Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-341/2025 03.11.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər MəhkəməsininhakimiMüslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və İmanov Dadaş Yaşar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndəq Xaləddin oğlunun iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında xx.xx.2002-ci ildə Goranboy rayonu Balakürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, Goranboy rayonu Balakürd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilərək Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilətəqsirləndirilməsinə dair cinayət işinəbaxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayının dəqiq məlum olmayan günündə, saat 16 radələrində həmkəndlisi xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs atası Sadiqin onu çağırması bəhanəsi ilə aldadaraq Goranboy rayonu Balakürd kəndində yerləşən X7ma məxsus yaşayış olmayan fərdi yaşayış evinin həyətinə aparıb orada öz cinsi istəyini təmin etmək məqsədilə Zərərçəkmiş şəxs qollarından tutaraq zor tətbiq etməklə gərginləşmiş cinsiyyət orqanını sonuncunun iradəsinə zidd ayaqlarının arasına zorla sürtərək cinsi ehtirasını təmin etməklə, zor tətbiq edib on dörd yaşma çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan sonra o, təkrarən 2024-cü ilin iyun ayının istintaqa dəqiq məlum olmayan günündə, saat 18 radələrində xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs özünün Goranboy rayonu Balakürd kəndində yerləşən evinə aparıb orada öz cinsi istəyini təmin etmək məqsədilə Zərərçəkmiş şəxs qollarından tutaraq zor tətbiq etməklə gərginləşmiş cinsiyyət orqanını sonuncunun iradəsinə zidd ayaqlarının arasına zorla sürtərək cinsi ehtirasını təmin etməklə, zor tətbiq edib təkrarən on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin iyun ayında istintaqa dəqiq məlum olmayan gündə, saat 15 radələrində xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs həyətə xoruz keçməsi bəhanəsi ilə aldadaraq Goranboy rayonu Balakürd kəndində yerləşən X7ma məxsus yaşayış olmayan fərdi yaşayış evinin həyətinə aparıb orada öz cinsi istəyini təmin etmək məqsədilə Zərərçəkmiş şəxs qollarından tutaraq zor tətbiq etməklə sonuncunun iradəsinə zidd gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs ayaqlarının arasına zorla sürtərək öz cinsi ehtirasını təmin etməklə zor tətbiq edib təkrarən on dörd yaşma çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin iyul ayının istintaqa dəqiq məlum olmayan günündə, saat 14 radələrində Goranboy rayonu Balakürd kəndində yerləşən özünün yaşadığı fərdi yaşayış evinin həyətindəki hamam otağında öz cinsi istəyini təmin etmək məqsədilə xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ağzından tutaraq zor tətbiq etməklə sonuncunun iradəsinə zidd gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs ayaqlarının arasına zorla sürtərək öz cinsi ehtirasını təmin etməklə zor tətbiq edib təkrarən on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin iyul ayının istintaqa dəqiq məlum olmayan günündə, saat 15 radələrində Goranboy rayonu Balakürd kəndində yerləşən özünün yaşadığı fərdi yaşayış evinin həyətindəki hamam otağının yanında yerləşən kolluqda öz cinsi istəyini təmin etmək məqsədilə xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ağzından tutaraq zor tətbiq etməklə sonuncunun iradəsinə zidd gərginləşmiş cinsiyyət orqanım Zərərçəkmiş şəxs ayaqlarının arasına zorla sürtərək öz cinsi ehtirasını təmin etməklə zor tətbiq edib təkrarən on dörd yaşma çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən 19 avqust 2024-cü il tarixdə saat 18 radələrində Goranboy rayonu Balakürd kəndində yerləşən X8 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən ağaclıqda öz cinsi istəyini təmin etmək məqsədilə xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs zor tətbiq etmək hədəsi ilə hədələyib sonuncunun iradəsinə zidd gərginləşmiş cinsiyyət orqanım Zərərçəkmiş şəxs ayaqlarının arasına zorla sürtmüş və cinsiyyət orqanını sonuncunun anus dəliyinə yeritməklə öz cinsi ehtirasını təmin edərək zor tətbiq edib təkrarən on dörd yaşma çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünütəqsirli bilməyərək ifadəsində göstərmişdir ki,o, şahidlərin də dediyi kimi Mehmanın yanına getdiyini bildirmişdir. Yolda gedərkən Aminin velosipedlə hərəkət etdiyini gördüyünü demişdir. Sahənin suyu yolu palçıq etmişdir. Ona “yolun kənarında gözlə, gəlirəm” dediyini qeyd etmişdir.Arzunun sonradan ona Aminin özünə söydüyünü dediyini, lakin bununla bağlı əvvəldən məlumatının olmadığını bildirmişdir. Amin velosipedlə gedirmiş, o isə onun yanında piyada getmişdir.Goranboy Rayon Polis Şöbəsində ekspertin onun ayağında qızartı olduğunu bildirdiyini, daha sonra başqa rəy verildiyini demişdir. Uşağın niyə onu təqsirləndirdiyini anlamadığını, Zülfiqar adlı müstəntiqin sənədlərdə çox şey yazdığını, lakin uşağın ifadəsində yalnız iki məsələni çətinliklə danışdığını bildirmişdir.Onunla bağlı pul tələb edildiyini, “pul verəcəksən, sənin işini CM-nin 152.2-ci maddəsi ilə bağlayacağam” deyildiyini qeyd etmişdir. Uşağın adını niyə çəkdiyini anlamadığını, onunla heç bir problemin olmadığını demişdir.Məhkəməyə çıxanda şikayət etmədiyini bildirmişdir. Gəncə türməsində yoxlanarkən ona döyülüb-döyülmədiyi soruşulduğunu, Goranboy Rayon Polis Şöbəsində döyüldüyünü dediyini bildirmişdir. Dediklərinin orada yazılıb-yazılmadığını bilmədiyini, təcridxanada şəklinin çəkildiyini və gözündəki ləkənin həmin şəkilə düşdüyünü qeyd etmişdir.Mehmanın yanına getdiyi vaxtın saat 5-dən sonra olduğunu, Amini görəndə onun məşqdən çıxmaqda olduğunu, məşqə velosipedlə gəldiyini, Mehmanın yanına gedərkən velosipedi özünün sürdüyünü demişdir. Mehmanın yanından qayıdarkən Aminin yolun kənarında dayandığını, Arzugilləri isə yolun başında gördüyünü bildirmişdir.Arzu ilə olan söhbətlərin Mehmanın yanında olduğu zaman baş verdiyini, lakin hadisənin necə baş verdiyini bilmədiyini qeyd etmişdir. Aminin bir dəfə evdə yatarkən pəncərənin qabağından siqaret götürdüyünü, ona “atan deyir ki, ona siqaret verməyin” dediyini söyləmişdir.Ona fiziki təsir göstərildiyini və ifadəsini həmin təsir altında verməsinin istənildiyini bildirmişdir. Eyni videonun 4-5 dəfə təkrar çəkildiyini, məhkəməyə gedərkən ona hədə-qorxu gəldiyini, “heç kimə heç nə demə, yenə bura qayıdacaqsan” deyildiyini qeyd etmişdir.Müstəntiqin prokurora “ürəyi ağrıyır, gözü ona görə göyərib” dediyini, onun isə bu barədə heç nə demədiyini bildirmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsqismində dindirilmişyetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki,O, məhlədə oynadığını, daha sonra dostu Nihatgilə getdiyini, evə daxil olanda içəridə heç kimin olmadığını gördüyünü bildirmişdir. Bu vaxt arxasından çıxan şəxsin onu itələdiyini, şalvarını aşağı endirərək ona pis hərəkətlər etdiyini demişdir.Hadisənin yay aylarında baş verdiyini, həmin şəxsin şalvarını aşağı endirərək cinsiyyət orqanını onun ayaqları arasına sürtdüyünü və “heç kimə demə” dediyini ifadə etmişdir. Dostu Nihatgilə getdiyini, arxasından gəlib onu tutaraq digər evə saldığını, yerə yıxaraq üstünə uzandığını bildirmişdir.O, həmin şəxsin onu köhnə, yiyəsiz evə apardığını və orada da eyni hərəkətləri iki dəfə təkrarladığını demişdir. Heç kimə bu barədə danışmadığını, həmin şəxsin “kiməsə desən səni öldürəcəyəm” dediyini bildirmişdir.Əvvəllər münasibətlərinin yaxşı olduğunu, məşqə getdiyini, lakin həmin şəxsin bir dəfə məşqə gəldiyini demişdir. Velosiped sürdüyü zaman həmin şəxsin boynundan tutaraq onu məhləyə saldığını, orada yenidən pis hərəkətlər etdiyini ifadə etmişdir. Qışqırdığını, Arzunun gəldiyini, onun hadisəni gördüyünü və atasına zəng etdiyini bildirmişdir.Atasına həmin şəxsin ona pis hərəkətlər etdiyini dediyini, Yevlaxda ekspertiza olunduğunu və orada azca qızartı aşkar edildiyini demişdir.O, cinsi orqanın daxil olmadığını, yalnız sürtünmə olduğunu qeyd etmişdir. Siqaretdən bir dəfə istifadə etdiyini, hadisə vaxtı məşqdən saat 14:00 radələrində çıxdığını və hadisənin elə həmin vaxt baş verdiyini bildirmişdir.Məşqdə üç nəfər daha olduğunu, müəllimin onu tez buraxdığını, həmin şəxsin isə arxasınca qaça-qaça gəldiyini, qışqırdığı anda Əli ilə Arzunun onu gördüklərini və atasına xəbər verdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndəq Xaləddin oğlu ifadəsində göstərmişdir ki, 0, hadisə günü axşam saat 6–7 radələrində atasına zəng gəldiyini bildirmişdir. Atasına zəng edən şəxsin nəvəsi ilə Nicatın yiyəsiz evdə pis hərəkətlər etdiklərini dediyini, bu zaman həmin zəngi özü də eşitdiyini demişdir.Arzuya zəng etdiyini və həmin vaxt oğlunun evə gəldiyini, Arzunun telefonda oğlunun harada olduğunu soruşduğunu, özünün isə “evdədir” cavabını verərək and içdiyini bildirmişdir. Arzunun ona “oğlun qonşun Nicatla yiyəsiz evdə pis hərəkətlər edir” dediyini ifadə etmişdir.Arzu ilə sağollaşdıqdan sonra çölə çıxdığını, məsələ böyüməsin deyə üç dəfə Nicata, onun dayısına və anasına zəng etdiyini, daha sonra atalığı Sadiqə də zəng etdiyini, onun isə “bizlik bir iş yoxdur, nə istəyirsənsə et” dediyini bildirmişdir.Hadisə barədə uşağa atasının (yəni öz atasının) sual verdiyini, lakin özünün utandığı üçün soruşmadığını, uşağa həyat yoldaşının sual verdiyini demişdir. Oğlunu ağlaya-ağlaya məşqə göndərdiyini, onların kəndin kənar hissəsində yaşadıqlarını, oğlunun Nicatdan qorxduğunu dediyini ifadə etmişdir.Nicatın kənddə yaşayanlara söz çıxmasın deyə üç dəfə zəng etdiyini, lakin zənglərinə cavab verilmədiyini bildirmişdir. Dayısına, anasına və atalığına da zəng etdiyini, onlardan da cavab almadığını demişdir. Müstəntiqə “şikayətçi deyiləm” dediyini, lakin cavab verilmədiyini bildirmişdir. Ekspertizadan qayıtdıqdan sonra ondan şikayəti geri götürməsini istədiklərini, Arzu ilə danışarkən oğlunun evə gəldiyini, üzünün və paltarlarının pis vəziyyətdə olduğunu bildirmişdir. Həyat yoldaşının uşağa “ağrın varmı?” deyə soruşduğunu, onun da “azca ağrım var” dediyini demişdir. Zəng etmə məqsədinin məsələni danışıb yoluna qoymaq istəyi olduğunu, kənd yerində bu hadisənin biabırçılıq sayıldığını qeyd etmişdir.Kənd camaatının bilməməsi üçün məsələni sakit həll etmək istədiyini, gəlib danışsaydılar, bağışlayacağını bildirmişdir. Heç bir şikayət və tələbinin olmadığını, atasının da “qohumuq, şikayəti geri götür” dediyini demişdir. Ekspertin “sürtünmə olub” dediyini, bundan sonra özünü pis hiss etdiyini və Mingəçevirə həkimə aparıldığını bildirmişdir. Hadisə barədə Arzunun ona dediyini, Əlinin isə heç nə demədiyini qeyd etmişdir. Atasının Arzudan soruşduğunu, onun da “şalvarını aşağı çəkib, sürüyərək aparıb, qışqıranda mən və Əli görmüşük” dediyini ifadə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun maşını Goranboyda tutulmuş, Qızılhacılıdan piyada yolun kənarı ilə geri qayıtmışdır. Qayıdarkən yolun kənarında Amin və Nicatı görmüşdür. Təxminən beş kilometrlik məsafə olmuşdur. Aminə “neynirsən burda?” deyə soruşmuş, Amin isə “heçnə” cavabını vermişdir. O, Aminə “yığıb babana deyəcəyəm” dediyini, Aminin isə “demə” dediyini, lakin “yox, deyəcəyəm, sən məni saymırsan” söylədiyini bildirmişdir. Hadisə axşam saat 6-7 radələrində baş vermişdir.Babası ilə əlaqə saxlayaraq “nəvən hardadır?” deyə soruşmuş, babası isə “bilmirəm, küçədə ya da evdə olar” cavabını vermişdir. Daha sonra atasına zəng edərək “sənin oğlun bu saatda, bu adamın yanında nə edir?” demişdir. Aminin bundan sonra velosipedi sürüb getdiyini bildirmişdir. O, Xaləddinə zəng edərək nəvəsinin harada olduğunu və bu saatda küçədə nə gəzdiyini soruşmuşdur. Aminin ona qarşı nalayiq söz işlətdiyi üçün əsəbiləşib zəng etdiyini, lakin söyüşlə bağlı heç nə demədiyini qeyd etmişdir. Heç nə görmədiyini, lakin asfaltın kənarında Nicatın da olduğunu təsdiqləmişdir. Həmçinin, “Amin pis işlə məşğuldur” ifadəsini işlətmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Arzu və o, Qızılhacılıdan gələn zaman maşın tutulmuş və Goranboy Rayon Polis Şöbəsinə aparılmışdır. Onlar şöbədən qayıdarkən kəndin başında, birinci döngədə Nicat və Amini asfaltın kənarı ilə gedən halda görmüşdür. Həmin vaxt Amin velosipedin üzərində, Nicat isə onun yanında olmuşdur. Arzu onları dayandıraraq Aminə “gecə vaxtıdır, nə edirsən yolun kənarında? Maşın vurub apara bilər” demiş, daha sonra isə “zəng vurub atangilə deyəcəyəm” söyləmişdir. Bu sözlərdən sonra Amin Arzuya söymüş, Arzu isə söyüşdən sonra Aminin babasına zəng edərək “sənin oğlun gecə vaxtı asfaltın kənarındadır” demişdir. Əlavə olaraq bildirmişdir ki, Amin söyüş söydüyü üçün Arzu zəng etmiş, başqa heç bir qeyri-adi hal baş verməmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisənin təxminən avqust ayında baş verdiyini, həmin vaxt sahədə olduğunu bildirmişdir. Nicatın ona zəng edərək “gəlirəm yanına” dediyini, onun isə “gələndə kola alıb gətirərsən” cavabını verdiyini demişdir. Nicatın kolanı gətirib sahənin başına qoyduğunu, sonra gedib Nicatın üzünü görmədiyini bildirmişdir. Sahənin kənddən elə də uzaqda olmadığını, hadisənin saat təxminən 3-4 radələrində baş verdiyini demişdir. Nicatın tutulması barədə sonradan eşitdiyini və ona “uşaqla bağlı hadisə olub” deyildiyini bildirmişdir. Nicatın yanına niyə gəldiyini bilmədiyini, onun sadəcə “gəlirəm” deyərək zəng etdiyini demişdir. Həmin vaxt ***-***-**-** nömrəsindən istifadə etdiyini qeyd etmişdir. Axşam qohumu ilə işə gedəcəyini, Mehmanın isə həmin sahədə olduğu üçün ona zəng edib əlaqə yaratdığını bildirmişdir.Mehmanın yanına Aminlə getdiyini, Aminin kənarda dayandığını, özünün isə kolanı verib qayıtdığını demişdir. Onların idmandan çıxdıqdan sonra getdiklərini, Arzugilin Amini, Mehmanın yanına gedib gəldiyi müddətdə gördüklərini bildirmişdir. Aminin məşqdən çıxarkən bir yerdə getmədiklərini, özünün evə doğru getdiyini, Nicatın isə arxasınca qaça-qaça gəldiyini ifadə etmişdir. Mehmanın olduğu yeri tanımadığını demişdir.Aminin onunla cinsi əlaqədə olduğunu, lakin Arzugilin bunu görüb-görmədiyini bilmədiyini bildirmişdir. Əvvəllər qəlyan çəkdiyini, lakin siqaret çəkmədiyini, Aminin siqaret çəkdiyini və ondan da siqaret aldığını demişdir.Nicatın əlində kola görmədiyini, həmin vaxt arxası üstə uzandığını, Nicatın isə paltarının önünü aşağı çəkərək onun üzərinə uzandığını demişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki,o, hadisə zamanı Arzunun adının hallandığını və bu səbəbdən onunla görüşərək hadisənin necə baş verdiyini soruşduğunu bildirmişdir. Arzunun ona “mən onları o şəkildə gördüyümü deməmişəm” dediyini qeyd etmişdir.Arzunun “telefonumu Zülfüqar müəllimin qarşısına qoydum, amma telefon danışıqlarına baxılmadı” dediyini bildirmişdir. Zərərçəkmiş şəxsin atasının onlara gələrək övladının həkim tərəfindən yoxlandığını dediyini ifadə etmişdir.O, ekspert baxışından sonra evdə uşağa baxmadığını, yalnız həkimin yanında baxıldığını bildirmişdir. Həkimin “sürtünmə olub” dediyini qeyd etmişdir. Hadisəni başqa kimin gördüyünü bilmədiyini, Arzunun da bunu dediyini və uşağın da təsdiqlədiyini bildirmişdir.Uşağın bədəninə baxmadığını, həyat yoldaşının baxıb-baxmadığını da bilmədiyini ifadə etmişdir. Həyat yoldaşının uşağın üzərində qızartı gördüyünü, lakin özünün bunu görmədiyini demişdir.O, hadisə zamanı Nicatın onun ağzını tutaraq qışqırmamasını istədiyini də əlavə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki,o, bir dəfə Aminin küçəyə çıxdığını, nə qədər çağırsa da cavab vermədiyini bildirmişdir. Sonra Nicatın bibisinin ona “Nicat və Amin bir yerdədir” dediyini qeyd etmişdir. Təxminən on dəqiqə sonra Aminin qonşunun məhləsindən çıxdığını, ondan nə baş verdiyini soruşanda Aminin “Nicat məni çəpərdən digər tərəfəatıb” dediyinibildirmişdir.Amininhəminvaxtəllərininəsdiyini, bu hadisənin əsas hadisədən təxminən bir ay əvvəl baş verdiyini demişdir. Onlara bu məsələni Arzunun zəng edib dediyini, əvvəlcə qayınatasına zəng etdiyini, sonra yoldaşının Arzuyazəngvurduğunubildirmişdir.Yoldaşının “Nicatıtapaq” dediyini, lakin heç yerdə tapa bilmədiklərini demişdir. Aminin “bu hərəkəti mənə bir neçə dəfə edib, siqaret verəcəyəm, qarşılığında bunu edim” dediyini qeyd etmişdir.Uşağı ekspertizaya apardıqlarını, ekspertin “uşağın bədənində qızartılar var, lakin cinsi əlaqə olmayıb” dediyini bildirmişdir. Özünün uşağa baxmadığını, uşağın əvvəllər baş verən hadisələr zamanı qorxduğu üçün demədiyini ifadə etmişdir.Ekspertizaya uşağı özü ilə birlikdə apardığını, qan ləkəsi görmədiyini demişdir. Arzunun bu məsələni onlara telefonda dediyini, bundan sonra Aminin hadisəni etiraf etdiyini bildirmişdir.Mingəçevir şəhərində ekspertin “cinsi əlaqə olmayıb, amma qızartılar var” dediyini qeyd etmişdir. Arzunun onlara zəng etdikdən sonra Nicatın dayısına da zəng etdiyini, Mehmanın yanına kola verməyə getmədiklərini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki,o, Arzunun ona zəng edərək “nəvən burada pis işlərlə məşğuldur, danlamışam, göndərmişəm, gəlir” dediyini bildirmişdir. Aminin gələndə üzərinin toz-torpaq içində olduğunu demişdir.Arzunun həmin vaxt Aminin dayısına da zəng etdiyini, lakin ona da nə baş verdiyini demədiyini bildirmişdir. Uşağın ona baş verənləri danışdığını demişdir.Amini soyundurub baxmadığını, lakin ekspertizaya gedən zaman onunla birlikdə getdiyini ifadə etmişdir. Mingəçevirə gedəndə Aminin stolda olduğunu və ona iynə vurulduğunu gördüyünü bildirmişdir. Həkimin yoxlamadan sonra “qızartı var” dediyini, həmin qızartını özünün də gördüyünü, lakin qan görmədiyini qeyd etmişdir.Arzunun ona Aminin nə işlə məşğul olduğunu demədiyini bildirmişdir. Aminin Nicatın onunla yaxınlıq etdiyini dediyini ifadə etmişdir. Ondan soruşduqda, zorlama halının bir dəfə olduğunu dediyini demişdir.Arzunun ona zəng edərək Aminin harada olduğunu soruşduğunu, lakin Aminin ona söydüyünü demədiyini, sadəcə “pis işlərlə məşğuldur” dediyini qeyd etmişdir. Aminin Nicatın onu zorladığını bildirdiyini demişdir.Aminin kiminsə təsiri altında olduğunu demədiyini, babasına bu hadisənin bir dəfə baş verdiyini dediyini, utandığı üçün bunu belə söylədiyini bildirmişdir. Nicatın onu zorladığı zaman penis daxil olmadığını, zorlama halının 4-5 dəfə baş verdiyini, lakin utanaraq babasına bir dəfə olduğunu dediyini ifadə etmişdir.Arzunun nəvəsini danlayaraq evə göndərdiyini dediyini, ona “pis işlə məşğuldur” söylədiyini bildirmişdir. Arzunun Aminin ona söydüyünü demədiyini də qeyd etmişdir.O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6ifadəsində göstərmişdir ki,o, məşqinin saat 4-də başladığını bildirmişdir. Məşq başladıqdan təxminən 10 dəqiqə sonra Nicatın zala gəldiyini, ondan nə etdiyini soruşduqda, sadəcə məşqə baxdığını dediyini qeyd etmişdir. Təxminən bir dəqiqə sonra Nicata məşqə mane olduğunu bildirib onu zaldan çıxartdığını demişdir. Həmin vaxt onun əlindəki salofan torbada kola olduğunu görmüşdür.Məşqin 6-nın yarısında bitdiyini, daha sonra uşaqları buraxdıqdan sonra özü də onların arxasınca çıxdığını bildirmişdir. Növbəti məşq günü Aminin dərsə gəlmədiyini gördükdə, onun ailəsi ilə əlaqə saxladığını və Aminin uşaqlarla dalaşdığını, dava zamanı uşaqların onu vurduğunu, bu səbəbdən də məşqə gələ bilməyəcəyinin bildirildiyini qeyd etmişdir.Bundan başqa heç nə bilmədiyini, uşaqları saat 6-nın yarısı buraxdığını, Nicatın isə zala saat 5-ə 5-10 dəqiqə işləmiş gəldiyini demişdir. Nicatın həmin vaxt ot bağlatmağa getdiyini və suyu ora apardığını söylədiyini bildirmişdir.Aminin məşqə velosipedlə gəldiyini, təxminən 10 gün sonra yenidən məşqə gəlməyə başladığını demişdir. Nicatın isə zala ilk dəfə gəldiyini, həmin vaxt içkili görünmədiyini, zala gəldiyini və çıxandan sonra onu yolun kənarında gördüyünü bildirmişdir.Zala gələn zaman Nicatın əlində nəsə olub-olmadığını xatırlamadığını, buna fikir vermədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, Nicatın Samuxda yaşadığını, daha sonra Goranboya yeni köçdüyünü bildirmişdir. Hadisələrin baş verdiyi zaman Nicatın şöbədə döyüldüyünü demişdir. Nicatı müstəntiq Zülfüqar adlı şəxsin döydüyünü bildirmişdir. Nicatın həmin gün restoranda işləməsinə dair hər hansı sənədin olmadığını qeyd etmişdir. Zülfüqar adlı şəxsin Nicatın ifadəsini videoda göstərdiyi zaman onun gözünün altının qara olduğunu gördüyünü demişdir. Məhkəmə istintaqı zamanı X2 və Şahid1 arasında üzləşdirmə keçirilmiş, X1 zəng etməsini və nəvəsinin pis işlərlə məşğul olmasını bir daha demişdir. Məhkəmə tərkibiAzərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Goranboy RPŞ-nin Raportuna əsasən Goranboy rayonu Balakürd kəndində yaşayan Sadiq Abduləzimov 13 yaşlı oğlu Aminin qonşusu Nicat tərəfindən zorlanıb döyməsi barədə məlumat vermişdir. Eləcə də, eyni tarixdə oxşar məzmunlu ərizə ilə RPŞ-yə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması haqqında Qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsinə əsasən barəsində cinayət işi başlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Könüllü gəlmə haqqında” Protokoldangörünür ki, Təqsirləndirilən şəxsGoranboy RPŞ-yə könüllü gəlmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan o, 20 avqust 2024-cü il tarixdə saat 16:20-də Goranboy RPŞ-nin İB-nin sabiq müstəntiqi, polis kapitanı Zülfüqar Arif tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərdən görünür ki, Goranboy rayon məhkəməsinin 4(045)-40/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs əməli 14 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsindən həmin məcəllənin 150.3.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərdən görünür ki, 15 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Məhkəmədə tədqiq edilmiş Sadiq Abduləzimovun verdiyi xx.xx.2024-cü il tarixli ərizəyə əsasən sonuncu Təqsirləndirilən şəxsla barışmış və ona qarşı şikayət və tələbinin olmaması qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərdən görünür ki, Goranboy rayon məhkəməsinin hakimi Toğrul Məmmədovun 18 noyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti istintaq müddətinin sonuna yəni, 20 dekabr 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında olan xx.xx.2024-cü il tarixli üzləşdirmə Protokoluna əsasən zərərçəkmiş Təqsirləndirilən şəxs üzünə ona qarşı zorakılıq etməsini demiş və onunla məcburi cinsi əlaqəyə girməsini bildirib. Təqsirləndirilən şəxs isə zərərçəkmişə yalnız iki dəfə razılığı ilə cinsi əlaqədə olmasını bildirib. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmişAzərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Goranboy rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 426 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansısa xəsarət aşkar olunmamış, Zərərçəkmiş şəxs anal dəliyinin girəcəyində qançır aşkar olundu, qərarda göstərilən müddətdə və şaraitdə yəni xx.xx.2024-cü il tarixdə gərginləşmiş kişi cinsiyyət orqanının anus dəliyinə yeridilməsi zamanı əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs ilə mütəmadi olaraq qeyri təbbi yolla cinsi əlaqədə olmanın əlamətləri aşkar olunmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 X20 Ambulator Şöbəsinin Məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 679 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillidir, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olur, yaş xüsusiyyətləri, intellektual və psixi inkişafı nəzərə alınmaqla Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin xarakterini, mənasını və mahiyyətini anlaya bilərdi, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs özünün yaş və fərdixüsusiyyətlərindən, intellektual inkişafından və emosional halından asılı olaraq fiziki müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur, yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs sensor-perseptiv proseslərin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq ifadə verərkən iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmiş, Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və yaxud hadisəni özündən uydurmağa meyilli deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmədiyini, ibtidai istintaq zamanı ifadələrinə müstəntiq tərəfindən ifadələrə zorla qol çəkdirdiklərini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən məhkəmədə verilmiş həmin ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə X3 PHŞ-nin verdiyi xx.xx.2024-cü il tarixli 679 nömrəli məhkəmə psixoloji ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillidir, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olur, yaş xüsusiyyətləri, intellektual və psixi inkişafı nəzərə alınmaqla Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin xarakterini, mənasını və mahiyyətini anlaya bilərdi, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs özünün yaş və fərdixüsusiyyətlərindən, intellektual inkişafından və emosional halından asılı olaraq fiziki müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs sensor-perseptiv proseslərin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq ifadə verərkən iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmiş, Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və yaxud hadisəni özündən uydurmağa meyilli deyildir. Eləcə də, ekspertizanın qeyd etdiyi xüsusatlar məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs davranışı, suallara tam və aydın cavab verməsi, eləcə də baş vermiş cinayət hadisəsi ilə əlaqədar tam və dolğun məlumatları verməsi ilə bir daha öz təsdiqini tapmışdır. Ekspert rəyindən göründüyü kimi Zərərçəkmiş şəxsona qarşı edilən hərəkətlərin xarakterini, mənasını və mahiyyətini dərk etmiş, fiziki müqavimət göstərmək qabiliyyətinə malik olmamış və özündən uydurmağa meyilli deyildir. Eyni zamanda Təqsirləndirilən şəxs müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından görünür ki, Təqsirləndirilən şəxs hər iki gözünün altında göyərtilərin aşkar edilməsinin, sonuncunun hadisədən bir neçə gün öncə həyətdə işləyərkən yıxılması ilə əlaqədar olması bildirilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs müəssisəyə daxil olan zaman bədəni üzərində xəsarət aşkar olunmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qaldığını göstərsə də iş materiallarında, ibtidai istintaq dövründətəqsirləndirilən şəxs qismində etirafedici ifadələrində, həmçininifadənin yerində yoxlanması haqqında, o cümlədən zərərçəkişlə üzləşdirmə haqqında protokollarda, eləcə də “həbs” qətimkan tədbirlərinin seçilməsinə dair məhkəmə qərarında Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X10 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələriniiş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, o cümlədən təqsirləndirilən şəxsin ifadənin yerində yoxlanması haqqında və üzləşdirmə haqqında protokollar ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Belə ki, təqsirləndirilən şəxsin ilkin izahat və ifadələrində, eləcə də üzləşdirmə zamanı yalnız iki dəfə razılıq əsasında qeyri-təbii yolla cinsi əlaqədə olmasını bildirmiş, məhkəmə istintaqında isə tam təkzib edərək, zərərəçəkmiş şəxsin yalan danışmasını bildirmiş, lakin bunu heç nə ilə əsaslandırmamışdır. Eləcə də, məhkəmə istintaqı zamanı Şahid1 qeyri-səmimi ifadə verərək, Zərərçəkmiş şəxs ona qarşı nəlayiq ifadə işlətməsindən əsəbiləşib Amainin babasına zəng etməsini bildirsə də, ilkin ifadəsində eləcə də keçirilmiş üzləşdirmə zamanı Xaləddin Abduləzimova zəng edərkən həmin xüsusatın deyil, nəvəsinin pis işlərlə məşğul olmasını bir daha demişdir. Bununla da, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxson dörd yaşına çatmayan, yəni xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə qeyd olunan cinayət əməli hesab edilir. Qeyd olunan cinayət işi üzrə məhkəmə tərkibi hesab edir ki, məhz Təqsirləndirilən şəxs 12 yaşlı Zərərçəkmiş şəxs qarşı dəfələrlə seksual xarakterli hərəkətlər etməsi, onun azyaşlı olmasından və özünü qoruya bilməməsindən istifadə edərək iradəsinə zidd olaraq bu hərəkətləri davam etdirməsi, yalnız ayrı-ayrı şəxslərin onları görməsindən sonra və zərərçəkmişin bunu ailə üzvlərinə bildirməsindən sonra sözügedən hala son qoyulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin59.1.10-ci maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna almasını və59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasıTəqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxsna cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını,təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda yüngülləşdirici hal olaraq götürülmüş zərərçəkmiş şəxslə barışığın əldə olunmasına və Təqsirləndirilən şəxs könüllü gəlib təslim olmasına görə bu qayda Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və azadlıqdan məhrumetmənin yuxarı həddinin dörddə üçündən artıq cəza tətbiqedilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 20 avqust 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 23 (iyirmi üç) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi2 üçün 253 (iki yüz əlli üç) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin vəcəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 20 avqust 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi2 üçün 253 (iki yüz əlli üç) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-341/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-341/2025
03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver