Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-341/2022 06.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Binəçi oğlunun, Zərərçəkmiş şəxs1 və onun nümayəndələri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Abşeron Rayon Vəkil Bürosunun vəkilləri Nümayəndə1 və Nümayəndə2, zərərçəkmiş şəxslərin hüquqi varisləri X8, X12, X16, mülki iddiaçının nümayəndəsi X13, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tovuz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1959-cu ildə Şəmkir rayonu, Tatarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “Polat Yol Sanayi Ticaret A.Ş.” Azərbaycan Respublikasındakı filialında sürücü işləyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Tartarlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo FM 2MRC3C” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan üç nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 29 mart 2022-ci il tarixdə təxminən saat 11:50 radələrində Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Ağstafa rayonu, Köçəsgər kəndi ərazisindən keçən 450-ci kilometrliyində “X33” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, dairəvi hərəkət təşkil edilmiş yolayırıcına dönmək (daxil olmaq) istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyəti tutmalı və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyərək idarə etdiyi “Volvo FM 2MRC3C” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Qazax istiqamətində hərəkət etdirərkən geriyə qayıtmaq məqsədi ilə sola doğru manevr edən zaman arxasınca eyni istiqamətdə ona nisbətdə sol tərəflə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes- Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusun qarşısına çıxmaqla toqquşması nəticəsində avtobusda olan sərnişinlər X17 qarnın qapalı travması, qaraciyərin cırılmış yarası, kəskin qanaxma, sağ budun aşağı 1/3-nin qapalı, sol tərəfli 3- 4-5-6-cı, sağ 4-5-ci qabırğaların sınığı, sağ almacıq nahiyəsinin əzilmiş, alt çənənin sağ alt səthində çapılmış yaralar ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, X9 başın ağır küt travması, qapalı kəllə beyin travması, sol alın sümüyünün sınığı, sol alın nahiyəsinin, sol alt çənənin əzilmiş yaraları, eynək simptomu, sol dirsək nahiyəsinin və sağ bilək nahiyəsinin sıyrılmış yaraları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, X6 qarının qapalı travması, qaraciyərin cırılmış yarası, kəskin daxili qanaxma, sağ bazunun aşağı 1/3-nin qapalı sınığı və sağ 2-3-4-5-6-7-8-9-cu qabırğaların sınığı, sağ körpücükaltı nahiyənin qançırı ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, digər sərnişinlər Zərərçəkmiş şəxs2 sol tərəfli 4-5-ci bel fəqərələrinin yan çıxıntıların yerdəyişməli sınığı ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər, Zərərçəkmiş şəxs3 Binəçi oğluna sağ baldır sümüklərinin yuxarı 1/3-nin, sağ tərəfli 8-9-10-cu qabırğaların yerdəyişməli sınığı, sağ alın nahiyəsinin çapılmış yarası ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər, həmçinin avtobusun sürücüsü Zərərçəkmiş şəxs1 sağ diz qapağı sümüyünün qəlpəli qapalı sınığı, diz oynağının hemartrozu, ön səthinin çapılmış yarası ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurulması ilə üç nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan üç nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi tam təsdiq edilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “Polatyol Yapı Sanayi Ticaret A.Ş.” Azərbaycan Respublikası filialında sürücü işləyir və şirkətə məxsus “Volvo FM 2MRC3C” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. Onun “BCD” dərəcəli sürücülük vəsiqəsi var. xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Bakı-Qazax yolunun Ağstafa rayonu, Köçəsgər kəndi ərazisindən keçən hissəsində aparılan yol təmir işlərinə görə qrafikə əsasən qeyd edilən yük avtobilini idarə edərək Tovuz rayonu, Əyyublu kəndi ərazisində yerləşən asfaltzavoda gedib oradan avtomobilin yük hissəsinə isti asfalt yükləyərək zavoddan Bakı-Qazax yoluna çıxıb Qazax istiqamətində hərəkətə başlamışdır. Təxminən saat 11:50 radələrində asfaltı təyinatı üzrə boşaldıb yenidən zavoda qayıtmaq üçün avtomobili Qazax istiqamətində hərəkətə gətirmişdir. Təxminən 200 metr məsafə qət etdikdən sonra geri qayıtmaq məqsədi ilə yolun orta hissəsində olan yolayırıcısına yaxınlaşanda sol yan güzgü vasitəsi ilə arxaya baxmış və arxadan nəqliyyat vasitəsinin gəlmədiyini görüb sola dönmə xarici işıq siqnalını yandıraraq sola doğru manevr edəndə qəflətən arxadan sürətlə gələn ağ rəngli “Mercedes-Benz Sprinter” markalı avtobus ön sağ hissəsi ilə onun idarə etdiyi yük avtomobilinin sol yan hissəsindən toqquşmuşdur. Avtomobildən düşəndən sonra ətrafa toplaşan şəxslərlə birgə avtobusda olan sərnişinləri və sürücüsünü çıxarıb xəstəxanaya yola salmışdır. Ona sonradan məlum olmuşdur ki, avtobusda olan sərnişinlərdən 3 nəfəri ölmüş, 3 nəfər isə xəsarət almışdır. O, hadisəyə qədər avtomobili 15-20 km/saat sürətlə sola doğru döndərmiş və həmin vaxt sol yan güzgü vasitəsi ilə arxaya baxanda arxadan həmin “Mercedes-Benz Sprinter” markalı avtobusun gəldiyini görməmişdir. Törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə məxsus “Mercedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusu ilə Gəncə-Qazax marşrutu üzrə sərnişin daşımaqla məşğuldur. Onun “B,D,CE” dərəcəli sürücülük vəsiqəsi var. xx.xx.2022-ci il tarixdə təxminən saat 11:50 radələrində 50-60 km/saat sürətlə idarə etdiyi qeyd edilən avtobusu Bakı-Qazax yolu ilə Qazax istiqamətində hərəkət etdirərkən həmin yolun Ağstafa rayonu, Köçəsgər kəndi ərazisindən keçəndə qarşısı ilə eyni istiqamətdə, yolun ona nisbətdə sağ tərəfi ilə “Volvo FM 2MRC3C” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili hərəkətdə olmuşdur. Yük avtomobili aşağı sürətlə və yolun sağ tərəfi ilə hətəkət etdiyi üçün o, avtobusu sola istiqamətləndirib yük avtomobilinin sol tərəfindən keçmək istəyəndə yük avtomobili qəflətən sola dönmə xarici işıq siqnalını yandırıb sola istiqamətlənərək qarşısına keçmişdir. Bu zaman toqquşmadan yayınmaq üçün ayağını tormoza atıb avtobusu sola istiqamətləndirmişdir. Lakin buna baxmayaraq, hərəkət hissənin sol tərəfində avtobusun sağ yan hissəsi ilə yük avtomobilinin sol yan hissəsindən toqquşmuşdur. Toqquşma zamanı ayağı sındığından ətrafa toplaşan şəxslər onu və avtobusda olan sərnişinləri çıxarıb xəstəxanaya yola salmışlar. Tovuz rayonu mərkəzi xəstəxanasında olarkən eşitmişdir ki, baş vermiş hadisə zamanı avtobusda olan üç nəfər sərnişin almış olduğu xəsarətlədən ölmüş, qalan üç nəfər sərnişin isə xəsarət almışdır. Onun hərəkəti üçün təhlükə qeyd edilən yük avtomobilinin qəflətən sola dönmə xarici işıq siqnalını yandırıb sola istiqamətlənərək qarşısına keçdiyi anda yaranmışdır, həmin vaxt arada təxminən 20 metr məsafə olmuşdur. O, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin yaşını nəzərə alaraq onun barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Gəncə şəhərində olarkən Ağstafa şəhərinə getmək üçün avtovağzala gedib sərnişin qismində Gəncə-Qazax marşrutu üzrə işləyən “Mercedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusun sol tərəfindən orta oturacaqda əyləşmişdir. Avtobus Qazax istiqamətində hərəkətdə olarkən təxminən saat 11:50 radələrində Ağstafa rayonu, Köçəsgər kəndi ərazisindən keçəndə qarşıları ilə eyni istiqamətdə, yolun onlara nisbətdə sağ tərəfi ilə aşağa sürətlə “Volvo FM 2MRC3C” markalı yük avtomobili hərəkətdə olmuşdur. Avtobusun sürücüsü, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 yük avtomobilinin sol tərəfindən keçmək istəyəndə yük avtomobili qəflətən sola dönərək qarşılarına keçəndə avtobusun sürücüsü toqquşmadan yayınmaq üçün avtobusu sola istiqamətləndirmiş, lakin buna baxmayaraq yolun sol tərəfində avtobusun sağ yan hissəsi yük avtomobilinin sol yan hissəsindən toqquşmuşdur. Toqquşma zamanı xəsarət aldığı üçün ətrafa toplaşan şəxslər onu və digər sərnişinləri çıxarıb xəstəxanaya yola salmışlar. Xəstəxanada olarkən eşitmişdir ki, baş vermiş hadisə zamanı avtobusda olan üç nəfər sərnişin almış olduğu xəsarətlərdən ölmüş, özündən başqa isə iki nəfər sərnişin isə xəsarət almışdır. Avtobusun sürücüsü hadisəyə qədər avtobusu təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Binəçi oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 11:20 radələrində Ağstafa şəhərinə getmək üçün piyada olaraq kənddən Bakı-Qazax yoluna çıxıb yol kənarında yerləşən “Arzu” şadlıq sarayının qarşısından Gəncə-Qazax marşrutu üzrə işləyən “Mercedes-Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusun arxa oturacağında əyləşmişdir. Avtobus Qazax istiqamətində hərəkətdə olarkən mürgüləməyə başlamış, bu zaman qəflətən toqquşma baş verəndə zərbənin təsirindən əyləşmiş olduğu oturacaqdan ön tərəfə atılmış və xəsarət aldığı üçün huşunu itirmişdir. Ayılanda isə özünü Ağstafa rayon mərkəzi xəstəxanasında palatada görmüşdür. Həmin vaxt o, bilmişdir ki, sərnişini olduğu avtobusla Qazax istiqamətində hərəkətdə olarkən həmin yolun Ağstafa rayonu, Köçəsgər kəndi ərazisindən keçəndə qarşıları ilə eyni istiqamətdə hərəkətdə olan yük avtomobili sağdan sola doğru manevr edib qarşılarına keçdiyi üçün həmin yol-nəqliyyat hadisəsi baş vermişdir. O, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin yaşını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, X11 onun anası olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində anası Mirvari paltar almaq məqsədi ilə evdən çıxıb Tovuz rayonuna getmişdir. Bundan bir qədər sonra, təxminən saat 13 radələrində evdə olduğu zaman mobil telefonuna zəng edilərək anası Mirvarinin avtoqəzaya uğradığı və xəsarət aldığı üçün Qazax rayon X10 aparıldığı bildirilmişdir. Bu xəbəri eşidəndən sonra xəstəxanaya getmiş, lakin xəstəxanaya çatanda anasının öldüyünü bilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, anası Tovuz rayonunda olarkən evə qayıtmaq üçün Gəncə-Qazax marşrutu üzrə işləyən “Mercedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa sərnişin qismində əyləşmiş və hərəkətdə olarkən avtobus Bakı-Qazax yolunun Ağstafa rayonu, Köçəsgər kəndi ərazisindən keçəndə qarşısında sağdan sola doğru dönən “Volvo FM 2MRC3C” markalı yük avtomobili ilə toqquşmuş, nəticədə avtobusda olan sərnişinlərdən anası da daxil olmaqla üç nəfər ölmüşdür. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, X14 onun anası olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində anası Familə evdən çıxıb Tovuz rayonuna getmişdir. Bundan bir qədər sonra, təxminən saat 13 radələrində Qazax rayonunda olarkən mobil telefonuna zəng edilərək anası Familənin avtoqəzaya uğradığı və xəsarət aldığı üçün Ağstafa mərkəzi rayon xəstəxanasına aparıldığı bildirilmişdir. Bu xəbəri eşidən kimi xəstəxanaya getmiş, lakin xəstəxanaya çatanda anasının öldüyü ona məlum olmuşdur. Həmin vaxt bilmişdir ki, anası Tovuz rayonunda olarkən evə qayıtmaq üçün Gəncə-Qazax marşrutu üzrə işləyən “Mercedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa sərnişin qismində əyləşmiş və hərəkətdə olarkən avtobus Bakı-Qazax yolunun Ağstafa rayonu, Köçəsgər kəndi ərazisindən keçəndə qarşısında sağdan sola doğru dönən “Volvo FM 2MRC3C” markalı yük avtomobili ilə toqquşmuşdur. Nəticədə avtobusda olan sərnişinlərdən anası da daxil olmaqla üç nəfər ölmüşdür. O, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsin yaşını nəzərə alaraq onun barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, X23 onun atası olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 12 radələrində Bakı şəhərində olarkən yaxın qohumları ona zəng edərək atası Mayılın avtoqəzaya uğradığı və almış olduğu xəsarətlərdən öldüyü üçün Ağstafa Mərkəzi rayon xəstəxanasına aparıldığını bildirmişlər. Bu xəbəri eşidəndən sonra Qazax rayonuna qayıdıb dəfində iştirak etmiş və yas mərasimində olarkən məlum olmuşdur ki, atası Gəncə şəhərindən Qazax rayonuna qayıtmaq üçün Gəncə-Qazax marşrutu üzrə işləyən “Mercedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa sərnişin qismində əyləşmiş və hərəkətdə olarkən avtobus Bakı-Qazax yolunun Ağstafa rayonu, Köçəsgər kəndi ərazisindən keçəndə qarşısı ilə eyni istiqamətdə hərəkətdə olaraq sağdan sola doğru dönən “Volvo FM 2MRC3C” markalı yük avtomobili ilə toqquşmuşdur. Nəticədə avtobusda olan sərnişinlərdən atası da daxil olmaqla üç nəfər ölmüşdür. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı mülki iddiaçının nümayəndəsi X24 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ağstafa rayonu, Köçəsgər kəndi ərazisindən keçən 450-ci kilometrliyində baş vermiş yolnəqliyat hadisəsi zamanı təmsil etdiyi “Polatyol Yapı Sanayi Ticaret A.Ş.” Azərbaycan Respublikasındakı filialına məxsus “VOLVO FM 2MRC3C” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin əzilməsi nəticəsində filiala maddi zərər dəymişdir, lakin hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir iddia, tələb və şikayətləri olmadığından mülki iddiadan imtina edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Qazax şəhərində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının 2ci kurs tələbəsidir. İkinci növbədə təhsil aldığı üçün hər gün saat 12 radələrində evdən çıxıb marşrutla universitetə gedib-gəlir. xx.xx.2022-ci il tarixdə dərsə getmək üçün saat 11:30 radələrində evdən çıxıb avtovağzala gedərək orada sərnişin qismində Gəncə-Qazax marşrutu üzrə işləyən “Mercedes-Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusun sol tərəfindən dördüncü oturacağında əyləşmişdir. Yolda hərəkət zamanı qəflətən toqquşma baş verəndə huşunu itirmiş, ayılanda üzərində huşsuz vəziyyətdə qadının olduğunu görüb qadını kənara itələmiş, sonra isə ətrafa toplaşan insanlar avtobusun şüşəsini sındırıb onu və digər sərnişinləri çıxarıb xəstəxanaya yola salmışlar. O, avtobusdan yerə düşəndə avtobusun ön sağ hissəsi ilə yük avtomoblinin sol yan hissəsinin toqquşduğunu görmüşdür. Hadisə zamanı yola fikir vermədiyindən hadisənin necə və hansı şəraitdə baş verdiyini görməmişdir. Soradan məlum olmuşdur ki, sərnişini olduğu avtovbusla hərəkətdə olarkən Bakı-Qazax yolunun Ağstafa rayonu, Köçəsgər kəndi ərazisindən keçəndə qarşıları ilə eyni istiqamətdə hərəkətdə olan yük avtomobili sağdan sola doğru manevr edib qarşılarına çıxdığı üçün həmin yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Bakı-Qazax yolunun Ağstafa rayonu, Köçəsgər kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsinin şahidi olmuşdur. Belə ki, hadisə vaxtı o, özünə məxsus “BMW” markalı maşını ilə əks istiqamətdən Tovuz rayonuna gəlirmiş. Həmin vaxt Ağstafa rayonu, Köçəsgər kəndi ərazisində “Mercedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusla “Volvo FM 2MRC3C” markalı yük avtomobili ilə toqquşmuşdur. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Bakı-Qazax yolunun Ağstafa rayonu, Köçəsgər kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsinin şahidi olmuşdur. O, həmin vaxt hadisə yerinə çatanda artıq hadisə baş vermişdi. O, hadisənin baş verdiyi anı görməmişdir. O, çatanda “Mercedes-Benz Sprinter” markalı maşının sürücüsü huşsuz vəziyyətdə maşında idi. Onu maşından çıxartmaq istəyərkən qapı çətinliklə açıldıqdan sonra həmin maşının sahibini maşından çıxartmışdır. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin aparıcı eksperti vəzifəsinə işləyir. Hazırki cinayət işi üzrə verilmiş 06 may 2022-ci il tarixli, 8/1120 saylı ekspert rəyi ona məxsusdur. xx.xx.2022-ci il tarixdə Bakı-Qazax yolunun Ağstafa rayonu, Köçəsgər kəndi ərazisində baş vermiş həmin yol-nəqliyyat hadisəsinin məhkəmə ekspertizası ilə əlaqədar qeyd edir ki, hadisənin mexanizminə əsasən “Volvo FM 2MRC3C” markalı yük avtomobilinin sürücüsü hərəkətdə olduğu yolun sağ kənarından sola doğru dönmə əməliyyatı apararkən Azərbaycan Respublikasının “X33 Qanunu”nun 42-ci maddəsinin 1ci və 6-cı hissəsinin tələblərini pozaraq, yəni arxadan ona nəzərən sol tərəfdən hərəkətdə olan avtomobilə yol vermədən manevr etdiyindən, “X33 Qanun”un pozulmasının qarşısını almaq imkanı olmuşdur. Hadisənin baş vermə mexanizmindən görünür ki, “Volvo FM 2MRC3C” markalı yük avtomobili yolun sağ kənarından dönmə əməliyyatı apararkən arxadan gələn nəqliyyat vasitəsi üçün təhlükə yaradır. Yol-nəqliyyat hadisəsinin məhkəmə ekspertizası zamanı texniki hesablama aparılaraq təhlükə qarşısında qalan nəqliyyat vasitəsinin hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması müəyyən olunur. Baş vermiş həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar “Volvo FM 2MRC3C” markalı yük avtomobilinin texniki hesablamaları aparılarkən onun hadisənin qarşısını almağa texniki imkanının olması nəticəsinə gəlinmişdir. “Mercedes-Benz Spirinter” markalı maşın hadisəyə qədər 50-60 km/saat sürətlə hərəkətdə olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Şahid Sahib Qədirov ifadəsinin davamında göstərmişdir ki, hadisədən sonra “Volvo FM 2MRC3C” markalı yük avtomobilinin istiqamətinin sola doğru olmasının səbəbi həmin avtomobilin toqquşma zamanı sola doğru həkətdə olması ilə əlaqədardır. “Volvo FM 2MRC3C” markalı yük avtomobilinin özünün də toqquşmadan sonra ağırlıq qüvvəsinin sola doğru olması, toqquşma yerinin yolun ortasından 5,2 metr sağda olması və toqquşmadan sonra avtomobillərin dayanma vəziyyətləri “Volvo FM 2MRC3C” markalı yük avtomobilinin hadisədən öncə hərəkətdə olmasına dəlalət edir. Avtomobillərin kontakt hissələri, toqquşma sahəsi, toqquşmadan sonra yolun orta hissəsində olması “Volvo FM 2MRC3C” markalı yük avtomobilinin yolun sağ kənarından sola doğru hərəkətdə olmasını təsdiq edir. Həmçinin onu da bildirir ki, toqquşma nəticəsində güclü dinamik zərbə yaranır. Bu zaman avtomobildə sürət ölçən şkalanın yerini dəyişə bildiyindən hadisədən sonra “Mercedes-Benz Sprinter” markalı avtomobildə sürət ölçən şkalanın 80 km/saat sürət həddində qalması həmin “X30” markalı mikroavtobusun hadisəyə qədər 80 km/saat sürətlə hərəkətdə olmasını əks etdirməyə bilər. Həmin nəqliyyat vasitələrinin hərəkət istiqaməti, toqquşma yerinədək qət etdiyi məsafə, hadisə yerinin sxemi, fotoşəkillər “Volvo FM 2MRC3C” markalı yük avtomobilinin hadisə zamanı hərəkətdə olmasını rəsdiq edir. Həmçinin toqquşmadan sonra qalan izlər, toqquşmadan sonra nəqliyyat vasitələrinin dayanma vəziyyəti də onu xarakterizə edir ki, “Volvo FM 2MRC3C” markalı yük avtomobili hadisə vaxtı hərəkətdə olmuşdur. Eyni zamanda hadisə yerinin sxemindən də görünür ki, toqquşmadan sonra “Volvo FM 2MRC3C” markalı yük avtomobilinin hərəkəti istiqamətində toqquşma yerinə nəzərən sola doğru yerdəyişməsi olub və bu həmin nəqliyyat vasitəsinin hərəkətdə olmasını təsdiq edir. Əgər “Volvo FM 2MRC3C” markalı yük avtomobili hadisədən öncə dayanmış vəziyyətdə olsa idi, toqquşma ilə bağlı yaranmış fiziki qüvvə həmin avtomobili düzünə və ya sağa doğru itələməli idi. Toqquşmadan sonra avtomobilin hərəkəti istiqamətində, yəni dönmə istiqamətində dayanması onu sübut edirki, “Volvo FM 2MRC3C” markalı yük avtomobili hərəkətdə olan zaman toqquşma baş verib. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ağstafa rayonu, Köçəsgər kəndi ərazisindən keçən 450-ci km-dir. Hadisə yerində maksimum sürət həddi 60 km/saat sürətdir. Hadisə yerində yol bir tərəfli olmaqla iki hərəkət istiqamətindən ibarətdir. Hadisə yerində yolun Qazax istiqamətindən Bakı istiqamətinə qayıtmaq üçün yolun orta hissəsində yol ayırıcı var və həmin yerə 5.11.1 yol nişanı quraşdırılmışdır. Hadisə yerində yolun Qazax istiqamətindəki hərəkət hissənin eni 13,2 metr, həmin istiqamətdəki yol çiyninin eni isə 3 metdir. Burada “Mercedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusla “Volvo FM 2MRC3C” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşmuşdur. Hər iki nəqliyyat vasitəsi toqquşmadan sonra yolun orta hissəsində olan yol ayırıcısının üzərində biri-birinə bitişmiş vəziyyətdə dayanmış, “Mercedes-Berz Sprinter” markalı avtobusun sağ yan, “Volvo” markalı yük avtomobilinin isə sol yan hissəsi əzilmişdir. Mercedes-Benz Sprinter markalı avtobusun sürət ölçən cihazının şkalası 80 km/saat sürətin üzərində ilişib dayanmışdır. Toqquşma yolun Qazax istiqamətindəki hərəkət zolağının üzərində, sağdan sola doğru 8 metr, soladan sağa doğru isə 5,2 metr məsafədə yerləşir. Toqquşma yerində asflat örtükdə cırılma izləri qalmışdır. Hadisə yerinə baxış zamanı hər hansı bir tormoz izi aşkar edilmədi (iş vərəqə: cild İ, səh. 5-22). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılarkən həmin istintaq hərəkəti zamanı müəyyən edilmişdir ki, sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyat nişanlı avtobusu Qazax istiqamətində hərəkət etdirərkən həmin yolun Ağstafa rayonu, Köçəsgər kəndi ərazisindən keçəndə qarşısı ilə eyni istiqamətdə, ona nisbətdə yolun sağ tərəfi ilə aşağı sürətlə hərəkət edən “VOLVO” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sol tərəfindən keçmək istəyəndə yük avtomobili qəfildən sola doğru istiqamətlənib onun qarşısına keçməklə hərəkəti üçün təhlükə yaratdığı anda idarə etdiyi avtobusla toqquşma yerinin arasında 20 metr məsafə olmuşdur. Həmçinin “VOLVO” markalı yük avtomobili sola doğru istiqamətləndiyi andan toqquşma yerinə kmi 4 metr məsafə qət etmişdir (iş vərəqə: cild İ, səh. 124-134). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur (iş vərəqə: cild İ, səh. 24). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 06 nömrəli rəyindən görünür ki, X15 meyiti üzərində müəyyən edilmiş xəsarətlər- qarnın qapalı travması, qaraciyərin cırılmış yarası, kəskin qanaxma, sağ budun aşağı 1/3-nin qapalı, sol tərəfli 3-4-5-6-cı, sağ 4-5-ci qabırğaların sınığı, sağ almacıq nahiyəsinin əzilmiş, alt çənənin sağ alt səthində çapılmış yaralar küt əşyaların təsirindən törənmişdir, həmin xəsarətlər hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, X15 ölümü qarının qapalı travması zamanı qaraciyərin cırılmış yarası, daxili qanaxma, travmatik və hemoragik şok nəticəsində baş vermişdir. 4157/K saylı aktdan görünür ki, X3 spirtli içki və narkotik vasitə qəbul etməmişdir (iş vərəqə: cild İ, səh.138-139). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 07 nömrəli rəyindən görünür ki, X7 meyiti üzərində müəyyən edilmiş xəsarətlər- başın ağır küt travması, qapalı kəllə beyin travması, sol alın sümüyünün sınığı, sol alın nahiyəsinin, sol alt çənənin əzilmiş yaraları, eynək simptomu, sol dirsək nahiyəsinin və sağ bilək nahiyəsinin sıyrılmış yaraları küt əşyaların təsirindən törənmişdir, hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, X7 ölümü beynə qansızma və ödem nəticəsində baş vermiş mərkəzi tipli ağciyər-ürək çatışmamazlığı olmuşdur. 1163/K saylı aktdan görünür ki, X2 spirtli içki və narkotik vasitə qəbul etməmişdir (iş vərəqə: cild İ, səh. 140-141). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 08 nömrəli rəyindən görünür ki, X5 meyiti üzərində müəyyən edilmiş xəsarətlər- qarının qapalı travması, qaraciyərin cırılmış yarası, kəskin daxili qanaxma, sağ bazunun aşağı 1/3-nin qapalı sınığı və sağ 2-3-4-5-6-7-8-9-cu qabırğaların sınığı, sağ körpücükaltı nahiyənin qançırı küt əşyaların təsirindən törənmişdir, hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, X5 ölümü qarının qapalı travması zamanı qaraciyərin cırılmış yarası, daxili qanaxma, travmatik və hemoragik şok nəticəsində baş vermişdir. 4157/K saylı aktdan görünür ki, X1 spirtli içki və narkotik vasitə qəbul etməmişdir (iş vərəqə: cild İ, səh. 142- 143). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 204 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol tərəfli 4-5-ci bel fəqərələrinin yan çıxıntıların yerdəyişməli sınığı küt əşyanın təsirindən törənmişdir, xx.xx.2022-ci ildə hərəkətdə olan mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir (iş vərəqə: cild İ, səh. 145). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 205 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ diz qapağı sümüyünün qəlpəli qapalı sınığı, diz oynağının hemartrozu, ön səthinin çapılmış yarası küt əşyanın təsirindən törənmişdir, xx.xx.2022-ci ildə hərəkətdə olan mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir (iş vərəqə: cild İ, səh. 146). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 206 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 Binəçi oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ baldır sümüklərinin yuxarı 1/3-nin, sağ tərəfli 8-9-10-cu qabırğaların yerdəyişməli sınığı, sağ alın nahiyəsinin çapılmış yarası küt əşyanın təsirindən törənmişdir, xx.xx.2022-ci ildə hərəkətdə olan mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir (iş vərəqə: cild İ, səh. 147). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/1120 nömrəli rəyindən görünür ki, “Volvo FM 2MRC3C” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X33» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissələrinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Mercedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «X33» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Toqquşma nəticəsində “Mercedes-Benz Sprinter” markalı mikroavtobusun məruz qaldığı güclü dinamik zərbə nəticəsində “Mercedes-Benz Sprinter” markalı mikroavtobusun sürətölçən cihazının şkalası yerini dəyişə bildiyindən hadisədən sonra şkalanın 80 km/saat sürət həddində qalması həmin “Mercedes-Benz Sprinter” markalı mikroavtobusun hadisəyə qədər 80 km/saat sürətlə hərəkətdə olmasını əks etdirməyə bilər (iş vərəqə: cild İ, səh. 163-167). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 213-214). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqə: cild İ, səh. 77). Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BDYPİ-nin Tovuz rayonu RQİ və TBŞ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 016-361 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək AC-621704 nömrəli “BCD” dərəcəli sürücülük vəsiqəsi verilmiş və adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur (iş vərəqə: cild İ, səh. 72). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınmaya dair qərardan görünür ki, “Volvo FM 2MRC3C” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmaqla “Mercedes-Benz Sprinter” markalı, **- EE-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1, “Volvo FM 2MRC3C” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə saxlanlması üçün sahibi “X41 və Ticaret A.Ş” Azərbaycan Respublikasındakı filialına qaytarılmışdır (iş vərəqə: cild İ, səh. 179-180). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli sübutlara hüquqi qiymət verilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs1 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanması rədd edilmişdir (iş vərəqə: cild İ, səh. 169-176). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının X35 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonunun X35 Ərazi Dairəsində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır (iş vərəqə: cild İ, səh. 160). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 Binəçi oğlunun ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur və təqsirləndirilən şəxslə barışmışdır (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və heç bir şikayət və tələbi yoxdur (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X16 ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının X35 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xasiyytənaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh. 161). Cinayət işinin materiallarına əlavə edilmiş “X42 və ticarət A.Ş.” Azərbaycan Respublikasındakı filialının xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh. 162). Cinayət işinin materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Şəmkir Rayon Şöbəsindən verilmiş 059580 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X20 əlildir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs digər oğlu X21 xx.xx.2022-ci ildə ölmüşdür (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının X35 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində doqquz nəfər ailə üzvləri – üçüncü qrup əlil oğlu və onun üç azyaşlı uşaqları, ölən oğlunun iki azyaşlı uşaqları və digər ailə üzvləri Təqsirləndirilən şəxs himayəsindədirlər (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan üç nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslərlə və zərər çəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə edilməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin oğlunun əlil olmasına görə onun özünün və azyaşlı uşaqlarının, həmçinin digər oğlunun ölməsi nəticəsində sonuncunun da azyaşlı uşaqlarının və onların ailə üzvlərinin onun himayəsində olmasını və Təqsirləndirilən şəxs həmin ailənin yeganə qazanc gətirəni olmasını, əməlindən səmimi peşmanlığını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməlinin təqsirin ehtiyatsızlıq formasına aid olmasını nəzərə alır və törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları (onun yaşını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə və iş yeri üzrə müsbət xarakterizə olunmasını), onun zərər çəkmiş şəxslərlə və zərər çəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini, zərər çəkmiş şəxslərin və zərər çəkmiş şəxslərin hüquqi varislərinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmamasını, təqsirləndirilən şəxsin ağır sosial ailə vəziyyətini- oğlunun əlil olmasına görə onun özünün və azyaşlı uşaqlarının, həmçinin digər oğlunun ölməsi nəticəsində sonuncunun da azyaşlı uşaqlarının və onların ailə üzvlərinin onun himayəsində olmasını və təqsirləndirilən şəxsin həmin ailənin yeganə qazanc gətirəni olmasını, onun əməlindən səmimi peşmanlığını və təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində olan həmin yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsini qanuni, əsaslı və məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, onun haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri isə hökm icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə və həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. İş üzrə çıxarılan hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar “Mercedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1, “Volvo FM 2MRC3C” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sahibi “X41 və Ticaret A.Ş” Azərbaycan Respublikasındakı filialına qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - “Mercedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1, “Volvo FM 2MRC3C” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sahibi “X41 və Ticaret A.Ş” Azərbaycan Respublikasındakı filialına qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-341/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-341/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver