Qaryağdı kəndində iş görərkən bacısı Maya ona zəng edib qızı Əsmanın evdən məlumat vermədən çıxıb Gədəbəy rayonunda yaşayan qardaşı Əlinin yanına getdiyini demişdir. Mayadan sonra qardaşı Turala zəng edib harada olması barədə məlumatı olduğunu soruşduqda Əsmanın Gədəbəyə olduğunu bildirmişdir. Digər qardaşı Əli də qardaşı Turalın yanında olmuş, Turalın telefonu ilə qardaşı Əli ilə danışıb gündəlik iş olduğunu və Əsmanı anasının yanında qoyub gəlməsini istəmişdir. Təxminən 2 saat sonra Əli onun istifadəsində olan mobil nömrəyə zəng edib Şəmkir rayonu, “dördyol” adlanan yerə çatdığını demiş, Əli və Əsmanı qarşılamış və özü ilə birlikdə götürüb evə aparmış, X12 göndərməsini demiş, lakin Əsma Gədəbəy rayonuna getməyəcəyini demişdir. Əli ilə birlikdə Şəmkir rayon sakini Məhərrəm adlı şəxsin istilikxanasına işləmək üçün getmiş, 17 iyun 2023-cü il tarixədək iş yerində qalmış, 17 iyun 2023-cü il tarixdə mərhum qayınanasının il mərasimi olduğu üçün Əli ilə birlikdə evə qayıtmış, yasda iştirak etmişlər. Yas mərasimində qonşuları Sevil ona Əli ilə Əsmanın arasında münasibət olduğunu və bu barədə polis şöbəsinə məlumat verəcəyini demiş, Sevil onun yanında polisə zəng edərək məlumat vermiş, bir neçə dəqiqə sonra polis əməkdaşları gələrək, Əligili polis şöbəsinə aparmışlar. Hadisəni həmin vaxt öyrənmiş, lakin buna inanmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 da qardaşı Şahid3la eyniməzmunlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı, Zərərçəkmiş şəxs2 isə bacısı qızıdır. Onlarla heç bir ədavət və düşmənçiliyi yoxdur. 2023-cü ilin iyun ayında dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs2 Bakı şəhərindən qaçıb, Gədəbəy rayonuna yaşadığı evə gəlmiş, bir neçə gün Əsma onlarla birlikdə qaldıqdan sonra Əli ilə birlikdə Şəmkir rayonuna getmişdir. Təqsirləndirilən şəxs bacısı qızı Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olduğunu sonradan eşitmiş, bu barədə əvvəllər məlumatı olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Səhiyyə Nazirliyi MTE və PA ETTB PHŞ-nin Şəmkir rayon şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli, 665 nömrəli canlı şəxsin ekspertizası rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən çoxdur. Zərərçəkmiş şəxs2 arxa keçəcəyində arxa keçəcəyi büzən əzələdə (sfinktorda) cüzi boşalma aşkar edilmişdir, ki bu da onunla arxa keçəcəkdən cinsi əlaqə olmasına dəlalət edir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Səhiyyə Nazirliyi MTE və PA ETTB PHŞ Bakı şəhər şöbəsindən verilmiş məhkəmə tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli, 531 №li canlı şəxsin ekspertizası rəyinə əsasən Zərərçəkmiş şəxs2 müəyyən edilmiş yaşı 14-15 ilə uyğun gəlir. İş materiallarında olan və məhkəmədə araşdırılan Səhiyyə Nazirliyi MTE və PA ETTB PHŞ Şəmkir rayon şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli, 1481 nömrəli canlı şəxsin ekspertizası rəyinə əsasən Təqsirləndirilən şəxs оğlunun bədən səthində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməməsinə mane ola biləcək hər hansı bir anomaliya və patalogiya aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Məhkəmə Psixiatrik Ekspertiza mərkəzi PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli, 3567 №li məhkəmə psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 emosional halından asılı olaraq ona qarşı törədilən hərəkətlərin mahiyyətini ümumən dərk etsə də, o, fərdi-psixi xüsusiyyətləri ilə əlaqədar (sakit təbiətlilik, primitivlik, konfliktə və mübahisəyə meyilli olmamaq, sadəlövhlük, tez inanmaq və sair) ona qarşı törədilən hərəkətlərin sosial mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs2 həmin hadisə barədə düzgün ifadə vermək qabiliyyətindədir. Zərərçəkmiş şəxs2 əqli inkişafında gerilik əlamətləri müşahidə edilmir. Zərərçəkmiş şəxs2 özündən uydurmağa və yalan danışmağa meyillilik əlamətləri müşahidə edilmədi. Lakin O, fərdi-psixi xüsusiyyətləri ilə əlaqədar (sakit təbiətlilik, primitivlik, konfliktə və mübahisəyə meyilli olmamaq, sadəlövhlük, tez inanmaq və sair) başqalarının təsiri altında hərəkət edə bilər. Zərərçəkmiş şəxs2 qərarın təsviri hissəsində göstərilən hadisə zamanı qeyd edilən şəxsə qarşı müqavimət göstərmək iqtidarında olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Gədəbəy RMX PHŞ-dən verilən 10 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy RMX-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstə kimi qeydiyyatda dayanmır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 19 avqust 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında protokol” və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olduğu yeri əyani göstərmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onunla Şəmkir rayon Dəllər qəsəbəsində yerləşən boş ərazidə cinsi əlaqədə olduğu yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gədəbəy RİHB-nin Gədəbəy şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy şəhərində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Bakı şəhərində saxlanılaraq Şəmkir RPŞ-yə gətirilmiş və MSY-yə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi” və “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri” “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmiş və O, Şəmkir RPŞ MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qətimkan tədbirinin şərtlərini pozduğu üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və oğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 152.4.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, iş üzrə zərərçəkmiş şəxsin yaşının müəyyən edilməsi üçün komisyon qaydada keçirilmiş məhkəmə tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli rəyinə əsasən zərərçəkmiş şəxsin yaşının 14-15 yaşa uyğun gəlməsi göstərilmişdir. Həmin rəyin təsviri əsaslandırıcı hissəsindən görünür ki zərərçəkmiş şəxsin xx.xx.2023cü ildə müayinədən keçdiyi və sümük yaşının təyini məqsədilə rentgenoloji müayinəyə göndərilmiş, xx.xx.2023-cü ildə rentgenoloji rəydə sağ-dirsək mil-bilək, oynaqlarının əl barmaqları əhatə olunmaqla iki proyeksiyalı R qrammasında sümük qısa borulu sümüklərinin boyatma zonalı qapanmış, uzun borulu sümüklərin distal epifizlərdə əsasən mil-dirsək sümüklərində nisbətən açıqdır. Yəni zərərçəkmiş şəxs Maya Cəfərovanın zahiri görünüşü, fiziki bədən quruluşu, həmçinin onun qohumu - bacısı qızı olması cinayət hadisələrinin törədildiyi 2023-cü il yanvar və iyun aylarında Təqsirləndirilən şəxs onun yetkinlik yaşına çatmadığını aşkar bilməsini istisna etmir və bu məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqini tapmışdır. Zərərçəkmiş şəxsin yaşının ekspertiza rəyində göstərilən müayinə olunan tarixə aşağı həddə (14 yaş) kimi qəbul edilməsini isə məhkəmə yetkinlik yaşa çatmayan (uşaq olan) zərərçəkmiş şəxsin mənafeyinin üstün olması və qanunçuluq prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 84.1-ci və 428.2-ci maddələrinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Şəxsin on səkkiz yaşa çatması onun doğulduğu gündən deyil, həmin günün qurtardığı vaxtdan, yəni sonrakı günün başlandığı andan götürülür. Məhkəmə-tibb ekspertizasının rəyi ilə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin yaşı müəyyən olunarkən onun doğum günü ekspertiza rəyində göstərilən ilin son günü hesab olunur. Belə şəxsin yaşı minimum və maksimum illər üzrə müəyyən edildikdə isə, ekspertlərin təklif etdikləri minimum yaş əsas götürülür. Qeyd edilən qərar barəsində cinayət təqibi aparılan yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin yaşı ilə bağlı məsələləri tənzimləyir və yalnız təqsirləndirilən şəxsə münasibətdə cinayət və cinayət prosessual qanunvericiliyin humanizm və bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə olması prinsipini əsas götürülərək tətbiq eidlir. Hazırki baxılan cinayət işi üzrə isə məhkəmə tibbi ekspertizanın rəyinə əsasən yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin yaşının müayinə olunan tarixə (xx.xx.2023cü ilə) rəydə göstərilən 15 (on beş) yaş kimi qəbul edilməsi isə zərərçəkmiş şəxsin qanunla qorunan mənafelərinə geridönməz zərbə vurmaqla yanaşı gələcəkdə oxşar “əməllərə meylli” digər şəxslərin yüngül cinayət məsuliyyəti və cəzaya məruz qalma mümkünlüyü kimi yanlış təsəvvür yarada və cinayət əməllərinin törədilməsi ilə nəticələnə bilər. “Uşaq hüquqları haqqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 11-ci maddəsinə əsasən hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1.-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Hazırki cinayət işi üzrə yetkinlik yaşa çatmamış Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını, onunla barışdığını və təqsirləndirilən şəxsə cəza verilməməsini bildirsə də, məhkəmə psixoloji ekspertiza rəyi ilə təsdiq edilmiş yaşı və sosial inkişaf səviyyəsi nəzərə alınmaqla (sevgi münasibətində olduğu təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsinə münasibət bildirilərkən öz hisslərinin təsiri altında hərəkət etməsi, eləcə də təqsirləndirilən şəxslə yaxın qohumluq (bacı-qardaş) münasibətlərində olan qanuni nümayəndəsi olan anasının təsiri altında hərəkət edərək təqsirləndirilən şəxsə cəza istəməməsi istisna edilmədiyindən) zərərçəkmiş şəxsin qanunvericiliklə müəyyən edilmiş uşaq hüquqlarının və qanuni mənafelərinin qorunması və cəzanın cinayət qanununda nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi, xüsusilə təqsirləndirilən şəxsin islah olması, cəzanın ümumxəbərdaredici funksiyası və sosial ədalət prinsipinin təmin edilməsi Təqsirləndirilən şəxs Azərbayan Respublikası CM-nin 152.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cəza təyinini zəruri edir. Məhkəmə tərkibi bu qənaətə gələrkən törədilmiş cinayətin təkcə zərərçəkmiş şəxsin cinsi sağlamlıq və toxunulmazlığına deyil, həmçinin dövlətin zəruri elementi olan ailə institutununun qorunmasına, cəmiyyətdə bərqərar olmuş milli-mənəvi, eləcə də ailə dəyərlərinə vurduğu zərəri və cəmiyyətdə oyatdığı mənfi ikrah hisslərini nəzərə alır, hazırki cinayət işi üzrə törədilmiş əməlin cəzasız qalmasının (yaxud yüngül cəza verilməsinin) eynixarakterli əməllərə meylli olan şəxslər arasında cəzasızlıq mühiti yaratmaq təhlükəsi olmasını istisna etmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1.-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırki iş üzrə təqsirləndirilən şəxs hər hansı rəsmi əmək fəaliyyəti ilə məşğul olmasa da qeyd edilən maddənin sanksiyasında əlavə cəzanın təyin edilməsi məcburi olduğundan, məhkəmə hesab edir ki, təyin edilmiş cəzanı çəkdiyi müddətdə və bundan sonra təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi vəzifəsində işləməsi törətdiyi əməlin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmaqla qeyri-mümkündür və həmin cəzanın məhkəmə tərəfindən təqsirləndirilən şəxsə tətbiq edilməsi zəruridir. Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş...ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur Cinayət Məcəlləsinin 69.3.-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, xx.xx.2023ci il tarixdən xx.xx.2023-cü il tarixlərdə tutulduğu 2 (iki) gün müddət çıxılmaqla barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmənin əvvəli Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilərək tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətlərinin videogörüntüsünün qeydə alındığı və protokola əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1 maddəsi ilə təqsirli bilinsin və ona 6 (altı) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Çəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilərək tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətlərinin videogörüntüsünün qeydə alındığı və protokola əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-340/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-340/2024
07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver