Məhkəmə qərarları › İş №1(100)-342/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-342/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-342/2022 22.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X9 ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Naftalan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, fərdi sahibkarlıqla məşğul olmuş, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum edilmiş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 mart 2022-ci il tarixdə saat 11 radələrində Novruz Bayramı ilə əlaqədar qohumları ilə bayramlaşmaq üçün bir neçə gün əvvəlcədən getdiyi Ağdaş şəhərində olan zaman baldızı X3 xahişi ilə baldızlarının azyaşlı uşaqlarını özü ilə Bakı şəhərinə aparmaq məqsədilə qaynı X15 və baldızının oğlu Şahid1 ilə birlikdə özünə məxsus olmaqla idarə etdiyi “Land Rover” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonunun Sarov kəndinə gələrkən kiçik oğlu Nicat Süleymanovun qayınanası X11 Goranboy rayonunun Dəliməmmədli şəhərində yerləşən evində olduğunu öyrəndiyi üçün oğlu ilə görüşmək qərarına gəlib Dəliməmmədli şəhərinə getmiş, həmin gün saat 13 radələrində Dəliməmmədli şəhəri Tofiq Əkbəri küçəsində birgə nikahda olsalar da, aralarında mütəmadi olaraq ailə-məişət zəminində baş vermiş mübahisələrlə əlaqədar təxminənhadisədən əvvəlki 1 il müddətində faktiki olaraq ayrı yaşadığı arvadı X5 və baldızı X3 yolun kənarı ilə getdiklərini görüb idarə etdiyi “Land Rover” markalı avtomobili həmin şəxslərin qarşısında saxlayaraq avtomobildən düşüb evdən getməsinin səbəbini soruşmaq və hazırda harada yaşadığını öyrənmək üçün arvadı Əfsanə Məmmədovaya yaxınlaşmaq istəyərkən sonuncu qaçmağa başlamış, bu zaman o, Əfsanə Məmmədova ilə bir müddətdir ayrı yaşadıqlarından sonuncunun ona xəyanət etdiyini zənn edib şübhələndiyi üçün qisas almaq məqsədilə X6 qəsdən öldürmək qərarına gəlib, həmin niyyətini həyata keçirmək üçün idarə etdiyi avtomobili Əfsanə Məmmədovanın arxasınca yüksək sürətlə sürüb sonuncunun qohumları, yəni bacısı Nurtəkin Məmmədovanın və bacısı oğlu Şahid1 gözləri qarşısında qeyd edilən şəxslərə aşkar surətdə xüsusi əzab və iztirab verdiyini dərk edib bunu arzulayaraq avtomobilin qabaq sağ küncü ilə öldürmək niyyəti ilə qəsdən vurub Ə.Məmmədovaya sol budun, sağ döş qəfəsinin, sol əlin arxa səthinin, alın nahiyəsinin, burun yəhərinin, sol yanaq nahiyəsinin yaraları ilə müşaiyət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmiş, daha sonra avtomobildən düşərək əvvəlcədən avtomobilinə qoyduğu soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb, avtomobillə vurulma zamanı aldığı zərbənin təsirindən huşunu itirməsi ilə əlaqədar yerə yıxılmış və müqavimət göstərmək imkanından məhrum olmuş Əfsanə Məmmədovaya yenidən bacısı Nurtəkin Məmmədovaya və bacısı oğlu Şahid1 aşkar surətdə xüsusi əzab və iztirab verdiyini dərk etməklə bunu arzulayıb ardıcıl bıçaq zərbələri endirərək yetirildiyi anda həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən, ürəyin sol qulaqcığının və ürək kisəsinin zədələnməsi ilə bağlı baş vermiş kəskin daxili qanaxma ilə nəticələnərək ölümə səbəb olan, döş qəfəsinin sol yarısının aşağıdan yuxarıya doğru istiqamətdə üç ədəd daxilə keçən deşilmiş-kəsilmiş yara xarakterli xəsarətlər yetirərək aşkar surətdə köməksiz vəziyyətdə olan X6 xüsusi amansızlıqla qəsdən öldürüb həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 2003-cü ildə xalası qızı X12 ilə ailə həyatı qurmuş, həmin evlilikdən onların 3 övladı dünyaya gəlmiş, evli olduqları müddət ərzində onun Əfsanə Məmmədova ilə ailə daxili sözsöhbətləri olmuş, bu söz-söhbətlər əsasən qısqançlıq zəminində, yəni həm o Əfsanəni, həm də Əfsanə onu qısqandığı üçün hərdən bir mübahisə etmişlər. Bundan başqa, o, bacılarına maddi köməkliklər etdiyi zaman Əfsanə Məmmədova etiraz etmiş və bu məsələ ilə əlaqədar aralarında mübahisə yaranmışdır. Lakin, 2019-cu ilə qədər aralarında ciddi bir münaqişə olmamışdır. 2017-ci ildə Əfsanə Məmmədova təkidlə işləmək istədiyini bildirmişdir. Həmin vaxt o və Əfsanə uşaqları ilə birlikdə Yeni Yasamal qəsəbəsində yaşamışlar. O, avtomobilini satmış və Əfsanə üçün yaşadığı binanın altından icarəyə yer götürmüş və şirniyyat sexi açmışdır. Əfsanə həmin şirniyyat sexini təxminən 1 il müddətinə işlətmiş və sonra bezib bağlamışdır. Əfsanə şirniyyat sexini işlətdiyi vaxtlarda onun qaynı Mehman Məmmədovun arvadı Gilanəni ilə münasibəti olmasını bəhanə gətirərək aralarında mübahisə yaratmağa başlamışdır. 28 may 2019-cu ildə o, sərxoş olduğu üçün Əfsanə ilə aralarında həmin qısqanclığa görə yaranmış mübahisənin nəticəsi olaraq, o, Əfasənin ona pis reaksiya verməsinə əsəbiləşmiş və qayçı götürüb Əfsanənin bədənin müxtəlif nahiyələrindən 4-5 dəfə vurmuşdur. Həmin faktla bağlı o, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən həmin maddə ilə təqsirli bilinmiş və 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmə əsasən barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilmiş cəza 2 il sınaq müddəti ilə əvəz edilmişdir. Bundan sonra o, Əfsanə ilə barışmışdır. Bundan sonra o, Yeni Yasamal qəsəbəsindəki evini satmış və Abşeron rayonunun Masazır qəsəbəsindən fərdi yaşayış evi alaraq orada ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Yeni Yasamalda yaşadığı müddətdə, yəni 2019-cu ildə Əfsanəni qayçı ilə vurduğu zamana qədər Əfsanə iki dəfə mübahisə edib evdən getmişdir. O isə gedib Əfsanə ilə barışmış və Əfsanəni evinə qaytarmışdır. Masazır qəsəbəsindəki evinə köçdükdən bir müddət sonra günlərin birində baldızı Nurtəkinin oğlu Həsən ona zəng edərək şirniyyat sexləri üçün masa hazırlamağı xahiş etmişdir. Həmin gün o Həsəngilin işlətdiyi şirniyyat sexinə getmişdir. Həsən və Nurtəkin ona masanın formasını izah edərək beh vermişlər. Axşam saatlarında o evə getmişdir. Əfsanə evdə mübahisə yaratmış və onun Nurtəkinin sexinə getdiyini öyrəndiyi üçün onun Nurtəkinlə münasibətinin olduğunu iddia etməyə başlamışdır. Həmin gün qayınanası Gülnarə və digər baldızı Nuranənin qızı Güneldə onun evində olmuşdur və mübahisəyə şahid olmuşlar. O çox əsəbiləşmiş və evdən çıxıb getmişdir. Bundan sonra o Goranboy rayonuna ata evinə getmişdir. Bir neçə gün rayonda qaldıqdan sonra o, yenidən Bakıya evinə qayıtmışdır. Əfsanə Məmmədova yenə də evdə mübahisə yaratmışdır. Bu dəfə Əfsanə yenə onun öz bacılarına maddi kömək etməsinə dair deyinməyə başlamışdır. Əfsanə o qədər danışmışdır ki, o gülqabını götürüb divara çırpmışdır. Bundan sonra Əfsanə qorxub sakit oturmağa başlamışdır. Bu hadisədən sonra təxminən 10 gün birbirilərini danışdırmamışlar. 10 gün sonra da axşam saatlarında o işdə olduğu zaman ortancıl oğlu Aqşin ona zəng edərək anasının evdən getdiyini bildirmişdir. O isə demişdir ki: “Getdi, cəhənnəmə getsin”. Aqşin də 2-3 gün evdə qaldıqdan sonra xalasıgilə getmiş və oradan da anasının yanına getmişdir. Həmin vaxt 2021-ci ilin aprel ayları olmuşdur. Bundan sonra böyük oğlu Əli onun yanına sexə gəlib gedirmiş. Harada qaldıqlarını soruşsa da Əli cavab verməmişdir. Bir gün o Əlini izləmiş və Bakıxanov qəsəbəsində binada qaldıqlarını öyrənmişdir. O həmin binanın həyətində Əli ilə rastlaşmış və Əliyə demişdir ki: “Get ananı və qardaşlarını götür qayıdın evə, bir daş altda bir daş üstdə”. Əli isə ona evə qayıdacaqlarını bildirmişdir. Bundan sonra Əli sexə də gəlməmişdir. O həmin binanın qabağına getmiş və saatlarla gözləmişdir ki, bəlkə Əfsanə ilə və ya uşaqları ilə rastlaşar, lakin heç kimlə rastlaşmamış və anlamışdır ki, evi dəyişiblər. O, Əfsanəni Whastapp tətbiqində bloka atmışdır. Əfsanə də instagram sosial şəbəkəsində şəkillər paylaşmış, ona toxunan iynələyici paylaşımlar etmişdir. Dəqiq xatırlamadığı tarixdə kiçik oğlu Nicat mobil nömrəsinin Whatsapp-ından ona qısa səsli mesajlar atmışdır. Nicat həmin səs yazısında ona demişdir ki: “Ata sən şərəfsiznən, alçaqsan, sən qocalanda biz sənə yaxın gəlməyəcəyik”. Bundan başqa, o bir iki dəfə qaynı Mehmanı götürüb işə aparmaq üçün baldızı Nurtəkinin şirniyyat sexinə getmişdir. Həmin vaxtlar Nurtəkinlə Əfsanə də danışmamışdır. O, Mehmanı götürməyə getdiyi zaman Nurtəkin ona demişdir ki: “Neynirsən Əfsanəni, başını burax getsin, yəqin pullu birini tapıb yaşayır da, eşitdiyimə görə maşın almaq istəyir”. O, Nurtəkinin bu sözlərinə inanmaq istəməmiş, lakin Əfsanənin yaşayış tərzi, yəni instagram sosial şəbəkəsində gəzdiyi yerlərin şəklini paylaşmağı, bundan başqa Həsənin deməsinə görə İphone 12 markalı telefon işlətməsi, şuba geyinməsi, işləmədən kirayədə qalmasını düşündükdə bu qənaətə gəlmişdir ki, yagin ki Əfsanə kiminləsə münasibətdədir. Həmçinin Əfsanə uşaqlarını ona qarşı öyrətmiş və ona nalayiq sözlər deditmişdir. Bütün bu səbəblərdən o, Əfsanəni gördüyü yerdə öldürmək qərarına gəlmişdir. Əfsanənin qohumlarının yanında da sonuncunu öldürəcəyini demişdir. 18 mart 2022-ci il tarixdə o, qaynı Mehmanla birgə Bakı şəhərindən Ağdaş şəhərinə bacısı Zülfiyyəgilə qonaq gəlmişdir. Orada 1 gecə qaldıqdan sonra, 19 mart 2022-ci il tarixdə qaynı Mehmanı Ağdaş şəhərində onun bacısıgildə qoyub Goranboy rayonunun Səfikürd kəndindəki digər bacısı Zəminəgilə gəlmişdir. 2 gecə də orada qaldıqdan sonra 21 mart 2022-ci il tarixdə yenidən Ağdaş şəhərindəki bacısı Zülfiyyəgilə qayıtmışdır. O, Ağdaş şəhərində olduğu zaman baldızı Nurtəkin ona zəng edərək Bakı şəhərinə nə vaxt gedəcəyini soruşmuş, o isə 2-3 günə gedəcəyini bildirmişdir. Nurtəkin də oğlu Həsəni onun yanına göndərəcəyini, Həsəni də Bakı şəhərinə aparmağını xahiş etmiş, o da razılaşmışdır. Həmin gün Həsən Goranboy rayonunun Dəliməmmədli şəhərindən Ağdaş şəhərinə onun yanına gəlmişdir. O və X34 bacısı Zülfiyyəgildə qeyd etmişlər. 24 mart 2022-ci ildə isə o və Həsən Bakı şəhərinə getməyə hazırlaşırmışlar. Həmin vaxt Nurtəkin yenə ona zəng etmiş və Goranboy rayonunun Dəliməmmədli şəhərinə gəlməsini və sonuncunun qızı Ləmanla onun digər baldızı qızı Güneli də götürüb Bakı şəhərinə aparmağını xahiş etmiş, o da Nurtəkinlə razılaşmış və Ağdaş şəhərindən qaynı Mehman və baldızı oğlu Həsənlə birlikdə Dəliməmmədli şəhərinə getmişdir. O, Ağdaş şəhərindən saat təxminən 11 radələrində çıxmışdır. Yolda Həsən ona uşaqlarının da Dəliməmmədli şəhərində olduğunu bildirmişdir. O da Həsənə demişdir ki, Nurtəkinə zəng etsin, Ləmanı və Güneli götürdüyü zaman kiçik oğlu Nicatı qapının ağzında görsün. Bir neçə dəqiqə sonra Nurtəkin ona zəng edərək Nicatın onunla görüşmək istəmədiyini bildirmişdir. O da əsəbiləşmiş və Nicatla girib qayınanasının evində görüşəcəyini bildirmişdir. O, təxminən saat 13 radələrində Dəliməmmədli şəhərinə girmiş və əsas yoldan dəmir yoluna aparan yola dönmüşdür. Həmin vaxt o, Nurtəkin və Əfsanənin dəmiryoluna tərəf avtomobil yolu ilə getdiklərini görmüşdür. O avtomobilini sürüb Nurtəkin və Əfsanənin qarşısında saxlamış və avtomobildən düşərək Əfsanəyə yaxınlaşmaq istəmişdir ki, evdən getməsinin səbəbini və son 1 ildə harada yaşamasını soruşsun. Bu zaman qaynı Mehman və baldızının oğlu Həsən də avtomobildən düşmüşlər. Əfsanə onu görən kimi əsas avtomobil yoluna tərəf qaçmağa başlamış və geri çevrilərək işarə barmağı ilə ona hədələyici jest göstərmişdir. O da geri dönərək avtomobilinə oturmuş və Əfsanənin ardınca sürmüşdür. Əfsanə əsas avtomobil yoluna çıxdıqda o, Əfsanəyə çatmış və avtomobilinin ön sağ tərəfi ilə Əfsanəni vurmuşdur. Bu zaman Əfasənə onun avtomobilinin ön hissəsində zərbənin təsirindən havaya qalxaraq avtomobilin ön şüşəsinə dəyərək yerə düşmüşdür. Bundan sonra avtomobil, yolun əks tərəfinə gedərək səkinin yaxınlığında dayanmışdır. O avtomobilində olan bıçağı götürüb maşından düşmüş və Əfsanənin yerdə huşsuz vəziyyətdə uzanıqlı vəziyyətdə olduğunu görərək sol böyründən bıçaqla 3 zərbə endirmişdir. Bu zaman Nurtəkin gəlmiş və onun ünvanına qarqış etməyə başlamışdır. O isə yoldan keçən tanımadığı avtomobilə əyləşmiş və onu polisə aparmasını xahiş etmişdir. Dəliməmmədli şəhərinin içində o post patrul xidmətinin əməkdaşları ilə rastlaşmış və polislərə yaxınlaşaraq törətdiyi hadisə barədə məlumat vermiş və könüllü təslim olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, mərhum X12 onun bacısı olmuşdur. X28 2003-cü ildə xalası oğlu Təqsirləndirilən şəxsla evlənmişdir. Əfsanə və Mehman evlənmədən öncə bir-birlərini çox sevmişlər. Bu evlilikdən bacısı Əfsanənin 3 uşağı dünyaya gəlmişdir. Evləndikdən 10 il müddət ərzində Mehmanla Əfsanənin aralarında elə də ciddi söz-söhbət yaranmamışdır. Lakin son illərdə ailələrində mübahisələr çoxalmışdır. Bu mübahisələrin səbəblərini o tam dəqiq bilmir. O, Mehmandan bu barədə soruşduqda Mehman ona Əfsanənin evdə əsassız yerə dava saldığını, qışqırdığını, Mehmanı əsəbiləşdirdiyini demişdir. O, bacısı Əfsanədən soruşduqda isə Mehmanın başqa qadınlarla əlaqəsinin olduğunu, tez-tez içib evdə dava saldığını demişdir. Bu mübahisələrin birində Mehman içkili vəziyyətdə bacısına yaşadıqları evdə 6 qayçı zərbəsi yetirmişdir. Belə ki, 2019-cu ilin may ayında X29 rayonunda yaşadıqları evdə 6 qayçı zərbəsi endirməklə Əfsanəyə ağır xəsarətlər yetirmişdir. Həmin hadisə zamanı o Əfsanəni xəstəxanaya çatdırmışdır. Mehman bu hadisədən sonra həbs olunmuşdur. Lakin Mehman cəzaçəkmə müəssisəsində olduğu zaman Əfsanə ilə telefon danışıqlarına başlamışdır. Əfsanə və Mehman arasında hər zaman sevgi olmuşdur. Elə bu səbəblərdən də Əfsanə sağaldıqdan bir müddət sonra Mehman barəsində verdiyi şikayəti geri çəkmiş və Mehmanla barışmışdır. Mehman Əfsanəyə içkini tərgidəcəyini və bir daha Əfsanəyə əl qaldırmayacağını söz vermişdir. Bundan sonra Mehman həbsdən azad olunmuşdur. Mehmana 2 il şərti cəza verilmişdir. Mehman həbsdən çıxandan sonra da Əfsanə və 3 uşağı ilə birlikdə yaşamağa davam etmişdir. Mehman Yasamal rayonundakı evin düşərli olmadığını düşündüyü üçün Yasamal rayonundakı evi satmış, Abşeron rayonunun Masazır qəsəbəsində yeni bir ev almış və ailə olaraq köçüb orada yaşamışlar. Masazır qəsəbəsindəki evə köçdükdən bir müddət sonra Mehman və Əfsanə arasında yenidən eyni səbəblərdən mübahislər baş verməyə başlamışdır. Mehman bir iki dəfə Əfsanəni mübahisə zəminində döymüşdür. Həmin vaxt bacısı ona məlumat vermiş və o gedib Əfsanəni öz evinə gətirmişdir. Bir neçə gün sonra isə Mehman gəlib Əfsanənin könlünü almış və bacısını geri aparmışdır. Ən son 2021-ci ilin yaz aylarında dəqiq xatırlamadığı tarixdə işlətdiyi şirniyyat sexinə masa düzəltdirmək üçün o Mehmanı sexə çağırmışdır. Mehman sexə gələrək masanın ölçülərini götürmüş və ondan beh almışdır. Həmin axşam Mehman ona zəng edərək bacısı Əfsanənin Mehmanla onun gizli münasibətinin olduğunu iddia edərək evdə dava saldığını bildirmişdir. Həmin vaxt o anası Gülnarəyə zəng etmiş və nə baş verdiyini soruşmuşdur. Anası isə Əfsanəni nəzərdə tutaraq demişdir ki: “Bala bu dəli olub, evi dağıdır”. Bu hadisədən sonra o bacısı Əfsanədən küsmüş və hadisə baş verən gündən, yəni 24 mart 2022-ci il tarixdən bir neçə gün əvvələ qədər Əfsanə ilə danışmamışdır. 2021-ci ilin mart ayının sonlarında Əfsanə Mehmanla yaşadıqları evdən çıxmış və Bakı şəhərinin Bakıxanov qəsəbəsində kirayədə yaşamağa başlamışdır. Bundan əvvəl Əfsanə evdən qaçdığı zamanlarda Mehman hər dəfə gəlib Əfsanənin könlünü almış və barışmışdır. Lakin bu dəfə Mehman heç barışmağa cəhd etməmiş və Əfsanəni heç axtarmamışdır. 2022-ci ilin əvvəlindən başlayaraq Mehmanla qohum kimi münasibətləri irəliləmişdir. Mehman onun oğlunu hərdən bir mətbəx mebeli quraşdırmağa aparırmış, bir neçə dəfə onun evində qonaq olmuş, bir neçə dəfə də onun iş yerinə gəlmişdir. Mehmanla görüşdükdə Mehman onunla dərtləşmiş və Əfsanə haqqında eşitdiklərini demişdir. Mehman bir dəfə ona Əfsanənin “instagram” sosial şəbəkəsindəki şəklini göstərmiş və demişdir ki: “Buna bax, sifətini də botox elətdirib, həmişə evdən qaçanda sənin yanına gəlirdi, sən baxırdın ona, indi sənlədə danışmır, bu hardan alır bu pulu, kirayədə qalır, gəzir, özünü kimin üçün gözəlləşdirir”. O isə Mehmana demişdir ki: “Ay Mehman neynirsən, sən ayrı o ayrı, boşa getsin, səndə başqası ilə evlən”. Lakin, Mehman demişdir ki: “Yox, Əfsanəni öldürəcəm”. Bu müddət ərzində Əfsanənin harada yaşaması, nə işlə məşğul olması barədə onun heç bir məlumatı olmamışdır. 2022ci ilin mart ayının əvvəllərində anası Gülnarə bacısı Əfsanəni onun sexinə kömək etmək üçün çağırmışdır. O sexə gəldikdə görmüşdür ki, Əfsanə şəkərbura bişirir. Həmin vaxt o Əfsanəni danışdırmamışdır. Bundan sonra 8 martda Əfsanə ona gül almış və onun evinə gəlmişdir. Həmin vaxtda da o Əfsanəni danışdırmamış və bundan 2-3 gün sonra onun yaşadığı evdə olarkən Əfsanə özü gəlib onu qucaqlamış və bundan sonra o Əfsanə ilə barışmışdır. Barışandan sonra o Əfsanədən hansı səbəbdən instagram sosial şəbəkəsində şəkillər paylaşdığını soruşmuş, Əfsanə isə demişdir ki: “Mehmanın acığına edirəm, gedir orda burda gəzir, şəkilləri qoyuram qoy partdasın”. Novruz bayramı ərəfələrində o və Əfsanə uşaqlarını anası Gülnarə ilə Goranboy rayonunun Dəliməmmədli şəhərinə göndərmişdir. 21 martda isə o və Əfsanə Dəliməmmədliyə gəlmişlər. Həmin gün Novruz bayramını qeyd etmişlər. Həmin vaxtda yeznəsi Mehman qardaşı Mehmanla birlikdə Ağdaş şəhərinə gəlmişlər. 22 mart 2022-ci il tarixdə o Təqsirləndirilən şəxs zəng etmiş və oğlu Həsəni də Bakı şəhərinə aparmasını xahiş etmişdir, Mehman da onunla razılaşmışdır. Həmin gün o, oğlu Həsəni Mehmanın yanına Ağdaşa göndərmişdir. 24 martda isə onun qızı Ləman və böyük bacısı Nuranənin qızı Günel Bakı şəhərinə getməli olduqları üçün o Mehmana zəng etmiş, qızlarıda Bakıya aparmasını xahiş etmiş, Mehmanda onunla razılaşmışdır. O, Ləmanı və Güneli Goranboy rayonunun Sarov kəndinəki onun ərinin evinə göndərmişdir ki, Mehman gedib qızları oradan götürsün. Həmin vaxt o Mehmanla vatsapda danışmış və səs atmışdır. O, Mehmana səs atanda Mehman oğlu Nicatın səsini eşitmişdir. Mehman ona zəng etmiş və demişdir ki: “Mən gəlirəm Nicatla görüşməyə”. O isə demişdir ki: “Nicat sənlə görüşmək istəmir, get Bakıya, orada görüşdürərəm Sizi”. Mehman isə ona demişdir ki: “Yaxşı onda gələsi olmadım”. O Mehmanın onu aldatdığını və anasının evinə gələcəyini fikirləşmiş və bundan sonra Əfsanə ilə evdən çıxmışdır. O və Əfsanə anasının evindən çıxmış və dəmiryolu istiqamətində piyada getmişdir ki, qəfildən Mehman idarə etdiyi avtomobillə onun və Əfsanənin qabağını kəsmişdir. Avtomobildə onun oğlu Həsən də olmuşdur. Təqsirləndirilən şəxs avtomobildən düşərək Əfsanəyə tərəf gəlməyə başlamış, o isə Əfsanəyə qaçmasını bildirmişdir. Əfsanə çevrilib əks istiqamətə, yəni avtomobil yolu istiqamətində qaçmağa başlamışdır. Oğlu Həsən də avtomobildən düşmüşdür. Bu zaman Mehman avtomobilinə əyləşib qapıları içəridən bağlamış və o qapını aça bilməmişdir. Mehman avtomobili yüksək sürətlə idarə etmiş və onun yanından Əfsanəyə tərəf getmiş, o da həmin istiqamətə qaçmağa başlamışdır. Qəfildən bərk səs eşitmiş və Mehmanın Əfsanəni avtomobillə vurduğunu anlamışdır. O qaçmağa davam etmiş və əsas avtomobil yoluna çatdıqda Əfsanənin yerdə huşunu itirmiş vəziyyətdə olduğunu görmüşdür. Mehman isə əlində bıçaqla Əfsanənin üstündən ayağa qalxmışdır. O, qışqırmağa başlamış, Mehman yoldan keçən tanımadığı avtomobilə əyləşib getmişdir. O, Əfsanəyə yaxınlaşmış, həmin vaxt Əfsanədə həyat əlamətləri olmamışdır. O yoldan keçən tanımadığı avtomobili saxlatdırmış, Əfsanəni həmin avtomobilin arxa oturacaqlarına uzatmış və özü də avtomobilə oturmuşdur. Həmin avtomobil onu Gəncə şəhərində Beynəlxalq xəstəxanaya aparmışdır. Xəsatəxanada isə həkimlər ona artıq bacısının vəfat etdiyini bildirmişlər. X18 verilən suallara cavab olaraq bildirdi ki, Mehmanın Əfsanənin arxasınca maşınla gedən zaman o da Mehmanın arxasınca qaçmış, Əfsanə maşınla vurulan zaman səs eşitmişdir. O, Mehmanın yanına çatanda sonuncunu əlində bıçaqla Əfsanənin üzərindən durmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, mərhum X12 onun xalasıdır. Əfsanə Məmmədova 2003-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan üç övladları olmuşdur. Onlar arasında daima mübahisələr olmuşdur. 2019-cu ildə Mehman Əfsanə ilə mübahisə edib qayçı ilə xalasına bir neçə xəsarət yetirmişdir. Mehman həmin fakta görə cinayət məsuliyyətinə cəlb olunmuş və həbs edilmişdir. Lakin Əfsanə şikayətçi olmadığı üçün məhkəmə tərəfindən Mehman azadlığa buraxılmışdır. Həbsdən çıxdıqdan sonra Mehman Əfsanə və uşaqları ilə birlikdə yaşadığı Yeni Yasamal qəsəbəsindəki evini satmış və Masazır qəsəbəsində ev almışdır. Masazır qəsəbəsindəki evə köçdükdən bir müddət sonra da Mehman və Əfsanə arasında mübahisələr baş vermişdir. Sonuncu dəfə 2021-ci ilin mart yaxud aprel aylarında Əfsanə, Mehmanla mübahisə etdikdən sonra uşaqlarını da götürüb evdən getmişdir. Əvvəllər də bir neçə dəfə Əfsanə evdən getdiyi zaman Mehman gəlib xalası ilə barışmışdır. Sonuncu dəfə isə Mehman Əfsanə ilə barışmağa təşəbbüs göstərməmişdir və hər yerdə Əfsanəni öldürəcəyini bildirmişdir. Bu müddətdə onun Mehmanla münasibəti yaxşı olmuş, o Mehmanın mebel sexində də bir müddət işləmişdir. Mərhum xalası Əfsanə 2021-ci ilin yaz aylarında Mehmanın evindən uşaqları ilə birlikdə çıxıb gedən ərəfədə o və anası Nurtəkin Əfsanə ilə danışmamışdır. Buna səbəb isə bu olmuşdur ki, xalası Əfsanə güya anası Nurtəkinin Mehmanla münasibətinin olması barədə sözlər danışmışdır. O və anası Nurtəkin xalası Əfsanə ilə 2022-ci ilin mart ayının əvvəllərində barışmışlar. 2022-ci ilin mart ayında, Novruz Bayramı ərəfəsində xalası Əfsanə uşaqları ilə birlikdə, həmçinin o, anası və bacısı Ləman Goranboy rayonunun Dəliməmmədli şəhərinə nənəsi Gülnarənin evinə qonaq getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs da onun X35la birlikdə Ağdaş şəhərinə gəlmişlər. O bunu öyrəndikdə Ağdaş şəhərinə Təqsirləndirilən şəxs yanına getmişdir ki, birlikdə Bakı şəhərinə qayıtsın. 24 mart 2022-ci il tarixdə isə Mehmanla birlikdə Bakı şəhərinə getməyi planlaşdıran zaman anası Nurtəkin Mehmana zəng vuraraq Goranboy rayonunun Sarov kəndindən bacısı Ləmanı və xalasının qızı Güneli götürməsini xahiş etmiş, Mehman da razılaşmışdır. Bundan sonra o, X35 və Təqsirləndirilən şəxs birlikdə Ağdaş şəhərindən Goranboy rayonunun Dəliməmmədli şəhərinə istiqamətində getməyə başlamışlar. Yolda gedərkən o, Təqsirləndirilən şəxs telefonu ilə anası ilə danışdığı zaman Təqsirləndirilən şəxs kiçik oğlu Nicatın səsini eşitmişdir. O danışıb qurtardıqdan sonra Mehman ona demişdir ki: “Səsi gələn uşaq Nicat idi?”. O isə səsi gələn uşağın X35un qızı olduğunu demişdir. Lakin, Təqsirləndirilən şəxs ona inanmamış və təkidlə Nicat olduğunu bildirmişdir. Bundan sonra Mehman X1b-olmadığını soruşmuş, o isə and içərək Mehmana Əfsanənin nənəsinin evində olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona demişdir ki: “Anana zəng elə denən Nicatı qapının ağzına çıxartsın, görüşüm”. O da anasına zəng edib demişdir. Bir qədər sonra anası geri zəng etmiş və Nicatın görüşmək istəmədiyini bildirmişdir. Mehman isə əsəbiləşərək demişdir ki: “Mən uşağımın düşmanı deyiləm, gedib görüşəcəm”. Dəliməmmədli şəhərinə çatdıqda Mehman bacısı Ləmana zəng edərək demişdir ki: “Ləman, Siz hazırlaşın, 5 dəqiqəyə gəlirəm”. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilini nənəsinin evinə tərəf idarə etmişdir. Dəliməmmədli şəhərinin Tofiq Əkbəri küçəsində əsas avtomobil yolundan musiqi məktəbinə tərəf dönərkən irəlidə təxminən 70-80 metr məsafədə iki qadının getdiyini görmüşlər. Təqsirləndirilən şəxs həmin vaxt demişdir ki: “Bunlar bizimkilərdi?”. O isə demişdir ki: “Yox bizimkilər deyil”. Təqsirləndirilən şəxs avtomobili idarə edib həmin qadınların qabağına sürmüş və anası Nurtəkinlə xalası Əfsanənin olduğunu görmüşdür. Təqsirləndirilən şəxs ona baxaraq yalan danışdığı üçün qəzəbli şəkildə “düş ə maşından” demişdir. O ön sərnişin oturacağında əyləşmiş, X35 isə arxa sərnişin oturacağında uzanmışdır. X35 düşməmiş, o avtomobildən düşərək Təqsirləndirilən şəxs qabağında dayanmışdır. Təqsirləndirilən şəxs da avtomobildən düşüb bir neçə saniyə duruqsunmuşdur. Bu məqamda xalası Əfsanə arxaya çevrilib əsas avtomobil yoluna tərəf qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs isə avtomobilə əyləşmiş və içəridən qapılları bağlamışdır. O və anası Nurtəkin Təqsirləndirilən şəxs xalası Əfsanənin ardınca gedəcəyini bildikləri üçün avtomobilin qapısını açıb Təqsirləndirilən şəxs dayandırmaq istəmiş, lakin qapılar açılmadığı üçün bunu edə bilməmişlər. X35 isə avtomobilin içində qalmışdır. Təqsirləndirilən şəxs avtomobili idarə edərək xalası Əfsanə Məmmədovanın ardınca getmişdir. Anası Nurtəkin və o Mehmanın getdiyi istiqamətdə qaçmağa başlamışlar. Əsas avtomobil yolunun kənarında Təqsirləndirilən şəxs avtomobilin ön tərəfi ilə xalası Əfsanə Məmmədovanı vurmuş, o xalası Əfsanənin havaya qalxıb avtomobilin kapotunun üzərindən aşıb yola düşməsini görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs avtomobili təxminən 10-15 metrdə irəli, avtomobil yolunun digər kənarına gedərək dayanmışdır. O, Təqsirləndirilən şəxs xalası Əfsanə Məmmədovanın üzərindən əlində bıçaqla ayağa qalxdığını görmüş, həmin vaxt özünü itirdiyi üçün xalasının hansı vəziyyətdə olduğuna diqqət etməmişdir. Anası Nurtəkin hadisə yerinə ondan tez çatmış və xalası Əfsanənin yanına qaçmış, o isə tanımadığı avtomobilə əyləşərək Dəliməmmədli şəhərində dairənin yanına getmiş və orada xidmət aparan post patrul xidməti əməkdaşlarına yaxınlaşaraq musiqi məktəbinin yanında adam öldürüldüyünü demişdir. O polis əməkdaşları ilə söhbət edən zaman Təqsirləndirilən şəxs taksi ilə gəlib onun yanında düşmüş və polis əməkdaşlarına törətdiyi cinayət əməli barədə məlumat vermişdir. Bundan sonra o hadisə yerinə qayıtmış, lakin anası Nurtəkin xalası Əfsanəni də götürüb artıq getmişdir. O anasına zəng etdikdə xalasının öldüyünü öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, özü Dəliməmmədli qəsəbəsində yaşayır və özünə məxsus olan **-BH-*** qeydiyyat nişan nömrəli “Mercedes C class” markalı avtomobili var. Həmin avtomobillə taksi fəaliyyətilə məşğul olaraq ailəsini dolandırır. 24 mart 2022-ci il tarixdə günorta saatlarında Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində olan musiqi məktəbinin yaxınlığında yolun kənarında maşınında oturmuş və müştəri gəlməsini gözləmişdir. Maşında gözlədiyi vaxt telefonla məşğul olduğundan fikri telefonda olmuşdur. Birdən-birə tanımadığı qadının maşınının yanından bərk qaçaraq getdiyini görmüşdür. Başını qaldırıb yola baxanda isə bir nəfər kişinin yolu keçərək onun maşınına tərəf gəldiyini görmüşdür. Həmin şəxs onun maşınına yaxınlaşaraq arxa qapını açıb onun arxasında olan oturacaqda əyləşmişdir. Əyləşdikdən sonra həmin şəxs ona “məni polisə apar” demişdir. O bundan sonra maşınını işə salmış və polis əməkdaşlarının olduğu tərəfə getməyə başlamışdır. Təxminən 1 km yol qət etmişdir ki, Dəliməmmədli şəhər ərazisində xidmət aparan PPX-nin avtomobilini görmüşdür. Sərnişin ona PPX-nin maşınının yanında saxlamağını istəmişdir. Bundan sonra o, avtomobilini saxlamış və həmin şəxs onun avtomobilindən düşərək PPX-nin avtomobilinə yaxınlaşmışdır. Şahid2 ifadəsində suallara cavab olaraq avtomobilinə əyləşən şəxsi tanımadığını, həmin şəxsin adam öldürməsini və avtomobilinə əyləşdikdə əlində bıçaq olub-olmamasını görmədiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” 24 mart 2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Goranboy rayonu, Dəliməmmədli şəhəri, Tofiq Əkbəri küçəsində musiqi məktəbinin və pambıq zavodunun yaxınlığında, köhnə MTS-in (maşın traktor stansiyası) giriş darvazasının qarşısında avtomobil yoludur. Hadisə yerində avtomobil yolunun eni 12 metrdir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs 2 nömrəli qanabənzər ləkə olan yeri göstərərək orada arvadı Əfsanə Məmmədovanı idarə etdiyi “X40” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan küncü ilə vurduğunu, daha sonra avtomobildən düşərək avtomobilində gəzdirdiyi mətbəx bıçağını götürüb arvadı Əfsanə Məmmədovanı 1 nömrəli qanabənzər ləkə olan yerdə 3 dəfə vurduğunu bildirmişdir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd bıçağı təqdim etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X20” Publik Hüquqi şəxsin 26 mart 2022-ci il tarixli, 193 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmadı. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X20” Publik Hüquqi şəxsin 02 may 2022-ci il tarixli, 15 nömrəli rəyindən görünür ki, X2 meyitinin məhkəmətibbi ekspertizası və laborator müayinəsi zamanı aşağıdakılar aşkar edildi; döş qəfəsinin sol yarısının aşağıdan yuxarıya doğru istiqamətdə deşilmiş-kəsilmiş yarası zamanı ürəyin zədələnməsi, daxili qanaxma, daxili orqanlarının azqanlılığı, sol budun iki ədəd, sağ döş qəfəsinin ön səthində bir ədəd, sol əlin arxa səthinin, alın nahiyəsinin, burun yəhərinin və sol yanaq nahiyəsinin yaraları. X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən: a)döş qəfəsinin sol yarısının aşağıdan yuxarıya doğru istiqamətdə üç ədəd daxilə keçən deşilmiş-kəsilmiş yaralanması zamanı ürəyin zədələnməsi nəticəsində baş vermiş daxili qanaxma, daxili orqanların azqanlılığı deşici-kəsici alətin(lərin) təsiri nəticəsində, eləcə də qərarın təsviri hissəsində göstərilmiş şəraitə və tarixdə yəni xx.xx.2022-ci il tarixdə ekspertizaya təqdim olunmuş kənar şəxs tərəfindən bıçaqla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmaya aid edilir; b) sol budun, sağ döş qəfəsinin, sol əlin arxa səthinin, alın nahiyəsinin, burun yəhərinin, sol yanaq nahiyəsinin yaraları bərk küt əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2022-ci il tarixdə avtomaşınla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. X2 ölümünə səbəb döş qəfəsinin sol yarasının deşilmiş-kəsilmiş yarası zamanı ürəyin sol qulaqcığının və ürək kisəsinin zədələnməsi nəticəsində baş vermiş kəskin daxili qanitirmə olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X36 Bölməsinin 25 aprel 2022-ci il tarixli 16/358/359 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim olunan X5 əynində olmuş uzunqol gödəkçənin üzərində olan “a” zədələri, qısaqol köynəyin üzərində olan zədələr, busqalterin üzərində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilməkəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarlar üzərində olan zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilən X5 əynində olmuş gödəkçənin üzərində olan “b” zədəsi, şalvarın üzərində olan “c”, “d” zədələri bərk predmetə ilişmə, sürtünmə nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədələridir. Təqdim edilən X5 əynində olmuş qadın alt tumanının və Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarların üzərində mexaniki zədə aşkar edilmədi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X36 Bölməsinin 19 aprel 2022-ci il tarixli 16/357 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və X8 məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. X8 məxsus 1 ədəd idman gödəkcəsinin üzərindən tapılmış bənövşəyi rəngli pampıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 1 ədəd puloverin tərkib liflərinə uyğun gəlirlər. X8 məxsus digər geyim əşyalarının üzərində Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində X8 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X20” Publik Hüquqi şəxsin 23 may 2022-ci il tarixli, 7 nömrəli rəyindən görünür ki, X2 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-betadır. Təqdim edilmiş bir ədəd bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X8 məxsus ola bilər. Təqdim edilmiş hadisə yerindən götürülmüş nümunələr üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X8 məxsus ola bilər. Təqdim edilmiş X8 məxsus paltarlar üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O (İ) alfa-beta olduğundan onun özünə məxsus ola bilər. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd cins şalvar, bir ədəd uzunqol kofta üzərində qanabənzər ləkələr aşkar olunmadı. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 1 iyun 2022-ci il tarixli 345 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində cinayət əməlini törədərkən hər hansı bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Goranboy RMXdan verilmiş xx.xx.2022-ci il tarixli 281 saylı arayış), anamnestik məlumatlar vı hazırkı ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən, yəni xx.xx.2022-ci il tarixdə öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 8 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Əfsanə Məmmədovanın istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi rəsmi olaraq Təqsirləndirilən şəxs adına qeydiyyatdadır. X31 xx.xx.2022-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək mütəmadi olaraq öz adına qeydiyyatda olan ***-***-**- ** mobil nömrəsi ilə danışmışdır. Bundan başqa Əfsanə Məmmədova xx.xx.2022-ci il tarixdə iki dəfə ***-***-**-** nömrəsi ilə danışmışdır. Baxış zamanı həmin nömrə ilə əlaqə saxlanılmış və telefona cavab verən şəxs özünü X10 təqdim edərək Əfsanə Məmmədovanı tanımadığını, sonuncunun bacısı Nurtəkin Məmmədova ilə şirniyyat sexi ilə əlaqədar iş birliyinin olduğunu və Əfsanə Məmmədovanın telefonundan Nurtəkin Məmmədovanın ona zəng vurmasını qeyd etmişdir. Baxışın davamında Əfsanə Məmmədovanın xx.xx.2022-ci il tarixdə gecə saatlarında ***-***-**-** mobil nömrəsi ilə çoxsaylı telefon danışıqlarının olması müəyyən edilmişdir. Məxsusluq cədvəlində həmin nömrənin Elçin Quliyevin adına qeydiyyatda olması göstərilmişdir. Həmin nömrə ilə əlaqə saxlanılmış və telefona cavab verən şəxs özünü X16 təqdim edərək Əfsanə Məmmədovanı tanımadığını, “Azar” və digər tanışlıq proqramlarında müxtəlif qadınlarla tanış olub danışdığını, Əfsanə Məmmədova ilə də bəlkə həmin proqramların birində tanış olduğunu, lakin konkret olaraq Əfsanə Məmmədova adında hər hansı bir şəxsi xatırlamadığını qeyd etmişdir. Bundan başqa, Əfsanə Məmmədovanın xx.xx.2022-ci il tarixdə saat 02:30 radələrində ***-***-**-** nömrəsi ilə danışdığı müəyyən edilmişdir. Həmin nömrə ilə əlaqə saxlanılmış və telefona cavab verən şəxs taksi şoferi olduğunu, Əfsanə Məmmədova adlı hər hansı şəxsi tanımadığını bildirmişdir. Baxışın gedişində Əfsanə Məmmədovanın xx.xx.2022-ci il tarixdə saat 23:20 radələrində 3 dəfə ***-***-**-** nömrəsi ilə danışdığı aşkar edilmişdir. Məxsusluq cədvəlində həmin nömrə qeyd edilməmişdir. Həmin nömrə ilə əlaqə saxlanılmış və telefona cavab verən şəxs özünü Rövşən Əsədov kimi təqdim edərək Əfsanə Məmmədovanı tanımadığını, “Azar” və digər tanışlıq proqramlarında müxtəlif qadınlarla tanış olub danışdığını, Əfsanə Məmmədova ilə də bəlkə həmin proqramların birində tanış olduğunu, lakin konkret olaraq Əfsanə Məmmədova adında hər hansı bir şəxsi xatırlamadığını qeyd etmişdir. Bundan sonra yuxarıda qeyd edilən diskdə və "xxxx" MMC-dən daxil olmuş diskdə olan Təqsirləndirilən şəxs apardığı telefon danışıqlarına baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən xüsusat aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti başçısının Qızılhacılı qəsəbə İƏD üzrə nümayəndəliyinin 31 may 2022-ci il tarixli 48 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmasına baxmayaraq boşandıqdan sonra qəsəbə ərazisində yaşamır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kənd İnzibati Ərazi dairəsini üzrə nümayəndəliyinin 06 iyun 2022-ci il tarixli 146 nömrəli məktubundan və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2022-ci il tarixə kimi ünvan 4 ünvanında qeydiyyatsız yaşamış və nümayəndəliyə onun barəsində hər hansı şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti başçısının 19 may 2022-ci il tarixli 96 nömrəli sərəncamından görünür ki, X7 bacısı oğlanları 2004-cü il təvəllüdlü X17, 2006-ci il təvəllüdlü X13 və 2013-cü il təvəllüdlü X14 üzərlərində himayəçi təyin edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 20 iyun 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Goranboy rayon prokurorluğunun arxivində saxlanılan 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd bənövşəyi rəngli uzunqol kofta, 1 ədəd dəstəyinin tiyəyə birləşən hissəsi gümüşü rəngli metaldan, dəstəyinin qalan hissəsi qara rəngli taxta materialdan olan mətbəx bıçaq, 1 ədəd qara rəngli idman şalvarı, 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli idman köynəyi, 1 ədəd qara rəngli büstqalter və 1 ədəd qara rəngli tuman, Goranboy rayon polis şöbəsinin cərimə meydançasında saxlanılan “Land Rover” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 02 aprel 2022-ci il tarixli, 1707 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 1 iyun 2022-ci il tarixli, 2303 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası narkoloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası İcbari Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Goranboy rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş 5 aprel 2022-ci il tarixli, 281 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Goranboy RMX-nın poliklinikasının ruhi-əsəb, narkoloji, onkoloji kabinetlərində dispanser qeydiyyatında durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 24 mart 2022-ci il tarixli “könüllü gəlmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisəni törətməsindən sonra ərazidə dislokasiya üzrə xidmət aparan Goranboy RPŞ-nin PPXBnün əməkdaşlarının yanına gələrək könüllü təslim olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 24 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və 25 mart 2022-ci il tarixli Goranboy rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2022ci il tarixdə tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmin qərarın 13-cü bəndinin izahından görünür ki, CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəiyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülür. Məhkəmə plenum qərarınında göstərilən hüquqi mövqeyi hazırki cinayət işinin müəyyən edilən hallarına tətbiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs X6 qəsdən öldürmək qərarına gəlib, həmin niyyətini həyata keçirmək üçün idarə etdiyi avtomobili Əfsanə Məmmədovanın arxasınca məhz zərərçəkmiş şəxsin bacısı və bacısı oğlunun yanından yüksək sürətlə sürüb sonuncunun qohumları, yəni bacısı Nurtəkin Məmmədovana və bacısı oğlu Şahid1 aşkar surətdə xüsusi əzab və iztirab verdiyini dərk edib bunu arzulayaraq avtomobilin qabaq sağ küncü ilə öldürmək niyyəti ilə qəsdən vurmuş daha sonra avtomobildən düşərək əvvəlcədən avtomobilinə qoyduğu soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb, avtomobillə vurulma zamanı aldığı zərbənin təsirindən huşunu itirməsi ilə əlaqədar yerə yıxılmış və müqavimət göstərmək imkanından məhrum olmuş Əfsanə Məmmədovaya yenidən qışqıraraq onların yanına qaçan bacısı Nurtəkin Məmmədovaya və bacısı oğlu Şahid1 xüsusi əzab və iztirab verdiyini dərk etməklə bunu arzulayıb bıçaq zərbələri yetirərək aşkar surətdə köməksiz vəziyyətdə olan X6 xüsusi amansızlıqla qəsdən öldürüb həyatdan məhrum etmişdir. Bundan başqa təqsirləndirilən şəxsə verilmiş ittihamda onun zərərçəkmiş şəxsə bacısı Nurtəkin Məmmədovanın və bacıoğlu Şahid1 gözləri qarşısında bıçaqla xəsarət yetirməsi əlaməti də xüsusi amasızlıq kimi qiymətləndirilmişdir. Məhkəmə istintaqı zamanı hər iki şəxsə münasibətdə müəyyən müəyyən edildi ki, onlar zərərçəkmiş bıçaqla vurulması anını görməmişlər. Hər iki şəxs ifadəsində bildirdi ki, onlar Əfsanə Məmmədovaya yaxınlaşdıqda artıq Təqsirləndirilən şəxs onun üzərində əlində bıçaqla qalxıb maşına doğru hərəkət etmişdir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, hadisələrin bütövlükdə axarı fonunda bu xüsusata qiymət verilməli, “.............gözlərinin qarşısında” əlamətinə hərfi yanaşılmalıdır. Belə ki, əvvəlcədən hamıya məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Ə.Məmədovanı ilk görüdüyü yerdə öldürrəcəkdi. Hadisə baş verən gün ilk qarşılaşdıqları anda Əfasnənin qaçması, Nurtəkin və Həsənin Əfsanəni vurması üçün Mehmana yalvarması, ardınca Mehmanın maşınla Əfsanənin dalınca düşüb vurması, Həsən və Nurtəkinin Əfsanəyə yaxınlaşarkən Mehmanın əlində bıçaqla Əfsanənin üzərindən qalxıb getməsi kimi işin faktiki halları onu təsdiq edir ki, baş verən bütün hadisələr hər bir halda Nurtəkin və Həsənə xüsusi əzab vermişdir və Mehman bunu dərk etməyə bilməzdi. Odur ki, məhkəmə hesab edir ki, Mehman Nurtəkin və Həsənin hadisə yerində olmaqla bütün proseslərdə müşahidəçi olduğunu başa düşmüş və törətdiyi əməlin nəticəsini dərk edərək Ə.Məmmədovanı qəsdən öldürmüşdür. Ona görə də həmin hissədə də onun əməli xüsusi amansızlıq kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 120.2.4 və 120.2.9-cu madəlləri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli 1(101)-939/2019 saylı hökmünün surətindən və DİN BƏSİİ-nin 06 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəalarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Sınaq müddəti 26 oktyabr 2021-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Onun yuxarıda qeyd edilən məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsonə əsasən cinayət törətmiş şəxsin himayəsində 1 azyaşlı uşağın olmasını, CM-nin 59.1.10-cu maddəsinə əsasən törətdiyi cinayət əməli üzrə könüllü gəlib təqsirini boynuna almasını,CM-nin 59.2-ci maddəsinə əsasən himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.2-ci maddəsinin tələbinə əsasən yəni bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda bu məcəllənin 60.1-ci maddə müəyyən edilmiş qayda tədbiq edilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Odur ki, Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9-cu maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayət hesab edildiyindən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 24 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə Goranboy rayon prokurorluğunun arxivində saxlanılan maddi sübutlar – 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd bənövşəyi rəngli uzunqol kofta, 1 ədəd dəstəyinin tiyəyə birləşən hissəsi gümüşü rəngli metaldan, dəstəyinin qalan hissəsi qara rəngli taxta materialdan olan mətbəx bıçaq, 1 ədəd qara rəngli idman şalvarı, 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli idman köynəyi, 1 ədəd qara rəngli büstqalter və 1 ədəd qara rəngli tuman məhv edilməli, Goranboy rayon polis şöbəsinin cərimə meydançasında saxlanılan “Land Rover” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil – Təqsirləndirilən şəxs tərəfindən qanuna müvafiq qaydada etibar ediləcək şəxsə təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəflərinə aid olan 93,4 (doxsan üç manat qırx qəpik) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında qərarının 28-ci bəndində qeyd edilir ki, azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-nin 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əks etdirilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti başçısının sərəncamından məlum olur ki, X7 bacısı oğlanları 2004-cü il təvəllüdlü X17, 2006-ci il təvəllüdlü X13 və 2013-cü il təvəllüdlü X14 üzərlərində himayəçi təyin edilmişdir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 30 (otuz) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 24 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Goranboy rayon prokurorluğunun arxivində saxlanılan maddi sübutlar – 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd bənövşəyi rəngli uzunqol kofta, 1 ədəd dəstəyinin tiyəyə birləşən hissəsi gümüşü rəngli metaldan, dəstəyinin qalan hissəsi qara rəngli taxta materialdan olan mətbəx bıçaq, 1 ədəd qara rəngli idman şalvarı, 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd qara rəngli idman köynəyi, 1 ədəd qara rəngli büstqalter və 1 ədəd qara rəngli tuman məhv edilsin, Goranboy rayon polis şöbəsinin cərimə meydançasında saxlanılan “Land Rover” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil – Təqsirləndirilən şəxs tərəfindən qanuna müvafiq qaydada etibar ediləcək şəxsə təhvil verilsin. İş üzrə məhkəmə məsrəflərinə aid olan 93,4 (doxsan üç manat qırx qəpik) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar