Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-342/2023 01.08.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), X8 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X19 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X6 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.2001-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixdə saat 03 radələrində xx.xx.2019cu il tarixli, AC 871977 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Şahid1 adına rəsmiləşdirilmiş və Şahid2 faktiki sahibliyində olan, texniki cəhətdən saz vəziyyətdə “Hyundai Solaris” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Şəmkir şəhəri, S.Vurğun küçəsi ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən öz hərəkəti ilə yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobilin hərəkətinin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (tormozlama, manevr və sair) vaxtında və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edəcək şəkildə yerinə yetirməli, avtomobili sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etməməli, yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etməməli olduğu halda qanunun qeyd edilən tələblərinə əməl etməyərək avtomobili 140-150 km/saat sürətlə idarə edərək ünvan 2 ünvanın qarşısında idarəetməni itirməklə yolun əks hərəkət hissəsinə çıxıb piyada yolunun (səkinin) beton plitəsinə çırpılaraq maneənin-elektrik dirəyinin vurulması nəticəsində ehtiyatsızlıqdan avtomobilin arxa sağ sərnişin oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs döş qəfəsinin və qarının küt travması, sol ağ ciyərin kontusiyası, dalağın aşağı qütbünün kiçik ölçülü subkapsulyar hematoması, Vİİ boyun fəqərəsinin, İ-İİ-İV döş fəqərələri cisminlərinin kompresion sınıqları, İ bel fəqərəsinin, hər iki yan çıxıntısı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər, avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş sərnişin X2 almacıq nahiyəsinin, üst və alt dodağın kəsilmiş yaraları, döş qəfəsinin qapalı küt travması, döş qəfəsinin və qarının ön səthinin sıyrıqları, döş qəfəsinin arxa səthinin və bel nahiyəsinin qançırları, ağciyərlərin ön qabırğa səthinin qansızmaları, qaraciyərin əzilmişcırılmış yaraları, daxili qanaxma, sağ əlin arxa səthinin qançırı, sağ diz oynağının və sağ baldırın yuxarı üçdə birinin ön səthinin sıyrıqları, eləcə də Məhərrəm Məmmədovun ölümünə səbəb olan qarının qapalı küt travması nəticəsində inkişaf edən posttravmatik və hemorragik şok ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozаraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum X5 orta məktəbdə oxuduğu vaxtlardan tanımış və aralarında dostluq münasibəti olmuşdur. 02 yanvar 2023-cü il tarixdə saat 01 radələrində yaşadığı evdə olarkən Şəmkir şəhər mərkəzi xəstəxanasının keçmiş inzibati binasının qarşısında yerləşən “Sansiro Playstation” adlı oyun klubunu işlədən “Lələ” ləqəbi ilə tanıdığı dostluq münasibəti olan Muxtar adlı şəxs ona zəng edərək X11 onu götürmək üçün dalınca yaşadığı evinə gəldiyini bildirmişdir. Həmin gün saat 01 radələrində Məhərrəm idarə etdiyi “Hyundai Solaris” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun yaşadığı evin yaxınlığına küçəyə gəlmişdir. O isə sonuncunu küçədə gözləmişdir. Avtomobili Məhərrəm idarə etmiş və yanında qabaq sərnişin oturacağında qohumu Zərərçəkmiş şəxs oturmuşdur. O, avtomobilin arxa sərnişin oturacağında əyləşmiş və onlar birlikdə Muxtarın işlətdiyi “Sansiro Playstation” oyun klubuna getmişlər. Klubda Telman oyun oynamağa başlamış, o isə Məhərrəmlə birlikdə oyun klubunda olan 0,7 litr ölçülü bir qismi içilmiş spirtli içki “Whisky” içmişlər. Bundan sonra əlavə olaraq yenə içki içmək istədikləri üçün o, Muxtar və Məhərrəmlə birlikdə yaxınlıqda yerləşən 7/24 saat açıq olan mağazaya getmişlər. Onlar həmin mağazadan adama iki ədəd olmaqla ümumilikdə altı ədəd 0,5 litr ölçülü spirtli içki pivə almışlar və təkrar oyun klubuna qayıdıb orada həmin pivələrdən beş ədədini içmişlər. Təxminən bir saat, bir saat yarım aralığında həmin oyun klubunda olmuşlar. Daha sonra isə Muxtar evə getmək qərarına gəlmiş və onlar birlikdə oyun klubundan çıxmışlar. Muxtar Məhərrəmə içkili olduğu üçün avtomobili idarə etməməsini demiş, Məhərrəm isə israr edərək özü idarə edəcəyini bildirmişdir. Məhərrəm idarə etdiyi Hyundai Solaris markalı avtomobilin sükanında özü əyləşmiş, o, avtomobilin qabaq sərnişin oturacağında, Telman isə arxa sağ sərnişin oturacağında oturmuş və Məhərrəm avtomobili idarə etmişdir. Muxtar isə öz avtomobili ilə onların ardı ilə gəlmişdir. Muxtargilin yaşadığı küçəni keçdikdən sonra sonuncu evə getdiyi üçün onların ardınca gəlməmişdir. Onlar körpü olan yerə çatdıqda Məhərrəm biraz şəhərdə gəzməyi təklif etmiş, o, Məhərrəmə içkili olduqlarını dedikdə narahatçılıq olmadığını, tanışları olduğunu demişdir. Onlar avtomobillə Şəmkir şəhəri ərazisində gəzməyə başlamışlar. Şəmkir rayon polis şöbəsinə çatmaqlarına az qalmış o, Məhərrəmə avtomobili sürmək istədiyini demiş və sonuncu narazılıq etməyərək Şəmkir RPŞ-nin inzibati binası ilə üzbəüzdə yerləşən Gül salonu və dönər evinin qarşısında avtomobili saxlamışdır. Daha sonra onlar avtomobildən düşərək yerlərini dəyişmiş, Məhərrəm avtomobilin qabaq sərnişin oturacağında, o, isə avtomobilin sükanı arxasında əyləşmiş və avtomobili idarə etməyə başlamışdır. O, avtomobili idarə edərək Şəmkir şəhəri ərazisində “Sərxan” adlı yerdə yerləşən körpünün yanına getmiş, həmin yerdən geri qayıdan zaman ikinci küçə ilə avtomobili idarə edərək “Qızıltac” adlı yerdən geri qayıtmışdır. O, avtomobili idarə edərək Şəmkir şəhəri, S.Vurğun küçəsi ilə üzü aşağı istiqamətdə hərəkətdə olan zaman “Zirvə” marketə çatmamış Məhəmmədgilin döngəsi deyilən döngədən sonra sərxoş olduğu üçün idarəetməni itirmiş və daha sonra avtomobili hansı formada idarə etdiyini dəqiq xatırlamamışdır. Özünə gəldikdə isə artıq yol-nəqliyyat hadisəsi baş vermiş və həmin yerə çoxlu adamlar yığışmış, özü isə yerdə olmuşdur. O, tanımadığı şəxsdən telefon alaraq dostu Kamilə zəng edib sonuncuya yol-nəqliyyat hadisəsi törətdiyini deyərək özünü həmin yerə çatdırmasını bildirmiş və daha sonra təkrar özünü itirmişdir. Özünə gəldikdə isə artıq xəstəxanada olmuşdur. O, sərxoş olduğu üçün hadisə baş verən zaman avtomobili hansı sürətlə idarə etdiyini dəqiq xatırlamamış, lakin hadisə zamanı avtomobili məhz özü idarə etmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə baş verən zaman sükan arxasında özü olmuş, avtomobili özü idarə etmiş, Şəmkir şəhəri Səməd Vurğun küçəsi ilə “Zirvə” marketin yaxınlığına çatdıqdan sonra sərxoş olduğu üçün avtomobili hansı formada idarə etdiyini xatırlamamış, onun sürücülük vəsiqəsi də olmamış və hadisədən əvvəl spirtli içki qəbul etdiyi üçün sərxoş olmuşdur. Törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mərhum Məhərrəm Məmmədovu uşaqlıqdan tanımış və aralarında qohumluq münasibəti olmuşdur. Təxminən 2022-ci ilin dekabr ayının sonlarında hadisə baş verməzdən üç-dörd gün əvvəl Məhərrəm Məmmədov Şahid2 məxsus “Hyundai Solaris” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadə etmək üçün götürmüşdür. Məhərrəmin atası Oqtay ilə Elman dost olduqları üçün Məhərrəm Elmanın avtomobilini müxtəlif vaxtlarda götürüb idarə etmişdir. 01 yanvar 2023cü il tarixdə saat 21 radələrində Məhərrəmlə telefonda gecə görüşmək haqqında danışmışlar. 02 yanvar 2023-cü il tarixdə saat 01 radələrində Məhərrəm ona zəng edərək gəlib götürəcəyini demişdir. Bir qədər sonra Məhərrəm Elmana məxsus idarə etdiyi “Hyundai Solaris” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evə gəlib onu götürmüşdür. Onlar birlikdə Muxtar adlı şəxsin işlətdiyi “Playstation” oyun klubuna getmişlər. Kluba çatdıqda X15 Pənahovu evlərindən götürməsini xahiş etmişdir. Ona görə də o, Məhərrəmlə birlikdə sonuncunun avtomobili ilə Samirin yaşadığı evə gedib sonuncunu götürmüşlər. Samir həmin vaxt küçədə onları gözləmişdir. Sonuncunu götürdükdən sonra onlar birlikdə təkrar Muxtarın yanına oyun klubuna qayıtmışlar. Klubda Məhərrəm və Samir birlikdə spirtli içki olan adını xatırlamadığı “Whisky” içməyə başlamışlar. Sonuncular təxminən 0,7 litr ölçüdə “Whisky” içdikdən sonra əlavə olaraq içki içmək istəmişlər. Muxtar, Samir və Məhərrəm birlikdə mağazaya gedib təxminən hər birinə 1-2 ədəd 0,5 litr ölçülü spirtli içki olan pivə alıb geri qayıtmışlar. Samir və Məhərrəm birlikdə həmin pivələri də içmişlər. Pivələri içdikdən təxminən bir saat sonra onlar getmək qərarına gəlmişlər. Muxtarın işlətdiyi oyun klubundan çıxdıqdan sonra Məhərrəm özü “Hyundai Solaris” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına oturmuş, Samir qabaq sərnişin oturacağında oturmuş, o isə avtomobilin arxa sərnişin oturacağında sağ tərəfdə oturmuşdur. Muxtar da özünə məxsus avtomobil ilə onların ardınca gəlmişdir. Məhərrəm avtomobili idarə edərək şəhərdə hərəkət etməyə başlamışdır. Sonuncu avtomobili Şəmkir şəhərində Həzi Aslanov küçəsi ilə, daha sonra isə yuxarı istiqamətdə idarə edərək şəhəri iki dəfə dövr etmişdir. Həmin ərəfədə Muxtar onlardan ayrılaraq evlərinə getmişdir. Onlar ikinci dəfə dövr etdikdən sonra Şəmkir rayon polis şöbəsinin yanına çatdıqda Samir Məhərrəmə avtomobili idarə etmək istədiyini deyərək icazə verməsini xahiş etmiş, Məhərrəm də narazılıq etməmişdir. Daha sonra Məhərrəm Şəmkir RPŞ-nin inzibati binası ilə üzbəüzdə yerləşən gül salonu və dönər evinin qarşısında avtomobili saxlamış, Samir və Məhərrəm avtomobildən düşərək yerlərini dəyişmiş, Samir avtomobilin sükanı arxasında əyləşmiş, Məhərrəm isə avtomobilin qabaq sağ sərnişin oturacağında oturmuşdur. Samir avtomobili idarə etməyə başlamış və Gədəbəy rayonu istiqamətdə hərəkət edərək Şəmkir şəhəri ərazisində “Sərxan” adlı əraziyə getmişlər. Samir həmin əraziyə çatdıqdan sonra geri qayıdaraq avtomobili üzü aşağı istiqamətdə idarə etmişdir. Şəmkir şəhəri, S.Vurğun küçəsi ilə üzü aşağı istiqamətdə hərəkətdə olan zaman Samir avtomobili təxminən 140-150 km/saat sürətlə idarə etmiş və anidən idarəetməni itirmişdir. Samir avtomobili sola doğru əks hərəkət istiqamətində hərəkət etdirərək tormoz sıxıb saxlamağa çalışmış, lakin avtomobili dayandıra bilməmişdir. O, həmin vaxt anidən toqquşma səsi eşitmiş və özünü itirmişdir. Ayıldıqda Məhərrəmin arxa sağ tərəfə onun yanına düşdüyünü görmüş, o, tərpənmək istəsə də tərpənə bilməmişdir. Məhərrəm və o hər ikisi avtomobildə sıxılıb qalmışlar. Fövqəladə Hallar Nazirliyinin işçiləri və tanımadığı şəxslər onları çıxartmağa çalışmışlar. Məhərrəmin ayaqları qabaq sərnişin oturacağı ilə avtomobilin sağ qabaq paneli və avtomobilin əlcək qutusunun arasında sıxılıb qalmış, bu səbəbdən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu avtomobildən çıxara bilməmişlər. Daha sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları avtomobilin arxa sağ yan qapısını açaraq onu avtomobildən çıxarmışlar, daha sonra isə Məhərrəmi də avtomobildən çıxarmışlar. O, avtomobilin içərisində olan zaman Məhərrəm sağ olmuş və nəfəs alaraq xırıldamışdır. Daha sonra onları xəstəxanaya aparmışlar. O, xəstəxanada olan zaman Məhərrəmin vəziyyətinin ağır olduğunu, sonuncunu Gəncə şəhərinə xəstəxanaya apardıqlarını və yolda öldüyünü öyrənmişdirr. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə zamanı “Hyundai Solaris” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs idarə etmiş, hadisə baş verən zaman avtomobildə sonuncu, mərhum Məhərrəm Məmmədov və o olmuşdur. Təqsirləndirilən şəxs sükan arxasında, Məhərrəm Məmmədov qabaq sərnişin oturacağında, o isə avtomobilin arxa sağ sərnişin oturacağında oturmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs avtomobili təxminən 140-150 km/saat sürətlə idarə etmişdir. Məhərrəm və o hadisə baş verməzdən əvvəl Təqsirləndirilən şəxs bir neçə dəfə avtomobili aşağı surətlə idarə etməsini desələr də, sonuncu onlara heç bir reaksiya verməmişdir. Təxminən 10-15 saniyə keçdikdən sonra Samir idarəetməni itirərək avtomobillə yolnəqliyyat hadisəsi törətmişdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs və Məhərrəm Məmmədov sərxoş vəziyyətdə olmuş, onun özü isə ümumiyyətlə spirtli içki istifadə etmədiyi üçün ayıq vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir və sonuncuya qanunamüvafiq cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, mərhum X9 onun oğludur. Məhərrəm qohumları Elmanın oğlu Nurlan adlı şəxslə dostluq etmiş, sonuncu onların avtomobilini, Məhərrəm isə eyni qaydada Nurlangilin, yəni Elmanın avtomobilini idarə etmişdir. O və əri Oqtay Məmmədov 26 oktyabr 2022-ci il tarixdə Rusiya Federasiyasına getmişlər. Onlar Rusiya Federasiyasında olan zaman 02 yanvar 2023-ci il tarixdə ərinin bacısı İlahə Məmmədova “WhatsApp” proqramı vasitəsilə Oqtaya zəng edərək oğlu Məhərrəmin yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət aldığını və vəziyyətinin pis olduğunu bildirmişdir. O, əri ilə dərhal Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmış və 02 yanvar 2023-cü il tarixdə səhər saatlarında Şəmkir rayonuna gəlmişlər. O, Şəmkirə gələnədək oğlunun ölümündən xəbərsiz olmuşdur. O, qohumları ilə söhbət edən zaman sonunculardan 02 yanvar 2023-cü il tarixdə Məhərrəm və Telmanın birlikdə Şəmkir şəhərində olan oyun klubuna getdiklərini, daha sonra həmin klubdan çıxan zaman Samirin Məhərrəmdən açarı zorla sürmək üçün aldığını, həmin avtomobili Samirin idarə etdiyini, sonuncunun avtomobili yüksək sürətlə idarə etdiyini, Telman və Məhərrəmin ondan dəfələrlə avtomobili aşağı sürətlə idarə etməsini tələb etməyinə baxmayaraq Samirin avtomobilin surətini aşağı salmadığını, sonuncunun avtomobili yüksək sürətlə, yəni təxminən 200 km/saat sürətlə idarə etdiyi üçün hadisənin baş verdiyini öyrənmişdir. İfadəsinin davamı olaraq Könül Məmmədova bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncuya qanunamüvafiq cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 02 yanvar 2023-cü il tarixdə saat 03 radələrində özünə məxsus avtomobillə Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Fərid” petroldan Zirvə market istiqamətində hərəkətdə olarkən təxminən 200-300 metr məsafədən markasını dəqiq xatırlamadığı avtomobilin nisbətən sürətlə hərəkət etdiyini, həmin yolu yaxşı tanıdığı üçün qeyd edilən avtomobilin yolun nisbətən maili əyri olan hissəsinə daxil olan zaman sürücünün avtomobilin sükanını anidən sola doğru döndərdiyini və anidən idarəetməni itirdiyini görmüşdür. Qeyd edilən avtomobil yolun əks hərəkət hissəsinə çıxaraq və arxa tərəfi sürüşərək qabağa gəlib, daha sonra isə yolun kənar hissəsinə səkiyə, oradan isə elektrik dirəyinə dəyərək yolun hərəkət hissəsinin kənarında dayanmışdır. O, dərhal avtomobillə həmin yerə getmişdir. O, hadisə yerinə çataraq yol-nəqliyyat hadisəsi edən avtomobilin sürücü tərəfdən qapısına yaxınlaşıb sürücü oturacağında olan şəxsi çıxarmağa çalışmış, lakin qapını açaraq həmin şəxsi çıxara bilməmişdir. O, həmin vaxt orada olan tanımadığı şəxsə telefonunu verərək kömək çağırmasını demiş, özü isə idarə etdiyi avtomobilə gedib qapı açmaq üçün nəsə tapmağa çalışmış, lakin heç nə tapa bilməyib geri qayıdaraq həmin şəxslərə kömək etməyə çalışmışdır. Qəza keçirən avtomobilin sükanın arxasında olan adını bilmədiyi şəxsə kömək edərək avtomobildən çıxarmaq üçün qapını açmağa çalışsa da aça bilməmişdir. O, sükan arxasındaki şəxsi pəncərədən çıxarmağa çalışmış, lakin həmin şəxsin ayağı aşağıda harasa ilişmiş, bu səbəbdən də o həmin şəxsə “səndə kömək elə ayağını çıxar” demişdir. Həmin şəxs ayağını çıxardıqdan sonra o, sonuncunu avtomobilin pəncərəsindən çıxarıb yaxınlıqda yerdə əyləşmişdir. O, geri qayıdıb avtomobildə olan digər iki nəfər şəxsə kömək etməyə çalışmış, həmin şəxslərdən biri avtomobilin qabaq sağ oturacağında olmuş və avtomobil həddən artıq zədə aldığı üçün qabaq sağ sərnişin oturacağı arxa sərnişin oturacağının yanınadək gedib çıxmışdır. Həmin iki nəfər şəxs avtomobildə sıxılıb qalmış, onlara kömək etmək istəsə də edə bilməmişdir. O, bundan sonra avtomobilin içərisindən çıxardığı adama yaxınlaşaraq sonuncudan nə köməklik edə biləcəyini soruşmuş, həmin şəxs ondan zəng etmək üçün telefon istəmiş, telefonu verdikdən sonra sonuncu kiməsə zəng edərək yol-nəqliyyat hadisəsi törətdiyini deyib danışdığı şəxsə kömək üçün gəlməsini bildirmişdir. O, daha sonra telefona baxdıqda kömək etdiyi şəxsin onun bibisi nəvəsi Kamilə zəng etdiyini görmüşdür. Daha sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım xidməti əməkdaşları gəlmişlər. O, isə sonuncularla birlikdə köməkli avtomobildə olan digər iki nəfər şəxsi çıxarmışlar. Onlar həmin iki nəfər şəxsi təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yola salmışlar. 02 yanvar 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş verməmişdən əvvəl Hyundai Solaris markalı avtomobilin sürücüsü avtomobili təxminən 100 km/saat sürətdən artıq sürətlə idarə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 02 yanvar 2023-cü il tarixdə saat təxminən 03-04 radələrində qohumu Şahid5 mobil nömrəsindən zəng gəlmiş, o, telefona cavab verən zaman telefonda tanışı Təqsirləndirilən şəxs danışmışdır. Təqsirləndirilən şəxs telefonda ona yol-nəqliyyat hadisəsi törətdiyini bildirib həmin yerə gəlməsini demiş, o, sonuncudan harada olduğunu soruşduqda Təqsirləndirilən şəxs “Fərid” petrolun yaxınlığında olduğunu bildirmişdir. O, dərhal həmin yerə getmişdir. Hadisə yerinə çatan zaman Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da həmin yerdə olmuş, o, Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncu təcili tibbi yardım avtomobilin arxa hissəsində oturmuşdur. O, Təqsirləndirilən şəxs nə baş verdiyini soruşmuş, lakin sonuncu özündə olmadığı üçün cavab verə bilməmişdir. O, avtomobilə yaxınlaşıb baxan zaman tanışı Elmana məxsus Hyundai Solaris markalı avtomobil olduğunu, avtomobilin içərisində orta hissədə Məhərrəmin, arxa sərnişin oturacağında isə bir nəfər şəxsin olduğunu görmüşdür. Həmin şəxsin Telman olduğunu o sonradan bilmişdir. Bundan sonra Samiri təcili tibbi yardım avtomobili ilə xəstəxanaya apardıqları üçün o da xəstəxanaya getmişdir. Daha sonra olanlardan xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 2017-ci ildə dayısı Şahid1 adına sənədləşdirməklə “Hyundai Solaris” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Dayısının adına sənədləşdirməsinə baxmayaraq, faktiki olaraq həmin avtomobil mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. O, 2022-ci ilin may ayının sonlarında təkrar Rusiya Federasiyasına getmişdir. X11 atası Oqtay onun dostu, həmçinin qohumu olmuşdur. Oğlu Nurlan və mərhum Məhərrəmin arasında dostluq münasibətləri olmuşdur. Bu səbəbdən o, Azərbaycan Respublikasında olan vaxtlarda, həmçinin Rusiya Federasiyasında olan vaxtlarda Məhərrəm oğlu Nurlanın vasitəsilə ona məxsus “Hyundai” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini, həmçinin Nurlan müxtəlif vaxtlarda dostu Oqtaya məxsus avtomobili götürüb idarə etmişdir. Məhərrəm sonuncu dəfə ona məxsus avtomobili 30 dekabr 2022-ci il tarixdə yaşadıqları evə gələrək götürmüş, həmin gündən hadisə baş verən tarixədək qeyd edilən avtomobili Məhərrəm istifadə etmişdir. 02 yanvar 2023-cü il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmışdır. Həmin gün yaşadığı evə gəldikdən sonra ailə üzvlərindən Məhərrəmin ona məxsus avtomobili götürdüyünü, həmin avtomobillə yol-nəqliyyat hadisəsi baş verdiyini və Məhərrəmin vəfat etdiyini öyrənmişdir. Yas mərasimində olarkən ona məlum olmuş ki, dostu Asif Zamanov və sonuncunun əmisi oğlu hadisə baş verdikdən dərhal sonra həmin yerə getmişlər, avtomobili tanıdıqları üçün yol-nəqliyyat hadisəsini onun oğlunun törətdiyini düşünmüşlər, avtomobilə yaxınlaşdıqda avtomobili idarə edən şəxsin avtomobilin yanında yerdə oturub başını tutaraq “Mən elədim, mən nə səhv elədim” deyərək öz-özünə narazılıq etdiyini, həmçinin mərhum Məhərrəmin və qohumu Elmanın oğlu Telmanın avtomobilin arxa hissəsində sıxışıb qaldıqlarını görmüşlər, Məhərrəmlə Telmanı avtomobildən çıxarmağa çalışsalar da bacarmamışlar, avtomobildən düşmüş avtomobili idarə etmiş şəxsin ayaqqabıları ayağında olmamış, ayaqqabıları avtomobilin içərisində qaldığı üçün yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə yerləşən evdə yaşayan Qulu adlı şəxs həmin şəxsə ayağına geyinməsi üçün “şəpit” vermiş, daha sonra isə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu hadisə yerinə gələrək Məhərrəm və Telmanı avtomobildən çıxarmışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Şəmkir şəhərində yerləşən “Sansiro playstation” oyun klubunu işlədir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və mərhum X5 uşaqlıqdan tanımış, sonuncularla aralarında düşmənçilik və ya ədavət olmamışdır. 02 yanvar 2023-cü il tarixdə saat 01 radələrində Məhərrəm və Telman birlikdə onun işlətdiyi oyun klubuna gəlmiş, Məhərrəm təsadüfən pəncərənin qarşısında olan təxminən 0,7 litr ölçüdə olan spirtli içki olan “Whisky”-ni görmüş və tezliklə əsgər gedəcəyini bildirib həmin içkini içmək istədiyini demişdir. O, Məhərrəmin gördüyü 0,7 litr ölçüdə olan spirtli içki olan “Whisky”-ni gətirib Məhərrəmgilin olduğu masaya qoymuş və sonuncuya içkinin çox olduğunu demiş, Məhərrəm də təsdiq edərək həmin içkinin tək canına ona çox olduğunu deyərək məsləhətli adam varsa çağırmasını demişdir. O, Məhərrəmə “Rembo” ləqəbi ilə tanıdığı Samiri çağırmağı təklif etdikdə Məhərrəm onunla razılaşmışdır. Daha sonra Samirə zəng etmiş, Məhərrəmgillə oturduqlarını və içki içdiklərini demiş, Samirə içmək istəyirsə gəlməsini təklif etmişdir. Samir ona gec olduğunu yatmaq istədiyini bildirmişdir. Məhərrəm Samirin danışığını eşidərək ona Samirə avtomobillə olduğunu, Telmanla birlikdə gedib Samiri götürəcəklərini deməsini istəmişdir. O, bu barədə Samirə dedikdən sonra sonuncu razılaşmış, Məhərrəm və Telman da birlikdə gedib Samiri götürüb geri qayıtmışlar. Onlar geri qayıtdıqdan sonra birlikdə təxminən 0,7 litr ölçüdə olan spirtli içki “Whisky”-ni Məhərrəm və Samir birlikdə içmişlər. O da arada bir-iki dəfə az miqdarda içmiş, Telman isə ümumiyyətlə spirtli içki içməmişdir. Məhərrəm və Samir 0,7 litr ölçüdə olan spirtli içki olan “Whisky”-ni içib qurtardıqdan sonra Məhərrəm içkinin azlıq etdiyini bildirərək gedib pivə almağı təklif etmişdir. Daha sonra o, Məhərrəm və Samirlə birlikdə yaxınlıqda Nizami məktəbinin qarşısında olan “Araz” marketə getmişlər. Məhərrəm həmin marketdən altı ədəd 0,5 litr ölçüdə spirtli içki olan pivə almış və onlar birlikdə onun işlətdiyi oyun kluba geri qayıtmışlar. Onlar klubda olan zaman Samir və Məhərrəm kabinetdə həmin pivələrdən üç ədəd 0,5 litr ölçülü pivələri ikisi birlikdə içmişlər. O, onların yanına gəldikdə artıq sərxoş olduqlarını gördüyü üçün yerdə qalan üç ədəd 0,5 litr ölçülü pivəni götürüb zalda stolun arxasına qoymuş, daha sonra isə kabinetləri təmizləmişdir. Telman isə həmin vaxt ümumiyyətlə içki içməmiş, o, obyektin arxa hissəsinin işıqlarını söndürüb geri qayıtdıqda Məhərrəm və Samirin hər birinin bir ədəd 0,5 litr ölçülü pivəni açıb içməyə davam etdiklərini görmüşdür. Onlar həmin pivələri içdikdən sonra qalan bir ədəd pivəni də açıb içmək istədikdə onlara mane olub icazə verməmişdir. O, onlara evə getməli olduğunu demiş və bundan sonra birlikdə obyektdən çıxmışlar. O, obyekti bağladıqdan sonra özünə məxsus avtomobili işə salıb onların yanına gəlmiş və Samirə onu evə aparmağı təklif etdikdə sonuncu razılaşmışdır. Həmin vaxt Məhərrəm ona “sən narahat olma mən aparıb düşürəcəm” demiş, o isə Məhərrəmə “sən özündə deyilsən, qoy avtomobil qalsın, onsuzda kamera çəkir, mən sizi aparım düşürüm, sabah gəlib götürərsən” demiş, Məhərrəm isə razılaşmayaraq “ay qaqa narahat olma, özümdəyəm özüm sürəcəm” demişdir. O, onlara “yaxşı onda sən sür məndə arxanca gəlirəm” demiş, avtomobili idarə edib onların ardı ilə getmiş, Məhərrəm isə avtomobili idarə edib Samirgilin küçəsi istiqamətdə getmişdir. Onun yaşadığı küçədən bir küçə sonra Samirgilin küçəsi olduğu və onlar həmin istiqamətdə getdiyi üçün Məhərrəmin Samiri evə düşürüb evə gedəcəyini düşünmüş və bu səbəbdən öz yaşadığı evə getmişdir. Sabahısı gün dostlarının bir neçəsi ilə telefonla danışan zaman ona Məhərrəm və Samirin avtoqəza törətdiyini, Məhərrəmin vəziyyətinin pis olduğunu demişlər. O, Şəmkir rayon mərkəzi xəstəxanasına Samirin yanına getmiş, xəstəxanada olan zaman Məhərrəmin vəfat etdiyini, Samirin isə vəziyyətinin pis olduğunu öyrənmişdir. O, bir neçə gün keçdikdən sonra Şəmkir şəhərində tanışları ilə söhbət edən zaman Samir və Məhərrəmin avtomobillə ondan sonra Şəmkir şəhəri ərazisində gəzdiklərini, yüksək səslə mahnıya qulaq asdıqlarını, daha sonra isə onların Şəmkir şəhəri ərazisində birinci küçənin baş hissəsinə “Sərxan” adlı yerin yaxınlığına getdiklərini, həmin vaxt avtomobili Samirin idarə etdiyini, Samirin avtomobili yüksək sürətlə idarə etdiyini, avtomobilin idarəetməsini itirdiyini və tormoz verdikdə avtomobilin sürüşərək yoldan çıxıb elektrik dirəyinə dəyərək qəza törətdiyini eşitmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 01 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum X3 meyitinin bədənində aşkar edilmiş xəsarətlər - sağ almacıq nahiyəsinin, üst və alt dodağın kəsilmiş yaraları iti kənarlı əşyaların təsirindən, döş qəfəsinin və qarının qapalı küt travması, döş qəfəsinin və qarının ön səthinin sıyrıqları, döş qəfəsinin arxa səthinin və bel nahiyəsinin qançırları, ağciyərlərin ön qabırğa səthinin qansızmaları, qaraciyərin əzilmişcırılmış yaraları, daxili qanaxma, sağ əlin arxa səthinin qançırı, sağ diz oynağının və sağ baldırın yuxarı üçdə birinin ön səthinin sıyrıqları küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 02 yanvar 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X3 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı qarının qapalı küt travması nəticəsində inkişaf edən posttravmatik və hemorragik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X3 ölümü meyitin müayinəyə başlanmasından 5-8 saat əvvəl baş vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 552 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin və qarının küt travması, sol ağ ciyərin kontusiyası, dalağın aşağı qütbünün kiçik ölçülü subkapsulyar hematoması, Vİİ boyun fəqərəsinin İ-İİ-İV döş fəqərələri cisminlərinin kompresion sınıqları, İ bel fəqərəsinin, hər iki yan çıxıntısının küt əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddəti 02 yanvar 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 544 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sağ qamış sümüyünü bayır epikodilusunun yerini az dəyişmiş sınığı və sağ dizin bayır meniskisinin yırtığı küt əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 02 yanvar 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 132/K saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitikisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası”nın xx.xx.2023-cü il tarixli, 8/1433 nömrəli ekspert rəyindən görünür ki: 1) istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai Solaris markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2) Sürücü S.X21 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3) Sürücü S. X21 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 4) Sürücü S.X21 markalı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 140-150 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi ünvan 2 ünvanında yerləşən evin qarşısında baş vermiş, hadisədən əvvəl Hyundai Solaris markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobil Şəmkir şəhəri istiqamətində əks hərəkət hissəsinə çıxaraq səki və elektrik dirəyi ilə toqquşmuşdur. Avtomobilin içərisində sıxışıb qalmış X7 və Zərərçəkmiş şəxs avtomobildən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “informasiya daşıyıcısı olan diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 02 yanvar 2023-cü il tarixdə saat 00:15 dəqiqədə iki nəfər şəxs “Sansiro Playstation” oyun klubuna daxil olur, baxışda iştirak edən Şahid3 həmin şəxslərin Məhərrəm Məmmədov və Zərərçəkmiş şəxs olduğunu bildirir, daha sonra Məhərrəm Məmmədov və Zərərçəkmiş şəxs qısa müddətə oyun klubundan çıxdıqları və qısa müddət sonra geri qayıtdıqları, yanlarında əlavə olariq bir nəfər şəxs olduğu görünür, Şahid3 həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirir, həmin şəxslər saat 00:15-dən 02:30-dək olan vaxt ərzində oyun klubunda olurlar, saat 00:35 dəqiqədə Məhərrəm Məmmədov bir ədəd şüşə butulka götürərək kabinetə keçir, Şahid3 həmin şüşənin spirtli içki olan “Whisky” olduğunu bildirir, o, həmin içkini Təqsirləndirilən şəxs və Məhərrəm Məmmədovun birlikdə içdiklərini deyir, bundan sonra saat 01:30-da Məhərrəm Məmmədov, Təqsirləndirilən şəxs və Şahid3 birlikdə oyun klubundan çıxırlar, Şahid3 həmin vaxt pivə almaq üçün getdiklərini bildirir, saat 01:41 dəqiqədə geri qayıdırlar, bu zaman Təqsirləndirilən şəxs əlində bir ədəd sellofan paket görünür, Şahid3 həmin paketin içərisində 06 ədəd 0,5 litr ölçülü pivələr olduğunu bildirir, daha sonra isə saat 01:41-dən saat 02:30-dək olan vaxt ərzində Təqsirləndirilən şəxs və Məhərrəm Məmmədovun müxtəlif vaxtlarda şüşə qablarda olan pivələri içdikləri görünür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “Hyundai Solaris” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və Şəmkir RPŞ-yə məsul saxlanca verilmiş, X1 və Zərərçəkmiş şəxs avtomobildən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılmasının videogörüntülərinin köçürüldüyü 01 (bir) ədəd disk, 02 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs və 06 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şahid qismində dindirilmələrinin videoçəkilişi olan 2 (iki) ədəd disk və 05 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokolla götürülmüş Təqsirləndirilən şəxs və mərhum X3 02 yanvar 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Sansiro Playstation” oyun klubunda spirtli içki qəbul etmələrinin görüntüləri olan 03 (üç) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi haqqında çıxarışdan görünür ki, “Hyundai Solaris” markalı, **- CG-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 məxsusdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 İdarəsinin xx.xx.2023-cü il tarixli, 016-314 nömrəli məktubundan görünür ki, DİN-nin BDYP-nin “Sürücülük Vəsiqələrinin verilməsi Reyestrinə” əsasən məktubda qeyd edilən X4 və Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmiş, həmin vətəndaşların adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RİH başçısının Şəmkir şəhər İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş 113621 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası medallarının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı və “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 fevral 2022-ci il qərarının 2-ci bəndi ilə yeni redaksiyada verilmiş Plenumun əvvəlki qərarının 17-ci bəndinin birinci abzasında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPMin 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Hazırki iş materiallarında görünür ki, Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan həm Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmiş, həm də ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X3 ölümünə səbəb olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozаraq həm Azərbaycan Respublikası CM-in 263-1.1, həm də 263-1.3-cü maddəsində göstərilən cinayət əməllərini törətmişdir. Bununla belə məhkəmə tərkibi hesab edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 fevral 2022-ci il qərarının 2-ci bəndi ilə yeni redaksiyada verilmiş Plenumun əvvəlki qərarının 17-ci bəndinin birinci abzasına əsasən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq CM-in 263-1.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Hazırki cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ümumiyyətlə sürücülük vəsiqəsi olmamışdır. Bundan başqa hazırki iş materiallarında olan “tədqiqat üçün nümunələrin götürülməsi haqqında” 02 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, sərxoşluq vəziyyətinin müəyyən edilməsindən ötrü Təqsirləndirilən şəxs tədqiqat üçün qan nümunəsi 02 yanvar 2023-cü il tarixdə götürülmüşdür. İş materiallarında olan 02 yanvar 2023-cü il tarixli müşayiətedici məktubundan görünür ki, məhkəmə-kimyəvi ekspertizasının təyin edilməsinə dair müstəntiqin qərarı ekspertiza idarəsinə 08 yanvar 2023-cü il tarixdə təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 132/K saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitikisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Qeyd edilən ekspert rəyinin giriş hissəsindən görünür ki, ekspertiza tədqiqatı məhz 11 yanvar 2023-cü il tarixdə, yəni məlum baş vermiş yol-nəqliyyat hadisəsindən doqquz gün sonra aparılmışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsi üzrə sərxoşluq vəziyyətini müəyyən etmək mümkün olmamışdır. Halbuki hazırki iş üzrə şahid qismində dindirilmiş Şahid3 və Zərərçəkmiş şəxs ifadələrində Təqsirləndirilən şəxs Məhərrəm Məmmədovla birlikdə hadisə günü oyun klubunda spirtli içki qəbul etdiyini təsdiq etmişlər. Həmçinin Təqsirləndirilən şəxs da hadisə günü spirtli içki qəbul etdiyini etiraf etmişdir. Eyni zamanda Şahid3 işlətdiyi oyun klubunda quraşdırılmış nəzarət kameralarının videogörüntülərinə baxış zamanı da Təqsirləndirilən şəxs Məhərrəm Məmmədovla birlikdə 02 yanvar 2023-cü il tarixdə saat 00:15-dən 02:30-dək olan vaxt ərzində alkoqollu içkilər qəbul etdikləri öz təsdiqini tapmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hadisəni sərxoş vəziyyətdə törətməsi həmin tarixdə oyun klubunda qeydə alınmış videogörüntülərlə, həmçinin təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam təsdiq edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Şəxs hadisədən sonra hadisə yerindən qaçdıqda və ya hər hansı vasitə ilə müayinədən və ya ekspertizanın keçirilməsindən imtina etdikdə onun cinayət törədərkən sərxoş olub-olmaması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsində nəzərdə tutulan sübut növləri ilə müəyyən oluna bilər. Bu zaman sərxoşluğun dərəcəsi əməlin həmin maddə ilə tövsifi üçün əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs 02 yanvar 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsini törədən zaman alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətində olması oyun klubunda qeydə alınmış videogörüntülərlə, həmçinin təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam təsdiq edildiyi üçün sərxoşluq vəziyyətinə dair iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 132/K saylı məhkəmə-kimyəvi ekspertizasının rəyi mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs müharibə veteranı olmasını, “Vətən” müharibəsində göstərdiyi şücaətə görə medallarla təltif edilməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə də məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə əsas cəza olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, əlavə cəza olaraq isə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM-nin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəzanın müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya əlavə cəza kimi təyin olunmasını və əlavə cəzanın icrasının əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı gündən, yəni 01 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-yə məsul saxlanca verilmiş “Hyundai Solaris” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılmalı, X1 və Zərərçəkmiş şəxs avtomobildən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılmasının videogörüntülərinin köçürüldüyü 01 (bir) ədəd disk, 02 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs və 06 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şahid qismində dindirilmələrinin videoçəkilişi olan 2 (iki) ədəd disk və 05 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokolla götürülmüş Təqsirləndirilən şəxs və mərhum X3 02 yanvar 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Sansiro Playstation” oyun klubunda spirtli içki qəbul etmələrinin görüntüləri olan 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilməli və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı gündən, yəni 01 avqust 2023-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-yə məsul saxlanca verilmiş “Hyundai Solaris” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılsın. X1 və Zərərçəkmiş şəxs avtomobildən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılmasının videogörüntülərinin köçürüldüyü 01 (bir) ədəd disk, 02 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs və 06 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şahid qismində dindirilmələrinin videoçəkilişi olan 2 (iki) ədəd disk və 05 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokolla götürülmüş Təqsirləndirilən şəxs və mərhum X3 02 yanvar 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Sansiro Playstation” oyun klubunda spirtli içki qəbul etmələrinin görüntüləri olan 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-342/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-342/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver